Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-104/2026 02.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(033)-49/2025 ( sədrlik edən Z.Məmmədova) nömrəli hökmü ilə, ##.##.2001ci ildə Zaqatala rayonu Yengiyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zaqatala Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Zaqatala Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə Zaqatala Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il, 04 (dörd) ay 09 (doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 8 (səkkiz) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrutetmə cəzası ilə əvəz edilmiş, bundan başqa Zaqatala rayon məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Zaqatala Rayon Məhkəməsinin 1(033)- **/**** nömrəli ##.##.2025-ci il tarixli hökmü ilə CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Zaqatala Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025- ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 25 (iyirmi beş) gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasının CM-in 68.1.1- 1-ci maddəsinə əsasən iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək, ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, orta təhsilli, işləməyən, subay, Zaqatala rayonu Yengiyan kəndində qeydiyyatda olmaqla tutulanadək həmin kənddə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X8 həbsdə saxlanılan və barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, ***s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı verilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli *(***)-**/**** nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, ona 3 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, ##.##.2025-ci il tarixdən bu günkü tarixədək çəkilmiş 9 ay 12 gün müddət və Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarı ilə azaldılmış 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərə alınmaqla, ümumilikdə 1 il 3 ay 12 gün müddət hazırki təyin edilmiş qəti cəzadan çıxılması və üzərində çəkilməsi üçün 1 il 11 ay 18 gün azadlıqdan məhrumetmə cəzası saxlanılması, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli hökmü ilə azadlıqdan məhrumetmə cəzası növündə cəza çəkməsi nəzərə alınması və hazırki hökm üzrə cəzasının çəkilməsinin əvvəli ##.##.2026-cı il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2025-ci il may ayının əvvələrində gecə saat 02 radələrində həmkəndlisi Zaqatala rayonu Yengiyan kənd sakini Zərərçəkmiş şəxs məxsus evinə pəncərədən keçməklə qanunsuz daxil olub birinci yataq otağından 620 manat dəyərində 01 ədəd Serbiya istehsalı olan “Tesla” markalı 43E635SUS modeli 108 ekran (43 düyüm) plazma televizor, 65 manat dəyərində 01 ədəd Turkiyə istehsalı olan “Kumtel” EX-23 ecoray markalı elektrik qızdırıcı, 35 manat dəyərində 01 ədəd Türkiyə istehsalı olan “Sonashi” SHD- 3013 markalı, 2000 voltajlı saç qurutma feni, 55 manat dəyərində 01 ədəd Turkiyə istehsalı olan “Kumtel” KTF-290 markalı 40 voltajlı sərinkeş, mətbəxdən 160 manat dəyərində 01 ədəd Türkiyə istehsalı olan “X1” 1800 voltajlı elektrik sobası və 6 manat 01 ədəd Türkiyə istehsalı olan “Horoz” markalı 05 metrlik uzadıcını oğurluq yolu ilə talayıb, daha sonra ikinci dəfə 2025-ci ilin may ayının əvvələrində sərxoş vəziyyətdə düşünülmüş cinayətini davam etdirmək üçün Zərərçəkmiş şəxs yaşadığı Zaqatala rayon Yengiyan kəndində olan evinə pəncərədən keçməklə qanunsuz daxil olub evin ikinci yataq otağından 50 manat dəyərində 01 ədəd Türkiyə istehsalı olan “X2” 3630 markalı unitaz, hər biri 160 manat olmaqla ümumi dəyəri 320 manat olan 02 ədəd Almaniya istehsalı olan Zimmer ZM-MG1090 markalı ətçəkən maşın, hər biri 40 manat olmaqla ümumi dəyəri 80 manat olan 02 ədəd Türkiyə istehsalı olan “Sonashi” Sİ-5017c markalı buxarlı ütü, 140 manat dəyərində 01 ədəd Türkiyə istehsalı olan Sözenler maraklı 03 litrlik köz samavarı və 50 manat dəyərində 01 ədəd Rusiya istehsalı olan “Mecta” 212T markalı elektrik sobasını vahid qəsdlə oğurlayıb zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1581 manat maddi ziyan vurmaqla qəsdən oğurluq cinayəti törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun himayəsində 2 yaşlı valideyninin olmasını nəzərə almamışdır. Məhkəmə onun ailə vəziyyətini, fiziki məhdudiyyətli olmasını və müharibə iştirakçısı olmasının nəzərə almadan ağır cəza təyin etmişdir Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçi müdafiəçi1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini və müdafiə etdiyi şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzanın ədalətli olmadığını bildirdi, daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı2 hökmün qanuni, əsaslı və ədalətli olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi hökmün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxsin əməlini düzgün tövsif etmiş və cinayət qanununun normalarını tam obyektiv tətbiq etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət işi üzrə sübutların qiymətləndirilməsi CPM-in 125-ci və 145-ci maddələrinin tələblərinə tam uyğun olaraq həyata keçirilmişdir. İş materiallarında mövcud olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələri, hadisə yerinə baxış protokolları, götürülmüş maddi sübutlar və əmlakın dəyərinin müəyyən edilməsinə dair ekspertiza rəyləri bir-biri ilə uzlaşmaqla, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, vahid qəsdlə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətdiyini şübhəsiz şəkildə təsdiq edir. Bu baxımdan, təqsirləndirilən şəxsin əməlinin CM-in 177.2.3-cü maddəsi ilə tövsif edilməsi maddi hüquq normalarının tələblərinə tam cavab verir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apelyasiya şikayətində cəzanın ağır olmasına, ailə vəziyyətinə, himayəsində valideyninin olmasına və müharibə iştirakçısı statusuna dair irəli sürdüyü argumentlər hökmün dəyişdirilməsi üçün əsas verə bilməz. Belə ki, CM-in 58.1-ci və 58.3-cü maddələrinin tələblərinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi cəza təyin edərkən qeyd olunan halları, o cümlədən məhkumun "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsini sanksiya daxilində nəzərə alaraq ona 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir ki, bu da CM-in 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş iki ildən beş ilədək azadlıqdan məhrumetmə cəzasının aşağı həddinə yaxındır və humanizm prinsipinin tətbiq olunduğunu aydın göstərir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, Təqsirləndirilən şəxs əvvəllər də eyni xarakterli tamah məqsədilə törədilən cinayət əməllərinə görə dəfələrlə məhkum olunmuş, lakin barəsində tətbiq edilmiş azadlığın məhdudlaşdırılması və digər cəza növlərindən müvafiq nəticə çıxarmayaraq, cəza çəkdiyi dövrdə və ya cəzadan dərhal sonra yenidən qəsdən yeni cinayət törətmişdir. Şəxsin bu cür davranış nümayiş etdirməsi onun yüksək ictimai təhlükəliliyini və islah prosesinin daha ciddi nəzarət altında keçirilməsinin zəruriliyini şərtləndirir. "Məhkumlara Rəftara dair BMT X5"nın (X4) 4(1)-ci bəndinin tələblərinə görə, azadlıqdan məhrumetmə cəzasının əsas məqsədi cəmiyyəti cinayətkarlıqdan qorumaqdır. Şəxsin əvvəlki məhkumluqlarından dərhal sonra yenidən eyni növ cinayət əməlinə əl atması sosial ədalətin bərpası və yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün onun cəmiyyətdən təcrid edilməsi növündə cəzanın tətbiqini qaçılmaz edir. CM-in 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsi tərəfindən hökm çıxarıldıqdan sonra iş üzrə təqsirləndirilən şəxsin digər cinayətdə də təqsirli olduğu müəyyən edildiyindən, cəzaların qismən toplanması qaydası düzgün tətbiq edilmişdir. Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş qəti 3 il azadlıqdan məhrumetmə cəzası ilə hazırkı hökmlə təyin edilmiş 2 il 3 ay azadlıqdan məhrumetmə cəzası qismən toplanmaqla qəti olaraq 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması və əvvəllər çəkilmiş cəza müddətlərinin, habelə məhkəmə qərarları ilə azaldılmış hissələrin son cəzadan çıxılması qanunvericiliyin tələblərinə tam uyğundur. Təyin edilmiş qəti cəza cinayətin xarakterinə, törədilmə hallarına və törədilmiş əməlin törətdiyi maddi ziyanın həcminə tam mütənasibdir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə cinayət qanununun və cinayət-prosessual qanunvericiliyinin normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin hökmü Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin Plenum qərarlarında əks olunmuş ədalətlilik, proporsionallıq və qanunçuluq meyarlarına tam cavab verir. Məhkumun və müdafiəçinin cəzanın daha da yüngülləşdirilməsi barədə əsaslandırılmamış istəkləri CM-in 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinə (sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması) zidd təşkil edir. Bu səbəbdən, Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlilləri hüquqi baxımdan əsassız sayılmalı və rədd edilməlidir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilmiş və onun hərəkətləri gizli talama xüsusiyyəti daşımaqla, zərərçəkmiş şəxsin mülkiyyət hüququna birbaşa qəsd etmişdir. Şəxsin törətdiyi əməlin vahid qəsdlə əhatə olunması, qısa müddət ərzində eyni yaşayış sahəsinə təkrarən daxil olaraq oğurluq hərəkətlərini davam etdirməsi onun tamah niyyətinin davamlı xarakter daşıdığını və cinayətkar davranış modelinin formalaşdığını sübut edir. Belə bir şəraitdə, birinci instansiya məhkəməsinin əməlin ictimai təhlükəlilik dərəcəsini düzgün qiymətləndirməsi və sanksiya hüdudlarında real azadlıqdan məhrumetmə cəzası seçməsi qanunvericiliyin ədalət prinsipinə tamamilə müvafiqdir. Digər tərəfdən, apelyasiya şikayətində irəli sürülmüş ailə vəziyyəti və himayədə olan valideynin mövcudluğu barədə dəlillər cinayət qanununun imperativ normaları qarşısında şəxsi cinayət məsuliyyətindən və ədalətli cəzadan azad edən fundamental əsas statusunda çıxış edə bilməz. CM-in 58.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzanın ailənin həyat şəraitinə təsiri məhkəmə tərəfindən bir meyar olaraq nəzərə alınsa da, bu meyar törədilmiş cinayətin xarakteri, residiv halları və cəmiyyətin ümumi təhlükəsizlik maraqları ilə balanslaşdırılmalıdır. Təqsirləndirilən şəxs keçmiş məhkumluqlarının xarakteri və reabilitasiya prosesinə qarşı nümayiş etdirdiyi mənfi münasibət fonunda, onun barəsində daha yüngül cəza növünün tətbiq edilməsi cəzanın xəbərdarlıq və islah funksiyalarını tamamilə səmərəsiz edərdi. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CPM-nin 420.3-cü maddəsinə dair” ## ##### 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət prosesində zərər çəkmiş cinayətin açılmasında, iş üzrə həqiqətin müəyyən edilməsində, təqsirləndirilən şəxsin ifşa olunmasında, onun əməlinin düzgün tövsif edilməsində və törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxs olmaqla yanaşı təqsirləndirilən şəxsə qarşı duran tərəf qismində çıxış edir. Zərər çəkmiş şəxsin xüsusi marağı cinayət törədilməsi nəticəsində pozulmuş bütün hüquqlarının bərpa edilməsindən, ona vurulmuş nəinki maddi, həm də mənəvi zərərin ödənilməsindən ibarətdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli qərarları) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. X4 çərçivəsinde residiv halı dövlət üçün mühüm bir siqnal rolunu oynayır: şəxsin məhkumluqdan sonra yenidən cinayət törətməsi əvvəlki cəzaçəkmə müddətinin reintegrasiya məqsədinə nail olmadığını göstərir. Bu vəziyyətdə dövlətin daha ciddi cəza tədbirinin tətbiq edilməsi barəde qərar qəbul etməsi X4 4(1)-ci maddəsindəki «cəmiyyəti cinayətkarlıqdan qorumaq» məqsədinə tamamilə uyğundur. İHAK-ın 6-cı və 7-ci maddələrinin tələbləri baxımından təyin edilmiş 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası qanunla müəyyən edilmiş sanksiya hədləri daxilindədir və aşkar qeyri-mütənasiblik təşkil etmir. AİHM-in Kafkaris Kiprə qarşı işində qeyd olunduğu kimi, residiv faktı daxili məhkəmələrə daha sərt cəza təyin etmək üçün qanuni diskresiya səlahiyyəti verir. Hazırda təhlil olunan işdən bəlli olur ki, təqsirkar şəxs dəfələrlə məhkum olunmasına baxmayaraq, ona təyin edilmiş cəzalardan nəticə çəxarmamış, islah olmamaış və yenidən qəsdən cinayət törətmişdirr. Belə olan halda, məhkəmə kollegiyası Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. CM-nin 4-cü maddəsinə əsasən Cinayət Məcəlləsi qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır — cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Ədalət» anlayışı bu kontekstde proporsionallıq ideyasını özündə daşıyır: cəza nə artıq yüngül, nə də artıq ağır olmamalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın bu üç məqsədi — sosial ədalət, islah, xəbərdarlıq — bir-biri ilə üzvi bağlılıqda olub, məhkəmənin cəza seçərkən nəzərə almalı olduğu fundamental tələbləri müəyyən edir. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinde nəzərdə tutulmuş hədlerde ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi bu tələblərin hamısına riayət etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cinayət törətmiş şəxs barəsinde daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud məhkəmənin istinad etdiyi ağırlaşdıran hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini artıran hallara aid olmasın. Halbuki bu işdə belə bir vəziyyət mövcud deyildir. Bütün bu əsaslara görə məhkəmə kollegiyası Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya hökmü dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 4 (dörd) saat üçün 44 (qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müdafiəçi1 işlədiyi Şəki Regional Vəkil Bürosunun «UNİBANK» KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsinde nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. .
Məhkəmə qərarları › İş №1(3-10)-104/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-104/2026
02.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver