Məhkəmə qərarları › İş №1(3-10)-105/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-105/2026

07.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-105/2026 07.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-1-ci və 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(091)-78/2025 (sədrlik edən T.Əfəndizadə) nömrəli hökmü ilə, ## ###### 1997-ci il tarixdə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Balakən rayonu Qullar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona CM-in 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə, CM-in 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-in 66.3cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcı ## #### 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Balakən Rayon Polis şöbəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkləri 24,27 qram və 1079,95 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, habelə 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı döyüş təyinatlı, yivli odlu avtomatik döyüş silahı, eksperimental atəşdən sonra qalan 07 ədəd 5,45x39 mm kalibrli olmaqla həmin kalibrə malik “AK-74” (“AK-74M”, “AKS74”, “AKS-74U”) markalı avtomat silahlarda, “RPK-74” (“RPKS-74”) markalı əl pulemyotlarında, yəni yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, istifadəyə (atəşə) yararlı patronlar və “Kalaşnikov” konstruksiyalı silahların komplekt hissəsi olan 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik istifadəyə yararlı 1 ədəd sandıqça Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin silahsursat anbarına təhvil verilməsi hökm edilmişdir. İşin halları Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda–1104,32 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş müvafiq tədbir nəticəsində ## #### 2024-cü il tarixdə saat 11:00 radələrində Balakən rayon Tülü kəndi ərazisində yolda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Balakən rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən təmiz çəkisi 24,32 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana bir ədəd sellofan bükümdə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq onun Balakən rayon Qullar kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin zirzəmisində 1 ədəd sellofan torbada təmiz çəkisi 1080,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 1 ədəd nömrəsi silinmiş 5.45 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı AK-74 markalı yivli odlu avtomatik döyüş silahını, 5.45x39 mm kalibrli olmaqla həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AK-74M”, “AKS-74”, “AKS-74U”) markalı avtomat silahlarda “RPK-74” (“RPKS-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı 10 ədəd patronu və 1 ədəd “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 5.45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı sandıqçanı əldə edib, üzərində daşımaqla yaşadığı evdə saxlamış, ## #### 2024-cü il tarixdə onun öz könüllü razılığı və iştirakı ilə yaşadığı evə keçirilmiş baxış zamanı həmin 1 ədəd nömrəsi silinmiş 5.45 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı AK-74 markalı yivli odlu avtomatik döyüş silahı, döyüş sursatı hesab edilən 10 ədəd patron və 1 ədəd sandıqça yaşadığı evin zirzəmisindəki bir ədəd sintetik kisənin içərisindən aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırmasının ancaq ittiham tərəfinin təqdim etdiyi sübutlar üzərində dayandığını, iş üzrə onun və müdafiə tərəfinin təqdim etdiyi sübutlara heç bir əhəmiyyət verilmədiyini, hökmün "əsaslandırılmasında" ancaq ittiham tərəfinin sübutlarından "mötəbər" sübut kimi istifadə edildiyini qeyd etmişdir. Məhkəmənin onun və ailə üzvlərinin aylarla polis tərəfindən izlənilməsinə, hadisədən öncə polislərin təqibinə, güdülməsinə və təzyiqlərinə məruz qalmasına, tutularkən polislər tərəfindən qeyri-insani, zorakı rəftar və işgəncələrə məruz qalaraq döyülməsinə, ailəsinin də narkotiklə şərlənərək tutulacağına, uşağının alınaraq yetimxanaya veriləcəyi barədə polislərin etdiyi hədə-qorxuya, bədəninə yetirilən xəsarətlərə qarşı görməməzlik etdiyini bildirmişdir. Döyülərək, işgəncələr verilərək və yoldaşının da narkotiklə şərlənərək tutulacağı hədəsindən sonra ailəsini və övladını qorumaq üçün etirafedici ifadələr verməyə məcbur edildiyini qeyd etmişdir. Onun yerinə istənilən şəxsin olsaydı başqa seçim edə bilməyəcəyini, ailəsini qurban verə bilməmək üçün məcburən etmədiyi hər hansı bir cinayəti boynuna götürəcəyini bildirmişdir. Həyat yoldaşının, qonşusunun və bacanağının da onun işi ilə bağlı hadisədən bir gün əvvəl qanunsuz olaraq Balakən rayon Polis Şöbəsinə aparılaraq orada saatlarla və günlərlə saxlanıldığını, bununla bağlı iş materiallarında bir dənə də olsun ifadənin olmadığını qeyd etmişdir. Ona təqdim edilən müdafiəçinin onu müdafiə etməli olduğu halda təhqiqatçının otağında polis əməkdaşından 50 manat pul alaraq çantasına qoyduğunu və bununla da onlarla əlbir olaraq onun şərlənərək törətmədiyi cinayətə görə məhkum olunmasında polislə əlbir olaraq ona cinayətkar damğasının vurulmasında çox müstəsna rol oynadığını bildirmişdir. İşinə məhkəmədə qərəzli baxılacağından qorxduğu üçün və məhkəmədən ədalətlə bağlı gözləntilərində əsaslı şübhələr yarandıqdan sonra məhkəməyə ifadəsini yazılı şəkildə təqdim etdiyini, ancaq apellyasiya instansiyasında ədalət tapacağına inandığını bildirmişdir. Tez-tələsik olaraq insan həyatına, onun Konstitusiya ilə ən ali və müqəddəs hesab edilən azadlıq hüququna bir məhkəmə tərəfindən sanki düşmənin işinə baxımış kimi qəsb edilməsinin və sifarişlə ittiham hökmünün çıxarılmasının yolverilməz olduğunu qeyd etmişdir. Ev dustaqlığı ilə bağlı işin məhkəmə gedişində dəfələrlə məhkəməyə əsaslandırılmış vəsatətlər versə də, məhkəmənin onun vəsatətlərinə də qərəz nümayiş etdirərək təmin etmədiyini və ailəsini başsız, azyaşlı uşağını isə atasız qoyduğunu bildirmişdir. Bununla da tam əmin olduğunu qeyd etmişdir ki, məhkəmə vətəndaşın tərəfində yox, polisin və prokurorluğun tərəfindədir və birbaşa onların tapşırığını icra edərək sifarişi yerinə yetirir. Məhkəmənin öz vətəndaşına niyə düşmən gözü ilə baxaraq heç bir əsas olmadan onun azadlıq hüququnu əlindən aldığını, ailəsini başsız və uşağını atasız qoymaqla ona qənim kəsildiyini qeyd etmişdir. Polis və prokurorluğun günahsız insanları şərləyərək tutmaqla məşğul olduqlarını, əgər ədalətə, qanuna və obyektivliyə önəm verilməyəcəksə, onda məhkəmənin nəyə lazım olduğunu sual etmişdir. Polisdə ona narahat olmamasını, uzağı il cəza verəcəklərini dediklərini, məhkəmənin isə 4 il 6 ay əsassız olaraq cəza verdiyini bildirmişdir. Bütün sübutlarını məhkəmədə ədalətin və vicdanlılıq meyarlarının olduğuna ümid etdiyi üçün təqdim etdiyini, lakin bəlkə də həqiqəti və gerçəkliyi dediyi üçün məhkəmənin onu daha ağır formada cəzalandırdığını qeyd etmişdir. Saxlanılaraq narkotik və silahla yüklü edildikdən və barəsində həbs qətimkan tədbiri seçilərək X17 göndərilməli olduqdan sonra da onu penitensiar müəssisəyə gətirmədən 1 həftə müddətində polisin MSY-də saxlayaraq bədəninə yetirdikləri xəsarət izlərinin tez sağalması üçün belinə polis əməkdaşları tərəfindən hər gün mütəmadi maz və kremlərlə məlhəm qoyulduğunu qeyd etmişdir. Silahın ona Bəxtiyar adlı şəxs tərəfindən verilərək əlinə götürməyi və əl-barmaq izlərinin onun üzərinə düşməsini təkid etdiyini, narkotik vasitənin isə Rəşad adlı əməkdaş tərəfindən evinin zirzəmisinə qoyulduğunu bildirmişdir. Onu məcbur edərək silahın və narkotikin ona məxsus olmasını, onları Mazım çayından tapdığını yazdırdıqlarını və kamera önündə isə həmin məzmunda ifadə verməyə məcbur etdiklərini qeyd etmişdir. Müdafiəçisinin gözünün önündə 50 manat şirinlik müqabilində onu qurban verməsindən sonra hansı müdafiə hüququnun olduğuna inana biləcəyini və "müdafiəçisinə" hansı həqiqəti söyləyə biləcəyini sual etmişdir. İş üzrə tərəfindən şahid kimi dəvət olunaraq məhkəmədə ifadə vermiş həmkəndlisi X3 və dostu X7 məhkəmədə əsl gerçəkliyə uyğun, istintaqın saxta ifadələrinin tam əksinə ifadə verdiklərini, həmçinin həyat yoldaşı X4 da məhkəmədə gerçəkliyi əks etdirən ifadələr verdiklərini, lakin məhkəmənin bunların heç birini nəzərə almadığını və onun cəzalandırılması qənaətinə gələrək əsassız olaraq azadlıqdan məhrum etdiyini bildirmişdir. İş üzrə bir sıra vəsatətlərinin hakimlər tərəfindən təmin edilmədiyini, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin polis tərəfindən Mazım çayında deyil, Hunbul çayında camaatın evinin yaxınlığında həyata keçirildiyini, guya onun özlərinin evinə qoyduqları narkotiki və silahı kənd sakinlərinin evinin yanından tapdığını qeyd etmişdir. Bu qədər gülünc və sovet sistemindəki zorakılıq və işgəncə metodları ilə aparılmış, günahsız vətəndaşın cinayətkar kimi cəmiyyətə təqdim edilməsi dövrünün sonu çoxdan başa çatsa da, bu qanunsuzluqlara hüquqi don geydirən məhkəmələrin hələ də qalmaqda davam etdiyini, bunun bir hüquq faciəsi olduğunu bildirmişdir. Hüququn onun kimi günahsız insanların cəzalandırılma mexanizminə çevrilməməli, hüququn haqqı, ədaləti və obyektiv gerçəkliyi bərqərar edərək insan və vətəndaşın hüquqlarının təmin etmə üsulu olmalı və məhkəmələrə olan inamın artmasına gətirib çıxaran bir ədalət elementinə çevrilməli olduğunu qeyd etmişdir. Həyat yoldaşının onkoloji xəstə olduğunu və bir azyaşlı qızının olduğunu, Şəki Ağır Cinayətlər Məhkəməsinin sifarişli hökmü ilə ailəsinin başsız və kiməsiz qaldığını bildirmişdir. Odur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı ittiham hökmünün ləğv edilərək bəraət verilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı2 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərərək şikayətin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- **/**** nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, qonşu kənddə işləyirmiş və evə gələn zaman yoldaşı kiminsə onu gəlib soruşduğunu bildirmişdir. O da yoldaşından gələn şəxsin kim olduğunu soruşmuşdur. Yoldaşı gələn şəxsin kim olduğunu bilməmişdir. Çünki onu soruşan şəxs kim olduğunu yoldaşından gizlətmişdir. Güya gələn şəxs onu iş məqsədilə çağırıbmış. 1 ay yarım sonra həmin şəxs təkrar onların evə gələrək yoldaşından onu soruşubmuş. Ancaq yenə kim olduğunu deməyibmiş. Üçüncü dəfə gələn vaxt həmin şəxs yoldaşına nömrə vermiş və Anarın zəng etməsini bildirmişdir. O da nömrəni götürüb həmin nömrəyə zəng etmişdir. Ancaq həmin nömrəyə zəng çatmamışdır. Bundan sonra həmin nömrənin “Whatsapp”ına səsli mesaj göndərmiş və həmin şəxsin kim olduğunu, nə üçün onu axtardığını soruşmuşdur. Həmin şəxs elə bir nömrə qoymadığını bildirmişdir. Bir müddət sonra iyul ayında qonşu uşaqlarla armud yığmağa getmiş və günorta yeməyi vaxtı qonşu uşağın həyətinə keçmişdir. Elə bu vaxt kimsə Anar deyə onu səsləmiş və onu çağıran şəxsə doğru yaxınlaşmışdır. Həmin şəxs onun Anar olduğuna əmin olduqdan sonra, onunla getməyini bildirmişdir. Sonra onu neçə ay axtardıqlarını demişdir. O da həmin şəxsin kim olduğunu soruşmuş. Həmin şəxs bir ay əvvəl evinə gəlib nömrə qoyan şəxs olduğunu qeyd etmişdir. Həmin şəxs onu göydə axtarıb yerdə tapdığını bildirmiş və onunla getməyini bildirmişdir. O da hara gedəcəklərini soruşduqda, “onunla gəlməsini və hara getdiklərini onda biləcəyini deyərək cavab vermişdir. Həmin vaxt şübhələnmiş, sonra telefonunu götürəcəyini bildirmişdir. Ancaq həmin şəxs telefonu götürməyə icazə verməmişdir. Geri qayıdan vaxt ona əl atmış və oda ondan qaçmışdır. Sabahısı gün bibisi və yoldaşı polis şöbəsinə gedib onu nə üçün axtardıqlarını soruşmuşlar, lazımdırsa onu gətirə biləcəklərini bildirmişlər. Polis əməkdaşı Bəxtiyar adlı şəxs bibisi və yoldaşına, lazım osla onu özləri tutub gətirə biləcəklərini bildirmişdir. Həmin şəxsin ona əl atmasını, arxasıyca qaçdığını qonşularda görmüşdür. Bir müddət sonra qonşu Şamil adlı şəxsi maşınla götürüb armud yığmağa gedən zaman maşın yolda sönmüşdür. Dərhal maşından düşüb nə baş verdiyinə baxmış və sonra benzin nasosun xarab olduğunu görmüşdür. Bir təhər maşını düzətmişdir. Elə bu vaxt ondan 40-50 metr uzaqda bir maşının dayandığını görmüşdür. Maşını düzəldib yola çıxmışdır. Biraz getmişdir ki, əməliyyatçının biri özünü maşının qarşısına atmış və həmin vaxt əməliyyatçı maşına dəyərək yerə düşmüşdür. Sonra təkrar ayağa qalxmışdır. O isə maşını saxlamamış və maşını sürüb yoluna davam etmişdir. Daha sonra qohumuna zəng edib, gəlib onu götürməsini bildirmişdir. Sonra qohumu onu Qazma kəndinə aparmışdır. Yolda gedə-gedə yoldaşına zəng etmiş və başına gələn hadisəni danışmışdır. Sonradan eşitmişdir ki, polis əməkdaşları bacanağını, qonşu Təbrizi, və yoldaşını vəhşicəsinə maşına qoyub polis şöbəsinə aparmışlar. Yoldaşı həmin vaxt hamilə olmuşdur. Polis əməkdaşları onları polis şöbəsinə aparmış, sorğu-sual etmiş və onun harada olduğunu soruşmuşlar. Onlarda onun harada olduğunu bilməmişlər. Axşama qədər Qazma kəndində dayandıqdan sonra qohumunun telefonu ilə qonşusuna zəng edib yerini bildirmiş və onu gəlib götürməsini qeyd etmişdir. Sonra qonşusu gəlmişdir. Qonşusu ilə birlikdə Tülü kəndinə getmişlər. Həmin vaxt axşam saat 11 radələri olarmış. Dostuna başına gələn hadisəni danışmış və onlarda qalacağını bildirmişdir. Dostu etiraz etməmişdir. Səhər saatlarında həyətdən səs-küy eşitmişdir. Birdə görmüşdür ki, həyətdə xeyli sayda polis əməkdaşları vardır. Artıq qaçmağa yeri olmamışdır. Polis əməkdaşları onu və dostunu saxlayıb polis şöbəsinə aparmışlar. Həmin vaxt onu vəhşicəsinə aparmışlar. Səhv etmirsə 4 maşın polis gəlmişdir. Onu aparan vaxt ayağından və bədəninin yan tərəfindən xəsarət almışdır. Polis şöbəsinə gələn zaman maşında qarşıda oturan polis əməkdaşı alışqanın arxa tərəfi ilə başına-başına vurmuşdur. Polis şöbəsində onu və dostunu 3-cü mərtəbəyə qaldırmışlar. Bundan sonra dostunu və onu döyməyə başlamışlar. Onu dəyənəklə, yumruq və təpiklə döyürmüşlər. Sonra Vüsal adlı polis əməkdaşı gəlmişdir. Hansı ki, saxlanılmadan əvvəl özünü maşının qarşısına atmışdır. Həmin vaxt qolu sarğılı olmuşdur. Ehtimal edirmiş ki, maşınla onu vuran zaman xəsarət almışdır. Vüsal adlı polis əməkdaşı otağa daxil olmuş, onu dünən vuran olduğunu ona demiş və sonra onu ayaqqabısının arxası ilə döyməyə başlamışdır. Onu döydükdən sonra müvəqqəti saxlama yerinə aparmışlar. Bir müddət sonra təkrar onu yuxarı qaldırıb döyməyə başlamışlar. Sonra onu rəis müavini Gündüz müəllimin yanına aparmışlar. Polis əməkdaşları onu hara aparırmışlarsa, orada döyməyə başlayırmışlar. Daha sonra ona narkotik və avtomat göstərib onun olduğunu bildirmişlər. O, isə həmin vaxt etiraz etmişdir. Boynuna almamışdır. Sonra demişdirlər ki, əgər o, razılaşmasa, yoldaşı razıdır. Narkotiki yoldaşının boynuna qoyub həbsə atacaqlarmış. Ona psixi təsir göstərmişlər. Polis əməkdaşları onu saxlamadan əvvəl evinə daxil olub hər yeri axtarmışlar, lakin qanunsuz heç nə aşkar etməmişlər. Narkotiki və avtomatı boynuna almamışdır. Sonra onu təkrar döyməyə başlamışlar. Bir sözlə polis əməkdaşları ilə razılaşmışdır. Sonra onu Bəxtiyar adlı polis əməkdaşının yanına aparmışlar. Həmin vaxt orada avtomat və narkotik vasitə olmuşdur. Sonra Rəşad adlı polis əməkdaşını çağırmışlar. Rəşad ondan evinin damına necə çıxdığını və nərdivan olub-olmadığını soruşmuşdur. O da evdə nərdivan olmadığını demişdir. Sonra evin zirzəmisini soruşmuşdur. O da evdə zirzəmi olduğunu demişdir. Rəşad evinin zirzəmisinə narkotik qoyacağını, daha sonra yerini ona deyəcəyini bildirmişdir. Sonra demişdir ki, evində videoçəkiliş olacaqdır və narkotik evin zirzəmisində olacaqdır. Videoçəkiliş zamanı girib zirzəmidən narkotiki çıxararmış. Daha sonra onu təhqiqatçının otağına aparmışlar və onu öyrətmişlər ki, çəkiliş zamanı onların dediklərini deyər. Dəfələrlə videoçəkiliş etmiş və sonra təkrar onu öyrətmişlər. Daha sonra otağa bir tanımadığı xanım gəlmişdir. Həmin xanım gülə-gülə otağa daxil olmuşdur. Polis əməkdaşları həmin xanımın Məlahət olduğunu və onun vəkili olduğunu qeyd etmişlər. Sonra vəkilin yanında ona öyrətmişlər ki, videoçəkiliş zamanı onların dedikləri kimi ifadə verərmiş. Maraqlıdır ki, vəkili sadəcə izləyir və heç nə demirmiş. Sonra otağa rəisin müavini gəlmiş və təhqiqatçıya 50 manat pul vermişdir. Həmin puluda vəkilə verməsini bildirmişdir. Sonra onu müvəqqəti saxlama yerinə aparmışlar. Dəqiq xatırlamır, səhv etmirsə, sabahısı günü onu evə aparmışlar. Videoçəkilişdən əvvəl onu öyrətmişlər. Sonra videoçəkiliş başlamışdır. Videoçəkilişdən əvvəl təhqiqatçı ona demişdir ki, narkotiki “Mazımçay” çayından balıq tutmağa gedən zaman oradan tapdığını bildirməsini demişdir. Sonra avtomatıda güya oradan tapdığını deməliymiş. Bir sözlə ona hamısını öyrətmişdirlər. Videoçəkiliş zamanı evdən narkotiki və avtomatı götürmüşdür. Həmin vaxt evində qıfıl olmuş və polis əməkdaşları çəkilişi dayandırıb qıfılı qırmışdırlar. Daha sonra çəkiliş davam etmişdir. Sonra polis şöbəsinə geri qayıtmışdır. 11 gün müvəqqəti saxlama yerində qalmışdır. Rəis müavini ona demişdir ki, heç yerdə əməliyyatçını maşınla vurduğunu deməyər. Sonra müstəntiq gəlmişdir. Müstəntiq ona təsəlli vermiş və demişdir ki, ona birinci maddə ilə ittiham verilmişdir. Onunda maddələrdən anlayışı olmamışdır. Birinci maddənin nə olduğunu soruşmuş və müstəntiq ona cavab vermişdir ki, get vaxtı çatanda birinci maddənin nə olduğunu bilər. Sonra ona narkotikdən məcburi müalicəyə aid nəsə göstərmişlər və dövlətin onu narkotikdən pulsuz müalicə edəcəyini bildirmişlər. O isə ehtiyacının olmadığını qeyd etmişdir. Çünki o, narkoman deyildir. Bir-neçə gün sonra müstəntiq gəlmiş və ona demişdir ki, onu “Mazımçay” çayı tərəfə aparırlar. Güya narkotiki oradan tapmışdır. Bir sözlə yola çıxmışlar, lakin yol təmirli olduğu üçün “Mazımçay” çayına getməmişlər. Başqa çay tərəfə getmişlər. Güya narkotiki həmin çaydan tapmışdır. Bir-neçə gün sonra onu Şəki şəhərinə müayinəyə aparmışlar. Polis şöbəsində olduğu müddət ərzində xəsarətləri sağalması ilə bağlı onun belinə və əllərinə maz vururmuşlar. Şəki şəhərində onu soyundurub yoxlamadan qeydiyyata alıb Balakən şəhərinə aparmışlar. Bir-neçə gün xəsarətlərinin sağalmasını gözləmişlər və sonra onu Penitensiar Müəssisəyə aparmışlar. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs göstərmişdir ki, Xankəndi şəhərində işləyən vaxt 2 dəfə narkotik vasitədən istifadə etmişdir. Əməliyyatçını maşınla vurmuşdur. Rəşad adlı polis əməkdaşı demişdir ki, onlardan qaçıb maşınla əməliyyatçını vurmasaymış ondan 1000 manat alıb buraxacaqlarmış. Polisdən qaçıb əməliyyatçını vurduğu üçün ondan qərəzli qalıb başına bu oyunu açıblarmış. Cəmi iki dəfə narkotik vasitədən istifadə etmişdir. Polislərlə qərəzli münasibəti olmamışdır. Heç onlarında onunla qərəzli münasibətləri olmamışdır. Polisdə düşməni olan şəxs olmamışdır. Heç onlar onu tanımır. O da onları tanımamışdır. Vüsal adlı polis əməkdaşı demişdir ki, ona yüngül maddə ilə ittiham verəcəklərmiş. Ona olunan qanunsuzluqla bağlı heç yerə şikayət etməmişdir. Təbrizgilə iyunun biri getmişdir. Həmin vaxt günorta radələri olarmış. Təbrizgildə olan zaman bir şəxs gəlmiş və Anar deyə ona səslənmişdir. Həmin şəxsin yerini haradan bildiyini dəqiq deyə bilmirmiş. Həmin şəxs özü etiraf etmişdir ki, onu çoxdandır izləyirlərmiş Gələn şəxs onunla birlikdə getməyini bildirmişdir. O isə onunla getməmiş və qaçmışdır. Həmin vaxt qonşu gəlinin ürəyi getmişdir. Həmin vaxt qaçaraq qonşuya keçmişdir. Mülki geyimdəki şəxs yoldaşını təhqir etmişdir. İfadəsində yazdırmışlar ki, güya armud yığarkən yıxılmışdır. Halbuki belə hal baş verməmişdir. Saxlanılan vaxt onu sürümüşlər və bədənində xəsarətlər qalmışdır. Ona görə demişlər ki, güya yıxılmışdır. İbtidai istintaq zamanı müdafiəçi ayağındakı sarğıları görmüşdür. Ancaq heç nə deməmişdir. Saxlanılıb aparılarkən üzərində telefon olmamışdır. Telefonunu və maşının açarlarını Ayazın yoldaşına vermişdir. Başqa telefonla Elvinə zəng etmişdir. Elvinə zəng etmiş və gəlib onu götürməsini bildirmişdir. Müvəqqəti saxlama yerində Təbrizi görmüşdür. Polis əməkdaşları onuda günahsız yerə saxlamışdırlar. Onu Tülü kəndində saxlayıblar. Polisdən qaçmamış, nə də yıxılmamışdır. Çünki qaçacaq yer olmamışdır. Polislər 4 maşın gəlmiş və sayları çox olmuşdur. Həmin vaxt onu və dostu Faiqi saxlayıb polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu və Faiqi döyüblərmiş. Maşını yolda xarab olan vaxt 4 nəfər ona yaxınlaşmış. Həmin şəxslər polis əməkdaşları olmuşdur. Əməkdaşlardan biri maşının üstünə tullanmışdır. Polis əməkdaşları qohumlarını incidiblərmiş. Polis əməkdaşları bacanağını, yoldaşını və qonşu Təbrizi saxlayıb polis şöbəsinə aparıblarmış. Rəşad adlı polis əməkdaşı narkotiki evinə yerləşdirəcəyini bildirmişdir. Rəşad demişdir ki, ondan 800-1000 manat alıb buraxacaqlarmış, lakin əməkdaşı maşınla vurduğuna görə və onlardan qaçdığına görə vəziyyət dəyişmişdir. Polis əməkdaşları onu Tülü kəndində dostu Faiqin evində saxlamışlar. Polis əməkdaşları onu səhər saatlarında saxlamışlar Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ## #### 2024cü il tarixdə Balakən rayonu Qullar kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi, həmçinin Balakən rayonu Qullar kəndində yerləşən evində narkotik vasitə və odlu silah saxlaması barədə məlumat daxil olmuşdur. Sonra həmin tarixdə şahid1 ilə birlikdə keçirdikləri tədbir zamanı Təqsirləndirilən şəxs Balakən rayonu Tülü kəndi ərazisində saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edən zaman Təqsirləndirilən şəxs qaçmağa başlamışdır və biraz sonra ayağı büdrəyərək yerə yıxılmışdır. Onlar Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda, həmçinin Balakən rayonu Qullar kəndində yerləşən evində narkotik vasitə və odlu silah saxlamaqda şübhəli olduğunu deyərək Balakən rayon polis şöbəsinə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt o, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuanaya oxşar kütləni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir və təqdim etdiyi sellofanda olan kütlənin “nəşə” olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuanaya oxşar kütlə üzərindəki sellofanla birlikdə elektron tərəzidə çəkilmişdir və ümumi çəkisi 32,37 qram təşkil etmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs ## #### 2024-cü il tarixdə Balakən rayonu Tülü kəndindən keçən “Mazımçay” adlı çayın kənarından 12 ədəd narkotik ağacı tapdığını, həmin ağacların üzərindən narkotik vasitəni yığdıqdan sonra ağacları çaya atdığını, yığdığı narkotik vasitəni və həmin yerdən tapdığı avtomat silahını yaşadığı evə apararaq saxladığını, üzərindən aşkar olunmuş narkotik vasitənin həmin ağaclardan yığdığı narkotik vasitənin bir hissəsi olduğunu, həmin kütləni istifadə etmək üçün saxladığını, həmin kütlənin və silahın onda olmasından heç kimin xəbəri olmadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı narkotik vasitəni və odlu silahı təqdim edə biləcəyini, bununla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuanaya oxşar kütlə 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və götürülmüşdür. Bundan sonra həmin tədbirin davamı olaraq ## #### 2024cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu Qullar kəndində yerləşən evinə, evin həyətyanı sahəsinə və yardımçı tikililərə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisini göstərərək orada olan 01 ədəd qara rəngli sellofan torbanı və 01 ədəd sintetik kisəni təqdim etmişdir. Sintetik kisənin içərisinə baxdıqda 01 ədəd nömrəsi silinmiş avtomat silahı və içərisində 10 ədəd patron olan avtomat darağı aşkar edilmişdir. Həmin avtomat və içərisində patronlar olan daraq bir ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmışdır. Evin zirzəmisindən aşkar edilmiş 01 ədəd qara rəngli sellofan torbanın içərisində olan əlavə 01 ədəd ağ rəngli sellofan torbada isə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması məlum olmuşdur. Həmin sellofan torba içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1 kq 160 qram olmuşdur. Həmin sellofan torba bir ədəd ağ rəngli sintetik kisədə qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin və odlu silahın onda olmasından heç kimin xəbəri olmadığını bildirmişdir. Baxış zamanı başqa qanunla qadağan edilən kütlə, vasitə və ya predmet aşkar edilməmişdir Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid1 şahid şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Anarla birlikdə yaşadıqları müddətdə Rahib adlı polis əməkdaşı dəfələrlə yaşadıqları ünvana gələrək Anarı çağırmışdır. Həmin ərəfələrdə Anar evdə olmamışdır. Polis əməkdaşları Anarı nə üçün axtardıqları barədə ona məlumat verməmişlər. Evdə oturan zaman qonşu evə gəlmiş və onda ayıldıcı nə isə olub-olmadığını soruşmuşdur. Nə baş verdiyini soruşan vaxt gəlinin ürəyi getdiyini bildirmişdir. Qonşu ilə birlikdə onlara getmişdir. Baxmışdır ki, gəlinin ürəyi getmişdir. Həmin vaxtda Anarın arxasınca kiminsə qaçdığını görmüşdür. Sonra həmin polis əməkdaşı bir müddət sonra fırlanıb gəlmiş və ona “Hanı az sənin ərin” deyə kobud şəkildə ifadə işlətmişdir. Polis əməkdaşı üzərinə qışqırmış və həyətə daxil olmuşdur. Anarı görmədiyini bildirmişdir. Polis əməkdaşı təkrar kobut şəkildə “Kəs səsini, yoxsa bu dəqiqə səni döyərəm” deyə onu təhqir etmişdir. Daha sonra polis əməkdaşı həyətin hər yerini yoxladıqdan sonra çıxıb getmişdir. Bir həftə sonra Anar qonşunun həyətində armud yığmağa getmişdir. Təxminən günorta radələri olarmış. Qonşu evə gəlmiş və qonşu Türkanın yenə ürəyinin getdiyini bildirmişdir. Həmin vaxtda Anar evdə olmuşdur. Onlara internet çəkənlər gəlmiş və Anar onların yanında olmuşdur. Qonşusu Türkanı xəstəxanaya aparmağını xahiş etmişdir. O da bu barədə Anara bildirdikdə, Anar gedə biləcəyini demişdir. Bir sözlə Türkanla birlikdə xəstəxanaya getmişlər. Xəstəxanadan çıxıb evə gələn vaxt evlərinin ətrafında polis əməkdaşlarını görmüşdür. Rəşad adlı polis əməkdaşı taksiyə yaxınlaşaraq Anarın yoldaşı olub-olmadığını soruşmuşdur. O da Anarın yoldaşı olduğunu bildirmişdir. Rəşad adlı polis əməkdaşı qolundan yapışaraq onu maşına doğru aparmışdır. Sonra maşınının arxa baqajını açaraq kobud şəkildə onu maşının baqajına atmışdır. Həmin ərəfədə hamilə olmuşdur. Polis şöbəsində əməkdaşlar üzərinə qışqırmağa başlamışlar. Polis əməkdaşları suallara düzgün cavab vermədiyi təqdirdə boynuna 2 torba narkotik vasitə qoyacaqlarını və onu da yoldaşının yanına göndərəcəklərini bildirmişlər. Yoldaşının nə etdiyini soruşduqda, Nicat adlı polis əməkdaşı “Dur izahata qol” çək demişdir. O isə heç nə yazmadığını bildirmişdir. Sonra ona zorla izahata qol çəkdirmişlər. İzahatla tanış olmamış və izahatını oxumamışdır. Çünki şərait yaratmamışlar. İzahata imza etdikdən sonra, onu digər otağa aparıb təhqir etməyə başlamışlar. Axşam radələrinə qədər onu polis şöbəsində saxlamışlar. Bəxtiyar adlı polis əməkdaşı dəfələrlə yoldaşı Anarın yerini soruşmuşdur. Ancaq hər dəfə onun yerini bilmədiyini bildirmişdir. Polis əməkdaşları yoldaşı Anarın polis əməkdaşını vurub qaçdığını bildirmişlər. Həmin vaxta qədər heç nədən xəbəri olmamışdır Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Dilarə Hacıyeva göstərmişdir ki, Anar həyətdə armud yığmışdır. Anar armud ağacından yıxılmamışdır. Onda tutulana qədər xəsarət olmamışdır. Polis əməkdaşları Anarın arxasınca qaçan vaxt Anar xəsarət almışdır. Polis əməkdaşları ondan başqa Təbriz Dərvişovu və bacısının həyat yoldaşını polis şöbəsinə aparmışlar. Polis əməkdaşları onları nə üçün apardıqlarını deməmişlər. Polis əməkdaşına evdə azyaşlı uşağının olduğunu demişdir. Ona səsini kəsməyini, yoxsa onunda boynuna narkotik qoyacaqlarını bildirmişlər. Bəxtiyar adlı polis əməkdaşı ayağını-ayağının üstünə aşırıb ərinin hara getdiyi barədə onu sorğu-sual etmişdir. O isə heç nə bilmədiyini demişdir. Həmçinin boynuna narkotik vasitə qoymaqla onu hədələmişdir. Onları polis şöbəsinə günorta 4-5 radələrində aparmışlar. Onları axşam 8-9 radələrində buraxmışlar. Anarla əlaqə saxlamışdır. Anar onu dolaşığa saldıqlarını bildirmişdir. Təbrizlədə əlaqə saxlamışdır. Təbrizin dediyinə görə kimsə Anarın sürdüyü maşının üstünə tullanmış və yıxılmışdır. Anar hara getdiyi barədə ona məlumat verməmişdir. Anarın saxlanıldığını bilməmişdir. Kimsə sabahısı günü demişdir ki, Anarı saxlamışlar. Polis şöbəsindən Anarın saxlanıldığına dair ona zəng gəlməmişdir. O, polisdə olan vaxt uşağı Türkanın qaynatasının yanında qalmışdır. Onu zorla maşına əyləşdirən vaxt Türkanın qaynanası yanında olmuşdur. Sonra Təbrizi maşına əyləşdirmişlər. Həmin ərəfədə onkoloji xəstəliyi olmamışdır. Hamiləliyini itirdikdən sonra stres keçirmiş və onoloji xəstə olmuşdur. İfadəsində göstərdikləri ilə bağlı prokurorluğa və ya “102” qaynar xəttinə şikayət etməmişdir. Onlar polisə güvənmişlər. Yoldaşı narkotik vasitədən heç vaxt istifadə etməmişdir. Anar saxlanıldıqdan sonra polis şöbəsinə getməmişdir. İfadənin altındakı imza ona məxsusdur. Nurlan müəllim onu çağırıb izahata imza etdirmişdir. İzahatı polis tərəfindən dəyişdirilmişdir. İzahatın altındakı imza ona məxsusdur. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, Anarla armud yığmağa gedirmişlər. O, ağacdan armudları yığırmış, Anarda aparıb satırmış. Səhər saatlarında Anarla armud yığmağa getmişlər. Çörəklərini yedikdən sonra qutuları yığıb maşına əyləşmişlər və yola çıxmışlar. Yolda maşın nasazlanmış və sönmüşdür. Anar maşına baxdıqdan sonra yollarına davam etmişlər. Qarşılarında bir maşın dayanmışdır. Maşından bir nəfər düşüb Anara maşını saxlamasını bildirmişdir. Anar maşını arxaya vermiş, ancaq saxlamamış və maşını sürmüşdür. Anar maşınla əməliyyatçıya dəyib maşını sürmüşdür. Axşam evə gəldiyi vaxt atası polis əməkdaşlarının onu soruşduğunu bildirmişdir. O da çölə çıxmışdır. Polis əməkdaşları Anarı soruşmuşlar. O da Anarın harada olduğunu bilmədiyini qeyd etmişdir. Onu şöbəyə aparıb bir gün saxlamışlar, sonra isə buraxmışlar. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Təbriz Dərişov göstərmişdir ki, hadisə iyul ayında baş vermişdir. Maşından düşən şəxs Anara maşını saxlamasını bildirmişdir. Anar maşını arxaya vermiş, lakin maşını saxlamadan sürmüşdür. Anarla armud yığmağa birlikdə getmişlər. Anar ağacdan yıxılmamışdır. Çünki ağaca o, qalxıb armudları yığmışdır. Ümumiyyətlə Anarın yıxıldığını görməmişdir. O, evə təzə çatmışdır. Atası demişdir ki, polis əməkdaşları onu çağırırmış. Qapıya çıxmışdır. Polis əməkdaşları Anarı soruşmuşlar. O da Anarın harada olduğunu bilmədiyini qeyd etmişdir. Anar maşını Namiqgilə apardığını, sonra isə getdiyini bildirmiş və polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Anarın sonradan hara getdiyi barədə onda məlumat olmamışdır. Onu axşamüstü 16-17 radələrində polis şöbəsinə aparmışlar. Polis şöbəsində ondan Anarı soruşmuşlar. Maşında Şamil olmuşdur. Həmin günü Şamil kömək məqsədilə onlarla gəlmişdir. Şöbədən demişdirlər ki, Anarı polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Anarın səs-küyünü eşitməmişdir. Onu Namiqlə birlikdə şöbəyə aparmışlar. Polis şöbəsində onu döyməmişlər. Anarın nə vaxt tutulduğunu bilmir. Anarla qonşuluq münasibəti vardır. Anarla uşaqlıqdan birlikdə böyümüşlər. 2-3 gün Anarla birlikdə armud yığmağa getmişdir. Təxminən iyul ayları olmuşdur. Demişlər ki, Anar tutulmuşdur. Ona görə də, armud yığmağa gəlməmişdir. Onu çağırandan-çağırana armud yığmağa gedirmiş. Anarla armud yığdıqları günün axşamı onu polis şöbəsinə aparmışlar. Maşını Anar idarə etmişdir. Yolda onları saxlamışlar. Kimin saxladığını bilmir. Əl edib Anar sürən maşını saxlamışlar. Həmin hadisə Qullar yolunda baş vermişdir. Anar maşını arxaya vermiş, maşını saxlamamış və sürmüşdür. Anar sürüb getdikdən sonra arxalarınca başqa maşının gəlib-gəlmədiyini bilmir. Anar maşını Namiqgilə apardıqdan sonra, o da evə getmişdir. Həmin gün gəlib onu şöbəyə aparmışlar. Onu şöbəyə apardıqları zaman Anar saxlanılmamışdır. Polis şöbəsində ondan Anarı soruşmuşlar. Anarı sonuncu dəfə harada gördüyünü demişdir. Anarın harada gizləndiyini soruşmuşlar. O isə yerini bilmədiyini qeyd etmişdir. Məni polis şöbəsinə axşam saat 17 radələrində aparmışlar. Anarın yerini soruşduqdan sonra onu buraxmışlar. Polis şöbəsində Anarın səsini eşitmişlər. Onu axşam saat 17 radələrində polis şöbəsinə aparmışlar. Onu həmin axşam polis şöbəsində saxlamışlar. Sabahısı gün buraxmışlar. Saxlanıldığı günün sabahısı polis şöbəsində Anarın səsini eşitmişdir. Anar Təbriz deyib ona səslənmiş, lakin nə dediyini dəqiq xatırlamır. Namiq və Elnarəni onunla birlikdə polis şöbəsinə aparmışlar. Onları eyni maşında polis şöbəsinə aparmışlar. Polis şöbəsində Namiqlə onu eyni otağa aparmışlar. Sonra Namiqi yanından götürüb aparmışlar. Namiq və Elnarənin döyüldüyünü dəqiq xatırlamır. Anarla birlikdə böyümüşdür. Anarın narkotik vasitə istifadə etdiyini və ya silah saxladığını heç vaxt görməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, keçən ilin iyul ayında axşam saat 10-11 arasında Anar onlara gəlmişdir. Anardan nə baş verdiyini soruşmuşdur. Anar onu təhdid etdiklərini, kiminsə onun arxasınca düşdüyünü bildirmişdir. Oturub Anarla çay içmişlər və biraz söhbət etmişlər. Anara onlarda qalmasını təklif etmişdir. Anarda razılaşmışdır. Həyətdə üstü bağlı yer olmuş, Anar orada yatacağını demişdir. Səhərə yaxın 4 radələrində 4-5 polis əməkdaşı evə daxil olmuşdur. Həmin şəxslər Anarı soruşmuşlar. Həmin vaxt ona sillə vurmuşlar. Sonra Anar döyə-döyə küçəyə çıxartmışlar. Onu və Anarı polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu döymüşlər və işgəncə vermişlər. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Faiq Sabirov göstərmişdir ki, Anar onlara gəlmiş və onun arxasınca düşən şəxslər olduğunu demişdir. Həmin şəxslərin mülki şəxslər olduğunu qeyd etmişdir. Səhər 4 radələrində polis əməkdaşları evə basqın etmişlər. Həyətinə girən şəxslər həm mülki formada, həm də polis formasında olmuşlar. Həyətinə 18-20 ədəd polis əməkdaşı daxil olmuşdur. Polis əməkdaşları evinə qanunsuz girmişlər. Polis əməkdaşları qapını sındırıb evə daxil olmuşlar. Həmin vaxt ailəsi yanında olmaqla hər şeyin şahidi olmuşlar. Polis əməkdaşı ona sillə vurmuş və Anarın yerini soruşmuşdur. Onlar həmin vaxt Anarı görməmişlər. Sonra kimsə Anarı tapdığını bildirmişdir. Evdən çıxıb Anarı döyməyə başlamışlar. 4-5 polis əməkdaşı Anarı döymüşdür. Anar və onu polis şöbəsinə apardıqları zaman döymüşlər. Polis əməkdaşları maşınları evdən aralıda saxlamışdırlar. O və Anarı döyə-döyə polis şöbəsinə aparmışlar. Həmin vaxt onları danışmağa qoymamışlar. Anar onlara gələn vaxt üzərində xəsarət olmamışdır. Polis şöbəsində ona qarşı işgəncə olunmuşdur. Anara polis şöbəsində işgəncə verirmişlər. Onun səsini açıq-aydın eşidirmiş. Anar qışqırırmış. Polis şöbəsində Anarı görmürmüş, səsini eşidirmiş. Onu 2 gün polis şöbəsində saxlamışlar və işgəncə vermişlər. Ondan pul tələb edirlərmiş. Ondan 5 000 manat pul tələb edirlərmiş. Anar demişdir ki, mülki şəxslər onu təqib edirlər. Anardan niyə onu təqib etdiklərini soruşmamışdır. Anarla birlikdə işləmişdir. Müstəntiqə ifadə verməmişdir. Anarla birlikdə işləmişdir. Anarda silah görməmişdir. Anarın evində silah görməmişdir. Anarın narkotik istifadə etdiyini görməmişdir. Anarı 2012-ci ildən bəri tanıyır və Anarla birlikdə fəhlə işləmişlər. İş olandan olana bir-birlərini çağırmışlar. Anarla yaxın münasibəti vardır. Onu iki gündən çox polis şöbəsində saxlamışlar. Polis şöbəsində ona işgəncə vermişlər. Ona demişlər ki, cinayətkarı evində saxlayırmış. Niyə polis şöbəsinə məlumat verməmişdir. Onu belə deyib döyürmüşlər. Onu təpik, yumruq və rezin dəyənəklə döymüşlər. Döyüldükdən sonra bədənində xəsarətlər olmuşdur. Döyülməyi ilə bağlı heç yerə şikayət etməmişdir. Çünki qorxmuşdur. Xəsarətləri ilə bağlı xəstəxanaya getməmişdir. Xəstəxanaya gedən kimi polis şöbəsinə məlumat verəcəkmişlər. Yenə onu aparıb döyəcəkmişlər. Ona görə xəstəxanaya getməmişdir. Anarı ona məxsus həyətdə saxlamışlar. Polis əməkdaşları evinə basqın etmişlər. Səhərə yaxın 4 radələri olarmış. Polis əməkdaşları həmin vaxt evinə girmişlər. Anar yatan yeri aydın görməmişdir. Polis əməkdaşları onu evdən çıxaran vaxt kimsə Anarı tapdığını bildirmişdir. Anar həmin vaxt həyətdə üstü bağlı yerin altında yatırmış. Anarı həyətdə vurmuşlar. Anar qışqırmağa başlamışdır. Anar talvarın altında yatırmış. Yəqinki polislər onu görmədən birbaşa evə daxil olmuşlar. Onu evdən çıxaranda kimsə demişdir ki, Anarı tapdıq. Polis əməkdaşları evə daxil olub otaqda kimin olduğunu soruşmuşlar. O da evdə yoldaşının olduğunu bildirmişdir. Sonra ondan haradadır deyə soruşmuşlar. Kimi soruşduqlarını öyrənmək istəmişdir. Ona demişdirlər ki, onların kimi soruşduqlarını o yaxşı bilir. Elə bundan sonra onu çölə çıxartmışlar. Kimsə oradan demişdir ki, Anarı tapmışlar. Onların evin pilləkənindən düşən kimi talvar görünürmüş. Evi 2 otaqdan ibarətdir. Evdən çıxan kimi talvardır. Evdə 3 pilləli pilləkən vardır. Anarı həyətdə betonun üstündə döyməyə başlamışlar. Pilləkənlə Anarı tutduqları yer arasındakı məsafə 4-5 metr olmuşdur. Savadsız olduğu üçün ona olunan qanunsuzluq barədə şikayət etməmişdir. Polis şöbəsində Təbrizi görmüşdür. 2-3 saat onları birlikdə saxlayıblarmış. Yanlarında polislər olduğu üçün Təbrizlə söhbət edə bilməmişdir. Polis şöbəsində Anarla birlikdə qalmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Məmmədov Tural İsrayıl oğlu ifadəsində göstərmişdir ki, işin üstündən xeyli vaxt keçmişdir. Yəqin ki, təqsirləndirilən şəxsi o, yoxlamışdır. Ancaq hazırda xatırlamır Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Tural Məmmədov göstərmişdir ki, təqsirləndirilən şəxsi yoxladığını xatırlamır, çünki işin üstündən 1 ildən çox vaxt keçmişdir. 2024-cü ilin 7-ci ayında təqsirləndirilən şəxs daxil olan vaxt, baş həkim daxil olmaqla onlarda 6 nəfər işçi işdən azad olmuşdur. İşçilər işdən çıxdığına görə sənəd işləri ilə məşğul olan əməkdaş olmamışdır. O, laboratoriya həkimidir və o, sənəd işləri ilə heç vaxt məşğul olmamışdır. Bununla əlaqədar tibbi kartanın açılmasında, arayışların verilməsində ləngimələr olmuşdur. Çünki sənəd işlərindən anlayan əməkdaşlar işdən çıxmışdır. Təqsirləndirilən şəxsi həmin səbəblə gec yoxlaya bilər. Ola bilsin ki, 10 gün ərzində şəxsdə olan xəsarətlər sağalsın. Ona görə sənəddə xəsarət olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxsə 10 gün sonra baxış keçirməyinin səbəbi eyni zamanda polis əməkdaşlarının şəxsi qeydiyyata salıb, təkrar polis şöbəsinə aparması ola bilərmiş. Elə olur ki, polis əməkdaşları təqsirləndirilən şəxsi qeydiyyata salıb, təkrar polis şöbəsinə aparırlar. Belə olan halda təqsirləndirilən şəxsləri yoxlaya bilmirlər. Vətəndaşı polis şöbəsində 15 gündən artıq saxlaya bilməzlər. Ona görə də, vətəndaşı müəssisəyə gətirib qeydiyyata salıb, təkrar aparırlar. Ola bilər ki, təqsirləndirilən şəxsi polis əməkdaşları müəssisəyə gətirib qeydiyyata salıb, təkrar aparmışlar. Ona görə də, onu yoxlaya bilməmişdir. Müayinə apardıqları otaqda kamera yoxdur. Onların elə standart yeri yoxdur. Onlar müayinəni həkim otaqlarının hər birində keçirə bilirlər. Əgər sənədlərdə yazılıbsa, deməli təqsirləndirilən şəxsi müayinə etmişdir. Tibbi kartanı ona verilən məlumatlar əsasında doldurmuş, lakin təqsirləndirilən şəxsi müayinə etdiyini xatırlamır. Eyni zamanda təqsirləndirilən şəxs gətirilən dövrdə işçiləri işdən çıxmışdır. Sənədlərdə ləngimələr olmuşdur. Təqsirləndirilən şəxsi müəssisəyə daxil olduqdan 10 gün sonra yoxlamışlar. Təqsirləndirilən şəxsi ayın 9-u yoxlamamışdır. 10 gün sonra yoxlamışdır. Tibbi kartanın açılma tarixini 19 iyul qeyd etmişdir. Kartanın açılma tarixini şəxsə baxış keçirdikləri günü götürürlərmiş. Tibbi karta ayın 19-u tərtib olunmuşdur. Təqsirləndirilən şəxs müəssisəyə daxil olduqdan sonra ona həmin gün baxılmalıdır və müayinə olunmalıdır. Xəsarət varsa dərhal qeyd olunmalıdır. Ola bilsin ki, ona görə təqsirləndirilən şəxsi gec yoxlamışlar. Belə də ola bilər ki, polis əməkdaşları şəxsi qeydiyyata salıb, təkrar aparıblar. Belə olan halda vətəndaşı görə bilmirlər. Bu iki halda ola bilər. Təqsirləndirilən şəxsə 10 gün sonra baxış keçirməyinin səbəbi həmin dövrdə həkimlərin işdən çıxması, sənədlərlə məşğul olan işçinin olamaması ola bilər. O, laborant həkimdir. Onun işi şəxsə bədən baxışı keçirmək deyildir. Sadəcə həmin dövrdə həkimlər işdən çıxdığı üçün baxışı o, keçirmişdir. Sənəddəki imza ona məxsusdur. Təqsirləndirilən şəxsi müayinə etdiyini xatırlamır. Təqsirləndirilən şəxs ilə danışdırdığını xatırlamır. Təqsirləndirilən şəxsi yoxladığını xatırlamır. Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “raport”dan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi, həmçinin qanunsuz olaraq Balakən rayonu Qullar kəndində yerləşən evində narkotik vasitə və odlu silah saxlaması barədə Balakən RPŞnin Cinayət Axtarışı Bölməsinə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03) Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “raport”dan görünür ki, həmin gün saat 11:00-da Təqsirləndirilən şəxs Balakən rayonu Tülü kəndində saxlanılmış və Balakən rayon Polis şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 04) Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “Akt”dan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Tülü kəndində saxlanılaraq Balakən RPŞ-nin növbətçi hissəsinə gətirilib təhvil verilən zaman Təqsirləndirilən şəxs sol və sağ qollarında sıyrıqlar, qarnının sol aşağı hissəsində yara və qızartılar, sağ ayağın diz hissəsində yara, belin kürək hissəsində və belin sol aşağı hissəsində qızartılar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs sol və sağ qollarında cızıqlar, qarının sol aşağı hissəsində yara və sıyrıqların və sağayağın diz hissəsində yaraların təxminən 5 gün əvvəl yaşadığı ünvanda armud ağacından yıxılan zaman xəsarət almasını, belin kürək hissəsində və belin sol aşağı hissəsində qızartı xəsarətlərini isə ##.##.2024-cü il tarixdə saat təxminən 11 radələrində Balakən rayonu Tülü kənd ərazisində polis əməkdaşları ona yaxınlaşan zaman onlardan yayınaraq qaçmağa cəhd göstərən zaman beli üstə yıxılaraq xəsarətlər aldığını bildirmişdir (cild 01, iş vər. 06) Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş ##.##.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 11:20 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 15-16). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı o, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuanaya oxşar kütləni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və təqdim etdiyi sellofanda olan kütlənin “nəşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuanaya oxşar kütlə üzərindəki sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 32,37 qram təşkil etmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs ## #### 2024-cü il tarixdə Balakən rayonu Tülü kəndindən keçən “Mazımçay” adlı çayın kənarından 12 ədəd narkotik ağacı tapdığını, həmin ağacların üzərindən narkotik vasitəni yığdıqdan sonra ağacları çaya atdığını, yığdığı narkotik vasitəni və həmin yerdən tapdığı avtomat silahını yaşadığı evə apararaq saxladığını, üzərindən aşkar olunmuş narkotik vasitənin həmin ağaclardan yığdığı narkotik vasitənin bir hissəsi olduğunu, həmin kütləni istifadə etmək üçün saxladığını, həmin kütlənin və silahın onda olmasından heç kimin xəbəri olmadığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd sellofan büküm qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona qarşı Balakən rayon polis şöbəsində hər hansı fiziki və psixi təsir göstərilibgöstərilmədiyi, bədəni üzərində hər hansı xəsarəti olub-olmadığı soruşulduqda, o, belə bir halın olmadığını ona qarşı hər hansı fiziki və psixi təsir göstərilmədiyini, bədəni üzərində xəsarətlər olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qarın nahiyəsindən, qollarından, sağ dizindən və ayağından xəsarətləri tutulmazdan 5 gün əvvəl ağacdan yıxılaraq aldığını, bel nahiyəsində olan xəsarətləri polis əməkdaşlarından qaçdığı zaman yıxılaraq aldığını bildirmişdir (cild 01, iş vər. 22-25) Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “Baxış və götürmə barədə” protokldan və CD dəskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu Qullar kəndində yerləşən evinə, evin həyətyanı sahəsinə və yardımçı tikililərə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisini göstərərək orada olan 01 ədəd qara rəngli sellofan torbanı və 01 ədəd sintetik kisəni təqdim etmişdir. Sintetik kisənin içərisinə baxdıqda 01 ədəd nömrəsi silinmiş avtomat silahı və içərisində 10 ədəd patron olan avtomat darağı aşkar edilmişdir. Həmin avtomat və içərisində patronlar olan daraq bir ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmışdır və kisənin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Evin zirzəmisindən aşkar edilmiş 01 ədəd qara rəngli sellofan torbanın içərisində olan əlavə 01 ədəd ağ rəngli sellofan torbada isə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması məlum olmuşdur. Həmin sellofan torba içərisindəki kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1 kq 160 qram olmuşdur. Həmin sellofan torba bir ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmış və kisənin üzəri möhürlənərək götürülmüşdür. Baxış zamanı başqa qanunla qadağan edilən kütlə, vasitə və ya predmet aşkar edilməmişdir (cild 01, iş vər 27-30). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsinin *-**-**-*-**/*** nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “....Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisində aşkar edilmiş narkotik vasitə...” yazısı, adlar və imzalar olan sintetik kisənin içərisindəki 01(bir) ədəd sellofan torbada, təmiz çəkisi – 1080,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır Məhkəmə-bioloji ekspertizasının ## #### 2024-cü il tarixli *-**-**-*-**/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə..” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 24,32 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (cild 01, iş vər. 43-46). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi *-**-**-*-**/*** nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah zavod üsulu ilə hazırlanmış, nömrəsi silinmiş, 5,45 mm kalibirli “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir. MEM-in Şəki regional bölməsinə müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş “silah istifadəyə yararlıdırmı” sualını cavablandırmaq mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 10 (on) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 5.45x39 mm kalibrli olmaqla həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AK-74M”, “AKS- 74”, “AKS-74U”) markalı avtomat silahlarda “RPK-74” (“RPKS-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır – döyüş sursatıdırlar, istifadəyə (atəşə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sadıqca “Kalaşnikov” kostruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibirli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sadıqçadır, istifadəyə yararlıdır (cild 01, iş vər 50-51). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli Balakən Rayon Məhkəməsi *(***)-**/**** nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində müddəti 04 ay həddində olmaqla həbs qətimkan tədbiri seçilmiş və həbsəetmənin əvvəli ## #### 2026-cı il tarixdən hesablanmışdır (cild 01, iş vər. 84-86). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “təqsirləndirilən şəxsin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs zəruri istintaq hərəkətlərinin keçirilməsi ilə əlaqədar olaraq, zərurəti yarandığından Təqsirləndirilən şəxs hazırda saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X17ndən Balakən RPŞ-nin MSY-nə keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 89). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (cild 01, iş vər 106). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş ##.##.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, ifadənin yerində yoxlanması Təqsirləndirilən şəxs göstərməsi ilə Balakən rayon Tülü kəndinə “Mazımçay” çayının kənarında aparılmış və o, ifadəsində göstərdiyi halları əyani olaraq göstərmişdir (cild 01, iş vər. 109-113). Cinayət işinin materiallarında olan ## #### 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin *** nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş xəsarətlər bel nahiyəsində bir ədəd sıyrıq, qarnın sol aşağı bayır hissəsində və sol diz oynağı nahiyəsində bir ədəd sıyrılmış yara izləri –bərk küt əşyanın təsirindən törənmişdir, bel nahiyəsində sıyrıq müddəti müayinədən 3-4 əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni ##.##.2024- cü il tarixdə qaçarkən beli üstə daşlığa yıxılması, qarnın sol aşağı bayır hissəsində və sol diz oynağı nahiyyəsindəki sıyrıq izləri isə müddəti müayinədən 09-11 gün əvvəl olmaqla qərarın təsviri hissəsində qeyd edilən və özünün ilk məlumatda göstərdiyi vaxtda hündürlükdən yıxılması nəticəsində əmələ gələ bilərdi, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir (cild 01, iş vər. 115-118). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in “Balakən Rayon Mərkəzi Xəstəxanası” PHŞnin **-*-**/*-***/**** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Balakən MRX-nin Poliklinika şöbəsində həkim narkoloqun, həkim psixiatrın qeydiyyatında yoxdur (cild 01, iş vər. 121) #.##.2024-cü il tarixli Balakən rayon Qullar i.ə.d. üzrə nümayəndəliyin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Qullar kəndə qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailə tərkibinə həyat yoldaşı və 2018-ci il təvəllüdlü X5 olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, iş vər.122-125). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin tarixli *-**-**/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, ##.##.2024-cü il tarixli 3-13- **/*-*****/**** nömrəli məktubda təqdim edilmiş 01 ədəd 5.45 mm kalibirli nömrəsi silinmiş AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (cild 01, iş vər.132). Cinayət işinin materiallarında olan ##.##.2019-cu il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs X2 atası hesab edilmişdir (cild 01, iş vər. 139). Cinayət işinin materiallarında olan ##.##.2019-cu il tarixli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, X5 atası Təqsirləndirilən şəxsdur (cild 01, iş vər. 140). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər narkoloji Dispanseri **** nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər 151). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərlə bağlı cinayət tərkibli əməl müəyyən edilmədiyindən həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır (cild 01, iş vər.157-169). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi ****/**** nömrəli “X10”ndan görünür ki, Təqsirləndirilən şəxs üzərinə tibbi baxış keçirilmiş və tibbi müayinə zamanı xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan ##.##.2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X17 məktubundan görünür ki, Təqsirləndirilən şəxs şəxsi işində müayinə ilə bağlı heç bir izahat, akt, xüsusi məlumat və məlumat yoxdur . Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” Kitabından görünür ki, Təqsirləndirilən şəxs üzərində qarın sol aşağı hissəsində sıyrıqlar, sağ ilə sol qollarında sıyrıqlar, sağ ayağın diz əmələ gəlmiş, belində kürək nahiydə olan sıyrıqlar polisdən qaçarkən almışdır. Cinayət işinin materiallarında olan ##.##.2026-cı il tarixli X17 *-**-**/**/*-*****/**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə X17 Balakən RPŞ-nin əməkdaşları tərəfindən gətirilmiş və həmin tarixdə Balakən rayon Prokurorluğunun qərarı əsasında Balakən RPŞ-nin MSY-nə keçirilmişdir. Cinayət işinin materiallarında olan ##.##.2026-cı il tarixli Balakən rayon Polis şöbəsinin *-**-**/*-****/**** nömrəli məktubundan görünür ki, X7 və X1 06- ## #### 2024-cü il tarixlərində Balakən Rayon Polis Şöbəsinə gətirilmələri barədə rayon polis şöbəsinin 2024cü il üzrə “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı Kitabı”nda heç bir qeydiyyat aşkar olunmamışdır. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilən apellyasiya şikayəti təmin edilməməli Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas məzmunu ondan ibarətdir ki, o, cinayəti törətməmiş, barəsində polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiq, işgəncə tətbiq edilmiş, ailə üzvləri hədə-qorxu altında saxlanılmış, narkotik vasitə və odlu silah ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz yerləşdirilmiş, etiraf xarakterli ifadələr məcburiyyət nəticəsində verilmiş, müdafiə hüququ təmin olunmamış və birinci instansiya məhkəməsi yalnız ittiham tərəfinin sübutlarına istinad edərək qərəzli mövqe tutmuşdur. Məhkəmə kollegiyası bu dəlilləri iş materialları ilə ardıcıl şəkildə araşdıraraq aşağıdakı nəticəyə gəlir. İlk öncə təqsirləndirilən şəxsin bədənində aşkar edilmiş xəsarətlərlə bağlı iddialara gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu məsələ istintaq zamanı ayrıca araşdırma predmetinə çevrilmişdir. Belə ki, ## #### 2024-cü il tarixli məhkəmə-tibbi ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin bel nahiyəsindəki sıyrıq onun ##.##.2024-cü il tarixdə polisdən qaçarkən yıxılması, qarın və diz oynağı nahiyəsindəki xəsarətlər isə tutulmadan 9-11 gün əvvəl baş vermiş hündürlükdən yıxılma nəticəsində əmələ gəlmiş ola bilər. Bu nəticə həm təqsirləndirilən şəxsin şəxsi axtarış protokolunda öz sərbəst iradəsi ilə verdiyi izahatla, həm də şahidlər Dərişov Təbriz və Sabirov Faiqin ifadələri və şəxsin polis orqanına gətirilkdikə tərtib edilmiş aktla üst-üstə düşür. Bundan əlavə, ##.##.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla bu xüsusat üzrə ayrıca yoxlama aparılmış və cinayət tərkibli əməl müəyyən edilmədiyi üçün cinayət təqibinin başlanmasından imtina edilmişdir. Bu baxımdan, apellyasiya şikayətində sadalanan işgəncə və qeyri-qanuni fiziki təzyiq barədə dəlillər iş materialları ilə təsdiqini tapmır. Bununla yanaşı, məhkəmə kollegiyası xüsusi əhəmiyyət kəsb edən növbəti halı da nəzərə alır ki, təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən, yəni istintaq orqanının deyil, məhkəmənin, müstəqil məhkəmə nəzarəti qaydasında keçirdiyi məhkəmə iclasında, o, ona qarşı irəli sürülmüş ittihamın mahiyyətini tam etiraf etmişdir. Belə bir vəziyyətdə, əgər həqiqətən də istintaq orqanının əməkdaşları tərəfindən ona qarşı işgəncə və ya digər qeyri-qanuni təzyiq vasitələri tətbiq edilmiş olsaydı, təqsirləndirilən şəxsin bu barədə ilk məhkəmə nəzarəti qaydasında keçirilən həmin iclasda – yəni bilavasitə polis əməkdaşlarının təsiri altında olmadığı, müstəqil məhkəmənin iştirakı ilə keçirilən prosessual formatda – bəyanat verməsi və ya heç olmasa bu barədə etiraz bildirməsi məntiqi olaraq gözlənilən davranış olardı. Bunun əvəzinə, təqsirləndirilən şəxsin məhz həmin mərhələdə ittihamı tam etiraf etməsi, sonradan məhkəmə istintaqı zamanı işgəncə və məcburiyyət barədə irəli sürülən dəlillərin əsassız olduğunu əlavə olaraq təsdiqləyir və bu ifadələrin dəyişdirilməsinin, əsas sübut bazasını təkzib etmək məqsədi daşıdığını göstərir. Narkotik vasitənin və odlu silahın təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən “yerləşdirilməsi” barədə dəlillərə gəlincə, məhkəmə kollegiyası nəzərə alır ki, ##.##.2024-cü il tarixli şəxsi axtarış protokolu və ona əlavə edilmiş CD-dəki video görüntülərdən göründüyü kimi, təqsirləndirilən şəxs narkotik vasitəni özü, könüllü şəkildə, geyimindəki cibdən çıxararaq təqdim etmiş, sonrakı mərhələdə isə yaşadığı evə baxış zamanı yenə özü, etirazsız şəkildə, zirzəmini göstərərək orada olan sellofan torbanı və sintetik kisəni təqdim etmişdir. Bu hərəkətlərin ardıcıllığı və müstəqil xarakteri, sübutların qabaqcadan “qoyulması” versiyası ilə uzlaşmır. Aşkar edilmiş narkotik vasitənin kimyəvibotanik tərkibi barəsindəki ##.##.2024-cü il tarixli məhkəmə-bioloji ekspertizanın rəyi, silahın texniki xüsusiyyətləri barəsindəki ##.##.2024-cü il tarixli məhkəmə-ballistik ekspertizanın rəyi, habelə şahidlər şahid2 və şahid1 bir-birini təkrarlayan, ziddiyyətsiz ifadələri bu sübutların etibarlılığını əlavə olaraq təsdiqləyir. Bundan əlavə, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ##.##.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserinin **** nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyini də qeyd edir, hansı ki, bu rəyə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrdən, o cümlədən kannabinoidlərdən istifadə etməklə narkomaniya xəstəliyindən əzab çəkir, bu xəstəlik üzrə məcburi müalicəyə ehtiyacı vardır və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Eləcədə sonuncu burda verdiyi izahatında onda aşkar olunmuş narkotik vasitəni çayın kənarından tapdığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu ekspertiza rəyi bir tərəfdən təqsirləndirilən şəxsin narkotik vasitələrlə əlaqəsinin obyektiv, elmi əsaslarla təsdiqlənən faktına işarə etməklə, onun yanında aşkar edilmiş marixuananın ona məxsus olması və saxlama məqsədi ilə əldə edilməsi barədə ittiham tərəfinin dəlillərini əlavə olaraq gücləndirir, digər tərəfdən isə Cinayət Prosessual Məcəlləsinin tibbi xarakterli məcburi tədbirlərin tətbiqini tənzimləyən müddəalarına uyğun olaraq, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbirinin tətbiq edilməsi və onun narkoloji kabinetdə qeydiyyata alınması barədə qərarının da qanuni və əsaslı olduğunu təsdiq edir. Bu baxımdan, təqsirləndirilən şəxsin narkotik vasitədən istifadə etməsi faktının məhkəmə-narkoloji ekspertiza rəyi ilə obyektiv təsdiqlənməsi, onun apellyasiya şikayətində irəli sürdüyü, narkotik vasitənin ona qarşı polis əməkdaşları tərəfindən “yerləşdirildiyi” versiyasını əlavə olaraq əassız edir. . Apellyasiya şikayətində göstərilən, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin əslində Balakən rayonu Tülü kəndi ərazisindəki “Mazımçay” çayı sahilində deyil, “Hunbul çayı” adlanan başqa bir yerdə, kənd sakinlərinin evlərinin yaxınlığında aparıldığı, guya narkotik vasitə və silahın da elə oradan, kənd sakinlərinin evinin yanından "tapıldığı" barədə dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil iş materialları ilə təkzib olunur. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında bilavasitə tədqiq edilmiş ##.##.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən aydın görünür ki, bu prosessual hərəkət Təqsirləndirilən şəxs özünün göstərməsi əsasında, Balakən rayonu Tülü kəndinə, “Mazımçay” çayının kənarına aparılmış və o, orada ifadəsində göstərdiyi halları özü əyani şəkildə nümayiş etdirmişdir. Protokolun məzmunundan göründüyü kimi, həmin prosessual hərəkət zamanı təqsirləndirilən şəxs tərəfindən hərəkətin keçirildiyi yerin düzgünlüyünə dair heç bir etiraz və ya şikayət bildirilməmiş, protokol iştirakçılar tərəfindən qeyd-şərtsiz imzalanmışdır. Belə olduqda, prosessual sənəddə əks olunan və prosessual hərəkətin bilavasitə iştirakçıları tərəfindən həmin an etiraz edilmədən təsdiqlənən məkan barədə məlumatın, yalnız apellyasiya instansiyasında, məhkəmə baxışının sonrakı mərhələsində, əsassız şəkildə və heç bir yazılı yaxud digər sübutla təsdiqlənmədən inkar edilməsi, məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilə bilməz. Bu baxımdan, sözügedən dəlil prosessual sənədlərlə təsdiqlənən obyektiv sübutları təkzib etmək gücündə deyildir. Müdafiəçinin lazımi qaydada müdafiə funksiyasını həyata keçirmədiyi, ona qarşı pul alaraq əlbir olduğu iddiasına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu iddia iş materialları ilə obyektiv təsdiqini tapmır və yalnız təqsirləndirilən şəxsin subyektiv mülahizəsindən ibarətdir, Belə halın baş verdiyinə dair heç bir yazılı sənəd, şikayət və ya digər sübut təqdim edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası xatırladır ki, həta belə bir halın baş verdiyi halda ad sonuncunun müdafiəçidən imtina edə və başqa bir bir müdafiəçi tələb edə bilərdi. Eyni qaydada, ailə üzvlərinin – X4, X1 və X7 qanunsuz olaraq uzun müddət polis şöbəsində saxlanılması, X4 zorla avtomobilin baqajına salınaraq polis şöbəsinə aparılması barədə dəlillərə gəldikdə, məhkəmə kollegiyası nəzərə alır ki, iş materiallarında olan və X4 tərəfindən müvafiq dövlət orqanlarına ünvanlanmış müraciətdə (hansıki bu bu müraciəti sonuncu sərbəst surətdə yazmaqla öz iradə ifadəsini müstəqil əks etdirmişdir) bu barədə yəni onun polis əməkdaşları tərəfindən zorakılıqla polis şöbəsinə aparılması faktı barədə heç bir məlumat və ya şikayət qeyd olunmamışdır. Belə hərəkətlərin, xüsusilə hamilə vəziyyətdə olan şəxsə qarşı tətbiq edildiyi iddia edilən qeyri-qanuni davranışın baş verdiyi təqdirdə, bu barədə vaxtında aidiyyəti dövlət orqanlarına ünvanlanmış rəsmi müraciətdə əks olunacağı təbii gözlənilən hal olduğu halda, bu cür qeydin olmaması, sözügedən ifadənin yalnız məhkəmə baxışı zamanı, iş üzrə əsas sübutları təkzib etmək məqsədilə səsləndirilmiş olması ehtimalını gücləndirir və onun etibarlılığına ciddi şübhə yaradır. Bu səbəbdən, şahidlərin ifadələrində olan bu kimi ziddiyyətli və sonradan meydana çıxan məqamlar əsas sübut bazasının – şəxsi axtarış, baxış protokolları və ekspertiza rəylərinin nəticələrini təkzib etmək gücündə deyildir. Vəsatətlərin təmin edilməməsi ilə bağlı dəlilə gəlincə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən vəsatətlərə hüquqi qiymət verilməsi, onların rədd edilməsi haqqında qərarların qəbul edilməsi özlüyündə qərəzlilik əlaməti kimi qiymətləndirilə bilməz, belə ki, hər bir vəsatətin təmin edilib-edilməməsi məhkəmənin sərbəstliyi prinsipinə əsaslanan diskresion səlahiyyəti çərçivəsindədir və iş materiallarında bu barədə əsassızlıq faktı aşkar olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin ifadəsi, iş üzrə şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri, protokollar və digər yazılı sübutların məcmusunu qiymətləndirərək, Təqsirləndirilən şəxs CM-in 234.1-1 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri – yəni külli miqdarda narkotik vasitəni satış məqsədi olmadan qanunsuz əldə etməsi, saxlaması və daşıması, habelə odlu silahı və döyüş sursatını qanunsuz əldə etməsi və saxlaması əməllərini törətməsində təqsirli bilinməsinin düzgün olduğu qənaətinə gəlir. Cəzanın növü və həddinin müəyyən edilməsi məsələsinə gəldikdə, məhkəmə kollegiyası CM-in ədalət prinsipini tənzimləyən 8.1-ci maddəsini və cəzanın anlayışı və məqsədini müəyyən edən 41.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etməlidir. CM-in 58.1 və 58.3-cü maddələrinin tələblərinə əsasən, cəza təyin edilərkən törədilmiş əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə cəzanın onun islahına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi bu tələblərə əməl edərək, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, ailəli olmasını, kiçik yaşlı övladının olmasını yüngülləşdirici hal kimi qəbul etmiş, narkotik vasitənin miqdarının kifayət qədər yüksək olmasını və əməlin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq CM-in 66.3-cü maddəsinə əsasən cəzaların qismən toplanması yolu ilə qəti cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təyin olunmuş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası əməlin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə mütənasibdir və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə tam nail olmağa imkan verir. Bununla yanaşı, məhkəmə kollegiyası narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin xüsusi ictimai təhlükə xarakteri daşıdığını, bu qəbildən olan əməllərin cəmiyyət üçün bilavasitə təhlükə mənbəyi olduğunu və dövlətin narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə ciddi tədbirlər görməsinin beynəlxalq hüquqi öhdəliklərdən irəli gəldiyini nəzərə alaraq, bu kimi əməllərə görə cəzanın əsassız yüngülləşdirilməsinin cinayət qanununun fundamental prinsiplərinə – o cümlədən dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olacağı qənaətindədir. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Narkotik cinayətlərində tətbiq edilən sərt cəza tədbirləri "ümumi preventiv" xarakter daşıyaraq, potensial cinayətkarlar üçün çəkindirici rol oynamalıdır. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Məhkəmə kollegiyası qeyd edir ki, narkotik cinayətlərinin digər cinayətlərdən fərqi onların zəncirvari reaksiya yaratmasıdır. Bir narkotik vasitə istifadəçisi onlarla asılı şəxs yaradır, o şəxslər isə öz növbəsində yeni cinayətlər (oğurluq, soyğunçuluq, qəsdən sağlamlığa zərər vurma) törətməyə sövq edilir. Bu, cinayət hüququnda "latentlik" (gizlilik) dərəcəsi yüksək olan bir sahədir. Məhz bu səbəbdən, aşkar olunmuş hər bir fakt üzrə tətbiq edilən sərt cəza, aşkar olunmamış potensial cinayətlər üçün bir maneə rolu oynamalıdır. Cinayət hüququnda humanizm prinsipi təkcə təqsirləndirilən şəxsə qarşı deyil, həm də zərərçəkmiş tərəfə və cəmiyyətə qarşı tətbiq olunmalıdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğl olan şəxslərə qarşı göstərilən qeyri-proposional humanistlik, cəmiyyətə qarşı laqeyd yanaşma deməkdir. Ədalətli cəza — cinayətkarın törətdiyi əməlin cəmiyyətə vurduğu zərərin ağırlığına mütənasib olan cəzadır. Hüquqi baxımdan satış məqsədi olmadan dövriyyəsi əməlin təhlükəsiz olduğu mənasına gəlmir. Narkotik vasitələrin fərdi istehlak üçün əldə edilməsi və saxlanılması qanunsuz narkotik bazarında "tələbi" formalaşdıran əsas amildir. Tələb olan yerdə təklif (satış) qaçılmazdır. Buna görə də, fərdi istehlakçıya qarşı tətbiq edilən sərt cəza, əslində narkotik ticarətinin iqtisadi zəncirini qırmağa xidmət edir. Şəxsin narkotik maddəni üzərində və ya mənzilində saxlaması hər an onun başqa şəxslərə ötürülməsi və ya təsadüfi şəxslərin (məsələn, ailə üzvlərinin, uşaqların) zəhərlənməsi riskini yaradır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004cü il və ## #### 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Sözügedən məsələlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrlə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## #### 2024cü il * №-li qərarının 27-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olubolmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. BMT-nin Narkotik vasitələr haqqında 1961-ci il Vahid Konvensiyasının 36-cı maddəsinin 1-ci bəndinə əsasən bu konvensiyaya qoşulmuş hər bir ölkə özünün konstitusiya məhdudiyyətlərinə riayət etməklə bu Konvensiyanın qərarlannı pozmaqla narkotik vasitələrin becərilməsi və istehsalmın, hazırlanmasının, tərkibdən çıxanlmasının, hasil edilməsinin, saxlanmasının, təklif edilməsinin, kommersiya məqsədi ilə təklif edilməsinin, paylanılmasının, satın alınmasının, satılmasının, istənilən şərtlə çatdırılmasının, dəllallığının, göndərilməsinin, tranzitlə yenidən göndərilməsinin, daşınmasmm, idxalının və ixracının və Tərəfiərin rəyinə görə bu Konvensiyanın qərarlarına zidd sayıla biləcək istənilən digər hərəkətin qəsdən törədildiyi halda cəzalandırılmalı olan əməl sayılması, eləcə də ciddi cinayətlərin müvafıq cəzalanmaya, xüsusən də həbsxanada saxlamaqla azadlıqdan məhrumetmə, yaxud digər üsulla azadlıqdan məhrumetmə növündə cəzalanmaya məruz qoyulmasını təmin edəcək tədbirlər görməlidir. X24 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Yuxarıda qeyd olunanların məcmusunu nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətlidir, iş üzrə faktiki hallar düzgün müəyyən edilmiş, cinayət qanunu və Cinayət Prosessual Məcəlləsinin normaları düzgün tətbiq olunmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərilən dəlillər öz təsdiqini tapmadığından, həmin şikayətin təmin edilməsi üçün əsas yoxdur. Belə olan halda, məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxs X6 oğluna təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü dıyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum X6 hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və CPM-in 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlansın. X6 göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 oğluna məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 11 (on bir) saat üçün 121 (yüz iyirmi bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar