Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-106/2026 20.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Şükürov İmanverdi Həşimxan oğlu və Tahirov Zamin Cəbrayıl oğlundаn ibаrət tərkibdə, X3 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R X2, məhkum təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X1 iştirakları ilə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmündən məhkum təqsirləndirilən şəxs2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətin rədd edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qərarından məhkum təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum təqsirləndirilən şəxs2 Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** nömrəli hökmündən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasına dair vəsatətlə Şəki Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada və vaxtında verildiyini qeyd etmiş və apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Bundan sonra məhkum təqsirləndirilən şəxs2 Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarından apellyasiya şikayəti vermişdir. təqsirləndirilən şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 1(091)-63/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatəti rədd edilmişdir. O, X11 müddətdə vaxtında apellyasiya şikayət ərizəsi təqdim etmiş, lakin qeydiyyat şöbəsində yaranmış problem səbəbindən apellyasiya şikayəti vaxtında göndərilməmişdir. Ona görə də ərizəsinin təmin edilərək apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, onunla birlikdə həbs edilmiş şəxslə bərabər apellyasiya şikayəti vermişdir. O, birinci dəfə məhkəməyə tək gətirilmiş və geri qaytarılmışdır. Daha sonra apellyasiya şikayəti verdiyi şəxslə birlikdə məhkəməyə gətirilmiş, təqsirləndirilən şəxs1 işinə baxılmış, onun işinə isə baxılmamışdır. O, həmin vaxt onun şikayətinin məhkəməyə çatmadığını bilmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxs1 şikayəti əsasında keçirilmiş məhkəmə prosesində şahid qismində iştirak etmiş və həmin vaxt hakimə bildirmişdir ki, təqsirləndirilən şəxs1la eyni vaxtda apellyasiya şikayəti vermiş, lakin onun şikayəti məhkəməyə gəlib çatmamışdır. O, təqsirləndirilən şəxs1la eyni vaxtda apellyasiya şikayəti yazaraq dəstə rəisi Azər müəllimə vermişdir. Azər müəllimin familyasının Bəşirli olduğunu xatırlayır. Sonra şikayəti ilə maraqlandıqda onun və təqsirləndirilən şəxs1 ərizələrinin məhkəməyə göndərildiyi bildirilmişdir. Sonradan dəstə rəisindən bir daha soruşanda onu qeydiyyat şöbəsinə aparmışlar və ərizəsinin məhkəməyə göndərildiyi bildirilmişdir. Daha sonra ona bildirmişlər ki, “necə olubsa sənin ərizən məhkəməyə göndərilməyib, xahiş edəcəyik müddət bərpa olunacaqdır”. təqsirləndirilən şəxs1 da apellyasiya şikayəti yazmağı o, təklif etmiş və birlikdə yazaraq dəstə rəisi Azər müəllimə vermişlər. təqsirləndirilən şəxs1 məhkəmədən bildiriş gəlməsi barədə məlumatı olmamış, müəssisədə Elburuzla əlaqə saxlaya bilməmişdir. Apellyasiya şikayətinin təmin edilərək müddətin bərpa edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında müdafiəçi X1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkum apellyasiya şikayətini qanunla müəyyən edilmiş vaxtda verməsini, aidiyyəti qurumların səhvi ucbatından şikayətin məhkəməyə gec göndərilməsini bildirir. Bütün şübhələr məhkumun xeyrinə həll edilməlidir. Birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək müddətin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasında çıxış edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R X2 bildirdi ki, məhkumun sözlərindən belə məlum olur ki, təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, lakin şikayət itirilmişdir. Əgər iki nəfər şəxs eyni anda şikayət verdiyi halda necə ola bilər ki, bir şəxsin şikayəti göndərilsin, digər şəxsin şikayəti göndərilməsin?. Buna görə hesab edir ki, təqsirləndirilən şəxs2 tərəfindən şikayət verilməmişdir. Məhkum şikayət verməməsini müxtəlif bəhanələrlə əsaslandıraraq elə təəssürat yaratmağa çalışır ki, guya apellyasiya şikayətini vaxtında vermişdir. Lakin onun şikayət verməsini təsdiq edə biləcək sübutlar yoxdur. İki təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən biri yuxarı instansiya məhkəməsinə gəlib, digəri gəlməmişdirsə onda müəssisənin əməkdaşlarını günahlandırmaq olmaz. Çünki şikayətlər müəssisə tərəfindən göndərilməmiş olsaydı onda hər iki şikayət göndərilməzdi. Məhkum tərəfindən qeyd edilən halların üzürlü səbəb kimi qəbul oluna bilinməməsi nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında X13 İstintaq Təcridxanasında böyük inspektor (təlimatçı) vəzifəsində işləyən X4 izahatında bildirdi ki, təqsirləndirilən şəxs2 ilə cinayətdə birgə olduğu şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti müəssisə tərəfindən göndərilmişdir. Məhkum təqsirləndirilən şəxs2 qarşı heç bir qərəzli münasibətləri yoxdur, əgər hər iki şəxs eyni vaxtda şikayət yazmış olsaydı hər iki şikayət müəssisə tərəfindən birgə göndərilərdi. İki nəfər şəxs eyni anda şikayət verdiyi halda necə ola bilər ki, bir şəxsin şikayəti göndərilsin, digər şəxsin şikayəti göndərilməsin?. Hər iki şəxs həmin vaxt müəssisənin istintaq təcridxanasında saxlanılmışlar. Elbrus Əzimovun apellyasiya şikayətinə baxılmışdır, əgər təqsirləndirilən şəxs2 apellyasiya şikayəti vermiş olsaydı şikayətinə baxılmaması ilə əlaqədar öz etirazını bildirə bilərdi. Verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxs2 tərəfindən ona apellyasiya şikayəti təqdim olunmamışdır. təqsirləndirilən şəxs2 da şikayət yazmış olsaydı təqsirləndirilən şəxs1 şikayəti ilə birlikdə göndərilərdi. təqsirləndirilən şəxs1 apellyasiya şikayətini ona təqdim etmişdir. Apellyasiya şikayəti təqdim olunandan sonra müəssisənin qeydiyyat şöbəsinə göndərilir, oradan isə dəftərxana vasitəsilə aidiyyəti üzrə göndərilir. Müəssisədə apellyasiya şikayəti verən çox olur, lakin belə hal birinci dəfədir ki baş verir. təqsirləndirilən şəxs2 və Elbruz Əzimov müəssisədə ayrı-ayrı kamerada saxlanılmışlar, onların bir-birilə əlaqə saxlamaları və birlikdə apellyasiya şikayəti yazmaları mümkün deyildir. Müəssisədə cinayətdə birgə iştirak etmiş şəxslər eyni kamerada saxlanılmırlar. Məhkəmə kollegiyası məhkumu, onun müdafiəçisini, dövlət ittihamçısını və şahidi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cinayət işi üzrə ##.##.2025-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, məhkəmə iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 iştirakı ilə hökm elan edilmiş, hökmdən apellyasiya şikayəti vermək qaydası və müddəti ona izah edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş hökmün surətinin alınmasına dair qəbzdən görünür ki, ##.##.2025-ci il tarixdə hökmün surəti təqsirləndirilən şəxs2 təqdim edilmişdir. X15 daxil olmuş ## ###### 2025-ci il tarixli *-**-**/**/*-******/**** nömrəli məktubdan görünür ki, məhkum təqsirləndirilən şəxs2 apellyasiya şikayətini və apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətini həmin müəssisənin Qeydiyyat şöbəsinə ## ###### 2025-ci il tarixdə təqdim etmişdir. təqsirləndirilən şəxs2 hökmdən verdiyi apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti ## ###### 2025-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş və məhkəmənin ## ###### 2026-cı il tarixli qərarı ilə həmin vəsatət təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxs2 Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü elan edildiyi vaxtdan 5 aya yaxın müddət keçəndən sonra apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında vəsatət vermişdir. təqsirləndirilən şəxs2 apellyasiya şikayətində qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayətini Penitensiar Müəssisəyə təqdim etdiyini bildirsə də, apellyasiya şikayətini təqdim etməsi barədə heç bir sübut təqdim edə bilməmiş, məhkəmə kollegiyasının iclasında dindirilmiş X4 izahatı ilə də həmin xüsusat öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin göstərdiyi bu halların əsassız olduğu qənaətinə gəlir. CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-in 384.2-ci maddəsinə əsasən, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası məhkum təqsirləndirilən şəxs2 Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmünün elan edildiyi gündən təxminən 5 aya yaxın vaxt keçdikdən sonra məhkəməyə müraciət etməsini, vəsatətdə və apellyasiya şikayətində apellyasiya şikayəti vermə müddətinin ötürülməsini hər hansı bir üzrlü səbəblə əlaqələndirə bilməməsini, həmçinin göstərdiyi dəlilin öz təsdiqini tapmamasını nəzərə alaraq hesab edir ki, məhkum tərəfindən həmin hökmdən apellyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Birinci instansiya məhkəməsi düzgün olaraq ötürülmüş prosessual müddəti bərpa etməkdən imtina etmişdir. Ona görə də iş üzrə apellyasiya şikayəti təmin olunmamalı və təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanmalı, məhkum təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı göstərdiyi 4 (dörd) saat hüquqi yardıma görə 44 (qırx dörd) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili X1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidirdır. CPM-in 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərаr qəbul еdə bilər. Məhkəmə kollegiyası göstərilənlərə əsаsən və CPM-in 391.3-cü mаddəsini rəhbər tutаrаq, Qərаrа аldı: Apellyasiya şikayəti təmin edilməsin. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmündən məhkum təqsirləndirilən şəxs2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətin rədd edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı göstərdiyi 4 (dörd) saat hüquqi yardıma görə 44 (qırx dörd) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili X1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-106/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-106/2026
20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver