AzәrbaycanǝRespublikasıǝadından Qərar Şәkiǝşәhәri İşǝ№ǝ1(3-10)-108/2026 07.07.2026 ŞƏKIǝAPELLYASIYAǝMƏHKƏMƏSI Hakimlәr Şükürov İmanverdi Hәşimxan oğlu (sәdrlik edәn vә mәruzәçi), Əsgәrov Anar Əlifağa oğlu vә Tahirov Zamin Cәbrayıl oğlundan ibarәt tәrkibdә, mәhkәmә iclas katibi X1, dövlәt ittihamçısı Azәrbaycan Respublikası Baş Prokurorluğu Dövlәt İttihamının müdafiәsi üzrә idarәnin prokuroru, R dövlәt ittihamçısı1, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs vә onunǝmüdafiәçisiǝMüdafiәçiǝiştirakıǝilә, Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin (bundan sonra mәtndә CM-in) 181.2.5-ci maddәsi ilә tәqsirlәndirilmәsinә dair Şәki Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmündәn tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs müdafiәçisi Müdafiәçi tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıqǝmәhkәmәǝiclasındaǝbaxaraq, Müəyyən etdi: Şәki Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, 1(091)-221/2025 (sәdrlikǝedәnǝT.Əfәndizadә)ǝnömrәliǝhökmüǝilә, ##.##.2006-cıildәOğuzrayonundaanadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, subay, orta tәhsilli, işsiz, әvvәllәr mәhkum olunmayan, Oğuz rayonu, Şirvanlı kәndindә qeydiyyatda olmaqla yaşayan vә barәsindә “hәbs” növündә qәtimkan tәdbiri seçilmişǝTəqsirləndirilən şəxs CM-in 181.2.5-ci maddәsindә nәzәrdә tutulmuş cinayәtin törәdilmәsindә tәqsirli bilinәrәk, ona hәmin maddә üzrә 8 (sәkkiz) il müddәtә azadlıqdan mәhrumǝetmә cәzası tәyin edilmәsi, hәbsdә saxlanıldığı müddәt cәza müddәtinә daxil edilmәsi vә cәzanın әvvәlinin onun tutulduğu vaxtdan, yәni ## #### 2025-ci il tarixdәn hesablanması, cәzasını ümumi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәsi, barәsindә seçilmiş hәbs qәtimkan tәdbiri hökm qanuni qüvvәyә minәnәdәk dәyişdirilmәdәn saxlanılması, hökm qanuni qüvvәyә mindikdәn sonra maddi sübut olub Oğuz rayon Polis şöbәsinin saxlanc otağında saxlanılan vә cinayәtin alәti qismindә çıxış edәn 1 (bir) әdәd bıçaq mәhv edilmәsi, hadisә yerindәn götürülmüş vә tәqsirlәndirilәn Mәmmәdov Ramin Rәşid oğlunun әl izlәri ilә eynilik tәşkil edәn 03 әdәd әl izlәri vә baş vermiş cinayәt hadisәsinin video kameralar vasitәsi ilә qeydә alınmış görüntülәrinin köçürüldüyü 1 әdәd DVD disk cinayәt işinin materiallarında saxlanılması, elәcә dә cinayәt yolu ilә әldә etdiyi 1 әdәd “A49070348” seriyalı 10 manatlıq әskinas, 2 әdәd “B00309798” vә “B18906203” seriyalı 5 manatlıq әskinaslar, 6 әdәd “A92199926”, “A05504943”, “A01477218”, “A35500074”, “A54388659” vә “B80804619” seriyalı 1 manatlıq әskinaslar olmaqla cәmi 26 (iyirmi altı) manat vә 20-lik vә 10-luq qәpik pullardan ibarәt cәmi 26 (iyirmi altı) manat – ümumilikdә 52 (әlli iki) manat pul isә zәrәrçәkmiş hüquqi şәxsin nümayәndәsi Dadaşlı Mәhәmmәd Hüseyn oğluna qaytarılması hökmǝedilmişdir. İşin halları: Mәmmәdov Ramin Rәşid oğlu tamah niyyәti vә özgәnin әmlakını әlә keçirmәk mәqsәdi ilә ##.##.2025-ci il tarixdә saat 19:34-dә “xxxx” QSC-yә mәxsus Oğuz şәhәri, Dәdә Qorqud küçәsi, 27 A ünvanında yerlәşәn binanın birinci mәrtәbәsindә fәaliyyәt göstәrәn “Zәfәran” adlı aptekә gәlәrәk, gödәkcәnin sol qolunun altına salaraq gizlәtdiyi tutacaq hissәsi olmadığı üçün hәmin hissәsinә sintetik ip bağladığı mәtbәx bıçağını çıxararaq, ondan silah qismindә istifadә etmәklә hәmin aptekdә әczaçı işlәyәn Mәmmәdova Zәhra Sәfәralı qızını hәdәlәyәrәk, onun hәyatı vә sağlamlığı üçün tәhlükәli zor tәtbiq edәcәyini bildirmәklә, basqın edib, Zәhra Mәmmәdovadan aptekin kassasından 1000 (bir min) manat mәblәğindә pulu ona vermәsini tәlәb etmiş, sonuncu ona kassada bu qәdәr pul olmamasını deyәndәn sonra, şәxsәn özü aptekin kassasında olan bütün pulu, yәni cәmi 417 (dörd yüz on yeddi) manat 30 (otuz) qәpik mәblәğindә pulu götürüb, quldurluq cinayәt әmәlini törәtmişdir. İşǝüzrәǝyuxarıdaǝqeydǝedilәnǝmәhkәmәǝaktıǝçıxarılmışdır. Şәki Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmündәn tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs müdafiәçisi Müdafiәçi tәrәfindәn apellyasiyaǝşikayәtiǝverilmişdir.ǝ Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs müdafiәçisi Müdafiәçi apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, tәqsirlәndirilәn şәxsin CM-in 181.2.5-ci maddәsi ilә tәqsirli bilinmәsindә istinad edilәn sübutlar mötәbәr sübut kimi әsaslı şübhәlәrdәn kәnar olmamaqla, kifayәt qәdәr güclü, aydın vә bir-birinә uyğun qәnaәtlәrin mövcudluğundan ibarәt olmamış, hәmçinin tәkzib olunmaz oxşar fakt ehtimallarından irәli gәlmәmişdir. Mәhkәmә tam vә hәrtәrәfli mәhkәmә istintaqı aparmadan, ibtidai istintaq zamanı tәdqiq edilmiş vә özünün gәldiyi nәticәlәrin düzgün olmadığına әhәmiyyәtli tәsir göstәrәn sübutları nәzәrә almadan, öz hökmündә şәrh edilmiş hallarla onun gәldiyi nәticәlәr arasında әhәmiyyәtli ziddiyyәtlәr olmasına baxmayaraq, әmәldә tәqsirlәndirildiyi maddә üzrә cinayәt tәrkibinin әlamәtlәrinin olmamasına vә tәqsirlәndirilәn şәxsin barәsindә verilmiş әsassız vә qanunsuzǝittihamaǝhüquqiǝqiymәtǝvermәmişdir. Sübutların mötәbәrliyinin müәyyәn olunması vә qiymәtlәndirilmәsi baxımından Avropa İnsan Hüquqları Mәhkәmәsinin bir sıra qәrarlarına, o cümlәdәn "Mәmmәdov (Cәlaloğlu) Azәrbaycana qarşı", "İrlandiya Birlәşmiş Krallığa qarşı", "Mәhmudov Rusiyaya qarşı", "Qavazov Bolqarıstana qarşı" vә "Barbera, Messegue vә Habardo İspaniyaya qarşı" işlәr üzrә qәrarlarına istinad edilmişdir. Hәmin qәrarlarda sübutların qiymәtlәndirilmәsi zamanı "әsaslı şübhә yerinin qalmaması" standartının tәtbiq edildiyi, sübut etmә yükünün tәkzib edәnin deyil, iddia edәnin üzәrinә düşdüyü, sübutların kifayәt qәdәr güclü, aydın vә birbirinә uyğun qәnaәtlәrin hәm mövcudluğundan, hәmçinin tәkzib olunmaz oxşar fakt ehtimallarındanǝirәliǝgәlәǝbilәcәyiǝqeydǝedilmişdir. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin "Mәhkәmә hökmü haqqında" ## ###### 1996-cı il tarixli Qәrarının 4-cü bәndinә әsasәn, ittiham hökmünün mülahizәlәrә әsaslana bilmәyәcәyi, iş üzrә baş vermiş bütün rәvayәtlәr tәdqiq edildikdәn, bütün mövcud ziddiyyәtlәr aydınlaşdırılıb qiymәtlәndirildikdәn sonra mötәbәr sübutlar әsasında çıxarılmalı olduğu, ittihamın sübut olunması barәdә aradan qaldırılması mümkün olmayan bütün şübhәlәrin müttәhimin xeyrinә hәll olunduğu vurğulanmışdır. Hәmin Qәrarın 6-cı bәndindә isә hökmdә mәhkәmәnin әsaslandığı bütün sübutların tәhlil edilmәli vә bu zaman müttәhimi hәm ifşa edәn, hәm dә ona bәraәt qazandıran sübutlara qiymәt verilmәli olduğu göstәrilmişdir. Cinayәt-Prosessual Mәcәllәsinin 419-cu maddәsinә әsasәn kassasiya instansiyası mәhkәmәsi yalnız hüquq mәsәlәlәri üzrә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiqinin düzgünlüyünü yoxlayır. Sübutların mahiyyәti üzrә araşdırılması, mötәbәrliyi, kifayәtliliyi, cinayәt faktının müәyyәn edilmәsi kimi mәsәlәlәrin hәlli isә qanunla birinci vә apellyasiyaǝinstansiyasıǝmәhkәmәlәrininǝsәlahiyyәtinәǝaidǝedilmişdir. Apellyasiya şikayәtindә tәqsirlәndirilәn şәxsә onun ibtidai istintaqda vә birinci instansiya mәhkәmәsindә qismәn etirafı nәzәrә alınaraq CM-in 70-ci maddәsi üzrә şәrti mәhkum etmә cәzasının tәyin edilmәsi xahiş olunmuşdur. Hәr hansı mәhkәmә araşdırması әdalәtli mәhkәmә qәrarının qәbulu ilә yekunlaşmalıdır. Cinayәt prosesinin tәrәflәri vә cәmiyyәtin özü mәhkәmәdәn nәinki qanuni, hәmçinin әsaslandırılmış hökm gözlәyir. Mәhkәmә hökmü nәinki forma vә mәzmun üzrә qanunun tәlәblәrinә uyğun, cinayәtprosessual qanunun tәlәblәrinә müvafiq müәyyәnlәşdirilmiş faktlar üzәrindә vә cinayәt qanununun düzgün tәtbiqi nәticәsindә çıxarılmalı, eyni zamanda әsaslandırılmış vә sübuta yetirilmişǝolmalıdır. Mәhkәmә öz nәticәlәrini hәqiqәtә uyğun vә mәhkәmә iclasında tәdqiq olunmuş sübutlar üzәrindә qurmalı, hәmin sübutların mәcmusuna digәr qәrarın qәbulunu istisna edәn qiymәt vermәli, cinayәtin tәrkibini vә tövsifedici әlamәtlәrini dәrindәn tәhlil etmәli, cәzanı şәxsәn tәqsirli bilindiyi halda cinayәtin xarakteri vә ictimai tәhlükәliliyi, şәxsiyyәti vә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran halları nәzәrә almaqla tәyin etmәli, şәxs tәqsirsiz bilindiyi halda isә ona bәraәt vermәlidir. Əsaslandırma hökmün ictimai qәbul olunmasında, onun mәhz әdalәtli qәrar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün әsaslılığının ayrılmaz hissәsi olmaqla mәhkәmә tәrәfindәn niyә mәhz qәrarın qәbulunun, başqa mümkünǝqәrarlarınǝrәddǝolunmasınınǝizahınıǝvermәlidir. CM-in 221.3-cü maddәsinin şәrh edilmәsi haqqında Konstitusiya Mәhkәmәsinin Plenumunun ## ### 2011-ci il tarixli qәrarında göstәrildiyi kimi, törәdilәn hәr hansı bir ictimai tәhlükәli әmәlә görә şәxsin azadlıq hüququnun mәhdudlaşdırılmasına sәbәb olan cinayәt hüquq norması tәtbiq edilәrkәn hәmin cinayәtin tәrkibinin, onun xüsusiyyәtlәrinin vә bu cinayәt әmәlinin tövsifi mәsәlәlәrinә xüsusi diqqәt yetirilmәlidir. Cinayәt әmәlinin tәrkibinin düzgün müәyyәn olunmaması vә düzgün tövsif edilmәmәsi şәxsin azadlıq hüququnun pozulmasınaǝgәtiribǝçıxaraǝbilәr. Konstitusiya Mәhkәmәsinin Plenumunun "V.Bayramov vә qeyrilәrinin şikayәtlәri üzrә" ## ######## 2005-ci il tarixli qәrarında qeyd edildiyi kimi, mәhkәmә hökmü şәxsin tәqsirli olub-olmaması kimi hәyati әhәmiyyәti olan mәsәlәni hәll edir. Bu sәbәbdәn prosessual qanunvericiliyin tәlәbinә görә mәhkәmәnin hökmü qanuni vә әsaslı olmalıdır. Mәhkәmә hökmünün әsaslılığının şәrtlәrindәn biri dә hökmdә müәyyәn edilmiş halların mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlara uyğun gәlmәsidir. Şәxsin cinayәt törәtmәkdә tәqsirli olmasına dair mәhkәmә qәrarı mülahizәlәrә әsaslana bilmәz vә işә aid biri digәrinә uyğun gәlәnǝmötәbәrǝsübutlarınǝmәcmusuǝilәǝtәsdiqǝolunmalıdır. CM-in 3-cü maddәsinә әsasәn, yalnız Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsi ilә nәzәrdә tutulmuş cinayәt tәrkibinin bütün әlamәtlәrinin mövcud olduğu әmәlin (hәrәkәt vә ya hәrәkәtsizliyin) törәdilmәsi cinayәt mәsuliyyәtini yaradır. Cinayәt-Prosessual Mәcәllәsinin 8-ci maddәsindә sadalanan cinayәt mühakimә icraatının vәzifәlәrindәn biri dә cinayәt törәtmәkdә ittiham olunan şәxslәrin tәqsirini müәyyәn edәrәk onları cәzalandırmaq vәǝtәqsirsizǝşәxslәrәǝbәraәtǝvermәkǝmәqsәdiǝilәǝәdalәtǝmühakimәsiniǝhәyataǝkeçirmәkdir. Apellyasiya şikayәtindә tәqsirlәndirilәn şәxsin CM-in 181.2.5-ci maddәsi ilә tәqsirlilik mәsәlәsi mübahisәlәndirilmiş vә birinci instansiya mәhkәmәsinin sübutlar vә sübutetmә, elәcә dә işin faktiki hallarının müәyyәn edilmәsi mәsәlәlәrindә kifayәt qәdәr pozuntuya yol verdiyi, tәqsirlәndirilәn şәxsin şikayәt edilәn hökmdә tәsvir edilmiş hәrәkәtlәrindәn, eyni zamanda Cinayәt Mәcәllәsinin müvafiq maddәsinin dispozisiyasından vә hәmin Mәcәllәnin Ümumi hissәsinin müddәalarından çıxış edәrәk, tәqsirlәndirilәn şәxsin әmәlindә Cinayәt Mәcәllәsinin qeyd edilәn maddәsindә nәzәrdә tutulmuş cinayәtin tәrkibinin olması, bu maddә ilә onun tәqsirli bilinmәsini istisna edәn halların, yәni Cinayәt-Prosessual Mәcәllәsinin 42.1-ci maddәsinin tәsbit etdiyi bәraәtin әsaslarının olmaması haqqında әsaslandırmaǝaparılmadığıǝbildirilmişdir. Birinci instansiya mәhkәmәsinin sözügedәn mәsәlәlәr üzrә gәldiyi nәticәlәr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya mәhkәmәsindә Cinayet-Prosessual Mәcәllәsinin tәlәblәrinә müvafiq qaydada tәdqiq edilmiş sübutlara müvafiq maddi vә prosessual cinayәt-hüquqi normaların düzgün tәfsirinә әsaslanmadığından, apellyasiya şikayәtindә göstәrilәnlәrin birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәlәri tәkzib etdiyindәn, tәqsirlәndirilәn şәxsin әmәlinin CM-in 181.2.5-ci maddәsi ilә tövsif edilmәsi vә onun bu maddә ilә tәqsirli bilinmәsini istisna edәn kifayәt qәdәr halların olmaması barәdә qәnaәti şübhә altına almaq üçün xeyli әsas vardır. Sübutlar hökmdә әtraflı tәsvir vә izah edilmәmiş, müdafiә tәrәfinin dәlillәri ilә müqayisә edilmәklә hәqiqi mәzmunlarına uyğun olaraqǝşәrhǝedilmәmişdir. Tәqsirlәndirilәn şәxsә tәyin edilmiş cәza son dәrәcә ağır vә әdalәtsiz hesab edilmişdir. CM-in 8-ci maddәsindә tәsbit olunmuş cinayәt mәsuliyyәtinin әdalәt prinsipi tәlәb edir ki, cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilәn cәza vә ya digәr cinayәt-hüquqi xarakterli tәdbirlәr әdalәtli olmalı, yәni cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, onun törәdilmәsi hallarına vә cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsin şәxsiyyәtinә uyğun olmalıdır. CM-in 41.2-ci maddәsinә әsasәn cәza sosial әdalәtin bәrpası, mәhkumun islah edilmәsi vә hәm mәhkumlar, hәm dә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısını almaq mәqsәdilә tәtbiq edilir. Cәzanın tәyin edilmәsinin ümumi әsaslarını nәzәrdә tutan CM-in 58-ci maddәsindә dә cinayәt mәsuliyyәtinin әdalәt prinsipinә uyğun olaraq, cәza tәyin edilәrkәn törәdilmiş cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi, tәqsirkarın şәxsiyyәti, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsiriǝnәzәrәǝalınmalıdır. CM-in 59-cu maddәsinin 1-ci hissәsinin 9-cu bәndinә әsasәn, tәqsirlәndirilәn şәxsin törәtdiyi әmәlә görә sәmimi peşman olması vә zәrәrçәkmiş şәxsә vurduğu ziyanı könüllü ödәmәsi cәzanı yüngüllәşdirәn hallar sırasına daxil edilmişdir. Şәrti mәhkum etmә institutuna dair mәsәlәlәr CM-in 70-ci maddәsi ilә tәnzimlәnir. Hәmin maddәnin 70.1-ci bәndinә әsasәn, mәhkәmә tәqsirkar şәxsin hәmin normada nәzәrdә tutulmuş cәzaları (o cümlәdәn müәyyәn müddәtә azadlıqdan mәhrum etmә cәzasını) çәkmәdәn islah edilmәsini mümkün sayarsa, cәzanın şәrti olaraq tәtbiq edilmәsi haqqında qәrar qәbul edә bilәr. 70.2ci maddә isә mәhkәmәdәn tәlәb edir ki, şәxsin barәsindә şәrti mәhkum etmәni tәtbiq edәrkәn törәdilmiş cinayәtin xarakterini, ictimai tәhlükәlilik dәrәcәsini, mәhkumun şәxsiyyәtini,ǝhabelәǝcәzanıǝyüngüllәşdirәnǝvәǝağırlaşdıranǝhallarıǝnәzәrәǝalsın. Yuxarıda göstәrilәnlәrә vә CM-in ümumi hissәsindә nәzәrdә tutulan әdalәt prinsipindәn bәhs edәn 8-ci maddәsinin, humanizm prinsipindәn bәhs edәn 9-cu maddәsinin tәlәblәri nәzәrә alınmaqla, tәqsirlәndirilәn şәxsә tәyin olunmuş cәzanın yüngüllәşdirilmәsi vә onun barәsindә CM-in 70-ci maddәsinin tәtbiqi mәqsәdәmüvafiq hesab edilmişdir. 70.3-cü maddәyә әsasәn, şәrti mәhkum etmә tәyin edilәrkәn mәhkәmә tәrәfindәn altı aydan beş ilәdәk müddәtә sınaq müddәti müәyyәn olunur. Sınaq müddәti әrzindә mәhkum öz davranışı ilә islah olunmasını sübut etmәlidir. 70.5-ci maddәyә görә isә mәhkәmә şәrti mәhkum etmә tәyin edәrkәn mәhkumun üzәrinә bir sıra vәzifәlәr qoya bilәr: onun davranışı üzәrindә nәzarәti hәyata keçirәn orqanlara mәlumat vermәdәn daimi yaşayış yerini, tәhsil yerini, iş yerini dәyişmәmәk, müәyyәn yerlәrә getmәmәk, alkoqolizmdәn, narkomaniyadan, toksikomaniyadan vә ya zöhrәvi xәstәliklәrdәn müalicә kursu keçmәk, ailәsinә maddi yardım göstәrmәk. Mәhkәmә mәhkumun üzәrinә onun islah olmasına kömәk edәn digәr vәzifәlәr dә qoya bilәr. 70.6-cı maddә şәrti mәhkum edilmiş şәxsin üzәrindә nәzarәti hәyata keçirmәk vәzifәsini müvafiq dövlәt orqanlarının, mәhkum edilmiş şәxs hәrbi qulluqçudursa, hәrbi hissәlәrin vә müәssisәlәrin üzәrinә qoyur. Cәzaların İcrası Mәcәllәsinin 179-cu maddәsinә görә, hәrbi qulluqçu olmayan şәrti mәhkum edilmiş şәxslәr üzәrindә nәzarәti sınaq müddәti әrzindә mәhkumun yaşayış yeri üzrә icra mәmuru hәyataǝkeçirir. Odur ki, Şәki Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmünün dәyişdirilәrәk tәqsirlәndirilәn şәxsә tәyin edilmiş azadlıqdan mәhrum etmә cәzasının CM-in 70-ci maddәsinә әsasәn sınaq müddәti müәyyәn olunmaqla şәrti olaraq tәtbiqǝedilmәsiǝbarәdәǝqәrarǝqәbulǝedilmәsiniǝxahişǝetmişdir. Verilmiş apellyasiya şikayәtinә qarşı yazılı etiraz verilmәmişdir. Mәhkәmәnin hökmündәnǝdövlәtǝittihamçısıǝtәrәfindәnǝapellyasiyaǝprotestiǝverilmәmişdir. Mәhkәmә kollegiyasının iclasında iştirak edәn tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs vә onun müdafiәçisi Müdafiәçi apellyasiya şikayәtinin mәzmununa uyğun çıxış edәrәk şikayәtinǝtәminǝedilmәsiniǝxahişǝetdi. Mәhkәmә kollegiyasının iclasında çıxış edәn dövlәt ittihamçısı dövlәt ittihamçısı1 hökmün qanuni, әsaslı vә әdalәtli olduğunu bildirәrәk apellyasiya şikayәtinin tәmin edilmәmәsini,ǝbirinciǝinstansiyaǝhökmününǝdәyişdirilmәdәnǝsaxlanılmasınıǝxahişǝetdi. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә mәlumatlandırılmasına baxmayaraq, zәrәrçәkmiş şәxs mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә kollegiyası onun iştirakı olmadanǝmәhkәmәǝbaxışınınǝkeçirilmәsiniǝmümkünǝhesabǝetmişdir.ǝ Hüquqi məsələlər Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin (bundan sonra mәtndә CPM-in) 397.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә CPM-in normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddәsinә әsasәn birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin dәlillәrindәn asılı olmayaraqǝyoxlanılır. CPM-in 398.1.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi hökmün dәyişdirilmәdәn, apellyasiya şikayәtinin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbulǝedәǝbilәr. Mәhkәmә iş materiallarını, apellyasiya şikayәtinin dәlillәri vә tәrәflәrin çıxışlarını tam hәr tәrәfli vә obyektiv araşdıraraq hesab edir ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs müdafiәçisi Müdafiәçi tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli, Şәki Ağır CinayәtlәrǝMәhkәmәsininǝ##ǝ#####ǝ2026-cıǝilǝtarixliǝhökmüǝdәyişdirilmәdәnǝsaxlanılmalıdır. İş materiallarının araşdırılmasından görünür ki, birinci instansiya mәhkәmәsi işin faktiki hallarını tam, hәrtәrәfli vә obyektiv araşdırmış, sübutları CPM-in tәlәblәrinә müvafiq olaraq aidiyyatı,ǝmötәbәrliyiǝvәǝkifayәtliliyiǝbaxımındanǝhüquqiǝqiymәtlәndirmişdir.ǝ Belә ki, Tәqsirlәndirilәn şәxs tamah niyyәti ilә aptekә daxil olaraq, silah qismindә istifadә etdiyi bıçaqla әczaçı Zәrәrçәkmiş şәxs hәyat vә sağlamlığı üçün tәhlükәli olan zor tәtbiq etmә hәdәsi ilә basqın etmәsi vә kassadakı pulları әlә keçirmәsi faktı iş üzrә toplanmış dindirilmә protokolları, hadisә yerinә baxış protokolu vә digәr mötәbәr sübutlar mәcmusu ilә tam subuta yetirilmişdir. Birinci instansiya mәhkәmәsi tәqsirlәndirilәn şәxsin әmәliniǝCM-in 181.2.5-ciǝmaddәsiǝilәǝdüzgünǝtövsifǝetmişdir. Müdafiәçinin cәzanın ağır olması vә barәsindә CM-in 70-ci maddәsi tәtbiq edilmәklә şәrti mәhkum etmә cәzasının tәyin olunması barәdә apellyasiya şikayәtinin dәlillәri mәhkәmә kollegiyası tәrәfindәn qәbul edilә bilmәz. Çünki, CM-in 8.1-ci maddәsinә müvafiq olaraq, cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilәn cәza әdalәtli olmalı, yәni cinayәtin xarakterinә, ictimai tәhlükәlilik dәrәcәsinә vә şәxsin şәxsiyyәtinә uyğun gәlmәlidir. CM-in 41.2-ci maddәsinә әsasәn isә cәza sosial әdalәtin bәrpası, mәhkumun islah edilmәsi vә yeniǝcinayәtlәrinǝtörәdilmәsininǝqarşısınıǝalmaqǝmәqsәdilәǝtәtbiqǝedilir. Mәhkәmә kollegiyası vurğulayır ki, quldurluq cinayәti ağır cinayәtlәr kateqoriyasına aid olmaqla, cәmiyyәtin vә fәrdlәrin mülkiyyәt hüquqları ilә yanaşı, insanların hәyat vә sağlamlığına qarşı yönәlәn yüksәk ictimai tәhlükәli әmәldir. Cinayәt mühakimә icraatı zamanı tәkcә mәhkumun deyil, hәm dә cinayәt hadisәsi nәticәsindә zәrәr çәkmiş şәxsin pozulmuş hüquq vә mәnafelәri, sosial әdalәtin bәrpası prinsiplәri balanslaşdırılmış şәkildә nәzәrә alınmalıdır. Silah tәtbiq edilmәklә törәdilәn belә bir ağır cinayәtә görә yüngül cәzanın tәyin edilmәsi vә ya şәrti mәhkum etmәnin tәtbiqi qanunçuluq prinsiplәrinә ziddir. Belә ki bu hal cәzasızlıq mühiti yarada bilәr vә cәzanın ümumi vә xüsusi xәbәrdarlıq funksiyasını sәmәrәsizǝedәr. Birinci instansiya mәhkәmәsi cәza tәyin edәrkәn CM-in 58.3-cü maddәsinin tәlәblәrini rәhbәr tutaraq törәdilmiş cinayәtin xarakterini, cinayәtin subyektinin әvvәllәr mәhkum olunmamasını, ibtidai istintaq vә mәhkәmә zamanı әmәli qismәn etiraf etmәsini, sәmimi peşmanlığını vә vurduğu ziyanın tam geri qaytarılmasını cәzanı yüngüllәşdirәn hallar qismindә qiymәtlәndirmişdir. Mәhz bu halların mәcmusu nәzәrә alınaraq, CM-in 181.2-ci maddәsinin sanksiyasında nәzәrdә tutulmuş azadlıqdan mәhrum etmә cәzasının aşağı hәddindәǝ—ǝ8ǝ(sәkkiz)ǝilǝmüddәtinәǝazadlıqdanǝmәhrumetmәǝcәzasıǝtәyinǝedilmişdir. Mәhkәmә kollegiyası hәmçinin apellyasiya instansiyasında müdafiә tәrәfinin zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs hәr hansı şikayәt vә tәlәbinin olmaması barәdә gәtirdiyi arqumentini araşdıraraq qeyd edir ki, zәrәrçәkmiş şәxsin tәqsirlәndirilәn şәxslә barışması, ona qarşı şikayәt vә iddialardan imtina etmәsi qanunvericiliklә müәyyәn edilmiş qaydada cәzanın fәrdilәşdirilmәsi zamanı nәzәrә alına bilsә dә, törәdilmiş әmәlin hüquqi tövsifini vә ictimaiǝtәhlükәlilikǝdәrәcәsiniǝaradanǝqaldırmır. CM-in 181.2.5-ci maddәsindә nәzәrdә tutulmuş quldurluq cinayәti tәrkibi etibarilә formal xarakter daşıyır vә şәxsin iradәsindәn asılı olmayaraq, basqın edildiyi, yәni hәyat vә sağlamlıq üçün tәhlükәli zor tәtbiq etmәk hәdәsi yarandığı andan başa çatmış hesab olunur. Bu halda zәrәrçәkmiş şәxsin şikayәtinin olmaması iş üzrә cinayәt tәqibini istisna edәn elәcә dәǝşәxsiǝcinayәtǝmәsuliyyәtindәnǝbirbaşaǝazadǝedәnǝәsasǝqismindәǝçıxışǝedәǝbilmәz. Birinci instansiya mәhkәmәsi cәza tәyin edәrkәn zәrәrçәkmiş tәrәfә vurulmuş maddi ziyanın tamamilә ödәnmәsini, zәrәrçәkmiş şәxsin şikayәtçi olmamasını vә digәr yüngüllәşdirici halları artıq kifayәt qәdәr nәzәrә almış vә maddәnin sanksiyası daxilindә şәxsә minimum hәddә cәza tәtbiq etmişdir. Odur ki, zәrәrçәkmişin şikayәtinin olmaması faktı törәdilmiş ağır cinayәt xarakterli әmәlә görә tәyin edilmiş cәzanın yenidәn yüngüllәşdirilmәsi vә ya onun CM-in 70-ci maddәsinә әsasәn şәrti hesab edilmәsi üçün müstәqilǝhüquqiǝәsasǝformalaşdırmır. Oxşar münasibәtlәri tәnzimlәyәn Azәrbaycan Respublikası Konstitusiya mәhkәmәsinin “Azәrbaycan Respublikası CM-in 32-ci maddәsinin Azәrbaycan Respublikası Konstitusiyasının “9-cu maddәsinin 4-cü hissәsinә uyğunluğu haqqında” ## ###### 1999-cu il qәrarında göstәrilir ki, cәza törәdilmiş cinayәt üçün yalnız sitәm olmayıb, eyni zamanda mәhkumları islah etmә, tәrbiyәlәndirmә, habelә yeni cinayәt edilmәsinin qarşısınıǝalmaqǝmәqsәdiǝdaşıyır. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 59.1.9 vә 60-cı maddәlәrinin bәzi müddәalarının şәrh edilmәsinә dair” ## ##### 2012-ci il tarixli qәrarında qeyd edilmişdir ki, cinayәt qanunvericiliyindә cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halların müәyyәn edilmәsi mәhkәmә tәrәfindәn cәza hüdudları daxilindә cәzanın әdalәtli tәyin edilmәsinә vә tәyin edilmiş cәzanın hәr bir konkret halda fәrdilәşdirilmәsinә xidmәt edir. Belә ki, mәhkәmә cinayәt mühakimә icraatı zamanı ittiham hökmü ilә cәza tәyin edәrkәn törәdilmiş cinayәtin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, tәqsirkarın şәxsiyyәtini, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә almalıdır. Bu baxımdan cәzanı yüngüllәşdirәnǝhallarınǝdüzgünǝmüәyyәnǝolunmasıǝxüsusiǝәhәmiyyәtǝkәsbǝedir. Qeyd olunan hüquq normalarının vә qәrarın mәnasına görә, cәza sosial әdalәtin bәrpası, mәhkumların islah edilmәsi vә cinayәtlәrin qarşısının alınması mәqsәdlәrinә xidmәt edir. Sosial әdalәtin bәrpası zәrәçәkmiş şәxslәrә münasibәtdә onun cinayәt nәticәsindә pozulmuş hüquqlarının vә qanuni mәnafelәrinin mühafizәsi yolu ilә hәyata keçirilir. Bu zaman cәza vurulmuş zәrәrin ödәnilmәsi imkanını vә onun mümkün hәddini, mәhkumun mәhrumiyyәtlәrini, hәmçinin hüquq vә azadlıqlarının mәhdudlaşdırılmasının cinayәtǝnәticәsindәǝzәrәrçәkmişǝşәxsәǝvurulmuşǝzәrәrlәǝuyğunluğunuǝtәminǝetmәlidir. Cәza tәtbiq etmәklә mәhkumun islah edilmәsi, müәyyәn mәhdudiyyәtlәr tәtbiq edilmәsi yolu ilә onun yeni cinayәt törәtmәsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması vә s. fiziki vә psixoloji amillәr xüsusi xәbәrdarlıq mexanizminin elementlәri kimi çıxış edir. Cәzanın xüsusi xәbәrdarlıq mәqsәdinә o vaxt nail olunur ki, mәhkum yeni cinayәt törәtmir. Cәzanın ümumi xәbәrdarlıq mәqsәdi konkret şәxsә, yәni cinayәt törәtmiş şәxsә cәza tәyin etmәklә cәmiyyәtin cinayәtә meyilli üzvlәrinә tәsir göstәrmәklә onları cinayәtdәn çәkindirmәyiǝnәzәrdәǝtutur.ǝ Yeni cinayәtlәrin qarşısının alınması cәzanın tәtbiq edilmәdiyi şәxslәrә qarşı yönәlir. Bu zaman cәza hәr hansı şәxs tәrәfindәn törәdilәcәk cinayәtә dövlәtin adekvat reaksiyası kimiǝqalırǝvәǝprofilaktikǝxarakterǝdaşımaqla,ǝçәkindiriciǝrolǝoynayır.ǝǝ Bu sәbәbdәn dә, mәhkәmә kollegiyası qeyd edir ki, cinayәt mühakimә icraatını hәyata keçirәn mәhkәmә tәrәfindәn qәbul edilәn qәrar cinayәt qanunu ilә mühafizә olunan ictimai münasibәtlәrin qorunması sahәsindә dövlәtin ictima tәsir gücüdü vә qanunçuluğun tәcәssümüdür. Cinayәtin törәdilmәsi sübut edildikdә, onun ardınca mәqsәdәuyğun cәzanın tәyin edilmәsi gәlmәlidir. Bu, güclü çәkindirici tәsirә malik olar. Əksinә, yüngül cәzaların tәyinǝedilmәsiǝyalnızǝcәzasızlıqǝmühütüǝyaradaǝbilәr. Azәrbaycan Respublikası Cinayәt- Prosessual Mәcәllәsinin 512.2 vә 519.0.4-cü maddәlәrinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2012-ci il tarixli Qәrarında göstәrilir ki, CM-in 9-cu maddәsinin mәnasına görә cinayәt hüququ şәxsiyyәti, zәrәrçәkәnin hüquqlarını, cәmiyyәtin mәnafeyini qorumaqla yanaşı, öz әmәli ilә sadalanan dәyәrlәrә qәsd edәn tәqsirkar şәxs barәsindә dә humanist mövqedә durmalıdır. Humanizmin anlamı әmәlin kriminallaşdınlmasında vә mәsuliyyәtin differensiasiyasında әdalәt prinsipinin tәlәblәrinin gözlәnilmәsini, cinayәt tәrkibinin mәsuliyyәtin yeganә hüquqi әsası hesab edilmәsini, mәsuliyyәtin tәqsir dәrәcәsindәn asılı olaraq fәrdilәşdirilmәsini, cinayәt hüquqi tәsir tәdbirlәrinә qәnaәt edilmәsini, böyük ictimai tәhlükә törәtmәyәn әmәllәri edәn şәxslәrin qanunla müәyyәn edilmiş әsaslar olduqda mәsuliyyәtdәn vә cәzadan azad edilmәsini nәzәrdә tutur. Cinayәt hüququnda humanizm - cinayәt törәdәn şәxslәrә cәza tәyini zamanı, elәcә dә müxtәlif növ cәzadan şәrti vә şәrtsiz azad etmә institutlarının tәtbiqindә xeyirxahlıq münasibәtini ifadә edir. Azәrbaycan Respublikasının cinayәt qanununun bir sıra institutları mәhz bu prinsipә әsaslanır.” Digәr tәrәfdәn, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin “Azәrbaycan Respublikası CPM-nin 420.3-cü maddәsinә dair” ## ##### 2002-ci il tarixli qәrarında qeyd edilmişdir ki, cinayәt prosesindә zәrәr çәkmiş cinayәtin açılmasında, iş üzrә hәqiqәtin müәyyәn edilmәsindә, tәqsirlәndirilәn şәxsin ifşa olunmasında, onun әmәlinin düzgün tövsif edilmәsindә vә törәdilmiş cinayәtә görә әdalәtli cәzanın tәyin edilmәsindә maraqlı şәxs olmaqla yanaşı tәqsirlәndirilәn şәxsә qarşı duran tәrәf qismindә çıxış edir. Zәrәr çәkmiş şәxsin xüsusi marağı cinayәt törәdilmәsi nәticәsindә pozulmuş bütün hüquqlarının bәrpa edilmәsindәn, ona vurulmuş nәinki maddi, hәm dә mәnәvi zәrәrin ödәnilmәsindәn ibarәtdir. Hәmçinin, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin ##.##.2002-ci il tarixli “Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 87.6.14, 89.4.12 vә 422.3-cü maddәlәrinә dair” Plenum qәrarında göstәrilmişdir ki, әdalәt mühakimәsinin obyektiv vә hәrtәrәfli hәyata keçirilmәsi yalnız mәhkumun maraqları ilә tamamlanmamalıdır. Burada hәm dә cinayәt hadisәsi ilә әlaqәdar mәnәvi, fiziki vә maddi ziyana mәruz qalmış tәrәf kimi zәrәrǝçәkmişinǝmaraqlarıǝdaǝnәzәrәǝalınmalıdır. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun bir sıra qәrarlarında göstәrilmişdir ki, hәr bir cinayәt ilә onun törәdilmәsinә görә tәtbiq olunduğu cәza arasında mәqsәdyönlü vә әsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddәsinin, CM-in 53.4-cü maddәsinin vә Azәrbaycan Respublikası Cәzaların İcrası Mәcәllәsinin 112.1-ci maddәsinin şәrh edilmәsi haqqında Konstitusiya Mәhkәmәsi Plenumunun müvafiq olaraq ## #### 2004-cüǝilǝvәǝ##ǝ####ǝ2011-ciǝilǝtarixliǝqәrarları) Mәhkәmә hökmü haqqında Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin ## ###### 2021-ci il tarixli ** nömrәli qәrarının 24-cü bәndindә qeyd edilir ki, Mәhkәmәlәr cәza tәyini zamanı tәqsirkara hәm yüngüllük, hәm dә ağırlıq baxımından açıq-aşkar әdalәtsiz cәza tәyin edilmәsi hallarına yol vermәmәlidirlәr. CM-in 58.3-cü maddәsinә әsasәn mәhkәmә cәza tәyin edәrkәn törәdilmiş cinayәtin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, tәqsirkarın şәxsiyyәtini, cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları, habelә cәzanın onun islahǝolunmasınaǝvәǝailәsininǝhәyatǝşәraitinәǝtәsiriniǝnәzәrәǝalmalıdır. Belә olan halda, mәhkәmә kollegiyası Şәki Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmü ilә bağlı apellyasiya şikayәtinin dәlillәrini әsaslı hesab etmir. Mәhkәmә kollegiyası bu fikirdәdir ki, birinci instansiya mәhkәmәsi tәqsirlәndirilәn şәxsin törәtdiyi cinayәt әmәlinin tövsifini, onun barәsindә cәzanın növünü vә hәddini müәyyәn edәrkәn, maddi vә prosessual qanunvericiliyin müddәalarını, cәzanın tәyin edilmәsinin ümumi әsaslarını rәhbәr tutaraq, törәtdiyi cinayәtin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, tәqsirkarın şәxsiyyәtini, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları, habelә tәyin olunacaq cәzanın tәqsirlәndirilәn şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә almış vә bu sәbәbdәn dә, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs tәyin edilmiş cәzanın növü vә hәddi qanuni, әsaslı vә әdalәtli hesabǝolunmalıdır. CM-nin 4-cü maddәsinә әsasәn Cinayәt Mәcәllәsi qanunçuluq, qanun qarşısında bәrabәrlik,ǝtәqsirәǝgörәǝmәsuliyyәt,ǝәdalәtǝvәǝhumanizmǝprinsiplәrinәǝәsaslanır. CM-nin 8.1-ci maddәsinә görә cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilәn cәza әdalәtli olmalıdır — cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, onun törәdilmәsi hallarına vә şәxsin şәxsiyyәtinә uyğun olmalıdır. «Ədalәt» anlayışı bu kontekstde proporsionallıq ideyasını özündә daşıyır: cәza nә artıq yüngül, nә dә artıq ağır olmamalıdır. CM-nin 41.2-ci maddәsinә görә cәza sosial әdalәtin bәrpası, mәhkumun islah edilmәsi vә hәm mәhkumlar, hәm dә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısını almaq mәqsәdi ilә tәtbiq edilir. Cәzanın bu üç mәqsәdi — sosial әdalәt, islah, xәbәrdarlıq — bir-biri ilә üzvi bağlılıqda olub, mәhkәmәnin cәza seçәrkәn nәzәrә almalı olduğuǝfundamentalǝtәlәblәriǝmüәyyәnǝedir. CM-nin 58.1-ci maddәsinә görә cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsә Mәcәllәnin Ümumi hissәsinin müddәaları nәzәrә alınmaqla Xüsusi hissәsinin müvafiq maddәlәrinde nәzәrdә tutulmuş hәdlerde әdalәtli cәza tәyin edilir. Törәdilmiş cinayәtә görә nәzәrdә tutulmuş cәzalardan daha ciddi cәza növü yalnız o halda tәyin edilir ki, az ciddi cәza növü cәzanınǝmәqsәdlәriniǝtәminǝedәǝbilmir. CM-nin 58.3-cü maddәsinә әsasәn cәza tәyin edilәrkәn törәdilmiş cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi, tәqsirkarın şәxsiyyәti, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsiri nәzәrә alınır. Birinci instansiya mәhkәmәsi bu tәlәblәrin hamısına riayәtǝetmişdir. Apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, cinayәt törәtmiş şәxs barәsinde daha yüngül cәza tәdbirinin seçilmәsinin zәruriliyi o halda nәzәrdәn keçirilә bilәr ki, iş üzrә hansısa cәzanı yüngüllәşdirәn hal cәza tәyin edәn mәhkәmә tәrәfindәn nәzәrә alınmamış olsun, yaxud mәhkәmәnin istinad etdiyi ağırlaşdıran hallar şәxsin törәtdiyi cinayәtin ictimai tәhlükәlilik dәrәcәsini artıran hallara aid olmasın. Halbuki bu işdә belә bir vәziyyәt mövcud deyildir. Bütün bu әsaslara görә mәhkәmә kollegiyası Şәki Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmü ilә bağlı apellyasiya şikayәtinin dәlillәrini әsaslı hesab etmir. Qeyd edilәnlәrә әsasәn mәhkәmә kollegiyası bu nәticәyә gәlir ki, Tәqsirlәndirilәn şәxs müdafiәçisi Müdafiәçi tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli,ǝbirinciǝinstansiyaǝhökmüǝdәyişdirilmәdәnǝsaxlanılmalıdır. Nəticəvi hissə Mәhkәmә kollegiyası şәrh olunanlara әsaslanaraq vә CPM-in 394, 397, 398, 407 vә 410-cuǝmaddәlәriniǝrәhbәrǝtutaraq Qərara aldı: Tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs müdafiәçisi Müdafiәçi tәrәfindәn verilmiş apellyasiyaǝşikayәtiǝtәminǝedilmәsin. İş üzrә Şәki Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәliǝhökmüǝverilmişǝapellyasiyaǝşikayәtinәǝmünasibәtdәǝdәyişdirilmәdәnǝsaxlanılsın. Qәrarǝelanǝolunduğuǝandanǝdәrhalǝsonraǝqanuniǝqüvvәyәǝminir. Qәrardan CPM-in 410-cu maddәsinde nәzәrdә tutulmuş müddәtdә vә qaydada Şәki Apellyasiya Mәhkәmәsi vasitәsi ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasınaǝkassasiyaǝşikayәtiǝvәǝyaǝkassasiyaǝprotestiǝverilәǝbilәr. .
Məhkəmə qərarları › İş №1(3-10)-108/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-108/2026
07.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver