Məhkəmə qərarları › İş №1(3-10)-109/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-109/2026

09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-109/2026 09.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı nümayəndəsi və vəkili Məmmədov İlkin Allahveerdi oğlunun iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından xüsusi ittihamçı Xüsusi ittihamçı Mahir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(5-123)-18/2026( sədrlik edən C.Camalzadə) nömrəli qərarı ilə xüsusi ittiham qaydasında Xüsusi ittihamçı Mahir oğlu tərəfindən verilmiş şikayət məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. işin halları: İş materiallarından görünür ki, xüsusi ittihamçı Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət verərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittihamçı Xüsusi ittihamçı ərizəsində göstərmişdir ki, mərhum X1 ölümü ilə bağlı Göyçay Rayon Prokurorluğunda CM-in 124.1-ci maddəsi ilə cinayət işi başlanılmış və hazırda həmin iş üzrə ibtidai istintaq aparılır. Cinayət işi üzrə ibtidai istintaq yekunlaşmadan və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan, mərhumun anası Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “TikTok” sosial şəbəkəsində “Aran Media” adlı səhifədə video müraciət paylaşaraq “Mehman mənim uşağımı qəsdən təpiklə vuraraq öldürüb”, “uşağım ehtiyatsızlıqdan yıxılaraq ölməyib, Mehman tərəfindən qəsdən vurulmuş zərbədən ölüb” kimi ifadələr işlətmişdir. Qeyd olunan ifadələrlə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu xüsusilə ağır cinayətin – qəsdən adam öldürmə əməlini törətməkdə ittiham etmiş, beləliklə, bilə-bilə həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətini ləkələyən, işgüzar və ictimai nüfuzuna xələl gətirən məlumatları yaymışdır. Həmin video müraciətdə onun fotoşəkli yerləşdirilmiş, paylaşım çoxsaylı baxış və rəylər toplamış, geniş auditoriya arasında yayılaraq cəmiyyətdə onun barəsində mənfi rəyin formalaşmasına səbəb olmuşdur. O, bildirmişdir ki, müharibə iştirakçısı olmaqla, ikinci qrup müharibə əlilidir, cəmiyyətdə müəyyən nüfuza malik şəxsdir və yayılan məlumatlar onun sosial nüfuzuna ciddi zərər vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Xüsusi ittihamçı Xüsusi ittihamçı Mahir oğlu apellyasiya şikayəti verərək Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X1 “MM Zəfər” çay evində yıxılması və sonradan xəstəxanada vəfat etməsi ilə bağlı Göyçay rayon Prokurorluğunda CM-in 124.1-ci maddəsi əsasında başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur və hazırda həmin cinayət işi üzrə araşdırma aparılır. Göyçay rayon Prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə araşdırma yekunlaşmadan, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi, mərhumun anası Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “TİKTOK” sosial platformasında “Aran Media” səhifəsində paylaşılan video müraciəti zamanı “Mehman mənim uşağımı qəsdən, qəsdən təpiklə vuraraq, öldürüb”, “Mənim uşağım həqiqətən də, ehtiyatsızlıqdan yıxılmayıb. Mehman tərəfindən qəsdən vurulub, zərbədən mənim uşağım ölüb. Mənim uşağımın ölümünə səbəb Mehmandır”, “Mənim sakit balamı Xüsusi ittihamçı qəsdən vuraraq, öldürüb”, “Axı həqiqətən də, Mehman mənim uşağımı qəsdən vurub, öldürüb” kimi cümlələrdən istifadə edərək, şikayətçini CM-in 120-ci maddəsində qeyd olunan, ağır cinayət hesab edilən qəsdən adam öldürməkdə “ittiham edərək” böhtan atmış, şərəf və ləyaqətinə xələl gətirmişdir. Şikayətçi bildirmişdir ki, həmin paylaşımı 24400 nəfər izləmiş, 557 (hazırda 592) nəfər bəyənmiş, 334 (hazırda 358) nəfər paylaşmış və 35 (hazırda 37) şərh yazılmışdır. Yəni, geniş kütlə arasında yayılmışdır. Həmçinin, həmin video müraciət zamanı fotoşəkili nümayiş etdirilmişdir. Şikayətçi rayonda Vətən müharibəsi qazisi kimi kifayət qədər böyük kütlə tərəfindən tanındığını, həmçinin 2-ci qrup müharibə qazisi olduğunu qeyd etmişdir. Şikayətçi barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları səsləndirərək ona böhtan atdığını, onu ağır cinayət törətməkdə “ittiham etdiyini” bildirmişdir. Səsləndirdiyi ifadələrin yalan olduğunu bilməsini təsdiq edən hallar kimi onun hadisə zamanı hadisə baş verən yerdə olmaması, yəni hadisəni görməməsi (məhkəmə iclasında özü etiraf edir), onun mərhumla bağlı prokurorluğa təqdim edilən ** saylı Məhkəmə-tibbi ekspertiza rəyi ilə tanış olması (həmin rəydə təpik və ya ölümə səbəb ola biləcək digər xəsarət izi aşkar olunmadığı qeyd olunub), istintaqın davam etməsi, yəni barəsində ittihamedici hökm olmaması, paylaşımda hər hansı sübuta istinad edilməməsi göstərilmişdir. Odur ki, Şikayətçi Göyçay Rayon Məhkəməsinin qərarını qanunsuz və ədalətsiz hesab etdiyini bildirmişdir. Məhkəmənin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ona qarşı törətdiyi cinayət əməlinə “subyektiv mövqeyinin ifadəsi” adını qoymaqla, haqq qazandırıb göz yummasını cəmiyyətdə birgə yaşayış qaydalarının pozulmasını, insan və vətəndaş hüquqlarına hörmətsizliyi leqallaşdırma kimi qiymətləndirdiyini bildirmişdir. Hər kəsin nədəsə marağının mövcud olduğunu, lakin bu cür marağın olmasının digər şəxslərə böhtan atmağa, onları cəmiyyət arasında nüfuzdan salmağa, barəsində ittihamedici hökm olmadan şəxsə cinayətkar damğası vurmağa əsas yarada bilməyəcəyini qeyd etmişdir. Sosial medianın günümüzdə necə aktiv rol oynaması və sosial mediada paylaşılan məlumatın necə sürətlə yayılmasının heç kimə sirr olmadığını vurğulamışdır. Şikayətçi misal gətirərək izah etmişdir ki, təsəvvür edilsin ki, şəxs məhkəməyə xüsusi ittiham qaydasında şikayət, iddia ərizəsi və s. təqdim edir. Hakim isə şikayəti təmin etmir. Şəxs də, işə baxan hakim kimi düşünərək (subyektiv mövqeyinin ifadəsi), həmin hakim barəsində regionda böyük izləyici kütləsi olan sosial media səhifəsində çıxış edərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində işlətdiyi ifadələrdən işlədir. Başqa bir misalla izah edək, hər hansı məmurdan, vəzifəli şəxsdən, tanınmış səxslərdən narazı qalan şəxs media resursunda çıxış edərək, onu xüsusilə ağır cinayətdə ittiham edir. Hakimin bu cür qeyriqanuni hərəkətlərin qarşısını almaq, ədaləti, pozulmuş hüququ bərpa etmək əvəzinə bu cür hərəkətləri qanuni saymasının, yuxarıdakı misalda qeyd edilən neqativ hallara “yaşıl işıq” yandırmağa səbəb olmaqla bərabər, Cinayət Məcəlləsinin vəzifələri və prinsipləri ilə də uzlaşmadığını bildirmişdir. Şikayətçi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu xüsusilə ağır cinayətdə “ittiham etməsi” kimi qanunsuz hərəkətinin cəmiyyət içində ona cinayətkar damğası vurmaqla, təqsirsizlik prezumpsiyası hüququnu da kobud şəkildə pozduğunu qeyd etmişdir. O, məhkəmənin qərarında qeyd etdiyi halları, yəni məhkəmənin “istintaqın gedişatından narazı qalaraq” ifadəsini, “onun hərəkətləri şikayətçiyə qəsdən böhtan atmaq deyil, övladını itirmiş ana kimi duyğularını ifadə etməkdir” mülahizəsini, məhkəmənin qəsdən böhtan atmaq niyyətinin olmaması barədə qənaətini, məhkəmənin atılan böhtanı emosional səbəblərlə əlaqələndirməsini qəbul etmədiyini bildirmişdir. Şikayətçi özünün Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə təqsirləndirildiyini, lakin hələ heç bir məhkəmə hökmü olmadığını vurğulamışdır. Şikayətçi CM-in 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmanın iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıldığını qeyd etmişdir. Şikayətçi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2014-cü il tarixli qərarının 5-ci bəndinə istinad edərək qeyd etmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, həmin məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Eyni qərarda göstərilmişdir ki, kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Həmçinin sözügedən qərarda göstərilmişdir ki, kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı anlayışları “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək, ona qarşı olan ittihamların tamamilə əsassız olduğunu bildirmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı nümayəndəsi və vəkili Məmmədov İlkin Allahveerdi oğlu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs çıxış edərək apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. hüquqi məsələlər: Аzərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət -Prоsessuаl Məcəlləsinin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. CPM-in 397.2-ci mаddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı nəticə etibarilə dəyişdirilmədən, xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsi barədə yekun nəticəyə gəlməkdə haqlı olmuşdur. Çünki, işin fаktiki hаllаrının təhlili barəsində xüsusi ittiham qaydasında şikayət verilən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əməlində CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin mütləq elementi olan birbaşa qəsdin mövcudluğunu istisna edir və bu hal cinayət təqibi icraatının başlanmasını hüquqi cəhətdən qeyri-mümkün edir. Oxşar münasibətləri tənzimləyən CM-in 147-ci maddəsinin mənasına görə, böhtan atma cinayətinin subyektiv tərəfi yalnız və yalnız birbaşa qəsd forması ilə xarakterizə olunur. Bu isə o deməkdir ki, təqsirləndirilən şəxs yaydığı məlumatların tamamilə yalan, uydurma və həqiqətəuyğun olmadığını qabaqcadan rəsmən və dəqiq bilməli, buna baxmayaraq, digər şəxsin şərəf və ləyaqətini ləkələmək, onu nüfuzdan salmaq məqsədilə həmin məlumatları şüurlu şəkildə kütləvi informasiya vasitələrində və ya internet resurslarında yaymalıdır. Şəxsin yaydığı məlumatların yalan olduğunu bilə-bilə hərəkət etməsi faktı subyektiv tərəfin subyektiv tərkib əlaməti kimi mütləq qaydada sübuta yetirilməlidir. Əgər şəxs yaydığı məlumatların həqiqət olduğuna səmimi qəlbdən inanırsa və ya bu məlumatlar onun müəyyən faktlara əsaslanan subyektiv daxili inamının, emosional sarsıntısının bəyanıdırsa, burada cinayət qanunvericiliyi ilə təqib olunan qəsdin mövcudluğundan danışmaq mümkün deyildir. Təhlil olunann iş materiallarından aşkar görünür ki, barəsində şikayət verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs vəfat etmiş X1 anasıdır və onun ölümü faktı üzrə hazırda Göyçay Rayon Prokurorluğunda CM-in 124.1-ci maddəsi (ehtiyatsızlıqdan adam öldürmə) ilə cinayət işinin ibtidai istintaqı aparılır. Bu kontekstdə, övladını itirmiş ananın sosial şəbəkədə etdiyi video müraciət zamanı işlətdiyi ifadələr, onun hadisənin real gedişatına dair şəxsi mülahizələrindən və daxili mənəvi sarsıntılarından qaynaqlanır. Şəxsin istintaqın gedişatından və ilkin hüquqi tövsifdən narazı qalaraq öz subyektiv həqiqətini və şübhələrini kütləvi qaydada ifadə etməsi, onun şikayətçiyə qarşı bilə-bilə yalan məlumat yaymaq və ona qəsdən böhtan atmaq niyyətinin olmasını təsdiq etmir. Ananın daxili inamı və emosional mövqeyi cinayət hüququ mənasında qəsdin struktur elementini formalaşdırmır. "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarının 5-ci bəndinin mənasına görə, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun yaydığı məlumatların məhz "yalan olduğunu bilə-bilə" hərəkət etməsi faktı müəyyən olunmalıdır. Hazırkı iş üzrə isə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs hərəkətlərində şikayətçinin şəxsiyyətini qəsdən nüfuzdan salmaq məqsədi deyil, baş vermiş faciəvi ölüm hadisəsinin daha ağır maddə ilə tövsif olunmasına nail olmaq yönümündə olan və emosional fonda ifadə edilən fərdi etiraz motivləri mövcuddur. Cinayət hüquq doktrinasına və qüvvədə olan qanunvericiliyə əsasən, qəsdin aşkar yoxluğu əməlin cinayət sayılmasını ilkin mərhələdə rədd edir. Məhz subyektiv tərəfin əsas tərkib elementinin — qəsdin olmaması səbəbindən əməldə cinayət tərkibi mövcud deyildir. CPM-in 302.1.2-ci maddəsinə müvafiq olaraq, xüsusi ittiham qaydasında şikayətdə göstərilən əməldə cinayət tərkibinin əlamətləri aşkar olmadıqda, məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Birinci instansiya məhkəməsi tərəfindən şikayətçinin müraciətində qeyd olunan hallarda cinayət qanunu ilə nəzərdə tutulmuş qəsd elementinin mövcud olmaması tam düzgün müəyyən edilmiş və prosessual qanunvericiliyin qeyd olunan imperativ bəndinə istinad edilərək düzgün imtina qərarı çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Eləcədə oxşar mövqeni paylaşan Birləşmiş Millətlər Təşkilatının ## ###### 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və ## ###### 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən mühafizə və müdafiə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin ## ###### 2014-cü il tarixli Plenumunun 2-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Ancaq, bununla yanaşı həmin Qərarın 11-ci bəndində qeyd edilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPMnin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Təhlil oluna işdən aydın olur ki, baxan birinci instansiya məhkəməsi yuxarıda istinad edilmiş qanunvericiliyin tələblərini rəhbər tutaraq xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina etmişdir. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fkirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən qanunvericiliyin tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin ## ###### 2014-cü il tarixli Plenum qərarının 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-in 393.3-cü maddəsinə görə: 293.3. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu CPM-in 293.3.1-ci və 293.3.6-cı maddələrinin tələblərinə uyğun deyildir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsində şikayətin verildiyi yeri (CPM-in 293.3.1-293.3.7-ci maddələri) qeyd etməmişdir. Halbuki, CPMin 293.3.6-cı maddəsinə əsasən şikayətdə şikayətin verildiyi tarix (il, ay və gün) və yer qeyd edilməlidir. Məhkəmə kolegiyası tədqiq edilmiş faktlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarına istinad edərək hesab edir ki, birinci instansiya məhkəməsi Xüsusi ittihamçı Mahir oğlunun xüsusi ittiham qaydasında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində verdiyi şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə və Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilə bilməz. CPM-in 398.1.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin hökm və yа qərаrını dəyişdirmədən, apellyasiya şikayəti və ya apellyasiya protestini təmin etmədən saxlanılması haqqında qərаr qəbul edə bilər. Məhkəmə kоllegiyаsı şərh edilənlərə əsаsən və CPM-in 391, 397, 398 və 410-cu mаddələrini rəhbər tutаrаq, qərara aldı: Apellyаsiyа şikаyəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn CPM-in 410-cu mаddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə kаssаsiyа şikаyəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar