Məhkəmə qərarları › İş №1(3-10)-110/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-110/2026

30.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-110/2026 30.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X2, zərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Raciv Dursun oğlu, təqsirləndirilən şəxslər- təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1, onların müdafiəçiləri- X12 və X17 iştirakları ilə, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 263.1-1 və 264-cü maddələri ilə, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Ülvi Qənbərov) ## ##### 2026-cı il tarixli, *(***)- **/**** nömrəli hökmü ilə, ##.##.2001-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Qəbələ rayonu, Kürd kəndində qeydiyyatda olub Qəbələ rayonu, Kürd kənd İƏD Qaş Y/S-də yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, AR CM-nın 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs2 ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir ) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəza müddəti ərzində təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 00-00-dan saat 07- 00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Qəbələ rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təqsirləndirilən şəxs2 nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkməsinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, ##.##.1996-cı ildə Qəbələ rayonu Çarxana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, “Savalan-ASPİ VAYNERİ” MMC-də gözətçi vəzifəsində işləyən, evli, Qəbələ rayonu, Çarxana kəndində yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, AR CM-nın 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs1 nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasını çəkməsinin əvvəlinin onun cəzasını çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması, barəsində seçilmiş «polisin nəzarəti altına vermə » qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə maddi sübut, şahid2 saxlanılan “VAZ 2106” markalı ** BM ***8 dövlət nömrə nişanlı avtomobil və X5 “X11” markalı 90HZ 852 dövlət nömrə nişanlı avtomobil onların özlərinə verilməsi, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 müştərək qaydada 445,0 manat ekspertiza xərcinin alınıb Dövlət büdcəsinə keçirilməsi, iş üzrə mülki iddianın olmaması hökm edilmişdir. İşin halları: təqsirləndirilən şəxs2 ##.##.2024-cü il tarixdə saat 15:54 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmaqla ayıq vəziyyətdə etibarnamə ilə idarə etdiyi X11 marka və modelli, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonu Böyük Pirəli kəndindən keçən hissəsində üzü Qəbələ şəhərinin mərkəzi istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37.1.11, 37.4.1, 37.4.2, 37.4.3, 37.4.4, 50.1 və 50.2.1-ci maddələrinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq idarə etməməli, yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından hesab edilən uşaqların təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməyə borclu olduğu, eləcə də yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalı yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənəri qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə(tərəfə) bu və ya digər vasitə ilə çatdırmalı, “X3” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli olan xəsarət aldığı halda onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, X35ı sənədini təqdim etməklə özünün soyadını, X35 nömrə nişanını bildirməli sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli olduğu halda həmin Qanununun yuxarıda göstərilən tələblərinə riayət etməyərək, texniki cəhətdən saz vəziyyətdə olan “Volkswagen Passat” minik marka və modelli, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürət həddini aşmaqla 90 km/saat sürətlə idarə edərkən, yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından hesab edilən ##.##.2015-ci il təvəllüdlü olmalqa 9 yaşlı uşaq İsmayılov Həsən Raciv oğlunun Ağdaş istiqamətinə hərəkəti nəzərdə tutan əks istiqamətli hərəkət hissəsinə yolun sol kənarından daxil olaraq sağa onun hərəkətdə olduğu zolağa doğru qaçmaqla piyada hərəkət etdiyini, bununla da hərəkəti üçün təhlükənin yarandığını, həmin təhlükənin davam edərək azyaşlının hərəkət hissələrini ayıran beton bardürün üstünə çıxıb hərəkətini dayandırmadan qaçışla davam etdirib onun hərəkət zolağına çıxdığını və sağa doğru yolu keçmək istədiyini gördüyü halda buna məhəl qoymayaraq və yuxarıda qeyd olunan qanunun 50.1-ci maddəsinin tələbinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, həmin tələbə əməl etməyərək vaxtında mümkün olan texniki tədbirləri görməklə idarə etdiyi avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmayıb azyaşlı piyadanın yolu təhlükəsiz şəkildə keçməsinə şərait yaratmamış, buna görə də azyaşlı piyada İsmayılov Həsən Raciv oğlunu sol hərəkət zolağında avtomobilinin ön hissəsi ilə vurmuş, nəticədə ehtiyyatsızlığından sonuncunun hadisə zamanı sağ böyrək ətrafı toxumaya qansızma, sağ bud sümüyünün orta 1/3-nin açıq yerini dəyişən qəlpəli sınığı, çanağın sağ oma-qalça birləşməsinin sınığı, sağ budun içəri orta 1/3-nin əzilmiş-cırılmış yarası, çanağın sağ qalça darağı nahiyyəsinin, sol sarğının və sol diz oynağının bayır tərəfinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə aid bədən xəsarətləri yetirməsinə səbəb olan yol hərəkət qaydalarını pozma cinayətini törətməklə hadisə yerindən qaçaraq Qəbələ rayon Hacıalılı kəndi istiqamətinə getmişdir. təqsirləndirilən şəxs1 ##.##.2024-cü il tarixdə saat 15:54 radələrində idarə etmək hüququ olmaqla ayıq vəziyyətdə X7 məxsus idarə etdiyi VAZ 2106 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonun Böyük Pirəli kəndi ərazisində “Araz İnşaat” adlı tikinti materiallarının satışı məntəqəsinin qarşısından keçən hissəsində Qəbələ şəhərinin mərkəzi istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37.1.11, 37.4.1, 37.4.2, 37.4.3, 37.4.4, 50.1 və 50.2.1-ci maddələrinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq idarə etməməli, yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından hesab edilən uşaqların təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməyə borclu olduğu, eləcə də yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalı yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənəri qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə(tərəfə) bu və ya digər vasitə ilə çatdırmalı, “X3” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli olan xəsarət aldığı halda onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, X35ı sənədini təqdim etməklə özünün soyadını, X35 nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli olduğu halda həmin Qanununun yuxarıda göstərilən tələblərinə riayət etməyərək, texniki cəhətdən saz vəziyyətdə olan VAZ2106 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürət həddini aşmaqla 70 km/saat sürətlə idarə edərkən, yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından hesab edilən ##.##.2015-ci il təvəllüdlü olmalqa 9 yaşlı uşaq İsmayılov Həsən Raciv oğlunun Ağdaş istiqamətinə hərəkəti nəzərdə tutan əks istiqamətli hərəkət hissəsinə yolun sol kənarından daxil olaraq sağa onun hərəkətdə olduğu zolağa doğru qaçışla piyada hərəkət edib, ondan öndə ötmədə olan və sol hərəkət zolağı ilə hərəkət edən təqsirləndirilən şəxs2 idarə etdiyi “Volkswagen Passat” minik markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxdığını, həmin anda Volkswagen Passat” minik markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün tormozlama edib avtomobili sola doğru istiqamətləndirdiyini gördüyü, bununla da hərəkəti üçün təhlükənin yarandığını, həmin təhlükənin davam edərək, “Volkswagen Passat” minik markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün azyaşlını avtomobilin ön hissəsi ilə vurduqdan sonra piyadanın onun hərəkətdə olduğu sağ hərəkət zolağına asfalt örtüklü yolun üzərinə düşdüyünü gördüyü halda buna məhəl qoymayaraq və yuxarıda qeyd olunan Qanunun 50.1-ci maddəsinin tələbinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, həmin tələbə əməl etməyərək vaxtında mümkün olan texniki tədbirləri görməklə idarə etdiyi avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmamış, buna görə də asfalt örtüklü hərəkət zolağına düşmüş azyaşlı piyada İsmayılov Həsən Raciv oğlunun baş nahiyyəsinin üzərindən idarə etdiyi avtomobilin sol qabaq təkər hissəsi ilə keçmiş, nəticədə ehtiyyatsızlığından sonuncunun hadisə zamanı aldığı başın deformasiyası, ağır açıq kəllə beyin travması, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, kəllə qapağı və kəllə əsası sümüklərinin açıq qəlpəli sınığı, burun sümüyünün kökü hissədən yerini dəyişən sınığı, başın sol təpə, sol alın nahiyyəsinin əzilmiş-cırılmış yaraları və üzün sol tərəfinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır bədən xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olan yol hərəkət qaydalarını pozma cinayətini törətməklə hadisə yerindən qaçaraq Qəbələ şəhəri istiqamətinə getmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Hökmdən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Raciv Dursun oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Raciv Dursun oğlu məhkəmə kollegiyasına barışıq ərizəsi təqdim edərək ərizəsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ilə barışdığını, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbinin olmadığını, аpellyаsiyа şikаyətindən imtinа etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Raciv Dursun oğlunun ərizə ilə məhkəmə kоllegiyаsınа mürаciət edərək təqsirləndirilən şəxslə bаrışıq əldə edildiyini bildirərək Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən verdiyi аpellyаsiyа şikаyətindən imtinа etdiyi üçün Şəki Аpellyаsiyа Məhkəməsinin Cinаyət Kоllegiyаsının ## #### 2026-cı il tаrixli *(*-**)-***/**** nömrəli qərаrı ilə zərərçəkmiş şəxsin hüquqi varisinin Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilmiş və verdiyi apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. Hökmdən təqsirləndirilən şəxslər tərəfindən apellyasiya şikayəti, həmçinin dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri Dövlət ittihamçısı Dövlət ittihamçısı verdiyi apellyasiya protestini əsaslandıraraq bildirmişdir ki, Qəbələ Rayon Məhkəməsinin (hakim Ülvi Qənbərov) ## ##### 2026-cı il tarixli hökmü ilə, 13.11,1996-cı ildə Qəbələ rayonu Çarxana kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Savalan-ASPİ VAYNERİ” MMC- də gözətçi vəzifəsində işləyən, Qəbələ rayonu, Çarxana kəndində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 264-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, ona qəti olaraq qəti olaraq 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına təyin edilmiş və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmin hökmlə, təqsirləndirilən şəxs2 CM-in 264-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin tarixli qərarla barəsində CM-in 263.1-1-ci maddəsi ilə icraata xitam verilmişdir. Hökmə əsasən, təqsirləndirilən şəxs1 ##.##.2024-cü il tarixdə saat 15:54 radələrində idarə etmək hüququ olmaqla ayıq vəziyyətdə şahid2 məxsus idarə etdiyi VAZ-2106 minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonun Böyük Pirəli kəndi ərazisində “Araz İnşaat” adlı tikinti materiallarının satışı məntəqəsinin qarşısından keçən hissəsində Qəbələ şəhərinin mərkəzi istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37.1.11, 37.4.1, 37.4.2, 37.4.3, 37.4.4, 50.1 və 50.2.1 -ci maddələrinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq idarə etməməli, yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından hesab edilən uşaqların təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməyə borclu olduğu, eləcə də yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalı yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənəri qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə(tərəfə) bu və ya digər vasitə ilə çatdırmalı, “X3’’ maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli olan xəsarət aldığı halda onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, X35ı sənədini təqdim etməklə özünün soyadını, X35 nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli olduğu halda həmin Qanununun yuxarıda göstərilən tələblərinə riayət etməyərək, texniki cəhətdən saz vəziyyətdə olan VAZ2106 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürət həddini aşmaqla 70 km/saat sürətlə idarə edərkən, yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından hesab edilən ##.##.2015-ci il təvəllüdlü olmalqa 9 yaşlı uşaq İsmayılov Həsən Raciv oğlunun Ağdaş istiqamətinə hərəkəti nəzərdə tutan əks istiqamətli hərəkət hissəsinə yolun sol kənarından daxil olaraq sağa onun hərəkətdə olduğu zolağa doğru qaçışla piyada hərəkət edib, ondan öndə ötmədə olan və sol hərəkət zolağı ilə hərəkət edən təqsirləndirilən şəxs2 idarə etdiyi “Volkswagen Passat” minik markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxdığını, həmin anda Volkswagen Passat” minik markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün tormozlama edib avtomobili sola doğru istiqamətləndirdiyini gördüyü, bununla da hərəkəti üçün təhlükənin yarandığını, həmin təhlükənin davam edərək, “Volkswagen Passat” minik markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün azyaşlını avtomobilin ön hissəsi ilə vurduqdan sonra piyadanın onun hərəkətdə olduğu sağ hərəkət zolağına asfalt örtüklü yolun üzərinə düşdüyünü gördüyü halda buna məhəl qoymayaraq və yuxarıda qeyd olunan Qanunun 50.1 -ci maddəsinin tələbinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, həmin tələbə əməl etməyərək vaxtında mümkün olan texniki tədbirləri görməklə idarə etdiyi avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmamış, buna görə də asfalt örtüklü hərəkət zolağına düşmüş azyaşlı piyada İsmayılov Həsən Raciv oğlunun baş nahiyyəsinin üzərindən idarə etdiyi avtomobilin sol qabaq təkər hissəsi ilə keçmiş, nəticədə ehtiyyatsızlığından sonuncunun hadisə zamanı aldığı başın deformasiyası, ağır açıq kəllə beyin travması, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, kəllə qapağı və kəllə əsası sümüklərinin açıq qəlpəli sınığı, burun sümüyünün kökü hissədən yerini dəyişən sınığı, başın sol təpə, sol alın nahiyyəsinin əzilmiş-cırılmış yaraları və üzün sol tərəfinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır bədən xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olan yol hərəkət qaydalarını pozma cinayətini törətməklə hadisə yerindən qaçaraq Qəbələ şəhəri istiqamətinə getmişdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı qismində etdiyi çıxışda təqsirləndirilən şəxs1 CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CMin 264-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, CM-in 66.2-ci maddəsinə əsasən, ona qəti olaraq 03 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məhkəməyə təklif etmişdir. Lakin, məhkəmə təklifini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almadan S.R.Nurməmmədliyə yüngül cəza təyin etmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, təqsirləndirilən şəxs2 CM-in 263.1-1 və 264-cü maddələri ilə, təqsirləndirilən şəxs1 CM-in 263.2 və 264-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrlə və cinayətlərin məcmusu üzrə təklif etdiy həddlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə və cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə dəyişdirilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, məhkəmə-genetik ekspertizasına təqdim edilmiş iki ədəd tamponun tədqiqatlar zamanı sərf edildiyi nəzərə alınmış, bir ədəd şüşə flakonda qan nümunəsi, İsmayılov Həsən Raciv oğlunun hadisə zamanı əynində olmuş bir ədəd uzunqol, 1 ədəd qısaqol köynək, 1ədəd mayka, bir ədəd cins şalvar maddi sübut kimi tanınmaqla RPŞnin saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə hökmündə həmin maddi sübutlarla bağlı məsələni həll etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 353.4.11 -ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində maddi sübutların həlli göstərilməlidir. CPM-in 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunun normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəza təyininin ümumi müddəalarını müəyyən edən CM-in 8, 41.2, 58.1, 58.3-cü maddələrinə formal istinad etməklə kifayətlənmiş, həmin maddələrin müəyyən etdiyi tələbləri faktiki təhlil etmədən cəza təyini ilə bağlı ədalətsiz nəticəyə gəlmişdir. Halbuki, CM-in 8.1 -ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1 və 58.3-cü maddələrinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, yol hərəkəti qaydalarının və nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması ağır nəticələrə, yəni insan sağlamlığına az ağır və ya ağır zərər vurulmasına, yaxud onların ölümünə səbəb olduqda cinayət məsuliyyəti yaranır, yol hərəkəti və nəqliyyat vasitələrinin pozulması insan sağlamlığına yüngül zərər vurma və yaxud əmlaka maddi ziyan vurulması ilə nəticələndikdə, həmçinin qeyd edilən hallar istisna olmaqla yol hərəkəti qaydalarının pozulması inzibati məsuliyyətə səbəb olur. Cinayət məsuliyyəti bu nəticənin ağırlığından asılı olaraq fəqrləndirilir. təqsirləndirilən şəxs1 törətdiyi CM-in 263.1-1 -ci maddəsində nəzərdə tutulmuş cinayətin əsas obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərlə yanaşı, əlavə obyekt qismində insan həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olan ictimai münasibətlərdir. Eyni zamanda, təqsirləndirilən şəxs1 törətdiyi cinayət kifayət qədər aktual cinayətdir. Belə ki, X33 (bundan sonra - ÜST) məlumatlarına əsasən, hər il yol-nəqliyyat hadisələri nəticəsində dünyada təqribən 1 milyon 250 min insan həyatını itirir. Bu, orta hesabla hər 30 saniyədə bir insan ölümü deməkdir. 15-29 yaşlı insanların ölüm səbəbləri arasında yolnəqliyyat hadisələri birinci yeri tutur. Yol-nəqliyyat hadisələri dünya iqtisadiyyatına ildə orta hesabla 500 milyard ABŞ dolları məbləğində zərər vurur. Azərbaycan Respublikasının Dövlət Statistik Komitəsinin rəsmi statistik məlumatlarına əsasən 2013-2017-ci illər ərzində Azərbaycanda 11600 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır. Bu hadisələr nəticəsində ölənlərin sayı 4691 nəfər, sağlamlığına ağır və ya az ağır zərər dəymiş şəxslərin sayı isə 11611 nəfər olmuş, ümumilikdə ölən və sağlamlığına ağır və ya az ağır zərər vurulmuş şəxslərin sayı 16302 nəfər olmuşdur. Həmin statistik məlumatlara əsasən 2018-ci ildə Azərbaycanda yol-nəqliyyat hadisələri zamanı hər 1 mln insana düşən ölüm sayı 73 olmuşdur. Bu nəticə ilə Azərbaycan Avropa ölkələri arasında 6-cı sırada yer almışdır. 2019-cu ildə 2018-ci illə müqayisədə 2,9 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 3,7 faiz artaraq 2523 nəfər olmuşdur. 2020ci ilin yanvar-iyun aylarında ölkədə 760 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 5,6 faiz azalaraq 1026 nəfər olmuşdur. Onlardan 325-i həlak olmuş, 701-i isə yaralanmışdır. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 10 hadisə baş vermiş, nəticədə 6 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır. Hadisələrin 70,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir. Ona görə də nəqliyyat vasitələrinin hərəkəti ictimai həyatımızın hüquqla tənzimlənən ən mühüm sahələrindən birinə çevrilmişdir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması istiqamətində müvafiq tədbirləri özündə ehtiva edən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” qəbul edilmiş və uğurla icra edilmişdir. İşin faktiki hallarından görünür ki, hazırki iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisiməhkəmə baxışında təqsirləndirilən şəxslə barışmadığını, şikayətçi olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxs1 yüngül cəza təyin etməklə ədalətli məhkəmə hüququnu təmin etməyərək zərər çəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslə barışmamasını, şikayətçi olmasını və ona ağır cəza təyin edilməsini xahiş etməsini nəzərə almamaqda haqlı olmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CPM-in 420.3-cü maddəsinə dair” ## ##### 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət prosesində zərər çəkmiş cinayətin açılmasında, iş üzrə həqiqətin müəyyən edilməsində, təqsirləndirilən şəxsin ifşa olunmasında, onun əməlinin düzgün tövsif edilməsində və törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxs olmaqla yanaşı təqsirləndirilən şəxsə qarşı duran tərəf qismində çıxış edir. Zərərçəkmiş şəxsin xüsusi marağı cinayət törədilməsi nəticəsində pozulmuş bütün hüquqlarının bərpa edilməsindən, ona vurulmuş nəinki maddi, həm də mənəvi zərərin ödənilməsindən ibarətdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2013-cü il tarixli qərarının 21 -ci bəndində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək sadalanmış bütün digər hallarla yanaşı, təqsirləndirilən şəxs tərəfindən maddi və mənəvi zərərin ödənilməsi kimi hallar araşdırılmalıdır və cəza təyini zamanı nəzərə alınmalıdır. Bundan başqa, hüquq ədəbiyyatında dəfələrlə qeyd edilmişdir ki, cəza qarşısında “sosial ədalətin bərqərar olmasf: kimi qoyulan yeni məqsəd tətbiq edilən cəzanın ədalətli olmasını yəni zərərçəkəndə mənəvi baxımından ruhi sakitçilik yaratmasını, cinayətlə bağlı bütün maddi və mənəvi nəticələrin aradan qaldırılmasını, yəni zərərçəkənə maddi ziyanın tamamilə ödənilməsini nəzərdə tutur. Lakin, məhkəmə təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxsin hüquqi varisinin mövqeyini nəzərə almayaraq yüngül cəza təyin etməklə zərər çəkmiş şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi təminatı hüququnu pozmuşdur. Bütün bunlar məhkəmənin cəza təyini məsələsinə birtərəfli yanaşmasının göstəricisidir. təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxsin ölümünə səbəb olmaqla bərabər zərər çəkmiş azyaşlını hadisə yerində qoymaqa hadisə yerindən qaçmışdır. Qeyd edilən hal isə eqoizmin, qanunlara və başqalarının ağrılarına laqeydliyin göstəricisi olmaqla təqsirləndirilənin şəxsiyyətini xarakterizə edilməsi üçün əsasdır. təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 264-cü maddəsi ilə isə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi üçün heç bir əsas olmadığı halda, məhkəmə qeyd edilən növlərdə və hədlərdə cəzanı təyin etməklə təqsirləndirilən şəxsin cəzasını ümumi reyimi cəzaçəkmə müəssəsində yox, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini təmin etmişdir. Təqsirləndirilən şəxsin əməlində onun cəzasını yüngülləşdirən kifayət qədər əsas olmadığı halda, məhkəmənin mövcud məhkəmə praktikasından kənara çıxmaqla azyaşlının ölümünə səbəb olmaqla hadisə yerindən qaçmış şəxsə ehtiyatsızlıqdan və qəsdən törədilmiş cinayətlərin məcmusu üzrə qeyd olunan növlərdə və hədlərdə cəzanın təyin edilməsi yalnız ona yönəlmişdir ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi təmin edilsin. Məhkəmə qərarları dövlətin adından çıxarılır və ədalətli olmalıdır. Qərar qəbul edilərkən azyaşlı övladını itirmiş valideynin mövqeyinə laqeydlik nümayiş etdirmək, əsassız olaraq təqsirləndirilən şəxsin mənafeyinə xidmət edən qərarın qəbul edilməsi cəmiyyətin maraqlarına xidmət etmir və qəbuledilməzdir. Nəticədə cəza təyini zamanı zərər çəkmiş şəxsin mövqeyi və onun hüquqi mənafeyinə laqeydlik nümayiş olunmaqla cəza təyininin ümumi prinsiplərinin tələblərinə əməl olunmamışdır. təqsirləndirilən şəxs1 yüngül cəzanın təyin edilməsi artıq bu qəbildən olan işlər üzrə cəza təyini ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə zidd olmaqla yanaşı, ədalətlilik prinsipinin pozulması deməkdir və cəzanın fərdiləşdirilməsi prinsipinə zidd olmaqla ədalətli balans və tarazlığa nail olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin II hissəsinə görə cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Azərbaycan Respublikasının Konstitutusiyasında təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun tələbləri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izahları, zərər çəkmiş şəxsin hüquqi varisinin mövqeyi, təqsirləndirilən şəxs1yinin törətdiyi əməllərin ictimai təhlükəliliyi və cinayətlərin xarakteri məhkəmə tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmə bu halları cəza təyini zamanı nəzərə almamış və nəticədə təyin etdiyi cəza açıq-aydın ədalətsiz olmuşdur. CPM-in 399.1.5-ci maddəsinə əsasən, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Odur ki, təqsirləndirilən şəxs2 CM-in 263.1-1 və 264-cü maddələri ilə, təqsirləndirilən şəxs1 CM-in 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrlə və cinayətlərin məcmusu üzrə təklif etdiyi hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə və cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə (maddi sübutlarla bağlı) dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihamçısı X2 apellyasiya protestini müdafiə edərək bildirdi ki, apellyasiya protestində iki əsas məsələyə toxunulmuşdur. Birinci məsələ maddi sübutların düzgün həll olunmaması ilə bağlı məsələdir, ikinci məsələ isə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanın yüngüllüyü ilə bağlıdır. Hazırkı cinayət işi üzrə məhkəmə genetik ekspertizası keçirilmiş və ekspertizaya 2 ədəd tampon, 1 ədəd şüşə flakon qan nümunəsi, eyni zamanda zərərçəkmiş şəxsə məxsus 1ədəd uzunqol, 1 ədəd qısaqol, 1 ədəd mayka və 1 ədəd göy rəngdə cins şalvar maddi sübut kimi tanınmaqla rayon polis şöbəsinin saxlanma yerinə təhvil verilmişdir. Qeyd olunan əşyalar maddi sübut kimi tanınsa da, birinci instansiya məhkəməsinin hökmündə maddi sübutlara qiymət verilməmiş və maddi sübutların taleyi həll olunmamışdır. Bu da hökmün düzgün tərtib olunmamasını göstərən haldır. Prosessual Məcəllənin tələblərinin pozulması hökmün dəyişdirilməsi üçün əsasdır. Hökmdən göründüyü kimi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə təyin edilmiş cəzalar qismən toplanaraq ona qəti olaraq 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə 3 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi təklif edilmişdir. Hesab edir ki, həmin təklif düzgün olmayaraq nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin törətdiyi əməlin xarakterinə və nəticələrinə uyğun olmayan yüngül cəza təyin edilmişdir. Cinayət işinin materiallarından görünür ki, hadisə zamanı azyaşlı oğlan uşağı həyatını itirmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 yol hərəkəti qaydalarının iki əsas maddəsini pozmuşdur. Birincisi təqsirləndirilən şəxs sürət həddini aşmışdır, ikincisi də qarşısına çıxan təhlükəni görüb, onun qarşısını almaq üçün tədbirlər görməmişdir. Məhkəmə cəza təyin edərkən qeyd etdiyi halları və təqsirləndirilən şəxsin barəsində hər hansı bir yüngülləşdirici halın olub-olmamasını nəzərə almamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətindən imtina etməsi prosessual qanunvericiliyə əsasən apellyasiya protestinə baxılmasını istisna etmir. İttiham tərəfi olaraq verilmiş apellyasiya protestini müdafiə edir. Hesab edir ki, tərəflərin barışması törədilmiş cinayətin ağırlığını, ictimai təhlükəliliyini aradan qaldırmır. Tərəflərin barışması yüngülləşdirici hal kimi nəzərə alınsa da, əməlin ağırlaşdırıcı halları da var. Belə ki, hadisə nəticəsində 9 yaşlı oğlan uşağı həyatını itirib. Təqsirləndirilən şəxs tərəfindən kobud yol hərəkəti qaydalarının pozuntusuna yol verilib. Hesab edir ki, qeyd etdikləri təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağırlaşdırılmasına əsas verir. Zərərçəkmiş şəxsin hüquqi varisinin təqdim etdiyi ərizəyə əsasən apellyasiya şikayətinə baxılmasına xitam verilməsinə etiraz etmir. Məhkəmə kollegiyasından apellyasiya protestinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Raciv Dursun oğlu bildirdi ki, apellyasiya protestinin cəza ilə bağlı hissəsinin təmin edilməməsini, maddi sübutlarla bağlı hissədə isə müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ilə barışmışlar, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini istəyir. Tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edir və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, hadisə vaxtı o, idarə etdiyi avtomobillə öz yolu ilə getmişdir. “Volksvagen Passat” markalı avtomobil onun idarə etdiyi avtomobili ötmüşdür. Ani olaraq səs gəlmiş uşaq havaya qalxıb çırpılanda o, maşını qaçırtmışdır. O, maşını qabaqda saxlamış və onlar hadisə yerinə qayıtmışlar. Maşından su gətirərək zərərçəkmiş şəxsin əmisinin üzünə su vurmuşlar. Uşağın əmisinin halı pisləşmişdi. 30-40 dəqiqə müddətində hadisə yerində dayanmışlar, hadisə yerinə post patrul xidmətinin əməkdaşları gələndən sonra, onlar maşına baxmış və hadisə yerindən getmişlər. Sonra polis şöbəsindən zəng olunaraq onu polis şöbəsinə çağırmışlar. Onları iki gün polis şöbəsində saxlamışlar. Verilən suallara cavab olaraq bildirdi ki, özünü təqsirli bilmir. O, VAZ 2106 markalı avtomobili idarə etmişdir. Onun idarə etdiyi avtomobilin sürəti 60-70 km/s olmuşdur. O, özünü təqsirləndirildiyi CM-nin 264-cü maddəsi ilə təqsirli bilir, çünki hadisə yerindən qaçmadığını sübut edə bilməmişdir. Anası xəstədir, günü 10 manata qab yuyur, özü isə avtoyuma məntəqəsində işləyir. Onun da övladı var, o, istəməzdi ki, kiminsə övladını öldürsün. O, hadisədən sonra rayona getmiş, onu zəng edib polis şöbəsinə çağırmışlar. O, hadisədən sonra 30-40 dəqiqə orada olmuşdur. Sonra halı pisləşdiyi üçün yanında olan dostları onu rayon mərkəzinə aparmışlar. Özünü CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilmir, onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Hadisə yerində adam çox olmuş, o, hadisə yerində olsa da, polis əməkdaşları onu görməmişlər. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 bildirdi ki, təzyiqə qarşı dərman almağa gedən zaman VAZ 2106 markalı avtomobili ötmək istəyəndə zərərçəkmiş şəxs qarşısına çıxmışdır. O, anidən əyləci basmış, idarə etdiyi avtomobili səkiyə vurub dayandırmışdır. Hadisə vaxtı qorxmuş, heç nə edə bilməmişdir. Dayıları onu hadisə yerindən aparmışlar. Verilən suallara cavab olaraq bildirdi ki, o, “Volksvagen Passat” markalı avtomobil idarə etmişdir. O, qabağında hərəkətdə olan VAZ 2106 markalı avtomobili ötüb keçmişdir. Zərərçəkmiş şəxs sağ tərəfdən idarə etdiyi avtomobilə dəymiş, VAZ 2106 markalı avtomobilin yanından keçdiyini görmüşdür. Qorxduğu üçün zərərçəkmiş şəxsə köməklik edə bilməmişdir. təqsirləndirilən şəxs1 hadisə yerində qalıb-qalmadığını xatırlamır. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X12 bildirdi ki, birinci instansiya məhkəməsi hüquqlarını müdafiə etdiyi şəxs barəsində qanuni və ədalətli qərar qəbul etmişdir. Apellyasiya protestinin maddi sübutlarla bağlı hissəsində müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Apellyasiya protestinin cəza ilə bağlı hissəsinə münasibətdə isə bildirir ki, apellyasiya protestinin dəlilləri hökmün dəyişdirilməsi üçün əsaslı deyidir. Tərəflər arasında barışıq əldə olunduğu üçün təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X17 bildirdi ki, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs2 barəsində nə apellyasiya protesti, nə də apellyasiya şikayəti verilməmişdir. O, da apellyasiya protestinin maddi sübutlarla bağlı hissəsində müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Tərəflər arasında barışıq əldə olunduğu üçün təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilməlidir. Birinci instansiya məhkəməsində iş üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ona qarşı AR CM-nin 263.2 və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ##.##.2024-cü il tarixdə saat təxminən 15:53-də o,şahid2 məxsus olan VAZ2106 MİNİK marka və modelli, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 60-70 km/saat surətlə idarə edərək Ağdaş-Zarağan yolunun Qəbələ rayon Böyük Pirəli kəndi ərazisindən keçən hissəsində Qəbələ şəhərinin mərkəzi istiqamətində hərəkətdə olmuşdur. Avtomobildə ondan başqa X14, şahid2 və X8 olmuşdur. Qəbələ rayon Böyük Pirəli kənd qəbiristanlığının aşağı hissəsində “X11” markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobil sol tərəfdən ötməyə başlamış və onun idarə etdiyi avtomobildən təxminən 40 metr qabağa keçərək əyləci sıxmışdır. Aralarında təxminən 15-20 metr məsafə qalmış “X11 markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu uşağın havadan onun hərəkət istiqamətinə düşdüyünü görmüş, sükanı sağa döndərib bir qədər gedərək avtomobili saxlamış və uşağa tərəf qaça-qaça istifadəsində olan 077-529-08-88, 050-778-15-35 mobil nömrələrlə 103 xidmətinə yığsa da məşğul olduğu bildirilmişdir. Uşağa yaxınlaşdıqda orada dörd nəfər olmuş, az sonra kənd camaatı və iki nəfər PPX əməkdaşı hadisə yerinə gəlmişdir. Bundan sonra Təbibin dayısı Bayrama zəng vuraraq bacısı oğlunun uşaq vurduğunu və onu polisə aparmasını demişdir. Hadisə yerində vurulan uşağın əmisi ağladığı üçün onu tutmuş, Elsevər uşağın qardaşını tutaraq meyitə yaxınlaşmasına mane olmuş, Turan isə avtomobildən su gətirib uşağın əmisinin üzünə vurmuşlar. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onların dördü də avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Hadisə vaxtı avtomobilində heç bir texniki nasazlıq olmamış, hadisə zamanı avtomobillə piyadanın üzərindən keçdiyini hiss etməmişdir. “Volkswagen Passat” minik markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin ötmə etdikdən sonra tormozdan nə üçün istifadə etdiyini bilməmiş və həmin vaxt tormozdan istifadə etməmişdir. 15-20 metr ara məsafəsində uşağı havada görmüş və avtomobili sağ tərəfə çəkmişdir. təqsirləndirilən şəxs1 daha sonra ifadəsində göstərmişdir ki, baş verənlərə görə peşmançılıq hissi keçirir və İsmayılov Həsən Raciv oğlunun ölümünə görə əzab çəkir. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ##.##.2024-cü il tarixdə saat təxminən 15:54-də o, “X11” marka və modelli, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərək AğdaşZarağan yolunun Qəbələ rayon Böyük Pirəli kəndi ərazisindən keçən hissəsində üzü Qəbələ şəhərinin mərkəzi istiqamətində təxminən 90 km/saat surətlə hərəkətdə olmuş və Qəbələ şəhərinin mərkəzində yerləşən aptekdən anası üçün dərman almağa tələsdiyi üçün qarşı tərəfdə hərəkətdə olan VAZ2106 minik markalı, ** BM *** dövlət nömrə nişanlı mavi rəngli avtomobili soldan ötməyə keçmişdir. Ötmə zamanı yolun sol kənarından bir nəfər kişi cinsli azyaşlı uşağın digər tərəfə keçməkdən ötrü yola daxil olub onun hərəkət etdiyi hissəyə çıxaraq ani surətdə dayandığını görmüş və dərhal əyləci sıxıb avtomobili dayandırmağa çalışsa da, azyaşlı İsmayılov Həsən Raciv oğlunu yolun sol hərəkət zolağında avtomobilin ön sağ hissəsi ilə vurmuşdur. Zərbənin təsirindən İsmayılov Həsən Raciv oğlu yolun sağ hərəkət zolağına düşmüş və VAZ2106 minik markalı avtomobil həmin uşağın başı üzərindən keçmişdir. O, avtomobili hadisə yerində saxlayaraq avtomobilindən yerə düşüb azyaşlı uşağın yolun orta hissəsində uzanıqlı vəziyyətdə olduğunu və baş nahiyyəsindən qan axdığını görmüş və qorxuya düşüb hər hansı bir dövlət orqanının qaynar xəttinə, eləcə də TTY xidmətinə zəng etmədən yenidən avtomobilinin sükan hissəsinə əyləşmiş və avtomobilini hərəkətə gətirib hadisə yerindən uzaqlaşmışdır. Təxminən 500-600 metr irəlidə qarşıdakı dairədən sola, geriyə dönmüş, avtomobilin sürətini azaldaraq vurduğu piyadaya baxmış və atası Seyfətə zəng edərək hadisə barədə məlumat vermişdir. Atası Seyfət avtomobili saxlamalı və uşağı xəstəxanaya aparmalı olduğunu bildirsə də, o, qorxduğu üçün hərəkətini davam etdirib Qəbələ rayonu Hacıalılı kəndindəki “Ulduz” marketin qarşısına getmişdir. Həmin yerə əvvəlcə dayısı Bayram Mərzəliyev, sonra isə Sırac Mərzəliyev atası Seyfət gəlmiş, hadisə barədə onlara məlumat vermişdir. Sonra Bayram ın avtomobili ilə Qəbələ RPŞ-nə gələrkən Soltannuxa kəndi ərazisində polis əməkdaşları saxlanmış və Qəbələ RPŞ-nə gətirilmişdir. Qəbələ RPŞ-də hadisə zamanı idarə etdiyi avtomobilə baxış keçirilmiş və səhərisi gün ifadəsi yerində yoxlanılmışdır. Hadisə vaxtı avtomobilində heç bir texniki nasazlıq olmamışdır. Hadisənin qarşısını almaq üçün sükanı sola döndərərək əyləcdən istifadə etmiş, lakin hadisədən yayına bilməmişdir. Hadisə baş verənədək əyləci sıxdığı üçün avtomobilin sürəti xeyli azalmış, bu səbəbdən azyaşlı piyadanın ölümü onun avtomobili ilə vurulma nəticəsində ölməmişdir. Piyadanın ölümü VAZ2106 minik markalı avtomobilin onun baş nahiyəsi üzərindən keçməsi nəticəsində baş vermişdir. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə zərərçəkmiş şəxs İsmayılov Həsən Raciv oğlunun hüquqi varisi İsmayılov Raciv Dursun oğlu ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdə Naxçıvan MR vətəndaşı X9 ilə evlənmiş, birgə nikahdan ikisi oğlan, biri qız olmaqla üç övladı olmuşdur. İsmayılov Həsən Raciv oğlu onun ortancıl övladı olmuşdur. ##.##.2024-cü il tarixdə işləmək məqsədilə Çeçenistan Respublikasına getdiyi üçün hadisə baş verərərkən Azərbycanda olmamışdır. ##.##.2024-cü il tarixdə ona həmkəndlisi zəng edərək oğlu İsmayılov Həsən Raciv oğlunun Ağdaş-Zarağan yolunun Böyük Pirəli kəndi ərazisindən keçən hisəsində yol nəqliyyat hadisəsi nəticəsində öldüyünü bildirmişdir. #.##.2024-cü il tarixdə o, Azərbaycana qayıdıb yaşadığı Qəbələ rayonu, Aydınqışlaq kəndinə gəlmişd, ##.##.2024-cü il tarixdə İsmayılov Həsən Raciv oğlunu Aydınqışlaq kənd qəbrstanlığında dəfn etmişdir. İş üzrə zərərçəkmiş şəxs İsmayılov Həsən Raciv oğlunun hüquqi varisi İsmayılov Raciv Dursun oğlu daha sonra ifadəsində göstərmişdir ki, İsmayılov Həsən Raciv oğlunun yol nəqliyyat hadisəsində ölməsinə görə təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə şahid şahid2 ifadəsində göstərmişdir ki, ##.##.2024-cü il tarixdə saat təxminən 15:53-də o, təqsirləndirilən şəxs1 idarə etdiyi özünə məxsus olan VAZ2106 MİNİK marka və modelli, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobillə AğdaşZarağan yolunun Qəbələ rayon Böyük Pirəli kəndi ərazisindən keçən hissəsində üzü Qəbələ şəhərinin mərkəzi istiqamətində yolun sağ hərəkət zolağı ilə təxminən 60-70 km/sat surətlə hərəkətdə olmuşdur. Avtomobildə ondan başqa X14 və X8 olmuşdur. X8 qabaq sol oturacaqda əyləşmişdir. Qəbələ rayon Böyük Pirəli kənd qəbiristanlığının aşağı hissəsində “X11” markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobil onları sol tərəfdən ötüb keçmiş və yolu soldan bardür üzərindən sağa doğru keçən azyaşlı piyadanı avtomobilinin ön hissəsi ilə vuraraq onların hərəkətdə olduğu zolağa, yəni sağ zolağa atmışdır. Həmin piyada Səxavətin idarə etdiyi avtomobilin ön sol hissəsinə düşərək Səxavətin idarə etdiyi avtomobilin təkəri altında qalmışdır. Səxavət avtomobili təxminən 150 metr irəlidə saxlamış, onlar avtomobildən yerə düşmüş və vurulmuş piyadaya yaxınlaşdıqda onun baş nahiyyəsinin əzilmiş vəziyyətdə olduğunu və yerə qan axdığını görmüşlər. Avtomobilinin yanına qayıdaraq təkərlərə baxsalar da lakin heç bir iz görməmiş, sonra o, avtomobili özü idarə edərək X14, təqsirləndirilən şəxs1 və X8 Qəbələ şəhərinin mərkəzinə gətirib “Bazar Store” marketin qarşısında düşürmüşdür. Bundan sonra isə Qəbələ RPŞ-dən polis əməkdaşı ona zəng edib Qəbələ RPŞ-nə çağırmış və o, avtomobili sürüb Qəbələ RPŞ-nə gəlmişdir. Hadisə vaxtı avtomobilində heç bir texniki nasazlıq olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə şahid şahid4 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayon Aydınqışlaq kəndində qeydiyyatda olmaqla yaşayır və Qəbələ rayon Böyük Pirəli kəndi ərazisində yerləşən üzü Ağdaş şəhəri istiqamətində olan yolun sağ hissəsində yerləşən “ARAZ İnşaat” tikinti materialları mağazasında satıcı işləyir. ##.##.2024-cü il tarixdə, saat təxminən 16 radələrində mağazanın qarşısında olarkən əlində sellofan torba tutan bir nəfər azyaşlı kişi cinsli uşaq onun yanına gəlmiş, ondan kim olduğunu və hara getdiyini soruşaraq uşağın həmkəndlisi Racivin oğlu Həsən olduğunu, Aydınqışlaq kəndi ərazisində yerləşən “kimya yolu” adlanan yoldan gəldiyini və bağlarından yığdığı fındığı sellofan torbaya töküb satmaq istədiyini öyrənmişdir. O, Həsənə sellofan torbanın kənarlarından tutmağa kömək etmiş, Həsən ciblərindəki fındıqları torbaya doldurmuş və 1-2 dəqiqə onunla söhbət etdikdən sonra uzaqlaşaraq asfalt örtüklü yola doğru getmişdir. O, üzünü mağazaya tərəfə çevirib işlərini görməyə gedərkən səs eşitmiş və ç evrilib yola baxdıqda Həsənin “Volkswagen Passat” markalı avtomobillə vurulduğunu, VAZ2106 minik markalı göy rəngli avtomobilin isə onun başı üzərindən keçdiyini və zərbənin təsirindən Həsənin asfalt üzərində bir qədər irəliyə doğru itələndiyini görmüşdür. Hər iki sürücüsü idarə etdiyi avtomobili irəlidə saxlamış, yerə düşərək uşağa yaxınlaşmış və yenidən avtomobilə minib hadisə yerindən uzaqlaşıb getmişdir. Bundan sonra hadisə yerinə Qəbələ RPŞ-dən polis əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirilmiş və “ARAZ inşaat” tikinti materialları mağazasının qarşısında quraşdırılmış müşahidə kamerası vasitəsilə qeydə alınmış videogörüntülər götürülmüşdür. Azyaşlı Həsən İsmayılovun meyiti X3 xidmətinin əməkdaşları tərəfindən yolun asfalt səthi üzərindən götürülərək aparılmışdır. Birinci instansiya məhkəməsinin iclasında iş üzrə şahid İsgəndərov Nurlan Calal oğlu ifadəsində göstərmişdir ki, ##.##.2024-cü il tarixdə saat 16 radələrində o, Qəbələ rayon Böyük Pirəli kəndi ərazisində yerləşən “ARAZ İnşaat tikinti materialları mağazasının qarşısında, üzü Qəbələ şəhəri istiqamətində yolun sağ ehtiyat hissəsində dayanarkən tormozlama səsi eşidib çevrilib yola baxdıqda “Volkswagen Passat” markalı avtomobilin adı sonradan ona məlum olan Aydınqışlaq kənd sakini Həsən adlı uşağı ön sağ hissəsi ilə vurdaraq sağ zolağa atdığını, sağ zolaqla hərəkətdə olan VAZ2106 minik markalı göy rəngli avtomobilin isə onun başı üzərindən keçdiyini və zərbənin təsirindən Həsənin asfalt üzərində təxminən 3 metr irəliyə doğru itələndiyini görmüşdür. Hər iki sürücüsü idarə etdiyi avtomobili irəlidə saxlamış, yerə düşərək uşağa yaxınlaşmış və yenidən avtomobilə minib hadisə yerindən uzaqlaşıb getmişdir. Uşağın baş nahiyyəsindən qan axdığını və beyninin asfalt üzərinə töküldüyünü görərək DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, hadisə yerində olan şəxslərin köməkliyi ilə uşağın meyitinin üstünü örtmüşdür. Bundan sonra hadisə yerinə Qəbələ RPŞ-dən polis əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirilmiş və “ARAZ inşaat” tikinti materialları mağazasının qarşısında quraşdırılmış müşahidə kamerası vasitəsilə qeydə alınmış videogörüntülər götürülmüşdür. Azyaşlı Həsən İsmayılovun meyiti X3 xidmətinin əməkdaşları tərəfindən yolun asfalt səthi üzərindən götürülərək aparılmışdır. İş materiallarında olan olan «Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» ## ####### 2024-cü il tarixli protokolda göstərilmişdir ki, hadisə Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayon Böyük Pirəli kəndi ərazisindən keçən hissəsində üzü Qəbələ şəhəri istiqamətində baş vermiş, hadisə yerində yolun hərəkət hissəsi düz, örtüyün növü asfaltbeton olmaqla quru vəziyyətdədir. Asfalt örtüyün eni 20 metr, hərəkət zolaqlarının sayı 04, hərəkət zolaqlarının eni 3.50 metr, hərəkət hissəsnin eni isə 7 metr olmaqla bir-birindən ağ rəngli qırıqqırıq xəttlərlə ayırır. Hərəkət hissəyə sağdan daşlı-çınqıllı ehtiyat hissə, soldan əks istiqamətli hərəkət zolağını ayıran üzəri köbə daşları ilə hörülmüş sahə birləşir. Hadisə yerinə baxış hadisə yerinin yaxınlığında yerləşən “Araz İnşaat” adlı tikinti materiallarının satışı həyata keçirilən mağazanın çöl hissəsində yerləşdirilmiş videomüşahidə kameralarının hadisə anında qeyd aldığı videogörüntülərə baxışla bir arada keçirilmişdir. Həmin videogörüntüdən, hadisə yerində olan izlərdən aydın olur ki, hadisə yerində X11 markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilə aid piyadanın vurulma nöqtəsinə kimi uzanan sol təkərə aid 22 metr uzunluğunda, sağ təkərə aid 20 metr uzunluğunda tormoz izi vardır. Sol tormoz izininin başlanğıcından sarı xəttə kimi məsafə 1 metr təşkil edir, həmin tormoz izi bardürdə bitir. Sağ tormoz izinin başlanğıcından qırıq-qırıq xəttə kimi məsafə 2 metr, sağ tormoz izinin bitdiyi nöqtədən sarı xəttə kimi məsafə 1.20 metr, sağ və sol tormoz izləri arasındakı məsafə 1.30 metr təşkil edir. X11 markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobil azyaşlı piyada Həsən İsmayılovu vurduqdan sonra hadisə yerindən qaçmışdır. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, azyaşlı piyada Həsən İsmayılov üzü Ağdaş şəhəri istiqamətində olan asfalt örtüklü yola daxil olaraq vurulma nöqtəsinə kimi sağdan sola doğru 13 metr məsafə qət etmişdir. Bununla yanaşı baxış zamanı müəyyən edilmişdir ki, azyaşlı piyada Həsən İsmayılovu üzü Qəbələ şəhəri istiqamətində olan yolun sol hərəkət zolağı ilə hərəkətdə olan X11 markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə vurduqdan sonra piyada Həsən İsmayılov zərbənin təsirindən sağ zolaqa doğru 9 metr məsafəyə düşmüş, bundan sonra sağ zolaqda üzü Qəbələ şəhəri istiqamətində hərəkətdə olan VAZ2106 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil azyaşlı piyada Həsən İsmayılovun üzərindən keçmiş, ikinci avtomobilin piyadanın üzərindən keçməsi nəticəsində piyada Həsən İsmayılov asfalt səth üzərində 3 metr məsafə sürüklənərək sağ zolaqda hərəkətsiz vəziyyətdə dayanmışdır. Piyadanın vurulduğu nöqtədən əks istiqamətli hərəkət hissələri bir-birindən ayıran bardürə kimi məsafə iki metr, sarı xəttə kimi məsafə 1 metr təşkil edir. Piyadanın birinci avtomobil tərəfindən vurulduqdan sonra düşdüyü yerdən üzü Qəbələ şəhəri istiqamətində olan yoldakı hərəkət zolaqlarını bir-birindən ayıran qırıq-qırıq xəttə kimi məsafə 1.50 metr, eləcə də ikinci avtomobilin üzərindən keçməsi nəticəsində düşdüyü nöqtədən üzü Qəbələ şəhəri istiqamətində olan yoldakı hərəkət zolaqlarını bir-birindən ayıran qırıq-qırıq xəttə kimi məsafə 1.50 metr təşkil edir. VAZ2106 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil azyaşlı piyada Həsən İsmayılovun üzərindən keçdikdən sonra hadisə yerindən yayınmışdır. Baxış zamanı hadisə yerində, eləcə də asfalt səth üzərində hər hansı bir digər avtomobillə toqquşmaya xarakterik izlər, digər bir avtomobilin ehtiyat hissələri aşkar edilməmişdir. Hadisə yerinə baxış keçirilən zaman hadisə yerinin yaxınlığında yerləşən “Araz İnşaat” adlı tikinti materiallarının satışı həyata keçirilən mağazanın çöl hissəsində yerləşdirilmiş videomüşahidə kameralarının hadisə anında qeyd aldığı videogörüntü götürülərək CD disk formada protokola əlavə edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir İş materiallarında olan # ####### 2024-cü il tarixli “CD diskinə baxış keçirilməsi haqqında” protokola əsasən hadisə yerinin yaxınlığında yerləşən “ARAZ inşaat” adlı tikinti materiallarının satışı həyata keçirilən mağazanın çöl hissəsində quraşdırılmış videomüşahidə kamerasının qeydə aldığı videogörüntünü özündə əks etdirən CD diskə baxış keçirilərkən ##.##.2024-cü il tarixli saat 15:51:53-dən 15:59:01-dək olan müddətdəki görüntülərin 1-ci saniyəsindən 1 dəq 44-cü saniyəsinədək azyaşlı uşağın “ARAZ inşaat” adlı mağazanın qarşısında bir nəfər kişi cinsli şəxslə söhbət etdiyi, 1 dəq 45-ci saniyəsində uşağın “ARAZ inşaat” adlı mağazanın qarşısından ehtiyat hissəyə doğru asta qaçışla getməyə başladığı, 1 dəq 55-ci saniyədə üzü Ağdaş şəhəri istiamətində olan asfalt örtüklü yola daxil olaraq asta qaçışla çəpəki vəziyyətdə yolu keçdiyi, 1 dəq 59-cu saniyədə əks istiqamətli hərəkət hissələri bir-birindən ayıran bardürə çıxdığı, 2 dəq 02 saniyəyədək bardürün üzəri ilə üzü Qəbələ şəhəri istiqamətində asta qaçışla getdiyi, 2 dəq 02 saniyədə bardürdən yola daxil olaraq iki addım ataraq sol zolaqda 1 saniyə müddət dayanıb sağa baxdığı, 2 dəq 03 saniyədə üzü Qəbələ şəhəri istiqamətində sol zolaqla hərəkətdə olan X11 markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə sol zolaqda vurulduğu, piyada X11 markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulan zaman VAZ2106 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxada sağ zolaqda hərəkətdə olduğu, 2 dəq 5-ci saniyədə uşağın sağ zolağa zərbənin təsirindən düşdüyü, həmin saniyədə isə VAZ2106 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ zolaqda piyadanın üzərindən keçərək uzaqlaşdığı, 2 dəq 19-cu saniyədə X11 markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sükan arxasından yerə düşərək avtomobilin arxasına keçməklə asfalt səth üzərində olan azyaşlı piyadanın meyitinə baxdığı, 3 dəq 22-ci saniyədə X11 markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobilinə əyləşərək avtomobili hadisə yerindən tərpətməklə sürüb getdiyi və insanların hadisə yerinə toplaşdığı müşahidə edilir. İş materiallarında olan ## ####### 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokola əsasən baxış zamanı “X11” markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin ön nömrəsi əzilmiş vəziyyətdə olmuşdur. Sürücü təqsirləndirilən şəxs2 ##.##.2024-cü il tarixdə Qəbələ rayonu Böyük Pirəli kəndi ərazisində piyadanı avtomobilin qabaq sağ farası ilə vurduğunu və hadisə yerində dayanmayaraq Hacıalılı kəndi istiqamətində hərəkəti davam etdirdiyini bildirmişdir. İş materiallarında olan ## ####### 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokola əsasən baxış zamanı “VAZ2106” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön krel hissəsi əzilmiş vəziyyətdə olmuşdur. Sürücü təqsirləndirilən şəxs1 ##.##.2024-cü il tarixdə avtomobilin sükanı arxasında olan zaman ondan qabaqda hərəkətdə olan Volkswagen markalı avtomobilin piyadanı vuraraq onun yoluna atdığını bildirmişdir. Baxış zamanı həmin avtomobilin sol ön qapısının alt karniz hissəsindən bir yerdən iki ədəd nümunə götürülmüş, avtomobilin sol hissəsinin qabaq təkərindən və altından insan beyninin iyinə bənzəyən spesifik iy gəldiyi müəyyən edilmişdir. İş materiallarında olan AR SN Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyi Qəbələ rayon şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ** nömrəli “meyitin ekspertizası” rəyinə əsasən İsmayılov Həsən Raciv oğlunun meyitində başın deformasiyası, ağır açıq kəllə beyin travması, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, kəllə qapağı və kəllə əsası sümüklərinin qəlpəli sınığı, burun sümüyünün kökü hissədən yerini dəyişən sınığı, çanağın sağ oma-qalça birləşməsinin sınığı, sağ bud sümüyünün orta 1/3-nin açıq yerini dəyişən qəlpəli sınığı, başın sol təpə, sol alın nahiyyəsinin, sağ budun içəri orta 1/3-nin əzilmişcırılmış yaraları, üzün sol tərəfinin, çanağın sağ qalça darağı nahiyyəsinin, sol sarğının və sol diz oynağının bayır tərəfinin sıyrıqları kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni ## ####### 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində piyadada törənə bilər. Bədən xəsarətlərinin ağırlıq dərəcəsinə görə ağır ölümlə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə aiddir; İsmayılov Həsən Raciv oğlunun ölümünə səbəb başın deformasiyası, kəllə qapağı və kəllə əsası sümüklərinin açıq qəlpəli sınığı ilə müşayiət olunan baş beyin toxumasının ağır dərəcəli əzilməsi olmuşdur və hadisə vaxtı aldığı həmin xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqəsi vardır; İsmayılov Həsən Raciv oğlunun meyitində aşkar edilmiş xəsarətlər küt alətin(əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni ## ####### 2024-cü il tarixdə törənməsinə uyğun gəlir. Dərəcəsinə görə həmin xəsarətlər ağır ölümlə nəticələnən və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətləri kimi qiymətləndirilir; İsmayılov Həsən Raciv oğlunun bədəni üzərində qeyd olunan xəsarətlərdən sağ böyrək ətrafı toxumaya qansızma, sağ bud sümüyünün orta 1/3-nin açıq yerini dəyişən qəlpəli sınığı, çanağın sağ omaqalça birləşməsinin sınığı, sağ budun içəri orta 1/3- nin əzilmiş-cırılmış yarası, çanağın sağ qalça darağı nahiyyəsinin, sol sarğının və sol diz oynağının bayır tərəfinin sıyrıqları hərəkətdə olan minik avtomobili tərəfindən vurularaq törənə bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə, başın deformasiyası, ağır açıq kəllə beyin travması, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, kəllə qapağı və kəllə əsası sümüklərinin açıq qəlpəli sınığı, burun sümüyünün kökü hissədən yerini dəyişən sınığı, başın sol təpə, sol alın nahiyyəsinin əzilmiş-cırılmış yaraları və üzün sol tərəfinin sıyrıqları isə hərəkətdə olan minik avtomobilinin təkərinin asfalt səth üzərində başın üstündən keçməsi nəticəsində törənə bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə aiddir. İş materiallarında olan AR SN Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyi Qəbələ rayon şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ** nömrəli “meyitin ekspertizası” rəyinə əsasən İsmayılov Həsən Raciv oğlunun meyitində başın deformasiyası, ağır açıq kəllə beyin travması, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, kəllə qapağı və kəllə əsası sümüklərinin qəlpəli sınığı, burun sümüyünün kökü hissədən yerini dəyişən sınığı, çanağın sağ oma-qalça birləşməsinin sınığı, sağ bud sümüyünün orta 1/3-nin açıq yerini dəyişən qəlpəli sınığı, başın sol təpə, sol alın nahiyyəsinin, sağ budun içəri orta 1/3-nin əzilmişcırılmış yaraları, üzün sol tərəfinin, çanağın sağ qalça darağı nahiyyəsinin, sol sarğının və sol diz oynağının bayır tərəfinin sıyrıqları kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni ## ####### 2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində piyadada törənə bilər; İsmayılov Həsən Raciv oğlunun ölümünə səbəb başın deformasiyası, kəllə qapağı və kəllə əsası sümüklərinin açıq qəlpəli sınığı ilə müşayiət olunan baş beyin toxumasının ağır dərəcəli əzilməsi olmuşdur və hadisə vaxtı aldığı həmin xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. İsmayılov Həsən Raciv oğlunun meyitində aşkar edilmiş xəsarətlər küt alətin(əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni ## ####### 2024-cü il tarixdə törənməsinə uyğun gəlir. Dərəcəsinə görə həmin xəsarətlər ağır ölümlə nəticələnən və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətləri kimi qiymətləndirilir; İsmayılov Həsən Raciv oğlunun bədəni üzərində qeyd olunan xəsarətlərin yerləşmə nahiyyələrinə, formasına, xarakterinə və digər morfoloji xüsusiyyətlərinə görə sağ böyrək ətrafı toxumaya qansızma, sağ bud sümüyünün orta 1/3-nin açıq yerini dəyişən qəlpəli sınığı, çanağın sağ omaqalça birləşməsinin sınığı, sağ budun içəri orta 1/3-nin əzilmiş-cırılmış yarası, çanağın sağ qalça darağı nahiyyəsinin, sol sarğının və sol diz oynağının bayır tərəfinin sıyrıqları hərəkətdə olan minik avtomobili tərəfindən vurularaq yolun asfalt örtüyünün üzərinə çırpılması nəticəsində, başın deformasiyası, ağır açıq kəllə beyin travması, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, kəllə qapağı və kəllə əsası sümüklərinin açıq qəlpəli sınığı, burun sümüyünün kökü hissədən yerini dəyişən sınığı, başın sol təpə, sol alın nahiyyəsinin əzilmişcırılmış yaraları və üzün sol tərəfinin sıyrıqları isə hərəkətdə olan minik avtomobilinin təkərinin asfalt səth üzərində başın üstündən keçməsi nəticəsində törənməsinə uyğun gəlir;İsmayılov Həsən Raciv oğlunun başında olan xəsarətlər- başın deformasiyası, ağır açıq kəllə beyin travması, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, kəllə qapağı və kəllə əsası sümüklərinin açıq qəlpəli sınığı, burun sümüyünün kökü hissədən yerini dəyişən sınığı, başın sol təpə, sol alın nahiyyəsinin əzilmiş-cırılmış yaraları və üzün sol tərəfinin sıyrıqları hərəkətdə olan minik avtomobilinin təkərinin asfalt səth üzərində başın üstündən keçməsi nəticəsində törənməsinə uyğun gəlir;İsmayılov Həsən Raciv oğlunun bədəni üzərində qeyd olunan xəsarətlərin yerləşmə nahiyyələrinə, formasına, xarakterinə və digər morfoloji xüsusiyyətlərinə görə sağ böyrək ətrafı toxumaya qansızma, sağ bud sümüyünün orta 1/3-nin açıq yerini dəyişən qəlpəli sınığı, çanağın sağ oma-qalça birləşməsinin sınığı, sağ budun içəri orta 1/3nin əzilmiş-cırılmış yarası, çanağın sağ qalça darağı nahiyyəsinin, sol sarğının və sol diz oynağının bayır tərəfinin sıyrıqları hərəkətdə olan minik avtomobili tərəfindən vurularaq yolun asfalt örtüyünün üzərinə çırpılması nəticəsində, başın deformasiyası, ağır açıq kəllə beyin travması, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, kəllə qapağı və kəllə əsası sümüklərinin açıq qəlpəli sınığı, burun sümüyünün kökü hissədən yerini dəyişən sınığı, başın sol təpə, sol alın nahiyyəsinin əzilmişcırılmış yaraları və üzün sol tərəfinin sıyrıqları isə hərəkətdə olan minik avtomobilinin təkərinin asfalt səth üzərində başın üstündən keçməsi nəticəsində törənə bilər və həmin qeyd olunan xəsarətlərlə başın deformasiyası, ağır açıq kəllə beyin travması, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, kəllə qapağı və kəllə əsası sümüklərinin açıq qəlpəli sınığı, burun sümüyünün kökü hissədən yerini dəyişən sınığı, başın sol təpə, sol alın nahiyyəsinin əzilmiş-cırılmış yaraları və üzün sol tərəfinin sıyrıqları müqayisə edildikdə və xəsarətlər ani vaxt ölçüsündə baş verdiyinə görə ölümə səbəb başın deformasiyası, kəllə qapağı və kəllə əsası sümüklərinin açıq qəlpəli sınığı ilə müşayiət olunan baş beyin toxumasının ağır dərəcəli əzilməsi olmuşdur; İsmayılov Həsən Raciv oğlunun bədəni üzərində qeyd olunan xəsarətlərdən sağ böyrək ətrafı toxumaya qansızma, sağ bud sümüyünün orta 1/3-nin açıq yerini dəyişən qəlpəli sınığı, çanağın sağ oma-qalça birləşməsinin sınığı, sağ budun içəri orta 1/3-nin əzilmiş-cırılmış yarası, çanağın sağ qalça darağı nahiyyəsinin, sol sarğının və sol diz oynağının bayır tərəfinin sıyrıqları vaxtında tibbi müdaxilələr ediləcəyi halda sağ qalma ehtimalı daha çoxdur. İş materiallarında olan AR ƏN MEM tərəfindən verilmiş ## #### 2025-ci il tarixli */*** nömrəli məhkəməyol nəqliyyat hadisələri ekspertizası rəyinə əsasən: 1.“Volkswagen Passat” markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü təqsirləndirilən şəxs2 hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4- cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təbibov avtomobili yaşayış məntəqəsində icazə verilən maksimum 60 km/saat sürətdən artıq sürətlə, yəni 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur; 2.”VAZ2106” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1- ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü təqsirləndirilən şəxs1 hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.Sürücü təqsirləndirilən şəxs1 avtomobili yaşayış məntəqəsində icazə verilən maksimum 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur; 3. Aparılmış hesabatdan məlum olur ki, “Volkswagen Passat” markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 22 metr uzunluğunda tormoz izinə uyğun onun tormozlamadan əvvəlki hərəkət sürəti mövcud şəraitdə 67 km/saatdır. Lakin nəqliyyat vasitəsi 22 metr uzunluğunda olan tormoz izinin sonunda dayanmadığından onun hərəkət sürəti 67 km/saatdan artıq olmuşdur; 4. Mövcud metodiki vəsaitin tələblərinə əsasən piyadalar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir; 5.İstintaq tərəfindən təqdim edilmiş məlumatlar və hadisə mexanizmi real hadisə mexanizmi ilə ziddiyyət təşkil etmir İş materiallarında olan AR ƏN MEM tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli */**** nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası rəyinə əsasən

1. “Volkswagen Passat” markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü təqsirləndirilən şəxs2 hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4- cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təbibov avtomobili yaşayış məntəqəsində icazə verilən maksimum 60 km/saat sürətdən artıq sürətlə, yəni 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur; 2.”VAZ2106” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1- ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü təqsirləndirilən şəxs1 hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.Sürücü təqsirləndirilən şəxs1 avtomobili yaşayış məntəqəsində icazə verilən maksimum 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur; Sürücülərin hərəkətləri ilə baş vermiş hadisə nəticəsində piyadanın ölməsi arasında səbəbli əlaqənin, yəni piyadanın ölməsinin səbəbinin müəyyən edilməsi məhkəmə yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyildir. İstintaq tərəfindən təqdim edilmiş məlumatlar və hadisə mexanizmi real hadisə mexanizmi ilə ziddiyyət təşkil etmir. İş materiallarında olan Qəbələ RPŞ İB-nin “maddi sübutun tanınması və saxlanması barədə” ## ###### 2025-ci il tarixli qərara əsasən “X11” markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı minik avtomobili maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü həqiqi sahibi X5 təhvil verilmişdir. İş materiallarında olan Qəbələ RPŞ İB-nin “maddi sübutun tanınması və saxlanması barədə” ## ###### 2025-ci il tarixli qərara əsasən “VAZ 2106” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı minik avtomobili maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü həqiqi sahibi şahid2 təhvil verilmişdir. İş materiallarında olan Qəbələ MRX PHŞ tərəfindən verilmiş ## ####### 2024-cü il tarixli, *** nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” aktına əsasən təqsirləndirilən şəxs2 yol nəqliyyat hadisəsi baş verən zaman ayıq olmuşdur. İş materiallarında olan Qəbələ MRX PHŞ tərəfindən verilmiş ## ####### 2024-cü il tarixli, *** nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” aktına əsasən təqsirləndirilən şəxs1 yol nəqliyyat hadisəsi baş verən zaman ayıq olmuşdur. İş materiallarında olan AR “TƏBİB” “xxxx” X4 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **-*-**/*-***/**** nömrəli məlumata əsasən, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda deyil. İş materiallarında olan AR SN MTE və PA ETT Birliyi tərəfindən verilmiş ## ####### 2024-cü il tarixli, ****/K nömrəli “məhkəmə-kimyəvi ekspertizası” rəyinə əsasən təqsirləndirilən şəxs2 götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İş materiallarında olan AR SN MTE və PA ETT Birliyi tərəfindən verilmiş ## ####### 2024-cü il tarixli, ****A/K nömrəli “məhkəmə-kimyəvi ekspertizası” rəyinə əsasən təqsirləndirilən şəxs1 götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İş materiallarında olan “X1” MMC avtomobil təmiri sexi tərəfindən verilmiş ## ####### 2024-cü il tarixli arayışda göstərilmişdir ki, “X11” markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilə və “VAZ2106 minik” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobillərin tormoz, sükan, digər idaretmə mexanizmlərində hər hansı bir nasazlıq aşkar edilməmişdir. İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsi Şəki Regional Qİ və TB şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ***-*-**-**-*/*-***/**** saylı məlumatda göstərilmişdir ki, mərkəzləşdirilmiş kompüter bazasına əsasən təqsirləndirilən şəxs2 etibarlılıq müddəti ##.##.2022-ci il tarixdən ##.##.2032-ci il tarixədək olan “B1, B, C1,C” kateqoriyalı BD****** nömrəli sürücülük vəsiqəsi almış, inzibati xətaya yol verməsi və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində hər hansı məlumat qeydə alınmamışdır. təqsirləndirilən şəxs1 etibarlılıq müddəti ##.##.2023-cü il tarixdən ##.##.2033-cü il tarixədək olan “B1, B, C1,C” kateqoriyalı BD****** nömrəli sürücülük vəsiqəsi almış, inzibati xətaya yol verməsi və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan AD ****** nömrəli X35 şəhadətnaməsinin surətinə əsasən “X11” markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2018-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan BD ****** nömrəli X35 şəhadətnaməsinin surətinə əsasən “VAZ2106 minik” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2022-ci il tarixdə İsmayılov Elvin Elçin oğlunun adına qeydiyyata alınmışdır. İş materiallarında olan ##.##.2024-cü il tarixli ƏN-IX ****** nömrəli Etibarnamənin surətinə əsasən VAZ2106 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2025-ci il tarixədək olan müddətdə idarə etmək, barəsində sərəncam vermək və digər hərəkətlər etmək səlahiyyətləri ilə şahid2 sahibliyinə verilmişdir. İş materiallarında olan BD****** nömrəli sürücülük vəsiqəsinin surətinə əsasən təqsirləndirilən şəxs2 ##.##.2022-ci il tarixdən ##.##.2032-ci il tarixədək B1, B, C1, C kateqoriyalar üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarında olan BD****** nömrəli sürücülük vəsiqəsinin surətinə əsasən təqsirləndirilən şəxs1 ##.##.2023-cü il tarixdən ##.##.2033-cü il tarixədək B1, B, C1, C kateqoriyalar üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə olan sübutları müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 263.2-ci və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, AR ƏN MEM tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli */**** nömrəli məhkəməyol nəqliyyat hadisələri ekspertizasının rəyinə əsasən “VAZ2106” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü təqsirləndirilən şəxs1 hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü təqsirləndirilən şəxs1 avtomobili yaşayış məntəqəsində icazə verilən maksimum 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 oğlu CM-in 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyаsının fikrincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məhkum olunduğu cinаyət əməlini törətməkdə təqsirli olması bаrədə kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 əməli CM-in 263.2 və 264-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Dövlət ittihamçısı apellyasiya protestində hökmün təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrlə və cinayətlərin məcmusu üzrə təklif etdiyi həddlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə və cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə (maddi sübutlarla bağlı) dəyişdirilməsini xahiş etməklə yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin edilməsini iddia edərək tələbini Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanaraq Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs1 əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə tövsif etmişdir. Apellyasiya protestinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, təqsirləndirilən şəxs1 təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya protestində məhkəmənin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almadığı, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslə barışmaması vurğulanmış, həmçinin təqsirləndirilən şəxsə təklif edilmiş həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngül olmasına dair apellyasiya protestində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası CPM-in 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. CM-in 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması— üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2013-cü il tarixli * nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, CPM-in 106.6.1-ci maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Hüquqi varis qismində tanınmış digər şəxslərlə hər hansı razılığın əldə olunması isə təqsirləndirilən şəxs barəsində CM-in 60-cı maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz. CM-in 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Birinci instansiya məhkəməsi himayəsində bir nəfər azyaşlı uşağının olmasını təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi qəbul etmiş, cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Apellyasiya məhkəmə baxışı zamanı isə zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışdığını bildirərək ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmaması, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini bildirməsi isə CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Hazırkı iş üzrə zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi İsmayılov Raciv Dursun oğlunun təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barəsində qeyd edilən cəzanı yüngülləşdirən hal olduğundan CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilib 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum etmiş, AR CM-nın 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlamış, təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Qeyd edilənlərə əsasən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanı sərt hesab edən məhkəmə kollegiyası ona üzərində qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə etmə cəzasının təyin edilməsinə münasibət bildirərək hesab edir ki, birinci instаnsiyа məhkəməsi tərəfindən təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın müddəti onun şəxsiyyətinə və cinаyət əməlinin ictimаi təhlükəlilik dərəcəsinə tam uyğun olmamaqla yanaşı, mütənasiblik və cəzanın məqsədlərinin təmin edilməsi baxımından bir qədər sərt olmuşdur. Belə ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33.1 və 33.2-ci maddələri). Ədalət prinsipini özündə əks etdirən CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamında qeyd olunmuşdur ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələrə tövsiyələrdə məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmaması, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini bildirməsi isə CM-in 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edildiyindən və onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyindən təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 264-cü maddəsilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədmüvafiqdir. Azərbaycan Respublikası CM-nin 264-cü maddəsilə təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin maddənin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Qeyd edildiyi kimi, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmaması, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini bildirməsi onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edildiyindən və cəzasını ağırlaşdıran hallar olmadığından, habelə maddənin sanksiyasında azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması növündə cəza olduğundan məhkəmə kollegiyası ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədmüvafiq hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair ## #### 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs həm ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Apellyasiya protestinin digər dəlili isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi hökmündə maddi sübutlarla bağlı məsələni həll etməmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin qeyd edilən dəlillərini əsaslı hesab edir və bununla bağlı aşağıdakıları xatırlatmağı mümkün sayır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş hökmün nəticəvi hissəsində iş üzrə maddi sübut, şahid2 saxlanılan “VAZ 2106” markalı ** BM *** dövlət nömrə nişanlı avtomobil və X5 “X11” markalı ** HZ *** dövlət nömrə nişanlı avtomobilin onların özlərinə verilməsi öz əksini tapsa da iş üzrə maddi sübut kimi tanınmış məhkəmə-genetik ekspertizasına təqdim edilmiş iki ədəd tamponun tədqiqatlar zamanı sərf edilməsinin nəzərə alınmasına, bir ədəd şüşə flakonda İsmayılov Həsən Raciv oğluna məxsus qan nümunəsi, İsmayılov Həsən Raciv oğlunun hadisə zamanı əynində olmuş bir ədəd uzunqol, bir ədəd qısaqol köynək, bir ədəd mayka, bir ədəd göy rəngli cins şalvarla bağlı məsələlərə münasibət bildirilmədiyindən məhkəmə kollegiyası bu fikirdədir ki, həmin hissədə protest təmin edilməklə yanlışlıq aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində maddi sübutların həlli göstərilməlidir. CPM-in 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunun normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 263.1-1 və 264-cü maddələri ilə, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilməli, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə, yəni iki il azadlığın məhdudlaşdırılması cəzası bir il müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla və Azərbaycan Respublikası CM-nın 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavələr cəzalar qismən toplanılmaqla təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, məhkəmə genetik ekspertizaya təqdim edilmiş iki ədəd tamponun təqdiqatlar zamanı sərf edilməsi nəzərə alınmalı, bir ədəd şüşə flakonda İsmayılov Həsən Raciv oğluna məxsus qan nümunəsi, İsmayılov Həsən Raciv oğlunun hadisə zamanı əynində olmuş bir ədəd uzunqol köynək, bir ədəd qısaqol köynək, bir ədəd mayka və bir ədəd göy rəngli cins şalvar məhv edilməli, Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, müdafiəçi X12 əmək haqqı ödənilməsi üçün təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 göstərdiyi 6 (altı) saat hüquqi yardıma görə dövlət hesabına 66 (altmış altı) manat vəsait X12 oğlunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməli, müdafiəçi X17 əmək haqqı ödənilməsi üçün təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 göstərdiyi 6 (altı) saat hüquqi yardıma görə dövlət hesabına 66 (altmış altı) manat vəsait X17 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 399, 407, 408-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 263.1-1 və 264-cü maddələri ilə, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilsin. təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə, yəni iki il azadlığın məhdudlaşdırılması cəzası bir il müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla və Azərbaycan Respublikası CM-nın 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavələr cəzalar qismən toplanılmaqla təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkəmə genetik ekspertizasına təqdim edilmiş iki ədəd tamponun təqdiqatlar zamanı sərf edilməsi nəzərə alınsın, bir ədəd şüşə flakonda İsmayılov Həsən Raciv oğluna məxsus qan nümunəsi, İsmayılov Həsən Raciv oğlunun hadisə zamanı əynində olmuş bir ədəd uzunqol köynək, bir ədəd qısaqol köynək, bir ədəd mayka və bir ədəd göy rəngli cins şalvar məhv edilsin. Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Müdafiəçi X12 əmək haqqı ödənilməsi üçün təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 göstərdiyi 6 (altı) saat hüquqi yardıma görə dövlət hesabına 66 (altmış altı) manat vəsait X12 oğlunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müdafiəçi X17 əmək haqqı ödənilməsi üçün təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 göstərdiyi 6 (altı) saat hüquqi yardıma görə dövlət hesabına 66 (altmış altı) manat vəsait X17 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar