Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-111/2026 09.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı ilə xüsusi ittiham qaydasında Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(5-108)-8/2026 ( sədrlik edən F.Ələkbərova) nömrəli qərarı ilə xüsusi ittiham qaydasında Xüsusi ittihamçı tərəfindən verilmiş şikayət məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. işin halları: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 147.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətini onunla əsaslandırmışdır ki, CM-in 125, 134, 148-1, 156.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağdaş Rayon Məhkəməsinin *(***)-**/**** saylı hökmü qanuni qüvvəsini almadan Ağdaş rayon sakini Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən “Facebook” sosial şəbəkəsində yayılmışdır. Həmin paylaşıma yüzlərlə şəxs baxış keçirmişdir. Bunun nəticəsində o tanıyanlar arasında biabır olmuş və səhhətində ciddi problemlər yaranmışdır. Qanuni qüvvəsini almamış məhkəmə hökmünün sosial şəbəkədə paylaşılması təqsirsizlik prezumpsiyasının pozulması, şəxsi məlumatların yayılması və məhkəməyə hörmətsizlik kimi hüquqi risklər daşıyır. Bu şərəf və ləyaqətin alçaldılması, böhtan və məhkəmənin nüfuzuna xələl gətirilməsi ilə nəticələnə bilər. Beləliklə, hesab edir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində CM-in 147.1-ci maddəsi ilə cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə qərar qəbul edilməlidir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayəti verərək Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində qanuni qüvvəyə minməmiş məhkəmə hökmünü paylaşaraq ona ağır cinayət törətməkdə böhtan atmışdır. Odur ki, Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Xüsusi ittihamçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs çıxış edərək apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. hüquqi məsələlər: Аzərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət -Prоsessuаl Məcəlləsinin nоrmаlаrının tətbiq edilməsinin düzgünlüyünü yоxlаyır. CPM-in 397.2-ci mаddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən, xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi ilə təminat altına alınan insanın şərəf və ləyaqətinin müdafiəsi hüququ çərçivəsində xüsusi ittiham icraatı mühüm hüquqi institutdur. Lakin dövlət ittihamı qaydasında aparılan cinayət təqibindən fərqli olaraq, xüsusi ittiham icraatında ilkin istintaq və ya təhqiqat mərhələsi mövcud olmadığından, xüsusi ittihamçının məhkəməyə təqdim etdiyi şikayət ərizəsi həm icraatın başlanması üçün əsas, həm də mahiyyətcə ittiham aktını əvəz edən yeganə prosessual sənəddir. Bu səbəbdən qanunverici CPM-in 293.3-cü maddəsində xüsusi ittiham qaydasında verilən şikayətin məzmununa dair imperativ və kumulyativ (birlikdə mövcud olmalı olan) tələblər müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» ## ###### 2014-cü il tarixli Qərarının 11-ci bəndinin izahına görə, birinci instansiya məhkəməsi hazırlıq iclası mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamalı və bu tələblərə cavab verməyən şikayətin icraata qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul etməlidir. Bu hüquqi tənzimləmə məhkəməni əsassız və qeyri-konkret ittihamlar üzrə icraat aparmaqdan çəkindirməklə yanaşı, barəsində şikayət verilmiş şəxsin müdafiə hüququnun təmin edilməsinə xidmət edir. Şəxs ona qarşı hansı konkret faktlar üzrə və hansı sübutlara əsasən ittiham irəli sürüldüyünü şikayət mətnindən aydın şəkildə anlamalıdır. İş materiallarının və xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, Xüsusi ittihamçı təqdim etdiyi sənəd qanunun qeyd olunan tələblərinin heç birinə cavab vermir. Belə ki, şikayətdə CPM-in 293.3.1-ci maddəsinin ziddinə olaraq şikayətçinin şəxsiyyətini eyniləşdirən məlumatlar tam göstərilməmişdir. Bundan başqa, CPM-in 293.3.2-ci maddəsinin tələbləri pozularaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin nə vaxt törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən iddia edilən maddi ziyanın məbləği ərizədə öz əksini tapmamışdır. Bu xüsusatların göstərilməməsi cinayət təqibi üçün mühüm olan cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin (CM-in 75-ci maddəsi) hesablanmasını və zərərin xarakterinin müəyyən edilməsini qeyrimümkün edir. Eyni zamanda, şikayətdə CPM-in 293.3.3 və 293.3.4-cü maddələrinin imperativ tələbləri fundamental şəkildə pozulmuşdur. Şikayətçi əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini əsaslandırmamış, cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə, konkret olaraq hansı şəxslərin adları, soyadları, ata adları və yaşayış yerləri göstərilməklə təsdiq olunduğunu, habelə hansı sənədlərlə və digər konkret sübutlarla sübuta yetirildiyini qeyd etməmişdir. Sübutların şikayət ərizəsində bu dərəcədə qeyri-müəyyən qoyulması məhkəmənin hazırlıq iclasında baxılan iddiaları cinayət işi statusunda qəbul etməsinə birbaşa qanuni maneə yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan qüsurlar sadəcə formal xarakterli nöqsanlar olmayıb, xüsusi ittiham şikayətinin həm formasını, həm də maddi-hüquqi əsaslarını yoxa çıxaran sistemli prosessual pozuntulardır. CPM-in 293.3-cü maddəsinin elementlərinin hər biri ittihamın əsasını təşkil etdiyi üçün, onların ərizədə tam və aydın göstərilməməsi məhkəmə tərəfindən cinayət təqibi icraatının başlanmasını hüquqi baxımdan qeyri-mümkün edir. Birinci instansiya məhkəməsi şikayətin məzmunundakı bu kobud uyğunsuzluqları haqlı olaraq əsas götürərək şikayəti icraata qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Eləcədə oxşar mövqeni paylaşan Birləşmiş Millətlər Təşkilatının ## ###### 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və ## ###### 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən mühafizə və müdafiə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin ## ###### 2014-cü il tarixli Plenumunun 2-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Ancaq, bununla yanaşı həmin Qərarın 11-ci bəndində qeyd edilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPMnin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Təhlil oluna işdən aydın olur ki, baxan birinci instansiya məhkəməsi yuxarıda istinad edilmiş qanunvericiliyin tələblərini rəhbər tutaraq xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina etmişdir. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fkirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən qanunvericiliyin tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin ## ###### 2014-cü il tarixli Plenum qərarının 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-in 393.3-cü maddəsinə görə: 293.3. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu CPM-in 293.3.1-ci və 293.3.6-cı maddələrinin tələblərinə uyğun deyildir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsində şikayətin verildiyi yeri (CPM-in 293.3.1-293.3.7-ci maddələri) qeyd etməmişdir. Halbuki, CPMin 293.3.6-cı maddəsinə əsasən şikayətdə şikayətin verildiyi tarix (il, ay və gün) və yer qeyd edilməlidir. Məhkəmə kolegiyası tədqiq edilmiş faktlara hüquqi qiymət verərək və qeyd edilən hüquq normalarına istinad edərək hesab edir ki, birinci instansiya məhkəməsi Əsgərov Mehman Mahir oğlunun xüsusi ittiham qaydasında X1 barəsində verdiyi şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə və Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı ləğv edilə bilməz. CPM-in 398.1.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin hökm və yа qərаrını dəyişdirmədən, apellyasiya şikayəti və ya apellyasiya protestini təmin etmədən saxlanılması haqqında qərаr qəbul edə bilər. Məhkəmə kоllegiyаsı şərh edilənlərə əsаsən və CPM-in 391, 397, 398 və 410-cu mаddələrini rəhbər tutаrаq, qərara aldı: Apellyаsiyа şikаyəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn CPM-in 410-cu mаddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə kаssаsiyа şikаyəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-111/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-111/2026
09.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver