Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-114/2026 16.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Səmədov Xəqani Hacı oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi İbrahimov Xəyal Rahim oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(5-158)-4/2026(sədrlik edən A.Mövlayev) nömrəli hökmü ilə, ## ###### 2004-cü ildə Şəki şəhərində anadan, olmuş, Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəki şəhəri M.İbrahimov hüçəsi ev 10 ünvanında yaşayan, yaşamış, barəsində barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdən ## ####### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Şəki rayon İcra və Probasiya Şöbəsinə tapşırılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərinə Şəki rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Şəki şəhəri, M.İbrahimov küçəsi, ev 10, ünvanını tərk etməmək, Şəki rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, iş üzrə maddi sübut olan 1 Ədəd CD Disk cinayət işi materiallarında saxlanılması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə o, qəsdən, tamah niyyati İlə, saxlanc yerinə qanunsuz daxİl olmaqla vahid niyyatla əhatə olunan qəsdlə özgənin əmlakını gizli yolla talalama maqsədilə 2025- ci ilin may, iyun və oktyabr ayları ərzində, müxtəlİf vaxtlarda, İstintaqla dəqiq müəyyən olunmamış günlərdə va saatda Zərərçəkmiş şəxs istifadəsində olan, saxlanc yeri hesab edilən Şəki şəhəİ, R.Ocaqov (köhna Sarabskİ) küçəsində yerləşən 12 sot kənarları hasar və məftİl torun hasarlannmış torpaq sahəsinə məftil torun üzərindən keçməklə qanunsuz olaraq içəri daxİI olub həmin torpaq sahəsində olan Zərərçəkmiş şəxs məxsus 900 manat dəyərində 3 ədəd "GAZ 53” süratlar gutusu (karopka), 160 manat dəyərində 1 ədəd "GAZ 52" sürət qutusu, 180 manat dəyərində ədəd zil süratlər qutusu, 80 manat dəyərində 1 ədəd "GAZ 52" sürətlər qutusu soyuducusu (radiatoru), 100 manat dəyərində 2 ədəd "Kamaz” elektrik generatoru, 400 manat dəyərində 5 ədədə qızdırıcı radiatoru, 50 manat dəyərində 2 ədəd "GAZ 53” arxa ötürücü ox (palovka), 240 manat dəyərində 4 ədəd "GAZ 53” təkər diski, 90 manat dəyərində 1 ədəd "ZİL” təkər diski, 80 manat dayarində 1 ədəd kombayn işə salma mühəriki (stater), 160 manat dəyərində 2 ədəd "GAZ. 53” işə salma mühərriki, 30 manat dəyərində 10 ədəd maye ötürücü boru, 160 manat dəyərində 1 ədəd "GAZ 53" slindri bloku, 100 manat dəyərində 4 ədəd 10 tonluq qaldırıcı qurğu (domkrat), 20 manat dəyərində 2 ədəd isidici, 250 manat dəyərində 5 komplekt "GAZ 53" yaylı asqı sistemi (resor), 180 manat dəyərində 80 traktorun 2 ədəd İşə salma mühərrikİ, 20 manat dəyərində 2 vedrə bolt, qayka, 120 manat dəyərində 4 odad "GAZ 53” sarsıntı udan yaymaçı (amartizator), 50 manat dəyərində 1 ədəd T80-ın yonulmayan başlığı, 20 manat dəyərində 1 ədəd T-80-ın yarasız başlığı, 70 manat dəyərndə 3 ədad "GAZ 53" yağ radiatoru, 70 manat dəyərində 1 ədəd kamazın yağ soyuducusu (radiatoru), 350 manat dəyərində 1 ədəd atayol markalı avtobusun şu soyuducusu (radiator), 80 manat dəyərində ədəd "ZİL" soyuducu mühərriki (radiator), 80 manat dəyərində İ ədəd "GAZ 53” differensial bloku (reduktor), 10 manat dəyərində İ ədəd qaldıncı ling, 50 manat dəyərində İ ədəd kombayn ayləc baltası (xapatok sepi), 60 manat dəyərində 1 ədəd "Jİqulİ” işə salma mühərriki, 35 manat dəyərində 1 ədə "GAZ 53" krank mili ucu (qojik), 25 manat dəyərində 1 ədəd "Jiqulİ” krank mili ucu, 50 manat dəyərində 12 ədəd "GAZ 53" aylac balatası (tarmaznoy), 80 manat dəyərində İ ədəd kombayn güc ötürücüsü (variatoru), 20 manat dəyərində İ ədad yararsız hava sıxıcı (kompressor) borusunu, ümumilikdə cəmi 4370 (dörd min üç yüz yetmiş) manat dəyərində həmin əmlakları vahid niyyatlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla oğurlayaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə cəmi 4370 (dörd min üç yüz yetmiş) manat dəyərində maddi ziyan vuraraq qəsdən oğurluq cinayatini törətmişdir İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində barəsində ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instasniya məhkəməsinin qərarı əsassızdır. Belə ki, onun psixoloji vəziyyəti normal deyil. Hərbi xidmətdən gəldikdən sonra ambulator müalicə almışdır. Zərərçəkmişə dəymiş ziyanı ödəmişdir. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 hökmün qanuni, əsaslı və ədalətli olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi hökmün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Cinayət işinin 134-ci vərəqəsində olan məhkəmə- pslxiatrik ekspertizasının ##.##.2025ci il tarixli, *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oglunda halhanrda "yüngül dərəcədə ifadə olunmuş nevrasteniya" müəyyən edilir. Təqsirləndirilən şəxs oglu təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini va ictimai təhlükəliliyini dərk etmək va onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlldir. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterini va ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadlr, onun əməli CM-in 21-ci maddasinin təsiri altına düşmür Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, toplanmış mötəbər sübutlara hüquqi qiymət verərək təqsirləndirilən şəxsin əməlini CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə, müxtəlif vaxtlarda zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində olan və saxlanc yeri hesab edilən torpaq sahəsinə qanunsuz daxil olaraq ümumilikdə 4370 manat dəyərində müxtəlif növ ehtiyat hissələrini gizli olaraq talaması faktı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində göstərdiyi hərbi xidmətdən qayıtdıqdan sonra psixoloji vəziyyətinin normal olmaması və ambulator müalicə alması barədə dəlilləri məhkəmə kollegiyası tərəfindən cinayət mühakimə icraatı qaydalarına uyğun olaraq diqqətlə yoxlanılmışdır. Apellyasiya baxışı zamanı cinayət işinin materiallarında, xüsusən işin 134-cü vərəqəsində yer alan məhkəmə-psixiatrik ekspertizasının ## ###### 2025-ci il tarixli, *** nömrəli rəyi məhkəmə iclasında ətraflı tədqiq edilmişdir. Ekspertiza rəyindən birmənalı şəkildə görünür ki, Təqsirləndirilən şəxs halhazırda yalnız "yüngül dərəcədə ifadə olunmuş nevrasteniya" müəyyən edilir və o, təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, habelə ictimai təhlükəliliyini tam dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Həmin rəy və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlar təqsirləndirilən şəxsin əməli törədən zaman və hal-hazırda anlaqlı olduğunu təsdiq edir, bu səbəbdən onun törətdiyi cinayətə görə cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün CM-in 21-ci maddəsində nəzərdə tutulmuş hüquqi əsaslar mövjud deyildir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin zərərçəkmişə dəymiş maddi ziyanı tamamilə ödəməsi barədə dəlilini nəzərdən keçirərək qeyd edir ki, bu hal birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən CM-in 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi artıq tanınmış və nəzərə alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarına uyğun olaraq, cəzanı yüngülləşdirən halların müəyyən edilməsi cəzanın fərdiləşdirilməsinə və ədalətli təyin olunmasına xidmət edir. Şəki Rayon Məhkəməsi təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, subay olmasını, gənc yaşda olmasını və dəymiş ziyanın ödənilməsini nəzərə alaraq, CM-in 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza növlərini (məsələn, azadlıqdan məhrumetmə cəzasını) tətbiq etməmiş, onun barəsində cəmiyyətdən təcrid etmə mühiti ilə bağlı olmayan alternativ və daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasını seçmişdir. Təqsirləndirilən şəxsə təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası (CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı müddət çıxılmaqla qəti olaraq 1 il 11 ay 26 gün) cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə tam mütənasibdir. CM-in 41.2-ci maddəsinin tələbinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017ci il tarixli Sərəncamının tövsiyələrinə uyğun olaraq, birinci instansiya məhkəməsinin seçdiyi bu cəza növü həm zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının bərpası, həm də təqsirləndirilən şəxsin cəmiyyətdən ayrılmadan islah olunması məqsədlərinə xidmət edir və qanunun sanksiya hədləri daxilində tam əsaslandırılmışdır. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CPM-nin 420.3-cü maddəsinə dair” ## ##### 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət prosesində zərər çəkmiş cinayətin açılmasında, iş üzrə həqiqətin müəyyən edilməsində, təqsirləndirilən şəxsin ifşa olunmasında, onun əməlinin düzgün tövsif edilməsində və törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxs olmaqla yanaşı təqsirləndirilən şəxsə qarşı duran tərəf qismində çıxış edir. Zərər çəkmiş şəxsin xüsusi marağı cinayət törədilməsi nəticəsində pozulmuş bütün hüquqlarının bərpa edilməsindən, ona vurulmuş nəinki maddi, həm də mənəvi zərərin ödənilməsindən ibarətdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli qərarları) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. X2 çərçivəsinde residiv halı dövlət üçün mühüm bir siqnal rolunu oynayır: şəxsin məhkumluqdan sonra yenidən cinayət törətməsi əvvəlki cəzaçəkmə müddətinin reintegrasiya məqsədinə nail olmadığını göstərir. Bu vəziyyətdə dövlətin daha ciddi cəza tədbirinin tətbiq edilməsi barəde qərar qəbul etməsi X2 4(1)-ci maddəsindəki «cəmiyyəti cinayətkarlıqdan qorumaq» məqsədinə tamamilə uyğundur. İHAK-ın 6-cı və 7-ci maddələrinin tələbləri baxımından təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası qanunla müəyyən edilmiş sanksiya hədləri daxilindədir və aşkar qeyri-mütənasiblik təşkil etmir. AİHM-in Kafkaris Kiprə qarşı işində qeyd olunduğu kimi, residiv faktı daxili məhkəmələrə daha sərt cəza təyin etmək üçün qanuni diskresiya səlahiyyəti verir. Belə olan halda, məhkəmə kollegiyası Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. CM-nin 4-cü maddəsinə əsasən Cinayət Məcəlləsi qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır — cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Ədalət» anlayışı bu kontekstde proporsionallıq ideyasını özündə daşıyır: cəza nə artıq yüngül, nə də artıq ağır olmamalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın bu üç məqsədi — sosial ədalət, islah, xəbərdarlıq — bir-biri ilə üzvi bağlılıqda olub, məhkəmənin cəza seçərkən nəzərə almalı olduğu fundamental tələbləri müəyyən edir. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinde nəzərdə tutulmuş hədlerde ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi bu tələblərin hamısına riayət etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cinayət törətmiş şəxs barəsinde daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud məhkəmənin istinad etdiyi ağırlaşdıran hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini artıran hallara aid olmasın. Halbuki bu işdə belə bir vəziyyət mövcud deyildir. Bütün bu əsaslara görə məhkəmə kollegiyası Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya hökmü dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili İbrahimov Xəyal Rahim oğluna məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 8 (səkkiz) saat üçün 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından İbrahimov Xəyal Rahim oğlunun işlədiyi Şəki Regional Vəkil Bürosunun «UNİBANK» KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsinde nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. .
Məhkəmə qərarları › İş №1(3-10)-114/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-114/2026
16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver