Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-116/2026 24.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hаkimlər Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Şükürov İmanverdi Həşimxan oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibаrət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarından dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Güləndam Quliyeva) ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə, ##.##.1996-cı il tarixdə Yevlax rayonu, Hacıselli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “xxxx” MMC-də nəzarətçi vəzifəsində işləyən, məhkumluğu olmayan, Yevlax rayonu, Hacıselli kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət təqibinə xitam verilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 1.1, 1.2 və 5.1-ci bəndlərinə əsasən cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, zərərçəkmiş şəxs İbrahimov Nurəddin Osman oğlunun Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyana görə pul tələbinə dair mülki iddiasının zərərçəkmiş şəxsə geri qaytarılması, ##.##.2025-ci il tarixli 1879163041 №li mədaxil qəbzinə əsasən ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun İbrahimov Nurəddin Osman oğluna geri qaytarılması, iş üzrə maddi sübut kimi tanınmış ##.##.2022ci il tarixli, ***/****/***** nömrəli, ##.##.2023-cü il tarixli, ***/****/***** nömrəli kredit (borc) və girov müqavilələri, qeyd olunan müqavilələrə əlavə olan ödəniş cədvəlləri, girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktları, plastik kartın təhvil aktları, habelə cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ilə BOKT “xxxx” ASC arasında bağlanmış ##.##.2020-ci il tarixli əmək müqaviləsi və ## ##### 2021-ci il tarixdə təsdiq edilmiş vəzifə təlimatının cinayət işinin materiallarında saxlanması, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində məhkəmə məsrəfinin tutulub Dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, ## #### 2020-ci ildən ## ##### 2024-cü ilədək BOKT “xxxx” ASC-nin Mingəçevir filialında bir sıra vəzifələrdə işləmiş, qeyd olunan filialda satış (kredit) mütəxəssisi vəzifəsində işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, filial müdiri şahid2 tərəfindən təsdiq olunmuş ## ##### 2021-ci il tarixli vəzifə təlimatına əsasən filiala müraciət etmiş müştərilərə kredit barədə məlumat vermək, kredit götürülməsi şərtlərini izah etmək, müştərilərin barəsində tərtib etdiyi məlumatların düzgünlüyünü yoxlamaq, kredit verilməsinə dair sənədləri hazırlamaq, müştərilərə imzalatdırılmasına cavabdeh olmaq, məlumatların düzgünlüyünə əmin olduqdan sonra kreditin verilməsi haqqında təklifin Kredit Komitəsinə çıxarılması üçün bu məlumatları əks etdirən sənədləri filial müdirinə təqdim etmək, təqdim etdiyi məlumatların düzgünlüyünə görə bilavasitə məsuliyyət daşımaq, müştərilərə kredit verilməsi üçün sənədləşməni, həmçinin kredit qovluğunu tam hazırlamaq və kreditin verilməsini yerinə yetirmək, daim Filialın imicini və mənafeyini qorumaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qeyd olunan normativ sənədin tələblərini yerinə yetirməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, BOKT “xxxx” ASC-yə məxsus pul vəsaitini, yəni etibar olunmuş əmlakı vahid qəsdlə öz qulluq mövqeyindən istifadə etməklə talama məqsədilə, rəsmi sənədlər, yəni ##.##.2022-ci il tarixdə likvid dəyəri 519 ABŞ dolları (həmin günün məzənnəsi ilə 882,30 manat), satış dəyəri 812,5 ABŞ dolları (həmin günün məzənnəsi ilə 1381,25 manat) olan 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl üzük, 01 ədəd qızıl kulonu girov qoyaraq həmin tarixli ***/****/*** nömrəli kredit (borc) və girov müqaviləsi əsasında 1400 (bir min dörd yüz) manat kredit götürmüş İbrahimov Nurəddin Osman oğlunun adına 18 ay müddətinə illik 52 faizlə 1400 (bir min dörd yüz) manat kredit verilməsinə dair ## ###### 2022-ci il tarixli ***/****/***** nömrəli kredit (borc) və girov müqaviləsi, eyni tarixli Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirilmə və təhvil-təslim aktı, “xxxx” ASC-yə məxsus üzərində xxxx kredit təşkilatı sözləri yazılan, “9931-1070-0262-7493” PAN nömrəli plastik kartın təhvil-təslim aktını tərtib edərək, istintaqa məlum olmayan şəraitdə sonuncunun imzasını saxtakarlaşdırmaqla filial müdiri vəzifəsində işləmiş şahid2 kreditin verilməsi haqqında təklifin Kredit Komitəsinə çıxarılması üçün tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi sənədləri təqdim edib İbrahimov Nurəddin Osman oğlunun adına 1400 (bir min dörd yüz) manat məbləğində kredit rəsmiləşdirilməsinə nail olaraq həmin məbləğin 1042 (bir min qırx iki) manat hissəsi sonuncunun adına olan ##.##.2022- ci il tarixli kredit müqavilə üzrə qalıq borca və komissiya haqqına silindikdən sonra qalan 358 (üç yüz əlli səkkiz) manat məbləğində pul vəsaitini ## ###### 2022-ci il tarixdə saat 16:53:56-da “9931-1070-0262-7493” PAN nömrəli plastik kart vasitəsilə Mingəçevir şəhərində mövcud olan, istintaqa məlum olmayan “xxxx” ASC-yə məxsus terminaldan nağdlaşdırmış, təkrarən cinayətkar niyyətini davam etdirərək yenidən İbrahimov Nurəddin Osman oğlunun adına 20 ay müddətinə illik 52 faizlə 1490 (bir min dörd yüz doxsan) manat kredit verilməsinə dair ## #### 2023-cü il tarixli ***/****/***** nömrəli kredit (borc) və girov müqaviləsi, eyni tarixli Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirilmə və təhvil-təslim aktı, “xxxx” ASC-yə məxsus üzərində xxxx kredit təşkilatı sözləri yazılan, “9931-1070-0262-7493” PAN nömrəli plastik kartın təhviltəslim aktını tərtib edərək, istintaqa məlum olmayan şəraitdə sonuncunun imzasını saxtakarlaşdırmaqla filial müdiri vəzifəsində işləmiş şahid1 kreditin verilməsi haqqında təklifin Kredit Komitəsinə çıxarılması üçün tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi sənədləri təqdim edib İbrahimov Nurəddin Osman oğlunun adına 1490 (bir min dörd yüz doxsan) manat məbləğində kredit sənədləşdirilməsinə nail olaraq həmin məbləğin 1245 (bir min iki yüz qırx beş) manat hissəsi sonuncunun adına olan ##.##.2022ci il tarixli kredit müqavilə üzrə qalıq borca və komissiya haqqına silindikdən sonra qalan 245 manat məbləğində pul vəsaitini ## #### 2023-cü il tarixdə saat 17:01-17:02-də iki dəfə olmaqla “9931-1070-0262-7493” PAN nömrəli plastik kart vasitəsilə Mingəçevir şəhərində mövcud olan, istintaqa məlum olmayan “xxxx” ASC-yə məxsus terminaldan nağdlaşdırmaqla, BOKT “xxxx” ASC-yə məxsus olmaqla İbrahimov Nurəddin Osman oğlunun adına sənədləşdirilmiş ümumilikdə 603 (altı yüz üç) manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə mənimsəməklə talamış, nəticədə fiziki şəxs İbrahimov Nurəddin Osman oğlunun adına sonuncu dəfə sənədləşdirilmiş ##.##.2023-cü il tarixli, ***/****/***** nömrəli kredit (borc) və girov müqaviləsi üzrə 1590 (bir min beş yüz doxsan) manat məbləğində əsas borc, 647,27 (altı yüz qırx yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu yaranmış, həmçinin 881 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 1497,70 manat) məbləğində qızıl-zinət əşyalarının girovda qalmasına səbəbiyyət verməklə onun hüquqlarına və mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Qeyd olunan əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 179.2.3, 308.1 və 313-cü maddələri ilə ittiham elan edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarından dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı Dövlət ittihamçısı verdiyi apellyasiya protestini əsaslandıraraq bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin (hakim Güləndam Quliyeva) ## ###### 2026-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə onun barəsində cinayət təqibinə xitam verilmiş, barəsində “Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 1.1, 1.2 və 5.1 -ci bəndlərinə əsasən cinayət təqibinə xitam verilmiş, CM-in 308.1-ci maddəsinə dair müddəalar hökmdən xaric edilmişdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı qismində etdiyi çıxışda Təqsirləndirilən şəxs barəsində CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə cinayət təqibinə xitam verilməsini, CM-in 179.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-in 46.2-ci maddəsinə əsasən 02 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini, CM-in 308.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 46.2-ci maddəsinə əsasən 02 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini, CMin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini məhkəməyə təklif etmişdir. Lakin, məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan, sübutları təhlil etmədən və bir-biri ilə müqayisə etmədən Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan CM-nin 308.1-ci maddəsini əsassız olaraq xaric etmiş, eyni zamanda onun barəsində amnistiya qərarını tətbiq edərək cinayət təqibinə xitam verməklə səhvə yol vermişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, təqsirləndirilən şəxs X.Ş.Əhmədimin CM-in 179.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı CM-in 308.1 -ci maddəsinin ittihamdan xaric edilməsi və Təqsirləndirilən şəxs barəsində CM-in 179.2.3cü maddəsi ilə amnistiya qərarı tətbiq edilməklə cinayət təqibinə xitam verilməsi hissəsində ləğv edilərək Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 308.1-ci maddələri ilə təqsirli bilinib, ona təqsirli bilindiyi maddələrlə və cinayətlərin məcmusu üzrə təklif etdiyi hədlərdə əsas və əlavə cəza təyin edilməklə barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan CM-in 308.1 -cı maddəsini xaric edərkən gəldiyi nəticəni onunla əsaslandırmağa çalışmışdır ki, Təqsirləndirilən şəxs bir hərəkətlə CM-in xüsusi hissəsinin iki normasının əlamətlərinə uyğun gələn cinayəti törətməsi, CM-in xüsusi hissəsində təsbit edilmiş ümumi və xüsusi normalar arasında rəqabət yaratmışdır. CM-in 179.2.3-cü maddəsi, CM-in 308.1-ci maddəsinə münasibətdə xüsusi norma olduğundan, təqsirləndirilən şəxsin əməli cinayətlərin məcmusunu yaratmır və bu halda normalar arasında mövcud olan rəqabət xüsusi normanın xeyrinə həll edilməli, CM-in 179.2.3-cü maddəsi onun əməlini tam əhatə etdiyindən, verilmiş ittihamdan CM-in 308.1-ci maddəsi xaric edilməlidir. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama CM-in 179.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdən isə həmin Məcəllənin 179.2.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda CM-in 308.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. İbtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqında tədqiq olunan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edib, eyni zamanda vəzifə saxtakarlığı törətməklə BOKT “İnternationa!" ASC-yə məxsus 603 manat pulu mənimsəmiş, həmçinin, İbrahimov Nurəddin Osman oğlunun adına BOKT “xxxx” ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən 1590 manat məbləğində əsas borc, 647,27 manat məbləğində faiz borcu yaranması, həmçinin 881 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 1497,70 manat) məbləğində qızıl-zinət əşyalarının girovda qalmasına səbəbiyyət verməklə onun hüquqlarına və mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib mənimsəmə cinayəti törətmiş, həmin cinayət əməli üzrə maddi ziyan dəymiş BOKT “xxxx” ASC zərər çəkmiş hüquqi şəxs kimi tanınmışdır. Həmin xüsusat üzrə, yəni dəymiş maddi ziyan üzrə CM-in 179.2.3-cü maddəsi həmin Məcəllənin 308.1ci maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Lakin, Təqsirləndirilən şəxs cinayət əməlinin nəticəsində fiziki şəxs İbrahimov Nurəddin Osman oğlunun adına sonuncu dəfə sənədləşdirilmiş ##.##.2023-cü il tarixli kredit (borc) və girov müqaviləsi üzrə 1590 manat məbləğində əsas borc, 647,27 manat məbləğində faiz borcu yaranmış, həmçinin 881 ABŞ dolları məbləğində qızıl-zinət əşyalarının girovda qalmasına səbəbiyyət verməklə onun hüquqlarına və mənafelərinə mühüm zərər vurmuşdur. Qeyd edilənlər isə müstəqil surətdə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətinin tərkibini yaratdığından Təqsirləndirilən şəxs həmin xüsusata görə CM-in 308.1-ci maddəsi ilə ittiham elan edilmiş və İbrahimov Nurəddin Osman oğlu da məhz həmin xüsusat üzrə zərər çəkmiş kimi tanınmışdır. Göründüyü kimi, maddi ziyanla bağlı olan CM-in 179-ci maddəsi, fiziki şəxsin hüquqlarına və mənafelərinə mühüm zərər vurmasına (hazırkı halda CM-in 308.1-ci mad.) münasibətdə xüsusi norma kimi çıxış edib onu əhatə edə bilməz. Lakin məhkəmə qeyd olunan halları nəzərə almadan əsassız olaraq Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-in 308.1-ci maddəsini xaric etməklə səhvə yol vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 399.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi üçün əsasdır. CPM-in 401.2-ci maddəsinə əsasən, məhkəmənin hökm və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədikdə, birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda, birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda, birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Hazırkı iş üzrə məhkəmənin müəyyən etdiyi hallar yuxarıda qeyd edilən əsaslara görə onun tədqiq etdiyi sübutlara uyğun gəlmir və bu uyğunsuzluq ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir etdiyinə görə CPMin 401.1.2-ci maddəsinə əsasən, məhkəmənin qeyd edilən qərarı ləğv edilməlidir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 1.1, 1.2 və 5.1 -ci bəndlərinə əsasən cinayət təqibinə xitam verərkən səhvə yol vermişdir. Belə ki, CM-in 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bifər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 7-ci hissəsinə əsasən həmin qərarın 1-ci və 4-cü hissələri, 5.1 -ci bəndi və 5.2.1 -ci yarımbəndi CM-İn 313-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər barəsində tətbiq edilmir. Həmin Qərarın 15-ci bəndinə əsasən cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. Məhkəmə öz qərarında Təqsirləndirilən şəxs CM-İn 179.2.3-cü maddəsi ilə yanaşı həmin Məcəllənin 313-cü maddəsi ilə də təqsirli bilmiş və CM-İn 313-cü maddəsi ilə onun barəsində CPM-in 39.1.3-cü maddəsinə əsasən bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam vermişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında CM-İn 179.2.3-cü maddəsi ilə yanaşı CM-in 313-cü maddəsi ilə ittiham olunmuş və həmin maddə ilə ittiham olunan şəxslər barəsində amnistiya qərarının tətbiq edilməsi məhdudlaşdırıldığından onun barəsində “Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025ci il tarixli Qərarı tətbiq edilə bilməzdi. Lakin, buna baxmayaraq məhkəmə qərarında səhvə yol verməklə ##.##.2025-ci il tarixli amnistiya qərarının 15-ci bəndinin tələbini nəzərə almadan Təqsirləndirilən şəxs barəsində amnistiya qərarını tətbiq edərək cinayət təqibinə xitam vermişdir. Göründüyü kimi məhkəmə tərəfindən cinayət qanununun norması düzgün tətbiq edilməmişdir. CPM-nin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 179.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından CM-in 308.1-ci maddəsinin ittihamdan xaric edilməsi və Təqsirləndirilən şəxs barəsində CM-in 179.2.3-cü maddəsi ilə amnistiya qərarı tətbiq edilməklə cinayət təqibinə xitam verilməsi hissəsində ləğv edilməsi, Təqsirləndirilən şəxs CM-ın 179.2.3 və 308.1-ci maddələri ilə təqsirli bilinib, ona təqsirli bilindiyi maddələrlə və cinayətlərin məcmusu üzrə təklif etdiyi hədlərdə əsas və əlavə cəza təyin edilməklə barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamısı X1 apellyasiya protestini müdafiə edərək bildirdi ki, Təqsirləndirilən şəxs bir hərəkətlə CM-in xüsusi hissəsinin iki normasının əlamətlərinə uyğun gələn cinayəti törətməsi, CM-in xüsusi hissəsində təsbit edilmiş ümumi və xüsusi normalar arasında rəqabət yaratmışdır. CM-in 179.2.3-cü maddəsi, CM-in 308.1-ci maddəsinə münasibətdə xüsusi norma olduğundan, təqsirləndirilənin əməli cinayətlərin məcmusunu yaratmır və bu halda normalar arasında mövcud olan rəqabət xüsusi normanın xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlinin nəticəsində fiziki şəxs İbrahimov Nurəddin Osman oğlunun adına sonuncu dəfə sənədləşdirilmiş kredit və girov müqaviləsi üzrə 1590 manat məbləğində əsas borc, 647,27 manat məbləğində faiz borcu yaranmış, həmçinin 881 ABŞ dolları məbləğində qızıl-zinət əşyalarının girovda qalmasına səbəbiyyət verməklə onun hüquqlarına və mənafelərinə mühüm zərər vurmuşdur. Qeyd edilənlər isə müstəqil surətdə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətinin tərkibini yaratdığından Təqsirləndirilən şəxs həmin xüsusata görə CM-in 308.1-ci maddəsi ilə ittiham elan edilmiş və İbrahimov Nurəddin Osman oğlu da məhz həmin xüsusat üzrə zərər çəkmiş kimi tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 1.1, 1.2 və 5.1-ci bəndlərinə əsasən cinayət təqibinə xitam verərkən səhvə yol vermişdir. Belə ki, CM-in 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 7-ci hissəsinə əsasən həmin qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər barəsində tətbiq edilmir. Həmin Qərarın 15-ci bəndinə əsasən cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. Məhkəmə öz qərarında təqsirləndirilən şəxsi CM-nin 179.2.3-cü maddəsi ilə yanaşı həmin Məcəllənin 313-cü maddəsi ilə də təqsirli bilmiş və CM-nin 313cü maddəsi ilə onun barəsində CPM-in 39.1.3-cü maddəsinə əsasən bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam vermişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında CM-nin 179.2.3-cü maddəsi ilə yanaşı CM-in 313-cü maddəsi ilə ittiham olunmuş və həmin maddə ilə ittiham olunan şəxslər barəsində amnistiya qərarının tətbiq edilməsi məhdudlaşdırıldığından onun barəsində “Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarı tətbiq edilə bilməzdi. Odur ki, apellyasiya protestinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarının CM-nin 308.1-ci maddəsinin ittihamdan xaric edilməsi və təqsirləndirilən şəxs barəsində CM-nin 179.2.3-cü maddəsi ilə amnistiya qərarı tətbiq edilməklə cinayət təqibinə xitam verilməsi hissəsində ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 179.2.3 və 308.1-ci maddələri ilə təqsirli bilinərək qeyd edilən maddələrlə və cinayətlərin məcmusu üzrə təklif edilən hədlərdə əsas və əlavə cəza təyin edilməsi barəsində ittiham hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya protestinə etiraz edərək bildirdi ki, dövlət ittiahmçısı apellyasiya protestində təqsirləndirilən şəxsin ittiham olunduğu maddələri həm məcmu halında göstərir, həm də qeyd edir ki, hər maddəyə xüsusi norma tətbiq edilməlidir. Məcmu halında göstərilərək bildirilir ki, amnistiya aktında CM-nin 313-cü maddə məhdidiyyətlər sırasındadır. Bu səbəbdən də təqsirləndirilən şəxsin ittiham olunduğu digər maddələrə də amnistiya tətbiq edilməməlidir. Lakin digər tərəfdən deyilir ki, şəxsin təqsirləndirildiyi CM-nin 313-cü maddəsi müddət keçdiyi üçün ittihamdan xaric edilib və əsas mübahisə CM-nin 308-ci maddəsi ilə bağlıdır. Hesab edir ki, dövlət ittihamçısı məsələyə düzgün hüquqi prizmadan yanaşmamışdır. Ümumi praktikaya nəzər salsaq görərik ki, CM-nin 308-ci maddəsi həmişə həmin Məcəllənin 179-cu maddəsi bağlı şəkildə çıxış edir. Əgər CM-179-cu maddəsi ittihamdan xaric edilirsə, bir mənalı olaraq CM-nin 308-ci maddəsi də ittihamdan xaric edilməlidir. Apellyasiya protestinin digər hissəsi olan amnistiya aktının tətbiqi ilə bağlı hissəsinə münasibətdə bildirmək istəyir ki, amnistiya aktında tətbiq olunacaq maddələr konkret olaraq göstərilmişdir. Birinci instansiya məhkəməsinin hakimi də həmin maddələrə istinad edərək təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq etmişdir. Yenə də qeyd edir ki, dövlət ittihamçısı bildirmişdir ki, CM-nin 313-cü maddəsinə amnistiya tətbiq edilə bilməz, həmin maddə məhdudiyyətlər sırasındadır. Təqsirləndirilən şəxs də həmin maddə də daxil üç maddənin məcmusu üzrə ittiham olunur. Şəxsin təqsirləndirildiyi CM-nin 313-cü maddəsi ittihamdan xaric olunmuşdur. Qalan digər maddələrə amnistiya aktının tətbiq edilməmə səbəblərini dövlət ittihamçsı düzgün formada əsaslandıra bilməmişdir. Qeyd etdiklərinə əsasən hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı əsaslıdır və qərarın dəyişdirilməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Odur ki, apellyasiya protestinin təmin edilməməsini, mülki iddiaya aid hissədə isə zərərçəkmiş şəxs İbrahimov Nurəddin Osman oğlu tərəfindən verilmiş ərizənin nəzərə alınmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirdi ki, o, 2018-ci ilin noyabr ayından 2024-cü ilin aprel ayınadək “BOKT xxxx” ASCnin Mingəçevir filialında kredit mütəxəssisi vəzifəsində çalışmışdır. İşdən azad olunduqdan sonra onun kredit verdiyi müştərinin bağlanan iki kredit müqaviləsində olan imzaların özünə məxsus olmaması və müqavilələr üzrə olan borclardan məlumatlı olmaması barədə məlumat vermişlər. Bununla bağlı olaraq filial rəhbəri həmin şəxsi Mingəçevir ŞPŞ-yə və Mingəçevir şəhər prokurorluğuna yönəltmişdir. O, Mingəçevir şəhər prokurorluğuna çağırılaraq bir neçə dəfə ifadə vermiş, həmin kredit müqavilələrində olan imza sahibləri kənarda qalmışlar və o, hazırkı cinayət işi üzrə ittiham olunmuşdur. X2 iştirakçısıdır, ailədə 4 nəfərdirlər, ailənin yeganə qazanc gətirəni odur. Valideynlərinin hər ikisi xəstədir, özü isə epilepsiya xəstəsidir. Verilən suallara cavab olaraq bildirdi ki, ibtidai istintaq zamanı və ilkin məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, Mingəçevir Şəhər Məhkəməsində verdiyi sonrakı ifadələrində özünü təqsirli bilmişdir. Həmin ifadələri doğrudur və hazırda təsdiq edir. Məhkəmə iclaslarına gəlib-gedə bilmədiyi üçün, işində problem yarandığı üçün özünü təqsirli bilmişdir ki, barəsində amnistiya aktı tətbiq edilsin. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödəmişdir. Ümumi olaraq 1672 manat maddi ziyan ödəmişdir. Onun Mingəçevir Şəhər Məhkəməsinə təqdim etdiyi ## ###### 2026-cı il tarixli ərizədə qeyd olunanlar doğrudur, ərizədən imtina etmir. Müdafiəçisinin dedikləri ilə razıdır, apellyasiya protestinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklərinə baxmayaraq zərərçəkmiş şəxs İbrahimov Nurəddin Osman oğlu və zərərçəkmiş hüquqi şəxs “BOKT xxxx” ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdirlər. Zərərçəkmiş şəxs İbrahimov Nurəddin Osman oğlu ərizələrlə məhkəmə kollegiyasına müraciət edərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödədiyi üçün mülki iddia üzrə tələbinin olmadığını və mülki iddiadan imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs İbrahimov Nurəddin Osman oğlunun və zərərçəkmiş hüquqi şəxs “BOKT xxxx” ASC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı mülki iddianın geri qaytarılması hissəsinə münasibətdə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.2.3, 308.1 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2018-ci ilin noyabr ayından 2020-ci ilin iyul ayınadək “xxxx” MMC-də satış məsləhətçisi vəzifəsində işləmişdir. BOKT “xxxx” ASC-də 2020-ci iyul ayından 2021-ci ilədək kredit mütəxəssisi, 2021-ci ildən 2022-ci ilədək aparıcı kredit mütəxəssisi, 2022-ci ildən 2023cü ilədək böyük kredit mütəxəssisi, 2023-cü ilin aprel ayından 2024-cü ilin yanvar ayınadək baş kredit mütəxəssisi, 2024-cü ilin yanvar ayından həmin ilin aprel ayınadək isə qrup rəhbəri vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində filial müdiri vəzifəsində şahid2 və şahid1, əməliyyatçı-xəzinədar vəzifəsində X3 və şahid4, zərgər vəzifəsində isə şahid3 işləmişdir. Filialda işləyən digər kredit mütəxəssislərinin idarədaxili kurasiya nömrəsi olduğundan kredit mütəxəssisi kimi kurasiya nömrəsi 34 olmuşdur. Belə ki, filiala ilk dəfə müraciət etmiş müştəriyə bağlanılacaq müqavilənin şərtləri barədə hansı kredit mütəxəssisi tərəfindən məlumat verilmişdirsə, həmin müştəri filialda müqavilə bağlandıqdan sonra kurasiya nömrəsinə malik olan kredit mütəxəssisin müştərisi hesab olunmuşdur. Növbəti dəfə həmin müştəri filiala müraciət etdikdə kurasiya üzrə kredit mütəxəssisi tərəfindən kredit bağlanılması ilə əlaqədar əməli köməklik göstərilmişdir. Kredit mütəxəssisi kimi vəzifəsi BOKT “xxxx ASC-nin Mingəçevir filialına müraciət etmiş vətəndaşlara kredit(borc) və girov müqaviləsinin şərtləri barədə məlumatlandırmaqdan ibarət olmuşdur. Şərtlərlə razılaşan vətəndaşın girov qoyduğu qızıl zinət əşyalar zərgər vəzifəsində işləyən şahid3 tərəfindən qiymətləndirildikdən sonra bağlanmış kredit(borc) və girov müqaviləsi əsasında həmin vətəndaşa kredit verilmişdir. Kredit verilərkən müqavilə “BOKT xxxx ASC-nin İdarə heyəti tərəfindən vəkil təyin edilmiş filial müdiri, girov qoyan şəxs, kreditin verilməsinə nəzarət edən əməliyyatçı-xəzinədar vəzifəsində işləyən şəxsin imzası ilə təsdiq edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar bildirmişdir ki, Nurəddin İbrahimov 2022-ci ilin mart ayından BOKT “xxxx” ASC-nin Mingəçevir filialında 34-cü kurasiya nömrəsinin müştərisi, yəni onun müştərisi olduğuna görə sonuncunu qeyd olunan tarixdən etibarən tanımışdır. Belə ki, Nurəddin ## #### 2022-ci il tarixdə BOKT “xxxx” ASC-nin Mingəçevir filialına gələrək ona yaxınlaşmış və anası Mənsurə İbrahimovaya məxsus ümumilikdə xalis çəkisi 27,58 qram olan 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl üzük və 01 ədəd qızıl kulon qızıl-zinət əşyalarını girov qoyaraq kredit götürmək istədiyini bildirmişdir. Nurəddin qeyd olunan qızıl-zinət əşyalarını ona təqdim etdikdən sonra qızıl-zinət əşyalarının qiymətləndirilməsi, Nurəddinə verilə biləcək kredit məbləğinin müəyyənləşdirilməsindən ötrü filialda zərgər vəzifəsində işləyən şahid3 qızılzinət əşyalarını təqdim etmişdir. Bundan sonra şahid3 qızıl-zinət əşyalarını tərəzidə ölçərək ümumilikdə həmin qızıl-zinət əşyalarının xalis çəkisinin 27,58 qram olduğunu bildirmiş və ayrı-ayrılıqda Nurəddin İbrahimovun təqdim etdiyi qızıl-zinət əşyalarının əyarı müəyyən edilərək orta bazar qiymətinə uyğun olaraq 1 qramının likvidi hesablanmışdır. Bundan sonra qızıl-zinət əşyalarının həmin tarixə olan orta bazar qiymətinə, həmçinin BOKT “xxxx” ASC-nin aktiv şərtlərinə uyğun olaraq Nurəddinə 1400 manat məbləğində kredit verilə biləcəyini, kreditin müddətinin 18 aylıq nəzərdə tutulduğunu və aylıq 113.61 manat məbləğində ödəniş etməli olduğunu, 30 günlük müəyyən edilmiş müddəti pozmaqla ödənişi gecikdirdiyi təqdirdə həmin müddətdən sonra gecikdirilən hər gün üçün borcun ödənilməmiş qalan hissəsinə gündəlik 0,2 faiz dərəcəsi ilə dəbbə pulunun hesablanaraq tutulacağını bildirmişdir. Bağlanılacaq kredit müqaviləsi və həmin müqaviləyə əsasən nəzərdə tutulmuş şərtlər barədə Nurəddini məlumatlandırdıqdan sonra sonuncuya şərtlərlə razı olub-olmadığını soruşmuşdur. Qeyd olunan şərtlərlə Nurəddin razılaşdıqdan sonra sonuncunun təqdim etdiyi qızıl-zinət əşyaları ilə əlaqədar girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil təslim aktı tərtib olunmuş və həmin aktın doğruluğunu Nurəddin İbrahimov, zərgər vəzifəsində işləyən şahid3 və qızıl-zinət əşyalarını təhvil alan əməliyyatçı xəzinədar X3 öz imzaları ilə təsdiq etmişdirlər. BOKT “xxxx” ASC-də nəzərdə tutulmuş qaydada prosedurlar icra olunaraq Nurəddinin təqdim etdiyi qızıl-zinət əşyaları və şəxsiyyət vəsiqəsi ilə birlikdə filialda mövcud olan kamera vasitəsi ilə fotoşəkili çəkilmiş və həmin fotoşəkillər ilə birlikdə qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktı tərəfindən elektron poçt vasitəsi ilə həmin vaxt filial müdiri vəzifəsində işləmiş şahid2 elektron poçt ünvanına göndərilmiş, daha sonra həmin sənədlər sonuncu tərəfindən elektron poçt vasitəsi ilə Kredit Komitəsi kimi fəaliyyət göstərən BOKT “xxxx” ASC-nin Filialların idarə edilməsi və satış departamentinin işçilərinə göndərilmiş və Kredit Komitəsi tərəfindən müqavilə bağlanılmasına razılıq verildikdən sonra Nurəddin İbrahimovun barəsində verilmiş məlumatlar əsasında əməliyyatçı-xəzinədar vəzifəsində işləmiş Südabə Əlibəyli tərəfindən “Progress” adlı tətbiqdə kredit müqaviləsi və kredit müqaviləsinə əlavə olan sənədlər hazırlanmışdır. Həmin müqavilə və müqaviləyə əlavə olan ödəniş cədvəli, plastik kartın təhvil aktları hazırlandıqdan sonra Südabə tərəfindən “Qızıl” adlı tətbiqdə çap edilmiş və ## #### 2022-ci il tarixli, ***/****/*** nömrəli kredit (borc) və girov müqaviləsi və həmin müqaviləyə əlavə olan ödəniş cədvəli və plastik kartın təhvili aktları Südabə Əlibəyli, filial müdiri şahid2 və girov qoymuş müştəri Nurəddin İbrahimov tərəfindən imzalanmışdır. Həmin sənədlər imzalandıqdan sonra, qeyd olunan sənədlər, təhvil veriləcək plastik kartın fotoşəkili, Nurəddin İbrahimovun şəxsiyyət vəsiqəsinin surəti skan edilmiş şəkildə, həmçinin əlavə olaraq girov qoyulmuş qızıl-zinət əşyasının fotoşəkli və Nurəddinin filialda mövcud olan kamera ilə çəkilmiş şəkli toplu şəkildə Südabə tərəfindən yenidən “Qızıl” adlı tətbiqə yüklənmiş və BOKT “İntemational” ASC-nin Əməliyyat şöbəsinin işçiləri tərəfindən yüklənmiş sənədlər dəqiqləşdirilmə aparılaraq təsdiq olunduqdan sonra kim tərəfindən verildiyini xatırlamadığı şəxs tərəfindən “xxxx” ASC-yə məxsus olan üzərində İntemational kredit təşkilatı yazılan, “9931-1070-0137- 1598” PAN nömrəli local plastik kart Nurəddin İbrahimova təhvil verilmişdir. Həmin plastic kart hesabına 1400 manat məbləğində pul vəsaitindən komissiya və digər proseslərlə bağlı pul vəsaiti çıxıldıqdan sonra 1331 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Nurəddin İbrahimov plastik kart təhvil verildikdən sonra aylıq olaraq ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğdə borc pul vəsaitinin ödənişini həyata keçirmişdir. Nurəddin ## ###### 2022-ci il tarixdə təkrarən filiala yaxınlaşaraq pul vəsaitinə ehtiyacı olduğunu, ## #### 2022-ci il tarixdə bağlanmış kredit(borc) və girov müqaviləsinə əsasən ödənilməmiş borcunun ödənilməsi və həmin tarixdə girov qoyduğu qızıl-zinət əşyalarının yenidən qiymətləndirilərək kredit (borc) və girov müqaviləsi bağlamaq istədiyini bildirmişdir. Nurəddin İbrahimovun ## ###### 2022-ci il tarixli filiala etmiş olduğu müraciət əsasında sonuncunun ## #### 2022-ci il tarixdə girov qoymuş olduğu qızıl-zinət əşyalarının filiala gətirilmədən, həmin tarixə uyğun olaraq bazar qiyməti zərgər vəzifəsində işləyən şahid3 tərəfindən hesablanmış, bundan sonra Nurəddinə tərəfindən 1400 manat məbləğində kredit müqaviləsinin bağlanılacağı, əvvəlki müqaviləyə əsasən ödənilməmiş borc məbləği ödənildikdən sonra hesabına 360 manat məbləğində pul vəsaitinin köçürüləcəyi, kredit borcunun 18 ay müddətinə olmaqla aylıq 113,61 manat məbləğində ödəniş həyata keçirməsi barədə məlumat verilmişdir. Nurəddin vermiş olduğu məlumatdan sonra kredit (borc) və girov müqaviləsi bağlanılmasına razılıq vermiş və həmin razılıqdan sonra kredit verilməsi proseduruna uyğun olmaqla sonuncunun təqdim etdiyi qızıl-zinət əşyaları ilə əlaqədar girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktı tərtib olunmuş və həmin aktın doğruluğunu Nurəddin İbrahimov, zərgər vəzifəsində işləyən şahid3 və qızıl-zinət əşyalarını təhvil alan əməliyyatçı-xəzinədar şahid4 öz imzaları ilə təsdiq etmişdirlər. BOKT “xxxx” ASC-də nəzərdə tutulmuş qaydada prosedurlar icra olunaraq Nurəddinin təkrar kredit götürməsi ilə bağlı müraciəti nəzərə alınmaqla sonuncunun özünəməxsus şəxsiyyət vəsiqəsi ilə birlikdə filialda mövcud olan kamera vasitəsilə fotoşəkli çəkilmiş və həmin fotoşəkillər ilə birlikdə qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktı tərəfindən elektron poçt vasitəsilə həmin vaxt filial müdiri vəzifəsində işləmiş şahid2 elektron poçt ünvanına göndərilmişdir. Həmin sənədlər filial müdiri şahid2 tərəfindən elektron poçt vasitəsilə Kredit Komitəsi kimi fəaliyyət göstərən BOKT “İntemational” ASC-nin Filialların idarə edilməsi və satış departamentinin işçilərinə göndərilmiş və Kredit Komitəsi tərəfindən müqavilə bağlanılmasına razılıq verildikdən sonra Nurəddin İbrahimovun barəsində verilmiş məlumatlar əsasında əməliyyatçı-xəzinədar vəzifəsində işləmiş şahid4 tərəfindən “Progress” adlı tətbiqdə kredit müqaviləsi və kredit müqaviləsinə əlavə olan sənədlər hazırlanmışdır. Həmin müqavilə və müqaviləyə əlavə olan ödəniş cədvəli, plastik kartın təhvil aktları hazırlandıqdan sonra Türkan tərəfindən “Qızıl” adlı tətbiqdə çap edilmiş və ## ###### 2022-ci il tarixli, ***/****/***** nömrəli kredit (borc) və girov müqaviləsi və həmin müqaviləyə əlavə olan ödəniş cədvəli və plastik kartın təhvili aktları şahid4, filial müdiri şahid2 və girov qoymuş müştəri Nurəddin İbrahimov tərəfindən imzalanmışdır. Həmin sənədlər imzalandıqdan sonra, qeyd olunan sənədlər, təhvil veriləcək plastik kartın fotoşəkili, Nurəddin İbrahimovun şəxsiyyət vəsiqəsinin surəti skan edilmiş şəkildə, Nurəddinin filialda mövcud olan kamera ilə çəkilmiş şəkli toplu şəkildə Türkan tərəfindən yenidən “Qızıl” adlı tətbiqə yüklənmiş və BOKT “xxxx” ASC-nin Əməliyyat şöbəsinin işçiləri tərəfindən yüklənmiş sənədlər dəqiqləşdirilmə aparılaraq təsdiq olunduqdan sonra kim tərəfindən verildiyini xatırlamadığı şəxs tərəfindən Nurəddinə “xxxx” ASC-yə məxsus olan üzərində xxxx kredit təşkilatı yazılan, “9931-1070- 0262-7493” PAN nömrəli local plastik kart təhvil verilmişdir. Nurəddin İbrahimovla müqavilə bağlandıqdan və həmin müqaviləyə əsasən plastik kart təhvil verildikdən sonra sonuncu aylıq nəzərdə tutulmuş kredit ödənişini həyata keçirmişdir. Nurəddin İbrahimov üçüncü dəfə kredit götürməklə əlaqədar ## #### 2023-cü il tarixdə BOKT “xxxx” ASC-nin Mingəçevir filialına müraciət edərək ## ###### 2022-ci il tarixdə bağlanmış kredit(borc) və girov müqaviləsinə əsasən ödənilməmiş borcunun ödənilməsi və ## #### 2022-ci il tarixdə girov qoyduğu qızıl-zinət əşyalarının yenidən qiymətləndirilərək bununla əlaqədar kredit (borc) və girov müqaviləsi bağlamaq istədiyini bildirmişdir. Nurəddin İbrahimovun ## #### 2023-cü il tarixli filiala etmiş olduğu müraciət əsasında sonuncunun ## #### 2022-ci il tarixdə girov qoymuş olduğu qızıl-zinət əşyalarının filiala gətirilmədən, həmin tarixə uyğun olaraq bazar qiyməti zərgər vəzifəsində işləyən şahid3 tərəfindən hesablanmış, bundan sonra Nurəddinə tərəfindən 1490 manat məbləğində kredit müqaviləsinin bağlanılacağı, əvvəlki müqaviləyə əsasən ödənilməmiş borc məbləği ödənildikdən sonra hesabına 247 manat məbləğində pul vəsaitinin köçürüləcəyi kredit borcunun 20 ay müddətinə olmaqla aylıq 112.90 manat məbləğində ödəniş həyata keçirməsi barədə məlumat verilmişdir. Nurəddin vermiş olduğu məlumatdan sonra kredit (borc) və girov müqaviləsi bağlanılmasına razılıq vermiş və həmin razılıqdan sonra kredit verilməsi proseduruna uyğun olmaqla sonuncunun təqdim etdiyi qızıl-zinət əşyaları ilə əlaqədar girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktı tərtib olunmuş və həmin aktın doğruluğunu Nurəddin İbrahimov, zərgər vəzifəsində işləyən şahid3 və qızıl-zinət əşyalarını təhvil alan əməliyyatçı-xəzinədar şahid4 öz imzaları ilə təsdiq etmişdirlər. BOKT “xxxx” ASC-də nəzərdə tutulmuş qaydada prosedurlar icra olunaraq Nurəddinin təkrar kredit götürməsi ilə bağlı müraciəti nəzərə alınmaqla sonuncunun özünəməxsus şəxsiyyət vəsiqəsi ilə birlikdə filialda mövcud olan kamera vasitəsi ilə fotoşəkli çəkilmiş və həmin fotoşəkillər ilə birlikdə qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktı tərəfindən elektron poçt vasitəsi ilə həmin vaxt filial müdiri vəzifəsində işləmiş şahid1 elektron poçt ünvanına göndərilmişdir. Həmin sənədlər filial müdiri şahid1 tərəfindən elektron poçt vasitəsi ilə Kredit Komitəsi kimi fəaliyyət göstərən BOKT “xxxx” ASC-nin Filialların idarə edilməsi və satış departamentinin işçilərinə göndərilmiş və Kredit Komitəsi tərəfindən müqavilə bağlanılmasına razılıq verildikdən sonra Nurəddin İbrahimovun barəsində verilmiş məlumatlar əsasında əməliyyatçı-xəzinədar vəzifəsində işləmiş şahid4 tərəfindən “Progress” adlı tətbiqdə kredit müqaviləsi və kredit müqaviləsinə əlavə olan sənədlər hazırlanmışdır. Həmin müqavilə və müqaviləyə əlavə olan ödəniş cədvəli, plastic kartın təhvil aktları hazırlandıqdan sonra Türkan tərəfindən “Qızıl” adlı tətbiqdə çap edilmiş və ## #### 2023-cü il tarixli, ***/****/***** nömrəli kredit (borc) və girov müqaviləsi və həmin müqaviləyə əlavə olan ödəniş cədvəli və plastik kartın təhvili aktları şahid4, filial müdiri şahid1 və Nurəddin İbrahimov tərəfindən imzalanmışdır. Həmin sənədlər imzalandıqdan sonra, qeyd olunan sənədlər, Nurəddin İbrahimovun şəxsiyyət vəsiqəsinin surəti skan edilmiş şəkildə, Nurəddinin filialda mövcud olan kamera ilə çəkilmiş şəkli toplu şəkildə Türkan tərəfindən yenidən “Qızıl” adlı tətbiqə yüklənmiş və BOKT “İntemational” ASC-nin Əməliyyat şöbəsinin işçiləri tərəfindən yüklənmiş sənədlər dəqiqləşdirilmə aparılaraq təsdiq olunduqdan sonra Nurəddin İbrahimova ## ###### 2022-ci il tarixdə təhvil verilmiş “9931-1070-0262-7493” PAN nömrəli local plastik kartın özündə olub-olmamasını və kartın parolunu xatırlayıb-xatırlamamasını soruşduqda sonuncu həmin plastik kartın özündə olduğunu və kartın parolunu xatırladığını bildirdiyindən və həmin PAN nömrəli kartın istifadə müddəti bitmədiyindən bağlanılmış ## #### 2023-cü il tarixli müqaviləyə əsasən veriləcək kredit həmin plastik kart hesabına köçürülmüşdür. Nurəddin İbrahimov həmin müqaviləyə əsasən ödənişləri altı ay müddətinə həyata keçirdikdən sonra ## ######## 2023-cü il tarixdə 4-cü dəfə filiala müraciət edərək ## #### 2023-cü il tarixdə bağlanmış kredit (borc) və girov müqaviləsinə əsasən ödənilməmiş borcunun ödənilməsi və ## #### 2022-ci il tarixdə girov qoyduğu qızıl-zinət əşyalarının yenidən qiymətləndirilərək 800 manat məbləğində kredit götürmək üçün kredit(borc) və girov müqaviləsi bağlamaq istədiyini bildirmişdir. Nurəddin İbrahimovun ## ######## 2023-cü il tarixli filiala etmiş olduğu müraciət əsasında sonuncunun ## #### 2022-ci il tarixdə girov qoymuş olduğu qızıl-zinət əşyalarının filiala gətirilmədən, həmin tarixə uyğun olaraq bazar qiyməti zərgər vəzifəsində işləyən şahid3 tərəfindən hesablanmış, bundan sonra Nurəddinə tərəfindən 1590 manat məbləğində kredit müqaviləsinin bağlanılacağı, əvvəlki müqaviləyə əsasən ödənilməmiş borc məbləği ödənildikdən sonra hesabına 800 manat məbləğində pul vəsaitinin köçürülə bilməyəcəyi, yəni həmin hesaba 335 manat məbləğində pul vəsaitinin köçürüləcəyi, kredit borcunun 16 ay müddətinə olmaqla aylıq 139.83 manat məbləğində ödəniş həyata keçirməsi barədə məlumat verilmişdir. Nurəddin vermiş olduğu məlumatdan sonra kredit (borc) və girov müqaviləsi bağlanılmasına razılıq vermiş və həmin razılıqdan sonra yuxarıda qeyd etdiyi prosedurlara uyğun olmaqla sonuncunun təqdim etdiyi qızıl-zinət əşyaları ilə əlaqədar girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktı tərtib olunmuş və həmin aktın doğruluğunu Nurəddin İbrahimov, zərgər vəzifəsində işləyən şahid3 və qızıl-zinət əşyalarını təhvil alan əməliyyatçı-xəzinədar şahid4 öz imzaları ilə təsdiq etmişdirlər. BOKT “xxxx” ASC-də nəzərdə tutulmuş qaydada prosedurlar icra olunaraq Nurəddinin təkrar kredit götürməsi ilə bağlı müraciəti nəzərə alınmaqla sonuncunun özünəməxsus şəxsiyyət vəsiqəsi ilə birlikdə filialda mövcud olan kamera vasitəsi ilə fotoşəkli çəkilmiş və həmin fotoşəkillər ilə birlikdə qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhviltəslim aktını toplu sənəd şəklində həmin vaxt filial müdiri şahid1 əmək məzuniyyətində olması səbəbi ilə filial müdiri vəzifəsini icra etdiyindən elektron poçt vasitəsi Kredit Komitəsi kimi fəaliyyət göstərən BOKT “xxxx” ASC-nin Filialların idarə edilməsi və satış departamentinin işçilərinə göndərmişdir. Kredit Komitəsi tərəfindən müqavilə bağlanılmasına razılıq verildikdən sonra Nurəddin İbrahimovun barəsində verilmiş məlumatlar əsasında əməliyyatçı-xəzinədar vəzifəsində işləmiş şahid4 tərəfindən “Progress” adlı tətbiqdə kredit müqaviləsi və kredit müqaviləsinə əlavə olan sənədlər hazırlanmışdır. Həmin müqavilə və müqaviləyə əlavə olan ödəniş cədvəli, plastik kartın təhvil aktları hazırlandıqdan sonra Türkan tərəfindən “Qızıl” adlı tətbiqdə çap edilmiş və ## ######## 2023-cü il tarixli, ***/****/***** nömrəli kredit (borc) və girov müqaviləsi və həmin müqaviləyə əlavə olan ödəniş cədvəli və plastik kartın təhvili aktları, şahid4, Nurəddin İbrahimov və onun tərəfindən imzalanmışdır. Həmin sənədlər imzalandıqdan sonra, qeyd olunan sənədlər, təhvil veriləcək plastik kartın fotoşəkili, Nurəddin İbrahimovun şəxsiyyət vəsiqəsinin surəti skan edilmiş şəkildə, Nurəddinin filialda mövcud olan kamera ilə çəkilmiş şəkli toplu şəkildə Türkan tərəfindən yenidən “Qızıl” adlı tətbiqə yüklənmiş və BOKT “xxxx” ASC-nin Əməliyyat şöbəsinin işçiləri tərəfindən yüklənmiş sənədlər dəqiqləşdirilmə aparılaraq təsdiq olunduqdan sonra tərəfindən “xxxx” ASC-yə məxsus olan üzərində xxxx kredit təşkilatı yazılan, “9931-1070- 0396-9761” PAN nömrəli local plastik kart Nurəddin İbrahimova təhvil verilmiş və sonuncu filialı tərk edərək getmişdir. ## ######## 2023-cü il tarixdə iş saatı axşam saat 18:00-da bitdikdən sonra Mingəçevir şəhərində 1941-1945 adlanan ərazidə təsadüfi olaraq Nurəddin İbrahimovla qarşılaşmış və sonuncu ona təqdim olunmuş plastik kartdan pul vəsaitini çıxara bilmədiyini bildirmişdir. Sonuncunun bu sözlərindən sonra köməklik məqsədilə yaxınlıqda olan “xxxx” ASC-nin terminalına yaxınlaşaraq plastik kartı terminala salmışdır. Daha sonra həmin plastik karta şifrə tətbiq etmiş və plastik kartda mövcud olan 335 manat məbləğində pul vəsaitini çıxararaq Nurəddinə təhvil vermişdir. Qeyd olunan tarixdən bir neçə gün sonra Nurəddinlə birlikdə anası Mənsurə İbrahimova və özünü Nurəddinin xalası kimi təqdim etmiş adını bilmədiyi şəxs BOKT xxxx ASC-nin Mingəçevir filialına gələrək ona müraciət etmiş və Nurəddin İbrahimovun 800 manat kredit istəməsinə baxmayaraq sonuncuya təqdim olunmuş plastik bank kartına nəyə əsasən 335 manat məbləğində pul vəsaiti köçürüldüyünü soruşmuşdurlar. Qeyd olunan şəxslər sözlərinə əlavə edərək Nurəddin İbrahimovun əlillik dərəcəsinin olduğunu və imzası ilə təsdiq etdiyi müqavilə barədə hər hansısa məlumatlarının olmadığını, gələcək günlərdə kreditlə bağlı Nurəddinin təkrarən müraciət etdiyi təqdirdə yenidən onunla müqavilə bağlanılmamasını xahiş etmişdirlər. Qeyd olunan şəxslərin bu sözlərinə cavab olaraq Nurəddin İbrahimovun bir neçə il müddətdir ki, müştərisi olduğunu və müqavilə bağlanmamışdan qabaq sonuncuya müqavilənin şərtləri barədə ətraflı məlumat verildiyini və bu şərtlərlə razılığı əldə olunduqdan sonra müqavilə bağlanılaraq imzaları ilə təsdiq etdiklərini bildirmişdir. Əlavə olaraq Nurəddinin əlillik dərəcəsinin olduğunu bilmədiyini və onun bağlanmış müqavilənin şərtləri ilə razılığının əldə olunması və müqaviləni imzası ilə təsdiq etdikdən sonra hesablanmış kreditin verildiyini qeyd etmişdir. Həmçinin bundan sonra qeyd olunan şəxslərə Nurəddin İbrahimovun 800 manat məbləğində kredit istəməsinə baxmayaraq bağlanmış ## ######## 2023-cü il tarixli kredit (borc) və girov müqaviləsi əsasında təqdim olunmuş plastik bank kartına 335 manat məbləğində pul vəsaitinin köçürülməsinə səbəb kimi Nurəddinin əvvəlki tarixlərdə bağlamış olduğu müqaviləyə əsasən ödənilməmiş kredit borcunun yeni müqavilə əsasında ödənişinin həyata keçirildiyini və köhnə müqavilənin borcu bağlanmadığına görə yeni müqavilədə nəzərdə tutulmuş pul vəsaitinin əldə oluna bilməməsini izah etmişdir. Yəni bağlanmış müqavilə əsasında Nurəddinə 1590 manat məbləğində kredit verilməsinin nəzərdə tutulmasına baxmayaraq sonuncuya 335 manat kreditin verilməsinə səbəb Nurəddinin əvvəlki tarixlərdə bağlamış olduğu müqaviləyə əsasən ödənməmiş kredit borcunun olması olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İbrahimov Nurəddin Osman oğlu verdiyi ifadəsində göstərmişdir ki, ## #### 2022-ci il tarixdə BOKT “xxxx” ASC-nin Mingəçevir filialında əvvəllər tanımadığı, qeyd olunan filialda kredit mütəxəssisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs yaxınlaşıb anası Mənsurə İbrahimovaya məxsus qızıl-zinət əşyalarını girov qoyaraq kredit götürmək istədiyini bildirmişdir. Daha sonra ümumilikdə xalis çəkisi 27,58 qram olan 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl üzük və 01 ədəd qızıl kulon qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qızıl-zinət əşyalarının qiymətləndirilməsi və verilə biləcək kredit məbləğinin müəyyənləşdirilməsindən ötrü filialda zərgər vəzifəsində işləyən şahid3 qızıl-zinət əşyalarını təqdim etmişdir. Bundan sonra şahid3 qızıl-zinət əşyalarını tərəzidə ölçərək ümumilikdə həmin qızıl-zinət əşyalarının xalis çəkisinin 27,58 qram olduğunu bildirmiş və ayrı-ayrılıqda təqdim etdiyi qızıl-zinət əşyalarının əyarı müəyyən edilərək orta bazar qiymətinə uyğun olaraq 1 qramının likvidi hesablanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarının həmin tarixə olan orta bazar qiymətinə uyğun olaraq, həmçinin BOKT “xxxx” ASC-nin aktiv şərtlərinə uyğun olaraq 1400 manat məbləğində kredit verilə biləcəyini, kreditin müddətinin 18 aylıq nəzərdə tutulduğunu və aylıq 113.61 manat məbləğində ödəniş etməli olduğunu, 30 günlük müəyyən edilmiş müddəti pozmaqla ödənişi gecikdirdiyi təqdirdə həmin müddətdən sonra gecikdirilən hər gün üçün borcun ödənilməmiş qalan hissəsinə gündəlik 0.2 faiz dərəcəsi ilə dəbbə pulunun hesablanaraq tutulacağını bildirmişdir. Bağlanılacaq kredit müqaviləsi və həmin müqaviləyə əsasən nəzərdə tutulmuş şərtlər barədə Təqsirləndirilən şəxs tərəfindən məlumatlandırıldıqdan sonra sonuncu şərtlərlə razı olubolmadığını soruşmuş və qeyd olunan şərtlər uyğun olduğundan kredit (borc) və girov müqaviləsi bağlamağa razılıq vermişdir. Razılığı alındıqdan sonra girov qoymuş olduğu qızıl-zinət əşyaları ilə əlaqədar girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktı tərtib olunmuş və həmin aktın doğruluğunu, zərgər şahid3 və qızıl-zinət əşyalarını təhvil alan əməliyyatçıxəzinədar X3 ilə birlikdə özünəməxsus imza ilə təsdiq etmişdir. BOKT “xxxx” ASC-də nəzərdə tutulmuş qaydada prosedurlar icra olunaraq təqdim etdiyi qızıl-zinət əşyaları və şəxsiyyət vəsiqəsi ilə birlikdə filialda mövcud olan kamera vasitəsi ilə fotoşəkli çəkilmiş, daha sonra bağlanılacaq müqavilə ilə əlaqədar bir sıra sənədləşdirmə işləri aparılmağa başlanılmışdır. Təqdim etdiyi qızıl-zinət əşyaları Təqsirləndirilən şəxs tərəfindən təhvil alınaraq paketlənmiş və ## #### 2022-ci il tarixli, ***/****/*** nömrəli kredit (borc) və girov müqaviləsi və həmin müqaviləyə əlavə olan ödəniş cədvəli tərtib olunaraq Təqsirləndirilən şəxs tərəfindən ona təqdim olunmuşdur. Təqdim olunmuş müqavilənin doğruluğunu imzası ilə təsdiq etdikdən sonra müqaviləni filial müdiri şahid2 imzalamışdır. Daha sonra “xxxx”a məxsus olan üzərində xxxx kredit təşkilatı yazılan, “9931-1070-0137-1598” PAN nömrəli local plastik kart təhvil verilmişdir. Həmin plastik kartın təhvil verilməsi ilə bağlı “Plastik kartın təhvili” aktı tərtib olunmuş və həmin aktı onunla birlikdə əməliyyatçıxəzinədar X3 və filial müdiri şahid2 imzaları ilə təsdiq etmişdirlər. Plastik kart təhvil verildikdən sonra Mingəçevir şəhərində mövcud olan “xxxx” ASC-yə məxsus terminaldan 1400 manat məbləğində pul vəsaitindən komissiya və digər proseslərlə bağlı pul vəsaiti çıxıldıqdan sonra 1331 manat məbləğində pul vəsaiti nağdlaşdırmışdır. Qeyd olunan kredit məbləğinə əsasən aylıq müəyyən məbləğlərdə pul vəsaitini ödəmişdir. Həmin ödənişi aylıq ödədikdən sonra əlavə 800 manat məbləğində pula ehtiyacı yarandığından yenidən kredit götürmək üçün ## ######## 2023-cü il tarixdə BOKT “xxxx” ASC-nin Mingəçevir filialına gedərək kredit mütəxəssisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Xəyala 800 manat məbləğində kredit götürmək üçün qızıl-zinət əşyalarının yenidən qiymətləndirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ## #### 2022-ci il tarixdə girov qoyduğu və BOKT “xxxx” ASC-də saxlanılan anası Mənsurə İbrahimovaya məxsus ümumilikdə xalis çəkisi 27,58 qram olan 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl üzük və 01 ədəd qızıl kulonun zərgər şahid3 tərəfindən bazar dəyərinə uyğun hesablanmasını təmin etdikdən sonra girov qoymuş olduğu qızıl-zinət əşyaları ilə əlaqədar girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktı tərtib olunmuş və həmin aktın doğruluğunu o, zərgər şahid3 və qızıl-zinət əşyalarını təhvil alan əməliyyatçı-xəzinədar şahid4 ilə birlikdə təsdiq etmişdirlər. Təqsirləndirilən şəxs BOKT “xxxx” ASC-nin aktiv şərtlərinə uyğun olaraq veriləcək kredit məbləğini hesabladıqdan sonra ilkin nəzərdə tutulmuş kredit məbləğini bilmədiyi, daha sonradan ona məlum olan 1590 manatlıq ## ######## 2023-cü il tarixli, ***/****/***** nömrəli kredit (borc) və girov müqaviləsini və həmin müqaviləyə əlavə olan ödəniş cədvəlini hazırlamağa başlamışdır. BOKT “xxxx” ASC-də nəzərdə tutulmuş qaydada prosedurlar icra olunaraq şəxsiyyət vəsiqəsi ilə birlikdə filialda mövcud olan kamera vasitəsi ilə fotoşəkli çəkilmişdir. Daha sonra qeyd olunan tarixdə Təqsirləndirilən şəxs filial müdiri vəzifəsini icra etdiyindən sonuncu tərəfindən təqdim olunmuş müqavilənin doğruluğunu imzası ilə təsdiq etmiş və bundan sonra müqaviləni Təqsirləndirilən şəxs imzalamışdır. Müqavilə və həmin müqaviləyə əlavə olan sənədlər imzalandıqdan sonra Təqsirləndirilən şəxs “xxxx” ASC-yə məxsus olan üzərində xxxx kredit təşkilatı yazılan, “9931-1070-0396- 9761” PAN nömrəli local plastik kart təhvil vermişdir. Həmin plastik kartın təhvil verilməsi ilə bağlı “Plastik kartın təhvili” aktı tərtib olunmuş və həmin aktı onunla birlikdə əməliyyatçıxəzinədar şahid4 və filial müdiri vəzifəsini icra edən Təqsirləndirilən şəxs imzaları ilə təsdiq etmişdir. Plastik kart təhvil verildikdən sonra həmin kartı Mingəçevir şəhərində 1941-1945 adlanan ərazidə mövcud olan “xxxx” ASC-yə məxsus terminala saldıqda hesabına 335 manat pul vəsaitinin köçürüldüyünü görmüş və həmin pul vəsaitini çıxarmışdır. Lakin hesabına 800 manat məbləğində pul vəsaiti köçürülməli olduğundan bununla əlaqədar Xəyalla mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Mobil telefonla danışıq zamanı Təqsirləndirilən şəxs harda olduğunu soruşduqda sonuncuya olduğu ünvanı bildirmişdir. Bundan sonra Xəyal olduğu ünvana gələrək “9931-1070-0396-9761” PAN nömrəli local plastik kartı “xxxx” ASC-nin terminalına salmışdır. Terminala plastik kartı saldıqdan sonra kart hesabında pul vəsaitinin olmadığını görən Xəyal kartın bloklandığını və bu səbəblə kart hesabına 800 manat məbləğində pul vəsaitinin tam şəkildə köçürülmədiyini deyərək 3 ay müddətində hər hansısa ödəniş həyata keçirməməsini bildirmişdir. Xəyalın bu sözlərinə inanıb ##.##.2023- cü il tarixdə 140 manat ödənişi həyata keçirdikdən sonra həmin tarixdən dekabr ayınadək hər hansısa ödəniş həyata keçirməmişdir. ## ######## 2023-cü il tarixdə təqdim olunmuş plastik kart vasitəsi ilə 335 manat məbləğində pul vəsaiti nağdlaşdırdıqdan sonra yaşadığı ünvana gəldikdə anası İbrahimova Mənsurə Nurəddin qızına BOKT “xxxx” ASCnin Mingəçevir filialında bağlanmış ## ######## 2023-cü il tarixli müqaviləyə əsasən təqdim olunmuş plastik kart vasitəsi ilə 335 manat məbləğində pul vəsaitini nağdlaşdırdığını bildirmişdir. Bu barədə anası Mənsurə İbrahimovanın məlumatı olduqdan sonra sonuncu ilə birlikdə ## ######## 2023-cü il tarixdə BOKT “xxxx” ASC-nin Mingəçevir filialının qarşısına gedərək Təqsirləndirilən şəxs mobil nömrəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs mobil telefonla aparılan danışıq zamanı filiala daxil olmamalarını, özünün çölə çıxaraq onlara yaxınlaşacağını bildirmiş və bir az keçdikdən sonra Təqsirləndirilən şəxs filialdan çıxaraq filialın qarşısında onlara yaxınlaşmışdır. Anası Mənsurə İbrahimova nəyə əsasən bağlanmış müqaviləyə görə təqdim olunmuş plastik karta 335 manat məbləğində pul vəsaitinin köçürüldüyünü Təqsirləndirilən şəxs soruşduqda sonuncu təqdim olunmuş plastik kartın bloklandığını və tərəfindən yaranmış problemin qısa müddət ərzində aradan qaldırılacağını və bununla bağlı filial rəhbərliyinin məlumatı olarsa, işdən çıxarılacağını bildirərək bu barədə hər hansısa şəxsə məlumat verilməməsini xahiş etmişdir. Xəyalın bu sözlərinə inanaraq və sonuncunun işdən çıxarılmaması üçün anası Mənsurə ilə birlikdə yaşadıqları ünvana qayıtmışdırlar. 2023-cü ilin noyabr ayında hər hansısa ödəniş həyata keçirmədiyindən 2023-cü ilin dekabr ayında Xəyal mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq 150 manat faiz gecikdirmə borcunun olduğunu demişdir. Xəyalın bu sözlərinə cavab olaraq ona “təqdim olunmuş plastik bank kartına 800 manat pul vəsaitinin köçürülməli olduğu təqdirdə 335 manat pul vəsaitinin köçürüldüyünü və 3 ay müddətində hər hansısa ödənişin həyata keçirilməməsini dediyinə görə ödəniş həyata keçirmədiyini” demişdir. Xəyal bu sözlərinə cavab olaraq elə bir söz demədiyini və faizi, gecikdirməyə hesablanmış borc pulu və aralarında bağlanmış kredit (borc) və girov müqaviləsinə əsasən aylıq nəzərdə tutulmuş pul vəsaitilərini ödəməli olduğunu bildirmişdir. Əlacı qalmadığından “icu.az” veb saytında kredit ödənişi bölməsinə daxil olub 042238 müştəri kodunu daxil edərək ##.##.2023-cü il tarixdə 51 manat, ##.##.2023-cü il tarixdə 90 manat, ##.##.2024-cü il tarixdə 13 manat, 17.01,2024-cü il tarixdə 15 manat, 26.01,2024- cü il tarixdə 100 və 28 manat olmaqla 128 manat, ##.##.2023-cü il tarixdə 13 manat ödəniş həyata keçirmişdir. ##.##.2024-cü il tarixdə anası Mənsurə İbrahimova və sonuncunun dayısının qızı Sücayə adlı şəxslə birlikdə “BOKT” xxxx” ASC-nin Mingəçevir filialına gedərək nağda şəkildə 800 manat məbləğində pul vəsaitini kredit borcu ilə əlaqədar filialda kassir vəzifəsində işləyən adını bilmədiyi şəxsə təqdim edərək ödəniş həyata keçirmək istədiyini bildirmişdir. Qeyd olunan məbləğdə pul vəsaitini filialda ödədikdən sonra həmin tarixli qəbz təqdim olunmuşdur. Qəbz təqdim olunduqdan sonra Təqsirləndirilən şəxs ilə filialda söhbətləşərkən sonuncu kredit borcunun bağlanmadığını bildirdikdə anası Mənsurə İbrahimova Təqsirləndirilən şəxs borcunun olmasının qeyrimümkün olduğunu bildirmişdir. Xəyal bununla bağlı ASC-yə ərizə ünvanlandığını və yaranmış problemin qısa müddət ərzində aradan qaldırılacağını və ünvanlanmış ərizə əsasında borcunun tamamilə bağlanılması nəticəsində girov qoymuş olduğu qızıl-zinət əşyalarının təhvil veriləcəyini bildirmiş və bununla bağlı məlumat verəcəyini demişdir. Xəyalın bu sözlərinə yenidən inanaraq 2024-cü ilin fevral ayından həmin ilin aprel ayınadək Xəyalın girov qoymuş olduğu qızıl-zinət əşyalarının təhvil verilməsi ilə əlaqədar əlaqə saxlayacağını gözləmiş və həmin müddət ərzində hər hansısa ödəniş həyata keçirməmişdir. 2024-cü ilin aprel ayında BOKT “xxxx” ASC-nin işçisi kimi təqdim etmiş, şəxsiyyəti barədə məlumatı olmayan kişi cinsli şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək bağlanmış kredit müqaviləsi ilə əlaqədar gecikdirmə borcunun olduğunu və hansı səbəblə ödəniş həyata keçirmədiyini soruşduqda həmin şəxsə BOKT “xxxx” ASCnin Mingəçevir filialında kredit mütəxəssisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs vermiş olduğu vədə əsasən hər hansısa ödəniş həyata keçirmədiyini bildirmişdir. Qeyd olunan şəxs Təqsirləndirilən şəxs işdən çıxdığını və yaranmış kredit borcu ilə əlaqədar filiala gedərək filial müdiri şahid1 müraciət etməsini tövsiyə etmişdir. Həmin şəxsin sözlərinə əsasən filialda şahid1 müraciət etmiş, sonuncu ondan kredit borcu ilə bağlı ödəniş həyata keçirmək üçün filiala müraciət etdiyini soruşduqda hal-hazırki tarixədək gecikdirilmiş borcunun olmasının səbəbi kimi Təqsirləndirilən şəxs vermiş olduğu vəd olduğunu göstərmişdir. şahid1 Təqsirləndirilən şəxs işdən çıxarıldığını və bununla verənlərlə əlaqədar sonuncu ilə əlaqə saxlamalı olduğunu bildirmişdir. Bundan sonra Xəyal tərəfindən aldadıldığını başa düşərək olanlar barədə qardaşı Babək İbrahimova məlumat vermiş və sonuncu baş verənlər barədə məlumatlı olduqdan sonra DİN-in “102” xidmət mərkəzinə zəng edərək müraciət ünvanlamışdır. Bundan sonra qardaşı Babək anası Mənsurə İbrahimovayla birlikdə BOKT “xxxx” ASC-nin Mingəçevir filialına yaxınlaşdıqda orada işləyən şəxslər qardaşı Babək İbrahimova ## #### 2022-ci il və ## ######## 2023-cü il tarixlərdən başqa adına ## ###### 2022-ci il tarixli, ***/****/***** nömrəli və ## #### 2023-cü il tarixli, ***/****/***** nömrəli kredit (borc) və girov müqavilələrinin bağlandığını bildirmişdir. Bu barədə məlumat verildikdən sonra Babək mobil nömrəsinə zəng edərək ## ###### 2022-ci il və ## #### 2023-cü il tarixlərdə BOKT “İntemational” ASC-nin Mingəçevir filialında kredit (borc) və girov müqaviləsi bağlayıbbağlamadığını soruşduqda sonuncuya həmin tarixlərdə müqavilə bağlamadığını, yalnız ## #### 2022-ci il və ## ######## 2023-cü il tarixlərdə müqavilə bağladığını bildirmişdir. Bundan sonra qardaşı Babəkə həmin filialda adına bağlanmış müqavilələrin əslləri təqdim olunmuş və bu zaman ## ###### 2022-ci il və ## #### 2023-cü il tarixli müqavilələrdə adının qarşısında icra olunmuş imzaların ona məxsus olmaması müəyyən edilmişdir. Həmin müqavilələrin Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırılması ilə əlaqədar Babək Xəyalın qardaşı Xəzərlə əlaqə saxladıqda sonuncu Xəyalın heç bir təqsirinin olmadığını və sənədlərin filial müdiri şahid1 tərəfindən saxtalaşdırıldığını bildirmişdir. Bununla bağlı qardaşı Babək BOKT “xxxx” ASC-nin Mingəçevir filialının müdiri şahid1 mobil nömrəsinə zəng etdikdə sonuncu sənədlərin saxtalaşdırıldığını və bu barədə məlumatının olmadığını bildirmiş və baş vermiş hadisə ilə əlaqədar şəhər prokurorluğuna müraciət ünvanlamaqları ilə əlaqədar tövsiyə vermişdir. ##.##.2022-ci il tarixli, ***/****/***** nömrəli, ##.##.2023-cü il tarixli, ***/****/***** nömrəli kredit (borc) və girov müqavilələri onunla bağlanmadığından və filialdan “9931-1070-0262-7493” PAN nömrəli local plastik kart təhvil almadığına görə adına rəsmiləşdirilmiş qeyd olunan müqavilələrə əsasən “9931- 1070-0262-7493” PAN nömrəli local plastik kartdan ##.##.2022-ci il tarixdə 360 manat, ##.##.2023-cü il tarixdə 247 manat məbləğində pul vəsaiti tərəfindən nağdlaşdırılmamış və həmin pul vəsaitlərini özü əldə etməmişdir. İbrahimov Nurəddin Osman oğlu ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, BOKT “xxxx” ASC-nin Mingəçevir filialında bağlanmış ## #### 2022- ci il tarixli, ***/****/*** nömrəli və ## ######## 2023cü il tarixli, ***/****/***** nömrəli kredit (borc) və girov müqavilələrin hər səhifəsində girov qoyan yazısının qarşısındakı, həmin müqavilələrin ödəniş cədvəlləri vərəqlərində borclugirov qoyan İbrahimov Nurəddin Osman oğlu yazılan hissədə və girov qoyan yazısının qarşısındakı, qeyd olunan müqavilələrə * nömrəli əlavə olan girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktlarında təhvil verdi müştəri: İbrahimov Nurəddin Osman oğlu yazısının, qəbul etdi müştəri: İbrahimov Nurəddin Osman oğlu yazısının qarşısındakı, həmçinin ## #### 2022-ci il tarixli və ## ######## 2023-cü il tarixli plastik kartın təhvili aktlarındakı təhvil aldı (müştəri); yazısının qarşısındakı imzalar tərəfindən icra olunmuşdur. Həmçinin ## #### 2022-ci il tarixli, ***/****/*** nömrəli kredit(borc) və girov müqaviləsinin ödəniş cədvəlində 1. Borclu-girov qoyan: yazısının qarşısındakı “şərtlər ilə razıyam” yazısı, ## #### 2023-cü il tarixli, ***/****/***** nömrəli müqaviləsinə * nömrəli əlavə olan girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktında “Qızılları Təhvil aldım. İbrahimov Nurəddin” yazısı və ## #### 2023-cü il tarixli, ***/****/***** nömrəli müqaviləsinə * nömrəli əlavə olan girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktında “##.##.2023” rəqəmləri tərəfindən icra olunmuşdur. Lakin ## ###### 2022-ci il tarixli, ***/****/***** nömrəli və ## #### 2023-cü il tarixli ***/****/***** nömrəli kredit (borc) və girov müqavilələrin hər səhifəsində girov qoyan yazısının qarşısındakı, həmin müqavilələrin ödəniş cədvəlləri vərəqlərində borclugirov qoyan İbrahimov Nurəddin Osman oğlu yazılan hissədə və girov qoyan yazısının qarşısında, qeyd olunan müqavilələrə * nömrəli əlavə olan girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktlarında təhvil verdi müştəri: İbrahimov Nurəddin Osman oğlu yazısının, Qəbul etdi müştəri: İbrahimov Nurəddin Osman oğlu yazısının və ## #### 2023-cü il tarixli, ***/****/***** nömrəli kredit(borc) və girov müqavilənin ödəniş cədvəlində “Qızılları Təhvil aldım. İbrahimov Nurəddin” yazısının qarşısındakı, həmçinin ## ###### 2022-ci il tarixli və ## #### 2023-cü il tarixli plastik kartın təhvili aktlarındakı təhvil aldı (müştəri): yazısının qarşısındakı imzalar tərəfindən icra olunmamışdır. ## #### 2023-cü il tarixli, ***/****/***** nömrəli müqaviləsinə * nömrəli əlavə olan girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktında “Qızılları Təhvil aldım. İbrahimov Nurəddin” yazısı və ## #### 2023-cü il tarixli, ***/****/***** nömrəli müqaviləsinə * nömrəli əlavə olan girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktında “##.##.2023” rəqəmlərini icra etməsinə səbəb isə ## ######## 2023-cü il tarixdə kredit (borc) və girov müqaviləsini bağlaması ilə əlaqədar Təqsirləndirilən şəxs həmin qeydiyyatı aparmasını bildirməsi olmuşdur. ##.##.2023-cü il tarixdə BOKT “xxxx” ASCnin Mingəçevir filialına müraciət edərək 800 manat pul vəsaitinə ehtiyacı olduğunu kredit mütəxəssisi Təqsirləndirilən şəxs bildirmiş və sonuncu tərəfindən qeyd olunan tarixdə tərtib olunmuş müqaviləni oxumadan imza çəkdiyindən həmin müqavilənin 1590 manatlıq kredit müqaviləsi olduğunu bilməmişdir. Qeyd olunan müqavilənin 1590 manatlıq kredit müqaviləsi olması barədə müqavilə bağlanılarkən təqdim olunmuş kredit müqaviləsinin nüsxəsinə bir müddət keçdikdən sonra baxdıqda məlumatı olmuşdur. ##.##.2022-ci il tarixdə və ##.##.2023-cü il tarixdə BOKT “xxxx’ ASC-nin Mingəçevir filialında bağlanmış kredit (borc) və girov müqavilələri kredit mütəxəssisi Təqsirləndirilən şəxs tərəfindən tərtib olunaraq imzalaması üçün təqdim olunmuş daha sonra həmin müqavilələrə əsasən plastik kart sonuncu tərəfindən təhvil verilmişdir. Məhkəməyə təqdim etdiyi ərizəsinə əsasən, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödəndiyini və onun barəsində hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayından etibarən BOKT “xxxx” ASC-nin Mingəçevir filialında əməliyyatçı-xəzinədar vəzifəsində işləmişdir. Vəzifə öhdəlikləri filiala müraciət etmiş şəxslərin girov qoymuş olduğu qızıl-zinət əşyalarının qiymətləndirməsində iştirak etmək və qiymətləndirmədən sonra müştəri kredit mütəxəssisi tərəfindən təklif olunmuş kreditlə razılaşdıqda kredit (borc) və girov müqaviləsinin hazırlanması, həmin müqaviləni, həmçinin müştərinin aylıq hansı məbləğdə ödəniş etməsi ilə bağlı tərtib olunmuş ödəniş cədvəllərini imza çəkməklə təsdiq etmək, girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktında zərgər, təhvil verən müştəri və o, imzaları ilə təsdiq etdikdən sonra qızıl-zinət əşyalarını müştəridən təhvil almaq və müştərinin adına BOKT “xxxx” ASC-nin elektron tətbiqi olan “Progress” adlı tətbiqdə hesab açaraq müştəriyə “xxxx” ASC-yə məxsus plastik kartların təhvil verilməsindən ibarətdir. Əməliyyatçı-xəzinədar vəzifəsində işləməsi ilə əlaqədar “xxxx”xxxx“xxxx ASCnin inkassatorları tərəfindən BOKT “xxxx” Mingəçevir filialında ona təhvil verilmiş və həmin plastik kartları təhvil aldıqdan sonra müraciət etmiş müştərilərlə bağlanmış müqaviləyə əsasən BOKT “xxxx” ASC-nin digər elektron tətbiqi olan “Qızıl” adlı tətbiqdə plastik kart barədə məlumatların və müştəri barədə məlumatları qeyd etmiş və bu qeydiyyat işləri əsasında ASC-nin Əməliyyat şöbəsində işləyən işçilər tərəfindən məlumatlar təsdiq olunmuş, daha sonra həmin plastik kart hesabına pul vəsaiti köçürüldükdən sonra tərəfindən birbaşa olaraq və yaxud kredit mütəxəssisi vasitəsi ilə müştəriyə təhvil verilmişdir. Həmin kartlar lokal olmaqla, kartdan ancaq kreditlə bağlı istifadə edilmiş və karta və yaxud həmin kartdan başqa karta pul vəsaitinin köçürülməsi qeyri-mümkün olmuşdur. Həmin karta pul vəsaiti ancaq BOKT “xxxx” ASC-nin əməliyyat şöbəsinin işçilərinin təsdiqləməsi nəticəsində “xxxx” ASC tərəfindən köçürülmüş və həmin pul vəsaiti yalnız “xxxx” ASC və “xxxx” ASC-yə məxsus terminallar vasitəsi ilə nağdlaşdırılmışdır. İbrahimov Nurəddin Osman oğlunun şəhər prokurorluğuna ünvanladığı müraciəti ilə bağlı bildirmişdir ki, sonuncunu işlədiyi filiala müraciət etməsi nəticəsində tanımışdır. Belə ki, Nurəddin anası ilə birlikdə 2024-cü ilin mart ayından sonrakı dövr ərzində dəfələrlə işlədiyi filiala müraciət edərək girov qoyduğu qızıl-zinət əşyaları əsasında bağlanmış müqaviləyə zidd olaraq təhvil verilmiş plastik karta az məbləğdə pul vəsaitinin köçürüldüyünü bildirmişdir. Filiala müştəri kimi müraciət etmiş şəxslər çoxluq təşkil etdiyindən Nurəddinin filiala müraciət etdiyi vaxt sonuncunun zahiri görünüşünü və onun ilə hansı tarixdə kredit (borc) və girov müqaviləsi bağlanılmasını xatırlamamışdır. Nurəddinin filialda ünvanladığı şikayəti ilə bağlı idarədaxili araşdırma aparılmış və müəyyən edilmişdir ki, Nurəddinin girov qoymuş olduğu qızıl-zinət əşyaları əsasında ilk dəfə ## #### 2022-ci il tarixdə, daha sonra sonuncu ilə ## ###### 2022-ci il tarixdə, ## #### 2023-cü il tarixdə və ## ######## 2023-cü il tarixdə kredit(borc) və girov müqavilələri bağlanmışdır. Bu barədə Nurəddin İbrahimova məlumat verildikdə sonuncu ## ###### 2022-ci il tarixdə və ## #### 2023-cü il tarixlərdə kredit (borc) və girov müqavilələri bağlamadığını bildirmişdir. Bütün bu olanlar filialda işləyən işçilərdə şübhəli əsaslar yaratmışdır. Belə ki, Nurəddin İbrahimov 34-cü kurasiya üzrə filialda kredit mütəxəssis vəzifəsində işləmiş Təqsirləndirilən şəxs müştərisi olduğundan həmin müqavilələrin Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırmasına əsas vermişdir. Çünki Nurəddin İbrahimov ilk dəfə ## #### 2022-ci il tarixdə filiala müraciət etdikdə Təqsirləndirilən şəxs tərəfindən sonuncuya müştəri kimi əməli köməklik göstərilmişdir. Filialın müştəriləri çox vaxt növbəti dəfə müqavilə bağlamaq üçün kredit mütəxəssisləri ilə mobil telefonla əlaqə saxlayaraq girov qoymuş olduğu qızıl-zinət əşyalarının yenidən orta bazar qiymətlərinə əsasən yenidən qiymətləndirilməsini və əvvəlki tarixlərdə bağlanmış müqavilələrə əsasən ödənilməmiş borc məbləğləri ödənilməklə verilə biləcək kreditin məbləğini öyrənmiş və razılaşdıqdan sonra kredit (borc) və girov müqaviləsinin hazırlanmasını, hazırlandıqdan sonra filiala gələrək plastik kartı təhvil alacağını və müqavilələri imzaları ilə təsdiq edəcəklərini bildirmişdir. Bu hal dəfələrlə baş vermiş və həftənin iş günlərində nahar fasiləsində olduqda və yaxud üzrlü səbəblərlə bağlı filial müdiri tərəfindən 1-2 saatlıq müddətə icazə alaraq getdikdə tərəfindən görülməli olan işləri filialda kredit mütəxəssisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs özü icra edərək, yəni kredit (borc) və girov müqavilələrini “Progress” adlı tətbiqdə istifadəçi adından istifadə etməklə hazırlamış və filiala qayıtdıqdan sonra sonuncu ona müştəri gəldiyini və həmin müştəri ilə bağlı müqavilə hazırladığını və müştəriyə plastik bank kartı təhvil verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bu sözlərinə inanaraq kredit (borc) və girov müqaviləsini və həmin müqaviləyə əlavə olan sənədləri öz imzası ilə təsdiq etmişdir. Belə ki, plastik kart təhvil verilməmişdən əvvəl plastik kartın təhvili aktında onun, müştərinin, filial müdirinin imzası ilə təsdiq olunmuş və həmin akt imzalanmış müqavilə və digər sənədlərlə birlikdə “Qızıl” adlı tətbiqə yüklənmişdir. BOKT ‘xxxx” ASC-nin Əməliyyat şöbəsinin işçiləri tərəfindən sənədlər qeyd olunan tətbiqdə təsdiq olunduqdan sonra plastik bank kartına pul vəsaiti köçürülmüş və plastik kart müştəriyə təhvil verilmişdir. Bu hal dəfələrlə baş vermiş və Təqsirləndirilən şəxs iş yoldaşı kimi güvənərək hər hansısa dəqiqləşdirmə aparmadan sənədləri imzası ilə təsdiq etmişdir. Bundan başqa ## ###### 2022-ci il tarixdə filial müdirinin şahid2, ## #### 2023-cü il tarixdə şahid1 olması, qeyd olunan tarixli müqavilələrə əsasən bir plastik kartın təhvil verilməsi, həmin tarixlərdə kredit mütəxəssisi vəzifəsində Təqsirləndirilən şəxs işləməsi, Nurəddin İbrahimovun 34-cü kurasiyanın müştərisi, yəni Təqsirləndirilən şəxs kurasiyası üzrə müştəri olması müqavilələrin Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırılması və həmin müqaviləyə əsasən plastik bank kartının sonuncu tərəfindən əldə olunaraq köçürülmüş pul vəsaitinin terminallardan nağdlaşdırılmasına əsas vermişdir. şahid4 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, ##.##.2023-cü il tarixdə harda olduğunu və həmin tarixdə dəqiq nə baş verdiyini xatırlamasa da, ##.##.2023-cü il tarixli, ***/****/***** nömrəli müqavilədəki imzaların ona məxsus olmasına səbəb çox güman ki, qeyd olunan tarixdə nahar fasiləsində olarkən və yaxud üzrlü səbəblərlə əlaqədar işdə olmadığı vaxtda Təqsirləndirilən şəxs tərəfindən bir sıra sənədləşdirmə işləri aparılmış və filiala qayıtdıqdan sonra müştərinin gəlib-gəlməməsi, müsbət halda müştəriyə plastik kart təhvil verilib-verilməməsini soruşduqdan sonra sonuncunun müştərinin filiala gələrək müqavilələri imzası ilə təsdiq etməsini və plastik kartı təhvil almasını deməsinə inanaraq həmin müqavilədə nəzərdə tutulmuş qrafalarda öz imzası ilə təsdiq etmişdir. ##.##.2022ci il tarixli, ***/****/***** nömrəli, kredit (borc) və girov müqaviləsində “Nəzarət” sözünün qarşısındakı imza, mülki işin 10-cu vərəqində “Nəzarət” sözünün qarşısındakı imza, Girov qoyulmuş qiymətlərin və dəyərlərin qiymətləndirmə və təhvil-təslim aktında “Təhvil aldı:” qrafasındakı imza, ##.##.2022-ci il tarixli Plastik kartın təhvil aktında “Təhvil verdi xəzinədar (əməliyyatçı-xəzinədar:)” qrafasındakı imzalar tərəfindən icra olunmamış və həmin müqavilədəki və müqaviləyə əlavə olan sənədlərdə tərəfindən icra olunması üçün nəzərdə tutulmuş qrafalarda əvəzinə hansı şəxs tərəfindən imzaların icra olunması barədə və həmin sənədlərin hansı şəxs tərəfindən və hansı səbəblə saxtalaşdırılması barədə hər hansısa dəqiq məlumatı olmasa da, həmçinin qeyd olunan tarixdə harda olduğunu və həmin tarixdə dəqiq nə baş verdiyini xatırlamasa da, çox güman ki, bildirdiyi kimi həmin tarixdə nahar fasiləsində olarkən və yaxud üzrlü səbəblərlə əlaqədar işdə olmadığı vaxtda Təqsirləndirilən şəxs tərəfindən müqavilə hazırlanmış və həmin müqavilələr sonuncunun tərəfindən imzalanmışdır. BOKT “xxxx” ASC-nin Mingəçevir filialında əməliyyatçı-xəzinədar vəzifəsində işləməyə başladığı dövrdən sonra ## ###### 2023-cü il tarixdən ## ###### 2023-cü il tarixədək 3 gün müddətinə, ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək 2 gün müddətinə, ## #### 2024-cü il tarixdən ## #### 2024-cü il tarixədək əmək məzuniyyətində olmuş, qeyd olunan tarixlərdən başqa işlədiyi dövr ərzində əmək məzuniyyətində olmamış və əmək məzuniyyətində olduğu dövr ərzində əməliyyatçı-xəzinədar vəzifəsini filialda kredit mütəxəssisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs müvəqqəti olaraq icra etmişdir. BOKT “xxxx” ASC-nin inkassatorları tərəfindən filialda ona təhvil verilmiş “xxxx” ASC-yə məxsus plastik kartlar filialda mövcud olan kassada saxlanılmış və həmin kassaya məsul şəxs olmuşdur. Nurəddin İbrahimovun ünvanlamış olduğu müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılanadək həmin kassanın kilid açarı olmamış, yəni həmin kassadan filialda olmadığı dövr ərzində filialda işləyən istənilən işçi tərəfindən plastik kartın götürülməsi əlçatan olmuşdur. Nurəddinin müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparıldıqdan sonra sənədlərin hər hansısa şəxs tərəfindən saxtalaşdırılması nəticəsində plastik karta köçürülə biləcək pul vəsaitinin ələ keçirilməsinin qarşısını almaq məqsədi ilə həmin kassaya kilid düzəltdirmiş və həmin kilidin açarı hal-hazırda özündə mövcud olmaqla başqa hər hansısa şəxsdə mövcud olmamışdır. BOKT “xxxx” ASC-nin Mingəçevir filialında girov qoyulmuş qızıl-zinət əşyaları əsasında müştəriyə verilə biləcək kredit barədə məlumat verildikdən sonra həmin müştərinin veriləcək kreditlə razılaşdığı təqdirdə girov qoyulmuş qızıl-zinət əşyaları kredit mütəxəssisi tərəfindən təhvil alınmış və tərtib olunmuş girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktında qızıl-zinət əşyalarının təhvil alınması ilə bağlı imzası ilə təsdiq etmişdir. Həmin aktda konkret hər hansısa sıra ardıcıllığı olmadan qızıl-zinət əşyalarını qiymətləndirən zərgər və filial müdiri imzaları ilə icra etmişdir. Bundan sonra o, bağlanılacaq müqavilənin hazırlanması məqsədi ilə verilmiş məlumatlar əsasında “Progress” adlı tətbiqdə kredit müqaviləsinin və kredit müqaviləsinə əlavə olan sənədləri hazırlamışdır. Həmin müqavilələr və müqaviləyə əlavə olan ödəniş cədvəli, plastik kartın təhvil aktları hazırlandıqdan sonra tərəfindən “Qızıl" adlı tətbiqdə çap edilmiş və konkret hər hansısa sıra ardıcıllığı olmadan onun, filial müdirinin və girov qoymuş müştəri tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, 2015-ci ildən etibarən “BOKT xxxx ASC-nin Mingəçevir filialında qiymətləndirmə və zərgərlik üzrə mütəxəssis vəzifəsində işləmişdir. Vəzifə təlimatına əsasən vəzifə öhdəlikləri yarımqiymətli və yaxud qiymətli daşları və metalları qiymətləndirmək, bazarda yarımqiymətli və yaxud qiymətli daşların qiymətində baş verən dəyişiklikləri izləmək, optik alətlərdən istifadə etmədən adi göz ilə dəqiq baxmaqla yarımqiymətli daşların həqiqiliyini, keyfiyyətini və dəyərini qiymətləndirmək, qiymətləndirmə apararkən audit və mühasibat uçotu haqqında qanunların tələblərinə əməl etmək, hər yoxlamanın nəticəsi barədə müvafiq aktlar tərtib etmək, tərtib edilmiş aktlara yoxlamanın nəticəsindən asılı olaraq zəruri sənədlər, o cümlədən izahatlar, üzləşmə, müqayisə cədvəllərini əlavə etməkdən və digər öhdəliklərdən ibarətdir. Belə ki, qiymətləndirmə və zərgərlik üzrə mütəxəssis kimi BOKT “xxxx” ASC-nin Mingəçevir filialına müraciət etmiş şəxslərin girov qoymuş olduğu qızıl-zinət əşyalarının orta bazar qiymətinə əsasən qiymətləndirməsini həyata keçirərək həmin qiymətləndirmənin nəticəsi girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktında qeyd edildikdən sonra həmin aktda imzası ilə təsdiq etmişdir. Bundan başqa BOKT “xxxx” ASCnin Mingəçevir filialında müştəri olmuş şəxs təkrarən müraciət etdikdə əvvəlki tarixdə qiymətləndirilmiş qızıl-zinət əşyaları BOKT “xxxx” ASC-nin inzibati binasından inkassatorlar vasitəsi ilə filiala gətirilmədən tərəfindən orta bazar qiymətinə uyğun olaraq qiymətləndirilmiş və bununla bağlı yenidən akt tərtib olunmuşdur. İbrahimov Nurəddin Osman oğlunun hansı tarixdə BOKT xxxx” ASC-nin Mingəçevir filialına müraciət etməsini xatırlamasa da, onun filiala təqdim etdiyi 01 ədəd boyunbağı, 01 ədəd üzük və 01 ədəd kulon tərəfindən qiymətləndirilmiş və nəticədə sonunucu ilə filialda kredit(borc) və girov müqaviləsi bağlanmışdır. şahid3 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, ##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli, ##.##.2023-cü il tarixli, ##.##.2023-cü il tarixli girov qoyulmuş qiymətlilərin və dəyərlliərin qiymətləndirmə və təhvil-təslim aktlarında “Qiymətləndirici” qrafasındakı imzalar tərəfindən icra olunmasa da, aparılan araşdırma zamanı vermiş olduğu ilkin izahatında təqdim olunmuş ##.##.2022-ci il tarixli, ##.##.2023- cü il tarixli, ##.##.2023-cü il tarixli Girov qoyulmuş qiymətlərin və dəyərlərin qiymətləndirmə və təhvil-təslim aktlarında “Qiymətləndirici” qrafasındakı imzaların tərəfindən icra olunmasını bildirməsinə səbəb həmin imzaların özünəməxsus imza olmasına bənzətməsi olmuşdur. Çünki zərgər işlədiyi BOKT “xxxx” ASC-nin Mingəçevir filialına kredit əldə etmək üçün müraciət etmiş şəxslərin girov qoymuş olduğu qızıl-zinət əşyaları çoxluq təşkil etdiyindən və bununla əlaqədar həmin qızıl-zinət əşyalarını əyarına, xalis çəkisinə və gündəlik orta bazar qiymətinə uyğun olaraq qiymətləndirdiyindən həmin girov qoyulmuş qızıl-zinət əşyaları ilə əlaqədar tərtib olunmuş girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktlarında imzası ilə təsdiq etmişdir. Kifayət qədər qiymətləndirdiyi qızıl-zinət əşyalarına görə tərtib olunmuş aktları qiymətləndirici kimi imzası ilə təsdiq etdiyindən və hansı imzaların tərəfindən icra olunub-olunmamasını tam xatırlamadığından vermiş olduğu izahatında qeyd olunan xüsusatları göstərmişdir. ##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli, ##.##.2023-cü il tarixli, ##.##.2023-cü il tarixli Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktlarında “Qiymətləndirici” qrafasındakı imzaların tərəfindən icra olunmaması ilə əlaqədar bildirmişdir ki, həmin aktlarda tərəfindən icra olunması üçün nəzərdə tutulmuş qrafalarda əvəzinə hansı şəxs tərəfindən imzaların icra olunması barədə hər hansısa məlumatı olmamışdır. İbrahimov Nurəddin Osman oğlunun BOKT “xxxx” ASC-nin Mingəçevir filialına müraciət edərək filiala təqdim etdiyi 01 ədəd boyunbağı, 01 ədəd üzük və 01 ədəd kulon qızıl-zinət əşyalarının tərəfindən qiymətləndirilməsini xatırlasa da, həmin qiymətləndirmənin hansı tarixdə icra olunduğunu, həmçinin qiymətləndirmə ilə əlaqədar akt tərtib olunub-olunmadığını, müsbət halda aktda imza çəkdiyini tam xatırlamadığıdan şəhər prokurorluğuna vermiş olduğu ilkin izahatında dəqiqləşdirmə aparmadan və təqdim olunmuş müqavilədə icra olunmuş imzaların ona məxsus imzalara bənzətmədiyindən ## #### 2022-ci il tarixli, ***/****/*** nömrəli kredit (borc) və girov müqavilələrinə * nömrəli əlavə olan girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktındakı qiymətləndirici: şahid3 yazısının qarşısındakı imzanın kim tərəfindən icra olunması barədə məlumatı olmadığını və həmin tarixdə Nurəddin İbrahimov tərəfindən təqdim olunmuş qızıl-zinət əşyalarının iştirakı olmadan qiymətləndirildiyini bildirmişdir. İbrahimov Nurəddin Osman oğlunun BOKT “xxxx” ASCnin Mingəçevir filialına müraciət edərək filiala təqdim etdiyi 01 ədəd boyunbağı, 01 ədəd üzük və 01 ədəd kulon qızıl-zinət əşyalarının tərəfindən qiymətləndirilməsi həyata keçirildikdən sonra girov qoyulmuş qiymətlərin və dəyərlərin qiymətləndirmə və təhviltəslim aktının tərtib olunub-olunmamasını xatırlamadığından həmin aktlarda adının qeyd olunduğu “Qiymətləndirici” qrafasındakı imzaların kim tərəfindən icra olunması barədə hər hansısa məlumatı olmamışdır. 2017-ci ildən 2020-ci ilədək “BOKT xxxx ASCnin Mingəçevir filialında kredit mütəxəssisi vəzifəsində, 2020-ci ildən 2023-cü ilin yanvar ayınadək isə “BOKT xxxx ASC-nin Mingəçevir filialının müdiri vəzifəsində işləmişdir. İbrahimov Nurəddin Osman oğlunu zahirən tanımasa da, sonuncunun adına bağlanmış müqavilələrin kim tərəfindən saxtalaşdırılması və nəticədə həmin müqavilələrə əsasən təhvil verilən plastik bank kartından pul vəsaitinin kim tərəfindən nağdlaşdırılması barədə hər hansısa məlumatı olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayınadək BOKT “xxxx” ASC-nin Mingəçevir filialının müdiri vəzifəsində işlədiyindən ##.##.2023-cü il tarixli, ***/****/***** nömrəli Kredit (Borc) və girov müqavilələrində “girov qoyan” sözünün qarşısındakı imzaların, ##.##.2023- cü il tarixli Ödəniş cədvəlindəki “Borclu-girov qoyan” qrafasındakı və “girov qoyan” sözünün qarşısındakı imzaların, ##.##.2022-ci il tarixli “Girov qoyulmuş qiymətlərin və dəyərlərin qiymətləndirilmə və təhvil-təslim Aktında” “Təhvil verdi müştəri” qrafasındakı imzaların, ##.##.2022-ci il tarixli “Plastik kartın təhvil aktında” “Təhvil aldı (müştəri)” qrafasındakı imzaların İbrahimov Nurəddin Osman oğlu tərəfindən icra olunmaması barədə, həmçinin həmin imzaların hansı şəxs tərəfindən hansı səbəblə saxtalaşdırılması ilə bağlı hər hansısa məlumatı olmamışdır. ##.##.2022-ci il tarixli, ***/****/***** nömrəli Kredit (Borc) və girov müqaviləsində “girov qoyan” sözünün qarşısındakı imzaların, ##.##.2022-ci il tarixli Ödəniş cədvəlindəki “Borclu-girov qoyan” qrafasındakı və “girov qoyan” sözünün qarşısındakı imzaların İbrahimov Nurəddin Osman oğlu tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması ilə əlaqədar bildirmişdir ki, ##.##.2022-ci il tarixli kredit (borc) və girov müqaviləsi filial müdiri kimi onunla borclugirov qoyan Nurəddin İbrahimov arasında bağlanmasına və həmin müqavilələrdəki imzaların ona məxsus olmasına baxmayaraq kredit mütəxəssisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs vəzifə öhdəliklərinə uyğun olaraq ilkin müştəriləri qəbul edərək kredit barədə ətraflı məlumat verdiyindən və Nurəddin İbrahimov filialda müştəri kimi Təqsirləndirilən şəxs malik olduğu 34- cü kurasiyanın müştərisi olduğundan sonuncu Nurəddin İbrahimovun filialda müştəri olduğu vaxtdan etibarən ona kredit verilməsi ilə bağlı sənədləşdirmə işlərini aparmışdır. Filial müdiri kimi təsdiq olunmuş vəzifə təlimatına əsasən kreditlərin verilməsi məqsədilə kredit mütəxəssislərinin müştərilər barəsində tərtib etdiyi məlumatların düzgünlüyünü yoxlamaq və kreditin verilməsi haqqında təklifin Kredit Komitəsinə çıxarılmasını təmin etmək, həmçinin ayrılmış limit daxilində filialın kredit komitəsinin qərarı ilə kredit müqavilələrini təsdiq etmək, BOKT “xxxx” ASC-nin kredit komitəsinin qərarları əsasında kredit müqavilələri bağlamaq və onların düzgünlüyünü təsdiq etmək vəzifə öhdəlikləri olsa da, həmçinin ##.##.2022-ci il tarixli, ***/****/***** nömrəli kredit(borc) və girov müqaviləsi onunla İbrahimov Nurəddin Osman oğlu arasında bağlansa da, qeyd olunan tarixdə baş verənləri xatırlamadığından çox gümanki həmin müqavilə və müqaviləyə əsasən nəzərdə tutulmuş sənədlər filialın əməliyyatçı-xəzinədar vəzifəsində işləyən şahid4 və borclu-girov qoyan Nurəddin İbrahimov tərəfindən imzalandıqdan sonra sonda tərəfindən imzalanması üçün kredit mütəxəssisi Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş və həmin müqaviləyə və müqavilənin müvafiq sənədlərini nəzərdən keçirərək Xəyaldan müqavilədəki imzaların imzalanmış şəxslərə məxsus olub-olmaması barədə sual ünvanladıqdan sonra imzası ilə təsdiq etmişdir. İşlədiyi müddət ərzində kreditlərin verilməsi məqsədilə kredit mütəxəssislərinin müştərilər barəsində tərtib etdiyi məlumatların düzgünlüyünü yoxlamaq vəzifə öhdəliyi olsa da, filiala müraciət edən müştərilərin çoxluğu səbəbi ilə və hər bir müştərini ayrılıqda qəbul etməsi qeyri-mümkün olduğundan kredit mütəxəssislərinin vermiş olduğu məlumat əsasında müqavilələrin düzgünlüyünü dəqiqləşdirmişdir. ##.##.2022-ci il tarixli, ***/****/***** nömrəli kredit (borc) və girov müqaviləsi ilə bağlı sənədləşdirmə işləri kredit mütəxəssisi Təqsirləndirilən şəxs tərəfindən hazırlandığından və həmin müqavilələrdəki imzalar çox güman ki, Xəyalın özü tərəfindən saxtalaşdırılmışdır. Həmçinin böyük bir ehtimalla ##.##.2022-ci il tarixli, ***/****/***** nömrəli kredit müqaviləsi bağlanılarkən müştəri İbrahimov Nurəddin Osman oğlu barəsində kredit mütəxəssisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş məlumatların düzgünlüyünü yoxlamamış və hər hansısa dəqiqləşdirmə aparmadan Təqsirləndirilən şəxs vermiş olduğu məlumatların düzgünlüyünə inanaraq həmin məlumatların Kredit Komitəsinə çıxarılmasını təmin etmiş və həmin komitədən razılıq alındıqdan sonra tərtib olunmuş kredit (borc) və girov müqaviləsindəki qrafalarda özünəməxsus imzaları icra etmişdir. Qeyd olunanların nəticəsində Nurəddin İbrahimovun adına kredit (borc) və girov müqaviləsi bağlanmış və çox gümanki həmin müqaviləyə əsasən təhvil verilməsi nəzərdə tutulmuş plastik kart Təqsirləndirilən şəxs tərəfindən əldə olunaraq həmin kart hesabına köçürülmüş pul vəsaiti sonuncu tərəfindən nağdlaşdırılaraq ələ keçirilmişdir. ##.##.2022ci il tarixli, ***/****/***** nömrəli, kredit (borc) və girov müqaviləsində “Nəzarət” sözünün qarşısındakı imza, mülki işin 10-cu vərəqində “Nəzarət” sözünün qarşısındakı imza, Girov qoyulmuş qiymətlərin və dəyərlərin qiymətləndirmə və təhvil-təslim aktında “Təhvil aldı:” qrafasındakı imza, ##.##.2022-ci il tarixli Plastik kartın təhvil aktında “Təhvil verdi xəzinədar (əməliyyatçıxəzinədar” qrafasındakı imza-şahid4 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması ilə bağlı bildirmişdir ki, qeyd olunan müqavilələrin və müqaviləyə əsasən tərtib olunmuş digər sənədlərdəki imzalar şahid4 əvəzinə çox güman ki Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, ## ###### 2023-cü il tarixdən ## ####### 2024-cü il tarixədək BOKT “xxxx ASC-nin Mingəçevir filialının müdiri vəzifəsində işləmişdir. BOKT “xxxx” ASC bank olmayan kredit təşkilatı olmaqla fəaliyyət istiqamətləri müraciət etmiş şəxslərə girov qoymuş olduğu qızıl-zinət əşyalarının qiymətləndirilməsi və həmin qiymətləndirmənin nəticəsində bağlanmış kredit (borc) və girov müqaviləsi əsasında müəyyən məbləğdə kreditin verilməsindən ibarət olmuşdur. İbrahimov Nurəddin Osman oğlu BOKT “xxxx” ASC- nin Mingəçevir filialına müraciət edərək xalis çəkisi ümumilikdə 27,58 qram olan qızıl-zinət əşyalarını girov qoyaraq kreditor-girov saxlayan şəxslə arasında bağlanmış müqavilə əsasında müəyyən məbləğdə pul vəsaiti əldə etmişdir. Həmin müqavilədə nəzərdə tutulmuş borc pulun ödənilməsi hər ay Nurəddin İbrahimov tərəfindən həyata keçirilməsinə baxmayaraq sonuncu pula ehtiyacı olması səbəbi ilə təkrarən müraciət edərək yenidən pul götürmək istəmiş və həmin müraciət əsasında sonuncunun təqdim etdiyi qızıl-zinət əşyalar yenidən qiymətləndirilmiş və həmin vaxta uyğun hesablanmış kredit məbləği bağlanmış müqavilə əsasında sonuncunun keçmiş müqavilədən qalıq qalmış krediti çıxılmaqla təqdim olunmuş plastik kart vasitəsinə köçürülmüşdür. Belə ki, filial müdiri kimi əmək məzuniyyətində olarkən, yəni ##.##.2023-cü il tarixdə Nurəddin İbrahimov 800 manat məbləğində pul vəsaitinə ehtiyacının olmasını bildirərək BOKT “xxxx” ASC-nin Mingəçevir filialına müraciət etmiş və həmin müraciət əsasında filialda kredit mütəxəssisi vəzifəsində işləmiş, filial müdiri vəzifəsini müvəqqəti olaraq icra edən Təqsirləndirilən şəxs ilə Nurəddin İbrahimov arasında 1590 manatlıq kredit müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən Nurəddin İbrahimovun faiz məbləği ilə birlikdə 16 ay müddətində aylıq 139,83 manat məbləğində, ümumilikdə 2237,27 manat məbləğində ödəniş həyata keçirməsi qeyd olunmuşdur. Həmin müqavilə bağlandıqdan sonra Nurəddin İbrahimova “xxxx” ASCyə məxsus “9931-1070-0396-9761” PAN nömrəli plastik kart təqdim olunmuş və həmin plastik karta müqavilədə 1,590 manat köçürülməsi nəzərdə tutulmasına baxmayaraq 335 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Buna səbəb isə Nurəddin İbrahimovun adına bağlanmış əvvəlki kredit (borc) və girov müqaviləsinə əsasən ödənilməmiş kredit borcunun olması və köçürülmüş pul vəsaitindən həmin qalıq borcun avtomatik olaraq çıxılması olmuşdur. Bununla bağlı Nurəddin 2024cü ilin aprel ayından sonra müraciət edərək 800 manat məbləğində pul vəsaitinə ehtiyacı olmasına baxmayaraq ##.##.2023-cü il tarixdə təqdim olunmuş plastik kart vasitəsilə terminaldan 350 manat məbləğində pul vəsaiti çıxardığını bildirmişdir. Nurəddinin bu sözlərinə əsasən əvvəllər bağlanmış müqaviləyə əsasən qalıq qalmış kredit borcunun ##.##.2023-cü il tarixdə yenilənmiş 1.590 manatlıq müqaviləyə əsasən avtomatik olaraq çıxıldığını və buna görə də, plastik bank kartına 350 manat məbləğində deyil, 335 manat məbləğində pul vəsaitinin köçürüldüyünü bildirmişdir. Bundan sonra Nurəddindən gecikdirmə borcunun olduğunu və hansı səbəblə ödəniş həyata keçirmədiyini soruşduqda sonuncu kredit mütəxəssisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs sözlərinə əsasən ödəniş həyata keçirmədiyini bildirmişdir. Nurəddinə bu sözlərindən sonra Təqsirləndirilən şəxs işdən çıxdığını və baş verənlərlə əlaqədar sonuncu ilə əlaqə saxlamalı olduğunu demişdir. Qeyd olunanlardan sonra Nurəddin İbrahimovun qardaşı Babək İbrahimov və anası Mənsurə İbrahimova filiala müraciət etdikdə Nurəddinin adına ## #### 2022-ci il və ## ######## 2023-cü il tarixlərdən başqa ## ###### 2022-ci il tarixli, ***/****/***** nömrəli və ## #### 2023-cü il tarixli, ***/****/***** nömrəli kredit (borc) və girov müqavilələrinin bağlanması müəyyən edilmiş, və bağlanmış ## ###### 2022-ci il tarixli, ***/****/***** nömrəli və ## #### 2023-cü il tarixli, ***/****/***** nömrəli kredit (borc) və girov müqavilələrinin əslləri Babək İbrahimovla Mənsurə İbrahimovaya təqdim olunduqda həmin müqavilələrdə Nurəddinin adının qarşısında icra olunmuş imzaların onaməxsus olmaması aşkar edilmişdir. Həmçinin filialda əməliyyatçıxəzinədar vəzifəsində işləyən şahid4 həmin müqavilələrə baxaraq müqavilədə adının qarşısında icra olunmuş imzaların onaməxsus imzalara bənzətmədiyini bildirmişdir. Nurəddin İbrahimov kredit mütəxəssisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs malik olduğu 34-cü kurasiya üzrə müştəri olması qeyd olunan müqavilələrin Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırmasına əsas vermişdir. Çünki Nurəddin İbrahimov ilk dəfə ## #### 2022-ci il tarixdə filiala müraciət etdikdə Təqsirləndirilən şəxs tərəfindən sonuncuya müştəri kimi əməli köməklik göstərilmişdir. Həmçinin filialın müştəriləri çox vaxt növbəti dəfə müqavilə bağlamaq üçün kredit mütəxəssisləri ilə mobil telefonla əlaqə saxlayaraq girov qoymuş olduğu qızıl-zinət əşyalarının yenidən orta bazar qiymətlərinə əsasən yenidən qiymətləndirilməsini və əvvəlki tarixlərdə bağlanmış müqavilələrə əsasən ödənilməmiş borc məbləğləri ödənilməklə verilə biləcək kreditin məbləğini öyrənmiş və razılaşdıqdan sonra kredit (borc) və girov müqaviləsinin hazırlanmasını, hazırlandıqdan sonra filiala gələrək plastik kartı təhvil alacağını və müqavilələri imzaları ilə təsdiq edəcəklərini bildirmişdir. Şahid şahid1 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, İbrahimov Nurəddin Osman oğlu qardaşı Babək İbrahimov ilə birlikdə BOKT “xxxx” ASC-nin Mingəçevir filialına yaxınlaşaraq bağlamış olduğu 1590 manat məbləğində kredit götürmək məqsədi ilə Təqsirləndirilən şəxs ilə müqavilə bağlamasına baxmayaraq təqdim olunmuş plastik karta 350 manat məbləğində pul vəsaitinin köçürüldüyünü bildirmiş və buna görə də, onlara qeyd olunan xüsusatları dəqiqləşdirmək məqsədi ilə Nurəddin İbrahimov ilə bağlanmış müqavilələrin saxtalaşdırılıbsaxtalaşdırılmamasının müəyyən edilməsi üçün Mingəçevir şəhər prokurorluğuna müraciət etməsini bildirmişdir. Həmçinin filialda əməliyyatçıxəzinədar vəzifəsində işləyən şahid4 müqavilələrdə imzası ilə təsdiq edib-etmədiyini müəyyənləşdirmək üçün sonuncuya müraciət etdikdə o, həmin müqavilələrdəki imzaları özünün icra etmədiyini və həmin imzaların kim tərəfindən icra olunmasını bilmədiyini demişdir. Nurəddinin qardaşı Babəklə aralarında baş tutmuş telefon danışığı zamanı isə araşdırma aparılması üçün Mingəçevir şəhər prokurorluğuna müraciət ünvanlamasını və bağlanmış müqavilələrin əsllərini araşdırma zamanı verilmiş rəsmi sorğu əsasında təqdim olunacağını, həmin sənədlərin saxtalaşdırılıb-saxtalaşdırılmaması ilə bağlı araşdırmanın nəticəsində hüquqi qiymət veriləcəyini bildirmişdir. ## ###### 2023-cü ilin yanvar ayından ## ####### 2024-cü il tarixədək BOKT “xxxx” ASC-nin Mingəçevir filialının müdiri vəzifəsində işlədiyindən və ## ######## 2023-cü il tarixdə əmək məzuniyyətində olduğundan ##.##.2022-ci il tarixli, ***/****/***** nömrəli nömrəli Kredit (Borc) və girov müqaviləsində “girov qoyan” sözünün qarşısındakı imzaların, ##.##.2022-ci il tarixli Ödəniş cədvəlindəki “Borclu-girov qoyan” qrafasındakı və “girov qoyan” sözünün qarşısındakı imzalar, ##.##.2022-ci il, ##.##.2023-cü il tarixli “Girov qoyulmuş qiymətlərin və dəyərlərin qiymətləndirilmə və təhvil-təslim Aktında” “Təhvil verdi müştəri” qrafasındakı imzaların, ##.##.2022, ##.##.2023-cü il tarixli “Plastik kartın təhvil aktında” “Təhvil aldı (müştəri)” qrafasındakı imzaların İbrahimov Nurəddin Osman oğlu tərəfindən icra olunmaması barədə, həmçinin həmin imzaların hansı şəxs tərəfindən hansı səbəblə saxtalaşdırılması ilə bağlı hər hansısa məlumatı olmamışdır. ##.##.2022-ci il tarixli, ***/****/***** nömrəli Kredit (Borc) və girov müqavilələrində “girov qoyan” sözünün qarşısındakı imzaların, ##.##.2023-cü il tarixli Ödəniş cədvəllərindəki “Borclu-girov qoyan” qrafasındakı və “girov qoyan” sözünün qarşısındakı imzaların İbrahimov Nurəddin Osman oğlu tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması ilə əlaqədar bildirmişdir ki, ##.##.2023-cü il tarixli kredit (borc) və girov müqaviləsi filial müdiri kimi onunla borclu-girov qoyan Nurəddin İbrahimov arasında bağlanmasına və həmin müqavilələrdəki imzaların onaməxsus olmasına baxmayaraq kredit mütəxəssisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs vəzifə öhdəliklərinə uyğun olaraq ilkin müştəriləri qəbul edərək kredit barədə ətraflı məlumat verdiyindən və Nurəddin İbrahimov filialda kredit mütəxəssisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs müştərisi olduğundan sonuncu Nurəddin İbrahimovun filialda müştəri olduğu vaxtdan etibarən ona kredit verilməsi ilə bağlı sənədləşdirmə işlərini aparmışdır. Filial müdiri kimi vəzifə təlimatına əsasən kreditlərin verilməsi məqsədilə kredit mütəxəssislərinin müştərilər barəsində tərtib etdiyi məlumatların düzgünlüyünü yoxlamaq və kreditin verilməsi haqqında təklifin Kredit Komitəsinə çıxarılmasını təmin etmək, həmçinin ayrılmış limit daxilində filialın kredit komitəsinin qərarı ilə kredit müqavilələrini təsdiq etmək, BOKT “xxxx” ASC-nin kredit komitəsinin qərarları əsasında kredit Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş İbrahimova Mənsurə Nurəddin qızı və İbrahimov Babək Osman oğlu vermiş olduğu ifadələrində zərərçəkmiş şəxs İbrahimov Nurəddin Osman oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə analoji məzmunlu ifadələr vermişdirlər. İş materiallarında olan ##.##.2024-cü il tarixli “cinayət işi başlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsinin tərkib əlamətləri olduğundan həmin fakta görə CM-nin 313-cü maddəsi ilə cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan ##.##.2023-cü il tarixli ***/****/***** saylı kredit və girov müqaviləsindən görünür ki, BOKT “xxxx” ASC ilə İbrahimov Nurəddin Osman oğlu arasında kredit-girov müqaviləsi imzalanmış, müştəriyə 16 ay müddətində illik 52 % olmaqla 1590 manat məbləğində kredit verilmiş, girov olaraq boyunbağı, üzük və kulon qoyulmuşdur. İş materiallarında olan ##.##.2024-cü il tarixli mədaxil orderindən görünür ki, müştəri İbrahimov Nurəddin Osman oğlu 800 manat məbləğində pulu ***/****/***** saylı müqavilə üzrə BOKT-a təhvil vermişdir (i.v. 50). ## #### 2024-cü il tarixli “sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən əşya BOKT “xxxx” ASC-dən daxil olmuş ## #### 2024-cü il tarixli, ***-***-*** nömrəli məktuba qoşma şəklində əlavə edilmiş kart hesabından çıxarışlara dair cədvəllərdir. İbrahimov Nurəddin Osman oğlunun adına rəsmiləşmiş ##.##.2022-ci il tarixli, ***/****/*** nömrəli kredit(borc) və girov müqaviləsinə əsasən 1400,00 manat məbləğində kredit verilmiş, həmin kredit məbləğindən 6 manat plastik kartın komissiya haqqı, 10 manat hesaba görə ödəniş məbləği, 10 manat yüklülük məbləği, 15 manat zərgər haqqı, 28 manat komissiya haqqı olmaqla 69 manat məbləğində pul vəsaiti məxaric olunmaqla 9931 xxxx xxxx **** nömrəli plastik kartdan ##.##.2022-ci il tarixdə 1331,00 manat məbləğində pul vəsaiti nağdlaşdırılmışdır. Qeyd olunan kredit üzrə ##.##.2022-ci il tarixdə 114 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, ##.##.2022-ci il tarixdə 3 manat məbləğində pul vəsaiti filialda mövcud olan kassa vasitəsilə, ##.##.2022-ci il tarixdə 4 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, ##.##.2022-ci il tarixdə 59 manat məbləğində pul vəsaiti “EManat” vasitəsilə, ##.##.2022-ci il tarixdə 151 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, ##.##.2022- ci il tarixdə 20 manat məbləğində pul vəsaiti “EManat” vasitəsilə, ##.##.2022-ci i! tarixdə 144 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, ##.##.2022-ci il tarixdə 14 manat məbləğində pul vəsaiti “EManat” vasitəsilə, ##.##.2022ci il tarixdə 15 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, ##.##.2022-ci il tarixdə 67 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, 31,08.2022-ci il tarixdə 53 manat məbləğində pul vəsaiti “EManat” vasitəsilə, ##.##.2022-ci il tarixdə 100 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, ##.##.2022-ci il tarixdə 8 manat məbləğində pul vəsaiti “Emanat” vasitəsilə, ##.##.2022-ci il tarixdə 7 manat məbləğində pul vəsaiti “EManat” vasitəsilə, ##.##.2022-ci il tarixdə 8 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, ##.##.2022-ci il tarixdə 114 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, ##.##.2022-ci il tarixdə 114 manat məbləğində pul vəsaiti “Emanat” vasitəsilə, ##.##.2022ci il tarixdə 9 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə mədaxil edilmişdir. İbrahimov Nurəddin Osman oğlunun adına rəsmiləşmiş ##.##.2022-ci il tarixli, ***/****/***** nömrəli kredit (borc) və girov müqaviləsinə əsasən 1400,00 manat məbləğində kredit verilmiş, həmin kredit məbləğindən 10 manat hesaba görə ödəniş məbləği, 15 manat zərgər haqqı, 14 manat komissiya haqqı, 2 manat plastik kartın komissiya haqqı, 10 manat nağdsız əməliyyat haqqı, 5 manat yeni plastik kartı məbləği, 10 manat yüklülük məbləği, 34,17 manat dəbbə üzrə borcun ödənilməsi, 33,49 manat ***/****/*** nömrəli müqavilə üzrə kreditin faiz üzrə borcun ödənilməsi, 906,34 manat qeyd olunan müqavilə üzrə qalıq borcun ödənilməsi olmaqla ümumilikdə 1040,00 manat məbləğində pul vəsaiti məxaric olunmaqla 9931 xxxx xxxx **** nömrəli plastik kartdan ##.##.2022-ci il tarixdə 360,00 manat məbləğində pul vəsaiti nağdlaşdırılmışdır. Qeyd olunan kredit üzrə ##.##.2022-ci il tarixdə 114 manat məbləğində pul vəsaiti “EManat” vasitəsilə, ##.##.2023-cü il tarixdə 114 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, ##.##.2023-cü il tarixdə 113 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə mədaxil edilmişdir. İbrahimov Nurəddin Osman oğlunun adına rəsmiləşmiş ##.##.2023-cü il tarixli, ***/****/***** nömrəli kredit (borc) və girov müqaviləsinə əsasən 1490 manat məbləğində kredit verilmiş, həmin kredit məbləğindən 10 manat hesaba görə ödəniş məbləği, 15 manat zərgər haqqı, 10 manat yüklülük məbləği, 15 manat komissiya haqqı, 12 manat nağdsız əməliyyat haqqı, 1 manat plastik kartın komissiya haqqı, 3,40 manat ***/****/***** nömrəli müqavilə üzrə kreditin faiz üzrə borcun ödənilməsi, 0,12 faiz borc məbləği, 1176,48 manat qeyd olunan müqavilə üzrə qalıq borcun ödənilməsi olmaqla ümumilikdə 1243,00 manat məbləğində pul vəsaiti məxaric olunmaqla 9931 xxxx xxxx **** nömrəli plastik kartdan ##.##.2023-cü il tarixdə 247,00 manat məbləğində pul vəsaiti nağdlaşdırılmışdır. Qeyd olunan kredit üzrə ##.##.2023-cü il tarixdə 100 manat məbləğində pul vəsaiti “EManat” vasitəsilə, 31,03.2023-cü il tarixdə 20 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, ##.##.2023- cü il tarixdə 114 manat məbləğində pul vəsaiti “EManat” vasitəsilə, ##.##.2023-cü il tarixdə 115 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, ##.##.2023-cü il tarixdə 119 manat məbləğində pul vəsaiti “EManat” vasitəsilə, 31,07.2023-cü il tarixdə 80 manat məbləğində pul vəsaiti “EManat” vasitəsilə, ##.##.2023cü il tarixdə 35 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, ##.##.2023-cü il tarixdə 111 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə mədaxil edilmişdir. İbrahimov Nurəddin Osman oğlunun adına rəsmiləşmiş ##.##.2023-cü il tarixli, ***/****/***** nömrəli kredit (borc) və girov müqaviləsinə əsasən 1590,00 manat məbləğində kredit verilmiş, həmin kredit məbləğindən 10 manat hesaba görə ödəniş məbləği, 15 manat zərgər haqqı, 10 manat yüklülük məbləği, 16 manat komissiya haqqı, 12 manat nağdsız əməliyyat haqqı, 5 manat yeni plastik kartı məbləği, 2 manat plastik kartın komissiya haqqı, 42,85 manat ***/****/***** nömrəli müqavilə üzrə kreditin faiz üzrə borcun ödənilməsi, 0,92 faiz borc məbləği, 1141,23 manat qeyd olunan müqavilə üzrə qalıq borcun ödənilməsi olmaqla ümumilikdə 1255 manat məbləğində pul vəsaiti məxaric olunmaqla 9931 xxxx xxxx **** nömrəli plastik kartdan ##.##.2023-cü il tarixdə 335 manat məbləğində pul vəsaiti nağdlaşdırılmışdır. Qeyd olunan kredit üzrə ##.##.2023-cü il tarixdə 140 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, ##.##.2023- cü il tarixdə 51 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, ##.##.2023-cü il tarixdə 90 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, ##.##.2024-cü il tarixdə 13 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, ##.##.2024-cü il tarixdə 15 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, 26.01,2024-cü il tarixdə 100 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, 26.01,2024cü il tarixdə 28 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, ##.##.2024- cü il tarixdə 13 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə, ##.##.2024-cü il tarixdə 800 manat məbləğində pul vəsaiti filialda mövcud olan kassa vasitəsilə, ##.##.2024-cü il tarixdə 2 manat məbləğində pul vəsaiti “MilliÖn” vasitəsilə mədaxil edilmişdir. Baxış zamanı İbrahimov Nurəddin İbrahim oğlu tərəfindən ##.##.2022-ci il tarixdən ##.##.2023- cü il tarixədək 2039 manat, ##.##.2023-cü il tarixdən ##.##.2024- cü il tarixədək 1252 manat olmaqla ümumilikdə ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək 3291 manat ödəniş həyata keçirilməsi müəyyən edilmişdir İş materiallarında olan ##.##.2022-ci il tarixli, ***/****/***** nömrəli, ##.##.2023-cü il tarixli, ***/****/***** nömrəli kredit (borc) və girov müqavilələri, qeyd olunan müqavilələrə əlavə olan ödəniş cədvəlləri, girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktları, plastik kartın təhvil aktları, habelə cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ilə BOKT “xxxx” ASC arasında bağlanmış ##.##.2020ci il tarixli əmək müqaviləsi və ## ##### 2021-ci il tarixdə təsdiq edilmiş vəzifə təlimatı cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və özündə cinayət hadisəsinin izlərini saxlamasına görə ##.##.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının ## #### 2022-ci il tarixli, */*** nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, ##.##.2022-ci il tarixli, ***/****/*** nömrəli, ##.##.2023-cü il tarixli, ***/****/***** nömrəli “Kredit (Borc) və girov müqavilələrində “girov qoyan” sözünün qarşısındakı imzalar, ##.##.2022, ##.##.2023-cü il tarixli Ödəniş cədvəllərindəki “Borclu-girov qoyan” qrafasındakı və sondakı “girov qoyan” sözünün qarşısındakı imzalar, ##.##.2022, ##.##.2023-cü il tarixli “Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktlarında” “Təhvil verdi müştəri” qrafalarındakı imzalar, ##.##.2022, ##.##.2023-cü il tarixli “Plastik kartın təhvil aktında” “Təhvil aldı(müştəri)” qrafalarındakı imzalar və mülki işin 17-ci vərəqində olan ##.##.2023-cü il tarixli “Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirilmə və təhvil-təslim Aktın” sonundakı əlyazma və rəqəmlər - İbrahimov Nurəddin Osman oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 13-15-ci vərəqlərində olan ##.##.2023-cü il tarixli ***/****/***** nömrəli “Kredit (Borc) və girov müqaviləsinin “girov qoyan” sözlərinin qarşısındakı imzalar, mülki işin 16 vərəqində olan “Ödəniş cədvəlində” “Kreditor- Girov saxlayan” qrafasındakı və sondakı “kredit verən” yazısının qarşısındakı imzalar, mülki işin 18-ci vərəqində olan Plastik kartın təhvil aktında “Filial müdiri” qrafasındakı imza - şahid1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, ##.##.2022-ci il tarixli ***/****/*** nömrəli, ##.##.2022-ci il arixli, ***/****/***** nömrəli “Kredit (Borc) və girov müqavilələrində “kredit verən” sözünün qarşısındakı imzalar, mülki işin 4 və 10-cu vərəqlərində olan ödəniş cədvəllərində “Kreditor-Girov saxlayan” qrafasındakı və sondakı “Kredit verən” yazısının qarşısındakı imzalar, ##.##.2022, ##.##.2022-ci il tarixli Plastik kartın təhvil aktında “Filial müdiri” qrafasındakı imzalar - şahid2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, ##.##.2023-cü il tarixli, ***/****/***** nömrəli, ##.##.2023- cü il tarixli, ***/****/***** nömrəli “Kredit (Borc) və girov müqaviləsində “Nəzarət” sözünün qarşısındakı imzalar, mülki işin 16 və 22-ci vərəqlərində olan ödəniş cədvəllərində “Nəzarət” yazısının qarşısındakı imzalar, ##.##.2023, ##.##.2023-cü il tarixli Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirilmə və təhvil-təslim Aktlarında “Təhvil aldı:” qrafalarındakı imzalar, ##.##.2023 və ##.##.2023-cü il tarixli Plastik kartın təhvil aktlarında “Təhvil verdi xəzinədar (əməliyyatçı-xəzinədar:)” qrafasındakı imzalar - şahid4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş ##.##.2022-ci il tarixli, ***/****/***** nömrəli, ##.##.2023-cü il tarixli, ***/****/***** nömrəli Kredit(Borc) və girov müqavilələrində “girov qoyan” sözünün qarşısındakı imzalar, ##.##.2022, ##.##.2023-cü il tarixli ödəniş cədvəllərindəki “Borclu-girov qoyan” qrafasındakı və “girov qoyan” sözünün qarşısındakı imzalar, ##.##.2022, ##.##.2023-cü il tarixli “Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirilmə və təhvil-təslim Aktında” “Təhvil verdi müştəri” qrafasındakı imzalar, ##.##.2022, ##.##.2023-cü il tarixli “Plastik kartın təhvil aktında” “Təhvil aldı (müştəri)” qrafasındakı imzalar - İbrahimov Nurəddin Osman oğlu tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş ##.##.2022-ci il tarixli, ***/****/***** nömrəli, Kredit(Borc) və girov müqaviləsində “Nəzarət” sözünün qarşısındakı imzalar, mülki işin 10- cu vərəqində “Nəzarət” sözünün qarşısındakı imza, Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktında “Təhvil aldı:” qrafasındakı imza, ##.##.2022-ci il tarixli Plastik kartın təhvil aktında “Təhvil verdi xəzinədar (əməliyyatçıxəzinədar) qrafasındakı imza - şahid4 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin ##.##.2022ci il tarixli, ##.##.2022-ci il tarixli, ##.##.2023-cü il tarixli, ##.##.2023-cü il tarixli Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktlarında “Qiymətləndirici” qrafasındakı imzalar - şahid3 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs ilə İbrahimov Nurəddin Osman oğlunun arasında aparılmış ##.##.2024-cü il tarixli üzləşdirmə istintaq hərəkəti zamanı sonuncu Təqsirləndirilən şəxs üzünə qarşı ##.##.2022-ci il və ##.##.2023-cü il tarixlərdə bağlanılmış kredit (borc) və girov müqavilələrinin onun tərəfindən hazırlandığını, qeyd olunan tarixlərdə imzalanması üçün müqavilələrin və plastik kartların onun tərəfindən təqdim olunduğunu və filialda sonuncudan başqa hər hansısa şəxsi tanımadığını, həmçinin ##.##.2023-cü il tarixdə bağlanılmış kredit(borc) və girov müqaviləsinə əsasən 800 manat məbləğində kredit əldə etməli olmasına baxmayaraq bağlanmış müqavilə əsasında təhvil aldığı plastik kartdan 335 manat məbləğində pul vəsaitini nağdlaşdırmasının səbəbi kimi onun kartın bloklandığını, buna görə kart hesabına 800 manat məbləğində pul vəsaitinin tam şəkildə köçürülmədiyini, yaranmış problemin qısa müddət ərzində aradan qaldırılacağını dediyini bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ilə İbrahimova Mənsurə Nurəddin qızının arasında aparılmış ##.##.2024-cü il tarixli üzləşdirmə istintaq hərəkəti zamanı sonuncu Xəyal Əhmədünin üzünə qarşı ##.##.2023-cü il tarixdə oğlu Nurəddin İbrahimovla bağlanılmış kredit(borc) və girov müqaviləsinə əsasən 800 manat məbləğində kredit əldə edilməli olmasına baxmayaraq bağlanmış müqavilə əsasında Nurəddinin təhvil aldığı plastik kartdan 335 manat məbləğində pul vəsaitini nağdlaşdırmasının səbəbi kimi onun kartın bloklandığını, buna görə kart hesabına 800 manat məbləğində pul vəsaitinin tam şəkildə köçürülmədiyini, yaranmış problemin qısa müddət ərzində aradan qaldırılacağını dediyini bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ilə şahid2 arasında aparılmış ##.##.2024cü il tarixli üzləşdirmə istintaq hərəkəti zamanı sonuncu Təqsirləndirilən şəxs üzünə qarşı Nurəddin İbrahimovla ##.##.2022-ci il tarixdə bağlanmış kredit (borc) və girov müqaviləsinin saxtalaşdırılması barədə məlumatının olmadığını, Nurəddin İbrahimovun filialda Təqsirləndirilən şəxs müştərisi olduğunu və bağlanmış müqavilənin onun tərəfindən hazırlanması səbəbi ilə həmin müqavilənin onun tərəfindən saxtalaşdırıldığını bildirmişdir. İş materiallarında olan Mingəçevir şəhər Ruhi-Əsəb xəstəlikləri Dispanserindən verilmiş ##.##.2024-cü il tarixli 603 №li məlumatdan görünür ki, İbrahimov Nurəddin Osman oğlu ##.##.2013-cü il tarixdən “yüngül əqli gerilik, nevrotik reaksiyalarla” diaqnozu ilə dispanserdə psixiatrik müşahidədədir. İş materiallarında olan ##.##.2024-cü il tarixli “hüquqi şəxsin zərərçəkmiş şəxs qismində tanınması haqqında” qərardan görünür ki, hüquqi şəxs BOKT “xxxx” ASC-in zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır (. İş materiallarında olan ##.##.2024-cü il tarixli Yevlax şəhər İcra başçısının Havarlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu, Hacıselli kəndində yaşayır. İş materiallarında olan Yevlax şəhər İcra başçısının Havarlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan ##.##.2024-cü il tarixli “vəsatətin rədd edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə vermiş olduğu yazılı vəsatətin əsassız olması səbəbindən rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış ##.##.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan ** saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ***-*** saylı yataqxanada qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının ## ###### 2024-cü il tarixli, *** nömrəli rəyindən görünür ki, İbrahimov Nurəddin Osman oğlu yüngül dərəcəli kəmağıllıq (debillik səviyyəsində), davranış pozuntuları ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçməsinə baxmayaraq həmin xəstəlik əlamətləri yüngül ifadəli olması səbəbindən o, hadisəni düzgün dərk etmək, təsvir etmək qabiliyyətinə malikdir. İbrahimov Nurəddin Osman oğlunun istintaq zamanı verdiyi ifadəsi mötəbər hesab edilə bilər. İbrahimov Nurəddin Osman oğlunun hal-hazırda kənar şəxslərin qulluğuna ehtiyacı yoxdur. İbrahimov Nurəddin Osman oğlu yüngül dərəcəli kəmağıllıq (debillik səviyyəsində), davranış pozuntuları ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10- cu baxış) F70.1 xəstəliyi keçməsinə baxmayaraq həmin xəstəlik əlamətləri yüngül ifadəli olması səbəbindən o, ona qarşı törədilən hərəkətlərin faktiki xarakterini, mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan ##.##.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi qeyd olunan cinayət əməlləri üzrə ətirdiyi dəlillər, əməllərini etiraf etməməsi və s. barədə irəli sürdüyü xüsusatlar toplanmış istintaq sənədləri ilə təkzib edildiyindən onun ifadələrinə tənqidi yanaşılmaqla, özünü müdafiə xarakterli olduğundan rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CMnin 313-cü maddəsindən həmin Məcəllənin 179.2.3, 308.1 və 313-cü maddələrinə tövsif edilməsi, ##.##.1996-cı il tarixdə Yevlax rayonu, Hacıselii kəndində anadan olmuş, ali təhsilli, subay, əwəllər məhkum Yevlax rayonu, Hacıselii kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilməsi, təsviri hissədə göstərilənlərə əsasən şahid2 və şahid1 əməllərində Azərbaycan Respublikasının CM-nin 314-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərdə şahid2, şahid1 və şahid4 əməllərində cinayət tərkibinin əlamətləri olmadığından, iştirakları təsdiq olunmadığından barələrində cinayət təqibinin başlanması rədd edilməsi, ##.##.2022-ci il tarixli, ***/****/***** nömrəli, ##.##.2023-cü il tarixli, ***/****/***** nömrəli kredit (borc) və girov müqavilələri, qeyd olunan müqavilələrə əlavə olan ödəniş cədvəlləri, girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktları, plastik kartın təhvil aktları, habelə cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ilə ASC arasında bağlanmış ##.##.2020-ci il tarixli əmək müqaviləsi və ## ##### 2021-ci il tarixdə təsdiq edilmiş vəzifə təlimatı cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb etdiyindən və özündə cinayət hadisəsinin izlərini saxladığına görə maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının ## #### 2024-cü il tarixli, */*** nömrəli rəyi və ambulator məhkəmə psixiatrik ekspertizasının ## ###### 2024cü il tarixli, *** nömrəli rəyi sübut növü kimi qiymətləndirilməsi, cinayətin törədilməsinə səbəb və şərait yaradan halların aradan qaldırılması üçün BOKT “xxxx” ASC-yə təqdimat göndərilməsi qərara alınmışdır İş materiallarında olan ##.##.2024-cü il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 313-cü maddəsindən həmin Məcəllənin 179.2.3, 308.1 və 313-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. İş materiallarında olan ##.##.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 179.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələr ilə ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi haqqında” ##.##.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan İbrahimov Nurəddin Osman oğlu ##.##.2026-cı il tarixdə məhkəmə iclasında təqdim etdiyi ərizə ilə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödəndiyini və onun barəsində hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan ## ###### 2026-cı il tarixli xəzinə mədaxil orderindən görünür ki, müştəri İbrahimov Nurəddin Osman oğlu 1687 manat BOKT xxxx ASC-yə cari hesaba ödəniş etmişdir. BOKT “xxxx” ASC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, **-**/**** saylı arayışdan görünür ki, İbrahimov Nurəddin Osman oğlu ##.##.2023-cü il tarixli ***/****/***** saylı kredit müqaviləsi üzrə götürdüyü 1590 manat kreditini ##.##.2026-cı il tarixində tam bağlamışdır. Müştərinin heç bir borc öhdəliyi yoxdur. İş materiallarında olan AZEMİS-dən gəlir məlumatlarının ##.##.2026-cı il tarixli sorğulanmasına dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısı olduğuna görə 80 manat pensiya alır. İş materiallarında olan Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinə təqdim etdiyi ##.##.2026-cı il tarixli ərizədən görünür ki, o, özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslərə dəymiş zərəri tam şəkildə ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını, qeyd olunanları nəzərə alaraq Cinayət Məcəlləsinin 313cü maddəsi üzrə müddət keçdiyindən, həmin hissəyə xitam verilməsini AR CM-in 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata müddət keçdiyindən həmin hissədə xitam verilməsini, müharibə veteranı olduğundan AR CM-in 179.2.3 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə barəsində amnistiya aktı tətbiq edilməklə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan SX 0405405 №li hərbi biletdən görünür ki, Təqsirləndirilən şəxs vətən müharibəsində iştirak etmişdir. İş materiallarında olan ##.##.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müddətsiz olaraq 117862 №li veteranlıq vəsiqəsi verilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli ***s nömrəli Sərəncamı ilə İ-15830 №li “vətən müharibəsi iştirakçısı” medalı verilmişdir Zərərçəkmiş şəxs İbrahimov Nurəddin Osman oğlunun məhkəmə kollegiyasına ünvanladığı ərizələrindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmiş, mülki iddia üzrə tələbi yoxdur və mülki iddiadan imtina etmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərindən əvvəl təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində qeyd etdiklərinə yəni, ibtidai istintaq zamanı və ilkin məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, Mingəçevir Şəhər Məhkəməsində verdiyi sonrakı ifadələrində özünü təqsirli bilməsi, həmin ifadələrinin doğru olması, hazırda da təsdiq etməsini, məhkəmə iclaslarına gəlib-gedə bilmədiyi, işində problem yarandığı və barəsində amnistiya aktı tətbiq edilməsi üçün özünü təqsirli bilməsi, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödəməsi, Mingəçevir Şəhər Məhkəməsinə təqdim etdiyi ## ###### 2026-cı il tarixli ərizədə qeyd olunanların doğru olması, ərizədən imtina etmədiyinə dair göstərdiklərinə münasibət bildirməyi zəruri hesab edir. Göründüyü kimi məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsində verdiyi sonrakı ifadələrində özünü təqsirli bildiyini, həmin ifadələrinin doğru olduğunu, hazırda da təsdiq etdiyini, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödədiyini, Mingəçevir Şəhər Məhkəməsinə təqdim etdiyi ## ###### 2026-cı il tarixli ərizədə qeyd olunanların doğru olduğunu, ərizədən imtina etmədiyini göstərdiyi halda işində problem yarandığı və barəsində amnistiya aktı tətbiq edilməsi üçün özünü təqsirli bildiyini əlavə etmişdir. Məhkəmə kollegiyası qeyd edilən xüsusatla bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.2.3, 308.1 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini göstərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixli birinci instansiya məhkəməsinin iclasında təqdim etdiyi ərizə ilə özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslərə dəymiş zərəri tam şəkildə ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını, qeyd olunanları nəzərə alaraq Cinayət Məcəlləsinin 313cü maddəsi üzrə müddət keçdiyindən, həmin hissəyə xitam verilməsini AR CM-in 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata müddət keçdiyindən həmin hissədə xitam verilməsini, müharibə veteranı olduğundan AR CM-in 179.2.3 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə barəsində amnistiya aktı tətbiq edilməklə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs təqsirliliyi iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, o cümlədən tədqiq edilmiş iş materialları ilə tam sübut olunmuşdur. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında məhkəmə iclaslarına gəlib-gedə bilmədiyi, işində problem yarandığı və barəsində amnistiya aktı tətbiq edilməsi üçün özünü təqsirli bildiyini göstərməklə yanaşı, Mingəçevir Şəhər Məhkəməsinə təqdim etdiyi ## ###### 2026-cı il tarixli ərizədə qeyd olunanların doğru olduğunu, ərizədən imtina etmədiyini göstərmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında məhkəmə iclaslarına gəlib-gedə bilmədiyi, işində problem yarandığı və barəsində amnistiya aktı tətbiq edilməsi üçün özünü təqsirli bilməsi barədə ifadəsini işin faktiki hallarına uyğun olmayan, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, o cümlədən tədqiq edilmiş iş materialları ilə təkzib edilən ifadə kimi qəbul edir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Protestin birinci instansiya məhkəməsi tərəfindən CM-in 308.1-ci maddəsinin verilmiş ittihamdan xaric edilməsi hissəsilə bağlı başlıca dəlili ondan ibarətdir ki, Təqsirləndirilən şəxs öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib mənimsəmə cinayəti törətmiş, həmin cinayət əməli üzrə maddi ziyan dəymiş BOKT “xxxx” ASC zərər çəkmiş hüquqi şəxs kimi tanınmış, həmin xüsusat üzrə, yəni dəymiş maddi ziyan üzrə CM-in 179.2.3-cü maddəsi həmin Məcəllənin 308.1-ci maddəsinə münasibətdə xüsusi norma kimi çıxış etmiş, lakin, Təqsirləndirilən şəxs cinayət əməlinin nəticəsində fiziki şəxs İbrahimov Nurəddin Osman oğlunun adına sonuncu dəfə sənədləşdirilmiş ##.##.2023-cü il tarixli kredit (borc) və girov müqaviləsi üzrə 1590 manat məbləğində əsas borc, 647,27 manat məbləğində faiz borcu yaranmış, həmçinin 881 ABŞ dolları məbləğində qızıl-zinət əşyalarının girovda qalmasına səbəbiyyət verməklə onun hüquqlarına və mənafelərinə mühüm zərər vurmuş, qeyd edilənlər isə müstəqil surətdə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətinin tərkibini yaratdığından Təqsirləndirilən şəxs həmin xüsusata görə CM-in 308.1-ci maddəsi ilə ittiham elan edilmiş və İbrahimov Nurəddin Osman oğlu da məhz həmin xüsusat üzrə zərər çəkmiş kimi tanınmışdır. Həmçinin apellyasiya protestində qoyulan digər məsələ birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 1.1, 1.2 və 5.1-ci bəndlərinə əsasən cinayət təqibinə xitam verərkən səhvə yol verməsindəndir. Belə ki, məhkəmə öz qərarında Təqsirləndirilən şəxs CM-in 179.2.3-cü maddəsi ilə yanaşı həmin Məcəllənin 313-cü maddəsi ilə də təqsirli bilmiş və CM-in 313-cü maddəsi ilə onun barəsində CPM-in 39.1.3-cü maddəsinə əsasən bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam vermişdir. Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında CM-in 179.2.3-cü maddəsi ilə yanaşı CM-in 313cü maddəsi ilə ittiham olunmuş və həmin maddə ilə ittiham olunan şəxslər barəsində amnistiya qərarının tətbiq edilməsi məhdudlaşdırıldığından onun barəsində “Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025- ci il tarixli Qərarı tətbiq edilə bilməzdi. Məhkəmə kollegiyası apellyasiya protestinin birinci instansiya məhkəməsi tərəfindən CM-in 308.1-ci maddəsinin verilmiş ittihamdan xaric edilməsi hissəsilə bağlı dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs verilmiş ittihamdan göründüyü kimi o, BOKT “xxxx” ASC-nin Mingəçevir filialında satış (kredit) mütəxəssisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi qeyd olunmuş normativ sənədin tələblərini yerinə yetirməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, BOKT “xxxx” ASCyə məxsus pul vəsaitini, yəni etibar olunmuş əmlakı vahid qəsdlə öz qulluq mövqeyindən istifadə etməklə talama məqsədilə, rəsmi sənədlər, yəni ##.##.2022-ci il tarixdə likvid dəyəri 519 ABŞ dolları (həmin günün məzənnəsi ilə 882,30 manat), satış dəyəri 812,5 ABŞ dolları (həmin günün məzənnəsi ilə 1381,25 manat) olan 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl üzük, 01 ədəd qızıl kulonu girov qoyaraq həmin tarixli ***/****/*** nömrəli kredit (borc) və girov müqaviləsi əsasında 1400 (bir min dörd yüz) manat kredit götürmüş İbrahimov Nurəddin Osman oğlunun adına 18 ay müddətinə illik 52 faizlə 1400 (bir min dörd yüz) manat kredit verilməsinə dair ## ###### 2022-ci il tarixli ***/****/***** nömrəli kredit (borc) və girov müqaviləsi, eyni tarixli Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirilmə və təhvil-təslim aktı, “xxxx” ASC-yə məxsus üzərində xxxx kredit təşkilatı sözləri yazılan, “9931-1070-0262-7493” PAN nömrəli plastik kartın təhvil-təslim aktını tərtib edərək, istintaqa məlum olmayan şəraitdə sonuncunun imzasını saxtakarlaşdırmaqla filial müdiri vəzifəsində işləmiş şahid2 kreditin verilməsi haqqında təklifin Kredit Komitəsinə çıxarılması üçün tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi sənədləri təqdim edib İbrahimov Nurəddin Osman oğlunun adına 1400 (bir min dörd yüz) manat məbləğində kredit rəsmiləşdirilməsinə nail olaraq həmin məbləğin 1042 (bir min qırx iki) manat hissəsi sonuncunun adına olan ##.##.2022- ci il tarixli kredit müqavilə üzrə qalıq borca və komissiya haqqına silindikdən sonra qalan 358 (üç yüz əlli səkkiz) manat məbləğində pul vəsaitini ## ###### 2022-ci il tarixdə saat 16:53:56-da “9931-1070-0262-7493” PAN nömrəli plastik kart vasitəsilə Mingəçevir şəhərində mövcud olan, istintaqa məlum olmayan “xxxx” ASC-yə məxsus terminaldan nağdlaşdırmış, təkrarən cinayətkar niyyətini davam etdirərək yenidən İbrahimov Nurəddin Osman oğlunun adına 20 ay müddətinə illik 52 faizlə 1490 (bir min dörd yüz doxsan) manat kredit verilməsinə dair ## #### 2023-cü il tarixli ***/****/***** nömrəli kredit (borc) və girov müqaviləsi, eyni tarixli Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirilmə və təhvil-təslim aktı, “xxxx” ASC-yə məxsus üzərində xxxx kredit təşkilatı sözləri yazılan, “9931-1070-0262-7493” PAN nömrəli plastik kartın təhvil-təslim aktını tərtib edərək, istintaqa məlum olmayan şəraitdə sonuncunun imzasını saxtakarlaşdırmaqla filial müdiri vəzifəsində işləmiş şahid1 kreditin verilməsi haqqında təklifin Kredit Komitəsinə çıxarılması üçün tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi sənədləri təqdim edib İbrahimov Nurəddin Osman oğlunun adına 1490 (bir min dörd yüz doxsan) manat məbləğində kredit sənədləşdirilməsinə nail olaraq həmin məbləğin 1245 (bir min iki yüz qırx beş) manat hissəsi sonuncunun adına olan ##.##.2022-ci il tarixli kredit müqavilə üzrə qalıq borca və komissiya haqqına silindikdən sonra qalan 245 manat məbləğində pul vəsaitini ## #### 2023-cü il tarixdə saat 17:01-17:02-də iki dəfə olmaqla “9931-1070- 0262-7493” PAN nömrəli plastik kart vasitəsilə Mingəçevir şəhərində mövcud olan, istintaqa məlum olmayan “xxxx” ASC-yə məxsus terminaldan nağdlaşdırmaqla, BOKT “xxxx” ASC-yə məxsus olmaqla İbrahimov Nurəddin Osman oğlunun adına sənədləşdirilmiş ümumilikdə 603 (altı yüz üç) manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə mənimsəməklə talamış, nəticədə fiziki şəxs İbrahimov Nurəddin Osman oğlunun adına sonuncu dəfə sənədləşdirilmiş ##.##.2023-cü il tarixli, ***/****/***** nömrəli kredit (borc) və girov müqaviləsi üzrə 1590 (bir min beş yüz doxsan) manat məbləğində əsas borc, 647,27 (altı yüz qırx yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində faiz borcu yaranmış, həmçinin 881 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 1497,70 manat) məbləğində qızıl-zinət əşyalarının girovda qalmasına səbəbiyyət verməklə onun hüquqlarına və mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Göründüyü kimi ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs BOKT “xxxx” ASC-nin Mingəçevir filialında satış (kredit) mütəxəssisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi normativ sənədin tələblərini yerinə yetirməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, BOKT “xxxx” ASC-yə məxsus pul vəsaitini, yəni etibar olunmuş əmlakı vahid qəsdlə öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayət əməli törətməsi qənaətinə gəldiyindən onun əməlini həm CM-in 179.2.3-cü, həm də həmin Məcəllənin 308-ci maddələrilə tövsif etmişdir. CM-in 179.1-ci maddəsi mənimsəmə və ya israf etməni, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamanı, 179.2.3-cü maddəsi isə eyni əməllərin şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsini nəzərdə tutur. CM-in 308.1-ci maddəsi vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli Qərarının 39-cu bəndində qeyd edilmişdir ki, məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Apellyasiya protestindən göründüyü kimi dövlət ittihamçısı Təqsirləndirilən şəxs öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib mənimsəmə cinayəti törətməsini, həmin cinayət əməli üzrə maddi ziyan dəymiş BOKT “xxxx” ASC-nin zərər çəkmiş hüquqi şəxs kimi tanınmasını, həmin xüsusat üzrə, yəni dəymiş maddi ziyan üzrə CM-in 179.2.3-cü maddəsinin həmin Məcəllənin 308.1-ci maddəsinə münasibətdə xüsusi norma kimi çıxış etdiyini vurğulasa da, Təqsirləndirilən şəxs cinayət əməlinin nəticəsində fiziki şəxs İbrahimov Nurəddin Osman oğlunun adına sonuncu dəfə sənədləşdirilmiş ##.##.2023-cü il tarixli kredit (borc) və girov müqaviləsi üzrə 1590 manat məbləğində əsas borc, 647,27 manat məbləğində faiz borcunun yaranması, həmçinin 881 ABŞ dolları məbləğində qızıl-zinət əşyalarının girovda qalmasına səbəbiyyət verməklə onun hüquqlarına və mənafelərinə mühüm zərər vurmasının müstəqil surətdə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətinin tərkibini yaratdığından Təqsirləndirilən şəxs həmin xüsusata görə CM-in 308.1-ci maddəsi ilə ittiham elan edilməsi və İbrahimov Nurəddin Osman oğlunun da məhz həmin xüsusat üzrə zərər çəkmiş kimi tanınması barədə mövqeyi anlaşılan deyildir. Məhkəmə kollegiyası apellyasiya protestinin qeyd edilən dəlili ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-in 308.1-ci maddəsini xaric etməklə düzgün nəticəyə gəllmişdir. Apellyasiya prostestinin digər dəlili isə birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 313-cü maddəsi ilə də təqsirli bilinərək barəsində CPM-in 39.1.3-cü maddəsinə əsasən bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verdiyi halda Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 1.1, 1.2 və 5.1-ci bəndlərinə əsasən cinayət təqibinə xitam verməsindəndir. Məhkəmə kollegiyası apellyasiya protestinin qeyd edilən dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən onun barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. Apellyasiya protesti həmin hissədə belə əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında CM-in 179.2.3-cü maddəsi ilə yanaşı CM-in 313-cü maddəsi ilə ittiham olunmuş və həmin maddə ilə ittiham olunan şəxslər barəsində amnistiya qərarının tətbiq edilməsi məhdudlaşdırıldığından onun barəsində “Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarı tətbiq edilə bilməzdi. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 15-ci bəndində göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. CM-in 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət təqibinə xitam verildiyindən cinayətlərin məcmusu mövcud olmamışdır. Qeyd edilən vəziyyətdə isə CM-in 179.2.3-cü maddəsilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 1.1, 1.2 və 5.1-ci bəndlərinə əsasən cinayət təqibinə xitam verilməsi üçün heç bir məhdudiyyət mövcud deyildir. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus SX 0405405 №li hərbi biletdən, ##.##.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müddətsiz olaraq verilmiş 117862 №li veteranlıq vəsiqəsindən eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli ***s nömrəli Sərəncamı ilə İ-15830 №li “vətən müharibəsi iştirakçısı” medalının verilməsindən də görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısıdır və müharibə veteranıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 1.1 və 1.2-ci bəndlərinə görə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il ########ın ##–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il ########ın ##–20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla); olan şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmçinin qeyd edilməlidir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya protestinin həmin dəlillərini də əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, dövlət itthamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarından görünür ki, zərərçəkmiş şəxs İbrahimov Nurəddin Osman oğlunun mülki iddianın geri qaytarılması ərizəsi nəzərə alınmaqla onun tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyana görə pul tələbinə dair mülki iddiasının geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan İbrahimov Nurəddin Osman oğlunun birinci instansiya məhkəməsinə təqdim etdiyi ##.##.2026-cı il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, onun Təqsirləndirilən şəxs barəsində hər hansı şikayət və tələbi yoxdur. Həmçinin, zərərçəkmiş şəxs İbrahimov Nurəddin Osman oğlunun məhkəmə kollegiyasına ünvanladığı ərizələrindən də görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmiş, mülki iddia üzrə tələbi yoxdur və mülki iddiadan imtina etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs İbrahimov Nurəddin Osman oğlunun mülki iddiadan imtina etməsi qəbul edilməli və mülki iddia üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı zərərçəkmiş şəxs İbrahimov Nurəddin Osman oğlunun Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyana görə pul tələbinə dair mülki iddiasının zərərçəkmiş şəxsə geri qaytarılması hissəsində dəyişdirilməli, cinayət işi üzrə zərərçəkmiş şəxs İbrahimov Nurəddin Osman oğlunun mülki iddiadan imtina etməsi qəbul edilməli və mülki iddia üzrə icraata xitam verilməli, birinci instansiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı zərərçəkmiş şəxs İbrahimov Nurəddin Osman oğlunun Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyana görə pul tələbinə dair mülki iddiasının zərərçəkmiş şəxsə geri qaytarılması hissəsinə münasibətdə dəyişdirilsin. Cinayət işi üzrə zərərçəkmiş şəxs İbrahimov Nurəddin Osman oğlunun mülki iddiadan imtina etməsi qəbul edilsin və mülki iddia üzrə icraata xitam verilsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-116/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-116/2026
24.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver