Məhkəmə qərarları › İş №1(3-10)-119/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-119/2026

19.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-119/2026 19.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Tahirov Zamin Cəbrayıl oğlu (sədrlik edən və məruzəçi), Şükürov Imanverdi Həşimxan oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, Xəlilov Ramin Ramiz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R X2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair Balakən Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli *(*-***)-**/**** saylı hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli (hakim A.Cəfərova) hökmü ilə, ## ###### 1995-ci il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan, ## ###### 2026-cı il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) günün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılması və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri Balakən rayonu Tülü kəndindəki ünvanı gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən rayon Icra və Probasiya Şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınması, ekspertiza tədqiqatının dəyəri 143.72 manatın Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 1.329 qram olan psixotrop maddə-metamfetaminin hökm qanuni qüvvəsini aldıqdan sonra tam məhv edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılması, iş üzrə “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmənin” əks olunduğu 02 ədəd diskin cinayət işinin materiallarında saxlanılması müəyyən edilmişdir. Işin halları: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda-1,379 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## ###### 2026-cı il tarixdə saat 08:27-də Balakən şəhəri Atatürk prospekti ərazisində yol kənarında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üstü yoxlanılan zaman Winchester markalı siqaret qutusunun içərisində həmin kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə olmaqla əynindəki gödəkçənin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı Dövlət ittihamçısı verilmiş apellyasiya protestində Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı hökmünün Təqsirləndirilən şəxs təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihаmçısı аpellyаsiyа prоtestini оnunlа əsаslаndırmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını məhkəməyə təklif etmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə sonuncunun əldə edib daşıyaraq saxladığı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin miqdarının 1,379 qramxeyli miqdarın aşağı həddindən 9 dəfə çox, külli miqdarına isə yaxın çəkidə olmasına baxmayaraq məhkəmə cəza təyini zamanı psixotrop maddənin miqdarını nəzərə almamışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan yüngül növdə cəza təyin edərkən cinayət qanununun qeyd olunan normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun tələblərinə, Ali Məhkəmənin Plenumunun müvafiq izahlarına əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də psixotrop maddənin növünə və miqdarına əhəmiyyət verilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını və əvvəllər məhkum olmamasını qanunun tələblərinə əməl etmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almamış, onun cinayət əməli polis əməkdaşları tərəfindən ifşa olunmuşdur. Təqsirləndirilən şəxs ifşa edildikdən və psixotrop maddə aşkar edildikdən sonra təqsirini etiraf edərək ifadə verməsi onun əməlindən səmimi peşmançılıq keçirməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə hökmündə Təqsirləndirilən şəxs əməlini etiraf etməklə səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alarkən bu hərəkətlərin təqsirləndirilən şəxsin ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət etdiyini və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq etməsini göstərmişdir. Lakin bu davranışlar şəxsin cinayət törətdikdən dərhal sonra keçirdiyi peşmançlıq və ya mənəvi təmizlənmə ehtiyacından deyil, yalnız polis əməkdaşları tərəfindən saxlandıqdan və təkzibedilməz sübutlar qarşısında qaldıqdan sonra ortaya çıxan bir müdafiə taktikasıdır. Belə olan halda, peşmançılıq hissi şəxsin hüquqazidd davranışından doğan daxili məzəmmətini deyil, qaçılmaz cəzadan yayınmaq və ya onu minimuma endirmək məqsədi ilə nümayiş etdirilən şəraitə uyğunlaşma cəhdini ifadə edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alsa da, əvvəllər məhkum olunmama faktı şəxsin müstəsna müsbət davranışı və ya xidməti deyil, hər bir Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etmə öhdəliyinin icrasıdır. Qanunamüvafiq davranışın cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsi cinayət qanunvericiliyinin hamı üçün imperativ olan davranış standartlarını aşağı salmaqla bərabər cəzanın çəkindirici təsirini də zəiflədir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * saylı qərarının 4-cü hissəsində göstərilmişdir ki, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Lakin qeyd edildiyi kimi məhkəmə xeyli miqdarından artıq miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlayan təqsirləndirilən şəxsə cəza təyin edərkən nəzərə aldığı halları kifayət qədər əsaslandırmamış, belə bir nəticəyə gəlməsinin motivlərini hökmdə göstərməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmünün ona təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X2 apellyasiya protestində göstərilmiş xüsusatlarla bağlı oxşar məzmunda çıxış edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair Balakən Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli *(*-***)-**/**** saylı hökmünün Təqsirləndirilən şəxs dövlət ittihаmçısının təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməklə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya protestinin dəlillərinin əsassız olduğunu bildirərək, apellyasiya protestinin təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı hökmünun dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X1 apellyasiya protestinin təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı hökmünun dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Аzərbаycаn Respublikаsı Cinаyət Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya protestində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 125, 144 və 145-ci mаddələrinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmiş və hаqlı оlаrаq оnu həmin mаddə ilə nəzərdə tutulаn cinаyət əməlinin törədilməsində təqsirli bilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə ## #### 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə ## #### 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə ##.##.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə ## ### 2007-ci il tarixli qərarlarında qeyd edilir ki, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. CPM-nin 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-nin 33.1 və 33.2-ci maddələrinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və biri-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin III hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-nin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Oxşar hüquqi mövqedə olan Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo Ispaniyaya qarşı işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirsizlik prezumsiyası prinsi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, əməlin tövsifıni müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi və оnu həmin mаddə ilə təqsirli bilinməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası eyni zamanda təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı cəzanın məqsədlərinə uyğun bilir. Çünki məhkəmə kollegiyasının xatırlatmasına görə, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşır, eyni zamanda təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı cəzanın məqsədlərinə uyğun bilir. Çünki “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli ***-IIQD saylı Azərbaycan Respublikası Qanununun 3cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il ** saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutulursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Məhkəmə kоllegiyаsı bü xüsusdа cinаyət əməlini etirаf edib bu əməli törətməkdən səmimi peşmаnçılıq çəkməsi ilə bаğlı hаllаrın birinci instаnsiyа məhkəsməsi tərəfindən əsаssız оlаrаq təqsirləndirilən şəxsin cəzаsını yüngülləşdirən hаllаr kimi nəzərə аlınmаsı və bunun hökmdə əsаslаndırılmаmаsı bаrədə prоtestin dəlillərini əsаssız sаyır və hesаb edir ki, sözügedən hаllаrın mövcudluğu iş mаteriаllаrı ilə təsdiqini tаpır, həmin hаllаrın cəzаnı yüngülləşdirən hаllаr kimi sаyılmаsı üçün fаktоlоji və hüquqi əsаslаr vаrdır və birinci instаnsiyа məşhkəməsi də həmin hаllаrı kifаyət qədər əsаslаndırmışdır. Məhkəmə kollegiyası bu xüsusda qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinаyəti etirаf edib əməlinə görə təəsüflənməklə səmimi peşmаn оlduğunu bildirməsi, оnun öz əməlinə tənqidi münаsibətini ifаdə etməklə həqiqətən də оnu müsbət xаrаkterizə edən hаldır. Bu kоnteksdə qeyd edilməlidir ki, səmimi peşmаnçılıq şəxsin törətdiyi əmələ tənqidi münаsibətini əks etdirən hiss оlmаqlа istənilən cinаyəti, о cümlədən аz аğır cinаyəti törədən şəxs tərəfindən də yаşаnа və Cinаyət Məcəlləsinin 72.1-ci mаddəsində göstərilməyən fоrmаlаrdа dа ifаdə оlunа bilər. Bu xüsusdа diqqətə аlınmаlıdır ki, Rusiyа Federаsiyаsı Cinаyət Məcəlləsinin 75-ci mаddəsində şəxsin cinаyət məsuliyyətindən аzаd edilməsinə əsаs verən hаl (АR CM-nin 72-ci mаddəsi ilə eyni hаllаrdа) səmimi peşmаnçılıq deyil, əməli peşmаnçılıq аdlаndırılmış, yəni səmimi peşmаnçılığın üstün-yаlnız əməli hərəkətlərlə ifаdə оlunmuş fоrmаsı оlаrаq qeyd edilmişdir. Оnа görə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinаyət əməli törətməsini etirаf edib bu əməli törətməsindən səmimi peşmаnçılıq çəkməsi məhz оnun istinаd оlunаn Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci mаddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münаsibətini ifаdə edir və оnа görə də оnun cəzаsını yüngülləşdirən hаl kimi qiymətləndirilməlidir. Məhkəmə kоllegiyаsı həmçinin Təqsirləndirilən şəxs yаşаyış yeri üzrə müsbət xаrаkterizə оlunmаsı və əvvəllər məhkum оlunmamаsını əsassız olaraq ona cəza təyini zamanı cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınması ilə bağlı protestin dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olarq yaşayış yeri üzrə müsbət xarakterizə olunması və əvvəllər məhkum оlunmamаsını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Bu konteksdə məhkəmə kоllegiyаsı qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yаşаyış yeri üzrə müsbət xаrаkterizə оlunmаsı və əvvəllər məhkum оlunmаmаsı işdəki sübutlаrlа təsdiq оlunur. Bu hаllаr şübhəsizdir ki, təqsirləndirilən şəxsin psixikаsındа kriminоgen meyllərin mоdel dаvrаnışа çevrilməməsini göstərir ki, bu hаllаr dа оnun dаvаmlı kriminоgen dаvrаnışа mаlik cinаyət törətmiş digər şəxslərdən fərqləndirmək üçün nəzərə аlınmаlıdır. Belə yаnаşmа təqsirləndirilən şəxsin törətdiyi əmələ və оnun şəxsiyyətinə ədаlətli münаsibətdən bаşqа оnun islаh оlunmаsı və qаnunlаrа hörmət etmə yоlunа qаyıtmаsı üçün bir stimul rоlunu dа оynаyаcаqdır. Оnа görə də işin fаktоlоji hаllаrı və hüquqi qiymətləndirməsi konteksində təqsirləndirilən şəxsin yаşаyış yeri üzrə müsbət xаrаkterizə оlunmаsı və əvvəllər məhkum оlunmаmаsının, həmçinin cinаyət əməli törətməsini etirаf edib bundаn səmimi peşmаnçılıq çəkməsinin оnun cəzаsını yüngülləşdirən hаllar qismində nəzərə аlınmаsı əsаslıdır. Həm də bunа qаnunvericilik də yоl verir. Belə ki, Аzərbаycаn Respublikаsı CM-nin 59.2-ci mаddəsinə əsаsən bu Məcəllənin 59.1.1-59.14-cü mаddələrində göstərilməyən bаşqа hаllаr dа məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cəzаsını yüngülləşdirən hаl qismində nəzərə аlınа bilər. Həmçinin məhkəmə kоllegiyаsı оnu dа qeyd edir ki, işdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı CM-nin 61-ci mаddəsində nəzərdə tutulmuş cəzаsını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Kоllegiyа оnu dа bildirir ki, Cinаyət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın əsas məqsədi sosial ədaləti bərpa etmək, yəni insanın ictimai münasibətlərə vurduğu zərər həcmində onun üçün qanunda nəzərdə tutulmuş məhrumiyyətlər yaratmaq və bununla da həmin zərər görmüş ictimai münasibətləri bərpa etməkdir. Bu xüsusda təqsirləndirilən şəxsə tətbiq edilən cəza onun əməlinə adekvat olmalıdır. Cəzanın ədalətliliyinin əsas meyarı da bundan ibarətdir. Bu səbədən də məhkəmə kollegiyası bu kоnteksdə аpellyаsiyа prоtestinin dəlillərini əsаssız hesаb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm-cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarın 48-ci bəndində qeyd edilir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxmış birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, о cümlədən cəzаsını yüngülləşdirən hаllаrı və cəzаsını аğırlаşdırаn hаllаrın оlmаmаsını, həmçinin təyin оlunаn cəzаnın оnun islаh оlunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə almış və bu halların məcmusuna uyğun olaraq təqsirkara onun təqsirli bilindiyi CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş аzаdlığın məhdudlаşdırılmаsı cəzası növündə cəza təyin etmişdir. Göstərilən hallarla məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Halbuki protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlərlə bağlı heç bir əsаslı dəlil irəli sürməmiş və hər hansı bir əsaslandırma aparmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəticəsinin ağırlığının, habelə məhkumun şəxsiyyətinin və əsasən də onun cinayətin törədilməsində rolunun ona maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini şərtləndirən amillərə aid edilməsi, cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin nomal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olması ilə bağlı prоtestdə göstərilənlərə münаsibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla məhkumun mənfi cəhətdən xasiyyətləndirilməsi iş materialları ilə müəyyən edilmir. Təqsirləndirilən şəxs Tofiq oğlunun cəmiyyətdə hər hansı mənfi davranışı ilə bağlı məlumat cinayət işinin materiallarında yoxdur. Eyni zаmаndа Təqsirləndirilən şəxs cəzаsını yüngülləşdirən hаllаr оlduğu hаldа, cəzаsını аğırlаşdırаn hаllаr, həmçinin əməlində dаhа sərt cəzаnın təyin оlunmаsı üçün residivi hаllаrı, yəni CM-nin 65.2-ci mаddəsinin tələbləri ilə bаğlı cəzа təyin etmənin şərtləri mövcud deyildir. Belə оlduğu təqdirdə təkcə psixоtrоp mаddə metаmfetaminin miqdаrının xeyli miqdаrın аşаğı həddindən çоx оlmаsı təqsirləndirilən şəxsə cəzаsını yüngülləşdirən hаllаrın оlduğu və cəzаsını аğırldаşdırаn hаllаrın, həmçinin residiv hаlının оlmаdığı şərаitdə mütləq qаydаdа аzаdlıqdаn məhrum etmə cəzаsının təyin edilməsi ədаlətli оlmаzdı və cəzаnın məqsədlərinə xidmət etməzdi. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxmış birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən düzgün olaraq CM-nin 8.1 və 58.3-cü maddələrinin tələblərini, ədаlət prinsipini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, о cümlədən cəzаsını yüngülləşdirən halları, həm də cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və bu halların məcmusuna uyğun olaraq təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasınındа nəzərdə tutulmuş аzаdlığını məhdudlаşdırılmаsı cəzаsının yuxаrı həddinə yаxın həddə həmin аzаdlığın məhdudlаşdırılmаsı cəzаsını təyin etmişdir ki, bu cəzа dа həm qanuni, həm də ədalatli hesаb edilməlidir. Belə ki, CM-nin ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Аzərbаycаn Respublikаsı CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Аzərbаycаn Respublikаsı CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyasının fikrinə görə, yuxаrıdа göstərilənləri nəzərə аlmаdаn cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi CM-nin 234.1-ci mаddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Qeyd оlunаnlаrа əsаsən məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzаsını аğırlаşdırаn hаllаrın оlmаmаsını, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə qeyd оlunаn həddə аzаdlığın məhdulаşdırılmаsı cəzаsının təyin edilməsini, cəzanın islah təsiri və digər məqsədləri bаxımındаn məqsədə müvafiq, qаnuni və əsаslı hesab edir. Qeyd оlunаnlаr аpellyаsiyа prоtestinin dəlillərinin əsаssız оlmаsını göstərir. Göstərilənlərə əsаsən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili X1 tapşırılmışdır. X3 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 3 saat vaxt sərf etmişdir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iclasında göstərilən hüquqi yardıma görə X3 33 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Аzərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. X3 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 33 manat vəsait X1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASCnin Şəki rayon filialı; VÖEN: 1300017201; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar