Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-120/2026 16.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onların müdafiəçi İbrahimov Xəyal Rahim oğlunun, zərərçəkmiş şəxs Rəşidov Sıracəddin İsmayıl oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı Gültac İsgəndərli tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(5-112)-24/2026 ( sədrlik edən H.Səlimov) nömrəli hökmü ilə, ##.##.1990-cı il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay , fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, ## ###### 2026-cı il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Abdullayev Azər Yaşar oğlunun CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01(bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanındakı yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməsi, onun cəza çəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanması, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Balakən RPŞ-nin DYPBnin duracağına təhvil verilmiş-təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Aveo” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs İsmayıl oğlunun idarə etdiyi “Daewoo Nexia” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobillər hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə - Chevrolet Aveo” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomaşın Təqsirləndirilən şəxs, “Daewoo Nexia” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomaşın Zərərçəkmiş şəxs İsmayıl oğluna qaytarılması hökm edilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə saat 12 radələrində idarə etdiyi “Chevrolet Aveo” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən rayonu Püştətala kənd ərazisində asfalt yol ilə Balakən rayonu Qasbinə yaşayış məntəqəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni, yolun 1.1 üfüqi nişanlanma xəttini kəsib keçməməli və avtomobilin öz hərəkət zolağı ilə təhlükəsiz hərəkətini təmin etməli olduğu halda bunu etməyərək, Balakən rayon Kortala kənd sakini Zərərçəkmiş şəxs İsmayıl oğlunun idarə etdiyi “Daewoo Nexia” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğu yolun əks hərəkət zolağına çıxmaqla ehtiyatsızlıqdan toqquşmuş, nəticədə “Daewoo Nexia” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs başının sol gicgah hissəsində şişkinlik, dalağın cırılması (cərrahi əməliyyat ilə götürülməsi) ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməsi ilə nəticələnən yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı Gültac İsgəndərli tərəfindən verilmiş apellyasiya protesti verilmişdir.. Apellyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittohamçısı Gültac İsgəndərli verdiyi apellyasiya protestinin onunla əsaslandırnmışdır ki, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü ona təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyininin ümumi əsaslarını müəyyən edən CM-in 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinə formal istinad etməklə kifayətlənmiş, həmin maddələrin müəyyən etdiyi tələbləri faktiki təhlil etmədən cəza təyini ilə bağlı ədalətsiz nəticəyə gəlmişdir. Halbuki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, yol hərəkəti qaydalarının və nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması ağır nəticələrə, yəni insan sağlamlığına az ağır və ya ağır zərər vurulmasına, yaxud onların ölümünə səbəb olduqda cinayət məsuliyyəti yaranır, yol hərəkəti və nəqliyyat vasitələrinin pozulması insan sağlamlığına yüngül zərər vurma və yaxud əmlaka maddi ziyan vurulması ilə nəticələndikdə, həmçinin qeyd edilən hallar istisna olmaqla yol hərəkəti qaydalarının pozulması inzibati məsuliyyətə səbəb olur. Cinayət məsuliyyəti bu nəticənin ağırlığından asılı olaraq fəqrləndirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin əsas obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərlə yanaşı, əlavə obyekt qismində insan həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. Eyni zamanda A.Y. Abdullayevin törətdiyi cinayət kifayət qədər aktual cinayətdir. Belə ki, X8 (bundan sonra – ÜST) məlumatlarına əsasən, hər il yol-nəqliyyat hadisələri nəticəsində dünyada təqribən 1 milyon 250 min insan həyatını itirir. Bu, orta hesabla hər 30 saniyədə bir insan ölümü deməkdir. 15–29 yaşlı insanların ölüm səbəbləri arasında yol-nəqliyyat hadisələri birinci yeri tutur. Yolnəqliyyat hadisələri dünya iqtisadiyyatına ildə orta hesabla 500 milyard ABŞ dolları məbləğində zərər vurur. Azərbaycan Respublikasının Dövlət Statistik Komitəsinin rəsmi statistik məlumatlarına əsasən 2013–2017ci illər ərzində Azərbaycanda 11600 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır. Bu hadisələr nəticəsində ölənlərin sayı 4691 nəfər, sağlamlığına ağır və ya az ağır zərər dəymiş şəxslərin sayı isə 11611 nəfər olmuş, ümumilikdə ölən və sağlamlığına ağır və ya az ağır zərər vurulmuş şəxslərin sayı 16302 nəfər olmuşdur. Həmin statistik məlumatlara əsasən 2018-ci ildə Azərbaycanda yolnəqliyyat hadisələri zamanı hər 1 mln insana düşən ölüm sayı 73 olmuşdur. Bu nəticə ilə Azərbaycan Avropa ölkələri arasında 6-cı sırada yer almışdır. 2019cu ildə 2018-ci illə müqayisədə 2,9 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 3,7 faiz artaraq 2523 nəfər olmuşdur. 2020-ci ilin yanvar-iyun aylarında ölkədə 760 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz az yolnəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 5,6 faiz azalaraq 1026 nəfər olmuşdur. Onlardan 325-i həlak olmuş, 701-i isə yaralanmışdır. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 10 hadisə baş vermiş, nəticədə 6 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır. Hadisələrin 70,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir. 2024-cü ilin yanvar-sentyabr aylarında isə 1031 yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1434 nəfər olmuşdur. Onlardan 381-i həlak olmuş, 851-i isə yaralanmışdır.Ona görə də nəqliyyat vasitələrinin hərəkəti ictimai həyatımızın hüquqla tənzimlənən ən mühüm sahələrindən birinə çevrilmişdir Bundan başqa, yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması istiqamətində müvafiq tədbirləri özündə ehtiva edən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” qəbul edilmiş və uğurla icra edilmişdir. Eyni zamanda “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2013-cü il tarixli qərarının 21-ci bəndində bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün hallarının məhkəmələr tərəfindən araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalı olması göstərilmişdir. Lakin, məhkəmə hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri Təqsirləndirilən şəxs məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.1-1-ci maddəsi ilə 03 il müddətə azadlığın məhdudlaşdırılmasından ibarət yüngül cəza təyin etmiş, həmin hissədə hökmü əsaslandırmamışdır. Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (## ##### 1994-cü il) işində (51 (b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Eyni zamanda, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “X6rşı” işi üzrə ## ###### 1992-ci il tarixli, “Ruif Turiza İspaniyaya qarşı” işi üzrə # ###### 1994-ci il tarixli, “Texquet Belçikaya qarşı” işi üzrə ## ###### 2009-cu il tarixli qərarlarında göstərilmişdir ki, məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmə qərarı əsaslandırılmış olmalı, əsaslandırmanın səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Bu səbəbdən Azərbaycan Respublikası Prezidenti yolnəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlərin görülməsini nəzərdə tutan ## ###### 2012-ci il tarixli “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Həmin sərəncamda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinin mühüm əhəmiyyəti nəzərə alınmaqla, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması üçün əlavə tədbirlər görülməsinin və cinayət məsuliyyətinin sərtləşdirilməsinin vacibliyi vurğulanmaqla dövlət orqanları qarşısında təxirəsalınmaz vəzifələr qoyulmuş, yolnəqliyyat hadisələrinin törədilməsinə səbəb olan və ya şərait yaradan halların aradan qaldırılması üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinin təmin edilməsi təklif olunmuş, məhkəmə orqanları tərəfindən yol-nəqliyyat hadisələrinə dair işlərə baxılması ilə əlaqədar mövcud məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və bu kateqoriyadan olan işlərə baxarkən öz qərarları ilə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinə tövsiyə edilmişdir. Məhz haqqında bəhs olunan sərəncamda qaldırılan məsələlərin təmin edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsi “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2013-cü il tarixli qərarının 1-ci bəndində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılmasının hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri etməsini məhkəmələrə izah etməklə bununla bağlı məhkəmələrin diqqətini yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəltmişdir. Təqsirləndirilən şəxs yüngül cəzanın təyin edilməsi artıq bu qəbildən olan işlər üzrə cəza təyini ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə zidd olmaqla yanaşı, ədalətlilik prinsipinin pozulması deməkdir və cəzanın fərdiləşdirilməsi prinsipinə zidd olmaqla ədalətli balans və tarazlığa nail olunmamışdır. İş materiallarından və hökmdən görünür ki, zərər çəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə Təqsirləndirilən şəxs yüngül cəza təyin etməklə ədalətli məhkəmə hüququnu təmin etməyərək zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmamasını, şikayətçi olmasını və ona ağır cəza təyin edilməsini xahiş etməsini nəzərə almamaqda haqlı olmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CPM-nin 420.3-cü maddəsinə dair” ## ##### 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət prosesində zərər çəkmiş cinayətin açılmasında, iş üzrə həqiqətin müəyyən edilməsində, təqsirləndirilən şəxsin ifşa olunmasında, onun əməlinin düzgün tövsif edilməsində və törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxs olmaqla yanaşı təqsirləndirilən şəxsə qarşı duran tərəf qismində çıxış edir. Zərərçəkmiş şəxsin xüsusi marağı cinayət törədilməsi nəticəsində pozulmuş bütün hüquqlarının bərpa edilməsindən, ona vurulmuş nəinki maddi, həm də mənəvi zərərin ödənilməsindən ibarətdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2013-cü il tarixli qərarının 21-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək sadalanmış bütün digər hallarla yanaşı, təqsirləndirilən şəxs tərəfindən maddi və mənəvi zərərin ödənilməsi kimi hallar araşdırılmalıdır və cəza təyini zamanı nəzərə alınmalıdır. Bundan başqa, hüquq ədəbiyyatında dəfələrlə qeyd edilmişdir ki, cəza qarşısında “sosial ədalətin bərqərar olması” kimi qoyulan yeni məqsəd tətbiq edilən cəzanın ədalətli olmasını yəni zərərçəkəndə mənəvi baxımından ruhi sakitçilik yaratmasını, cinayətlə bağlı bütün maddi və mənəvi nəticələrin aradan qaldırılmasını, yəni zərərçəkənə maddi ziyanın tamamilə ödənilməsini nəzərdə tutur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin mövqeyini nəzərə almayaraq yüngül cəza təyin etməklə zərərçəkmiş şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi təminatı hüququnu pozmuşdur. Bütün bunlar məhkəmənin cəza təyini məsələsinə birtərəfli yanaşmasının göstəricisidir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin II hissəsinə görə cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin Təqsirləndirilən şəxs cinayət hadisəsindən sonrakı passiv davranışı və zərərçəkmiş şəxsə münasibətdə nümayiş etdirdiyi laqeydlik, maddi və mənəvi ziyanın aradan qaldırılması istiqamətində hər hansı könüllü təşəbbüsün göstərilməməsi təqsirləndirilən şəxsin törətdiyi əməlin hüquqi-ictimai mahiyyətini və fəsadlarını subyektiv olaraq dərk etmədiyini, törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirmədiyini, hadisədən lazimi nəticə çıxarmadığını və nəticə etibarilə onun islaholunma imkanlarının əhəmiyyətli dərəcədə məhdud olduğunu göstərir. Bundan başqa iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs idarə etdiyi Chevrolet Aveo” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olaraq şahid4, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İsmayıl oğlunun idarə etdiyi “Daewoo Nexia” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilində isə sərnişin olaraq şahid1, şahid5, şahid2 və X1 olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizsının rəylərinə uyğun olaraq baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs İsmayıl oğlu sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər (iş vərəqi- 47-48), şahid1 sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər (iş vərəqi- 54-55), X1 yüngül zərər vurmaya aid xəsarətlər (iş vərəqi94-96), şahid4 dərəcəsi təyin olunmayan xəsarətlər (iş vərəqi49-50) almışlar. Bir əməl nəticəsində bir neçə şəxsə müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi cinayətin obyektiv cəhətinin miqyasını və əməlin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə artırır. Yol-nəqliyyat hadisəsi zamanı şəxslərin aldığı yüngül və dərəcəsi təyin olunmayan xəsarətlərin cinayət tərkibi yaratmadığı üçün ittihamda əks olunmaması həmin fəsadların hüquqi əhəmiyyətini aradan qaldırmır. Belə ki, digər şəxslərin ağır, az ağır yox, məhz yüngül və dərəcəsi təyin olunmayan xəsarətlər alması təqsirləndirilən şəxsin iradəsindən kənar, təsadüfi amillərdən aslı olaraq baş vermişdir. Lakin təqsirləndirilən şəxsin hüquqazidd hərəkəti çoxsaylı ağır nəticələrin baş verməsi üçün obyektiv zəmin yaratmışdır. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən digər vasitədə neçə nəfər şəxsin olduğunu və onların hansı dərəcədə xəsarət alacaqlarını öncədən bilməsə də, yol hərəkəti qaydalarını pozarkən ictimai təhlükəli nəticələrin baş verməsi imkanını dərk etməli və bu nəticələrin qarşısını almaq üçün lazımi diqqət və ehtiyatlılıq nümayiş etdirməli idi. Beləliklə, digər şəxslərin xəsarət dərəcəsinin yüngül olması təsadüfi xarekter daşısa da, təqsirləndirilən şəxsin hərəkəti nəticəsində yaranmış real təhlükə zonasına birdən çox insanın daxil olması faktı cinayətin ictimai təhlükəlilik dərəcəsini artırır. Buna görə də, məhkəmə tərəfindən cəza təyin edilərkən CM-in 8.1 və 58.3-cü maddəsində əks olunan cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun törədilməsi halları nəzərə alınmalı idi İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ##.##.2012-ci il tarixli Balakən Rayon Məhkəməsinin hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 02 il islah işləri cəzasına məhkum edilmiş, ##.##.2013-cü il tarixli Balakən Rayon Məhkəməsinin hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-in 68.1.3, 67.1-ci maddələri tətbiq edilməklə 03 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2013-cü il tarixli qərarı ilə CM-in 69.3, 69.4-cü maddələri tətbiq edilərək 2500 manat cərimə cəzası təyin edilmiş, ##.##.2016-cı il tarixli Amnistiya qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir, ##.##.2022-ci il tarixli Balakən Rayon Məhkəməsinin hökmü ilə CMin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanmış, ##.##.2022-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 04 ay 23 gün vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət əməlləri törətdiyinə görə dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, ona qarşı humanist addımlar atılaraq Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək daha yüngül cəza təyin edilməsinə, barəsində amnistiya tətbiq edilməsinə, cəzadan vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq islah olunmamış və onda kriminal qətiyyət formalaşmışdır. O, islah olunmaq niyyətində deyildir. Məhkəmə isə cəza təyini zaman təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni onun sabit kriminal meylliliyini nəzərə almamışdır. Beləliklə, məhkəmə hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Azərbaycan Respublikasının Konstitutusiyasında təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun tələbləri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izahları, zərər çəkmiş şəxsin mövqeyi, Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliliyi və cinayətin xarakteri məhkəmə tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmə bu halları cəza təyini zamanı nəzərə almamış və nəticədə təyin etdiyi cəza açıq-aydın ədalətsiz olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü ona təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilməsini xahiş etdi . Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxs Rəşidov Sıracəddin İsmayıl oğlu məhkəmədən apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, onların müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu apellyasiya protestinin dəlillər ilə razı olmadıqlarınə və təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi haqqqında qərar qəbul edə bilər. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İcra və Probasiya Şöbəsinin Balakən Rayon Məhkəməsinə ünvanlandığı ##.##.2026-cı il tarixli ****/* nömrəli məktubda göstərilmişdir ki, CM-in 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2013-cü il tarixli *(***)-**/**** nömrəli qərarına əsasən 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Balakən şəhəri N.Nərimanov küçəsi ev 98-də qeydiyyatda olmaqla yaşayan, ##.##.1990-cı il təvəllüdlü məhkum Təqsirləndirilən şəxs cərimənin 500 (beş yüz) manat hissəsini ödəmiş, maddəsi “28 May Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2016-cı il tarixli Qərarının 1.8-ci bəndinin təsiri altına düşdüyündən ödənilməmiş qalan 2000 (iki min) manat hissəsindən azad edilərək ##.##.2016-cı il tarixdə Balakən Rayon İcra və Probasiya şöbəsinin icraatından çıxarılmışdır. Həmçinin, ş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ##.##.2012-ci il tarixli Balakən Rayon Məhkəməsinin hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 02 il islah işləri cəzasına məhkum edilmiş, ##.##.2013-cü il tarixli Balakən Rayon Məhkəməsinin hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-in 68.1.3, 67.1-ci maddələri tətbiq edilməklə 03 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2013-cü il tarixli qərarı ilə CM-in 69.3, 69.4-cü maddələri tətbiq edilərək 2500 manat cərimə cəzası təyin edilmiş, ##.##.2016-cı il tarixli Amnistiya qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir, ##.##.2022-ci il tarixli Balakən Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanmış, ##.##.2022-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 04 ay 23 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etsə də, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayət qanununun prinsiplərini və cəza təyininin ümumi əsaslarını tənzimləyən maddi hüquq normalarını dərindən təhlil etməmiş, nəticədə əməlin ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun olmayan, açıq-aydın yüngül və ədalətsiz cəza müəyyən etmişdir. Oxşar münasibətləri nizama salan CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü, hökmün qanuniliyini və ədalətliliyini apellyasiya protestinin dəlilləri hüdudlarında yoxlayır. CM-in 8.1-ci maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növünün – azadlığın məhdudlaşdırılması cəzasının seçilməsi yuxarıda qeyd olunan ədalətlilik prinsipi ilə, habelə CM-in 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədləri (sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısını almaq) ilə kəskin ziddiyyət təşkil edir. İş materiallarının araşdırılması zamanı müəyyən olunur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini kobud surətdə pozaraq, yolun 1.1 üfüqi nişanlanma xəttini kəsib əks istiqamətli hərəkət zolağına çıxmış və qarşıdan gələn avtomobillə toqquşmuşdur. Bu qanunazidd əməl nəticəsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İsmayıl oğlunun daxili orqanı (dalağı) cərrahi əməliyyatla kənarlaşdırılmış və onun sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurulmuşdur. CM-in 58.1 və 58.3-cü maddələrinin tələbinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi mütləq nəzərə alınmalıdır. Bioloji və anatomik fəsadların ağırlığı, o cümlədən zərərçəkmiş şəxsin həyat fəaliyyətinə yetirilən dönməz ziyan əməlin obyektiv tərəfinin miqyasını genişləndirir. Birinci instansiya məhkəməsi bu kateqoriyalı cinayətlərin artan dinamikasını, onların ictimai təhlükəlilik xarakterini və dövlətin yol hərəkəti təhlükəsizliyi sahəsində formalaşdırdığı ciddi hüquqi siyasəti tam dəyərləndirməmiş, cəzanın fərdiləşdirilməsi zamanı fəsadların ağırlığını arxa plana keçirmişdir. Bununla yanaşı, cinayətin obyektiv cəhətinin miqyası və təhlükəlilik dərəcəsi qiymətləndirilərkən, hadisə zamanı nəqliyyat vasitələrində olan digər sərnişinlərin – şahid1 və X1 yüngül zərər vurulması, şahid4 isə xəsarət alması faktları da hüquqi qiymətləndirmədən kənarda qala bilməz. Həmin xəsarətlərin CM-in 263.1-1-ci maddəsinin müstəqil cinayət tərkibini yaratmaması onların hüquqi əhəmiyyətini yox etmir. Təqsirləndirilən şəxsin hüquqazidd hərəkəti nəticəsində yaranmış real təhlükə zonasına birdən çox insanın daxil olması və çoxsaylı bədən xəsarətlərinin yetirilməsi faktı törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə artırır. Bu zərərli fəsadların daha ağır hüquqi nəticələrə (məsələn, bir neçə şəxsin ölümünə və ya sağlamlığına ağır zərər vurulmasına) gətirib çıxarmaması təqsirləndirilən şəxsin iradəsindən deyil, subyektiv amillərdən asılı olaraq baş vermişdir. Bu səbəbdən, çoxsaylı zərərçəkənlərin mövcudluğu cəza təyin edilərkən təqsirkarın əleyhinə qiymətləndirilməli olan mühüm faktiki haldır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs keçmiş həyat tərzi və şəxsiyyətini xarakterizə edən məlumatlar onun sabit kriminal meylliliyə malik olduğunu aydın şəkildə nümayiş etdirir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər ##.##.2012-ci il tarixdə CM-in 221.2.1-ci maddəsi ilə, ##.##.2013cü il tarixdə CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə və nəhayət ##.##.2022-ci il tarixdə CM-in 234.1-ci maddəsi ilə qəsdən cinayətlər törətdiyinə görə dəfələrlə məhkum olunmuş, barəsində azadlıqdan məhrum etmə cəzaları müəyyən edilmişdir. Dövlət tərəfindən ona qarşı göstərilən humanist yanaşmalara, amnistiya aktının tətbiq edilməsinə və cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq, təqsirləndirilən şəxs özü üçün lazımi islahedici nəticə çıxarmamış və yenidən hüquqazidd davranış nümayiş etdirərək ehtiyatsızlıqdan ağır fəsadlar doğuran növbəti cinayəti törətmişdir. Bu hallar CM-in 58.3-cü maddəsinin mənasına görə, şəxsin islah olunma imkanlarının cəmiyyətdən təcrid edilmədən qeyri-mümkün olduğunu, onun qanunlara və cəmiyyətdə qəbul edilmiş davranış qaydalarına qarşı laqeyd və xor baxan münasibətini təsdiq edir. Əlavə cəza olan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə müddətinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının bu müddətin 2 (iki) il 6 (altı) aya qədər qaldırılması barədə tələbi hüquqi cəhətdən əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ehtiyatsızlıqdan törədilmiş bu əməlin xarakterinə tam mütənasibdir. Bu səbəbdən, əlavə cəza hissəsində dövlət ittihamçısının protestinin dəlilləri rədd edilməli, birinci instansiya məhkəməsinin bu hissədəki hökmü dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında" 2003-cü il ** saylı Plenum Qərarının izahlarına görə, maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı digər yüngül cəza növləri nəzərdə tutulduqda və məhkəmə azadlıqdan məhrum etmədən fərqli cəza təyin etdikdə, bu, işin halları ilə əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsi isə cəza növünü seçərkən yuxarıda şərh olunan ağırlaşdırıcı elementləri – təqsirkarın kriminal keçmişini, zərərçəkmişin şikayətçi mövqeyini, ziyanın ödənilməməsini və çoxsaylı şəxslərin xəsarət almasını əsaslandırmadan keçmiş, cəzanın növünü formal mülahizələrə söykənərək seçmişdir. Bu isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda (məsələn, Van de Hurk Niderlanda qarşı işi) əks olunan "məhkəmə qərarlarının konkret və real motivlərlə əsaslandırılması" tələbinin pozulması mənasına gəlir. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin şikayətçi olmaması halı (əlavə cəzanın artırılmamasını və əsas cəzanın minimal həddə saxlanılmasını şərtləndirən xüsusat kimi) və təqsirləndirilən şəxsin keçmiş məhkumluqları ilə xarakterizə olunan təhlükəli şəxsiyyəti (əsas cəzanın növünün dəyişdirilməsini şərtləndirən xüsusat kimi) arasında ədalətli hüquqi balans yaradılmalıdır. Bu balans çərçivəsində, birinci instansiya məhkəməsinin azadlığın məhdudlaşdırılması barədə ədalətsiz hökmü əsas cəza hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsinin sanksiyası daxilində əsas cəza olaraq minimal həddə – 2 (iki) il müddətinə azadlığın məhrum etmə cəzası təyin edilməli, cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmalı, əlavə cəza isə 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə şəklində dəyişdirilmədən saxlanılmalıdır. Çünki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il ** saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarın 48-ci bəndində qeyd edilir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407, 410cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(5-112)-24/2026 nömrəli hökmündən dövlət ittihamçısı Gültac İsgəndərli tərəfindənverilmiş apellyasiya protesti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilndiyi CM-in 263.1-1-ci maddəsi ilə barəsində 01(bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2(iki) il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəsissəsində çəksin. Cəzanın əvvəli təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəsissəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Bu hissədə qərarın icrası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkilləri İbrahimov Xəyal Rahim oğluna məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilərərk İbrahimov Xəyal Rahim oğluna 7,5 saat üçün 82 manat 50 qəpik Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-120/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-120/2026
16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver