Məhkəmə qərarları › İş №1(3-10)-121/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-121/2026

17.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-121/2026 17.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları, R X2, R X1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğlu və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs İsgəndər oğlunun Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Xaliq Məmmədov, hakimlər Tural Əfəndizadə və Günay Aşurovadan ibarət tərkibdə) ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə, ## #### 1984-cü ildə Qəbələ rayonunun Bum qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə cəzası azaldılaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 24 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Qəbələ rayonunun Bum qəsəbəsində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X11 saxlanılan Təqsirləndirilən şəxs İsgəndər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs İsgəndər oğlunun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs İsgəndər oğlunun cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu ## #### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs İsgəndər oğlunun həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsi, Təqsirləndirilən şəxs İsgəndər oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs İsgəndər oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunması və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olmasının nəzərə alınması, cinayət işi üzrə maddi sübut olan və Qəbələ Rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan və çəkisi 344,89 qram olan 17 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməsi hökm edilmişdir. işin halları: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğlu qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə) cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs İsgəndər oğlu Qəbələ Rayon Məhkəməsinin ## ###### 2023- cü il tarixli hökmü ilə CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə cəzası azaldılaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və Salyan Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 24 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, cəzasını çəkdiyi dövrdə bundan nəticə çıxararaq islah olunmaq əvəzinə əksinə, residiv halda 2022-ci ilin yay aylarında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayonunun Nic qəsəbəsinin “Təndir Torpağı” adlı ərazisində yerləşən açıq sahəlikdə yabanı halda bitmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən əldə etdiyi toxumlardan istifadə etməklə 2025-ci ilin may və iyun aylarında istintaqa dəqiq məlum olmayan tarixlərdən başlayaraq yaşadığı Qəbələ rayonunun Bum qəsəbəsinin ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində həyətin qala divarının kənarında olan dibçəkdə 10 (on) ədəd, yaşayış evinin dam hissəsində olan dibçəkdə 06 (altı) ədəd və sanitar qovşağın içərisində olan dibçəkdə isə 01 (bir) ədəd olmaqla, ümumilikdə 17 (on yeddi) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq edərək yetişdirib külli miqdarda kultivasiya etmiş və bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında ## #### 2025-ci il tarixdə saat 11:32 radələrində Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun razılığı ilə yaşadığı yuxarıda qeyd olunan fərdi yaşayış evinin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman həmin qanunsuz olaraq külli miqdarda kultivasiya etdiyi uzunluqları 18 sm-dən 1 metrədək olan ölçülərdə yaş vəziyyətdə ümumilikdə təmiz çəkisi 345,23 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri kultivasiya edildiyi yerdən aşkarlanaraq götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğlu verdiyi apellyasiya şikayətində göstərmişdir ki, ##.##.2025-ci il tarixdə Qəbələ Rayon Polis Şöbəsi tərəfindən tutulmuşdur. Həbs olunmasının səbəbi evinin həyətində vedrədə birinin boyu bir metr, digər altı ədədinin isə boyları 6-7 sm olmaqla bir qabda əkmişdir. Polis əməkdaşları həyətə baxış keçirən zaman çətənə kollarını öz istifadəsi üçün əkdiyini bildirmişdir. Əməliyyatçılar onunla birlikdə həyətə və evin ətrafına baxış keçirən zaman Babək adlı bir əməliyyatçı əvvəlcə baxılmış, həyətə giriş qapısının böyründə çətənə kolları olduğunu bildirdi. Həmin çətənə kollarının boyları təxminən 20-22 sm olmaqla 10 ədəd idi və 2 kq-lıq düyü qabının içərisinə əkilmişdilər. Əməliyyatçıları anası qarşılamışdır. Axtarış qanunsuz aparılmışdır, prokurorluğun, məhkəmənin icazəsi göstərilməmişdir. O, özünü əkdiyi 7 ədəd çətənə koluna görə təqsirli bilir, bu barədə izahatında da qeyd etmişdir, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilir. O, dəqiqliyi ilə bilir ki, 15 ağacdan çox olduqda satış məqsədi daşıyır. Polislər özləri 10 ədəd çətənə kolunu gətirib onun həyətinə qoyublar ki, onu Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etsinlər. Odur ki, atasının olmamasını, anasının 71 yaşında olmasını, anasının gözlərinin görməməsini, himayəsində iki övladının olmasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya protesti, digər proses iştirakçısı tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğlu ifadə verərək bildirdi ki, beş nəfər əməliyyatçı həyətinə daxil olub baxış keçirmişlər. Həyətdən 17 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunmuşdur. Həmin çətənə kollarından 7 ədədi özünə məxsus olub, digər 10 ədəd kol ona məxsus olmamışdır. Həyətə baxış keçiriləndən 15 dəqiqə sonra onu həyətdəki fındıq bağına aparmışlar. Həmin gün atasının hüzr mərasimi idi. 40 dəqiqə sonra bir nəfər əməliyyatçı gəlib həyətdə 10 ədəd çətənə kolu olduğunu bildirmişdir. Himayəsində iki azyaşlı övladı və xəstə anası var. Onlara baxan heç kim yoxdur. Yaşadığı evdən aşkar olunan 10 ədəd narkotik tərkibli bitki ona məxsus olmamışdır. Özü 12 ildir narkotik vasitə istifadə edir, nəzərə alınmasını xahiş edir. Verilən suallara cavab olaraq bildirdi ki, 10 ədəd çətənə kolu şüşə bankanın içində olmuşdur. Ona məxsus 7 ədəd çətənə kolunun isə 6 ədədi bir qabda, biri isə tək olmuşdur. 10 ədəd çətənə koluna da baxış keçirilmişdir. Həmin kolların ona məxsus olmamasını bildirmişdir. Baxış zamanı video çəkiliş aparılmışdır. Video çəkliş zamanı 10 ədəd çətənə kolunun ona məxsus olmamasını bildirməmişdir. Hüzr mərasiminə qonaqlar gəldiyi üçün bunu deyə bilməmişdir. O, saxlanandan 3 gün sonra müstəntiq tərəfindən ona təsir və təzyiq olunmuşdur. 10 ədəd çətənə kolunun həyətinə kim tərəfindən qoyulduğunu bilmir. Əvvəllər də bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə CM-nin 185-ci maddəsi ilə məhkum olunmuşdur. O, özünü 7 ədəd çətənə koluna görə təqsirli bilir. Çətənə kollarının toxumunu sahədən tapmışdır. O, xəstədir, şəxsi istifadəsi üçün həmin bitkiləri əkmişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək göstərdi ki, hüquqlarını müdafiə etdiyi şəxs özünü 7 ədəd narkotik tərkibli çətənə koluna münasibətdə təqsirli bilir. İbtidai istintaq zamanı şəxsə qarşı qərəzli mövqe olmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş mütəxəssis-aqronom X4 ifadəsində göstərmişdir ki, ## #### 2025-ci il tarixdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğlunun yaşadığı evə polis əməkdaşları ilə birlikdə baxış keçirmişlər. Həyətdə olan rəngsiz şəffaf qabda 10 ədəd, ağ rəngli pendir qabının içərisində 6 ədəd və sanitar qovşaqda olan dibçəkdə 1 ədəd çətənə koluna bənzər bitkilər aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkilərdən özü istifadə etdiyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, qabda olan 10 ədəd çətənə koluna bənzər bitkilərin kökündə az miqdarda torpaq və su olmuşdur. Həmin bitkilərə aqro-texniki qulluq olunub. Xüsusi şəraitdə, hər hansı qabda saxlanılan bitkiyə aqro-texniki qulluq olunmuş sayılır. Bitkinin inkişafı üçün torpaq mütləq olmalıdır. Əgər bitknin kökündə torpaq yoxdursa bitkiyə aqro-texniki qulluq olunmuş sayılmır. Bitki torpaqdan kənar hər hansı qabda, istər şüşə balonda, istərsə də digər qabda əkilərsə, ona aqro-texniki qulluq olunmuş hesab olunur. Bitkini balonda saxlamaqda əsas məqsəd, onu yaxşı inkişaf etdirib, sonradan torpağa köçürməkdir. Şüşə balonda həm zəif torpaq, həm də su olmuşdur. Bitki ancaq suyun içində qalsa 2 günə məhv olur. Zəif torpaq o deməkdir ki, bitki həmin torpaqda öz inkişafına başlayır. Şüşə balonda aşkar olunan 10 ədəd çətənə koluna bənzər bitkilər təxminən 7-10 gün əvvəl əkilmiş olar. Çünki bu müddətdən sonra hər hansı bitki növbəti inkişafı üçün mütləq torpağa basdırılmalıdır. Həmin bitkiləri torpağa əkmək olardı. Bitkiləri şüşə balonda və ya digər qablarda bir müddət saxladıqda, bitkilər tez inkişaf edir. Bitkilərin şüşə balonda yetişdirilməsi ola bilər ki, bitkilərin soyuqdan və ya nədənsə mühafizə etmək üçün əkilmişdir. O, 40 il aqronom işləmiş, əvvəllər də şüşə balonda yetişdirilən bitkilər görmüşdür. Aşkar olunmuş 10 ədəd çətənə koluna bənzər bitkilərin 10 gün müddətində balonda saxlanılması mümkündür, lakin torpağa köçürülməsə məhv olur. Çünki çətənə koluna bənzər bitkilər şitil olub, tam bitki olmamışlar. Toxumu əkdikdən 10-15 gündən sonra şitili torpaqdan çıxardıb xüsusi şəraitdə saxlamaq lazımdır ki, tez və yaxşı inkişaf etsin. Bitkini xüsusi şəraitdə saxlayanda şirin su və qida maddələri əlavə edilir. Şitil ilkin olaraq xüsusi şəraitdə saxlanılmalıdır ki, yaxşı məhsul versin. Lakin şitil sonrakı inkişaf üçün mütləq torpağa əkilməlidir. Bu halda bitki tez inkişaf edir. Aşkar olunmuş 17 ədəd çətənə koluna bənzər bitkinin hər birinə aqro-texniki qulluq olunmuşdur. Toxum torpağa əkildikdən sonra şitil hər hansı qaba köçürülməlidir ki, məhsul yaxşı olsun. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X2 bildirdi ki, apellyasiya şikayətinə etiraz edir. Belə ki, təqsirləndirilən şəxsin yaşadığı evin həyətində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Əməliyyat-axtarış tədbiri cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun aparılmışdır. Təqsirləndirilən şəxsin hüquqları təmin edilmişdir. Cinayət işinin materiallarından da görünür ki, təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri nəticəsində aşkar olunmuş 17 ədəd narkotik tərkibli çətənə kolunun özünə məxsus olmasını etiraf etmişdir. Qeyd olunan tədbirdə mütəxəssis də iştirak etmiş, mütəxəssis 17 ədəd çətənə kolunun eyni qaydada əkilib becərilməsi barədə rəy vermişdir. İbtidai istintaq zamanı ilkin ifadəsində də təqsirləndirilən şəxs 17 ədəd çətənə kollarının özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxsin dedikləri özünü müdafiə xarakteri daşıyır. Şəxsin dedikləri iş materialları ilə təsdiq olunmur. 17 ədəd çətənə kolunun təqsirləndirilən şəxsə məxsus olması ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, polis əməkdaşlarının ifadəsi ilə, mütəxəssis rəyi ilə və digər sübutlarla təsdiq olunur. Apellyasiya şikayətində qeyd olunanlar həqiqətə uyğun deyil. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihаmçısı X1 çıxış edərək apellyasiya şikayətinin təmin olunmamasını, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquq məsələləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğlu CM-in 237.2.3-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 237.1-ci madəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, müstəntiq ondan pul aldığı üçün o da müstəntiqdən şikayət etmiş və həmin vaxtdan müstəntiq onunla ədavət aparmışdır. Polis əməkdaşları video çəkilişdən istifadə edilməklə baxış keçirilməmişdən təxminən bir saat otuz dəqiqə əvvəl onun yaşadığı evin həyətinə daxil olmuşlar, polis əməkdaşları evə gələn zaman anası qarşılamış və həmin vaxt evdə anası, arvadı və övladları olmuşdur. Polis əməkdaşları həyətin içərisinə daxil olan zaman qapının yanına baxmışlar, lakin orada narkotik tərkibli çətənə bitkiləri aşkar olunmamışdır. O, polis əməkdaşları ilə bağa getməmişdən əvvəl həyətdə 02 ədəd dibçək aşkar edilmiş, onlardan birinin içərisində 01 ədəd, digərinin içərisində isə 06 ədəd narkotik tərkibli çətənə bitkisi olmuş, lakin içərisində 10 ədəd narkotik tərkibli çətənə bitkisi olan dibçək olmamışdır. Sonradan videoçəkilişdən istifadə edilməklə baxış keçirilməmişdən əvvəl o, polis əməkdaşları ilə birlikdə evin həyətinin qapısının yanından keçib bağa getmiş, daha sonra isə başqa bir nəfər polis əməkdaşı gəlib qapının yanında da dibçəkdə 10 ədəd narkotik tərkibli çətənə bitkisinin olduğunu demişdir. İçərisində 01 ədəd narkotik tərkibli çətənə bitkisi olan 01 ədəd dibçək və içərisində 06 ədəd narkotik tərkibli çətənə bitkisi olan 01 ədəd dibçək ona məxsus olmuş, lakin içərisində 10 ədəd narkotik tərkibli çətənə bitkisi olan 01 ədəd dibçək ona məxsus olmamış, həmin dibçək polis əməkdaşları tərəfindən onun yaşadığı evin həyətinə yerləşdirilmiş və polis əməkdaşlarının onunla ədavəti olduğu üçün orada olan polis əməkdaşları narkotik tərkibli çətənə bitkilərinin sayını artırmışlar. Barəsində həbs qətimkan tədbiri seçilən zaman Qəbələ Rayon Məhkəməsində və həmin qətimkan tədbirindən verilmiş şikayət üzrə Şəki Apellyasiya Məhkəməsində 10 ədəd narkotik tərkibli çətənə bitkisini əkmədiyini demiş, ibtidai istintaq zamanı sənədlər ona təqdim edilmiş, cinayət işinin materiallarında olan təxminən 10 sənədə imza etmiş, lakin hansı sənədlərə imza etməsi xatirində qalmamış və ibtidai istintaq zamanı elan olunmuş məzmunda ifadə verməmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı ifadə vermiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğlu ifadəsində göstərmişdir ki, 10 ildir narkotik vasitə marixuanadan istifadə edir. 2022-ci ilin yay aylarında özü istifadə etmək üçün Qəbələ rayonunun Nic qəsəbəsinin ərazisində Oğuz rayonu istiqamətinə doğru yolun sol tərəfində yerləşən boş ərazidə yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərindən narkotik vasitə marixuana yığarkən hər dəfə Qəbələ rayonunun Nic qəsəbəsinin ərazisinə getməməsi və həmin toxumları özü istifadə etmək məqsədi ilə əkibbecərməsi məqsədilə qeyd olunan narkotik vasitənin toxumlarından götürərək yaşadığı ünvanda gizlətmişdir. 2025-ci ilin yay aylarında həmin toxumları özünə məxsus həyətdə dibçəklərə səpərək, onlara xüsusi olaraq aqrotexniki qaydada qulluq edib vaxtlı-vaxtında diblərini yumşaltmaqla sulamış, nəticədə ümumilikdə 17 ədəd müxtəlif ölçülərdə narkotik tərkibli çətənə bitkisi inkişaf etmişdir. ## #### 2025-ci il tarixdə saat təxminən 11:20 radələrində yaşadığı Qəbələ rayonunun Bum qəsəbəsinin ərazisində olarkən polis əməkdaşları ona həyətində narkotik tərkibli çətənə bitkilərini əkib becərməkdə şübhəli olduğunu bildirmişlər və yaşadığı fərdi yaşayış evinin həyətinə baxış keçirilməsinin zəruri olduğunu demişlər. O, etiraz etməmiş, bu barədə ərizə yazıb təqdim etmiş və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkdiyini demişdir. Daha sonra videoçəkilişdən istifadə edilməklə yaşadığı evin həyətyanı torpaq sahəsinə polis əməkdaşlarının və aqronomun iştirakı ilə baxış keçirilmiş və bu zaman həyətindəki qala divarının kənarında olan ağ rəngli dibçəyin içərisində 10 ədəd, yaşadığı evin dam hissəsində gizlətdiyi ağ rəngli dibçəyin içərisində 06 ədəd və sanitar qovşağın içərisində gizlətdiyi dibçəkdə 01 ədəd olmaqla, ümumilikdə 17 ədəd müxtəlif uzunluqlarda narkotik tərkibli çətənə bitkiləri aşkar edilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid şahid4 ifadəsində göstərmişdir ki, Qəbələ Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs İsgəndər oğlunun Qəbələ rayonunun Bum qəsəbəsinin ərazisində yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib-becərməsi barədə ## #### 2025-ci il tarixdə Qəbələ Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 11:15 radələrində Qəbələ rayonunun Bum qəsəbəsinin ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq həyətində narkotik tərkibli çətənə bitkilərini əkib becərməkdə şübhəli olduğunu bildirmişlər və yaşadığı fərdi yaşayış evinin həyətinə baxış keçirilməsinin zəruri olduğunu demişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, bu barədə ərizə yazıb təqdim etmiş və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkdiyini demişdir. Daha sonra videoçəkilişdən istifadə edilməklə yaşadığı evin həyətyanı torpaq sahəsinə polis əməkdaşlarının və X6 iştirakı ilə baxış keçirilmiş və bu zaman evin həyətindəki qala divarının kənarında olan ağ rəngli dibçəyin içərisində 10 ədəd, yaşadığı evin dam hissəsində gizlətdiyi ağ rəngli dibçəyin içərisində 06 ədəd və sanitar qovşağın içərisində gizlətdiyi dibçəkdə 01 ədəd olmaqla, ümumilikdə 17 ədəd müxtəlif uzunluqlarda narkotik tərkibli çətənə bitkiləri aşkar edilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid şahid1, şahid3 və şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib şahid şahid4lə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan ## #### 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Qəbələ Rayon Polis Şöbəsinə Qəbələ rayonunun Bum qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs İsgəndər oğlunun qanunsuz olaraq narkotik vasitə marixuanadan istifadə etməsi və Qəbələ rayonunun Bum qəsəbəsində yerləşən və yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında ## #### 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs İsgəndər oğlunun cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə və yaşayış yerinə baxış keçirilməsinə dair ## #### 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və mütəxəssis aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs İsgəndər oğlunun Qəbələ rayonunun Bum qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman evin həyətindəki qala divarının kənarında olan ağ rəngli dibçəyin içərisində 10 ədəd, yaşadığı evin dam hissəsində gizlətdiyi ağ rəngli dibçəyin içərisində 06 ədəd və sanitar qovşağın içərisində gizlətdiyi dibçəkdə 01 ədəd olmaqla, ümumilikdə 17 ədəd müxtəlif uzunluqlarda narkotik tərkibli çətənə bitkiləri aşkar edilmiş, müvafiq qaydada qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Əməliyyat-axtarış tədbirinin keçirilməsinin və şübhəli şəxsin həyətyanı sahəsinə baxış keçirilməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyaya baxış keçirilməsi, şəxsi axtarış və götürmə aparılması haqqında ## #### 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs İsgəndər oğlunun Qəbələ rayonunun Bum qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunmuş narkotik tərkibli çətənə bitkilərinə baxış keçirilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan aqronom-mütəxəssis X3 tərəfindən tərtib edilmiş ## #### 2025-ci il tarixli rəydən görünür ki, həmin tarixdə Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs İsgəndər oğlunun Qəbələ rayonunun Bum qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətindəki qala divarının kənarında olan ağ rəngli dibçəyin içərisində 10 ədəd, yaşadığı evin dam hissəsində gizlətdiyi ağ rəngli dibçəyin içərisində 06 ədəd və sanitar qovşağın içərisində gizlətdiyi dibçəkdə 01 ədəd olmaqla, ümumilikdə 17 ədəd müxtəlif uzunluqlarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar olunmuş, həmin narkotik tərkibli çətənə bitkilərinin dibləri bellənərək yumşaldılmış və diblərinə su verilərək xüsusi aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının ## #### 2025-ci il tarixli **/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “İştirakçılar. 1 /imza/ Təqsirləndirilən şəxs. 2 /imza/ F.Osmanov 3 /imza/ şahid3” yazısı, adlar və imzalar olan sintetik kisənin içərsindəki 01 (bir) ədədinin gövdəsinin yuxarı hissəsindən qırılmış vəziyyətdə olmaqla, ümumilikdə 17 (on yeddi) ədəd hündürlükləri 18 smdən 100 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi 345,23 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X6 ## #### 2025ci il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında ## #### 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs İsgəndər oğlunun barəsində CM-in 237.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında ## #### 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs İsgəndər oğlu CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına dair ## #### 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs İsgəndər oğlunun yaşadığı evin həyətyanı sahəsində əkib-becərdiyi tərkibində narkotik maddə olan çətənə bitkilərinin toxumlarını Qəbələ rayonunun Nic qəsəbəsinin ərazisində “Təndir Torpağı” adlanan ərazində boş sahədə yabanı halda bitmiş çətənə (kannabis) bitkisindən əldə etməsi, ayrı-ayrı şəxslərə narkotik vasitə satmaması və digər yerlərdə narkotik tərkibli çətənə bitkilərini əkib-becərməməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsgəndər oğlu narkotik tərkibli çətənə bitkilərinin əkildiyi yeri əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan aqronom-mütəxəssis X3 tərəfindən tərtib edilmiş ## ######## 2025-ci il tarixli rəydən görünür ki, Qəbələ rayonunun Nic qəsəbəsinin “Təndir Torpağı” adlı ərazisində yerləşən açıq sahəlikdə yabanı narkotik tərkibli çətənə bitkisi bitə bilər. Yabanı tərkibli narkotik mənşəli bitkilərin yetişməsi üçün həmin ərazidə onlara hər hansı aqrotexniki qaydada qulluq göstərilməsi halı müşahidə ediləmişdir. Əvvəllər də həmin ərazidə narkotik mənşəli bitkilərin yabanı halda bitməsi müşahidə edilmiş və bununla bağlı müvafiq reydlər keçirilməklə yabanı halda bitmiş narkotik tərkibli bitkilər yığılıb məhv edilməklə bu barədə akt tərtib edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin başlıca dəlili onun əməlinin CM-nin 237.2.3-cü maddəsindən həmin Məcəllənin 237.1-ci maddəsinə tövsif edilməsilə bağlıdır. Apellyasiya şikayətində xüsusilə vurğulanan məqam ondan ibarətdir ki, həyətə giriş hissəsində şüşə qabda aşkar edilən 10 ədəd çətənə kolunun onun tərəfindən əkilmədiyi, polis əməkdaşları tərəfindən onun həyətinə qoyulmasıdır. Məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində isə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğlu həyətindən 17 ədəd natkotik tərkibli çətənə kolu aşkar olunduğunu, həmin çətənə kollarından 7 ədədinin özünə məxsus olduğunu, digər 10 ədəd kolun ona məxsus olmadığını, həyətə baxış keçiriləndən 15 dəqiqə sonra onun həyətdəki fındıq bağına aparıldığını, 40 dəqiqə sonra bir nəfər əməliyyatçının həyətdə 10 ədəd çətənə kolu olduğunu bildirdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərilə bağlı olaraq aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarında olan “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və yaşayış yerinə baxış keçirilməsinə” dair ## #### 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş diskdə olan videogörüntüdən müəyyən edilir ki, həmin tarixdə polis əməkdaşlarının və mütəxəssis aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs İsgəndər oğlunun Qəbələ rayonunun Bum qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman evin həyətindəki həyət qalasının dibində olan ağ rəngli şəffaf qabın içərisində 10 ədəd, yaşadığı evin quraqlıq hissəsində gizlətdiyi ağ rəngli pendir qabının içərisində 06 ədəd və sanitar qovşağında qara rəngli boya qabında 01 ədəd olmaqla, ümumilikdə 17 ədəd müxtəlif uzunluqlarda narkotik tərkibli çətənə bitkiləri aşkar edilmiş, müvafiq qaydada qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol digər iştirakçılarla birlikdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğlu tərəfindən də imzalanmış, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən hər hansı şikayət və ya təklif daxil olmamışdır. İbtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs İsgəndər oğlu özünü Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, “...2022-ci ilin yay aylarında özü istifadə etmək üçün Qəbələ rayonunun Nic qəsəbəsinin ərazisində Oğuz rayonu istiqamətinə doğru yolun sol tərəfində yerləşən boş ərazidə yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərindən narkotik vasitə marixuana yığarkən hər dəfə Qəbələ rayonunun Nic qəsəbəsinin ərazisinə getməməsi və həmin toxumları özü istifadə etmək məqsədi ilə əkib-becərməsi məqsədilə qeyd olunan narkotik vasitənin toxumlarından götürərək yaşadığı ünvanda gizlətmişdir. 2025-ci ilin yay aylarında həmin toxumları özünə məxsus həyətdə dibçəklərə səpərək, onlara xüsusi olaraq aqrotexniki qaydada qulluq edib vaxtlı-vaxtında diblərini yumşaltmaqla sulamış, nəticədə ümumilikdə 17 ədəd müxtəlif ölçülərdə narkotik tərkibli çətənə bitkisi inkişaf etmişdir...” Bundan başqa, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs İsgəndər oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Qəbələ Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarından görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı övladının olmasını və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs İsgəndər oğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətində yalnız ailə vəziyyətində yaranmış müəyyən problemlərə görə barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini qeyd etmiş və şikayətinə baxılan zaman isə yalnız barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişdir. Bununla yanaşı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının ## ######## 2025-ci il tarixli **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs İsgəndər oğlu müayinə olunarkən 15 ildir narkotik vasitə marixuanadan istifadə etdiyini və aşkar edilən narkotik tərkibli çətənə bitkilərini özü istifadə etmək məqsədilə əkib becərdiyini göstərmişdir. Həmçinin cinayət işinin materiallarında olan “cinayət işinin materialları və maddi sübutlarla tanış etmə haqqında” protokoldan müəyyən edilmişdir ki, müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış edilərkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğlu tərəfindən heç bir etiraz və vəsatət verilməmişdir. Göründüyü kimi ibtidai istintaqın gedişində Təqsirləndirilən şəxs İsgəndər oğlu evinin həyətindən aşkar edilmiş 17 ədəd müxtəlif ölçülərdə narkotik tərkibli çətənə bitkilərindən on ədədinin özünə məxsus olmamasına, həmin bitkilərdən yalnız yeddi ədədinin özünə məxsus olmasına dair heç bir ifadə verməmiş, iştirakı ilə keçirilmiş istintaq hərəkətlərində bununla bağlı heç bir əlavə və qeyd verməmiş, onun və müdafiəçisinin tərəfindən heç bir vəsatət verilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətində və həmin şikayətin dəlillərilə bağlı verdiyi ifadəsində həyətə giriş hissəsində şüşə qabda aşkar edilən 10 ədəd çətənə kolunun onun tərəfindən əkilməməsi, həmin 10 ədəd bitkinin onun həyətinə qoyulması israr edildiyindən məhkəmə kollegiyasının iclasında mütəxəssis-aqronom X4 şahid qismində dindirilmiş və onun ifadəsindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs İsgəndər oğlunun yaşadığı evə polis əməkdaşları ilə birlikdə baxış keçirilərkən həyətdə olan rəngsiz şəffaf qabda 10 ədəd, ağ rəngli pendir qabının içərisində 6 ədəd və sanitar qovşaqda olan dibçəkdə 1 ədəd çətənə koluna bənzər bitkilər aşkar edilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkilərdən özü istifadə etdiyini bildirmişdir. Şüşə balonda aşkar olunan 10 ədəd çətənə koluna bənzər bitkilərin təxminən 7-10 gün əvvəl əkildiyini, bitkilərin tez və yaxşı inkişaf etməsi üçün şüşə balonda əkildiyini göstərmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qeyd etdiyi dəlillər həmçinin şahid qismində dindirilmiş mütəxəssis-aqronom Elimdar Şərifovun ifadəsilə də təkzib olunmuşdur. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların hər birinə ayrı-ayrılıqda və cəm halında obyektiv hüquqi qiymət verərək və hər bir sübutu mümkünlüyü, mötəbərliyi və mənsubiyyəti üzrə qiymətləndirərək Təqsirləndirilən şəxs İsgəndər oğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticəni haqlı hesab edir və qeyd edir ki, Təqsirləndirilən şəxs İsgəndər oğlunun cinayət əməli, özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, o cümlədən ekspertizaların rəyləri və biri digərinə uyğun gələn digər mötəbər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl məhz CM-in 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən olunmuş halları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğlunun apellyasiya şikayətində göstərdikləri və həmin şikayətin dəlillərilə bağlı məhkəmə kollegiyasının iclasında bildirdikləri onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi iə tövsif edilməsi üçün əsas deyildir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs İsgəndər oğlunun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin apellyasiya şikayətində göstərdiyi dəlilləri, həm də təqsirləndirilən şəxsin həmin şikayətin dəlillərilə bağlı məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsini işin faktiki hallarına uyğun olmamaqla həqiqəti əks etdirməyən, cinayət məsuliyyətindən və cəzadan kənarda qalmasına hesablanan ifadələr kimi qəbul edir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğlunun CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğlunun CM-in 237.2.3-cü maddəsi ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi hallarla, o cümlədən təqsirləndirilən şəxsin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğluna cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halların müəyyən edilməməsini, Təqsirləndirilən şəxs İsgəndər oğlunun əməlində CM-in 61.1.1ci maddəsinə əsasən cinayətin residivinin onun cəzasını ağırlaşdıran hal olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs İsgəndər oğluna Azərbaycan Respublikası CM-in qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti tamamilə əsassızdır. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları qəbuledilməz sayaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs İsgəndər oğlunun Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğluna məhkəmə baxışı zamanı göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (yüz on) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili müdafiəçi1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs İsgəndər oğlunun Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsgəndər oğluna məhkəmə baxışı zamanı göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (yüz on) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili müdafiəçi1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar