Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-123/2026 23.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onun müdafiəçiləri müdafiəçi1 və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 127.2.3-cü və 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti, dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(5-123)-6/2026(İ.Fəttahov) nömrəli hökmü ilə, ##.##.2001-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Şəkili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Adıgözəlov Vilayət Muğamat oğlunun CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları tam toplamaq yolu ilə üzərində qəti cəza olaraq 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədəəvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılması hökm edilmişdir. İŞİN HALLARI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə saat 22 radələrində Göyçay rayonu, Şəkili kəndində yerləşən ictimai yer hesab edilən Şəkili kənd orta məktəbinin stadionunun arxasında yerləşən yolda Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2106 markalı, **-BB-*** qeydiyyat nömrə nişanlı avtomobili guya onun üzərinə sürməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan, ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydam kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, digər şəxslər üzərində özünün üstünlüyünü isbat edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs üzərinə qışqırıb yüksək səslə nalayiq ifadələr işlədib yumruqla sonuncunun sifət nahiyəsinə qəsdən bir dəfə zərbə endirərək Zərərçəkmiş şəxs solda alt çənənin yerdəyişmiş sınığı və alt çənənin ağıl dişinin yerdəyişmiş sınığı ilə müşayiət olunan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığına az ağır zərər vuraraq zor tətbiq edib qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti , dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti verilmişdir. Apellyasiya protestinin, şikayətinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı dövlət ittihamçısı2 verdiyi apellyasiya protestinin onunla əsaslandırnmışdır ki, Məhkəmə hökmündə cəza təyin etmənin əsaslarını müəyyən edən CMin 41.2, 58.1 və 58.3-cü maddələrinə istinad etsə də, faktiki olaraq həmin maddələrin tələblərini nəzərə almadan təqsirləndirilən şəxsə cəza təyin etmişdir. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Prokuror "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarına istinad edərək, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsinin tövsiyə edildiyini bildirmişdir. Həmin Qərarın 1-ci hissəsinin 2 və 3-cü abzaslarına əsasən cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi CM-in 127.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyekti insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir, CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin əsas bilavasitə obyekti ictimai qaydadır, əlavə obyektini insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Təqsirləndirilən şəxs ictimai qaydanı pozmuş, zərərçəkmiş şəxsin sağlamlığına xuliqanlıq niyyəti ilə az ağır xəsarət yetirmiş, cinayət əməllərini başa çatdırmış, törətdiyi cinayət əməllərinin nəticələrini aradan qaldırmamışdır. Hər iki cinayət əməli birbaşa qəsdlə törədilmiş, biri az ağır, digəri isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddirlər. Prokuror təqsirləndirilən şəxsin istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı özünü formal olaraq təqsirli bilsə də, baş vermiş hadisədə zərərçəkmiş şəxsi səbəbkar kimi göstərərək, törətdiyi cinayət əməlinə görə hər hansı təəssüf hissini ifadə etmədiyini və zərərçəkmiş şəxslə barışıq əldə etmədiyini bildirmişdir. Şəxsin islah olunmasında ilkin addım onun öz əməlinə tənqidi münasibətindən başlanır. Lakin, qeyd olunan halda təqsirləndirilən şəxs digər şəxsin sağlamlığına ciddi dərəcədə xəsarət yetirərək ictimai qaydanı qərəzli surətdə pozduğu əməli inkar etməklə cinayət məsuliyyətindən yayınmağa cəhd etmişdir. Məhkəmə isə, hüquqları pozularaq bədən xəsarəti almış zərərçəkmiş şəxsin qanuni mənafeyinə və onun təqsirləndirilən şəxsə ağır cəza verilməsinə dair haqlı mövqeyinə laqeydlik göstərərək, cəmiyyətə saymazlıq, şəxsə isə zorakılıq göstərmiş təqsirləndirilən şəxsə yüngül cəza təyin etmişdir. Prokuror Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair” ## ##### 2002-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, cinayət prosesində zərərçəkmiş cinayətin açılmasında, iş üzrə həqiqətin müəyyən edilməsində, təqsirləndirilən şəxsin ifşa olunmasında, onun əməlinin düzgün tövsif edilməsində və törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxs olmaqla yanaşı, təqsirləndirilən şəxsə qarşı duran tərəf qismində çıxış edir. Zərərçəkmiş şəxsin xüsusi marağı cinayət törədilməsi nəticəsində pozulmuş bütün hüquqlarının bərpa edilməsindən, ona vurulmuş nəinki maddi, həm də mənəvi zərərin ödənilməsindən ibarətdir. Bundan başqa, hüquq ədəbiyyatında dəfələrlə qeyd edilmişdir ki, cəza qarşısında “sosial ədalətin bərqərar olması” kimi qoyulan yeni məqsəd tətbiq edilən cəzanın ədalətli olmasını, yəni zərərçəkəndə mənəvi baxımdan ruhi sakitlik yaratmasını, cinayətlə bağlı bütün maddi və mənəvi nəticələrin aradan qaldırılmasını, yəni zərərçəkənə maddi ziyanın tamamilə ödənilməsini nəzərdə tutur. Lakin məhkəmə təqsirləndirilən şəxsə zərərçəkmiş şəxsin mövqeyini nəzərə almayaraq yüngül cəza təyin etməklə zərərçəkmiş şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi təminatı hüququnu pozmuşdur. Prokuror Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli Plenum qərarına da istinad edərək qeyd etmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin maraqları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin II hissəsinə görə cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərərçəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Lakin məhkəmə cinayət qanununun qeyd olunan tələbini də nəzərə almadan təqsirləndirilən şəxsə yüngül cəza təyin etmişdir. Prokuror şərh olunanlardan aydın olduğunu bildirmişdir ki, məhkəmə zərərçəkmiş şəxsə zor tətbiq etmiş, ona bədən xəsarətləri yetirmiş, törətdiyi əmələ görə özünü formal olaraq təqsirli bilsə də, həmin əməlin nəticəsini aradan qaldırmağa cəhd etməmiş, zərərçəkmiş şəxsdən üzr istəməmiş, ona maddi və mənəvi köməklik göstərməmiş, habelə yuxarıda şərh edildiyi kimi, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 68-ci maddələrinin, cəza təyinetmənin əsaslarını müəyyən edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinin, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumlarının müvafiq qərarlarının tələblərini, törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almadan ona təqsirli bilindiyi maddələrlə və cinayətlərin məcmusu üzrə açıq-aydın ədalətsiz cəza təyin etmişdir. Məhkəmə hökmündə təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət əməli törətdiyini, törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. CM-in 59.1.1-ci maddəsinə əsasən, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs isə hazırkı cinayət əməllərini hadisələrin təsadüfi axarı zəminində deyil, bilərəkdən və qəsdən törətmişdir. CM-in 72.1-ci maddəsinə görə, şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almamışdır. Onun ifşa edildikdən sonra təqsirini etiraf edərək ifadə verməsi əməlindən səmimi peşmançılıq keçirməsi kimi qiymətləndirilə bilməz. CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Lakin məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəzanı yüngülləşdirən hal kimi nəzərə aldığı hallarla bağlı belə nəticəyə gəlməyinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Halbuki Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cəzanı yüngülləşdirən hallar sübut edilməli hallar siyahısına daxil edilmişdir. Prokuror şərh olunanlara görə bildirmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamış, həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə cinayət törədilməsinin qarşısının alınmasına xidmət etməyəcək cəza təyin etmişdir. Prokuror hüquqi əsas olaraq Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasının birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsas olduğunu, həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edildiyini qeyd etmişdir. Prokuror eyni zamanda zərərçəkmiş şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə verilmiş mülki iddianın məhkəmə tərəfindən baxılmamış saxlanıldığını bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 187.1-ci maddəsinə əsasən, mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Cinayət-Prosessual Məcəlləsinin 185ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunun normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Prokuror şərh olunanlara əsasən hökmün cinayət işi üzrə mülki iddia təmin edilməklə və təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrlə, həmçinin cinayətlərin məcmusu üzrə təklif etdiyi hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməli olduğunu bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün cinayət işi üzrə mülki iddia təmin edilməklə və təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrlə, həmçinin cinayətlərin məcmusu üzrə təklif etdiyi hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin hökmü ədalətsiz, qanunsuz və əsassızdır. Şikayətçi onun şikayətçi olduğu halda hakim tərəfindən təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edildiyini bildirmişdir. Onun aldığı xəsarətin CM-in 126-cı maddəsinə tövsif olunmalı olduğu halda, istintaq aparan orqanların təqsirləndirilən şəxsə CM-in 127.2.3-cü maddəsini tətbiq etdiklərini qeyd etmişdir. Şikayətçi təqsirləndirilən şəxsin ona dəymiş maddi və mənəvi zərərlə bağlı heç bir müraciət etmədiyini, onunla barışmaq niyyətinin belə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs şikayətçiyə və onun yaxın qohumlarına barışmaq, maddi köməklik etmək istəmədiyini bildirmişdir. Məhkəmə zalında hakim təqsirləndirilən şəxsə nə qədər pul vermək istədiyini soruşduqda, təqsirləndirilən şəxs yalandan 3000 manat verdiyini, lakin şikayətçinin götürmədiyini bildirmişdir. Hakim yenidən indi necə verə biləcəyini soruşduqda isə təqsirləndirilən şəxs verməyəcəyini bildirmişdir. Şikayətçi bunların hamısının yalan olduğunu, belə bir yanaşmanın olmadığını qeyd etmişdir. Hətta kənddə açıq-aşkar şəkildə təqsirləndirilən şəxsin ona heç bir köməklik etməyəcəyini dediyini, onunla barışmaq istəmədiyini, işini başqa yolla həll edəcəyini bildirdiyini qeyd etmişdir. Şikayətçi hökmdə yazılanların çoxunun həqiqəti əks etdirmədiyini, məqsədin yalnız təqsirləndirilən şəxsi müdafiə etmək olduğunu bildirmişdir. Onun çənəsinin sındığını və iki dəfə əməliyyat olunduğunu, üçüncü dəfədə əməliyyat olmalı olduğunu qeyd etmişdir. Şikayətçi Cinayət-Prosessual Məcəlləsinin 7.7.0.11-ci maddəsinə (apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri), 10-cu maddəsinə (qanunçuluq prinsipi), 11-ci maddəsinə (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi) və 28-ci maddəsinə (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) istinad etmişdir. O, mülki iddiasının hakim tərəfindən baxılmadığını, Məhkəmə Hüquq Şurasına və yuxarı instansiyalara şikayət etdiyini bildirmişdir. İnanır ki, haqq-ədalət bərpa olunacaqdır. Odur ki, Göyçay Rayon Məhkəməsinin iş nöm.*(*-***)-*/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və iş üzrə yeni hökm çıxarılmasını xahiş etmişdir. Verilmiş apellyasiya protestinə və şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin və apellyasiya şikatyətinin təmin edilməsini xahiş etdi . Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisii müdafiəçi1 apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillər ilə razı olmadıqlarını və təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi haqqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilməsi hissəsindən cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə tam cavab vermədiyindən dəyişdirilməlidir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən onun CM-in 127.2.3-cü və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsini düzgün müəyyən etsə də, cəza təyini zamanı qanunun fundamental prinsiplərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə zərərçəkmiş şəxsin hüquq və mənafelərini adekvat şəkildə nəzərə almamış, nəticədə törədilmiş əməlin ağırlığına adekvat olmayan, açıq-aydın yüngül cəza təyin etmişdir. Belə ki, CM-in 8.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun gəlməlidir. CM-in 41.2-ci maddəsi isə imperativ olaraq müəyyən edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi bu iş üzrə cəza təyin edərkən göstərilən maddələrin tələblərini formal olaraq sadalasa da, praktiki olaraq onlara riayət etməmiş, cəzanın sosial ədalətin bərpası və çəkindirici funksiyalarını təmin edə biləcək hədləri müəyyən etməmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ictimai yer sayılan məktəb stadionunun arxasındakı yolda, heç bir əsaslı səbəb olmadan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirərək və ictimai qaydanı kobud surətdə pozaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən güclü zərbə endirmişdir. Bu zorakı hərəkət nəticəsində zərərçəkmiş şəxs alt çənənin yerdəyişmiş sınığı və alt çənənin ağıl dişinin yerdəyişmiş sınığı kimi ağır fəsadlarla müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır bədən xəsarəti almışdır. Bu cinayət əməllərinin obyekti təkcə ictimai qayda deyil, həm də insan sağlamlığının toxunulmazlığı və təhlükəsizliyidir. Belə bir şəraitdə, birbaşa qəsdlə törədilmiş və ağır fiziki nəticələrə səbəb olmuş əmələ görə birinci instansiya məhkəməsinin təyin etdiyi cəza həddi cinayətin cəmiyyət üçün yaratdığı təhlükə ilə uzlaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları qiymətləndirərkən hüquqi yanlışlığa yol vermişdir. Belə ki, hökmdə şəxsin ilk dəfə cinayət törətməsi və əməlindən peşman olması cəzanı yüngülləşdirən hal kimi qəbul edilmişdir. Lakin Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən, ilk dəfə cinayət törədilməsi yalnız o halda yüngülləşdirici hal sayılır ki, bu, hadisələrin təsadüfi axarı zəminində baş versin. Hazırkı işdə isə Təqsirləndirilən şəxs hərəkətləri təsadüfi xarakter daşımamış, öncədən yaranmış qərəz və xuliqanlıq niyyəti ilə, şüurlu və qəsdən icra edilmişdir. Eyni zamanda, məhkəmə təcrübəsinə görə, səmimi peşmançılıq yalnız daxili etirafla məhdudlaşmır; o, şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin açılmasına aktiv köməklik göstərməsində və ən əsası, törədilmiş cinayət nəticəsində dəymiş ziyanı dərhal ödəməsində və ya aradan qaldırmasında ifadə olunmalıdır. Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxslə barışıq əldə etməmiş, onun müalicə xərclərini ödəməmiş, mənəvi zərəri kompensasiya etməmiş və proses gedişatında zərərçəkəni günahlandırmağa yönəlmiş mövqe nümayiş etdirmişdir. Bu səbəbdən onun səmimi peşman olması barədə hökmün gəldiyi nəticə əsassızdır və qanunun tələblərinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasına görə, cinayət nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur, onun ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ dövlətin təminatı altındadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, cəza zərərçəkmiş şəxsə münasibətdə mənəvi sakitlik yaratmalı, pozulmuş hüquqları bərpa etməli və ədalətin bərqərar olduğunu nümayiş etdirməlidir. Zərərçəkmiş şəxsin iki dəfə cərrahiyyə əməliyyatına məruz qalması, səhhətinə ciddi ziyan dəyməsi fonunda, təqsirləndirilən şəxsə sanksiya hüdudlarında ən aşağı hədlərə yaxın cəza təyin edilməsi zərərçəkənin qanuni mənafelərinə laqeydlik mənasına gəlir və ədalət prinsipini sarsıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən birinci instansiya məhkəməsi CM-in 66.2-ci maddəsini tətbiq edərək cəzaları tam toplamaq yolunu seçmiş, lakin ilkin maddələr üzrə təyin olunan cəza hədləri çox aşağı müəyyən edildiyi üçün yekun qəti cəza da cinayətin ictimai təhlükəliliyinə uyğun olmamışdır. Sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı digər yüngül cəzalar nəzərdə tutulan maddələr üzrə cəza növünün seçilməsi məhkəmənin səlahiyyətinə aid olsa da, seçilmiş cəzanın miqdarı və müddəti fərdiləşdirmə və adekvatlıq meyarlarına tam cavab verməlidir. Qanunvericiliyin bu tələblərini rəhbər tutaraq, apelyasiya şikayəti və protestində qaldırılan dəlillərin qismən təmin olunması, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi, təqsirləndirilən şəxsə CM-in 127.2.3-cü maddəsi ilə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətinin artırılması, cinayətlərin məcmusu üzrə cəzaların qismən toplanması prinsiplərinin tətbiq edilməsi zəruridir. Prokurorun təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə tələbi ilə isə məhkəmə kollegiyası razılaşmır. Belə ki, cinayət hüququnun humanizm və cəzanın qənaəti prinsiplərinin mənasına əsasən, şəxsin cəmiyyətdən tam təcrid edilməsi yalnız o halda tətbiq edilməlidir ki, digər alternativ və daha yüngül cəza növləri ilə cəzanın məqsədlərinə nail olunması tamamilə qeyri-mümkün hesab edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyəti nəzərdən keçirilərkən onun əvvəllər məhkum olunmaması, gənc yaşında olması, subaylığı və fərdi əməklə məşğul olaraq faydalı fəaliyyət sahəsinə malik olması onun cəmiyyət üçün tam izolyasiya edilməsini tələb edən yüksək sosial təhlükəlilik dərəcəsinə malik olmadığını göstərir. Törədilmiş cinayət əməllərinin xarakteri (biri az ağır, digəri böyük ictimai təhlükə törətməyən) və sanksiyalarında alternativ olaraq azadlığın məhdudlaşdırılması cəzasının nəzərdə tutulması, habelə cinayət törətmiş şəxsin sabit həyat tərzinin və yaşayış yerinin mövcudluğu təcridetmə formasında olmayan cəza növünün tətbiqinə tam imkan verir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin barəsində cəmiyyətdən təcrid edilmədən, lakin üzərinə elektron nəzarət vasitəsinin gəzdirilməsi, müəyyən saatlarda yaşayış yerini tərk etməmək və rayon hüdudlarından kənara çıxmamaq kimi ciddi məhdudiyyətlər qoyan, eyni zamanda sanksiya çərçivəsində müddəti əhəmiyyətli dərəcədə artırılmış azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi həm zərərçəkmiş şəxs müstəvisində sosial ədalətin bərpasına, həm də təqsirləndirilən şəxsin gələcək davranışlarına nəzarət olunmaqla onun tam islah edilməsinə tamamilə kifayətdir. Cəzanın çəkindiricilik funksiyası və xüsusi xəbərdarlıq məqsədi azadlıqdan məhrum etmə kimi ağır cəza növünə müraciət etmədən, sanksiya hüdudlarında azadlığın məhdudlaşdırılması cəzasının müəyyən edilməsi yolu ilə daha effektiv şəkildə təmin edilə bilər. Həmçinin məhkəmə kollegiyası cinayət mühakimə icraatı zamanı cəza təyinin ümümi əsaslarına toxunaraq qeyd edir ki,“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il ** saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarın 48-ci bəndində qeyd edilir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması barədə birinci instansiya məhkəməsinin qərarına toxunarkən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında" ## ###### 2021-ci il tarixli ** nömrəli Plenum Qərarının 72-ci bəndində bəyan edilmiş rəsmi və məcburi izahları rəhbər tutur. X1 72-ci bəndinin tələblərinə görə, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirilməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Hazırkı cinayət işinin materialları yoxlanılarkən müəyyən edilir ki, zərərçəkmiş şəxs tərəfindən iddia olunan tibbi müalicə, plastik və rekonstruktiv cərrahiyyə, dərman və digər əməliyyat xərclərinin real həddini, bu xərclərin hüquqi və sənədli əsaslarını birbaşa təsdiq edən mötəbər sübutlar, kassa mədaxil qəbzləri və rəsmi xəstəxana sənədləri cinayət işinin materiallarına daxil edilməmişdir. İddia edilən mülki tələblərin ittihamda göstərilən maddi ziyanın çərçivəsindən kənara çıxdığını, bu tələblər üzrə ödənilməli olan yekun kompensasiya məbləğlərinin dəqiqləşdirilməsi, gələcək müalicə xərclərinin real dəyərinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən çoxsaylı ekspertizaların təyin olunmasına və ətraflı xüsusi araşdırmaların aparılmasına zərurət yarandığını nəzərə alaraq, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, bu istiqamətdə icra ediləcək əlavə prosessual hərəkətlər apellyasiya baxışının və bütövlükdə məhkəmə araşdırmasının həddindən artıq, əsassız uzanmasına birbaşa rəvac verəcəkdir. Ali Məhkəmənin Plenum Qərarının qeyd olunan imperativ mənasına, habelə cinayət işində iddia məbləğlərini rəsmən təsdiqləyən sübutların olmaması faktına söykənərək, məhkəmə kollegiyası mülki iddianın hazırkı cinayət mühakimə icraatı çərçivəsində təmin edilməsini qeyri-mümkün hesab edir və mülki iddianı baxılmamış saxlaması barədə birinci instansiya məhkəməsinin qərarını əsaslı bilir. Bununla belə, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət nəticəsində pozulmuş maddi və mənəvi hüquqlarının tam bərpası məqsədilə, onun gələcəkdə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələrə müraciət etmək hüququ tam həcmdə təmin olunur. Cinayət mühakimə icraatında dövlət ittihamçısının apellyasiya protestindəki mülki iddialara gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 181.6-cı maddəsinin imperativ tələbinə əsasən, dövlət ittihamçısı (prokuror) mülki iddianı yalnız dövlət mülkiyyətinin qorunması məqsədilə, yaxud cinayət nəticəsində zərər çəkmiş fiziki şəxsin özünü müdafiə qabiliyyəti olmadıqda onun hüquqlarının müdafiəsi üçün qaldıra bilər. Hazırkı iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tam fəaliyyət qabiliyyətli fiziki şəxsdir, yetkinlik yaşına çatmışdır və onun qanuni mənafelərini cinayət prosesində prokurorun mülki iddia vermək yolu ilə müdafiə etməsi üçün prosessual əsaslar mövcud deyil; prokuror bu xüsusda fiziki şəxsin xeyrinə mülki iddia qaldırmaq hüququna malik deyildir Göstərilən prosessual əsaslara söykənərək, məhkəmə kollegiyası mülki iddianın hazırkı cinayət mühakimə icraatı çərçivəsində təmin edilməsini mümkün hesab etmir. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407, 410cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(5-123)-6/2026 nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilndiyi CM-in 127.2.3-cü maddəsi ilə barəsində 2(iki) il 6(altı) ay müddətində, CM-in 221.1-ci maddəsi ilə barəsində 1(bir) il müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkilləri müdafiəçi1 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 9(doqquz) saat üçün 99(doxsan doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-123/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-123/2026
23.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver