Məhkəmə qərarları › İş №1(3-10)-125/2026

Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(3-10)-125/2026

23.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Hökm Şəki şəhəri İş № 1(3-10)-125/2026 23.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Anar Əlifağa oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 120.2.4 və 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü( sədrlik edən T.Əfəndizadə) ilə, ##.##.1981-ci il tarixdə doğulmuş, Yevlax şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 120.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərərk CM-in 120.2.4-cü maddəsi ilə 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 16 (on altı) il 06 (altı ) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ##.##.2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan və Yevlax rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş 01 nömrə ilə işarələnmiş qan nümunəsi, hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-2107” markalı **-LF-*** nömrə nişanlı avtomobilə baxış zamanı götürülmüş 02 nömrə ilə işarələnmiş qan nümunəsi, mərhum İbrahimov Elvin Allahverdi oğluna məxsus 01 ədəd boz rəngli qısaqol köynək, 01 ədəd boz rəngli qolsuz mayka, 01 ədəd boz rəngli tuman, 01 ədəd qara rəngli şalvar məhv edilməsi, Yevlax RPŞnin müvəqqəti saxlama duracağında saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Vaz-2107” markalı **-LF-*** nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılması və İbrahimov Elvin Allahverdi oğlunun etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz E 220 D” markalı **-DZ-*** nömrə nişanlı avtomobil onun hüquqi varisi Hüquqi varis qaytarılması və 02 ədəd diskin cinayət işinin materiallarında olması nəzərə alınması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə Yevlax şəhərində yerləşən “Dəvəçi” qəbiristanlığında dəfn olunmuş mərhum atasının məzarını ziyarət edərkən orada əmisi qızı şahid3 sevgi münasibəti olduğu Yevlax şəhər sakini, ##.##.1985-ci il təvəllüdlü İbrahimov Elvin Allahverdi oğlu ilə birlikdə gəldiyi görüb həmin vaxt şahid3 ona olan pul borcunu geri qaytarmasını tələb etdikdə Elvin İbrahimovla aralarında bu zəmində mübahisə baş vermiş, mübahisə zamanı Elvin İbrahimovun onu əmisi qızı şahid3 şahidliyi və atasının məzarı qarşısında təhqir etməklə, həmçinin şəxsiyyətini alçaltmaqla təpiklə qəsdən arxa nahiyəsindən vuraraq atasının məzarının üstünə itələyib yıxmasından qəzəblənərək bu niyyətlə Elvin İbrahimovu cəzalandırmaqla qisas almaq məqsədilə ona uyğun məqamda sonuncunu qəsdən öldürmək qərarına gəlmiş, ##.##.2024- cü il tarixdə saat 18 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ-2107” markalı 90- LF-438 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Yevlax şəhəri, Nizami prospekti ilə H.Əliyev prospekti istiqamətinə hərəkətdə olan zaman İbrahimov Elvin Allahverdi oğlunun idarə etdiyi “Mersedes Benz E 220 D” markalı **-DZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə onunla eyni yol istiqamətində hərəkətdə olduğunu görüb avtomobili Elvin İbrahimovun idarə etdiyi avtomobilin hərəkəti istiqamətində idarə edərək təxminən 40 metr irəlidə Yevlax rayonu, “Nizami parkı”nın qarşısında Elvin İbrahimovun avtomobilini yolun sağ tərəfinə çəkərək saxlayıb qapısını açıb yerə düşərək ona əl işarəsi ilə saxlamasını bildirməsini görmüş, bu zaman Elvin İbrahimovu qəsdən həyatdan məhrum etməyin əlverişli məqamını görərək cinayətkar niyyətini reallaşdırmaq üçün idarə etdiyi “VAZ- 2107” markalı **-LF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən silah qismində istifadə etməklə Elvin İbrahimovu ictimai yer hesab edilən, əhalinin, dinc sakinlərin çoxluq təşkil etdiyi, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi Yevlax şəhəri, Nizami prospektində öz şəxsiyyətini ətrafda olan çoxsaylı digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla, birgə istirahət və yaşayış qaydalarına etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, idarə etdiyi avtomobildən silah qismində istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması və əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq edərək idarə etdiyi avtomobilin sürətini artırıb həmin avtomobilin sağ qabaq hissəsi ilə öldürmək məqsədi ilə Elvin İbrahimovu qəsdən vurub asfalt-beton yola yıxmış, həmin hərəkəti ilə avtomobil ilə vurub İbrahimov Elvin Allahverdi oğluna məxsus olan “Mersedes Benz E 220 D” markalı ** DZ *** nömrə nişanlı avtomobilin sol ön güzgüsünü sındırmaqla və avtomobilin sol ön və arxa qapılarını zədələməklə Elvin İbrahimova 300 manat məbləğində ziyan vurmuş, həmin vaxtı Elvin İbrahimovun zərbədən ölməyərək yerdə yıxılmış vəziyyətdə çabaladığını görüb öz cinayətkar niyyətini başa çatdırmaq üçün avtomobili Nizami prospekti ilə H.Əliyev prospektinin kəsişməsində olan işıqfordan yenidən “Nizami parkı” istiqamətində geriyə doğru döndərib yolun əks hərəkət istiqaməti ilə sürətlə hərəkət etdirərək müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə, bununla da Elvin İbrahimova əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək xüsusi amansızlıqla yolda yıxılmış halda çabalayan Elvin İbrahimovun üzərindən avtomobil ilə qəsdən keçərək Elvin İbrahimovun ölümünə səbəb olan sağlamlığına ağır zərər vuran açıq kəllə beyin travması, kəllə tağı və üz skelet sümüklərinin açıq sınığı, baş beyninə qansızma, döş sümüyünün sınığı, sağlamlığına az ağır zərər vuran döş qəfəsinin, iki tərəf qabırğaların, sol baldır sümüklərinin qapalı sınığı xəsarətlərini yetirməklə Elvin İbrahimovu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, habelə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tətbiq olunması və əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürməsinin göstərildiyini, lakin əslində təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürmədiyini bildirmişdir. Xüsusi amansızlıqla adam öldürmə əməlinin tövsifi zamanı nəzərə almaq lazımdır ki, burada söhbət hər hansı başqa amansızlıqdan deyil, xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından gedir. Məlum ölüm hadisəsi baş verən gün təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamışdır. Həmin gün təqsirləndirilən şəxsin ad günü idi və onun etibarnamə ilə idarə etdiyi avtomobildə ad gününü qeyd etmək üçün tortlar olmuşdur. Təqsirləndirilən şəxs öz evinə istiqamətdə gedərkən zərərçəkmiş şəxs ona əli ilə maşını saxlamağı işarə etmişdir. Zərərçəkmişin Təqsirləndirilən şəxs saxlatmaqda məqsədi, birmənalı olaraq onu növbəti dəfə alçaltmaq olmuşdur. Zərərçəkmiş şəxs mütəmadi olaraq Təqsirləndirilən şəxs və onun qardaşını avtomobili idarə edərkən gördükdə təhqiredici hərəkətlər edirmiş. Zərərçəkmiş şəxs Elvin İbrahimov dəfələrlə Təqsirləndirilən şəxs təhqir etmiş, təhdid etmiş, hədələmiş, döymüş, hətta bütün bunlara son qoyması üçün ona xahişə getmiş Təqsirləndirilən şəxs anasını da söyərək özündən uzaqlaşdırmışdır. Təqsirləndirilən şəxs dəfələrlə izahatlarında təkrarlamışdır ki, mərhum Elvin İbrahimov onu atasının qəbrinin üstündə sadəcə döyməmişdir, eyni zamanda döyərək onu alçaltmışdır. Onun alçaldıcı hərəkətlərinə dözə bilməyən Təqsirləndirilən şəxs ağlayaraq atasının qəbrini göstərərək demişdir: "Bunun qəbri bu həyfdə səndə qoymayacam." Cavabında isə mərhum Elvin İbrahimov: "Onun (yəni Təqsirləndirilən şəxs atasının) qəbrini belə-belə eləyim" deyərək söymüşdür. Müdafiəçi təqsirləndirilən şəxsin niyyətinin zərərçəkmiş şəxsi öldürmək olsa da, onu xüsusi amansızlıqla öldürmək niyyətinin olmadığını, o cümlədən zərərçəkmişi xüsusi amansızlıqla öldürmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmişi öldürmək niyyəti ilə onu avtomobillə vurmuş, lakin avtomobilin güzgüsündən zərərçəkmişin durub gəzdiyini gördükdə, onu öldürmək niyyəti ilə ikinci dəfə onu yenidən vurmuşdur. Müdafiəçi bu əməldə hansı xüsusi amansızlığın olduğunu sual etmişdir. Təqsirləndirilən şəxsin yeganə niyyəti zərərçəkmişi öldürmək olmuşdur. Onun əməlində başqa bir hal yoxdur. Xüsusi amansızlıq həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə azab, işgəncə verməsi, onun şəxsiyyətinin alçaldılması, məskarəyə qoyulması və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsə xüsusi ağrılar (çoxlu miqdarda bədən xəsarətləri yetirilməsi, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət yeməkdən, sudan məhrum edilməsi və s.) yetirilməsində ifadə oluna bilər. Təqsirkarın xüsusilə azabverici üsullardan istifadə etməsi bütün hallarda əməlin xüsusi amansızlıqla törədildiyini sübut edir. Lakin təqsirkarın zərərçəkmiş şəxsi tez bir zamanda öldürmək niyyəti ilə ona çoxlu sayda bədən xəsarətləri yetirməsi hər bir halda xüsusi amansızlıq kimi qiymətləndirilə bilməz. Zərərçəkmiş şəxs birinci zərbədən sonra durub oturmuşdur və avtomobilin güzgüsündə təqsirləndirilən şəxs bunu görmüşdür. Müdafiəçi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi qəsdən və qisas almaq məqsədilə öldürdüyünü bildirmişdir. Mərhum atasına hələ də böyük hörmət və məhəbbətlə yaşayan Təqsirləndirilən şəxs atasının qəbri üstündə zərərçəkmiş şəxs tərəfindən alçaldılaraq döyülməsi (adi döyülmə olmamışdır) və üstəlik atasının qəbrinin söyülməsi, Təqsirləndirilən şəxs tərəfindən unudulan və zərərçəkmiş şəxsə bağışlanan bir əməl olmamışdır. Müdafiəçi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## ###### 2002-ci il tarixli * saylı qərarına istinad edərək qeyd etmişdir ki, Cinayət Məcəlləsinin 120.2-ci maddəsindəki tövsüfedici əlamətlər və Cinayət Məcəlləsinin 121-123-cü və 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, qısqanclıq üzündən, qisas almaq məqsədilə şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddə ilə cəza təyin edilməlidir. Müdafiəçi təqsirləndirilən şəxsin əməlində CM-in 221.3-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə təqsirləndirilən şəxsə bəraət verilməli olduğunu bildirmişdir. Müdafiəçi qeyd etmişdir ki, cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, o cümlədən zərərçəkmiş şəxsin ailəsi təqsirləndirilən şəxslə barışmışdır və ondan heç bir şikayətləri və tələbləri yoxdur. Təqsirləndirilən şəxsin ailəsi tərəfindən zərərçəkmiş şəxsin ailəsinə 17 000 (on yeddi min) manat maddi vəsait ödənilmiş və zərərçəkmiş şəxsin ailəsinin digər maddi ehtiyacları (ərzaq məhsulları) təqsirləndirilən şəxsin ailəsi tərəfindən ödənilir və bundan sonra da ödəniləcəkdir. Bununla bağlı zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin həyat yoldaşı məhkəməyə ərizə ünvanlamışdır. Müdafiəçi təqsirləndirilən şəxsin əvvəllər məhkum edilmədiyini, cinayət hadisəsi törədildikdən dərhal sonra könüllü rayon polis şöbəsinə gedərək təslim olduğunu, yaşayış yerindən müsbət xasiyyətnamə ilə xarakterizə olunduğunu, bir övladı olduğunu, övladının hazırda həqiqi hərbi xidmət borcunu yerinə yetirdiyini, təqsirləndirilən şəxsin həbs edilənədək yaşlı və xəstə anasının onun himayəsində yaşadığını, təqsirləndirilən şəxsin şəxsiyyətinin müsbət cəhətdən xarakterizə olunduğunu, məlum cinayət hadisəsinin zərərçəkmiş şəxsin qanunsuz əməlləri nəticəsində baş verdiyini bildirmişdir. Odur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmünün ləğv edilərək yeni hökm çıxarılmasını, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs elan edilmiş CM-in 120.2.4-cü maddəsinin həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməklə, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddində cəza təyin edilməsini, habelə təqsirləndirilən şəxsin əməlində CM-in 221.3-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında çıxış edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı1 çıxış edərək şikayətin dəlillərinin əsasslz olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 399.1 və 399.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsinin məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 120.2.4 və 221.3-cü maddələri ilə özünü təqsirli bilmədiyini, özünü CM-in 120.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, mərhum Elvin onu, o da Elvini tanımamışdır. Bu məsələ ## ### 2024-cü il tarixdə qəbirsanlıq ərazisində baş vermişdir. Belə ki, həmin tarixdə qəbirsanlıq ərazisində əmisi qızı şahid3 və mərhum Elvinlə qarşılaşmışdır. Səhv etmirsə, onlar sevgili olmuşlar. Aynurun ona pul borcu olmuşdur. Dəvəçi qəbirsanlığında Aynurdan pulunu istəmişdir. Həmin vaxt Elvinlə Aynur onu döymüşdürlər. Belə başa düşür ki, verdiyi pulu Aynurla Elvin ikisi yeyibmiş. Döyülən vaxt qəbiristanlıqda heç kim olmamışdır. Elvinlə Aynur onu döymüşdür. Həmin vaxt alnından xəsarət almışdır. Elvin onu döyərək rəhmətlik atasını təhqir etmişdir. 26 maydan sonra Elvin 3- 4 dəfə qarşısını kəsib, ona demişdir ki, Aynurdan pul istəməyəcəkdir. Eyni zamanda, Elvin Aynurun onunla birlikdə yaşadığını bildirmişdir. Həmin vaxt Elvin ona hədə-qorxu gəlmişdir. Onun əlindən şəhərə çıxa bilmirmiş. Onu harada görsə biyabır edirmiş. 21 sentyabr tarixində ad günü olmuşdur. Saat 16 radələrində işdən çıxmışdır. Gedib tort alıb qayıdan zaman Elvin yolda ona əl etmiş və həmin vaxt özündən çıxmış və Elvini maşınla vurmuşdur. Sonra özünü itirmişdir. Toğrul müəllim kamera görüntülərini ona göstərmişdir. Həmin vaxt görmüşdür ki, Elvini maşınla vurduqdan sonra geri qayıdır və təkrar Elvini maşınla vurur. Ancaq ikinci dəfə Elvini vurduğunu xatırlamır. Çünki özündə olmamışdır. Ona qarşı haqsızlıq olunduğuna görə həmin vaxt əsəbi olmuşdur. Çünki pulu yeyiləndə, döyüləndə, alçaldılanda o, olmuşdur. Əlbətdə belə iş olmaz. O demir yaxşı eləmişdir. Onun Elvini öldürmək niyyəti olmamışdır. 26 may tarixinə qədər Elvini tanımamışdır. Məsələ 26 maydan sonra başlamışdır. Elvin Aynurun sözü ilə hərəkət etmişdir. Çünki onun pulunu ikisi yemişdir. Aynurdan pulunu tələb edirmiş. Aynurda çıxış yolu olaraq Elvini tapmışdır. Elvin Aynuru müdafiə edirmiş, Elvin Aynuru gizlədirmiş və pul borclu olduğuna görə Aynur ondan qaçırmış. İndiyənədək heç bir cinayət məsuliyyəti olmamışdır. Heç kimlə işi olmamışdır. Yevlax şəhərində özünə görə hörməti olmuşdur. Elvini maşınla vurduqdan sonra geri qayıdıb onu təkrar vurduğunu xatırlamır. Birinci dəfə onu maşınla vurduğunu xatırlayır, lakin ikinci dəfə maşınla geri qayıdıb onu vurduğunu xatırlamırmış. Kamera görüntülərinə baxdıqdan sonra bilmişdir ki, geri qayıdıb Elvini təkrar vurmuşdur. Elvini öldürmək niyyəti olmamışdır. Dəfələrlə Elvinə bu məsələyə qarışmamasını bildirmişdir. Hətta ondan soruşmuşdur ki, o, Aynura pul verəndə və ya alanda o, orada olmuşdurmu? Ona cavab vermişdir ki, xeyr o, olmamışdır. Həmin vaxt Elvinə Aynuru müdafiə etməməsini demişdir. Elvin Aynuru müdafiə etdiyi üçün sonu ölümlə nəticələnmişdir. Elvini öldürmək niyyəti olmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında ona ünvanlanmış suaları cavablandırarkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərmişdir ki, şahid3 17 min manat borc pul vermişdir. Aynur ona verdiyi pulla ev alacaqmış və işə girməliymiş. Qəbiristanlıqda Aynurla qarşılaşmadan 6- 7 ay əvvəl ona pul vermişdir. Qəbiristanlıqda görüşən zaman Aynurdan pulunu tələb etmişdir. Həmin vaxt Aynur və Elvin onu döymüş və təhqir etmişlər. Onu döydükdən sonra qaçıb getmişlər. Döyüldükdən sonra polis şöbəsinə şikayət etməmişdir. Çünki ortada əmisi qızı olmuşdur. Elvindən şikayət etsəymiş, Aynurda ortaya çıxacaqmış. O da Aynurun polisə düşməsini istəməmişdir. Çünki qohumudur. Döyüldükdən sonra alnında xəsarət yaranmışdır. 26 may atasının ölüm günüdür. Həmin tarixdə qəbiristanlıqda atasının qəbrini təmizləyirmiş. Aynurla Elvin onu orada döyüb xəsarət yetirmiş və atasının qəbrini təhqir etmişlər. Hadisə günü Elvinlə təsadüfən rastlaşmışdır. Onu həmin günü güdməmişdir. Hadisə günü hər ikisi maşınla olmuşdur. Hadisə günü ad günü ilə əlaqədar tort almağa getmiş, tort alıb qayıdan zaman Elvin öz maşınının yanında dayanıb ona əl etmişdir. O da onu maşınla vurmuşdur. Çünki 26 mayda olan hadisə bir anda yadına düşmüşdür. Həmin hadisə ona psixi təsir etmişdir. 26 maydan sonra Elvini 3-4 dəfə görmüşdür. Elvin hər dəfə onu təhqir etmişdir. Hadisə günü Elvin ona əl etmişdir. O da əsəbləşib onu maşınla vurmuşdur. Hadisə günü Elvinin əlində bıçaq olmuşdur. Ancaq bıçağı sübuta yetirə bilmir. Elvini vuran vaxt maşını 40-50 sürətlə sürmüşdür. Maşını “Vaz 21 07” markalı maşın olmuşdur. Maşının sağ tərəfi ilə Elvini vurmuşdur. Həmin vaxt Elvin yerə yıxılmışdır. Elvini vurduqdan sonra Elvin maşının qabağına düşmüşdür. Maşınla geri qayıdıb Elvini təkrar vurması yadına gəlmirmiş. Kamera görüntülərində görmüşdür ki, Elvini maşınla vurduqdan 2- 3 dəqiqə sonra geri qayıdıb təkrar vurmuşdur. Həmin 2-3 dəqiqə ərzində əsəbləri sakitləşməmişdir. Elvini ikinci dəfə maşınla vuran vaxt ətrafda adamlar olmamışdır. Elvini vurduğu yol böyük prospektdir. Elvini ikinci dəfə vurub qayıdan zaman görmüşdür ki, insanlar hadisə olan tərəfə qaçırlar. İkinci dəfə Elvini vuran vaxt Elvin yerə oturmuş vəziyyətdə olmuşdur. İkinci dəfə Elvini vurduğunu xatırlamır və kamerada gördüyü görüntülərə əsasən deyirmiş. İkinci dəfə Elvini niyə vurduğunu bilmir. Çünki xatırlamır. Elvini öldürmək niyyəti olmamışdır. İkinci dəfə Elvini niyə vurduğunu bilmirmiş. Törətdiyi əməldən peşmandır. Özü ev ustası işləyir. Əvvəllər nevroloji problemi olmuşdur. Hərbi xidmətdə olmuşdur. 4-5 il bundan əvvəl nevroloji problemlə əlaqəli həkimə müraciət etmişdir. 26 may tarixində qəbiristanlıqda atasını qəbrini təmizləyirmiş. Həmin vaxt Elvin və Aynurla qarşılaşmışdır. Aynur onların evdə böyümüşdür. Aynur evlənmiş və 8-10 il sonra boşanmışdır. Aynura pul verən zaman anası və qardaşı orada olmuşdur. Aynurun anası onu evdən çıxarmışdır. Aynurda kirədə yaşamağa başlamışdır. Pulu Aynura həm ev alması, həm də xəstəxanada işə düzəlməsi üçün vermişdir. Aynur bir nəfərə pul verəcək və həmin adamda onu işə düzəldəcəkmiş. Aynura verdiyi pul batası pul deyilmiş. Aynurun təhsil aldığını, eləcə də onun işə girdikdən sonra pulu ona ödəyəcəyini bilirmiş. Aynurdan dəfələrlə pulunu tələb etmişdir. Elvin isə Aynuru gizlədirmiş. Aynur onu görən zaman qaçırmış. Aynur ondan pula görə qaçmışdır. Aynur, Elvin və onun telefon anten dairə məlumatlarını çıxarıla bilər. 26 may tarixində onlarla qarşılaşmışdır. Qəbiristanlıqda Elvin və Aynur onu döymüşdür. O, Aynurdan pulunu tələb etmişdir. O, isə pulunu vermirmiş və ona etiraz edirmiş. Anasının və qardaşının razılığı ilə Aynura pul vermişdir. 26 maya qədər Elvini görməmişdir. 26 maydan sonra Elvinlə münasibətlər pisə doğru dəyişmişdir. 26 mayda atasının il dönümü olmuşdur. Həmin vaxt qəbiristanlıqda Aynur və Elvinlə qarşılaşmışdır. Aynurdan pulunu tələb etmişdir. Elvin həmin vaxt Aynuru müdafiə etmişdir. O isə ona Aynurun əmisi oğlu olduğunu demişdir. Həmin vaxt Elvin arxasından təpik vurmuşdur. Sonra Elvin və Aynur qaçıb getmişlər. Qəbiristanlıqda Elvin onu təhqir etmişdir. O, pulunu tələb edirmiş. Elvin isə pulu Aynurdan istəməməsini deyirmiş. Elvinə demişdir ki, burdakıların qəbrinə and olsun bu işi belə qoymayacaqdır. Elvində atasının qəbrini təhqir etmişdir. şahid3 Elvini öyrətmiş və onun üstünə göndərmişdir. Sonu ölümlə nəticələnmişdir. Elvin onu döyüb alçaltmışdır. O da atasının qəbrinə and içmişdir. Bundan sonra Elvin atasının qəbrinə söyməyə başlamışdır. Aynur və Elvin onu döyüb qaçmışlar. O da orada qalmışdır. Elçin adlı molla ona kömək etmişdir. Ancaq indi məhkəməyə gəlmirmiş. Molla ona yaxınlaşan vaxt özünə gəlməyə başlamışdır. 26 maydan sonra Elvin onu 3-4 dəfə görüb onun puldan əl çəkməsini bildirmişdir. Bundan sonra Elvin 3-4 dəfə ona hədə-qorxu gəlmişdir. Elvin ona hədəqorxu gəlir, heç nədən qorxmamış və ona gedib polisə şikayət etməyini bildirmişdir. Hadisə günü Elvin əl edib onu saxlatmaq istəmişdir. 26 maydan sonra Elvinlə rastlaşmışdır. Elvin hər dəfə onu alçaltmışdır. Elvin hadisədən bir müddət əvvəl avtovağzal ərazisində üstünə gəlmişdir. Həmin vaxt taksi sürücüləri ona mane olmuşdur. Elvini öldürmək niyyəti olmamışdır. Elvini qəsdən öldürməklə bağlı özünü təqsirli bilmir. Elvin ona əl edən vaxt əlində bıçaq olmuşdur. Elvin əvvəllərdə əl edib onu saxlatmışdır. Bu dəfə keçə bilməmiş və Elvini maşınla vurmuşdur. Elvini yolun kənarında vurmuşdur. Elvini maşının sağ qabaq tərəfi ilə vurmuşdur. Elvinin əvvəllər ona qarşı etdiyi hərəkətləri əsəblərini pozmuşdur. Elvini maşınla niyə vurduğunu bilmir Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Hüquqi varis ifadəsində göstərmişdir ki, mərhum qardaşı ilə təqsirləndirilən şəxs arasında olan söz-söhbətdən məlumatları olmamışdır. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclasında ifadə verərkən qardaşının üzərində bıçaq və maşınında silah olduğunu qeyd etmişdir. Hadisə olan yerə polis əməkdaşları gəlmiş və qardaşının maşınında silah olsaymış görərmişlər. Təqsirləndirilən şəxs qardaşına şər atırmış. Bildiyinə görə qardaşının qızla əlaqəsi olmuşdur. Neçə ildir birlikdə yaşayırmışlar. Ancaq təqsirləndirilən şəxslə bağlı heç nə bilmir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş İbrahimova Elnarə Ziyafət qızı ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək ifadəsində göstərmişdir ki, təxminən 18 il əvvəl İbrahimov Elvin Allahverdi oğlu ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən 2007-ci il təvəllüdlü oğlu Qərib İbrahimov və 2013-cü il təvəllüdlü oğlu Həmzə İbrahimova dünyaya gəlmişdir. Elvin özünə məxsus “Mercedes” markalı 50-DZ858 nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olurmuş. Həmin avtomobil Elvinə məxsus olsa da formal olaraq sənəd üzərində anası Xalidə Əhmədovanın adına olmuş və Elvin həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. O, təxminən 3 il əvvəl Elvinin Yevlax şəhər sakini şahid3 ilə sevgi münasibətinin olmasını eşitmişdir. Bundan sonra Elvindən həmin qızdan ayrılmasını tələb etmişdir. Elvin həmişə onu aldadaraq söz vermişdir ki, həmin qızdan ayrılacaq, lakin münasibətlərini davam etdirmişdir. O, Aynura da əri ilə olan münasibətini kəsməsini tapşırmışdır. Aynur da ona söz vermişdir ki, münasibətini kəsəcək, lakin Aynur da onu aldadaraq Elvinlə olan münasibətini davam etdirmişdir. Elvin Yevlax rayonunda Aynura kirayə ev də tutmuşdur və Aynur öz uşağı ilə həmin evdə qalmışdır. ##.##.2024-cü il tarixdə saat 16 radələrində Elvin evə gəlmiş və yemək yemişdir. Bildirmişdir ki, avtomobilini avtoyuma yerinə qoyub və sonra gedib avtomobili oradan götürəcəkdir. Elvin evdən gedəndən bir müddət sonra öldürülməsi barədə ona məlumat verilmişdir. Mərhum əri İbrahimov Elvin Allahverdi oğlunun Təqsirləndirilən şəxs ilə arasında əvvəllər mübahisə olmasından məlumatı olmamışdır Birinci instansiya məhkəməsinin məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. O, oğlu Zamin, digər oğlu Ramin, nəvələri Hacı, Asif və Aylin ilə birlikdə ünvan 2 ünvanında yerləşən evlərində yaşamışdır. Oğlu Zamin digər oğlu Raminə məxsus olan “Vaz-2107” markalı **-LF-*** nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. şahid3 onun mərhum həyat yoldaşının qardaşı qızıdır. Oğlu Zamin bir neçə il əvvəl Aynura 10000 manatdan çox pul vermişdir ki, özünün təbii ehtiyaclarını ödəsin və pozğunluqla məşğul olmasın. Aynur təxminən 7-8 il əvvəl ərindən boşanmış və anası Mətanətlə Yevlax şəhərində yaşamışdır. Təxminən 3-4 il əvvəldən etibarən Aynurun Elvin İbrahimovla qeyri-rəsmi ərarvad münasibətləri olmuşdur. Həmçinin təxminən bir il bundan əvvəl Aynur Elvinlə birlikdə kirayədə yaşamağa başlamışdır. Aynura həmişə bildirmişlər ki, əxlaqsızlıqla məşğul olmasın, bütün maddi ehtiyaclarını təmin edəcəklər. Lakin Aynur onların sözlərinə qulaq asmamışdır. ## ### 2024-cü il tarixdə saat 12 radələrində oğlu Zamin Yevlax rayonu ərazisində yerləşən “Dəvəçi” qəbiristanlığında mərhum əri Asif Cavadovun anım günü ilə əlaqədar qəbirini ziyarətə getmişdir. Həmin gün saat təxminən 15 radələrində Zamin evə qayıtmışdır. Həmin vaxt Zaminin əynində olan paltarlar cırılmış vəziyyətdə olmuş və bədənində xəsarətlər olmuşdur. Bu zaman o, nə baş verdiyini soruşduqda Zamin ona bildirmişdir ki, Aynur və Elvin onu qəbirstanlıqda təhqir etmiş və döymüşlər, həmin vaxt Zaminin halı pisləşərək atasının, yəni onun ərinin qəbirinin üzərində oturmaq istəyən zaman Elvin oğlu Zaminin yan hissəsinə təpik vurmuşdur. Zamin həmin vaxt çox qəzəbli olmuş və qisas alacağını bildirmişdir. Lakin o, həmin vaxt Zamini sakitləşdirərək heç bir şey etməməsini xahiş etmişdir. Həmin hadisədən sonra da Yevlax şəhərində bir neçə dəfə Elvin İbrahimov onun oğlu Zamini görən zaman Zaminlə lağlağa edərək hədələmişdir. O, 2024- cü ilin iyun ayında Yevlax şəhərində Elvin İbrahimovu görən zaman Zaminə bildirmişdir ki, oğlu Zamin ilə mübahisə etməsin və sataşmasın. Elvin isə ona bildirmişdir ki, yaxşı edir və təhqirlə ona cavab qaytarmışdır. Həmin vaxt yanlarında heç kim olmamışdır. ##.##.2024-cü il tarixdə oğlu Zaminin ad günü olmuşdur. Zamin həmişə ad günündə 02 ədəd tort almış və tortlardan birini aparıb atasının qəbirinin üstünə qoymuş, digərini isə evə gətirmişdir. Zamin tort almaq üçün “Vaz-2107” markalı **-LF-*** nömrə nişanlı avtomobil ilə evdən çıxararaq Yevlax şəhərinə getmişdir. Bir müddət sonra Zamin onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Elvini avtomobil ilə vurduğunu bildirmişdir. Həmin vaxt o da evdə olmuşdur. Bu xəbəri eşidən kimi Yevlax RPŞ-yə gəlmişlər və oğlu Zaminin Elvini avtomobil ilə vuraraq öldürdüyünü öyrənmişdir. Elvinin onun oğlu Zamini vurmasına görə aralarında ədavət yaranmışdır. Hətta həmin hadisədən sonra da X1 şəhərində bir neçə dəfə görəndə hədələmişdir. Buna görə də Zaminin Elvinə qarşı nifrəti yaranmışdır. Fikrincə oğlu Zamin Elvini onu vurması və təhqir etməsinə görə öldürmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Qardaşı Zamin anası şahid4, oğlu Hacı Cavadov və onun övladları Asif və Aylin ilə birlikdə ünvan 2 ünvanında yerləşən ata evlərində yaşamışdır. O isə Bakı şəhərində fəhləliklə məşğul olmuşdur. Qardaşı Zamin ona məxsus olan “Vaz-2107” markalı **-LF-*** nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. şahid3 onun doğma əmisi qızıdır. Qardaşı Zamin bir neçə il əvvəl Aynura 10000 manatdan çox pul vermişdir ki, özünün təbii ehtiyaclarını ödəsin və pozğunluqla məşğul olmasın. Əmisi qızı Aynur təxminən 7-8 il əvvəl ərindən boşanmış və əmisi arvadı, yəni anası Mətanətlə Yevlax şəhərində yaşamışdır. Təxminən 3-4 il əvvəldən etibarən Aynurun Elvin İbrahimovla qeyrirəsmi ər-arvad münasibətləri olmuşdur. Həmçinin təxminən bir il bundan əvvəl Aynur Elvinlə birlikdə kirayədə yaşamağa başlamışdır. Onlar Aynura həmişə bildirmişlər ki, əxlaqsızlıqla məşğul olmasın, bütün maddi ehtiyaclarını təmin edəcəklər. Lakin Aynur onların sözlərinə qulaq asmamışdır. ## ### 2024-cü il tarixdə saat 12 radələrində qardaşı Zamin Yevlax rayonu ərazisində yerləşən “Dəvəçi” qəbiristanlığında mərhum atası Asif Cavadovun anım günü ilə əlaqədar qəbirini ziyarətə getmişdir. Həmin gün saat təxminən 15 radələrində qardaşı Zamin evə qayıtmışdır. Həmin vaxt Zaminin əynində olan paltarlar cırılmış vəziyyətdə olmuş və bədənində xəsarətlər olmuşdur. Bu zaman o, nə baş verdiyini soruşduqda Zamin ona bildirmişdir ki, Elvinlə Aynur qəbiristanlıqda onu təhqir edib döymüşlər, həmin vaxt Zaminin halı pisləşərək atasının qəbirinin üzərində oturmaq istəyən zaman Elvin Zaminin yan hissəsinə təpik vurmuşdur. Zamin həmin vaxt çox qəzəbli olmuş və qisas alacağını bildirmişdir. Lakin o, həmin vaxt Zamini sakitləşdirərək heç bir şey etməməsini xahiş etmişdir. Həmin hadisədən sonra da Yevlax şəhərində bir neçə dəfə Elvin İbrahimov onun qardaşı Zamini görən zaman lağlağa edərək hədələmişdir. ##.##.2024-cü il tarixdə qardaşı Zaminin ad günü olmuşdur. Zamin, həmişə ad günündə 02 ədəd tort almış və tortlardan birini aparıb atasının qəbrinin üstünə qoymuş, digərini isə evə gətirmişdir. O, tort almaq üçün Vaz-2107” markalı **-LF-*** nömrə nişanlı avtomobil ilə evdən çıxararaq Yevlax şəhərinə getmişdir. Bir müddət sonra anası Həqiqətə zəng edərək Elvini avtomobil ilə vurduğunu bildirmişdir. Həmin vaxt o, da evdə olmuşdur. Bu xəbəri eşidən kimi Yevlax RPŞ-yə gəlmiş və qardaşı Zaminin Elvini avtomobil ilə vuraraq öldürdüyünü öyrənmişdir. Qardaşı Təqsirləndirilən şəxs mərhum Elvin İbrahimovla arasında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Elvinin Zamini vurmasına görə ədavət yaranmışdır. Hətta həmin hadisədən sonra da X1 şəhərində bir neçə dəfə görəndə hədələmişdir. Bunda görə də Zaminin Elvinə qarşı nifrəti yaranmışdır. Zamin Elvini onu vurması və təhqir etməsinə görə öldürmüşdür Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid şahid3 ibtidai istintaq dövrü verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur. Təqsirləndirilən şəxs ilə münasibəti yaxşı olmuşdur. O, 2019-cu ildə boşanaraq qızı Zəhra ilə anası Mətanət ilə birlikdə yaşamışdır. Əmisi oğlu Zamin ara-bir onun yaşadığı evə gələrək ona pul vermişdir ki, maddi sıxıntısı olmasın. Təxminən 3 il əvvəl Elvin İbrahimov ilə sevgi münasibəti yaranmışdır. Bu münasibətə anası Mətanət də qarşı çıxmışdır. Təxminən 1 ildən çoxdur ki, Elvin ilə ayrı evə kirayə çıxmışlar. Qızı Zəhranı da özü ilə aparmışdır. Qaldıqları evin kirayə haqqını Elvin vermişdir. Elvin ilə eyni evə çıxdıqdan sonra Zamin ilə münasibəti korlanmışdır. ## ### 2024-cü il tarixdə saat 13 radələrində Yevlax rayonu ərazisində yerləşən “Dəvəçi” qəbristanlığında mərhum atası Rizvanın qəbir üstünə getmişdir. Atası ilə əmisi Asifin qəbirləri yaxın olduğu üçün Zaminin atasının qəbrinin üstünə gəldiyini görmüşdür. Həmin vaxt Zamin onları gördükdən sonra ondan borcunu istəməyə başlamışdır. Bundan sonra Elvin ilə Zamin arasında mübahisə yaranmışdır. Həmin vaxt o, hər iki tərəfi ayırmışdır. Elvin həmin vaxt Zamini vurmuşdur. Lakin həmin vaxt o, Zamini vurmamışdır. Bundan sonra Elvin ilə Zamin arasında Yevlax şəhərində mübahisə yarandığını eşitmişdir. Elvin əsasən öz həyat yoldaşı ilə qalsa da bəzən gəlib onunla da qalmışdır. ##.##.2024-cü il tarixdə saat təxminən 17 radələrində Elvin ilə telefon əlaqəsi saxlamışdır. Elvin ona bildirmişdir ki, axşam onun yanına gələcək. Lakin saat 18 radələrində Yevlax şəhər sakinlərindən eşitmişdir ki, Zamin Elvini öldürmüşdür. O da Elvinin ölümündən bir neçə gün sonra qorxduğu üçün qızı Zəhranı götürərək Bakı şəhərinə getmişdir. Hazırda orada kirayə yaşayır. Onun fikrincə Zamin Elvini qisas almaq məqsədi ilə öldürmüşdür Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ##.##.2024-cü tarixli məlumatdan görünür ki, həmin tarixdə saat 18:30 radələrində Yevlax RPŞdən rayon prokurorluğuna ##.##.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Vaz-2107” markalı **-LF-*** nömrə nişanlı avtomobil ilə hərəkətdə olan zaman Yevlax şəhəri Nizami prospektində yerləşən Nizami parkının qarşısında ##.##.1985-ci il təvəllüdlü İbrahimov Elvin Allahverdi oğlunu qəsdən vuraraq öldürməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## ######## 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Yevlax şəhəri Nizami prospektində yerləşən Nizami parkının qarşısı, asfalt yolun şəhər mərkəzi istiqamətində gedən hissəsidir. Yevlax şəhəri mərkəzi istiqamətində dayandıqda asfalt yolun sağ hərəkət zolağının kənarında, 40 sm yolun mərkəzinə doğru istiqamətdə mərhum Elvin İbrahimovun idarə etdiyi “Mercedes Benz” markalı avtomobil 4 təkəri üzərində dayanmış vəziyyətdədir. Avtomobilin sol güzgüsü sınmış, sol ön və arxa qapıların orta hissələrində isə sürtünmə zədələri vardır. Avtomobilin kabinəsinə və ətrafına baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Avtomobildən 15 sm irəlidə, asfalt yolun üzərində sol diaqonal vəziyyətdə gölməçəşəkilli qan laxtası vardır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən gölməçəşəkilli qanabənzər ləkələrdən nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## ######## 2024-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Mərhum İbrahimov Elvin Allahverdi oğlunun meyitinə baxış zamanı meyit üzərində açıq kəllə beyin travması, kəllə tağı və üz skelet sümüklərinin açıq sınığı, baş beyinə qansızıma, döş qəfəsinin, iki tərəf qabırğaların, döş sümüyünün sınıqları, sol baldır sümüklərinin qapalı sınığı xəsarətləri aşkar edilmişdir. Bədən səthində başqa xəsarət və xəsarət izi aşkar edilməmişdir (cild 01, iş vər. 16-27). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## ######## 2024-cü il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi VAZ 2107 markalı, ** LF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış zamanı müəyyən edilmişdir ki, avtomobil tünd göy rənglidir, 04 təkəri üzərində dayanmış vəziyyətdədir. Avtomobilin ban hissəsinə dəmir barmaqlıqlardan hazırlanmış yük yeri quraşdırılmışdır. Avtomobilin ön alın şüşəsinin sağ tərəfi, habelə sağ ön farası sınmış vəziyyətdədir. Bundan başqa avtomobilə baxış zamanı sol ön təkərin yerləşdiyi difer hissədə və təkəri hərəkətə gətirən dəmir materiallı ehtiyat hissələrinin üzərində qanabənzər ləkələr aşkar edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin qanabənzər ləkələrdən nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 01, iş vər. 34-40). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## ######## 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:10 dəqiqədə müdafiəçi iştirakı ilə tutulmuşdur (cild 01, iş vər. 61). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## ######## 2024-cü il tarixli, **** nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq aşkar edilməmişdir (cild 01, iş vər. 67). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## ######## 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qəraradan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddəti 04 (dörd) ay həddində müəyyən edilməklə həbsetmənin əvvəli ## ######## 2024-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər. 97-98). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## ######## 2024-cü il tarixli “təqsirini boynuna almaqla könüllü gəlmə dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RPŞ-yə törətdiyi cinayət barədə məlumat vermişdir (cild 01, iş vər. 120). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## ######## 2024-cü il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs telefonunun üzərində 051-447-76- 54 mobil nömrə olduğu, zənglər və “Whastapp” mobil tətbiq vasitəsində ailə üzvləri, qohumları ilə aralarında danışıqlar, müsajlar, eləcə də “mesajlar” bölməsində qısa mesajlar aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb edən başqa hal aşkar edilməmişdir (cild 01, iş vər. 121). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## ######## 2024-cü il tarixli Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in “xxxx” PhŞ-nin **-*-**/*-***/**** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “xxxx” X2də hər hansı bir xəstəliklə qeydiyyatda dayanmır (cild 01, iş vər. 162). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## ######## 2024-cü il tarixli “xxxx” X2 arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır (cild 01, iş vər. 163). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## ######## 2024-cü il tarixli Yevlax şəhəri İcra Hakimiyyəti başçısının * saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin *-*-*/*-***/**** nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri Kür küçəsi ** saylı ünvanda anası və qardaşı ilə birlikdə yaşamışdır (cild 01, iş vər. 166). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## ######## 2024-cü il tarixli Yevlax şəhəri İcra Hakimiyyəti başçısının * saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin *-*-*/*-***/**** nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur (cild 01, iş vər 167). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## ####### 2024-cü il tarixli Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun **-*/*-****/**** nömrəli məktub və məktuba əlavə edilmiş CD –dən görünür ki, içərisində “xxxx” ASC-nin Yevlax şəhər Nizami prospekti 54 ünvanında yerləşən filialının inzibati binasının Yevlax şəhər Nizami prospektini çəkən 02 ədəd müşahidə kameralarının ##.##.2024-cü il tarixdə qeydə aldığı videogörüntülərin olduğu diskə baxış zamanı müəyyən edilmişdir ki, diskin üzəri ağ rənglidir, diskdə “Col1” və “Col2” adlı videogörüntülər vardır. “Col1” və “Col2” adlı videogörüntülərə baxış zamanı, ##.##.2024-cü il tarixdə Yevlax şəhər Nizami prospektində Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-2107” markalı 90-LF438 nömrə nişanlı avtomobil ilə mərhum İbrahimov Elvin Allahverdi oğlunu qəsdən vurması və onun idarə etdiyi “Mercedes Benz E220D” markalı, **-DZ-*** nömrə nişanlı avtomobilə zərər yetirməsi, daha sonra da avtomobili geriyə doğru hərəkətə gətirərək İbrahimov Elvin Allahverdi oğlunun üzərindən keçərək onu öldürməsi öz əksini tapır (cild 01, iş vər. 214- 216). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİ-dən daxil olmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum olunmuşdur. ##.##.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2016-cı il tarixli Aministiya Aktına əsasən təyin olunmuş cəzadan azad edilmişdir (cild 01, iş vər. 222). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ##.##.2024-cü il tarixli zərərçəkmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 İbrahimov Elvin Allahverdi oğlunun barəsində təyin edilmiş məhkəmə tibbi ekspertizasının ** nömrəli ekspert rəyindən görünür ki, mərhum İbrahimov Elvin Allahverdi oğlunun meyitində aşkar edilmiş xəsarətlər-açıq kəllə beyin travması, kəllə tağı və üz skelet sümüklərinin açıq sınığı, baş beyinə qansızıma, döş qəfəsinin, iki tərəf qabırğaların, döş sümüyünün sınıqları, sol baldır sümüklərinin qapalı sınığı bərk küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni ##.##.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlərdən açıq kəllə beyin travması, kəllə tağı və üz skelet sümüklərinin açıq sınığı, baş beyininə qansızına, döş sümüyünün sınığı törənən anda həyat üçün təhlükəli olduğuna görə sağlamlığa AĞIR zərər vuran xəsarətlərə xas əlamətlərə malikdirlər, zərərçəkmiş vertikal vəziyyətdə olarkən törənməsi istisna edilmir və bilavasitə mərhum ölümünə səbəb olmuşdur. Qalan digər xəsarətlər- döş qəfəsinin, iki tərəf qabırğaların, sol baldır sümüklərinin qapalı sağlamlığa AZ AĞIR zərər vuran xəsarətlərə aid edilirlər. Bu növ xəsarətlər adətən hərəkətdə olan avtomobilin horizontal vəziyyətdə olan zərərçəkmişin üzərindən keçməsi nəticəsində törənir. Bədən səthində protektor izinin olması bu xəsarətlərin təstiq edici əlamətlərindəndir. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 1,5-2 saat əvvəl baş yerdiyini göstərir (cild 01, iş vər. 242-245). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli məhkəmə-trasoloji ekspertizasının */**** nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş geyim əşyalarını üzərində rəyin təsviri hissəsində şərh - olunan zədənin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədələr hər hansı bərk predmetlə kontakda olması, sürtünməsi nəticəsində, o cümlədən nəqliyyat vasitəsinin vurması zamanı yarana bilər. Eyni zamanda həmin zədələrin qərarın təsviri hissəsində göstərilən şəraitdə yaranması mümkündür (cild 01, iş vər. 246-249). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## ####### 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 kompleks məhkəmə-ambulator psixiatrik və psixoloji ekspertizasının *** saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Arif oğlu törətdiyi cinayət hadisəsindən əvvəl hər hansı xroniki psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs Arif oğlu təsvir olunmuş cinayət hadisəsini törədərkən ANLAQLI olmuşdur. Təqsirləndirilən şəxs Arif oğlu hadisəyə qədər, hadisəni törədərkən və hadisədən sonra öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs Arif oğlu təsvir olunmuş cinayət hadisəsini törətdikdən sonra psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs Arif oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Arif oğlunun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Arif li oğlu cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir) (cild 01, iş vər 251-254). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## ###### 2024-cü il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi */**** nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda göstərilən və təqdim edilmiş fotoşəkillərə əsasən 1998-ci il buraxılışlı, tünd yaşıl metallik rəngli, “Mercedes Benz E220D minik” markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomilə dəymiş ziyanın məbləği nəzəri qaydada təxminən 300,00 manat müəyyən edilmişdir (cild 01, iş vər. 255-258). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## ###### 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx Birliyi” X2in məhkəmə bioloji ekspertizasının ***/****-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, İbrahimov Elvin Allahverdi oğlunun qan qrııpıı-A/Il/. Ekspertizaya təqdim olunan 02 ədəd çubuqlu pambıq tampon, İbrahimov Elvin Allahverdi oğlıına məxsus alt mayka, trusik, köynək və şalvar üzərində insan qan ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti A BO sistemi üzrə tədqiq olunduqda yalnız «A» antigeni alınmışdır. Bu qan Abeta/II/ qrııplu şəxsə, o cümlədən zərərçəkmiş İbrahimov Elvin Allahverdİ oğluna məxsus ola bilər (cild 01, iş vər. 259-264). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## ###### 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.9 və 120.2.1-ci maddələrin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddələrinə əsasən rədd edilməsi qərara alınmışdır (cild 01, iş vər. 270-288). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## ###### 2026-cı il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Hüquqi varis cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## ###### 2026-cı il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs anası şahid4 mərhum qardaşı Elvin İbrahimovun həyat yoldaşı Elanrə İbrahimovaya 7000 (yeddi min) və 5000 (beş min) manat olmaqla iki dəfə pul vəsaiti vermiş, eləcə də Elvin İbrahimovun ailəsinə bir neçə dəfə digər yardımlar (ərzaq malları) etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü qismən ləğv edilərək, həmin hissədə yeni hökm çıxarılmalıdır. Belə ki, cinayət işinin materiallarının araşdırılması göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini — xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayətini törətməsi faktı üzrə işin halları hərtərəfli, tam və obyektiv araşdırılmış, onun təqsirliliyi mötəbər sübutlar kompleksi ilə tam sübuta yetirilmişdir. İş materiallarında mövcud olan hadisə yerinə baxış protokolları, götürülmüş maddi sübutlar, məhkəmə-tibbi ekspertizalarının rəyləri, şahid ifadələri və digər prosessual sənədlər şəxsin cinayətkar niyyətinin reallaşmasını, zərərçəkmiş şəxsə xüsusi ağrılar, əzablar verməklə, amansız üsullarla həyatına qəsd etməsini qəti və şübhə doğurmayan şəkildə təsdiq edir. Qəsdən adam öldürmə cinayətlərinə dair qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2011-ci il tarixli qərarının 8-ci bəndində birmənalı olaraq müəyyən edilmişdir ki, əməlin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə (xüsusi amansızlıqla adam öldürmə) tövsif edilməsi üçün təqsirkarın həm birbaşa, həm də dolayı qəsdinin mövcudluğu əsas götürülə bilər. Qərarda qeyd olunan “xüsusi amansızlıq cinayətin törədilməsi üsulu ilə yanaşı, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar yetirilməsi hallarında mövcud olur” müddəası subyektiv tərəfin intellektual elementini, yəni dərketməni xarakterizə edir. Dolayı qəsdin mahiyyətinə görə, şəxs zərərçəkmişin amansızlıqla ölümünü bilavasitə arzu etməsə də, seçdiyi cinayət aləti və üsulunun ona dözülməz fiziki ağrılar yaşatdığını qabaqcadan aşkar dərk edir, lakin bu ağrılı gedişata və onun gətirib çıxaracağı ölüm nəticəsinə şüurlu surətdə yol verir, reallığa tamamilə laqeyd yanaşır. Təqsirləndirilən şəxs birinci zərbədən sonra yerdə yıxılmış vəziyyətdə çabalayan Elvin İbrahimovun köməksiz və dözülməz fiziki əzab içində olduğunu aşkar gördüyü halda, avtomobili yenidən onun üzərinə sürməsi bu dərketməni tam sübut edir. Təqsirkar ağır tonnajlı nəqliyyat vasitəsi ilə yerdə uzanmış insanın bədəninin üzərindən keçməyin onda müstəsna dərəcədə ağır xəsarətlər, daxili orqanların və sümüklərin parçalanması ilə müşayiət olunan dözülməz iztirablar yaradacağını qabaqcadan aşkar görmüşdür. Şəxs zərərçəkmişin məhz bu əzablı üsulla öləcəyini proqnozlaşdırdığı halda cinayətkar hərəkətlərini dayandırmamış, əksinə, zərərçəkmişin çəkdiyi fiziki ağrılara və ölüm variantına daxilən rəvac verərək, nəticəyə qarşı mütləq bir rəhmsizlik və biganəlik nümayiş etdirmişdir. Bundan əlavə, xüsusi amansızlıq əlaməti cinayətin törədilməsi zamanı təqsirkarın subyektiv tərəfini, yəni onun daxili niyyətini və psixi münasibətini də əhatə edir. CM-in 120.2.4cü maddəsinin tətbiqi üçün şəxsin yalnız adam öldürməyə yönələn qəsdi kifayət deyil, onun həm də zərərçəkmiş şəxsə xüsusi iztirablar verdiyini dərk etməsi və bu amansız üsulu şüurlu şəkildə seçməsi sübut olunmalıdır. Təqsirləndirilən şəxs hadisə zamanı göstərdiyi amansız davamlılıq, kənar şəxslərin və ya yaxınların hadisəyə müdaxilə etmək cəhdlərinin qarşısını qətiyyətlə alması, zərərçəkmişin müqavimət göstərə bilmədiyi və çarəsiz qaldığı anlarda belə qəsdini amansız intensivliklə davam etdirməsi onun subyektivində məhz xüsusi amansızlıq qəsdinin mövcudluğunu sübut edir. O, törətdiyi hərəkətlərin zərərçəkmişdə hansı dərəcədə ağır fiziki və psixoloji fəsadlar yaratdığını aşkar surətdə dərk etmiş, bu iztirablı nəticəni istəmiş və öz cinayətkar niyyətini sonadək reallaşdırmışdır. Eyni zamanda, bu tövsifedici əlamət cinayətin digər şəxslərin gözü qarşısında törədilməsi halı ilə də bilavasitə bağlıdır. Cinayət hüququ nəzəriyyəsinə görə, zərərçəkmiş şəxsin yaxın qohumlarının, övladlarının və ya onun üçün əziz olan digər şəxslərin gözü qarşısında öldürülməsi həmin şəxslərdə dərin və bərpaolunmaz mənəvi-psixoloji travma yaradır ki, qanunverici bu halı da daxili və mənəvi amansızlığın bir forması kimi qiymətləndirir. İş materiallarında əks olunmuş şahid ifadələri təsdiq edir ki, hadisə yaxın sferada olan və bu vəhşiliyi müşahidə etməyə məcbur qalan şəxslərin gözü qarşısında baş vermişdir. Təqsirləndirilən şəxs ətrafdakıların keçirdiyi dərin psixi sarsıntını, qorxunu və yalvarışları görməsinə baxmayaraq, öz qəddar davranışını dayandırmamış, əksinə, cinayəti nümayişkaranə şəkildə başa çatdırmışdır. Bu xüsusat əməlin cəmiyyət əleyhinə müstəqil xuliqanlıq bəhanəsi yarada bilməsə də, CM-in 120.2.4-cü maddəsi daxilində amansızlığın dərəcəsini maksimum həddə çatdıran ən ağır obyektiv amillərdən biridir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini qiymətləndirərkən subyektiv qəsdin istiqamətini, xəsarətlərin ağırlıq dərəcəsini, yerini, ardıcıllığını və hadisənin şahidlərin gözü qarşısında törədilməsi faktını düzgün analiz etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş işin real halları ilə ekspert rəylərinin tam uzlaşması şəxsin törətdiyi qəsdən adam öldürmə əməlinin məhz xüsusi amansızlıqla icra edildiyini hüquqi şübhələrdən tamamilə uzaqlaşdırır. Bu səbəbdən, müdafiə tərəfinin əməlin bu maddədən çıxarılması və ya daha yüngül maddəyə tövsif edilməsi barədə apelyasiya şikayətində irəli sürdüyü dəlillər əsassız hesab edilməli, hökmün Cavadovun CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə və bu maddə üzrə ona 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsinə dair hissəsi tam qanuni və ədalətli olduğu üçün dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi — silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə xuliqanlıq törədilməsi ittihamı üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri, işin faktiki hallarını və ittiham hökmünün əsaslandırma hissəsini dərindən araşdıraraq hesab edir ki, bu hissədə təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılması həm cinayət, həm də cinayət-prosessual qanunvericiliyinin fundamental prinsiplərinə, habelə vahid məhkəmə təcrübəsinə tamamilə ziddir və qanunsuzdur. Cinayət qanunvericiliyinin mənasına və nəzəriyyəsinə görə, xuliqanlıq cinayətinin mövcudluğu üçün şəxsin cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan qəsdən edilən hərəkətlər subyektiv və obyektiv tərəfdən tam sübuta yetirilməlidir. Xuliqanlıq cinayəti yalnız və yalnız birbaşa qəsdlə törədilir: cinayəti törədən şəxs öz hərəkətlərinin ictimai qaydanı kobud surətdə pozduğunu, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirdiyini dərk edir, bunu istəyir və şüurlu şəkildə məhz bu nəticəyə nail olmağa çalışır. Xuliqanlıq cinayətinin subyektiv tərəfinin mütləq elementi olan motiv — cəmiyyətə, ümumi qəbul edilmiş mənəviyyat və davranış normalarına qarşı açıq nümayişkaranə şəkildə qarşı çıxmaq, özünü cəmiyyətdən üstün tutduğunu göstərmək niyyətidir. Əgər şəxsin hərəkətlərində bu xüsusi motiv və birbaşa qəsd yoxdursa, əməl nə qədər səs-küylü və ya aqressiv şəraitdə törədilsə belə, xuliqanlıq kimi tövsif edilə bilməz. Bu hüquqi yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2004-cü il tarixli "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Qərarının rəhbər göstərişlərində də qəti şəkildə təsbit olunmuşdur. Plenumun qərarında xüsusi olaraq qeyd edilir ki, şəxslər arasında əvvəllər yaranmış şəxsi zəmindəki narazılıq, qisas, qısqanclıq, ailə münaqişələri və ya fərdi münasibətlərin kəskinləşməsi zəminində törədilən zorakı və ya aqressiv hərəkətlər, bir qayda olaraq, xuliqanlıq kimi tövsif edilə bilməz. Plenum məhkəmələrin diqqətinə çatdırır ki, bu növ hadisələr zamanı şəxsin hərəkətlərinin yönəldiyi əsas obyekt ictimai qayda deyil, konkret olaraq zərərçəkmiş şəxsin şəxsiyyəti, onun sağlamlığı və ya həyatıdır. Bu baxımdan, münaqişənin gedişatında kütləvi yerlərdə və ya digər şəxslərin gözü qarşısında silahdan və ya silah qismində əşyalardan istifadə edilməsi belə, tərəflər arasındakı subyektiv motiv şəxsi düşmənçilik xarakteri daşıdıqda, əməlin xuliqanlıq maddəsi ilə əlavə tövsif olunmasına əsas vermir. Xuliqanlıq cinayətinin birbaşa obyekti cəmiyyətdə bərqərar olmuş ümumi davranış qaydaları, insanların rahatlığı, dinc birgəyaşayış prinsipləri və ictimai asayişdir. Xuliqanlıq zamanı şəxsin zorakılığı konkret insana yönəlsə belə, bu zorakılıq fərdi düşmənçilikdən deyil, ictimai mühitə, kənar şəxslərə asayişi pozmaqla öz mənfi təsirini və gücünü nümayiş etdirmək meylindən qaynaqlanır. Digər tərəfdən, qəsdən adam öldürmə cinayətinin birbaşa və yeganə obyekti insanın yaşamaq hüququ və şəxsiyyətidir. Əgər şəxsin iradəsi və hərəkətləri ictimai asayişi pozmağa deyil, sırf aralarındakı ədavətə görə konkret şəxsə zərər vurmağa yönəlmişdirsə, əməlin törədildiyi yerin (ictimai yer, küçə və ya şahidlərin olması) xarici əlamət kimi xuliqanlıq ittihamına əsas verməsi hüquqən qeyri-mümkündür. İş materiallarının hərtərəfli analizi göstərir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə hadisə yerində qarşılaşması və aralarında yaranmış gərginlik ümumi ictimai qaydanı pozmaq məqsədi daşımamışdır. Tərəflər arasında əvvəllər mövcut olmuş fərdi münasibətlərdən qaynaqlanan kəskin şəxsi zəmindəki narazılıq mövcud olmuş, hadisə isə həmin münaqişənin birbaşa və məntiqi davamı olaraq baş vermişdir. Təqsirləndirilən şəxsin subyektiv qəsdi, iradəsi və hərəkətlərinin məqsədi cəmiyyətə nümayişkaranə şəkildə meydan oxumaq və ya ictimai asayişi sarsıtmaq deyil, konkret olaraq aralarında ədavət olan zərərçəkmiş şəxsə qarşı yönəlmişdir. İş üzrə müəyyən edilmiş faktiki hallar — tərəflər arasında hadisədən əvvəl baş vermiş şifahi münaqişə, qarşılıqlı narazılıqların xronologiyası və təqsirləndirilən şəxsin birbaşa zərərçəkmişə fokuslanması — təsdiq edir ki, hadisə zamanı ictimai qayda müstəqil bir hüquqi obyekt olaraq qəsdin hədəfində olmamışdır. Şəxsin hərəkətlərindəki bu fərdi yönümlülük və spesifik subyektiv motiv əməldə xuliqanlıq cinayətinin müstəqil obyektiv və subyektiv tərəfini tamamilə istisna edir, zorakı əməl isə tamamilə CM-in 120-ci maddəsinin əhatə dairəsinə düşür. Cinayət hüququnun fundamental prinsiplərinə görə, eyni hərəkətlər eyni vaxtda həm şəxsiyyət əleyhinə cinayətin (qəsdən adam öldürmə), həm də ictimai qayda əleyhinə cinayətin (xuliqanlıq) müstəqil tərkib hissələrini formalaşdıra bilməz. Cinayətlərin məcmusu kimi tövsif olunması üçün hər bir maddənin predmeti olan cinayət tərkibinin həm obyektiv, həm də subyektiv elementləri müstəqil şəkildə mövcud olmalı və bir-birindən ayrılmalıdır. İşin materiallarından aydın görünür ki, silahın və ya silah qismində istifadə edilən əşyanın nümayiş etdirilməsi və tətbiqi ictimai qaydaya meydan oxumaq niyyəti daşımamış, vahid cinayətkar niyyətin — zərərçəkmiş şəxsi qəsdən öldürmək məqsədinin reallaşdırılmasının üsulu və vasitəsi olmuşdur. Vahid qəsd çərçivəsində tətbiq edilən silah və ya əşya adam öldürmə cinayətinin obyektiv tərəfinin tərkibinə daxil olaraq onun tərəfindən tamamilə udulur. Qəsdən adam öldürmə cinayətinin törədilmə mexanizmini və icra üsulunu süni şəkildə müstəqil xuliqanlıq cinayəti kimi ayırmaq və şəxsi ikiqat cinayət məsuliyyətinə cəlb etmək qanunvericiliyin mənasına ziddir; qanunvericilik isə bir əməlin iki dəfə cəzalandırılmasını açıq şəkildə qadağan edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun sabit məhkəmə təcrübəsinə əsasən, şəxsi zəmində baş verən davalar zamanı ətrafdakı insanların narahat olması, qorxu keçirməsi və ya ictimai yerin normal ahənginin müvəqqəti pozulması xuliqanlıq cinayətinin tərkibini yaratmır. Bu növ hallarda ətrafdakı insanların varlığı və ya obyektiv mühit cinayətin törədilməsinin yalnız fonunu təşkil edir, subyektiv motivini deyil. Birinci instansiya məhkəməsi isə bu mühüm hüquqi fərqi nəzərə almamış, təqsirləndirilən şəxsin subyektiv qəsdi ilə hərəkətinin obyektiv şəraitini bir-biri ilə qarışdırmış, hadisənin sırf xarici görünüşünə (əşyadan istifadə edilməsinə) formal yanaşaraq səhv hüquqi nəticəyə gəlmişdir. Şəxsin daxili niyyətində cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirmək ambisiyası və birbaşa qəsdi hər hansı mötəbər sübutla təsdiq edilmədiyi halda, fərziyyələrə söykənərək CM-in 221.3-cü maddəsi ilə ittiham hökmünün çıxarılması CPM-in 351.3-cü maddəsinin tələblərini kobud şəkildə pozur. İttiham aktında və birinci instansiya məhkəməsinin hökmündə xuliqanlıq cinayətinin tərkib əlamətlərini, xüsusilə cinayətin obyektiv və subyektiv tərəfini əks etdirən sübutlar həm məzmunca ziddiyyətlidir, həm də biri digərini tamamlamır. CPM-in 351.2-ci maddəsinin imperativ tələbinə əsasən ittiham hökmü fərziyyələrə əsaslana bilməz; şübhələr isə CPM-in 21.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Bu səbəbdən, Təqsirləndirilən şəxs CM-in 221.3cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmiş hesab edilməlidir. Oxşar münasibətləri nizama salan CM-in 3-cü maddəsinə əsasən, şəxs yalnız törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə görə təqsirli bilindiyi halda cinayət məsuliyyətinə cəlb olunur. CPM-nin 21.2-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prinsiplərinin tələbinə görə, istintaqın ehtimallarına və ziddiyyətli ifadələrə söykənən, məhkəmə iclasında isə daxili inamla təkzib olunan ittiham bəraət hökmünün çıxarılmasına maneə ola bilməz. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən sübutların birtərəfli qiymətləndirilməsi və ciddi prosessual pozuntulara yol verilməsi nəticəsində çıxarılmış ittiham hökmü qanunsuz və əsassız hesab edilməli, ləğv olunmalı və təqsirliliyi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs CPMin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməlidir. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” ## ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” ## ###### 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı ## ###### 2007-ci il tarixli, X9rşı ## ###### 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Oxşar münasibətləri tənzimləyən Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarın 6, 9, 10, 12 və 33-cü bəndlərində göstərilir ki, Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. -CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. - Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. - Şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-in 327, 329-cu maddələri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacibdir. ...İlk növbədə şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsinin zərurətdən irəli gəldiyini, qaçılmaz olduğunu göstərən, onun məhkəmə iclasına gəlməsini həqiqətən istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi səbəbindən asılı olmayaraq, onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işə baxan məhkəmə kifayət qədər səy göstərməlidir. - Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: - Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir (124.1-ci maddə); - Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (144-cü maddə); - Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir (145.1-ci maddə); İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (145.3- cü maddə); Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır (349.5.1-ci maddə). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presendent hüququna əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir (“Bratyakin Rusiyaya qarşı”, “Fadin Rusiyaya qarşı” işlər və s.) “Hoanq Fransaya qarşı” işdə Avropa Məhkəməsi qeyd edir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işdə Avropa Məhkəməsi göstərir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Avropa Məhkəməsinin “Zayidov Azərbaycana qarşı” iş üzrə qərarında qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, təqsirləndirilən şəxsin təqsirinin sübutu yalnız keçirilmiş bir istintaq və ya əməliyyat-axtarış tədbiri üzrə götürülmüş maddi sübutdan və tərtib edilmiş müvafiq protokoldan ibarətdirsə, yəni bu sübut növü olmadığı halda belə nəticəyə gəlmək qeyrimümkündürsə, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Ədalətli məhkəmə araşdırması hüquq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir”. Bu baxımdan təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Yuxarıda göstərilənlərin işığında məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsin, şahidlərin və zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı göstərdikləri hallar tam və hərtərəfli yoxlanılmamış və məhkəmə sadəcə ittiham tərəfin göstərdiyi hallara istinad etməklə kifayətlənmişdir. Həmin hallar isə iş materialları ilə öz təsdiqini tapmamaqla sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası xatırlatmağı zəruri sayır ki, qanunvericiliyin tələbinə görə işə baxan məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz məhkəmənin vəzifəsidir ki, həmin işdə qanunçuluğun əməl olunmasını ciddi yoxlasın. Çünki, CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CPM-in 346.1.1-346.1.3-cı maddələrinə görə isə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir(hakim tərəfindən baxılmalıdır) cinayət hadisəsinin olmasının sübuta yetirilib yetirilmədiyi; təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilmədiyi; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilmədiyi İşə yenidən baxan apellyasiya məhkəməsinin cinayət kollegiyası iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPMin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə itiham hökmü çıxarmaqda haqlı olmamışdır. Məhkəmə kollegiyasının xatırlatmasına görə, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələnndə təsbit edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddəsinin şərh edilməsi haqqında” ## ### 2009-ci il tarixli Qərarında qeyd edilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Eyni hüquqi mövqedə olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayəti üzrə” ## ######## 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-nin 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş normaların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclasında mümkün olan sübutları araşdırmalı, onlara müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş və itiham hökmünü kifayət qədər əsaslandırmamışdır. “İnsan Hüquqlarının və X10 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə ## #### 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə ## #### 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə ##.##.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə ## ### 2007-ci il tarixli qərarlarında qeyd edilir ki, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 33.1 və 33.2-ci maddələrinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və biri-biri ilə müqayisə edilir, yenisübutlar toplanır, əldə olunmuş sübutların mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin III hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumsiyası prinsi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Öz növbəsində faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları CPM-in 145.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirmədən məlum hüquqi nəticəyə gəlmiş və təqsirləndirilən şəxsə münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, bununla da şəxsin təqsirliliyi ilə bağlı cinayət və cinayət prosessual qanunvericiliyinin tətbiqində səhvə yol vermişdir. CPM-in 42.1 və 41.1.4-cü maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır: CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. CPM-in 350.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bu hallar arasında məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş əməldə təqsirliliyi sübuta yetirilməməsi göstərilmişdir. CPM-in 55.1 və 350-ci maddə- lərinin tələblərinə əsasən, məhkəmə baxışı istintaqı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-in 399.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, məhkəmənin həmin hökmünün ləğv edilməsi üçün əsasdır. CPM-in 401.1.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi yalnız məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda, birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 58-ci bəndinin beşinci abzasında göstərilir ki, CPM-in 42.1.4cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Beləliklə, məhkəmə kollegiyası ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində CM-in 221-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından təqsirli bilindiyi CM-in 221.3-cü maddəsi ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan yuxarıda sadalanmış biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirli bilib, haqqında ittiham hökmü çıxarmaqda düzgün hüquqi nəticəyə gəlməmiş, buna görə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmü qismən ləğv edilməli, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən CM-in 221.3-cü maddəsi ilə ona bəraət verilməlidir. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə təyin edilmiş 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının qanuniliyini, ədalətliliyini və törədilmiş əməlin ağırlıq dərəcəsinə mütənasibliyini qanunvericiliyin tələbləri çərçivəsində yoxlayaraq hesab edir ki, bu hissədə hökm tamamilə dəyişdirilmədən saxlanılmalıdır. CM-in 42.2-ci maddəsinə müvafiq olaraq, cəza sadəcə dövlət məcburiyyət tədbiri olmayıp, onun tətbiqi sosial ədalətin bərpasını, məhkumun islah olunmasını və həm məhkum, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədini daşıyır. Şəxsə cəza təyin edilərkən CM-in 58.3-cü maddəsinin imperativ tələblərinə uyğun olaraq törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, əməlin törədilmə şəraiti, təqsirkarın şəxsiyyəti, habelə təyin olunan cəzanın onun islahına və ailəsinin yaşayış şəraitinə göstərəcəyi təsir kompleks şəkildə qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza müəyyən edərkən bu prinsiplərə tam riayət etmiş, cinayətin xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu və insan həyatına qarşı ən qəddar üsullarla yönəldiyini düzgün qəbul etmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, CM-in 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinə görə, cəza törədilmiş cinayətin ağırlığına, onun icra üsuluna və təqsirkarın törətdiyi vəhşiliyin dərəcəsinə mütənasib olmalıdır. Təqsirləndirilən şəxs əməlində bə bəraət verilən xuliqanlıq maddəsindən fərqli olaraq, xüsusi amansızlıq əlamətinin mövcudluğu və onun zərərçəkmiş şəxsə ölümündən əvvəl verdiyi ağır fiziki və psixi iztirablar onun cəmiyyət üçün yüksək dərəcədə təhlükəli şəxsiyyət olduğunu nümayiş etdirir. Belə bir vəziyyətdə, müdafiə tərəfinin cəzanın yüngülləşdirilməsi barədə dəlilləri cəmiyyətin ümumi təhlükəsizlik maraqları və sosial ədalət hissi ilə kəskin ziddiyyət təşkil edir. İnsanın ən ali hüququ olan yaşamaq hüququna amansızcasına qəsd edən şəxs barəsində dövlətin adekvat və qətiyyətli təsir tədbiri görməsi ümumi profilaktikanın təmin edilməsi üçün də vacib şərtdir. Müdafiəçinin şikayətində istinad etdiyi yüngülləşdirici hallar (şəxsin himayəsində azyaşlı övladlarının olması, keçmişdə cinayət törətməməsi və müsbət xarakterizə olunması) birinci instansiya məhkəməsi tərəfindən CM-in 59-cu maddəsinin tələblərinə əsasən cəza təyin edilərkən artıq nəzərə alınmış və məhz bu səbəbdən şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza (ömürlük azadlıqdan məhrumetmə və ya daha uzunmüddətli hədd) deyil, qanunvericilik çərçivəsində mütənasib hesab edilən müddət təyin edilmişdir. Bu xüsusatların mövcudluğu, törədilmiş cinayətin qəddarlığını və yaratdığı bərpaolunmaz fəsadları ortadan qaldırmadığı üçün cəzanın daha da aşağı salınması üçün əsas verə bilməz. Cəzanın CM-in 62ci maddəsi tətbiq edilməklə minimum həddən də aşağı müəyyən olunması üçün iş üzrə heç bir müstəsna hal aşkar edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası tam hüquqi qənaətə gəlir ki, Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsinin sanksiyası daxilində təyin edilmiş 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzası cinayət qanununun prinsiplərinə, cəzanın məqsədlərinə və törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsinə tamamilə uyğundur. Hökmün xuliqanlıq ittihamı üzrə bəraət verilməsi səbəbindən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsini tənzimləyən CM-in 66.3-cü maddəsi ilə bağlı müddəaları hökmdən xaric edilsə də, CM-in 120.2.4-cü maddəsi üzrə müəyyən olunmuş əsas cəza həddi tamamilə ədalətli və qanuni olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 42.1.4, 350, 352-353, 407 və 410-cu maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs oğlunun CM-in 120.2, 221.3–cü maddələri ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü qismən ləğv edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə ittiham olunduğu CM-in 221.3-cü maddəsi ilə ona bəraət verilsin. Hökmdən CM-in 66.3-cü maddəsi ilə əlaqəli müddəalar xaric edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsi üzrə təyin edilmiş 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzası hissəsində və apellyasiya şikayətinə münasibətdə digər hissələrində dəyişdirilmədən saxlanılsın. Hökm elan edildikdən dərhal sonra qüvvəyə minir. Hökmdən CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar