Məhkəmə qərarları › İş №1(3-10)-127/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-127/2026

30.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-127/2026 30.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 1(5-137)-12/2026 ( sədrlik edən Ü.Qənbərov) nömrəli hökmü ilə, ##.##.1994-cü il tarixdə Qəbələ rayonu Ziring kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qəbələ rayonu Ziring kəndində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilib “həbs” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalında həbsə alınması, cəza çəkməsinin əvəli ## ### 2026-cı il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, CM-in 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə olunması üçün barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə maddi sübut, Qəbələ RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 1,124 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 2025-ci ilin dekabr ayının əvvəlləri, istintaqa dəqiq məlum olmayan tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi ərazisində zibillik sahədən satış məqsədi olmadan kustar üsulla hazırlanmış xeyli miqdarda, yəni, 1,174 qram psixotrop maddə metamfetamini tapıb əldə edərək saxlamış, ## ###### 2026-cı il tarixdə Qəbələ şəhəri, H.Əliyev adına parkda piyada hərəkətdə olarkən həmin əldə etdiyi metamfetamini üzərində daşıyarkən bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 12:30 radələrindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb əməliyyat tədbirinin keçirilməsinə müvəkkil edilmiş əməkdaşlar tərəfindən saxlanıldığı yerdə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən “Winston” markalı siqaret qutusunun içərisində 01 ədəd sellofan bükümdə 1,174 qram olmaqla xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətlərinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində hərbi xidmət dövründə psixoloji travm aldığını, hazırda əsəb xəstəliyindən əziyyət çəkdiyini, qardaşının 44 günlük müharibə veteranı olduğunu, şəkər və təyziq xəstəliyindən əziyyət çəkdiyini, əməlindən peşman olduğunu bildirmişdir. Birinci insansiya məhkəməsinin bu xüsusatları nəzərə almadığını bildirmişdir. Odur ki, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün dəyişidirlməsini və daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı2 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-**/**** saylı hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1 və 399.1.5-ci maddəsinə görə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 405.1.1-ci maddəsində göstərilir ki, cəzanin öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansyası məhkəməsi birinci instansya məhkəmisinin hökmünü dəyişdirə bilər. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyini hissəsində dəyişdirilməli, onun apellyasiya şikayəti isə qismən təmin olunmalıdır. Belə ki, təhlil olunan işdən aydın olur ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını iş materiallarında olan mötəbər və qanuni sübutlarla düzgün müəyyən etmiş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini CM-in 234.1-ci maddəsi ilə hüquqi cəhətdən düzgün tövsif etmişdir. İş materiallarından görünür ki Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda yəni 1,174 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlaması və üzərində daşıması faktı tam və hərtərəfli sübuta yetirilmişdir. Bu səbəbdən hökmün təqsirliliyin sübuta yetirilməsi və əməlin tövsifi hissəsi qanuni və əsaslı hesab edilməlidir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-də təsbit olunmuş ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərinin tələblərinə tam riayət etməmiş, işin cəzanı yüngülləşdirən xüsusatları, habelə təqsirkara münasibətdə cinayət qanunvericiliyinin humanizm potensialını yetərli dərəcədə nəzərə almamışdır. Belə ki, CM-in 58.3-cü maddəsinə müvafiq olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini mütləq qaydada qiymətləndirməlidir. Öyrənilən cinayət işinin materiallarından bəlli olur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ilk istintaq mərhələsindən başlayaraq səmimi etiraf etmiş, törətdiyi əməldən səmimi peşmançılıq keçirdiyini həm birinci instansiya, həm də apellyasiya məhkəməsi iclaslarında bildirmişdir. Təqsirləndirilən şəxsin öz əməlinə tənqidi münasibət bəsləməsi, ədalət mühakiməsinə və cəmiyyətin hüquq qaydalarına hörmətlə yanaşması onun islah olunma meyillərinin yüksək olduğunu göstərir və bu xüsusat CM-in 59.2ci maddəsinin hüquqi mənasına uyğun olaraq cəzanı yüngülləşdirən hal kimi real cəza həddinin müəyyən edilməsində həlledici rol oynamalıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl CM-in 234.1-ci maddəsi ilə az ağır cinayətlər kateqoriyasına aid edilir. İş üzrə onun cəzasını ağırlaşdıran hər hansı bir hal müəyyən edilmədiyi halda, birinci instansiya məhkəməsinin ona maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə yaxın (1 il 6 ay) cəza təyin etməsi qanunvericiliyin fundamental prinsipləri, o cümlədən dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipi ilə ziddiyyət təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## #### 2024-cü il tarixli * nömrəli qərarının rəhbər tutulmalı olan göstərişlərinə görə, bu qəbildən olan işlərdə cəza təyin edilərkən cinayətin törədilmə şəraiti, maddənin miqdarı, təqsirkarın şəxsiyyəti və onun əmələ münasibəti xüsusi çəkidə qiymətləndirilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində özünün sağlamlığından başqa hər hansı digər şəxsə, ictimai təhlükəsizliyə və ya dövlət təsisatlarının fəaliyyətinə real zərər vurulmamışdır. CM-in 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi təkcə cəzalandırma deyil, həm də məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Məhkəmə kollegiyasının qənaətinə görə, Təqsirləndirilən şəxs şəxsiyyəti, əvvəllər məhkum olunmaması, gənc yaşı, hərbi xidmət dövrü ilə bağlı qeyd etdiyi xüsusatları və səmimi peşmançılığı nəzərə alınmaqla, onun cəmiyyətdən uzun müddətə təcrid olunması islah məqsədlərinə xidmət etmir. "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının prinsipləri də məhkəmələrdən cəza siyasətinin humanistləşdirilməsini və şəxsiyyətə uyğun cəza hədlərinin tətbiqini tələb edir. Göstərilən hüquqi əsaslara və müəyyən edilmiş halların məcmusuna əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası onun şəxsiyyətinə və cinayətin törədilmə şəraitinə münasibətdə artıq ağırlıq təşkil edir. Bu baxımdan, cinayət qanununun humanizm və ədalət prinsiplərinin təmin olunması, habelə cəzanın islahetmə funksiyasının səmərəliliyi naminə, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsinin sanksiyası daxilində daha aşağı həddə, yəni 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi tam obyektiv və ədalətli hüquqi nəticə olar. Çünki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il ** saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 45-cİ bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarın 48-ci bəndində qeyd edilir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8.1 və 58.3-cü maddələrinə əsasən ədalət prinsipini və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəratinə təsirini nəzərə aldığını hökmdə qeyd etsə də, ancaq həmin halları kifayət qədər nəzərə almadan təqsirləndirilən şəxs Ələkbərov İlqar Məmmədəli oğlunu qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Halbuki, məhkəmə onun şəxsiyyətini, cəzasını yüngülləşdirən diqqətəlayiq digər halları nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül həddə cəza təyin edə bilərdi. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Apellyasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilmişdir ki, cinayət törətmiş şəxs barəsində daha ağır cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Öyrənilən işdən bəlli olur ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edir, etdiyi əməldən səmimi peşman olduğunu bildirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Sözügedən məsələlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrlə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## #### 2024cü il * №-li qərarının 27-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb- formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət (CM-in 234.1-ci maddəsində müəyyən edilmiş) CM-in “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər” adlandırılan CM-in 26-cı fəslində nəzərdə tutulmuşdur və həmin cinayətin obyekti narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi və insanların sağlamlığının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ictimai münasibətlərdir. Narkotik vasitlələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin əlavə obyekti kimi ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətinin pozulması o halda nəzərdən keçirilə bilər ki, həmin cinayətlər həmçinin bu obyektlərə qəsd edilməsi ilə törədilmiş olsun, yaxud da belə cinayətlərin törədilməsi nəticəsində ictimai təhlükəsizliyə zərər yetirilsin, ya da dövlət idarə və müəssisələrin normal fəaliyyəti pozulmuş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işindən, o cümlədən ona elan olunmuş ittihamdan məhkumun ictimai təhlükəsizlik qaydalarını pozması, bu qaydalara qəsd etməsi, yaxud da onun törətdiyi əməl nəticəsində dövlət idarə və müəssisələrin normal fəaliyyətinin pozulmas görünmür. Əksinə onun bu əməli nəticəsində özünün sağlamlığından başqa hər hansı digər şəkildə və digər şəxslərə zərər vurulmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxmış birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci madəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almamış və bu halların məcmusuna uyğun olaraq təqsirkara onun təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növünün yuxarı həddində cəza təyin etmişdir. Bu baxımdan təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcədə cinayətin məqsədi və motivi, cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan digər halların olmasını nəzərə alaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü Təqsirləndirilən şəxs münasibətdə cəzaya aid hissədə dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1(bir) il 6(altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası 6 ay azaldılaraq barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası tətbiq edilsin. Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 6 (altı) saat üçün 66 (altmış altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar