Məhkəmə qərarları › İş №1(3-10)-132/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-132/2026

01.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-132/2026 01.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Adil Müşviq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli (sədrlik edən T.Əfəndizadə) nömrəli hökmü ilə, ##.##.1990-cı ildə Füzuli rayonu Yuxarı Veysəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Ağdam rayonu, Bozpapaqlar kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ev 10, mənzil 18-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasının çəkilməsi müddətinin başlanğıcı ## ######## 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması hökm edilmişdir. İşin halları Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə ##.##.2024-cü il tarixdə istifadəsində olan 051-427-30-13 nömrənin «WhatsApp» tətbiqi vasitəsi ilə istifadəsində İran İslam Respublikasının mobil operatoruna məxsus +98914529346219 nömrə olan şəxsiyyəti istintaqa məlum olmayan şəxslə danışıb, narkotik vasitəni ondan almaqla bağlı aralarında razılıq əldə etdikdən sonra şəxsiyyəti istintaqa məlum olmayan həmin şəxsin onun (MüşviqTahirovun) istifadəsində olan mobil nömrənin «WhatsApp» tətbiqinə ##.##.2024-cü il tarixdə göndərdiyi «məkan göstəricisinə» (konuma), yəni Mingəçevir şəhəri, Günəşli bağ massivi, 6-cı küçəyə ##.##.2024-cü il tarixdə saat 18 radələrində gedərək, orada narkotik vasitənin gizlədildiyi yarım tikilinin içərisində sağ tərəfə yaxınlaşıb, daşların arasında gizlədilən, bir ədəd göy rəngli sellofan torbanın içərisində, təmiz çəkisi 2170 qram, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, habelə həmin sellofan torbanın içərisində, bir ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 60,469 qram, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəki götürüb, əldə edərək, habelə üzərində saxlayaraq daşıyarkən, həmin tarixdə saat 18:03-də Mingəçevir şəhər X8 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanda saxlanılmış və orada saat 18:05-dən 18:20-dək olan müddət ərzində üzəri yoxlanılarkən əlində saxladığı göy rəngli sellofan torbanın içərisindən külli miqdarda -2170 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, habelə külli miqdarda - 60,469 qram çəkidə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Onun təqsiri heç bir sübutla sübuta yetirilməmişdir. İttiham ehtimallara əsasən irəli sürülmüşdür. O bütün ifadələrində ancaq həqiqəti söyləmişdir. İşdə dörd şahid vardır və hamısı da Mingəçevir ŞPŞ-nin əməkdaşıdır.İstintaqda ifadələr eyni olsa da məhkəmdə şahidlər ziddiyyətli ifadələr vermişdir. Polislər onu saxlayanda ictimai məkan olmasına baxmayaraq əlavə şahidlər işə cəlb edilməmişdir. Polis əməliyyatı senari əsasında aparmışdır. İş üçün zəruri olan istintaq hərəkətləri aparılmamışdır. Polis orqanının əməliyyat bölməsinin rəisi şahid4 onu atası ilə şantaj edərək telefonunun parolunu açdırmış və onun telefonu ilə Whatsapp tətbiqindən naməlum şəxsə nöqtə parolu göndərmişdir. Polis əməkdaşları ona fiziki təsir göstərmiş və ağır xəsarətlər yetirmişdir. Bununla bağlı tibbi sənədlər mövcuddur. Ancaq işin gedişində bu araşdırılmamışdır. O narkotik vasitələrdən çox az istifadə etmişdir. Odur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır. ki, məhkəmənin gəldiyi nəticə ilə heç cür razılaşmaq mümkün deyildir. Məhkəmə hökmündə təqsirləndirilən şəxsi ittihamedici konkret sübutlara əsaslanmadan, əsasən ehtimallara əsaslanan mülahizələri əsas götürərək qanunsuz və əsassız nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarıla bilər. Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir, ona görə ki, guya o, satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə ##.##.2024-cü il tarixdə istintaqa məlum olmayan şəxslə mobil telefonla danışıb, narkotik vasitəni ondan almaqla bağlı aralarında razılıq əldə etdikdən sonra, həmin naməlum şəxsin məkan atəraq şəhərin Günəşli bağ massivi 6-cı küçədə yerləşdirib gizlətdiyi 2170 qram külli miqdarda qurudulmuş marixuananı və 60.469 qram külli miqdarda tiryəki götürüb əldə edərək üzərində saxlayaraq daşıyarkən, həmin tarixdə saat 18:03 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Müdafiə tərəfi Təqsirləndirilən şəxs verilmiş ittihamı tamamilə əsassız və qanunsuz hesab edir. Həmin ittihamın heç bir sübutu əsas yoxdur, yalnız ehtimallardan ibarətdir. Həmin ittiham istintaq zamanı cinayət işinin materialları ilə sübuta yetirilməmiş, cinayətin onun tərəfindən göstərilən qaydada törədilməsi heç bir əsaslı, təkzibolunmaz dəlillərlə təsdiq olunmamışdır. Aparılmış məhkəmə prosesində də ittiham tərəfi Təqsirləndirilən şəxs göstərilən ittiham üzrə təqsirliliyini sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-in 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. İbtidai istintaq materiallarında Təqsirləndirilən şəxs bir neçə ifadəsi vardır. Verdiyi ifadələrində İran İslam Respublikasının vətəndaşı kimi bildiyi və heç vaxt görmədiyi naməlum şəxslə həqiqətən telefon əlaqəsi saxladığı, həmin şəxsin ona narkotik vasitə verməyi təklif etdiyi, onunla razılaşdığı, sonra narkotik vasitəni hara qoymaq barədə danışdıqları, özü yaşadığı yerin yaxınlığında olan əraziyə qoymağı bildirdiyi, son nəticədə Günəşli bağ massivində gizlədilməsi barədə razılığa gəldikləri, danışıq vaxtı həmin şəxsin ona «bariqa» deyərək təhqir etdiyinə görə sonuncuya məxsus narkotik vasitəni əldə edib məhv etməklə ona zərər vurmaq fikrinə düşdüyü, narkotik vasitə gizlədildikdən sonra avtobusla həmin əraziyə getdiyi, avtobusdan düşüb bir qədər getdikdən sonra narkotik vasitəni götürüb əldə etmək fikrindən daşınaraq geri qayıtmaq istədiyi, bu zaman sonradan tanıdığı Mingəçevir ŞPŞ-nin şahid4 adlı və digər əməkdaşlarının ona yaxınlaşıb qayıtmağa qoymayaraq avtomaşına əyləşdirdikləri, təxminən 300 metr sürüb narkotik vasitə gizlədilmiş yerə çatdırdıqları, şahid4 onu sellofan torbada olan əşyanı əlinə götürməsini təkid etdiyi, o isə həmin əşyanı götürməkdən imtina etdiyi, bu zaman şahid4 avtomaşından bükülü vəziyyətdə sonradan bildiyi tiryəki götürüb, onu da sellofan torbada olan narkotik vasitənin yanına qoyduğu, torbanı götürməkdiyinə görə şahid4 və qeyrilərinin onu ayaq üstə və yerə yıxmaqla bədəninə zərbələr vurub xəsarətlər yetirərək əşyanı götürməsini məcbur etdikləri, həm də şahid4 onu hədələyərək əgər götürməsə atasının avtomobilinə qoyaraq onu məsuliyyətə cəlb edəcəyini bildirməsi ilə bütün bu təhdidlərdən sonra onlarla razılaşıb narkotik vasitəni götürmüş və ilkin izahatında onların dedikləri kimi əks etdirmişdir. Halbuki o, istər satış məqsədi ilə, istərsə də digər məqsədlərlə narkotik vasitə əldə etmək istəməmişdir. Hadisə yerinə gəlməkdə məqsədi həmin naməlum şəxsin qoyduğu narkotik vasitəni götürüb məhv etməklə ona zərər vurmaq olmuşdur. Lakin sonradan bundan da könüllü imtina etmişdir. Onun barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə, həmçinin araşdırma aparılarkən prokurorluqda da eyni ifadəni vermişdir. Hazırda məhkəmədə də həmin ifadəni təsdiq etmişdir. İşdə cəmi 4 şahid vardır və hamısı da Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşlarıdır. Təbii haldır ki, işdə maraqlı olan həmin şahidlər hadisəni tərtib etdikləri protokollarda, istintaq materiallarında olduğu kimi təsdiq etmişlər. Onlardan başqa cür ifadə gözləmək də düzgün olmazdı. Maraqlıdır ki, iş materiallarında olan şahidlərin ifadələri tamamilə bir-birinə oxşayır, heç bir fərqlənmə yoxdur. Hətta dindirilmiş şahidlər özləri məhkəmədə ziddiyyətli ifadələr verdilər. Belə bir ağır cinayətdə ittiham olunan şəxsin əməli daha mötəbər sübutlarla möhkəmləndirilməli idi. Yəni hadisəni görən, bu barədə məlumatı olan şahidlər müəyyən edilib dindirilməli idi. Təqsirləndirilən şəxs narkotik vasitənin olduğu yerə saat 18 radələrində, hətta bir qədər tez çatıb. Həmin vaxt hava hələ qaralmır, hər tərəf aydın görünür. Ərazi də elə bir yerdir ki, ətrafda çoxlu evlər var və adamların mütəmadi gedib-gəldiyi yerdir. Sözsüz, şahidlər müəyyən edilib dindirilə bilərdi və o zaman məlum olardı ki, Təqsirləndirilən şəxs harada, necə saxlanılıb, həmin yer narkotik vasitənin qoyulduğu yerdən hansı məsafədə idi. Bundan başqa ərazidə olan videokameraların yaddaşına baxış keçirilməli idi. Lakin bunlar edilməmişdir. İstintaqın hərtərəfli aparılmamasını təsdiq edən hallardan biri də odur ki, işdə keçən naməlum şəxsin müəyyən edilməsi üçün lazımi tədbirlər görülməmişdir. Yalnız əməliyyat tapşırığı vermək və formal cavab alınmaqla kifayətlənilmişdir. Halbuki, naməlum şəxsin telefonunun əhatə dairəsini müəyyən etmək üçün, həmçinin işdə keçən polis əməkdaşlarının telefonlarının həmin ərazinin əhatə dairəsində olub-olmamasını müəyyən etmək üçün qanunla müəyyən edilmiş istintaq hərəkətləri aparılmalı idi. Bu hərəkətlər aparılsa idi, yəqin ki, narkotik vasitəni gizlədildiyi yerə qoyan şəxs aşkar olunardı. İstintaqla guya şəxsiyyəti müəyyən edilməyən «İran vətəndaşı» adlandırdığımız şəxs eyni qayda ilə Respublikanın bir neçə yerində ayrı-ayrı şəxslərlə əlaqəyə girib onlara narkotik vasitə vermiş, bu yolla da polis əməkdaşları həmin şəxsləri əməliyyatla aşkar edib məsuliyyətə cəlb olunmuşlar. Böyük ehtimalla ola bilsin, həmin şəxs polislə əməkdaşlıq edir. Əgər polis əməkdaşları ilə həmin şəxsin razılaşması vardırsa, deməli təqsirləndirilən şəxs narkotik vasitə əldə etməyə təhrik edilmişdir. Avropa Məhkəməsinin məlum mövqeyinə görə cinayət etməyə təhrik edilmiş şəxs məsuliyyətdən azad edilir. Təqsirləndirilən şəxs telefonunun Votsap tətbiqində həmin naməlum şəxs tərəfindən göndərilmiş yazışmalar və səs yazıları vardır. Lakin diqqət yetirildikdə məlum olur ki, son səslər yalnız naməlum şəxsin səsləridir. Təqsirləndirilən şəxs bu xüsusda ifadəsində polis əməkdaşları tutub əlimdən telefonu aldıqdan sonra şahid4 yazışmalar etmiş və həmin səslər göndəriləndə telefon məndə olmamışdır — deyə bildirir. Müşviqin qənaətinə görə (bunu müdafiə tərəfi də belə hesab edir), telefona son göndərilən səslər sadəcə olaraq sübutu gücləndirmək üçün edilmişdir. Bunlar daha da Təqsirləndirilən şəxs cinayətə təhrik etmə ehtimalını gücləndirir. Sənədlərin tədqiqi zamanı aşkar oldu ki, təqsirləndirilən şəxsin tutulması, onun üzərinə baxış keçirilməsi zamanı əməliyyatçılar tərəfindən bir sıra qanun pozuntularına yol verilmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli * №-li qərarının 32-ci bəndində göstərilir ki, hadisənin rəsmiləşdirilməsində başlıca məqsəd o olmalıdır ki, seçilən rəsmiləşdirmə üsulu (raport, protokol və yaxud başqa sənəd şəklində olmasından asılı olmayaraq) əməliyyat-axtarış tədbirinin gedişatının, əldə olunan nəticələrin ətraflı və dəqiq əks etdirilməsini təmin edə bilsin. Əməliyyat-axtarış tədbiri zamanı sübut əhəmiyyəti ola biləcək materialların götürülməsinin fasiləsiz videoçəkiliş ilə aparılması, götürülmüş predmetlərin qablaşdırılması, raportda və yaxud protokolda onların mümkün qədər ətraflı və dəqiq təsvir edilməsi qeyd olunan məqsədin realizə edilməsində mühüm rol oynaya bilər. Odur ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə səlahiyyətli şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. Cinayət işinin ibtidai istintaq materiallarından, həmçinin işin tədqiqi zamanı nümayiş etdirilmiş videoçəkilişdən aydın oldu ki, videoçəkiliş fasiləsiz aparılmamış, yalnız narkotik vasitə Təqsirləndirilən şəxs əlində olarkən videoçəkiliş aparılmışdır. Halbuki, əməliyyatçılar məlumat aldıqdan sonra hadisənin olduğu yerə Təqsirləndirilən şəxs əvvəl gəlmişlər və onun hadisə yerinə daxil olduqdan, narkotik vasitəni olduğu yerdən götürüb yaxalanana kimi bütün hərəkətlər fasiləsiz lentə alınmalı idi. Bütün bunlar Təqsirləndirilən şəxs dediklərinin, yəni narkotik vasitənin olduğu yerdə 300 metr aralı onun əməliyyatçı şahid4 tərəfindən saxlanılaraq həmin yerə gətirilməsinin, narkotik vasitəni götürmək üçün təzyiqə məruz qalmasının doğru olduğunu təsdiq edir. Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşlarının onu saxlayandan sonra təxminən 30 dəqiqə müddətində onunla söhbət apardığını, narkotik vasitənin qoyulduğu yerə gedib götürməsini təkid etdiklərini, onu vurub zor tətbiq etdiklərini, hətta şahid4 avtomaşınından bükülü vəziyyətdə sonradan bildiyi tiryəki götürüb onlarda olan narkotik vasitənin üzərinə qoyduğunu bildirir. Belə bir vəziyyətdə lazım gəlir ki, əməliyyatda iştirak edən şəxslərin və Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olan mobil telefonlarının əhatə dairəsi, hər iki tərəfin telefonlarının ilk dəfə yaxın məsafədə olması (saat neçədə və yerdə yan-yana olması) vaxtı dəqiqləşdirilsin. Hətta həmin vaxt hadisə yerində başqa polis əməkdaşları da olmuşdur, lakin tərtib olunmuş protokolda onların adları qeyd edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərinin doğruluğunu aydınlaşdırmaq üçün polis əməkdaşları şahid4 istifadəsində olan ***-***-**-** nömrəli, əməliyyatda iştirak etmiş şahid3, X2 və şahid1 Salim oğlunun istifadəsində olan mobil telefonların, həmçinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun 2024-cü ilin sentyabr ayının 22-də saat 16-dan 19-a kimi olan müddətdə əhatə dairəsi barədə məlumatların alınması, həmçinin qeyd edilən mobil telefonların hansı vaxtlarda bir-birinə yaxın məsafədə olması barədə məlumatların «Azərsell», «Baksell», «Azərfon» mobil operator şirkətlərindən alınması üçün müdafiə tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Halbuki, həmin məlumatlar alınsaydı, həqiqət aşkara çıxardı. Təqsirləndirilən şəxs bu işdə heç bir təqsiri yoxdur və ona bəraət verilməlidir. Lakin güman edək ki, cinayət hadisəsi baş vermişdir. Əgər ittiham aktında qeyd edildiyi kimi cinayət hadisəsi olmuşdursa Cinayət Məcəlləsində nəzərdə tutulan maddə əmələ görə düzgün verilmişdirmi? CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxsə ittiham verilməsi üçün sübut etmək lazım idi ki, həmin narkotik vasitə məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edilmiş, saxlanılmış, yaxud qanunsuz olaraq satılmışdır. Bunlar da sübuta yetirilməmişdir. Belə ki, istintaq materiallarında və məhkəmə baxışı zamanı toplanan sənədlərdə Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə satması, onun qeyd edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nə şahid ifadələri, nə də maddi sübutlar vardır. Digər tərəfdən külli miqdar narkotik vasitə əldə etməyə və saxlamağa görə Cinayət Məcəlləsində ayrıca 234.1-1-ci maddə vardır. Əgər Təqsirləndirilən şəxs həqiqətən qeyd edilən narkotik vasitəni əldə etmişdirsə ona həmin maddə ilə ittiham verilməli idi. Bu məsələyə də diqqət yetirmək lazımdır. Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitəni məhv etmək üçün əlində yanacaq materialı ilə hadisə yerinə kimi getmiş, lakin həmin yerə təxminən 200-300 metr qalmış imtina edərək geri qayıtmağa başlamışdır. Lakin polis əməkdaşları onu saxlamışlar. Belə olduğu vəziyyətdə niyə Təqsirləndirilən şəxs hərəkəti cinayəti törətməkdən könüllü imtina kimi qiymətləndirilməsin? CM-in 30.1-ci maddəsində göstərilir: Cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır. 30.2-ci maddəyə əsasən cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə cəlb olunmur. Könüllü imtina o halda mövcud olur ki, cinayətin həyata keçirilməsi mümkünlüyünə heç bir obyektiv maneənin olmadığı şəxs tərəfindən dərk edildiyi halda, o, kriminal hərəkətini dayandırır. Buradan görünür ki, göstərilən hadisəni cinayət hadisəsi kimi qəbul etsək, Təqsirləndirilən şəxs da əməli cinayətdən könüllü imtina kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd edildiyi kimi məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs isnad edilən cinayət heç bir sübut növü ilə sübuta yetirilməmişdir. Ümumiyyətlə, ittihamın sübut olunmasında çoxlu şübhələr vardır. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir — bunu Azərbaycan Respublikası CPMin 145.3-cü maddəsi göstərir. Digər tərəfdən əgər istintaqda toplanmış sübutlar əsasında hökm çıxarmaq mümkündürsə, onda məhkəmə istintaqı nəyə lazımdır? Cinayət prosessual qanunvericilikdə məhkəmə hökmünün yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilməsi barədə imperativ norma vardır. Odur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində olan ## ### 2026-cı il tarixli hökmünü qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərərək şikayətin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, İran vətəndaşı özü ona yazmış və ona şəkillər atmışdır. Daha sonra ona narkotik vasitə verməyi təklif etmişdir. O isə onunla razılaşmamışdır. Çünki o, ondan 3 qutu narkotik vasitə olan marixuana istəmişdir. Sonra aralarında problem yaşanmışdır. Daha sonra İran vətəndaşı başqa bir nömrə ilə onu yığmış və ona 3 qutu narkotik vasitə olan marixuananı verəcəyini bildirmişdir. İran vətəndaşı onu təhqir etdiyi üçün artıq narkotik vasitəni götürmək istəməmişdir. Sonra İran vətəndaşı onu təhqir etmiş və ona hədə-qorxu gəlmişdir. İran vətəndaşı onunla arasında olan yazışmaları polisə verəcəyini bildirirmiş. O da qorxusundan İran vətəndaşının dediyi yerə getmək qərarına gəlmişdir. Ancaq İran vətəndaşı onu təhqir etdiyi üçün narkotik vasitəni götürüb yandıracaqmış. Lakin hadisə yerinə çatmamış, peşmançılıq hissi keçirmiş və geri qayıtmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Belə ki, hadisə yerinə çatmamış, geri qayıtmaq istəmişdir. Elə bu vaxt polis əməkdaşı onu saxlayıb hara getdiyini soruşub, vəsiqəsini göstərmişdir. Sonra ona zor tətbiq edərək, maşına əyləşdirib hadisə yerinə aparmışlar. Maraqlısı odur ki, polis əməkdaşları telefonundakı məkan göstəricisinə baxmadan onu hadisə yerinə aparmışlar. Sual yaranır ki, polis əməkdaşları telefonumdakı məkan göstəricisinə baxmadan onu hadisə yerinə necə aparıblar? Onlar məkan göstəricisinin yerini haradan bilirdilər? Bundan başqa hadisə yerində tiryək olmamışdır. Sadəcə o, sənədə imza etmədiyinə görə, Emil müəllim öz maşınından tiryək götürüb gətirmiş və sellofan torbaya qoymuşdur. Sonra ona demişdir ki, sənədə imza etməlidir. O isə sənədə imza etməmişdir. Bundan sonra onu döymüşlər və təhqir etmişlər. Sonra demişlər ki, narkotik vasitəni boynuna almasa atasının maşınına narkotik vasitə atacaqlar. Ona görə də, sənədə imza çəkmişdir. Hadisə məhz belə cərəyan etmişdir. O, geri qayıdan vaxt Emil müəllim onu tutmuş və hara getdiyini soruşmuşdur. Daha sonra ona demişdir ki, geri qayıdıb onların işini poza bilməz. O da sual vermişdir ki, nə işdir bu? Emil müəllim cavab vermişdir ki, ona nə iş olduğunu göstərəcəkdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, əvvəllər İran vətəndaşı ilə danışmamışdır. İranlı vətəndaşa inanmışdır. Ona görə də, ona etibar edirmiş. Birinci dəfə idi ki, İran vətəndaşı ilə danışırmış. Məqsədi İran vətəndaşının atdığı məkan göstəricisindən narkotik vasitəni götürüb yandırmaq olmuşdur. Çünki İran vətəndaşı telefonda onu təhqir etmişdir. O da ondan qisas almaq məqsədilə narkotiki götürüb yandıracaqmış. İran vətəndaşına ziyan vurmaq fikri olmuşdur. Polis əməkdaşları onu saxlayan vaxt əlində benzin şüşəsi olmuşdur. Həmin benzinlə narkotik vasitəni yandıracaqmış. Hadisə yerində 3 qutu narkotik vasitə olan marixuana olmalıymış. Valideynlərinin məsələni bilmələrindən qorxmuşdur. Ona görə də, İran vətəndaşı barədə polisə müraciət etməmişdir. Hadisə yerində 3 kibrit qutusu narkotik vasitə olan marixuana olmalı idi. İran vətəndaşı ona məkan göstəricisi atmışdır. Emil müəllim onu saxladıqdan sonra telefonunu almışdır. Həmin vaxt telefonuna şəkillər gəlməyə başlamışdır. Ancaq nə şəkillər olduğunu bilməmişdir. Müstəntiq telefonuna gələn şəkilləri ona göstərmişdir. O da cavab vermişdir ki, şəkillərdən və yazışmalardan xəbəri yoxdur. İran vətəndaşı ona təklif etmişdir ki, ona narkotik vasitə verəcək, o da həmin narkotiki reklam edər. O isə əsəbləşmiş və ona “Bariqa” olmadığını qeyd etmişdir. Sonra İran vətəndaşı onu təhqir etmişdir. O da onu təhqir etmiş və aralarında mübahisə yaranmışdır. Həmin günə qədər İran vətəndaşı ilə danışmamışdır. İran vətəndaşı narkotik vasitənin çəkisi barədə ona məlumat vermiş, lakin o, onunla razılaşmamışdır. İran vətəndaşına demişdir ki, 3 kibrit qutusu narkotik vasitə olan marixuananı “İnternat” yataqxanasına qoyar. O, isə onunla razılaşmamışdır və narkotiki “Bağlara” qoyacağını bildirmişdir. O da oranı tanıdığını bildirmişdir. Bundan sonra İran vətəndaşı ona məkan göstəricisi atmışdır. Həmin yerə avtobusla getmişdir. Avtobusdan düşüb küçəyə daxil olmuş və 2 metr getdikdən sonra dayanmış, fikrini dəyişib məkan göstəricisi atılan yerə getməmək qərarına gəlmişdir. Avtobusdan düşən vaxtı dəqiq xatırlamasa da, günorta radələri olduğunu xatırlayır. Öz maşını olmamışdır. Həmin əraziyə avtobusla getmişdir. Məqsədi əraziyə çatıb narkotik vasitəni yandırmaq olmuşdur. Məkan göstəricisi atılan ərazidə hansı miqdarda narkotik vasitə olduğunu bilmirmiş. Tiryəki ora polis əməkdaşı qoymuşdur. Çünki gözü ilə görmüşdür. Emil müəllim onu saxladıqdan sonra telefonunu götürmüşdür. Elə bu vaxt telefonuna şəkillər gəlmişdir. O, saxlanıldıqdan sonra yazışmalar olmuşdur. Həmin yazışmalardan məlumatı olmamışdır. Avtobusdan düşüb küçəyə daxil olmuşdur. Həmin vaxt küçədə heç kim olmamışdır. Qaz borusunun üstündə biraz oturub geri qayıtmaq fikrinə gəlmişdir. Qayıdan vaxt qara maşın qabağını kəsib saxlamışdır. Maşından Emil müəllim və əməliyyatçılar düşmüşlər. Hadisə yerinə yaxınlaşan vaxt ətrafda heç kimi görməmişdir. Avtobusdan düşüb küçəyə girmişdir. Küçədə dayandığı yerlə məkan göstəricisi atılan ərazi arasındakı məsafə 300 metr olarmış. Həmin küçədə maşın yolu olmuşdur. O, geri qayıdan vaxt polis əməkdaşları maşınla qabağını kəsmişlər. Geri qayıdıb valideynlərinə hadisə barədə məlumat verəcəkmiş ki, tədbir görsünlər. İran vətəndaşı başqa nömrə ilə ona zəng edib hədə-qorxu gəlirmiş və deyirmiş ki, narkotiki dediyi ərazidən götürməsə, onu polisə şikayət edəcəkdir. İran vətəndaşı ona demişdir ki, artıq narkotiki məkan göstəricisinə atmış, o da gedib götürməlidir. Narkotikin pulunu İran vətəndaşına vermək fikri olmamışdır. İran vətəndaşı narkotikin pulunu ondan tələb etmişdir. Məkan göstəricisi atılan əraziyə 300 metr qalmış dayanmış və geri qayıtmaq qərarına gəlmişdir. Geri qayıdan vaxt polis əməkdaşları onu saxlamışlar. Sonra maşına əyləşdirib onu məkan göstəricisi atılan əraziyə aparmışlar. Emil müəllimin maşını “Qara Panarama” olmuşdur. Maşının içində ondan başqa Emil müəllim və iki əməliyyatçı olmuşdur. Arxaları ilə bir maşın gəlirmiş. Qaçmağa imkanı olmamışdır. Belə ki, maşından düşən kimi əməliyyatçı ayağına zərbə vurmuş onu yerə yıxmışdır. Həmin vaxt əlində benzin şüşəsi olmuşdur. Onu da alıb atmışlar. Əlidəki benzin şüşəsi ilə narkotik vasitəni yandıracaqmış. Onu maşına əyləşdirib məkan göstəricisi atılan əraziyə aparmışlar. Emil müəllimi əvvəllər tanımışdır. Maşına əyləşib məkan göstəricisi atılan əraziyə getmişlər. Narkotik vasitə yarım tikilinin zirzəmisində olmuşdur. Emil müəllim demişdir ki, gedin narkotiki gətirin. Sonra polis əməkdaşı narkotik vasitəni götürüb ona gətirmişlər. O, isə etiraz etmiş və narkotikin ona aid olmadığını bildirmişdir. Sonra ona bir sillə vurmuşlar, lakin yenə də boynuna almamışdır. Sonra Emil müəllim göstəriş vermişdir ki, gedin maşındakı narkotiki bura gətirin. Sonra Emil müəllim maşından gətirilən narkotik vasitəni sellofan torbanın içinə qoymuşdur. Ərazidə çəkiliş olmamışdır. Ona demişlər sənədə imza etməlidir, əgər imza etsə onu buraxacaqlarmış. Emil müəllim demişdir ki, sənədə imza atsa onu şöbədən buraxacaqdır. O da ona inanıb sənədə imza etmişdir. Sonra birlikdə polis şöbəsinə getmişlər. Videoçəkiliş zamanı polis əməkdaşlarının dedikləri kimi ifadə vermişdir. Çünki ona söz vermişdilər ki, onu 2-3 günə buraxacaqlar. Polis əməkdaşları onu döymüşlər. Xəsarətləri olmuşdur. Xəsarətləri ilə bağlı ekspertizadan keçmişdir. Ekspertizanın nəticəsi barədə məlumatı yoxdur. Sonradan görmüşdür ki, Emil müəllim ona yalan danışır. Bundan sonra ifadəni dəyişmişdir. Narkotik vasitəni götürməmişdir. Geri qayıtmaq istəyirmiş. Çünki peşmançılıq hissi keçirirmiş. Geri qayıtmaq istəyən zaman saxlanılmışdır. Saxlanılan vaxt küçədə adamlar olmuşdur. Hətta biri demişdir ki, onu niyə elə vurursuz. Həmin adamların kim olduğunu bilmir. Onu çox döydükləri üçün halı olmamış və ətrafdakı adamların kim olduğuna diqqət etməmişdir. Özünü təqsirli bilmir. Polis əməkdaşları onu küçəni çıxmağa 10 metr qalmış saxlamışlar. Məkan göstəricisi atılan ərazi küçədən bir xeyli aralıda olmuşdur. O, özü məkan göstəricisi atılan əraziyə getməmiş, onu məkan göstəricisi atılan əraziyə polis əməkdaşları aparmışlar. İran vətəndaşı ona narkotik vasitə göndərəcəyini demişdir. İran vətəndaşı ilə “Whotsapp” vasitəsilə görüntülü danışmışdır. İran vətəndaşı qarabuğdayı biri olmuşdur. İran vətəndaşı ona demişdir ki, narkotikin pulunu sonra ona atar. İran vətəndaşı külli miqdarda narkotik vasitə qoyacağını bildirsə də, ona etiraz etmişdir. İran vətəndaşı ilə bağlı heç yerə müraciət etməmişdir. Onun məqsədi məkan göstəricisi atılan əraziyə gedib, narkotik vasitəni götürüb yandırmaq olmuşdur. Çünki İran vətəndaşı onu təhqir etmişdir. O da ondan qisas almaq istəyirmiş. İran vətəndaşı barədə polisə şikayət etməmişdir. Çünki o, ona hədə-qorxu gəlmişdir. İran vətəndaşı ona demişdir ki, onunla olan yazışmaları, görüntülü söhbətləri və ona atdığı şəkillər vardır. Bunları polisə təqdim edəcəkmiş. Əvvəllər həmin İran vətəndaşından narkotik vasitə almamışdır. İran vətəndaşı özü ona şəkillər atmışdır. Həmin şəkillərdə narkotik vasitə olmuşdur. İran vətəndaşı ona marixuana şəkilləri atmışdır. O da ona demişdir ki, ona 3 qutu marixuana lazımdır. Sonra İran vətəndaşı ona həmin yazışmalarla hədə-qorxu gəlməyə başlamışdır. İran vətəndaşından narkotik vasitə almamışdır. Onunla mübahisə etdikdən sonra, İran vətəndaşı yazışmalarını polisə təqdim edəcəyini bildirmiş və ona hədə-qorxu gəlmişdir. İran vətəndaşı ərziyə 3 qutu marixuana qoyacağını və ona 1 kiloqram marixuana pay verəcəyini demişdir. O da ona demişdir ki, ona 3 qutu bəs edir. Geri qalan narkotik vasitəni istəmirmiş. İbtidai istintaq zamanı İranlının ona 2 kiloqram narkotik vasitə verəcəyi barədə ifadə verməmişdir. Ola bilər ki, ibtidai istintaq zamanı həyəcanlı olub narkotikin çəkisi ilə bağlı səhv demişdir. İranlı 1 kiloqram marixuana qoyacağını bildirmişdir. Pulunu isə sonra atmasını bildirmişdir. O da onunla razılaşmamışdır. Sonra aralarında mübahisə yaranmışdır. İranlı onu başqa nömrə ilə yığıb təhqir etmişdir. O da onu təhqir etmişdir. Bir müddət sonra İranlı ona zəng edib demişdir ki, “Nə sən deyən olsun, nə də mən deyən, sən get əraziyə narkotik vasitəni götür”. Ərazidə olan narkotik vasitəni götürüb yandıracaqmış. İran vətəndaşı ona narkotiki məkan göstəricisinə atdığını demişdir. Sonra ona demişdir ki, istəyirsə götürsün, istəmirsə götürməsin. O da əraziyə narkotik dalınca getmişdir. Çünki ona demişdir ki, ona narkotik atsa, onun narkotikini məhv edəcəkdir. İran vətəndaşı elə bilmişdir ki, o, onunla barışmışdır. Ona görə də, narkotik vasitəni əraziyə atmışdır. İran vətəndaşı ona zəng etmiş və söydüyü söyüşə görə ondan üzr istəmişdir. Sonra o da ondan üzr istəmişdir. Belə olan halda İran vətəndaşı ondan nə edəcəklərini soruşmuşdur. O da ona hər kəsin öz yolu ilə getməsini bildirmişdir. Elə bunu demişdir ki, İranlı ona artıq əraziyə 3 qutu narkotik vasitə atdığını və gedib onu götürmək istədiyini soruşmuşdur. O da problem olmadığını və gedib götürəcəyini bildirmişdir. Məqsədi 3 qutu narkotik vasitə olan marixuananı məhv etmək olmuşdur. İran vətəndaşı 3 qutu deyəndə, kibrit qutusunu nəzərdə tuturmuş. Çünki əvvəlcədən o, ondan 3 kibrit qutusu marixuana istəmişdir. O, özünə söz vermişdir ki, İranlının atıdığı narkotik vasitəni yandıracaqdır. 3 kibrit qutusu marixuananın qiyməti 100 manatdır. İran vətəndaşının atdığı narkotik vasitəni yandırıb ona 100 manat ziyan vuracaqmış. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında ##.##.2024-cü il tarixdə saat 18 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları şahid3, şahid1 və şahid2 ilə birlikdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zaman Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Günəşli bağ massivi 6-cı küçədə olan zaman ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirib üzərinin yoxlanılması zərurətinin yaranmasını bildirmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Həmin yerdə vidoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzəri yoxlanılmışdır. Yoxlama keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlindəki göy rəngli sellofan torbanı təqdim etmişdir. Sellofan torbaya baxış zamanı onun içərisindən 1 ədəd göy rəngli sellofan büküm və 1 ədəd şəffaf rəngli sellofan büküm aşkar olunmuşdur. Həmin bükümlərdən göy rəngli sellofan büküm açılarkən bükümün içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması, şəffaf rəngli büküm açılarkən içərisində olan kütlənin narkotik vasitə tiryəkə oxşar kütlə olması müəyyən edilmişdir. Narkotik vasitə qurudulmuş marixuana və tiryəkə oxşar həmin bükümlər ayrıayrılıqda elektron tərəzidə çəkilmişdir. Həmin bükümlərdən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olduğu göy rəngli sellofan bükümün çəkisi 2190,0 qram, içərisində narkotik vasitə tiryək olan kütlənin olduğu şəffaf rəngli bükümün çəkisinin 60,91 qram olması müəyyən olunmuşdur. Həmin bükümlər ayrı-ayrılıqda qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan bükümü “WhatsApp” ani mesajlaşma sistemində tanış olduğu İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün aldığını, lakin narkotik vasitə olan tiryəkin həmin sellofan torbanın içərisində olmasından məlumatının olmadığını, ##.##.2024cü il tarixdə saat 18 radələrində isə polis əməkdaşları tərəfindən saxlanılmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Mingəçevir Vəkil Bürosunun növbədə olan vəkili müdafiəçi2 dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün üzərindən narkotik vasitə qurudulmuş marixuanaya və narkotik vasitə tiryəkə bənzər kütlələrin aşkar olunaraq götürülməsinə dair tərtib olunmuş video çəkiliş maddi sübutlarla birlikdə şəhər polis şöbəsinin təhiqatçısına təhvil verildi Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid1 və şahid2, eləcə də ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş şahid şahid3 ifadələrində şahid şahid4 ilə eyni məzmunlu ifadə vermələri müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “raport”dan görünür ki, ##.##.1990-cı ildə Füzuli rayonu, Yuxarı Veysəlli kəndində anadan olmuş, Ağdam rayonu Bozpapaqlar kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 10, mənzil 18-də yaşayan Təqsirləndirilən şəxs Mingəçevir şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05-06). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan, ona əlavə edilmiş fotocədvəl və CD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən onun əlindəki göy rəngli sellofan torbanın içərisindən 1 ədəd göy rəngli sellofan bükümdə çəkisi 2190,0 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 1 ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 60,91 qram olan narkotik vasitə tiryəkə bənzər kütlələr və 01 ədəd qara rəngli “HUAWEİ” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “raport”dan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə Mingəçevir ŞPŞ-nin polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər, Günəşli bağ massivi 6cı küçəsində saxlanılıb üzəri yoxlanlarkən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş göy rəngli sellofan bükümdə içərisində ümumilikdə çəkisi 2190,0 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, digər bükümün içərisində ümumi çəkisi 60, 91 qram narkotik vasitə tiryəkə bənzər kütlələr aşkar olunub qablaşdırılaraq götürülmüşdür (cild 01, iş vər. 14). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 26). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş CD diskdən görünrü ki, Mingəçevir ŞPŞ-nin NMQ-un baş əməliyyat müvəkkili, R şahid4 təqdim etdiyi 1 ədəd 76 möhürlənmiş zərfə, 1 ədəd bükümə və mobil telefona baxış baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş 1 ədəd üzərinə “Samuray” yazısı yazılmış göy rəngli sellofan torbada bir ədəd 76 möhürlə möhürlənmiş üzərində ağ rəngli kağızda yazılar və imzalar olan sellofan büküm, bir ədəd 76 möhürlə möhürlənmiş və üzərində yazılar və imzalar olan ağ rəngli, ağzı bağlı zərf və bir ədəd “Huawei”markalı mobil telefon olması müəyyən edilmiş və həmin kütlələr və mobil telefon video görüntü vasitəsi ilə götürülmüş və protokola əlavə edilmişdir (cild 01, iş vər. 31). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin ##.##.2024-cü il tarixli **/*** nömrəli məhkəmə-bioloji və məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs əlindəki bağlamanın içərisindən aşkar olunmuş narkotik vasitə tiryəkə oxşar kütlə ...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 60, 469 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs üzərindən sellofan torbada aşkar olunmuş ... narkotik vasitə marixuanaya oxşar kütlə...” sözləri yazılmış 01 (bir0 ədəd göy rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi 2170,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 01, iş vər. 38-41). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “Telefona baxış keçirilməsi haqqında” protokoldan, fotocədvəldən və CD disklərdən görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Günəşli bağ massivi 6-cı küçədə saxlanılıb üzəri yoxlanılarkən onun üzərindən aşkar olunmuş “HUAWEİ” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı ”Galareya” bölməsində Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona narkotik vasitələrin qoyulduğu yarımtikili və həmin yarımtikilidə narkotik vasitənin mişar daşı və kərpiclərin altında gizlədilyi yerdə işarələnmiş şəkildə fotoları əks olunmuşdur. “Galareya” bölməsində eyni zamanda müxtəlif vaxtlara aid ağ rəngli kağız bükümlərdə və şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələrin fotoşəkillərinin olması müəyyən olundu. “Galareya” bölməsində qeyd olunmuş 1 dəqiqə 10 saniyədən ibarət olan və Təqsirləndirilən şəxs tərəfindən çəkilmiş videogörüntüdə Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Valideyn himayəsindən məhrum olunmuş uşaqlar üçün internat” məktəbinin həyətini göstərərək, həmin ərazinin yaxınlığında yaşadığını, həmin məktəbin girişində olan 2 ədəd kameranın işlək vəziyyətdə olmadığını və məktəbin həyətində ağac yarpaqlarının toplandığı yeri göstərərək “mənə bildirmək şərti ilə bura ata bilərsən” deyərək daha sonra məktəbin həyətində olan binanı göstərərək “ən yaşxısı men dediyim yerə bura tullayırsan” deyə bildirir. Mobil telefonda Təqsirləndirilən şəxs adına qeydiyyatda olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma sisteminə baxış zamanı +************** saylı mobil telefion nömrəsinin istifadəçisi ilə arasında olan danışqlara baxış zamanı aşağıdakılar aşkar edildi: Baxış zamanı +************** saylı mobil telefon nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs işarələnmiş vəziyyətdə olan yarımtikilini və yaraımtikilidə olan mişar daşları və kərpicin altında gizlədilmiş olan içərisində narkotik vasitə olan bükümün gizlədildiyi yerin işarələnmiş şəkildə şəkillərini göndərmişdir. Həmin yazışmada narkotik vasitələrin olduğu bükümün gizlədiyi yeri göstərən nöqtə “konum” (məkan göstəricisi) qeyd olunaraq, “Bağlarda poçt küçəsi deyilən yer var. o poçtun yanından qalxsın üzü yuxarı bu məkan göstəricisi yarı tikili ev var elə oradadır qardaş. 2 kilo güldür 50 qramda tir”. Daha sonra Təqsirləndirilən şəxsla şəxsiyyəti istintaqa məlum olmayan ona özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş +************** saylı mobil telefon nömrəsinin istifadəçisi ilə səs yazıları qeyd olunmuşdur ki, orada həmin şəxs Müşviqdən ona nə qədər zəng etdiyini soruşur, Təqsirləndirilən şəxs öz avtomobilinin xarab olduğunu, başqa bir şəxsin avtomobili ilə gələcəyini oradan malı götürüb avtomobilə atacağını və çəkisini çəkib göndərəcəyini qeyd edir. Müşviq həmin şəxsə malın hamısını birdən sata bilməyəcəyini, “pastipenni”, yəni hissə-hissə satacağını bildirir. Növbəti səs yazısında Təqsirləndirilən şəxs yolda olduğunu, həmin şəxsin zəng etdikcə naviqatorun ittidiyini, özünün əlaqə saxlayacağını deyir. Həmin şəxs Təqsirləndirilən şəxs səs yazısı göndərərək məkan göstəricisini yoxlamasını və həmin yerə nə qədər məsafə qalmasını soruşaraq həmin yerə qoyduğu narkotik vasitəni heç kimin tapa bilməcəyini bildirir. Daha sonra şəxsiyyəti istintqa məlum olmayan şəxs göndərdiyi səs yazısında Təqsirləndirilən şəxs narkotik vasitəni götürüb çəkməsini, onu oraya qoyan şəxsin ondan oğurluq etdiyini, əgər çəkidə naxələflik olarsa götürüb onu başının altına qoymasını bildirir. Şəxsiyyəti istintqa məlum olmayan şəxs Müşviq Tahrova səs göndərərək sənə demirəm hamısını sat, o Qazaxlı adamın var demişdin o adamın da gəlib götürməsini bildirərək əldə edəcəyi bükümləri götürüb tərəziyə qoymasını və şəkilini çəkərək ona göndərməsini bildirir. Daha sonra qeyd oluna şəxs Təqsirləndirilən şəxs səs göndərərək “Qardaş orada 2 kilo güldür, 2 kilo ot qoymuşam sənə, 50 qram tiryək qoymuşam, mənə 10 dənə qara dedin qoy mən də ora 50 qram qoydum, onu satırsan bir-birimizə qarşı payda kişi oluruq” deyə qeyd edir. Sonrakı səs yazısında yenə də şəxsiyyəti istintqa məlum olmayan şəxs “2 kilo ot, 50 qram tiryək götür şəklini at mənə adama demişəm hamısını sənə versin, sənə 2 kilo ot, 50 qram tiryək qoymuşəm, götürüb telefonu niyə söndürürsən” şəklində qeyd etmişdir (cild 01, iş vər. 53-61). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır (cild 01, iş vər. 64-65). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertizadan sonra ümumi təmiz qalıq çəkisi 60,369 qram olan narkotik vasitə-tiryək, qalıq təmiz çəkisi 2169,95 qram olan narkotik vasitə-qurudulmuş marixuana və Təqsirləndirilən şəxs istifadəsində olan “HUAWEİ” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilməsi qərara alınmışdır (cild 01, iş vər. 88-89). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli Mingəçevir Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli ##.##.2024-cü il tarixdən hesablanmışdır. Həmçinin məhkəmə iclasında Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin ona məxsus olmadığını bildirməyinə baxmayaraq polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq edildiyini göstərmişdir (cild 01, iş vər. 91-93). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli Azərbaycan Respublikası DİNnin Baş Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (cild 01, iş vər. 96). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Mingəçevir Psixo- Nevroloji Dispanserin ##.##.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur (cild 01, iş vər. 119). Cinayət işinin materiallarında olan 21.110.2024-cü il tarixli Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserin **** nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs X13 narkoloji qeydiyyatında yoxdur (cild 01, iş vər. 120). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş ##.##.2015-ci il tarixli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, ##.##.2015-ci il təvəllüdlü X1 atası Təqsirləndirilən şəxsdur (cild 01, iş vər. 122). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “raport”dan görünür ki, Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş təmiz çəkisi 60, 469 qram olan narkotik vasitə tiryək və təmiz çəkisi 2170,0 qram olan narkotik vasitə-qurudulmuş marixuananı haradan əldə etməsi müəyyən edilməmiş, lakin onun narkotik vasitələrin alveri ilə məşğul olması müəyyən edilmişdir (cild 01, iş vər. 123). Cinayət işinin materiallarında olan 04.111.2024-ci il tarixli Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər üzrə bölməsinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası, həyat yaldaşı və oğlu olmaqla Mingəçevir şəhəri İnternat məktəbin yataqxanası ünvanında müvəqqəti qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 01, iş vər. 124- 125). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 16.11.20 24-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər X12 X4 Yoxlamanın **** nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 132). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsindən, həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir (cild 01, iş vər. 136). Cinayət işinin materiallarında olan ##.##.2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 01, iş vər. 143). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş ##.##.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1, 32.5, 234.4.3 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 157-166). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin ****/**** nömrəli “Məhkumun Tibbi kitabçası”dan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı sol gicgah nahiyyəsinin cırılmış, çapılmış yarası aşkar edilmiş və sorğu zamanı o, xəsarəti kamera yoldaşı Fərid Bolayev tərəfindən aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş ##.##.2025-ci il tarixli Mingəçevir şəhər prokurorluğunun “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış **/C-**(**-*-*-*-***-****) nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan ## ######## 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X3 *** nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində sağ budun aşağı 1/3də şişkinlik fonunda qançır xəsarəti aşkar edilmiş, küt alətin təsirindən əmələ gələ bilərdi, yeririlmə müddəti qərarda göstərilən ##.##.2024-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. Təqsirləndirilən şəxs bədənində xəsarətin döymə, işgəncə vermə zamanı əmələ gəlməsi az inandırıcıdır, xəsarət fiziki zor tətbiq etmək saxlanılması zamanı əməl gələ bilərdi. Həmçinin müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana və tiryək əldə etməyə gedərkən yoldan qayıtmaq istəmiş və bu vaxt polis onu tutarkən sağ aşağı ətrafına badalaq verərək fənd işlətmiş və bu zaman bud nahiyyəsindən xəsarət aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan ## ######## 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X3 ***/Ə nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş və ## ######## 2024-cü il tarixli *** saylı rəydə göstərilmiş küt alətin təsirindən əmələ gələ bilən sağ budun aşağı 1/3-də şişkinlik fonunda qançır xəsarəti hər iki halda sonuncuya qarşı işlədilmiş badalaq fəndindən və ya bədəni üzərinə yetirilən zərbədən əmələ gəlməyə bilərdilər, yəni hər hansı bir küt alətə zərbə təsirindən yaxud hər hansı bir küt alətə dəymə nəticəsində əmələ gələ bilərdilər. Cinayət işinin materiallarında olan ##.##.2026-cı il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət * saylı İstintaq Təcridxanasının *-**-**/**/*-******/**** nömrəli məktubundan görünür ki, * saylı İstintaq Təcridxanasında saxlanılmış Təqsirləndirilən şəxs təcridxanada saxlandığı müddət ərzində xəsarət almamış və onun özüdə xəsarət alması barədə əməkdaşlara müraciyət etməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir şəhər Polis şöbəsinin “Tibbi Müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsininqeydiyyatı kitabı”dan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs üzərində xasarət aşkar edilməmişdir Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli və Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Müdafiə tərəfinin bəraət tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsin bəraətinə deyil, əksinə, onun təqsirinin sübuta yetirildiyinə dəlalət edir. Belə ki, ##.##.2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan, ona əlavə edilmiş fotocədvəl və video-yazıdan Təqsirləndirilən şəxs əlində saxladığı sellofan torbanın içərisindən narkotik vasitəyə bənzər kütlələrin aşkar edilib götürülməsi, bunun ardınca aparılmış məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə həmin maddələrin təmiz çəkisi 2170,0 qram olan qurudulmuş marixuana və təmiz çəkisi 60,469 qram olan tiryək olması obyektiv, biri-birini təsdiqləyən sübutlarla müəyyən edilmişdir. Bu sübutlar özlüyündə heç bir ehtimala əsaslanmır, əksinə, maddi sübutların baxışı, ekspertiza rəyi və şahid ifadələri ilə üst-üstə düşən vahid sübut zənciri təşkil edir. Buna görə də, apellyasiya şikayətinin “ittihamın ehtimallara əsaslandığı” və “təqsirin heç bir sübutla təsdiqlənmədiyi” barədə ümumi mülahizəsi öz təsdiqini tapmır və uyğun olaraq CPM-in 351.2-ci maddəsinin tələbinin pozulduğunu iddia etmək üçün əsas vermir, belə ki, birinci instansiya məhkəməsinin ittiham hökmü ehtimala deyil, məhkəmə istintaqı zamanı bilavasitə tədqiq edilmiş konkret maddi və şəxsi sübutlara əsaslanmışdır. Apellyasiya şikayətinin şahid ifadələrinin ziddiyyətli olması barədə dəlilinə gəldikdə, məhkəmə kollegiyası bunu əsaslı hesab etmir. Şahidlər şahid4, şahid3, şahid1 və şahid2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr məzmun etibarilə üst-üstə düşür və hadisənin əsas gedişini eyni qaydada əks etdirir. Şahidlərin polis əməkdaşı olması, tək başına, onların ifadələrinin etibarsız sayılması üçün qanuni əsas deyildir; belə əsas yalnız həmin ifadələrin digər obyektiv sübutlarla təkzib edildiyi halda mövcud ola bilər, bu işdə isə əksinə, şahid ifadələri maddi sübutlarla və ekspertiza rəyi ilə tam üst-üstə düşür. Əlavə şahidlərin cəlb edilməməsi isə, öz-özlüyündə, artıq mövcud olan obyektiv sübutların (video-yazı, ekspertiza, WhatsApp yazışmaları) hüquqi dəyərini azaltmır və bu, hökmün ləğvi üçün müstəqil əsas ola bilməz. Əməliyyat-axtarış tədbirinin “ssenari əsasında” aparıldığı və zəruri istintaq hərəkətlərinin yerinə yetirilmədiyi iddiasına gəlincə, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan ##.##.2024-cü il tarixli əməliyyat məlumatı, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar, baxış protokolları və onlara əlavə edilmiş foto-cədvəl və CD-disklər əməliyyat tədbirinin qanuni əsaslarla və qanunla müəyyən edilmiş qaydada keçirildiyini təsdiq edir. Video-çəkilişin fasiləsiz aparılmaması ilə bağlı dəlilə gəldikdə, məhkəmə kollegiyası razılaşır ki, Ali Məhkəmə Plenumunun ## #### 2024-cü il tarixli * №-li qərarının 32-ci bəndində nəzərdə tutulmuş tövsiyələrə tam əməl olunmaması arzuolunmazdır, lakin bu, özlüyündə, aşkar edilmiş maddi sübutların mötəbərliyini şübhə altına almır, belə ki, həmin maddələrin aşkar edilməsi, çəkilməsi və qablaşdırılması ayrıca protokollarla, fotocədvəllə və qismən video-görüntü ilə təsdiqlənmiş, sonradan ekspertiza tədqiqatı zamanı da eyniliyi təsdiqlənmişdir. Məhkəmə hesab edir ki, prosessual qaydaların qismən pozulması, əldə edilmiş sübutların mahiyyətinə təsir etməmiş və hökmün qanuniliyinə xələl gətirməmişdir. Apellyatorun Naməlum “İran vətəndaşı” şəxsin şəxsiyyətinin müəyyən edilməməsi və onun, habelə əməliyyat iştirakçılarının mobil telefonlarının əhatə dairəsinə dair məlumatın əldə olunmaması barədə dəlil də əsaslı deyildir. Bu məlumatların əldə edilməməsi, ən yaxşı halda, üçüncü şəxsin cinayət məsuliyyətinə cəlb olunması məsələsinə aid ola bilərdi, lakin bu, Təqsirləndirilən şəxs bilavasitə öz üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitəni əldə edərək saxlaması və daşıması faktının sübuta yetirilməsinə heç bir təsir göstərmir. Analoji səbəbdən, təqsirləndirilən şəxsin naməlum şəxs tərəfindən cinayətə təhrik edildiyi barədə iddia da faktiki əsasdan məhrumdur. Belə ki, iş materiallarında olan “WhatsApp” yazışmaları və səs yazıları, əksinə, Təqsirləndirilən şəxs narkotik vasitənin miqdarı, satış qaydası (“hamısını birdən sata bilməyəcəyəm”, “hissə-hissə satacağam”) və alıcı barədə (“Qazaxlı adam”) əvvəlcədən formalaşmış, sərbəst iradəsini əks etdirən danışıqlar apardığını göstərir. Bu, hər hansı xarici təhrikin deyil, təqsirləndirilən şəxsin özünün fəal və şüurlu iştirakının təzahürüdür. Son səs yazılarının telefonun onun əlində olmadığı zaman göndərildiyi barədə iddia isə heç bir obyektiv sübutla təsdiqlənmir və mülahizə xarakteri daşıyır, ona görə də əsas kimi qəbul edilə bilməz. Apellyatorun Polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi və xəsarət yetirilməsi barədə dəlilə gəldikdə, bu iddia iş materiallarında olan tibbi sənədlərlə araşdırılmış və öz təsdiqini tapmamışdır. Belə ki, ## ######## 2024-cü il tarixli *** nömrəli və ## ######## 2024-cü il tarixli ***/Ə nömrəli ekspert rəylərində aşkar edilmiş xəsarətin döymə və ya işgəncə nəticəsində deyil, saxlanılma zamanı tətbiq edilən fiziki üsuldan əmələ gələ biləcəyi qeyd olunmuşdur. Bundan əlavə, İstintaq Təcridxanasının məktubu təqsirləndirilən şəxsin orada saxlanıldığı müddətdə heç bir xəsarət almadığını və bu barədə müraciət etmədiyini təsdiq edir, Mingəçevir şəhər Polis Şöbəsinin tibbi qeydiyyat kitabı da eyni nəticəni əks etdirir. Bu obyektiv sənədlər məcmusu polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə iddianı təkzib edir, üstəlik, bu barədə ayrıca aparılmış yoxlama nəticəsində ## ###### 2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Belə olduqda, polisin “şantaj” yolu ilə telefonun kilidini açdırması və narkotikin yerini özü göndərməsi iddiası da yuxarıda qeyd edilən obyektiv materiallarla təkzib olunur. Əməlin düzgün tövsif edilmədiyi, yəni Təqsirləndirilən şəxs hərəkətlərinin CM-in 234.4.3cü maddəsi ilə deyil, CM-in 234.1-1-ci maddəsi ilə tövsif olunmalı olduğu barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası bunu da əsassız hesab edir. İş materiallarında olan telefon yazışmaları və səs yazıları təqsirləndirilən şəxsin narkotik vasitəni yalnız şəxsi istifadə üçün deyil, satış məqsədi ilə əldə etdiyini birmənalı şəkildə göstərir.O cümlədən, narkotikin miqdarının satış üçün nəzərdə tutulan həcmdə olması, satışın hissə-hissə aparılması niyyətinin bildirilməsi və konkret alıcının adının çəkilməsi bu qənaəti təsdiqləyir. Bu hallar məcmusunda əldə edilmiş narkotik vasitənin miqdarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə “külli miqdar” kateqoriyasına aid edilməsi ilə birlikdə qiymətləndirildikdə, birinci instansiya məhkəməsinin əməli CM-in 234.4.3-cü maddəsi ilə tövsif etməsi düzgün olmuşdur. Öz növbəsində Apellyatorun cinayəti törətməkdən könüllü imtina barədə dəlil də hüquqi cəhətdən əsassızdır. CM-in 30.1-ci maddəsinin mənasına görə, könüllü imtina yalnız cinayətin başa çatdırılması mümkün olduğu halda, şəxsin özü tərəfindən, xarici məcburiyyət olmadan, qanuna zidd hərəkətin sərbəst şəkildə dayandırılması deməkdir. Bu iş üzrə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallara görə, təqsirləndirilən şəxs narkotik vasitəni gizlədildiyi yerdən artıq götürərək əlində saxlamış və daşımış, yəni CMin 234.4.3-cü maddəsində nəzərdə tutulan əldə etmə və saxlama əməlləri artıq başa çatmış formada icra edilmiş, bundan sonra isə həmin an polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əməlin başa çatdırılmasından sonra, üstəlik, məhz xarici amilin təsiri altında yaranan hərəkətlər, könüllü imtina institutunun tətbiqi üçün əsas vermir, çünki bu institut yalnız cinayətin hələ tamamlanmadığı, təşəbbüs mərhələsinə aid ola bilər. Nəhayət, apellyasiya şikayətində istinad edilən CPM-in 145.3-cü maddəsinin tələbinə yəni aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunması qaydasına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu norma yalnız real, sübutlarla aradan qaldırıla bilməyən şübhələr mövcud olduqda tətbiq edilə bilər. Yuxarıda göstərilən sübutların maddi sübutların, ekspertiza rəylərinin, şahid ifadələrinin, telefon yazışmalarının və tibbi sənədlərin bir-birini qarşılıqlı təsdiqləyən, ziddiyyətsiz məcmusu nəzərə alındıqda, iş üzrə CPM-in 145.3-cü maddəsinin tətbiqini zəruri edən növdə şübhələrin mövcud olmadığı qənaətinə gəlinir. Yuxarıda göstərilənlərin məcmusunu nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, sübutlara düzgün hüquqi qiymət vermiş, cinayət qanununu və Cinayət-Prosessual Məcəlləsinin normalarını düzgün tətbiq etmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərində göstərilən dəlillər ayrı-ayrılıqda araşdırılaraq öz təsdiqini tapmadığından, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasl hımçinin qeyd etməyi zəruri hesab edir ki, CM-in 58.1 və 58.3-cü maddələrinin tələblərinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə kollegiyası bu tələblərin birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada yerinə yetirildiyi qənaətindədir. Törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə gəldikdə, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələrin miqdarı qanunvericiliklə müəyyən edilmiş “külli miqdar” həddini əhəmiyyətli dərəcədə üstələyir, bu da əməlin CM-in 234.4.3-cü maddəsi üzrə yüksək ictimai təhlükəlilik dərəcəsinə malik ağır cinayət kateqoriyasına aid edilməsini şərtləndirir. Bununla yanaşı, iş materiallarında olan yazışma və səs yazıları əməlin təsadüfi deyil, əvvəlcədən planlaşdırılmış, satış məqsədi daşıyan xarakterini təsdiq edir ki, bu da cinayətin ictimai təhlükəlilik dərəcəsini daha da artıran amildir. Təqsirləndirilən şəxsin şəxsiyyətinə gəldikdə, məhkəmə kollegiyası nəzərə alır ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunan, ailəli və himayəsində azyaşlı övladı olan şəxsdir. Bu hallar cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli olan amillərdəndir və birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmışdır. Eyni zamanda, iş materiallarında təqsirləndirilən şəxsin əməlinə tənqidi münasibətini formalaşdırdığını təsdiq edən hər hansı əlavə hal aşkar edilməmişdir ki, bu da cəzanın əlavə yüngülləşdirilməsi üçün əsas vermir. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin qarşısının alınması məqsədlərini daşıyır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin yüksək latentlik dərəcəsinə malik olması və zəncirvari ictimai təhlükə yaratması nəzərə alındıqda, məhkəmə kollegiyası hesab edir ki, bu kateqoriyadan olan cinayətlərə görə cəzanın həm xüsusi, həm də ümumi xəbərdarlıq funksiyasını təmin etməsi zəruridir. Bu baxımdan, təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddən artıq yüngül olmayan 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ədalət, mütənasiblik və fərdiləşdirmə prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində göstərildiyi kimi, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsizliyə yol verməməlidirlər. Bu iş üzrə təyin edilmiş cəzanın həddi nə açıq-aşkar ağır, nə də açıq-aşkar yüngül olmayıb, qanunla müəyyən edilmiş sanksiya çərçivəsində, işin bütün hallarının məcmusu əsasında fərdiləşdirilmiş formada təyin edilmişdir. Bundan əlavə, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi və cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə göstərişlər də Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə uyğundur. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətlidir, cəzanın azaldılması və ya hər hansı formada dəyişdirilməsi üçün əsas yoxdur. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Narkotik cinayətlərində tətbiq edilən sərt cəza tədbirləri "ümumi preventiv" xarakter daşıyaraq, potensial cinayətkarlar üçün çəkindirici rol oynamalıdır. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Məhkəmə kollegiyası qeyd edir ki, narkotik cinayətlərinin digər cinayətlərdən fərqi onların zəncirvari reaksiya yaratmasıdır. Bir narkotik vasitə istifadəçisi onlarla asılı şəxs yaradır, o şəxslər isə öz növbəsində yeni cinayətlər (oğurluq, soyğunçuluq, qəsdən sağlamlığa zərər vurma) törətməyə sövq edilir. Bu, cinayət hüququnda "latentlik" (gizlilik) dərəcəsi yüksək olan bir sahədir. Məhz bu səbəbdən, aşkar olunmuş hər bir fakt üzrə tətbiq edilən sərt cəza, aşkar olunmamış potensial cinayətlər üçün bir maneə rolu oynamalıdır. Cinayət hüququnda humanizm prinsipi təkcə təqsirləndirilən şəxsə qarşı deyil, həm də zərərçəkmiş tərəfə və cəmiyyətə qarşı tətbiq olunmalıdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğl olan şəxslərə qarşı göstərilən qeyri-proposional humanistlik, cəmiyyətə qarşı laqeyd yanaşma deməkdir. Ədalətli cəza — cinayətkarın törətdiyi əməlin cəmiyyətə vurduğu zərərin ağırlığına mütənasib olan cəzadır. Hüquqi baxımdan satış məqsədi olmadan dövriyyəsi əməlin təhlükəsiz olduğu mənasına gəlmir. Narkotik vasitələrin fərdi istehlak üçün əldə edilməsi və saxlanılması qanunsuz narkotik bazarında "tələbi" formalaşdıran əsas amildir. Tələb olan yerdə təklif (satış) qaçılmazdır. Buna görə də, fərdi istehlakçıya qarşı tətbiq edilən sərt cəza, əslində narkotik ticarətinin iqtisadi zəncirini qırmağa xidmət edir. Şəxsin narkotik maddəni üzərində və ya mənzilində saxlaması hər an onun başqa şəxslərə ötürülməsi və ya təsadüfi şəxslərin (məsələn, ailə üzvlərinin, uşaqların) zəhərlənməsi riskini yaradır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004cü il və ## #### 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Sözügedən məsələlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrlə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## #### 2024cü il * №-li qərarının 27-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olubolmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. BMT-nin Narkotik vasitələr haqqında 1961-ci il Vahid Konvensiyasının 36-cı maddəsinin 1-ci bəndinə əsasən bu konvensiyaya qoşulmuş hər bir ölkə özünün konstitusiya məhdudiyyətlərinə riayət etməklə bu Konvensiyanın qərarlannı pozmaqla narkotik vasitələrin becərilməsi və istehsalmın, hazırlanmasının, tərkibdən çıxanlmasının, hasil edilməsinin, saxlanmasının, təklif edilməsinin, kommersiya məqsədi ilə təklif edilməsinin, paylanılmasının, satın alınmasının, satılmasının, istənilən şərtlə çatdırılmasının, dəllallığının, göndərilməsinin, tranzitlə yenidən göndərilməsinin, daşınmasmm, idxalının və ixracının və Tərəfiərin rəyinə görə bu Konvensiyanın qərarlarına zidd sayıla biləcək istənilən digər hərəkətin qəsdən törədildiyi halda cəzalandırılmalı olan əməl sayılması, eləcə də ciddi cinayətlərin müvafıq cəzalanmaya, xüsusən də həbsxanada saxlamaqla azadlıqdan məhrumetmə, yaxud digər üsulla azadlıqdan məhrumetmə növündə cəzalanmaya məruz qoyulmasını təmin edəcək tədbirlər görməlidir. X9 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Yuxarıda qeyd olunanların məcmusunu nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətlidir, iş üzrə faktiki hallar düzgün müəyyən edilmiş, cinayət qanunu və Cinayət Prosessual Məcəlləsinin normaları düzgün tətbiq olunmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətində göstərilən dəlillər öz təsdiqini tapmadığından, həmin şikayətin təmin edilməsi üçün əsas yoxdur. Belə olan halda, məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimaitəhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dıyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlansın. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar