Məhkəmə qərarları › İş №1(3-10)-133/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-133/2026

30.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-133/2026 30.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı3, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 185.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli 1(051)-132/2025(sədrlik edən E,Cəbrayılzadə) nömrəli hökmü ilə, ##.##.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri H.Əliyev prospekti 88№-li evin 68№-li mənzilində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs CM-in 185.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs ##.##.2025–ci il tarixdən ##.##.2025–ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət və ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək həbsdə saxlanıldığı 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddət, cəmi 09 ay 01 gün CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər tutularaq 01 il 06 ay 02 gün təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, hökmün icrasının Mingəçevir şəhər İcra və probasiya şöbəsinə tapşırılması, barəsində seçilmiş həbs qətimkan tədbirinın ləğv edilməsi və onun, məhkəmə iclas zalından dərhal azad edilməsi, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, mülki iddia qismən təmin edilməsi, mülki cavabdeh Təqsirləndirilən şəxs 8814 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi, iddianın qalan hissədə təmin edilməməsi hökm edilmişdir İŞİN HALLARI: Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə təxminən gecə saat 01 radələrində Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri R.Rza küçəsi 16№-li yaşayış binasının qarşısında tanışı şahid1 ilə dayanıb söhbət edən zaman Zərərçəkmiş şəxs öz dostu şahid2 özünə məxsus tünd boz metallik rəngli, BMW markalı, 116İ minik modelli, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin açarını verərək həmin avtomobili idarə edib geri qaytarıb yaşadığı binanın qarşısında saxlayıb avtomobilin açarını da Zərərçəkmiş şəxs yaşadığı binanın 2-ci girişindəki su sayğacının qutusunda gizlətməsini deməsini eşitdikdən sonra həmin avtomobili qaçırmaq qərarına gəlmiş, bir qədər sonra şahid2 Zərərçəkmiş şəxs məxsus avtomobili idarə edib Zərərçəkmiş şəxs yaşadığı binanın qarşısında saxlayıb həmin avtomobilin açarını Zərərçəkmiş şəxs yaşadığı binanın 2-ci girişindəki su sayğacının qutusunda gizlətdiyini gördükdən sonra Zərərçəkmiş şəxs məxsus avtomobilin açarını şahid1 və Zərərçəkmiş şəxs məlumatı olmadan sonuncunun tanışı şahid2 gizlətdiyi, Zərərçəkmiş şəxs yaşadığı binanın 2-ci girişindəki su sayğacının qutusundan götürüb avtomobilə yaxınlaşıb avtomobilin qabaq sol qapısını həmin açar vasitəsi ilə açıb avtomobilin salonuna əyləşdikdən sonra həmin açar vasitəsi ilə avtomobilin mühərrikini işə salıb avtomobili bir neçə metr idarə edib tanışı şahid1 yanında saxlayıb şahid1 avtomobilin salonuna əyləşməsini təklif etsə də şahid1 avtomobilin salonuna əyləşməyərək ona avtomobili idarə etməsini irad tutaraq avtomobili yerində saxlamasını bildirdiyi üçün şahid1liyə avtomobilin salonuna əyləşməsini təkid etdikdən sonra şahid1 də avtomobilin salonunda sağ oturacaqda əyləşmiş, o, avtomobili hərəkətə gətirib Mingəçevir şəhəri ərazisində müəyyən müddət sürüb Zərərçəkmiş şəxs məxsus avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçıraraq, Mingəçevir şəhəri H.Əliyev prospekti ** №-li yaşayış binasının bərabərliyindəki asfalt yolda BMW markalı 116İ minik modelli, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili şəhərin H.Əliyev prospekti ilə S.Vurğun küçəsinin kəsişməsi istiqamətində hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəninin tələblərini pozaraq, həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunlara əməl etməyib, qarlı hava şəraitində idarə etdiyi avtomobillə qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan avtomobili ötmə əməliyyatı həyata keçirərkən avtomobilin idarəetməsini itirimiş, idarə etdiyi BMW markalı 116İ minik modelli, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin əks hərəkət zolağına keçib yolunun əks hissəsindəki parka daxil olaraq parkdakı ağaca dəyərək yararsız hala düşməsi ilə nəticələn yol nəqliyyat hadisəsi törədərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 10314 (on min üç yüz on dörd) manat məbləğdə, yəni xeyli miqdarda ziyan vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən appelyasiya protesti verilmişdir. Apellyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Apellyasiya protesti onunla əsalandırılmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eyni zamanda onun şəxsiyyətinə uyğun olmayan cəza təyin etməklə ədalətsizliyə yol vermişdir. Halbuki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci hissəsinin 2 və 3-cü abzaslarına əsasən cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) cinayətinin obyektini mülkiyyət münasibətləri təşkil edir, obyektiv cəhətdən fəal hərəkətlərlə ifadə olunur, subyektiv cəhətdən birbaşa qəsdlə törədilir, az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə məxsus avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırdığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmiş və avtomobili yararsız hala salaraq zərərçəkmiş şəxsə 10.314 manat məbləğdə, yəni xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş 10.314 manat məbləğində maddi ziyandan cəmi 1500 manat məbləğində ziyanı ödəmiş, qalan ziyanı isə ödəməmişdir. Zərər çəkmiş şəxs ona dəymiş ziyanın tam şəkildə ödənilməsini tələb etmiş və bununla bağlı iddia ərizəsi də vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin II hissəsinə görə cinayət, habelə hakimiyyətdən suiistifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CPM-nin 420.3-cü maddəsinə dair” ## ##### 2002ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət prosesində zərər çəkmiş cinayətin açılmasında, iş üzrə həqiqətin müəyyən edilməsində, təqsirləndirilən şəxsin ifşa olunmasında, onun əməlinin düzgün tövsif edilməsində və törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxs olmaqla yanaşı təqsirləndirilən şəxsə qarşı duran tərəf qismində çıxış edir. Zərərçəkmiş şəxsin xüsusi marağı cinayət törədilməsi nəticəsində pozulmuş bütün hüquqlarının bərpa edilməsindən, ona vurulmuş nəinki maddi, həm də mənəvi zərərin ödənilməsindən ibarətdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3cü maddələrinə dair» Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır. Şərh edilənlərdən də göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu ən yuxarı səviyyədə müəyyən edir. Bundan başqa, hüquq ədəbiyyatında dəfələrlə qeyd edilmişdir ki, cəza qarşısında “sosial ədalətin bərqərar olması” kimi qoyulan yeni məqsəd tətbiq edilən cəzanın ədalətli olmasını yəni zərərçəkəndə mənəvi baxımdan ruhi sakitçilik yaratmasını, cinayətlə bağlı bütün maddi və mənəvi nəticələrin aradan qaldırılmasını, yəni zərərçəkənə maddi ziyanın tamamilə ödənilməsini nəzərdə tutur. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərər çəkmiş şəxsin maraqlarını nəzərə almamış, ona dəymiş maddi ziyanın böyük qisminin ödənilməmiş qalmasına əhəmiyyət verməyərək təqsirləndirilən şəxsə yüngül cəza təyin etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən həmçinin, təqsirini etiraf edərək səmimi peşmançılıq çəkməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə istinad olunmaqla cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. CMin 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə dəymiş 10.314 manat ziyandan yalnız 1500 manatını uzun müddət davam edən məhkəmə baxışının gedişində ödəmiş, ziyanın böyük qismini isə ödəməmişdir. Bundan başqa, əvvəllər eyni xarakterli cinayət törətməyə görə məhkum edilmiş, islah olunmayaraq qəsdən yeni cinayət əməlini törədən şəxsin müsbət xarakterizə olunmasının nədə ifadə olunması, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * saylı qərarının 4-cü hissəsində göstərilmişdir ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin (bundan sonra CPM) 139-cu maddəsinə görə cəzanı yüngülləşdirən hallar sübut edilməli hallar siyahısına daxil edilmişdir. Bundan başqa, cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 09 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ##.##.2018-ci il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər də mülkiyyət əleyhinə cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq islah olunmamış, yenidən hazırki cinayət əməlini törətmişdir. Qeyd olunanlardan da aydın olur ki, Təqsirləndirilən şəxs kriminal qətiyyət formalaşmış, o islah olunmaq niyyətində deyil və təyin edilmiş yüngül cəza onun islah olunmasına kifayət etməyəcəkdir. Əvvəllər qəsdən eyni qəbildən olan cinayət əməlini törətmiş və buna görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, islah olunmamış və islah olunmamaqda israrlı olan, eyni zamanda zərər çəkmiş şəxsə dəymiş ziyanın böyük qismini ödəməyən şəxsə azadlığın məhdudlaşdırılması növündə yüngül cəzanın təyini cəmiyyətin maraqlarına xidmət etmir, eyni zamanda təyin edilmiş yüngül cəza nə onun özünün islah olunamasına, nə də başqa şəxsləri cinayət törətməkdən çəkindirməyə xidmət etməmişdir. Şərh olunanlardan da aydın olur ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamış, həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə cinayət törədilməsinin qarşısının alınmasına xidmət etməyəcək cəza təyin etmişdir. CPM-in 399.1.5-ci maddəsinə əsasən, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı3 apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2014-cü il tarixli, *(***)-**/**** saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. ##.##.2025-ci il tarixli DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Mingəçevir şəhər Psixo-Nevroloji Dispanser tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 818 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər PsixoNevroloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyandan 1500 manat ödəniş edilmiş, aralarında olan razılığıa əsasən Təqsirləndirilən şəxs hər ay 400 manat olmaqla vurulmuş ziyandan ödəmək üzrə öz üzərinə öhdəlik götürmüş, ona görə də təqsirləndirilən şəxsdən şikayəti yoxdur, öz aralarında razılıq əldə etmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ****** saylı vəqisəqədən görünür ki, X3 müharibə veteranıdır, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ##.##.1994-cü ildə X3 və X4 birgə nikahından doğulmuşdur Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026cı il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini CM-in 185.2.4-cü maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmiş və idarə edərkən yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 10314 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cinayət əməlinin törədilməsi şəraiti və xarakteri düzgün qiymətləndirilmiş, sübutların CPM-in 125 maddəsinin tələblərinə uyğun olaraq mötəbərlik, aidiyyət və kifayətlilik baxımından hüquqi analizi aparılmışdır. Dövlət ittihamçısının apellyasiya protestində göstərdiyi mülahizələr, xüsusilə təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının onun şəxsiyyətinə və əməlin ağırlığına uyğun olmaması, habelə cinayət qanununun ədalət prinsipinin pozulması barədə arqumentləri əsaslı sayılmamalı və uyğun olaraq təmin edilməməlidir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalı, yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun gəlməlidir. CM-in 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə cəza növünü və həddini seçərkən təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almalıdır. Təhlil olunan işdə bəlli olur ki, şəxsə sanksiya hüdudlarında cəza təyin edilərkən qanunvericiliyin bu tələblərinə tam riayət olunmuşdur. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, cinayət prosesində zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının bərpası və maddi ziyanın ödənilməsi məsələsi cəzanın sosial ədalətin bərpası məqsədinə birbaşa təsir edir. İş materiallarında mövcud olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş rəsmi ərizədən görünür ki, vurulmuş ümumi ziyandan 1500 manat artıq ödənilmiş, tərəflər arasında əldə olunmuş könüllü razılığa əsasən, qalan ziyanın hər ay 400 manat ödənilməsi barədə təqsirləndirilən şəxs üzərinə yazılı öhdəlik götürmüşdür. Bu səbəbdən zərərçəkmiş tərəfin təqsirləndirilən şəxsdən hər hansı bir şikayəti və ya narazılığı yoxdur. Tərəflər arasında barışığın və ziyanın ödənilməsi qrafikinin mövcudluğu, təqsirləndirilən şəxsin öz əməlindən səmimi peşmançılıq keçirdiyini və vurduğu zərərin nəticələrini aradan qaldırmağa fəal meyil nümayiş etdirdiyini təsdiq edir ki, bu da cəzanın fərdiləşdirilməsi zamanı azadlıqdan məhrum etməyə alternativ olan cəza növünün seçilməsini tam qanuni edir. Protestin təqsirləndirilən şəxsin əvvəllər məhkum olunması və onda "kriminal qətiyyətin" formalaşması barədə dəlillərinə gəldikdə, məhkəmə kollegiyası müəyyən edir ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli rəsmi tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs qanunla təmizlənməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. CM-in 83-cü maddəsinin müddəalarına əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri aradan qaldırır. Bu səbəbdən, şəxsin keçmişdə törətdiyi və qanuni qüvvəsini itirmiş məhkumluq faktı hazırkı iş üzrə onun şəxsiyyətini mənfi xarakterizə edən və cəzanı ağırlaşdıran bir hal kimi hüquqi baxımdan qiymətləndirilə bilməz. Eyni zamanda, cinayət işinin materiallarına əsasən, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunması, Mingəçevir şəhər Psixo-Nevroloji Dispanserində qeydiyyatda durmaması, cinayət törətdiyi andan etibarən öz təqsirini tam etiraf edərək səmimi peşmançılıq çəkməsi məhkəmə tərəfindən CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi düzgün qəbul edilmişdir. Həmçinin, təqsirləndirilən şəxsin atası X3 müharibə veteranı olması və ailə tərkibi kimi xüsusi şəxsi və ailəvi hallar da humanizm prinsipləri çərçivəsində nəzərə alınmışdır. Məhkəmə kollegiyası xatırladır ki, cinayət-hüquqi təsir tədbirlərinin tətbiqi zamanı humanizm və ədalət prinsipləri tarazlaşdırılmalı, cəza yalnız bir intiqam vasitəsi deyil, ilk növbədə şəxsin islah olunması və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədinə xidmət etməlidir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə CM-in 185.2.4-cü maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə ilə bağlı olmayan 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi və barəsində CM-in 69.3cü maddəsinə uyğun olaraq həbsdə saxlanılma müddətinin hesablanaraq qəti cəzanın müəyyən edilməsi tam qanunidir. Azadlığın məhdudlaşdırılması cəzası çərçivəsində şəxsin üzərinə qoyulmuş konkret vəzifələr və məhdudiyyətlər (yaşayış yerini müəyyən saatlarda tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və s.) onun cəmiyyətdən tam təcrid olunmadan nəzarət altında saxlanılmasına və islah edilməsinə tam imkan verir. Dövlət ittihamçısının protestində hökmün dəyişdirilməsini və şəxsə real azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini zəruri edən hər hansı hüquqi və ya faktiki əsaslar aşkar edilməmişdir. Məhkəmə kollegiyasının xatırlatmasına görə, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yuxarıda gəldiyi nəticə ilə razılaşır, eyni zamanda təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı cəzanın məqsədlərinə uyğun bilir. Çünki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il ** saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarın 48-ci bəndində qeyd edilir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxmış birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci madəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu hallarır məcmusuna uyğun olaraq təqsirkara onun təqsirli bilindiyi CM-in 185.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növündə cəza təyin etmişdir. Göstərilən hallarla məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilmişdir ki, cinayət törətmiş şəxs barəsində daha sərt və ya daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal və ya yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və ya çoxaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Halbuki, protestin və şikayətin məzmunundan göründüyü kimi, həmin protestdə və şikayətdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı bir əsaslandırma aparmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8.1 və 58.3-cü maddələrinə əsasən ədalət prinsipini və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəratinə təsirini nəzərə almışdır. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Bu baxımdan təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə kollegiyası, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, eləcədə cinayətin məqsədi və motivi, cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliyini əhəmiyyətli dərəcədə azaldan digər halların olmasını nəzərə alaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 185.2.4-cü maddəsi ilə təqsirli bilinməsini və təqsirli bilindiyi CM-in 185.2.4-cü maddəsi ilə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı, cəzanın islah təsiri baxımından məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407-ci maddələrini, rəhbər tutaraq, QƏRARA ALDI: Dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 6 (altı) saat üçün 66 (altmış altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar