Məhkəmə qərarları › İş №1(3-10)-137/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-137/2026

08.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-137/2026 08.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov Imanverdi Həşimxan oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Ramin Ramiz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R X1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ağdaş Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-*/**** saylı hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-*/**** saylı (hakim A.Mürsəlova) hökmü ilə, ## ##### 1982-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinməsi və 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ###### 2026-ci il tarixdən ## ###### 2026-cı il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddətin azadlığı məhdudlaşdırılması cəzasına iki günə dörd gün hesabı ilə hesablanmaqla və ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicənin təyin olunması və onun ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması, Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrasının yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməsi, iş üzrə maddi sübut - Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edildikdən sonra qalıq qalmış 9,69 qram qalığının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 87 (səksən yeddi) manat 14 (on dörd) qəpiyin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi (Az.MEM, VÖEN **********, Hesab № AZ**CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X10, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944 SWIFT BIK CTREAZ22) müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlayıb, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, ümumi təmiz çəkisi 9,71 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, ##.##.2026-cı il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, Heydər Əliyev prospektində yerləşən “Tamstore” mağazasının yaxınlığında saxlanıldıqdan sonra həmin tarixdə saat 21:09-dan saat 21:19-dək üstü yoxlanılan zaman əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd siqaret qutusunda təmiz çəkisi 9,71 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-*/**** saylı hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmünün ona təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə və cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə (təyin edilmiş qəti cəzanın müddəti düzgün müəyyən edilməklə) dəyişdirilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-*/**** saylı hökmündən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eyni zamanda təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin etməklə ədalətsizliyə yol vermişdir. Belə ki, məhkəmə hökmündə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Halbuki CM-nin 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Lakin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hərəkətlərində belə hallar müəyyən edilməmiş, iş materiallarına əsasən təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsindən sonra ibtidai araşdırma orqanlarına gələrək cinayətin üstünün açılmasına hər hansı köməklik etməmiş, onun cinayət əməli polis əməkdaşları tərəfindən ifşa edilmişdir. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün əməlindən peşman olmasını bildirməsi isə qeyd olunanlara görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. Həmçinin əvvəllər qəsdən eyni xarakterli cinayət törətməyə görə 02 dəfə məhkum edilmiş, islah olunmayaraq qəsdən yeni cinayət əməlini törədən şəxsin müsbət xarakterizə olunmasının nədə ifadə olunması, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən hallar kimi nəzərə aldığı hallarla bağlı belə bir nəticəyə gəlməyinin motivlərini ittiham hökmünün təsviri əsaslandırıcı hissəsində göstərməmişdir. Halbuki Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 139-cu maddəsinə görə cəzanı yüngülləşdirən hallar sübut edilməli hallar siyahısına daxil edilmişdir. Dövlət ittihamçısı əlavə olaraq protestdə qeyd etmişdir ki, iş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinmiş, ona qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, bundan başqa Ağdaş Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə CM-in eyni xarakterli maddəsi ilə, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona qarşı humanist mövqe göstərilərək Salyan Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 03 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs islah olunmamış və qısa müddət sonra hazırkı cinayət əməlini törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər 2 dəfə məhkum edilməsinə və ona cəza təyin edilməsinə baxmayaraq islah olunmamış, yenidən hazırki cinayət əməlini törətmişdir. Qeyd olunanlardan da aydın olur ki, Təqsirləndirilən şəxs kriminal qətiyyət formalaşmışdır, o, islah olunmaq niyyətində deyil və təyin edilmiş yüngül cəza onun islah olunmasına kifayət etməyəcəkdir. Əvvəllər qəsdən eyni qəbildən olan cinayət əməlləri törətdiyinə görə məhkum edilmiş, buna görə bir dəfə azadlığın məhdudlaşdırılması cəzasına və bir dəfə də azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, islah olunmamış və islah olunmamaqda israrlı olan şəxsə azadlığın məhdudlaşdırılması növündə yüngül cəzanın təyini cəmiyyətin maraqlarına xidmət etmir, eyni zamanda təyin edilmiş yüngül cəza nə onun özünün islah olunamasına, nə də başqa şəxsləri cinayət törətməkdən çəkindirməyə xidmət etməmişdir. Şərh olunanlardan da aydın olur ki, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamış, həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə cinayət törədilməsinin qarşısının alınmasına xidmət etməyəcək cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Protestdə daha sonra göstərilir ki, bundan başqa, iş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan və “qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdə saat 21:09-dan ## ###### 2026-cı il tarixədək şübhəli şəxs qismində saxlanılmışdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 02 gün şübhəli şəxs qismində saxlanıldığından həmin müddət təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına 04 gün hesablanmalı olduğu halda məhkəmə səhvə yol verərək həmin müddəti təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına 02 gün hesablayaraq, qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Azərbaycan Respublikası CPM-nin 353.4.3 və 353.4.8-ci maddələrinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində çəkilməli olan yekun cəza tədbiri və təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunun normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmünün ona təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə və cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə (təyin edilmiş qəti cəzanın müddəti düzgün müəyyən edilməklə) dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R X1 apellyasiya protestində göstərilmiş xüsusatlarla bağlı oxşar məzmunda izahat verərək, Ağdaş Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-*/**** saylı hökmünün verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 apellyasiya protestinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, dövlət ittihаmçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-*/**** saylı hökmü cəzaya aid hissədə dəyişdirilməli, hökm baxılmış apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı CPM-nin 383.2-ci mаddəsinə əsаsən аpellyasiya protesti vermək hüququna onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı malikdir. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxsə istinаd оlunаn cinаyət əməlinin tövsifi məsələsi аpellyаsiyа prоtestində mübаhisələndirilməsə də, məhkəmə kоllegiyаsı bu məsələyə hüquqi qiymət verərək, hesаb edir ki, birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxsin ifаdəsilə, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində verdikləri ifadələrlə, ekspertiza rəyləri, axtarış və götürmə haqqında protokolla, maddi sübutla və işdə olan digər mötəbər sübutlarla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1ci mаddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə və yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, öz növbəsində işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası istinad edilmiş mövcud sübutların mötəbərliyi ilə razılaşdığından həmin sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. Belə ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X2rşı” ## ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” ## ###### 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan Insan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo Ispaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa Insan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı ## ###### 2007-ci il tarixli, X8rşı ## ###### 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Kollegiya qeyd edir ki, öz növbəsində faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirərək məlum hüquqi nəticəyə gəlmiş və təqsirləndirilən şəxsə münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, bununla da ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqində səhvə yol verməmişdir. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsn əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli ** saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPMin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyasının rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CPM cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs qarşı irəli sürülən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd edildiyi kimi, dövlət ittihamçısı Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmünün ona təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə və cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə (təyin edilmiş qəti cəzanın müddəti düzgün müəyyən edilməklə) dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bu konteksdə təqsirləndirilən şəxs barəsində seçilmiş cəzanın növü və həddi ilə bağlı qeyd edir ki, Аzərbаycаn Respublikаsı CM-nin ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Аzərbаycаn Respublikаsı CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Аzərbаycаn Respublikаsı CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bu xüsusda məhkəmə kollegiyası nəzərə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında da göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli ***-IIQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Kollegiya nəzərə çatdırır ki, qeyd olunan hüquq normalarının və qərarlarların mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə kоllegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi hаqlı оlаrаq təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Belə ki, iş mаteriаllаrı ilə təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağın olması, həmçinin cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması təsdiq оlunmuşdur. Bu hаllаrın təqsirləndirilən şəxs Ismаyılоv Rəşаd Təbriz оğlunun cəzаsını yüngülləşdirən hаllаr kimi nəzərə аlınmаsının faktoloji əsasları kimi, hüquqi əsаslаrı dа vаrdır. Belə ki, Аzərbаycаn Respublikаsı CM-nin 59.1.4-cü mаddəsində himаyəsində аzyаşlı uşаğın оlmаsı təqsirləndirilən şəxsin cəzаsını yüngülləşdirən hаl kimi nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə kоllegiyаsı bu xüsusdа qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs оğlunun yаşаdığı ərаzidə müsbət xаrаkterizə оlunmаsı işdəki sübutlаrlа təsdiq оlunur. Оnа görə də məhkəmə tərəfindən yаşаdığı ərаzi üzrə müsbət xаrаkterizə оlunmаsı Təqsirləndirilən şəxs оğlunu kriminаl meyilli şəxslərdən fərqləndirmək və аntisоsiаl yönümün psixikаsındа mоdel dаvrаnışа çevrilməməsini göstərmək üçün аğlаtаbаn əsаs kimi qiymətləndirilməklə cəzаsını yüngülləşdirən hаl kimi nəzərə аlınmışdır. Məhkəmə kollegiyası eyni zаmаndа nəzərə çаtdırır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs оğlunun cinаyəti etirаf edib əməlinə görə təəsüflənməklə peşmаn оlduğunu bildirməsi, оnа istinаd оlunаn əmələ tənqidi münаsibətini ifаdə etməklə həqiqətən də оnu müsbət xаrаkterizə edən hаldır. Bu kоnteksdə nəzərə çаtdırılmаlıdır ki, səmimi peşmаnçılıq şəxsin törətdiyi əmələ tənqidi münаsibətini əks etdirən hiss оlmаqlа istənilən cinаyəti, о cümlədən az аğır cinаyəti törədən şəxs tərəfindən də yаşаnа və Cinаyət Məcəlləsinin 72.1-ci mаddəsində göstərilməyən fоrmаlаrdа dа ifаdə оlunа bilər. Bu kоnteksdə diqqətə аlınmаlıdır ki, Rusiyа Federаsiyаsı Cinаyət Məcəlləsinin 75-ci mаddəsində şəxsin cinаyət məsuliyyətindən аzаd edilməsinə əsаs verən hаl (Аzərbаycаn Respublikаsı CM-nin 72-ci mаddəsi ilə eyni hаllаrdа) səmimi peşmаnçılıq deyil, əməli peşmаnçılıq аdlаndırılmış, yəni səmimi peşmаnçılığın üstün-yаlnız əməli hərəkətlərlə ifаdə оlunmuş fоrmаsı оlаrаq qeyd edilmişdir. Оnа görə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs оğlunun cinаyət törətməsini etirаf edib əməlindən səmimi peşmаn olması məhz оnа istinаd оlunаn Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci mаddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münаsibətini ifаdə edir və bu xüsusdа оnun cəzаsını yüngülləşdirən hаl kimi qiymətləndirilməlidir və hаqlı оlаrаq dа birinci instаnsiyа məhkəməsi tərəfindən qiymətləndirilmişdir. Məhkəmə kоllegiyаsı hesаb edir ki, Ismаyılоv Rəşаd Təbriz оğlunun cinаyət əməlini etirаfı edib əməlindən səmimi peşmаn оlmаsı və yаşаyış yeri üzrə müsbət xаrаkterizə оlunmаsı fаktоlоji və hüquqi cəhətdən düzgün оlаrаq birinci instаnsiyа məhkəməsi tərəfindən оnun cəzаsını yüngülləşdirən hаllаr kimi nəzərə аlınmış və bu hüquqi yanaşma hökmdə kifаyət qədər əsаslаndırılmışdır. Оnа görə də kоllegiyа birinci instаnsiyа məhkəməsi tərəfindən sözügedən hökmdə həmin hаllаrın təqsirləndirilən şəxsin cəzаsını yüngülləşdirəni hаllаr kimi düzgün qiymətləndirilməməsi və əsаslаndırılmаmаsı bаrədə prоtestin dəlillərini əsаslı hesаb etmir və qəbul etmir. Həmçinin iş mаteriаllаrındаn müəyyən оlunur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar, o cümlədən cinayətin residivi müəyyən edilməmişdir. Kоllegiyа nəzərə çаtdırır ki, qаnunvericilik təqsirləndirilən şəxsə cinаyətlərin residivi hаlındа təqsirli bilindiyi CM-nin müvаfiq mаddəsinin sаnksiyаsındа nəzərdə tutulmuş аzаdlıqdаn məhrum etmə cəzаsının müvаfiq həddinin təyin оlunmаsını imperаtiv qаydаdа təsdit edir. Belə ki, Аzərbаycаn Respublikаsı CM-nin 65.2-ci mаddəsinə əsаsən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin qаnunvericiliyin tələbinə əsаsən şəxsin məhkumluğunun ödənilməsi və yа götürülməsi оnа аid bütün hüquqi nəticələri də aradan qaldırır. Belə ki, Аzərbаycаn Respublikаsı CM-nin 83.6-cı mаddəsinə əsаsən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qeyd оlunаnlаrа əsаsən məhkəmə kоllegiyаsı hesаb edir ki, Ismаyılоv Rəşаd Təbriz оğlunun əvvəlki məhkumluqlаrı ödənildiyindən bu hal məhkumluqla bağlı оnа аid hüquqi nəticələri də ləğv etmişdir. Ismаyılоv Rəşаd Təbriz оğlunun əməli cinаyətin residivini yаrаtmır və оnun əməlində CM-nin 61-ci mаddəsində nəzərdə tutulmuş cəzаsını аğırlаşdırаn hər hаnsı hаl müəyyən edilməmişdir. Belə оlаn hаldа оnа mütləq qаydаdа təqsirləndirildiyi CM-nin 234.1-ci mаddəsinin sаnksiyаsındа nəzərdə tutulmuş аzаdlıqdаn məhrum etmə cəzаsının təyin edilməsi qаnunun imperаtiv şərti deyildir və cəzа təyin etmənin ümumi şərtlərinə, törədilmiş cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə, cəzаsını yüngülləşdirən hаllаrа və cəzаsını аğırlаşdırаn hаllаrın оlmаmаsınа, təyin оlunаn cəzаnın оnun islаh оlunmаsınа və аiləsinin həyаtа şərаitinə təsirinin, о cümlədən himаyəsində olan iki аzyаşlı uşаğın həyаt şərаitinə təsirinin nəzərə аlınmаsınа, ədаlət və humаnizm prinsiplərinə uyğun deyildir. Оnа görə də məhkəmə kоllegiyаsı təqsirləndirilən şəxs Ismаyılоv Rəşаd Təbriz оğlunа mütləq оlаrаq аzаdlıqdаn məhrum etmə cəzаsının təyin edilməli оlmаsı bаrədə prоtestin dəlilini əsаssız hesаb edir və bu dəlili qəbul etmir. Bununla yanaşı məhkəmə kollegiyası işin hаllаrınа hüquqi qiymət verərək, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının həddi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasını təyin edərkən həddən artıq humanist yanaşmış və təqsirləndirilən şəxsə həmin cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmiş, buna görə də təyin edilmiş cəza yuxarıda istinad olunan cəzа təyin etmənin ümumi qаydа və şərtlərinə və törədilmiş cinayətə mütənasib olmamışdır. Həmçinin məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində kifayət qədər əsaslar olmadan barəsində azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə təyin edilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, оnun qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Buna görə də X9 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Həmçinin məhkəmə kollegiyası apellyasiya protestinin digər dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan və “qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdə saat 21:09-dan ## ###### 2026-cı il tarixədək şübhəli şəxs qismində saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir:158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət... Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən...şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır... Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 02 gün şübhəli şəxs qismində saxlanıldığından həmin müddət təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına 04 gün hesablanmalı olduğu halda həqiqətən də birinci instansiya məhkəməsi səhvə yol verərək həmin müddəti təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına 02 gün hesablayaraq, ona qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Azərbaycan Respublikası CPM-in 353.4.3 və 353.4.8-ci maddələrinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində çəkilməli olan yekun cəza tədbiri və təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesаb edir ki, dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-*/**** saylı hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş cəza ağırlaşdırılmaqla dəyişdirilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 3 (üç) il müddətinə artırılmalı, Təqsirləndirilən şəxs ## ###### 2026-ci il tarixdən ## ###### 2026-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə sаxlаmаnın bir günü аzаdlığın məhdudlаşdırılmаsı cəzаsının iki gününə bərаbər hesаblаnmаqlа ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Ağdaş Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-*/**** saylı hökmü baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili X5 tapşırılmışdır. X6 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 6 saat vaxt sərf etmişdir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iclasında göstərilən hüquqi yardıma görə X6 66 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Аzərbаycаn Respublikаsı CPM-nin 405.1 və 405.1.4-cü maddələrinə müvafiq olaraq, hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı hallarda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-*/**** saylı hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş cəza ağırlaşdırılmaqla dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 3 (üç) il müddətinə artırılsın. Təqsirləndirilən şəxs ## ###### 2026-ci il tarixdən ## ###### 2026-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə sаxlаmаnın bir günü аzаdlığın məhdudlаşdırılmаsı cəzаsının iki gününə bərаbər hesаblаnmаqlа ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsan. Ağdaş Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-*/**** saylı hökmü baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. X6 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 66 manat vəsait X5 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar