Məhkəmə qərarları › İş №1(3-10)-139/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-139/2026

07.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-139/2026 07.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Niyazi oğlunun onun müdafiəçisi müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Niyazi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 228.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(075)-112/2025 ( sədrlik edən Ş.Cəfərova) nömrəli hökmü ilə, ## ###### 1961-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünə əsasən, CMin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş,Təqsirləndirilən şəxs Niyazi oğlunun CM-in 228.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək, o, CM-in 228.1- ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 237.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Niyazi oğluna qəti olaraq 1 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilərək, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu ## #### 2025-ci il tarixdən hesablanmasına,. Təqsirləndirilən şəxs Niyazi oğlunun Şəki rayon Narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınaraq, ona narkomaniyadan məcburi müalicə təyin edilməsinə, iş üzrə maddi sübut olan Şəki ŞRPŞ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs Niyazi oğlunun fərdi yaşayış evinin həyətyanı sahəsindəki mətbəxdən aşkar edilərək götürülmüş 01 ədəd ******* nömrəli 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keşmiş SSRİ dövlətində silah zavodunda 1981-ci ildə istehsal olunmuş “Kalaşnikov” konstrusiyalı AKS-74 modelli texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan, hissə və mexanimzləri üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavədəyişiklik edilməmiş yivli odlu silah hesab edilən 01 ədəd avtomat sihalı, “Kalaşnikov” konstrusiyalı avtomatların komplekt hissəsi olmaqla 30 ədəd 5,45 x39 mm kaliblrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz və istifadəyə yararlı vəziyyətdə olan 01 ədəd avtomat darağı, döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş 5,45 x 39 mm kaliblrli olmaqla həmin kalibrli “Kalaşnikov” konstrusiyalı silahların ştat patronları olan, atəş üçün yararlı 46 ədəd patronlar xüsusi müsadirə olunaraq və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməsinə, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs Niyazi oğlunun fərdi yaşayış evinin arxa hissəsindən aşkar edilərək götürülmüş 03 ədəd hündürlükləri 25 sm-dən 43 sm-dək, ümumi təmiz çəkiləri tədqiqata sərf edildikdən sonra 68,40 qram olan tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsinə, İş üzrə maddi sübut – 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmasına, İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 148.55 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Niyazi oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE00000000000002088501, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, büdcə səviyyə kodu 3, büdcə təsnifat kodu 142595, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməsinə, İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınmasına hökm edilmişdir İŞİN HALLARI: Təqsirləndirilən şəxs Niyazi oğlu qəsdən, qanunsuz olaraq yivli odlu silah, onun komplekt hissəsini, döyüş sursatlarını əldə etmə, saxlama, daşıma, gəzdirmə və qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda əkib xüsusi qulluq göstərməklə yetişdirərək kultivasiya etmə cinayət əməllərini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq ## #### 2025-ci il tarixdə, günorta saatlarında yaşadığı Şəki şəhəri, C.Hüseynov küçəsində tanışı, Oğuz rayon sakini şahid4 1000 (bir min) manat pul müqabilində aldığı 01 ədəd ******* nömrəli, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1981-ci ildə istehsal olunmuş, «Kalaşnikov» konstruksiyalı, AKS-74 modelli, texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan, hissə və mexanizmləri üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, yivli odlu silah hesab edilən 01 ədəd avtomat silahı, «Kalaşnikov» konustruksiyalı avtomatların komplekt hissəsi olmaqla, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadəyə yararlı vəziyyətdə olan 01 ədəd avtomat darağını, döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli «Kalaşnikov» konstruksiyalı silahların ştat patronları olan, atəş üçün yararlı 51 ədəd patronları əldə edib, daşımaqla ünvan 2 ünvanında yerləşən özünün yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki mətbəxdə stolun altında gizlətməklə saxlamış, ## #### 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki ŞəhərRayon Polis Şöbəsinin CABın, NMQ-nın və PPXB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 19:23 dəqiqədən etibarən videoçəkilişdən istifadə edilməkləünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki mətbəxə baxış keçirilən zaman mətbəxdəki stolun altındansellofan torbanın içərisindən həmin 01 ədəd ******* nömrəli, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1981-ci ildə istehsal olunmuş, «Kalaşnikov» konstruksiyalı, AKS-74 modelli, texniki cəhətdən saz və atəşüçün yararlı vəziyyətdə olan, hissə və mexanizmləri üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş yivli odlu silah hesab edilən 01 ədəd avtomat silahı, «Kalaşnikov» konustruksiyalı avtomatların komplekt hissəsi olmaqla, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadəyə yararlı vəziyyətdə olan 01 ədəd avtomat darağı, döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli «Kalaşnikov» konstruksiyalı silahların ştat patronları olan, atəş üçün yararlı 51 ədəd patronlar aşkar olunaraq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda əkilib-becərilməsi qadağan olunan tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib qəsdən, qanunsuz olaraq 2025-ci ilin aprel ayında ünvan 1 ünvanında yerləşən özünün yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində gizlətdiyi üç ədəd dibçəkdə özü istifadə etmək məqsədilə əkib xüsusi qulluq göstərib yetişdirərək kultivasiya etmiş, ## #### 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-ın, NMQ-nın və PPXB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin gün saat 19:23 dəqiqədən etibarən ünvan 1 ünvanında yerləşən həmin fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman fərdi yaşayış evinin arxa hissəsindən hər birində bir ədəd olmaqla üç ədəd dibçəkdə əkilmiş xeyli miqdarda, yəni 03 ədəd hündürlükləri 25 sm-dən 43 sm-dək, ümumi təmiz çəkiləri 68,70 qram olan aqrotexniki qaydada qulluq göstərilən və əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti verilmişdir. Apellyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı dövlət ittihamçısı2 verdiyi apellyasiya protestinin onunla əsaslandırnmışdır ki, Təqsirləndirilən şəxs Niyazi oğlu qəsdən, qanunsuz olaraq ## #### 2025-ci il tarixdə, günorta saatlarında yaşadığı Şəki şəhəri, C.Hüseynov küçəsində tanışı, Oğuz rayon sakini şahid4 1000 manat pul müqabilində aldığı 01 ədəd 5,45 mm kalibrli, "Kalaşnikov" konstruksiyalı, AKS-74 modelli avtomat silahı, həmin silahın komplekt hissəsi olan 01 ədəd avtomat darağı və döyüş sursatı hesab edilən 51 ədəd patronları əldə edib, daşımaqla yaşadığı evin həyətyanı sahəsindəki mətbəxdə stolun altında gizlətməklə saxlamışdır. ## #### 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 19:23-dən etibarən videoçəkilişdən istifadə edilməklə evə baxış keçirilən zaman mətbəxdəki stolun altından sellofan torbanın içərisindən həmin silah, daraq və patronlar aşkar olunaraq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən və vaxtda əkilib-becərilməsi qadağan olunan tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib qəsdən, qanunsuz olaraq 2025-ci ilin aprel ayında yaşadığı evin həyətyanı sahəsində gizlətdiyi üç ədəd dibçəkdə özü istifadə etmək məqsədilə əkib xüsusi qulluq göstərib yetişdirərək kultivasiya etmişdir. ## #### 2025-ci il tarixdə keçirilən əməliyyat tədbirləri nəticəsində evin həyətyanı sahəsinə baxış keçirilən zaman fərdi yaşayış evinin arxa hissəsindən hər birində bir ədəd olmaqla üç ədəd dibçəkdə əkilmiş, hündürlükləri 25 sm-dən 43 sm-dək, ümumi təmiz çəkiləri 68,70 qram olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Prokuror məhkəmə baxışı zamanı dövlət ittihamçısı qismində etdiyi çıxışda təqsirləndirilən şəxsin CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, CM-in 66.2-ci maddəsinə əsasən ona qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məhkəməyə təklif etmişdir. Lakin məhkəmə bu təklifi, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə almadan ona təqsirli bilindiyi maddələrlə və cinayətlərin məcmusu üzrə aşağı hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Protest müəllifi CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətli olması, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması gərəkliliyini, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, CM-in 58.1 və 58.3-cü maddələrinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edildiyini və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirinin nəzərə alınmalı olduğunu qeyd etmişdir. Appelyator "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarına istinad edərək, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsinin tövsiyə edildiyini bildirmişdir. Həmin Qərarın 1-ci hissəsinin 2 və 3-cü abzaslarına əsasən, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olması gerekdiyini, habelə cinayətin ictimai təhlükəliliyinin xarakterinin qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən, cinayətin ictimai təhlükəlilik dərəcəsinin isə onun törədilmə hallarına əsasən müəyyən edildiyini bildirmişdir. Prokuror təqsirləndirilən şəxsin törətdiyi CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bilavasitə obyektinin silah, döyüş sursatı, partlayıcı maddələr və partlayıcı qurğularla davranma sahəsində ictimai təhlükəsizlik, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insanın - fərdin sağlamlığı hesab olunmaqla, həmin cinayətlərin az ağır cinayətlər kateqoriyasına aid olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs silah, daraq və patronları qanunsuz olaraq əldə edərək saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmiş və başa çatdırmışdır. Bundan başqa, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini xeyli miqdarda kultivasiya edərək cinayət əməlini dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmiş və başa çatdırmışdır. Protest müəllifi cinayətkarlığa qarşı mübarizənin prioritet istiqamətlərindən birinin qanunsuz olaraq əldə edilmiş silah və sursatların müəyyən edilməsi və bu qəbildən olan cinayətlər törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi olduğunu, odlu silahlardan və döyüş sursatlarından istifadə edilməklə yeni - daha ağır cinayətlərin törədilməsi, onların ayrı-ayrı cinayətkar qrupların əlinə keçməsi ehtimalı nəzərə alınmaqla bu qəbildən olan cinayətlər törətmiş şəxslərə təyin edilən cəzanın həm də çəkindirmə xarakteri daşımalı, yəni digər şəxsləri belə cinayətlər törətməkdən çəkindirməli olduğunu bildirmişdir. Prokuror məhkəmə hökmündə təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə aldığını, lakin əvvəllər qəsdən cinayət törətdiyinə görə 2 dəfə məhkum edilmiş, islah olunmayaraq cəza çəkdiyi dövrdə qəsdən 2 müxtəlif cinayət əməli törədən şəxsin müsbət xarakterizə olunmasının nədə ifadə olunduğunu, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmənin hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin ##.##.2011-ci il tarixli hökmü ilə CM-in 234.2 və 237.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin ##.##.2025-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ##.##.2026-cı il tarixdə amnistiya aktı ilə cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə törətmişdir. O, sabit cinayətkar yönümlüdür, onda kriminal qətiyyət formalaşmışdır. Onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə sabit cinayətkar şəxsiyyəti ona təqsirli bilindiyi maddələrlə və cinayətlərin məcmusu ilə daha sərt cəza verilməsini zəruri etdiyi halda, məhkəmə qeyd olunanların əksinə, ona təqsirli bilindiyi maddələrlə və cinayətlərin məcmusu üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Əvvəllər qəsdən eyni qəbildən olan cinayət əməlləri törətdiyinə görə 2 dəfə məhkum edilmiş, sonuncu dəfə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və islah olunmamaqda israrlı olan şəxsə aşağı həddə azadlıqdan məhrum etmə növündə yüngül cəzanın təyin edilməsi cəmiyyətin maraqlarına xidmət etmir, təyin edilmiş yüngül cəza nə onun özünün islah olunmasına, nə də başqa şəxsləri cinayət törətməkdən çəkindirməyə xidmət etməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Niyazi oğlunun CM-in 228.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrlə və cinayətlərin məcmusu üzrə təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilməsini xahiş etdi . Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Niyazi oğlu və onun müdafiəçisii müdafiəçi1 apellyasiya protestinin dəlillər ilə razı olmadıqlarını və təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi haqqqında qərar qəbul edə bilər. İşdə olan Şəki Rayon Məhkəməsinin 1(075)-24/2025 ##.##.2025-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib. ona 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünə əsasən CMin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzası başa çatmamışdır. Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli sorğusuna cavab olaraq ünvanlanan ##.##.2025-ci il tarixli, ****/** nömrəli məktubunda Şəki Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Niyazi oğluna təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının ##.##.2025-ci il tarixədək çəkilməmiş qalan hissəsinin 1 (bir) il 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün olduğu, məhkum qeydiyyata alındığı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzadan 1 (bir) ay 26 (iyirmi altı) gününü çəkdiyi qeyd edilmişdir. Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin Şəki Rayon Məhkəməsinə ünvanladığı ##.##.2026-cı il tarixli *** nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarı tətbiq edilmiş və o, ##.##.2026-cı il tarixli amnistyanın tətbiq edilməsi ilə bağlı Şəki Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan azad edilmişdir. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Niyazi oğluna təyin edilmiş cəza hissəsində dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etsə də, cəza təyini zamanı cinayət qanununun ədalət, humanizm və cəzanın məqsədləri barədə normaları, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli * saylı Qərarının tələblərini rəhbər tutmamışdır.Təqsirləndirilən şəxsin şəxsiyyətini, onun sabit cinayətkar yönümünü və əvvəlki cəzasını çəkdiyi dövrdə yenidən qəsdən cinayətlər törətməsini adekvat qiymətləndirməyərək əmələ uyğun olmayan yüngül cəza təyin etmişdir. İş üzrə toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutların hüquqi qiymətləndirilməsi göstərir ki, təqsirləndirilən şəxsin təqsirliliyi tam, mötəbər və kifayət qədər sübutlarla təsdiq olunur. Şəki ŞRPŞ əməkdaşları tərəfindən videoçəkiliş tətbiq edilməklə keçirilmiş əməliyyat-baxış tədbiri zamanı mətbəxdən aşkar edilən 1 ədəd “Kalaşnikov” konstruksiyalı AKS-74 modelli odlu silah, avtomat darağı və 46 ədəd döyüş sursatı, habelə həyətyanı sahədən götürülmüş 3 ədəd dibçəkdə yetişdirilən 68,40 qram çətənə bitkiləri, müvafiq ekspertiza rəyləri və işin digər materialları Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsinin tələblərinə uyğun olaraq qanuni və qəbul edilən sübutlar balansını formalaşdırır. Bu sübutlar təqsirləndirilən şəxsin əməllərinin CM-in 228.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edildiyini birmənalı təsdiq edir. Dövlət ittihamçısının apellyasiya protestində irəli sürdüyü dəlillər qismən əsaslıdır və qüvvədə olan cinayət qanunvericiliyinə tam uyğundur. CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələbinə görə, təyin edilən cəza ədalətli olmalı, cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun gəlməklə həm də yeni cinayətlərin törədilməsinin qarşısını alan çəkindirici xarakter daşımalıdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirsə də, onun cəza çəkdiyi dövrdə yenidən iki fərqli cinayət törətməsini, onda kriminal qətiyyətin formalaşmasını adekvat nəzərə almamışdır. Xüsusilə, CM-in 228.1-ci maddəsi ilə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası əməlin ictimai təhlükəlilik dərəcəsinə adekvat olmayaraq həddindən artıq aşağı və yüngül müəyyən edilmişdir. Odlu silahların qanunsuz dövriyyəsi ümumi təhlükəsizliyə, ictimai asayişə birbaşa və ağır təhdid tərənnüm edir və bu növ cinayətlərə qarşı dövlətin cəza siyasəti çəkindirici rol oynamalıdır. Sabit cinayətkar yönümlü, əvvəllər iki dəfə məhkum olunmuş şəxsin döyüşə tam yararlı, zavod üsulu ilə istehsal edilmiş avtomat silahı və çoxsaylı döyüş sursatını gizli saxlamaqla törətdiyi əmələ görə sanksiyanın minimal həddinə yaxın cəza təyin edilməsi yolverilməzdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, CM-in 237.1-ci maddəsi ilə müəyyən edilmiş 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası törədilmiş əməlin xarakterinə, xeyli miqdarda olmasına (68,40 qram) və işin digər hallarına tam mütənasibdir, qanunvericiliyin tələblərinə cavab verir və bu hissədə cəzanın daha da ağırlaşdırılmasına zərurət yoxdur. Lakin CM-in 228.1-ci maddəsi üzrə cəzanın az təyin edilməsi ümumilikdə cinayətlərin məcmusu üzrə qəti cəzanın da ədalətsiz formalaşmasına səbəb olduğundan, hökmün cəza hissəsi dəyişdirilməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət mühakimə icraatı zamanı cəza təyinin ümümi əsaslarına toxunaraq qeyd edir ki,“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il ** saylı qərarının 2 və 3-cü bəndində göstərilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarın 48-ci bəndində qeyd edilir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Məhkəmə kollegiyası qeyd olunan hüquqi əsasları, cinayətlərin məcmusunu və şəxsin kriminal meylliliyini nəzərə alaraq, CPM-in 397.1, 397.2 və 398.1.4-cü maddələrini rəhbər tutaraq rəsmi və yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin hökmü cəza təyini hissəsində dəyişdirilməlidir. Təqsirləndirilən şəxs Niyazi oğluna CM-in 228.1-ci maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzası 1 il 6 aya qaldırılmalı, CM-in 237.1-ci maddəsi ilə təyin edilmiş mütənasib 1 il azadlıqdan məhrumetmə cəzası isə dəyişdirilmədən saxlanılmalı və CM-in 66.2-ci maddəsinə əsasən, bu cəzalar qismən toplamaq yolu ilə qəti olaraq 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası həddində formalaşdırılmaqla sosial ədalət bərpa olunmalıdır. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Niyazi oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 394, 397, 398, 407, 410cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(075)-112/2025 nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Niyazi oğluna təyin edilmiş cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Niyazi oğlunun təqsirli bilndiyi CM-in 228.1ci maddəsi ilə barəsində 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Niyazi oğluna CM-in 228.1-ci maddəsi ilə təyin edilmiş 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə CM-in 237.1ci maddəsinə əsasən təyin edilmiş 1 il müddətinə azadlıqdan mıəhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs Niyazi oğluna göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 6(altı) saat üçün 66(altmış altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar