Məhkəmə qərarları › İş №1(3-10)-142/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-142/2026

06.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-142/2026 06.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərov Anar Əlifağa oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov Imanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Dövlət ittihamçısı dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs yanında X2, Inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi nümayəndə2, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi1, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 barəsində olan Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs yanında X2, Inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə, ## #### 1975-ci il tarixdə ünvan 4 6 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan, evli, orta təhsilli, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Ismayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, ## ##### 2026-cı tarixdə saat 11:00 radələrində Bakı şəhəri Səbail rayonu ərazisində tutulmuş, fərdi indentifikasiya nömrəsi ******* təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 246-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində cinayət təqibinə xitam verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, ## ###### 1977-ci il tarixdə Goranboy rayonu Qaraçinar kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilmiş, fərdi indentifikasiya nömrəsi ******* təqsirləndirilən şəxs1 CM-in 246-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində cinayət təqibinə xitam verilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin maddi sübutların saxlanması üçün nəzərdə tutulmuş otağında saxlanılan əmək alətləri - 1 ədəd toxa, 2 ədəd düz bel, 1 ədəd əyri bel, 2 ədəd lom, 1 ədəd külüng, 1 ədəd çəkic, 1 ədəd generator və 1 ədəd pereferator dövlət nəfinə müadirə edilməsi, iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin maddi sübutların saxlanması üçün nəzərdə tutulmuş otağında saxlanılan, ## #### 2025-ci il tarixdə hadisə yerinə baxış keçirilən zaman götürülmüş 2 ədəd sınmış saxsı parçaları, ## #### 2025-ci il tarixdə həmin əraziyə əlavə baxış keçirilən zaman iki yerdən aşkar edilərək götürülmüş saxsı qab qırıqları, ## ##### 2025-ci il tarixdə həmin əraziyə əlavə baxış keçirilən zaman götürülmüş 02 ədəd dəyirman daşı hissələri və üzərində kufi əlifbası olması ehtimal edilən qrafika ilə yazı yazılmış daş Zərərçəkmiş şəxs yanında X2, Inkişafı və Bərpası üzrə Dövlət Xidmətinə təhvil verilməsi qərara alınmışdır. Işin halları: Verilmiş ittihama əsasən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, tamah niyyəti ilə dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidəsini qəsdən korlama cinayət əməlini törətmişdir. Belə ki, o, 2023-cü ilin avqust ayında dəfinə axtarmaq məqsədi ilə Ismayıllı rayonu ərazisində olan tarix və mədəniyyət abidələrini gəzən zaman Ismayıllı rayonu ərazisində, “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli, *** nömrəli Qərarı ilə ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət mühafizəsinə götürülmüş (Inventar №-si 1168) Lahıc-Basqal qəsəbələrinin arasında yerləşən, tarixi IX-XII əsrlərə aid Niyal qalası abidəsinin ərazisində dəfinə ola biləcəyini ehtimal edərək qeyd olunan ərazi haqqında məlumat toplamaqla ərazinin fotoşəkillərini çəkmiş, digər hazırlıq işləri görmüş və 2025-ci ilin yanvar ayının əvvəllərində arxeoloji abidələrdə dəfinə axtarmaqda təcrübəsi olduğunu bildiyi dostu təqsirləndirilən şəxs1 ilə görüşüb yuxarıda qeyd olunan arxeoloji abidə ərazisinin coğrafi relyefinə görə Ismayıllı rayonunun dağlıq ərazisində yerləşməsi, bu əsasla da ona nəzarətin zəif edildiyi barədə əldə etdiyi məlumatları onunla paylaşmaqla ölkə əhəmiyyətli arxeoloji abidə sayılan Niyal qalasının yerləşdiyi Ismayıllı rayonu Lahıc qəsəbəsindən şərqə doğru Mücü kəndi istiqamətində 5-6 km məsafədə dağlıq relyefdə 40.819138 və 48.398972 koordinatlarda yerləşən müşahidə məntəqəsində dəyərli əşyaları taparaq qazanc əldə etmək məqsədilə qanunsuz qazıntı işlərinin aparılmasını təklif etmiş və tamah niyyəti ilə təqsirləndirilən şəxs1la sövdələşib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişdir. Aralarında olan rol bölgüsünə əsasən və ərazidə qazıntı işlərinin mütəmadi aparılmasının təmin edilməsi üçün yağıntıların olmadığı məhz daha mülayim hava şəraitini seçib, qazıntını aparacaq şəxslərin qalmaları üçün təqsirləndirilən şəxs1 ilə birlikdə tarix və mədəniyyət abidəsinin yerləşdiyi ərazidə çadırdan sığınacaq quraşdırmış, eləcə də qazıntı işləri üçün toxa, bel, külüng, ling, çəkic, dələc (pereferator), generator, yanacaq və s. müxtəlif alət və vasitələr toplamaqla öz tədarüklərini görmüşlər. Bundan sonra, qazıntı işlərinə cəlb edəcəkləri şəxslərə növbəli nəzarətin təşkilini öz aralarında bölüşdürməklə qazıntı işlərini günəmuzd aparmaları üçün ## ###### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək müxtəlif tarixlərdə cinayətdən xəbərsiz olan şahid5, şahid6, şahid7, şahid11, şahid2, X4 və şahid4 fəaliyyətlərinin qanuni olduğuna və dəyərli əşya tapacaqları halda onlara əlavə pul mükafatı da verəcəklərinə inandıraraq Niyal qalası abidəsinin 40.819138 və 48.398972 koordinatlarda yerləşən müşahidə məntəqəsində qazıntı işlərinə cəlb etməklə dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrinin qorunması və mühafizəsini təmin edən ictimai münasibətlərə qəsdən zədə yetirməklə təqsirləndirilən şəxs1la birlikdə cinayətkar planın icrasına başlamış, ## #### 2025-ci il tarixədək qeyd olunan ərazidə qazıntı işlərinin aparılmasına nəzarət etməklə və bilavasitə təqsirləndirilən şəxs1la birlikdə özü də, qazıntı işlərində iştirak etməklə öz məqsədlərinə çatmaq məqsədilə tarixi və mədəni dəyərə malik ölkə əhəmiyyətli arxeoloji abidəyə qeyri-peşəkar müdaxilə nəticəsində 50 metr uzunluğunda və 20 metr enində sahə, yəni 1000 kvadratmetr ərazini zədələmiş, mədəni təbəqələri qarışdırmış, qala divarlarını və otaqların döşəməsini qazaraq dağıtmış, qala divarına bir neçə yerdən dəliklər açmış, qazıntılar zaman qarşılarına çıxmış saxsı məmulatlarını, daş kitabəni, dən daşını və su tünglərini sındırmış, tikilinin Qərb bürcünün hasarı boyunca 50 metr uzunluğunda qazıntı işləri gördürərək qalanın ön və arxa tərəfindən müvafiq olaraq 5,38 metr və 2 metr uzunluğunda divarını uçurtmuş bununla da, dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidəsi olan Niyal qalasının 40.819138 və 48.398972 koordinatlarda yerləşən müşahidə məntəqəsini qəsdən korlamışlar. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs2 CM-in 246-cı maddəsi ilə ittiham elan edilmişdir. Verilmiş ittihama əsasən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, tamah niyyəti ilə dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidəsini qəsdən korlama cinayət əməlini törətmişdir. Belə ki, o, 2025-ci ilin yanvar ayının əvvəllərində arxeoloji abidələrdə dəfinə axtarmaqda təcrübəsi olduğunu bildiyi dostu təqsirləndirilən şəxs2lə ilə görüşən zaman təqsirləndirilən şəxs2 ona təqdim etdiyi Ismayıllı rayonu ərazisində, “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli, *** nömrəli Qərarı ilə ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət mühafizəsinə götürülmüş (Inventar №-si 1168) Lahıc- Basqal qəsəbələrinin arasında yerləşən, tarixi IX—XII əsrlərə aid Niyal qalası abidəsi haqqında məlumat və fotoşəkillərlə tanış olmuş, həmin ərazinin coğrafi relyefinə görə Ismayıllı rayonunun dağlıq ərazisində yerləşməsi, bu əsasla da ona nəzarətin zəif edildiyini, arxeoloji abidə ərazisində dəfinə ola biləcəyini düşünərək ölkə əhəmiyyətli arxeoloji abidə sayılan Niyal qalasının yerləşdiyi Ismayıllı rayonu Lahıc qəsəbəsindən şərqə doğru Mücü kəndi istiqamətində 5-6 km məsafədə dağlıq relyefdə 40.819138 və 48.398972 koordinatlarda yerləşən müşahidə məntəqəsində dəyərli əşyaları taparaq qazanc əldə etmək məqsədilə qanunsuz qazıntı işlərinin aparılması barədə təqsirləndirilən şəxs2 təklifi ilə razılaşaraq tamah niyyəti ilə sonuncu ilə sövdələşib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişdir. Aralarında olan rol bölgüsünə əsasən və ərazidə qazıntı işlərinin mütəmadi aparılmasının təmin edilməsi üçün yağıntıların olmadığı məhz daha mülayim hava şəraitini seçib, qazıntını aparacaq şəxslərin qalmaları üçün təqsirləndirilən şəxs2 ilə tarix və mədəniyyət abidəsinin yerləşdiyi ərazidə çadırdan sığınacaq quraşdırmış, eləcə də qazıntı işləri üçün toxa, bel, külüng, ling, çəkic, dələc (pereferator), generator, yanacaq və s. müxtəlif alət və vasitələr toplamaqla öz tədarüklərini görmüşlər. Bundan sonra, qazıntı işlərinə cəlb edəcəkləri şəxslərə növbəli nəzarətin təşkilini öz aralarında bölüşdürməklə qazıntı işlərini günəmuzd aparmaları üçün ## ###### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək müxtəlif tarixlərdə cinayətdən xəbərsiz olan şahid5, şahid6, şahid7, şahid11, şahid2, X4 və şahid4 fəaliyyətlərinin qanuni olduğuna və dəyərli əşya tapacaqları halda onlara əlavə pul mükafatı da verəcəklərinə inandıraraq Niyal qalası abidəsinin 40.819138 və 48.398972 koordinatlarda yerləşən müşahidə məntəqəsində qazıntı işlərinə cəlb etməklə dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrinin qorunması və mühafizəsini təmin edən ictimai münasibətlərə qəsdən zədə yetirməklə təqsirləndirilən şəxs2 ilə cinayətkar planın icrasına başlamış, ## #### 2025-ci il tarixədək qeyd olunan ərazidə qazıntı işlərinin aparılmasına nəzarət etməklə və bilavasitə təqsirləndirilən şəxs2lə birlikdə özü də, qazıntı işlərində iştirak etməklə öz məqsədlərinə çatmaq məqsədilə tarixi və mədəni dəyərə malik ölkə əhəmiyyətli arxeoloji abidəyə qeyri-peşəkar müdaxilə nəticəsində 50 metr uzunluğunda və 20 metr enində sahə, yəni 1000 kvadratmetr ərazini zədələmiş, mədəni təbəqələri qarışdırmış, qala divarlarını və otaqların döşəməsini qazaraq dağıtmış, qala divarına bir neçə yerdən dəliklər açmış, qazıntılar zaman qarşılarına çıxmış saxsı məmulatlarını, daş kitabəni, dən daşını və su tünglərini sındırmış, tikilinin Qərb bürcünün hasarı boyunca 50 metr uzunluğunda qazıntı işləri gördürərək qalanın ön və arxa tərəfindən müvafiq olaraq 5,38 metr və 2 metr uzunluğunda divarını uçurtmuş bununla da, dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidəsi olan Niyal qalasının 40.819138 və 48.398972 koordinatlarda yerləşən müşahidə məntəqəsini qəsdən korlamışlar. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs1 CM-in 246-cı maddəsi ilə ittiham elan edilmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs yanında X2, Inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ittiham aktı üzrə müəyyən edilmiş 11 nəfər, zərərçəkmiş şəxsin nümayəndəsinin vəsatəti üzrə 1 nəfər şahidin məhkəmədə dindirilməsi həyata keçirilməmiş, məhkəmə Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının qeyd edilən cinayət işinə tətbiq edilə bilməsi halını araşdırmamış, bu barədə zərərçəkmiş şəxsin nümayəndəsinin etirazlarına məhəl qoymamışdır. Belə ki, Milli Məclisin sözügedən Qərarının 5.1-ci bəndində məhkəmələrin bu bəndi tətbiq edərkən Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətləri nəzərə almalı olduqları birbaşa göstərilmişdir. Qərarın 7-ci bəndinə əsasən, bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər (7.4-cü bənd), təhlükəli və ya xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum edilmiş şəxslər (7.5-ci bənd) barəsində bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi tətbiq edilmir. Iş materiallarına əsasən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Vahid Məlumat Bazasından götürülmüş məlumatlardan görünür ki, təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2011-ci il tarixli hökmü ilə CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasından vaxtından əvvəl azad edilmişdir. CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməl həmin Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. CM-in 83.3.4 və 83.4-cü maddələrinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs2 CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli qərarından görünür ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş yenidən CM-in 178.3.2-ci maddəsindəki əməli qəsdən törədərək cinayətlərin residivinə yol vermişdir. Bundan sonra, təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətmişdir. ## #### 2025-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Ismayıllı rayonu Lahıc qəsəbəsi yaxınlığında “Niyal qala” arxeoloji abidəsinin ərazisində qanunsuz qazıntı işlərinin aparılması, nəticədə abidənin qəsdən korlanılması faktına görə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 CM-in 246-cı maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi başlanılmışdır. Göründüyü kimi, Namiq Şahmaliyev residivist cinayətkardır və artıq 2 dəfədir ki, məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törədir. Məhkəmə bu halları nəzərə almamış, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 7-ci bəndindəki hallara nəzər yetirməmişdir. Bundan əlavə, həmin Qərarının 7.4-cü bəndinə əsasən bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslərə 5.1-ci bənd tətbiq edilmir. Qeyri-peşəkar müdaxilə nəticəsində Şirvanşahlar dönəminə aid tarixi abidənin strukturuna böyük ziyan dəymişdir. Qala divarına bir neçə yerdə dəliklər açılmış, bu da gələcəkdə tarixi tikilinin tamamilə dağılmasını sürətləndirə bilər. Iş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X2, Inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional Idarəsi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, ** nömrəli məktubdan görünür ki, Niyal qalasında aparılmış qanunsuz qazıntı işləri zamanı abidəyə dəymiş ziyanın miqdarının müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan tarixi üçün misilsiz mənəvi əhəmiyyətə malik Niyal qalasında aparılmış qanunsuz qazıntı işləri zamanı abidəyə dəymiş ziyan hesablanmayacaq dərəcədə böyük əhəmiyyətə malikdir. Məhkəmə qeyd edilən məsələni araşdırmamış, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin tətbiq edilməsi üçün əhəmiyyətli hal olan ziyan məsələsinə münasibət bildirməmiş, təqsirləndirilən şəxslər tərəfindən yol verilən cinayət əməlinin nəticəsində dövlətə dəymiş ziyanla bağlı məsələni diqqətsiz qoymuşdur. Göstərilənlərə əsasən, Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarının ləğv edilməsini və təqsirləndirilən şəxslərin cinayətin törədilməsində təqsirli bilinmələri və barələrində cəza tədbirinin tətbiq edilməsinə dair ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs yanında X2, Inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və təqsirləndirilən şəxslərin cinayətin törədilməsində təqsirli bilinmələri və barələrində cəza tədbirinin tətbiq edilməsinə dair ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya şikayətinin təmin edilməməsini və Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi1 şikayətin təmin edilməməsini və Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi2 şikayətin təmin edilməməsini və Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs yanında X2, Inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(***)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi CPM-in 125, 144 və 145-ci maddələrinin tələbləri baxımından işdəki mötəbər sübutlаrа, о cümlədən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin nümayəndələrinin ifаdələrinə və sаir mötəbər sübutlаrа istinаd edib оnlаrа hüquqi qiymət verərək, qanuni və əsaslı olaraq təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1nа “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci bəndini tətbiq etməklə оnların CM-in 246-cı mаddəsi ilə cinаyət məsuliyyətindən аzаd etmiş və iş üzrə icrааtа xitаm vermişdir. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs2 ona CM-in 246-cı maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilmiş, əməlindən peşman olmuş, barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının müvafiq bəndi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs1 ona CM-in 246-cı maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilmiş, əməlindən peşman olmuş, barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının müvafiq bəndi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs yanında X2, Inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi nümayəndə2 ifadəsində göstərmişdir ki, qanunsuz olaraq qazıntı işləri aparılmış və korlanaraq dağıdılmış tarixi arxeoloji abidə “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli, *** nömrəli Qərarı ilə ölkəəhəmiyyətli arxeoloji abidə kimi dövlət mühafizəsinə götürülmüş (Inventar №-si 1168) Lahıc-Basqal kəndlərinin arasında yerləşən, tarixi IX—XII əsrlərə aid Niyal qalası abidəsinin 40.819138 və 48.398972 kordinatlarda yerləşən müşahidə məntəqəsidir. Həmin müşahidə məntəqəsinə Dövlət Xidmətinin Qəbələ regional idarəsinin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Həmin tarixi abidə dağıdılmışdır. Təxmini olaraq 50 metr uzunluğunda 20 metr enində, yəni 1000 m2 ərazi zədələnmiş, həmçinin təxmini ölçüləri 5 və 2 metr olan qala divarı uçmuşdur. Bundan başqa qala divarlarının bəzi hissələrində divarları dəlinməklə içəriyə daxil olmağa cəhd olunmuşdur ki, həmin hissələrdə də tarixi abidə geridönülməz şəkildə korlanmışdır. Tarixi mənbələrə əsasən abidənin ərazisində xüsusi dəyərə malik olan maddi mədəniyyət nümunələrinin olması ehtimalı çoxdur. Lakin konkret olaraq həmin şəxslərin oradan xüsusi dəyərə malik hər hansı bir əşya tapıb-tapmaması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 onların barələrində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmələrinə dair ərizələrinin təmin edilməsinə qəti şəkildə etitraz edir. Tələbi təqsirləndirilən şəxslərin barəsində qanuni tədbirin görülməsi və onların cəzalandırılmasıdır. Iş materiallarında olan: - ## #### 2025-ci il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, R X6 tərəfindən CM-in 183.2.1, 183.2.3, 246 və 314.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. Cinayət işinin başlanmasına səbəb 2025-ci ilin yanvar-mart aylarında təqsirləndirilən şəxs2 və qeyriləri tərəfindən Ismayıllı rayonu Lahıc qəsəbəsi yaxınlığında yerləşən “Niyal qala” tarix və mədəniyyət abidəsinin ərazisində xüsusi dəyəri olan əşyaların tapılaraq talanması məqsədilə orada qanunsuz qazıntı işlərinin aparılması barədə ## #### 2025-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Ismayıllı rayon şöbəsindən Ismayıllı rayon prokurorluğuna daxil olmuş məlumat, əsas isə həmin məlumat əsasında toplanmış materialda dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidəsinin qəsdən korlanması, səhlənkarlıq, xüsusi dəyəri olan əşyaların talanması faktına dəlalət edən şübhələrin mövcudluğu olmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” ## #### 2026-cı il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs2 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 246-cı maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” ## #### 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə CM-in 246-cı maddəsi ilə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” ## #### 2026-cı il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs1 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 246-cı maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” ## #### 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə CM-in 246-cı maddəsi ilə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” ## #### 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yanında X2, Inkişafı və Bərpası üzrə Dövlət Xidməti hüquqi şəxs kimi zərərçəkmiş şəxs qismində tanınmışdır. - Zərərçəkmiş şəxs yanında X2, Inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ regional idarəsi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, ** nömrəli məktubdan görünür ki, qanunsuz qazıntı aparılan və mədəni təbəqəsi dağıdılan tarix-mədəniyyət abidəsi IX-XVIII əsrlərə aid Niyal qala abidəsidir. Ismayıllı rayonu, Lahic qəsəbəsi yaxınlığında yerləşən Niyal qala abidəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli *** nömrəli “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi (inventar № ****) dövlət qeydiyyatına götürülmüşdür. Abidə dövlət tərəfindən qorunur. - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X2, Inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ regional idarəsi tərəfindən verilmiş 04 iyul 2025-ci il tarixli, ** nömrəli məktubdan görünür ki, Niyal qalasında aparılmış qanunsuz qazıntı işləri zamanı abidəyə dəymiş ziyanın miqdarının müəyyən edilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Vahid Məlumat Bazasından götürülmüş məlumatdan görünür ki, təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2011-ci il tarixli hökmü ilə CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasından “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının ## ####### 2017-ci il tarixli Qanuna əsasən azad edilmişdir. - Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-**/**** nömrəli hökmündən görünür ki, təqsirləndirilən şəxs2 CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. - Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Vahid Məlumat Bazasından götürülmüş məlumatlardan görünür ki, təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edib onlara hüquqi qiymət verərək, hesab edir ki, mübahisələndirilən qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, təqsirləndirilən şəxslərə amnistiya aktı tətbiq etməkdə səhvə yol verməmişdir. Məhkəmə kоllegiyаsı həmçinin hesаb edir ki, birinci instаnsiyа məhkəməsi tərəfindən hаqlı оlаrаq təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə onlar CM-in 246-cı maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. CM-in 246-cı mаddəsinə əsasən, dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (## ###### 2025-ci il tarixli, ***-VIIQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər). CM-in 15.2-ci mаddəsinə əsаsən, həmin Məcəllənin 246-cı mаddəsində nəzərdə tutulmuş cinаyət böyük ictimаi təhlükə törətməyən cinаyətlər kаteqоriyаsınа аiddir. Аzərbаycаn Respublikаsı Milli Məclisinin “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci bəndində göstərilir ki, məhkəmələr icrааtındа оlаn bu Qərаr qüvvəyə mindiyi günədək bаxılmаmış cinаyət işləri və məhkəməyədək sаdələşdirilmiş icrааt mаteriаllаrı üzrə bu Qərаrın 1.1.-1.16cı bəndlərində nəzərdə tutulmuş şəxslər, hаbelə böyük ictimаi təhlükə törətməyən cinаyət törətmiş şəxslər bаrəsində cinаyət təqibinə xitаm verir və yа həmin şəxsləri təyin edilmiş cəzаdаn аzаd etməklə itttihаm hökmü çıxаrırlаr (bu Qərаrın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə аlınmаqlа). Həmin Amnistiya aktının 19 və 19.5-ci bəndlərinə əsasən, amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların Icrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. Həmin Amnistiya aktının 24-cü bəndinə əsasən, birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Iş mаteriаllаrındаn görünür ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 оğlu “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Аzərbаycаn Respublikаsı Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin təsiri altına düşmür. Eyni zаmаndа, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 оğlu birinci instаnsiyа məhkəməsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Аzərbаycаn Respublikаsı Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarını оnlara tətbiq etməklə оnlar bаrəsində CM-in 246-cı maddəsilə cinаyət təqibinə xitаm verilməsinə etiraz etməmiş, rаzılıqlarını bildirmişlər. Аzərbаycаn Respublikаsı Milli Məclisinin “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Qərarının 9-cu hissəsinə əsаsən, bu qərаrın 1-3-cü hissələri аmnistiyа аktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsаsındа məhkum edilmiş, həmçinin həmin tаrixədək qüvvəyə minmiş məhkəmə qərаrlаrı əsаsındа cəzа təyin edilmiş və yа şərti məhkum edilmiş, cəzаsının çəkilməsi təxirə sаlınmış, şərti оlаrаq vаxtındаn əvvəl аzаd edilmiş, hаbelə bu Qərаr qüvvəyə mindiyi günədək çıxаrılаrаq аmnistiyа аktı qəbul edildikdən sоnrа qüvvəyə minmiş hökmlər əsаsındа məhkum edilmiş şəxslər bаrəsində tətbiq edilir. CPM-in 39.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs yanında X2, Inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi nümayəndə2 аpellyаsiyа şikаyətində göstərdiyi dəlillərə hüquqi qiymət verərək hesаb edir ki, аpellyаsiyа şikаyətinin dəlilləri əsаssızdır və həmin şikayət təmin edilə və Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv edilə bilməz. Məhkəmə kоllegiyаsı hesab edir ki, hаzırkı iş üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 əməlində cinayətin təhlükəli residivinin olmasına və təqsirləndirilən şəxslər tərəfindən maddi ziyanın ödənilməməsinə görə onlar bаrəsində amnistiya aktının tətbiq edilməli olmamasına dair zərərçəkmiş şəxsin nümayəndəsinin аpellyаsiyа şikаyətində göstərdiyi dəlillər əsаssızdır. Məhkəmə kollegiyası təqsirləndirilən təqsirləndirilən şəxs2 əməlində cinayətlərin təhlükəli residivinin olması ilə bağlı apellyasiya şikayətinin dəlilini yoxlayaraq müəyyən etmişdir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2011-ci il tarixli hökmü ilə CMin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” ## ####### 2017-ci il tarixli Qanuna əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. X1 Cinayətlər Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmü ilə yenidən CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin # ### 2023-cü il tarixli qərarı ilə isə şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmişdir. CM-in 18.2-ci maddəsində təhlükəli residivin şərtləri, 18.4.1-ci maddəsində isə residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərin nəzərə alınmadığı təsbit edilmişdir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən isə ağır cinayətə görə məhkum olunmuş şəxsin məhkumluğu cəzanın çəkilib qurtardığı gündən altı il keçdikdə ödənilmiş hesab edilir. Iş materiallarından görünür ki, təqsirləndirilən şəxs2 ## ###### 2018-ci ildə cəzadan azad edilmiş, həmin hökm üzrə məhkumluğu ## ###### 2024-cü ildə ödənilmişdir. Hazırkı iş üzrə ona istinad edilən CM-in 246-cı maddəsində nəzərdə tutulmuş əməl ## ###### 2025-ci ildə törədilmişdir. Bundan başqa, həmin cinayət CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və CM-in 18.4.1-ci maddəsinə görə residivin müəyyən edilməsində nəzərə alınmır. Buna görə də təqsirləndirilən şəxs2 əməlində cinayətlərin təhlükəli residivi mövcud deyildir. Məhkəmə kollegiyası “təqsirləndirilən şəxslər tərəfindən maddi ziyanın ödənilməməsinə görə onlar bаrəsində amnistiya aktının tətbiq edilməli olmamasına dair” apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X2, Inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ regional idarəsi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli məktubdan görünür ki, Niyal qalasında aparılmış qanunsuz qazıntı işləri zamanı abidəyə dəymiş ziyanın miqdarının müəyyən edilməsi mümkün olmamışdır. Bu isə onu göstərir ki, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanın konkret məbləği müəyyən edilməmişdir. Amnsitiya aktında nəzərdə tutulmuş “vurulmuş maddi ziyanın ödənilməsi” şərti yanlız ziyanın mövcudluğu və məbləği müəyyən edildiyi hallarda tətbiq oluna bilər. Hazırkı iş üzrə isə səlahiyyətli dövlət orqanın rəsmi məktubu ilə abidəyə dəymiş ziyanın məbləğinin müəyyən edilməsinin mümkün olmadığı təsdiq olunduğundan, təqsirləndirilən şəxslərin müəyyən edilməmiş ziyanı ödəməmələri amnistiya aktının tətbiqinə maneə kimi qiymətləndirilə bilməz. Odur ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslər barəsində amnistiya aktını tətbiq etməsi qanuni və əsaslı olmuşdur. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs yanında X2, Inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi2, təqsirləndirilən şəxs1 məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 tapşırılmışdır. Müdafiəçi müdafiəçi2 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırkı işin baxılması ilə bağlı müdafiəçi cəmi 5 saat vaxt sərf etmişdir. Müdafiəçi müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırkı işin baxılması ilə bağlı müdafiəçi cəmi 5 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli, ** nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46950" \o "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi"Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası HYPERLINK "https://eqanun.az/framework/46945" \o "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi"Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilsin. Odur ki, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 məhkəmə kollegiyası iclasında göstərilən hüquqi yardıma görə 55 manat məbləğində pul müdafiəçilər müdafiəçi1 və müdafiəçi2 hər birinə ayrı-ayrılıqda ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs yanında X2, Inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 məhkəmə kollegiyası iclasında göstərilən hüquqi yardıma görə 55 manat məbləğində pul müdafiəçilər müdafiəçi1 və müdafiəçi2 hər birinə ayrı-ayrılıqda ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar