Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-143/2026 14.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Anar Əlifağa oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, 1(091)-205/2025 (sədrlik edən G.Aşurova) nömrəli hökmü ilə, ## ###### 1971-ci il tarixdə İsmayıllı rayonunun Quşencə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, İsmayıllı rayonunun Quşencə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X22 saxlanılan Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs qəsdən xuliqanlıq niyyətilə sağlamlığa sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan ağır zərər vurmuşdur. Belə ki, o, ## ###### 2025-ci il tarixdə, saat 20 radələrində sərxoş vəziyyətdə İsmayıllı rayonunun Quşencə kəndində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi çayxanaya gəlib orada digər müştərilərin gözü qarşısında yüksək səslə nalayiq ifadələr işlətdiyindən və orada olan şəxslərin istirahətinə mane olduğundan, həmin gün saat 22 radələrində çayxanada olan şəxslərin çağırışı ilə onu sakitləşdirmək üçün çayxanaya gələn Zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlətməsini irad tutaraq kafedən çıxıb getməsini bildirmiş, o, Zərərçəkmiş şəxslə söz mübahisəsi edərək öz hərəkətlərini davam etdirib sonuncu ilə birlikdə çayxanadan çölə çıxaraq təqribən 50 metr aralaşdıqdan sonra Zərərçəkmiş şəxs ona irad tutmasını cüzi səbəb kimi bəhanə edib heç bir əsaslı səbəb olmadan nalayiq ifadələr işlədərək xuliqanlıq niyyəti ilə, yəni öz şəxsiyyətini başqalarının şəxsiyyətinin fövqündə qoyub heç bir əsaslı səbəb olmadan, öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək üzərində gəzdirdiyi istintaqla müəyyən edilməyən kiçik ölçülü bıçağı çıxarıb qəflətən Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən bir dəfə vuraraq sonuncuya sağ qaş, qaşarası, burun, sol gözaltı, sol almacıq və sol yanaq nahiyələrini əhatə edən iri ölçülü kəsilmiş yaranın kobud çapığı kimi vaxt keçdikcə bərpa olunmayan, geridönməz, cərrahi müdaxilə (kosmetik əməliyyat) olmadan aradan qaldırılması mümkün olmayan, izisilinməz olmaqla sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə müdafiəçisi olduğu Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 6 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, həmin hökmü tam olaraq əsassız, uydurma və ədalətsiz hesab etdiyini bildirmişdir. Məhkəmə araşdırmasının ancaq ittiham orqanının təqdim etdiyi sübutlar üzərində dayandığını, iş üzrə müdafiə tərəfinin təqdim etdiyi sübutlara heç bir əhəmiyyət verilmədiyini, təqsirləndirilənin zərərçəkmiş şəxslə barışdığını, bununla bağlı notarial qaydada ərizə və məhkəmə istintaqı zamanı onun ev dustaqlığına buraxılması üçün vəsatət və ərizələrinə, zərərçəkmişin xahişlərinə belə məhəl qoyulmadığını, istintaq orqanının qərəzli və maddi maraqlarının təmin olunmaması müqabilində vermiş olduğu ağır maddə üzrə ittihama uyğun olaraq təqsirləndirilən şəxsə ən ağır cəzanın təyin edildiyini qeyd etmişdir. Müdafiəçi məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən qərəzli olaraq CMin 126.2.4-cü maddəsi ilə tövsif edildiyini bildirdiyini, əslində həmkəndlisinin ona qarşı törədiyi əməlində CM-in 128-ci maddəsinin tərkibinin olduğunu, onunla barışdığını və əməlin tövsifinin CM-in 126.2.4-cü maddəsindən 128-ci maddəsinə dəyişdirilməsini, onların barışdıqlarını nəzərə alaraq Təqsirləndirilən şəxs məsuliyyətdən azad edilərək iş üzrə icraata xitam verilməsini dəfələrlə xahiş etdiyini bildirmişdir. Həmçinin zərərçəkmiş şəxsin öz vəsatətlərinin birində xəsarəti ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilmiş ##.##.2025-ci il tarixli ***/MEŞ nömrəli rəyi ilə qətiyyən razı olmadığını bildirdiyini, o, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X9 İsmayıllı rayon Şöbəsindən verilmiş məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli ** nömrəli rəyinə əsasən ona yetirilmiş xəsarətin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vurmaya aid olduğunu və həmin rəyə uyğun olaraq Təqsirləndirilən şəxs yalnız Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bildiyini qeyd etdiyini bildirmişdir. Müdafiəçi qeyd olunan cinayət işi ilə bağlı iki fərqli və ziddiyyətli ekspert rəyinin olması, hadisənin üzərindən 2 aydan artıq müddət keçdikdən sonra hansı zərurətdən irəli gəlməsinin məhkəmə tərəfindən heç cürə aydınlaşdırılmadan işin yenidən təkrar ekspertizaya göndərilməsi, həmin xəsarət sağaldığı halda təkrar ekspert rəyi ilə xəsarətin izisilinməzlik kimi qeyd olunması və istintaq orqanının isə öz subyektiv fantaziyası və düşüncəsinə uyğun olaraq xəsarətin "eybəcərləşdirilmə" kimi qiymətləndirməsi, məhkəmənin isə bütün bunlara göz yumaraq sadəcə tez-tələsik formada şəxsi azadlıqdan məhrum edərək ona ağır cəza təyin etməsinin onu göstərdiyini bildirmişdir ki, əslində məhkəmə istintaq orqanının düşüncə sərhədlərindən o tərəfə keçə bilməmiş, hüququn humanizm, ədalət, obyektiv həqiqət prinsiplərinə əməl etməmişdir. Məhkəmə yalnız hüququn neqativ hesab edilən cəzalandırma prinsipindən istifadə etmiş, verdikləri heç bir vəsatəti təmin etməmiş, rəylərlə bağlı qeyd edilən məsələni aydınlaşdırmamış və gələcəkdə bu kimi halların yenidən təkrarlanaraq təqsirsiz insanların törətmədikləri əmələ görə daha ağır norma ilə cəzalandırılması praktikası və analogiyasının əsasını qoymuşdur. Hətta adi gözlə belə aşkar şəkildə görünən (şahid ifadələrinin istintaq tərəfindən saxtalaşdırılması, onlara öz ifadələri ilə tanış olmağa imkan verilməməsi, imzaların və qələmlə yazılan sözlərin şahidlərə məxsus olmaması faktının aşkar edilməsi və s.) böyük pozuntulara rəğmən istintaq orqanı barəsində də heç bir cəza tədbiri görülməmişdir. Müdafiəçi qeyd olunan hökmdə nəinki humanizm prinsipini, ümumiyyətlə hüquq sistemində və sosial həyatda ədalətin bərqərar olması üçün əks olunmuş heç bir pozitiv prinsip və yanaşmanın tətbiq edildiyinin şahidi olmadıqlarını, əksinə, məhkəmənin qeyd olunan hökmü ilə sadəcə istintaq orqanının ortaya qoyduğu ədalətsizliklərə və qeyrihumanist yanaşmalara göz yummaqla nayinki kifayətlənmədiyini, hətta həmin hallara hüquqi don geyindirərək şəxsin azadlıq hüququnu əlindən aldığını bildirmişdir. Hökm "əsaslandırılarkən" Təqsirləndirilən şəxs ailə vəziyyəti, nə sosial statusu, yaşı, şəxsiyyəti, zərərçəkmişin xəsarətə və təqsirləndirilənin əməlinə, sonradan verilmiş rəyə olan münasibəti, verilmiş rəylə razılaşmaması, şəxsin əməlinin istintaq orqanı tərəfindən düzgün tövsif olmadığı ilə bağlı rəsmi müraciəti nəzərə alınmamış və məhkəmə tərəfindən xəsarətlə bağlı verilmiş ziddiyyətli ekspert rəyləri düzgün qiymətləndirilməmişdir. Hansı marağa görə istintaq orqanının 2 aydan artıq bir müddət ərzində şəxsin xəsarəti ilə bağlı birdən-birə təkrar ekspertiza təyin etməsi və bu zərurətin haradan doğması qaranlıq qalmışdır. Məhkəmə isə qeyd olunan məsələlərin üzərindən sükutla keçərək işi yarı-yarımçıq yekunlaşdırmağa çalışmış və tələsik olaraq ittiham hökmü çıxartmışdır. Müdafiəçi bununla da həmçinin şəxsin ədalətli məhkəmə araşdırılması hüququnun pozulduğunu hesab etmişdir. Zərərçəkmiş şəxs dəfələrlə məhkəmə proseslərində iştirak etmiş, onun üz nahiyəsində hər hansı bir eybəcərləşmənin, izisilinməz çapıq və yara izinin olmaması hakimlərin özlərini də çox təəccübləndirmiş, hətta eynək taxaraq zərərçəkmişin üzündə qeyd olunan əlamətləri axtarsalar da onu aşkar edə bilməmişdirlər. Lakin sonda absurd bir ittiham hökmünün çıxarılması heç cürə başadüşülən deyildir. Odur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 6 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərdə tutan Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmünün ləğv edilməsini, onun əməlinin CM-in 126.2.4-cü maddəsindən dəyişdirilərək CMin 128-ci maddəsinə tövsif edilməsini və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilməklə iş üzrə icraata xitam verilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 hökmün qanuni, əsaslı və ədalətli olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi hökmün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən, yəni CM-in 128-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, ## ###### 2025-ci il tarixdə Zərərçəkmiş şəxs İsmayıllı rayonunun Quşencə kəndində işlətdiyi kafeyə gedərək orada siqaret çəkmişdir. Kamal ona yaxınlaşaraq kafedə siqaret çəkməyə icazə olmadığını bildirmiş, o da kafedən bayıra çıxmışdır. Həmin vaxt o, spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə olduğundan Kamal onu evə yola salmaq istəmişdir. Həmin vaxt aralarında çəkişmə olmuş və o, Kamalı vuranda avtomobilin açarı onun üzünə dəymişdir. Bundan sonra o, çıxıb getmişdir. Təxminən bir saat sonra polis əməkdaşları yaşadığı evə gələrək onu polis şöbəsinə aparmışlar. O, həmin vaxt ümumiyyətlə söyüş söyməmişdir. Hadisə günü evdə 300 ml spirtli içki qəbul etmiş, ardınca da kafedə bir-iki bakal pivə içmişdir. O, kafeyə gedərkən Kamal orada olmamış, Kamalı sonradan çağırmışlar. Kamalı o, kafedə hər hansı narahatçılıq yaratdığına görə çağırmamışlar. Kamal ondan siqaret çəkməməsini istəmiş və buna görə aralarında mübahisə yaranmışdır. O, Kamal gələnə qədər kafedə siqaret çəkməmiş, sonuncu gəldikdən sonra siqaret çəkmişdir. Həmin vaxt üzərində bıçaq olmamışdır. Mübahisə çayxanadan çöldə baş vermişdir. Həmin vaxt əlində açar olmuş və o, bilmədən həmin açarla Kamala xəsarət yetirmişdir. Brelokda həm avtomobilin açarı, həm də dırnaq tutan olmuşdur. Açar “Vaz 2106” markalı avtomobilin açarı olmuşdur. Ola bilər ki, Kamalın üzünə dırnaq tutan dəymişdir. O, həmin vaxt Kamalın üz nahiyyəsindən qan gəldiyini görməmiş, əgər görsə idi özü onu xəstəxanaya aparardı. Hadisə vaxtı onun huşu özündə olmuş, özünü idarə edə bilmişdir. Məhkəmə-tibbi ekspertizanın rəyi ilə razı deyil, Zərərçəkmiş şəxs üzündəki xəsarət izisilinməz deyil. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs göstərmişdir ki, o, İsmayıllı rayonunun Quşencə kəndində kafe işlədir. Hadisə baş verən gün kafedə olan Vasif adlı müştəri ona zəng edərək Təqsirləndirilən şəxs kafenin daxilində siqaret çəkmək qadağasına riayət etməyərək qapalı məkanda siqaret çəkməsi və içkili vəziyyətdə söyüş söyməsi barədə məlumat vermişdir. O, həmin vaxt başqa yerdə olmuş və olduğu yerdən kafeyə getmişdir. O, Təqsirləndirilən şəxslə söhbət edərək qapalı məkanda siqaret çəkməyin qadağan olduğunu, kiçik kabinetdə siqaret çəkə biləcəyini bildirmiş, amma sonuncu onun sözlərini düzgün anlamamış və içkili olduğuna görə ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs iki dəfə onu vurmağa cəhd etmiş, ikinci dəfə onun cəhdi baş tutmuş və o, hansısa bir cismin onun üzünü cızdığını hiss etmişdir. Səhv etmirsə Təqsirləndirilən şəxs ona açarla xəsarət yetirmişdir. Xəsarəti ilə bağlı xəstəxanada ona yaranın 7-8 ay müddətinə sağalacağını və daha sonra əməliyyat olunacağını bildirmişlər. Hadisə çayxanadan təxminən 100 metr aralıda baş vermişdir. O, Ariflə çölə çıxandan sonra heç kim onların arxasınca gəlməmişdir. Təqsirləndirilən şəxs sərxoş olduğundan ayaq üstə dayana bilməyərək aşdığı üçün o, sonuncunu evinə göndərmək istəmişdir. Təqsirləndirilən şəxs yerə yıxılanda o, sonuncunu yerdən qaldırmış, həmin zaman Arif əlindəki açarla ona iki dəfə xəsarət yetirməyə çalışmış və ikinci dəfədə zərbə üzünə dəymişdir. Onlar bir-birilərinə qarşı nalayiq ifadələr işlətməmişlər və bir-birilərini təhqir etməmişlər. O, kafeyə gələndən sonra Təqsirləndirilən şəxs kafedə hər hansı nalayiq ifadələr işlətməsinin şahidi olmamışdır. Qardaşı Kamran kafedə olsa da onu oraya qardaşı Kamran deyil, Vasif adlı müştəri çağırmışdır. O, Arifin əlində bıçaq görməmiş, səhv etmirsə sonuncunun əlində avtomobil açarı olmuşdur. Aldığı xəsarət nəticəsində üzündə yaranmış izlə bağlı kompleks yaşamır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs şikayətçi olsa da hazırda onunla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, İsmayıllı rayonunun Quşencə kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, kafel ustasıdır. Həmçinin İsmayıllı rayonunun Quşencə kəndində çayxana işlədir. Çayxananı icarə əsasında işlədir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, həmkəndli kimi tanıyır, onunla münasibətləri normaldır, aralarında heç bir düşmənçilik və ədavət yoxdur. ## ###### 2025-ci il tarixdə saat 20 radələrində o, yaşadığı evdə olmuş, həmin gün yorğun olduğundan kafeyə getməyi düşünmüşdür. Saat 21 radələrində qardaşı şahid3 ona zəng edərək çayxanada həmkəndlisi Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə nalayiq ifadələr işlətdiyini bildirmiş və onun ora gələrək Arifi sakitləşdirməsini istəmişdir. O da evdən çıxıb çayxanaya getmiş, çayxanada Arifin çayxanada olan otaqların birində qardaşı Kamranla birlikdə oturduğunu görmüşdür. O, Arifdən nə üçün nalayiq ifadələr işlətdiyini soruşmuş, sonuncu isə onun ünvanına da nalayiq ifadələr işlətmişdir. Arif, sərxoş olduğundan o, Arifin söyüşünə cavab verməmişdir. Arif şığıyaraq onun üstünə hücum çəkmiş, lakin qardaşı Kamran Arifin qarşısını kəsmişdir. Arif isə onun üstünə hücum çəkməyə və onu nalayiq ifadələrlə təhqir etməyə davam etmişdir. Onlar Arifi sakitləşdirməyə çalışsalar da sonuncu heç bir səbəb olmadan öz hərəkətlərini davam etdirmişdir. Arif onunla təklikdə söhbət etmək istədiyini bildirmiş, o, da buna etiraz etməmiş və qardaşı Kamrandan da onların yanına gəlməməyi tələb etmişdir. Onlar çayxanadan çıxıb təxminən 50 metr aralaşmışlar. Onlar yan-yana gedərkən Arif anidən ona yumruq vurmaq istəmiş, o isə yumruq zərbəsindən yayınmışdır. Həmin vaxt Arif yerə yıxılmışdır. Onun Ariflə dava etmək fikri olmamışdır. O, Arifin qolundan tutub ayağa qaldırmışdır. Bu vaxt gözləmədiyi anda Arif onun sifət nahiyyəsinə kəsici alətlə zərbə endirmişdir. O, əlini üzünə tutmuş və qan axdığını hiss etmişdir. O, oradan qaçaraq uzaqlaşmış və yaxınlıqdakı bulağa tərəf getmişdir. Onu hazırda xatırlamadığı həmkəndliləri görərək nə baş verdiyini soruşmuşlar, o da Arifin onun üzünə bıçaqla xəsarət yetirdiyini bildirmişdir. O, bulaqda üzünü yusa da qan kəsilməmişdir. Ətrafına hazırda xatırlamadığı bir neçə nəfər həmkəndlisi toplaşmışdır. Həmin şəxslərin köməyi ilə qanın kəsilməsi üçün sifətini parça ilə bağlamışdır. Sifət nahiyyəsindən axan qan kəsilmişdir. Bundan sonra o, çayxanaya getmiş və təcili tibbi yardımın gəlməsini gözləmişdir. Bir qədər sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər. Daha sonra isə təcili tibbi yardımla İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına gəlmişlər. Sifətində olan kəsik izinə baxarkən daxili narahatlıq hissi keçirir, həmin izin silinməyəcəyini düşündüyü üçün cəmiyyət içinə çıxmaqda çətinlik çəkir. Bu səbəbdən cinayət törətmiş şəxsin ən ağır maddələrlə məsuliyyətə cəlb edilməsini xahiş edir (cild 1, iş vərəqə 54-56) Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 göstərmişdir ki, o, çayxanaya gedəndə Təqsirləndirilən şəxs də orada olmuşdur. Kafenin daxilində siqaret çəkilməyə icazə verilmədiyi halda Təqsirləndirilən şəxs siqaret çəkmişdir. Buna görə müştərilərdən biri onun qardaşı Kamala zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra Kamal çayxanaya gələrək Təqsirləndirilən şəxs siqaret çəkməməsini xahiş etmiş, sonuncu da razılaşaraq çölə çıxmışdır. Kamal da Təqsirləndirilən şəxs xətrinə dəydiyini düşünərək üzrxahlıq etmək üçün onun arxasınca çölə çıxmışdır. Onlar çölə çıxdıqdan təxminən 20 dəqiqə sonra səs-küy eşitmiş və dərhal çölə çıxmışdır. O, çölə çıxdıqdan sonra qardaşı Kamalın pis vəziyyətdə olduğunu görərək dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etmişdir. O, hadisənin necə baş verdiyini görməmişdir. O, çayxanaya daxil olanda hər hansı xoşagəlməz bir halla rastlaşmamış və Təqsirləndirilən şəxs söyüş söydüyünü eşitməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs içkili olsa da özünü idarə edə bilmişdir. Təqsirləndirilən şəxs pivə istədikdə işçi nisyə pivə verilmədiyini demiş, daha sonra onun qardaşı Kamala zəng etmişlər, Kamal da pivənin verilməsini demişdir. Qardaşı Kamal gəldikdən sonra Təqsirləndirilən şəxslə onun arasında hər hansı xoşagəlməz hal baş verməmişdir. O, Təqsirləndirilən şəxs cibində bıçaq və ya hər hansı kəsici alət olduğunu görməmişdir. Şahid şahid3 birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Şahid şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fəhləçiliklə məşğul olmaqla dolanışığını təmin edir. Qardaşı Zərərçəkmiş şəxs İsmayıllı rayonunun Quşencə kəndində çayxana işlədir. Boş vaxtlarında da həmin çayxanada qardaşına kömək edir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, həmkəndli kimi tanıyır. Onunla münasibətləri normaldır, aralarında heç bir düşmənçilik və ədavət yoxdur. ## ###### 2025-ci il tarixdə saat 20 radələrində o, çayxanaya getmiş və həmin vaxt Təqsirləndirilən şəxs də orada olduğunu görmüşdür. Təqsirləndirilən şəxs yüksək səslə danışaraq müştərilərin istirahətini pozmuş, habelə nalayiq ifadələr işlətmişdir. O, Arifi bir neçə dəfə sakitləşdirməyə çalışsa da sonuncu, ona məhəl qoymadan yenidən öz hərəkətlərini davam etdirmişdir. Həmin vaxt qardaşı Kamal evdə olmuşdur. O, Arifin sərxoş olduğunu və öz hərəkətlərinə davam etdiyini görüb saat 21 radələrində qardaşına zəng edərək çayxanada həmkəndlisi Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə nalayiq ifadələr işlətdiyini, müştəriləri narahat etdiyini bildirmiş və çayxanaya gələrək Arifi sakitləşdirməsini istəmişdir. Kamal bir neçə dəqiqə sonra çayxanaya gələrək Təqsirləndirilən şəxs nə üçün nalayiq ifadələr işlətdiyini soruşmuşdur, Təqsirləndirilən şəxs də qardaşı Kamalın ünvanına nalayiq ifadələr işlətmiş, amma Arif sərxoş olduğundan Kamal onun söyüşünə cavab verməmişdir. Arif şığıyaraq Kamalın üstünə hücum çəkmiş, lakin o, Arifin qarşısını kəsmişdir. Arif uca səslə çayxanada Kamalın ünvanına söyüşlər söymüş, onun üstünə gələrək vurmağa çalışmış, lakin o, buna imkan verməmişdir. Arif Kamalla birlikdə çölə çıxmış, o da onların arxasınca çölə çıxmışdır. Onlar bir qədər aralaşmışlar, o isə onların arxasınca getməmişdir. Təxminən iki-üç dəqiqə sonra çayxanada olan şəxslərin qaçaraq bulağa tərəf getdiyi görərək nə baş verdiyini soruşmuş və ona Arifin Kamalı bıçaqla vurduğunu demişlər. Həmin vaxt Arif çayxananın qarşısında saxladığı “Vaz 2106” markalı avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs avtomobilə əyləşərkən Kamalın ünvanına nalayiq ifadələr işlətmişdir. O, qaçaraq Kamalın yanına getdikdə onun sifət nahiyyəsindən qan axdığını və sifətində kəsik izinin olduğunu görmüşdür. Hazırda xatırlamadığı həmkəndliləri ora toplaşaraq Kamala ilk tibbi yardım etmişlər. O, Daxili İşlər Nazirliyinin “102” xidmətinə və X8 zəng etmişdir. Bir qədər sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər (cild 1, iş vərəqə 119-122) Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 göstərmişdir ki, o, Nail Əhmədovla birlikdə çayxanada çay içərkən Zərərçəkmiş şəxs içəri daxil olmuş və çayxanada siqaret çəkməyin qadağan olduğunu deyərək bununla bağlı Təqsirləndirilən şəxs iradını bildirmişdir. Bundan sonra onlar çölə çıxmışlar. O, çöldə nə baş verdiyini görməmişdir. Bir qədər sonra onlar siqaret çəkmək üçün çölə çıxanda Zərərçəkmiş şəxs sifətinin qan olduğunu görmüşlər. O, Təqsirləndirilən şəxs söyüş söydüyünü eşitməmişdir. X12 arasında hər hansı münaqişə baş verməmiş və onlar mehriban şəkildə çölə çıxmışlar. Kamalı çayxanaya kimin çağırdığını bilmir. Təqsirləndirilən şəxs cibində bıçaq daşıyıbdaşımaması barədə onun məlumatı yoxdur Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 oxşar məzmunlu ifadə verərək həmkəndlisi şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahidlər şahid2 və şahid1 məhkəmədə verdikləri ifadələri ilə məhkəməyədək icraat zamanı verdikləri ifadələr arasında ziddiyyət olduğundan həmin ifadələr məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Şahid şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs həmkəndli kimi uzun müddətdir ki, tanıyır, münasibətləri normaldır, aralarında düşmənçilik və ədavət yoxdur. Təqsirləndirilən şəxs Ziyaxan oğlunu da uzun müddətdir ki, həmkəndli kimi tanıyır, onunla da münasibətləri normaldır. Zərərçəkmiş şəxs İsmayıllı rayonunun Quşencə kəndində çayxana işlədir. ## ###### 2025-ci il tarixdə, saat 19 radələrində o, kəndlərində yerləşən Kamalın işlətdiyi çayxanaya getmişdir. Həmin vaxt Kamal özü çayxanada olmamış, Kamalın qardaşı Kamran isə çayxanada olmuşdur. O, ora gedəndə Təqsirləndirilən şəxs çayxanada olmuş və yüksək səslə danışaraq nalayiq ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs onu və digər müştəriləri narahat etmişdir. O Təqsirləndirilən şəxs bir qədər yavaş danışmasını və nalayiq ifadələr işlətməməsini bildirmiş, sonuncu isə buna məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişdir. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğundan o, sonuncuya təkrarən irad bildirməmişdir. şahid3 Arifi bir neçə dəfə sakitləşdirməyə çalışsa da sonuncu Kamrana da məhəl qoymadan öz hərəkətlərini davam etdirmişdir. Kamran qardaşı Kamala zəng edərək çayxanada həmkəndlisi Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə nalayiq ifadələr işlətdiyini, müştəriləri narahat etdiyini demiş və çayxanaya gələrək Arifi sakitləşdirməsini istəmişdir. Kamal bir neçə dəqiqə sonra ora gələrək Arifdən nə üçün nalayiq ifadələr işlətdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs Kamalın ünvanına nalayiq ifadələr işlətmişdir. Arif, sərxoş olduğundan Kamal onun söyüşünə cavab verməmişdir. Arif şığıyaraq Kamalın üstünə hücum çəkmiş, lakin Kamran Arifin qarşısını kəsmişdir. Arif Kamalla birlikdə çölə çıxmışdır. O və Kamran da onların arxasınca çölə çıxmışlar. Kamalgil bir qədər aralaşmışlar, onlar isə Kamalgilin arxasınca getməmişlər. Təxminən 5 dəqiqə sonra çayxanada olan şəxslərin qaçaraq bulağa tərəf getdiyi görmüşdür. O, nə baş verdiyini soruşduqda ona Arifin Kamalı bıçaqla vurduğunu bildirmişlər. Həmin vaxt Arif çayxananın qarşısında saxladığı “Vaz 2106” markalı avtomobilə əyləşərək oradan uzaqlaşmış və həmin vaxt da Kamalın ünvanına nalayiq ifadələr işlətmişdir. O, qaçaraq Kamalın yanına getdikdə onun sifət nahiyyəsindən qan axdığını və sifətində kəsik izinin olduğunu görmüşdür. Hazırda xatırlamadığı həmkəndliləri ora toplaşaraq Kamala ilk tibbi yardım etmişlər. Kamran Daxili İşlər Nazirliyinin “102” xidmətinə və X8 zəng etmişdir. Bir qədər sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər (cild 1, iş vərəqə 135-138) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid1 oxşar məzmunlu ifadə verərərək həmkəndlisi şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 1, iş vərəqə 142-144). İsmayıllı Rayon Polis Şöbəsinin məsul növbətçisi Nicat Mirzəyev tərəfindən yazılmış ## ###### 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 21:54-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmətindən məlumat daxil olmuşdur ki, İsmayıllı rayonu Quşencə kənd sakini Zərərçəkmiş şəxs 055-618-95-96 mobil nömrəsindən zəng edərək İsmayıllı rayonu Quşencə kəndində kafeyə sərxoş vəziyyətdə gələn şəxsin bıçaqla qardaşının üzünü yaralaması barədə məlumat vermişdir (cild 1, iş vərəqə 2). Hadisə yerinə baxış keçirilməsi haqqında ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri İsmayıllı rayonunun Quşencə kəndinin ərazisində yerləşən adsız çayxananın yaxınlığıdır, çayxanadan hadisə yerinə 50 metr məsafə vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs hadisə baş verən yeri göstərərək Təqsirləndirilən şəxs adlı həmkəndlisinin həmin yerdə onun sifət nahiyəsindən bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 4-6). Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs həmin gün orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. O, həmin vaxt dəqiq hərəkətləri (dəmir pulu döşəmədən qaldırmaq, gözləri qapalı vəziyyətdə barmağının ucunu burnuna toxundurmaq və s) yerinə yetirə bilməmiş, səndələmişdir (cild 1, iş vərəqə 9) Məhkəmə-tibbi ekspertizasının ## ###### 2025-ci il tarixli ** nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət- üzün (sifətin) sol yarısının yarası deşici-kəsici alətin (ola bilsin bıçağın) kəsici təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən, həmçinin Zərərçəkmiş şəxs qeyd etdiyi ##.##.2025-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vurmaya aiddir. Rəyin təsviri hissəsindən görünür ki, Zərərçəkmiş şəxs müayinə zamanı bildirmişdir ki, ##.##.2025-ci il tarixdə Arif adlı şəxs bıçaqla onu vuraraq xəsarət yetirmişdir (cild 1, iş vərəqə 67-69). Məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli, ***/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət - sağ qaş, qaşarası, burun, sol gözaltı, sol almacıq və sol yanaq nahiyələrini əhatə edən iri ölçülü kəsilmiş yaranın kobud çapığı iti kənarlı alətin (əşyanın), ola bilsin ki, bıçağın tiyəsinin kəsərinin təsirindən müayinədən (##.##.2025-ci il) təxminən 2-3 ay əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən ##.##.2025-ci il tarixdə törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş sağ qaş, qaşarası, burun, sol gözaltı, sol almacıq və sol yanaq nahiyyələrini əhatə edən iri ölçülü kəsilmiş yaranın kobud çapığı vaxt keçdikcə bərpa olunmur, geridönməzdir və onu aradan qaldırmaq üçün cərrahi müdaxiləyə (kosmetik əməliyyat) ehtiyac yaranır, bu səbəbdən qeyd olunan xəsarət izisilinməz xəsarətlərə aid edilir. Zərərçəkmiş şəxs müayinə zamanı bildirmişdir ki, Arif adlı şəxs bıçaqla üz nahiyəsindən bir dəfə zərbə endirmişdir. Şikayəti posttravmatik kobud çapıqlardan və sifətində olan assimmetriyadandır (cild 1, iş vərəqə 149-154) Məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli ** nömrəli rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində, eləcə də baş nahiyəsində xəsarətin hər hansı bir obyektiv əlaməti (qançır, sıyrıq, yara və s) aşkar edilməmişdir (cild 1, iş vərəqə 70-71). “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X9 ##.##.2025-ci il tarixli 18- *-**/*-***/** nömrəli məktubundan görünür ki, İsmayıllı rayonu Quşencə kəndində qeydiyyatda olan və yaşayan ##.##.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın Poliklinika şöbəsinin “Ruhi-əsəb” və “Dəri-Zöhrəvi” kabinetlərində dispanser qeydiyyatda yoxdur, ##.##.2022-ci il tarixdən narkoloji kabinetində qeydiyyatdadır (cild 1, iş vərəqə 107). İbtidai istintaq zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 190-192). Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması haqqında ## ##### 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi yeri əyani olaraq bilavasitə göstərməklə ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərqə 145-148). Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında ## ### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yeri əyani olaraq bilavasitə göstərməklə ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 193-196). Əməliyyat tapşırığına verilmiş ## ##### 2025-ci il tarixli cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, İsmayıllı rayonunun Quşencə kənd sakini Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə, saat 20 radələrində sərxoş vəziyyətdə İsmayıllı rayonunun Quşencə kəndində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi çayxanaya gəlib orada digər müştərilərin gözü qarşısında yüksək səslə nalayiq ifadələr işlətdiyindən və orada olan şəxsləri narahat etdiyi üçün, həmin gün saat 22 radələrində Zərərçəkmiş şəxs çayxanaya gələrək onu sakitləşdirməyə çalışmış, lakin Təqsirləndirilən şəxs onunla söz mübahisəsi edərək Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş, onlar çayxanadan çölə çıxaraq təxminən 50 metr aralaşan kimi Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs sifət nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Mübahisə Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətməsi səbəbindən baş vermiş, sonuncu nalayiq ifadələr işlətməsini ona irad bildirən Zərərçəkmiş şəxs səbəbsiz olaraq üzərində gəzdirdiyi bıçaqla vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçağı tapmaq mümkün olmamış, lakin onun üzərində mütəmadi olaraq kiçik ölçülü cib bıçağının olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında əvvəllər hər hansı mübahisə olmamış və onlar arasında düşmənçilik və ədavətin olması müəyyən edilməmişdir. Hadisə baş verən obyektdə və ya obyektin yaxınlığında müşahidə kameraları müəyyən edilməmişdir. Hadisə baş verən çayxanada şahid3, şahid2 və şahid1 olduğu müəyyən edilmiş, başqa kimlərin olmasını müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 134). Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı notarial qaydada təsdiq olunmuş ## ### 2025-ci il tarixli ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir maddi və başqa tələbləri, şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır (cild 1, iş vərəqə 203) İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Quşencə kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs orta təhsillidir, heç bir siyasi mənsubiyyəti yoxdur. Kolxozçu ailəsində dünyaya gəlmiş Təqsirləndirilən şəxs Quşencə kəndində yaşadığı müddətdə onun barəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyə yazılı və ya şifahi ərizə və şikayət daxil olmamışdır. Ailəlidir, 5 övladı var (cild 1, iş vərəqə 199) İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Quşencə kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsi tərəfindən verilmiş ## ### 2025-ci il tarixli, *** nömrəli arayışından, eləcə də Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ##.##.1997-ci il təvəllüdlü Qarayev İlkin Arif oğlu, ##.##.2005-ci təvəllüdlü Qarayev İlkanə Arif qızı, ##.##.2007-ci il təvəllüdlü X5, ##.##.2009-cu il təvəllüdlü X6, ##.##.2015-ci il təvəllüdlü X2 adlı biri azyaşlı, biri yetkinlik yaşına çatmayan olmaqla ümumilikdə beş övladı var (cild 1, iş vərəqə 198) “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X9 ##.##.2025-ci il tarixli 18- *-**/*-*-****-**- ****/** nömrəli arayışından görünür ki, ##.##.1997-ci il təvəllüdlü Qarayev İlkin Arif oğlu həqiqətən xəstəxananın “ruhi-əsəb” kabinetində “orta dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən davranış pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatdadır və ikinci dərəcəli əlildir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından, eləcə də müvafiq hökm və qərardan görünür ki, Təqsirləndirilən şəxs: - İsmayıllı Rayon Məhkəməsinin ##.##.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76-cı maddəsi tətbiq edilməklə cəzadan 2 il 1 ay 28 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş; - İsmayıllı Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ## ######## 2014-cü il tarixdə Qobustan Rayon Məhkəməsinin qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, ##.##.2015-ci il tarixdə cəza müddəti qurtardığı üçün qeydiyyatdan çıxarılmış; - İsmayıllı Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1 və 188.1-ci maddələri ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ##.##.2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş 6 ay 4 günlük hissəsindən azad edilmiş, amnistiya aktına əsasən cəzadan azad edilməsi ona təyin edilmiş narkomaniyadan məcburi müalicə başa çatdıqdan sonra tətbiq edilmiş, ## #### 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır (cild 1, iş vərəqə 108-110, 111-115, 116-118). Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməlin CM-in 126.2.4-cü maddəsi ilə tövsif edilməsi işin faktiki hallarına, toplanmış və məhkəmə istintaqı zamanı bilavasitə tədqiq edilmiş sübutların məcmusuna tam uyğundur və dəyişdirilməyə əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin əsas dəlili olan əməlin CM-in 126.2.4-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilməsi tələbini yoxlayarkən qeyd edir ki, birinci instansiya məhkəməsi zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs bədən xəsarətinin xarakterini müəyyən edərkən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X9 ##.##.2025-ci il tarixli, ***/MEŞ nömrəli rəyinə əsaslanmışdır. Həmin rəydə qeyd olunmuş sağ qaş, qaşarası, burun, sol gözaltı, sol almacıq və sol yanaq nahiyələrini əhatə edən iri ölçülü kəsilmiş yaranın kobud çapığının vaxt keçdikcə bərpa olunmayan, geridönməz və yalnız cərrahi müdaxilə yolu ilə aradan qaldırıla biləcəyinə dair ekspert nəticəsi izisilinməzlik əlamətinin obyektiv tibbi meyarlarla təsdiqlənməsi deməkdir. Məhkəmə kollegiyası bu nəticəni işdə olan digər sübutlarla, o cümlədən hadisə yerinə baxış protokolu, ifadələrin yerində yoxlanılması protokolları və şahid ifadələri ilə qarşılıqlı əlaqədə qiymətləndirərək, onun qanuna uyğun və elmi cəhətdən əsaslandırılmış olduğu qənaətinə gəlir. Müdafiə tərəfinin ##.##.2025-ci il tarixli, ** nömrəli ilkin ekspert rəyinə istinad edərək xəsarətin yüngül dərəcəli zərər vurmaya aid edilməsi barədə dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, iki ekspert rəyi arasındakı fərq özlüyündə sonrakı rəyin etibarsızlığına dəlalət etmir, əksinə, xəsarətin sağalma prosesi başa çatdıqdan sonra əldə edilmiş ***/MEŞ nömrəli rəy xəsarətin son və dəyişməz nəticəsini, yəni onun izisilinməz xarakterini daha dəqiq əks etdirir. Bu baxımdan təkrar ekspertizanın təyin edilməsi qanunsuz və ya əsassız hesab edilə bilməz, belə ki, xəsarətin son nəticəsinin (çapığın formalaşmasının) müəyyən müddət ərzində aydınlaşması tibbi-bioloji baxımdan təbii prosesdir və bu, istintaq orqanının qərəzliliyinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Zərərçəkmiş şəxslə barışma və notarial qaydada tərtib olunmuş barışıq ərizəsinə əsaslanan dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməl ağır cinayət kateqoriyasına aid olduğundan və ictimai təhlükəlilik dərəcəsi yüksək olduğundan, zərərçəkmiş şəxslə barışma faktı CM-in müvafiq normalarına əsasən cinayət məsuliyyətindən azad olunma və ya icraata xitam verilməsi üçün müstəqil əsas kimi çıxış edə bilməz. Barışma faktı yalnız cəza təyin edilərkən yüngülləşdirici hal kimi nəzərə alına bilər, bu isə birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada qiymətləndirilmişdir. Təqsirləndirilən şəxsin əməlinin xuliqan niyyəti ilə ictimai qaydalara açıq etinasızlıq nümayiş etdirməklə törədildiyi barədə birinci instansiya məhkəməsinin nəticəsi məhkəmə kollegiyası tərəfindən tam əsaslı hesab edilir. Belə ki, iş materiallarında toplanmış sübutların məcmusu, xüsusilə də hadisənin bilavasitə şahidi olmuş şəxslərin ifadələri, təqsirləndirilən şəxsin hərəkətlərinin heç bir real, obyektiv və əsaslı səbəbə söykənmədiyini, əksinə, onun sərxoşluq vəziyyətindən və ətrafdakılara qarşı nümayiş etdirdiyi hörmətsizlikdən qaynaqlandığını birmənalı təsdiqləyir. Belə ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və ziddiyyət aşkar edildiyi üçün məhkəmədə elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə çayxanaya gəldikdən sonra sərxoş vəziyyətdə yüksək səslə nalayiq ifadələr işlətmiş və bununla da müştərilərin normal istirahətinə açıq şəkildə mane olmuşdur. Bu fakt, zərərçəkmiş şəxsin qardaşı, şahid şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə ilə tam üst-üstə düşür; belə ki, sonuncu da göstərmişdir ki, təqsirləndirilən şəxs yüksək səslə danışaraq müştərilərin istirahətini pozmuş, nalayiq ifadələr işlətmiş və onun bu hərəkətlərinə dəfələrlə etiraz edilməsinə baxmayaraq, təqsirləndirilən şəxs özbaşınalığına davam etmişdir. Şahid şahid3 ifadəsindən daha da aydın olur ki, məhz onun qardaşı Kamalı çağırması ilə hadisəyə müdaxilə cəhdi edilmiş, lakin təqsirləndirilən şəxs bu müdaxiləyə də adekvat reaksiya verməmiş, əksinə, Zərərçəkmiş şəxs ünvanına da nalayiq ifadələr işlətməyə başlamış və hətta ona qarşı hücum təşəbbüsündə olmuşdur. Bu davranış modeli, təqsirləndirilən şəxsin cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına və davranış qaydalarına qarşı sistemli və şüurlu etinasızlığının bariz göstəricisidir və heç bir halda təsadüfi və ya kortəbii xarakterli hərəkət kimi qiymətləndirilə bilməz. Bu vəziyyət şahidlər şahid2 və şahid1 ibtidai istintaq zamanı verdikləri, bir-birinin məzmununu tam təkrarlayan və qarşılıqlı təsdiqləyən ifadələri ilə də əlavə olaraq təsdiqini tapır. Belə ki, hər iki şahid müstəqil şəkildə göstərmişdir ki, təqsirləndirilən şəxs çayxanaya daxil olduğu andan etibarən yüksək səslə danışaraq nalayiq ifadələr işlətmiş, bu isə təkcə zərərçəkmiş şəxsin deyil, çayxanada olan digər müştərilərin də narahatçılığına səbəb olmuşdur. Şahidlərin bu ifadələri təqsirləndirilən şəxsin davranışının məhz konkret bir şəxsə qarşı deyil, ümumilikdə ictimai qaydalara və çayxanada olan bütün şəxslərin hüquqlarına qarşı yönəlmiş olduğunu göstərir ki, bu da xuliqanlıq əməlinin əsas subyektiv əlaməti olan ictimai qaydalara açıq etinasızlığın mövcudluğunu təsdiqləyir. Xüsusilə vurğulanmalıdır ki, çayxanadan çölə çıxdıqdan sonra baş vermiş hadisələr məhz həmin ilkin davranışın məntiqi davamı kimi qiymətləndirilməlidir. Belə ki, zərərçəkmiş şəxsin ifadəsindən göründüyü kimi, o, çayxanada yaranmış vəziyyəti sakitləşdirmək məqsədilə təqsirləndirilən şəxslə xüsusi söhbət etmək istəmiş və bu niyyətlə birlikdə çölə çıxmışlar. Lakin təqsirləndirilən şəxs, ona qarşı göstərilən bu xoş münasibətə baxmayaraq, heç bir əsaslı səbəb olmadan, sadəcə olaraq zərərçəkmişin ona nalayiq ifadələr işlətməsi barədə irad tutmasını bəhanə edərək qəflətən ağır zorakılıq aktı törətmişdir. Bu ardıcıllıq, yəni çayxanadakı ilkin özbaşınalıqdan tutmuş küçədə baş vermiş zorakılıq aktına qədər olan bütün proses, təqsirləndirilən şəxsin bir andan digərinə keçən təsadüfi təsir altında deyil, davamlı və şüurlu xuliqan davranış xətti üzərində hərəkət etdiyini əyani şəkildə göstərir. Beləliklə, şahidlərin ibtidai istintaq zamanı verdikləri və sonradan məhkəmədə elan olunaraq tədqiq edilmiş ifadələrinin bir-biri ilə məzmun etibarilə üst-üstə düşməsi, təsadüfi uyğunluq kimi deyil, məhz hadisələrin real gedişatının obyektiv əksi kimi qiymətləndirilməlidir. Bu ifadələrin məcmusu, təqsirləndirilən şəxsin əməlinin xuliqan niyyətlə, yəni şəxsiyyətini başqalarının şəxsiyyəti fövqündə qoymaqla, əsassız bəhanədən istifadə edərək və ictimai qaydalara açıq etinasızlıq nümayiş etdirməklə törədildiyi barədə birinci instansiya məhkəməsinin hüquqi qiymətləndirməsinin düzgünlüyünü bir daha təsdiq edir və bu baxımdan apellyasiya şikayətində irəli sürülən əks dəlillər əsassız hesab edilməlidir. Cəzanın növü və həddi məsələsinə gəldikdə, məhkəmə kollegiyası CM-in 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinin tələblərindən çıxış edərək qeyd edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən onun əvvəllər dəfələrlə məhkum olunmasını ağırlaşdırıcı hal kimi, zərərçəkmişlə barışmasını isə yüngülləşdirici hal kimi düzgün qiymətləndirmiş və bu əsasda tərtib olunmuş cəza kifayət qədər fərdiləşdirilmişdir. Belə ki, təqsirləndirilən şəxsin 2002, 2010 və 2019-cu illərdə dəfələrlə cinayət məsuliyyətinə cəlb edilməsi faktı onun davranışının sistemli xarakter daşıdığını göstərir və bu, cəzanın həddinin müəyyən edilməsində əsaslı çəkiyə malikdir. Müdafiə tərəfinin istintaq orqanının qərəzliliyi, sübutların saxtalaşdırılması və prosessual pozuntular barədə dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu iddialar konkret və yoxlanıla bilən sübutlarla təsdiqlənməmiş, ümumi xarakter daşıyan mülahizələr olaraq qalmışdır. İş materiallarında olan istintaq hərəkətlərinin protokolları, o cümlədən üzləşdirmə və ifadələrin yerində yoxlanılması protokolları qanunun tələblərinə uyğun tərtib edilmiş və prosessual qaydaların pozulması ilə bağlı heç bir obyektiv əlamətə rast gəlinməmişdir. Belə olan halda, məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxs X10 təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. CM-nin 4-cü maddəsinə əsasən Cinayət Məcəlləsi qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır — cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Ədalət» anlayışı bu kontekstde proporsionallıq ideyasını özündə daşıyır: cəza nə artıq yüngül, nə də artıq ağır olmamalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın bu üç məqsədi — sosial ədalət, islah, xəbərdarlıq — bir-biri ilə üzvi bağlılıqda olub, məhkəmənin cəza seçərkən nəzərə almalı olduğu fundamental tələbləri müəyyən edir. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinde nəzərdə tutulmuş hədlerde ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi bu tələblərin hamısına riayət etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cinayət törətmiş şəxs barəsinde daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud məhkəmənin istinad etdiyi ağırlaşdıran hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini artıran hallara aid olmasın. Halbuki bu işdə belə bir vəziyyət mövcud deyildir. Bütün bu əsaslara görə məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 oğluna məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə müdafiəçi1 4 saat üçün 44 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsinde nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. .
Məhkəmə qərarları › İş №1(3-10)-143/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-143/2026
14.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver