Məhkəmə qərarları › İş №1(3-10)-146/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-146/2026

10.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-146/2026 10.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Səmədov Xəqani Hacı oğlunun sədrliyi və məruzəsi ilə, Eyvazov Akif Məhərləm oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R X1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ucar Rayon Məhkəməsinin (hakim Xəyal Bədəlov) ## ##### 2026-cı il tarixli, *(***)- **/**** nömrəli hökmü ilə, ## ##### 1998-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olan, Ucar şəhəri, Oğuz küçəsi bina 11, mənzil 2 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu, yəni ## ##### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunaraq ərazi narkoloji dispanserdə qeydiyyata alınması, iş üzrə maddi sübut olan və Ucar RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qalıq çəkisi 6,14 qram narkotik vasitə olan qurudulmuş marixuana və şahid1 üzərindən aşkar edilmiş 0,48 qram narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi, Təqsirləndirilən şəxs və şahid1 üstünün yoxlanılmasının və sonuncunun idarə etdiyi “Opel” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxışın videogörüntüsü köçürülən 02 ədəd kompakt disklərin cinayət işində saxlanılması, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərcinin tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi müəyən edilmişdir. işin halları: Ucar Rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 6,70 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz əldə edərək üzərində daşıyaraq saxlamış, 0,50 qram olan hissəsini 1 ədəd kağız bükümdə qablaşdırılmış vəziyyətdə ## ##### 2025-ci il tarixdə saat 21 radələrində Ucar şəhəri, Koroğlu küçəsində tanışı şahid1 əvəzsiz olaraq vermiş, qalan ümumilikdə 6,20 qram çəkidə kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı 1 ədəd gümüşü-ağ rəngli və 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda 0,31 qram və 0,31 qram çəkilərdə, eləcə də 1 ədəd şəffaf paketdə 5,58 qram çəkidə qablaşdırımış vəziyyətdə satış məqsədilə üzərində daşıyaraq saxlamış, ## ##### 2025ci il tarixdə, saat 22 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ucar şəhəri, Koroğlu küçəsində saxlanılıb üstü yoxlanılarkən əynində olan qara-süd rəngdə olan gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü-ağ rəngli və 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda 0,31 qram və 0,31 qram çəkilərdə, eləcə də 1 ədəd şəffaf paketdə 5,58 qram çəkidə olmaqla ümumi təmiz çəkiləri-6,20 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətini əsaslandıraraq bildirmişdir ki, o, Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 05 ay müddətində azadlıqdan məhrum edilmişdir. Məhkəmənin qərarını əsassız və ədadlətsiz hesab edir. Belə ki, şahid son ifadəsində narkotik vasitənin onun tərəfindən verilmədiyini, ilk ifadəsini təzyiq və qorxu altında verdiyini bildirmişdir. Bundan əlavə olaraq məhkəmə onun Qarabağ müharibəsi veteranı olmasını nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitutsiyasının 60, 65-ci, o cümlədən Cinayət Prosessual Məcəlləsinin 20, 21, 147, 148-ci və digər maddələrinin kobud şəkildə pozulduğunu hesab edir. Odur ki, Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixdə barəsində çıxardığı qanunsuz hökmün ləğv edilməsini, cinayət işinə yenidən baxılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 verdiyi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)**/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, Ucar Rayon Məhkəməsinin həmin hökmü qanunsuz, əsassız və ədalətsiz olduğundan ləğv edilməli və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-cı maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, heç kimə narkotik vasitə satmamış, üzərindən aşkar edilmiş marixuanaları özü istifadə etmək üçün üzərində gəzdirmişdir. şahid1 nə əvəzsiz, nə də ki hər hansı maddi vəsait müqabilində narkotik vasitə verməmişdir. Ona görə də özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, polis əməkdaşları ərəfindən psixi təzyiqə məruz qalmışdır. Belə ki, narkotik vasitənin şahid1 özünün verdiyini bildirməyəcəyi təqdirdə ona daha ağır ittiham irəli sürüləcəyi bildirilmişdir. O da bundan qorxaraq ibtidai istintaq zamanı narkotik vasitəni Vüqara əvəzsiz verdiyini bildirmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı əlavə dindirilmiş şahid şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verərək bildirmişdir ki, o və Əli polis əməkdaşları tərəfindən psixi təzyiqə məruz qalmışlar. Belə ki, Əliyə narkotik vasitələrin satışı əməlini etiraf etməyəcəyi, ona isə Əlidən narkotik vasitəni əvəzsiz almasını bildirməyəcəyi təqdirdə daha ağır ittiham irəli sürüləcəyi bildirilmişdir. O da bundan qorxaraq ibtidai istintaq zamanı narkotik vasitəni Əlidən pay olaraq aldığı barədə ifadə vermişdir. Bütün bunlar isə ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaradır. Qanunvericiliyin tələbinə görə isə həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Əlavə olaraq bildirmək istəyirəm ki, hökmdən də göründüyü kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, ona cəza təyin edilərkən isə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən yaşadığı yer üzrə barəsində şikayətin daxil olmaması və "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Bundan başqa təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmiş və həmin maddədə göstərilən əməli törtədiyinə görə peşiman olmasını göstərmişdir. Hesab edir ki bu hallar da, həmçinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müharibə veteranı və Prezident təqaüdçüsü olması da Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı və o, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılmasının ən aşağı həddində cəza təyin edilməlidir. Belə ki, "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının giriş hissəsində göstərilir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 13-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Odur ki, Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)**/**** saylı hökmünün ləğv edilərək, həmin cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1ci maddəsinə tövsif edib, ona həmin maddənin sanksiyasında mövcud olan azadlığın məhdudlaşdırılması cəzasının ən aşağı həddində cəza təyin edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirdi ki, o, 2025-ci ilin aprel ayının 15-də şahid1 zəng edərək onu “KapitalBank”a aparıb-gətirməsini xahiş etmişdir. Onlar bankdan qayıdanda polis əməkdaşları onları saxlamışlar. O, maşında sərnişin qismində olmuşdur. Həmin vaxt üzərində narkotik vasitə olmuşdur. Narkotik vasitəni iş vaxtı tapmışdır. O, səhv etmiş, tapdığı narkotik vasitəni polis şöbəsinə təhvil verməmişdir. Üzərində olan narkotik vasitəni polis əməkdaşlarına könüllü təqdim etmişdir. Polis əməkdaşları onları saxlayan zaman şahid1 da üzərində narkotik vasitə olmuşdur. Onları polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərindən aşkar olunan narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Sonra polis əməkdaşları ona şahid1 üzərində aşkar olunan narkotik vasitəni ondan alması barədə şahidlik etdiyini bildirmişlər. O, şahid1 narkotik vasitə vermədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ona “əgər bizimlə razılaşmasan sənin işini daha da ağırlaşdıra bilərik” demişlər. O, psixoloji təzyiqlər olduğu üçün sənədləri imzalamışdır. O, məhkəmə iclaslarında da heç kimə narkotik vasitə vermədiyini bildirmişdir. şahid1 da son məhkəmə iclasında narkotik vasitəni ondan almadığını etiraf etmişdir. Onun kiməsə narkotik vasitə verməsi və ya satması barədə heç bir sübut yoxdur. O, narkotik vasitə istifadəçisi olduğu üçün özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Verilən suallara cavab olaraq bildirdi ki, o, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, üzərindən aşkar olunan narkotik vasitə ona məxsus olmuş, həmin narkotik vasitəni tapmışdır, narkotik vasitə siqaret qutusunda olmuşdur, narkotik vasitə olan marixuana istifadə etmişdir. O, II Qarabağ Müharibəsində iştirak etmiş, müharibə veteranıdır. O, mütəmadi olaraq 5 ildir ki, narkotik vasitə istifadə etmişdir. Vüqara narkotik vasitəni verməsi barədə sənədə imza etmişdir. şahid1 30 gün müddətinə inzibati həbs olunduğu üçün, məhkəmədə ifadə verərkən narkotik vasitəni ondan aldığını bildirmişdir. şahid1 həbsdə olduğu və qorxduğu üçün elə ifadə vermişdir. İstintaq zamanı müəyyən olunmuş narkotik vasitənin çəkisi doğrudur. şahid1la onun üzərindən aşkar olunan narkotik vasitənin eyni tərkibli olmasından məlumatı yoxdur. Ona fiziki yox, psixoloji təsirlər olmuşdur. Onların üzərinə eyni vaxtda baxış keçirilərək eyni vaxtda narkotik vasitə aşkar olunmuşdur. Vüqarın Abbasovun üzərindən aşkar olunan narkotik vasitəni görmüşdür. Narkotik vasitəni onların ciblərinə polis əməkdaşları qoymamışdır. şahid1la üzləşməsi yadındadır, üzləşmə zamanı şahid1 “Əli narkotik vasitəni mənə pay verib” demişdir. Polis əməkdaşları da ona demişdilər ki, sənə nə deyilsə “hə” deyərsən. Apellyasiya şikayətlərinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, həmin gün Əli ona zəng edərək “Kapital Banka” getmək istədiyini bildirmişdir. O, Əlini yaşadıqları küçədən götürüb “Kapital Banka” aparmışdır. Qayıdanda YPX-nin əməkdaşları onun idarə etdiyi avtomobili saxlamışlar. O, maşından düşəndə nömrəsiz qara rəngli “Opel” markalı avtomobil onların yanında dayanmış, maşından polis əməkdaşları düşüb Əli tərəfə getmişlər. Əlini maşından düşürüb üzərinə baxış keçirmişlər. Verilən suallara cavab olaraq bildirdi ki, saxlanıldıqları vaxt onun üzərində narotik vasitə olan marixuana olmuşdur. Birinci dəfə axtarış aparılanda üzərində narkotik vasitə aşkar olunmamış, lakin ikinci dəfə axtarış aparılanda üzərindən narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitəni Bakı şəhərindən gələndə almışdır. Üzərindən aşkar olunan narkotik vasitəni “Vəli” adlı sinif yoldaşından almışdır. Narkotik vasitəni həmin gün almışdı. Günorta saatlarında Bakı şəhərindən gəlmiş, axşam saatlarında isə onları saxlamışlar. Əlinin üzərindən narkotik vasitə olan marixuana aşkar olunmuşdur. O, Əlinin üzərində narkotik vasitə olduğunu bilməmiş, Əli ilə birlikdə narkotik vasitə istifadə etməmişlər. O, ilk dəfə narkotik vasitəni 44 günlük Vətən Müharibəsi zamanı istifadə etmişdir. O, bir ay müddətinə inzibati qaydada həbs olunmuşdur. Saxlanıldığı vaxt polis şöbəsində ona təzyiq göstərildiyi üçün narkotik vasitəni Əlidən aldığını bildirmişdir. O, məhkəmədə də narkotik vasitəni Əlidən aldığını bildirmişdir. İnzibati həbs seçilərək polis şöbəsində saxlanılarkən polis əməkdaşlarının nəzarətində olduğundan eyni məzmunlu ifadə verməyə məcbur olmuşdur. Onun üzərinə narkotik vasitə qoyulmamış, sadəcə birinci dəfə tapa bilməmişlər. O, inzibati həbsdən azad olunduqdan sonra ifadəsini dəyişmişdir. O, narkotik vasitəni Bakı şəhərindən almışdır. Onun üzərində bir büküm narkotik vasitə siqaret kağızının içində olmuşdur. Onların üzərlərinə saxlandıqları yerdən 50-60 metr kənarda baxış keçirilmişdir. Polis şöbəsində ona “ilkin ifadə zamanı nə demisənsə, məhkəmədə də onu deyərsən, yoxsa səni yükləyəcəyik, gedəcəksən sroka” demişlər. O, üzərindən aşkar olunan narkotik vasitəni Əlidən almamışdır. Əli onun üzərində narkotik vasitənin olduğunu bilmirdi. Üzərlərindən aşkar olunan narkotik vasitələrin eyni tərkibli olması barədə heç nə deyə bilməz. Polis şöbəsində olanda ona fiziki təzyiq olunmayıb. Sadəcə onu “evindən külli miqdarda narkotik vasitə aşkar olunacaq və sən gedəcəksən sroka” deyərək qorxuzmuşlar. O, da qorxduğu üçün narkotik vasitəni Əlidən aldığını bildirmişdir. O, narkotik vasitədən ancaq əsəbləşəndə istifadə etmişdir. Ucar Rayon Məhkəməsində narkotik vasitəni Vəlidən aldığını bildirməmişdir. Polis şöbəsində Əli ilə üzləşməsi zamanı narkotik vasitəni Əlidən aldğını bildirmişdir. İşin istintaqını aparan müstəntiq ona hədə-qorxu gəlməmişdir. ## ##### 2025-ci il tarixdə Ucar rayonunda olmuşdur. Həmin vaxt həbsdə olmamışdır. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 bildirdi ki, apellyasiya şikayətləri əsaslıdır. Belə ki, cinayət işinin materiallarında olan raportda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs və şahid1 üzərində külli miqdarda narkotik vasitə olması, saxlanması və dövriyyəsi barədə mötəbər mənbədən məlumat daxil olmuşdur. Şəxslərin saxlanması barədə protokolda ünvan səhv qeyd olunmuşdur. Protokolda şəxslərin üzərinə baxış keçirilən ünvan yazılmışıdır. Buradan sual yaranır ki, nə üçün şəxslərin üzərinə saxlanıldıqları yerdə video çəkilişlə baxış keçirilməmişdir?. Eyni zamanda şəxslərin hansı küçədə və hansı istiqamətdə hərəkət etmələri barədə məlumat da yoxdur. Təqsirləndirilən şəxs saxlandıqdan sonra onun yaşadığı ünvana baxış keçirilmədiyini bildirir. Əgər əməliyyat məlumatı varsa ki, şəxsin üzərində külli miqdarda narkotik vasitə var, nə üçün onun yaşadığı ünvana baxış keçirilməmişdir. Şəxslərin saxlanması ilə bağlı əməliyyat tədbiri keçirilmişdir. Həmin tədbirin qanuni olub-olmaması barədə də hüç bir məlumat yoxdur. Birinci instansiya məhkəməsində şahid ziddiyyətli ifadə verdiyi üçün, o, təkrar şahid qismində dindirilmiş və həqiqəti etiraf etmişdir. Video çəkilişdən də gördük ki, təqsirləndirilən şəxslə şahidin üzərindən aşkar olunan narkotik vasitələr ayrı-ayrı bükümlərdədir. Şahidin üzərindən aşkar olunan narkotik vasitə kağız bükümdə, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitə isə qurğuşun bükümdə olub. Lakin nədənsə ekspertiza rəyində qeyd olunub ki, onların üzərindən aşkar olunan narkotik vasitələrin tərkibi eynidir. İstintaq orqanı narkotik vasitənin satışı ilə bağlı heç bir istintaq hərəkəti aparmamışdır. Cinayət işinin materiallarında narkotik vasitənin satışını sübut edəcək hər hansı yazışma, telefon əlaqəsi, habelə təqsirləndirilən şəxsin narkotik vasitəni digər alıcıya satması barədə məlumat yoxdur. Şahid hazırkı məhkəmədə ifadə verərkən narkotik vasitəni hardan və kimdən aldığını dəqiq bildirdi. Hesab edirlər ki, ittiham hər hansı ehtimalla deyil, bir-biri ilə bağlı olan sübutlarla öz təsdiqini tapmalıdır. Odur ki, apellyasiya şikayətlərinin təmin edilməsini və təqsirləndirilən şəxsin əməlinin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X1 bildirdi ki, apellyasiya şikayətlərinə etiraz edir. Belə ki, təqsirləndirilən şəxsin ifadəsindən də görünür ki, onun ifadəsi özünü müdafiə xarakterlidir. Cinayət işinin materialları ilə də sübut olunur ki, təqsirləndirilən şəxsin və şahid1 adlı şəxsin üzərindən aşkar olunun narkotik vasitələrin tərkibi eynidir. Hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü əsalıdır. Şikayətin əsas dəlilləri şahidin ifadəsi ilə bağlıdır. Hesab edir ki, şahid öz ifadəsi ilə təqsirləndirilən şəxsi müdafiə etmək istəyir. Şahidin verdiyi ifadə də bir-birinə uyğun gəlmir. Bundan əlavə şahid bildirdi ki, narkotik vasitəni Vəli adlı şəxsdən alıb. Lakin bundan əvvəl verdiyi ifadələrində Vəli adlı şəxsin adını hallandırmamışdır. Bütün istintaq mərhələlərində narkotik vasitəni Əlidən aldığını bildirib, lakin apellyasiya instansiyasında narkotik vasitəni Vəli adlı şəxsdən aldığını bildirir. Odur ki, apellyasiya şikayətlərinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş edir. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, heç kimə narkotik vasitə satmamış, üzərindən aşkar edilmiş marixuanaları özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Vuqar Abbasova nə əvəzsiz, nə də ki hər hansı maddi vəsait müqabilində narkotik vasitə verməmişdir. Ona görə də özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. ünvan 3 ünvanda qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə Ucar şəhəri, Oğuz küçəsi, bina 11, mənzil 2 ünvanda yaşamışdır. “xxxx” firmasında satış təmsilçisi kimi çalışmış, Ucar və Göyçay rayonu ərazisində mağazalara firma tərəfindən paylanılan məhsullara nəzarət etmişdir. İstifadəsində *** *** ** ** və *** *** ** ** saylı mobil nömrələr olmaqla, başqa nömrəsi olmamışdır. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmişdir. Tutulmamışdan təxminən 10 gün əvvəl, yəni 2025-ci ilin aprel ayının əvvələrində Göyçay rayonunda xatırlamadığı kəndlərin birinə mağazada firmanın məhsullarına nəzarət etmək üçün gedərkən dəqiq xatırlamadığı kəndin ərazisində mağaza yaxınında dayanarkən yerdən 1 ədəd şəffaf sellofan paketdə marixuana tapmış, həmin vaxt yanında heç kim olmamışdır. O, həmin sellofan paketi götürüb açıb içərisindəki kütləni iylədikdə marixuana olduğunu anlamış, ona görə də istifadə etməsi üçün həmin marixuananı götürüb sonra hissə-hissə çəkmək üçün Ucar şəhərində təklikdə ayrı-ayrı bükümlərə qablaşdırıb cibində saxlamış, 3-4 dəfə həmin marixuanadan təklikdə çəkmiş, qalan marixuanaları geyindiyi gödəkçəsinin cibində gəzdirmiş və bundan heç kimin məlumatı olmamışdır. Ucar rayonu, Qarabörk kənd sakini şahid1 yaşadığı əraziyə yaxın yaşadığından bir-birlərini tanımış, Vüqar ilə yaxşı münasibətləri olmuşdur. şahid1 da narkotik vasitə istifadə etməsini bilmiş, əvvəllər bir neçə dəfə sonuncu ilə bir yerdə marixuana çəkmişlər. Vüqar “Opel” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ucar şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. ## ##### 2025-ci il tarixdə, saat 21 radələrində Vüqarla görüşüb sonuncunun idarə etdiyi “Opel” markalı, 10- RV-339 dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı evə gedən zaman Koroğlu küçəsində telefonuna kontur vurmaq üçün mağazaya düşmüşdür. Həmin vaxt üzərində, yəni gödəkçəsinin cibində 1 ədəd şəfaf sellofan paketdə marixuana, eləcə də ayrıca 1 ədəd ağ rəngli 1 ədəd qızılı-ağ və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə marixuanalar olmuşdur. şahid1 bundan xəbəri olmamışdır. Onlar hərəsi ayrı-ayrılıqda özlərində olan marixuanalardan istifadə etmişlər. Yəni, nə Vuqar ona, nə də ki, o, Vüqara hər hansı narkotik vasitə verməmişdir. Daha sonra onlar avtomobillə evə gedərkən Ucar şəhəri, Koroğlu küçəsində hərəkətdə olan zaman Ucar RPŞ-nə məxsus yol polisi maşını onlara saxla işarəsi vermişdir. şahid1 avtomobili yolun kənarına çəkib saxlamışdır. Həmin vaxt onun üzərində, yəni əynindəki qara-süd rəngli uzunqol gödəkçəsinin sağ yan cibində 1 ədəd şəfaf sellofan paketdə marixuana, eləcə də ayrıca 1 ədəd qızılı-ağ və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə marixuanalar olmuşdur. şahid1 cibində isə nə olmasından məlumatı olmamışdır. Onlar avtomobildən düşən kimi avtomobilə dərhal mülki geyimdə olan şəxslər yaxınlaşaraq Ucar RPŞ-nin əməkdaşları olduqlarını və onlara üzərilərində və avtomobildə narkotik vasitə saxlayıb daşımaqda şübhəli olduqlarını bildirmişlər. Onlara videoçəkilişlə üzərlərinin yoxlanılacağı və avtomobilə baxışın keçiriləcəyi izah olunmuş, eyni zamanda hüquq və vəzifələri də izah olunmuşdur. Daha sonra saxlanıldıqları yerdə avtomobillər çox hərəkət etdiyindən oradan 30-40 metr aralanıb Koroğlu küçəsi ilə N.Nərimanov küçələrinin kəsişməsində sənədləşdirmə prosesinə başlanılmışdır. Həmin yerdə onlara videoçəkilişlə bir daha saxlanılmalarının mahiyyəti, hüquq və vəzifələri izah olunmuş, onlar üstlərinin yoxlanılmasına və avtomobilə baxışın keçirilməsinə etiraz etməmişlər. Vüqardan və ondan üzərilərində və avtomobildə qanunla qadağan olunmuş narkotik vasitə və ya başqa predmetlərin olub-olmadığı soruşulmuşdur. O, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Vüqar avtomobildə narkotik vasitə və qanunla qadağan olunmuş başqa əşyanın olmadığını bildirmiş, lakin üzərində marixuana olduğunu bildirərək gödəkçəsinin sol döş cibindən 1 ədəd kağız bükümü çıxarıb polislərə təqdim etmişdir. Eyni zamanda Vüqarın üstü polis əməkdaşı tərəfindən yoxlanılarkən şalvarının sağ yan cibindən özünə məxsus “Samsung” markalı telefonu aşkar olunmuşdur. Həmin kağız bükümdə olan marixuana elektron tərəzidə çəkilərək çəkisinin bükümlə birlikdə 0,37 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin büküm 1 ədəd kağız zərfə qoyularaq möhürlənib qablaşdırılıb, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda Vüqarın “Samsung” markalı telefonu da 1 ədəd kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmışdır. Vüqarın üzərindən başqa heç nə aşkar edilməmişdir. Daha sonra onun üstü yoxlanılmışdır. Ona üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunmuş başqa hər hansı əşya və predmetin olub-olmaması ilə bağlı sual verildikdə üzərində narkotik vasitə olduğunu bildirmiş və əynindəki qara-süd rəngində olan gödəkçəsinin sağ yan cibindən içərisində marixuana olan 1 ədəd şəffaf sellofan paketi, ardınca həmin cibindən 1 ədəd qızılı-ağ və 1 ədəd isə gümüşü-ağ rəngli kağız bükümləri çıxardıb polislərə təqdim etmişdir. Şəffaf sellofan paketdə, həmçinin 1 ədəd qızılı-ağ və 1 ədəd gümüşü-ağ rəngli bükümlərdəki kütlələrin marixuana olduğunu bildirmişdir. 1 ədəd qızılı-ağ və 1 ədəd gümüşüağ rəngli bükümlər də içərisində marixuana olan şəffaf sellofan paketə qoyularaq elektron tərəzidə çəkilmiş sellofanla hamısının bir yerdə çəkisi 8,94 qram olmuşdur. Daha sonra həmin sellofan paket 1 ədəd kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Ardınca üstü polis əməkdaşı tərəfindən yoxlanılmış və gödəkçəsinin sol iç cibindən 15 manat pul aşkar edilərək özünə qaytarılmış, şalvarının sağ yan cibindən isə ona məxsus göy rəngli “Samsung” markalı telefonu aşkar edilmişdir. Eyni zamanda şalvarının sağ yan kiçik cibindən qəpik pullar və boynundan asılmış dualar aşkar edilərək özünə qaytarılmışdır. Telefonu isə 1 ədəd kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmışdır. Daha sonra şahid1 “Opel” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, avtomobildən isə heç nə aşkar edilməmişdir. Bundan sonra baxış prosesi yekunlaşaraq videoçəkiliş dayandırılmış və polislərlə Ucar rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində onların iştirakları ilə protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Ardınca müstəntiq tərəfindən növbətçi hissədə üzərlərindən aşkar edilmiş kütlələrə və mobil telefonlara baxış keçirilmişdir. Belə ki, onlara növbətçi hissədə hüquqları bir daha izah olunaraq bu barədə onlara bildiriş təqdim olunmuşdur. Ardınca onun üzərindən aşkar edilmiş kütlənin qablaşdırıldığı zərf videoçəkilişlə açılaraq onlara təqdim olunmuş, zərfin tamlığı pozulmamışdır. İçərisində olan şəffaf sellofan paket çıxarılaraq onlara nümayiş etdirilmiş, həmin paketdə yaşıl rəngli kütlənin, eləcə də 1 ədəd qızılı-ağ və 1 ədəd gümüşü-ağ rəngli bükümdəki kütlələrin marixuana olduğunu və özünə məxsus olduğunu bildirmiş, həmin marixuanalar bükümlərlə birlikdə şəffaf sellofan paketdə bir daha elektron tərəzidə çəkilərək çəkisi sellofan paketlə və bükümlərlə birlikdə 8,43 qram olmuşdur. Ardnca həmin kütlələr olduğu kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Daha sonra telefonunun olduğu zərf açılaraq telefonu nümayiş etdirilmiş, həmin telefonun ona məxsus olduğunu bildirmiş və bundan sonra həmin telefon olduğu kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Ardınca şahid1 üzərindən 1 ədəd ağ rəngli kağız bükümdə aşkar edilmiş kütlənin olduğu zərf açılaraq həmin kütlə də nümayiş etdirilmiş, Vüqar həmin kütlənin üzərindən aşkar edilmiş marixuana olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Həmin kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilərək bükümlə birlikdə çəkisi 0,38 qram olmuş və həmin kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra şahid1 da telefonunun olduğu zərf açılaraq telefonu nümayiş etdirilmiş, həmin telefonun özünə məxsus olduğunu bildirmiş və bundan sonra həmin telefon olduğu kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Onlara polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalıb-qalmamaqları barədə sual verilmişdir. Onlar da polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalmadıqlarını bildirmişlər. Lakin o, polis əməkdaşları tərəfindən psixi təzyiqə məruz qalmış, belə ki, ona narkotik vasitələrin satışı əməlini etiraf etməyəcəyi təqdirdə daha ağır ittiham irəli sürüləcəyi bildirilmişdir. O da bundan qorxaraq ibtidai istintaq zamanı narkotik vasitəni Vüqara əvəzsiz verdiyi barədə ifadə vermişdir. Lakin, ibtidai istintaq zamanı polis əməkdaşlarından qorxaraq verdiyi ifadə barəsində hər hansı dövlət orqanlarına heç bir müraciət etməmişdir. Hesab etmişdir ki, olanların hamısını məhkəmədə söyləyəcəkdir. Odur ki, özünü qismən təqsirli hesab edərək, bir daha belə əməllərə yol verməyəcəyinə dair vədinin və Vətən müharibəsi iştirakçısı olmasının nəzərə alınaraq əməlin təqsirləndirildiyi CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı ifadə vermiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, heç kimə narkotik vasitə satmamış, üzərindən aşkar edilmiş marixuanaları özü istifadə etmək üçün üzərində gəzdirmiş, şahid1 isə 1 ədəd kağız bükümdəki marixuananı əvəzsiz olaraq pay vermişdir. Ona görə də özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. ünvan 3 ünvanda qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə Ucar şəhəri, Oğuz küçəsi, bina 11, mənzil 2 ünvanda yaşamışdır. “xxxx” firmasında satış təmsilçisi kimi çalışmış, Ucar və Göyçay rayonu ərazisində mağazalara firma tərəfindən paylanılan məhsullara nəzarət etmişdir. İstifadəsində *** *** ** ** və *** *** ** ** saylı mobil nömrələr olmaqla, başqa nömrəsi olmamışdır. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmişdir. Tutulmamışdan təxminən 10 gün əvvəl, yəni 2025-ci ilin aprel ayının əvvələrində Göyçay rayonunda xatırlamadığı kəndlərin birinə mağazada firmanın məhsullarına nəzarət etmək üçün gedərkən dəqiq xatırlamadığı kəndin ərazisində mağaza yaxınında dayanarkən yerdən 1 ədəd şəffaf sellofan paketdə marixuana tapmış, həmin vaxt yanında heç kim olmamışdır. O, həmin sellofan paketi götürüb açıb içərisindəki kütləni iylədikdə marixuana olduğunu anlamış, ona görə də istifadə etməsi üçün həmin marixuananı götürüb sonra hissəhissə çəkmək üçün Ucar şəhərində təklikdə ayrı-ayrı bükümlərə qablaşdırıb cibində saxlamış, 3- 4 dəfə həmin marixuanadan təklikdə çəkmiş, qalan marixuanaları geyindiyi gödəkçəsinin cibində gəzdirmiş və bundan heç kimin məlumatı olmamışdır. Ucar rayonu, Qarabörk kənd sakini şahid1 yaşadığı əraziyə yaxın yaşadığından bir-birlərini tanımış, Vüqar ilə yaxşı münasibətləri olmuşdur. şahid1 da narkotik vasitə istifadə etməsini bilmiş, əvvəllər bir neçə dəfə sonuncu ilə bir yerdə marixuana çəkmişlər. Vüqar “Opel” markalı, 10- RV-339 dövlət qeydiyyat nişanlı avtomobili ilə Ucar şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. ## ##### 2025-ci il tarixdə, saat 21 radələrində Vüqarla görüşüb sonuncunun idarə etdiyi “Opel” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı evə gedən zaman Koroğlu küçəsində telefonuna kontur vurmaq üçün mağazaya düşmüşdür. Həmin vaxt üzərində, yəni gödəkçəsinin cibində 1 ədəd şəfaf sellofan paketdə marixuana, eləcə də ayrıca 1 ədəd ağ rəngli 1 ədəd qızılı-ağ və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə marixuanalar olmuşdur. şahid1 bundan xəbəri olmamışdır. Vüqar ona marixuana çəkmək istədiyini bildirərək üstündə marixuana olub-olmadığını soruşmuşdur. O, da Vüqara üstündə olan marixuanaların qədəri barədə heç nə deməmiş, yalnız 1 ədəd ağ rəngli kağız bükümdəki marixuananı cibindən çıxarıb sonuncuya vermiş, qarşılığında Vüqardan heç nə istəməmiş, nə də ki, sonuncu ona heç nə verməmişdir. Digər marixuanaları Vüqara göstərməmiş və həmin marixunalar barədə sonuncuya heç nə deməmişdir. Vüqar onun üstündə digər marixuanaların olmasını bilməmişdir. Vüqar həmin 1 ədəd ağ rəngli kağız bükümdəki marixuananı götürüb gödəkçəsinin döş cibinə qoymuşdur. Daha sonra onlar avtomobillə evə gedərkən Ucar şəhəri, Koroğlu küçəsində hərəkətdə olan zaman Ucar RPŞ-nə məxsus yol polisi maşını onlara saxla işarəsi vermişdir. şahid1 avtomobili yolun kənarına çəkib saxlamışdır. Həmin vaxt onun üzərində, yəni əynindəki qara-süd rəngli uzunqol gödəkçəsinin sağ yan cibində 1 ədəd şəfaf sellofan paketdə marixuana, eləcə də ayrıca 1 ədəd qızılı-ağ və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə marixuanalar olmuşdur. şahid1 cibində isə 1 ədəd ağ rəngli kağız bükümdə verdiyi marixuana olmuşdur. Onlar avtomobildən düşən kimi avtomobilə dərhal mülki geyimdə olan şəxslər yaxınlaşaraq Ucar RPŞ-nin əməkdaşları olduqlarını və onlara üzərilərində və avtomobildə narkotik vasitə saxlayıb daşımaqda şübhəli olduqlarını bildirmişlər. Onlara videoçəkilişlə üzərlərinin yoxlanılacağı və avtomobilə baxışın keçiriləcəyi izah olunmuş, eyni zamanda hüquq və vəzifələri də izah olunmuşdur. Daha sonra saxlanıldıqları yerdə avtomobillər çox hərəkət etdiyindən oradan 30-40 metr aralanıb Koroğlu küçəsi ilə N.Nərimanov küçələrinin kəsişməsində sənədləşdirmə prosesinə başlanılmışdır. Həmin yerdə onlara videoçəkilişlə bir daha saxlanılmalarının mahiyyəti, hüquq və vəzifələri izah olunmuş, onlar üstlərinin yoxlanılmasına və avtomobilə baxışın keçirilməsinə etiraz etməmişlər. Vüqardan və ondan üzərilərində və avtomobildə qanunla qadağan olunmuş narkotik vasitə və ya başqa predmetlərin olub-olmadığı soruşulmuşdur. O, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Vüqar avtomobildə narkotik vasitə və qanunla qadağan olunmuş başqa əşyanın olmadığını bildirmiş, lakin üzərində marixuana olduğunu bildirərək gödəkçəsinin sol döş cibindən 1 ədəd kağız bükümü çıxarıb polislərə təqdim etmişdir. Eyni zamanda Vüqarın üstü polis əməkdaşı tərəfindən yoxlanılarkən şalvarının sağ yan cibindən özünə məxsus “Samsung” markalı telefonu aşkar olunmuşdur. Həmin kağız bükümdə olan marixuana elektron tərəzidə çəkilərək çəkisinin bükümlə birlikdə 0,37 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin büküm 1 ədəd kağız zərfə qoyularaq möhürlənib qablaşdırılıb, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda Vüqarın “Samsung” markalı telefonu da 1 ədəd kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmışdır. Vüqarın üzərindən başqa heç nə aşkar edilməmişdir. Daha sonra onun üstü yoxlanılmışdır. Ona üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunmuş başqa hər hansı əşya və predmetin olub-olmaması ilə bağlı sual verildikdə üzərində narkotik vasitə olduğunu bildirmiş və əynindəki qara-süd rəngində olan gödəkçəsinin sağ yan cibindən içərisində marixuana olan 1 ədəd şəffaf sellofan paketi, ardınca həmin cibindən 1 ədəd qızılı-ağ və 1 ədəd isə gümüşü-ağ rəngli kağız bükümləri çıxardıb polislərə təqdim etmişdir. Şəffaf sellofan paketdə, həmçinin 1 ədəd qızılı-ağ və 1 ədəd gümüşü-ağ rəngli bükümlərdəki kütlələrin marixuana olduğunu bildirmişdir. 1 ədəd qızılı-ağ və 1 ədəd gümüşüağ rəngli bükümlər də içərisində marixuana olan şəffaf sellofan paketə qoyularaq elektron tərəzidə çəkilmiş sellofanla hamısının bir yerdə çəkisi 8,94 qram olmuşdur. Daha sonra həmin sellofan paket 1 ədəd kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Ardınca üstü polis əməkdaşı tərəfindən yoxlanılmış və gödəkçəsinin sol iç cibindən 15 manat pul aşkar edilərək özünə qaytarılmış, şalvarının sağ yan cibindən isə ona məxsus göy rəngli “Samsung” markalı telefonu aşkar edilmişdir. Eyni zamanda şalvarının sağ yan kiçik cibindən qəpik pullar və boynundan asılmış dualar aşkar edilərək özünə qaytarılmışdır. Telefonu isə 1 ədəd kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmışdır. Daha sonra şahid1 “Opel” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, avtomobildən isə heç nə aşkar edilməmişdir. Bundan sonra baxış prosesi yekunlaşaraq videoçəkiliş dayandırılmış və polislərlə Ucar rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində onların iştirakları ilə protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Ardınca müstəntiq tərəfindən növbətçi hissədə üzərlərindən aşkar edilmiş kütlələrə və mobil telefonlara baxış keçirilmişdir. Belə ki, onlara növbətçi hissədə hüquqları bir daha izah olunaraq bu barədə onlara bildiriş təqdim olunmuşdur. Ardınca onun üzərindən aşkar edilmiş kütlənin qablaşdırıldığı zərf videoçəkilişlə açılaraq onlara təqdim olunmuş, zərfin tamlığı pozulmamışdır. İçərisində olan şəffaf sellofan paket çıxarılaraq onlara nümayiş etdirilmiş, həmin paketdə yaşıl rəngli kütlənin, eləcə də 1 ədəd qızılı-ağ və 1 ədəd gümüşü-ağ rəngli bükümdəki kütlələrin marixuana olduğunu və özünə məxsus olduğunu bildirmiş, həmin marixuanalar bükümlərlə birlikdə şəffaf sellofan paketdə bir daha elektron tərəzidə çəkilərək çəkisi sellofan paketlə və bükümlərlə birlikdə 8,43 qram olmuşdur. Ardnca həmin kütlələr olduğu kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Daha sonra telefonunun olduğu zərf açılaraq telefonu nümayiş etdirilmiş, həmin telefonun ona məxsus olduğunu bildirmiş və bundan sonra həmin telefon olduğu kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Ardınca şahid1 üzərindən 1 ədəd ağ rəngli kağız bükümdə aşkar edilmiş kütlənin olduğu zərf açılaraq həmin kütlə də nümayiş etdirilmiş, Vüqar həmin kütlənin üzərindən aşkar edilmiş marixuana olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Həmin kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilərək bükümlə birlikdə çəkisi 0,38 qram olmuş və həmin kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra şahid1 da telefonunun olduğu zərf açılaraq telefonu nümayiş etdirilmiş, həmin telefonun özünə məxsus olduğunu bildirmiş və bundan sonra həmin telefon olduğu kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Onlara polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalıb-qalmamaqları barədə sual verilmişdir. Onlar da polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalmadıqlarını bildirmişlər. Bununla da baxış prosesi yekunlaşaraq videoçəkiliş dayandırılmışdır. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək göstərmişdir ki, marixuananı tapdıqdan sonra ondan yalnız özü 3-4 dəfə tək çəkmiş, şahid1 isə yalnız bir dəfə, tutulmamışdan əvvəl, kağız bükümdə olan marixuananı pay vermişdir, həmin marixuanadan başqa heç kimə verməmiş və kiminləsə istifadə etməmişdir. Heç vaxt narkotik vasitə və psixotrop maddələri satışı ilə məşğul olmamışdır. şahid1la birlikdə olan zaman sonucnu onun üstündə marixuana olduğunu bilməmiş, nə də ki, sonuncuya bu barədə heç nə deməmişdir. Tutulan zaman polislərə marixuanı tapdığını deyərsə ona inanmayacaqlarını düşünmüş və inandırıcı olsun deyə saxlanılan zaman və istintaqa verdiyi ilkin ifadələrdə yalandan marixuananı tutulmamışdan bir neçə gün əvvəl, Göyçay şəhərində “Elçin” kimi adını bildiyi şəxsdən 50 manata aldığını göstərmişdir. Əslində belə bir adda tanıdığı adam yoxdur. Marixuanaları heç kimdən almamış, onları tutulmamışdan təxminən 10 gün əvvəl Göyçay rayonunda mağazaya məhsulların nəzarəti üçün gedərkən yol kənarında tapıb götürmüş, daha sonra hissələrə bölüb 3-4 dəfə özü təklikdə çəkmiş və həmin marixuanadan yalnız bir dəfə 1 ədəd kağız bükümdə şahid1 ## ##### 2025-ci il tarixdə tutulmamışdan əvvəl pulsuz vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid Ucar RPŞ-nin CAB-ın rəisi şahid6 ifadəsində göstərmişdir ki, Ucar şəhər sakini Təqsirləndirilən şəxs və Ucar rayonu, Qarabörk kənd sakini, “Opel” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan şahid1 əvvəllər tanımamış, onlarla heç bir münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. şahid1 və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yəni üzərlərində və şahid1 idarə etdiyi “Opel” markalı avtomobildə narkotik vasitə daşıması barədə ## ##### 2025-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə dərhal Ucar RPŞ-nin rəhbərliyinə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün razılıq alınmış və müvafiq qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o, Ucar RPŞ-nin PPXB-nin komandiri R şahid5, NMQ-nin baş əməliyyat müvəkkili şahid7, CAB-ın axtarış üzrə əməliyyat müvəkkili şahid4, PPXB-nin polis nəfəri şahid2 və DYPB-nin YPX-nin inspektoru şahid3 daxil edilmişdir. Əməliyyat qrupu təlimatlandırıldıqdan sonra, şahid1 idarə etdiyi avtomobillə Ucar şəhəri ərazisində hərəkətdə olması və Təqsirləndirilən şəxs da onunla birlikdə olması barədə məlumat əldə edilmişdir. Bu səbəbdən, ## ##### 2025-ci il tarixdə, saat 21 radələrində əməliyyat qrupunun üzvləri arasında əvvəlcədən şahid1 idarə etdiyi “Opel” markalı avtomobil hərəkətdə olarkən, onun qaçmaması və şübhələnməməsi üçün YPX-nin inspektoru şahid3 “Mercedes” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə həmin avtomobili saxlayacağı, şahid1 avtomobili saxladıqdan sonra isə əməliyyat qrupunun digər üzvlərinin onlara yaxınlaşmalarında dair razılaşmışlar. Daha sonra YPXinspektoru şahid3 “Opel” markalı avtomobilin Koroğlu küçəsində, mağazanın yanında dayanması barədə əməliyyat qrupuna məlumat verdikdə, əməliyyat qrupu həmin küçəyə getmişdir. şahid1 idarə etdiyi “Opel” markalı avtomobil hərəkətdə olan zaman, YPX inspektoru şahid3 xidməti avtomobillə işarə verərək həmin avtomobili saxlatmışdır. şahid1 avtomobili yolun kənarına çəkərək saxlamış, şahid3 avtomobilə yaxınlaşaraq özünü təqdim etmiş, bu zaman digər əməliyyat qrupu üzvləri ilə birgə avtomobilə yaxınlaşmışlar. şahid1 idarə etdiyi “Opel” markalı avtomobildə sərnişin qismində Təqsirləndirilən şəxs əyləşmişdir. Əməliyyat qrupu özlərini təqdim edərək, hər iki şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, üzərlərində və avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirmiş, onlara hüquq və vəzifələri izah olunaraq, videoçəkiliş aparılmaqla üstlərinin yoxlanılacağı və avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs və şahid1 etiraz etməmişdir. Onların saxlanıldığı yolda avtomobillərin intensiv hərəkət etməsini nəzərə alınaraq oradan təxminən 30-40 metr aralanaraq həmin küçənin N.Nərimanov küçəsi ilə kəsişməsində sənədləşmə aparılmışdır. Ucar RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili şahid4 tərəfindən videokamera ilə videoçəkiliş aparılmışdır. Avtomobil yolunun kənarında videoçəkiliş zamanı iştirakçılar elan edilmiş, Təqsirləndirilən şəxs və şahid1 saxlanılmalarının səbəbi və Cinayət Prosessual Məcəlləsinin 90-cı maddəsinə əsasən hüquq və vəzifələri, müdafiə hüquqları bir daha izazh olunmuşdur. Üzərləri yoxlanılmamışdan əvvəl Təqsirləndirilən şəxs və şahid1 üzərlərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması ilə bağlı sual verilmişdir. şahid1 avtomobilində qanunla qadağan olunmuş heç bir əşya və ya predmetin olmadığını bildirmişdir. Bunun ardınca onlara “qanunla qadağan olunmuş əşya” dedikdə həmçinin narkotik vasitə və psixotrop maddələr də nəzərdə tutulduğu bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində marixuana olduğunu bildirmiş, ardınca şahid1 da üzərində marixuana olduğunu deyərək gödəkçəsinin sol döş cibindən 1 ədəd ağ rəngli kağız büküm çıxarıb təqdim etmişdir. Büküm açıldıqda içərisində yaşıl rəngli, bitki mənşəli kütlə olduğu müəyyən olunmuşdur. şahid1 həmin kütlənin nə olması ilə bağlı sual verildikdə sonuncu “bir çəkimlik nəşədir”, ardınca isə “marixuanadır deyərək cavab vermişdir. Daha sonra PPXB-nin komandiri, R şahid5 tərəfindən şahid1 üstü yoxlanılmış gödəkçəsinin sol yan cibindən 1 ədəd alışqan, sağ yan cibindən bir parça kağız, şalvarının sağ cibindən 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon və həmin cibin yanındakı kiçik cibindən isə açar aşkar edilmiş, başqa heçnə aşkar edilməmişdir. Ağ rəngli kağız bükümdə olan kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, kağızla birlikdə 0,37 qram olduğu müəyyən edilmişdir. Ardınca həmin büküm 1 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Eyni zamanda şahid1 üzərindən aşkar edilmiş “Samsung” markalı telefon da ayrıca kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yenidən qanunla qadağan olunmuş əşya və predmetin olubolmaması ilə bağlı sual verilmiş, sonuncu üzərində narkotik vasitə olduğunu etiraf etdikdə, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qarasüd rəngli gödəkçəsinin sağ cibindən 1 ədəd şəffaf sellofan paket, 1 ədəd qızılı-ağ və 1 ədəd gümüşü-ağ rəngli kağız büküm çıxarıb təqdim etmişdir. 1 ədəd çəffad paketdə və 2 ədəd bükümlər açıldıqda içərilərində yaşıl rəngli, bitki mənşəli kütlələrin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin marixuana olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Hər 2 ədəd kağız bükümlər 1 ədəd şəffaf sellofan paketə yerləşdirilmiş və birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkiləri 8,94 qram olmuşdur Ardınca həmin kütlələr olduqları vəziyyətdə 1 ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Ardınca PPXB-nin komandiri, R şahid5 tərəfindən Təqsirləndirilən şəxs gödəkçəsinin sol iç cibindən 15 manat pul aşkar edilmiş və ona qaytarılmışdır. Şalvarının sağ cibindən qara rəngli qoruyucuda olan göy rəngli “Samsung” markalı mobil telefon, kiçik cibindən isə qəpik pullar və boynundan asılmış dualar aşkar edilmiş, pullar və dualar özünə qaytarılmışdır. Telefon isə ayrıca kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra şahid1 idarə etdiyi “Opel” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobildən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Ardınca Təqsirləndirilən şəxs və şahid1 üstlərinin yoxlanılması və avtomobilə keçirilmiş baxışla bağlı hər hansı vəsatətlərinin olub-olmaması ilə bağlı sual verilmiş, sonuncular heç bir etiraz və vəsatətlərinin olmadığını bildirmişlər. Bununla da baxış yekunlaşdırılmış və videoçəkiliş dayandırılmışdır. Daha sonra bütün iştirakçılar polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs və şahid1 saxlanılması, üstlərinin yoxlanılması və avtomobilə baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs və şahid1 üzərindən aşkar edilmiş ayrı-ayrı zərflərdə qablaşdırılmış marixuanaya bənzər kütlələrə və mobil telefonlara Növbətçi Hissədə müstəntiq tərəfindən videoçəkilişlə baxış keçirilmişdir. Baxışda Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili şahid7 və CAB-ın axtarış üzrə əməliyyat müvəkkili şahid4 iştirak etmiş, əməliyyat qrupunun digər üzvləri isə xidməti zərurətlə bağlı polis şöbəsindən getmişlər. Növbətçi hissədə CAB-ın axtarış üzrə əməliyyat müvəkkili şahid4 tərəfindən videoçəkiliş aparılmaqla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs və şahid1 saxlanılarkən, polis şöbəsinə gətirilərkən hər hansı qanunsuzluğa məruz qalıb-qalmamaları barədə sual verilmişdir. Təqsirləndirilən şəxs və şahid1 polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalmadıqlarını bildirmişlər. Müstəntiq Təqsirləndirilən şəxs və şahid1 baxışın mahiyyəti, eləcə də hüquq və vəzifələri bir daha izah etmiş və hər birinə bildiriş təqdim etmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərindən 1 ədəd kağız zərfdə qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və 1 ədəd “Samsung” markalı mobil telefona baxış keçirimişdir. Kütlələrin qablaşdırıldığı zərf Təqsirləndirilən şəxs təqdim edilərək, tamlığının pozulmadığı nümayiş etdirilmiş, sonra zərf açılmış və içərisindən 1 ədəd şəffaf sellofan paketdə yaşıl rəngli bitki mənşəli kütlə, həmçinin 1 ədəd qızılı-ağ və 1 ədəd gümüşüağ rəngli bükümdə yaşıl rəngli bitki mənşəli kütlələr çıxarılmışdır. Təqsirləndirilən şəxs həmin kütlələrin marixuana olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Bükümlərdəki kütlələr şəffaf sellofan paketə qoyularaq birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkilərinin 8,43 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr ilkin qablaşdırıldığı zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Daha sonra digər 1 ədəd kağız zərf açılaraq içərisindən qoruyucuda, arxasında folqa qoyulmuş 1 ədəd göy rəngli “Samsung A7” markalı telefon çıxarılaraq Əliyə təqdim olunmuş, Təqsirləndirilən şəxs həmin telefonun özünə məxsus olduğunu təsdiq etmişdir. Telefon müstəntiq tərəfindən yenidən kağız zərfə qoyularaq götürülmüşdür. Sonra şahid1 üzərindən 1 ədəd kağız zərfdə qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 1 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, birinci zərf açıldıqda içərisindən 1 ədəd ağ rəngli kağız bükümdə yaşıl rəngli bitki mənşəli kütlə aşkar edilmişdir. şahid1 həmin kütlənin marixuana olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Kütlə kağızla birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,38 qram olduğu müəyyən edilmişdir. Ardınca həmin büküm ilkin qablaşdırıldığı zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Daha sonra digər 1 ədəd kağız zərf açılaraq içərisindən 1 ədəd qara rəngli “Samsung A03” markalı telefon çıxarılaraq Vüqara təqdim edilmişdir. Sonuncu, həmin telefonun özünə məxsus olduğunu təsdiq etmişdir. Telefon müstəntiq tərəfindən yenidən kağız zərfə qoyularaq götürülmüşdür. Təqsirləndirilən şəxs, şahid1 və digər iştirakçılara hər hansı vəsatətinin olub-olmaması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs və şahid1 heç bir vəsatətlərinin olmadığını bildirmişlər. Baxış yekunlaşaraq videoçəkiliş dayandırılmış, protokol tərtib edilərək ucadan oxunmuş və imzalanmışdır. şahid1 üzərindən aşkar edilmiş marixuananı ##.##.2025-ci il tarixdə saxlanılmamışdan əvvəl tanışı Təqsirləndirilən şəxs əvvəzsiz olaraq əldə etməsi barədə məlumat əldə edilmiş, lakin Təqsirləndirilən şəxs həmin marixuananı, eləcə də öz üzərindən aşkar edilmiş digər marixuanları haradan əldə etməsini müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də, həmin narkotik vasitələri haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs şahid1la əvvəllər birlikdə marixuanadan istifadə etmələrinə dair məlumat əldə edilməsə də, saxlanılmamışdan əvvəl şahid1 üzərindən aşkar edilmiş 1 ədəd kağız bükümdəki marixuananı sonuncuya əvəzsiz olaraq verməsi əməliyyat məlumatları ilə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlmatlar əldə edilsə də, konkret kimlərə narkotik vasitə satması, üzərindən aşkar edilmiş narkotik vasitələri kimə satmaq niyyətində olması ilə bağlı hər hansı bir məlumat əldə edilməmişdir. şahid1 Təqsirləndirilən şəxs üzərində marixaunaların olmasını əvvəlcədən biməsinə dair hər hansı məlumat əldə edilməmiş,şahid1 narkotik vasitə, psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahidlər Ucar RPŞ-nin İTB-nin sahə rəisi şahid7, Ucar RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili şahid4, Ucar RPŞ-nin PPXBnın komandiri şahid5, Ucar RPŞ-nin PPXB-nin polis nəfəri şahid2, Ucar RPŞ-nin DYPB-nin YPX-nin inspektoru şahid3 məhkəmə istintaqı zamanı dindirilmiş şahid Ucar RPŞ-nin CABın rəisi şahid6 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ucar rayonu, Qarabörk kəndində yaşayır. İstifadəsində *** *** ** ** saylı mobil nömrə vardır. Etibarnamə əsasında “Opel” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Hərdənbir narkotik vasitə olan marixuanadan istifadə etmişdir. ## ##### 2025-ci il tarixdə, saat 22 radələrində “Opel” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə evə gedən zaman onunla yaxınlıqda, şəhər ərazisində yaşayan tanışı Təqsirləndirilən şəxs da sonuncunun yaşadığı evə aparmışdır. Təqsirləndirilən şəxs başqa avtomobildə heç kim olmamışdır. O, “Opel” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Koroğlu küçəsində hərəkətdə olan zaman Ucar RPŞ-nə məxsus yol polisi maşını ona saxla işarəsi vermiş, o da avtomobili yolun kənarına çəkib saxlamışdır. Həmin vaxt onun üzərində, yəni əynindəki tünd göy rəngli uzunqol gödəkçəsinin sol qarşı döş cibində 1 ədəd kağız bükümdə özü istifadə etməsi üçün az əvvəl Təqsirləndirilən şəxs pay kimi götürüb saxladığı az miqdarda qurudulmuş marixuana olmuşdur. Təqsirləndirilən şəxs üstündə başqa narkotik vasitə olub-olmadığını bilməmişdir. Yol polisi saxladığına görə hər hansı şübhəli vəziyyət hiss etməmişdir. Avtomobildən düşən kimi avtomobilə dərhal mülki geyimdə olan şəxslər yaxınlaşaraq Ucar RPŞ-nin əməkdaşları olduqlarını bildirərək ona, eləcə də tanışı Təqsirləndirilən şəxs üzərilərinə və avtomobildə narkotik vasitə saxlayıb daşımaqda şübhəli olduqlarını bildirmişlər. Onlara videoçəkilişlə üzərilərinin yoxlanılacağı və avtomobilə baxışın keçiriləcəyi izah olunmuş, eyni zamanda hüquq və vəzifələri izah olunmuşdur. Onlar videoçəkilişlə üzərilərinin yoxlanılmasına və avtomobilə baxışın keçirilməsinə etiraz etməmişlər. Saxlanıldıqları yerdə avtomobillər çox hərəkət etdiyindən həmin yerdən 30-40 metr aralaşıb yolun kənarında videoçəkilişlə sənədləşmə aparılmışdır. Ona üzərində və ya idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş narkotik vasitə və ya başqa predmetlərin olubolmadığı soruşulmuşdur. O, avtomobildə narkotik vasitə və qanunla qadağan olunmuş başqa əşyanın olmadığını bildirmiş, lakin üzərində marixuana olduğunu bildirərək gödəkçəsinin sol döş cibindən çıxarıb 1 ədəd bükümü göstərərək polislərə təqdim etmişdir. Üstü polis əməkdaşı tərəfindən yoxlanılarkən şalvarının sağ yan cibindən özünə məxsus “Samsung A03” markalı telefonu da aşkar olunmuşdur. Həmin kağız bükümdə olan marixuana bükümlə birlikdə elektron tərəzidə çəkilərək 0,37 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin büküm 1 ədəd kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda “Samsung A03” markalı telefonu da 1 ədəd kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmışdır. Üzərindən başqa heç nə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, sonuncuya sual verildikdə üzərində narkotik vasitə olduğunu bildirmiş və əynindəki qara-açıq süd rəngində olan gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf sellofan paket çıxarmış, daha sonra həmin cibindən 1 ədəd qızılı-ağ və 1 ədəd gümüşü-ağ rəngli büküm çıxardıb polislərə təqdim etmişdir. Şəfaf sellofan paketdə yaşıl rəngli, marixuanaya bənzər kütlə, həmçinin 1 ədəd qızılı-ağ və 1 ədəd gümüşü-ağ rəngli bükümlərdə də yaşıl rəngli, marixuanaya bənzər kütlələr olmuşdur. Təqsirləndirilən şəxs polislərə onların marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd qızılı-ağ və 1 ədəd gümüşü-ağ rəngli bükümlər içərisində marixuanaya bənzər kütlə olan şəffaf sellofan paketə qoyularaq elektron tərəzidə çəkilmiş, hamısının bir yerdə çəkisi 8,94 qram olmuşdur. Daha sonra həmin sellofan paket 1 ədəd kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs gödəkçəsinin sol iç cibindən 15 manat pul şalvarının sağ yan cibindən göy rəngli “Samsung” markalı telefon və qəpik pullar aşkar edilmişdir. 15 manat pul və qəpik pullar Əliyə qaytarılmış, telefonu isə 1 ədəd kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmışdır. Daha sonra “Opel” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, lakin avtomobildən də heç nə aşkar edilməmişdir. Bundan sonra baxış prosesi yekunlaşaraq videoçəkiliş dayandırılmış və iştirakçılarla Ucar Rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində onların iştirakı ilə protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Ardınca müstəntiq tərəfindən Növbətçi Hissədə üzərilərindən aşkar edilmiş kütlələrə və mobil telefonlara baxış keçirilmişdir. Belə ki onlara Növbətçi Hissədə hüquqları bir daha izah olunaraq bu barədə bildiriş təqdim olunmuşdur. Ardınca Əlinin üzərindən aşkar edilmiş kütlənin qablaşdırıldığı zərf videoçəkilişlə açılaraq onlara təqdim olunmuş, zərfin tamlığı pozulmamışdır. İçərisində olan şəffaf sellofan paket çıxarılaraq onlara nümayiş etdirilmiş, Təqsirləndirilən şəxs içərisində olan yaşıl rəngli kütlənin, eləcə də 1 ədəd qızılı və 1 ədəd gümüşü rəngli bükümdəki kütlələrin marixuana olduğunu və özünə məxus olduğunu bildirmiş, həmin kütlələr birlikdə şəffaf sellofanda bir daha elektron tərəzidə çəkildikdə çəkisi 8,43 qram olmuş və həmin kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs telefonunun olduğu zərf açılaraq telefonu nümayiş etdirilmiş, sonuncu həmin telefonun özünə məxsus olduğunu bildirmiş və bundan sonra həmin telefon olduğu kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Ardınca onun üzərindən 1 ədəd kağız bükümdə aşkar edilmiş kütlənin olduğu zərf açılaraq həmin kütlə nümayiş etdirilmişdir. O, həmin kütlənin onun üzərindən aşkar edilmiş marixuana olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Həmin kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilərək 0,38 qram olmuş və həmin kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra telefonunun olduğu zərf açılaraq telefonu ona nümayiş etdirilmiş, Təqsirləndirilən şəxs həmin telefonun ona məxsus olduğunu bildirmiş və bundan sonra həmin telefon olduğu kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Onlara polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalıb-qalmamaları barədə sual verilmiş, polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalmadıqlarını bildirmişlər. Bununla da baxış prosesi yekunlaşaraq videoçəkiliş dayandırılmışdır. Üzərindən aşkar edilmiş 1 ədəd kağız bükümdəki marixuananı ## ##### 2025-ci il saxlanılmamışdan təxminən 15 dəqiqə əvvəl Təqsirləndirilən şəxs Ucar şəhəri Koroğlu küçəsində götürmüşdür. Əlidən marixuana olubolmadığını soruşmuş, Əli də ona bir çəkimlik həmin kağız bükündəki marixuananı cibindən çıxardıb pay kimi vermişdir. Qarşılığında Əli ondan heç nə istəməmiş, nə də ki, Əliyə heç nə verməmiş və təklif etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini bilmiş, ona görə də özü üçün marixuana istəmişdir, Təqsirləndirilən şəxs da ona 1 ədəd kağız bükümdəki marixuananı çəkmək üçün pay vermişdir. Əlinin üstündə başqa marixuanaların olmasını bilməmiş, nə də ki, Əli ona digər marixuanaları göstərməmişdir. Birinci instansiya məhkəməsinin iclasında əlavə olaraq dindirilmiş şahid şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ucar rayonu, Qarabörk kəndində yaşayır. İstifadəsində *** *** ** ** saylı mobil nömrə vardır. Etibarnamə əsasında “Opel” markalı **-RV- *** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Hərdənbir narkotik vasitə olan marixuanadan istifadə etmişdir. ## ##### 2025- ci il tarixdə, saat 22 radələrində “Opel” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə evə gedən zaman onunla yaxınlıqda, şəhər ərazisində yaşayan tanışı Təqsirləndirilən şəxs da sonuncunun yaşadığı evə aparmışdır. Təqsirləndirilən şəxs başqa avtomobildə heç kim olmamışdır. O, “Opel” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Koroğlu küçəsində hərəkətdə olan zaman Ucar RPŞ-nə məxsus yol polisi maşını ona saxla işarəsi vermiş, o da avtomobili yolun kənarına çəkib saxlamışdır. Həmin vaxt onun üzərində, yəni əynindəki tünd göy rəngli uzunqol gödəkçəsinin sol qarşı döş cibində 1 ədəd kağız bükümdə özü istifadə etməsi üçün az miqdarda qurudulmuş marixuana olmuşdur. Təqsirləndirilən şəxs üstündə başqa narkotik vasitə olub-olmadığını bilməmişdir. Yol polisi saxladığına görə hər hansı şübhəli vəziyyət hiss etməmişdir. Avtomobildən düşən kimi avtomobilə dərhal mülki geyimdə olan şəxslər yaxınlaşaraq Ucar RPŞ-nin əməkdaşları olduqlarını bildirərək ona, eləcə də tanışı Təqsirləndirilən şəxs üzərilərinə və avtomobildə narkotik vasitə saxlayıb daşımaqda şübhəli olduqlarını bildirmişlər. Onlara videoçəkilişlə üzərilərinin yoxlanılacağı və avtomobilə baxışın keçiriləcəyi izah olunmuş, eyni zamanda hüquq və vəzifələri izah olunmuşdur. Onlar videoçəkilişlə üzərilərinin yoxlanılmasına və avtomobilə baxışın keçirilməsinə etiraz etməmişlər. Saxlanıldıqları yerdə avtomobillər çox hərəkət etdiyindən həmin yerdən 30-40 metr aralaşıb yolun kənarında videoçəkilişlə sənədləşmə aparılmışdır. Ona üzərində və ya idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş narkotik vasitə və ya başqa predmetlərin olubolmadığı soruşulmuşdur. O, avtomobildə narkotik vasitə və qanunla qadağan olunmuş başqa əşyanın olmadığını bildirmiş, lakin üzərində marixuana olduğunu bildirərək gödəkçəsinin sol döş cibindən çıxarıb 1 ədəd bükümü göstərərək polislərə təqdim etmişdir. Üstü polis əməkdaşı tərəfindən yoxlanılarkən şalvarının sağ yan cibindən özünə məxsus “Samsung A03” markalı telefonu da aşkar olunmuşdur. Həmin kağız bükümdə olan marixuana bükümlə birlikdə elektron tərəzidə çəkilərək 0,37 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin büküm 1 ədəd kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda “Samsung A03” markalı telefonu da 1 ədəd kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmışdır. Üzərindən başqa heç nə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, sonuncuya sual verildikdə üzərində narkotik vasitə olduğunu bildirmiş və əynindəki qaraaçıq süd rəngində olan gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf sellofan paket çıxarmış, daha sonra həmin cibindən 1 ədəd qızılı-ağ və 1 ədəd gümüşü-ağ rəngli büküm çıxardıb polislərə təqdim etmişdir. Şəfaf sellofan paketdə yaşıl rəngli, marixuanaya bənzər kütlə, həmçinin 1 ədəd qızılı-ağ və 1 ədəd gümüşü-ağ rəngli bükümlərdə də yaşıl rəngli, marixuanaya bənzər kütlələr olmuşdur. Təqsirləndirilən şəxs polislərə onların marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd qızılı-ağ və 1 ədəd gümüşü-ağ rəngli bükümlər içərisində marixuanaya bənzər kütlə olan şəffaf sellofan paketə qoyularaq elektron tərəzidə çəkilmiş, hamısının bir yerdə çəkisi 8,94 qram olmuşdur. Daha sonra həmin sellofan paket 1 ədəd kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs gödəkçəsinin sol iç cibindən 15 manat pul şalvarının sağ yan cibindən göy rəngli “Samsung” markalı telefon və qəpik pullar aşkar edilmişdir. 15 manat pul və qəpik pullar Əliyə qaytarılmış, telefonu isə 1 ədəd kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmışdır. Daha sonra “Opel” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, lakin avtomobildən də heç nə aşkar edilməmişdir. Bundan sonra baxış prosesi yekunlaşaraq videoçəkiliş dayandırılmış və iştirakçılarla Ucar Rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində onların iştirakı ilə protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Ardınca müstəntiq tərəfindən Növbətçi Hissədə üzərilərindən aşkar edilmiş kütlələrə və mobil telefonlara baxış keçirilmişdir. Belə ki onlara Növbətçi Hissədə hüquqları bir daha izah olunaraq bu barədə bildiriş təqdim olunmuşdur. Ardınca Əlinin üzərindən aşkar edilmiş kütlənin qablaşdırıldığı zərf videoçəkilişlə açılaraq onlara təqdim olunmuş, zərfin tamlığı pozulmamışdır. İçərisində olan şəffaf sellofan paket çıxarılaraq onlara nümayiş etdirilmiş, Təqsirləndirilən şəxs içərisində olan yaşıl rəngli kütlənin, eləcə də 1 ədəd qızılı və 1 ədəd gümüşü rəngli bükümdəki kütlələrin marixuana olduğunu və özünə məxus olduğunu bildirmiş, həmin kütlələr birlikdə şəffaf sellofanda bir daha elektron tərəzidə çəkildikdə çəkisi 8,43 qram olmuş və həmin kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs telefonunun olduğu zərf açılaraq telefonu nümayiş etdirilmiş, sonuncu həmin telefonun özünə məxsus olduğunu bildirmiş və bundan sonra həmin telefon olduğu kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Ardınca onun üzərindən 1 ədəd kağız bükümdə aşkar edilmiş kütlənin olduğu zərf açılaraq həmin kütlə nümayiş etdirilmişdir. O, həmin kütlənin onun üzərindən aşkar edilmiş marixuana olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Həmin kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilərək 0,38 qram olmuş və həmin kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra telefonunun olduğu zərf açılaraq telefonu ona nümayiş etdirilmiş, Təqsirləndirilən şəxs həmin telefonun ona məxsus olduğunu bildirmiş və bundan sonra həmin telefon olduğu kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Onlara polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalıb-qalmamaları barədə sual verilmiş, polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalmadıqlarını bildirmişlər. Lakin o və Əli polis əməkdaşları tərəfindən psixi təzyiqə məruz qalmışlar, belə ki, Əliyə narkotik vasitələrin satışı əməlini etiraf etməyəcəyi, ona isə Əlidən narkotik vasitəni əvəzsiz almasını bildirməyəcəyi təqdirdə daha ağır ittiham irəli sürüləcəyi bildirilmişdir. O da bundan qorxaraq ibtidai istintaq zamanı narkotik vasitəni Əlidən pay olaraq aldığı barədə ifadə vermişdir. O, məhkəmənin qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən izibati qaydada həbs edilmişdir. Nə həmin müddət ərzində, nə də ki, həbsdən sonra polis əməkdaşlarından qorxaraq verdiyi ifadə barəsində hər hansı dövlət orqanlarına heç bir müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin ## ##### 2025-ci il tarixli, **/*** saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üstünə yoxlama zamanı üzərində olan gödəkcənin cibindən aşkar olunan 1 ədəd sellofan torba qurudulmuş marixuanaya bənzər kütlə və 2 ədəd 1-i qızılı və 1-i gümüşü rəngdə olan kağız bükümün içərisində olan qurudulmuş marixuanaya bənzər kütlə.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,31 qram, 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,31 qram və 01 (bir) ədəd şəffaf polietilen paketdə, təmiz çəkisi-5,58 qram, ümumi çəkiləri-6,20 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “##.##.2025-ci il tarixdə şahid1 üzərinə yoxlama zamanı gödəkcənin cibindən aşkar olunmuş 1 ədəd bükümdə aşkar olunmuş kütlə.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,50 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ümumilikdə 03 (üç) ədəd kağız bükümlərdə və 01 (bir) ədəd polietilen paketdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən ## #### 2025- ci il tarixdə verilmiş, *** nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 məhkəmətibbi ekspertizasının ## ##### 2025-ci il tarixli, *** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilməmişdir. İş materiallarında olan ## ##### 2025- ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan ## ##### 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxslərin üstünün yoxlanılmasına və nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair protokollardan görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxardaraq içərisində qurudulmuş marixuanaya bənzər kütlə olduğunu bildirmiş, daha sonra həmin cibdən 1 ədəd gümüş və 1 ədəd qızılı büküm çıxardaraq həmin bükümlərin də içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qurudulmuş marixuanaya bənzər kütlənin olduğu 1 ədəd sellofan bükümün içərisinə daha sonra təqdim etdiyi 1 ədəd qızılı və 1 ədəd gümüşü bükümləri yerləşdirərək birlikdə Ucar RPŞ-nin CAB-ın rəisi C.Hümmətov tərəfindən elektron tərəzidə çəkilmiş və həmin kütlələrin cəmi çəkisi 8,94 qram olması müəyyən olunmuşdur. Həmin sellofan büküm 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış, zərfin üzərində Ucar RPŞ-nin CABın rəisi C.Hümmətov tərəfindən müvafiq qeydlər aparılmış, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. Bundan sonra sonuncunun üstü Ucar RPŞ-nin PPXB-nin V şahid5 tərəfindən yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən istifadəsində olan 1 ədəd “Samsung” markalı mobil telefon və pul aşkar olunmuşdur. “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən tərəflərindən götürülmüş, pul isə sonuncuya geri qaytarılmışdır. Daha sonra yoxlama zamanı Təqsirləndirilən şəxs üstündən narotik vasitə və psixotrop maddəyə bənzər hər hansı bir əşya, eləcə də qanunla qadağan olunmuş digər əşya və predmetlər aşkar edilməmişdir. Videoçəkiliş zamanı “Sony” markalı aparatdan istifadə edilmişdir. İş materiallarında olan ## ##### 2025- ci il tarixli şübhəli şəxs kimi tutma haqqında qərardan, eləcə də 30-cu vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 00:30-da Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında ## ##### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)- **/**** nömrəli təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri həbs seçilməsi barədə qərardan görünür ki, ## ##### 1998-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Vətən müharibəsi iştirakçısı, ünvan 4 ünvanda qeydiyyatda olan və Ucar şəhəri, Oğuz küçəsi, bina 11, mənzil 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri həbs seçilmiş, həbs etmənin əvvəli ## ##### 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq ## ##### 2025-ci il tarixli maddi sübut kimi tanınma, eləcə də, ## #### 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs ## ##### 2025-ci il tarixdə CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, eləcə də həmin tarixdə Ucar Rayon Məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin qüvvədə saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Ucar rayon prokurorluğuna göndərilmişdir. şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 307.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Ucar rayon prokurorluğuna göndərilmişdir. şahid1 barəsində Azərbaycan Respublikası İXMnin 206cı maddəsi ilə inzibati icraat işinin başlanması məsələsinə baxılması üçün qərarın surəti Ucar RPŞ-nin İTB-nə göndərilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd zərfdə təqdim olunmuş 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə 0,31 qram, 01 ədəd qızılı-ağ rəngli kağız bükümdə 0,31 qram və 01 ədəd şəffaf polietilen paketdə 5,58 qram çəkidə olmaqla ümumi 6,20 qram çəkidə olan marixuana və şahid1 üzərindən aşkar edilmiş 1 ədəd zərfdə təqdim olunmuş 01 ədəd ağ rəngli kağız bükümdə 0,50 qram çəkidə olan qurudulmuş marixuana ## ##### 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi kimi tanınmış, həmin marixuanaların hər birindən 0,02 qramının tədqiqata sərf edilməsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonra ümumi 6,14 qram çəkidə qalmış marixuanalar 01 ədəd kağız paketdə saxlanmasından ötrü Ucar Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs və şahid1 üstünün yoxlanılmasının və sonuncunun idarə etdiyi “Opel” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş baxışın videogörüntüsünün köçürüldüyü bir ədəd kompakt disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Ucar şəhəri, ünvan 1 yaşayan Təqsirləndirilən şəxs barəsində Ucar Rayon Mənzil İstismar Sahəsinə yazılı və şifahi surətdə ərizə, şikayət və hər hansı bir sənəd daxil olmamışdır. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan ## ##### 2025-ci il tarixli üzləşmə protokolundan görünür ki, şahid1 Təqsirləndirilən şəxs üzünə qarşı narkotik vasitəni pay kimi ondan aldığını bildirmiş, Təqsirləndirilən şəxs da təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Ucar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- ***/**** nömrəli qərarından görünür ki, şahid1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətində inzibati qaydada həbs tənbehi seçilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin başlıca dəlili təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll olunmaqla, onun əməlinin CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsilə bağlıdır. Apellyasiya şikayətlərində xüsusilə vurğulanan məqam ondan ibarətdir ki, şahid şahid1 məhkəmə istintaqı zamanı əlavə dindirilərkən ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq qorxduğu üçün narkotik vasitəni Əlidən pay olaraq aldığı barədə ibtidai istintaq dövründə ifadə verməsidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərilə bağlı olaraq aşağıdakıları qeyd edir. Öncə qeyd edilməlidir ki, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsilə təqsirli bilərək göstərmişdir ki, üzərindən aşkar edilmiş marixuanaları, eləcə də şahid1 1 ədəd kağız bükümdə pay verdiyi marixuananı tutulmamışdan təxminən 10 gün əvvəl 1 ədəd şəffaf sellofan paketdə Göyçay rayonunda tanımadığı kəndin ərazisində yerdən tapdığını, ayrı-ayrı bükümlərə bir dəfə çəkimlik üçün qablaşdırdığını, həmin marixuanadan da Vüqara ##.##.2025-ci il tarixdə tutulmamışdan əvvəl pulsuz verdiyini, başqa heç kimə həmin marixuanadan vermədiyini, yalnız 3-4 dəfə özü çəkdiyini göstərmişdir. Həmçinin iş materiallarında olan “cinayət işinin materialları və maddi sübutlarla tanış etmə haqqında” protokoldan müəyyən edilmişdir ki, müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış edilərkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs vəsatət verərək heç kimə narkotik vasitə satmadığını, şahid1 narkotik vasitə olan marixuananı əvəzsiz olaraq pay verdiyini bildirərək əməlinin CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Bundan başqa məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş şahid1 ifadəsindən müəyyən edilmişdir ki, o, üzərindən aşkar edilmiş marixuananı tutulmamışdan 15 dəqiqə əvvəl Təqsirləndirilən şəxsla görüşərkən ondan almış, belə ki, o, Əlidən marixuana olubolmadığını soruşmuş, Əli də ona bir çəkimlik həmin bükümdəki marixuananı pay kimi vermişdir. Həmçinin iş materiallarında olan üzləşdirmədə dindirməyə dair protokoldan müəyyən edilmişdir ki, şahid1la Təqsirləndirilən şəxs arasında aparılan üzləşmə zamanı şahid1 eyni məzmunlu ifadə vermişdir. Göründüyü kimi məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şahid1 narkotik vasitə olan marixuananı verdiyini, lakin həmin narkotik vasitəni pay olaraq əvəzsiz qaydada verdiyini göstərmiş, şahid şahid1 da bunu təkzib etməmişdir. Birinci instansiya məhkəməsində aparılan məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin ifadələrini təkzib edərək özünü CM-in 234.1-ci maddəsilə təqsirli bilsə də, şahid şahid1 məhkəmə istintaqı zamanı ilkin ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı Təqsirləndirilən şəxs pay kimi götürüb üzərində saxladığını bildirmiş, məhkəmə iclasında verdiyi sonrakı ifadəsində isə həmin ifadəni təkzib etmiş, ağır ittiham irəli sürüləcəyindən qorxduğu üçün narkotik vasitəni Əlidən pay olaraq aldığı barədə ifadə verdiyini göstərmişdir. Məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs saxlanıldığı vaxt üzərində narkotik vasitə olan marixuana olduğunu bildirərək özünü CM-in 234.1-ci maddəsilə təqsirli bildiyini göstərsə də, şahid1 narkotik vasitə vermədiyini bildirərək CM-in 234.2-ci maddəsini qəbul etməmiş, şahid1 da ifadəsində həmin vaxt üzərində narkotik vasitə olduğunu bildirsə də həmin narkotik vasitəni Təqsirləndirilən şəxs almadığını göstərmişdir. Göründüyü kimi həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və şahid şahid1 üzərilərindən aşkar edilmiş narkotik vasitələrin onlara məxsus olduğunu bildirməklə həmin halı mübahisələndirməsələr də, Təqsirləndirilən şəxs şahid1 narkotik vasitə vermədiyini, şahid1 isə Təqsirləndirilən şəxs narkotik vasitə almadığını bildirməklə həmin xüsusatı mübahisələndirmişlər. Halbuki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin ## ##### 2025-ci il tarixli, **/*** saylı ekspert rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üstünə yoxlama zamanı üzərində olan gödəkcənin cibindən aşkar olunan 1 ədəd sellofan torba qurudulmuş marixuanaya bənzər kütlə və 2 ədəd 1-i qızılı və 1-i gümüşü rəngdə olan kağız bükümün içərisində olan qurudulmuş marixuanaya bənzər kütlə.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,31 qram, 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,31 qram və 01 (bir) ədəd şəffaf polietilen paketdə, təmiz çəkisi-5,58 qram, ümumi çəkiləri-6,20 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “##.##.2025-ci il tarixdə şahid1 üzərinə yoxlama zamanı gödəkcənin cibindən aşkar olunmuş 1 ədəd bükümdə aşkar olunmuş kütlə.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,50 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ümumilikdə 3 (üç) ədəd kağız bükümlərdə və 1 (bir) ədəd polietilen paketdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspert rəyindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə ilə şahid1 üzərindən aşkar edilmiş narkotik vasitənin tərkiblərinə görə eyni olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şahid1 narkotik vasitə vermədiyini, şahid1 isə Təqsirləndirilən şəxs narkotik vasitə almadığını bildirdikləri halda məhkəmə kollegiyasının iclasında nə Təqsirləndirilən şəxs, nədə ki, şahid1 həmin xüsusata aydınlıq gətirə bilməmişlər. Məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində şahid1 saxlanıldığı vaxt polis əməkdaşlarının təzyiqi nəticəsində üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirdiyini, sonrakı müddətdə barəsində inzibati həbs seçilərək polis şöbəsində saxlanıldığından polis əməkdaşlarının nəzarətində olduğundan eyni məzmunlu ifadə verməyə məcbur olduğunu göstərmiş, lakin inzibati həbsdən azad edildikdən sonra da eyni məzmunlu ifadə verməsinin səbəbini izah edə bilməmişdir. İş materiallarına əlavə edilmiş Ucar Rayon Məhkəməsinin şahid1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətində inzibati qaydada həbs edilməsinə dair ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarından görünür ki, şahid1 məhkəmə iclasında özünü İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, “... Ucar RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyyat axtarış tədbirləri nəticəsində ## ##### 2025-ci il tarixdə Əli adlı şəxslə birlikdə tutulmuş, üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən təmiz çəkisi 0,50 qram təşkil edən 01 ədəd büküm qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs pay olaraq əldə etmişdir...” Bundan başqa iş materiallarında olan ## ##### 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxslərin üstünün yoxlanılmasına və nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair” protokoldan və “təqdim edilən əşyalara baxış keçirilməsinə dair” ## ##### 2025-ci il tarixli protokoldan görünür ki, qeyd edilən protokollar həm Təqsirləndirilən şəxs, həm də şahid1 tərəfindən imzalanmış, protokollara onların tərəfindən heç bir etiraz, şikayət, təklif və qeyd daxil olmamışdır. Həmçinin iş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamaya dair ## #### 2025-ci il tarixli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs 2020-ci ildən arada-bir narkotik vasitə olan “marixuana” çəkdiyini, Vüqara verdiyi narkotik vasitəni Elçindən aldığını bildirmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şahid1 narkotik vasitə verməməsinə dair göstərdikləri tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şahid1 narkotik vasitə verməməsinə dair, həmçinin şahid şahid1 Təqsirləndirilən şəxs narkotik vasitə almamasına dair məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə tənqidi yanaşaraq həmin ifadələri işin faktiki hallarına uyğun olmayan, məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla təkzib edilən ifadələr kimi qəbul edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli * №-li Qərarının 8-ci bəndində göstərilmişdir ki, şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən olunmuş halları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya şikayətində göstərdikləri və həmin şikayətin dəlillərilə bağlı məhkəmə kollegiyasının iclasında bildirdikləri onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi iə tövsif edilməsi üçün əsas deyildir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətlərində göstərdiyi dəlillər, həm də təqsirləndirilən şəxsin həmin şikayətin dəlillərilə bağlı məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsini işin faktiki hallarına uyğun olmamaqla həqiqəti əks etdirməyən, cinayət məsuliyyətindən və cəzadan kənarda qalmasına hesablanan ifadələr kimi qəbul edir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPMin 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi hallarla, o cümlədən təqsirləndirilən şəxsin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını və ”Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi, CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halın olmamasını kifayət qədər nəzərə almış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in qeyd olunan normalarının və ədalət prinsipinin (CM maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri tamamilə əsassızdır. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq onları qəbuledilməz sayaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi 08 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili müdafiəçi1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi 08 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili müdafiəçi1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar