Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-147/2026 14.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(091)-210/2025 ( sədrlik edən X.Məmmədov) nömrəli hökmü ilə ## #### 1977-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Şəki Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək ünvan 3 küçədə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X5 saxlanılan Təqsirləndirilən şəxsnun CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərarı ilə barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə CM-in 76.6-cı maddəsinə əsasən ləğv edilmsi və həmin cəzanın çəkilməmiş 04 ay hissəsi CM-in 67.1- ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunması və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. İşin halları Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ Siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə qurudulmuş marixuananın külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qram müəyyən edildiyi halda, istifadəsində olan “Samsung” markalı mobil telefonda istifadə etdiyi *** ***-**-** mobil telefon nömrəsi ilə “WhatsApp” ani mesajlaşma mobil tətbiqində mobil telefonun kontaktında “Rəşid İran” kimi qeyd edilmiş şəxsiyyəti istintaqa məlum olmayan +989330971988 mobil telefon nömrəsinin sahibi ilə yazışaraq satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda külli miqdarda, ümumilikdə təmiz çəkisi 5400 qram, ayrı ayrılıqda 01 ədəd göy rəngli sellofan torbanın içərisində təmiz çəkisi 2630 qram və 01 ədəd sarı rəngli sellofan torbanın içərisində təmiz çəkisi 2770 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, ## ###### 2025-ci il tarixdə saat 20:20-də Mingəçevir Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 küçədə saxlanılıb həmin tarixdə qeyd olunan ünvanda saat 20:20-dən saat 20:44-dək olan müddət ərzində üzəri yoxlanılarkən, göstərilən çəkidə narkotik vasitə qurudulmuş marixuana əlindəki ağ rəngli sellofan tobanın içərisindən aşkar edilərək götürülmüşdür İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il 6(altı) ay müddətinə azadlıqdan məhrum edilmişdir. Ona təyin edilən cəza ilə razı deyildir, belə ki , o heç bir satış həyata keçirməmiş, satış niyyətinin olmadığını qeyd etmişdir. Bu faktı Mingəçevir polisi də, məhkəmə istintaqı zamanı şahid X1 da təsdiq edərək, onun satış niyyəti olmadığını bildirmişdir. Odur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün dəyişdirilməsini və daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərərək şikayətin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilkin məhkəmə iclaslarında CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd olunanlar doğru yazılmış, gündə iki və ya üç kibrit qutusu miqdarında narkotik vasitədən istifadə etmiş və 5 kiloqram narkotik vasitə üçün 200 manat pul verməyi qərarlaşdırmışdır. Narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından almış, həmin şəxsi sifətini görməmiş və qeyd olunan şəxslə ancaq mobil telefon vasitəsilə əlaqə saxlamışdır Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı sonrakı məhkəmə iclaslarında CMin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməyərək ifadəsində göstərmişdir ki, kibrit qutusunun içərisində olan narkotik vasitənin çəkisini bilməmiş və narkotik vasitəni satmaq məqsədilə almasını təsdiq edən səs yazısı mövcud olmamışdır. Videoçəkilişdən istifadə edilməklə üstü yoxlanılan zaman polis əməkdaşları onun qarşısına kütləni qoyub həmin kütlənin ona məxsus olması barədə ifadə verməsini təklif etmişlər, o isə qeyd olunan paketin içərisində marixuana və ya tiryək olmasını bilməmişdir. Heç kəsin az pul qarşılığında o qədər çəkidə narkotik vasitə verməyəcəyini düşünmüşdür. Barəsində ədalətli qərar çıxarılmasını və yüngül cəza təyin olunmasını xahiş edir. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, bu səbəbdən də əvvəllər cəzaçəkmə müəssisəsində cəza çəkən zaman orada tanış olduğu Ayna adlı şəxsdən Rəşid adlı İran İslam Respublikasının vətəndaşının mobil telefon nömrəsini almış və cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra “WhatsApp” tətbiqi vasitəsilə Rəşid adlı şəxs ilə əlaqə saxlayıb bir neçə dəfə istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana almışdır. ## ###### 2025-ci il tarixdə “WhatsApp” tətbiqi vasitəsilə Rəşid adlı şəxsə mesaj yazaraq narkotik vasitə qurudulmuş marixuana istəmiş və həmin şəxs ona narkotik vasitəni satmağa razı olduğunu bildirmişdir. Həmin tarixdə Rəşid adlı şəxsin “WhatsApp” tətbiqi vasitəsilə ona göndərdiyi məkanda qeyd olunan ünvan 2 küçəyə getmiş və orada olan kolun dibindən bir ədəd ağ rəngli sellofan torbanın içərisində olan bir ədəd göy və bir ədəd sarı rəngli sellofan torbanın içərisində olan narkotik vasitə qurudulmuş marixuananı götürüb qeyd olunan küçə ilə piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və üstünün yoxlanılmasını demişlər. O, etiraz etməmiş və həmin vaxt üstü yoxlanılan zaman əlində olan bir ədəd ağ rəngli sellofan torbanın içərisində olan 01 ədəd göy rəngli və 01 ədəd sarı rəngli sellofan torbalarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, elektron tərəzi vasitəsilə çəkilən zaman göy rəngli sellofan torbada olan kütlənin ümumi çəkisinin 02 kiloqram 680 qram, sarı rəngli sellofan torbada olan kütlənin ümumi çəkisinin isə 02 kiloqram 820 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərib olunmuşdur. Bu zaman o, sellofan torbalarda olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşı Rəşid adlı şəxsdən nisyə aldığını və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra o, Mingəçevir Şəhər Polis Şöbəsinə aparılmış və orada müdafiəçi ilə təmin olunmuşdur Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ## ###### 2025-ci il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə saat 20 radələrində ünvan 2 küçəsində saxlanılaraq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğu bildirilərək videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməmiş və həmin vaxt üstü yoxlanılan zaman əlində olan bir ədəd ağ rəngli sellofan torbanın içərisində olan 01 ədəd göy rəngli və 01 ədəd sarı rəngli sellofan torbalarda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, elektron tərəzi vasitəsilə çəkilən zaman göy rəngli sellofan torbada olan kütlənin ümumi çəkisinin 02 kiloqram 680 qram, sarı rəngli sellofan torbada olan kütlənin ümumi çəkisinin isə 02 kiloqram 820 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərib olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs sellofan torbalarda olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşı Rəşid adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Polis Şöbəsinə aparılmış və orada müdafiəçi ilə təmin olunmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib şahid şahid3la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində şahid şahid3 ifadəsinə uyğun ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan raportdan görünür ki, həmin tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinə Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə həmin tarixdə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. İş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzəri videoçəkilişdən istifadə edilməklə yoxlanılmış və bu zaman əlində olan bir ədəd ağ rəngli sellofan torbanın içərisində olan 01 ədəd göy rəngli və 01 ədəd sarı rəngli sellofan torbalarda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin keçirilməsinin və şübhəli şəxsin üstünün yoxlanılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əlində olan bir ədəd ağ rəngli sellofan torbanın içərisində olan 01 ədəd göy rəngli və 01 ədəd sarı rəngli sellofan torbalarda olan narkotik vasitə qurudulmuş marixuanaya və 01 ədəd “Samsung A10” markalı mobil telefona baxış keçirilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının ## ###### 2025-ci il tarixli **/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapşıdırılmış kağızda “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd göy rəngli sellofanda olan narkotik vasitə marixuanaya oxşar kütlə tərəfimizdən qablaşdırıldı.” yazısı, adlar və imzalar olan üzəri yapışqan lentlə sarınmış 01 (bir) ədəd göy rəngli sellofan bağlamanın içərisindəki təmiz çəkisi 2630,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapşdırılmış kağızda “Vət. Təqsirləndirilən şəxs əlində olan bir ədəd sarı rəngli sellafonın içərisindəki narkotik vasitə marixuanaya oxşar kütlə tərəfimizdən qablaşdırıldı.” yazısı, adlar və imzalar olan üzəri yapışqan lentlə sarınmış 01 (bir) ədəd sarı rəngli sellofan bağlamanın içərisindəki təmiz çəkisi 2770 qram olan bitki mənşəli kütlə tərkibində narkotik madddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan cinayət işinin başlanması və icraat qəbul edilməsi haqqında ## ###### 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefona baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin mobil telefonda olan 055 825-18- 09 mobil telefon nömrəsinin “WhatsApp” ani mesajlaşma mobil tətbiqində mobil telefonun kontaktında “Rəşid İran” kimi qeyd edilmiş şəxsiyyəti istintaqa məlum olmayan +989330971988 mobil telefon nömrəsinin sahibi ilə yazışaraq Mingəçevir şəhərinin ərazisində satmaq məqsədi ilə nisyə narkotik vasitə qurudulmuş marixuana istəməsi və satış zamanı əldə etdiyi qazancdan narkotik vasitə qurudulmuş marixuananın pulunu göndərəcəyi, Rəşid adlı şəxsin isə Təqsirləndirilən şəxs müəyyən məkanın fotoşəklini çəkib göndərməsi, narkotik vasitəni fotoşəkildəki ünvana qoyması barədə işarə və həmin ünvanın məkanını göndərməsi öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan cinayət əməlinin tövsif edilməsi haqqında ## ###### 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 234.1- 1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında ## ###### 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına dair ## ##### 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi İran İslam Respublikasının vətəndaşı olan Rəşid adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin materiallarında olan cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında ## ### 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında ## ### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü madddəsi ilə elan olunmuş ittiham həmin tarixdə dəyişdirilmədən saxlanılmış və barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının ## #### 2025ci il tarixli */**** nömrəli rəyindən görünür ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs aid bütün qrafalarda olan imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, ## ###### 2025-ci il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinə Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq videoçəkilişdən istifadə edilməklə üstü yoxlanılmış, bu zaman əlində olan bir ədəd ağ rəngli sellofan torbanın içərisində olan 01 ədəd göy rəngli və 01 ədəd sarı rəngli sellofan torbalarda narkotik vasitə qurudulmuş marixuanalar aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Habelə cinayət işinin materiallarından görünür ki, üstü yoxlanılan zaman Təqsirləndirilən şəxs tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı qeyd aparılmamışdır. Həmin istintaq hərəkəti zamanı aşkar olunanlar da Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dediklərini təkzib edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, təqdim edilən əşyaya baxış keçirilən zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və ona qarşı edilmiş qanunsuz hərəkətlərin qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokolda hər hansı qeyd aparılmamışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman o, yalnız barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının ## ### 2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə olunarkən həkimə narkotik vasitə marixuanadan istifadə etdiyini və aşkar edilən narkotik vasitəni tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını etiraf etmişdir. Habelə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının ## ### 2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə marixuananın qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispaserindən daxil olmuş ## #### 2025-ci il tarixli **** nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ## #### 2017-ci il tarixdən həmin dispanserdə qeydiyyatdadır. Həmçinin cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının ## #### 2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixiki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və əqli gerilik xəstəliyi aşkar edilmir. O, öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətinə malikdir. O, ona şamil edilən cinayəti törədən vaxt, yəni ## ###### 2025-cil il tarixdə anlaqlı olmuşdur. Onun hərəkətləri CM-in 21- ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Rayonlararası Psixo-nevroloji Dispaserindən daxil olmuş ## #### 2025-ci il tarixli *** nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, CPM-in 397.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü tam həcmdə yoxlamış və hökmün qanuniliyi, əsaslılığı və ədalətliliyi barədə qəti qənaətə gəlmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin "satış məqsədinin olmaması və əməlin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsi" barədə dəlillərini araşdıraraq bildirir ki, həmin iddialar işin obyektiv halları və toplanmış mötəbər sübutlar toplusu ilə tamamilə təkzib olunur. Belə ki, cinayət işinin materiallarında mövcud olan ## ###### 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokolla tam sübuta yetirilmişdir ki, təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon və "WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsilə "Rəşid İran" adlı xarici ölkə vətəndaşı ilə maddi qazanc əldə etmək və sonradan pulunu ödəmək şərti ilə külli miqdarda narkotik vasitənin nisyə alınması və Mingəçevir şəhəri ərazisində həyata keçirilməsi barədə birbaşa cinayətkar sövdələşməyə girmişdir. Bu fakt cinayət əməlinin sırf "satış məqsədilə" törədildiyini, şəxsin niyyətinin və subyektiv tərəfinin məhz qanunsuz dövriyyə və satışa yönəldiyini şübhəsiz formada ortaya qoyur. Satış məqsədini sübut edən digər təkzibedilməz xüsusat isə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitənin əhəmiyyətli dərəcədə böyük olan miqdarıdır. Məhkəmə-bioloji ekspertizasının ## ###### 2025-ci il tarixli **/*** nömrəli rəyinə görə, Təqsirləndirilən şəxs ümumilikdə 5400 qram (təmiz çəkiləri müvafiq olaraq 2630 qram və 2770 qram olan iki fərqli bağlamada) qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, qurudulmuş marixuananın 500 qramdan artıq olan miqdarı artıq "külli miqdar" hesab edilir. Təqsirləndirilən şəxsdən götürülmüş narkotik vasitənin miqdarı isə qanunla müəyyən edilmiş külli miqdar həddindən təxminən 11 dəfə çoxdur. Şəxsin gündəlik fərdi istehlak imkanları və narkoloji dispanserdə qeydiyyatda olması faktı nəzərə alınsa belə, belə böyük həcmdə narkotik vasitənin yalnız şəxsi istifadə üçün əldə edilməsi və üzərində saxlanılaraq daşınması ağlabatan deyil və məntiqlə ziddiyyət təşkil edir. Bu miqdar özlüyündə fərdi tələbat hədlərini dəfələrlə aşan, obyektiv olaraq yalnız və yalnız sonradan satış məqsədilə toplana biləcək bir kütlədir. Həmçinin, narkotik vasitənin iki ayrı-ayrı böyük bağlamada (göy rəngli sellofanda 2630 qram və sarı rəngli sellofanda 2770 qram) qablaşdırılması və gizli saxlanc yerindən (kolun dibindən) xüsusi koordinatlarla götürülməsi onun növbəti satış mərhələsinə hazırlandığını göstərir. Təqsirləndirilən şəxsin istintaq zamanı narkotik vasitəni nisyə aldığını və satış qazancından pulunu ödəyəcəyini etiraf etməsi, onun maddi vəziyyətinin ağır olması və rəsmi olaraq işsiz olması halında belə dəyərli bir kütləni nisyə əldə edə bilməsi yalnız onun narkotiki realizasiya edib borcunu qaytaracağına dair qarşı tərəfə verdiyi təminatla (satış məqsədi ilə) izah oluna bilər. Hər hansı bir narkotik satıcısının bu qədər yüksək maddi dəyərə malik olan külli miqdarda vasitəni şəxsi istehlak üçün heç bir ödəniş almadan nisyə olaraq başqa bir şəxsə verməsi məhkəmə kollegiyası tərəfindən ağlabatan hesab edilmir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ibtidai istintaqdakı etirafedici ifadələrindən imtina etməsi və polis əməkdaşları tərəfindən ona qarşı təzyiq göstərilməsi barədə iddiaları məhkəmə tərəfindən özünü müdafiə xarakterli və məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirilir. Belə ki, iş materiallarında mövcud olan videoçəkiliş diski, əməliyyataxtarış tədbirinin keçirilməsinə dair protokollar və məhkəmə-xətşünaslıq ekspertizasının ## #### 2025-ci il tarixli */**** nömrəli rəyi təsdiq edir ki, bütün prosessual hərəkətlər qanun çərçivəsində, təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə aparılmış, Könül Qələndərova tərəfindən heç bir irad və ya etiraz qeyd olunmamışdır. Şahidlər – polis əməkdaşları şahid3, şahid1 və şahid2 bir-birini tamamlayan və ziddiyyət təşkil etməyən ifadələri də əməliyyat tədbirinin qanuniliyini tam sübut edir. Həmçinin, ambulator məhkəmə-psixiatrik ekspertizasının ## #### 2025-ci il tarixli *** nömrəli rəyinə görə, şəxs cinayəti törədən zaman tam anlaqlı olmuş, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli Plenum Qərarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinin tələblərinə uyğun olaraq, təyin edilən cəza cinayətin ağırlığına mütənasib olmalı, həm yüngüllük, həm də ağırlıq baxımından ədalətsiz olmamalıdır. Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən CM-in 234.4.3-cü maddəsinin sanksiyası daxilində 06 il 04 ay azadlıqdan məhrum etmə cəzasının təyin olunması, CM-in 76.6-cı maddəsinə əsasən əvvəlki şərti azad etmənin ləğv edilməsi və CM-in 67.1-ci maddəsi qaydasında hökmlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi qanunvericiliyin hərfinə və ruhuna tamamilə uyğundur. Təyin olunmuş cəza rejiminin (ciddi rejimli cəzaçəkmə müəssisəsi) və CM-in 93.1.4-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiqinin seçilməsi də iş materialları ilə əsaslandırılmışdır. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Narkotik cinayətlərində tətbiq edilən sərt cəza tədbirləri "ümumi preventiv" xarakter daşıyaraq, potensial cinayətkarlar üçün çəkindirici rol oynamalıdır. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Məhkəmə kollegiyası qeyd edir ki, narkotik cinayətlərinin digər cinayətlərdən fərqi onların zəncirvari reaksiya yaratmasıdır. Bir narkotik vasitə istifadəçisi onlarla asılı şəxs yaradır, o şəxslər isə öz növbəsində yeni cinayətlər (oğurluq, soyğunçuluq, qəsdən sağlamlığa zərər vurma) törətməyə sövq edilir. Bu, cinayət hüququnda "latentlik" (gizlilik) dərəcəsi yüksək olan bir sahədir. Məhz bu səbəbdən, aşkar olunmuş hər bir fakt üzrə tətbiq edilən sərt cəza, aşkar olunmamış potensial cinayətlər üçün bir maneə rolu oynamalıdır. Cinayət hüququnda humanizm prinsipi təkcə təqsirləndirilən şəxsə qarşı deyil, həm də zərərçəkmiş tərəfə və cəmiyyətə qarşı tətbiq olunmalıdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğl olan şəxslərə qarşı göstərilən qeyri-proposional humanistlik, cəmiyyətə qarşı laqeyd yanaşma deməkdir. Ədalətli cəza — cinayətkarın törətdiyi əməlin cəmiyyətə vurduğu zərərin ağırlığına mütənasib olan cəzadır. Hüquqi baxımdan satış məqsədi olmadan da narkotik vasitələrin dövriyyəsi əməlin təhlükəsiz olduğu mənasına gəlmir. Narkotik vasitələrin fərdi istehlak üçün əldə edilməsi və saxlanılması qanunsuz narkotik bazarında "tələbi" formalaşdıran əsas amildir. Tələb olan yerdə təklif (satış) qaçılmazdır. Buna görə də, fərdi istehlakçıya qarşı tətbiq edilən sərt cəza, əslində narkotik ticarətinin iqtisadi zəncirini qırmağa xidmət edir. Şəxsin narkotik maddəni üzərində və ya mənzilində saxlaması hər an onun başqa şəxslərə ötürülməsi və ya təsadüfi şəxslərin (məsələn, ailə üzvlərinin, uşaqların) zəhərlənməsi riskini yaradır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004cü il və ## #### 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Sözügedən məsələlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrlə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## #### 2024cü il * №-li qərarının 27-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb- formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. BMT-nin Narkotik vasitələr haqqında 1961-ci il Vahid Konvensiyasının 36-cı maddəsinin 1-ci bəndinə əsasən bu konvensiyaya qoşulmuş hər bir ölkə özünün konstitusiya məhdudiyyətlərinə riayət etməklə bu Konvensiyanın qərarlannı pozmaqla narkotik vasitələrin becərilməsi və istehsalmın, hazırlanmasının, tərkibdən çıxanlmasının, hasil edilməsinin, saxlanmasının, təklif edilməsinin, kommersiya məqsədi ilə təklif edilməsinin, paylanılmasının, satın alınmasının, satılmasının, istənilən şərtlə çatdırılmasının, dəllallığının, göndərilməsinin, tranzitlə yenidən göndərilməsinin, daşınmasmm, idxalının və ixracının və Tərəfiərin rəyinə görə bu Konvensiyanın qərarlarına zidd sayıla biləcək istənilən digər hərəkətin qəsdən törədildiyi halda cəzalandırılmalı olan əməl sayılması, eləcə də ciddi cinayətlərin müvafıq cəzalanmaya, xüsusən də həbsxanada saxlamaqla azadlıqdan məhrumetmə, yaxud digər üsulla azadlıqdan məhrumetmə növündə cəzalanmaya məruz qoyulmasını təmin edəcək tədbirlər görməlidir. X4 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum Təqsirləndirilən şəxsnun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və CPM-in 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 oğluna məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 3 (üç) saat üçün 33(otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müdafiəçi1 işlədiyi Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-147/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-147/2026
14.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver