Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-148/2026 23.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərov Anar Əlifağa oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov Imanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qanuni nümayəndə1, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qanuni nümayəndə2 Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmü ilə (hakimlər X.Məmmədov (sədrlik edən), T.Əfəndizadə və G.Aşurova), ## ######## 2008-ci ildə Ismayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ismayıllı rayonu, Basqal qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalında həbsə alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu ## ####### 2025-ci il tarixdən hesablanması və onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X6 yerləşdirilməsi üçün həmin müəssisənin Mühafizə taboruna təhvil verilməsi, cinayət iş üzrə maddi sübut olan və Ismayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs məxsus olan bir ədəd qara rəngli gödəkçənin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi hökm edilmişdir. Işin halları: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdə saat 23 radələrində yaşadığı Ismayıllı rayonunun Basqal qəsəbəsində yerləşən evdə olarkən “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə danışdığı həmkəndlisi Zərərçəkmiş şəxs ona barəsində həqiqətə uyğun olmayan fikirlər söyləməsini irad tutub məsələyə aydınlıq gətirmək üçün görüşərək söhbət etmək istədiyini eşidib sonuncunu yaşadığı evin qarşısına dəvət etmiş və Zərərçəkmiş şəxs fiziki cəhətdən ondan güclü olduğunu düşünərək mübahisə yaranacağı təqdirdə özünü müdafiə edə bilmək üçün yaşadığı evin mətbəxindən istintaqla müəyyən edilməyən qatlanmayan mətbəx bıçağını götürərək evin giriş darvazasının yanında gizlətmiş, qısa müddət sonra o, evin qarşısına gəlmiş Zərərçəkmiş şəxsla söhbət edərkən sonuncunun kənara keçməyi təklif edərək onun ünvanına nalayiq ifadələr işlətdiyini görüb əsəbləşərək şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar qisas almaq məqsədi ilə evin giriş darvazasının yanında gizlətdiyi istintaqla müəyyən edilməyən qatlanmayan mətbəx bıçağını götürüb, həmin bıçağın kəsici-deşici hissəsi ilə əvvəlcə Zərərçəkmiş şəxs kürək nahiyəsinə qəsdən bir dəfə zərbə vurmuş, bunu görən Zərərçəkmiş şəxs özünü müdafiə edib onun sol gözaltı nahiyəsinə yumruq zərbəsi vuraraq yıxmaq istədikdə o, öz cinayətkar hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yenidən qəsdən beş dəfə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sol yarısının 01 ədəd və döş qəfəsinin arxa səthinin sol yarısının 01 ədəd daxilə (döş boşluğuna) nüfuz edib daxili qanaxma, perikardın, ağciyərin sol payının zədələnməsi, həmçinin ürəyin səthi zədələnməsi ilə müşayiət edildiyindən həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri, habelə sol bazunun 01 ədəd, sol kürək nahiyəsinin 01 ədəd və bel nahiyəsinin 02 ədəd yaraları kimi istər birlikdə, istərsə də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmü əsassız və qanunsuzdur. Ona görə ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, cinayət qanunu norması düzgün tətbiq edilməmiş, təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyil. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsini həm təhrif, həm də cinayətin bilavasitə baş verməsinə səbəb olan, işin faktiki hallarına dair hissəsini ixtisar etmişdir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs həmyaşıd olmaqla həmkəndlidir. Münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təxminən 2-3 ay əvvəl oğurluq cinayəti törətmiş və bununla bağlı o, Təqsirləndirilən şəxs və başqaları Ismayıllı rayon Polis şöbəsinə aparılmış, araşdırma zamanı həmin oğurluq cinayətində Təqsirləndirilən şəxs iştirakı və ona heç bir aidiyyətinin olmaması müəyyən edilmiş, o, cinayət təqibindən kənarda qalmışdır. Zərərçəkmiş şəxs isə ondan zərərçəkmiş şəxsə vurduğu zərərin yarısı olaraq 2000 manat pul istəmiş, Təqsirləndirilən şəxs ilə iştirakının olmadığı cinayətə görə nə üçün həmin məbləğdə pul ödəməli olduğunu bildirməklə onun tələbini rədd etmişdir. Zərərçəkmiş şəxs və atası qanuni nümayəndə1 Təqsirləndirilən şəxs təhdid edərək ondan göstərilən məbləğdə pulu hər vasitə ilə alacaqlarını bildirmişlər. Münasibətlərinin pozulmasına səbəb bu olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sağlam və fiziki cəhətdən güclü olduğu aşkar görünür. Sonuncudan qanunsuz olaraq tələb etdiyi pul məbləğini ala bilmədiyi üçün ona qarşı aqressiv olmuşdur. Məhz buna görə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla əlaqəni kəsmək üçün sosial şəbəkələrdə sonuncunu “qara siyahı”ya daxil etmişdir. ## ####### 2025-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs hazırda xatırlamadığı mobil telefon nömrəsindən onun istifadəsində olan mobil telefon nömrəsinə mesaj yazaraq “WhatsApp” tətbiqində onu “qara siyahı”dan çıxarmasını xahiş etmiş, o, Zərərçəkmiş şəxs “qara siyahı”dan çıxararaq sonuncuya zəng etmiş, bu zaman sonuncu müəyyən şəxslərin yanında arxası ilə danışdığını ona bildirib onunla görüşmək istədiyini demiş və onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, Zərərçəkmiş şəxs evdə olduğunu demiş və görüşmək istədiyi halda yaşadığı evin qarşısına gəlməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, hər il yay tətilində Ismayıllı rayonunun Basqal qəsəbəsində yaşayan nənəsi X4 yaşadığı evə gedib orada qalmışdır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs orada olduğu müddətdə tanımış və münasibətləri normal olmuşdur. O, həm Təqsirləndirilən şəxs, həm də qanuni nümayəndə1la mobil telefon vasitəsilə danışmış, hal-əhval tutmuş, lakin başqa mövzuda söhbət etməmişlər. Bir neçə gün əvvəl Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini eşitmiş, lakin o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxası ilə danışması barədə sonuncuya heç nə deməmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs mütəmadi olaraq Təqsirləndirilən şəxs təqib etmişdir. Yaşadıqları ünvanlar arasında məsafənin kifayət qədər uzaq olmasına baxmayaraq, Zərərçəkmiş şəxs ## ####### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ünvanına getmiş, sonuncunu yenə də ağır söyüşlərlə təhqir etmiş, ilk olaraq yumruqla döyməyə başlamışdır. Yalnız bundan sonra Təqsirləndirilən şəxs ehtiyat üçün əvvəlcədən həyətdə gizlətdiyi bıçağı götürüb Zərərçəkmiş şəxs vurmağa başlamışdır. Müdafiə tərəfinin həmin oğurluq cinayəti ilə bağlı araşdırma materiallarının polisdən alınaraq məhkəmə istintaqında tədqiq edilməsi barədə vəsatəti əsassız olaraq rədd edilmişdir. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının ## ###### 2025-ci il tarixli, *** nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik müəyyən edilmir. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də törətdiyi əməl barədə anlaqlı hesab olunmalıdır. O, halhazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onda hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Onun əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Onun əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. O, əqli və psixi inkişafının xüsusiyyətlərinə görə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Onun əqli-intellektual imkanları normaya uyğundur. O, inadkarlıq, eqosentrizm və söz götürməmək kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının ## ###### 2025ci il tarixli, *** nömrəli rəyi ilə razılaşmaq olmaz. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda xroniki psixi xəstəlik olmasa da, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik istisna edilmir. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olması isə mübahisə doğurur. Təcrübə göstərir ki, söyüşə və ağır təhqirə məruz qalmış şəxslərdə güclü ruhi həyəcan vəziyyəti yaranır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs neçə bıçaq zərbəsi vurduğunu xatırlamır. Onun törətdiyi əməl barədə anlaqlı hesab olunması da əsassızdır. Onda hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunması şübhə altına alınmasa da əməlinin CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşməsi istisna edilmir. Onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı olmasa da əqli inkişafında gerilik əlamətləri aşkar görünür. O, əqli və psixi inkişafının xüsusiyyətlərinə görə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətinə malik olması, əqli-intellektual imkanlarının normaya uyğunluğu, inadkarlıq, eqosentrizm və söz götürməmək kimi fərdi-psixoloji xüsusiyyətlərə malik olması və s. yalnız stasionar ekspertiza ilə müəyyən edilə bilər. Məhkəmə həmin rəylə kifayətlənməkdə səhvə yol vermişdir. Ona görə də stasionar ekspertiza keçirilməsi zəruridir. Həmçinin məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsifi düzgündür. Lakin onun bu əməli törətməsində zərərçəkmiş şəxsin qanunsuz və zorakı hərəkətlərindən sonra törədildiyi üçün zəruri müdafiə həddini aşmaqla törədilməsi məsələsi ümumiyyətlə qiymətləndirilməmişdir. Müdafiə cinayət hadisəsindən dərhal sonra, ibtidai istintaq zamanı, işin məhkəmə icraatı zamanı və hal-hazırda da zərərçəkmiş tərəflə barışıq əldə olunması üçün cəhdlər etmiş, zərərin aradan qaldırılması üçün müəyyən məbləğdə pul ödənilməsini təklif etmişdir. Zərərçəkmiş tərəf isə heç bir əsaslı səbəb olmadan bu təklifləri rədd etmişdir. Təqsirləndirilən şəxs anası onkoloji xəstə olmaqla yataq şəraitində müalicə olunur. Daim qayğıya ehtiyacı vardır. CM-in 59.1.8-ci maddəsinə əsasən, cinayətin zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində törədilməsi cəzanı yüngülləşdirən hallardan biridir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, 59.1.1-59.1.14-cü maddəsində göstərilmiş hallardan başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə isə bu göstərilən hallardan heç birini nəzərə almamışdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yetkinlik yaşına çatmayan gəncə azadlıqdan məhrum etmə cəzası təyin edərkən nəyə görə həmin cəzanı şərti olaraq tətbiq etməməsini mümkün saymadığını əsaslandırmamışdır. Göründüyü kimi, məhkəmə göstərilən halların heç birini nəzərə almamış, əməlin CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşüb-düşməməsini müəyyən etmək üçün stasionar qaydada ekspertiza təyin etməklə daha mötəbər sübutu əldə etməmiş, cəzanı yüngülləşdirən halları əsassız olaraq qəbul etməmiş, cəzanı şərti olaraq tətbiq etməməkdə səhvə yol vermiş, ədalətsiz qərar qəbul etmişdir. Odur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməli düzgün tövsif edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddinin təyin edilməsini, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, həmin cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində göstərilənləri məhkəmənin diqqətinə çatdıraraq şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X1 bildirdi ki, müdafiə tərəfinin tövsiflə bağlı xahişi təmin oluna bilməz. Çünki, ilk zərbə zərərçəkmiş şəxs tərəfindən vurulmayıb. Istintaqla müəyyən olunmuşdur ki, ilk zərbə təqsirləndirilən şəxs tərəfindən arxa hissədən vurulmuşdur. Şərti məhkumetmə ilə bağlı onu qeyd edir ki, barışıq olmadığı üçün təqsirləndirilən şəxsin azadlıqda olacağı təqdirdə, yeni münaqişənin təkrarlanacağı ehtimalı böyükdür. Ona görə də şərti məhkumetmənin tətbiqi məqsədə müvafiq deyil. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Iş materiallarında olan: - “Hadisə yerinə baxış keçirilməsi haqqında” ## ####### 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs yaşadığı, Ismayıllı rayonunun Basqal qəsəbəsinin ərazisində yerləşən fərdi yaşayış evinin giriş darvazasının qarşısıdır. Hadisə yerinə baxış keçirilən zaman əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmamış və fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. - Məhkəmə-tibb ekspertizasının ## ####### 2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizası zamanı onda “perikardın, ağciyərin sol payının zədələnməsi, həmçinin ürəyin səthi zədələnməsi ilə müşayiət edilib daxili qanaxma ilə nəticələnmiş döş qəfəsinin ön səthinin sol yarısının 01 ədəd və döş qəfəsinin arxa səthinin sol yarısının 01 ədəd yaraları” diaqnozu ilə, qərarın təsviri hissəsində göstərilən ## ####### 2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs (lər) tərəfindən deşicikəsici əşya (alət, ola bilsin bıçaq) ilə yetirilmiş zərbələrin təsirindən törənməsi istisna edilməyən, dərəcəsinə görə ayrı-ayrılıqda döş qəfəsinin ön və arxa səthlərinin cəmi 02 ədəd yaraları daxilə (döş boşluğuna) nüfuz edib daxili qanaxma, perikardın, ağciyərin sol payının zədələnməsi, həmçinin ürəyin səthi zədələnməsi ilə müşayiət edildiyindən həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya, habelə “sol bazunun 01 ədəd, sol kürək nahiyəsinin 01 ədəd və bel nahiyəsinin 02 ədəd yaraları” diaqnozu ilə, qərarın təsviri hissəsində göstərilən ## ####### 2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs (lər) tərəfindən deşici-kəsici əşya (alət, ola bilsin bıçaq) ilə yetirilmiş zərbələrin təsirindən törənməsi istisna edilməyən və istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər aşkar olunmuşdur. - Əməliyyat tapşırığına dair ## ###### 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdə saat 23 radələrində yaşadığı Ismayıllı rayonunun Basqal qəsəbəsində yerləşən evdə olarkən “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə ona zəng edən həmkəndlisi Zərərçəkmiş şəxs guya onun sonuncu barəsində həqiqətə uyğun olmayan fikirlər söyləməsi barədə iradını qəbul etməməsi, Zərərçəkmiş şəxs məsələyə aydınlıq gətirmək üçün onunla görüşüb söhbət etmək istədiyini görüb sonuncunu yaşadığı evin qarşısına dəvət etməsi, yaşadığı evin mətbəxindən hazırda istintaqla müəyyən edilməyən qatlanmayan mətbəx bıçağını götürüb evin giriş darvazasının yanına qoyaraq gizlətməsi, bir az sonra həmin yerə gəlmiş Zərərçəkmiş şəxsla söhbət zamanı sonuncunun onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən əsəbləşərək şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar qisas almaq məqsədi ilə evin giriş darvazasının yanında gizlətdiyi istintaqla müəyyən edilməyən qatlanmayan mətbəx bıçağını götürüb həmin bıçağın kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs 6 zərbə vurub xəsarət yetirməsi və bundan sonra Zərərçəkmiş şəxs bıçağı götürərək yaxınlıqdakı kolluq əraziyə tullaması müəyyən olunmuş, lakin bıçağın atıldığı əraziyə baxış keçirilən zaman qeyd olunan bıçağın aşkar olunması mümkün olmamışdır. - Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının ## ###### 2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik müəyyən edilmir. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də törətdiyi əməl barədə anlaqlı hesab olunmalıdır. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onda hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Onun əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Onun əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. O, əqli və psixi inkişafının xüsusiyyətlərinə görə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Onun əqli-intellektual imkanları normaya uyğundur. O, inadkarlıq, eqosentrizm və söz götürməmək kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına dəvət etdikdən sonra, sonuncunun fiziki cəhətdən ondan güclü olduğunu düşünərək, mübahisə yaranacağı təqdirdə özünü müdafiə etmək məqsədilə evin mətbəxindən bıçaq götürərək darvazanın yanında gizlətmiş, daha sonra yaranmış mübahisə zamanı həmin bıçağı götürərək zərərçəkmiş şəxsə əvvəlcə kürək nahiyəsindən, daha sonra isə bədənin müxtəlif nahiyələrindən ümumilikdə altı zərbə vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri yetirilmişdir. Cinayət işi üzrə məhkəmə-tibb ekspertizasının ## ####### 2025-ci il tarixli *** nömrəli rəyi ilə zərərçəkmiş şəxsin döş qəfəsinin ön və arxa səthində daxilə nüfuz edən, perikardın, ağciyərin və ürəyin səthi zədələnməsi, daxili qanaxma ilə müşayiət olunan yaralarının deşicikəsici əşya, o cümlədən bıçaqla yetirilməsi istisna edilməmişdir. Belə xəsarətlərin həyat üçün təhlükəli olması da ekspertiza ilə müəyyən edilmişdir. Bununla yanaşı, əməliyyat tapşırığına dair ## ###### 2025-ci il tarixli raportda hadisənin mexanizminə dair məlumatlar, o cümlədən Təqsirləndirilən şəxs bıçağı əvvəlcədən götürərək darvazanın yanında gizlətməsi və sonradan həmin bıçaqla Zərərçəkmiş şəxs altı zərbə vurması barədə məlumatlar əks olunmuşdur. Bu sübutlar digər iş materialları ilə birlikdə qiymətləndirildikdə, təqsirləndirilən şəxsin hərəkətlərinin qəsdən xarakter daşıması və onun əməli ilə zərərçəkmiş şəxsin sağlamlığına vurulmuş ağır zərər arasında səbəbli əlaqənin olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. CPM-in 124.1, 138, 139, 144 və 145-ci maddələrinin tələblərinə görə sübutlar qanuni yolla əldə edilməli, tam, hərtərəfli və obyektiv yoxlanılmalı, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından, sübutların məcmusu isə ittihamın həlli üçün kifayət edib-etməməsi baxımından qiymətləndirilməlidir. Ekspert rəyi də digər sübutlar kimi qiymətləndirilməli və onunla razılaşılmadıqda bunun səbəbləri əsaslandırılmalıdır. Müdafiə tərəfinin zərərçəkmiş şəxsin hadisədən əvvəl təqsirləndirilən şəxsə qarşı qanunsuz hərəkətlər etməsi, o cümlədən ## ####### 2025-ci il tarixdə ilk olaraq onu yumruqla vurması barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin hallar özünümüdafiə vəziyyətinin mövcudluğunun qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edə bilər. Bu baxımdan, hadisənin yalnız onun nəticələri əsasında deyil, hadisədən əvvəl yaranmış münasibətlər, tərəflərin hərəkətlərinin ardıcıllığı, hücumun xarakteri və davam edib-etməməsi, habelə təqsirləndirilən şəxsin tətbiq etdiyi zorun həmin anda yaranmış təhlükəyə uyğunluğu nəzərə alınmaqla qiymətləndirilməsi zəruridir. Avropa Insan Hüquqları Məhkəməsi “Ciorcan and Others v. Romania” işində (§§118- 127) hadisənin hallarının müəyyən edilməsinə və tətbiq edilmiş gücün konkret şəraitdə əsaslı olub-olmamasının müəyyənləşdirilməsinə imkan verən hərtərəfli araşdırmanın zəruriliyini vurğulamış, bunun üçün mövcud sübutların, o cümlədən şahid ifadələrinin və ekspert sübutlarının əldə edilməsinə dair ağlabatan tədbirlərin görülməsinin əhəmiyyətini qeyd etmişdir. Hazırkı işdə isə məhkəmə kollegiyası müdafiə tərəfinin istinad etdiyi halları iş üzrə digər sübutlardan təcrid olunmuş şəkildə deyil, onların məcmusu ilə birlikdə qiymətləndirir. Belə ki, iş materiallarında olan ## ###### 2025-ci il tarixli əməliyyat tapşırığına dair raportda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə görüşməzdən əvvəl yaşadığı evin mətbəxindən bıçaq götürərək onu giriş darvazasının yanında gizlətdiyi, sonradan həmin bıçağı götürərək Zərərçəkmiş şəxs altı zərbə vurduğu göstərilmişdir. Bununla yanaşı, ## ####### 2025-ci il tarixli *** nömrəli məhkəmə-tibb ekspertizasının rəyi ilə zərərçəkmiş şəxsdə döş qəfəsinin ön və arxa səthlərində daxilə nüfuz edən, perikardın, sol ağciyərin və ürəyin səthi zədələnməsi ilə müşayiət olunan, daxili qanaxmaya səbəb olmuş xəsarətlərin müəyyən edilməsi təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hadisədən əvvəl və ya hadisə zamanı təqsirləndirilən şəxsə qarşı hər hansı qanunsuz hərəkətə yol verməsi müəyyən edilsə belə, bu hal özlüyündə sonuncunun istənilən həcmdə zor tətbiq etməsinə hüquqi əsas yaratmır. Özünümüdafiə vəziyyətinin qiymətləndirilməsi zamanı əsas məsələ konkret zərbələrin endirildiyi anda real, birbaşa və davam edən hücumun mövcud olub-olmaması və tətbiq edilmiş zorun həmin hücumun xarakterinə uyğun olub-olmamasıdır. Apellyasiya şikayətində kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının ## ###### 2025-ci il tarixli *** nömrəli rəyinin mötəbərliyi şübhə altına alınmış, Təqsirləndirilən şəxs psixi vəziyyətinin yalnız stasionar ekspertiza yolu ilə müəyyən edilə biləcəyi bildirilmişdir. Lakin həmin ekspertiza rəyində Təqsirləndirilən şəxs cinayət törədilən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəliyin müəyyən edilmədiyi, onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğu, əməli barədə anlaqlı hesab edilməli olduğu göstərilmişdir. Həmçinin onun əqli inkişafında gerilik əlamətlərinin aşkar olunmadığı və əqliintellektual imkanlarının normaya uyğun olduğu müəyyən edilmişdir. CPM-in 140.0.2-ci maddəsinə görə şəxsin cinayət törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarında olubolmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən edilir. Ekspert rəyinin mövcudluğu həmin məsələnin həlli üçün qanunda nəzərdə tutulan xüsusi sübut vasitəsinin əldə edildiyini göstərir. Müdafiə tərəfinin ekspert rəyinin nəticələri ilə razılaşmaması isə öz-özlüyündə əlavə və ya stasionar ekspertizanın məcburi təyin edilməsini şərtləndirmir. Iş materiallarında mövcud ekspertiza rəyinin qeyri-mötəbər olmasını, ekspert tədqiqatının natamam aparılmasını və ya rəyin digər mötəbər sübutlarla təkzib edilməsini göstərən obyektiv məlumat müəyyən edilmir. Müdafiə tərəfi zərərçəkmiş şəxsin nalayiq ifadələr işlətməsinin və digər qanunsuz hərəkətlərinin Təqsirləndirilən şəxs qəflətən baş vermiş güclü ruhi həyəcan yaratdığını və bunun CM-in 59.1.8-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalı olduğunu bildirmişdir. Lakin iş materiallarında təqsirləndirilən şəxsin məhz CM-in 59.1.8-ci maddəsində nəzərdə tutulan qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində hərəkət etdiyini təsdiq edən mötəbər sübut yoxdur. Əksinə, hadisədən əvvəl bıçağın götürülərək gizlədilməsi, daha sonra həmin bıçağın götürülərək zərbələrin endirilməsi barədə müəyyən edilmiş hallar hərəkətlərin ani və nəzarətsiz psixi vəziyyət nəticəsində baş verdiyini təsdiq etmir. Ekspertiza rəyində də təqsirləndirilən şəxsin anlaqlılığını istisna edən psixi vəziyyət müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmamışdır. Birinci instansiya məhkəməsi bunu CM-in 59.1.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, eyni zamanda onun əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, cəzanı ağırlaşdıran halların olmamasını və digər halları qiymətləndirmişdir. CM-in 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edilərkən onun həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri nəzərə alınmalıdır. 86.2-ci maddəyə görə isə yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi digər yüngülləşdirici və ağırlaşdırıcı hallarla birlikdə nəzərə alınır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhz bu xüsusi müddəalar nəzərə alınmaqla təqsirləndirilən şəxsə CM-in 126.1-ci maddəsinin sanksiyasının aşağı həddi olan 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 126.1-ci maddəsinin sanksiyası üç ildən səkkiz ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur. Müdafiə tərəfi CM-in 70.1-ci maddəsinə istinad edərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini xahiş etmişdir. CM-in 70.1-ci maddəsinə əsasən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydığı halda, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edə bilər. Həmin maddənin 70.2-ci hissəsinə görə bu məsələ həll edilərkən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hazırkı işdə isə törədilmiş əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, zərərçəkmiş şəxsə çoxsaylı bıçaq zərbələrinin endirilməsi, xəsarətlərin həyat üçün təhlükəli olması, eləcə də hadisənin törədilmə mexanizmi nəzərə alındıqda, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasının mümkün olmadığı barədə gəldiyi nəticə əsaslandırılmış hesab edilməlidir. Digər tərəfdən, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaması, əvvəllər məhkum olunmaması və müsbət xarakterizə olunması artıq cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmış və nəticədə cəza sanksiyanın aşağı həddində müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları CPM-in tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv qiymətləndirmiş, Təqsirləndirilən şəxs əməlini CM-in 126.1ci maddəsi ilə düzgün tövsif etmiş, cəzanı təyin edərkən onun yetkinlik yaşına çatmamasını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş minimum müddətdə – 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-148/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-148/2026
23.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver