Məhkəmə qərarları › İş №1(3-10)-149/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-149/2026

22.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-149/2026 22.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ucar Rayon Məhkəməsinin hakimi Xəlilov Hilal İsmayıl oğlunun ozü- özünə verdiyi etirazın təmin olunması barədə Şəki Apellyasiya Məhkəməsi hakiminin qərarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ucar Rayon Məhkəməsinin hakimi Xəlilov Hilal İsmayıl oğlu öz-özünə etiraz etmiş və Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə etiraz məsələsinə baxılması üçün iş materialları Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin hakimi Şükürov İmanverdi Həşimxan oğlunun ## #### 2026-cı il tarixli qərarı ilə Ucar Rayon Məhkəməsinin hakimi Xəlilov Hilal İsmayıl oğlunun ozü-özünə verdiyi etiraz təmin edilmiş və həmin qərar ərazi üzrə məhkəmə aidiyyətinin dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədilə Şəki Apellyasiya Məhkəməsinin sədrinə təqdim edilmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, Şəki Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə Ucar Rayon Məhkəməsinin hakimi Xəlilov Hilal İsmayıl oğlunun ozü-özünə verdiyi etiraz təmin edildiyindən, ərazi üzrə məhkəmə aidiyyəti dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 109.3.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü-özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrində isə göstərilir ki, cinayət işinin və ya digər materialın ərazi üzrə məhkəmə aidiyyəti bu Məcəllənin 107, 109-cu maddələrinin müddəalarına əsasən, aşağıdakı hallarda dəyişdirilə bilər: -bir hakimdən ibarət olan məhkəmənin fəaliyyət göstərdiyi ərazidə həmin hakimin özü- özünə verdiyi və ya ona edilmiş etiraz təmin edildikdə; -məhkəmənin bütün hakimləri özü-özlərinə verdikləri və ya onlara edilmiş etiraz təmin edildikdə. Bu Məcəllənin 76.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair qərar müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən qəbul edilir. Göstərilənlərə əsasən, belə qənaətə gəlirəm ki, özü-özünə etirazın təmin olunmasına dair Şəki Apellyasiya Məhkəməsinin 19 iyun 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan məhkəmənin ərazi aidiyyəti dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılması üçün ərazi baxımından Ucar rayonuna daha yaxın olan Göyçay Rayon Məhkəməsinə göndərilməsi məqsədə müvafiqdir. Şərh оlunаnlаrı və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 109 və 76-cı mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDIM: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312-1.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar