Məhkəmə qərarları › İş №1(3-10)-153/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-153/2026

09.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-153/2026 09.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərov Anar Əlifağa oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov Imanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Fərhadov Adil Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, 1(091)-270/2025 nömrəli hökmü ilə (hakimlər R.Əliyev (sədrlik edən), T.Əfəndizadə və X.Məmmədov), ## #### 1996-cı ildə Daşkəsən rayonunun Bayan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, Daşkəsən rayonunun Bayan kəndində qeydiyyatda olmaqla, Göygöl rayonunun Üçtəpə kəndində yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X5 saxlanılan Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı ## ######## 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmlə müəyyən edilmiş 3 il müddətə şamil edilməsi hökm edilmişdir. Işin halları: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili «CE» kateqoriyası olmadan idarə edərək, yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o ## ###### 2025-ci il tarixdə, saat 02:50-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin 4-cü hissəsinin 7-ci bəndinin tələblərinə riayət etməyərək, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmə hüququnu təsdiq edən sürücülük vəsiqəsi olsa da, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan «C» kateqoriyasından olan avtomobilləri idarə etmək üçün «CE» kateqoriyası olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Kamaz-55111 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı ODAZ-9370 markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqulu özüboşaldan yük avtomobilini Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ucar rayonunun Qulabənd kəndi ərazisindən keçən 237,2-ci kilometrliyində Qazax istiqamətində 50 km/saat sürətlə hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçısı olmaqla, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan minik avtomobilindən vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, minik avtomobilinin yanından hərəkətin təhlükəsizliyini təmin edib, keçib getməli, lazım gəldikdə həmin avtomobilə çatmadan idarə etdiyi avtomobili dayandırmalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyərək, qatı dumanlı yol şəraitində düzgün sürət həddi seçməyərək, diqqətsizlik etdiyindən, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan sürücü 1986-cı il təvəllüdlü şahid4 idarə etdiyi texniki cəhətdən saz vəziyyədə olan «Mercedes-Benz E220» markalı **-GC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa hissəsi ilə toqquşduraraq, həmin minik avtomobilini qarşısında sürüyüb, sürücü 1987-ci il təvəllüdlü şahid2 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Honda Insight» markalı **-XY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurmuş, «Honda Insight» markalı **-XY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili zərbənin təsirindən sürücü 1986-cı il təvəllüdlü şahid3 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes-Benz Vito 111» markalı **-GB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan «Mercedes-Benz E220» markalı **-GC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sərnişini 1989-cu il təvəllüdlü X4 açıq kəllə-beyin travması, kəllə tağı sümüklərinin kəllə əsasına keçən xətti sınığı, baş beyinə qansızma, sol IV-V-VI-VII qabırğaların qapalı, sol said sümüklərinin açıq sınığı xəsarətləri almaqla canlı şəxslərdə sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malik olan zərər çəkmiş şəxsin ölümünə, həmin avtomobilin digər sərnişinləri 1955-ci il təvəllüdlü zərərçəkmiş şəxs3 VII döş fəqərəsinin kompression sınığı xəsarəti almaqla, yetirilən anda həyat üçün təhlükəli olduğundan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, 1960-cı il təvəllüdlü zərərçəkmiş şəxs2 burun tənəffüsünün çətinləşməsi ilə müşaiyət olunan burun sümüyünün yerini dəyişmiş sınığı, hər iki gözaltı nahiyənin qançırı, gözün ağlı qişasına yayılmış qansızma, ənsə nahiyəsinin şişkinliyi, üst dodağın selikli qişasının əzilmiş yarası xəsarətləri almaqla səhhətin uzun müddətə pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına, «Honda Insight» markalı **-XY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sərnişini 1960-cı il təvəllüdlü zərərçəkmiş şəxs1 sol sirkə kasasının qapalı qəlpəli sınığı xəsarəti almaqla, səhhətin uzun müddətə pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla, yol nəqliyyat hadisəsi törətmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayətləri verilmişdir. Sözügedən apellyasiya şikayətlərinə məhkəmə kollegiyası iclasında baxılan zaman zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edərək, apellyasiya şikayətindən imtina etdiklərini bildirdilər və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X1 çıxış edərək, işin baxılmadan xitam verilməsinə etiraz etmədiyini bildirdi. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi işin baxılmadan xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə kollegiyаsı zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 apellyasiya şikayətlərindən imtinа etməsinə dair ərizəsini müzаkirə edərək, cinayət proses iştirakçılarının fikirlərini nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Azərbaycan Respublikası Cinаyət Prosessuаl Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 91.5.33-cü maddəsinə əsasən, təqsirləndirilən şəxs özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina edə bilər. Həmin Məcəllənin 396-cı maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Belə olаn hаldа məhkəmə kollegiyаsı hesаb edir ki, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsi nəzərə аlınаrаq Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə bаxılmаsınа xitаm verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 396 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 apellyasiya şikayətindən imtinа etməsi qəbul olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə bаxılmаsınа xitаm verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar