Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-157/2026 21.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi1, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 və onun müdafiəçisi müdafiəçi4 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi İbrahimov Xəyal Rahim oğlunun iştirakları ilə, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, 1(091)-154/2025 (sədrlik edən G.Aşurova) nömrəli hökmü ilə ## ###### 1986-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki Samux rayonu Samux şəhərində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X9 saxlanılan təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı ## ######## 2024-cü il tarixdən hesablanması, təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. ## ##### 1995-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla faktiki Samux rayonu Samux şəhərində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X9 saxlanılan təqsirləndirilən şəxs3 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı ## ######## 2024-cü il tarixdən hesablanması, təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. ## ###### 1991-ci il tarixdə Samux rayonu Sərkar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Samux rayonu Sərkar kəndində qeydiyyatda faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X9 saxlanılan təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı ## ######## 2024-cü il tarixdən hesablanması, təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi,iş üzrə maddi sübutlar: - Qəbələ Rayon Polis Şö bəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2244,95 qram təşkil edən qurudulmuş marixuana və qalıq çəkisi 67,609 qram təşkil edən metamfetamin məhv edilməsi, Qəbələ Rayon Polis Şöbəsində saxlanılan “Samsung” markalı mobil telefon qanuni sahibi təqsirləndirilən şəxs2, “Redmi” markalı mobil telefon qanuni sahibi təqsirləndirilən şəxs3 qaytarılması Qəbələ Rayon Polis Şöbəsinin duracağında saxlanılan, “VAZ 2105 minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi təqsirləndirilən şəxs2 qaytarılması hökm edilmişdir. İşin halları təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, qazanc əldə etmək məqsədi ilə ##.##.2024-cü il tarixdə “WhatsApp” ani mesajlaşma mobil tətbiqində tanış olduğu özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni pul müqabilində Qəbələ rayonu ərazisində gizlədildiyi yerdən götürüb Gəncə şəhərinə deyiləcək ünvana və ya şəxsə çatdırmaq barədə sifariş aldıqdan sonra qohumu, yəni bacısı oğlu təqsirləndirilən şəxs3 və tanışı təqsirləndirilən şəxs1 ilə həmin narkotik vasitəni və psixotrop maddəni birlikdə Qəbələ rayonuna gələrək gizlədildiyi yerdən götürüb Gəncə şəhərinə aparmağa, bunun müqabilində əldə edəcəkləri pul vəsaitini öz aralarında bölməyə dair razılığa gəlmiş, bununla da sonuncular və özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, ##.##.2024-cü il tarixdə saat 19:45 radələrində özünün idarə etdiyi “VAZ2105 minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yuxarıda qeyd edilən şəxsiyyəti istintaqa məlum olmayan özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin ona +98 914 529 **** saylı nömrə altında işləyən “WhatsApp” ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə onun istifadəsində ***-***-**-** saylı nömrə altında işləyən “WhatsApp” ani mesajlaşma mobil tətbiqinə göndərdiyi məkana, yəni Ağdaş-Zarağan yolunun Qəbələ rayon Qaradeyin kəndi ərazisindən keçən hissəsində yol kənarına təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 ilə birlikdə gəlmiş, aralarında olan rol bölgüsünə uyğun olaraq özü və təqsirləndirilən şəxs1 avtomobildə gözləmiş, təqsirləndirilən şəxs3 isə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən həmin yolun kənarında çəpərin dib hissəsində bir ədəd göy rəngli sellofan torbanın içərisində gizlədilmiş ümumi təmiz çəkisi 2245,0 qram olmaqla külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və ümumi təmiz çəkisi 67,659 qram olmaqla külli miqdarda psixotrop maddə olan metamfetamini gizlədildiyi yerdən götürüb Gəncə şəhərinə birlikdə aparmaları üçün onun və təqsirləndirilən şəxs1 yanına qayıdan zaman bubarədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ora gələn Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək əvvəlcə təqsirləndirilən şəxs3 hadisə yerində saxlanılıb əməliyyat tədbirinin keçirilməsinə müvəkkil edilmiş əməkdaşlar tərəfindən saxlanıldığı yerdə videoçəkiliş aparılmaqla üzərinə və əlindəki 01 ədəd sellofan torbaya baxış keçirilən zaman həmin sellofan torbanın içərisindən biri böyük, digəri balaca olmaqla iki ədəd qara rəngli yapışqan lentlə sarılmış bağlamalardan böyük bağlamada qanunla dövriyyələri qadağan olunmuş ümumi təmiz çəkisi 2245,0 qram olmaqla külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və kiçik bağlamada ümumi təmiz çəkisi 67,659 qram olmaqla külli miqdarda psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülmüş, o isə polis əməkdaşlarının yaxınlaşdığını görərək “VAZ-2105 minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib təqsirləndirilən şəxs1la birlikdə oradan uzaqlaşsa da əməliyyataxtarış tədbirlərinin davamı olaraq ##.##.2024-cü il tarixdə bir neçə dəqiqə sonra Ağdaş rayonu ərazisində həmin avtomobillə hərəkətdə olarkən saxlanılıb sonuncu ilə birlikdə Qəbələ Rayon Polis Şöbəsinə gətirilmişlər. təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, qazanc əldə etmək məqsədi ilə qohumu, yəni dayısı təqsirləndirilən şəxs2 ##.##.2024-cü il tarixdə “WhatsApp” ani mesajlaşma mobil tətbiqində tanış olduğu özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni təqsirləndirilən şəxs2 vasitəsi ilə pul müqabilində Qəbələ rayonu ərazisində gizlədildiyi yerdən götürüb Gəncə şəhərinə deyiləcək ünvana və ya şəxsə çatdırmaq barədə sifariş aldıqdan sonra təqsirləndirilən şəxs2 təklifi ilə sonuncu və tanışı təqsirləndirilən şəxs1 ilə həmin narkotik vasitəni və psixotrop maddəni birlikdə Qəbələ rayonuna gələrək gizlədildiyi yerdən götürüb Gəncə şəhərinə aparmağa, bunun müqabilində əldə edəcəkləri pul vəsaitini öz aralarında bölməyə dair razılığa gəlmiş, bununla da sonuncular və özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ##.##.2024-cü il tarixdə saat 19:45 radələrində təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 2105 minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yuxarıda qeyd edilən şəxsiyyəti istintaqa məlum olmayan özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin istifadəsində olan +98 914 529 **** saylı nömrə altında işləyən “WhatsApp” ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə təqsirləndirilən şəxs2 istifadəsində ***-***-**-** saylı nömrə altında işləyən “WhatsApp” ani mesajlaşma mobil tətbiqinə göndərdiyi məkana, yəni AğdaşZarağan yolunun Qəbələ rayon Qaradeyin kəndi ərazisindən keçən hissəsində yol kənarına təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ilə birlikdə gəlmiş, aralarında olan rol bölgüsünə uyğun olaraq təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 avtomobildə gözləmiş, o isə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən həmin yolun kənarında çəpərin dib hissəsində bir ədəd göy rəngli sellofan torbanın içərisində gizlədilmiş ümumi təmiz çəkisi 2245,0 qram olmaqla külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və ümumi təmiz çəkisi 67,659 qram olmaqla külli miqdarda psixotrop maddə olan metamfetamini gizlədildiyi yerdən götürüb Gəncə şəhərinə birlikdə aparmaları üçün təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 yanına qayıdan zaman bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ora gələn Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək əvvəlcə o hadisə yerində saxlanılıb əməliyyat tədbirinin keçirilməsinə müvəkkil edilmiş əməkdaşlar tərəfindən saxlanıldığı yerdə videoçəkiliş aparılmaqla üzərinə və əlindəki 01 ədəd sellofan torbaya baxış keçirilən zaman həmin sellofan torbanın içərisindən biri böyük, digəri balaca olmaqla iki ədəd qara rəngli yapışqan lentlə sarılmış bağlamalardan böyük bağlamada qanunla dövriyyələri qadağan olunmuş ümumi təmiz çəkisi 2245,0 qram olmaqla külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və kiçik bağlamada ümumi təmiz çəkisi 67,659 qram olmaqla külli miqdarda psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülmüş, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 isə polis əməkdaşlarının yaxınlaşdığını görərək təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ-2105 minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə oradan uzaqlaşsalar da əməliyyat-axtarış tədbirlərinin davamı olaraq ##.##.2024-cü il tarixdə bir neçə dəqiqə sonra hər ikisi Ağdaş rayonu ərazisində həmin avtomobillə hərəkətdə olarkən saxlanılıb Qəbələ rayon polis şöbəsinə gətirilmişlər. təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, qazanc əldə etmək məqsədi ilə tanışı təqsirləndirilən şəxs2 ##.##.2024-cü il tarixdə “WhatsApp” ani mesajlaşma mobil tətbiqində tanış olduğu özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni pul müqabilində Qəbələ rayonu ərazisində gizlədildiyi yerdən götürüb Gəncə şəhərinə deyiləcək ünvana və ya şəxsə çatdırmaq barədə sifariş aldıqdan sonra təqsirləndirilən şəxs2 təklifi ilə sonuncu və onun qohumu təqsirləndirilən şəxs3 ilə həmin narkotik vasitəni və psixotrop maddəni birlikdə Qəbələ rayonuna gələrək gizlədildiyi yerdən götürüb Gəncə şəhərinə aparmağa, bunun müqabilində əldə edəcəkləri pul vəsaitini öz aralarında bölməyə dair razılığa gəlmiş, bununla da sonuncular və özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, ##.##.2024-cü il tarixdə saat 19:45 radələrində təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 2105 minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yuxarıda qeyd edilən şəxsiyyəti istintaqa məlum olmayan özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin istifadəsində olan +98 914 529 **** saylı nömrə altında işləyən “WhatsApp” ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə təqsirləndirilən şəxs2 istifadəsində 055- ***-**-** saylı nömrə altında işləyən “WhatsApp” ani mesajlaşma mobil tətbiqinə göndərdiyi məkana, yəni Ağdaş-Zarağan yolunun Qəbələ rayon Qaradeyin kəndi ərazisindən keçən hissəsində yol kənarına təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3la birlikdə gəlmiş, aralarında olan rol bölgüsünə uyğun olaraq təqsirləndirilən şəxs2 və o avtomobildə gözləmiş, təqsirləndirilən şəxs3 isə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən həmin yolun kənarında çəpərin dib hissəsində bir ədəd göy rəngli sellofan torbanın içərisində gizlədilmiş ümumi təmiz çəkisi 2245,0 qram olmaqla külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və ümumi təmiz çəkisi 67,659 qram olmaqla külli miqdarda psixotrop maddə olan metamfetamini gizlədildiyi yerdən götürüb Gəncə şəhərinə birlikdə aparmaları üçün onun və təqsirləndirilən şəxs2 yanına qayıdan zaman bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ora gələn Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək əvvəlcə təqsirləndirilən şəxs3 hadisə yerində saxlanılıb əməliyyat tədbirinin keçirilməsinə müvəkkil edilmiş əməkdaşlar tərəfindən saxlanıldığı yerdə video çəkiliş aparılmaqla sonuncunun üzərinə və əlindəki 01 ədəd sellofan torbaya baxış keçirilən zaman həmin sellofan torbanın içərisindən biri böyük, digəri balaca olmaqla iki ədəd qara rəngli yapışqan lentlə sarılmış bağlamalardan böyük bağlamada qanunla dövriyyələri qadağan olunmuş ümumi təmiz çəkisi 2245,0 qram olmaqla külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və kiçik bağlamada ümumi təmiz çəkisi 67,659 qram olmaqla külli miqdarda psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülmüş, o və təqsirləndirilən şəxs2 isə polis əməkdaşlarının yaxınlaşdığını görərək təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ-2105 minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə oradan uzaqlaşsalar da əməliyyat-axtarış tədbirlərinin davamı olaraq ##.##.2024cü il tarixdə bir neçə dəqiqə sonra o və təqsirləndirilən şəxs2 Ağdaş rayonu ərazisində həmin avtomobillə hərəkətdə olarkən saxlanılıb Qəbələ Rayon Polis Şöbəsinə gətirilmişlər. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5(beş) il müddətinə azadlıqdan məhrumetmə cazasına məhkum edilmişdir, ancaq onun barəsində çıxarılmış ittiham hökmü ilə razı deyildir. Məhkəmə ittiham tərəfinin dəlillərini təqsirləndirilən şəxs1 təqsrinin sübuta yetirilməsi üçün kifayət qədər əsaslı hesab etsə bu hal nə iş materialları nə də məhkəmə proseslərinin gedişatı zamanı tam sübuta yetirilməmişdir. İşin hallarından və iş materiallarından istintaqın nə qədər ciddi prosessual pozuntularla aparıldığı müəyyən edilir. Belə ki, təqsirləndirilən şəxslər saxlanılan zaman narkotik vasitəyə baxış videosuna nəzər yetirəndə həmin qablaşdırmanın açılmadan çəkilməsi, içərisində həqiqətən də narkotik vasitə olb-olmaması müəyyən edilmədən, orada iştirak edən şəxslərin bu qablaşdırmada iştirakı ilə bağlı imzaları alınmadan aparıldığı müəyyən edilir. Ayrıca çəkilən narkotik vasitələrin miqdarının polis şöbəsindəki çəkilən çəkisi ilə fərqli olması, ekspertiza tədqatı zamanı isə bir qədər də fərqlənməsi ciddi şübhə doğuran məqamlardandır. Məhkəmə tərəfindən sübutlar tədqiq edilən zaman telefona baxış keçirilərkən iş materiallarna İranlı şəxsin səs yazıları kimi əlavə edilən fayllara baxdıqda həmin səslərin və yazışmaların birtərəfli aparıldığı və saat etibarı ilə təqsirəndirilən şəxs təqsirləndirilən şəxs3 tutulduqdan sonra olduğu görünür. Səslərdə narkotikin miqdarı da deyilərkən miqdarın daha az olması, polis tərəfindən tutulma barədə guya Samirin dediyinin həqiqət olmaması kimi fikirlər də ciddi şübhə doğurur. Odur ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi İbrahimov X2 Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs1 barəsində bəraət hökmünün çıxarılmsını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)- ***/**** saylı hökmü ilə CM-in 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6(altı) il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hökm ilə qəti razı deyildir, belə ki, istintaq dövründə qanunvericiliyə zidd olaraq, o şiddətli şəkildə döyülüb, ona bir torba məcburi şəkildə verilib, yerində çəkiliş aparılıb. Hadisə yerində çəkilişdəki torbadakının çəkis ilə polis şöbəsindəki torbadakının çəkisi eyni olmayıb. Məhkəmə ehtimallara əsaslanaraq hökm çıxarmışdır. Odur ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)- ***/**** saylı hökmü ilə CM-in 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökm ilə razı deyildir, belə ki, qanunvericilə görə narkotik tutularkən videoçəkiliş aparılmalıdır, halbuki o tutularkən heç bir vieoçəkiliş aparılmamışdır. Məhkəmə ehtimala əsaslanaraq hökm çıxarmışdır ki, bu da qanunvericiliyə zidd hesab olunur. Odur ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmsını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 müdafiəçisi müdafiəçi4 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərərək şikayətin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, onun telefonuna “WhatsApp” proqramı vasitəsilə zəng gəlmiş və o, ilk dəfə danışdığı həmin şəxsin kim olduğunu bilməmişdir. Həmin şəxslə təxminən 10 dəqiqə danışmışdır. Danışıq zamanı həmin şəxs İranlı olduğunu və ona kömək etmək istədiyini bildirmişdir. O, özü usta işləmiş və reşotka təmiri ilə məşğul olmaqla sifarişlər qəbul etmişdir. Zəng edən şəxs onu “Tiktok” sosial şəbəkəsində gördüyünü və ona qardaşlıq etmək istədiyini bildirmişdir. Daha sonra həmin şəxs Qəbələ şəhərində siqaretin mövcud olduğunu deyərək həmin siqareti ona hədiyyə etdiyini söyləmişdir. O, həmin şəxsə bir-birilərini tanımadıqlarını deyərək nəyə görə ona siqaret hədiyyə etdiyini soruşmuş, sonuncu da “qardaşıq da biz, onu götür” deyə bildirmişdir. O da həmin şəxsin təklifini qəbul edərək siqareti götürməyə razılaşmışdır. O, siqareti götürmək üçün Samir və Cəsurla birlikdə Qəbələyə getmiş, amma sonuncular Qəbələyə nə üçün getdiklərini bilməmişlər. Onlar sentyabr ayının 9-da tutulmuşlar, lakin cinayət işində onların sentyabrın 10-da tutduqlarını yazmışlar. Barəsində həbs qətimkan tədbiri seçilərkən təzyiq altında olduğu üçün hakimə siqaret dalınca getdiklərini deməmişdir. O, ümumiyyətlə həmin narkotik vasitəni görməmişdir. O, İranlı ilə tutulduqları gün təxminən səhər saat 10-11 radələrində danışmışdır. İranlı ona 10 blok “Parlament” markalı siqaret hədiyyə edəcəkdi. İranlının təklifi ona maraqlı gəldiyi üçün siqareti götürməyi qəbul etmiş və bu məqsədlə X7 kəndinə gəlmişdir. Həmin ərazi boş sahəlik olmuş, orada heç kim olmamışdır. O, Qəbələni tanımamış, birinci dəfə idi ki, Qəbələyə getmişdir. İranlı ilə birinci dəfə danışmağına və onu tanımamağıma baxmayaraq onun vədinə inanmışdır. Cəsurla Samiri də yol yoldaşı kimi özü ilə aparmışdır. Əgər narkotik dalınca getmiş olsaydı Cəsuru və Samiri özü ilə aparmazdı, çünki narkotikin çəkisi ağır olmur. İranlı atdığı konumda siqareti çəpərin yanına qoyduğunu bildirmişdir. Onlar həmin yerə çatdıqda günorta saat 4 radələri olmuşdur. Konumdakı ərazi boş sahə olmuş, orada heç kim olmamışdır. Konuma çatdıqda daşın arxasından, arxın içindən və kol-kosdan təxminən 10- 15 nəfər adam çıxmışdır. O, həmin şəxslərin kənd sakinləri olduqlarını, siqareti əllərindən almaq üçün və ya hər hansı başqa səbəbdən onların üzərinə hücum etdiklərini düşünmüş və buna görə həyəcanlanıb avtomobili idarə edərək Cəsurla birlikdə oradan uzaqlaşmış, bacısı oğlu təqsirləndirilən şəxs3 isə orada qoymuşlar. Kəndlilərin əlində nə olduğunu xatırlamır, onlardan biri avtomobilin sükanına, digəri isə avtomobilin qapısına hücum etmişdir. təqsirləndirilən şəxs3 orada qalmış, onlar isə avtomobili sürüb oradan uzaqlaşmışlar. Onlar kömək axtarmaq üçün getmişlər və qabaqlarına polis avtomobili çıxdıqda uzaq vuran işıqları yandıraraq saxlamalarını istəmişlər. Bundan sonra polis avtomobili onların avtomobilinin arxasında saxlayaraq “sizə dayan nişanı verilib niyə saxlamadız?” deyə bildirmişdir. O isə “bizə elə bir nişan verən olmayıb, mən özüm sizə miqat etdim ki, saxlayasınız” demişdir. Nə o, nə təqsirləndirilən şəxs3, nə də təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi deyillər. Ibtidai istintaq zamanı ona “atan gəlib maşını götürəcək, elə etmə ki, maşını apararkən içərisindən narkotik çıxsın” deyə hədə-qorxu gəlmişlər. O, İranlı ilə danışarkən tək olmuş, Samir və Cəsur onun yanında olmamışdır. İranlı ilə danışdıqdan nə qədər müddət sonra Qəbələyə getdiklərini xatırlamır. O, təqsirləndirilən şəxs1la eyni sexdə işləmiş, onu yol yoldaşı kimi özü ilə aparmışdır. Polis şöbəsində Samirin və Cəsurun heç nədən xəbərlərinin olmadığını, onları sadəcə yoldaş kimi özü apardığını bildirmişdir. Konumu da onun mobil telefonuna göndərmişlər, nə Samirin, nə də Cəsurun bu işlə əlaqəsi olmamışdır. Onların məqsədləri siqareti götürdükdən sonra geri qayıtmaq olmuşdur. İranlı onun telefonuna ayın 9-da zəng getmiş və onları həmin gün günorta saat 4 radələrində saxlamışlar, təxminən saat 5-6 radələrində isə polis şöbəsinə aparmışlar. İbtidai istintaq zamanı ifadələri alınarkən onlara təzyiq göstərilmiş, onun bel və qol nahiyələrində xəsarətlər olmuşdur. Gecə saatlarında polis şöbəsində videoçəkilişlə baxış keçirilmiş, amma üzərindən və avtomobilindən heç nə aşkar olunmamışdır. İranlı ona konumu Ağdaşı keçdikdən sonra göndərmişdir. Cəsur yolda avtomobildən düşmək istəməmişdir. Belə ki, onlar siqaret dalınca getdikləri üçün Cəsurun avtomobildən düşməsi üçün heç bir səbəb olmamışdır. O, Samirə və ya Cəsura narkotik vasitə üçün getdiklərini deməmişdir. Cəsuru Gəncə şəhərində dəyirman dairəsindən deyil, bir qədər aralıdan götürmüşdür. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğunu onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq olunmuşdur. təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır, lakin faktiki olaraq Samux rayonu Kolayır kəndində yaşayır. ## ######## 2024-cü il tarixdə saat təxminən 14 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” mobil tətbiqinə əvvəlcədən tanımadığı +98 914 529 **** saylı nömrə altında işləyən “WhatsApp” mobil tətbiqi vasitəsi ilə səs yazısı olan mesaj gəlmiş, həmin mesajı açdıqda ona məlum olmuş ki, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən lakin adını təqdim etməyən şəxs ondan narkotik vasitələrin kuryerliyini həyata keçirməyini istəyir, bunun müqabilində isə ona 200 manat pul vəsaiti verəyəcəyini bildirir. Bu mövzuda aralarında bir neçə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə zəngləşmə, eləcə də mesajlaşma olmuşdur. Həmin tanımadığı şəxsin istəyini qəbul etmiş, o isə bildirmişdir ki, narkotik vasitə Qəbələ rayonu ərazisindədir. Ona bildirmişdir ki, narkotik vasitəni Qəbələ rayonu ərazisindən götürüb Gəncə şəhərinə gətirəcək, Gəncə şəhərinə çatdıqda isə narkotik vasitəni qoyacağı yeri ona bildirəcəkdir. Həmin vaxt onun yanında tanışı təqsirləndirilən şəxs1 da olmuşdur. Cəsurun da məlumatı olmuşdur ki, ona bu cür təklif olunmuşdur. Cəsur da öz payını götürmək şərtilə onunla birlikdə Qəbələ rayonuna gedib-gəlməyi təklif etmişdir. Cəsurla razılaşmışdır ki, kuryerliyin müqabilində əldə edəcəkləri puldan ona da verəcək. Bacısı oğlu təqsirləndirilən şəxs3 ## ######## 2024-cü il tarixdə günorta radələrində istifadəsində olan mobil nömrə ilə zəng vuraraq ondan birlikdə Qəbələ rayonuna gedibgəlməsini xahiş etmişdir. Samir ondan Qəbələ rayonuna getməyinin səbəbini soruşduqda Samirə Qəbələ rayonunda ona çatacaq narkotik vasitənin olduğunu, həmin narkotik vasitə olan bağlamanı olduğu yerdən götürərək idarə etdiyi “VAZ 2105” markalı avtomobilə qədər daşıyaraq ona təhvil verməsi üçün Qəbələ rayonuna gedəcəyini bildirmişdir. Samir də ondan edəcəyi işin müqabilində ona nə qədər ödəniş edəcəyini soruşmuş, o da narkotik vasitəni ona təhlükəsiz şəkildə çatdıracağı təqdirdə ona da ödəniş edəcəyini bildirmişdir. Bu məqsədlə özünə məxsus “VAZ 2105” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qəbələ rayonuna gəlmişlər. Həmin özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən lakin adını təqdim etməyən şəxs ona “WhatsApp” mobil tətbiqi vasitəsilə məkan atmış, o da həmin məkan üzrə avtomobili idarə etmişdir. Rayon ərazisində Qaradeyin adlı kənddə asfalt örtüklü yolun sol hissəsinə dönərək daxil olmuşlar. Avtomobili kənd daxili yolda təxminən bir qədər məsafə sürmüşdür. Avtomobili saxlamış, bacısı oğlu Samir avtomobildən düşüb içərisində narkotik vasitə və psixotrop maddə olan torbanı götürmək üçün 5-6 addım məsafə qət etmiş, o özü avtomobilin sükan arxasında, Cəsur isə avtomobilin qabaq sərnişin oturacağında oturaraq gözləmişlər, ikisi də kənar şəxslərin gəlib-gəlmədiyinə baxmışlar. Bu zaman Samir çəpərin dibindən sellofan torbanı əlinə götürüb onun avtomobilinə tərəf gəlmək istədiyi zaman onu Qəbələ RPŞ-nin əməkdaşları yaxalamışlar və o da bu səbəbdən yaxalanmamaq məqsədi ilə həmin yerdən avtomobilini sürərək uzaqlaşmağa cəhd etmişdir. Lakin Qəbələ RPŞ-nin əməkdaşları onu yolda saxladaraq həmin polis şöbəsinə gətirmişlər. Polis Şöbəsinin həyətinə qədər avtomobilini özü idarə etmiş, ona kənar heç bir müdaxilə olmamışdır. Qəbələ rayonu Qaradeyin kəndi ərazisindən bacısı oğlu Samirin və tanışı Cəsurun köməkliyi ilə götürmək istədiyi içərisində narkotik vasitə olan bağlamanı çəpər dibinə adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı qoymuşdur. Narkotik vasitə və psixotrop maddəni satmamışdır. Həmin iki ədəd bağlamada narkotik tərkibli vasitə və psixotrop maddə, patı, yəni metamfetamin olduğunu bilmişdir. Çünkü özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən, lakin adını təqdim etməyən şəxs ona bu barədə məlumat vermişdir. O da bu barədə həm Cəsura, həm də Samirə bildirmişdir. Eləcə də onunla birlikdə gələn bacısı oğlu Samir, eləcə də tanışı Cəsurun da məlumatı olmuşdur ki, bağlamada olan narkotik vaasitə qurudulmuş marixuanadır və psixotrop maddə metamfetamindir. Cəsurun da məlumatı olmuşdur ki, Qəbələ rayonuna narkotik vasitəni daşımaq üçün gedirlər. Eləcə də ona veriləcək olan 200 manatdan Cəsura da verəcəkdi. Cəsurla da qabacaqdan bu barədə razılaşmışlar. Etdiyi əmələ görə peşmandır (cild 1, iş vərəqə 148-150). təqsirləndirilən şəxs2 ## ###### 2024-cü il tarixdə birinci instansiya məhkəməsinin məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində əlavə dindirilən zaman özünü CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilərək əvvəlki ifadələrini bir daha təsdiq etməklə göstərmişdir ki, onunla birlikdə gələn bacısı oğlu Samir, eləcə də tanışı Cəsurun da məlumatı olmuşdur ki, bağlamada olan narkotik vasitə qurudulmuş marixuanadır və psixotrop maddə metamfetamindir. Eləcə də ona veriləcək olan 200 manatdan Cəsura da bir hissəsini verəcəkmiş. Onlar qabacaqdan bu barədə razılaşmışlar. təqsirləndirilən şəxs1 baş vermiş hadisədən məlumatı olmuşdur. Gəncə şəhərindən Qəbələ rayonuna narkotik vasitə və psixotrop maddəni daşımaq üçün gəldiklərindən məlumatı olmuş, İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən şəxslə əlaqə saxlayan zaman bunu Cəsur da görmüşdür. Cəsurla arasında pul söhbəti olmuşdur, sadəcə Cəsur özünü müdafiə etmək məqsədilə pul söhbətinin olmadığını bildirmişdir. Eləcə də Cəsur ona yol gələn zaman yol boyu “getmə, qayıdaq” sözlərini deməmişdir. Belə ki, Cəsur da bu işin müqabilində pul alacağı üçün onlarla Qəbələ rayonuna gəlmiş, avtomobildən düşüb geriyə qayıtmağa cəhd belə etməmişdir. Bütün bunları ## ######## 2024-cü il tarixdə Cəsurla üzləşərkən də onun üzünə qarşı demişdir. Sadəcə Cəsur hadisədən boyun qaçırmaq istəyir. təqsirləndirilən şəxs1 ifadəsində bildirdiyi açar dəsti avtomobil təmir etmək üçün deyildir. Həmin açar dəsti daim onun maşınında olmuşdur. İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən şəxs ona zəng edən zaman Cəsurla birlikdə sexdə olmuşlar. Avtomobilini Ağdaş şəhəri ərazisində saxlamamış, avtomobildən yerə düşməmişdir. İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən şəxslə avtomobilinin içərisində yol gələ-gələ, eləcə də Gəncə şəhərindən çıxmazdan qabaq danışan zaman Cəsur da onun yanında olmuş, Qəbələ rayonuna narkotik vasitə daşımaq üçün gəldiklərindən Cəsurun da məlumatı olmuşdur. O, Cəsuru və ya Samiri aldatmamış, onların hər ikisinin məlumatı olmuşdur ki, Qəbələ rayonuna narkotik vasitəni Gəncə şəhərinə daşımaq üçün gedirlər. Həmçinin hər ikisi ona veriləcək 200 manatdan öz paylarını götürəcəklərmiş (cild 2, iş vərəqə 190-193). Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, evdə olan zaman dayısı təqsirləndirilən şəxs2 ona zəng edərək evin qapısına çıxmağını istəmiş və daha sonra gəlib onu götürmüşdür. Onlar Ağdaş rayonuna çatanda dayısına mesaj gəlmişdir. O dayısından mesajın məzmununu soruşanda sonuncu Qəbələ rayonuna siqaret almağa getdiklərini bildirmişdir. X6 kəndində çatmışlar və o, düşüb sellofan torbaya yaxınlaşan zaman kolun dibindən 4-5 nəfər mülki geyimli şəxs çıxıb onu yerə yıxmışdır. Mülki geyimli polis əməkdaşları onu tutan zaman Elnurgil avtomobillə çıxıb getmişlər. Onu saxlayan polis əməkdaşları onun başından vurmuşlar və sellofan torbanı götürməsini bildirmişlər. Daha sonra ona “biz səni video çəkiliş edəcəyik, selleofan torbanın içərisində narkotik vasitə olan patı və nəşə olduğunu deyəcəksən” deyə bildirmişlər. Həmin zaman onu döyərək həmin sözləri dedizdirərək video çəkiliş etmişlər. Daha sonra onu polis şöbəsinə aparmışlar, amma polis şöbəsində onu döyməmişlər. Bir az keçdikdən sonra Elnuru və Cəsuru da tutub polis şöbəsinə gətirmişlər. Onlar sentyabr ayının 9-da tutulmuşlar, amma müstəntiq ondan ayın 10-da tutulduqlarını deməsini tələb etmişdir. Dayısı Elnur ona Qəbələ şəhərinə gedəcəklərini demiş, , Ağdaşa çatan zaman isə siqaret almağa getdiklərini bildirmişdir. Siqaret İran siqareti olmuşdur. İranlı dayısına siqaretin konumu göndərmişdir. Onun bu işdə heç bir marağı olmamış, sadəcə dayısı Elnur onu çağırmış, o da dayısı ilə birlikdə getmişdir. Dayısı Elnur həmin işin müqabilində ona heç bir məbləğdə pul vəd etməmişdir. Amma orada onu elə döymüşlər ki, məcbur olub onların dedikləri ilə razılaşaraq dayısının guya ona 200 manat pul verdiyini demişdir. Siqaretin konumu Ağdaşda olan zaman dayısı təqsirləndirilən şəxs2 mobil telefonuna gəlmiş, konuma çatdıqda da dayısı ona avtomobildən düşüb siqareti götürməsini demişdir. Onların aralarında narkotik vasitə barədə söhbət olmamışdır. Cəsur yolda olan zaman avtomobildən düşmək istədiyini, Qəbələyə getmək istəmədiyini demişdir. Amma o, Cəsurun nəyə görə belə dediyinin səbəbini bilmir. Narkoyik vasitə olan torbanı onun əlinə verərək video çəkiliş aparmışlar. Dayısı ona pul verəcəyini vəd etməmişdir. Siqareti nə üçün konumla götürməyə getdiklərinin səbəbini bilmir. Onlar Qəbələyə 10 blok siqareti götürməyə getmişlər. Həmin siqaretləri neçə manat qarşlığında götürməyə getdiklərini də bilmir. İranlı dayısı Elnura həm konum, həm də bağlamanın şəkilini göndərmişdir. İranlının sellofan torbanın içərisində nə olduğunu deməsi barədə onun məlumatı yoxdur. Mülki geyimli şəxslər gələndə dayısı Elnur onu qoyub qaçmışdır. O, dayısı Elnurun nə üçün qaçdığının səbəbini bilməmişdir. O, avtomobildə arxa oturacaqda əyləşmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğunu onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq olunmuşdur. təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı ## ######## 2024-cü il tarixdə verdiyi ifadəsində özünü CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilərək göstərmişdir ki, ## ######## 2024-cü il tarixdə günorta radələrində dayısı təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrəyə zəng vuraraq onunla Qəbələ rayonuna gedibgəlməyini xahiş etmişdir. O, dayısı Elnurdan bunun səbəbini soruşduğu zaman sonuncu Qəbələ rayonunda ona çatacaq sellafon torbada narkotik vasitənin olduğunu, həmin narkotik vasitə olan bağlamanı olduğu yerdən götürərək onun idarə etdiyi avtomobilə qədər daşıyaraq ona təhvil verməyi üçün Qəbələ rayonuna gedəcəyini, daha sonra isə həmin bağlamada olan narkotik vasitə və psixotrop maddəni Gəncə şəhərinə gətirəcəklərini bildirmişdir. təqsirləndirilən şəxs2 edəcəyi işin müqabilində ona nə qədər pul verəcəyini soruşmuş, sonuncu isə narkotik vasitəni təhlükəsiz şəkildə çatdıracağı təqdirdə ona 200 manat ödəniş edəcəyini bildirmişdir. Bu məqsədlə dayısının idarə etdiyi “VAZ 2105” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonuna yola düşmüşlər. Dayısının idarə etdiyi avtomobilin qabaq sərinişin oturacağında əvvəlcədən tanıdığı Cəsur da olmuşdur. Yol gələrkən dayısı ilə söhbət əsnasında ona məlum olmuşdur ki, dayısı Elnur mobil telefonda tanımadığı və adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə əlaqə yaratmış, həmin İran İslam Respublikasının vətəndaşı dayısına “WhatsApp” vasitəsilə məkan göndərmiş, dayısı Elnur da həmin məkan üzrə hərəkət etmişdir. Qəbələ rayonu ərazisində olan bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olması barədə məlumatı olmuşdur. Onlar birlikdə həmin bağlamanı Gəncə şəhərinə aparacaqmışlar və bunun qarşılığında İran İslam Respublikasının tanımadığı vətəndaşı onlara pul göndərəcəkmiş. Həmin pulu da öz aralarında böləcəkmişlər. Qəbələ rayon ərazisində Qaradeyin adlı kəndə girdikdən sonra dayısı idarə etdiyi avtomobili kənd daxili yolda saxlamış, aralarında olan razılığa əsasən o, avtomobildən yerə düşmüşdür. İçərisində narkotik vasitə və psixotrop maddə olan bağlamanın harada olması ona məlum olmuşdur. Çünkü əvvəlcədən Elnura həmin ərazinin şəklinə kimi göndərilmişdir. O, çəpərin dib hissəsindən içərisində narkotik vasitə olan bağlamanı götürən zaman onu Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları yaxalamışlar. Onun saxlanıldığını görən dayısı Elnur və onlarla birgə narkotik vasitəni götürmək üçün gələn Samux rayonu Sərkar kənd sakini təqsirləndirilən şəxs1 dayısının avtomobili ilə birlikdə hadisə yerindən qaçmışlar. Bundan sonra isə onu saxlayan polis əməkdaşları əlindəki göy rəngli sellofan torbaya baxış keçirmişlər və sellofan torbanın içərisində iki ədəd qara rəngli üzəri şəffaf yapışqan lentlə sarılı vəziyyətdə olan bağlamaları aşkar etmişlər. Ondan həmin bağlamaların içərisindəkilərin nə olduğunu soruşmuşlar, o da bağlamada narkotik vasitə olan qurudulmuş marixuana və el arasında patı kimi tanınan psixotrop maddə olduğunu bildirmişdir. Qəbələ rayonu Qaradeyin kəndi ərazisindən dayısı Elnurun və tanışı Cəsurun köməkliyi ilə götürmək istədikləri içərisində narkotik vasitə olan bağlamanı çəpər dibinə adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı qoymuşdur. Narkotik vasisə və psixotrop maddəni satmamışdır. Həmin iki ədəd bağlamadakı narkotik tərkibli vasitə və psixotrop maddə, patı, yəni metamfetamin olduğunu bilmişdir. Çünkü özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən, lakin adını təqdim etməyən şəxs dayısı Elnura, Elnur da ona və Cəsura bu barədə məlumat vermişdir. Cəsurun da məlumatı olmuşdur ki, Qəbələ rayonuna narkotik vasitəni daşımaq üçün gedirlər. Onlar qabacaqdan bu barədə razılaşmışlar. Etdiyi əmələ görə peşmandır (cild 1, iş vərəqə 130-132). təqsirləndirilən şəxs3 ## ###### 2024-cü il tarixdə birinci instansiya məhkəməsinin məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində əlavə dindirilən zaman ifadəsində özünü CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilərək əvvəlki ifadələrini bir daha təsdiq etməklə göstərmişdir ki, dayısı Elnur Cəsura da əldə edəcəyi 200 manatdan pul verəcəkdi, qabaqcadan bu barədə razılaşmışlar. təqsirləndirilən şəxs1 baş vermiş hadisədən məlumatı olmuşdur. Gəncə şəhərindən Qəbələ rayonuna narkotik vasitə və psixotrop maddəni daşımaq üçün gəldiklərindən məlumatı olmuşdur. Cəsur və Elnur ondan qabaq İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlamış, daha sonra onu yaşadığı evin yerləşdiyi küçədən götürmüşlər. Cəsurla dayısı Elnurun arasında pul söhbəti olmuşdur. Sadəcə Cəsur özünü müdafiə etmək məqsədilə pul söhbəti olmadığını bildirmişdir. Eləcə də Elnura yol gələn zaman yol boyu “getmə, qayıdaq” sözlərini deməmişdir. Belə ki, Cəsur da bu işin müqabilində pul alacağı üçün onlarla Qəbələ rayonuna gəlmiş, avtomobildən düşüb geriyə qayıtmağa cəhd belə etməmişdir. Bütün bunları ## ######## 2024-cü il tarixdə Cəsurla üzləşərkən də onun üzünə qarşı demişdir. Sadəcə Cəsur hadisədən boyun qaçırmaq istəyir (cild 2, iş vərəqə 181-183) təqsirləndirilən şəxs3 ## ###### 2025-ci il tarixdə birinci instansiya məhkəməsinin məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində əlavə dindirilən zaman ifadəsində özünü CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilərək əvvəlki ifadələrini bir daha təsdiq etməklə göstərmişdir ki, ## ###### 2024-cü il tarixdə keçirilən üzləşmə zamanı Cəsurdan çəkindiyi və onun da məsuliyyətə cəlb olunmaması üçün Cəsurun narkotik vasitədən məlumatının olmadığını bildirmişdir. Cəsurun da əvvəlcədən məlumatı olmuşdur ki, dayısı Elnur Qəbələ rayonuna içərisində narkotik vasitə olan bağlamanı götürmək üçün gedir və dayısı Elnur bu işin müqabilində əldə edəcəyi 200 manatdan ona da verəcəkdi, o isə həmin pula telefonunu təmir etdirəcəkdi. Elnur avtomobilini həqiqətən də məkan üzrə hərəkət etdirmişdir. Ağdaş şəhəri ərazisində Cəsur Elnura avtomobilini saxlamasını bildirməmişdir. Sadəcə Cəsurla üzləşmə zamanı Cəsur “Elnura saxla dedim, saxlamadı” sözünü dediyi üçün, o da Cəsurun fikrinə qoşulmuşdur. Lakin, Cəsur Elnura heç bir zaman “saxla”, “saxla, geri qayıdaq” sözlərini deməmişdir. Qəbələ rayon Qaradeyin kəndi ərazisində Elnur avtomobilini saxladıqdan sonra o, avtomobildən yerə düşmüş, təxminən 5-6 addım məsafə çəpər tərəfə getmiş, çəpərin dib hissəsində üzərində qız şəkli olan göy rəngli sellofan torbanı əlinə götürmüşdür. Dayısı Elnurun avtomobili istiqamətində təxminən 1-2 addım məsafə gəlmişdir ki, polislər ona yaxınlaşmışlar. Bunu görən dayısı Elnur avtomobilini sürüb oradan qaçmışdır. Onu isə orada qoymuşlar. Həmin vaxt sellofan torba onun əlində olmuş, ona heç kim sellofan torbanı verməmişdir. Həmin sellofan torbanı o, çəpərin dib hissəsindən götürmüşdür. Bundan sonra isə videoçəkiliş aparılmaqla həmin sellofan torbanın içərisinə baxış keçirilmişdir. Bütün ifadələri olduğu kimi o, hansı formada demişdirsə, həmin formada da müstəntiq tərəfindən yazılmış, onun, eləcə də vəkili tərəfindən oxunmuş və imzalanmışdır (cild 3, iş vərəqə 141- 144). Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, bu işlərdə onun heç bir günahı yoxdur, təqsirləndirilən şəxs2la hər hansı pul məsələsi haqqında razılaşma əldə etməmişdir. O, 5 ildir ki, maşın ustası işləmiş və öz qazancı özünə kifayət etmişdir. İki ay olardı ki, təqsirləndirilən şəxs2la birlikdə işləmişdir. Həmin gün saat 6-da işə gəlmişlər, günorta 12:30-da obyekti bağlayıb evə yollanmışlar və belə razılaşmışlar ki, saat 16:00-da yenidən işə qayıtsınlar. Saat 15:00 radələrində təqsirləndirilən şəxs2 onu çağıraraq işə getməyi təklif etmişdir. O, Elnurla birlikdə Qəbələyə təsadüfən, yəni yoldaş kimi getmiş, onun heç nədən xəbəri olmamış, Qəbələyə nə məqsədlə getdiklərini bilməmişdir. Xeyli yol getdikdən sonra o, Elnurdan Qəbələyə nə üçün getdiklərini soruşduqda sonuncu siqaret götürmək üçün getdiklərini bildirmişdir. O, maşından düşmək istədiyini bildirmiş, amma Elnur maşını saxlamayaraq “qorxusu yoxdu, siqareti götürək qayıdarıq” demişdir. Amma o, təqsirləndirilən şəxs2 telefon danışıqlarından şübhələndiyi üçün avtomobildən düşmək istəmişdir. O, avtomobildən düşdükdən sonra tanımadığı yer olduğu üçün ətrafa baxmışdır. Polis əməkdaşları Samiri saxladıqdan sonra o və Elnur avtomobillə oradan uzaqlaşmışlar. Polis əməkdaşları “Niva” markalı avtomobillə onları saxlayıb yolda döymüşlər və polis şöbəsinə aparmışlar. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə döyülməsi barədə heç nə deməmişdir. O, Elnurdan Qəbələyə nə üçün getdiklərini soruşduqda sonuncu gülərək nəşə üçün getdiklərini bildirmişdir. O, narkotik vasitə üçün getdiklərini eşitdikdə Elnura avtomobili saxlamasını deyərək düşmək istədiyini bildirmiş, sonuncu isə “zarafat edirəm, qorxusu yoxdur, siqaret üçün gedirik” demişdir. O, Elnurdan avtomobili saxlamasını istədikdə avtomobildəki musiqinin səsinə görə Elnurun onun sözünü eşidib-eşitmədiyini bilməmişdir. Həmin vaxt üzərində telefon olmadığı üçün Elnurun narkotik dalınca getməsi barədə polis əməkdaşlarına xəbər verməmişdir, əgər telefonu olsaydı xəbər verərdi. Ona verilmiş ittihamda yazılmışdır ki, o, iranlıdan narkotiki maddi marağı üçün almışdır. Halbuki, onun üzərində mobil telefon olmamış və o, iranlı ilə əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsinin məhkəmə istintaqında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğunu onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq olunmuşdur. təqsirləndirilən şəxs1 ## ######## 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1ci və 234.4.3-cü maddələri ilə təqsirli bilərək qeyd etmişdir ki, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olmaqla yaşayır və Samux rayonu, Kolayır kənd sakini təqsirləndirilən şəxs2 da onunla birlikdə kənddə avtomobil təmiri ilə məşğuldur. Həmin obyektdə rəsmi qaydada deyil, qeyrirəsmi qaydada işləyirlər. İkisi birlikdə müxtəlif avtomobillərin dəmir işlərini görürlər. Bir növ dəmirçi kimi fəaliyyət göstərirlər. ## ######## 2024-cü il tarixdə nahardan sonra Elnur ona Qəbələ rayonuna getməyini təklif etmiş və ondan səbəbini soruşmadan razılıq vermiş, yolda olduqları zaman Elnur ona Qəbələ rayonu ərazisindən ona çatacaq içərisində narkotik vasitə və psixotrop maddə olan bağlamanın olduğunu və onu götürəcəklərini, bunun qarşılığında isə ona pul verəcəyini bildirmişdir. Beləliklə, Qəbələ rayonu ərazisinə çatmışlar və Qaradeyin adlı kəndə girdikdən sonra Elnurun bacısı oğlu Samir avtomobildən düşərək narkotik vasitə ilə dolu bağlamanı çəpər dibindən götürməyə getmiş və onlar isə avtomobildə onu gözləmişlər ki, kənar şəxslər gəldiyi halda Samirə məlumat versinlər. Lakin, Samir narkotik vasitə olan bağlamanı götürdüyü zaman polis əməkdaşları onu yaxalamışlar və onlar da tutulmamaq üçün həmin yerdən uzaqlaşmışlar, buna baxmayaraq yolda polis əməkdaşları o və Elnuru da saxlayaraq Qəbələ RPŞ-yə gətirmişlər. Elnurla həmfikir olduğuna, yoldaş olduğuna və bu işin müqabilində müəyyən qədər pul vəsaiti əldə edəcəyinə görə onun barəsində polisə məlumat verməmiş, Elnurun Qəbələ rayonuna narkotik vasitə götürmək üçün gəldiyini əvvəlcədən bilmişdir. Narkotik vasitə istifadə edən deyil. Qəbələ rayonu Qaradeyin kəndi ərazisindən Samirin və tanışı Elnurun köməkliyi ilə götürmək istədikləri içərisində narkotik vasitə olan bağlamanı çəpər dibinə adını bilmədiyi Elnurla əlaqə saxlayan İran İslam Respublikasının vətəndaşı qoymuşdur. O, narkotik vasitə və psixotrop maddə satmamışdır. Daşınmasını həyata keçirmək istədiyi, lakin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülən bir ədəd torbaya baxış keçirilən zamanı oradan aşkar edilən iki ədəd bağlamadakı narkotik tərkibli vasitə və psixotrop maddə, patı, yəni metamfetamin olduğunu bilmişdir. Çünki Elnura özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən, lakin adını təqdim etməyən şəxs Elnura bu barədə məlumat vermişdir. Elnur da bu barədə həm ona, həm də Samirə bildirmişdir. Etdiyi əmələ görə peşmandır (cild 1, iş vərəqə 162-163). təqsirləndirilən şəxs1 ## ###### 2024-cü il tarixdə öz hesabına müqavilə bağladığı yeni müdafiəçisinin iştirakı verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Samux rayonu, Kolayır kənd sakini təqsirləndirilən şəxs2 da onunla birgə kəndlərində avtomobil təmiri ilə məşğuldur. Həmin obyektdə qeyri-rəsmi qaydada işləyirlər. İkisi birlikdə müxtəlif avtomobillərin dəmir işlərini görürlər. Bir növ dəmirçi kimi fəaliyyət göstərirlər. ## ######## 2024-cü il tarixdə səhər saat 06 radələrində təqsirləndirilən şəxs2la birlikdə işlədikləri obyektə gəlmişlər. Orada saat 12:30 radələrinə kimi avtomobil təmiri ilə məşğul olmuşlar, saat 12:30da obyekti bağlayaraq nahar etmək üçün öz evlərinə getmişlər. Saat 16 radələrinə sözləşmişlər ki, işə qayıdıb yenidən işləsinlər. Saat 15:00-da təqsirləndirilən şəxs2 onlara gəlmiş, qapını döymüş, onu çağırmış, təklif etmiş ki, işə getsinlər. Elnura demişdir ki, nə üçün tez, yəni saat 15:00-da gəlibdir? Axı saat 16:00-a sözləşmişlər. Elnur isə bildirmişdir ki, hava yaxşıdır, gedib işləsinlər. Avtomobil təmiri etdiyi sexə Elnurla birlikdə Elnura məxsus “VAZ 2105” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişlər. Avtomobil təmiri sexinin qarşısında olan zaman Elnur ona sexdən açar dəstini götürüb avtomobilə qoymasını demişdir. Həmin açar dəstini avtomobilin arxa hissəsinə qoymuş və avtomobilin qabaq sərnişin oturacağında əyləşmişdir. Ona demişdir ki, “bura dəyək gələk”. Yol çıxıb gedərkən Elnur bacısı oğlu Samirlə telefonla yazışmışdır. Samir də həmin avtomobilə Gəncə şəhərinin Dəyirman dairəsi adlanan yerdə minmişdir. Yol gələrkən dəfələrlə Elnurdan hara getdiklərini soruşmuş, Elnur isə onun üzünə baxıb gülmüş və heç nə deməmişdir. Ağdaş şəhərinə çatdıqda Elnur avtomobili saxlamış, yerə düşmüş və avtomobilin arxasında telefonla nəsə danışmışdır. Elnurun kiminlə danışdığını bilməmişdir. Bu zaman Elnurun telefonuna məkan atılmış, bunu eşitmişdir. Eləcə də Elnurun danışdığı adamın ona “qadoy alım” deyə ifadə işlətdiyini eşitmişdir. Bu zaman İranlı Elnura məkan atmış, məkan Qəbələ tərəfə göstərmişdir. Məkan gələrkən artıq ona Elnur demişdir ki, nəşə götürməyə gedirlər. O, avtomobildən düşmək istəmiş, amma oralar boş xarabalıqlar olduğuna görə də düşə bilməmişdir. O, Elnura “getməyək, qayıdaq” demişdir. Elnur ona qorxusu yoxdur. Day bu boyda yolu gəlmişik demişdir. Beləliklə Qəbələ rayonu ərazisinə çatmışlar və Qaradeyin adlı kəndə girdikdən sonra Elnurun bacısı oğlu Samir avtomobildən düşərək narkotik vasitə ilə dolu bağlamanı çəpər dibindən götürməyə getmiş və onlar isə avtomobildə onu gözləmişlər ki, kənar şəxslər gəldiyi halda Samirə məlumat versinlər. Lakin, Samir narkotik vasitə olan bağlamanı götürdüyü zaman polis əməkdaşları onu yaxalamışlar və onlar da tutulmamaq üçün həmin yerdən uzaqlaşmış, buna baxmayaraq yolda polis əməkdaşları onları saxlayaraq Qəbələ RPŞ-yə gətirmişlər. Həmin vaxt üzərində mobil telefon olmamışdır. Telefon işlədən olmamışdır. Buna görə də təqsirləndirilən şəxs2 Qəbələ rayonu ərazisinə narkotik vasitə götürməyə gəldiyini bildiyi anda bu barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Elnurla ümumiyyətlə arasında pul söhbəti olmamışdır. Orada gəlməkdə onun heç bir marağı olmamışdır. Onu aldadıb gətirmişdir. Bildiyi yerdə geri qayıtmaq mümkünsüz olduğundan məcbur gəlmişdir (cild 2, iş vərəqə 173-174). Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında şahid qismində dindirilmiş Qəbələ Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili şahid2 göstərmişdir ki, ## ######## 2024-cü il tarixdə Samux rayon sakinlərinin pul müqabilində Qəbələ rayon ərazisindən narkotik vasitəni Gəncə şəhərinə aparmaq üçün gəldikləri barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal bu barədə raport yazılaraq rəhbərliyə məruzə olunaraq əməliyyat qrupu yaradılmış, həmçinin avtomobilin qeydiyyat nişanı müəyyən edilmişdir. Həmin avtomobil Qəbələ rayonu ərazisinə girdikdən sonra tərəflərindən müşahidə olunmuşdur. Ağ rəngdə olan “VAZ 2105” markalı avtomobilin Qəbələ rayonu istiqamətində gəldiyini görmüşlər. Həmin avtomobil aeroportun yaxınlığında yerləşən Qaradeyin kəndinə girib həmin ərazidə fırlanmış, daha sonra isə yola çıxaraq dayanmışlar və avtomobilin kapotunu açmışlar. Onlar həmin şəxslərin narkotik vasitəni həmin ərazidən götürəcəklərini anlamışlar, amma avtomobildə neçə nəfər olduğunu bilməmişlər. Onlar müşahidələrini davam etdirərkən avtomobil yenidən kənd yoluna getmiş, bir nəfər şəxs avtomobildən düşərək kolluğa girmiş və oradan bir torba götürmüşdür. Polis əməkdaşları torbanı götürən həmin şəxsi saxlayanda avtomobildə olan digər şəxslər bunu görüb yüksək sürətlə hadisə yerindən uzaqlaşmışlar. O da bu barədə rəhbərliyə və X1 məruzə edərək avtomobilin Ağdaş istiqamətində getdiyini bildirmişdir. O, orada olan polis əməkdaşlarına saxlanılan şəxsin yanında qalaraq sənədləşmənin aparılmasını tapşırmış, özü isə digər şəxslərin arxasınca Ağdaş rayonu istiqamətində getmişdir. Həmin şəxslər Ağdaş rayonunda çox yüksək sürətlə hərəkət etmişlər. Onlar hətta həmin şəxslərin qəza törədəcəklərindən qorxmuşlar. Ağdaş şəhərinin girişində Yol Patrul Xidmətinin əməkdaşları həyəcan siqnalı verərək həmin şəxsləri saxlamışlar. O, həmin iki nəfər şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və nə üçün qaçdıqlarını soruşmuşdur. Onlar isə “bir səhvdi etmişik” deyə cavab vermişlər. Bundan sonra o, həmin şəxsləri avtomobilə əyləşdirib söhbət edə-edə polis şöbəsinə gətirmişdir. Onlar bildirmişlər ki, pul müqabilində narkotik vasitə aparmaq üçün Qəbələyə gəlmişlər. Hətta onlar yolda bir-birilərini söyərək günahlandırmışlar. Onun xatırladığı qədər saxlanılan şəxslərdən ikisi qohum olmuş, iranlı şəxs həmin ərazidə onlar üçün narkotik vasitə qoymuşdur. O, saat 23 radələrində həmin şəxsləri polis şöbəsinə gətirmişdir. Onların üzərilərinə və avtomobilinə baxış keçirilmiş, amma hər hansı narkotik vasitə aşkar edilməmiş, sadəcə iki ədəd mobil telefon aşkar olunaraq götürülmüşdür. Onlar həmin şəxsləri saxlayan zaman Cəsur ağlamış, amma heç nəyə etiraz etməmiş, “mənə aidiyyatı yoxdur” kimi ifadələr işlətməmiş, “zibilə düşdük” deyə bildirmişdir. təqsirləndirilən şəxs1 günahının olmadığını bildirsə idi onu sənədləşdirməzdilər və təsadüfi bir şəxs olduğunu hesab edərək sərbəst buraxardılar. Amma onlar əlbir olaraq bu işi əvvəlcədən planlaşdırmışlar. Həmin şəxslərin hər biri ayrı-ayrılıqda dindirilmiş və hər biri bu işdən xəbərinin olduğunu etiraf etmişdir. Polis əməkdaşları tərəfindən həmin şəxslərə qarşı heç bir fiziki və psixi təsir edilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında şahid qismində dindirilmiş Qəbələ rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili şahid1 İntiqam oğlu göstərmişdir ki, ## ######## 2024-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Samux rayonunda yaşayan təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri satış məqsədi ilə qohumu təqsirləndirilən şəxs3 və tanışı təqsirləndirilən şəxs1la birlikdə Qəbələ rayon ərazisindən Gəncə şəhərinə təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ2105” markalı avtomobillə daşıyacaqlar. Buna görə də həmin tarixdə qeyd olunan avtomobil tərəflərindən əməliyyat müşahidəsinə götürülmüşdür. Qəbələ rayon Qaradeyin kəndində saat 19:45 radələrində həmin avtomobildən düşərək yolun kənarında çəpərin yanında bir ədəd sellofan bağlama götürüb piyada hərəkət edən təqsirləndirilən şəxs3 həmin yerdə tərəflərindən saxlanılmışdır. Bu zaman həmin yerdə olan ağ rəngli “VAZ 2105” markalı avtomobil sürətlə oradan uzaqlaşmışdır. Onlar bu barədə dərhal Qəbələ RPŞ-nə məlumat vermişlər. Daha sonra təqsirləndirilən şəxs3 üstünün yoxlanılmasına, eləcə də əlindəki sellofan torbaya baxış keçirilməyə başlanılmışdır. təqsirləndirilən şəxs3 təklif edilmişdir ki, üzərində qanusuz əşya varsa təqdim etsin. Bu təklifdən sonra təqsirləndirilən şəxs3 əlində olan göy rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə və psixotrop maddə olduğunu, onları dayısı təqsirləndirilən şəxs2 sifarişi ilə 200 manat müqabilində Qəbələ rayonundan götürüb Gəncə şəhərinə daşımaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldığını, narkotik vasitənin məkanını İran vətəndaşı kimi bildiyi tanımadığı şəxsin “Whatsapp” proqramı vasitəsi ilə dayısı Elnur göndərdiyini, bundan sonra onlar Elnurun idarə etdiyi avtomobillə həmin yerə gəldiklərini bildirmişdir. təqsirləndirilən şəxs3 əlindəki göy rəngli sellofan torba açılaraq içərisinə baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması ehtimal edilən qara rəngli lentə sarılmış vəziyyətdə biri böyük, biri balaca olmaqla iki ədəd bağlama aşkar edilmişdir. təqsirləndirilən şəxs3 həmin kütlələrin narkotik vasitə olduğunu bildirmişdir. Aşkar edilmiş bağlamalar elektron tərəzidə çəkildikdən sonra bir ədəd sellofan kisədə qablaşdırılmış və DİN-in *** saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan Qəbələ Rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili şahid2 tərəfindən yazılmış ## ######## 2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda ##.##.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, ünvan 2 ünvanda qeydiyyatda olmaqla Samux rayonu Sərkar kəndində yaşayan təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə qohumu Samir adlı şəxslə birlikdə Qəbələ rayon ərazisində idarə etdiyi “VAZ 2107” minik markalı 20DS 067 dövlət nömrə nişanlı avtomobillə əldə edib Gəncə şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqə 10). Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair ## ######## 2024-cü il tarixlii protokoldan və həmin protokola əlavə edilmiş diskdəki video görüntüdən görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan təqsirləndirilən şəxs3 üstünün yoxlanılması aparılmışdır. Yoxlama zamanı təqsirləndirilən şəxs3 paltarlarında, əlindəki sellofan torbada, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra təqsirləndirilən şəxs3 əlində olan göy rəngli sellofan torbanı təqdim edərək həmin torbanın içərisində narkotik vasitə olan marixuana olduğunu, həmin marixuananı tanışı təqsirləndirilən şəxs2 sifarişi ilə 200 manat müqabilində Qəbələ rayonundan götürüb Gəncə şəhərinə aparan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, Elnura narkotik vasitənin Qəbələdən götürərək Gəncə şəhərinə çatdırılmasını və narkotikin saxlanıldığı yeri İran vətəndaşı kimi bildiyi tanımadığı şəxs deməklə Elnura narkotik vasitənin olduğu yerin məkanını “Whatsap” ani mesajlaşma proqramı vasitəsi ilə göndərdiyini, bundan sonra Elnurun idarə etdiyi “VAZ 2105” markalı avtomobil ilə həmin yerə gəldiklərini, İran vətəndaşı kimi bildiyi şəxslə özünün birbaşa əlaqə saxlamadığını, həmin şəxslə əlaqəni Elnurun yaratdığını bildirmişdir. təqsirləndirilən şəxs3 əlindəki göy rəngli sellofan torba açılaraq içərisində baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması ehtimal edilən qara rəngli lentə sarılmış vəziyyətdə biri böyük, biri balaca olmaqla iki ədəd bağlama kütlə aşkar edilmişdir. təqsirləndirilən şəxs3 həmin bağlamalardakı kütlələrin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Aşkar edilmiş bağlamadakı kütlələr elektron tərəzidə çəkildikdən sonra 01 ədəd kisədə qablaşdırılaraq Daxili İşlər Nazirliyinin “103” saylı möhürü ilə möhürlənmişdir (cild 1, iş vərəqə 6-9). Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi barədə ## ######## 2024-cü il tarixli protokoldan, həmin protokola əlavə edilmiş fotocədvəl və video görüntüdən görünür ki, həmin tarixdə şübhəli şəxs qismində tutulmuş təqsirləndirilən şəxs3 iştirakı ilə əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara (predmetlərə) baxış keçirilmişdir. Əvvəlcə şübhəli şəxs təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş 01 ədəd ağ rəngli kisəyə baxış keçirilmiş və baxış zamanı həmin kisədən 2 ədəd qara rəngli sellafon torbaya bükülü vəziyyətdə şəffaf yapışqan lentlə sarılmış bağlamalar aşkar edilmişdir. Böyük bağlamaya baxış keçirilən zaman onun içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl kütlə, digər bağlamaya baxış keçirilən zaman isə onun içərisindən psixotrop maddə olan metamfetaminə bənzər ağ kristal tozlar aşkar edilmişdir. Şifahi sorğu zamanı təqsirləndirilən şəxs3 bağlamalardan birinin içərisində narkotik vasitə olan marixuana, digərinin içərisində isə patı olduğunu, onları dayısı təqsirləndirilən şəxs2 çatdırmaq üçün özünün götürdüyünü, müqabilində isə təqsirləndirilən şəxs2 200 manat pul alacağını bildirmişdir. Daha sonra aşkar olunmuş bağlamalar bir ədəd ağ rəngli kisədə qablaşdırılaraq möhürlənmişdir (cild 1, iş vərəqə 56-64). İş materiallarında olan şəxsi axtarış aparılması haqqında ## ######## 2024-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, həmin tarixdə saat 22:35-dən saat 23:05-dək təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərindən hər hansı bir narkotik maddə və digər qanunsuz əşya aşkar edilməmişdir (cild 1, iş vərəqə 65-71). İş materiallarında olan şəxsi axtarış aparılması haqqında ## ######## 2024-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, həmin tarixdə saat 23:10-dan saat 23:30-dək təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərindən hər hansı bir narkotik maddə və digər qanunsuz əşya aşkar edilməmişdir (cild 1, iş vərəqə 72-77). İş materiallarında olan şəxsi axtarış aparılması haqqında ## ######## 2024-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, həmin tarixdə saat 23:35-dən saat 23:44-dək təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərindən hər hansı bir narkotik maddə və digər qanunsuz əşya aşkar edilməmişdir (cild 1, iş vərəqə 65-71). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 2105 minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında ## ######## 2024-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünün köçürüldüyü diskdən görünür ki, baxış zamanı avtomobildən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Avtomobildən “Samsung” və “Redmi” markalı mobil telefonlar aşkar olunmuş və bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqə 82-88). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında ## ######## 2024-cü il tarixli protokoldan görünür ki, mobil telefonun “WhatsApp” ani mesajlaşma proqramına daxil olduqda +98 914 529 **** saylı mobil nömrənin istintaqa məlum olmayan istifadəçisi tərəfindən təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrəyə narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetaminin alqısatqısı və daşınması, eləcə də sifariş edilməsi, Qəbələ rayonu ərazisində əvvəlcədən qoyulmuş, razılaşdırılmış və təyin edilmiş ərazidən götürüb Gəncə şəhərinə aparılması, bunun müqabilində isə təqsirləndirilən şəxs2 müəyyən pul vəsaiti əldə edəcəyi, eləcə də narkotik vasitə-qurudulmuş marixuana və psixotrop maddə metamfetaminin bir hissəsini özünə götürəcəyi ilə bağlı +98 914 529 **** saylı mobil nömrənin istintaqa məlum olmayan istifadəçisi ilə razılığın əldə edilməsi məzmununda səs yazılarının olduğu, təqsirləndirilən şəxs2 tərəfindən +98 914 529 **** saylı mobil nömrənin istintaqa məlum olmayan istifadəçisinə səslərin göndərildiyi, eləcə də +98 914 529 **** saylı mobil nömrənin istintaqa məlum olmayan istifadəçisi tərəfindən təqsirləndirilən şəxs2 səslərin göndərildiyi müəyyən edilmişdir. Eləcə də mobil telefondan qurudulmuş marixuana və psixotrop maddə metamfetaminin qoyulduğu ərazinin, göy rəngli sellofan torbanın əvvəlcədən gizlədildiyi çəpərin, sellofan torbanın fotoşəkilləri aşkar edilmişdir (cild 2, iş vərəqə 1-9). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında ## ######## 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs2 Qəbələ rayonu Qaradeyin kəndində avtomobili saxladığı yeri, içərisində külli miqdarda narkotik vasitə və psixotrop maddə olan göy rəngli sellofan torbanın gizlədildiyi yeri, təqsirləndirilən şəxs3 avtomobildən düşüb həmin sellofanı götürdüyü yeri, polis əməkdaşlarını görərək avtomobili idarə edib təqsirləndirilən şəxs1la birlikdə qaçdıqları yolu əyani olaraq göstərərək ibtidai istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əməlini etiraf etmişdir. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 203-207). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında ## ######## 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs2 Qəbələ rayonu Qaradeyin kəndində “VAZ 2105” markalı avtomobili saxladığı kənd daxili yolu, təqsirləndirilən şəxs3 avtomobildən düşdüyü və içərisində narkotik vasitə və psixotrop maddə olan göy rəngli sellofan torbanı götürmək üçün yaxınlaşdığı çəpəri, təqsirləndirilən şəxs3 torbanı əlinə götürdüyü yeri, kənar şəxsləri görərək təqsirləndirilən şəxs2 avtomobili idarə edib qaçdıqları istiqaməti əyani olaraq göstərmiş, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3la birlikdə Qəbələ rayonuna içərisində narkotik vasitə və psixotrop maddə olan bağlamanı götürüb Gəncə şəhərinə aparmaq üçün gəldiklərini, bunun müqabilində təqsirləndirilən şəxs2 ona pul verməyi vəd etdiyini etiraf edərək ilkin ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 208-212). İş materiallarında olan təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması haqqında ## ######## 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs3 Qəbələ rayonu Qaradeyin kəndində içərisində narkotik vasitə və psixotrop maddə olan göy rəngli sellofan torbanın yerləşdiyi çəpərin dib hissəsini, dayısı təqsirləndirilən şəxs2 “VAZ 2105” markalı avtomobili saxladığı yeri, özünün avtomobildən düşüb həmin torbanı götürdüyü yeri, polis əməkdaşlarının onu saxladıqları yeri, dayısı təqsirləndirilən şəxs2 və tanışı təqsirləndirilən şəxs1 onu orada qoyaraq qaçdıqları istiqaməti əyani olaraq göstərmiş və ##.##.2024-cü il tarixdə dayısı təqsirləndirilən şəxs2 təklifi ilə təqsirləndirilən şəxs1la birlikdə Qəbələ rayonuna narkotik vasitə və psixotrop maddənı daşımaq üçün gəldiklərini, bunun müqabilində dayısı Elnurun İran vətəndaşından 200 manat pul alacağını, Qəbələ rayonuna narkotik vasitə daşımaq üçün gəldiklərindən təqsirləndirilən şəxs1 da məlumatının olduğunu, Cəsurun da bu işin müqabilində öz payını götürəcəyini, Elnur və Cəsurun kənar şəxslər gələcəyi halda xəbər vermək üçün avtomobildə gözlədiklərini, o isə avtomobildən düşüb çəpərin dibindən bağlamanı əlinə götürərkən polislərin onu yaxaladıqlarını, bunu görən Elnurun və Cəsurun oradan uzaqlaşıb getdiklərini bildirmişdir. Həmin istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 214-219). Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın ## ###### 2024-cü il tarixli, **** nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Rəyin təsviri hissəsindən görünür ki, təqsirləndirilən şəxs3 heç vaxt narkotik vasitə qəbul etmədiyini, aşkar edilmiş narkotik vasitəni tanımadığı İran vətəndaşından maddi maraq məqsədilə aldığını bildirmişdir (cild 2, iş vərəqə 150). Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın ## ###### 2024-cü il tarixli, **** nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Rəyin təsviri hissəsindən görünür ki, təqsirləndirilən şəxs1 heç vaxt narkotik vasitə qəbul etmədiyini, aşkar edilmiş narkotik vasitəni tanımadığı İran vətəndaşından maddi maraq məqsədilə aldığını bildirmişdir (cild 2, iş vərəqə 151). Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın ## ###### 2024-cü il tarixli, **** nömrəli rəyindən görünür ki, təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Rəyin təsviri hissəsindən görünür ki, təqsirləndirilən şəxs2 heç vaxt narkotik vasitə qəbul etmədiyini, aşkar edilmiş narkotik vasitəni tanımadığı İran vətəndaşından maddi maraq məqsədilə aldığını bildirmişdir (cild 2, iş vərəqə 152). İş üzrə əməliyyat tapşırığına verilmiş ## ######## 2024-cü il tarixli cavab raportundan görünür ki, təqsirləndirilən şəxs2 sifariş əsasında narkotik vasitə və psixotrop maddəni Qəbələ rayonundan Gəncə şəhərinə daşıması müqabilində sifarişçidən 200 manat pul vəsaitindən əlavə olaraq 10 qram metamfetamin və 100 qram qurudulmuş marixuananı həmin bağlamalardan götürəcəyi barədə əməliyyat məlumatı əldə edilmişdir (cild 1, iş vərəqə 253-254). Maddi sübut kimi tanınma haqqında ## ######## 2024-cü il tarixli qərardan görünür ki, ekspert tədqiqatından sonra qalıq çəkisi 2244,95 qram təşkil edən qurudulmuş marixuana və qalıq çəkisi 67,609 qram təşkil edən metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Qəbələ Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Bundan başqa, sübutların qiymətləndirilməsi haqqında ## ###### 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı mobil telefon və təqsirləndirilən şəxs3 “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Qəbələ Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Eləcə də təqsirləndirilən şəxs2 məxsus “VAZ 2105 minik” markalı, **-DS- *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və avtomobilin Qəbələ Rayon Polis Şöbəsinin duracağında saxlanılması nəzərə alınmışdır (cild 1, iş vərəqə 220- 222; cild 3, iş vərəqə 171-213). Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 hərəkətlərinin CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə düzgün tövsif edildiyi, işin faktiki hallarının kifayət qədər tam və hərtərəfli araşdırılaraq müəyyən edildiyi, verilmiş hökmün qanuni və əsaslandırılmış olduğu qənaətinə gəlir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi İbrahimov Xəyal Rahim oğlunun onun barəsində bəraət hökmünün çıxarılması barədə xahişinə, o cümlədən narkotik vasitəyə baxış zamanı qablaşdırmanın açılmadan çəkildiyi barədə dəlilinə gəldikdə, məhkəmə kollegiyası bunu sübutların etibarlılığına xələl gətirən hal kimi qiymətləndirmir. Belə ki, əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi haqqında ## ######## 2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş fotocədvəldən və video görüntüdən göründüyü kimi, ilkin mərhələdə aşkar edilmiş iki ədəd bağlama qara rəngli sellofana bükülü və yapışqan lentlə sarılmış vəziyyətdə, yəni bağlama açılmadan elektron tərəzidə çəkilmiş və bundan sonra möhürlənərək saxlanılmaq üçün Qəbələ Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Bu, istintaq təcrübəsində qəbul edilən adi qaydadır - belə ki, ilkin baxış zamanı bağlamanın açılmadan çəkilməsi yalnız aşkar edilmiş əşyanın təxmini, ilkin göstəricisini əks etdirir, maddənin növünün dəqiq təyini və onun dəqiq (yekun) çəkisinin müəyyən edilməsi isə bilavasitə sonrakı ekspert tədqiqatının predmetini təşkil edir. Belə ki, iş materiallarında olan ## ######## 2024-cü il tarixli qərardan göründüyü kimi, ekspert tədqiqatı zamanı bağlamalar açılaraq onların tərkibi laborator üsulla araşdırılmış, məhz bu tədqiqatın nəticəsində maddələrin narkotik vasitə (qurudulmuş marixuana) və psixotrop maddə (metamfetamin) olması elmi-texniki əsaslarla təsdiqlənmiş, onların qalıq çəkiləri (2244,95 qram və 67,609 qram) dəqiq müəyyən edilmişdir. Bu baxımdan ilkin baxışdakı göstərici ilə ekspert rəyindəki göstərici arasındakı fərq sübutların saxtalaşdırılmasına yox, sadəcə iki fərqli mərhələdə (ilkin, bağlama açılmadan aparılan baxış və sonrakı, bağlama açılaraq aparılan ekspert tədqiqatı) əldə edilmiş ölçmələrin təbiətindəki fərqə əsaslanır və qanunilik baxımından heç bir qüsur yaratmır. Bundan əlavə, bütün bu istintaq hərəkəti - bağlamanın açılması, məzmununun vizual müşahidəsi, çəkilməsi və yenidən qablaşdırılıb möhürlənməsi - fasiləsiz video çəkiliş altında aparılmış və həmin görüntü iş materiallarına əlavə edilmişdir. Video görüntünün mövcudluğu, əşyaların açıq şəkildə kimin iştirakı ilə və hansı ardıcıllıqla araşdırıldığını obyektiv və təkzibedilməz formada təsbit etməklə, videoda tərəflərin protokola imza atmaması iddiasının sübutların etibarlılığına təsir edə biləcək müstəqil əsas kimi qəbul edilməsinə imkan vermir belə ki, video-audio qeydiyyat bu kontekstdə yazılı imzadan daha yüksək etibarlılıq dərəcəsinə malik obyektiv sübut vasitəsidir. Nəzərə alınmalıdır ki, həmin baxışın iştirakçısı olan təqsirləndirilən şəxs3 özü də bağlamanı könüllü təqdim etmiş və içərisindəkinin narkotik vasitə (marixuana) və psixotrop maddə (metamfetamin) olduğunu şifahi şəkildə təsdiqləmişdir ki, bu da onun baxış prosesində fəal və şüurlu iştirakçı olduğunu, prosesin formal deyil, real şəkildə həyata keçirildiyini əlavə olaraq sübut edir. Təqsirləndirilən şəxslərin işgəncəyə məruz qaldıqları, ifadələrinin təzyiq altında alındığı barədə dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu iddialar nə ilkin istintaq, nə də birinci instansiya məhkəməsinin icraatı zamanı hər hansı obyektiv sübutla təsdiqlənməmişdir. Əksinə, iş materiallarında olan sənədlərdən görünür ki, təqsirləndirilən şəxslərin üzərlərinə və avtomobilə baxış vaxtında videoçəkiliş aparılmış, bu zaman hər hansı fiziki təsirin izi qeydə alınmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsinin icraatında şahid qismində dindirilmiş polis əməkdaşları həmin şəxslərə qarşı fiziki və ya psixi təsir göstərilmədiyini birmənalı şəkildə təsdiq etmişlər. Bu baxımdan zorakılıq iddiaları yalnız müdafiə mövqeyinin əsaslandırılması məqsədi daşıyan, heç bir maddi sübutla təsdiqlənməyən dəlillər kimi qiymətləndirilir və rədd edilir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məhkəmə istintaqında irəli sürdüyü, guya narkotik vasitədən xəbərsiz olduğu, sadəcə "siqaret" götürmək üçün getdiyi barədə versiyasına gəldikdə, məhkəmə kollegiyası bu versiyanı özünün ilkin istintaq zamanı verdiyi, təfsilatlı və hadisənin gedişini ardıcıl əks etdirən etirafedici ifadəsi ilə, habelə "WhatsApp" tətbiqindən aşkar edilmiş səs yazıları və yazışmalarla açıq-aşkar ziddiyyət təşkil etdiyi üçün inandırıcı hesab etmir. Belə ki, mobil telefona baxış zamanı aşkar edilmiş danışıqlardan aydın olur ki, tərəflər arasında narkotik vasitənin və psixotrop maddənin alqı-satqısı, daşınması, gizlədildiyi ərazi və bunun müqabilində ödəniləcək pul barədə açıq razılaşma mövcud olmuşdur. Bu obyektiv sübut məhkəmə istintaqında dəyişdirilən ifadələrdən üstün tutulmalıdır, belə ki, ilkin ifadələr hadisəyə daha yaxın zamanda, üçüncü tərəf sübutları ilə üst-üstə düşən şəkildə verilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 əməldən xəbərsiz olduğu, aldadılaraq gətirildiyi barədə dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu versiya təqsirləndirilən şəxs2 həm ilkin, həm də əlavə dindirilmə zamanı verdiyi, təqsirləndirilən şəxs1 əməldən tam məlumatlı olduğunu, pul bölgüsü barədə əvvəlcədən razılığa gəldiklərini göstərən ifadələri ilə, habelə şahid şahid2 ifadəsi ilə təkzib olunur. Belə ki, şahidin ifadəsindən görünür ki, saxlanılan şəxs zərərçəkmiş kimi deyil, əməldə iştirak edən şəxs kimi davranmış, "bir səhv etmişik" ifadəsini işlətmiş və özünün bu işə aidiyyəti olmadığını bildirməmişdir. Bu hal onun əməldən xəbərdar olduğunu və qrupun tərkib hissəsi kimi çıxış etdiyini əlavə olaraq təsdiqləyir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış bütün sübutların - o cümlədən əməliyyat-axtarış materiallarının, baxış protokollarının, ifadələrin yerində yoxlanılması protokollarının, mobil rabitə vasitələrinə baxış protokolunun, ekspert rəyinin və şahid ifadələrinin - məcmusunda qiymətləndirilməsi nəticəsində belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir və birinci instansiya məhkəməsinin bu barədəki nəticəsi düzgündür. Təyin edilmiş cəzanın ədalətliliyi məsələsinə gəldikdə, məhkəmə kollegiyası CM-in ədalət prinsipini əks etdirən 8.1-ci maddəsini və cəzanın anlayışı və məqsədlərini müəyyən edən 41.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, cəza sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və yeni cinayətlərin qarşısının alınmasına xidmət etməlidir. CMin 58.1 və 58.3-cü maddələrinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi bu tələblərə əməl edərək təqsirləndirilən şəxslərin əvvəllər məhkum olunmamalarını, ailə vəziyyətini və işin digər hallarını nəzərə almış, hər birinə qanunla nəzərdə tutulmuş sanksiya həddində, lakin cinayətin ağırlıq dərəcəsinə mütənasib cəza təyin etmişdir. Narkotik vasitələrin külli miqdarda dövriyyəsi ilə bağlı cinayətlərin ictimai təhlükəlilik dərəcəsi yüksək olduğundan, habelə əməlin qabaqcadan əlbir olan qrup tərəfindən törədilməsi ağırlaşdırıcı hal kimi qiymətləndirildiyindən, məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəzadan daha yüngül cəzanın tətbiqi, habelə CM-in 62 və 70-ci maddələrinin tətbiqi üçün kifayət qədər əsas yoxdur, əks halda bu, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Narkotik cinayətlərində tətbiq edilən sərt cəza tədbirləri "ümumi preventiv" xarakter daşıyaraq, potensial cinayətkarlar üçün çəkindirici rol oynamalıdır. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Məhkəmə kollegiyası qeyd edir ki, narkotik cinayətlərinin digər cinayətlərdən fərqi onların zəncirvari reaksiya yaratmasıdır. Bir narkotik vasitə istifadəçisi onlarla asılı şəxs yaradır, o şəxslər isə öz növbəsində yeni cinayətlər (oğurluq, soyğunçuluq, qəsdən sağlamlığa zərər vurma) törətməyə sövq edilir. Bu, cinayət hüququnda "latentlik" (gizlilik) dərəcəsi yüksək olan bir sahədir. Məhz bu səbəbdən, aşkar olunmuş hər bir fakt üzrə tətbiq edilən sərt cəza, aşkar olunmamış potensial cinayətlər üçün bir maneə rolu oynamalıdır. Cinayət hüququnda humanizm prinsipi təkcə təqsirləndirilən şəxsə qarşı deyil, həm də zərərçəkmiş tərəfə və cəmiyyətə qarşı tətbiq olunmalıdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğl olan şəxslərə qarşı göstərilən qeyri-proposional humanistlik, cəmiyyətə qarşı laqeyd yanaşma deməkdir. Ədalətli cəza — cinayətkarın törətdiyi əməlin cəmiyyətə vurduğu zərərin ağırlığına mütənasib olan cəzadır. Hüquqi baxımdan satış məqsədi olmadan dövriyyəsi əməlin təhlükəsiz olduğu mənasına gəlmir. Narkotik vasitələrin fərdi istehlak üçün əldə edilməsi və saxlanılması qanunsuz narkotik bazarında "tələbi" formalaşdıran əsas amildir. Tələb olan yerdə təklif (satış) qaçılmazdır. Buna görə də, fərdi istehlakçıya qarşı tətbiq edilən sərt cəza, əslində narkotik ticarətinin iqtisadi zəncirini qırmağa xidmət edir. Şəxsin narkotik maddəni üzərində və ya mənzilində saxlaması hər an onun başqa şəxslərə ötürülməsi və ya təsadüfi şəxslərin (məsələn, ailə üzvlərinin, uşaqların) zəhərlənməsi riskini yaradır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004cü il və ## #### 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Sözügedən məsələlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrlə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## #### 2024cü il * №-li qərarının 27-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb- formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. BMT-nin Narkotik vasitələr haqqında 1961-ci il Vahid Konvensiyasının 36-cı maddəsinin 1-ci bəndinə əsasən bu konvensiyaya qoşulmuş hər bir ölkə özünün konstitusiya məhdudiyyətlərinə riayət etməklə bu Konvensiyanın qərarlannı pozmaqla narkotik vasitələrin becərilməsi və istehsalmın, hazırlanmasının, tərkibdən çıxanlmasının, hasil edilməsinin, saxlanmasının, təklif edilməsinin, kommersiya məqsədi ilə təklif edilməsinin, paylanılmasının, satın alınmasının, satılmasının, istənilən şərtlə çatdırılmasının, dəllallığının, göndərilməsinin, tranzitlə yenidən göndərilməsinin, daşınmasmm, idxalının və ixracının və Tərəfiərin rəyinə görə bu Konvensiyanın qərarlarına zidd sayıla biləcək istənilən digər hərəkətin qəsdən törədildiyi halda cəzalandırılmalı olan əməl sayılması, eləcə də ciddi cinayətlərin müvafıq cəzalanmaya, xüsusən də həbsxanada saxlamaqla azadlıqdan məhrumetmə, yaxud digər üsulla azadlıqdan məhrumetmə növündə cəzalanmaya məruz qoyulmasını təmin edəcək tədbirlər görməlidir. X8 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün ləğvi və ya dəyişdirilməsi üçün kifayət qədər əsas vermir. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün müəyyən edilmiş, sübutlar hərtərəfli araşdırılmış, cinayət qanunu düzgün tətbiq edilmiş və CPM-in normalarına əsaslı şəkildə riayət olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və CPM-in 394, 397, 398, 407, 410-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi İbrahimov Xəyal Rahim oğlu, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlansın. təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi4, İbrahimov Xəyal Rahim oğluna, müdafiəçi1 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə müdafiəçi4 9(doqquz) saat üçün 99(doxsan doqquz) manat, İbrahimov Xəyal Rahim oğluna 11(on bir) saat üçün 121(yüz iyirmi bir) manat, müdafiəçi1 6(altı) saat üçün 66(altmış altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-157/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-157/2026
21.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver