Məhkəmə qərarları › İş №1(3-10)-158/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-158/2026

22.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-158/2026 22.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı1, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bundan sonra mətndə CM-in) 178.2.2, 178.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətin rədd edilməsi barədə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə ilkin açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Balakən Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.4 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixindən ##.##.2025- ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət ona təyin edilmiş 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli ## #### 2025-ci il tarixdən hesablanması, mülki iddia təmin edilməsi, mülki cavabdeh Təqsirləndirilən şəxs 25390 (iyirmi beş min üç yüz doxsan) manat pul və 166.17 (yüz altmış altı manat on yeddi qəpik) dövlət rüsumu tutularaq mülki iddiaçı zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi hökm edilmişdir Məhkum Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 1(019)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmündən apellyasiya şikayəti və apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə ##.##.2026- ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, CM-in 178.2.2, 178.2.4 və 228.1-ci maddələrilə təqsirli bilinərək Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı hökmü ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda cəzanı ƏNPX-nin * saylı CÇM-də çəkir. Balakən Rayon Məhkəməsinin hökmünü vaxtında almışdır. Lakin vaxtında apellyasiya şikayəti vermək hüququndan istifadə edə bilməmişdir. Cəza alarkən mənəvi psixoloji sarsıntılar keçirmişdir. Bununla yanaşı hüquqi savadı olmadığından və qanunun tələblərini bilmədiyindən üzrlü səbəbdən vaxtında apellyasiya şikayətini verməmişdir. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatəti rədd edilmişdir. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun hüquqlarını pozaraq vəsatətini təmin etməmişdir. Belə ki, məhkəmə CPM-in 28.1, 33,4, 349.3,349,4 və 249.5-ci maddələrindəki vəzifələrindən sui-istifadə etmişdir. O cümlədən onun savadsızlığından istifadə edərək, CPM-in 21.1-ci maddəsi kobud şəkildə pozmuşduir. Odur ki, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı, R dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdə hökmün surətini aldığını imzalayaraq təsdiq etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən verdiyi apellyasiya şikayəti ## ### 2026-cı ildə tərtib etmiş və öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən, məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, CPM-in 384.1 və 384.2-ci maddələrinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, həbsdə olan şəxsə münasibətdə isə müvafiq məhkəmə aktının surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmünün surəti məhkum X.N.Şəmsəddin oğluna ## ###### 2026cı il tarixdə təqdim edilmiş, lakin o, apellyasiya şikayətini və buraxılmış müddətin bərpası haqqında vəsatətini yalnız ## ### 2026-cı il tarixdə tərtib edərək məhkəməyə müraciət etmişdir. Beləliklə, qanunla müəyyən edilmiş 20 günlük prosessual müddət əhəmiyyətli dərəcədə ötürülmüşdür. CPM-in 386.1-ci maddəsinə uyğun olaraq, apellyasiya şikayətinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, müddət birinci instansiya məhkəməsi tərəfindən bərpa edilə bilər. Qanunvericiliyin mahiyyətindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 mаy 2008-ci il tаrixli Qərarı ilə formalaşmış hüquqi mövqeyindən görünür ki, prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, dəf edilməsi imkanlarından kənara çıxsın və müvafiq prosessual hərəkətin vaxtında yerinə yetirilməsinə obyektiv manea törətsin. Məhkum tərəfindən vəsatətdə göstərilən "mənəvi-psixoloji sarsıntı keçirməsi" və "hüquqi savadının olmaması" barədə dəlillər obyektiv xarakter daşımır, qanunvericiliyin tələblərini bilməmək şəxsi prosessual vəzifələrin icrasından azad etmir və müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz. Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, hüququn aliliyinin təməl şərtlərindən biri olan "hüquqi müəyyənlik" prinsipi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyini və təkzibedilməzliyini təmin edir. Məhkəmə aktlarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanı müstəsna xarakter daşıyır və yalnız tərəflərin iradəsindən kənar obyektiv maneələr olduqda tətbiq edilə bilər. Əks halda, prosessual müddətlərin əsassız bərpası qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsinə şərait yaradır ki, bu da fərdi maraqlarla ictimai maraqlar arasındakı tarazlığın pozulmasına və ədalət mühakiməsinə olan inamın sarsılmasına gətirib çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi (Worm. Avstriyaya qarşı qərar 83/1996/702/894, b.33) göstərmişdir ki, yerli qanuna əsasən məhkəmə qərarının yazılı surətdə tərəflərə verilməsi nəzərə tutulursa, qərarın verilməsindən imtinaya görə məsuliyyət məhkəmə orqanlarının üzərinə düşür. Məhkəmə həmçinin qeyd etmişdir ki, şikayət vermə müddəti məhkəmə qərarının tərəfə rəsmən verildiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi məhkəmə aktlarından şikayət vermək yolu ilə cinayət-hüquq münasibətlərinin apellyasiya və yaxud kassasiya qaydasında yenidən araşdırılmasını şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsində nəzərdə tutulan, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun mühüm elementi kimi təsbit edir. Doğrudan da, məhkəmə qərarlarından şikayət vermək hüququnun təmin edilmədiyi şəraitdə məhkəmə müdafiəsinin tamlığından və səmərəliliyindən danışmaq yersizdir. Çünki, bu hüquqi mexanizm vasitəsi ilə apellyasiya və kassasiya instansiyası məhkəmələrinə verilmiş səlahiyyətlər çərçivəsində aşağı instansiya məhkəmələrində buraxılmış səhvlərin düzəldilməsi təmin olunur, məhkəmələrə müraciət etmiş şəxslərin hüquqları və qanuni mənafeləri qorunur. Məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici kifayət qədər böyük - 20 günlük müddət müəyyən etmiş (CPM-in 384.1 və 384.2-ci maddələri) və bu müddət üzrlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (CPM, maddə 386). İstinad edilmiş CPM-in 386-cı maddəsi prosessual müddətlərin, o cümlədən məhkəmə aktlarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası üzrə məsələnin həllini həmin müddətin davamiyyətindən asılı etmir. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş (hazırki işdə olduğu kimi) məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, CPM-in 386-cı maddəsində məhkəmə aktlarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt, hətta onun qüvvəyə minməsindən günlər, aylar, illər ötdükdən sonra belə, mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin hökmü ilə təmin edilməyən və yaxud kifayət qədər təmin edilməyən hüququnun növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, cinayət-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin, bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, cinayət-prosessual hüquqlardan, o cümlədən CPM-in 386-cı maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, cinayət mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Ümumilikdə «hüquqi müəyyənlik» prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, CPM-in məhkəmə aktlarının şikayət verilmədiyi halda, elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan) 20 gün müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzib edilməzliyini, məhkəmə aktının müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən CPM-in 506-507 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında formalaşmış cinayət hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız məhkəmə aktının bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki, ümumilikdə cinayət mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, icra olunmuş məhkəmə aktına aylarla, illərlə hesablanan müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi ## ####### 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir:«qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judikata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır». Eyni hüquqi mövqeyi paylaşan Könül Nаmidаr qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbaycan Respublikası Konstitusiyа Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, “qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə, mаneə törətsin və yа mədudiyyət yаrаtsın”. Odur ki, yalnız müstəsna hallarda, şikayətlə mübahisələndirilən məhkəmə aktında buraxılan səhvin xarakterindən və əhəmiyyətindən asılı olaraq, müddətin buraxılmasından şikayət verən şəxsin özünün səhlənkarlığı müəyyən olunmadığı hallarda müddətin bərpasına yol vermək, yəni qanuni qüvvəyə minmiş məhkəmə aktına yenidən baxmaq olar. Digər hallarda, belə müdaxilə ilə cinayət mühakimə icraatında ictimai maraqlarla fərdi maraqların müdafiəsi arasında tarazlıq pozulur və buna haqq qazandırmaq mümkün deyil. Məhkəmə kollegiyasının bu mülahizələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mübahisələndirilməsi ilə bağlı bir sıra işlərə baxan zaman nümayiş etdirdiyi və ardıcıl olaraq müdafiə elədiyi hüquqi mövqelərdən də qaynaqlanır. Məsələn: «V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə» ## ####### 2006-cı il tarixli qərardadında Avropa Məhkəməsi bildirdi ki, insan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir (qərardadın 22-ci bəndi). Beynəlxalq Məhkəmənin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnız fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü bənd). Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əlaqələndirərək, qeyd etdi ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd). Avropa Məhkəməsi eyni yanaşmanı Brumareskunun Rumıniyaya qarşı ## ####### 1999-cu il tarixli, X10rşı ## #### 2002-ci il tarixli, Ryabıxın Rusiyaya qarşı ## #### 2003-cü il tarixli, X9rşı ## ####### 2004-cü il tarixli qərardadlarda və bir sıra başqa qərarlarında da nümayiş etdirmişdir. Həmin qərarlar mülki işlər üzrə çıxarılmış qətnamələrin nəzarət icraatında təkrar araşdırılması ilə bağlı olsalar da, beynəlxalq məhkəmə bu işlərə baxarkən, ümumiyyətlə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması məsələsinə dair hüquqi mövqeyini açıqladığından, məhkəmə həmin presedentlərə baxdığı məsələyə aid olan mühüm beynəlxalq hüquqi mənbələr kimi istinad edir. Odur ki, istinad edilən presedentlərə söykənərək, məhkəmə kollegiyası, CPM-in 386-cı maddəsini, buraxılmış müddətin davamiyyətindən asılı olmayaraq, həmin müddətin bərpa edilməsinə və bu yolla məhkuma məhkəmə aktına onun qanuni qüvvəyə minməsindən aylarla ölçülən vaxt ötdükdən sonra da təkrar baxmaq imkanı qazandıran norma kimi təfsir etməkdən imtina edir. Ümumiyyətlə, məhkəmə kollegiyası belə hesab edir ki, CPM-in 386-cı maddəsinə uyğun olaraq, müddətin bərpa edilməsi məsələsi həll olunarkən, buraxılmış müddətin nə qədər sürməsini də nəzərdən qaçırmaq olmaz. Həmin müddətin davamiyyəti, məsələyə baxan məhkəmə tərəfindən, prosessual müddətin buraxılmasına səbəb olan halın üzrlü və yaxud üzrsüz sayılmasına birbaşa təsir göstərən hal kimi qiymətləndirilməlidir. Əgər 20 gün təşkil edən prosessual müddət günlərlə ölçülən dövr ərzində ötürülürsə və bunun səbəbini müstəsna hallarla, mötəbər şəkildə əsaslandırmaq mümkün olmursa, həmin müddət özüözlüyündə şəxsin səhlənkarlığına dəlalət edən fakt kimi qiymətləndirilməli və müddətin bərpasından (yəni qanuni qüvvəyə minmiş məhkəmə aktına müdaxilə üçün prosessual əsasın yaradılmasından) imtina edilməlidir. Yeri gəlmişkən, Avropa Məhkəməsi yuxarıda istinad edilən «Nelyubin Rusiyaya qarşı iş» üzrə qəbul etdiyi qərardadda, icra olunmuş məhkəmə aktının çıxarılmasından nəinki illərlə hesablanan müddət, hətta aylarla hesablanan vaxt keçəndən sonra onun mübahisələndirilməsini hüquqi müəyyənlik prinsipi baxımından yolverilməz saymışdı. Beləliklə, məhkəmə kollegiyası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin istinad edilən presedentlərinə və yuxarıda göstərilən hallar üzrə çıxardığı nəticələrə söykənərək belə qənaətə gəlir ki, hazırki işdə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının mübahisələndirilməsi və apellyasiya qaydasında təkrar baxılması üçün prosessual imkanların yaradılmasına əsas verən, yəni İnsan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında X12 və 6-cı maddəsinin əhatə etdiyi «hüquqi müəyyənlik» prinsipinin pozulmasına bəraət qazandıran müstəsna hallar olmamışdır. Bu səbəbdən, həmin hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə vəsatətini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən, Təqsirləndirilən şəxs apellyasiya şikayəti isə təmin olunmadan saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və CPM-in 386.3 və 391.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə X1 4(dörd) saat üçün 44(qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərаrdаn 1(bir) аy müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Cinаyət Kollegiyаsınа kаssаsiyа şikаyəti və kаssаsiyа protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar