Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-161/2026 15.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərov Anar Əlifağa oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov Imanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətin təmin edilməməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-in 263-1.3 cü maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 264 cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən əsas cəza əsas cəza ilə qismən toplanılmaqla, CM-in 66.4-cü maddəsinə əsasən əlavə cəza isə əlavə cəza ilə tam toplanılmaqla 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 71.4-cü maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş 02 il müddətə azadlıqdan məhrumetmə cəzası üzrə şərti məhkum etmə ləğv edilmiş və CM-in 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Işin halları Məhkum Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizə onunla əsasalnadırılmışdır ki, səhhəti ilə əlaqədar olaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti vermək hüququndan istifadə edə bilməmişdir. Bu səbəbdən, həmin hökümdən apellyasiya şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair ərizəsi təmin olunmamışdır. Məhkum Təqsirləndirilən şəxs həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xəstəliyi ilə əlaqədar olaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti vermək hüququndan istifadə edə bilməmişdir. Xəstəliyi ilə bağlı bütün sənədləri Şəki Ağır Cinayətlər Məhkəməsinə təqdim etməsinə baxmayaraq, onun ərizəsi təmin edilməmişdir. Bu səbəbdən, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etdi. Hüquqi məsələlər Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, ərizənin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti isə təmin olunmamalı, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Iş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünü ## ###### 2025-ci il tarixdə almış, hökmdən aldığı gündən 20 gün müddətində apellyasiya şikayəti vermək hüququnun olmasına baxmayaraq, həmin müddət ərzində hüququndan istifadə etməmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ## ###### 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bundan sonra, məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair ## #### 2026-cı il tarixdə ərizə vermiş və həmin ərizə ## #### 2026-cı il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 520.7-ci maddəsinə əsasən, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti yaxud protesti verilə bilər. 384.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünü ## ###### 2025-ci il tarixdə almış, hökmü aldığı gündən 20 gün müddətində hökmdən apellyasiya şikayəti verməli olduğu halda, apellyasiya şikayəti verməmiş, onun apellyasiya şikayəti vermə müddəti ## ###### 2025-ci il tarixdə bitmiş və hökmün alınmasından 02 aydan çox müddət keçdikdən sonra ## #### 2026-cı il tarixdə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair ərizə vermiş, lakin həmin ərizədə apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üçün üzrlü səbəb kimi qəbul oluna biləcək halları təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizəsini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti isə təmin olunmamalı, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 tapşırılmışdır. Müdafiəçi müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırkı işin baxılması ilə bağlı müdafiəçi cəmi 3 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli, ** nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46950" \t "_blank" \o "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi" Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası HYPERLINK "https://e-qanun.az/framework/46945" \t "_blank" \o "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi" Mülki Prosessual Məcəlləsinin 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilsin. Odur ki, məhkum Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında göstərilən hüquqi yardıma görə 33 manat məbləğində pul müdafiəçi müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386.3, 391.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətin təmin edilməməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında göstərilən hüquqi yardıma görə 33 manat məbləğində pul müdafiəçi müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsi ilə müəyyən olunmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-161/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-161/2026
15.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver