Məhkəmə qərarları › İş №1(3-10)-164/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-164/2026

07.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-164/2026 07.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlu və onun müdafiəçisi X3 iştirakı ilə, Təqsirləndirilən şəxs İlham oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi ilə bağlı Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə ilkin açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə(sədrlik edən X.Məmmədov) ## ##### 1994-cü ildə Balakən rayonunun Talalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Balakən rayonunun Talalar kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X6 saxlanılan Təqsirləndirilən şəxs İlham oğlunun CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.5ci maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs İlham oğluna təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs İlham oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs İlham oğlunun cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu ## ######## 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs İlham oğlunun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməsi, Təqsirləndirilən şəxs İlham oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs İlham oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunması və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması, cinayət işi üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan və çəkisi 2293,48 qram olan 76 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi hökm edilmişdir. İş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlu Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə verərək qərardan apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ruhi əsəb xəstəsidir. Bununla bağlı dəfələrlə * saylı Psixiatria Xəstəxanasına müraciət etmişdir. Bu səbəbdən apellyasiya şikayətinin müddətini ötürmüşdür. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlunun Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 1(091)-122/2025 nömrəli hökümündən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsi rədd edilmişdir. Təqsirləndirilən şəxs İlham oğlu apellyasiya şikayətləri verərək hazırki iş üzrə olan Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilmə müddətini bərpa edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz və verilməmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirаk edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlu çıxış edərək apellyasiya şikayətindən tələblərindən imtina etdiyini bildirdi və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlunun müdafiəçisi X3 təqsirləndirilən şəxsin mövqeyindən çıxış edərək apellyasiya şikayətinə baxılmasına xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 çıxış edərək, işin baxılmadan xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyаsı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlunun apellyasiya şikayətindən imtinа etməsinə dair ərizəsini müzаkirə edərək, cinayət proses iştirakçılarının fikirlərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Cinаyət-Prosessuаl Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Cinаyət-Prosessuаl Məcəlləsinin 91.5.33-cü maddəsində göstərilir ki, təqsirləndirilən şəxs özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina edə bilər. Həmin Məcəllənin 396-cı maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Cinаyət-Prosessuаl Məcəlləsinin 391.3-cü maddəsində göstərilir ki, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq aşağıdakı qərarlardan birini qəbul edir: 391.3.10. apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında. Belə olаn hаldа məhkəmə kollegiyаsı hesаb edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsi nəzərə аlınаrаq Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin bаxılmаsınа xitаm verilməlidir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs İlham oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391, 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs İlham oğlutərəfindən verilmiş apellyasiya şikayətindən imtinа etməsi qəbul olunsun. Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi ilə bağlı Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərarından təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə bаxılmаsınа xitаm verilsin. Təqsirləndirilən şəxs İlham oğluna göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 6 (altı) saat üçün 66 (altmış altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar