Məhkəmə qərarları › İş №1(3-10)-168/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-168/2026

28.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-168/2026 28.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərov Anar Əlifağa oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov Imanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Dövlət ittihamçısı dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Oğuz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə (sədrlik edən hakim R.Əliyev), ##.##.1970-ci ildə Şəki şəhərində anadan olmuş, orta təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Oğuz rayonu, Baş Daşağıl kəndi, Malıx yaşayış məntəqəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs CM-in 188.3-cü maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə Oğuz rayonu Icra və Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı Oğuz rayonu, Baş Daşağıl kəndi, Malıx yaşayış məntəqəsi ünvanında yerləşən evini tərk etməmək, Oğuz rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, hökmün icrasının Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Oğuz rayonu Icra və Probasiya şöbəsinə tapşırılması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərüfatı təyinatlı torpaq sahələrini özbaşına hasarlama və becərməklə tutmuşdur. Belə ki, o, 2024-cü ilin noyabr ayından halhazırki günədək olan müddət ərzində qanunla müəyyən edilmiş torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüququ olmadan qanunsuz olaraq becərməklə gəlir əldə etmək, hasarlamaqla və sair şəxsi məqsədlərlə Oğuz rayonu, Baş Daşağıl kəndi Malıx yaşayış məntəqəsi ərazisində yerləşən kənd təsərüfatı təyinatlı torpaqları kateqoriyalı Azərbaycan Respublikası Zərərçəkmiş şəxs mülkiyyətində olan həmin yaşayış məntəqəsinin şərq tərəfində yerləşən uqodiyası tikintialtı (ferma yeri) olan X******.2451; Y4541371.4996 kordinatlı 1 (bir) hektar torpaq sahəsini özbaşına tutub xırdabuynuzlu heyvanlarını saxlamaq üçün ağac budaqları ilə hasarlamış, həmin yaşayış məntəqəsinin qərb tərəfində yerləşən uqodiyası əkin olan X-698939.8502; Y4541332.8387 koordinatlı 1 (bir) hektar torpaq sahəsini isə özbaşına tutub, arpa bitkisi əkərək, istintaqa məlum olmayan traktorla şumlatdırıb, qanunsuz olaraq becərməklə, ümumillikdə 2 (iki) hektar torpaq sahəsini zəbt etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Oğuz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Məhkəməsi tərəfindən çıxarılmış sözügedən hökm ədalətsiz, əsassız və qanunsuz olmuş, işin faktiki halları tam və hərtərəfli araşdırılmamış, cəza təyin edilərkən şəxsiyyəti və yüngülləşdirici hallar yetərincə nəzərə alınmamışdır. Məhkəmə tərəfindən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsinə adekvat deyil və həddindən artıq ağırdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) müddəalarına əsasən, məhkəmə hökmü qanuni, əsaslı və ədalətli olmalıdır. Lakin birinci instansiya məhkəməsi cəzanın növünü və həddini müəyyən edərək cinayətin xarakterini, onun törədilməsi şəraitini, habelə ailə və maddi vəziyyətini tam obyektiv qiymətləndirməmişdir. Onun daimi yaşayış yerinin olması, əvvəllər məhkum olunmamağı, cəmiyyətdən təcrid olunmadan islah olunmağın mümkünlüyü daha yüngül cəza tədbirinin seçilməsinə əsas verirdi. Odur ki, Oğuz Rayon Məhkəməsinin onun barəsində CM-in 188.3cü maddəsi ilə çıxardığı hökmün dəyişdirilməsini, barəsində təyin olunmuş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının yüngülləşdirilməsini və ya CM-in 62-ci maddəsi tətbiq edilməklə maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az və ya daha yüngül cəza növü ilə əvəz edilməsini, məhkəmə tərəfindən üzərinə qoyulmuş hərəkət və məhdudiyyət vəzifələrinə yenidən baxılaraq yumşaldılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 çıxış edərək bildirdi ki, təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən aşağı həddində cəza təyin olunmuşdur. Təqsirləndirilən şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün kifayət qədər əsas yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində təqsirləndirilən şəxs tərəfindən onun əməlində CM-in 188.3-cü maddəsinin tərkib əlamətlərinin olmaması və ya əməlin hüquqi tövsifinin düzgün verilməməsi mübahisələndirilməmiş, yalnız təyin edilmiş cəzanın ağır olması, şəxsiyyətini xarakterizə edən məlumatların, eləcə də cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığı göstərilərək cəzanın yüngülləşdirilməsi və ya CM-in 62-ci maddəsinin tətbiqi xahiş edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları CPM-in 125-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiq etmiş, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından düzgün hüquqi qiymət vermiş, həmin sübutların məcmusu əsasında təqsirləndirilən şəxsin qanunla müəyyən edilmiş torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt etməsi və istifadə etməsi barədə əsaslı nəticəyə gəlmişdir. Bu səbəbdən onun əməli CM-in 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cəza təyini məsələsinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi CM-in 58-ci maddəsinin tələblərinə riayət etməklə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, eləcə də iş üzrə müəyyən edilmiş digər halları nəzərə almış və sanksiyada nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını ən aşağı həddə – üç il müddətinə təyin etmişdir. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli ***-IIQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il Qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli, ** nömrəli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 48-ci bəndində qeyd edilir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxmış birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmə düzgün olaraq təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, CM-in 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CM-in 188.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini həm qanuni, həm də ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş üzrə müstəsna xarakter daşıyan, törədilmiş əməlin ictimai təhlükəliliyini və ya təqsirləndirilən şəxsin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar müəyyən edilmədiyindən, CM-in 62-ci maddəsinin tətbiqi üçün qanuni əsaslar mövcud deyildir. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində göstərdiyi daimi yaşayış yerinin olması, əvvəllər məhkum olunmaması və ailə vəziyyəti artıq birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmışdır və bu hallar özlüyündə CM-in 62-ci maddəsinin tətbiqi üçün kifayət etmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin hökmü qanuni, əsaslı və ədalətlidir, apellyasiya şikayətinin dəlilləri isə həmin hökmün ləğvi və ya dəyişdirilməsi üçün CPM-də nəzərdə tutulmuş əsasları yaratmır. Buna görə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili X1 tapşırılmışdır. X2 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırkı işin baxılması ilə bağlı müdafiəçi cəmi 4 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli, ** nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46950" \t "_blank" \o "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi" Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası HYPERLINK "https://e-qanun.az/framework/46945" \t "_blank" \o "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi" Mülki Prosessual Məcəlləsinin 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilsin. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında göstərilən hüquqi yardıma görə 44 manat məbləğində pul X2na ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında göstərilən hüquqi yardıma görə 44 manat məbləğində pul X2na ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar