Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-169/2026 28.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Anar Əlifağa oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 1(5-158)-17/2026 (sədrlik edən P.Məmmədova) nömrəli hökmü ilə, ## ###### 1993-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2017-ci il tarixli hökmünə əsasən CM-in 29, 120.1-ci maddəsi ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək, 07 il 07 ay 15 günə endirilmiş, Azərbaycan Respublikası Prezidentinin ##.##.2021-ci il tarixli, **** saylı Sərəncamına əsasən əfv olunaraq, cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şəki şəhəri, 121-ci kvartal ərazisində quraşdırma tikilidə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişTəqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı ## ###### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, vahid niyyətlə əhatə olunan qəsdlə saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmə cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə ##.##.2026-cı il tarixdə, saat 05 radələrində Şəki şəhəri 104-cü kvartalda yerləşən Zərərçəkmiş şəxs İsa oğluna məxsus, tikintisi başa çatmamış, yaşayış olmayan fərdi yaşayış evinin saxlanc yeri hesab edilən həyətinə qapı yerinə çəkilmiş məftil toru açmaqla qanunsuz daxil olaraq həmin həyətdəki yardımçı tikilinin altına yığılmış bir kisəsinin qiyməti 9 manat olmaqla, cəmi 108 manat dəyərində 12 kisə «Norm» markalı sementi, 160 manat dəyərində bir ədəd «Kalbr» markalı otbiçən maşını, 15 manat dəyərində bir ədəd «Topbona» markalı əl mişarını, həmçinin, həmin həyətdə yerləşən tikintisi başa çatmamış, yaşayış olmayan fərdi yaşayış evinə qanunsuz daxil olaraq evin salon hissəsində olan 85 manat dəyərində bir ədəd «Bosch» markalı elektrik drelini, 140 manat dəyərində bir ədəd «Super karpat» markalı sement qarışdıran mikseri, 05 manat dəyərində mikser başlığını və 55 manat dəyərində bir ədəd, 25 metr uzunluğunda üçlük elektrik paylayıcı başlığı olan kabeli vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla oğurlayaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İsa oğluna cəmi 568 (beş yüz altmış səkkiz) manat dəyərində maddi ziyan vuraraq qəsdən oğurluq cinayətini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü qəbul edilərkən maddi hüquq normaları kobud şəkildə pozulmuşdur. Belə ki, hökm qəbul edilərkən yüngülləşdirici hallar nəzərə alınmamışdır. Zərərçəkmişə dəymiş zərər ödənilmiş və barışıq əldə edilmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmünün ləğv edilməsini və barəsindən tətbiq edilmiş azadlıqdan məhrumetmə cəzasının azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 hökmün qanuni, əsaslı və ədalətli olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi hökmün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayəylər Məhkəməsinin ##.##.2017-ci il tarixli hökmünə əsasən CM-in 29, 120.1-ci maddəsi ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək, 07 il 07 ay 15 günə endirilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2021-ci il tarixli, **** saylı Sərəncamına əsasən əfv olunaraq, cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir.(İş v. 111) Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü qanunun tələblərinə uyğun olaraq qəbul edilmiş, işin faktiki halları düzgün müəyyən edilmiş və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hərəkətləri CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. CPM-in 397.1 və 397.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin düzgünlüyünü apellyasiya şikayətinin hüdudları daxilində, cinayət qanununun tətbiqinin düzgünlüyünü isə şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin əməlinin tövsifinə, sübutların qiymətləndirilməsinə və prosessual qaydalara riayət olunmasına dair heç bir pozuntuya yol vermədiyini müəyyən etmişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, hökm qəbul edilərkən cəzanı yüngülləşdirən hallar, o cümlədən zərərin ödənilməsi və barışığın əldə olunması nəzərə alınmamışdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.1 və 58.3-cü maddələrinə əsasən cəza təyin edilərkən təkcə cəzanı yüngülləşdirən deyil, həm də ağırlaşdıran hallar, törədilmiş əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti kompleks şəkildə qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi bu tələblərin hamısını nəzərə almış və cəzanın həddini müəyyən edərkən qanunun tələblərindən kənara çıxmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası nəzərə alır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxsdir və bu, CM-in 18.1ci maddəsinə əsasən cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residiv hallarında cəzanın həddi qanunla müəyyən edilmiş minimum sərhədlərdən aşağı ola bilməz. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza qanunla nəzərdə tutulmuş hədlər daxilində olmaqla, residiv institutunun tələblərinə tam uyğundur. Məhkəmə kollegiyası, həmçinin, CM-in 4 və 8.1-ci maddələrində əks olunan qanunçuluq, ədalət və humanizm prinsiplərini rəhbər tutaraq qeyd edir ki, cəza nə həddindən artıq yüngül, nə də həddindən artıq ağır olmamalı, törədilmiş əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin qarşısının alınmasından ibarətdir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası adı çəkilən məqsədlərə tam cavab verir və açıq-aşkar qeyri-mütənasiblik təşkil etmir. Bütün bunlarla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri, o cümlədən zərərin ödənilməsi barədə iddianı, işdə olan sübutlarla təsdiqlənməyən və birinci instansiya məhkəməsinin qərarının qanuniliyinə, əsaslılığına və ədalətliliyinə təsir göstərməyən dəlillər kimi qiymətləndirir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsi üçün CPM-in 398-405-ci maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdınlmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli ** nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Bundan əlavə, X4 çərçivəsinde residiv halı dövlət üçün mühüm bir siqnal rolunu oynayır: şəxsin məhkumluqdan sonra yenidən cinayət törətməsi əvvəlki cəzaçəkmə müddətinin reintegrasiya məqsədinə nail olmadığını göstərir. Bu vəziyyətdə dövlətin daha ciddi cəza tədbirinin tətbiq edilməsi barəde qərar qəbul etməsi X4 4(1)-ci maddəsindəki «cəmiyyəti cinayətkarlıqdan qorumaq» məqsədinə tamamilə uyğundur. İHAK-ın 6-cı və 7-ci maddələrinin tələbləri baxımından təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası qanunla müəyyən edilmiş sanksiya hədləri daxilindədir və aşkar qeyri-mütənasiblik təşkil etmir. AİHM-in Kafkaris Kiprə qarşı işində qeyd olunduğu kimi, residiv faktı daxili məhkəmələrə daha sərt cəza təyin etmək üçün qanuni diskresiya səlahiyyəti verir. Belə olan halda, məhkəmə kollegiyası Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cinayət törətmiş şəxs barəsinde daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud məhkəmənin istinad etdiyi ağırlaşdıran hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini artıran hallara aid olmasın. Halbuki bu işdə belə bir vəziyyət mövcud deyildir. Bütün bu əsaslara görə məhkəmə kollegiyası Şəki Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 4 (dörd) saat üçün 44 (qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun «UNİBANK» KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsinde nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. .
Məhkəmə qərarları › İş №1(3-10)-169/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-169/2026
28.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver