Məhkəmə qərarları › İş №1(3-10)-172/2026

Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(3-10)-172/2026

22.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Hökm Şəki şəhəri İş № 1(3-10)-172/2026 22.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı dövlət ittihamçısı1 oğl, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarından dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R Gülər İsayeva tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 1(5-164)-7/2026 ( sədrlik edən H.Xəlilov) nömrəli qərarı ilə, ## ####### 1997-ci ildə Sabirabad rayonu, Qalaqayın kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1ndə qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarı tətbiq edilməklə həmin Qərarın 1.1-ci, 1.2-ci və 5.1-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin ləğv edilməsi, məhkəmədə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi2 275 (iki yüz yetmiş beş) manat məbləğində pulun ödənilməsi qərara alınmışdır. İşin halları: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Xarkov toyuq cinsindən olan cücələrin fotoşəklini "Lalafo.az" internet saytına yerləşdirməklə guya həmin cinsdən cücələrin satışı ilə məşğul olması barədə yalandan verdiyi elana əsasən onunla "Whatsapp" vasitəsi ilə əlaqə saxlamış Ucar rayonu, Qarabörk kənd sakini zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncunu Xarkov toyuq cinsindən olan 150 ədəd 3-4 aylıq cücə göndərəcəyinə dair yalan vəd verib inandırmaqla aldatmış və həmin yalan vədlərin təsiri altında zərərçəkmiş şəxs2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169 7388 5908 **** nömrəli bank kartından "Birbank" mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 5239 1517 3654 **** nömrəli kart hesabına ## ###### 2025ci il tarixdə, saat 11:40-da Ucar rayonu, Qarabörk kəndində olarkən köçürdüyü 100 (yüz) manat və ## ###### 2025-ci il tarixdə, saat 19:56-da Ucar rayonu, Qarabörk kəndində olarkən köçürdüyü 650 (altı yüz əlli) manat pulu alıb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 750 (yeddi yüz əlli) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan birbaşa qəsdlə ələ keçirərək dələduzluq etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R Gülər İsayeva apellyasiya protesti verərək Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R Gülər İsayeva apellyasiya protestinin dəlillərini onunla əsaslandırmışdır ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 1.1, 1.2 və 5.1-ci bəndlərinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət işi üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Xarkov toyuq cinsindən olan cücələrin fotoşəklini "Lalafo.az" internet saytına yerləşdirməklə guya həmin cinsdən cücələrin satışı ilə məşğul olması barədə yalandan verdiyi elana əsasən onunla "Whatsapp" vasitəsi ilə əlaqə saxlamış Ucar rayonu, Qarabörk kənd sakini zərərçəkmiş şəxs2 etibarından sui istifadə edib sonuncunu Xarkov toyuq cinsindən olan 150 ədəd 3-4 aylıq cücə göndərəcəyinə dair yalan vəd verib inandırmaqla aldatmış və həmin yalan vədlərin təsiri altında zərərçəkmiş şəxs2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169 7388 5908 **** nömrəli bank kartından "Birbank" mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 5239 1517 3654 **** nömrəli kart hesabına ## ###### 2025-ci il tarixdə, saat 11:40-da Ucar rayonu, Qarabörk kəndində olarkən köçürdüyü 100 (yüz) manat və ## ###### 2025-ci il tarixdə, saat 19:56-da Ucar rayonu, Qarabörk kəndində olarkən köçürdüyü 650 (altı yüz əlli) manat pulu alıb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 750 (yeddi yüz əlli) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan birbaşa qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı qismində etdiyi çıxışda Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini, CM-in 66.5-ci maddəsinə əsasən, ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini, CM-in 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 01 il 06 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını məhkəməyə təklif etmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv edilməli və Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində iştirak etməsini, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025- ci il tarixli Qərarının 6 və 7-ci hissələrində nəzərdə tutulan məhdudiyyətlərin olmamasını əsas göstərib onun barəsində amnistiyanın tətbiqini mümkün hesab edərək onun cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət işi üzrə icraata xitam verilməsini qərara almışdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın 5-ci hissəsi və 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 15-ci bəndinə əsasən, cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 01 il 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmün məzmunundan aydın olur ki, Təqsirləndirilən şəxs həmin iş üzrə dəymiş maddi ziyanı ödəmədiyindən barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Qərar tətbiq edilməmişdir. Həmçinin, cinayət işinin materiallarında olan Sabirabad rayon icra və probasiya şöbəsinin ##.##.2026 və ##.##.2026-cı il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəzaya münasibətdə amnistiya aktı tətbiq edilməmişdir. Şərh edilənlərdən də göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində olan və hazırkı iş üzrə cinayətlərin məcmusuna (CM-66.5) daxil olan Oğuz Rayon Məhkəməsinin hökmü ilə məhkum edildiyi cinayət işi üzrə və həmin hökmlə təyin edilmiş cəzaya münasibətdə amnistiya aktı tətbiq edilməmişdir. Belə olan halda isə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın 15-ci bəndinin tələbləri baxımından hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində amnistiya aktı tətbiq edilə bilməzdi. Odur ki, Təqsirləndirilən şəxs barəsində Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv edilməli və onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Odur ki Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və ona təqsirli bilindiyi maddə ilə və cinayətlərin məcmusu üzrə təklif etdiyi həddə cəza təyin edilməklə barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestinin məzmununa uyğun oxşar məzmunda çıxış edərək apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin təmin edilməməsini və Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1 və 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxara bilər. CPM-in 399.1 və 399.1.1, həmçinin 399.1.4-cü maddəsinə görə məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ucar rayonu, Qarabörk kəndində yaşayan zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. 2018-ci ildən başlayaraq müxtəlif cinsdən olan cücələri alıb bir ay saxladıqdan sonra bir qədər baha qiymətə satmışdır. 2023- cü ildə cücə satışından külli miqdarda maddi ziyan etdiyi üçün onun ayrı-ayrı şəxslərə borcu yaranmışdır. Sonrakı ilərdə o, yenə də fasilələrlə cücə alıb-satmaqla məşğul olmuş və bununla bağlı «Lalafo.az» internet saytında müxtəlif cinsdən, o cümlədən Xarkov toyuq cinsindən olan 3-4 aylıq cücələrin satışı ilə bağlı elan yerləşdirərək öz mobil telefon nömrəsini qeyd etmişdir ki, həmin cinsdən cücə almaq istəyən şəxslər ona müraciət etsinlər. ## ####### 2025-ci il tarixdə tanımadığı şəxs xatırlamadığı mobil telefon nömrəsindən ona mesaj yazaraq Xarkov toyuq cinsindən cücə olub-olmaması və qiyməti ilə bağlı maraqlanmışdır. Pula ehtiyacı olduğu üçün özü həmin şəxsə zəng vurub Xarkov toyuq cinsindən cücə olduğunu bildirmək və bu yolla həmin şəxsdən pul almaq qərarına gəlmişdir. ## ###### 2025-ci il tarixdə, səhər saatlarında «Whatsapp» vasitəsi ilə həmin şəxsə zəng vurub adını, «Lalafo.az» internet saytında cücə satışı ilə bağlı elanı özünün yerləşdirdiyini və Xarkov toyuq cinsindən olan 3-4 aylıq cücələrin bir ədədini 7 manata satdığını bildirərək ondan neçə ədəd cücə almaq istədiyini soruşmuş, həmin şəxs də ona adının Rəşad olduğunu, Ucar rayonunda yaşadığını, cücənin bir ədədini 5 manatdan versə 50 ədəd cücə alacağını bildirmişdir. Rəşada az sayda cücə almaq istədiyini, ona görə də həmin sayda cücənin bir ədədini 5 manata satmağın sərfəli olmadığını bildirərək ona 150- 200 ədəd arası cücə alacağı təqdirdə bir ədədini 5 manata satacağını demişdir. Məqsədi bu yolla Rəşadı özünə inandırıb daha çox pul almaq olmuşdur. Çünki həmin ərəfələrdə barəsində olan cinayət işinə Oğuz Rayon Məhkəməsində baxılmış və o, məhkəməyə getməyib yayındığına görə həbs olunacağından qorxub heç bir işlə məşğul ola bilməmişdir. Rəşad 150 ədəd cücə almağa razılaşdıqda o, “xxxx” ASC-dən öz adına aldığı ****-****-****-**** nömrəli bank kartının fotoşəklini «Whatsapp» vasitəsi ilə Rəşadın mobil telefonuna göndərib demişdir ki, əgər həmin sayda cücə alacaqsa beh olaraq 100 manat pul göndərsin. Rəşad kim olduğunu bilməsi üçün şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkib ona göndərməsini, onun kim olduğunu bildikdən sonra 100 manat pulu ona göndərəcəyini bildirmiş, o, da Rəşadın inanması üçün həmin gün öz şəxsiyyət vəsiqəsinin fotoşəklini «Whatsapp» vasitəsi ilə Rəşadın mobil telefonuna göndərmişdir ki, onu cücə göndərəcəyinə inandırıb pul ala bilsin. Şəxsiyyət vəsiqəsinin fotoşəklini göndərdikdən bir qədər sonra Rəşad onun «xxxx” ASC-dən öz adına aldığı ****-****-****-**** nömrəli bank kartına 100 manat pul köçürmüşdür. Rəşadın bank kartına köçürdüyü 100 manat pulu şəxsi ehtiyacları üçün xərcləmiş və həmin gün günorta saatlarında yenidən «Whatsapp» vasitəsi ilə Rəşada zəng vurub cücə göndərməsi üçün şərikinin qalan 650 manat pulu istədiyini, həmin məbləğdə pulu göndərməsə ona cücə göndərməyin çətin olacağını, ## ###### 2025-ci il tarixdə 150 ədəd cücəni ona göndərməsi üçün qalan 650 manat pulu bank kartına göndərməsini demişdir. Rəşad həmin məbləğdə pulu onun bank kartına köçürəcəyini bildirərək ## ###### 2025-ci il tarixdə, axşam saatlarında «xxxx” ASC-dən öz adına aldığı ****-****-****-**** nömrəli bank kartına 650 manat pul köçürmüşdür. Rəşaddan aldığı 650 manat pulu da sonrakı günlərdə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. ## ###### 2025-ci il tarixdə və ondan sonrakı günlərdə Rəşad ona zəng vurub cücələri nə vaxt göndərəcəyni soruşanda yalandan cücə sifariş verdiyini, gəldikdən sonra göndərəcəyini deməklə Rəşadı aldadaraq vaxtı uzatmışdır. 2025-ci ilin noyabr ayının sonlarında tutulmuş və həmin vaxtdan sonra Rəşadla heç bir əlaqəsi olmamışdır. zərərçəkmiş şəxs2 750 manat pulu alarkən ona cücə göndərmək niyyəti və belə bir imkanı olmamışdır. Məqsədi cücə göndərəcəyini deməklə Rəşadı aldadıb pul almaq olmuşdur. Həmin ərəfələrdə barəsində olan cinayət işinə Oğuz Rayon Məhkəməsində baxılmış və o, məhkəməyə getməyib yayındığına görə həbs olunacağından qorxub heç bir işlə məşğul ola bilmədiyi üçün pula ehtiyacı yaranmışdır. Ona görə də cücə göndərəcəyini geməklə Rəşadı aldadaraq 750 manat pul alıb öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirdi ki, əməlindən peşimandır, zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur, anası ağır xəstədir, ailədə yeganə qazanc gətirən şəxsdir, Vətən müharibəsinin iştirakçısıdır, medallarla təltif olunmuşdur və Prezident təqaüdçüsüdür. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Ucar rayonu, Qarabörk kəndində yaşayır. ## ####### 2025-ci il tarixdə öz mobil telefonunda «Lalafo.az» internet saytına baxarkən Xarkov toyuq cinsindən olan 3-4 aylıq cücələrin satışı ilə bağlı elan yerləşdirildiyini görmüşdür. O, həmin sayt üzərindən mesaj yazmaqla cücə olub-olmamasını və qiymətini soruşmuşdur. ## ###### 2025-ci il tarixdə səhər saatlarında mobil telefonuna «Whatsapp» vasitəsi ilə 070-432-15-14 mobil telefon nömrəsindən zəng gəlmiş və o, telefona cavab verdikdə danışan şəxs adının Orxan olduğunu, «Lalafo.az» internet saytında cücə satışı ilə bağlı elanı onun yerləşdirdiyini və Xarkov toyuq cinsindən olan 3-4 aylıq cücələrin bir ədədini 7 manata satdıqlarını bildirərək neçə ədəd cücə almaq istədiyini soruşmuşdur, o, da cücənin bir ədədini 5 manatdan versə 50 ədəd cücə alacağını demişdir. Orxan az sayda cücə almaq istədiyini, ona görə də həmin sayda cücənin bir ədədini 5 manata satmağın ona sərfəli olmadığını bildirərək 150-200 ədəd arası cücə alacağı təqdirdə bir ədədini 5 manata satacağını demişdir. O, Orxanla danışıb 150 ədəd cücə almağa razılaşanda sonuncu “xxxx” ASC tərəfindən verilmiş ****-****-****-**** nömrəli bank kartının fotoşəklini «Whatsapp» vasitəsi ilə onun mobil telefonuna göndərib beh olaraq 100 manat pul istəmiş, o, da öz şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkib göndərməsini, onun kim olduğunu bildikdən sonra həmin məbləğdə pul göndərəcəyini demişdir. Bir qədər keçdikdən sonra həmin şəxs «Whatsapp» vasitəsi ilə şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkib ona göndərmiş və baxanda həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Danışdığı şəxsin kim olduğunu bildikdən sonra ## ###### 2025-ci il tarixdə, səhər saatlarında Ucar rayonu, Qarabörk kəndində olarkən “xxxx” ASC tərəfindən adına verilmiş ****-****-****-**** nömrəli bank kartından 100 manat pulu “Birbank” mobil tətbiqi vasitəsi ilə Orxanın adına olan “xxxx” ASC tərəfindən verilmiş 5239-1517- ****-**** nömrəli bank kartına köçürmüşdür. ## ###### 2025ci il tarixdə, axşam saatlarında Orxan yenidən ona zəng vurub cücə göndərməsi üçün qalan 650 manat pulu da istədiklərini, həmin məbləğdə pulu göndərməsə ona cücə göndərməsinin çətin olacağını, ## ###### 2025-ci il tarixdə 150 ədəd cücəni göndərməsi üçün qalan 650 manat pulu onun bank kartına göndərməsini demişdir. O da ## ###### 2025-ci il tarixdə, axşam saatlarında Ucar rayonu, Qarabörk kəndində olarkən ****-****-****-**** nömrəli bank kartından 650 manat pulu “Birbank” mobil tətbiqi vasitəsi ilə Orxanın adına olan “xxxx” ASC tərəfindən verilmiş ****-****-****-**** nömrəli bank kartına köçürmüşdür. “xxxx” ASC tərəfindən adına verilmiş ****-****-****-**** nömrəli bank kartından Orxanın adına olan bank kartına pul köçürməsi ilə bağlı qəbzlərin surətini və bununla bağlı “xxxx” ASC-dən aldığı ödəniş kartı üzrə çıxarışı istintaqa təqdim etmişdir. Orxan söz verdiyi vaxtda ona cücə göndərməmiş, zəng vuranda isə müxtəlif bəhanələr gətirməklə vaxtı uzatmışdır. Orxanın onu aldatdığını başa düşmüş və zəng vurub ondan cücə satmaq adı ilə aldadıb aldığı 750 manat pulu geri özünə qaytarmasını tələb etmiş, Orxan isə onu aldadıb aldığı 750 manat pulu qaytarmamış və o, məcbur olub ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Orxan adlı şəxsin cücə satmaq adı ilə onu aldadıb 750 manat pulunu ələ keçirməsi barədə məlumat vermişdir. Orxana verilmiş 750 manat pul özünə məxsus olmuş və bununla bağlı maddi ziyan ona dəymişdir. Orxan Xarkov toyuq cinsindən olan 150 ədəd, 3-4 aylıq cücələri göndərəcəyini deməklə onu aldadıb 750 manat pulunu ələ keçirmişdir. Həmçinin, o, çıxışında bildirdi ki, ona dəymiş ziyan tamamilə ödənilmişdir, başqa tələbi yoxdur, təqsirləndirilən şəxsin anasının ağır xəstə olmasını nəzərə alıb cəzasının yüngülləşdirilməsini xahiş edir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmdən görünür ki, Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan ## ###### 2025ci il tarixdən ## ###### 2025-ci tarixədək olan müddət 02 (iki) gün, onun tutularaq həbsə alındığı ## ###### 2025-ci il tarixdən ## ###### 2026-cı il tarixədək olan müddət 02 (iki) ay 14 (on dörd) gün, ümumilikdə 02 (iki) ay 16 (on altı) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, yəni 05 (beş) ay 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işində olan “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 18-1-70/2- ***/**** nömrəli məktubundan görünür ki, Sabirabad rayonu, Qalağayın kənd sakini, ## ####### 1997-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs Sabirabad Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “əsəb-ruhi, narkoloji” kabinetlərində qeydiyyatda deyil. Cinayət işində olan Sabirabad rayon icra və probasiya şöbəsinin ## ### 2026-cı il tarixli, *-**-**-**/*-******/**** nömrəli məktubundan görünür ki, Oğuz Rayon Məhkəməsinin *(***)- **/**** saylı, ## ###### 2026-cı il tarixli hökmünə əsasən CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində olan nəzarət işi ## ##### 2026-cı il tarixdə Sabirabad rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs barəsində hökm üzrə amnistiya tətbiq edilməmişdir. Cinayət işində olan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunur. Cinayət işində olan ****** nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Cinayət işində olan Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## #### tarixli **** nömrəli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## #### tarixli **** nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli ***s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş məktubdan məlum olur ki, Oğuz rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-ib 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Müvafiq hökm və hakimin göstərişi ##.##.2026-cı il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs cəzasının 03 ay 06 gün hissəsini çəkmiş və ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 09 ay 22 gün təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya protestinin arqumentlərini və proses iştirakçılarının məhkəmədəki çıxışlarını bir daha diqqətlə nəzərdən keçirərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən həm maddi, həm də prosessual hüquq normalarını düzgün tətbiq etməyib, faktiki hallara hüquqi qiymət verilməsində ciddi səhvlərə yol verilmişdir. CPM-in 397.1-ci maddəsi apellyasiya instansiyasının vəzifəsini birmənalı müəyyən edir — birinci instansiyanın faktları necə müəyyənləşdirdiyini, qanunu necə tətbiq etdiyini yoxlamaq, həmçinin, CPM-in 399.1.4-cü maddəsinə görə isə cinayət qanununun yanlış tətbiqi qərarın ləğvi üçün mütləq əsasdır. Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı məhz bu tələblərə cavab vermədiyindən Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiqi və işin xitamı qanunauyğun olmamışdır. İş materiallarının məzmunundan və müəyyən edilmiş faktiki hallardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarına əsasən cinayət məsuliyyətindən azad etməklə cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə bu nəticəyə gələrkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyününü qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində iştirak etməsini və “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın 6, 7-ci hissələrində nəzərdə tutulan məhdudiyyətlərin ona şamil edilmədiyini əsas götürmüşdür. Lakin məhkəmənin gəldiyi bu nəticə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın müddəalarının sistemli və qarşılıqlı əlaqədə tətbiqi baxımından əsaslı hesab edilə bilməz. Belə ki, Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsi tətbiq edilməklə onun üzərində qəti olaraq 01 il 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Digər tərəfdən iş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs həmin iş üzrə dəymiş zərəri ödəməmişdir. Qərarın 7.4-cü bəndində amnistiya tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər barəsində amnistiyanın tətbiq edilmədiyi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinməsi və həmin cinayət üzrə dəymiş maddi ziyanın ödənilməməsi səbəbindən ona amnistiyanın tətbiq edilməsi hüquqi cəhətdən mümkün deyil. Məhkəmə iclasında təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyanın ödənildiyi iddia edilmiş, bununla bağlı məhkəmə iclası dəfələrlə təxirə alınmış, lakin bu xüsusatın təsdiq edilməsinə yönəlmiş hər hansı mötəbər və mötəbərliyi şübhə doğurmayan sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, təqsirləndirilən şəxsin zərərin ödənilməsi barədə şifahi izahatı həmin halın özlüyündə təsdiq edilməsi üçün kifayət etmir və iş materiallarında zərərin tam həcmdə ödənilməsini təsdiq edən ödəniş sənədi, bank sənədi, zərərçəkmiş şəxsin müvafiq məbləğin alınmasını təsdiq edən ərizəsi və ya digər obyektiv sübut mövcud deyildir. CPM-in sübutetmə ilə bağlı müddəalarına əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi yalnız qanunla nəzərdə tutulmuş qaydada əldə edilmiş və yoxlanılmış sübutlar əsasında həyata keçirilməlidir. Bu baxımdan, zərərin ödənilməsi kimi amnistiyanın tətbiqi üçün hüquqi əhəmiyyət kəsb edən halın mövcudluğu yalnız şəxsin həmin xüsusat barədə verdiyi bəyanatla deyil, bunu təsdiq edən obyektiv sübutlarla müəyyən edilməlidir. Qərarın 15-ci bəndinə əsasən, cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi həmin Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. Qərarın 15-ci bəndinin məzmunundan göründüyü kimi, burada amnistiyanın tətbiqi şəxsin ayrı-ayrı cinayətlərdən birinə münasibətdə amnistiyaya düşüb-düşməməsi ilə məhdudlaşdırılmır. Əksinə, cinayətlərin məcmusu halında şəxsin ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə münasibətdə amnistiyanın tətbiqinə məhdudiyyətin olması şəxs barəsində amnistiyanın tətbiq edilməsini istisna edən hüquqi hal kimi müəyyən edilmişdir. Başqa sözlə Qərarın 15-ci bəndi “cinayətlərin məcmusu” institutunu xüsusi olaraq nəzərə alaraq, amnistiyanın yalnız amnistiyaya düşən cinayətə münasibətdə tətbiq edilməsinə və digər cinayətə münasibətdə tətbiq edilməməsinə imkan verən yanaşmanı istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs vəziyyətində də məhz belə hal mövcuddur. Belə ki, onun Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə məhkum edildiyi CM-in 178.1-ci maddəsi üzrə törətdiyi cinayətə münasibətdə amnistiya aktı tətbiq edilməmişdir. İş materiallarında olan sənədlərlə, o cümlədən Sabirabad rayon icra və probasiya şöbəsinin # ### 2026-cı il və ## ### 2026-cı il tarixli məktubları ilə də həmin hökm üzrə təyin edilmiş cəzaya münasibətdə amnistiyanın tətbiq edilmədiyi təsdiq olunur. Belə olan halda həmin cinayət hazırkı cinayət işi üzrə cinayətlərin məcmusuna daxil olduğundan, Qərarın 15-ci bəndinin tələbləri birbaşa tətbiq edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Vətən müharibəsində iştirak etməsi onun amnistiya aktının 1.1-ci bəndində nəzərdə tutulan şəxslər sırasına daxil olmasına əsas versə də, həmin hal Qərarın 15-ci bəndində müəyyən edilmiş xüsusi məhdudiyyətin tətbiqini aradan qaldırmır. Məhkəmə kollegiyası hesab edir ki, Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs amnistiya aktı əsasında cinayət məsuliyyətindən azad edilərək cinayət işi üzrə icraata xitam verilməsi barədə nəticəsi amnistiya haqqında Qərarın 7.4 və xüsusilə 15-ci bəndlərinin tələbləri ilə uzlaşmır. Nəticə etibarilə, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə ittiham edilməsi, həmin məcmuya daxil olan cinayətlərdən birinə, CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayətə görə ona amnistiyanın tətbiq edilməməsi və həmin cinayət üzrə maddi ziyanın tam ödənilməməsi səbəbindən Qərarın 7.4-cü bəndində nəzərdə tutulmuş məhdudiyyətin mövcud olması müəyyən edildiyindən, amnistiya haqqında Qərarın 15-ci bəndinə əsasən hazırkı cinayət işi üzrə də onun barəsində amnistiyanın tətbiqi istisna edilməlidir. Bu baxımdan dövlət ittihamçısının həmin qərarın ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılması barədə mövqeyi hüquqi əsaslara söykənir. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarından dövlət ittihamçısı İsayeva Gülər Əlhəsən qızı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməlidir və Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı ləğv edilməli, iş üzrə ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, hazırkı verilmiş itiham üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, “Vətən müharibəsi iştirakçısı” olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin məhkəmə qeyd edir ki, CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən deyildir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin saksiyası həddində bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi tamamilə qanuni və ədalətlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü ilə CM-in 178.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 66.2-ci maddəsinə əsasən, daha ciddi cəza kimi, hazırkı hökmlə təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını əhatə etməklə, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə kollegiyası həmçinin, cəzanın müddətini dəqiqləşdirərək qeyd edir ki, həmin cəzadan Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin yuxarıda göstərilən hökmü üzrə faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan ##.##.2025-ci il tarixdən ##.##.2025-ci tarixədək olan olan müddət 02 (iki) gün, onun tutularaq həbsə alındığı ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək olan müddət 02 (iki) ay 14 (on dörd) gün, ümumilikdə 02 (iki) ay 16 (on altı) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, yəni 05 (beş) ay 02 (iki) gün müddət, habelə həmin hökm üzrə faktiki cəza çəkdiyi 04 (dörd) ay 03 (üç) gün müddət, ümumilikdə 09 (doqquz) ay 05 (beş) gün müddət çıxılmaqla, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) ay 25 (iyirmi beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Ayrıca qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs üzərinə hər gün gecə saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 1 ünvanında yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni ## ######## 2026-cı il tarixdən hesablanmalıdır və cəzanın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri, həmçinin birinci instansiya məhkəməsinin qərarı ləğv olunduğu üçün birinci instansiya məhkəməsində təqsirləndirilənin hüquqlarını müdafiə etmiş müdafiəçi müdafiəçi2 müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya protesti təmin edilməli, Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 1(5-164)-7/2026 nömrəli qərarı ləğv edilməli, ittihamedici hökm çıxarılmalı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq hökm etdi: Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarından dövlət ittihamçısı İsayeva Gülər Əlhəsən qızı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Ucar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə ittihamedici hökm çıxarılsın. Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli hökmü ilə CM-in 178.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 66.2-ci maddəsinə əsasən, daha ciddi cəza kimi, hazırkı hökmlə təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını əhatə etməklə, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Həmin cəzadan Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin yuxarıda göstərilən hökmü üzrə CM-in 69.3-cü maddəsinə əsasən hesablanmış 05 (beş) ay 02 (iki) gün müddət, habelə həmin hökm üzrə faktiki çəkdiyi 04 (dörd) ay 03 (üç) gün müddət, ümumilikdə 09 (doqquz) ay 05 (beş) gün müddət çıxılmaqla, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) ay 25 (iyirmi beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün gecə saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 1 ünvanında yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni ## ######## 2026cı il tarixdən hesablansın. Cəzanın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 9 saat üçün 99 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına və Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi2 hesabına 275 (iki yüz yetmiş beş) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza xərci və digər məhkəmə xərclərinin, həmçinin CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə edilməli olan əmlakın olmadığı nəzərə alınsın. Hökm elan edildikdən dərhal sonra qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar