Məhkəmə qərarları › İş №1(3-10)-174/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-174/2026

15.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-174/2026 15.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Anar Əlifağa oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru X1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 228.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(091)-48/2025 (sədrlik edən R. Əliyev) nömrəli hökmü ilə, ## ###### 1995-ci ildə Masallı rayonunun Türkoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2019cu il tarixli hökmünə əsasən CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəlləri ilə təqsirli bilinib 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökm Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarı ilə qeyd olunan cəzasının çəkilməmiş 01 il 08 ay 13 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Masallı rayonunun Türkoba kəndində qeydiyyatda olmaqla həbs olunanadək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq adlanan ərazidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X23 saxlanılan Təqsirləndirilən şəxs CM-in 228.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-in 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.3-cü maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 240.3.2-ci maddəsi ilə isə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, CM-in 67.1-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 08 ay 13 gün hissəsinin hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu ## ###### 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunması və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması, cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 4624,60 qram narkotik vasitə qurudulmuş marixuana, 999,80 qram çəkidə həşiş qatranı, 2254,500 qram tiryək, 186 ədəd tramadol həbləri və 180 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd ******* nömrəli, 5.45 kalibrli, AK-74 markalı avtomat silah, 01 ədəd 7,62X39 mm kalibrli patron darağı və 30 ədəd 7,62X39 mm kalibrli patronlar xüsusi müsadirə olunub məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Samsung” markalı mobil telefonun isə Təqsirləndirilən şəxs qaytarılması, cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 342,15 (üç yüz qırx iki manat on beş qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməsi hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda güclü təsir edən maddələri əldə edib daşımış və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özünü İran İslam Respublikasının vətəndaşı “Həci” kimi təqdim edən şəxsiyyəti istintaqla dəqiq məlum olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək narkotik vasitələri, güclü təsir edən maddələri ölkə ərazisində satışını həyata keçirmək və qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib daşımaq məqsədilə ## ###### 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhərindən Göyçay rayonunun Bığır kəndinin ərazisinə gəlmiş, elə həmin günü telefon vasitəsi ilə əvvəlcədən əlaqə saxladığı istintaqla dəqiq şəxsiyyəti müəyyən edilməyən qabaqcadan əlbir olduğu İran İslam Respublikasının vətəndaşı olan tanışı tərəfindən Göyçay rayonunun Bığır kəndinin ərazisində, avtomobil yolunun kənarındakı “Bərk-dərə” adlanan açıq sahədə olan ağacın dibinə qoyulmuş bir ədəd qara rəngli sellofan torbada 02 ədəd sellofan torbada, ayrı-ayrılıqda təmiz çəkiləri 2355,0 qram və 2270,0 qram olmaqla, ümumi çəkisi 4625,0 qram külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 01 ədəd sellofan paketdə təmiz çəkisi 1000,0 qram külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranını, 05 ədəd sellofan bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 465,0 qram, 460,0 qram, 500,0 qram, 330,0 qram və 500,0 qram olmaqla, ümumi təmiz çəkisi 2255,0 qram külli miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 01 ədəd sellofan torbada 19 (on doqquz) ədəd üzərində “Methadone 40” yazılan konvalyutda, hər konvalyutda 10 ədəd həb olmaqla, ümumilikdə 190 ədəd üzərində “F/M40” yazılan təmiz çəkisi 7,6 qram külli miqdarda narkotik vasitə metadonu, 01 ədəd sellofan torbada üzərində “Tymol-X 225 mg tramadol” yazılan 14 (on dörd) ədəd bütöv və 01 (bir) ədəd konvalyut kəsiyində, hər konvalyutda 10 ədəd həbkonvalyut kəsiyində 6 ədəd həb olmaqla, ümumilikdə 146 ədəd üzərində “225” yazılan ağ rəngli, dairəvi formalı həb və 05 ədəd üzərində “Namadol 225 mg tramadol” yazılan konvalyutda, hər konvalyutda 10 ədəd həb olmaqla, ümumilikdə 50 ədəd qırmızı rəngli üzərində “225” yazılan ümumilikdə 196 (yüz doxsan altı) ədəd olmaqla, təmiz çəkisi 44,10 qram külli miqdarda güclü təsir edən tramadol həblərini və eləcə də qanunsuz olaraq həmin sellofan torbanın içərisində olan 01 ədəd ******* nömrəli, 5.45 kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1983-cü ildə istehsal olunmuş AK-74 modelli, yivli, texniki cəhətdən saz, atəş üçün yararlı olan odlu silah hesab edilən avtomat silahını və həmin silaha məxsus onun komponent hissəsi hesab edilən 01 ədəd texniki cəhətdən saz və istifadə üçün yararlı olan 7,62X39 mm kalibrli patronlar üçün nəzərdə tutulan darağı və 30 ədəd 7,62X39 mm kalibrli, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan patronları axtarıb həmin yerdən taparaq əldə etdikdən sonra qeyd olunan sellofan torbada olan külli miqdarda narkotik vasitələri, külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə və odlu silahı, onun komponent hissəsi və döyüş sursatını qanunsuz olaraq əlində avtomobil yoluna tərəf daşımış, ## ###### 2024-cü il tarixdə saat 22 radələrində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin yerdə saxlanılıb Göyçay Rayon Polis Şöbəsinə gətirilmiş, polis şöbəsinin Növbətçi Hissəsinin qarşısında saat 23:21-də onun üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən satış məqsədilə qanunsuz olaraq əldə edib əlində daşıdığı həmin qara rəngli sellofan torbanın içərisində 02 ədəd sellofan torbada, ayrıayrılıqda təmiz çəkiləri 2355,0 qram və 2270,0 qram olmaqla, ümumi çəkisi 4625,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd sellofan paketdə təmiz çəkisi 1000,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə həşiş qatranı, 05 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 465,0 qram, 460,0 qram, 500,0 qram, 330,0 qram və 500,0 qram olmaqla, ümumi təmiz çəkisi 2255,0 qram külli miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd sellofan torbada 19 (on doqquz) ədəd üzərində “Methadone 40” yazılan konvalyutda, hər konvalyutda 10 ədəd həb olmaqla, ümumilikdə 190 ədəd üzərində “F/M40” yazılan təmiz çəkisi 7,6 qram külli miqdarda narkotik vasitə metadon, 01 ədəd sellofan torbada üzərində “Tymol-X 225 mg tramadol” yazılan 14 (on dörd) ədəd bütöv və 01 (bir) ədəd konvalyut kəsiyində, hər konvalyutda 10 ədəd həb-konvalyut kəsiyində 6 ədəd həb olmaqla, ümumilikdə 146 ədəd üzərində “225” yazılan ağ rəngli, dairəvi formalı həb və 5 ədəd üzərində “Namadol 225 mg tramadol” yazılan konvalyutda, hər konvalyutda 10 ədəd həb olmaqla, ümumilikdə 50 ədəd qırmızı rəngli üzərində “225” yazılan ümumilikdə 196 (yüz doxsan altı) ədəd olmaqla, təmiz çəkisi 44,10 qram külli miqdarda güclü təsir edən tramadol həbləri və eləcə də qanunsuz olaraq əldə edib daşıdığı 01 ədəd ******* nömrəli, 5.45 kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1983-cü ildə istehsal olunmuş AK-74 modelli, yivli, texniki cəhətdən saz, atəş üçün yararlı olan odlu silah hesab edilən avtomat silah və həmin silaha məxsus onun komponent hissəsi hesab edilən 01 ədəd texniki cəhətdən saz və istifadə üçün yararlı olan 7,62X39 mm kalibrli patronlar üçün nəzərdə tutulan daraq və 30 ədəd 7,62X39 mm kalibrli, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan patronlar aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində çıxarılmış ittihamedici hökm maddi və prosessual hüquq normalarının pozulması, işin tam, obyektiv və hərtərəfli araşdırılmamasının nəticəsidir. Cinayət işinin yarımçıq araşdırılması zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs cinayətə təhrik edilmişdir. Məhkəmə araşdırmasının prosessual hüquq normalarının və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə aparılmasına baxmayaraq, məhkəmə baxışı zamanı sübut olunmuşdur ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamlar əsassızdır. Lakin məhkəmə bəraət hökmü əvəzinə ittihamedici hökm çıxarmışdır. İşə baxan məhkəmə yerli və beynəlxalq hüquq normalarına istinat etməli olduğu halda, subyektiv əsaslarla hərəkət etmiş, qabaqcadan müəyyən edilmiş ittiham hökmünü çıxarmışdır. Məhkəmə məhkəmə baxışı zamanı araşdırmalara deyil, ibtidai araşdırma zamanı verilmiş ifadələrə istinad etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin tutduğu qərəzli mövqenin nəticəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin bütün tərkibinə etiraz edilsə də, etirazı müzakirə etmək prosessual hüququ olmasa da, Şəki Ağır Cinayətlər Məhkəməsi qeyd edilən etirazı işə baxan məhkəmə tərkibinə edilən etiraz kimi müzakirə edərək əsaslı etirazı baxılmamış saxlamışdır. Halbuki, Şəki Ağır Cinayətlər Məhkəməsinin bütün tərkibinə edilən etiraz Şəki Apellyasiya Məhkəməsinin hakimi tərəfindən baxılmalıdır. Etirazın təmin edilib-edilməməsi isə Şəki Apellyasiya Məhkəməsinin hakiminin səlahiyyətlərinə aid olan məsələdir. Bu barədə etirazda ətraflı yazılmış və izah edilmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuş, təqsirləndirilən şəxs tutulub saxlandığı andan işgəncələrə məruz qalmış, təqsirləndirilən şəxs cinayət əməlinin törədilməsinə təhrik edilmiş, təqib, təhqiqat və istintaq dövründə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, beynəlxalq və respublika qanunvericiliyi kobud surətdə pozulmuşdur. Qeyd edilən hallar məhkəmə tərəfindən tam araşdırılmasa da, bilavasitə düzünə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət törətməmiş, cinayət törədilməsinə təhrik edilmişdir. Hökmdə yazılır: “Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, *** ***-**-** və *** ***-**-** mobil telefon nömrələrindən istifadə etmişdir. Göyçay Rayon Vəkil Bürosunun vəkili Mətanət Həsənovanın istifadəsində *** ***- **-** mobil telefon nömrəsi olmuşdur. Göyçay Rayon Vəkil Bürosunun vəkili Mətanət Həsənova onunla adi qaydada mobil telefon vasitəsilə əlaqə saxlayıb polis şöbəsinə getməli olması barədə məlumat vermiş, lakin sonuncunun onun hansı mobil telefon nömrəsi ilə əlaqə saxlaması xatirində qalmamışdır. Həmin vaxt Göyçay Rayon Vəkil Bürosunun növbətçi vəkili İlkin Məmmədov səhhəti ilə bağlı polis şöbəsinə gedə bilmədiyi üçün o, sonuncunun yerinə polis şöbəsinə getmiş, lakin İlkin Məmmədovun hadisə baş verən gün xəstəliyi ilə bağlı xəstəxanada müalicə olunub-olunmamasından məlumatı olmamışdır. Gecə saat 02:00 radələrində Mətanət Həsənova ona order yazmış, o da həmin orderi götürüb polis şöbəsinə getmişdir. Sənədlərə imza edən zaman təqsirləndirilən şəxs onun yanında olmuş, hadisədən uzun müddət keçdiyi üçün polis şöbəsinə dəqiq olaraq hansı tarixdə dəvət olunması xatirində qalmamışdır. Cinayət işinin materiallarında olan ərizəyə imza edən zaman polis şöbəsində olmuşdur. Müdafiəçi polis şöbəsinə dəvət olunduqdan sonra o, şübhəli şəxslə görüşür və sonuncunun iştirakı ilə ərizəyə imza edir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsi dəqiq olaraq neçə dəfə görməsi xatirində qalmamışdır. Hadisə yerinə mobil telefon aparmaq məcburiyyətində olmamış, istintaq təcridxanasında olan zaman qeydiyyatdan keçib-keçməməsi xatirində qalmamış, dindirilmə polis şöbəsinin inzibati binasının otaqlarından birində aparılmış və şəxsi axtarış və götürmə istintaq hərəkətindən əvvəl təqsirləndirilən şəxslə görüşməmişdir.” Dövlət hesabına hüquqları müdafiə etməli olan, lakin etməyən şahidin ifadəsi məhkəmə tərəfindən öz istədiyi istiqamətdə yazılmış, vəkilin verdiyi suallara cavablar şahidin izahatında yazılmamışdır (şahidin dindirilməsi zamanı video görüntülər dediklərimi təsdiq edir). Belə ki, həmin gün dövlət hesabına hüquqları müdafiə etməli olanlar sırasında onun adının olmadığını etiraf etmişdir. Vəkil bürosunun vəkili ilə şahid arasında telefon danışığının olub-olmamasına aydınlıq gətirilməmişdir. 02:00 radələrində order götürən vəkil hansı hüquqla şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etmişdir? Məhkəmə hökmdə yazdığı xatırlamalara, Mətanət Həsənova tərəfindən zəng edilib-edilməməsinə, hansı səbəbdən şübhəli şəxslə görüşmədiyinə aydınlıq gətirməmiş və ya lazım bilməmişdir. Formal olaraq müdafiə görkəmi yaratmaq, şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmək anlamına gəlmir. Müdafiə etdiyi şəxslə görüşmədən, bütün istintaq ərzində hüquqlarını müdafiə edən şəxsin müdafiəsi üçün bircə vəsatət yazmayan vəkilin hansı müdafiəsindən söhbət gedə bilər? Hökmdə yazılır: “Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, müdafiəçiyə o və ya polis şöbəsində olan digər əməkdaşlardan biri məlumat vermiş və növbədə olan müdafiəçini dəvət etmişlər. Şübhəli şəxsə müdafiəçilərin siyahısı təqdim olunur, şəxs də həmin siyahıdan istədiyi müdafiəçini seçir. Şəxs ərizə ilə müraciət edir, ərizəni ya şübhəli şəxs özü yazır, ya da onlar tərəfindən yazılan şikayəti oxuduqdan sonra imza edir. Çox vaxt ərizəyə müdafiəçi də imza edir. Çox vaxt gecə saatlarda polis şöbəsinin dəftərxanası açıq olmadığı üçün ərizə səhəri gün qeydiyyata salınır. Ərizə tərtib olunanda müdafiəçinin şübhəli şəxsin yanında olub-olmaması xatirində qalmamışdır. İlk olaraq şəxsdən ərizə alırlar, sonra isə müdafiəçi gəlir. Müdafiəçi sonradan ərizə ilə tanış olur və imza edir. Büronun rəhbərinə deyil, növbətçi müdafiəçinin özünə zəng etdikləri hallar olur. Hadisə baş verən gün müdafiəçi Nəzmi Qasımova zəng etdiyini güman edir, lakin dəqiq xatırlamır. Göyçay Rayon Vəkil Bürosunun müdiri ilə danışması və sonuncunun məsələni müdafiəçi Nəzmi Qasımova yönləndirməsi halının olmasını güman edir. Ərizə ilə tanış olmasına dair qeydləri müdafiəçi özü etməli idi. Müdafiəçi ona vəkil orderi təqdim edir. Müdafiəçi vəkil orderini sənədləşmədən sonra təqdim edir. Vəkil orderi təqdim etməyən müdafiəçi ilə prosessual hərəkət aparmaq hüququ yoxdur.” Məhkəmə tərəfindən uydurularaq yazılan bir ifadə. (Videogörüntülərdə həqiqət olan ifadəsi var.) Yenə də gümanlara, xatırlamalara istinad edilir və məhkəmə tərəfindən araşdırma aparılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (“Kobiasvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № *****/**, §§ 67-69, ## #### 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ *****/** və 5 digəri, § 121, ## ###### 2020-ci il; “Megreliysili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № *****/**, § 33, # ### 2020-ci il); “X6rşı” (Ayetullah Ay v. Turkey, №№ *****/** və 1191/08, § 143, ## ####### 2020-ci il; “Tlaşadze və Kakasvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № *****/**, §§ 45-48; ## #### 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” # ###### 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə daşıyır: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında məhkəmə nəzarətinin vacibliyini vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Xudobin Rusiyaya qarşı iş üzrə ## ####### 2006-cı il tarixli Qərarında bildirmişdir ki, istintaq tədbirlərinə sanksiya verən, nəticələrini öncədən görmək mümkün olan aydın prosedur mövcud olmalı, eləcə də həmin tədbirlərə lazımi qaydada nəzarət təşkil edilməlidir ki, hakimiyyət orqanlarının vicdanlı davranması və hüquqa zidd olmayan hüquq-mühafizə məqsədlərinə riayət edilməsi təmin olunsun. Eyni hüquqi mövqe Avropa Məhkəməsinin Klass və başqaları Almaniyaya qarşı iş üzrə # ######## 1978-ci il, Lüdi İsveçrəyə qarşı iş üzrə ## #### 1992-ci il tarixli Qərarlarında da ifadə edilmişdir. Avropa Məhkəməsi öz qərarlarında göstərir ki, əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti sui-istifadənin qarşısının alınmasına və qüvvənin mütənasib istifadəsinə nəzarət edir. Avropa Məhkəməsi Uzun Almaniyaya qarşı işi üzrə # ######## 2010-cu il tarixli Qərarında bildirmişdir ki, şübhəli şəxslərin avtomobillində quraşdırılan və güdmə funksiyasını daşıyan GPS (qlobal təsvir sistemi) hazırlanan cinayətin qarşısının alınması məqsədi ilə məhkəmə nəzarəti altında istifadə edildiyinə görə adekvat və effektiv təminatlarla aparılıb. Bu isə istifadə olunan əməliyyat-axtarış tədbirlərinin aparılmasında suiistifadənin qarşısının alınması üçün faydalı vasitədir. Şəxsi və axtarış və götürmənin qeyd edildiyi diskə yazılma tarixçəsinə baxanda məlum olur ki, diskin yaradılması ## ###### 2024-cü il tarixdə saat 19-40-58 başlamışdır. ## ###### 2024-cü il tarixdə saat 11:15-də isə çəkiliş aparılmışdır. Tərəfimdən kompüter texniki ekspertizasının təyin edilməsi barədə vəsatətim isə məhkəmə tərəfindən baxılmamış saxlanmışdır. Video görüntüləri əks etdirən disk “şəxsi axtarış və götürmənin keçirilməsi tarixinin ##.##.2024-cü il tarixdə saat 11-15-də başlandığını inkar edilməz dərəcədə sübut edir. Təqsirləndirilən şəxsin hadisə yerinə Hövsan qəsəbəsindən Bığırlı kəndinə gətirilməsi yönləndirilmiş, özünü iranlı kimi təqdim edən, lakin Azərbaycan Respublikası ərazisində olan Təqsirləndirilən şəxs cinayətə təhrik edilməsi üsulu ilə həyata keçirilmişdir. Belə ki, narkotik maddənin yerləşdirildiyi ərazinin yönləndirmə üsulu ilə, yəni hadisə yerindən çəkilən “iran vətəndaşı” kimi təqdim edilən hadisə yerinin nömrəyə göndərilməklə ondan yönləndirmə üsulu ilə Təqsirləndirilən şəxs göndərilməsi inkar edilməz haldır. Məhkəmə bu xüsusatı sonda işdə olan sənədlər sırasında baxış belə keçirmədi. Məhkəmə rəsmi olaraq məktubla Respublika Təcili və X17 Yardım Mərkəzi publik hüquqi şəxsin direktoruna müraciət edərək X8 məhkəmə iclasına şahid qismində dəvət etsə də, həmin şəxsin məhkəmə iclasında dindirilməsini təmin etməmişdir. Dindirilmənin təmin edilməsi ilə bağlı vəsatət verilsə də, məhkəmə özünün dəvət etdiyi şahidi dindirməkdən əsassız olaraq imtina etmişdir. Təqsirləndirilən şəxsin işgəncə və fiziki zorakılığa məruz qalacağı halın meydana çıxmasının qarşısını almışdır. Cinayət işi materialında olan Təqsirləndirilən şəxs adından tərtib edilmiş, dövlət hesabına vəkil istəməsi qeyd edilən ərizəsi isə tam qanuna zidd bir ərizədir. Bildirirəm ki, Rzayev adından ərizə guya ##.##.2024-cü il tarixdə yazılır, lakin ##.##.2024-cü il tarixdə rəsmi olaraq qeydiyyat tarixi ##.##.2024-cü il tarixdə qeyd olunur. Bütün prosessual sənədlər rəsmi surətdə qeydə alındığı tarixdən prosessual fəaliyyət hüququnu qazanır. Həmin ərizənin üstündən Qasımov Nəzmi adlı vəkil imza edir. Və ondan aşağıda isə Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Göründüyü kimi, ərizənin aşağıda qeyd edilən hissəsində vəkilin həmin imzanın altında imza qoyması imkan xaricindədir və Təqsirləndirilən şəxs vəkili müəyyən edilməmiş vəkilin ərizə tərtib edilməsi zamanı imza qoyması qanuna zidd haldır. Qasımov Nəzminin vəkil kimi dəvət edilməsi mümkün olan hal deyil, halbuki, həmin gün Qasımov Nəzmi vəkil kimi müəyyən edilməmişdir. Məhkəmə tərəfindən verilən qərarda isə Qasımov Nəzmi heç bir zaman Təqsirləndirilən şəxs yanında olmamışdır. Tərəfindən vəsatət verilir ki, 1. Təqsirləndirilən şəxsin hüquqlarının dövlət hesabına müdafiə edən hüquqları müdafiə etmiş X4 təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış, götürmə istintaq hərəkəti zamanı, eyni zamanda izahat və ifadələr verən zaman Göyçay Rayon Polis Şöbəsində olması barədə Göyçay Rayon Polis Şöbəsinə gələn vətəndaşların gəldiyi tarix və vaxtın qeydiyyatı aparılan jurnalının təqsirləndirilən şəxslə bağlı aparılan istintaq hərəkətləri, prosessual sənədlərin surətlərinin verilməsi zamanlarına (gün, saat göstərilməklə) dair təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi barədə sorğu və

2. Təqsirləndirilən şəxsin barəsində istintaq hərəkətləri aparılan zaman və prosessual sənədlərin surətlərinin təqdim edilməsi zamanı təqsirləndirilən şəxs MSK-da olduğu zaman təqsirləndirilən şəxsin hüquqlarını dövlət hesabına müdafiə edən vəkil X4 jurnalda adının qeyd edilib-edilməməsi, təqsirləndirilən şəxsin istintaq hərəkəti ilə bağlı təhqiqatçının və ya müstəntiqin yanına çıxarılması barədə qeydiyyatın olub-olmamasını müəyyən etmək üçün jurnalın təsdiq edilmiş formada surətlərinin təsdiq olunması barədə sorğu verilsin. İşgəncə ilə bağlı Avropa Məhkəməsinin hüquqi mövqeyi bundan ibarətdir ki, nəinki işgəncənin mövcudluğu, hətta işgəncə barədə iddiaların araşdırılmaması, təqsirləndirilən şəxsin Avropa Konvensiyasının 3-cü maddəsi ilə təsbit edilən hüququnu pozur, yəni artıq özü-özlüyündə müdafiə tərəfinin işgəncə və digər qanunsuz metodlardan istifadə olunmaqla əldə olunması kimi dəlillə mübahisələndirdiyi sübutların mümkünlüyü, kifayətedənliyi üzrə məhkəmə qənaətini, ümumiyyətlə aparılan icraatın nəticələrini şübhə altına alan ciddi pozuntu kimi çıxış edir. Avropa Məhkəməsinin şərh olunan məsələ ilə bağlı hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə ## ####### 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə ## ###### 1996-cı il tarixli qərarı göstərmək olar. Birinci işdə Assenov və onu təmsil edən valideynləri iddia edirdilər ki, Assenov polis əməkdaşları tərəfindən qəddarlıqla döyülmüşdür. Bolqarıstan höküməti bu iddiaya etiraz etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə qədər məsələni araşdıran Avropa Komissiyası hadisələrin üstündən dörd ildən artıq vaxt keçdiyinə və Bolqarıstanın dövlət orqanları tərəfindən vaxtında kifayət qədər müstəqil istintaq aparılmadığına görə iddiaçının, və yaxud Bolqarıstan hökümətinin mülahizələrinin daha mötəbər olduğunu müəyyən edə bilməmişdir. Avropa Məhkəməsi də Komissiya kimi ona təqdim olunmuş sübutlar əsasında ərizəçiyə xəsarətlərin polis tərəfindən yetirilib-yetirilməməsinin müəyyən edilməsini qeyrimümkün hesab etmişdir. Buna baxmayaraq, Avropa Məhkəməsi Assenovun iddiasının əsaslı olması, Konvensiyanın 3-cü maddəsinin pozuntusunun baş verməsi haqqında qənaətə gəldi və belə nəticə üçün əsas yaradan hal olaraq xüsusilə onu qeyd etdi ki, “polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyri-qanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalması barədə sübut oluna bilən iddianın qaldırıldığı belə hallarda, bu müddəa, Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin “yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, effektiv rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istintaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarında olmalıdır. Əks halda işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibliyinə baxmayaraq, təcrübədə qeyri-effektiv olacaqdır və bəzi hallarda Dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəzarəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir.” “Aksoy Türkiyəyə qarşı iş” üzrə qərarında da eyni mövqeyi sərgiləyən Avropa Məhkəməsi qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirdi (Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir”). Məhkəmə həmin iş üzrə qərarında qeyd etdi ki, “3-cü maddə ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə Dövlətlərin üzərinə daxili qanunvericilikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur”. İşgəncə verdikləri iddia edilən əməliyyat-axtarış tədbirini aparmış əməkdaşlar və bir çox hallarda onlarla etibarlı münasibətlərdə olan hal şahidləri əslində işgəncə barədə iddia ilə əlaqədar maraqlı şəxslər qismində çıxış edirlər. Müdafiə tərəfi hesab edir ki, təqsirləndirilən şəxsdən ibtidai araşdırmanın ilkin mərhələsində alınmış etirafedici ifadələr sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa, həmin şəxs təqsirli hesab oluna bilməz. Müdafiə tərəfi hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş bütün maddələr üzrə Azərbaycan Respublikası CPM-in tələblərini pozmaqla əldə edilmiş sübutlar bəraət hökmü çıxarılmalıdır. Odur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli Təqsirləndirilən şəxs barəsində CM-in 228.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-in 228.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına CM-in 234.4.3-cü maddəsi ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 240.3.2-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 10 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunması, CM-in 67.1-ci maddəsinə əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 08 ay 13 gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 11 il 06 ay müddətə azadlqıdan məhrumetmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu ## ###### 2024-cü il tarixdən hesablanmasna dair hökmün ləğv edilərək barəsində cinayət hadisəsi baş vermədiyi əsaslarla bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X1 hökmün qanuni, əsaslı və ədalətli olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Hüquqi məsələlər

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi hökmün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 8 ildir narkotik vasitədən istifadə etmişdir. İnternet vasitəsilə mobil telefon nömrəsi əldə etmiş, danışdığı şəxs onun üçün 500 qram çəkidə narkotik vasitə marixuananı Göyçay rayonuna yerləşdirəcəyini, gedib götürməsini, qiymətinin 700 manat olduğunu və bəzi vaxtlarda 100 manat pul verməsini demiş, o da razılaşmışdır. Saat təqribən 19:00 radələrində Göyçay rayonuna getmiş, çantanın çox böyük olduğunu görmüş və çantanı yerdən götürməmişdir. Ərazini işiqlandıran zaman çantanın ona aid olmadığını anlayıb oradan uzaqlaşmaq istəyərkən, 6-7 metr hərəkət etdikdən sonra şahid6 və digər əməliyyat müvəkkilləri onu tutmuşlar. Daha sonra 7 nəfər polis əməkdaşı onu yerə yıxmışlar, onu 2-3 dəqiqə müddətində döymüşlər və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman paltarının cırılması qeydə alınmışdır. Onun baş nahiyəsinə silah dirəmişlər, həmin polis əməkdaşını səsinə əsasən tanıya biləcəyini düşünmüş və şahid5 və şahid7 səsləri onun baş nahiyəsinə silah dirəmiş şəxsin səsinə oxşar olmamışdır. Onun baş nahiyəsinə silah dirəmiş polis əməkdaşı çöllük ərazi olduğunu və onu burada öldürəcəkləri halda heç kimin tapa bilməyəcəyini, çantanın ona məxsus olduğunu və boynuna götürməli olduğunu demişdir. Daha sonra onu “Hyundai” markalı avtomobillə polis şöbəsinə aparmışlar, həmin avtomobildə ortada hissədə əyləşdirmişlər, silahı çantaya yerləşdirmişlər və çantanı onun qucağına qoymuşlar. Polis şöbəsinə getdikdən sonra müdafiəçi gələnə kimi təqribən 40-60 dəqiqə vaxt keçmiş, həmin vaxt üzərində mobil telefon olmuş, mobil telefonun içərisində isə *** ***-**-** mobil telefon nömrəsi olmuşdur. Polis şöbəsində olarkən həmin mobil telefonu ondan almışlar, onu polis şöbəsində 2-ci mərtəbədə sağ tərəfdəki 2-ci otağa aparmışlar və qeyd olunan otaqda əməliyyat müvəkkillərinin olduğunu görmüşdür. Orada olarkən əməliyyat müvəkkilləri narkotik vasitənin ona məxsus olması barədə ifadə verməli olduğunu demişlər, o isə qeyd olunan narkotik vasitələrin ona məxsus olmadığını bildirsə də sonradan bunu boynuna almaq məcburiyyətində qalmışdır. Ona fiziki təzyiq göstərən şəxsi gördüyü halda tanıya bilər. Polis şöbəsində olarkən narkotik vasitənin ona məxsus olmamasını müdafiəçiyə də demiş, sonuncu isə araşdırılacağını bildirmişdir. O, məcbur qalaraq böyük çantanı götürmək üçün gəldiyini demiş, lakin o, həmin çanta üçün getməmişdir. Səhər vaxtı isə narkotik vasitənin ona məxsus olmamasını müstəntiqə də demiş və təzyiq altında olduğu üçün bu çantanın ona məxsus olması barədə ifadə vermək məcburiyyətində qaldığını bildirişdir. İkinci dəfə müstəntiqin yanında olarkən müdafiəçiyə etiraz etmiş, bunun səbəbi sonuncunun işə baxmaması və onu müdafiə etməməsi olmuş və müdafiəçidən imtina etməsini müstəntiqə bildirmişdir. Sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, ifadə verərkən yanında müstəntiq və müdafiəçi olmuş, onun müdafiəçiyə etirazını müstəntiq rəsmiləşdirməmiş və bunun səbəbini bilməmişdir. Bunların hamısı polis əməkdaşları tərəfindən təşkil olunmuş və hərbi xidmətdə olmadığı üçün silahı əldə etməsinə zərurət olmamışdır. Polis əməkaşları onunla qərəzli olduqları üçün onu döymüşlər, ona müstəntiqin otağında işgəncə verilərkən müdafiəçi qapının arxa tərəfində gizlənmiş və o, müdafiəçiyə döyülməsini demişdir. Saxlanıldığı yerdə və polis şöbəsində ona ən çox təzyiq göstərən polis əməkdaşlarından biri şahid7 olmuş, şahid6, şahid4 və şahid8 da ona qarşı zor tətbiq etmişlər, lakin polis əməkdaşı şahid2 onu döyməmiş, şahid3 onu döyübdöyməməsini bilməmiş, onu döyən digər polis əməkdaşlarının adlarını və soyadlarını bilməmişdir. Polis əməkdaşları onun yan tərəfinə, bel nahiyəsinə zərbələr vurmuşlar, yerə yıxıb təpiklə zərbələr endirmişlər və o, sifətini əli ilə gizlətmişdir. Polis şöbəsində olarkən izahatı dərhal alınmış, həmin vaxt müdafiəçi yanında olmamış və müdafiəçi üzərində şəxsi axtarış aparılan zaman gəlmişdir. Üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış nahar fasiləsinə yaxın müddətdə aparılmış, həmin vaxt videoçəkilişdə bir dəfə kəsilmə olmuş, lakin dəqiq vaxtını və səbəbini bilməmişdir. Kamera aşağıya doğru salındıqda kəsilmənin olduğunu anlamış, videoçəkilişin hansı hissəsində kameranın aşağı salındığını xatırlamamış və videoçəkiliş qaldığı yerdən davam etmişdir. Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılarkən həkim onu müayinə etmiş, lakin həkimin haradan gəldiyini bilməmiş və həkimi polis əməkdaşları çağırmışlar. Sağ ayağı ağrıdığı üçün yuxarı mərtəbəyə qalxanda ona kömək etmişlər, qolunda da kəsik xəsarəti olmuş, sağ qolunda olan sıyrıq çöldə tanımadığı bir nəfər şəxslə dalaşan zaman yaranmış, bədəni üzərində də xəsarət aşkar olunmuş və həkim xəsarətlərlə bağlı soruşduqda əməliyyat müvəkkillərinin zərbə vurduqlarını bildirmişdir. Şərait olmadığı üçün ona qarşı edilmiş qanunsuz hərəkətlərlə bağlı hər hansı dövlət orqanına (qurumuna) şikayət etməmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxlan zaman ondan bu barədə soruşmadıqları üçün deməmişdir. X11 Müəssisəsinə daxil olan zaman müayinə olunmamış və bədəni üzərində olan xəsarətlərlə bağlı həkimə heç nə deməmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadələrində göstərmişdir ki, təxminən 6-7 ildir narkotik vasitələrdən istifadə etmiş və Həci adlı şəxsi 7-8 il bundan əvvəl İran İslam Respublikasına gedib alver edən zaman tanımışdır. Polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən 3-4 ay əvvəl Həci adlı şəxsin xahişi ilə Salyan rayonundan Bakı şəhərinə narkotik vasitə aparmış, buna görə də Həci adlı şəxs ona 500 manat pul göndərmiş, lakin həmin vaxt tutulmamışdır. ## ###### 2024-cü il tarixdə günorta saatlarında “Həci” adlı İran İslam Respublikasının vətəndaşı “WhatsApp” tətbiqi vasitəsilə ona zəng edərək onun Göyçay rayonuna getməsini, mobil telefonunun “WhatsApp” tətbiqinə göndərəcəyi koordinat üzrə gedib orada olan narkotik vasitələri götürüb Bakı şəhərinə qayıdaraq, sonradan bildirəcəyi yerə aparıb qoymasının müqabilində ona 500 manat pul verəcəyini bildirmiş, o da razılaşmışdır. Həmin tarixdə axşam saatlarında o, Göyçay rayonuna getmək üçün Bakı Beynəlxalq Avtovağzalına gedib Göyçay rayonuna gedən tanımadığı, markasını və dövlət qeydiyyat nişanını bilmədiyi taksiyə əyləşib Göyçay rayonuna getmiş və təxminən saat 21 radələrində Göyçay şəhərinin ərazisində “mərkəz” adlandırılan yerdə taksidən düşmüşdür. Bundan sonra o, Həci adlı şəxslə əlaqə saxlamış, bu zaman həmin şəxs ona narkotik vasitənin qoyulduğu yerin koordinatlarını göndərmiş və qeyd olunan şəxs ona narkotik vasitənin yanında bir ədəd silahın da olacağını demişdir. Bundan sonra o, diqqət çəkməmək üçün piyada həmin məkan üzrə hərəkət etmiş, yol kənarındakı lövhəyə əsasən qeyd olunan yerin Göyçay rayonunun Bığır kəndinin ərazisi olduğunu görmüş və təxminən 1 saat ərzində yol kənarı ilə göstərilən məkan üzrə hərəkət edərək məkanda göstərilən yerə çatmışdır. Daha sonra yolun sağ kənarında dərə olan yerə tərəf təxminən 40-50 metr hərəkət etmiş, həmin yerdə çoxlu ağaclar olduğundan “Həci” adlı şəxslə tez-tez əlaqə saxlayıb orada olan ağacların dib hissələrinə mobil telefonun işığı ilə baxaraq qara rəngli sellofan torbanı tapıb oradan götürmüşdür. Bundan sonra o, oradan uzaqlaşmaq istəyərkən polis əməkdaşları ona yaxınlaşmış və narkotik vasitələri və odlu silahı qanunsuz gəzdirməkdə şübhəli olduğunu bildirərək üzərinə və əlindəki torbaya baxış keçirilməsi üçün onu Göyçay Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Göyçay Rayon Polis Şöbəsinə getmişdir. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, bu zaman ona məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş, mobil telefonda quraşdırılan “WhatsApp” tətbiqində onun “Həci” adlandırdığı İran İslam Respublikasının vətəndaşı ilə aralarında aparılmış səs yazılarının olması müəyyən olunmuş, ardınca isə əlində olan qara rəngli sellofaya baxış keçirilmişdir. Həmin torba açıldıqda, içərisindən 01 ədəd qara rəngli sellofana bükülmüş silah, içərisində 03 ədəd ağ rəngli sellofana bükülmüş bərk halda olan maddələr, 01 ədəd parça torba və həmin parça torbanın içərisində qara-ağ və sarı rəngli yapışqan lentlərlə bağlanmış bükümlər aşkar edilmişdir. Daha sonra qara rəngli sellofan torbadan ağ və sarı rəngli olmaqla, içərisində bərk halda maddələr olan iki büküm daha aşkar edilmişdir. Bundan sonra qara rəngli sellofan paketin davamı açılmışdır. Həmin paketdən içərisindən qara və sarı rəngli olmaqla qurudulmuş kütlələr olan 2 iri büküm aşkarlanmışdır. Hər iki büküm kəsilərək açılarkən içərisində qurudulmuş kütlələrin olması müəyyənləşmişdir. Bundan sonra öncədən aşkar edilmiş sellofana bükülmüş bükümlərdə açılmışdır. Həmin zaman 5 ədəd bükümün içərisində qara rəngli, bərk halda maddələrin olması aşkarlanmışdır. Daha sonra ağ-qara rəngli yapışqan lentlərlə bağlanmış bükümlər açılmış və içərisindən dərman həbləri aşkar edilmişdir. Həmin həblərdən hər birində 10 ədəd olmaqla, ümumilikdə 19 listinin (ümumilikdə 190 ədəd) sarı rəngli olması və üzərlərində “metodon 40” yazısının qeyd olunması aşkarlanmışdır. Eyni zamanda üzərində tramadol yazılmış ağ rəngli, hər birində 10 ədəd dərman olan 14 list və üzərində 6 ədəd dərman həbi olan yarım list (ümumilikdə 146 ədəd) dərman həbi də aşkarlanmışdır. Bundan əlavə, üzərində tramadol yazılmış, hər birində 10 ədəd olmaqla, 5 list (ümumilikdə 50 ədəd) düm ağ rəngli dərman həbləri də aşkarlanmışdır. Bundan sonra qara rəngli sellofan torbanın içərisindən aşkar edilmiş silaha baxış keçirilmişdir. Baxış zamanı həmin silahın avtomat olması, yanında bir ədəd daraq olması, həmin darağın içərisində 30 ədəd güllə olması, avtomatın üzərində 83 2522860 yazısının olması aşkarlanmışdır. Daha sonra içərisində qara rəngli maddə olan və ağ rəngli sellofana bükülmüş maddə açılaraq baxış keçirilmişdir. Aşkar edilmiş maddələr elektron tərəzi vasitəsilə çəkilmişdir. İlk öncə qurudulumuş kütlələrdən biri boş sellofana qoyularaq çəkilmiş, çəkisi 2,325 kq olmuşdur. Digər qurudulmuş kütlə də boş sellofana qoyularaq çəkilmiş, çəkisi 2,430 kq olmuşdur. Bundan sonra 5 ədəd qara rəngli maddələrin hər biri ayrı-ayrılıqda boş sellofana qoyularaq tərəzidə çəkilmiş və çəkiləri 0,550 kq, 0,500 kq, 0,390 kq, 0,540 kq və 0,500 kq olmuşdur. Həmin maddələrdən bir ədədi iki hissəyə bölünmüş, lakin tam qopmamış vəziyyətdə olduğundan elektron tərəzidə birlikdə çəkilmişdir. Bundan sonra içərisində qara rəngli maddə olan bir ədəd sellofana bükülmüş maddə çəkilmiş və çəkisi 1 kq olmuşdur. Daha sonra qeyd olunan predmetlər müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O, əlində gəzdirdiyi torbadan aşkar edilmiş bərk halda olan qara rəngli maddələrin və qurudulmuş kütlələrin, həmçinin bir ədəd sellofan bükümdə olan qara rəngli yumşaq maddənin narkotik vasitə, həmin torbadan aşkar edilmiş ümumilikdə 386 ədəd dərman həblərinin bir qisminin metadon, bir qisminin isə tramadol həbləri olduğunu, əlində gəzdirdiyi torbadan aşkar edilmiş silahın avtomat silahı olduğunu, yanındakı darağı və 30 ədəd güllələrin həmin silaha aid olduğunu, həmin narkotik maddələri, dərman həblərini, silahı və onun döyüş susatlarını “Həci” adlı İran İslam Respublikasının vətəndaşının xahişi ilə ## ###### 2024-cü il tarixdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonunun Bığır kəndinin ərazisindən keçən hissəsindən yolun sağ kənarından təxminən 50 metr içəridə olan ağacın dibindən götürdüyünü, qeyd olunan torbanı torbanı Bakı şəhərinə aparacağını və bunun qarşılığında Həci adlı şəxsin ona 500 manat pul verəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Göyçay Rayon Polis Şöbəsinin Cinayət-axtraış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs narkotik vasitəni və odlu silahı üzərində daşıması, saxlaması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və Göyçay rayonunun Bığır kəndinin ərazisində yerləşən yol kənarında olan “Bərk-dərə” adlanan ərazidə qoyulmuş külli miqdarda narkotik vasitələri və odlu silah aparmaq üçün gələcəyi barədə ## ###### 2024-cü il tarixdə axşam saatlarında əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə qeyd olunan əraziyə gedib orada ayrı-ayrı yerlərdə gizlənmişlər və saat 21 radələrində bir nəfər şəxsin avtomobil yolunun kənarı ilə piyada hərəkət edərək göstərilən əraziyə daxil olub 40-50 metr hərəkət edib mobil telefonla danışaraq mobil telefonun işığı ilə ağacların dibini axtarmasını görmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs orada olan ağacların birinin dibindən qara rəngli böyük ölçülü sellofan torbanı əlinə götürüb avtomobil yoluna tərəf qaçmış və bu zaman həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək Göyçay Rayon Polis Şöbəsinə aparmışlar. Orada olarkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, bu zaman ona məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş və mobil telefonda quraşdırılan “WhatsApp” tətbiqində onun “Həci” adlandırdığı İran İslam Respublikasının vətəndaşı ilə aralarında aparılmış səs yazılarının olması müəyyən olunmuş, ardınca isə əlində olan qara rəngli sellofaya baxış keçirilmişdir. Həmin vaxt sonuncunun əlində olan qara rəngli torbanın içərisindən ayrı-ayrı sellofan torbalarda narkotik vasitələrə bənzər kütlələr, üzərində “tramadol” və “metodon 40” yazısı olan həblər, 01 ədəd silah, 01 ədəd həmin silahın darağı və 30 ədəd patron aşkar edilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Şahidlər şahid5, şahid7, şahid2 İlyas oğlu, şahid3, şahid4 və şahid8 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib şahid şahid6la eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş İbrahimov Sərxan Soltan oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Göyçay Rayon Polis X28 Qrupunun baş inspektor-kriminalisti vəzifəsində xidmət edir. ## ###### 2024-cü il tarixdə axşam saat 22 radələrində Göyçay şəhərində yaşadığı evdə olan zaman Göyçay Rayon Polis Şöbəsinə çağırılaraq üzərində narkotik vasitə və odlu silah daşımaqda şübhəli olan bir nəfər şəxsin Göyçay rayonunun Bığır kəndinin ərazisində saxlanılaraq polis şöbəsinə gətirilməsini və həmin şəxsin üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağını bildirmişlər. O, dərhal Göyçay Rayon Polis Şöbəsinə gəlmiş və Növbətçi Hissənin qarşısında Təqsirləndirilən şəxs əlində böyük ölçülü qara rəngli sellofan torba ilə dayanmasını görmüşdür. Orada olarkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə “Panasonic” markalı videoparat vasitəsilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, bu zaman ona məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş və mobil telefonda quraşdırılan “WhatsApp” tətbiqində onun “Həci” adlandırdığı İran İslam Respublikasının vətəndaşı ilə aralarında aparılmış səs yazılarının olması müəyyən olunmuş, ardınca isə əlində olan qara rəngli sellofaya baxış keçirilmişdir. Həmin vaxt sonuncunun əlində olan qara rəngli torbanın içərisindən ayrı-ayrı sellofan torbalarda narkotik vasitələrə bənzər kütlələr, üzərində “tramadol” və “metodon 40” yazısı olan həblər, 01 ədəd silah, 01 ədəd həmin silahın darağı və 30 ədəd patron aşkar edilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. “Panasonic” markalı videoaparatın işləmə mexanizminə əsasən həmin videoaparatla videoçəkiliş aparılan zaman videoçəkiliş 47 dəqiqə 05 saniyəyə çatdıqda videoaparat videoçəkilişi dayandırmadan videoçəkilişin davamını növbəti fayla yükləyir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman da videoçəkiliş 47 dəqiqə 05 saniyədən çox, yəni ümumilikdə 49 dəqiqə olduğundan videoçəkiliş zamanı videoaparat 47 dəqiqə 05 saniyədən sonrakı görüntünü, yəni qalan 01 dəqiqə 55 saniyə görüntünü növbəti fayla yükləmişdir. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, *** ***-**-** və *** ***-**-** mobil telefon nömrələrindən istifadə etmişdir. Göyçay Rayon Vəkil Bürosunun vəkili Mətanət Həsənovanın istifadəsində *** ***-**-** mobil telefon nömrəsi olmuşdur. Göyçay Rayon Vəkil Bürosunun vəkili Mətanət Həsənova onunla adi qaydada mobil telefon vasitəsilə əlaqə saxlayıb polis şöbəsinə getməli olması barədə məlumat vermiş, lakin sonuncunun onun hansı mobil telefon nömrəsi ilə əlaqə saxlaması xatirində qalmamışdır. Həmin vaxt Göyçay Rayon Vəkil Bürosunun növbətçi vəkili İlkin Məmmədov səhhəti ilə bağlı polis şöbəsinə gedə bilmədiyi üçün o, sonuncunun yerinə polis şöbəsinə getmiş, lakin İlkin Məmmədovun hadisə baş verən gün xəstəliyi ilə bağlı xəstəxanada müalicə olunub-olunmamasından məlumatı olmamışdır. Gecə saat 02:00 radələrində Mətanət Həsənova ona order yazmış, o da həmin orderi götürüb polis şöbəsinə getmişdir. Sənədlərə imza edən zaman təqsirləndirilən şəxs onun yanında olmuş, hadisədən uzun müddət keçdiyi üçün polis şöbəsinə dəqiq olaraq hansı tarixdə dəvət olunması xatirində qalmamışdır. Cinayət işinin materiallarında olan ərizəyə imza edən zaman polis şöbəsində olmuşdur. Müdafiəçi polis şöbəsinə dəvət olunduqdan sonra o, şübhəli şəxslə görüşür və sonuncunun iştirakı ilə ərizəyə imza edir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsi dəqiq olaraq neçə dəfə görməsi xatirində qalmamışdır. Hadisə yerinə mobil telefon aparmaq məcburiyyətində olmamış, istintaq təcridxanasında olan zaman qeydiyyatdan keçib-keçməməsi xatirində qalmamış, dindirilmə polis şöbəsinin inzibati binasının otaqlarından birində aparılmış və şəxsi axtarış və götürmə istintaq hərəkətindən əvvəl təqsirləndirilən şəxslə görüşməmişdir. Əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, müdafiəçiyə o və ya polis şöbəsində olan digər əməkdaşlardan biri məlumat vermiş və növbədə olan müdafiəçini dəvət etmişlər. Şübhəli şəxsə müdafiəçilərin siyahısı təqdim olunur, şəxs də həmin siyahıdan istədiyi müdafiəçini seçir. Şəxs ərizə ilə müraciət edir, ərizəni ya şübhəli şəxs özü yazır, ya da onlar tərəfindən yazılan şikayəti oxuduqdan sonra imza edir. Çox vaxt ərizəyə müdafiəçi də imza edir. Çox vaxt gecə saatlarda polis şöbəsinin dəftərxanası açıq olmadığı üçün ərizə səhəri gün qeydiyyata salınır. Ərizə tərtib olunanda müdafiəçinin şübhəli şəxsin yanında olub-olmaması xatirində qalmamışdır. İlk olaraq şəxsdən ərizə alırlar, sonra isə müdafiəçi gəlir. Müdafiəçi sonradan ərizə ilə tanış olur və imza edir. Büronun rəhbərinə deyil, növbətçi müdafiəçinin özünə zəng etdikləri hallar olur. Hadisə baş verən gün müdafiəçi Nəzmi Qasımova zəng etdiyini güman edir, lakin dəqiq xatırlamır. Göyçay Rayon Vəkil Bürosunun müdiri ilə danışması və sonuncunun məsələni müdafiəçi Nəzmi Qasımova yönləndirməsi halının olmasını güman edir. Ərizə ilə tanış olmasına dair qeydləri müdafiəçi özü etməli idi. Müdafiəçi ona vəkil orderi təqdim edir. Müdafiəçi vəkil orderini sənədləşmədən sonra təqdim edir. Vəkil orderi təqdim etməyən müdafiəçi ilə prosessual hərəkət aparmaq hüququ yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## ###### 2024-cü il tarixli raportdan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs Göyçay rayonunun Bığır kəndinin ərazisinə gələrək oradan qanunsuz olaraq narkotik vasitələri və odlu silahı aparması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə ## ###### 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ## ###### 2024-cü il raportdan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və odlu silahı saxlaması və gəzdirməsi şübhəsi ilə həmin tarixdə saat 22:20-də Göyçay rayonunun Bığır kəndinin ərazisində saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında ## ###### 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış, bu zaman ona məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş və mobil telefonda quraşdırılan “WhatsApp” tətbiqində onun “Həci” adlandırdığı İran İslam Respublikasının vətəndaşı ilə aralarında aparılmış səs yazılarının olması müəyyən olunmuş, ardınca isə əlində olan qara rəngli sellofaya baxış keçirilərkən qeyd olunan torbanın içərisindən ayrı-ayrı sellofan torbalarda narkotik vasitələrə bənzər kütlələr, üzərində “tramadol” və “metodon 40” yazısı olan həblər, 01 ədəd silah, 01 ədəd həmin silahın darağı və 30 ədəd patron aşkar edilib götürülmüşdür. Şəxsi axtarışın və götürmənin aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının və məhkəmə-bioloji ekspertizasının ## ###### 2024- cü il tarixli **/** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr və dərman həbləri.” sözləri yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki digər 01 (bir) ədəd sintetik kisənin içərisində olan 02 (iki) ədəd sellofan torbada, ayrı-ayrılıqda təmiz çəkiləri 2355,0 qram və 2270,0 qram olmaqla, ümumi çəkisi 4625,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 (bir) ədəd sellofan paketdə, təmiz çəkisi 1000,0 qram olan maddə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qatranıdır. 05 (beş) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 465,0 qram, 460,0 qram, 500,0 qram, 330,0 qram və 500,0 qram olmaqla, ümumi çəkisi 2255,0 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd selofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə fərqlidirlər. Tədqiqata təqdim edilmiş 05 (beş) ədəd sellofan torbada olan tiryəklər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının ## ###### 2024-cü il tarixli **/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ******* nömrəli silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1983-cü ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 30 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında ## ###### 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 228.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında ## ###### 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmişdir. Həmin mobil telefonda quraşdırılan “WhatsApp” tətbiqində narkotik vasitələri əldə etdiyi adı “Həci S” kimi qeyd olunan +98 938 261 5460 mobil telefon nömrəsinin sahibi olan İran İslam Respublikasının vətəndaşı ilə əlaqə yaratdığı mesajlaşmalar və səs yazıları vardır. Baxış keçirilən zaman adı “Həci S” kimi qeyd olunan şəxs Göyçay rayonunun ərazində qoyduğu narkotik vasitələrin və odlu silahın olduğu yerin məkanını, həmin narkotik vasitənin və odlu silahın olduğu qara rəngli sellofan torbanın və qeyd olunan torbanın dibinə qoyulduğu ağacın, göstərilən ağacın yaxınlığında olan yol nişanının fotoşəkillərini Təqsirləndirilən şəxs göndərməsi, eləcə də aralarında bu mövzuda kifayət qədər mesajlar və səs yazılarının olması aşkar edilmişdir. Həmin səs yazılarında Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olan tanışı Həci adlı şəxsə məlumat verərək Bakı şəhərindən Göyçay rayonuna gəlməsi, diqqət çəkməmək üçün Həci adlı şəxsin ona narkotik vasitənin və odlu silahın qoyulduğu yerin məkanını və fotoşəkillərini göndərdiyi yerə piyada hərəkət etməsi və Həci adlı şəxsin həmin yeri Təqsirləndirilən şəxs izah etməsi aydın şəkildə eşidilir. Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olan tanışı Həci adlı şəxsə saat 21:46-də qeyd olunan yerə çataraq oraya dönməsini deməsi, saat 22:15-də isə göstərilən ərazidə narkotik vasitəni axtarması müəyyən olunur. Narkotik vasitəni tapdıqdan sonra polis əməkdaşları tərəfindən saat 22:20-də saxlanıldığı üçün həmin vaxtdan sonra Təqsirləndirilən şəxs aid səs yazılarının olmadığı, artıq saat 22:43-dən sonra səs yazılarının ancaq İran İslam Respublikasının vətəndaşına aid olması müəyyən edilmişdir. Həmin məlumatlar cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən “İphone 13 pro” markalı mobil telefonla videolentə alınıb 01 ədəd CD diskə köçürülərək və fotoşəkilləri çıxarılaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında ## ###### 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında ## ###### 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan *** ***-**-** mobil telefon nömrəsinə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş diskə həmin tarixdə baxış keçirilmişdir. Qeyd olunan mobil telefon nömrəsi ## ###### 2024-cü il tarixdə saat 19:59-da və saat 20:05də “Goycay sh., Azercell Express” anten əhatə dairəsində olan zaman *** ***-**-** mobil telefon nömrəsi ilə müvafiq olaraq 102 və 33 saniyə danışıqlar aparılmış, saat 20:58-də isə “Goycay r-nu, Bigir kendi” anten əhatə dairəsində olan zaman *** ***-**-** mobil telefon nömrəsi ilə 78 saniyə danışıq aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş ## #### 2024-cü il tarixli 3-13-11/2-3080/2024 məktubdan görünür ki, təqdim edilmiş 01 ədəd 5.45 mm kalibrli, ******** nömrəli Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “Güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının ## #### 2024-cü il tarixli *-**-**/*-*/**** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Ekspert Rəyi 17/72....” yazılar və imza olan 01 ədəd Mərkəzə məxsus qəhvəyi rəngli kağız paketdə 01 ədəd sellofan torbada 19 (on doqquz) ədəd üzərində “Methadone 40” yazılan konvalyutda, hər konvalyutda 10 ədəd həb olmaqla, ümumilikdə 190 ədəd üzərində “F/M40” yazılan qəhvəyi rəngli, dairəvi formalı həb sintetik narkotik vasitə metadondur. Ümumi sayı 190 ədəd həbin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 7,6 qramdır. Tədqiqata təqdim edilmiş “Ekspert rəyi 17/72....” yazılar və imza olan 01 ədəd Mərkəzə məxsus qəhvəyi rəngli kağız paketdə 01 ədəd sellofan torbada üzərində “Tymol-X 225 mg tramadol” yazılan 14 (on dörd) ədəd bütöv və 01 (bir) ədəd konvalyut kəsiyində, hər konvalyutda 10 ədəd həb-konvalyut kəsiyində 06 ədəd həb olmaqla, ümumilikdə 146 ədəd üzərində “225” yazılan ağ rəngli, dairəvi formalı həb və 05 ədəd üzərində “Namadol 225 mg tramadol” yazılan konvalyutda, hər konvalyutda 10 ədəd həb olmaqla, ümumilikdə 50 ədəd qırmızı rəngli üzərində “225” yazılan dairəvi formalı həb güclü təsir edən maddə tramadoldur. Təqdim olunmuş 196 (yüz doxsan altı) ədəd həbin tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 44,10 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair ## ##### 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhərindən Göyçay rayonuna gəlib külli miqdarda narkotik vasitələri və odlu silahı satış məqsədilə aparmaq üçün gəlməsi müəyyən olunmuş, lakin +989382615460 mobil telefon nömrəsi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən mobil operatorlara aid olmadığına görə həmin mobil telefon nömrəsinin sahibi Həci adlı İran İslam Respublikasının vətəndaşının şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət əməlinin tövsif edilməsi haqqında ## ##### 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə əməl CM-in 228.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında ## ##### 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin, külli miqdarda güclü təsir edən malların, odlu silahın, onun komplekt hissəsinin və patronların mənbəyinin, habelə Həci adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün həmin tarixdə cinayət işinin materiallarından CM-in 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında ## ##### 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-fonoskopik ekspertizasının ## ### 2024-cü il tarixli *-**-**/*-*/*** nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “BİNGO” markalı DVD-R diskdə olan videofonoqramlar yazılışından sonra kadrdaxili və kadrlararası montaj yolu ilə və ya təkraryazma zamanı deyil, ilkin yazılış zamanı qeydə alınmışdır. Ekspertizaya təqdim olunmuş 01 ədəd “BİNGO” markalı DVD-R diskdə olan videoyazılarda montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 01 ədəd “BİNGO” markalı DVD-R diskdə olan videofonoqramlardakı görüntülər “Panasonic FULL HD” markalı video-aparatın yazma funksiyası vasitəsilə qeydə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında ## #### 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 228.2.1, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittiham həmin tarixdə qüvvəsində saxlanılmış və barəsində CM-in 206.3.2 və 234.4.4cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Məhkəməsindən daxil olmuş ## ###### 2025-ci il tarixli *-***/*-**/**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar qanuniliyinin yoxlanılması ilə əlaqədar təqdim olunmamış və bu barədə məhkəmə qərarı çıxarılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Polis Şöbəsindən daxil olmuş ## #### 2025-ci il tarixli ****-****/**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı əməliyyatqeydiyyat işi olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “xxxx” publik hüquqi şəxsdən daxil olmuş ## #### 2025-ci il tarixli **-*-**/*-***/**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdən ## ###### 2024cü il tarixədək hər hansı diaqnozla həmin xəstəxanada müayinə və müalicə olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Respublika Təcili və X19 Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş ## #### 2025-ci il tarixli **-*-**/*-****/**** nömrəli məktubdan görünür ki, həmin mərkəzin Göyçay Təcili və X19 Bölməsi üzrə Mərkəzi Çağrı Xidmətinə (103) vətəndaş Təqsirləndirilən şəxs adına və Göyçay Rayon Polis Şöbəsinə çağırış daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş ## #### 2025-ci il tarixli *-**-**/*-****/**** nömrəli məktubdan görünür ki, mərkəzdə ekspertizası aparılan tədqiqat obyektlərinin seriya nişanlarının xüsusi qeydiyat sistemi mövcud deyildir və bu cür məlumatlar yazlnız verilən ekspert rəylərində əks olunur. Qanunvericiliyə uyğun olaraq arxivdə saxlanılan ekspert rəylərinin surətləri və ekspertizaların qeydiyyatı kitablarında adı çəkilən silahla bağlı məlumat əldə olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus olan *** ***-**-** mobil telefon nömrəsinə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş məlumatlardan görünür ki, həmin mobil telefon nömrəsi ## ###### 2024-cü il tarixdə “LSVN1416O4/ LSVN1416 Goychay_ATC/ Göyçay şəhəri., Əli Kərim küçəsi, X27/ Goychay/ (40.65106/47.73992)”, “USVN6182C/ USVN6182 Guest-House/ Göyçay şəhəri, H.Əliyev prospekti 84, 200 metr şərqə/ Goychay/ (40.65955/47.74695)”, “USVN3336A/ USVN3336 Goychay_new/ Göyçay şəhəri, Şirvani küçəsi ev 2, Nar Hotelin arxası/ Goychay/ (40.64254/47.73012)”, “LSVN3060O3/ LSVN3060 Konyak Zavod/ Göyçay rayonu, Atatürk küçəsi 17/ Goychay/ (40.65166/47.75138)”, “LSVN1693O3/ LSVN1693 Goychay Olimpiya/ Göyçay şəhəri, Natəvan küçəsi 2A, X12/ Goychay/ (40.63728/47.76072)”, “USVN1972D/ USVN1972 Zeynab_Shadlig_S/ Göyçay şəhəri, Nizami küçəsi ilə Vaqif küçəsinin kəsişən ərazisinin cənubi-şərq tərəfində yerləşən şadlıq evinin damı/ Goychay/ (40.64104/47.74451)” və “LSVN1972O4/ LSVN1972 Zeynab_Shadlig_S// Goychay/ (40.64104/47.74451)” anten əhatə dairələrində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göyçay Rayon Vəkil Bürosundən daxil olmuş ## ####### 2025-ci il tarixli ***/**** nömrəli məktubdan görünür ki, ## ###### 2024-cü il və ## ###### 2024-cü il tarixlərdə həmin vəkil bürosunda növbətçi vəkil Məmmədov İlkin Allahverdi oğlu olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Respublika Təcili və X19 Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş “Çağırış jurnalı”ndan görünür ki, həmin mərkəzin Göyçay Təcili və X19 Bölməsi üzrə Mərkəzi Çağrı Xidmətinə (103) vətəndaş Təqsirləndirilən şəxs adına çağırış daxil olmamışdır Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş anten dairəsinə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş məlumatlardan görünür ki, Göyçay şəhəri, Bakı küçəsi “LSVN1416O4/ LSVN1416 Goychay_ATC/ Göyçay şəhəri., Əli Kərim küçəsi, X27/ Goychay/ (40.65106/47.73992)”, “USVN6182C/ USVN6182 Guest-House/ Göyçay şəhəri, H.Əliyev prospekti 84, 200 metr şərqə/ Goychay/ (40.65955/47.74695)”, “USVN3336A/ USVN3336 Goychay_new/ Göyçay şəhəri, Şirvani küçəsi ev 2, Nar Hotelin arxası/ Goychay/ (40.64254/47.73012)” və “LSVN3060O3/ LSVN3060 Konyak Zavod/ Göyçay rayonu, Atatürk küçəsi 17/ Goychay/ (40.65166/47.75138)” anten dairələrində yerləşir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş anten dairəsinə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş məlumatlardan görünür ki, Göyçay Rayon Polis Şöbəsi “LSVN1693O3/ LSVN1693 Goychay Olimpiya/ Göyçay şəhəri, Natəvan küçəsi 2A, X12/ Goychay/ (40.63728/47.76072)”, “USVN6182C/ USVN6182 Guest-House/ Göyçay şəhəri, H.Əliyev prospekti 84, 200 metr şərqə/ Goychay/ (40.65955/47.74695)”, “USVN3336A/ USVN3336 Goychay_new/ Göyçay şəhəri, Şirvani küçəsi ev 2, Nar Hotelin arxası/ Goychay/ (40.64254/47.73012)” və “LSVN3060O3/ LSVN3060 Konyak Zavod/ Göyçay rayonu, Atatürk küçəsi 17/ Goychay/ (40.65166/47.75138)” anten dairələrində yerləşir. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu nəticəyə aşağıda göstərilən əsaslarla gəlmişdir. Belə ki, apellyasiya şikayətinin birinci dəlili kimi hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs barəsində çıxarılmış ittiham hökmünün maddi və prosessual hüquq normalarının pozulması, işin tam, hərtərəfli və obyektiv araşdırılmaması, təqsirləndirilən şəxsin cinayətə təhrik edilməsi və müdafiə hüququnun pozulması nəticəsində çıxarıldığı iddia edilmiş, lakin həmin dəlillər konkret sübut və prosessual faktlarla əsaslandırılmamışdır. İlk növbədə qeyd edilməlidir ki, CPM-in 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Deməli, ittiham hökmünün çıxarılması üçün əsas məhkəmənin subyektiv mülahizəsi deyil, məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusunun şəxsin təqsirini müəyyən etməyə imkan verməsidir. Müdafiəçinin Təqsirləndirilən şəxs cinayətə təhrik edilməsi barədə iddiası da konkret faktiki və hüquqi əsaslarla təsdiq edilmədiyi halda hökmün ləğvi üçün müstəqil əsas hesab edilə bilməz. Belə ki, cinayət prosesində hər hansı şəxsin təhrik edilməsi barədə iddianın hüquqi nəticə doğurması üçün yalnız belə ifadənin səsləndirilməsi kifayət deyil. Təhrikin konkret olaraq kim tərəfindən, hansı hərəkətlərlə, hansı şəraitdə və cinayətin törədilməsinə necə səbəb olması sübut edilməlidir. Müdafiə tərəfinin şikayətində isə təhrikin konkret məzmunu, bunu təsdiq edən sübutlar göstərilməmişdir. Bu baxımdan “cinayətə təhrik edilmişdir” iddiası konkret sübutlarla təsdiqlənmədiyi üçün yalnız müdafiə tərəfinin arqumenti olaraq qiymətləndirilməlidir. Digər tərəfdən müdafiə tərəfinin göstərdiyi digər dəlili məhkəmə qiymətləndirərək hesab edir ki, ibtidai araşdırma mərhələsində verilmiş ifadələrə istinad edilməsi birbaşa olaraq prosessual pozuntu demək deyil. Əsas məsələ həmin ifadələrin hansı hüquqi əsasla sübut kimi qəbul edilməsi, məhkəmədə elan olunması və digər sübutlarla birlikdə qiymətləndirilməsidir. Əgər məhkəmə yalnız ibtidai istintaqda verilmiş ifadələrə deyil, həmçinin məhkəmə iclasında araşdırılmış digər sübutlara, ekspert rəylərinə, sənədlərə, maddi sübutlara və şahid ifadələrinə istinad edibsə, “məhkəmə araşdırmalarına deyil, yalnız ibtidai istintaq materiallarına istinad olunmuşdur” iddiası faktiki baxımdan da əsassız ola bilər. Belə ki, CPM-in 124.2-ci maddəsinə əsasən, cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri;, ekspert rəyi, maddi sübutlar, elektron formada sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər. Həmçinin, CPM-in 125.2.23-cü maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Müdafiə tərəfi apellyasiya şikayətində müdafiə hüququnun pozulduğu iddiasına gəldikdə məhkəmə kollegiyası bu dəlillə razılaşmır. Belə ki, apellyasiya şikayətində konkret olaraq hansı müdafiə hüququnun, hansı prosessual hərəkətlə və hansı mərhələdə pozulduğu göstərilməmişdir. Ümumi şəkildə “müdafiə hüququ pozulmuşdur” demək hökmün qanunsuzluğunu birbaşa olaraq əsaslandırmır. Müdafiə tərəfinin Şəki Ağır Cinayətlər Məhkəməsinin bütün tərkibinə edilmiş etirazın həmin məhkəmə tərəfindən müzakirə edilməsinin prosessual qanunvericiliyin tələblərinə zidd olması və belə etiraza yalnız apellyasiya instansiyası hakiminin baxmalı olması barədə dəlili əsassızdır. CPM-in 109.1-ci maddəsinə əsasən, hakimə edilən etiraz əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda, həmin etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Lakin həmin normanın tətbiqi üçün etirazın həqiqətən CPM-in 109-cu maddəsində nəzərdə tutulan hər bir hakimə və ya məhkəmə tərkibinin bütün hakimlərinə qarşı konkret və qanuni əsaslarla edilmiş etiraz olması müəyyən edilməlidir. Ali Məhkəmənin “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi” haqqında Plenum qərarının 5.3-cü bəndində də məhkəmənin bütün hakimlərinə və ya məhkəmə tərkiblərinə etiraz edildikdə etirazın əsaslarının konkret göstərilməsinin zəruriliyi qeyd edilmişdir. Müdafiə tərəfinin təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində müdafiə hüququnun pozulması, dövlət hesabına təyin edilmiş müdafiəçinin öz vəzifələrini formal şəkildə həyata keçirməsi, habelə təqsirləndirilən şəxsin işgəncəyə məruz qalması və cinayət törətməyə təhrik edilməsi barədə dəlilləri iş materialları və cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından qiymətləndirilməlidir. CPM-in 19.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Bununla yanaşı, müdafiə hüququnun pozulması barədə nəticəyə gəlmək üçün yalnız müdafiəçinin fəaliyyəti ilə bağlı ümumi mülahizələrin irəli sürülməsi deyil, konkret prosessual hərəkətin və ya hərəkətsizliyin hansı hüquq normasını pozduğunun və bunun cinayət işi üzrə nəticəyə necə təsir etdiyinin müəyyən edilməsi zəruridir. CPM-in 92.1-ci maddəsinə əsasən, cinayət prosesində müdafiəçi qismində yalnız Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququna malik olan vəkil iştirak edə bilər. Müdafiəçi şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti və onun iştirakı ilə baxılan cinayət işinin xarakteri ilə eyniləşdirilə bilməz. üdafiəçinin prosesdə iştirak etməsi onun müdafiə etdiyi şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsinə yönəlmiş prosessual fəaliyyət göstərməsi üçün hüquqi təminat yaradır. Lakin müdafiəçinin hər hansı konkret vəsatət verməməsi, yaxud müdafiə tərəfinin gözlədiyi bütün prosessual hərəkətləri həyata keçirməməsi birbaşa olaraq müdafiə hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Müdafiəçinin fəaliyyəti onun prosessual statusundan irəli gələn hüquqlardan istifadə etməsi və müdafiə etdiyi şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsinə yönəlməsi ilə müəyyən olunur. Buna görə də müdafiəçinin sözügedən iş üzrə fəaliyyətinin qanuniliyinə qiymət verilərkən yalnız onun neçə dəfə təqsirləndirilən şəxslə görüşməsi və ya neçə vəsatət verməsi deyil, cinayət prosesinin konkret mərhələlərində onun iştirakı, prosessual hərəkətlərdə iştirak imkanları və müdafiə etdiyi şəxsin hüquqlarının həyata keçirilməsi üçün real imkanların olub-olmaması nəzərə alınmalıdır. İş materiallarından müəyyən edilir ki, vəkil müvafiq order əsasında prosesə buraxılmış, təqsirləndirilən şəxsin iştirakı ilə prosessual hərəkətlərdə iştirak etmiş, sənədlərlə tanış olmuş və qanunla ona verilmiş prosessual hüquqlardan istifadə etmək imkanı əldə etmişdir, müdafiə tərəfinin apellyasiya şikayətində qeyd etdiyi kimi yalnız vəsatətlərin verilməməsi faktına əsasən müdafiənin ümumiyyətlə həyata keçirilmədiyi nəticəsinə gəlmək mümkün deyildir. Müdafiə tərəfinin istintaq orqanlarının təqsirləndirilən şəxsə işgəncə verməsi barədə iddiası da konkret sübutlarla təsdiq edilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Belə bir iddianın irəli sürülməsi həmin iddianın özünü birbaşa olaraq müəyyən edilmiş fakt halına gətirmir. Eyni qaydada, təqsirləndirilən şəxsin cinayət törətməyə təhrik edilməsi barədə iddia da konkret faktiki hallar və mötəbər sübutlarla təsdiq olunmalıdır. Cinayət təqibini həyata keçirən şəxslərin qanunsuz təhrikdən istifadə etməsi barədə nəticə yalnız bu barədə konkret məlumatların və həmin məlumatları təsdiq edən sübutların mövcudluğu əsasında çıxarıla bilər. Məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi zamanı CPM-in 144-cü maddəsinin tələblərinə riayət olunmalı, belə ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Buna görə də müdafiə tərəfinin istintaq zamanı yol verildiyini iddia etdiyi pozuntular barədə təqdim etdiyi məlumatların digər sübutlarla uyğunluğu və mötəbərliyi ayrıca qiymətləndirilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsindən də görünür ki, o, hadisədən uzun müddət keçməsi səbəbindən bir sıra halları dəqiq xatırlamadığını bildirmişdir. O, vəkil Mətanət Həsənovanın hansı telefon nömrəsindən onunla əlaqə saxladığını, polis şöbəsinə hansı tarixdə dəvət olunduğunu, İlkin Məmmədovun həmin gün xəstəxanada müalicə olunub-olunmadığını və digər bir sıra halları xatırlamadığını ifadə etmişdir. Bu halda şahidin dəqiq xatırlamadığı hallar barədə sonradan nəticə çıxarılması üçün həmin halları təsdiq edən digər obyektiv sübutların mövcudluğu tələb olunur. Təkcə şahidin müəyyən halları xatırlamaması həmin halların baş vermədiyini və ya əksinə, baş verdiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Həmçinin müdafiə tərəfinin apellyasiya şikayətində qeyd etdiyi “həmin gün dövlət hesabına müdafiə etməli olan vəkillər sırasında Mətanət Həsənovanın adının olmaması” barədə dəlili də müvafiq sənədlərlə təsdiq edilməlidir. Belə sənədlər təqdim edilmədiyi və ya həmin hal iş materialları ilə təsdiq olunmadığı halda yalnız şahidin ifadəsindəki qeyri-müəyyənlik əsasında onun prosesdə iştirakının hüquqi statusu barədə qəti nəticə çıxarmaq olmaz. Bununla yanaşı vəkilin gecə saat 02:00 radələrində order götürməsi və sonradan polis şöbəsinə getməsi faktı da özlüyündə həmin vəkilin prosessual iştirakını qanunsuz etmir. Burada əsas məsələ orderin qanuni əsasının, onun verilmə vaxtının, vəkilin hansı prosessual statusla prosesə buraxılmasının və konkret istintaq hərəkətində iştirakının CPMin tələblərinə uyğun olub-olmamasının müəyyən edilməsidir. Müdafiə tərəfinin “vəkil şübhəli şəxslə görüşmədən müdafiəni həyata keçirə bilməzdi” arqumentinə gəldikdə isə, bu məsələ də konkret prosessual hərəkətlər və onların keçirilmə şəraiti əsasında qiymətləndirilməlidir. Vəkilin müdafiə etdiyi şəxslə görüşünün olubolmaması ilə bağlı ziddiyyətli məlumatlar mövcuddursa, həmin məsələ order, protokollar, qeydiyyat məlumatları və digər sübutlar əsasında müəyyən edilməlidir. Nəticə olaraq, müdafiə tərəfinin müdafiə hüququnun formal olaraq təmin edilməsi barədə iddiasının hüquqi nəticə doğurması üçün konkret olaraq müəyyən edilməlidir ki, təqsirləndirilən şəxsin hansı prosessual hüququndan istifadə etməsinə faktiki imkan verilməmiş, hansı müdafiə təminatı pozulmuş və həmin pozuntu hansı konkret sübutun əldə edilməsinə və ya hökmün nəticəsinə təsir etmişdir. Müdafiə tərəfinin X2 məhkəmə istintaqı zamanı verdiyi ifadənin məhkəmə tərəfindən uydurularaq hökmə daxil edilməsi, şahidin yalnız gümanlara əsaslanması və məhkəmənin həmin halları araşdırmaması barədə dəlili əsassızdır. Belə ki, şahidin birinci instansiya məhkəməsində ifadəsinə əsasən, məlum olur ki, faktla bağlı halları dəqiq xatırlamır, lakin bu, həmin şəxsin ümumiyyətlə ifadəsinin sübut əhəmiyyətini birbaşa olaraq aradan qaldırmır. Belə ki, CPM-in 95.1-ci maddəsinə əsasən, iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. Məhkəmə hesab edir ki, bu baxımdan şahidin hər hansı faktı dəqiq xatırlamaması həmin faktın baş vermədiyini təsdiq etmir. Lakin şahidin konkret faktı güman etdiyini bildirməsi də həmin ehtimalın özlüyündə müəyyən edilmiş fakt kimi qəbul edilməsinə əsas verə bilməz. Buna görə məhkəmə şahidin ifadəsini digər sübutlarla müqayisə etməli və yalnız həmin sübutların məcmusu ilə təsdiqlənən hallara hüquqi qiymət verməlidir. Beləliklə, müdafiə tərəfinin apellyasiya şikyətində qeyd etdiyi kimi, hökmün şahidin xatırlamalarına əsaslanmasına dair iddiası əsassızdır. Müdafiə tərəfinin əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların sübut kimi qəbul edilməsinin qanunsuz olması barədə dəlili əsassızdır. Müdafiə tərəfi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli Qərarına istinad edərək bildirir ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar cinayət işi üzrə sübut kimi istifadə edilməzdən əvvəl həmin tədbirin keçirilməsinə əsasların olub-olmaması da daxil olmaqla, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, həmin hüquqi mövqenin tətbiqi üçün ilk növbədə konkret əməliyyat-axtarış tədbirinin hansı qaydada keçirildiyi, hansı qərara əsaslandığı müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2015-ci il tarixli qərarının 2-ci bəndinə əsasən, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Müdafiə tərəfinin apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2009-cu il tarixli Qərarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Xudobin Rusiyaya qarşı”, “Klass və başqaları Almaniyaya qarşı” və “Lüdi İsveçrəyə qarşı” işləri üzrə qərarlarına istinad etməklə məhkəmə nəzarətinin əhəmiyyətini vurğulaması özlüyündə mübahisə doğurmur. Lakin həmin qərarlardan hazırkı cinayət işi üzrə konkret prosessual pozuntunun və ya əməliyyat-axtarış materiallarının birbaşa olaraq yolverilməzliyinin nəticəsi çıxmır. Başqa sözlə, müdafiə tərəfinin istinad etdiyi hüquqi mövqe ümumi hüquqi xarakter daşıyır və onun tətbiqi üçün konkret cinayət işi üzrə hansı prosessual hərəkətin və ya qərarın qanunsuz olduğunu, hansı hüququn pozulduğunu və həmin pozuntunun sübutların əldə edilməsinə və ya təqsirləndirilən şəxsin müdafiə hüququna necə təsir etdiyini müəyyən etmək zəruridir. Məhkəmə nəzarətinin məqsədi cinayət təqibi orqanlarının bütün hərəkətlərinin birbaşa olaraq qanunsuz hesab edilməsi deyil. Əksinə, məhkəmə nəzarəti tətbiq edilən prosessual təminatların mövcudluğunun yoxlanılmasına xidmət edir. Müdafiə tərəfinin video görüntüləri əks etdirən diskin yaradılma tarixinin ## ###### 2024-cü il saat 19-40-58 olmasına, video çəkilişinin isə ## ###### 2024-cü il saat 11:15-də aparılmasına istinad edərək şəxsi axtarış və götürmənin məhz ## ###### 2024-cü il saat 11:15-də keçirildiyini bildirməsi mötəbər və qəti nəticə kimi qəbul edilə bilməz. Əvvəla, elektron daşıyıcıda faylın və ya diskin yaradılma tarixi ilə həmin faylda əks olunan hadisənin faktiki başvermə və ya çəkiliş vaxtı eyni anlayış deyildir. Faylın yaradılması, diskə köçürülməsi, yazılması, sonradan diskə əlavə edilməsi və videonun faktiki olaraq çəkilməsi müxtəlif vaxtlarda baş verə bilər. Bu səbəbdən yalnız diskin fayl sistemində əks olunan “yaradılma tarixi” göstəricisinə əsaslanaraq video görüntülərinin hansı tarixdə və hansı saatda çəkildiyi barədə qəti nəticəyə gəlmək mümkün deyildir. Beləliklə, diskin yaradılma tarixinin ## ###### 2024-cü il saat 19-40-58 kimi göstərilməsi ilə video çəkilişinin ## ###### 2024-cü il saat 11:15-də aparılması barədə məlumat arasında fərq olması özlüyündə videonun saxtalaşdırıldığını, şəxsi axtarış və götürmənin başqa vaxtda keçirildiyini və ya protokolda göstərilən məlumatların həqiqətə uyğun olmadığını qəti şəkildə təsdiq etmir. Müdafiə tərəfinin təqsirləndirilən şəxsin cinayətə təhrik edilməsi, hadisə yerinə yönləndirilməsi və bu xüsusatları təsdiq edən şəxsin məhkəmə iclasında dindirilməməsi barədə dəlilləri özlüyündə təqsirləndirilən şəxsin təqsirsizliyini və ya cinayət təqibinin qanunsuz aparıldığını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Müdafiə tərəfi bildirir ki, Təqsirləndirilən şəxs Hüvsan qəsəbəsindən Bığırlı kəndinə gətirilməsi, narkotik maddənin yerləşdiyi ərazinin telefon vasitəsilə ona göndərilməsi və özünü iranlı kimi təqdim edən şəxsin vasitəsilə onun hadisə yerinə yönləndirilməsi cinayətə təhrik etmə üsulunu təşkil etmişdir. Lakin şəxsin cinayət əməlinə təhrik edilməsi barədə nəticəyə gəlmək üçün yalnız şəxsin hadisə yerinə gəlməsi və ya digər şəxsdən müəyyən məlumat alması kifayət etmir. Cinayətə təhrik — başqa şəxsi cinayət törətməyə qəsdən sövq etmək, həvəsləndirmək və ya inandırmaq deməkdir. Məhkəmə hesab edir ki, təhrikdən söhbət gedə bilməsi üçün kənar şəxsin təsiri nəticəsində şəxsdə əvvəllər mövcud olmayan cinayət niyyətinin yaradılması və həmin təsirin cinayətin törədilməsində həlledici rol oynaması müəyyən edilməlidir. Digər tərəfdən, müdafiə tərəfinin qeyd etdiyi digər məsələ, narkotik maddənin yerləşdiyi yer barədə məlumatın telefon vasitəsilə göndərilməsi də özlüyündə cinayətə təhrik faktını təsdiq etmir. Müdafiə tərəfinin apellyasiya şikayətində məhkəmənin Respublika Təcili və X19 Mərkəzi publik hüquqi şəxsin direktoruna müraciət edərək X8 məhkəmə iclasına şahid qismində çağırılmasını istəməsinə, lakin onun məhkəmə iclasında dindirilməsinin təmin edilməməsinə dair qeyd etdiyi hallar məhkəmə hökmünün qanuniliyini və əsaslılığını şübhə altına alan hal kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmənin müəyyən şəxsin şahid qismində məhkəmə iclasına çağırılması üçün həmin şəxsin işlədiyi müəssisəyə məktub göndərməsi öz-özlüyündə həmin şahidin ifadəsinin iş üzrə mütləq şəkildə alınmalı və hökmün əsasına qoyulmalı olan sübut olması anlamına gəlmir. Şəxsin şahid qismində çağırılması onun iş üzrə əhəmiyyət kəsb edən hallardan xəbərdar olması ehtimalı ilə bağlı prosessual tədbir olmaqla, həmin şəxsin ifadəsinin hökm üçün həlledici əhəmiyyət daşıdığını təsdiq etmir. Eyni zamanda, həmin şəxsin dindirilməməsi nəticəsində müdafiə tərəfinin hansı konkret sübutu təqdim etmək və ya hansı konkret halı sübuta yetirmək imkanından məhrum olduğu da əsaslandırılmamışdır. Məhkəmə müdafiə tərəfinin apellyasiya şikayətindəki digər dəlilinə münasibətdə bildirir ki, Təqsirləndirilən şəxs adından tərtib edilmiş ərizənin ##.##.2024-cü il tarixində yazılması, həmin sənədin isə ##.##.2024-cü il tarixində qeydiyyata alınması faktı öz-özlüyündə həmin sənədin saxta və ya hüquqi qüvvəsiz olduğunu göstərmir. Sənədin tərtib edildiyi tarix ilə onun qeydiyyata alındığı tarix arasında fərqin olması mümkündür. İkincisi, ərizənin üzərində Təqsirləndirilən şəxs və vəkil X4 imzalarının yerləşməsi faktı da birbaşa olaraq Qasımov Nəzminin həmin anda müdafiəçi qismində qanunsuz iştirak etdiyini sübut etmir. CPM-in 92.1ci maddəsinə əsasən, cinayət prosesində müdafiəçi qismində yalnız Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququna malik olan vəkil iştirak edə bilər. Buna görə də müdafiə tərəfinin yalnız ərizənin üzərindəki imza ardıcıllığına əsaslanaraq vəkil Qasımov Nəzminin həmin vaxt prosesdə iştirak edə bilməyəcəyini ifadə etməsi əsaslandırılmış nəticə sayıla bilməz. Müdafiə tərəfinin X9 Rayon Polis Şöbəsində olub-olmamasının müəyyən edilməsi məqsədilə giriş-çıxış jurnalının tələb olunması barədə vəsatətinin özü də nəticə etibarilə yalnız faktın yoxlanılmasına yönəlmiş sübutetmə vasitəsidir. Məhkəmə hesab edir ki, jurnalda vəkilin adının olmaması müəyyən fakt üçün əhəmiyyətli ola bilər, lakin bu hal birbaşa olaraq Qasımov Nəzminin prosesdə iştirak etmədiyini və ya onun imzasının sənədə sonradan əlavə edildiyini qəti şəkildə sübut etmir. Eyni qaydada, jurnalda adının olması da onun bütün prosessual hərəkətlərdə iştirak etdiyini birbaşa təsdiqləmir. Digər tərəfdən müdafiə tərəfinin AİHM-in “Assenov və digərləri Bolqarıstana qarşı” və “Aksoy Türkiyəyə qarşı” işlərinə istinadı da onun irəli sürdüyü nəticəni təsdiq etmir. Belə ki, müdafiə tərəfinin istinad etdiyi AİHM-in “Assenov və digərləri Bolqarıstana qarşı” və “Aksoy Türkiyəyə qarşı” işlərinə istinadı da onun irəli sürdüyü nəticəni təsdiq etmir. AİHM-in “Assenov” işində formalaşdırdığı prinsip ondan ibarətdir ki, polis və ya digər dövlət nümayəndələri tərəfindən Konvensiyanın 3-cü maddəsinə zidd pis rəftar barədə əsaslandırılmış iddia irəli sürüldükdə dövlət effektiv rəsmi araşdırma aparmalıdır. Nəticə olaraq, məhkəmə hesab edir ki, müdafiə tərəfinin Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə sübutların CPM-in tələbləri pozulmaqla əldə edilməsi və bu səbəbdən təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması barədə dəlilləri ilə razılaşmaq mümkün deyildir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin heç bir dəlili birinci instansiya məhkəməsinin hökmünün qanunsuz və ya əsassız hesab edilməsi üçün kifayət etmir, bu səbəbdən Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə həmçinin birinci instansiya məhkəməsini tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibət bildirməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza CM-in tələblərinə tam uyğun olmaqla ədalətlidir və onun yüngülləşdirilməsi üçün heç bir qanuni əsas mövcud deyildir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə mütənasib olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3cü maddələrinin tələblərinə görə isə cəza təyin edilərkən Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hədlər, törədilmiş əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hazırkı iş üzrə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllər külli miqdarda narkotik vasitələrin (ümumi çəkisi 7880 qramdan artıq) və külli miqdarda güclü təsir edən maddələrin qanunsuz əldə edilməsi və daşınması, habelə odlu silahın, onun komplekt hissəsinin və döyüş sursatının qanunsuz əldə edilib daşınması CM-in Xüsusi hissəsinin ağır və xüsusilə ağır cinayət kateqoriyalarına aid edilən maddələri ilə tövsif olunmuşdur. Əməllərin ictimai təhlükəlilik dərəcəsi narkotik vasitələrin miqdarının həddindən artıq yüksək olması, əldə edilmiş odlu silahın döyüş sursatı ilə birlikdə əlində saxlanılması və bu əməllərin əvvəlcədən planlaşdırılmış, məqsədyönlü xarakter daşıması ilə şərtlənir. Məhkəmə həmçinin nəzərə alır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər də CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmiş, həmin cəzasının çəkilməmiş hissəsini şərti olaraq vaxtından əvvəl azad edilməklə çəkməkdən azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş olduğu halda yenidən analoji xarakterli, daha ağır nəticələr doğuran cinayət əməlləri törətmişdir. Bu hal təqsirkarın şəxsiyyətini və onun islah olunma perspektivini xarakterizə edən mühüm amil olmaqla, CM-in 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq əvvəlki hökmlə təyin edilmiş çəkilməmiş cəza hissəsinin yeni cəza ilə birləşdirilməsini qanuni və zəruri edir. Belə yanaşma cəzanın fərdiləşdirilməsi prinsipinin təmin olunmasına, yəni real residiv təşkil edən davranışın müvafiq hüquqi qiymətləndirilməsinə xidmət edir. CM-in 66.3-cü maddəsinə əsasən cəzaların qismən toplanması yolu ilə yekun cəzanın müəyyən edilməsi metodu, ayrı-ayrı maddələr üzrə təyin olunmuş 2 il, 9 il və 6 il müddətli cəzaların sadə toplanması əvəzinə, onların qismən üst-üstə düşməsi yolu ilə 10 il 6 ay həddində yekunlaşdırılması özlüyündə həddindən artıq sərtliyin qarşısını almış və mütənasiblik prinsipinə riayət olunmasını təmin etmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinin tələblərinə tam riayət etmiş, cəzanı yüngülləşdirən hər hansı bir halın nəzərə alınmadan qalması və ya olmayan ağırlaşdırıcı halın əsassız tətbiq edilməsi kimi bir vəziyyət yaranmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, təyin olunmuş cəza CM-in 41.2-ci maddəsində nəzərdə tutulan sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin qarşısının alınması məqsədlərinə tam cavab verir, nə həddindən artıq sərt, nə də yumşaq deyildir və dəyişdirilməsi üçün qanuni əsas mövcud deyildir CM-nin 4-cü maddəsinə əsasən Cinayət Məcəlləsi qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır — cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Ədalət» anlayışı bu kontekstde proporsionallıq ideyasını özündə daşıyır: cəza nə artıq yüngül, nə də artıq ağır olmamalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın bu üç məqsədi — sosial ədalət, islah, xəbərdarlıq — bir-biri ilə üzvi bağlılıqda olub, məhkəmənin cəza seçərkən nəzərə almalı olduğu fundamental tələbləri müəyyən edir. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinde nəzərdə tutulmuş hədlerde ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi bu tələblərin hamısına riayət etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cinayət törətmiş şəxs barəsinde daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud məhkəmənin istinad etdiyi ağırlaşdıran hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini artıran hallara aid olmasın. Halbuki bu işdə belə bir vəziyyət mövcud deyildir. Bütün bu əsaslara görə məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X5 oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir.

Nəticəvi hissə

Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı:

Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 9 saat üçün 99 manat müdafiəçi1 Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsinde nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar