Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-175/2026 23.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərov Anar Əlifağa oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov Imanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə (sədrlik edən hakim H.Xəlilov), ## #### 1986-cı ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ucar şəhəri, Oğuz küçəsi, ev 15, mənzil 12-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 308.1-ci maddəsi ilə elan olunmuş ittihamın həmin Məcəllənin 179.2.3-cü maddəsi ilə tövsif edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs CM-in 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, iki min manat miqdarda cərimə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icra edilməsinin yaşayış yeri üzrə Ucar rayon Icra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, o, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər Ümumi Təhsil üzrə X5 Aran Regional Təhsil Idarəsinin ## ### 2022-ci il tarixli, K-** nömrəli əmri ilə həmin tarixdən ## ###### 2024-cü il tarixədək qeyd edilən Idarənin Ucar rayonu üzrə Mərkəzləşdirilmiş mühasibatlığın mühasibi vəzifəsində işləyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ## ###### 2005-ci il tarixli, **-* nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X6”na əlavə edilmiş tarif-ixtisas xüsusiyyətlərinə uyğun mühasiblərin əmək funksiyalarına əsasən mühasibat uçotunun müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək, maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək və onları hesabı emala hazırlamaq, pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat uçotunda əks etdirmək, itkinin əmələ gəlmə səbəblərini və qeyriməhsuldar xərclərin mənbəyini üzə çıxarmaq, onları xəbərdar etmək üçün təkliflər hazırlamaq, dövlət büdcəsinə ödənişlərin, məcburi dövlət sosial sığorta və digər icbari sığorta haqlarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirmək, təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və maliyyə, vergi və digər hesabatların göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfatmaliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özü üçün qazanc və digər işçilərə artıq əmək haqqı köçürməklə həmin şəxslərin yanında saxta nüfuz qazanmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər Ümumi Təhsil üzrə X5 Aran Regional Təhsil Idarəsinə məxsus olmaqla ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə talamaq məqsədilə 2022ci ilin may ayından 2024-cü ilin aprel ayına qədər olan müddətdə Mərkəzi Aran Regional Təhsil Idarəsinin Ucar rayonu üzrə Mərkəzləşdirilmiş mühasibatlığın mühasibi vəzifəsində işləyən, cinayətdən xəbərsiz şahid13 və cinayətdən xəbərsiz şahid11 tərəfindən Ucar rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin işçilərinə əmək haqqı ödənişlərinin hesablanması ilə bağlı tərtib edilmiş əmək haqqı hesablama cədvəllərini “Exel” proqramında yazılıb “xxxx” ASC-yə məxsus elektron sistemdə “MüştəriBank” bölməsinə göndərilməsi üçün özünə təqdim edildikdən sonra Ucar şəhəri, H.Əliyev prospekti, 17 ünvanında yerləşən Ucar rayon təhsil sektorunun inzibati binasında olan xidməti otağında, ona təhkim olunmuş kompüterdə “Exel” proqramına daxil olub informasiya resurslarında olan rəsmi sənədlərə vahid tamah niyyəti ilə bilə-bilə yalan məlumatları, yəni özünün və Ucar rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin işçilərinin, eləcə də Ucar şəhəri * saylı Körpələr evi uşaq bağçasında təsərrüfat müdiri işləyən, cinayətdən xəbərsiz şahid16 və qeyrilərinin əmək haqqı hesabına əmək haqqı hesablama cədvəllərində yazılan qanuni əmək haqqından artıq məbləğdə pul yazaraq özünə məxsus elektron poçt ünvanından qeyd edilən rayon üzrə Mərkəzləşdirilmiş mühasibatlığın mühasibi vəzifəsində işləyən cinayətdən xəbərsiz şahid17 elektron poçt ünvanına göndərməklə, sonuncu vasitəsilə “Exel” proqramında yazılan əmək haqqı siyahısı “xxxx” ASC-yə məxsus elektron sistemdə “MüştəriBank” bölməsinə göndərildikdən sonra həmin artıq yazılmış pul vəsaitlərinin özü və sonuncular vasitəsilə Ucar rayon ərazisində yerləşən “xxxx” ASC-yə məxsus bankomatlardan nağd qaydada məxaric edilərək Ucar rayon təhsil sektorunun inzibati binasında və Ucar rayon ərazisində müxtəlif ünvanlarda özünə təqdim edilməsindən sonra, həmin pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin 2023-cü ilin aprel ayından 2024-cü ilin yanvar ayına qədər olan müddətdə Mərkəzi Aran Regional Təhsil Idarəsinin Ucar rayonu üzrə Mərkəzləşdirilmiş mühasibatlığın mühasibi vəzifəsində işləyən, cinayətdən xəbərsiz şahid13 və cinayətdən xəbərsiz şahid11 tərəfindən Ucar rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin işçilərinə əmək haqqı ödənişlərinin hesablanması ilə bağlı tərtib edilmiş əmək haqqı hesablama cədvəllərini “Exel” proqramında yazılıb “xxxx” ASC-yə məxsus elektron sistemdə “MüştəriBank” bölməsinə göndərilməsi üçün təqdim edildikdən sonra Ucar rayonu Küçəkənd Körpələr evi uşaq bağçasında xadimə işləyən, cinayətdən xəbərsiz şahid7 Inqilab qızının və qeyrilərinin artıq əmək haqqı almalarına nail olmaq niyyəti ilə, sonuncular qarşısında özünü nüfuzlu təhsil işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə Ucar şəhəri, H.Əliyev prospekti 17 ünvanında yerləşən Ucar rayon təhsil sektorunun inzibati binasında olan xidməti otağında, ona təhkim olunmuş kompüterdə “Exel” proqramına daxil olub informasiya resurslarında olan rəsmi sənədlərə vahid şəxsi niyyətlə bilə-bilə yalan məlumatları, yəni Ucar rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin işçilərinin əmək haqqı hesabına əmək haqqı hesablama cədvəllərində yazılan qanuni əmək haqqından artıq məbləğdə pul yazaraq özünə məxsus elektron ünvan 1 elektron poçt ünvanından qeyd edilən rayon üzrə Mərkəzləşdirilmiş mühasibatlığın mühasibi vəzifəsində işləyən, cinayətdən xəbərsiz şahid17 elektron ünvan 2 elektron poçt ünvanına göndərməklə, sonuncu vasitəsilə “Exel” proqramında yazılan əmək haqqı siyahısı “xxxx” ASC-yə məxsus elektron sistemdə “MüştəriBank” bölməsinə göndərilməsinə nail olub, o cümlədən, öz adına olan “xxxx” ASCyə aid əmək haqqı kartına 2022-ci ilin may-dekabr ayları üzrə 2.572,65 manat, Ucar şəhəri * saylı Körpələr evi uşaq bağçasında təsərrüfat müdiri işləyən, cinayətdən xəbərsiz şahid15 “xxxx” ASC-yə aid əmək haqqı kartına 2022-ci ilin may-dekabr ayları üzrə 1.714,08 manat, Ucar şəhəri * saylı Körpələr evi uşaq bağçasında təsərrüfat müdiri işləyən, cinayətdən xəbərsiz şahid16 “xxxx” ASC-yə aid əmək haqqı kartına 2022-ci ilin may-dekabr ayları üzrə 1.819,62 manat, Ucar şəhəri * saylı Körpələr evi uşaq bağçasında xadimə işləyən, cinayətdən xəbərsiz şahid14 “xxxx” ASC-yə aid əmək haqqı kartına 2022-ci ilin may-dekabr ayları üzrə 369,95 manat, Ucar şəhəri * saylı Körpələr evi uşaq bağçasında təsərrüfat müdiri işləyən, cinayətdən xəbərsiz şahid15 “xxxx” ASC-yə aid əmək haqqı kartına 2023-cü il üzrə 4.327,92 manat, Ucar şəhəri * saylı Körpələr evi uşaq bağçasında təsərrüfat müdiri işləyən, cinayətdən xəbərsiz şahid16 “xxxx” ASC-yə aid əmək haqqı kartına 2023-cü il üzrə 4.143,30 manat, Ucar şəhəri * saylı Körpələr evi uşaq bağçasında xadimə işləyən, cinayətdən xəbərsiz şahid14 “xxxx” ASC-yə aid əmək haqqı kartına 2023-cü il üzrə 2.847,28 manat, Ucar şəhəri * saylı Körpələr evi uşaq bağçasında təsərrüfat müdiri işləyən, cinayətdən xəbərsiz şahid15 “xxxx” ASC-yə aid əmək haqqı kartına 2024-cü ilin yanvar-iyul ayları üzrə 648,86 manat pul vəsaiti köçürülməli olduğu halda, qeyd edilən illərin əmək haqqı köçürülən aylarda Mərkəzi Aran Regional Təhsil Idarəsinin Ucar rayonu üzrə Mərkəzləşdirilmiş mühasibatlığın mühasibi vəzifəsində işləyən, cinayətdən xəbərsiz şahid13 və cinayətdən xəbərsiz şahid11 tərəfindən Ucar rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin işçilərinə əmək haqqı ödənişlərinin hesablanması ilə bağlı tərtib edilmiş əmək haqqı hesablama cədvəllərini “Exel” proqramında yazılıb “xxxx” ASC-yə məxsus elektron sistemdə “MüştəriBank” bölməsinə göndərilməsi üçün təqdim edildikdən sonra Ucar şəhəri, H.Əliyev prospekti, 17 ünvanında yerləşən Ucar rayon təhsil sektorunun inzibati binasında olan xidməti otağında, ona təhkim olunmuş kompüterdə “Exel” proqramına daxil olub informasiya resurslarında olan rəsmi sənədlərə vahid tamah niyyəti ilə bilə-bilə yalan məlumatları, yəni özünün və Ucar rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin işçilərinin, eləcə də özünün ******************** nömrəli “xxxx” ASC-də olan hesabına 2022-ci ilin may-dekabr ayları üzrə 2.160,22 manat, şahid15 ******************** nömrəli “xxxx” ASC-də olan hesabına 2022-ci ilin may-dekabr ayları üzrə 3.340,28 manat, şahid16 ******************** nömrəli “xxxx” ASC-də olan hesabına 2022-ci ilin may-dekabr ayları üzrə 2.310 manat, şahid14 ******************** nömrəli “xxxx” ASC-də olan hesabına 2022-ci ilin may-dekabr ayları üzrə 800 manat, şahid15 ******************** nömrəli “xxxx” ASC-də olan hesabına 2023-cü il üzrə 3.844,67 manat, şahid16 ******************** nömrəli “xxxx” ASC-də olan hesabına 2023-cü il üzrə 5.169,84 manat, şahid14 ******************** nömrəli “xxxx” ASC-də olan hesabına 2023-cü il üzrə 3.249,66 manat, şahid15 ******************** nömrəli “xxxx” ASC-də olan hesabına 2024-cü ilin yanvar-iyul ayları üzrə 1.181,05 manat artıq əmək haqqı köçürülməsinə nail olub, özünün və qeyd edilən şəxslərin adına olan plastik kartlara artıq köçürülmüş pul vəsaitlərinin 2022-2024-cü illərdə özü və qeyd edilən şəxslər tərəfindən Ucar rayon ərazisində yerləşən “xxxx” ASC-yə məxsus bankomatlardan nağd qaydada məxaric edilərək müvafiq olaraq Ucar şəhəri, H.Əliyev prospekti, 17 ünvanında yerləşən Ucar rayon təhsil sektorunun inzibati binasında və Ucar rayon ərazisində müxtəlif ünvanlarda özünə təqdim edilməsindən sonra, həmin pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etməklə, cəmi 22.055,72 (iyirmi iki min əlli beş manat yetmiş iki qəpik) manat, eyni niyyətlə, Ucar şəhəri * saylı Körpələr evi uşaq bağçasında tərbiyəçi-müəllimə işləyən, cinayətdən xəbərsiz şahid6 “xxxx” ASC-yə aid əmək haqqı kartına 2023-cü ilin yanvar ayı üzrə 339,50 manat, Ucar rayonu Küçəkənd kənd Körpələr evi uşaq bağçasında xadimə işləyən, cinayətdən xəbərsiz şahid7 Inqilab qızının “xxxx” ASCyə aid əmək haqqı kartına 2023-cü ilin aprel ayı üzrə 360,80 manat, Ucar rayonu Qarabörk kənd * saylı Körpələr evi uşaq bağçasında tərbiyəçi-müəllimə işləyən, cinayətdən xəbərsiz şahid3 “xxxx” ASC-yə aid əmək haqqı kartına 2023-cü ilin avqust ayı üzrə 236,47 manat, Ucar rayonu Rəstəcə kənd Körpələr evi uşaq bağçasında gözətçi işləyən, cinayətdən xəbərsiz şahid1 “xxxx” ASC-yə aid əmək haqqı kartına 2023-cü ilin oktyabr ayı üzrə 168,66 manat, Ucar şəhəri * saylı Körpələr evi uşaq bağçasında tərbiyəçi-müəllimə işləyən, cinayətdən xəbərsiz şahid5 “xxxx” ASC-yə aid əmək haqqı kartına 2023-cü ilin noyabr ayı üzrə 615,90 manat, Ucar rayonu Qarabörk kənd * saylı uşaq bağçasının müdiri işləyən, cinayətdən xəbərsiz şahid4 “xxxx” ASC-yə aid əmək haqqı kartına 2023-cü ilin noyabrdekabr ayları üzrə 1.481,98 manat, Ucar rayonu Lək kənd * saylı Körpələr evi uşaq bağçasında paltar saxlayan işləyən, cinayətdən xəbərsiz Ibrahimova Zöhrə Imaməli qızının “xxxx” ASC-yə aid əmək haqqı kartına 2023-cü ilin dekabr ayı üzrə 327,40 manat, Ucar rayonu Lək kənd * saylı Körpələr evi uşaq bağçasında tibb bacısı işləyən, cinayətdən xəbərsiz şahid9 “xxxx” ASC-yə aid əmək haqqı kartına 2024-cü ilin yanvar ayı üzrə 424,28 manat, Ucar rayonu Lək kənd * saylı Körpələr evi uşaq bağçasında tərbiyəçimüəllimə işləyən, cinayətdən xəbərsiz şahid2 “xxxx” ASC-yə aid əmək haqqı kartına 2024cü ilin yanvar ayı üzrə 512,55 manat pul vəsaiti köçürülməli olduğu halda, qeyd edilən illərin əmək haqqı köçürülən aylarında Mərkəzi Aran Regional Təhsil Idarəsinin Ucar rayonu üzrə Mərkəzləşdirilmiş mühasibatlığın mühasibi vəzifəsində işləyən, cinayətdən xəbərsiz şahid13 və cinayətdən xəbərsiz şahid11 tərəfindən Ucar rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin işçilərinə əmək haqqı ödənişlərinin hesablanması ilə bağlı tərtib edilmiş əmək haqqı hesablama cədvəllərini “Exel” proqramında yazılıb “xxxx” ASC-yə məxsus elektron sistemdə “MüştəriBank” bölməsinə göndərilməsi üçün təqdim edildikdən sonra Ucar şəhəri, H.Əliyev prospekti 17 ünvanında yerləşən Ucar rayon təhsil sektorunun inzibati binasında olan xidməti otağında, ona təhkim olunmuş kompüterdə “Exel” proqramına daxil olub informasiya resurslarında olan rəsmi sənədlərə vahid şəxsi niyyətlə bilə-bilə yalan məlumatları, yəni Ucar rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin işçilərinin, eləcə də şahid6 ******************** nömrəli “xxxx” ASC-də olan hesabına 2023-cü ilin yanvar ayı üzrə 51 manat, şahid7 ******************** nömrəli “xxxx” ASC-də olan hesabına 2023-cü ilin aprel ayı üzrə 54,75 manat, şahid3 ******************** nömrəli “xxxx” ASC-də olan hesabına 2023-cü ilin avqust ayı üzrə 366,20 manat, şahid1 ******************** nömrəli “xxxx” ASC-də olan hesabına 2023-cü ilin oktyabr ayı üzrə 196,17 manat, şahid5 ******************** nömrəli “xxxx” ASC-də olan hesabına 2023-cü ilin noyabr ayı üzrə 20,85 manat, şahid4 ******************** nömrəli “xxxx” ASC-də olan hesabına 2023cü ilin noyabr-dekabr ayları üzrə 447,03 manat, şahid8 ******************** nömrəli “xxxx” ASC-də olan hesabına 2023-cü ilin dekabr ayı üzrə 45,01 manat, şahid9 ******************** nömrəli “xxxx” ASC-də olan hesabına 2024-cü ilin yanvar ayı üzrə 76,95 manat, şahid2 ******************** nömrəli “xxxx” ASC-də olan hesabına 2024-cü ilin yanvar ayı üzrə 46,04 manat artıq əmək haqqı köçürülməsinə nail olub, qeyd edilən şəxslərin adlarına olan plastik kartlara artıq köçürülmüş pul vəsaitlərini 2023-2024-cü illərdə Ucar rayon ərazisində yerləşən “xxxx” ASC-yə məxsus bankomatlardan plastik kartlarına artıq əmək haqqı köçürülmüş işçilər tərəfindən nağd qaydada məxaric edilərək həmin pul vəsaitləri sonuncular tərəfindən şəxsi ehtiyaclarına sərf edilməklə cəmi 1.304 (bir min üç yüz dörd) manat, ümumilikdə göstərilən qaydada öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər Ümumi Təhsil üzrə X5 Aran Regional Təhsil Idarəsinə məxsus olmaqla ona etibar edilmiş cəmi 22.055,72 manat məbləğində pul vəsaitini mənimsəmə, cəmi 1.304 manat məbləğində pul vəsaitini israf etmə yolu ilə olmaqla ümumilikdə 23.359,72 (iyirmi üç min üç yüz əlli doqquz manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə talamış, həmin hərəkətləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər Ümumi Təhsil üzrə X5 Aran Regional Təhsil Idarəsinə ayrılmış pul vəsaitinin aidiyyatı üzrə düzgün yönləndirilməsi, təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi informasiya resurslarına və rəsmi sənədlərin məzmununa vahid tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmdən də göründüyü kimi təqsirləndirilən şəxs özünü təqsirli bilir. Lakin təqsirləndirilən şəxsin təyin edilmiş cəzada göstərilən məbləği ödəmək üçün maddi imkanı yoxdur. Odur ki, Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünün dəyişdirilməsini və CM-in 62-ci maddəsi tətbiq edilərək təqsirləndirilən şəxsə 100 manat məbləğində cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 təqsirləndirilən şəxs tərəfindən zərərin tam şəkildə ödənildiyini, zərərçəkmiş şəxsin heç bir şikayətinin olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X1 çıxış edərək, apellyasiya şikayətinin yalnız CM-in 313-cü maddəsi ilə bağlı olduğunu və həmin maddə ilə Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi bildirərək qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırmaqla və proses iştirakçılarının çıxışlarını dinləməklə yoxlamış, müəyyən etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar həmin ittiham üzrə cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar mövcuddur. Iş materiallarından və ittihamın faktiki təsvirindən görünür ki, Təqsirləndirilən şəxs CMin 313-cü maddəsi ilə elan edilmiş ittiham çərçivəsində vəzifə saxtakarlığını təşkil edən hərəkətlər, o cümlədən informasiya resurslarına və rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi 2024-cü ilin yanvar-iyul aylarına qədər olan dövrü əhatə etmişdir. CM-in 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-in 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli həmin Məcəllənin 15-ci maddəsində müəyyən edilmiş təsnifata əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Bu səbəbdən həmin əmələ görə cinayət məsuliyyətinə cəlbetmə müddəti iki il təşkil edir. CM-in 75.2-ci maddəsinə əsasən, müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə isə hər bir cinayətə görə müddət müstəqil hesablanır. Göstərilən normanın tələblərindən irəli gələrək, CM-in 313-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinin son tarixi nəzərə alınmaqla həmin cinayət üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti ayrıca hesablanmalıdır. Iş materiallarında əksini tapan ittihamın faktiki hallarına əsasən, həmin əməllər 2024-cü ilin iyul ayına qədər davam etdiyindən, ikiillik müddətin həmin dövrdən hesablanması zəruridir. Beləliklə, apellyasiya instansiyası məhkəməsində işə baxıldığı vaxt CM-in 75.1.1-ci maddəsində nəzərdə tutulmuş ikiillik müddət başa çatmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli Qərarında da göstərilmişdir ki, Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən hər bir əmələ görə cinayət məsuliyyətinə cəlbetmə müddəti müstəqil hesablanmalı və həmin müddət keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CPM-in 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. CPM-in 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, o cümlədən bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməsi barədə ərizə təqdim edilmişdir. Bu hal nəzərə alınmaqla, CM-in 75.1.1 və 75.2-ci, CPM-in 39.1.3 və 43.3-cü maddələrinin tələblərinə əsasən onun CM-in 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Belə olan halda, Təqsirləndirilən şəxs CM-in 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi həmin ittiham üzrə cinayət təqibinə xitam verilməsi üçün müstəqil və imperativ hüquqi əsas təşkil etdiyindən, müdafiəçinin apellyasiya şikayətində cəzanın yüngülləşdirilməsi barədə irəli sürdüyü dəlillərin araşdırılmasına zərurət qalmır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar həmin ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli və CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 tapşırılmışdır. Müdafiəçi müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırkı işin baxılması ilə bağlı müdafiəçi cəmi 8 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli, ** nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46950" \t "_blank" \o "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi" Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası HYPERLINK "https://e-qanun.az/framework/46945" \t "_blank" \o "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi" Mülki Prosessual Məcəlləsinin 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilsin. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında göstərilən hüquqi yardıma görə 88 manat məbləğində pul müdafiəçi müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesaba köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar həmin ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında göstərilən hüquqi yardıma görə 88 manat məbləğində pul müdafiəçi müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesaba köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-175/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-175/2026
23.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver