Məhkəmə qərarları › İş №1(3-10)-176/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-176/2026

08.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-176/2026 08.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərov Anar Əlifağa oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov Imanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Fərhadov Adil Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü ilə (sədrlik edən İ.Hüseynov), ## ##### 1968-ci ildə Ismayıllı rayonunun Xanagah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Ismayıllı rayonu, Xanagah kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, fərdi indentifikasiya nömrəsi ******* olan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs ## ######## 2025-ci il tarixdə, saat 22:53-dən ## ######## 2025-ci il tarixə, saat 15:45-dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 3 (üç) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Təqsirləndirilən şəxs 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Ismayıllı rayonu ərazisində çəkməsi, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı Ismayıllı rayonu, Xanagah kəndində yerləşən evini tərk etməmək, bu müddətdə Ismayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Icra və probasiya şöbəsinin həyata keçirməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə Icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qəsdən qanunsuz olaraq xeyli miqdarda, ümumilikdə 10,47 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib ## ######## 2025-ci il tarixədək üzərində daşıyaraq saxlamış, qeyd olunan tarixdə, saat 22:53-də Ismayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Ismayıllı şəhəri, Nizami Səmədov küçəsində saxlanılmış və üzərində yoxlanış keçirilərkən əynində olan gödəkcənin sağ çöl cibindən 2 ədəd kibrit qutusuna doldurulmuş ümumilikdə xeyli miqdar təşkil edən 10,47 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs əməli düzgün tövsif edilmədiyindən, məhkəmənin gəldiyi yekun nəticə işin faktiki hallarına uyğun olmadığından və ona təyin edilmiş cəza açıq-aydın ədalətsiz olduğundan Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hökmdə gəldiyi nəticəni əsaslandırmaq üçün Azərbaycan Respublikasının Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2011-ci il tarixli qərarına istinad etmişdir. Halbuki, həmin qərar qüvvədən düşmüşdür. Odur ki, həmin müddəalar hökmdən xaric edilməlidir. Göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən əsaslandığı sübutların və CM-in 234.2ci maddəsi ilə ittiham hökmünün çıxarılması üçün kifayət edən digər sübutların motivləri məhkəmə hökmündə göstərilməmişdir. Məhkəmənin müəyyən etdiyi hallar isə onun tədqiq etdiyi sübutlara uyğun olmamış, yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmişdir. Hazırkı iş üzrə məhkəmənin müəyyən etdiyi hallar tədqiq etdiyi sübutlara uyğun gəlmir və bu uyğunsuzluq ictiami təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir etdiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 401.1.2-ci maddəsinə əsasən məhkəmənin qeyd edilən hökmü ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsiə dair” 17 mat 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eyni zamanda onun şəxsiyyətinə uyğun olmayan cəza təyin etməklə ədalətsizliyə yol vermişdir. Iş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs Ismayıllı Rayon Məhkəməsinin ##.##.2008-ci il tarixli hökmü ilə CM-in 228.1-ci maddələri ilə təqsirli bilinərək, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əzizbəyov Rayon Məhkəməsinin ##.##.2008-ci ii tarixli qərarı ilə qalan cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə CM-in 231.2ci maddələri ilə təqsirli bilinərək, 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qobustan Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarına əsasən 08 ay 20 gün vaxtından əvvəI şərti azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs sabit cinayətkar yönümlüdü, onda kriminal qətiyyət formalaşmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə onun sabit cinayətkar şəxsiyyəti ona təqsirli bilindiyi maddə ilə daha sərt cəza verilməsini zəruri etdiyi halda, məhkəmə qeyd olunanların əksinə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi üzrə yüngül cəza təyin etmişdir. Əvvəllər qəsdən eyni qəbildən olan cinayət əməli törətmiş və buna görə müxtəlif vaxtlarda azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, yenidən eyni xarakterli cinayət əməli törətmiş, islah olunmamış və islah olunmamaqda israrlı olan şəxsə yüngül cəza təyin edilməsi cəmiyyətin maraqlarına xidmət etmir, eyni zamanda təyin edilmiş yüngül cəza nə onun özünün islah olunmasına, nə də başqa şəxsləri cinayət törətməkdən çəkindirməyə xidmət etməmişdir. Şərh olunanlardan da aydın olur ki, məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamış, həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə cinayət törədilməsinin qarşısının alınmasına xidmət etməyəcək cəza təyin etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini qanunun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. CM-in 72.1-ci maddəsinə görə, şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almamış, onun cinayət əməli polis əməkdaşları tərəfindən ifşa olunmuşdur. Təqsirləndirilən şəxs ifşa edildikdən və üzərində narkotik vasitə marixuana aşkar edildikdən sonra təqsirini etiraf edərək ifadə verməsi onun əməlindən səmimi peşmançılıq keçirməsi kimi qiymətləndirilə bilməz. Əvvəllər qəsdən eyni xarakterli cinayət törətməyə görə 02 dəfə məhkum edilmiş, islah olunmayaraq qəsdən yeni cinayət əməlini törədən şəxsin müsbət xarakterizə olunmasının nədə ifadə olunması, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə hökmünin təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * saylı qərarının 4-cü hissəsində göstərilmişdir ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Lakin, qeyd edildiyi kimi məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəzanı yüngülləşdirən hallar kimi nəzərə aldığı halları əsaslandırmamış, belə bir nəticəyə gəlməsinin motivlərini hökmdə göstərməmişdir. Şərh olunanlardan da aydın olur ki, məhkəmə təqsirləndirilən şəxs N.A. Əhmədova yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamış, həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə cinayət törədilməsinin qarşısının alınmasına xidmət etməyəcək cəza təyin etmişdir. Odur ki, təyin edilmiş cəzaya yuxarı məhkəmə tərəfindən ayrıca qiymət verilməlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib ona təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə və hökmdə istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2011-ci il tarixli qərarına dair müddəalar hissəsi hökmdən xaric edilməklə, barəsində yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X1 apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya protestinin təmin edilməməsini, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi X2 məhkəmə kollegiyasının iclasında çıxış edərək apellyasiya protestinin təmin edilməməsini, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırmış, sübutların hər birini ayrı-ayrılıqda və məcmu halında qiymətləndirməklə işin faktiki hallarını düzgün müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Ismayıllı rayon Polis şöbəsinin rəisi Vüqar Əliyevə ünvanlanan ## ####### 2025-ci il tarixli raportda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı satış məqsədilə üzərində gəzdirməsi barədə nəticə göstərilsə də, həmin nəticəni təsdiq edən konkret əməliyyat məlumatlarının, satış faktının, potensial alıcıların və ya narkotik vasitənin realizəsinə yönəlmiş hər hansı konkret hərəkətlərin müəyyən edilməsi barədə məlumat əks olunmamışdır. Əksinə, həmin sənəddə Təqsirləndirilən şəxs konkret olaraq kimlərə narkotik vasitə satmasının və narkotik vasitəni hansı mənbədən əldə etməsinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Bu hal özlüyündə onun narkotik vasitəni satış məqsədilə əldə etməsi və ya saxlaması barədə nəticəni təsdiq edən müstəqil və konkret sübutların mövcudluğunu şübhə altına alır. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin üzərində narkotik vasitənin aşkar edilməsi və onun miqdarının müəyyən olunması həmin narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi və ya saxlanılması faktını təsdiq edə bilsə də, yalnız bu haldan çıxış etməklə narkotik vasitənin məhz satış məqsədilə saxlanıldığı nəticəsinə gəlmək olmaz. Satış məqsədi şəxsin daxili niyyətinə aid hal olduğundan, belə məqsəd digər obyektiv hallar və sübutların məcmusu əsasında müəyyən edilməlidir. Hazırkı iş üzrə isə satış məqsədini təsdiq edə biləcək belə halların mövcudluğu müəyyən edilmir. Belə ki, ## ####### 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonu açılaraq iş üzrə əhəmiyyət kəsb edə biləcək zəng və ismarıcların olub-olmaması yoxlanılmış, lakin baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı zəng və ya ismarıc aşkar edilməmişdir. Beləliklə, mobil telefonun məzmununun yoxlanılması nəticəsində narkotik vasitənin satılması, potensial alıcılarla əlaqə saxlanılması, narkotik vasitənin realizəsinə dair razılaşmaların aparılması və ya bu məqsədlə hər hansı yazışmanın mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası xüsusilə nəzərə alır ki, iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni konkret şəxsə satması və ya satmağa cəhd göstərməsi müəyyən edilməmiş, onun narkotik vasitəni kimdən və ya hansı mənbədən əldə etdiyi də müəyyən olunmamışdır. Eyni zamanda, mobil telefonun baxışı zamanı narkotik vasitənin satışı ilə əlaqədar hər hansı zəng və ya ismarıc aşkar edilməmişdir. ## ####### 2025-ci il tarixli raportda narkotik vasitənin satış məqsədilə üzərində gəzdirilməsi barədə göstərilən nəticənin hansı konkret əməliyyat məlumatlarına və faktiki hallara əsaslandığı da həmin sənəddən müəyyən edilmir. Buna görə həmin nəticə digər obyektiv sübutlarla təsdiq edilmədiyi halda, təkbaşına narkotik vasitənin satış məqsədilə saxlanılması barədə qəti nəticəyə gəlmək üçün kifayət hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət məsuliyyətinin daha ağır hüquqi tövsif üçün əsas verən əlaməti, o cümlədən narkotik vasitənin satış məqsədinin mövcudluğu ehtimala deyil, məhkəmə tərəfindən araşdırılmış və qarşılıqlı əlaqədə qiymətləndirilmiş mötəbər sübutların məcmusuna əsaslanmalıdır. Hazırkı iş üzrə isə narkotik vasitənin satış məqsədilə saxlanılmasını təsdiq edən konkret alıcı, satış razılaşması, satışa hazırlıq hərəkəti, pul vəsaitinin əldə edilməsi, müvafiq yazışma və ya digər obyektiv məlumat müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs əməlində CM-in 234.2-ci maddəsində nəzərdə tutulan satış məqsədinin mövcudluğu barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas yoxdur. Apellyasiya protestində ilk növbədə birinci instansiya məhkəməsinin hökmündə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2011-ci il tarixli qərarına istinad edilməsinin yolverilməz olduğu və həmin müddəaların hökmdən xaric edilməli olduğu göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə həmin Plenum qərarına istinad etməsi düzgün olmasa da, bu hal özlüyündə hökmün nəticələrinin dəyişdirilməsini şərtləndirmir. Belə ki, məhkəmənin həmin istinaddan kənar olaraq gəldiyi nəticə iş üzrə tədqiq edilmiş sübutlarla əsaslandırılmışdır. Protestdə, həmçinin, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.2-ci maddəsindən CMin 234.1-ci maddəsinə tövsif edilərkən məhkəmənin əsaslandığı sübutların və 234.2-ci maddəsi ilə ittihamın təsdiq olunmasına kifayət edən digər sübutların motivlərinin hökmdə göstərilmədiyi bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət əməlinin tövsifi zamanı şəxsin əməlində müvafiq cinayət tərkibinin bütün zəruri əlamətlərinin mövcudluğu müəyyən edilməli və bu nəticə iş üzrə tədqiq edilmiş sübutların məcmusu ilə əsaslandırılmalıdır. Hazırkı iş üzrə isə apellyasiya protestində göstərilən dəlillər Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması barədə nəticəni təsdiq edən konkret sübutların hansı səbəbdən nəzərə alınmalı olduğunu göstərmir. Belə olan halda yalnız narkotik vasitənin xeyli miqdarda olması faktı şəxsin əməlində satış məqsədinin mövcudluğunun avtomatik olaraq müəyyən edilməsi üçün kifayət edən hal kimi qəbul edilə bilməz. Bu baxımdan birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlini CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif etməsi barədə nəticəsinin apellyasiya protestində göstərilən dəlillərlə təkzib edildiyi müəyyən olunmur. Apellyasiya protestində birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların tədqiq edilmiş sübutlara uyğun olmadığı və məhkəmənin yalnız təqsirləndirilən şəxsin mənafeyindən çıxış etdiyi də iddia edilmişdir. Məhkəmə kollegiyası bu dəlillə də razılaşmır. Apellyasiya protestində birinci instansiya məhkəməsinin hansı sübutu hansı səbəbdən düzgün qiymətləndirmədiyi, sübutlar arasında hansı ziddiyyətlərin mövcud olduğu və müəyyən edilmiş hansı faktiki halın iş materiallarına uyğun gəlmədiyi konkret şəkildə göstərilməmişdir. Apellyasiya protestinin həmin hissəsi əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmama və həmin nəticənin fərqli qiymətləndirilməsinə yönəlmiş mülahizələrdən ibarətdir. Protestdə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, habelə onun şəxsiyyətinə uyğun olmadığı, onun əvvəllər də qəsdən cinayət törətməyə görə məhkum edildiyi və buna görə daha sərt cəza təyin edilməli olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası cəzanın təyin edilməsi ilə bağlı protestin bu dəlillərini də əsassız hesab edərək təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə də öz fikrini bildirmək istəyir və bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli ***-IIQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il Qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli, ** nömrəli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 48-ci bəndində qeyd edilir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxmış birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmə düzgün olaraq təqsirləndirilən şəxsin CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-in 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini həm qanuni, həm də ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən yalnız törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi deyil, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanın məqsədləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və iş üzrə müəyyən edilmiş digər hallar birlikdə nəzərə alınmalıdır. Əvvəllər məhkum olunma faktı şəxsin şəxsiyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınmalı olsa da, həmin hal özlüyündə konkret cəza növünün mütləq qaydada seçilməsini şərtləndirmir. Protestdə, həmçinin, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və səmimi peşmançılıq keçirməsini cəzanı yüngülləşdirən hal kimi əsassız nəzərə aldığı bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirin etiraf edilməsi ilə şəxsin səmimi peşmançılıq keçirməsi eyni məzmunlu hallar deyildir. Bununla belə, birinci instansiya məhkəməsinin şəxsin təqsirini etiraf etməsini və səmimi peşmançılıq keçirməsini cəza təyin edilərkən nəzərə alması, həmin halın işin konkret hallarına uyğun olaraq qiymətləndirilməsini istisna etmir. Beləliklə, apellyasiya protestində cəzanın ağırlaşdırılması üçün göstərilən hallar birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın açıq-aşkar ədalətsiz və təqsirləndirilən şəxsin islah olunması və yeni cinayətlərin qarşısının alınması məqsədlərinə cavab verməyən cəza olduğunu təsdiq etmir. Hazırkı iş üzrə apellyasiya protestində göstərilən dəlillər yoxlanılarkən birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması barədə nəticələrinin dəyişdirilməsini zəruri edən əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr iş üzrə müəyyən edilmiş hallar və məhkəmə baxışının nəticələri ilə ziddiyyət təşkil etmir, apellyasiya protestində göstərilən dəlillər isə həmin nəticələri təkzib etmir. Bu səbəbdən məhkəmə kollegiyası dövlət ittihamçısının Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinməsi və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə tələblərini əsaslı hesab etmir və Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını zəruri hesab edir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili X2 tapşırılmışdır. X3 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırkı işin baxılması ilə bağlı müdafiəçi cəmi 7 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli, ** nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46950" \t "_blank" \o "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi" Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası HYPERLINK "https://e-qanun.az/framework/46945" \t "_blank" \o "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi" Mülki Prosessual Məcəlləsinin 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilsin. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında göstərilən hüquqi yardıma görə 77 manat məbləğində pul X3na ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında göstərilən hüquqi yardıma görə 77 manat məbləğində pul X3na ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar