Məhkəmə qərarları › İş №1(3-10)-180/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-180/2026

15.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-180/2026 15.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Anar Əlifağa oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru dövlət ittihamçısı*, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(0*9)-**0/2025 nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(0*9)-**0/2025 (sədrlik edən A.Cəfərova) nömrəli hökmü ilə, 02 avqust *960-cı il tarixdə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla və yaşayan, Təqsirləndirilən şəxs CM-in 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Hənifə kəndindəki yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, mülki iddianın qismən təmin edilməsi, mülki cavabdeh Təqsirləndirilən şəxs 40090 (qırx min doxsan) manat pulun alınaraq mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan * saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına (B*. Benefisiar (alan) bank; adı: DXA; kodu: 2*0005; VÖEN: *40*55507*; müxbir hesab: AZ4*NABZ0*360***********3944); S.W.İ.F.T.BIK CTREAZ22; B2. Vəsaiti alan; adı: * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi; HESAB №: AZ64CTRE**********0002*90*02; VÖEN: 5*00*576**; D*. Ödənişin təyinatı və əsas; D3 büdcə təsnifat kodu: *42595; D4. Büdcə səviyyə kodu: 3) ödənilməsi, mülki cavabdeh Təqsirləndirilən şəxs 2*0.27 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, mülki iddia tələbinin qalan hissədə təmin edilməməsi, hökmün icrasının təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından *76 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsmişdir. Belə ki, o, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun *3.*-ci maddəsində yaşıllıqların götürülməsini şərtləndirən hallar olmadan, habelə həmin Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 20*6-cı il tarixli, 32* nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydasının” tələblərinə əməl etmədən, yəni yaşıllıqların götürülməsi üçün özünün bələdiyyəyə müraciəti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi, eləcə də bələdiyyənin qərarı olmadan meşə fonduna daxil olmayan Balakən rayonu Hənifə bələdiyyəsinə məxsus, eyni adlı kəndin ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisinə aid torpaq sahəsində yerləşən ağacları qanunsuz olaraq kəsmək qərarına gəlmiş, bu məqsədlə 0* iyul 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan cinayətkar qəsdlə 0* ədəd 64 sm, 02 ədəd 50 sm, 02 ədəd 44 sm, 03 ədəd 60 sm, 0* ədəd 33 sm, 0* ədəd 46 sm, 04 ədəd 30 sm, 0* ədəd 52 sm, 02 ədəd 34 sm, 02 ədəd 38 sm, 0* ədəd 28 sm, 02 ədəd 24 sm, 0* ədəd 40 sm, 0* ədəd 56 sm və 0* ədəd 65 sm diametrlərdə 25 ədəd qızılağac cinsindən, 0* ədəd 40 sm, 0* ədəd 32 sm, 02 ədəd 20 sm, 0* ədəd 42 sm, 02 ədəd 44 sm, 0* ədəd 62 sm, 02 ədəd 28 sm, 0* ədəd 46 sm, 0* ədəd 45 sm və 0* ədəd 30 sm diametrlərdə *3 ədəd Lapan cinsindən, 0* ədəd 56 sm, 02 ədəd 26 sm, 02 ədəd 40 sm, 0* ədəd 43 sm, 0* ədəd 34 sm, 0* ədəd 30 sm, 0* ədəd 32 sm, 04 ədəd 28 sm və 0* ədəd 36 sm diametrlərdə *4 ədəd Yalanqoz cinsindən olan 29.2*0 (iyirmi doqquz min iki yüz on) manat dəyərində köküstə yaş ağacları, həmçinin oğlu şahid* xüsusi mülkiyyətinə işlənmiş reyestr nömrəsi 40*0*3052396 olan çıxarışda göstərilən *.6026 ha kənd təsərrüfatı təyinatlı əkin ərazisinin cizgiləri daxilində yerləşən 0* ədəd 32 sm, 0* ədəd 28 sm, 0* ədəd 40 sm diametrli 03 ədəd Ağcaqayın cinsindən, 0* ədəd 43 sm, 0* ədəd 20 sm, 02 ədəd 56 sm, 02 ədəd 40 sm, 0* ədəd 42 sm, 0* ədəd 48 sm, 0* ədəd 33 sm, 02 ədəd 24 sm, 02 ədəd 28 sm, 0* ədəd 36 sm, 0* ədəd 60 sm və 0* ədəd 52 sm diametrli *6 ədəd Qızılağac cinsindən, 0* ədəd 55 sm qoz cinsindən, 0* ədəd 40 sm, 0* ədəd 24 sm və 0* ədəd 30 sm diametrli 03 ədəd Göyrüc cinsindən olan *0.980 (on min doqquz yüz səksən) manat dəyərində köküstə yaş ağacları özününkü kimi təqdim edərək cinayət barədə xəbərsiz olan Balakən rayonu Qazma kənd sakini şahid2 satması üçün razılaşaraq sonuncu tərəfindən kəsilməsinə nail olaraq tamah niyyəti ilə qanunsuz olaraq ağac kəsmə cinayət əməlini törədərək ətraf mühitin qorunması və təbiətdən istifadənin təşkili sahəsində dövlət siyasətini həyata keçirən - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan * saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinə ümumilikdə külli miqdarda, yəni 40*90 (qırx min yüz doxsan) manat dəyərində maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(0*9)-**0/2025 nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs CM-in 259.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində ittiham olunaraq iş baxılması üçün aidiyyatı üzrə Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin *(0*9)-**0/2026 saylı ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 5 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittihamedici hökm qəbul edilərkən cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan sözügedən maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası kifayət qədər ağır həddə təyin edilmişdir. Belə ki, məhkəmə hökmündə Təqsirləndirilən şəxs dəymiş ziyandan qismən ödəniş etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət əməli törətməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Halbuki CM-in 59.2-ci maddəsində məhkəmənin 59.*.*-59.*.*4-cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal kimi nəzərə alına biləcəyi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs şəkərli diabet xəstəsi olmasını, vəziyyətinin kafi olmasını, 65 yaşında olmasını, son söz verilərkən əməlindən peşman olmasını bildirməsini məhkəmə yüngülləşdirici hallar kimi nəzərə almamışdır. Təqsirləndirilən şəxs kəsdiyi ağacları satmasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Halbuki təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə iclaslarında sözügedən ağacları həmin sahədə olan fındıq ağaclarına kölgə verərək ağacların bar verməsinə maneə olduğu üçün kəsdiyini bildirmişdir. Hesab edir ki, məhkəmə humanizm prinsipini əsas tutaraq CM-in 59.2-ci maddəsini əsas tutub yuxarıda qeyd olunanları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasını ən aşağı həddə təyin edə bilərdi. Yuxarıda qeyd etdiklərini əsas tutub Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının ən aşağı həddə, yəni 2 il müddətinə verilməsinin daha ədalətli olacağını doğru hesab edir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin və Cinayət Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq apellyasiya instansiyasından Balakən rayon Məhkəməsinin *(0*9)-**0/2026 saylı ##.##.2026-cı il tarixli hökmünü cəzanın təyin edilməsi hissəsində azaldılaraq Təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının ən aşağı həddə verilməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı* hökmün qanuni, əsaslı və ədalətli olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, zərərçəkmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.*-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.*.*-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi hökmün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. İş materiallarının 93-cü vərəqində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarının 98-ci vərəqində olan Balakən rayon İcra Hakimiyyəti Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs Hənifə kəndində yaşadığı müddətdə özünü intizamlı apardığı göstərilir. İş materiallarının *45-*46-cı vərəqlərində olan qətimkan tədbirinin seçilməsi haqqında *3.*2.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyandan *00 manat ödəniş olunmuşdur. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(0*9)-**0/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu nəticəyə aşağıda göstərilən əsaslarla gəlmişdir. Apellyasiya şikayətində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmaması və ya əməlin subyektiv və obyektiv tərəfi mübahisələndirilməsə də, CPMin 397.*-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə kollegiyası iş üzrə faktiki hallarının müəyyən edilməsinin düzgünlüyünü, toplanmış sübutların kifayətliliyini və mötəbərliyini tam, obyekiv və hərtərəfli araşdırmışdır. Məhkəmə kollegiyası müəyyən edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CMin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini — yəni meşə fonduna daxil olmayan və külli miqdarda ziyan vurmaqla ağacların qanunsuz kəsilməsi əməlini törətməsi ibtidai istintaq və birinci instansiya məhkəməsi baxışı zamanı tedqiq edilmiş mötəbər, hüquqi baxımdan uzlaşan və bir-birini tamamlayan sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Təqsirləndirilən şəxs barəsində ittihamedici hökm qəbul edilərkən cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan CM-in 259.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının kifayət qədər ağır həddi təyin edilmişdir. Məhkəmə kollegiyası bu dəlillə razılaşmır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8.* və 58.3-cü maddələrinə əsasən ədalət prinsipini və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən şəxsin cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəratinə təsirini nəzərə almışdır. Məhkəmə hökmündə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs dəymiş ziyanın bir hissəsini ödəməsi, yaşayış yerindən müsbət xarakterizə olunması, cinayəti ilk dəfə törətməsi və əvvəllər məhkum olunmaması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Müdafiə tərəfinin qeyd etdiyi digər halların- onun şəkərli diabet xəstəsi olması, 65 yaşında olması, səhhətinin kafi olması və son sözündə əməlindən peşman olduğunu bildirməsi, əlavə olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməməsi isə məhkəmənin cəza təyin etmə üzrə səlahiyyətlərinə uyğundur. Müdafiə tərəfinin göstərdiyi əlavə xüsusatlara — təqsirləndirilən şəxsin 65 yaşında olmasına, şəkərli diabet xəstəliyindən əziyyət çəkməsinə və son sözdə peşmançılıq ifadə etməsinə gəlincə, məhkəmə kollegiyası bildirir ki, CM-in 59.2-ci maddəsinə əsasən məhkəmə Məcəllədə göstərilməyən digər halları da yüngülləşdirici hal kimi tanımaqda mülahizə səlahiyyətinə (diskretsiyaya) malikdir, lakin bu, məhkəmənin mütləq vəzifəsi deyildir. Təqsirləndirilən şəxsin yaşı və səhhətinin vəziyyəti barədə məlumatlar onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növünün — azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi zamanı zatən nəzərə alınmışdır. Həmin xəstəlik və yaş həddi azadlığın məhdudlaşdırılması cəzasının icrasına mane olan hüquqi və ya tibbi müstəvidə keçilməz əngel təşkil etmir. Peşmançılıq məsələsinə gəldikdə, şəxsin yalnız məhkəmə prosesinin sonunda (son sözündə) peşman olduğunu bəyan etməsi avtomatik olaraq səmimi peşmançılıq kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində təbiətə və dövlətə 40.*90 manat məbləğində böyük ziyan vurmuş, bunun müqabilində apellyasiya baxışınadək yalnız *00 manat simvolik ödəniş etmişdir. Vurulmuş ziyanın böyük qisminin ödənilməmiş qalması şəxsin səmimi peşmançılığının və cinayətin nəticələrini aradan qaldırmaq istəyinin real göstəricisi hesab edilə bilməz. Digər tərəfdən, CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Deməli, cəzanın müəyyən edilməsi yalnız yüngülləşdirici halların sayına əsasn həyata keçirilmir, məhkəmə bütün halları məcmu halında qiymətləndirilməlidir. Müdafiə tərəfinin "ağacların fındıq kollarına kölgə salması səbəbindən kəsilməsi" barədə dəlili də cəzanın azaldılması üçün əsas yaratmır. Belə ki, motivindən asılı olmayaraq, təqsirləndirilən şəxs qanunsuz kəsdiyi ağacları sonradan sataraq onlardan maddi mənfəət əldə etmişdir. Bu fakt onun əməlində tamah niyyətinin mövcudluğunu və vurulmuş ziyanın şüurlu şəkildə dərinləşdirildiyini göstərir. Müdafiə tərəfinin Cinayət Məcəlləsinin humanizm prinsipinə istinad etməsi də cəzanın mütləq minimum həddə endirilməsi üçün kifayət deyil. Humanizm prinsipi şəxsin hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmasını yolverilməz hesab etsə də, bu prinsip törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsin davranışına uyğun ədalətli cəza təyin edilməsini istisna etmir. Beləliklə, məhkəmə artıq təqsirləndirilən şəxsin xeyrinə olan bir sıra halları-dəymiş ziyanın qismən ödənilməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Müdafiə tərəfinin əlavə olaraq göstərdiyi hallar isə qanunla birbaşa yüngülləşdirici hal kimi qəbul edilməli hallar deyil və onların ayrıca nəzərə alınması məhkəmənin mütləq vəzifəsi hesab edilə bilməz. Bu baxımdan, cəzanın yalnız 2 il müddətinə, yəni minimum həddə endirilməsi barədə tələb üçün kifayət qədər hüquqi əsas yoxdur. Cəza təyin edilərkən məhkəmə yalnız təqsirləndirilən şəxsin müsbət xarakterizə olunmasını və əvvəl məhkum edilməməsini deyil, törədilmiş əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin nəticələrini, vurulmuş ziyanın miqdarını və təqsirləndirilən şəxsin həmin əməldən sonrakı davranışını da nəzərə almalıdır. Bu halların məcmusu nəzərə alındıqda, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın yalnız müdafiə tərəfinin sadaladığı hallara əsasən minimum həddə endirilməsi üçün əsas olmadığı nəticəsinə gəlmək mümkündür. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 202*-ci il tarixli *5 nömrəli qərarının 24-cü bəndində qeyd edilir ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş əməlin xarakterini və ağırlığını, zərərçəkmiş şəxsə vurulmuş zərərin xarakterini, əvvəllər məhkum olunmaması və yaşadığı yerdə müsbət xarakterizə olması kimi halları nəzərə almış, cəzanı fərdiləşdirmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” AR Ali Məhkəməsinin Plenumunun 2003-cü il ** saylı Qərarında göstərildiyi kimi, cəzanın təyin edilməsində fərdi yanaşma tələb olunur; hazırkı iş üzrə bu tələbə əməl edilmişdir. Bu əsaslarla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin heç bir dəlili birinci instansiya məhkəməsinin hökmünün qanunsuz və ya əsassız hesab edilməsi üçün kifayət etmir, bu səbəbdən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Hcıməmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. CM-nin 4-cü maddəsinə əsasən Cinayət Məcəlləsi qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır. CM-nin 8.*-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır — cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Ədalət» anlayışı bu kontekstde proporsionallıq ideyasını özündə daşıyır: cəza nə artıq yüngül, nə də artıq ağır olmamalıdır. CM-nin 4*.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın bu üç məqsədi — sosial ədalət, islah, xəbərdarlıq — bir-biri ilə üzvi bağlılıqda olub, məhkəmənin cəza seçərkən nəzərə almalı olduğu fundamental tələbləri müəyyən edir. CM-nin 58.*-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinde nəzərdə tutulmuş hədlerde ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi bu tələblərin hamısına riayət etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cinayət törətmiş şəxs barəsinde daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud məhkəmənin istinad etdiyi ağırlaşdıran hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini artıran hallara aid olmasın. Halbuki bu işdə belə bir vəziyyət mövcud deyildir. Bütün bu əsaslara görə məhkəmə kollegiyası Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(0*9)-**0/2025 nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya hökmü dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 4*0-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(0*9)-**0/2025 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 4*0-cu maddəsinde nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar