Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-181/2026 15.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərov Anar Əlifağa oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov Imanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Fərhadov Adil Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X2 iştirakları ilə, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 177.2.1, 177.2.3-1-ci maddələri ilə, təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (sədrlik edən hakim İ.Fəttahov), ##.##.2007-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Göyçay şəhəri, Ə.Kərim küçəsi, ev 118-də qeydiyyatda olmaqla, Göyçay şəhəri, Bakı küçəsi, ev 1/21-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib, CM-in 85.4-1-ci maddəsinə əsasən 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları əhatə etmək yolu təqsirləndirilən şəxs2 qəti olaraq 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, təqsirləndirilən şəxs2 məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddətin CM-in 69.3cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs2 CMin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 özgənin əmlakının gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlamışdır. Belə ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ## ###### 2024-cü il tarixdə saat 00 radələrində tanışı təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib, informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmək barədə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını (pul vəsaitini) gizli olaraq talamaq məqsədi ilə Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən “Peykanlı” adlanan çayxanada olarkən çayxananın işçisi Zərərçəkmiş şəxs məxsus mobil telefonu cinayətkar niyyətinin həyata keçirilməsində vasitə kimi istifadə etmək üçün sonuncudan xəbərsiz götürüb telefonda olan “Bir Bank” proqramı vasitəsilə lazımi əməliyyatları icra etdikdən sonra Zərərçəkmiş şəxs “Kapital Bank”-a məxsus ****-****-****-**** nömrəli plastik bank kartı hesabından hissə-hissə, yəni ## ###### 2024-cü il tarixdə saat 00:43-də 100 manat, saat 00:44-də isə 100 manat və 200 manat olmaqla ümumilikdə 400 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə anası X3 məxsus olmaqla özünün istifadəsində olan “Azərbaycan Beynəlxalq Bank”-ına məxsus ****-****-****-**** nömrəli plastik bank kart hesabına köçürüb, bir qədər sonra saat 01 radələrində isə həmin tanışı təqsirləndirilən şəxs1 ilə birlikdə bankomat vasitəsilə nağdlaşdırıb ələ keçirməklə ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs 400 manat pulunu informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa istintaqa məlum olmayan tarixdə və mənbədən Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” ## #### 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni ümumi təmiz çəkisi 6,57 qram olan tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, daşıyaraq üzərində saxlamış, ## ##### 2025-ci il tarixdə saat 15:12-də Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, Bakı küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq saat 15:12-dan 15:19-dək üstünün yoxlanılması zamanı əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 6,57 qram olmaqla xeyli miqdarda tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da CM-in 177.2.1, 177.2.3-1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 özgənin əmlakının gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Belə ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ## ###### 2024-cü il tarixdə saat 00 radələrində tanışı təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib, informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmək barədə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını (pul vəsaitini) gizli olaraq talamaq məqsədi ilə Göyçay şəhəri, Ə.Kərim küçəsində yerləşən “Peykanlı” adlanan çayxanada olarkən çayxananın işçisi Zərərçəkmiş şəxs məxsus mobil telefonu sonuncudan xəbərsiz götürüb telefonda olan “Bir Bank” proqramı vasitəsilə lazımi əməliyyatları icra etdikdən sonra Zərərçəkmiş şəxs “Kapital Bank”-a məxsus ****-****-****-**** nömrəli plastik bank kartı hesabından hissə-hissə, yəni ## ###### 2024-cü il tarixdə saat 00:43-də 100 manat, saat 00:44-də isə 100 manat, 100 manat və 200 manat olmaqla ümumilikdə 400 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə təqsirləndirilən şəxs2 istifadəsində olan anası X3 məxsus “Azərbaycan Beynəlxalq Bank”-ına məxsus ****-****-****-**** nömrəli plastik bank kart hesabına köçürüb, bir qədər sonra saat 01 radələrində isə həmin tanışı təqsirləndirilən şəxs2 ilə birlikdə bankomat vasitəsilə nağdlaşdırıb ələ keçirməklə ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs 400 manat pulunu informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişdir.Bununla da təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs2 təklif olunan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə və cinayət qanununun normaları düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Belə ki, təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-1-ci maddələrinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzası bir ildən üç ilədək müddətə müəyyən edilmişdir. CM-in 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı qərarının 53-cü bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az və ya həmin maddədə müəyyən ediləndən daha yüngül növdə cəza təyin edilirsə və yaxud təyin edilməsi məcburi olan əlavə cəza təyin edilmirsə hökmün nəticəvi hissəsində bu cəzanın CM-in 62-cı maddəsi tətbiq olunmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təyin edildiyi göstərilir. Qeyd olunanlardan göründüyü kimi, CM-in 177.2.1 və 177.2.3-1-ci maddələrinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddi cinayət qanunu ilə yetkinlik yaşına çatmayanlar üçün həmin növ cəzaya münasibətdə müəyyən edilmiş həddən çox olsa da aşağı həddi qanunla yetkinlik yaşına çatmayanlar üçün həmin növ cəzaya münasibətdə icazə verilən hədlər daxilindədir. Lakin məhkəmə CM-in 62-ci maddəsinə istinad etmədən yetkinlik yaşına çatmamış təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az təyin etmişdir. Bundan başqa, iş materiallarından aydın olur ki, təqsirləndirilən şəxs2 istintaq zamanı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək və ##.##.2025-ci il tarixdən ##.##.2025ci il tarixədək - ümumilikdə 4 gün şübhəli şəxs qismində saxlanılmışdır. Lakin məhkəmə təqsirləndirilən şəxs2 təyin etdiyi qəti cəzaya cəmi 2 gün müddəti (##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək) hesablamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli qərarının 56-cı hissəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxs2 cəza təyin edərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətini düzgün müəyyən etməmişdir. CPM-in 353.4.3 və 353.4.8ci maddələrinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində çəkilməli olan yekun cəza tədbiri və təqsirləndirilən şəxsin həhsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Həmin Məcəllənin 399.1.4cü maddəsinə əsasən cinayət qanunun normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 403-cü maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxs2 törətdiyi cinayətlərin xarakterinə ve ictimai təhlükəlilik dərəcəsinə, eyni zamanda onun şəxsiyyətinə uyğun olmayan cəza təyin etməklə ədalətsizliyə yol vermişdir. Halbuki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. təqsirləndirilən şəxs2 törətdiyi CM-in 177-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin obyekti mülkiyyət münasibətləridir, maddi tərkibli olmaqla, subyektiv cəhətdən təqsirin yalnız birbaşa qəsd formasında törədilir, obyektiv cəhətdən özgənin əmlakını gizli talamada ifadə olunur, subyekti 14 yaşına çatmış anlaqlı fiziki şəxsdir və həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. təqsirləndirilən şəxs2 törətdiyi CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əsas bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyekti isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insanın-fərdin sağlamlığı hesab olunmaqla, həmin cinayət də az ağır cinayətlər kateqoriyasına aiddir. Həmçinin məhkəmə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə qəsdən cinayət əməli törətmiş təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 34.8-ci maddəsinin tələblərini nəzərə almamışdır. Həmin maddənin tələbinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Iş materiallarından aydın olur ki, təqsirləndirilən şəxs2 qəsdən törətdiyi birinci cinayətindən cəmi bir neçə ay sonra qəsdən yeni cinayət əməli törətmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs sabit cinayətkar yönümlüdür. Lakin məhkəmə təqsirləndirilən şəxsdə cinayətkar qətiyyətin formalaşmasını və onu cinayət törətməyə meyilli olmasını cəza təyin edərkən nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi əməli etiraf edib peşman olmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini əməlində cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Halbuki, CM-in 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. təqsirləndirilən şəxs2 belə hərəkətləri müəyyən edilməmişdir. Onun məsuliyyətini yüngülləşdirmək üçün əməllərindən peşman olmasını bildirməsi isə qeyd olunanlara görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. Bundan başqa, ilk dəfə az ağır cinayət əməli törətməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. Qeyd edildiyi kimi, təqsirləndirilən şəxs2 bir neçə ayın içində qəsdən 2 cinayət əməli törətmişdir. CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. CPM-in 139-cu maddəsinə görə cəzanı yüngülləşdirən hallar sübut edilməli hallar siyahısına daxil edilmişdir. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxs2 yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamış, həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə cinayət törədilməsinin qarşısının alınmasına xidmət etməyəcək cəza təyin etmişdir. Odur ki, təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3-1 və 234.1-ci maddələri ilə, təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmünün təqsirləndirilən şəxs2 təklif olunan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə və cinayət qanununun normaları düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X1 apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X2 apellyasiya protestinin təmin edilməməsini məhkəmədən xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 399.1, 399.1.4 və 399.1.5-ci maddəsinə görə, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə cəzaya aid hissədə dəyişdirilməlidir. Ilk növbədə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 əməllərini CM-in 177.2.1, 177.2.3-1 və 234.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu təqsirləndirilən şəxs2 özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında, informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talaması, habelə satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təsdiq edir. Bu baxımdan apellyasiya protestində cinayət qanununun tətbiqi ilə bağlı irəli sürülmüş dəlillərdən həmin əməllərin hüquqi tövsifinin dəyişdirilməsi zərurəti yaranmır. Bununla belə, protestdə cəzanın təyin edilməsi və cəzaçəkmə müddətinin hesablanması ilə bağlı göstərilən dəlillər əsaslı olduğundan hökm həmin hissələrdə dəyişdirilməlidir. Apellyasiya protestinin təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-1-ci maddələri ilə cəza təyin edilərkən həmin Məcəllənin 62-ci maddəsinin tətbiq edilməməsi ilə bağlı dəlilinə məhkəmə kollegiyası qiymət verərək hesab edir ki, həmin dəlil əsassızdır. Belə ki, apellyasiya protestində göstərilir ki, CM-in 177.2.1 və 177.2.3-1-ci maddələrinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddi bir il müəyyən edildiyi halda, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs2 həmin həddən az, yəni 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, lakin birinci instansiya məhkəməsi CM-in 62-ci maddəsinə istinad etməmişdir. Məhkəmə kollegiyası bu dəlillə razılaşmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2008-ci il tarixli * nömrəli qərarının 11-1-ci bəndində izah edilmişdir ki, yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən CM-in 85.1-ci maddəsi ilə bu kateqoriyadan olan şəxslər üçün cəmi beş cəza növü – cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə – nəzərdə tutulmuş, CM-in 85.2-85.5-ci maddələri ilə həmin cəzaların hər biri üçün böyüklərlə müqayisədə azaldılmış məbləğ və ya qısaldılmış müddətlər müəyyən edilmişdir. Həmin Plenum qərarında xüsusi olaraq qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayanlara CM-in 85.2-85.5-ci maddələrinin tələblərinə əsasən CM-in Xüsusi hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin etmək zərurəti yarandıqda, həmin cəza CM-in 62-ci maddəsinə istinad edilmədən təyin edilməlidir. Bu izahdan göründüyü kimi, yetkinlik yaşına çatmayanlar barəsində cəza təyin edilərkən CM-in 85-ci maddəsinin müddəaları xüsusi hüquqi tənzimləmə təşkil edir. Bu kateqoriyadan olan şəxslərə cəzanın aşağı həddinin müəyyən edilməsində CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası ilə yanaşı, CM-in 85-ci maddəsində yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş xüsusi cəza hədləri də nəzərə alınmalıdır. Hazırkı işdə təqsirləndirilən şəxs2 cinayətləri törədərkən yetkinlik yaşına çatmayan olması iş materialları ilə müəyyən edilir. CM-in 85.4-1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara azadlığın məhdudlaşdırılması cəzası iki aydan iki ilədək müddətə təyin edilir. CM-in 177.2.1 və 177.2.3-1-ci maddələrinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddi bir il müəyyən edilsə də, həmin sanksiyanın aşağı həddinin yetkinlik yaşına çatmayan şəxs barəsində avtomatik olaraq tətbiq edilməsi CM-in 85-ci maddəsinin xüsusi müddəalarının mahiyyətinə uyğun deyildir. Qanunverici yetkinlik yaşına çatmayanlar üçün azadlığın məhdudlaşdırılması cəzasının ayrıca və daha aşağı müddətini – iki aydan iki ilədək – müəyyən etmişdir. Başqa sözlə, CM-in 85.4-1-ci maddəsində nəzərdə tutulmuş iki aylıq müddət yetkinlik yaşına çatmayanlara münasibətdə CM-in Xüsusi hissəsinin sanksiyasında müəyyən edilmiş cəzanın aşağı həddindən kənara çıxılması deyil, həmin şəxslər üçün CM-in Ümumi hissəsində xüsusi olaraq müəyyən edilmiş cəza həddinin tətbiq edilməsidir. Bu səbəbdən təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-1-ci maddələri ilə 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi CM-in 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna halların mövcudluğundan asılı deyildir. Əks yanaşma CM-in 85.4-1-ci maddəsinin yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutduğu azadlığın məhdudlaşdırılması cəzasının minimum müddətinin faktiki olaraq tətbiq edilməsini mümkünsüz edərdi. Halbuki, Ali Məhkəmə Plenumunun yuxarıda göstərilən izahında məhz bu məsələyə aydınlıq gətirilərək CM-in 85.2-85.5-ci maddələrinin tətbiqi nəticəsində Xüsusi hissənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəzanın CM-in 62-ci maddəsinə istinad edilmədən təyin edilməsinin mümkünlüyü təsbit edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-1-ci maddələri ilə 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən CM-in 62-ci maddəsinə istinad etməməsi qanunun tələblərinə uyğundur. Apellyasiya protestinin bu halın cinayət qanununun düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməsi barədə dəlili isə yuxarıda qeyd edilən hüquqi əsaslara görə əsassızdır və təmin edilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, CM-in 62-ci maddəsi müstəsna hallarda Xüsusi hissənin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəzanın və ya həmin maddədə nəzərdə tutulandan daha yüngül cəza növünün təyin edilməsini tənzimləyən ümumi xarakterli normadır. Yetkinlik yaşına çatmayanlar barəsində isə cəza növləri və onların müddətləri CM-in 85-ci maddəsi ilə xüsusi olaraq müəyyən edilmişdir. Buna görə də CM-in 85-ci maddəsinin tətbiq edildiyi halda, həmin normanın imkan verdiyi cəzanın təyin olunması üçün CM-in 62-ci maddəsinə əlavə istinad edilməsinə ehtiyac yoxdur. Odur ki, apellyasiya protestinin təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-1-ci maddələri ilə cəza təyin edilərkən CM-in 62-ci maddəsinin tətbiq edilməli olması barədə dəlili əsassız hesab edilməli və həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası cəzanın müddətini müəyyən edərkən təqsirləndirilən şəxs2 cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, təqsirli bilindiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini, informasiya texnologiyalarından istifadə edilməsini, vurulmuş ziyanın məbləğini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır. Iş materiallarından görünür ki, təqsirləndirilən şəxs2 digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq cinayətin törədilməsi barədə razılaşmış, zərərçəkmiş Zərərçəkmiş şəxs mobil telefonundan onun xəbəri olmadan istifadə edərək bank tətbiqi vasitəsilə pul vəsaitlərini Əhmədlinin istifadəsində olan bank hesabına köçürmüş və həmin vəsait sonradan onun iştirakı ilə bankomatdan nağdlaşdırılmışdır. Bu hallar törədilmiş əməlin yalnız formal tərkib əlamətlərini deyil, həm də onun konkret törədilmə üsulunu və iştirakçılığın xarakterini səciyyələndirir. Buna görə də cəza təyin edilərkən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya protestində təqsirləndirilən şəxs2 birinci cinayət əməlindən qısa müddət sonra digər qəsdən cinayət törətməsi barədə dəlili də nəzərə alır. Iş materiallarına əsasən, onun ## ###### 2024-cü il tarixdə CM-in 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan əməli törətməsindən sonra ## ##### 2025-ci il tarixdə CM-in 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi müəyyən edilmişdir. Lakin bu halın özlüyündə cəzanın ağırlaşdırılması halı kimi qiymətləndirilməsi mümkün deyildir. Həmin hal təqsirləndirilən şəxsin şəxsiyyəti və cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmalı olmaqla, qanunda ayrıca ağırlaşdırıcı hal kimi müəyyən edilmiş hallarla eyniləşdirilə bilməz. Məhkəmə kollegiyası apellyasiya protestində təqsirləndirilən şəxs2 “sabit cinayətkar yönümlü” olması barədə irəli sürülmüş mülahizəyə də qiymət verərək qeyd edir ki, şəxsin belə xarakterizə edilməsi yalnız konkret, qanuni qaydada əldə edilmiş və məhkəmə tərəfindən tədqiq olunmuş faktiki məlumatlarla əsaslandırıla bilər. Təkcə iki ayrı cinayət əməlinin törədilməsi həmin şəxsin “sabit cinayətkar yönümlü” olması barədə nəticə çıxarmaq üçün özlüyündə kifayət edən hüquqi əsas deyildir. Buna görə həmin ifadə müstəqil hüquqi nəticə kimi deyil, yalnız iş üzrə müəyyən edilmiş faktiki halların qiymətləndirilməsi çərçivəsində nəzərə alına bilər. Apellyasiya protestinin digər mühüm dəlili birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs2 əməlini etiraf etməsini və peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almasının düzgün olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası bu dəlili qismən əsaslı hesab edir. CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar sırasında nəzərdə tutulmayan hallar da CM-in 59.2-ci maddəsinə əsasən cəzanın fərdiləşdirilməsi zamanı yüngülləşdirici hal kimi nəzərə alına bilər. Lakin belə halın mövcudluğu və onun cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin səbəbləri məhkəmə hökmündə əsaslandırılmalıdır. Bununla belə, şəxsin təqsirini etiraf etməsi ilə onun səmimi peşman olması eyni anlayışlar deyildir. Təqsirin etirafı şəxsin törətdiyi əməldə təqsirli olduğunu qəbul etməsini ifadə etdiyi halda, səmimi peşmançılıq şəxsin könüllü olaraq gəlib təqsirini boynuna alması, cinayətin açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi və ya vurulmuş zərərin başqa üsulla aradan qaldırılması kimi CM-in 72.1-ci maddəsində nəzərdə tutulan davranışlarla müşayiət olunmalıdır. Iş materiallarında təqsirləndirilən şəxs2 cinayətin açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsi və ya vurulmuş zərərin başqa üsulla aradan qaldırılması barədə məlumat müəyyən edilmir. Bu səbəbdən onun yalnız törətdiyi əməli etiraf etməsi və peşman olduğunu bildirməsi CM-in 72.1-ci maddəsində nəzərdə tutulan səmimi peşmançılıq kimi qəbul edilə bilməz. Eyni zamanda birinci instansiya məhkəməsinin “ilk dəfə az ağır cinayət törətməsi” halını ayrıca cəzanı yüngülləşdirən hal kimi göstərməsi də düzgün olmamışdır. Belə ki, iş materiallarında təqsirləndirilən şəxs2 məhkum olunmadığı müəyyən edilsə də, onun ## ###### 2024-cü il tarixdə bir cinayət, ## ##### 2025-ci il tarixdə isə digər qəsdən cinayət törətməsi müəyyən edilmişdir. Buna görə hazırkı iş üzrə onun hər iki cinayəti ilk və yeganə cinayət əməli kimi qiymətləndirilə bilməz. Lakin məhkəmə kollegiyası nəzərə alır ki, təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan əməli törədərkən yetkinlik yaşına çatmamışdır. Onun məhkum edilməməsi, CM-in 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törədərkən yetkinlik yaşına çatmayan şəxs olması, narkotik vasitədən istifadə etməsi ilə bağlı ekspertiza məlumatları və digər fərdi hallar cəzanın fərdiləşdirilməsi zamanı birlikdə qiymətləndirilməlidir. Buna görə apellyasiya protestinin təqsirləndirilən şəxs2 daha ağır cəzanın təyin edilməsinə dair dəlili tam həcmdə deyil, qismən əsaslı hesab edilməlidir. Cəza artırılarkən onun CM-in 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törədərkən yetkinlik yaşına çatmayan olması nəzərə alınmalı və təyin edilən cəza onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-1ci maddələri ilə 06 ay müddətinə, CM-in 234.1-ci maddəsi ilə isə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi cinayətin konkret halları, onun CM-in 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törədərkən yetkinlik yaşına çatmaması, şəxsiyyəti və cəzanın məqsədləri nəzərə alınmaqla əsaslıdır. Bu cəzaların CM-in 66.2-ci maddəsinə əsasən daha ciddi cəzanın az ciddi cəzanı əhatə etməsi yolu ilə qəti cəzaya çevrilməsi nəticəsində təqsirləndirilən şəxs2 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanunun tələblərinə uyğundur. Apellyasiya protestinin digər dəlili təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı saxlanıldığı müddətin cəzaçəkmə müddətinə tam daxil edilməməsi ilə bağlıdır. Iş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs2 ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək və ## ##### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək, ümumilikdə 4 gün müddətində şübhəli şəxs qismində saxlanılmışdır. CPM-in 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə əsasən şəxsin tutulduğu və faktiki azadlığının məhdudlaşdırıldığı müddət, qanunda nəzərdə tutulmuş qaydada, həbsdə saxlama müddətinin hesablanmasında nəzərə alınır. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraat zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin edilmiş cəza müddətinə daxil edilir. Birinci instansiya məhkəməsi yalnız ## ##### 2025-ci ildən ## ##### 2025-ci ilədək olan 2 günlük müddəti nəzərə almış, ## #### 2025-ci ildən ## #### 2025-ci ilədək olan 2 günlük saxlanma müddətini isə cəzaçəkmə müddətinə daxil etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin hal hökmün dəyişdirilməsini tələb edir. Çünki iş materialları ilə təqsirləndirilən şəxs2 göstərilən hər iki tarix aralığında faktiki olaraq saxlanıldığı təsdiq edilir və həmin müddətlərin cəza müddətinə daxil edilməməsi onun qanunla müəyyən edilmiş hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Buna görə təqsirləndirilən şəxs2 ümumilikdə 4 gün müddətində saxlanılması cəzaçəkmə müddətinə daxil edilməli və CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydada hesablanmalıdır. Beləliklə, 01 il 06 ay müddətinə, yəni 18 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 4 günlük saxlanma müddətinin hər bir gününün 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulması nəticəsində 8 gün çıxılmalıdır. Bu halda təqsirləndirilən şəxs2 üzərində 01 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə cəzaya aid hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili X2 tapşırılmışdır. X4 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırkı işin baxılması ilə bağlı müdafiəçi cəmi 6 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli, ** nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46950" \t "_blank" \o "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi" Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası HYPERLINK "https://e-qanun.az/framework/46945" \t "_blank" \o "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi" Mülki Prosessual Məcəlləsinin 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilsin. Odur ki, təqsirləndirilən şəxs2 məhkəmə kollegiyası iclasında göstərilən hüquqi yardıma görə 66 manat məbləğində pul X4na ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə cəzaya aid hissədə dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs2 təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə, qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək və ## ##### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixədək saxlanıldığı 4 gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Göyçay Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlansın. təqsirləndirilən şəxs2 məhkəmə kollegiyası iclasında göstərilən hüquqi yardıma görə 66 manat məbləğində pul X4na ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-181/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-181/2026
15.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver