Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-182/2026 08.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Səmədov Xəqani Hacı oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-İN) 126.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, 1(091)-73/2025 (sədrlik edən G.Aşurova) nömrəli hökmü ilə, ## ###### 2009-cu il tarixdə İsmayıllı rayonunun Kürdmaşı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonunun Kürdmaşı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı ## ### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməsi, onun məhkəmə iclas zalından həbs edilməsi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X26 yerləşdirilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminindəki mübahisə zamanı Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə ki, o, ## ##### 2024-cü il tarixdə, saat 12 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndinin ərazisində, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Kürdmaşı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının yaxınlığındakı küçədə özündən 7 yaş böyük olan həmkəndlisi Zərərçəkmiş şəxs ondan sevdiyi qızla eyni partada oturmamasını, sinifdə yerini dəyişərək başqa yerdə oturmasını tələb etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onun sifət nahiyəsindən qəsdən bir dəfə yumruq zərbəsi vuraraq sonuncuya qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşaiyət edilən hər iki burun sümüyünün, sağ əng sümüyünün alın çıxıntısının, sol əng cibinin ön iç və bayır divarlarının, əsas sümüyün sol böyük qanadının, sol almacıq qövsünün sınıqları, sol gicgah nahiyəsinin səthi yarası, sol gözün ağlı qişasına qansızma, sol gözətrafı yumşaq toxumaların qançırları kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs bаrəsində olаn cinаyət işinin ibtidаi аrаşdırmаsı zаmаnı kobud səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmış, birinci instansiya məhkəməsi də bu səhvləri aradan qaldırmağa çalışmamış və sonda mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər İsgəndərov Seyfulla İsgəndər oğlunun, X2, şahid2 İntiqam oğlunun ifadələrinə, Məhkəmə-tibbi ekspertizasının ## ##### 2024-cü il tarixli *** nömrəli və Təkrar məhkəmə-tibbi ekspertizasının ## ### 2024cü il tarixli T***/**** nömrəli bir-biri ilə ziddiyyət təşkil edən ekspert rəylərinə əsaslanmaqla və bunları mötəbər sübut kimi qiymətləndirməklə Təqsirləndirilən şəxs haqqında CM-in 126.1-ci maddəsi ilə ittiham hökmü çıxarmış, hansıki, müdafiə tərəfinin fikrincə bu sübutlara əsasən sonuncunun qeyd edilən maddədə nəzərdə tutulan cinayət əməlini törətməsini söyləmək faktiki olaraq mümkün deyil. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər İsgəndərov Seyfulla İsgəndər oğlunun, X2, şahid2 İntiqam oğlunun məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə ibtidai istintaq zamanı verdikləri ifadələri arasında ziddiyətlər yaranmışdır. Bu ziddiyətlərə aydınlıq gətirilməsi ilə bağlı müdafiə tərəfinin suallarına cavab olaraq yuxarıda adları qeyd edilən şəxslər bildirmişlər ki, ibtidai istintaq qərəzli aparılmış, onlara sərbəst ifadələr verməyə şərait yaradılmamış, onlar bu cür ifadələr verməyə məcbur edilmiş, ona görə də ibtidai istintaqda verdikləri ifadələrin deyil, məhkəmə istintaqı zamanı verdikləri ifadələrin mötəbər sübut kimi qiymətləndirilməsini xahiş etmişlər. İttiham tərəfi bu ziddiyyətlərə heç bir münasibət bildirməmiş və aydınlaşdırmamış, həmçinin bu ziddiyyətlər digər sübutlarla aradan qaldırılmamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun sinif yoldaşı və parta yoldaşı olan qızı sevmiş və hadisədən əvvəl dəfələrlə ona zəng edərək həmin qızın yanında oturmamasını demiş, hətta məktəbə getməməyi üçün ona hədə-qorxu gəlmişdir. O da müəlliməsindən onun yerini dəyişməsini xahiş etmişdir. Hadisə baş verən gün görüşmək təklifi Camaldan gəlmişdir. Belə ki, o, həmin gün 9-cu sinif buraxılış imtahanı üçün şəkil çəkdirmək üçün məktəbdən icazə almış və şəkil çəkdirdikdən sonra şəkili məktəbə vermək üçün geri qayıtmışdır. Məktəbdə olan zaman Camalın xalası oğlu Ağacan onun yanına gələrək Zərərçəkmiş şəxs onu çağırdığını bildirmişdir. O, məktəbdən çıxdıqdan sonra Camal kənd icra nümayəndəliyi tərəfdən əli ilə onu yanına çağırmış, o da Camalın yanına getmişdir. Həmin vaxt Camalın yanında sonuncunun dostu Seyfulla da olmuşdur. Camal ona “sənə deməmişdim ki, sinifdə qızın yanında oturma” deyə irad tutmuş, o isə sinif rəhbərinin yerini dəyişməyə icazə vermədiyini bildirmişdir. Həmin vaxt Camal hiddətlənərək ona əl-qol atmaqla onun istədiyini etməli olduğunu demiş və onun boğazından tutub boğaraq sinifdə yerini dəyişməsini tələb etmişdir. Camal həmçinin onu ağır dərəcədə təhqir etmiş, o Camala irad bildirən zaman isə onu vurmuşdur. Daha sonra Seyfulla daşla onun belindən, eləcə də boyun nahiyəsindən vurmuş və onu arxadan tutmuşdur. Camal bundan istifadə edərək onu vurmuş, o da özünü müdafiə etmək üçün Camalın üz nayihəsindən bir yumruq zərbəsi endirmişdir. Camalı vuran zaman onun əlində heç nə olmamışdır. Bundan sonra Camalgil yenidən üzərinə hücum çəkərək onu vurmağa başlamışlar. Daha sonra başqa uşaqlar gələrək onu Camalgilin əlindən almışlar. Həmin vaxt o, belindən və boynunun arxa tərəfindən xəsarət almışdır. Amma ekspert ona yoxlayan zaman heç bir xəsarətinin olmadığını demişdir. O, Camalın sifətində xəsarət olub-olmadığına fikir verməmiş və evə doğru getməyə başlamışdır. Yolda atasını görərək hadisəni ona danışmış və atası ilə birlikdə məktəbə tərəfə gedərkən yolda Camalgillə qarşılaşmışlar. Atası Camalgilə yaşının ondan çox olduğunu deyərək nə üçün onunla dalaşdıqlarını, məktəbin yanında nə etdiklərini soruşduqda onlar marketə gəldiklərini bildirmişlər. Halbuki Camalın yaşadığı küçənin başında market var. Onlar demək olar ki, hər gün məktəbin yanında dayanıb şargirdlərə siqaret vermişlər. O, güləş idman növü ilə məşğul olur, heç vaxt boksla məşğul olmamışdır. Qız məsələsindən başqa onun Camalla heç bir problemi olmamışdır. Hadisədən sonra ona bildirmişlər ki, Camal məktəbin yanında bulaqda üzünü yumuş, bundan sonra isə Şahingilə getmişlər. Camal heç vaxt onun haqqında qohumu Şahinə irad bildirməmişdir. Zərərçəkmiş şəxslə dəfələrlə barışmağa cəhd etsələr də zərərçəkmiş şəxs barışmamış, ondan şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş tərəf hətta hadisədən sonra onun atası Kamil barədə də şikayət etmiş, amma sübut edə bilmədikləri üçün şikayətləri təmin olunmamışdır. Onun fikrincə qarşı tərəfin onlarla belə ədavət aparmalarının səbəbi odur ki, hadisədən bir müddət əvvəl Camalgil avtomobili təhlükəli idarə edərək qəza törətmişlər və həmin an onun kiçik qardaşı da yol kənarında olduğu üçün atası Kamil bununla bağlı onlara irad bildirmişdir. Onlar da həmin vaxtdan onun atasından acıqlı qalmışlar. Qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin və iş üzrə dindirilən digər şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə deyil, ibtidai istintaqda verdikləri ifadələrini mötəbər sübut kimi qəbul etmişdir. Bir halda ki, ibtidai istintaq zamanı verilən ifadələr əsas götürülürsə, onda məhkəmə prosesləri niyə təşkil olunur və tərsirləndirilən şəxslərin məhkəmələrdə dindirilmələrinin nə əhəmiyyəti qalır ki? Bununla bağlı Avropa Məhkəməsi Ekrapiç Xorvatiyaya qarşı iş üzrə qərarında öz hüquqi mövqeyini ortaya qoyaraq qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, məhkəmələr ibtidai istintaq zamanı verilən ifadələrdən fərqli olaraq məhkəmə iclasında verilən ifadələrə daha çox əhəmiyyət verməlidirlər. İbtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində, təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün keçirilir.” Məmmədov (Cəlаloğlu) Azərbаycаnа qаrşı 11 yаnvаr 2007-ci il tаrixli, Irlаndiyа Birləşmiş Krаllığа qаrşı 18 yаnvаr 1978-ci il qərаrındа, həmçinin bir sırа qərаrlаrdа məhkəmə sübutlаrı qiymətləndirərkən “əsаslı şübhə yerinin qаlmаmаsı” sübutetmə stаndаrtını tətbiq edir. İş materiallarından isə müəyyən olunur ki, Məhkəmə-tibbi ekspertizasının ## ##### 2024-cü il tarixli *** nömrəli ekspert rəyi ilə və Təkrar məhkəmətibbi ekspertizasının ## ### 2024-cü il tarixli T***/**** nömrəli ekspert rəyi bir-biri ilə ziddiyyət təşkil edir. İş materiallarındakı ekspert rəylərinin qeyd edilən stаndаrtа uyğun gəlməsi üçün ekspert rəylərinin mötəbərliyinə heç bir şübhə yeri qаlmаmаlıdır. Hesab edirlər ki, birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Hesab edirlər ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinməsində istinad etdiyi sübutlar mötəbər sübut kimi əsaslı şübhələrdən kənar olmamaqla, kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan ibarət olmamış, həmçinin təkzib olunmaz oxşar fakt 13. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər Sənədin növü Faylın adı Endir ehtimallarından irəli gəlməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 1996-cı il tarixli Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, ... ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə, ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmin Qərarın 6-cı bəndində qeyd edilir ki, hökmdə məhkəmənin əsaslandığı bütün sübutlar təhlil edilməli və bu zaman müttəhimi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Lakin, birinci instansiya məhkəməsinin hazırkı mübahisələndirilən hökmündən görünür ki, məhkəmə Ali Məhkəmənin tövsiyyələrinə heç bir əhəmiyyət verməmiş, işdəki mövcud ziddiyyətlər aydınlaşdırılmamış, qeyri-mötəbər sübutlara istinad edilmişdir. Bütün yuxаrıdа qeyd edilən hаllаrа əsаslаnаrаq hesаb edirik ki, iş mаteriаllаrındа olаn sübutlаr Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifаyət etmir, birinci instansiya məhkəməsinin istinad etdiyi sübutlаrın mötəbərliyi şübhə doğurur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350, 381.1, 381.2.5, 383.1.1, 384.1.1, 385.1, 387, 398.1.2, 399.1.3-ci maddələrinin rəhbər tutularaq Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** saylı hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində qanuni və ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 hökmün qanuni, əsaslı və ədalətli olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi hökmün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsili bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun sinif yoldaşı və parta yoldaşı olan qızı sevmiş və hadisədən əvvəl dəfələrlə ona zəng edərək həmin qızın yanında oturmamasını demiş, hətta məktəbə getməməyi üçün ona hədə-qorxu gəlmişdir. O da müəlliməsindən onun yerini dəyişməsini xahiş etmişdir. Hadisə baş verən gün görüşmək təklifi Camaldan gəlmişdir. Belə ki, o, həmin gün 9-cu sinif buraxılış imtahanı üçün şəkil çəkdirmək üçün məktəbdən icazə almış və şəkil çəkdirdikdən sonra şəkili məktəbə vermək üçün geri qayıtmışdır. Məktəbdə olan zaman Camalın xalası oğlu Ağacan onun yanına gələrək Zərərçəkmiş şəxs onu çağırdığını bildirmişdir. O, məktəbdən çıxdıqdan sonra Camal kənd icra nümayəndəliyi tərəfdən əli ilə onu yanına çağırmış, o da Camalın yanına getmişdir. Həmin vaxt Camalın yanında sonuncunun dostu Seyfulla da olmuşdur. Camal ona “sənə deməmişdim ki, sinifdə qızın yanında oturma” deyə irad tutmuş, o isə sinif rəhbərinin yerini dəyişməyə icazə vermədiyini bildirmişdir. Həmin vaxt Camal hiddətlənərək ona əl-qol atmaqla onun istədiyini etməli olduğunu demiş və onun boğazından tutub boğaraq sinifdə yerini dəyişməsini tələb etmişdir. Camal həmçinin onu ağır dərəcədə təhqir etmiş, o Camala irad bildirən zaman isə onu vurmuşdur. Daha sonra Seyfulla daşla onun belindən, eləcə də boyun nahiyəsindən vurmuş və onu arxadan tutmuşdur. Camal bundan istifadə edərək onu vurmuş, o da özünü müdafiə etmək üçün Camalın üz nayihəsindən bir yumruq zərbəsi endirmişdir. Camalı vuran zaman onun əlində heç nə olmamışdır. Bundan sonra Camalgil yenidən üzərinə hücum çəkərək onu vurmağa başlamışlar. Daha sonra başqa uşaqlar gələrək onu Camalgilin əlindən almışlar. Həmin vaxt o, belindən və boynunun arxa tərəfindən xəsarət almışdır. Amma ekspert ona yoxlayan zaman heç bir xəsarətinin olmadığını demişdir. O, Camalın sifətində xəsarət olub-olmadığına fikir verməmiş və evə doğru getməyə başlamışdır. Yolda atasını görərək hadisəni ona danışmış və atası ilə birlikdə məktəbə tərəfə gedərkən yolda Camalgillə qarşılaşmışlar. Atası Camalgilə yaşının ondan çox olduğunu deyərək nə üçün onunla dalaşdıqlarını, məktəbin yanında nə etdiklərini soruşduqda onlar marketə gəldiklərini bildirmişlər. Halbuki Camalın yaşadığı küçənin başında market var. Onlar demək olar ki, hər gün məktəbin yanında dayanıb şargirdlərə siqaret vermişlər. O, güləş idman növü ilə məşğul olur, heç vaxt boksla məşğul olmamışdır. Qız məsələsindən başqa onun Camalla heç bir problemi olmamışdır. Hadisədən sonra ona bildirmişlər ki, Camal məktəbin yanında bulaqda üzünü yumuş, bundan sonra isə Şahingilə getmişlər. Camal heç vaxt onun haqqında qohumu Şahinə irad bildirməmişdir. Zərərçəkmiş şəxslə dəfələrlə barışmağa cəhd etsələr də zərərçəkmiş şəxs barışmamış, ondan şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş tərəf hətta hadisədən sonra onun atası Kamil barədə də şikayət etmiş, amma sübut edə bilmədikləri üçün şikayətləri təmin olunmamışdır. Onun fikrincə qarşı tərəfin onlarla belə ədavət aparmalarının səbəbi odur ki, hadisədən bir müddət əvvəl Camalgil avtomobili təhlükəli idarə edərək qəza törətmişlər və həmin an onun kiçik qardaşı da yol kənarında olduğu üçün atası Kamil bununla bağlı onlara irad bildirmişdir. Onlar da həmin vaxtdan onun atasından acıqlı qalmışlar. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan birinci instansiya məhkəməsində onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, İsmayıllı rayonu Kürdmaşı kəndində ailəsi ilə birlikdə yaşayır, məktəblidir. Həmkəndliləri Zərərçəkmiş şəxs və İsgəndərov Seyfulla İsgəndər oğlunu tanıyır, onlarla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Lakin Zərərçəkmiş şəxs və İsgəndərov Seyfulla İsgəndər oğlu arabir ona yaxınlaşaraq sataşmışlar. Ancaq o, onlara fikir verməmişdir. ## ##### 2024-cü il tarixdə saat 12 radələrində məktəbdə olduğu zaman Camal və Seyfulla onu çağıraraq çölə gəlməyini istəmişlər. O, məktəbin qarşısına gəlmiş və üçü birlikdə həmin kəndin icra nümayəndəliyinin inzibati binasının qarşısındakı küçəyə getmişlər. Orada Zərərçəkmiş şəxs və Seyfulla İsgəndərov Camalın məktəbdən istədiyi qıza görə onunla aqressiv danışmağa başlamışlar. Belə ki, danışıq zamanı ona əl-qol atmışlar. Camal onunla üzbəüz, Seyfulla isə arxasında dayanmışdır. Camal qəfildən əli ilə boğazından yapışmışdır. Seyfulla isə arxaya çəkilməyinə və Camalın əlindən qurtulmağına imkan yaratmamışdır. Eyni zamanda Camal ona qarşı nalayiq söyüş söymüşdür. O, Camalın əlindən qurtulmaq üçün bir dəfə yumruqla Camalın sifət nahiyyəsindən vurmuşdur. Zərbənin təsirindən Camal bir qədər müvazinətini itirmiş və o, Camalı itələyərək aralanmışdır. Bu zaman həmkəndlisi Mənsur adlı şəxs araya girib onları aralamış və o, oradan uzaqlaşmışdır. Yolda olan zaman atasına rast gəlmiş və vəziyyəti atasına izah etmişdir. Atası ilə birlikdə avtomobilə əyləşib hərəkət etmişlər. Yolda olan zaman Camal və Seyfullaya rast gəlmişlər. Atası avtomobildən enərək onları danlamağa başlamışdır. Lakin Camal və Seyfulla atasının üstünə qışqıraraq məsələnin burda bitmədiyini deyib çıxıb getmişlər. O, heç vaxt Zərərçəkmiş şəxs arxsınca danışmamışdır. Lakin Camal onun arxasınca danışmışdır. Belə ki, onun oxuduğu sinifdə Camal qız istəmiş və ona demişdir ki, “sən həmin qızla yerini dəyiş”. O, bu barədə sinif rəhbərinə bildirmiş, amma sinif rəhbəri icazə vermədiyi üçün yerini dəyişdirməmişdir. Onun sinif yoldaşı və Camalın qohumu olan Ağacan da bu hadisədən sonra Camala demişdir ki, guya o, deyib ki, “mən Camalı saymıram və qızla partada yerimi dəyişməyəcəm”. Əslində isə belə bir şey olmamışdır, Ağacan qohuma Camala həqiqətə uyğun olmayan ifadə vermişdir. Həmin vaxt Camal ona bildirmişdir ki, onun arxasınca guya danışmağı barədə Ağacan ona məlumat vermişdir. O, Camala onun arxasınca danışmadığını, müəllim icazə vermədiyi üçün yerini dəyişmədiyini bildirsə də, həmin vaxt Camal ona qarşı “var yox” söyüşü söydüyü üçün o, Camalın sifət nayihəsindən bir dəfə yumruqla vurmuşdur. O, Camalın arxasınca danışmamış, sonuncu Ağacana inanıb onun üzərinə gəlmişdir. Onu da həmin vaxt məktəbdən hadisə yerinə çağırmışdır. O, həmin gün icazəli olsa da məktəbdə olmuş, Camal da onu məktəbdən çölə çağırmışdır. Mübahisə təxminən 5-10 dəqiqə müddətində davam etmiş, hadisə zamanı orada Zərərçəkmiş şəxs və Seyfulla İsgəndərov olmuşdur. Sonradan isə ora Mənsur adlı həmkəndlisi və hazırda xatırlamadığı bir neçə nəfər məktəbli də gəlmişdir. Hadisə baş verən zaman Camal əli ilə boğaz nahiyyəsindən yapışmış, Seyfulla isə daşla kürəyindən vurmuş, Seyfulla həmçinin təpiklə kürək nahiyyəsindən zərbə endirmişdir. Təkrar məhkəmə-tibbi ekspertizasının ##.##.2024-cü il tarixli T*** nömrəli rəyi ilə tanış olmuş, həmin rəylə razıdır. Rəydə göstərilən xəsarətlər onun Camalın sifət nahiyəsindən vurduğu üçün yumruq zərbəsi nəticəsində yaranmışdır. Şikayət və tələbi onu döyərək xəsarət yetirmiş Zərərçəkmiş şəxs və İsgəndərov Seyfulla İsgəndər oğlu barəsində qanuni tədbir görülməsindən ibarətdir (cild 1, iş vərəqə 277-280). Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, kiçik qardaşı əsgərlikdən məzuniyyətə gələcəyindən onu qarşılamaq üçün evdən çıxıb taksi sifariş etmiş və taksi sürücüsü işinin olduğu deyərək bir saata gələcəyini bildirmişdir. Bundan sonra o, dostu Seyfulla İsgəndərovla rastlaşmış, sonuncu ona taksi gələnə qədər gedib marketdən su almaqlarını və gözləməklərini bildirmiş, o da Seyfulla ilə rastlaşmışdır. Seyfulla ilə birlikdə marketə gedərək meyvə şirəsi almışlar. Aprel ayı olduğu üçün hava nisbətən isti olduğundan marketin iç hissəsində dayanıb ətrafa baxmışlar. Daha sonra Sovqatın məktəbdən çıxıb yanındakı digər şəxslərlə söhbət etdikdən sonra tək onların yanlarına gəldiyini görmüşlər. Təqsirləndirilən şəxsla onun heç bir problemi olmamışdır. Sovqat onlara yaxınlaşdıqdan sonra onu tək söhbət etməyə çağırmış, o da razılaşmışdır. O, hava isti olduğuna görə Sovqata “kənd sovetinin qarşısında olan yolka ağacının yanına gedək, nə sualın varsa orda ver” deyə bildirmişdir. O, Sovqatla birlikdə həmin yerə getmiş, həmin vaxt dostu Seyfulla isə marketin qarşısında olmuşdur. Sovqat ondan nəyə görə onun haqqında nalayiq sözlər dediyini soruşmuşdur. Ətrafdan başqa şəxslər də gəlmiş, amma onlar kənarda dayanmışlar. Daha sonra Seyfulla yaxınlaşaraq söhbətin nədən getdiyini bildirmişdir. Dəfələrlə kənardan Sovqatın ona ilişmək istədiyini eşitmişdir. Buna görə Sovqat belə hərəkətlər etməsi barədə sonuncunun qohumu Şahinə də məlumat vermişdir. Şahin isə ona özünün Sovqatgillə əlaqəsinin olmadığını, amma valideynlərinin əlaqəsinin olduğunu, bu haqda anasına məlumat verəcəyini bildirmişdir. O, Sovqata bu barədə dedikdən sonra hadisə baş vermişdir. O, Seyfulla ilə söhbət edən zaman Sovqat bir neçə metr uzaqlaşmış və yenidən onların yanına gələrək ona eyni sualları verməyə başlamışdır. Bu zaman Sovqat əlləri cibində dayanmış və çiyinlərini oynatmış, o da Sovqatdan nə üçün çiyinlərini oynatdığını soruşmuşdur. Həmin vaxt o, dostu Seyfullaya tərəf çönərək telefonda saata baxmış və sonuncuya vaxtın çatdığını, yola çıxmalı olduqlarını bildirmişdir. Seyfullaya həmin sözü deyən kimi Sovqat onu vurmuş, o da Sovqatın vurduğu zərbə nəticəsində üzünü tutmuşdur. Bundan sonra başını qaldırıb baxanda Sovqatın arxaya getdiyini görmüş və yenidən üzünü tutmüşdur. O, həmçinin yıxılmamaq üçün dostu Seyfulladan tutmuşdur. Başını qaldırıb yenidən ətrafa baxan zaman Sovqatın marketin yan tərəfinə keçdiyini görmüşdür. Bundan sonra artıq burnu qanamağa başlamışdır. Dostu Seyfulla qan axmanın qarşısı almaq üçün paltarını çıxarıb onun üz nahiyyəsinə tutmuşdur. Daha sonra Sovqat və sonuncunun atası Kamil avtomobillə gələrək onların yanlarında dayanmışlar. Sovqatın atası avtomobildən yerə düşərək oğlunu təkləyib döydüklərini deyərək onlara hədə-qorxu gəlmişdir. O isə Sovqatın atasına “əgər mən sənin oğlunu döymüşəmsə nəyə görə mənim sifətim bu haldadır? Biz Sovqatı təkləyib döymüşüksə Sovqat da xəsarət alardı” deyə bildirmişdir. Sovqatın atası isə bildirmişdir ki, onlardan biri Sovqatı tutmuş, digəri isə daşla və təpiklə vurmuşdur. O, artıq ayaq üstə dayana bilmədiyi üçün atasına zəng etmiş və bundan sonra baş verənləri xatırlamır. Hal-hazıradək aldığı xəsarətlərlə bağlı üzündə keyləşmə var, üzünün bir hissəsini hiss etmir. Üzündəki xəsarətlə bağlı onu polis kimi işə də qəbul etmirlər. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir və onun ən ağır şəkildə cəzalandırılmasını xahiş edir. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, onun Təqsirləndirilən şəxslə heç bir problemi, ədavəti və düşmənçiliyi olmamış, Sovqat özü onun yanına gələrək ona söyüş söydüyünü, başqa şəxslərin yanında onu təhqir etdiyini bildirmişdir. O, Sovqatı təhqir etməmiş və onun arxasınca başqa söz danışmamışdır. Sovqat sadəcə olaraq “mən eşitmişəm ki, mənim arxamca uşaqların yanında təhqirlər etmisən” deyə bildirmiş, amma konkret olaraq hansı uşaqların yanında təhqir etdiyini deməmiş, vaxtı çatanda onların kim olduğunu deyəcəyini bildirmişdir. O, Sovqatın qohumu Şahinə “Sovqat mənə onun haqqında təhqirlər etdiyimi deyir, amma belə bir şey olmayıb” deyərək bu anlaşılmazlıq barədə Sovqatın valideynlərinə məlumat verilməsini xahiş etmişdir. Onun Sovqatın arxasınca danışması barədə aralarında iki dəfə söhbət olmuşdur. Sovqat birinci dəfə hadisədən təxminən bir-iki ay əvvəl bu məsələ ilə bağlı ona yaxınlaşanda o, Sovqata belə bir şeyin olmadığını, əlində işi olduğu üçün bu barədə daha sonra danışmaqlarını bildirmişdir. İkinci dəfə isə həmin məsələ haqqında danışanda bu hadisə baş vermişdir. Onun ailə üzvlərinin Təqsirləndirilən şəxs ailə üzvləri ilə düşmənçiliyi yoxdur. Sovqatın onu nə ilə vurduğunu tam görə bilməmişdir. Sovqat ona cəmi bir dəfə üzünün sol nahiyyəsindən zərbə vurmuşdur. Zərbə nəticəsində onun sol almacıq sümüyündə sınıqlar olmuşdur. Aldığı xəsarətlərlə bağlı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında müalicə almış, orada dörd gün huşsuz vəziyyətdə qalmış, daha sonra Bakı şəhərində həkim müayinələrindən keçmişdir. Hadisə baş verən gün birinci Sovqat məktəbdən çıxaraq ona yaxınlaşmışdır. Sovqat ona tərəfə yaxınlaşanda tək olmuşdur. Sovqatın arxasında başqa uşaqlar olsa da həmin uşaqlar ona qarşı heç nə etməmişlər. X11 vurduğunu görmüşdür. Onun yaşadığı ev həmin məktəbin yaxınlığında olduğundan və o özü də həmin məktəbi bitirdiyindən tez-tez məktəbin yanında olmuşdur. Məktəbdə oxuyan bir çox uşaqlarla onun münasibəti ola bilər, amma konkret olaraq Təqsirləndirilən şəxs hər hansı sinif yoldaşı ilə yaxın münasibəti yoxdur. Məktəbdə oxuyan hər hansı uşaqla münasibəti olduğuna görə Sovqatla aralarında mübahisə baş verməmişdir. O, Sovqata sinifdə hər hansı yerdə əyləşməsi ilə bağlı irad bildirməmişdir. “Nur” marketdə müşahidə kameraları olmuş, polis əməkdaşları bununla bağlı araşdırma aparanda hadisə gününə olan video görüntülərin silindiyi bildirilmişdir. Zərbədən sonra burnu qanadığı üçün 6-7 metr aralıda olan bulağa gedib üzünü yumuş və ona geyim vermişlər ki, qan axmanın dayanması üçün burnuna tutsun. O, Sovqat və onun atası ilə danışdıqdan sonra telefon vasitəsi ilə öz atası ilə əlaqə saxlayıb olduğu yerə çağırmış, atası da təxminən 10 dəqiqə sonra gəlmişdir. Atası gəldikdən sonra nə baş verdiyini xatırlamır, sonradan bilmişdir ki, xəstəxanaya aparılmışdır. Xəstəxanada 3-4 gün ərzində huşsuz koma vəziyyətində olmuş, həmin müddət ərzində heç kimlə telefon əlaqəsi saxlamamışdır. Aldığı xəsarətlərlə bağlı hər hansı cərrahiyə əməliyyatı olunmamış, amma burnunun hər iki dəliyinə tampon qoymuşlar. Sovqat onu qırağa çəkəndə yanlarında heç kim olmamış, sonradan Seyfulla və Sovqatın yanındakı digər uşaqlar gəlmişlər, amma onlar heç bir müdaxilə etməmişlər. O, Seyfulla ilə birlikdə Sovqata heç bir xəsarət yetirməmiş, ona daş atmamış və təpik vurmamışlar. Sovqatın atası Kamil onları döyməmiş, sadəcə onların yaxasından tutaraq onlar barəsində polis əməkdaşlarına şikayət edəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş İsgəndərov Seyfulla İsgəndər oğlu göstərmişdir ki, hadisə baş verən gün günorta saatlarında Camalla birlikdə məktəbin qarşısında olan marketə getmişlər. O, marketdə olarkən Camalla Sovqatın dalaşdığını görmüş və dərhal onları ayırmağa getmişdir ki, dalaşmasınlar. Onları bir-birindən aralaşdıran zaman Sovqat onu vurduğunu düşünmüşdür. Amma onun məqsədi sadəcə davanın qarşısını almaq olmuşdur. Onları aralaşdırdıqdan sonra Camalın üzünü yumağa getmişlər və Şahingildə Camalın üzünü yumuşlar. Daha sonra Camalın atası avtomobillə gələrək onu aparmışdır. O, Camal və Sovqatın arasında mübahisənin hansı səbəbdən baş verdiyini bilməmiş, Sovqatın Camalı nə ilə vurduğunu görməmişdir. O, marketə Camalla birlikdə getmiş, amma hadisə zamanı Camal marketdən şıxmış, o isə marketdə olmuşdur. O, mağazanın içərisində olduğu üçün kimin kimi çağırdığını bilməmişdir. O, maykasını cırıb burnunun qanını silməsi üçün Camala verməmişdir. Hadisədən sonra Sovqatın atası onlara qarşı heç bir hərəkət etməmişdir. Camalın həmin məktəbdə oxuyan hansısa qızı sevibsevməməsi barədə onun məlumatı olmamışdır. Camalın xalası oğlu Ağacanı tanıyır. Həmin gün Camalın Ağacan vasitəsi ilə Sovqatı məktəbdən çağırıb-çağırmadığını bilmir. O, marketdə olan zaman Camal və Sovqat dalaşmışlar. O, Camalla Sovqatı ayıran zaman onlar bir-birilərinin üz nahiyələrinə zərbələr atmışlar. Onları aralaşdırdıqdan sonra Sovqat evlərinə tərəf getmişdir. Həmin vaxt Sovqat nə ona, nə də Camala qarşı nalayiq ifadələr işlətməmişdir. Sovqatı və Camalı aralaşdırdıqdan sonra onlar yenidən dalaşmaq üçün cəhd etməmişlər. Camal hadisədən sonra üzünü tutmuş və onlar bulağa gedib onun üzünü yumuşlar. Dayandıqları yerdən bulağa qədər təxminən 20-30 metr, bulaqdan Şahingilin evinə qədər isə təxminən 300-400 metr məsafə olmuşdur. Camal bulağa və Şahingilə özü sərbəst yeriyərək getmişdir. Şahingilə çatdıqdan sonra Camalın üzünü yumuşlar, daha sonra atası gəlib Camalı aparmışdır. O, Camalı görmək üçün xəstəxanaya getsə də onu içəri buraxmamışlar. Camalın xəstəxanada nə qədər qaldığını bilmir. O, hadisədən bir gün sonra Camalla telefonda danışmış, həmin vaxt hər şey qaydasında olmuşdur. X9 barədə söhbət etmələrinin şahid olmamışdır. Camal heç vaxt ona Sovqat barəsində giley etməmişdir. Camalla birlikdə getdikləri market onun evinin yaxınlığında yerləşmir, sadəcə olaraq həmin market onun qohumuna məxsus olduğundan həmin marketə getmişdir. Marketin içərisinə Camalla birlikdə daxil olmuşlar, daha sonra Camal getmiş, o isə marketin giriş hissəsində dayanmışdır. Həmin vaxt Sovqatın oraya haradan gəldiyini bilmir. Sovqat həmin yerə tək gəlmişdir. Hadisə baş verən zaman onlardan aralıda uşaqlar olmuşdur. Camalla Sovqat 10-15 dəqiqə söhbət etdikdən sonra dalaşmağa başlamışlar. O, isə həmin 10-15 dəqiqə ərzində marketdə dayanıb telefonla oynamışdır. Camal və Sovqat söhbət edən zaman onların yanına getməmiş və onların nə barədə söhbət etdiklərini bilməmişdir. Mübahisənin kimin təşəbbüsü ilə başladığını bilmir. Camalın üzünü yumaq üçün Sovqatın qohumu olan Şahingilə getməklərinin səbəbi odur ki, Şahin ana tərəfindən onun da qohumudur. Sovqatı və onun atası Kamili Şahingilin evlərindən çıxan zaman görmüşlər. Həmin vaxt Sovqatın atası onlardan nə üçün dalaşdıqlarını soruşmuş, başqa heç nə deməmiş və onlara heç nə etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Sovqatın atası onların üzərinə hücüm etməmişdir. O, ümumiyyətlə beşbarmağın nə olduğunu bilmir. Müstəntiq ondan Sovqatın Camalı nə ilə vurduğunu soruşduqda o, bunu görmədiyini bildirmişdir. Müstəntiq isə onun ifadəsinə Sovqatın Camalı beşbarmaqla vurduğunu yazmışdır. Müstəntiq ona ifadəyə imza etməli olduğunu demiş, o da ifadəni oxumadan imzalamışdır. Amma cinayət işinin materiallarında olan imzalar onun imzalarına oxşamır. Müstəntiq komputerdə yazılmış ifadəni çap etmiş və ona verərək imza çəkməyini istəmiş, o da ifadəni oxumadan imzalamışdır. Şahid İsgəndərov Seyfulla İsgəndər oğlunun məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan birinci instansiya məhkəməsində onun həmin ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq olunmuşdur. Şahid İsgəndərov Seyfulla İsgəndər oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, həmkəndliləri Qanuni nümayəndə və Təqsirləndirilən şəxs tanımış, onlarla normal münasibəti olmuşdur. ## ##### 2024-cü il tarixdə saat 12 radələrində Camalla birlikdə kənd ərazisində olan “Nur” marketə getmişlər və marketdən su alıb içərək söhbət etməyə başlamışlar. Bu zaman Sovqat sinif yoldaşları Qiyas, Oktay və xatırlamadığı 2-3 nəfər uşaqla birlikdə marketə tərəf gəlmişlər. Sovqat Camala yaxınlaşıb “səni bir dəqiqə olar?” demiş, Camal isə etiraz etməmişsir. Onlar hamılıqla marketin yaxınlığında, kənd icra nümayəndəliyinin yanında olan yerə getmişlər. X3 arxasınca danışdığını bildirmişdir. Camal isə onun uşaq olduğunu, onun arxasınca danışmadığını, sözünü qohumu Şahinə bildirdiyini, lazım olarsa gedib Şahindən nə dediyini öyrənməsini demişdir. Bundan sonra Camal onunla qardaşının əsgərlikdən gəlməsi barədə söhbət etməyə başlamışdır. Bu zaman Sovqat qəfildən əlində olan, sonradan əldə düzəlmə beşbarmaq olduğunu bildiyi əşya ilə Camalın üzünün sol nahiyyəsindən vurmuşdur. Bu zaman Camal özünü itirmiş, o isə Sovqatın dalınca qaçmağa başlamışdır. Lakin həmin vaxtı Camalın burnundan qan açıldığını görüb geriyə qayıtmış və köynəyini cıraraq burnuna tutması üçün Camala vermişdir. Camal bir qədər hərəkət edib asfalt yola yaxınlaşmışdır. Bu zaman Sovqatın atası Kamillə birlikdə avtomobillə yanlarına gəldiyini görmüşdür. Kamil avtomobildən enərək üzərilərinə gəlib Camala əl-qol atıb onu hədələyərək “oğlumdan nə istəyirsən, gör sənin başına nə oyun açdırıram polisdə” demişdir. Onlar isə oradan uzaqlaşmışlar və Camal atasına zəng edib təcili gəlməsini istəmişdir. Camalın atası bir qədər sonra gəlib onu avtomobilə əyləşdirmişdir. Bundan sonra isə o, oradan uzaqlaşıb evinə getmişdir. Hadisə ## ##### 2024-cü il tarixdə saat təxminən 12 radələrində yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən, kənd icra nümayəndəliyinin inzibati binasının qarşısında baş vermiş, təxminən 5-10 dəqiqə müddətində davam etmiş, hadisə zamanı orada tanışı Seyfulla, Təqsirləndirilən şəxs, Qiyas Bayramov, Oktay adlı şəxs və hazırda xatırlamadığı 2-3 nəfər uşaq olmuşdur. Sonradan isə ora Sovqatın atası Kamil də gəlmişdir. Hadisə zamanı ona heç kim xəsarət yetirməmişdir (cild 1, iş vərəqə 128-130). Birinci instansiya məhkəməsində qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan X2 göstərmişdir ki, hadisə baş verən zaman orada olmamış, sadəcə həmin vaxt oradan keçərkən dalaşan şəxsləri aralamışdır. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəlcədən tanımamış, onlarla münasibəti olmamış və hadisə yerində olan məktəbdə oxumamışdır. Sadəcə olaraq həmin vaxt İsmayıllının həmin kəndinə qonaq gəlmişdir. Hadisə zamanı Camalın burnundan qan axmışdır. O, hadisə zamanı Sovqatın Camalı nə ilə vurduğunu görməmiş, onların birbirilərini təhqir etməklərinin şahidi olmamışdır. Onları bir-birindən aralaşdıqdan sonra Camalın üzünü yumağa getmişlər. Sovqat və Camal qarşılıqlı olaraq bir-birilərini vurmuşlar. Onlar arasındakı mübahisənin hansı səbəbdən və kimin təşəbüsü ilə başladığını, kimin kimi çağırdığını görməmişdir. O, Sovqatın Camalın üzündən vurduğunu görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, məhkəmədə verdiyi ifadəsi doğrudur. Cinayət işinin materiallarında adının qarşısında olan imzalar onun imzalarına oxşamır. O, qanuni nümayəndəsi olan atası ilə birlikdə polis şöbəsinə gedərək ifadə vermiş, amma ifadəsini oxumadan imzalamışdır. Şahid X2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan onun həmin ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq olunmuşdur. Şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, İsmayıllı rayonu Kürdmaşı kəndində ailəsi ilə birlikdə yaşamışdır. 2024-cü ilin mart ayından isə Sumqayıt şəhərinə gedərək orada yaşayır. Hazırda Sumqayıt şəhəri * saylı PTM-də təhsil alır. İsmayıllı rayonu Kürdmaşı kənd sakinləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, həmin şəxslər həmkəndliləri olmuşdur. Onlarla heç bir münasibəti olmamışdır. ## ##### 2024-cü il tarixdə Kürdmaşı kənd orta məktəbinə sənədlərini götürmək üçün gəlmişdir. Həmin tarixdə saat 12 radələrində həmkəndlisi şahid2lə birlikdə Kürdmaşı kənd tam orta məktəbinin qarşısında dayanıb söhbət etmişlər. Həmin vaxtı həmkəndlisi Təqsirləndirilən şəxs məktəblə üzbəüz marketin qarşısında tək görmüşdür. Ardınca isə Sovqat və Camal kənd İcra nümayəndəliyinin inzibati binası ilə üzbəüz küçəyə getdiklərini görmüşdür. Sovqat və Camal orada olarkən Seyfulla bir qədər kənarda dayanmış, Sovqatla Camal isə aralarında nəsə danışmışlar. Onunla iki şəxs arasında təxminən 10-15 metr məsafə olmuşdur. Bu zaman o, eşitmişdir ki, Sovqat Camala demişdir ki, “məni söyürsən?” Camal Sovqata heç nə deməmişdir. Ancaq Camal söyüş söydüyü üçün Sovqat bundan sonra Camalın sifət nahiyyəsindən bir dəfə yumruqla vurub qaçmışdır. O, həmin yerə yaxınlaşmamışdır. Qiyas və Seyfulla Camala yaxınlaşmışlar. Camalın burnundan qan açılmışdır. O, təxminən bir-iki dəqiqə orada dayanıb oranı tərk etmiş və asfalt yola çıxıb oradan da yol avtomaşını ilə Sumqayıt şəhərinə gəlmişdir. Həmin vaxtı başqa heç kim heç kimi vurmamışdır. Yaxınlıqda olan Seyfulla adlı şəxs dava etməmişdir. Seyfullanı vuran olmamış, nə də Seyfulla heç kimi vurmamışdır. Hadisə zamanı o, dava etməmiş, heç kimi vurmamış, onu da vuran olmamışdır. Sözügedən mübahisənin nə səbəbdən olmasını da bilməmişdir. O, konkret olaraq qeyd edir ki, həmin vaxt Sovqat Camalın sifət nahiyəsindən cəmi bir dəfə yumruqla vurmuş və dərhal hadisə yerindən qaçıb getmişdir. Hadisə ## ##### 2024-cü il tarixdə saat təxminən 12 radələrində yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən, kənd icra nümayəndəliyinin inzibati binasının qarşısındakı küçədə baş vermiş, təxminən 2-3 dəqiqə müddətində davam etmişdir. Hadisə zamanı orada özü, həmkəndliləri Seyfulla, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, tanışı Qiyas və hazırda xatırlamadığı 2-3 nəfər uşaq olmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs Sovqatı vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Hadisə baş verən zaman Sovqat Camalın sifət nayihəsindən yumruqla cəmi bir dəfə vurmaqla zərbə endirmişdir. O, dərhal onlara yaxınlaşmış və Sovqatı aralayıb oradan uzaqlaşdırmışdır. Lakin həmin vaxt Camalın burnundan qan açıldığını görüb geriyə qayıtmış və köynəyini cıraraq burnuna tutması üçün Camala vermişdir. O, Sovqatı marketin qarşısında görmüş, amma Camalın Sovqatı çağırdığını görməmişdir. Lakin bu barədə sonradan kənd camaatından eşitdiyinə görə Sovqatı Camal məktəbdən çağırmışdır (cild 1, iş vərəqə 238- 240). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 İntiqam oğlu göstərmişdir ki, Sovqatla eyni məktəbdə oxumuşdur. Hadisə baş verən gün məktəbin yanında yerləşən marketə gəlmişdir. Marketdən özünə lazım olanları almış və marketin qarşısında gözləmişdir. Təqsirləndirilən şəxs isə həmin zaman məktəbdə olmuşdur. Camalla Sovqat təsadüfən rastlaşmışlar və kənara çəkilib söhbət etməyə başlamışlar. Biraz keçdikdən sonra onların sözləri düz gəlmədiyi üçün Sovqat Camala bir yumruq zərbəsi endirmişdir. Həmin vaxt o və orada olan digər şəxslər yaxınlaşaraq Camalı və Sovqatı ayırmışlar. Hadisə zamanı Camal da Sovqatı vurmuşdur. O, Sovqatın məktəb tərəfdən, Camalın isə kənd icra nümayəndəliyi tərəfdən gələrək bir-birilərinə yaxınlaşdıqlarını görmüşdür. Həmin vaxt Camalın yanında Seyfulla da olmuşdur. X7 zərbə endirmişdir. Amma o, Sovqatın Camalın hansı nahiyyəsindən vurduğunu bilmir. Sovqat Camala bir yumruq zərbəsi endirmiş və Camalın üzü qanamışdır. O, hadisə zamanı söyüş söyülməsini eşitməmişdir. Sovqat və Camalın arasında əvvəlcədən problemləri olmuş və bu səbəbdən aralarında bu hadisə baş vermişdir. Belə ki, sonradan kənd camaatından eşitmişdir ki, Camalın qız istəməsinə və Sovqatın sinifdə həmin qızın yanında oturmasına görə onların mübahisələri olmuşdur. Hadisə günü onların aralarındakı mübahisənin konkret olaraq neçə dəqiqə çəkdiyini bilmir. X8 ayırdıqda Camalın huşu özündə olmuş, qusma halı baş verməmişdir. X10 aparıb əl üzünü yumuşlar. Hadisə olan yerdən Şahingilin evinə qədər 30- 40 metr məsafə olmuşdur. Sovqat Camala bir dəfə zərbə endirmişdir. O, Camalın Sovqata yumruq və təpik atığını görmüşdür. O, öz maykasını cıraraq Camala vermişdir ki, qan axmanın qarşısı alınsın. Seyfulla dava-dalaşda iştirak etməmiş, sadəcə onları ayırmağa köməklik etmişdir. Hadisə vaxtı Seyfulla Sovqatı vurmamış, əlinə daş götürsə də onu Sovqata atmamışdır. O, Camalın sevdiyi qızı tanımır. Bu işlə bağlı ilk dəfədir ki, məhkəmədə ifadə verir. İbtidai istintaq zamanı ümumiyyətlə İsmayıllı Rayon Polis Şöbəsində olmamış, müstəntiqə ifadə verməmiş və heç nəyə imza çəkməmişdir. Cinayət işinin materiallarında onun adından yazılmış ifadə onun ifadəsi deyil. Şahid şahid2 İntiqam oğlunun məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan onun həmin ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq olunmuşdur. Şahid şahid2 İntiqam oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, həmkəndliləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımışdır. Onlarla normal münasibəti olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. ## ##### 2024-cü il tarixdə saat 12 radələrində həmkəndlisi Oktayla birlikdə Kürdmaşı kənd tam orta məktəbinin qarşısında dayanıb söhbət etmişlər. Həmin vaxtı həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı ev tərəfdən məktəblə üzbəüz yerləşən “Nur” adlı marketə gəldiyini görmüşdür. Həmin vaxtı həmkəndliləri Zərərçəkmiş şəxs və Seyfulla İsgəndərov həmin marketin qarşısında dayanıb söhbət etmişlər. Sovqat onlara yaxınlaşdıqdan az müddət sonra onlar marketin yaxınlığında yerləşən kənd icra nümayəndəliyinin qarşısına getmişlər. Onlar orada olan zaman Seyfulla bir qədər kənarda dayanmış, Sovqatla Camal isə aralarında nəsə danışmışlar. Bir qədər sonra Sovqat və Camal aralarında mübahisə etməyə başlamışlar. Onların söhbətləri zamanı Sovqatın Camala “mənim arxamca danışanın var-yoxunu....” kimi ifadələr işlətməsindən ona məlum olmuşdur ki, Camal haradasa Sovqatın arxasınca danışmış və mübahisə də bu səbəbdən yaranmışdır. Mübahisə zamanı Sovqat Camalın üzünün sol nahiyyəsindən yumruqla 2 dəfə ardıcıl zərbə endirmişdir. O, dərhal onlara yaxınlaşmış və Sovqatı aralayıb oradan uzaqlaşmışdır. Lakin həmin vaxtı Camalın burnundan qan açıldığını görüb geriyə qayıtmış və köynəyini cıraraq burnuna tutması üçün Camala vermişdir. Az sonra isə oradan çıxıb evinə getmişdir. Hadisə təxminən 15-20 dəqiqə müddətində davam etmiş, hadisə zamanı orada özü, həmkəndliləri Seyfulla, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Oktay və xatırlamadığı 2-3 nəfər uşaq olmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs heç kimə xəsarət yetirməmişdir. Mübahisə Təqsirləndirilən şəxs təşəbbüsü əsasında başlamışdır. Belə ki, Sovqatın Camala “mənim arxamca danışanının var-yoxunu...” kimi ifadələr işlətməsindən ona məlum olmuşdur ki, Camal haradasa Sovqatın arxasınca danışmış və mübahisə də bu səbəbdən yaranmışdır. Hadisə zamanı həmkəndlisi X14 orada olmamışdır (cild 1, iş vərəqə 155-157). Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş X1 göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. Təqsirləndirilən şəxs həm də onun sinif yoldaşı olmuşdur. Hadisə günü o, Təqsirləndirilən şəxs və Polad Mürsəlov məktəbdə tənəffüs zamanı məktəbin həyətində olmuşlar. Daha sonra Təqsirləndirilən şəxs çağırmışlar, o və Polad isə sinifə getmişlər. O, hadisənin necə baş verdiyini görməmişdir. Sovqatın kim tərəfindən və niyə çağırıldığını bilməmişdir. Sovqatı adını səsləndirməklə məktəbin çölünə çağırmışlar. Zərərçəkmiş şəxs onların sinifindən Elnurə adlı qız sevmiş və Elnurəyə görə tez-tez məktəbə gəlib-getmişdir. Bütün sinif Camalın Elnurəni sevdiyini bilmişdir. Elnurənin Sovqatla eyni parta arxasında oturmasına görə hər hansı narazılığın şahidi olmamışdır. X17 yanında oturmaması ilə bağlı nəsə deyib-deməməsi barədə məlumatı yoxdur. Sovqatın çölə çağırıldığını ondan başqa sinif yoldaşı Polad da görmüşdür. Onun bildiyi qədər Camal qız üstündə Sovqata söyüş söymüş, Sovqat da buna görə onu vurmuşdur. Sinif yoldaşı Ağacanın Elnurə ilə bağlı Sovqata nəsə deyib-deməməsi barədə məlumatı yoxdur. Hadisənin üstündən uzun müddət keçdiyi üçün Sovqatı məktəbdən kimin çağırdığını xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsində Sovqatı məktəbdən Camalın çağırdığını göstərməsini onunla izah edir ki, həmin ifadəni verərkən qeyd olunan xüsusatı xatırlamış ola bilər, hazırda isə xatırlamır. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş X6 şahid X1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdir etmişdir. Birinci instansiya məhkəməsində ekspert qismində dindirilmiş X18 göstərmişdir ki, Zərərçəkmiş şəxs barəsində keçirilmiş ilikn məhkəmə ekspertizasında onun almış olduğu xəsarətlərin az ağır olduğu qeyd olunsa da, təkrar məhkəmə-tibbi ekspertizası zamanı həmin xəsaətlərin ağır dərəcəli olduğu müəyyən olunmuşdur. Təkrar ekpertiza zamanı KT müayinəsi yüksək ixtisaslı radioloq Rasim Bayramov tərəfindən oxudularaq sınıqlar dəqiq şəkildə müəyyən olunmuş və kəllə əsası sümüyünün böyük qanadında sınıq aşkar olunduğundan xəsarət ağır dərəcəli xəsarət kimi qiymətləndirilmişdir. Məhkəmə-tibbi ekspertizasının birinci rəyi Qəbələdə icra olunmuş KT müayinəsinin nəticəsinə əsasən verilmiş və həmin sümükdə sınıq qeyd olunmamışdır. İlkin ekspertiza zamanı bəzən səhvlər olduğuna görə tərar ekspertizaya daxil olan istənilən KT və rentgen görüntüləri yenidən oxudulur. Həmin oxudulma nəticəsində heç bir fəqr olmadıqda ilkin ekspertizanı təsdiq edirlər, fərq olduqda isə öz rəylərini verirlər. Kəllə əsası sümüyünün böyük qanadında olan sınıq yerdəyişən və parçalı sınıq olduğuna görə həmin sınığın izi hazırda da şəxsdə qala bilər. Amma almacıq sümüyündə olan sınıq yerdəyişməyən sınıq olduğundan izsiz birləşə bilər. Həmin xəsarətləri alan şəxsin gəzə bilməsi, danışa bilməsi və sair hərəkətlər etməsi indivudal xarakter daşıyır. Belə ki, elə insan ola bilər ki, qeyd olunan xəsarətləri aldıqdan sonra yerindən qalxa bilməsin, elə insan da ola bilər ki, həmin hərəkətləri icra etsin. Zərərçəkmiş şəxs özünü narahat hiss etmə, qusma kimi əlamətlər olmuşdur. Amma onun beyin qişası və beyin maddələri zədələnmədiyinə görə qeyd olunan xəsarətlər ağır beyin əlamətləri ilə özünü göstərməyə bilərdi. Birinci və təkrar ekspertiza rəyləri arasında o qədər də zidiyyət olmamış, əng, almacıq, burun sümüyündə olan sınıqlar eyni olmuş, sadəcə bir sümükdə sınığın artıq olması və həmin sümüyün kəllə əsası sümüyü olması xəsarətin ağırlıq dərəcəsində fərq yaranmasına səbəb olmuşdur. Əgər sınıq digər üz skeleti sümüklərində olsaydı bu qədər fərq olmayacaqdı. İlkin rəydə “təcili yazılmış məlumatlandırım ön raporudur” ifadəsi yazılmışdır. Ola bilər ki, həmin rəy təcili şəkildə verildiyi üçün həmin sınıq qeydə alına bilməmişdir. Təkrar ekspertiza zamanı isə radioloq daha rahat və diqqətli şəkildə baxmış, sınığın kəllə əsasına keçib-keçmədiyinə dair ekspertlərin sullarına cavab vermişdir. Bir yumruq zərbəsi ilə rəydə əhatə olunan bütün sınıqlar yarana bilərdi. Zərbə birbaşa sınıq olan hansısa nayihəyə dəyməmiş ola bilər, amma iradiyasiya yolu ilə, yəni bir sümükdən sınıb digər sümüyə keçməklə həmin sınıqların hamısı yarana bilərdi. Bu, zərbənin qüvvəsindən, zərbəni yetirən şəxsin gücündən, zərərçəkmiş şəxsin orqanizmindən asılıdır. Həmin xəsarətlərin hamısı vahid zərbənin təsirindən yarandığından, yəni onların yaranma mexanizmi eyni olduğundan onları ağırlıq dərəcələrinə görə ayırmaq olmaz. Yəni zərbə eyni anda həm almacığa, həm əngə, həm də buruna dəydiyinə görə həmin nayihələrdə olan sınıqlar ayrı-ayrılıqda qiymətləndirilmir. Məhkəmə-tibbi ekspertizasının ## ##### 2024-cü il tarixli *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarətin hər hansı obyektiv əlaməti (qançır, sıyrıq, yara və sair) aşkar edilməmişdir (cild 1, iş vərəqə 21- 22). Məhkəmə-tibbi ekspertizasının ## ##### 2024-cü il tarixli *** nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi ilə müşayiət edilən sol gicgah nahiyəsinin səthi yarası, sol almacıq və burun sümüklərinin sınığı, sol gözün ağlı qişasına qansızma, sol göz ətrafı yumşaq toxumaların qnçırları bərk-küt alət (əşya) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və Zərərçəkmiş şəxs qeyd etdiyi ##.##.2024-cü il tarixdə və şəraitdə törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, ümumilikdə sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir (cild 1, iş vərəqə 17-19). Təkrar məhkəmə-tibbi ekspertizasının ## ### 2024-cü il tarixli T***/**** nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi ilə müşayiət edilən hər iki burun sümüyünün, sağ əng sümüyün alın çıxıntısının, sol əng cibinin ön iç və bayır divarlarının, əsas sümüyün sol böyük qanadının, sol almacıq qövsünün sınıqları, sol gicgah nahiyəsinin səthi yarası, sol gözün ağlı qişasına qansızma, sol göz ətrafı yumşaq toxumaların qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni ## ##### 2024-ci il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (cild 1, iş vərəqə 164-167). Komleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının ##.##.2024-cü il tarixli *** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hər-hansı bir psixi xəstəlik keçirməmişdir və hazırda da geç bir psixi xəstəlikdən əziyət çəkmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. O, hal-hazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. Təqsirləndirilən şəxs əqli inkişafdan geri qalma və ya ləngimə halları müşahidə olunmur. Təqsirləndirilən şəxs baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq qabiliyyətindədir (cild 1, iş vərəqə 158-161). Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində, Kürdmaşı kənd İcra nümayəndəliyinin inzibati binasının qarışından keçən yolun kənarında baş vermişdir (cild 1, iş vərəqə 27-30). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 125-127). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsla şahidlər Şahin Nuriyev, Fuad Nuriyev, Polad Mürsəlov və Ağacan Fərzəliyev arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 258-265). Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik informasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, iş vərəqə 147). Dağlıq Şirvan regional Təhsil İdarəsi tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs məktəbdə oxuduğu zaman dərslərinə davamiyyəti normal olmuş, məktəbdə müəllimlərə hörmətlə yanaşmış və sinif yoldaşlarına qarşı münasibəti normal olmuşdur. İdmana xüsusi həvəsi olmuşdur. Məktəbin ictimai işlərində fəal olmuşdur (cild 1, iş vərəqə 139). İsmayıllı rayon X20 Hüquqi Şəxsindən alınmış ## ### 2024- cü il tarixli **-**/*-***/**** nömrəli məktubdan görünür ki, İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayan, ##.##.2009cu il təvəllüdlü Təqsirləndirilən şəxs həmin xəstəxananın narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur (cild 1, iş vərəqə 141). İş üzrə əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin İsmayıllı rayonunda Kürdmaşı kəndində kən İcra Nümayəndəliyinin inzibati binasının qarşısındakı küşədə baş verməsini, Hadisə zammanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sifər nayighəsindən bir dəfə yumruq zərbəsi vuraraq xəsarət yetirməsini, həmin şəxslərin münasibətinin əvvəllər normal olmadığını müəyyən etmək mümkün olmuşdur (cild 1, iş vərəqə 140). Məhkəmə-xətşünaslıq ekspertizasının ## ###### 2025-ci il tarixli */**** saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 1(091 )-**/**** nömrəli cinayət işinin 1- ci cildində olan ##.##.2024-cü il tarixli izahatın 1-ci vərəqində “İmzadsgəndərov Seyfulla İsgəndər oğlu” qrafasındakı imza və həmin qrafadan aşağıdakı imza, 2-ci vərəqində “İmza: İsgəndərov Seyfulla isgəndər oğlu” qrafasındakı imza (iş vərəqə 38-39), ## #### 2024-cü il tarixli şahidi dindirmə protokolunun 1-ci və 2-ci vərəqələrində “İmza” qrafalarındakı imzalar, 2-ci vərəqənin aşağı hissəsindəki imza və 3-cü vərəqində “İmza: Seyfulla İsgəndərov” qrafasındakı imza (iş vərəqə 128-130), ## ### 2024-cü il tarixli üzləşmə protokolunun 1-ci, 2-ci və 3-cü vərəqələrində (iş vərəqə 131-133) İsgəndərov Seyfulla İsgəndər oğlunun adından olan imzalar - İsgəndərov Seyfulla İsgəndər oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, *(***)-**/**** nömrəli cinayət işinin 1-ci cildində olan ## ######## 2024-cü il tarixli şahidi dindirmə protokolunun 1-ci vərəqəsində “İmza: şahid1” qrafasındakı imza, 2-ci və 3-cü vərəqələrində şahid1 adından olan imzalar (cild 1, iş vərəqə 238-240) - şahid1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, *(***)-**/**** nömrəli cinayət işinin 1-ci cildində olan ##.##.2024-cü il tarixli ərizədə “İmza: X12” qrafasındakı imza (iş vərəqə 232), ##.##.2024-cü il tarixli şahidin qanuni nümayəndəsi qismində tanınma haqqında qərarın 1-ci vərəqəsinin aşağı hissəsindəki imza (cild 1, iş vərəq 234), ## ######## 2024-cü il tarixli şahidin qanuni nümayəndəsinin hüquq və vəzifələrinin izah edilməsi haqqı bildirişdə “X12” qrafasındakı imza X12 tərəfindən ivcra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 1(091)- **/**** nömrəli cinayət işinin 1-ci cildində olan ##.##.2024-cü il tarixli şahidin qanuni nümayəndəsi qismində tanınma haqqında qərarın 1ci vərəqəsinin arxa hissəsində “R.Baxışov” yazısı önündəki imza (iş vərəq 234) - X12 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 110 manat müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu nəticəyə aşağıda göstərilən əsaslarla gəlmişdir. Apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin və digər dindirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrə məhkəmə istintaqı zamanı verdikləri ifadələrdən daha çox əhəmiyyət verməklə məhkəmə araşdırmasının ədalətlilik prinsipini pozmuşdur. Məhkəmə kollegiyası bu dəlillə razılaşmır. Belə ki, Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 9-cu bəndinə əsasən, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər; məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Həmin qərarın 10-cu bəndinə görə isə təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, digər sübutlarla müqayisə edilmiş olsun. İş materialları göstərir ki, birinci instansiya məhkəməsi məhz bu qaydaya riayət etmişdir: təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaqda verdikləri ifadələri, onların məhkəmə iclasında verdikləri ifadələrlə ziddiyyət təşkil etdiyinə görə, elan etməklə tədqiq etmiş və bu ifadələri iş üzrə digər sübutlarla o cümlədən ekspert rəyləri, üzləşdirmə protokolları və hadisə yerinə baxış protokolu ilə müqayisəli qiymətləndirmişdir. Belə olan halda, ibtidai istintaq ifadələrinə istinad edilməsi özlüyündə qanun pozuntusu təşkil etmir, əksinə, yuxarıda göstərilən prosessual tələblərin icrasıdır. Bundan əlavə, təqsirləndirilən şəxsin məhkəmə iclasında əvvəlki ifadəsindən fərqli ifadə verməsi, bu yeni ifadənin avtomatik olaraq daha mötəbər sayılmasını şərtləndirmir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, bu zaman sübutlar təhlil olunmaqla bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Apellyasiya şikayətində isə birinci instansiya məhkəməsinin hansı konkret sübutu hansı əsasla etibarsız hesab etdiyi göstərilməmiş, yalnız ibtidai istintaqda verilmiş ifadələrin məhkəmə ifadələrindən fərqli olması əsas gətirilərək sübutların qiymətləndirilməsi mübahisələndirilmişdir. Sübutların qiymətləndirilməsində əsas meyar ifadənin hansı mərhələdə verilməsi deyil, onun işin digər halları ilə uzlaşması və mötəbərliyinin əsaslandırılıb-əsaslandırılmamasıdır; birinci instansiya məhkəməsi hökmündə bu qiymətləndirməni CPM-in 349.5-ci maddəsinin tələblərinə yəni nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş, ittihamı təsdiq etməyə kifayət edən və müəyyən edilmiş hallara uyğun sübutlara əsaslanması tələbinə – uyğun şəkildə əsaslandırmışdır. Müdafiə tərəfinin "ibtidai istintaq zamanı verilən ifadələr əsas götürülürsə, məhkəmə proseslərinin keçirilməsinin nə əhəmiyyəti qalır" formasında irəli sürdüyü dəlil də əsassızdır, belə ki, məhkəmə araşdırmasının məqsədi yalnız iclasda ilk dəfə ifadə alınması ilə məhdudlaşmır, iş üzrə bütün sübutların bilavasitə və hərtərəfli araşdırılmasından, onların qarşılıqlı müqayisəsindən və yekun hüquqi qiymətin verilməsindən ibarətdir. İbtidai istintaq materiallarının mövcudluğu onların qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən nəzərə alınmasını istisna etmir. Müdafiə tərəfinin bu dəlil çərçivəsində istinad etdiyi "Ekrapiç Xorvatiyaya qarşı" iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi də hazırkı işdə mütləq və avtomatik qayda kimi tətbiq oluna bilməz. Həmin presedent məhkəmənin ibtidai istintaq zamanı verilmiş ifadələri heç bir halda nəzərə ala bilməyəcəyi mənasına gəlmir; Avropa İnsan Hüquqları Məhkəməsinin yanaşmasında əsas meyar məhkəmə araşdırmasının bütövlükdə ədalətli olub-olmaması, tərəflərə sübutları araşdırmaq və qiymətləndirmək üçün real imkan yaradılıb-yaradılmaması və məhkəmənin gəldiyi nəticənin kifayət qədər əsaslandırılıb-əsaslandırılmamasıdır. Hazırkı iş üzrə isə ibtidai istintaqda verilmiş ifadələr CPM-in tələblərinə uyğun qaydada məhkəmə iclasında elan olunmuş, tərəflərə onlara etiraz etmək və sual vermək imkanı verilmiş, bu ifadələr təcrid olunmuş şəkildə deyil, digər sübutlarla birgə qiymətləndirilmişdir. Buna görə də ibtidai istintaq ifadələrinə istinad edilməsi ilə bağlı dəlil əsassız hesab edilərək təmin edilməməlidir. Apellyasiya şikayətinin ikinci dəlili Məhkəmə-tibbi ekspertizasının ## ##### 2024-cü il tarixli *** nömrəli rəyi ilə Təkrar məhkəmə-tibbi ekspertizasının ## ### 2024-cü il tarixli T***/**** nömrəli rəyi arasında ziddiyyətin mövcudluğuna, bu səbəbdən həmin sübutların Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi üzrə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməyəcəyinə əsaslanır. Məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir. Əvvəla, ekspert rəylərinin bir-biri ilə tam və ya qismən fərqlənməsi, özlüyündə həmin rəylərin mötəbər olmayan və ya yolverilməz sübut sayılması üçün əsas deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" ## ###### 2021-ci il tarixli № ** nömrəli qərarının 32-ci bəndinə əsasən, işdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda, məhkəmə iş üzrə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərini isə rədd etdiyini əsaslandırmalıdır. Deməli, qanunverici ekspert rəyləri arasındakı ziddiyyəti hökm çıxarılmasına mane olan hal kimi deyil, məhkəmənin sübutları qiymətləndirərkən həll etməli olduğu prosessual məsələ kimi nəzərdə tutmuşdur. Bu baxımdan müdafiə tərəfinin "ekspert rəyləri ziddiyyətlidir, buna görə də onlara əsaslanaraq ittiham hökmü çıxarmaq mümkün deyil" arqumenti qanunvericiliyin və Ali Məhkəmə Plenumunun göstərilən hüquqi mövqeyinin əksinədir. Bu yanaşma, həmçinin, CPM-in 33.3-cü maddəsində təsbit olunmuş, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəyə malik olmaması prinsipinə də tam uyğundur. İş materiallarından və birinci instansiya məhkəməsində ekspert qismində dindirilmiş X18 izahatından görünür ki, ilkin və təkrar ekspertiza rəyləri arasında müdafiə tərəfinin iddia etdiyi mənada, yəni bir-birini istisna edən ziddiyyət mövcud deyildir. Hər iki rəydə əng, almacıq və burun sümüklərində olan sınıqlar eyni şəkildə müəyyən edilmiş, fərq yalnız təkrar ekspertiza zamanı əlavə olaraq kəllə əsası sümüyünün böyük qanadında sınığın aşkar edilməsindən ibarət olmuşdur. Ekspert bu fərqin səbəbini konkret və elmi əsaslarla izah etmişdir: ilkin rəy Qəbələdə aparılmış KT müayinəsinin nəticələrinə əsaslanmış və "təcili yazılmış məlumatlandırıcı ön rapor" qismində verildiyindən, kəllə əsası sümüyündəki sınıq həmin mərhələdə aşkar edilə bilməmişdir; təkrar ekspertiza zamanı isə eyni görüntülər yüksək ixtisaslı radioloq tərəfindən yenidən və daha diqqətlə oxunaraq, əvvəllər aşkar olunmamış sınıq müəyyən edilmişdir. Beləliklə, təkrar rəy ilkin rəydə müəyyən edilmiş xəsarətləri təkzib etməmiş, sadəcə əlavə tibbi fakt aşkarlamışdır ki, bu da xəsarətin ağırlıq dərəcəsinin dəyişməsinə səbəb olmuşdur. Ekspertin izahatına görə, kəllə əsası sümüyündəki sınıq yerdəyişən və parçalı xarakterli olduğundan onun izləri sonradan da müəyyən edilə bilər, almacıq sümüyündəki sınıq isə yerdəyişməyən olduğundan izsiz bitişə bilər; zərərçəkmiş şəxsdə müşahidə olunan narahatlıq və qusma əlamətləri, beyin qişası və maddəsinin zədələnməməsinə baxmayaraq, xəsarətin ağır dərəcəli olması ilə ziddiyyət təşkil etmir, belə ki, xəsarətdən sonrakı davranış fərdi xüsusiyyətlərdən asılıdır; nəhayət, bir yumruq zərbəsi nəticəsində, zərbənin iradiasiya yolu ilə bir sümükdən digərinə keçməsi səbəbindən, rəydə göstərilən bütün sınıqların eyni zamanda yaranması mümkündür. Bu elmi əsaslandırma təkrar ekspertizanın nəticələrini şübhə altına almır, əksinə, onun mötəbərliyini təsdiqləyir. Xüsusi qeyd olunmalıdır ki, təkrar ekspertiza "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə uyğun olaraq, ilkin ekspert rəyinin kifayət qədər əsaslı olmaması səbəbindən komissiya qaydasında, üç nəfər ekspertdən ibarət tərkibdə keçirilmişdir. Həmin Qanunun 15 və 19-cu maddələrinə əsasən komission məhkəmə ekspertizası müstəqil ekspertiza növü olmaqla, eyni ixtisas üzrə iki nəfərdən az olmayan ekspert tərəfindən aparılır, ekspertlər rəy verməzdən əvvəl öz aralarında məsləhətləşir və yekun rəyə bütün ekspertlər imza edir. Qanunverici komission ekspertizanı ayrıca institut kimi tənzimləməklə onun nəticələrinin sübutetmə prosesində istifadə oluna biləcəyini qəbul etmişdir; əks halda bu institutun hüquqi tənzimlənməsinin mənası olmazdı. Bu baxımdan müdafiə tərəfinin komission qaydada aparılmış təkrar ekspertizanın nəticələrinin ittihamın əsaslandırılmasında istifadə oluna bilməyəcəyi barədə dəlili hüquqa əsaslanmır. Nəticə etibarilə, apellyasiya şikayətinin bu dəlili mahiyyət etibarilə birinci instansiya məhkəməsinin sübutlara verdiyi qiymətlə sadəcə razılaşmamaqdan ibarət olub, məhkəmənin sübutları qiymətləndirməsinin qanunsuzluğunu təsdiq edən konkret hüquqi əsas və ya faktiki hal ortaya qoymur. Bu səbəbdən həmin dəlil də əsassız hesab edilərək təmin edilməməlidir. Apellyasiya şikayətinin üçüncü dəlili ondan ibarətdir ki, iş üzrə mövcud sübutlar ittihamın sübuta yetirilməsi üçün kifayət etmədiyindən Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi üzrə irəli sürülmüş ittihamdan bəraət almalıdır. Məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir. Çünki, CPM-in 42-ci maddəsinə əsasən bəraət hökmü şəxsin cinayət törətməsinin sübuta yetirilməməsi ilə yanaşı, qanunda nəzərdə tutulmuş konkret əsaslar mövcud olduqda çıxarılır. Yalnız müdafiə tərəfinin ayrı-ayrı sübutlara verilmiş qiymətlə razılaşmaması, özlüyündə bəraət üçün əsas yaratmır. Yuxarıda göstərildiyi kimi, Ali Məhkəmə Plenumunun ## ###### 2021-ci il tarixli № ** nömrəli qərarının 32-ci bəndinə əsasən, bir-birinə zidd ekspert rəylərinin mövcudluğu məhkəmənin sübutları müqayisəli qiymətləndirməsi üçün əsas olub, bəraət nəticəsini şərtləndirmir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iş materiallarında olan bütün sübutları tərəflərin və şahidlərin ifadələrini, ekspert rəylərini, üzləşdirmə və hadisə yerinə baxış protokollarını məcmu halında qiymətləndirərək, təqsirləndirilən şəxsin sifət nahiyəsindən vurduğu yumruq zərbəsi ilə zərərçəkmiş şəxsə CMin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurduğu qənaətinə əsaslı şəkildə gəlmişdir. Müdafiə tərəfinin ayrı-ayrı sübutları təcrid olunmuş qaydada qiymətləndirərək bəraət tələb etməsi, sübutların məcmu halında qiymətləndirilməsi prinsipinə uyğun deyildir. Bu əsaslarla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin heç bir dəlili birinci instansiya məhkəməsinin hökmünün qanunsuz və ya əsassız hesab edilməsi üçün kifayət etmir, bu səbəbdən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. CPM-in 397.2-ci maddəsinin tələbinə uyğun olaraq, cinayət qanununun düzgün tətbiq edilib-edilməməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətin dəlillərindən asılı olmayaraq yoxlanılmışdır. Bu baxımdan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması imkanı və ona təyin olunmuş cəza ilə bağlı gəldiyi nəticələrə də münasibət bildirməyi zəruri hesab edir. İş hallarından görünür ki, məhkəmə (eləcədə apellyasiya məhkəməsi) tərəflərə barışıq əldə etmələri üçün zəruri şərait yaratmış, lakin zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmağa razı olmadığını bildirmişdir. CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır, lakin bu halın tətbiqi zərərçəkmiş şəxsin sərbəst iradəsindən asılıdır və məhkəmə zərərçəkmiş şəxsi barışmağa məcbur edə bilməz. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsinin sanksiyası hüdudları daxilində ən aşağı həddə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş əməlin xarakterini və ağırlığını, zərərçəkmiş şəxsə vurulmuş zərərin xarakterini, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaması, əvvəllər məhkum olunmaması və müsbət xasiyyətnaməsi olması kimi halları nəzərə almış, cəzanı fərdiləşdirmişdir. Ali Məhkəmə Plenumunun cinayət cəzalarının təyin edilməsi təcrübəsinə dair qərarında göstərildiyi kimi, cəzanın təyin edilməsində fərdi yanaşma tələb olunur; hazırkı iş üzrə bu tələbə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, daha yüngül cəza tədbirinin tətbiqi yalnız o halda əsaslandırıla bilər ki, hər hansı yüngülləşdirici hal nəzərə alınmamış olsun və ya ağırlaşdırıcı hal kimi qəbul edilmiş hallar əslində belə xarakter daşımasın. Hazırkı işdə isə belə vəziyyət mövcud deyildir, buna görə də təyin olunmuş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab edilməlidir. CM-nin 4-cü maddəsinə əsasən Cinayət Məcəlləsi qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır — cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Ədalət» anlayışı bu kontekstde proporsionallıq ideyasını özündə daşıyır: cəza nə artıq yüngül, nə də artıq ağır olmamalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın bu üç məqsədi — sosial ədalət, islah, xəbərdarlıq — bir-biri ilə üzvi bağlılıqda olub, məhkəmənin cəza seçərkən nəzərə almalı olduğu fundamental tələbləri müəyyən edir. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinde nəzərdə tutulmuş hədlerde ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi bu tələblərin hamısına riayət etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cinayət törətmiş şəxs barəsinde daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud məhkəmənin istinad etdiyi ağırlaşdıran hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini artıran hallara aid olmasın. Halbuki bu işdə belə bir vəziyyət mövcud deyildir. Bütün bu əsaslara görə məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, 1(091)-73/2025 nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, 1(091)-73/2025 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə Müdafiəçi oğluna 12 saat üçün 132 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsinde nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. .
Məhkəmə qərarları › İş №1(3-10)-182/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-182/2026
08.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver