Məhkəmə qərarları › İş №1(3-10)-184/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-184/2026

09.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-184/2026 09.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərov Anar Əlifağa oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov Imanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Fərhadov Adil Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (sədrlik edən E.Məmmədli), ##.##.1997-ci il tarixdə Oğuz rayonu, Baş Daşağıl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Oğuz rayonu, Baş Daşağıl kəndində yaşayan Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan-##.##.2026-cı il tarixdə saat 18:50dən şübhəli şəxs qismində tutulmadan azad olunduğu vaxtadək – ##.##.2026-cı il tarixdə saat 17:15-dək olan müddət 2 (iki) gün kimi nəzərə alınaraq həmin müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzanın çəkilməsinin başlanğıcının Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək olan müddət ərzində faktiki yaşayış yeri olan Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyətinin qoyulması, Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifənin qoyulması, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməsi, hökmün icrasına nəzarətin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Icra və Probasiya şöbəsinin həyata keçirməsi, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, iş üzrə maddi sübut - Oğuz rayon Polis şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 11,43 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə 71,86 manat ekspertiza xərcinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhkum Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş materiallarına əlavə edilmiş 3 ədəd diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmamasının nəzərə alınması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 11,48 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib 01 (bir) ədəd qara rəngli sellofan bükümdə qablaşdırmaqla icarəyə götürüb yay aylarında işlətdiyi Oğuz rayonu, Baş Daşağıl kəndində “Göbür” adlanan ərazidə yerləşən adsız kafenin manqalxanasında saxlamış, ##.##.2026-cı il tarixdə qeyd edilən ünvana baxış keçirilərkən üstünü dəmirlə örtdüyü manqalın içərisindən həmin 01 (bir) ədəd qara rəngli sellofan bükümdən xeyli miqdarda, yəni təmiz çəkisi 11,48 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmün cəza ilə bağlı hissəsində ədalətsizliyə yol verərək humanistlik prinsipi pozulmuşdur. Təqsirləndirilən şəxs həm işin ibtidai istintaqında, həm də məhkəmə istintaqı zamanı özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək əməlindən səmimi peşman olduğunu, istintaqın obyektiv və operativ aparılmasında istintaq orqanına və məhkəməyə kömək etmiş, könüllü olaraq ərizə ilə müharibəyə gedərək 44 günlük Vətən müharibəsi iştirakçısı olduğunu bildirərək müharibə iştirakçısı kimi təltif edildiyi orden və medalların sənədlərini məhkəməyə təqdim etmiş, himayəsində məhdud fiziki qabiliyyətli xəstə və II qrup əlil atasının, ahıl yaşlı işsiz anasının olduğunu, atasının müalicəsi ilə bağlı aldığı kredit sənədlərini təqdim etməsinə, Şəki rayonunun Oraban kəndində yerləşən kafelərdən birində günəmuzd aşbaz işləməsini bildirməsinə və barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulandan daha yüngül cəza təyin edilməsini xahiş etməsinə baxmayaraq, məhkəmə qeyd olunan halları nəzərə almamış, onun barəsində daha ağır cəza təyin etmişdir. Barəsində tətbiq edilmiş cəza qüvvəsində saxlanılarsa, o işini itirəcək, aldığı kredit gecikməyə düşəcək, himayəsindəki xəstə və işsiz valideynləri isə çıxılmaz vəziyyətdə qalacaqdır. Odur ki, Oğuz rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına CM-in 62-ci maddəsini tətbiq etməklə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulandan daha yüngül cəza növü olan cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X1 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, müdafiə tərəfi birinci instansiya məhkəməsinin hökmünü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirliliyi və əməlinin hüquqi tövsifi hissəsində mübahisələndirmir. Şikayətin əsas mahiyyəti təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın onun şəxsiyyətinə və ailə vəziyyətinə uyğun olmaması, habelə CM-in 62-ci maddəsinin tətbiq edilərək həmin maddənin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza növü olan cərimənin təyin edilməsi barədədir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cəzanın məqsədlərinə nail olunması üçün onun fərdiləşdirilməsi, yəni törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların, habelə cəzanın onun ailə və sosial vəziyyətinə mümkün təsirlərinin nəzərə alınması zəruridir. Iş materiallarından və hökmün məzmunundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, satış məqsədi olmadan xeyli miqdarda – 11,48 qram çəkidə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Narkotik vasitənin onun tərəfindən əldə edilməsi və saxlanılması ilə bağlı əməli törətməsi həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər cəmiyyət üçün təhlükəli olmaqla, belə əməllərə görə cəzanın təyin edilməsində cəzanın labüdlüyü və cinayətlərin qarşısının alınması məqsədləri də nəzərə alınmalıdır. Bununla belə, təqsirləndirilən şəxsin konkret şəxsiyyəti və iş üzrə mövcud olan fərdi hallar nəzərə alınmadan yalnız cinayətin ümumi xarakterinə istinad etməklə cəzanın müəyyən edilməsi də yolverilməzdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, təqsirini etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəza təyin edilərkən nəzərə almışdır. Məhkəmə kollegiyası həmin halların cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmasını əsaslı hesab edir. Apellyasiya şikayətində təqsirləndirilən şəxsin Vətən müharibəsində iştirak etməsi və müharibə iştirakçısı kimi təltif olunması, himayəsində xəstə və II qrup əlil atasının və ahıl, işsiz anasının olması, atasının müalicəsi ilə bağlı kredit öhdəliklərinin mövcudluğu, günəmuzd işləyərək ailəsinin maddi təminatında iştirak etməsi də əlavə olaraq göstərilmişdir. Məhkəmə kollegiyası qeyd olunan halları təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən və cəza təyin edilərkən nəzərə alına bilən hallar kimi qiymətləndirir. Lakin həmin halların məcmusu avtomatik olaraq CM-in 62-ci maddəsinin tətbiqi üçün əsas yaratmır. Belə ki, CM-in 62-ci maddəsinin tətbiqi üçün yalnız cəzanı yüngülləşdirən halların mövcudluğu kifayət etmir. Həmin normanın tətbiq edilməsi üçün törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan və cəzanın qanunda nəzərdə tutulmuş həddindən daha yüngül cəzanın təyin edilməsini zəruri edən müstəsna hallar müəyyən edilməlidir. Bu zaman həm cinayətin xarakteri, həm də təqsirləndirilən şəxsi səciyyələndirən halların məcmusu nəzərə alınmalıdır. Hazırkı iş üzrə isə belə müstəsna hallar müəyyən edilmir. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması və törətdiyi cinayəti etiraf etməsi onun xeyrinə qiymətləndirilməli hallar olsa da, bunlar özlüyündə CM-in 62-ci maddəsinin tətbiqi üçün müstəsna hal hesab edilə bilməz. Eyni qaydada, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunması, Vətən müharibəsində iştirak etməsi və müharibə iştirakçısı kimi təltif olunması onun şəxsiyyətinin müsbət cəhətlərini göstərən hallar olmaqla, törədilmiş cinayətin hüquqi qiymətini və həmin cinayətə görə cəza təyin edilməsinin zəruriliyini aradan qaldırmır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin himayəsində xəstə və əlil atasının, habelə ahıl və işsiz anasının olmasına dair dəlilləri də nəzərə alır. Lakin ailə üzvlərinin maddi və sosial vəziyyətinin ağır olması cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alına bilən hal olsa da, bu hal da ayrıca və ya digər hallarla birlikdə CM-in 62-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulmuş müstəsnalıq həddinə çatmır. Əks yanaşma cinayət törətmiş şəxslərin ailə vəziyyətindən asılı olaraq cəzanın qanunda müəyyən edilmiş çərçivəsindən kənara çıxarılmasına səbəb ola bilər ki, bu da cəzanın fərdiləşdirilməsi prinsipi ilə uyğun olmazdı. Apellyasiya şikayətində təqsirləndirilən şəxsin atasının müalicəsi ilə əlaqədar kredit öhdəliklərinin olması və cəzanın qüvvədə saxlanılacağı təqdirdə onun işini itirə biləcəyi, nəticədə kredit ödənişlərinin gecikə biləcəyi və valideynlərinin maddi çətinliklə üzləşəcəyi də göstərilmişdir. Məhkəmə kollegiyası həmin halları təqsirləndirilən şəxsin ailə-məişət vəziyyətinə aid hallar kimi qiymətləndirir. Bununla belə, kredit öhdəliyinin mövcudluğu və iş yerinin itirilməsi ehtimalı cəzanın növünün müəyyən edilməsində nəzərə alınmalı olsa da, cəzanın tətbiq edilməsindən tamamilə imtina edilməsini və ya qanunda nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsini şərtləndirən müstəsna hal kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan, 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, onun faktiki tutulduğu 2 gün müddəti CM-in 69.3-cü maddəsinə əsasən nəzərə alaraq cəzanın qalan hissəsini 1 il 5 ay 26 gün müəyyən etmişdir. Beləliklə, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin şəxsiyyəti və iş üzrə müəyyən edilmiş yüngülləşdirici hallar nəzərə alınmaqla azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza növü seçilmişdir. Bu baxımdan apellyasiya şikayətində göstərilən hallar birinci instansiya məhkəməsinin təyin etdiyi azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun olmadığını göstərmir. Müdafiə tərəfinin CM-in 62-ci maddəsinə əsasən cərimə cəzasının təyin edilməsi barədə tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62-ci maddəsinin tətbiqi məhkəmənin müstəsna xarakterli halların mövcudluğuna dair əsaslandırılmış qənaətinə söykənməlidir. Hazırkı iş üzrə isə belə halların mövcudluğu müəyyən edilmədiyindən, qanunda nəzərdə tutulan cəzadan daha yüngül cəza növünün seçilməsi üçün hüquqi əsas yoxdur. Eyni zamanda, cəzanın təyin edilməsi zamanı məhkəmə yalnız təqsirləndirilən şəxsin şəxsi və ailə maraqlarını deyil, törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsi, digər şəxslər tərəfindən analoji cinayətlərin törədilməsinin qarşısının alınması və cəzanın digər məqsədlərinə nail olunması zərurətini də nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi azadlığın məhdudlaşdırılması cəzası öz xarakterinə görə artıq azadlıqdan məhrum etmə ilə müqayisədə daha yüngül və təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmasını nəzərdə tutmayan cəza növüdür. Buna görə də müdafiə tərəfinin təqdim etdiyi halların nəzərə alınması baxımından da həmin cəzanın seçilməsi Təqsirləndirilən şəxs şəxsiyyəti və işin konkret halları ilə uzlaşır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən halların hər birini ayrılıqda və məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, həmin hallar CM-in 62ci maddəsində nəzərdə tutulmuş müstəsna halların mövcudluğunu təsdiq etmir və təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsini zəruri etmir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilərək Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəza növü kimi cərimə cəzasının təyin edilməsi barədə tələbi əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən iş üzrə müəyyən edilmiş halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun əvvəllər məhkum olunmamasını, təqsirini etiraf etməsini, səmimi peşman olmasını və müsbət xarakterizə edilməsini nəzərə almış, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəzanın fərdiləşdirilməsi prinsipinə riayət etmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilməsi üçün əsas vermir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili X3 tapşırılmışdır. X4 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırkı işin baxılması ilə bağlı müdafiəçi cəmi 6 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli, ** nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46950" \t "_blank" \o "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi" Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası HYPERLINK "https://e-qanun.az/framework/46945" \t "_blank" \o "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi" Mülki Prosessual Məcəlləsinin 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilsin. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında göstərilən hüquqi yardıma görə 66 manat məbləğində pul X4na ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesaba köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında göstərilən hüquqi yardıma görə 66 manat məbləğində pul X4na ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesaba köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar