Azәrbaycan Respublikası adından Qərar Şәki şәhәri İş № 1(3-10)-185/2026 14.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şәki Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimi Əsgәrov Anar Əlifağa oğlunun sәdrliyi, Mabudov Faiq Əlәşrәf oğlunun katibliyi ilә, Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin (bundan sonra mәtndә - CM) 259.2.4-cü maddәsi ilә tәqsirlәndirilmәsinә dair cinayәt işi üzrә mәhkәmә iclasına sәdrlik edәn, Ucar Rayon Mәhkәmәsinin sәdri vә hakimi X2 tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs qızı tәrәfindәn verilmiş etiraz mәsәlәsinә bаxaraq, mәhkәmә müəyyən etdi: Tәqsirlәndirilәn şәxs CM-in 259.2.4-cü maddәsi ilә tәqsirlәndirilmәsinә dair cinayәt işi üzrә mәhkәmә iclasına sәdrlik edәn, Ucar Rayon Mәhkәmәsinin sәdri vә hakimi X2 tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs etiraz etmişdir. Ucar Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrәli qәrarına әsasәn, Qәniyev Elşәn Soltan oğlunun CM-in 259.2.4-cü maddәsi ilә tәqsirlәndirilmәsinә dair cinayәt işi üzrә tәqsirlәndirilәn şәxs Qәniyev Elşәn Soltan oğlunun mәhkәmәnin sәdri vә hakimi Xәlilov Hilal Ismayıl oğluna etirazı baxılması üçün Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Tәqsirlәndirilәn şәxs Qәniyev Elşәn Soltan oğlu etirazını onunla әsaslandırmışdır ki, cinayәt işi üzrә ## ##### 2025-ci il tarixdә keçirilәn mәhkәmә iclasında onun 2 vәsatәti tәmin edilmәmişdir. Hәmin vәsatәtlәrin biri şahid Hәsәnov Ramiz Höcәt oğlunun istifadәsindә olan (051)755-54-26 mobil telefon nömrәsinin ## #### 2024-cü il tarixdә, saat 09:00-dan ## #### 2024-cü il tarixdә, saat 18:00-dәk hansı әrazidәki anten dairәlәrindә fәaliyyәt göstәrmәsi, göstәrilәn müddәt әrzindә hәmin nömrәlәrә daxil olan vә çıxan zәnglәrin siyahısının, sms-lәrin, sms-lәrin mәtinlәrinin, o cümlәdәn, әlaqә saxlanılan abunәçilәr haqqında mәlumatların “xxxx” MMC-dәn götürülmәsi barәdә olmuşdur. Digәr vәsatәti isә (050)388-68-82, (050)389-68-92, (055)209-77-14 vә (055)333-25-41 mobil telefon nömrәlәrinin 2023-cü ilin oktyabr ayında kimә mәxsus olması vә hәmin nömrәlәrlә (050)340-06-35 nömrәsi arasında 2023-cü ilin oktyabr ayında olan danışıqların vaxtı vә müddәti barәdә mәlumatların “xxxx” MMC-dәn vә “xxxx” MMC-dәn götürülmәsi barәdә olmuşdur. Bundan başqa, ## ### 2025-ci il tarixdә keçirilәn mәhkәmә prosesindә dә onun 2 vәsatәti tәmin olunmamışdır. Onlardan biri şahid Hәsәnov Ramiz Höcәt oğlunun Ucar Rayon Polis Şöbәsindә 24 iyun saat 11-dәn 25 iyun saat 15-dәk saxlanması üçün әsas olmuş sәnәdin (әgәr varsa qәrarın) surәtini Ucar Rayon Polis Şöbәsindәn alınmasının tәmin edilmәsi vә göstәrilәnlәrlә bağlı Ucar Rayon Polis Şöbәsinin müstәntiqi X1 dindirilmәsi üçün mәhkәmәyә dәvәt edilmәsi barәdә olmuşdur. Digәri isә ## ####### 2023-cü il tarixdә Ucar rayonunun Qazyan kәndindә monitorinq keçirilmәsi barәdә Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr Idarәsinin qәrarının vә hәmin monitorinqә cәlb edilәn әmәkdaşlara әlavә әmәk haqqı ödәnilmәsini tәsdiq edәn bank sәnәdlәrinin alınması barәdә olmuşdur. Yuxarıda göstәrilәn 4 vәsatәtin 3-ü elektron mәhkәmә sisteminә yazılı şәkildә yerlәşdirilmәklә, sonuncu isә ## ### 2025-ci il tarixdә keçirilәn mәhkәmә prosesindә şifahi verilmişdir. Qeyd edilәn vәsatәtlәrin hamısı iş üzrә obyektiv hәqiqәti aşkara çıxarmaq üçün verilmişdir. Ona görә dә hesab edir ki, sәdrlik edәn hәmin vәsatәtlәri tәmin etmәyәrәk, ittiham tәrәfinә meyilli olduğunu nümayiş etdirmişdir. Bu isә sәdrlik edәnin qәrәzsizliyi ilә bağlı onda şübhәlәr yaratmışdır. Avropa Insan Hüquqları Mәhkәmәsinin “Fәtullayev Azәrbaycana qarşı” ## ##### 2010-cu il tarixli Qәrarında da bu mәsәlә diqqәtә alınaraq Konvensiyanın 6-cı maddәsinin 1-ci bәndinin pozuntusunun baş verdiyi nәticәsinә gәlinmişdir. Odur ki, göstәrilәnlәri әsas tutaraq, Ucar Rayon Mәhkәmәsinin sәdri Xәlilov Hilal Ismayıl oğlunun *(***)-**/**** nömrәli cinayәt işinә baxmasına etiraz edir. Ucar Rayon Mәhkәmәsinin iclasında tәqsirlәndirilәn şәxs Qәniyev Elşәn Soltan oğlu etirazı müdafiә edәrәk tәmin edilmәsini xahiş etmişdir. Ucar Rayon Mәhkәmәsinin iclasında tәqsirlәndirilәn şәxs Qәniyev Elşәn Soltan oğlunun müdafiәçisi Mәcidli Elşәn Seyidәli oğlu etirazı müdafiә edәrәk bildirmişdir ki, Azәrbaycan Respublikasının qanunvericiliyinә әsasәn Azәrbaycan Respublikası Konstitutsiyası istisna olmaqla beynәlxalq müqavilәlәrdәn irәli gәlәn qanunlar digәr qanunlardan üstündür. Odur ki, etirazda göstәrilәnlәr Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin (bundan sonra mәtndә - CPM) 109-cu maddәsindә olan әsaslara uyğun gәlmәsә dә etirazda göstәrilәn әsaslar beynәlxalq müqavilәlәrdәn irәli gәlәn qanunlara istinad olunması nәzәrә alınaraq tәmin edilmәlidir. Ucar Rayon Mәhkәmәsinin iclasında dövlәt ittihamçısı Isayeva Gülәr Əlhәsәn qızı bildirmişdir ki, CPM-in 109-cu maddәsindә hakimә etirazın әsasları göstәrilmişdir, tәqsirlәndirilәn şәxsin hakimә etirazının mәzmununda CPM-in 109-cu maddәsindә hakimә göstәrilәn etirazların әsasları ilә üst-üstә düşәn әsas yoxdur, ona görә dә etirazın tәmin edilmәmәsini xahiş etmişdir. Etirazın dәlillәrini iş materialları üzrә аrаşdırıb hesаb edirәm ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs hakimә etirazı әsaslı deyil. Belә ki, CPM-in 109.1-ci maddәsinә görә, hakimә (mәhkәmә tәrkibinә) edilәn etiraz әsaslandırılmalıdır. Etirazda konkret әsaslar olmadıqda o, işә baxan mәhkәmә tәrәfindәn baxılmamış saxlanılır. Hakimә etiraz o halda әsaslı sayıla vә şәrtsiz tәmin edilә bilәr ki, hәr hansı şәxsin cinayәt prosesindә hakim qismindә iştirakını istisna edәn aşağıdakı hallardan heç olmasa biri olsun. CPM-in 109.2-ci maddәsinә әsasәn bu Mәcәllәnin 109.1-ci maddәsindә nәzәrdә tutulmuş hallardan biri olduqda, hakim özü-özünә etiraz etmәlidir. 109.3. Etiraz mәsәlәsini aşağıdakılar hәll edir: 109.3.1. birinci instansiya mәhkәmәsindә cinayәt işinә, yaxud cinayәt tәqibi ilә bağlı digәr materiala hakim tәrәfindәn tәkbaşına baxıldıqda, hakimin özü-özünә vә ya ona edilmiş etirazı - hәmin mәhkәmәnin sәdri; 109.3.2. birinci, apellyasiya vә kassasiya instansiyası mәhkәmәsindә cinayәt işinә vә ya cinayәt tәqibi ilә bağlı digәr materiala hakimlәr kollegiyasından ibarәt tәrkibdә baxıldıqda hakimin özü-özünә vә ya ona edilmiş etirazı — onun iştirakı olmadan hakimlәr kollegiyası; 109.3.3. birinci instansiya mәhkәmәsindә iki hakimin vә ya bütün mәhkәmә tәrkibinin özü özünә, yaxud onlara edilmiş etirazı, habelә cinayәt işinә, yaxud cinayәt tәqibi ilә bağlı digәr materiala tәkbaşına baxan mәhkәmә sәdrinә, özü-özünә vә ya ona edilmiş etirazı — apellyasiya instansiyası mәhkәmәsinin hakimi; 109.3.4. apellyasiya vә kassasiya instansiyası mәhkәmәsinin iki hakiminin vә ya bütün mәhkәmә tәrkibinin özü-özünә, yaxud onlara edilmiş etirazı — müvafiq olaraq apellyasiya vә kassasiya instansiyası mәhkәmәlәrinin sәdrlәri. 109.5. birinci, apellyasiya vә ya kassasiya instansiyası mәhkәmәsindә özü-özünә etiraz vә ya etiraz tәmin olunduqda işә hәmin mәhkәmәdә başqa hakimlәrin iştirakı ilә baxılır. Birinci instansiya mәhkәmәsindә obyektiv sәbәbdәn bu mümkün olmadıqda, cinayәt işi vә ya cinayәt tәqibi ilә bağlı digәr material apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn baxılması üçün başqa birinci instansiya mәhkәmәsinә göndәrilir. Etirazın dәlillәrini ayrı-ayrılıqda tәhlil etdikdә müәyyәn olunur ki, iş üzrә Ucar Rayon Mәhkәmәsinin hakimi vә sәdri X2 tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs etirаz etmәsi üçün iş üzrә CPM-in 109-cu maddәsindә sadalanan әsaslardan heç biri iş üzrә mövcud deyil. Bundan әlavә, tәqsirlәndirilәn şәxsin vәsatәtinin mәhkәmә tәrәfindәn tәmin edilmәmәsi mәsәlәsinә gәldikdә isә CPM-dә göstәrilir ki, vәsatәtin vә ya xahişin rәdd edilmәsi onların cinayәt prosesinin sonrakı mәrhәlәlәrindә vә ya cinayәt prosesini hәyata keçirәn digәr orqana vәsatәt vә ya xahişlә tәkrar müraciәtinә mane olmur. CPM-in 121.3-cü maddәsinә әsasәn, vәsatәtin vә ya xahişin rәdd edilmәsi onların cinayәt prosesinin sonrakı mәrhәlәlәrindә vә ya cinayәt prosesini hәyata keçirәn digәr orqana vәsatәt vә ya xahişlә tәkrar müraciәtinә mane olmur. Vәsatәtin vә xahişin digәr hallarda tәkrar verilmәsi yeni dәlil gәtirildikdә vә ya cinayәt prosesinin gedişindә onların tәmin edilmәsinin zәruriliyi tәsdiq olunduqda mümkündür. CPM-in 323.6-cı maddәsinә әsasәn, vәsatәti rәdd edilmiş şәxs işin sonrakı baxışından asılı olaraq hәmin vәsatәti tәkrarәn vermәk hüququna malikdir. Belәliklә, Ucar Rayon Mәhkәmәsinin sәdri vә hakimi X2 tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs etirаzı әsassız olduğundan tәmin edilmәmәli vә iş baxılması üçün hәmin mәhkәmәyә qaytarılmalıdır. Şәrh оlunаnlаrı vә CPM-in 109 vә 321.2.3 mаddәlәrini rәhbәr tutаrаq, mәhkәmә qərara aldı: Ucar Rayon Mәhkәmәsinin sәdri vә hakimi X2 tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs etirаz etmәsi tәmin edilmәsin vә iş Ucar Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrar qәbul edildiyi andan qanuni qüvvәyә minir. Qәrаrdаn kassasiya şikаyәti vә ya protesti verilә bilmәz. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(3-10)-185/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-185/2026
14.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver