Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-186/2026 23.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərov Anar Əlifağa oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov Imanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi, Dövlət ittihamçısı X2, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 və onun müdafiəçisi müdafiəçi3 iştirakları ilə, təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 144.2.3 və 149.1-ci maddələri ilə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 CM-in 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 və onun müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə (hakimlər G.Aşurova (sədrlik edən), T.Əfəndizadə və X.Məmmədov), ## ### 1995-ci il tarixdə Balakən rayonu, Ititala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Balakən rayonu, Ititala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X36 saxlanılan təqsirləndirilən şəxs3 CM-in 144.2.3 və 149.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, CM-in 144.2.3-cü maddəsi ilə barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 149.1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs3 qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcının ## ###### 2023-cü il tarixdən hesablanması, təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ## #### 1995-ci il tarixdə Balakən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Balakən rayonu, Ititala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 CM-in 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcının ## ###### 2023-cü il tarixdən hesablanması, təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək onun barəsində həbs qətimkan tədbirinin seçilməsi, onun məhkəmə iclas zalından həbs edilməsi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X32 yerləşdirilməsi, təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ## ######## 1993-cü il tarixdə Balakən rayonu, Ititala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, X9 Istismarı Idarəsinin Balakən Xidmət Sahəsinin çilingəri işləyən, Balakən rayonu, Ititala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 CM-in 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona 2 (iki) il 5 (beş) ay 8 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə hesablanarkən təqsirləndirilən şəxs2 ## ###### 2023-cü il tarixdən ## ### 2026-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu 2 (iki) il 5 (beş) ay 8 (səkkiz) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini əhatə etdiyindən onun cəzasının tam çəkilmiş hesab edilməsi, təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv olunması hökm edilmişdir. Işin halları: təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurlamış, eləcə də zərərçəkmiş şəxsə zor tətbiq etmə hədəsi ilə onunla cinsi əlaqədə olaraq zorlamışdır. Belə ki, o, əvvəlcədən razılaşdığı təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə oğurlamaq (qaçırtmaq) qərarına gəlmiş, ##.##.2023-cü il tarixdə saat 13-14 radələrində Zərərçəkmiş şəxs və şahid13 Balakən rayonu Ititala kəndində yerləşən evlərinə getdikləri zaman onların yaşadığı həmin kənddəki evlərinin yaxınlığında, küçədə təqsirləndirilən şəxs2 idarə etdiyi, arxa sərnişin oturacaqlarında onun və təqsirləndirilən şəxs1 əyləşdikləri “Honda CR-V” markalı “**-CL-***” dövlət qeydiyyat nişanlı avtomobildə gözləmiş, Zərərçəkmiş şəxs və şahid13 onlara çatdıqları vaxt təqsirləndirilən şəxs1la birlikdə avtomobildən düşüb Zərərçəkmiş şəxs və şahid13 tərəf qaçmış, ilk olaraq təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qaçmasının qarşısını almaq məqsədi ilə onun hər iki qolundan tutaraq saxladığı zaman o, Zərərçəkmiş şəxs arxa tərəfdən tutub nisbətən qucağına doğru qaldırmış, onun qaçma imkanını məhdudlaşdırmaqla avtomobilə tərəf aparmış, həmin vaxt buna mane olmağa çalışan şahid13 təqsirləndirilən şəxs1 kənara itələyərək araladıqdan sonra Zərərçəkmiş şəxs iradəsi əleyhinə həmin avtomobilin sürücü tərəfdən arxa oturacağına zorla əyləşdirərək özü də yanında oturmuş, təqsirləndirilən şəxs1 isə sürücünün yanında ön sağ oturacaqda əyləşdikdən sonra Zərərçəkmiş şəxs Balakən rayonu Katex kəndində yerləşən cinayətdən xəbərsiz olan şahid6 məxsus fərdi yaşayış evinə aparıb orada gizlədib saxlamışdır. Bundan başqa o, ##.##.2023-cü il tarixdə saat 18-19 radələrində şahid6 məxsus evin ikinci mərtəbəsində yerləşən yataq otağında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs könüllü şəkildə onunla cinsi əlaqədə olmaq istəmədiyini, yaxınlaşan zaman onu özündən uzaqlaşdırmağa çalışaraq namusuna toxunmaması üçün yalvardığını görüb cinsi əlaqədə olmayacağı təqdirdə zor tətbiq edəcəyi ilə hədələmiş, daha öncə zor tətbiq olunmaqla oğurlandığından edilmiş hədənin real olmasını dərk edən, qorxmuş, həyəcanlı psixiemosional halda olan Zərərçəkmiş şəxs əynindəki şalvarını və alt paltarını çıxardaraq çarpayıda üzərinə uzanmış, onun hərəkətlərindən narahat olan Zərərçəkmiş şəxs uzaqlaşmaq istəyinə məhəl qoymayaraq onun ilə iradəsi əleyhinə zorla cinsi əlaqədə olmaqla qızlıq bəkarəti pərdəsinin tamlığının pozulması ilə nəticələnən zərərçəkmiş şəxsə zor tətbiq etmə hədəsi ilə zorlama cinayət əməlini törətmişdir. təqsirləndirilən şəxs1 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu cinayət əməlini törətmişdir. Belə ki, o, təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs ilə evlənməsi məqsədi ilə onu əvvəlcədən razılaşdığı təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamaq (qaçırtmaq) qərarına gəlmiş, bu məqsədlə ##.##.2023-cü il tarixdə saat 13-14 radələrində Zərərçəkmiş şəxs və onun bacısı şahid13 Balakən rayonu Ititala kəndində yerləşən evlərinə getdikləri zaman onların yaşadığı həmin kənddəki evlərinin yaxınlığında, küçədə təqsirləndirilən şəxs2 idarə etdiyi və arxa sərnişin oturacaqlarında onun və təqsirləndirilən şəxs3 əyləşdikləri “Honda CR-V” markalı “**- CL-***” dövlət qeydiyyat nişanlı avtomobildə gözləmiş, Zərərçəkmiş şəxs və şahid13 onlara çatdıqları vaxt sürücünün arxa tərəfindəki oturacaqdan özü, digər tərəfdən isə təqsirləndirilən şəxs3 düşüb birlikdə Zərərçəkmiş şəxs və şahid13 tərəf qaçmış, ilk olaraq o, Zərərçəkmiş şəxs qaçmasının qarşısını almaq məqsədi ilə onun hər iki qolundan tutaraq saxlamış, həmin zaman təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs arxa tərəfdən tutub nisbətən qucağına doğru qaldırıb və onun qaçma imkanını məhdudlaşdırmaqla avtomobilə tərəf apardığı vaxt o, Zərərçəkmiş şəxs zorla aparılmasına mane olmağa çalışan şahid13 qarşısını onu kənara itələyərək almış, daha sonra təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs həmin avtomobilin sürücü tərəfdən arxa oturacağına zorla əyləşdirdikdən və həmin tərəfdən təqsirləndirilən şəxs3 da əyləşdikdən sonra o, sürücünün yanında olan oturacaqda əyləşmiş, Zərərçəkmiş şəxs onun yaşadığı evin yaxınlığındakı küçədə təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamış (qaçırtmış), təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs Balakən rayonu Katex kəndində yerləşən şahid6 fərdi yaşayış evinə aparıb orada gizlədib saxlamaqla qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu cinayət əməlini törətmişdir. təqsirləndirilən şəxs2 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu cinayət əməlini törətmişdir. Belə ki, o, təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs ilə evlənməsi məqsədi ilə onu əvvəlcədən razılaşdığı təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamaq (qaçırtmaq) qərarına gəlmiş, ##.##.2023-cü il tarixdə saat 13-14 radələrində Zərərçəkmiş şəxs və sonuncunun bacısı şahid13 Balakən rayonu Ititala kəndində yerləşən evlərinə getdikləri zaman onların yaşadığı həmin kənddəki evlərinin yaxınlığında, küçədə onun idarə etdiyi və arxa sərnişin oturacaqlarında təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 əyləşdikləri “Honda CR-V” markalı “**-CL-***” dövlət qeydiyyat nişanlı avtomobildə gözləmiş, Zərərçəkmiş şəxs və şahid13 onlara çatdıqları vaxt sürücünün arxa tərəfindəki oturacaqdan təqsirləndirilən şəxs1, digər tərəfdən isə təqsirləndirilən şəxs3 düşüb birlikdə Zərərçəkmiş şəxs və şahid13 tərəf qaçdıqda, ilk olaraq təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qaçmasının qarşısını almaq məqsədi ilə onun hər iki qolundan tutaraq saxladığı zaman təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs arxa tərəfdən tutub nisbətən qucağına doğru qaldırdıqdan, onun qaçma imkanını məhdudlaşdırmaqla avtomobilə tərəf apardıqdan, həmin vaxt təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs zorla avtomobilə aparılmasına mane olmağa çalışan şahid13 qarşısını onu kənara itələyərək aldıqdan sonra təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs həmin avtomobilin sürücü tərəfdən arxa oturacağına zorla əyləşdirib, həmin tərəfdən təqsirləndirilən şəxs3 da əyləşdikdən, eləcə də təqsirləndirilən şəxs1 sürücünün yanında olan oturacaqda əyləşdikdən sonra Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığındakı küçədə təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamış (qaçırtmış), onun idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs Balakən rayonu Katex kəndində yerləşən şahid6 fərdi yaşayış evinə aparıb orada gizlədib saxlamaqla qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu cinayət əməlini törətmişdir Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 və onun müdafiəçisi müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs3 bаrəsində olаn cinаyət işinin ibtidаi аrаşdırmаsı zаmаnı kobud səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlarla əsaslandırılmış, birinci instansiya məhkəməsi də bu səhvləri aradan qaldırmağa çalışmamış və sonda mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs3 barəsində ittiham hökmü çıxarmışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; CPMdə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CPM-in 346.1.1-346.1.3-cü maddələrinə görə isə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır) cinayət hadisəsinin olmasının sübuta yetirilib yetirilmədiyi; təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilmədiyi; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib yetirilmədiyi. Hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıdakı məsələlərə baxmadan təqsirləndirilən şəxs3 təqsirliliyi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, nə CPM-in 346.1-ci maddəsinin tələb etdiyi kimi cinayət hadisəsinin olmasının sübuta yetirilib-yetirilməməsi sualına, nə də təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib yetirilməməsi sualına müsbət cavab vermək mümkün deyil ki, bundan sonra da CPM-nin 351.3-cü maddəsinin tələb etdiyi qaydada onun təqsirliliyini sübuta yetmiş hesab etmək mümkün olsun. Hazırda təqsirləndirilən şəxs3 qarşı irəli sürülən ittihamları təsdiq edən sübutların mümkünlüyü nə CPM-nin 125-ci maddəsinin tələblərinə cavab verir, nə də ki, ittiham tərəfindən təqsirləndirilən şəxs3 verilmiş ittihamda qeyd edilən cinayətlərin törədilməsinə aidiyyətinin olmasını hesab etmək mümkündür. Çünki, birinci instansiya məhkəməsi cinayət işi üzrə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 və digər təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər şahid13, şahid12 Ziyad oğlu, şahid11, X5, şahid9, şahid8, şahid5, X4, şahid3, şahid2, şahid1, şahid7, şahid6 ibtidai istintaqda verdikləri ifadələrinə əsaslanmaqla və bunları mötəbər sübut kimi qiymətləndirməklə təqsirləndirilən şəxs3 haqqında ittiham hökmü çıxarmış, hansı ki, müdafiə tərəfinin fikrincə bu sübutlara əsasən sonuncunun cinayət əməli törətməsinə və təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin olmasını söyləmək faktiki olaraq mümkün deyil. Belə ki, yuxarıda adları qeyd edilən şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə ibtidai istintaqda verdikləri ifadələri arasında ziddiyyətlər yaranmışdır. Bu ziddiyyətlərə aydınlıq gətirilməsi ilə bağlı müdafiə tərəfinin suallarına cavab olaraq yuxarıda adları qeyd edilən şəxslər bildirmişlər ki, ibtidai istintaq qərəzli aparılmış, onlara sərbəst ifadələr verməyə şərait yaradılmamış, onlar bu cür ifadələr verməyə məcbur edilmiş, ona görə də ibtidai istintaqda verdikləri ifadələrin deyil, məhkəmə istintaqı zamanı verdikləri ifadələrin mötəbər sübut kimi qiymətləndirilməsini xahiş etmişlər. Ittiham tərəfi bu ziddiyyətlərə heç bir münasibət bildirməmiş və aydınlaşdırmamış, həmçinin bu ziddiyyətlər digər sübutlarla aradan qaldırılmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı özünü CM-in 144.2.3 və 149.1-ci maddələri ilə təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qaçırtsa da onu könüllü azad etdiyi üçün cinayət məsuliyyətindən azad edilməli idi. Zərərçəkmiş şəxs zorlamamışdır, onunla könüllü surətdə cinsi əlaqədə olmuşdur. Hadisə baş verən gün Sofiyagil şəhərə getmişlər və kəndə evlərinə qayıdan zaman onlar Sofiyanı avtomobilə əyləşdirmişlər. Bundan sonra onlar Sofiyanı Balakən rayonunun Katex kəndinə aparmışlar. Həmin ünvana çatıqdan sonra Sofiya etiraz etmədən avtomobildən düşmüş və orada olan evə daxil olaraq yemək yemişdir. O, Sofiya ilə cinsi əlaqədə olduqdan sonra onlar Zaqatala rayonuna getmişlər və gecə orada qalmışlar. Həmin günün sabahısı hər yerdə onları axtarmışlar, onlar da zəng edərək harada olduqlarını demişlər. Daha sonra polis əməkdaşı olduqları yerə gəlmiş və otaqda Sofiya ilə danışmışdır. Polis əməkdaşı çıxdıqdan sonra o, Sofiyadan polis əməkdaşının ona nə dediyini soruşmuş, Sofiya da polis əməkdaşının ondan bura öz xoşu ilə gəlib-gəlmədiyini soruşduğunu, onun da öz xoşu ilə gəldiyini dediyini bildirmişdir. Bundan sonra polis əməkdaşı onları polis şöbəsinə dəvət etmiş və bir ərizə yazacaqlarını, daha sonra isə sərbəst qalacaqlarını bildirmişdir. Polis əməkdaşı onları polis şöbəsinə aparan zaman Sofiya ona orada anası ilə görüşmək istəmədiyini, yalnız xalası ilə görüşmək istədiyini demişdir. Polis şöbəsində onu və Sofiyanı ayrı-ayrı otaqlara aparmışlar. Sofiyanın anası Sofiyanın olduğu otağa daxil olmuş və o, bundan sonra Sofiyanı görməmişdir. Sofiyanın anası qızının fikrini dəyişdirdiyinə görə Sofiya ondan şikayətçi olmuşdur. Sofiyaya birinci dəfə onu Katex kəndinə aparan zaman təzyiq göstərmişlər, daha sonra heç bir təzyiq göstərməmişlər. Katexdən Zaqatalaya getməklərinin səbəbi o olmuşdur ki, Katex kəndində olan evin sahibi narazılıq etmiş, həm də ev dar və köhnə olmuş, onlar da ev sahibini narahat etməmək üçün Zaqatalaya getmişlər. Onların adət-ənənələrinə görə qız qaçıran zaman onu birinci öz evlərinə aparmırlar. Sofiyanı qaçırdıqları zaman ilk öncə onun razılığı olmamış, amma bibisigil Sofiya ilə danışdıqdan sonra razılıq əldə olunmuşdur. Sofiya Gürcüstanda ali təhsilini başa çatdırmaq şərti ilə razı olacağını bildirmiş, onun atası Mursəl də heç bir poblem olmayacağını deyərək razılaşmışdır. Sofiya ilə cinsi əlaqədə olan zaman ona qarşı heç bir təzyiq və zorlama hərəkəti olmamış, bu münasibət Sofiyanın öz razılığı ilə baş tutmuşdur. O, əmisi oğlu Şahinə zəng etdikdə ona Sofiyanın ailəsinin şikayətçi olduğunu, onların polis tərəfindən axtarıldığını söyləmiş, o da olduqları yerin ünvanını əmisi oğluna bildirmişdir. Bundan sonra polis əməkdaşı əmisi ilə birlikdə onların olduqları yerə gəlmişdir. O, polis əməkdaşının gələcəyini bilmiş və buna heç bir etiraz etməmişdir. Polis əməkdaşı ona Sofiyadan bura öz xoşu ilə gəlib-gəlmədiyini soruşduğunu, onun da öz razılığı ilə gəldiyi barədə ərizəyə qol çəkdiyini bildirmişdir. Onlar Sofiyanın ifadə verməsi və şikayətinin olmaması barədə ərizə yazması üçün polis şöbəsinə getmişlər. Onlar polis şöbəsinə gedən zaman Sofiya avtomobildə ona anası ilə görüşmək istəmədiyini bildirmişdir. Sofiyanın həm Katexdə, həm də Zaqatalada qaçıb getmək imkanı olmuşdur. Sofiyanı qaçırdıqları zamanı Nicat sürücü olmuş, Cümşüd Sofiyanın bacısını tutub saxlamış, o isə Sofiyanı avtomobilə mindirmişdir. Onun Sofiyaya qarşı sevgi hissləri olmuş, onu qaçıracağını onun özünə demişdir. Hadisə günü Sofiyanın qaçırılacağından xəbəri olmamışdır. O, Sofiyanın Gürcüstana gedəcəyini və getdikdən sonra uzun müddət geri qayıtmayacağını bildiyi üçün onu qaçırmışdır. Əmisi oğlu ona polis tərəfindən axtarıldıqlarını dedikdən sonra onlar həmin gecə polis şöbəsinə getmək istəmişlər, sadəcə gec olduğu üçün belə qərara gəlmişlər ki, polis şöbəsinə səhər getsinlər. O, əmisi oğluna olduqları yeri dedikdə sonuncu da bu barədə polisə məlumat verəcəyini bildirmiş, o da buna etiraz etməmişdir. Onlar Katexdəki evdə cinsi əlaqədə olarkən bibisi, əmisinin həyat yoldaşı və evin sahibi evdə olmuşdur. Həmin ev iki mərtəbəli olmuş və onlar evin ikinci mərtəbəsində cinsi əlaqədə olmuşlar. Onlar ikinci mərtəbəyə çıxanda evdəki hər kəs onların ikinci mərtəbəyə nə üçün çıxdıqlarını bilmişdir. O, Sofiyanı qaçırdan zaman tanışı Murtuza zəng edərək bir gecəlik qalmaq üçün ev tapmasını istəmiş, həmin ev də onun bacısı Zibeydənin evi olmuşdur. Həmin vaxt Murtuz, sonuncunun bacısı və yeznəsi evdə olmuş, daha sonra isə bibisi və əmisinin həyat yoldaşı gəlmişlər. Hadisə günü Sofiya hətta Gürcüstandakı müdirinə zəng edərək işə gələ bilməyəcəyini bildirmişdir. Onun bibisi Südabə və əmisinin arvadı Gülüzar intim münasibətdən əvvəl Katexə gəlmişlər. Onlar qızla söhbət etmişlər və qız Gürcüstanda təhsilini başa vurduqdan sonra razı olacağını bildirmişdir. Sofiyanı qaçırdıqları zaman onun üzərində mobil telefon olmuş, amma qızın ailəsi şikayət etdiyi üçün telefonu onun əlindən almışdır. Sofiya ilə intim münasibətdə olan zaman o, heç bir narazılıq etməmişdir. Polis əməkdaşı onun əmisi ilə birlikdə onların olduqları yerə gəlmişdir. O, olduqları yeri əmisi oğluna, əmisi oğlu əmisinə, əmisi isə polis əməkdaçlarına demişdir. Sofiya anasının onun fikrini dəyişdirəcəyini bildiyi üçün anası ilə görüşmək istəməmişdir. Amma ibtidai istintaq zamanı Sofiya ilə üzləşdirilərkən o, başqa cür danışmışdır. Onların adət-ənənəsinə görə əgər qız qaçırılıbsa cinsi münasibət olmalıdır. Əgər Sofiya hər hansı nazaçılıq etsəydi cinsi münasibət baş tutmazdı. Onlar polis tərəfindən axtarıldıqlarını Katexdə olan zaman bilmişlər. O, Sofiyaya ona qarşı sevgi hisslərinin olduğunu demiş, arabir telefonda da yazışmışlar. Amma Sofiya onu istəmədiyi üçün bir-iki dəfə onun telefon nömrəsini bloklamışdır. Murtuzun anası evdə xəstə olduğu üçün onlar Murtuzun evinə deyil, onun bacısının evinə getmişlər. Murtuz, onun bacısı və yeznəsi əvvəlcədən onlar qız qaçırtdıqlarını bilməmiş, onlar evə çatıqdan sonra bu barədə bilmişlər. Onlar Katexə çatıqdan sonra Sofiya avtomobildə əyləşib dayanmış, ola bilsin ki, yad evə gəldiyinə görə çəkinərək avtomobildən düşmək istəməmişdir. Ramazanın həyat yoldaşı cinsi əlaqənin baş tutması üçün evin ikinci mərtəbəsinin uyğun olduğunu bildirmişdir. Gülüzar və Südabənin Katexə kim tərəfindən çağırıldığını xatırlamır. O, qız qaçırması barədə əmisi oğluna demiş, o da anasına zəng etmiş və bundan sonra Südabəgil onların olduqları yerə gələrək Sofiya ilə söhbət aparmağa başlamışlar. O, həmin vaxt çöldə olduğu üçün Südabənin və Gülüzarın Sofiya ilə nə barədə danışdıqlarını bilməmişdir. Bibisi Südabə, əmisinin arvadı Gülüzar, ev yiyəsi Zibeydə və Sofiya birlikdə söhbət etmişlər. Qadınlar ona polis əməkdaşları tərəfindən axtarıldıqlarını bildirmişdir. Sofiya avtomobildə olan zaman da etiraz etməmişdir, hətta avtomobilin pəncərəsi açıq olmuş, əgər istəsə idi qışqırıb kömək istəyərdi. Qızla birlikdə olduqdan sonra aşağı düşüb çay içmişlər. Gec olduğuna görə bibisinə və əmisinin həyat yoldaşına getmələrini bildirmişdir. Zaqataladakı qohumun evinə gedən zaman evin yiyəsi Sofiyadan dəfələrlə buraya zorla gətirilib-gətirilmədiyini soruşmuş, Sofiya isə hər dəfə öz xoşu ilə gəldiyini bildirmişdir. Cinsi münasibətdə olan zaman heç bir etirazı olmamışdır. O, Sofiyaya cinsi münasibətin baş tutmayacağı təqdirdə qıza qarşı heç bir hədə-qorxu gəlməmişdir. Zaqatalada Sofiya ilə birlikdə eyni çarpayıda yatmış, amma həmin vaxt cinsi əlaqədə olmamışlar. Çox təəssüflə qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin və iş üzrə dindirilən digər şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə deyil, ibtidai istintaqda verdikləri ifadələri mötəbər sübut kimi qəbul etmişdir. Bir halda ki, ibtidai istintaq zamanı verilən ifadələr əsas götürülürsə, onda məhkəmə prosesləri niyə təşkil olunur və təqsirləndirilən şəxslərin məhkəmələrdə dindirilmələrinin nə əhəmiyyəti qalır ki? Bununla bağlı Avropa Məhkəməsi Ekrapiç Xorvatiyaya qarşı iş üzrə qərarında öz hüquqi mövqeyini ortaya qoyaraq qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, məhkəmələr ibtidai istintaq zamanı verilən ifadələrdən fərqli olaraq məhkəmə iclasında verilən ifadələrə daha çox əhəmiyyət verməlidirlər. Ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində, təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün keçirilir.” Iş üzrə şahid qismində dindirilən şəxslərdən şahid12 Ziyad oğlu və şahid11 polis əməkdaşlarıdır. Qeyd edilənlər müdafiə tərəfinə haqlı olaraq onu deməyə əsas verir ki, şübhəsiz ki, bu şahidlər birmənalı olaraq həqiqəti əks etdirən deyil, ibtidai istintaqı aparan orqanın marağına uyğun ifadələr vermişlər. Buna görə də bu şahidlərin ifadələri heç bir halda mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən sübutlаrın mötəbərliyinin müəyyən olunmаsı və qiymətləndirilməsi bаxımındаn Avropa Insan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formаlаşmış yаnаşmа stаndаrtını müəyyən etmişdir. Məmmədov (Cəlаloğlu) Azərbаycаnа qаrşı 11 yаnvаr 2007-ci il tаrixli, Irlаndiyа Birləşmiş Krаllığа qаrşı 18 yаnvаr 1978-ci il qərаrındа, həmçinin bir sırа qərаrlаrdа məhkəmə sübutlаrı qiymətləndirərkən “əsаslı şübhə yerinin qаlmаmаsı” sübutetmə stаndаrtını tətbiq edir. Polis əməkdаşlаrının fəаliyyət göstərdiyi orqаn tərəfindən аpаrılаn istintаq hərəkətlərinə dаir onlаrın verdikləri ifаdələrin qeyd edilən stаndаrtа uyğun gəlməsi üçün ifаdələrin mötəbərliyinə heç bir şübhə yeri qаlmаmаlıdır. Aydın məsələdir ki, bаxılаn iş üzrə polis əməkdаşlаrı təqsirləndirilən şəxslə bağlı keçirilən əməliyyat axtarış tədbiri və digər istintаq hərəkətlərinin аpаrılmаsınа dаir şаhid kimi ifаdə vermişdir. Lаkin nəzərə аlmаq lаzımdır ki, həmin ifаdələr eyni zаmаndа digər polis əməkdаşlаrının fəаliyyətini əks etdirən informаsiyа dаşıyıcısıdır. Bu ifаdələr nəinki təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 verilmiş ittihаmın əsаsını, eyni zаmаndа digər polis əməkdаşlаrının hərəkətlərinin qаnuni və əsаslı olmаsının təsdiqi vаsitəsidir. Bunlаrlа yаnаşı müdafiə tərəfi hesаb edir ki, polis əməkdаşlаrı istintаq аpаrаn orqаndа müxtəlif vəzifələrdə fəаliyyət göstərərək vəzifə bаxımındаn bir-birindən аsılı olduğu üçün, istintаq hərəkətləri bаrəsində verdikləri ifаdələri ittihаmın təsdiqi üçün kifаyət edən mötəbər sübut hesаb etmək olmаz. Hesab edir ki, birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo Ispaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs3 CM-in 144.2.3 və 149.1-ci maddələri ilə təqsirli bilinməsində istinad etdiyi sübutlar mötəbər sübut kimi əsaslı şübhələrdən kənar olmamaqla, kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan ibarət olmamış, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 1996-cı il tarixli Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, ... ittiham hökmü mülahizələrə əsaslana bilməz. Ittiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə, ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmin Qərarın 6-cı bəndində qeyd edilir ki, hökmdə məhkəmənin əsaslandığı bütün sübutlar təhlil edilməli və bu zaman müttəhimi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Lakin birinci instansiya məhkəməsinin hazırkı mübahisələndirilən hökmündən görünür ki, məhkəmə Ali Məhkəmənin tövsiyyələrinə heç bir əhəmiyyət verməmiş, işdəki mövcud ziddiyyətlər aydınlaşdırılmamış, qeyri-mötəbər sübutlara istinad edilmişdir. Odur ki, təqsirləndirilən şəxs3 CM-in 144.2.3 və 149.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-**/**** nömrəli hökmünün təqsirləndirilən şəxs3 aid hissədə ləğv edilməsini, təqsirləndirilən şəxs3 CM-in 144.2.3 və 149.1-ci maddələri ilə verilmiş ittiham üzrə bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı şifahi vəsatət verərək cinayət işi üzrə onu ibtidai istintaq orqanı tərəfindən ## ###### 2023-cü ildə saxladıqlarına dair sanksiya verilməsi üçün məhkəməyə ## ###### 2023-cü il tarixdə çıxardıqlarına, buna baxmayaraq cəza çəkmə müddətinin ## ###### 2023-cü il tarixdən hesablanmasına, əslində isə qanunvericiliyə əsasən cəza çəkmə müddətinin ## ###### 2023-cü il tarixdən hesablanmasına dair ədalətli araşdırma aparılmasını xahiş etmişdi. X1 Cinayətlər Məhkəməsi nə məhkəmə istintaqı zamanı, nə də hökm çıxararkən bununla bağlı heç bir qeyd etməmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı həm zərərçəkmiş şəxsin, həm də şahidlərin verdikləri ifadələrə hökm çıxarılarkən məhkəmə tərəfindən heç bir qiymət verilməmişdir. Belə ki, zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı müdafiəçi müdafiəçi4 verdiyi suala cavab olaraq həm getdiyi evdə evə gəlmiş polis əməkdaşına, həm də polis şöbəsinə getdiyi zaman müstəntiqə və ya polis əməkdaşlarına verdiyi ilkin ifadəsində (anası onunla görüşənədək) mənimlə könüllü gəldiyini bildirdiyini demişdir. Həmçinin bununla bağlı öz xətti ilə ərizə yazdığını da bildirmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı ifadələrində özünün paltarlarını soyunduğunu, yatağın üzərinə mələfəni özü saldığını bildirmişdir. Məhkəmənin ona verdikləri suala – həmin an qışqırıb səsküy salmaq imkanı olmasına dair verdiyi cavab barəsində irəli sürülmüş CM-in 149.1-ci maddəsinin əsassız olduğunu və məhkəmənin çıxardığı hökmün (bu maddə üzrə) qanunsuz və ya qərəzli olduğunu açıq şəkildə büruzə verir. Bu ittiham (CM-in 149.1) üzrə ekspertiza rəyində də heç bir dəlil aşkar edilməmişdir. Ekspertizanın rəyində nə zərərçəkmişin, nə də onun bədənində heç bir zorakılıq əlamətləri (cızıq, kəsik, sıxılma və ya vurulma nəticəsində yaranan göyərti, qaralma, qançır izləri) aşkar olunmamışdır. Bundan başqa, iş üzrə şahidlərin (polis əməkdaşları Bəxtiyar Ziyad oğlu və şahid11 başqa) hər biri həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrdə (CM-in 297-ci maddəsinə – “Bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət”ə imza etmişdilər) zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs3 ilə könüllü gəlməsinə, könüllü cinsi əlaqədə olmasına, ortada cinayət əlamətlərinin olmamasına dair məlumatlar vermişdilər. Həmçinin zərərçəkmiş şəxsin xalası (şahid) şahid1 öz ifadəsində Zərərçəkmiş şəxs ilə telefon danışığı zamanı sonuncunun ona hər şeyin normal olduğunu, öz istəyi ilə gəldiyini dediyini bildirmişdir. Buradan da o nəticəyə gəlir ki, ona qarşı irəli sürülmüş ittihamlar və barəsində çıxarılan hökm qanunsuzdur. Çünki, ittiham tərəfinin təqdim etdiyi şahidlər belə, ittihamın saxta olduğunu öz ifadələri ilə təsdiq edirlər. Məhkəmə isə bu ifadələr barədə heç bir tədbir görməmişdir. Şahidlər ifadə verməzdən öncə sədrlik edənin göstərişi ilə “bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət” yaradan CM-in 297-ci maddəsinə imza etmişlər. Buna baxmayaraq, məhkəmə həmin ifadələri vermiş şahidlərin ifadələrinə zidd olaraq ittiham tərəfinin dəlilləri əsasında hökm çıxarmış, lakin həmin şahidlər barəsində qanunvericiliyin tələbini yerinə yetirməmişdir. Digər şahidlərin (polis əməkdaşları Bəxtiyar Əsgərov vəşahid11) məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə ibtidai istintaq zamanı verdikləri ifadələr arasında böyük ziddiyyətlər olmuşdur. Məhkəmə nə bu ziddiyyətləri aradan qaldırmış, nə də bu ziddiyyətlərlə bağlı qanunvericiliyin tələblərinə əsasən tədbirlər görmüşdür. Bundan başqa, məhkəmə ibtidai istintaq orqanının, polis şöbəsinin əməkdaşlarının qanunsuz əməllərinə göz yumulmasına dair heç bir qeydiyyat aparmamışdır. Belə ki, iş üzrə şahidlər Bəxtiyar Əsgərov və şahid11 ifadələrində və məhkəmə istintaqı zamanı onlara verilən suallara cavablarında xidmət etdikləri şöbəyə və ya rəislərinə xəbər vermədən başqa şöbənin ərazisində qanunsuz əməliyyat apardıqlarını, həmin əməliyyatı mülki geyimdə keçirdiklərini və əməliyyat apardıqları bölgənin bölməsinə xəbər vermədiklərini etiraf etmişlər. Bununla belə, məhkəmə bu barədə də heç bir qanuni tədbir görməmişdir. Ən azından məhkəmə bu qədər qanunsuzluq törətmiş dövlət məmurlarının ifadələrini sübutlar siyahısından çıxarmaqla onların şahidliyini rədd etməli idi. Həmçinin məhkəmə onların barəsində qanunvericiliyin tələbinə əsasən xüsusi qərar çıxarmalı idi. Odur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-**/**** nömrəli hökmünün təqsirləndirilən şəxs3 aid hissəsində ləğv edilməsi və ona verilmiş ittiham üzrə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 apellyasiya şikayətlərində göstərilənləri məhkəmənin nəzərinə çatdıraraq, şikayətlərin təmin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 müdafiəçinin dediklərini müdafiə edərək apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X2 bildirdi ki, təqsirləndirilən şəxsin qohumları olan qadınlar zərərçəkmiş şəxsi dilə tutaraq təqsirləndirilən şəxslə olmasını və başqa çıxış yolu olmadığını deyiblər. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə onunla xoşluqla cinsi əlaqədə olmasa zorla cinsi əlaqədə olacağını bildirmişdir. Ekspert rəyində də təqsirləndirilən şəxs öz xoşu ilə cinsi əlaqədə olmadığı görünür. Kompleks psixoloji və psixiatriya ekspertizasının rəyində zərərçəkmiş şəxsin zorlanan zaman qorxması və həyəcanlı olmasının qeyd olunması etdiyi hədənin real və icra oluna bilən olunmasını göstərir. Evdəki şəxslər təqsirləndirilən şəxsin qohumları olmuşdur. Ona görə də kömək çağırmağın mənasız olduğunu düşünmüşdür. Bir neçə saat əvvəl ona zor tətbiq etməklə avtomobilə mindirərək qaçıran təqsirləndirilən şəxsin ona yenidən zor tətbiq edəcəyindən qorxaraq müqavimət göstərməyin mənasız olduğunu düşünmüşdür. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə könüllü cinsi əlaqədə olsaydı, onunla ailə qurmaq niyyəti olardı və çıxıb getməzdi. Odur ki, apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 və onun müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan: - Hadisə yerinə baxış keçirilməsi haqqında ##.##.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs zorla qaçırıldığı yer Balakən rayonu Ititala kəndi ərazisindədir. Sonuncu Balakən rayonu Ititala kəndinin mərkəzindən bacısı şahid13 ilə birlikdə evlərinə gedən zaman təqsirləndirilən şəxs2 onların gəldiyi yolun əksi istiqamətində idarə etdiyi avtomobili saxlamış, arxa sərnişin oturacaqlarından təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs3 maşından düşərək Zərərçəkmiş şəxs zorla gəldikləri avtomobilə mindirmiş, bu zaman isə bacısı Zərərçəkmiş şəxs qaçıran şəxslərə qarşı çıxan şahid13 təqsirləndirilən şəxs3 gödəkçəsinin iç hissəsini cıraraq hadisə yerinə atmışdır. Baxış zamanı həmin parça götürülərək qablaşdırılmışdır. - Hadisə yerinə baxış keçirilməsi haqqında ## ###### 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs zorla qaçırılıb gətirildiyi yer Balakən rayonu Katex kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evidir. Zərərçəkmiş şəxs evin 2-ci mərtəbəsində yerləşən yataq otağını göstərərək təqsirləndirilən şəxs3 onunla həmin otaqda cinsi əlaqədə olduğunu bildirmişdir. Baxış zamanı həmin yataq otağında üzərində qana bənzər ləkələr olan ağ parça aşkar edilmişdir. Zərərçəkmiş şəxs həmin ağ parçanı cinsi əlaqədə olan zaman döşək ağı kirlənməsin deyə altlarına sərdiklərini bildirmişdir. Üzərində qana bənzər ləkələr olan ağ parça qablaşdırılaraq götürülmüşdür. - “Şübhəli şəxsin tutulması haqqında” ## ###### 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs3 ## ###### 2023-cü il tarixdə, saat 16:50-də şübhəli şəxs qismində tutulmuşdur. - Maddi sübut kimi tanıma haqqında ##.##.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs3 götürülmüş qara rəngli, papaqlı, sinə hissəsinin sol tərəfində və sağ qolunun aşağı hissəsində “superpogo”, sağ cibinin aşağısında “outdoor sportleisure” yazılmış, iç hissəsi cırılmış gödəkçə, qara rəngli ayaqqabı, açıq mavi rəngli cins şalvar, bozağ zolaqlı polver, qara rəngli mayka, əsas hissəsi göy, narıncı və boz rənglərdən ibarət olan, bel hissəsi boz rəngdən ibarət olan və bel hissəsində “margo” yazılan tuman, qara rəngli 1 cüt corab, təqsirləndirilən şəxs2 götürülmüş qəhvəyi rəngli ayaqqabı, qara rəngli polver, boz rəngli alt gecə geyimi ( hər ikisini), boz rəngli maykası, qara rəngli, bel hissəsi boz rəngli, üzərində “doremi” yazılmış tuman, tünd boz rəngli şalvar, qara rəngli 1 cüt corab təqsirləndirilən şəxs1 götürülmüş qara rəngli ayaqqabı, tünd göy rəngli, bel hissəsi qırmızı zolaqlı tuman, tünd boz rəngli şalvar, qara rəngli 1 cüt corab, ağ rəngli mayka, qara rəngli polver, qara rəngli qısaqol gödəkçə Zərərçəkmiş şəxs götürülmüş qara rəngli, iplə bağlanan 1 cüt yarımboğaz çəkmə, açıq-qəhvəyi rəngli palto, qara rəngli dəri şalvar, çəhrayı rəngli büstqalter, boz rəngli, üzərində qəhvəyi rəngli bulaşıqlar olan tuman, üzərində və qollardında qara rənglə “Los Angles” yazısı olan, sağ cibinin üzərində qanabənzər ləkə olan ağ rəngli uzunqol köynək, 1 cüt ağ rəngli corab, 1 cüt əsası boz rəngdə olan daban, pəncə və boğaz hissəsi çəhrayı rəngli üzərində açıq kitab formasında naxışları olan corab, eləcə də, ##.##.2023-cü il tarixli protokolla Zərərçəkmiş şəxs Balakən rayonu Ititala kəndi ərazisindən qaçırıldığı yerə baxış zamanı götürülmüş, təqsirləndirilən şəxs3 gödəkçəsinin cırılmış hissəsi olan qara parça və ##.##.2023-cü il tarixli protokolla Zərərçəkmiş şəxs qaçırıldıqdan sonra aparıldığı Balakən rayonu Katex kəndində yerləşən evə baxış zamanı üzərində Zərərçəkmiş şəxs məxsus qan olan ağ parça (təqsirləndirilən şəxs3la cinsi əlaqədə olan zaman altlarına sərdikləri parça) maddi sübut kimi tanınmışdır. - Məhkəmə-tibb ekspertizasının ##.##.2023-cü il tarixli, *** nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət olmamış, qızlıq bəkarəti pərdəsinin tamlığı pozulmuş, pozulma təzə olmuş, ##.##.2023-cü il tarixə uyğun gəlmiş, anal yolunda onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa xarakterik əlamətlər olmamış, sonuncuda fiziki zor tətbiq etməklə zorla cinsi əlaqədə olmaya xarakterik xəsarətlər (budların iç səthində, cinsiyyət üzvləri nahiyyəsində sıyrıq, qançır, yara və s.) olmamışdır. - Kompleks məhkəmə trasoloji, material, maddə və onlardan hazırlanmış məmulatların ekspertizasının ## ###### 2024-cü il tarixli, 3-16-16/2-*/**** №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş geyim əşyalarından təqsirləndirilən şəxs3 məxsus gödəkçənin üzərində rəyin təsviri hissəsində şərh olunan zədənin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədə fiziki qüvvənin təsirindən yarana bilən cırılma, sökülmə zədəsidir. Həmin zədə qərarın təsviri hissəsində qeyd olunan şəraitdə yarana bilər. Qara rəngli parça hissəsi təqsirləndirilən şəxs3 məxsus gödəkçənin sağ yaxalığının içəri hissəsində astarının bir hissəsidir. Digər geyim əşyaları üzərində hər hansı bir mexaniki zədə aşkar edilmədi. - Kompleks məhkəmə trasoloji, material, maddə və onlardan hazırlanmış məmulatların ekspertizasının ## ###### 2024-cü il tarixli, 3-16-16/2-*/**** №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs2 məxsus olduğu qeyd edilən geyim əşyalarının və hadisə yerindən götürüldüyü qeyd edilən predmetlərin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin * №-li cədvəlində göstərilmişdir. Sofiyaya məxsus olduğu qeyd edilən paltonun səthi üzərindən aşkar edilmiş açıq göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Elxana məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. Elxana məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş açıq qəhvəyi rəngli poliakril kimyəvi liflər cinsi əlamətlərinə görə Sofiyaya məxsus olduğu qeyd edilən paltonun tərkib liflərinə uyğun gəlir. Hadisə yerindən götürüldüyü qeyd edilən parçanın səthi üzərindən aşkar edilmiş tünd boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Sofiyaya məxsus olduğu qeyd edilən alt tumanın tərkib liflərinə uyğun gəlir. Hadisə yerindən götürüldüyü qeyd edilən parçanın səthi üzərindən aşkar edilmiş açıq göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Elxana məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. Sofiyaya məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Cümşüdə və Nicata məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Cümşüd və Nicata məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Sofiyaya məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. - Məhkəmə-tibbi bioloji ekspertizasının ##.##.2024-cü il tarixli, **/****-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi-Abeta/H/II/, ekspertizaya təqdim edilən zərərçəkən şəxs Sofiyaya məxsus şalvar, papaqlı kofta, trusik və hadisə yerindən götürülmüş mələfə üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. Beləliklə, bu qan ləkələri A-beta/H/II/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş şəxs Sofiyaya məxsus ola bilər. Sofiyaya məxsus papaqlı koftanın sağ qolu üzərindəki ləkələrdə qan, ona məxsus palto, büstqalter, iki cüt corab, bir cüt yarımboğaz çəkmə, təqsirləndirilən şəxs3 məxsus papaqlı gödəkcə, papaq, cins şalvar, kofta, mayka, trusik, bir cüt corab, bir cüt ayaqqabı, astarlıq material hissəsi üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. - Kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının ##.##.2023-cü il tarixli, *** nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (keçirilən ekspertizanın məqsədini və mahiyyətini başa düşərək onun nəticəsinə aktiv maraq göstərməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar olunmaması, qavrama, yaddaş, emosiya, təfəkkür və intellekt pozuntularının müəyyən olunmaması, ona qarşı törədilmiş əməli təsvir edərək həmin əməli törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsi, təbii cinsi əlaqə nəticəsində hamilə qalmaq ehtimalının olduğunu başa düşməsi və s.) sübut edir. Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Zərərçəkmiş şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar edilmir. Zərərçəkmiş şəxs qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu cinayət əməli törədilərkən sonuncu ona qarşı törədilən əməlin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmişdir. Fiziki göstəricilərinə görə o, həmin əməlin qarşısını almaq imkanında olmamışdır. Ona qarşı zorlama cinayət əməli törədilərkən sonuncu ona qarşı törədilən əməlin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmiş və onun qarşısını almaq qabilliyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs hazırkı mərhələdə hər hansı cinayət əməli şamil edilmədiyindən onun anlaqlı olub-olmaması ilə bağlı qoyulmuş suallara cavab vermək mümkün deyildir. Sonuncunun ruhi fəaliyyətində pozuntu olmamışdır. Zərərçəkmiş şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Sonuncu emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. O, qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlanan zaman qorxmuş və həyəcanlı psixi-emosional halda olmuşdur. Keçirdiyi emosional halın yaranma səbəbi ona qarşı törədilmiş qanunazidd əməllə əlaqəlidir. Sonuncu təqsirləndirilən şəxs3 tərəfindən zorlanan zaman qorxmuş və həyəcanlı psixi-emosional halda olmuşdur. Keçirdiyi emosional halın yaranma səbəbi ona qarşı edilən zorakılıq hərəkəti ilə əlaqəlidir. Zərərçəkmiş şəxs qarşı zorlama cinayət əməli törədilərkən sonuncu köməksiz vəziyyətdə olmamışdır (Zərərçəkmiş şəxs hadisə zamanı müqavimət göstərmək, qışqırmaq, başqa şəxsləri köməyə çağırma və sair qabiliyyətində olmuşdur). O, psixi və fiziki vəziyyətinə görə ona qarşı edilən hərəkətlərin (cinsi əlaqədə olmaq üçün edilən hərəkətlərin) mənasını və ya xarakterini dərk etmişdir. Bundan başqa sonuncu təqsirləndirilən şəxs3 tərəfindən zorlanarkən cinsi əlaqədə olmanın sosial mahiyyətini dərk etmişdir. - Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Əməliyyat və Statistik Informasiya Idarəsi tərəfindən verilmiş tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. - Şəki rayon Psixiatriya Xəstəxanasından daxil olmuş ##.##.2024-cü il tarixli, *** nömrəli məktubdan görünür ki, təqsirləndirilən şəxs3 həmin xəstəxananın dispanser müşahidəsində olmamışdır. - “Respublika Psixiatriya Xəxtəxanası” PHŞ-dən daxil olmuş ##.##.2024-cü il tarixli, **** nömrəli məktubdan görünür ki, təqsirləndirilən şəxs3 həmin xəstəxanada müalicədə olmamışdır. - “Balakən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş ##.##.2024-cü il tarixli, **- *-**/*-***/**** nömrəli məktubdan görünür ki, təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 həmin xəstəxananın Narkologiya Psixiatriya kabinetində qeydiyyatda olmamışdır. - Balakən Rayon Icra Hakimiyyəti Başçısının Ititala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs3 2001-ci ildə Ititala kənd orta məktəbin birinci sinifinə daxil olmuş və 2011-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Həmin ildə hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra ailəsinə təsərrüfat işlərində köməklik göstərmişdir. Davranışları, xoş xasiyyəti ilə yaxınlarının hörmətini qazanmışdır. Nümayəndəliyə onun barəsində heç vaxt şikayət daxil olmamışdır. - Şahid şahid2 məhkəməyə təqdim etdiyi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ## ###### 2023-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs həmin ərizədə ## ###### 2023-cü il tarixdə öz istəyi ilə kənd sakini təqsirləndirilən şəxs3 ailə qurmaq məqsədilə qoşulub getdiyini yazmışdır. - Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ## ###### 2025-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 ilə barışmış, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs3 özünü təqsirli bilib-bilməməsinə dair suala cavab olaraq özünü təqsirli bilmədiyini göstərsə də, verdiyi ifadəsində faktiki olaraq özünü qismən, yəni yalnız CM-in 144.2.3-cü maddəsi ilə təqsirli bilərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qaçırtsa da onu könüllü azad etdiyi üçün cinayət məsuliyyətindən azad edilməli olduğunu, Zərərçəkmiş şəxs zorlamadığını, onunla könüllü surətdə cinsi əlaqədə olduğunu bildirmişdir. təqsirləndirilən şəxs3 ifadəsində göstərdi ki, hadisə baş verən gün Sofiyagil şəhərə getmişlər və kəndə evlərinə qayıdan zaman onlar Sofiyanı avtomobilə əyləşdirmişlər. Bundan sonra onlar Sofiyanı Balakən rayonunun Katex kəndinə aparmışlar. Həmin ünvana çatıqdan sonra Sofiya etiraz etmədən avtomobildən düşmüş və orada olan evə daxil olaraq yemək yemişdir. O, Sofiya ilə cinsi əlaqədə olduqdan sonra onlar Zaqatala rayonuna getmişlər və gecə orada qalmışlar. Həmin günün sabahısı hər yerdə onları axtarmışlar, onlar da zəng edərək harada olduqlarını demişlər. Daha sonra polis əməkdaşı olduqları yerə gəlmiş və otaqda Sofiya ilə danışmışdır. Polis əməkdaşı çıxdıqdan sonra o, Sofiyadan polis əməkdaşının ona dediyini soruşmuş, Sofiya da polis əməkdaşının ondan bura öz xoşu ilə gəlib-gəlmədiyini soruşduğunu, onun da öz xoşu ilə gəldiyini dediyini bildirmişdir. Bundan sonra polis əməkdaşı onları polis şöbəsinə dəvət etmiş və bir ərizə yazacaqlarını, daha sonra isə sərbəst qalacaqlarını bildirmişdir. Polis əməkdaşı onları polis şöbəsinə aparan zaman Sofiya ona orada anası ilə görüşmək istəmədiyini, yalnız xalası ilə görüşmək istədiyini demişdir. Polis şöbəsində onu və Sofiyanı ayrı-ayrı otaqlara aparmışlar. Sofiyanın anası Sofiyanın olduğu otağa daxil olmuş və o, bundan sonra Sofiyanı görməmişdir. Sofiyanın anası qızının fikrini dəyişdirdiyinə görə Sofiya ondan şikayətçi olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 məhkəmədə ona verilən suallara cavab olaraq göstərmişdir ki, Sofiyaya birinci dəfə onu Katex kəndinə aparan zaman təzyiq göstərmişlər, daha sonra heç bir təyziq göstərməmişlər. Katexdən Zaqatalaya getməklərinin səbəbi o olmuşdur ki, Katex kəndində olan evin sahibi narazılıq etmiş, həm də dar və köhnə olmuş, onlar da ev sahibini narahat etməmək üçün Zaqatalaya getmişlər. Onların adətənənələrinə görə qız qaçıran zaman onu birinci öz evlərinə aparmırlar. Sofiya qaçırdıqları zaman ilk öncə onun razılığı olmamış, amma bibisigil Sofiya ilə danışdıqdan sonra razılıq əldə olunmuşdur. Sofiya Gürcüstanda ali təhsilini başa çatdırmaq şərti ilə razı olacağını bilidirmiş, onun atası Mursəl də heç bir poblem olmayacağını deyərək razılaşmışdır. Sofiya ilə cinsi əlaqədə olan zaman ona qarşı heç bir təzyiq və zorlama hərəkəti olmamış, bu münasibət Sofiyanın öz razılığı ilə baş tutmuşdur. O, əmisi oğlu Şahinə zəng etdikdə sonuncu ona Sofiyanın ailəsinin şikayətçi olduğunu, onların polis tərəfindən axtarıldığını söyləmiş, o da olduqları yerin ünvanını əmisi oğluna bildirmişdir. Bundan sonra polis əməkdaşı əmisi ilə birlikdə onların olduqları yerə gəlmişdir. O, polis əməkdaşının gələcəyini blmiş və buna heç bir etiraz etməmişdir. Polis əməkdaşı ona Sofiyadan bura öz xoşu ilə gəlib-gəlmədiyini soruşduğunu, sonuncunun da öz razılığı ilə gəldiyi barədə ərizəyə qol çəkdiyini bildirmişdir. Amma o, həmin ərizəni görməmişdir. onlar Sofiyanın ifadə verməsi və şikayətinin olmaması barədə ərizə yazması üçün polis şöbəsinə getmişlər. Onlar polis şöbəsinə gedən zaman Sofiya avtomobildə ona anası ilə görüşmək istəmədiyini bildirmişdir. Sofiyanın həm Katexdə, həm də Zaqatalada qaçıb getmək imkanı olmuşdur. Sofiyanı qaçırdıqları zamanı Nicat sürücü olmuş, Cümşüd Sofiyanın bacısını tutub saxlamış, o isə Sofiyanı avtomobilə mindirmişdir. Onun Sofiyaya qarşı sevgi hissləri olmuş, onu qaçıracağını onu özünə demişdir. Hadisə günü Sofiyanın qaçırılacağından xəbəri olmamışdır. O, Sofiyanın Gürcüstana gedəcəyini və getdikdən sonra uzun müddət geri qayıtmayacağını bildiyi üçün onu qaçırmışdır. Əmisi oğlu ona polis tərəfindən axtarıldıqlarını dedikdən sonra onlar həmin gecə polis şöbəsinə getmək istəmişlər, sadəcə gec olduğu üçün belə qərara gəlmişlər li, polis şöbəsinə səhər getsinlər. O, əmisi oğluna olduqları yeri dedikdə sonuncu da bu barədə polisə məlumat verəcəyini bildirmiş, o da buna etiraz etməmişdir. Onlar Katexdəki evdə cinsi əlaqədə olarkən bibisi, əmisinin həyat yoldaşı və evin sahibi evdə olmuşdur. Həmin ev iki mərtəbəli olmuş və onlar evin ikinci mərtəbəsində cinsi əlaqədə olmuşlar. onlar ikinci mərtəbəyə şıxanda evdəki hər kəs onların ikinci mərtəbəyə nə üçün çıxdıqlarını bilmişdir. O, Sofiyanı qaçırdan zaman tanışı Murtuza zəng edərək bir gecəlik qalmaq üçün ev tapmasını istəmiş, həmin ev də onun bacısı Zibeydənin evi olmuşdur. həmin vaxt, Murtuz, sonuncunun bacısı və yeznəsi evdə olmuş, daha sonra isə bibisi və əmisinin həyat yoldaşı gəlmişlər. Hadisə günü Sofiya hətta Gürcüstandakı müdirinə zəng edərək işə gələ bilməyəcəyini bildirmişdir. onun bisi Südabə və əmisinin arvadı Gülüzar intim münasibətdən əvvəl Katexə gəlmişlər. Onlar qızla söhbət etmişlər və qız Gürcüstanda təhsilini başa vurduqdan sonra razı olacağı bildirmişdir. Sofiyanı qaçırdıqları zaman onun üzərində mobil telefon olmuş, amma qızın ailəsi şikayət etdiyi üçün telefonu onun əlindən almışdır. Sofiya ilə intim münasibətdə olan zaman sonuncu heç bir narazılıq etməmişdir. Polis əməkdaşı onun əmisi ilə birlikdə onların olduqları yerə gəlmişdir. O, olduqları yeri əmisi oğluna, əmisi oğlu əmisinə, əmisi isə polis əməkdaçlarına demişdir. Sofiya anasının onun fikrini dəyişdirəcəyini bildiyi üçün anası ilə görüşmək istəməişdir. Amma ibtidai istintaq zamanı Sofiya ilə üzləşdirilərkən o, başqa cür danışmışdır. Onların adətənənəsinə görə əgər qız qaçırılıbsa cinsi münasibət olmalıdır. Əgər Sofiya hər hansı nazaçılıq etsəydi cinsi münasibət baş tutmazdı. Onlar polis tərəfindən axtarıldıqlarını Katexdə olan zaman bilmişlər. O, Sofiyaya ona qarşı sevgi hisslərinin olduğunu demiş, arabir telefonda da yazışmışlar. Amma Sofiya onu istəmədiyi üçün bir-iki dəfə onun telefon nömrəsini bloklamışdır. Murtuzun anası evdə xəstə olduğu üçün onlar Murtuzun evinə deyil, onun bacısınn evinə getmişlər. Murtuz, sonuncunun bacəsə və yeznəsi əvvəlcədən onlar qız qaçırtdıqlarını bilməmiş, onlar evə çatıqdan sonra bu barədə bilmişlər. Onlar Katexə çatıqdan sonra Sofiya avtomobildə əyləşib dayanmış, ola bilsin ki, yad evə gəldiyinə görə çəkinərək avtomobildən düşmək istəməmişdir. Ramazanın həyat yoldaşı cinsi əlaqənin baş tutması üçün evin ikinci mərtəbəsinin uyğun olduğunu bildirmişdir. Gülüzar və Südabənin Katexə kim tərəfindən çağırıldığını xatırlamır. O, qız qaçırması barədə əmisi oğluna demiş, sonuncu da anasına zəng etmiş və bundan sonra Südabəgil onların olduqları yerə gələrək Sofiya ilə söhbət aparmağa başlamışlar. O, həmin vaxt çöldə olduğu üçün Südabənin və Güzarın Sofiya ilə nə barədə danışdıqlarını bilməmişdir. Bibisi Südabə, əmisinin arvadı Gülüzar, ev yiyəsi Zibeydə və Sofiya birlikdə söhbət etmişlər. Qadınlar ona polis əməkdaçları tərəfindən axtarıldıqlarını bildirmişdir. Sofiya avtomobildə olan zaman da etiraz etməmişdir, hətta avtomobilin pəncərəsi açıq olmuş, əgər istəsə idi qışqırıb kömək istəyərdi. Qızlka birlikdə olduqdan sonra aşağı düşüb çay içmişlər. Gec olduğuna görə bibimə və əmimin həyat yoldaşına getmələrini bildirmişdir. Zaqataladakı qohumun evinə gedən zaman evin yiyəsi Sofiyadan dəfələrlə buraya zorla gətirilib gətirilmədiyini soruşmuş, sofiya isə hər dəfə öz xoşu ilə gəldiyini bildirmişdir. Cinsi münasibətdə olan zaman heç bir etirazı olmadı. O, Sofiyaya cinsi münasibətin baş tutmayacağı təqdirdə qıza qarşı heç bir hədə-qorxu gəlməmişdir. Zaqatalada Sofiya ilə birli kdə eyni çarpayıda yatmış, amma həmin vaxt cinsi əlaqədə olmamışlar. Ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs kənddə onun evinin qonşuluğunda yaşayır. O, Sofiyanı uşaqlıqdan tanıyır. Təxminən 7-8 ay bundan əvvəl Sofiya ilə ciddi şəkildə maraqlanmağa başlamışdır. Çünki sonuncunu sevmiş və Sofiya ilə ailə həyatı qurmaq istəmişdir. Həmin vaxtdan o, Sofiyaya öz sevgisini bildirməyi qərarlaşdırmışdır. Sofiya Gürcüstanda təhsil aldığı üçün 2 ildən çox idi ki, orada yaşamış və arada bir Azərbaycana gəlmişdir. O, Sofiyanın Vatsap tətbiqində Gürcüstan nömrəsi ilə qeydiyyatdan keçdiyi profilini telefonunda qeydiyyata almışdır. Habelə onun “Instaqram” sosial şəbəkəsindəki öz adı və soyadı qeyd olunduğu profilini izləmiş və sonuncunun şəkillərinə baxmışdır. O, 3-4 ay əvvəl Vatsap tətbiqində Sofiyanın hazırda xatırlamadığı telefonunda qeydiyyatda olan profilinə özünün 050-545-24- 76 nömrəsi ilə yazaraq sonuncudan xoşu gəldiyini, sonuncunun barəsində ciddi fikrinin olduğunu, Sofiya ilə ailə həyatı qurmaq istədiyini bildirmişdir. Sofiya ona hal-hazırda bu barədə düşünmədiyini, evlənmək fikrinin olmadığını bildirmişdir. Bundan sonra Sofiya onun nömrəsini bloka atmışdır. 2023-cü ilin may ayında o, işləmək üçün Rusiya Federasiyasının Novıy Urenqoy şəhərinə getmişdir. Orada hazırda xatırlamadığı Rusiya Federasiyasına məxsus telefon nömrəsi alaraq Sofiyaya yenidən sevgisini bildirən sözlər yazmışdır. Sofiya ona eyni qaydada cavab verərək bu barədə düşünmədiyini, evlənmək fikrinin olmadığını bildirmişdir. Sonra Sofiya onun bu nömrəsini də bloka atmışdır. O, hazırda xatırlamadığı başqa nömrə alaraq Sofiyaya yenidən yazmış və sonuncunu qaçıracağını bəyan etmişdir. Sofiya ona cavab vermədən axırıncı yazdığı nömrəni də bloka atmışdır. Bundan sonra o, uzun müddət Sofiyaya heç bir söz yazmamışdır. 2023-cü ilin noyabr ayının əvvəllərində o, yenidən Azərbaycan Respublikasına qayıtmışdır. ##.##.2023-cü il tarixdə Sofiyanın dayısı qızının nişanı olduğu üçün o, Azərbaycan Respublikasına gəlmişdir. O da həmin nişan mərasimində iştirak etmişdir. Həmin gündən 1 və ya 2 gün sonra özü ilə Azərbaycan Respublikasına gətirdiyi Rusiya Federasiyasına məxsus hazırda xatırlamadığı nömrə ilə Vatsap tətbiqində Sofiyanın profilinə mesaj ataraq sonuncunun onun barəsində fikrinin dəyişib-dəyişmədiyini soruşmuşdur. Sofiya ona fikrinin dəyişmədiyini, evlənmək fikrinin olmadığını bildirmişdir. Sonra sonuncu bu nömrəsini də bloka atmışdır. Həmin vaxtdan hal-hazıradək o, Sofiyaya başqa heç nə yazmamışdır. Sofiya onun nömrəsini bloka atdığı vaxtdan etibarən sonuncunu qaçırmağı planlaşdırmışdır. Onun planı Nicatın “Şevrolet Kruz” markalı avtomobili ilə Sofiyanı qaçırıb Katex kəndində yaşayan dostu Murtuzgilə aparmaq olmuşdur. O, bu barədə növbəti günlərdə həm Nicata, həm də Murtuza demişdir. Nicat əvvəlcə ona kömək etməkdə tərəddüd etmiş, Murtuza isə qız qaçıracağını demədiyindən, qonaq gələcəyini bildirdiyindən sonuncu buna razılıq vermişdir. O, ##.##.2023-cü il tarixdə səhər saat 09 radələrində küçədə dayanan zaman Sofiyanın bacısı Meri ilə birlikdə kənd mərkəzinə doğru getdiklərini, oradan isə taksiyə mindiklərini görmüşdür. O, həmin gün Sofiyanı qaçırmaq planını icra etmək istəmiş və saat 10 radələrində Nicata zəng edərək Sofiyanın bacısı ilə rayon tərəf getdiklərini, planını bu gün icra edəcəyini bildirmişdir. O, Nicata Sofiyanın bacısı ilə birlikdə rayon mərkəzinə getdiyini deyən zaman Nicat ona özünün də bazara gedib bazarlıq edəcəyini bildirmişdir. Həmin gün saat təxminən 12 radələrində Nicat ona zəng edərək rayonda Sofiya və bacısını kəndə gələn mikroavtobusa mindiyini gördüyünü, özünün də kəndə tərəf gəldiyini bildirmişdir. Nicat kəndə özünə məxsus “Chevrolet Cruze” markalı avtomobili ilə gəlmişdir. O, Nicatla kəndin mərkəzində görüşmüş, Nicatı Sofiyanı qaçırmaqda ona kömək etməyə razı salmışdır. Bundan sonra Murtuza həmin gün oraya gələcəyini demiş, sonuncu ona evlərinin yolunun nahamar olduğunu, ora gəlmək üçün altı hündür maşın lazım olduğunu bildirmişdir. O, Nicatın avtomobilinin aşağı hissəsi alçaq olduğundan əmisi Zahirə məxsus “Honda” markalı avtomobili götürməyi qərarlaşdırmışdır. O, Nicatdan avtomobili istəyərək Sofiyanı qaçırmaq üçün köməyə qohumu və dostu Cümşüdü də götürəcəyini bildirmişdir. O, maşını Nicatdan alıb Cümşüdgilə tərəf gedən zaman yolda Cümşüdə zəng edib qız qaçıracağını bildirmiş, ona kömək etməsini xahiş etmişdir. Cümşüd də ona kömək edəcəyinə söz vermişdir. O, Cümşüdü evlərindən götürüb yenidən kənd mərkəzinə tərəf gəlmişdir. Mərkəzə çatanda Sofiya və bacısının kənd məktəbinin yanında mikroavtobusdan düşüb evlərinə tərəf getdiklərini görmüşdür. Onlar avtomobilə minərək Sofiyanın evinin yolu üzərində yaşayan əmisi Zahirin evinin qarşısında saxlamış və onun maşınını götürmüşlər. Nicat qazi olduğundan ona yalnız avtomobil sürməkdə köməklik edə bilmişdir. Cümşüd avtomobildə sürücünün arxasında, o isə Cümşüdün yanında əyləşmişdir. Onlar maşına əyləşən zaman artıq Sofiya və bacısı Zahirin evinin qarşısına çatmışlar. Əmisigilin evləri ilə Sofiyanın evinin arası təxminən 500- 600 metr olmuşdur. Ona görə də Nicat avtomobili Sofiyagilin evinə tərəf sürüb sonradan istiqaməti kənd mərkəzinə tərəf dəyişərək avtomobili üzü Sofiyanın gəlişi istiqamətində saxlamışdır. Sofiya və bacısı isə evlərinə doğru həmin yolun əks tərəfindəki piyada yolu ilə gəlmişlər. O, Cümşüdlə Sofiyanı qucaqlayıb avtomobilə mindirəcəyi, Cümşüdün isə Merinin onlara mane olmasının qarşısını alması barədə razılaşmışdır. Sofiya və Meri yaxına gələn zaman o, Cümşüdlə dərhal avtomobildən düşüb qızlara tərəf qaçmış, Sofiya onları görən kimi qaçırmağa gəldiklərini başa düşmüşdür. Ona görə də Sofiya evlərinə doğru qaçmaq istəsə də, ilk öncə Cümşüd Sofiyanı saxlamış, daha sonra o, sonuncunu arxa tərəfdən qucaqlayaraq qaldırıb avtomobilə tərəf aparmışdır. Bu zaman ona mane olmağa çalışan Merini Cümşüd ondan aralamış, Meri onun gödəkçəsindən yapışdığı üçün gödəkçənin iç tərəfdən astarı cırılmışdır. Lakin Meri ona mane ola bilməmiş, Sofiyanı sürücünün arxa tərəfindəki oturacağa zorla mindirmişdir. Sofiyanı maşına doğru aparan zaman sonuncu da ona müqavimət göstərmiş, maşına minməmək üçün çabalamışdır. Lakin o, Sofiyanı arxadan tutduğu üçün sonuncu ona xəsarət yetirə bilməmişdir. Sofiyanı avtomobilə mindirdikdən sonra özü də sonuncunun arxasınca avtomobilə həmin tərəfdən minib qapını kilidini bağlamışdır. Bundan sonra Cümşüd də qaçaraq avtomobilə tərəf gəlmiş və sürücünün yanındakı oturacaqda oturmuşdur. Meri ilk öncə onun qapısını açmağa çalımış, qapı kilidli olduğundan aça bilməmiş, daha sonra Nicatın qapısını açsa da sonuncu qapını bağlayaraq kəndin mərkəzi istiqamətində sürməyə başlamışdır. Onlar Katexə doğru gedən zaman Murtuz onları adını xatırlamadığım bacısının evinə dəvət etmiş, yeznəsi Ramazanın onları kombinat yolunda qarşılayıb evlərinə aparacağını bildirmişdir. O, Murtuzun evində xəstə anası olduğundan onu qonaq kimi bacısıgilin evində qəbul etdiyini sonradan bilmişdir. Sofiya maşından düşmək istəməmiş, o, sonuncuya zorakılıq tətbiq etmək istəmədiyi üçün Sofiyanı maşından düşməyə razı salmaq istəmişdir. O, Sofiyaya avtomobildə oturmaqdansa düşüb isti evdə oturmağı məsləhət görmüş, təxminən 5-10 dəqiqə sonra sonuncu avtomobildən düşmüş və könüllü şəkildə evə daxil olmuşdur. Onlar ikimərtəbəli evin birinci mərtəbəsində oturub çay içmiş, həmin vaxt evdə Murtuzun bacısı olmuşdur. O, Sofiya ilə söhbət edərək sonuncunu evlənməyə razı salmaq istəmiş, Sofiya acıqlı olduğu üçün buna razılıq verməmiş, ona görə də, sonuncunu razı salmaq məqsədi ilə bibisi Südabəyə məlumat vermiş, sonuncu isə ora gələcəyini, razı sala bilmədiyi təqdirdə Sofiyanı evinə aparacağını bildirmişdir. O, bununla razılaşmış, bibisi Südabə əmisi Zahirin arvadı Gülüzar ilə birlikdə həmin evə gəlmişlər. Onlar Sofiya ilə söhbət edib onu evlənməyə razı salmağa çalışmışlar və Sofiya təhsil aldığı müəssisəni bitirməyə şərait yaradacaqları təqdirdə evlənməyə razı olacağını demişdir. Sonra ona Sofiyanı razı saldıqlarını, sonuncuya təhsil almasına şərait yaratmağını, evləndikdən sonra birlikdə Gürcüstana gedib Sofiyanın təhsili başa çatanadək orada qalmağı tapşırmışlar. O da Sofiyanı sevdiyi üçün sonuncunun bu şərti ilə razılaşmış, hətta həmin vaxt Südabə atası Mursəllə əlaqə saxlayıb bu məsələni ona bildirərək sonuncunun razılığın almışdır. Daha sonra o, Sofiyanın olduğu otağa daxil olmuş, sonuncu ona evlənməyə razı olduğunu dedikdən sonra o, Sofiyaya cinsi əlaqədə olmağı təklif etmişdir. O, Sofiyaya başa salmışdır ki, qız qaçırılan zaman cinsi əlaqədə olmaq lazımdır ki, sonuncunun valideynləri də bakirəliyin pozulmasını nəzərə alıb ailə qurmalarına mane olmasınlar. O, bunu dedikdən sonra Sofiya onunla razılaşmış, o, otaqdan çıxıb ev sahibi Ramazanla bu barədə söhbət etmiş və yataq otağı verməsini xahiş etmişdir. Ramazan ilk öncə onlara dini nikah bağlamalı olduqlarını bildirərək etiraz etsə də, o, Ramazana belə bir adətlərinin olmadığını bildirmiş, bundan sonra sonuncu evin ikinci mərtəbəsində yataq otağına qalxa biləcəklərini demişdir. Onlar birlikdə evin ikinci mərtəbəsinə qalxmış, yataq otağında olan zaman o, Sofiyanın soyunmağa utandığı görüb əvvəlcə sonuncunun əynindəki qara rəngli şalvarını, boz rəngli tursikini çıxarmış və çarpayıya uzanmasını istəmişdir. Sofiya çarpayıya arxası üstə uzanan zaman o, əynindəki mavi rəngli cinsi, tünd göy rəngli tursiki, boz rəngli uzunqol koftanı və qara rəngli maykanı çıxarmış və Sofiyanın üzərinə çıxararaq onun ağ rəngli koftasını və liftçiki yuxarı doğru qaldırıb sonuncu ilə cinsi əlaqədə olmağa başlamışdır. Həmin vaxt saat təxminən 21 radələri olmuş, onlar təxminən 15 dəqiqə qucaqlaşdıqdan sonra cinsi əlaqədə olmağa başlamışlar. Təxminən 2 dəqiqə sonra Sofiya dayanmağını istədiyindən o, dayanamışdır. Cinsi əlaqədə olan zaman boşalmamışdır. O, Sofiyanın paltarını soyunduran zaman, sonuncu ilə cinsi əlaqədə olan zaman Sofiyaya fiziki zorakılıq göstərməmiş, zorakılıq göstərəcəyi ilə bağlı sonuncunu hədələməmişdir. Bundan başqa Sofiya ilə könüllü şəkildə cinsi əlaqədə olduğu müddətdə sonuncu bir dəfə də olsun ona müqavimət göstərməmiş və ya ona cinsi əlaqəni dayandırmağı xahiş etməmişdir. Onlar aşağı düşdükdən sonra Südabə və Gülüzar çıxıb getmişlər. O, Katex kəndindəki həmin evin tez aşkar oluna biləcəyindən ehtiyat edərək Zaqatala rayonunda yaşayan qohumu Ibrahimin evinə getməyi qərarlaşdırmış və Ibrahimə zəng etmişdir. Qonaq gələ biləcəyini soruşduqda sonuncu ona razılıq vermiş, bundan sonra onlar taksi çağıraraq Zaqatala rayonunda adını xatırlamadığı kənddə yaşayan Ibrahimgilə getmişlər. Taksidə o, Sofiya, Nicat və Cümşüd olmuşdur. Sofiya taksiyə könüllü şəkildə minmiş və heç bir etiraz etməmişdir. Onlar Ibrahimgilə gedib gecəni sonuncunun evində keçirmiş, həmin vaxt saat gecə 12-ni keçmişdir. Ibrahim onun yanında qızın olduğunu görüb dəfələrlə Sofiyadan öz razılığı ilə qaçıb-qaçmadığını soruşmuş, Sofiya artıq onunla evlənməyə razılıq verdiyindən Ibrahimin bu sualına hər dəfə öz razılığı ilə gəldiyini bildirmişdir. Gecə o, Sofiya ilə bir çarpayıda yatsa da, sonuncu ilə cinsi əlaqədə olmamışdır. ##.##.2023-cü il tarixdə saat 11 radələrində Ibrahimin əmisi oğlu Şahinlə danışdığını görmüş, Ibrahim telefonu ona verərək Şahinlə danışmağını bildirmişdir. O, Şahinlə danışan zaman Şahin ona iradını bildirərək qaçıb-gizlənməyin mənasısız olduğunu demiş, o da Şahinə Sofiyanın onunla evlənmək niyyəti olduğunu deyən zaman Şahin ona bunun daha da yaxşı olduğunu, polisə gedərək ərizə verməli olduğunu bildirmişdir. Bundan sonra şəbəkə getdiyindən Şahinlə danışığı yarımçıq qalmışdır. Onlar evdə söhbət edən zaman təxminən 1 saat keçmiş ki, əmisi Zahir ona zəng etmiş, arvadı Gülüzar və Cahid adlı polis əməkdaşı ilə oraya gələcəyini, artıq yaxınlıqda olduğunu bildirmişdir. Zahir ona polis əməkdaşının qızdan öz razılığı ilə gəlməsi barədə ərizə alacağını və məsələnin bağlanacağını bildirmişdir. Təxminən 5-10 dəqiqə sonra həmin şəxslər çatmış, Cahid içəridə qızla söhbət etmiş, həmin vaxt onlar çöldə olmuşdur. Cahidin Sofiya ilə nə danışmasını eşitməmiş, Cahidlə Sofiya çölə çıxdıqda sonuncu ona öz razılığı ilə gəldiyini Cahidə dediyini bildirmişdir. Hətta Cahid onları təbrik etmişdir. Təbrik etməyinin səbəbi artıq Sofiyanın razı olması olmuşdur. Lakin Cahid onlara Balakən RPŞ-ə getməli olduqlarını bildirərək onları oradan aparmışdır. Zərərçəkmiş şəxs avtomobilə mindirən zaman sonuncu ona əl-qol atsa da, cinsi əlaqədə olan zaman hər hansı müqavimət göstərməmiş, ona fiziki güc tətbiq etməmişdir. Cinsi əlaqədə olan zaman heç birinin paltarlarında cırılma olmamış, lakin Sofiyanı qaçıran zaman sonuncunun bacısı Meri onun gödəkçəsinə zədə yetirmişdir. ##.##.2023-cü il tarixli *** nömrəli məhkəmə-tibbi exspertizasının rəyinin nəticə hissəsində göstərlimiş xəsarətləri 27- ## ###### 2023-cü il tarixdə evdə dəmir şiferləri kəsən zaman almışdır (cild 1, iş vərəqə 265-272; cild 3, iş vərəqə 207-214; cild 4, iş vərəqə 72-79). Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək göstərmişdir ki, hadisə baş verən gün o, Balakən şəhərində olan zaman təqsirləndirilən şəxs3 ona zəng edərək Sofiya ilə bağlı bir fikrinin olduğu barədə ona məlumat vermişdir. O, Elxana şəhərdə olduğunu, bir azdan kəndə gələcəyini bildirmişdir. O, işlərini görüb bitirdikdən sonra Elxanın kəndin mərkəzində olduğunu görüb onun yanına getmişdir. Elxan ona Sofiya ilə ailə həyatı qurmaq fikrinin olduğunu demiş, o da Elxan onun dayısı oğlu olduğundan ona etiraz edə bilməmişdir. Elxan Cümüşüdə zəng edərək gedib onu da gətirmişdir. Onlar məktəbin yanında dayanmışlar. Həmin vaxt Sofiya və bacısı orada avtobusdan düşərək marketə daxil olmuşlar. Onlar avtomobillə orada fırlanmışlar, Sofiya və bacısı marketdən çıxdıqdan sonra isə onların yaşadıqları evə tərəf gedərək orada gözləməyə başlamışlar. Qızlar piyada şəkildə gəldikdən sonra o, dərhal avtomobili qızların, yəni Sofiya və bacısının yanına sürmüşdür. O, avtomobili saxladıqdan sonra Elxan və Cümşüd avtomobildən düşüb Sofiyanı avtomobilə əyləşdirmişlər. Sofiya avtomobilə mindirildikdən sora onlar Katex kəndində bir evə getmişlər. Daha sonra Elxanın bibisi, yəni onun anası və Südabə və dayısının yoldaşı Gülüzar onların olduqları yerə gəlmişlər. Anasını və dayısının yoldaşını onların olduqları yerə Elxanın atası göndərmişdir ki, əgər Sofiya narazıdırsa onu geri aparsınlar. Anası və dayısının yoldaşı ondan Sofiyanın nə etdiyini soruşduqda, o, Sofiyanın evin içərisində olduğunu bildirmişdir. Hava qaraldıqdan sonra o, Elxan, Cümşüd və Sofiya birlikdə Zaqatala rayonuna getmişlər. Zaqatalaya gedən zaman Sofiya yolda onlardan yemək üçün dönər istəmiş, amma onlar Sofiyanın istədiyi toyuq dönərini tapa bilməmişlər. Daha sonra gedib başqa yerdən yemək alıb birlikdə yemişlər. Zaqataladakı evdə isə Elxan və Sofiya bir otaqda yatmışlar, onlar isə başqa otaqda yatmışlar. Səhər açıldıqdan sonra isə Elxanın əmisi oğlu zəng edərək hər şeyin yaxşı olduğunu, sadəcə olaraq atası ilə polisin gələcəyini və polis şöbəsində məsələ aydınlaşdıqdan sonra hər şeyin qaydasına düşəcəyini bildirmişdir. Daha sonra polis əməkdaşı gəlmiş və sonuncunun əlində bir kağız olmuşdur. Sofiya həmin kağızda öz iradəsi ilə gəldiyinə və hər şeyə razı olduğuna dair ərizə yazmışdır. Bunu onlara Sofiya özü bildirmişdir. Elxan və Sofiya polis şöbəsinə getdikdən sonra Cahid adlı polis əməkdaşı ona zəng edərək polis şöbəsinə gəlməsini istəmişdir. O, Balakən rayonunda yerləşən bayraq olan yerə getmiş və polis əməkdaşı gəlib onu götürərək polis şöbəsinə aparmışdır. O, polis şöbəsində olarkən az sonra Cümşüdü də polis şöbəsinə gətirmişlər. Onun məqsədi sadəcə olaraq Elxanın ailə qurmasına köməklik etmək olmuşdur. Çünki qız qaçırmaq onlarda adətdir və o, bu əməlin cinayət məsuliyyətinə səbəb olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 məhkəmədə ona verilən suallara cavab olaraq göstərmişdir ki, Sofiyanı dayısına məxsus avtomobillə qaçırmışlar. Belə ki, Elxan həmin avtomobili öz əmisindən götürmüşdür. O, sürücü oturacağında oturduğu üçün anidən Sofiyanın artıq avtomobildə olduğunu görmüş, onun avtomobilə necə mindirildiyini görməmişdir. Sofiya avtomobilə könüllü surətdə əyləşməmişdir. Sofiya yalnız avtomobilə əyləşdirilən zaman etiraz etmiş, daha sonra isə heç nəyə etiraz etməmişdir. Sofiya etiraz olaraq oxumaq istədiyini, evlənmək istəmədiyini bildirmişdir. Sofiyanı avtomobilə əyləşdirdikdən sonra Katex kəndinə getmişlər. Katexdəki evi Elxan tapmış, həmin ev sonuncunun dostunun evi olmuşdur. Katex kəndindəki evə çatdıqdan o və Cümşüd avtomobildən düşmüşlər, Sofiya isə avtomobildə qalmaq istədiyin bildirmişdir. Bundan az sonra Elxan və Sofiya da avtomobildən düşərək evə daxil olmuşlar. Katexdə olan zaman onun telefonu bağlı olduğu üçün polis tərəfindən axtarılmağı barədə məlumatı olmamış, amma yolda olan zaman önlərində polis əməkdaşlarının getdiyini görmüşdür. Telefonunu qız qaçırdıqları üçün söndümüşdür. Elxan və Sofiya arasında evin içərisində nə baş verməsi barədə məlumatı olmamışdır. Sadəcə olaraq Sofiyanın xalası Almazla və Elxanın atası Mursəllə telefonla danışmasından məluatı olmuşdur. Katexdəki ev dar olduğuna görə və axtarışda olduqlarına görə onlar Zaqatalaya getmişlər. Sofiyaya ərizəni Cahid adlı polis əməkdaşı Zaqatalada yazdırmışdır. Onlar Zaqatalaya getdikdən sonra öz aralarında belə qərara gəlmişlər ki, gecəni orda qalsınlar, səhər isə polis şöbəsinə getsinlər. O, sadəcə olaraq avtomobil idarə etmiş, başqa heç nə etməmişdir. Sofiya və Elxan yuxarı mərtəbəyə çıxan zaman onları görmüş, həmin vax onların əllərində heç nə olmamışdır. Onun qaynanası Almaz Sofiyanın xalasıdır. Hadisə günü Sofiya xalası Almazla danışmış və heç bir narazılığının olmadığını bildirmişdir. Katexdəki evdə Sofiyanın Zibeydəyə nəsə deməsinin xatırlamır. Anası və dayısının arvadı Sofiyanın anasının onlardan şikayət etməsi barədə onlara məlumat vermişdir. Sofiya Elxanın atası ilə danışmış və təhsil alması şərti ilə Elxana ərə gedəcəyini bildirmişdir. Cahid adlı polis əməkdaşı Zaqatalaya Elxanın əmisi ilə birlikdə gəlmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs3 onun dayısı oğludur. O, Elxanın Sofiyanı sevdiyini əvvəlcədən bilmişdir. Elxan ## ###### 2023-cü il tarixdə ona Sofiyanı qaçırmaq istədiyini bildirmişdir. Lakin Elxan ona onun da, iştirakının olacağını deməmişdir. ## ###### 2023-cü il tarixdə səhər saat 9-10 radələrində Elxan ona Sofiya ilə bacısının rayonun mərkəzinə getdiyini və həmin şəxslər Ititalaya geri qayıdan zaman Sofiyanı qaçırtmaq istədiyini və maşın tapmasa onun öz maşını ilə sürücü mövqeyində Sofiyanı qaçırtmaq istədiyini bildirmişdir. O isə Elxana saat 11-də rayona gedəcəyini və nə vaxt geri qayıdacağını bilmədiyini demişdir. O, səhər saat 11-də rayona meyvə-tərəvəz almaq üçün getmiş, bazarda olan zaman Elxan ona zəng edərək qızları görüb-görməməsi barədə soruşmuşdur. O, Elxana Sofiya ilə bacısını görmədiyini bildirmiş, lakin həmin zaman yolun qırağında avtobusda pəncərədən Sofiyanın bacısı görmüş və Elxana Sofiyanın bacısını gördüyünü demişdir. Elxan da ona evdən çıxıb Ititalanın mərkəzinə gələcəyini və onun da ora gəlməsini bildirmişdir. O, Elxanla həmin vaxt telefonla danışdıqdan sonra işlərini yekunlaşdırıb, aldıqlarını evə gətirib, Ititalanın mərkəzinə öz “Chevrolet Cruze” markalı maşını ilə getmişdir. Ora gedən zaman Elxan artıq orada olmuş, sonuncu ona artıq ciddiciddi Sofiyanı qaçırdacağını demiş və ondan maşınını bir neçə dəqiqəlik istəmişdir. Elxan onun yanında Cümşüdə zəng edərək sonuncudan harada olması barədə soruşmuş, Cümşüd Elxana evdə olmasını bildirmişdir. Elxan onun maşını ilə Cümşüdü evdən götürüb yenidən Ititalanın mərkəzinə onun yanına gəlmişlər. O, maşının sükan arxasına keçmiş və onlar Ititaladakı məktəbin yanına getmişlər. Məktəbin yanında olduqları zaman Sofiya və bacısı avtobusdan düşmüşlər və marketə girmişlər. Elxan ona bu vaxt başqa maşın tapmadığını və onun maşını ilə Sofiyanı qaçırtmaq istədiyini deyən zaman o, Elxana Sofiyanın onun yoldaşının xalası qızı olduğundan pis vəziyyətdə qalacağını və onu bu işə qatmamasını bildirmişdir. Elxan isə ona başqa adamı olmadığını, Sofiya ilə ailə qurmaq istədiyini və onun da kömək etməyini xahiş etmişdir. O da xeyir iş olduğundan razılaşmışdır. Elxan sonra Murtuza zəng edərək qonaqlarının olacağını, gəlmək istədiyini bildirmişdir. Çox güman ki, Murtuzəlinin Elxanın qız qaçıracağından xəbəri olmamışdır. O, Elxana onun maşınının ora qalxa bilməyəcəyini demişdir. Bundan sonra Elxan əmisi Zahirə zəng edərək gedəsi yeri olduğundan sonuncudan maşınını istəmişdir. Sofiya ilə bacısı marketdən çıxıb öz evlərinə gedəcək yol Zahirin evinin önündən keçdiyindən onlar tez Sofiya ilə bacısını ötüb Zahirin evinin önündə maşınları dəyişmiş və Zahirin metal rəngli “Honda" markalı maşınını götürmüşlər. Maşını o, idarə etmiş, biraz irəli gedib Sofiya ilə bacısının gəldiyi yol ilə əks istiqamətdə dayanmış və həmin şəxsləri gözləmişlər. Sofiya və bacısı maşına yaxınlaşdığı zaman təxminən günorta saat 2 radələrində Cümşüd və Elxan maşından düşərək Sofiya və bacısına yaxınlaşmışlar. Elxan Sofiyanı, Cümşüd isə Sofiyanın bacısı Merini tutmuş və Elxan Sofiyanı maşına otuzdurmuşdur. Sofiya qışqıra-qışqıra maşının pəncərəsinə yumruqla vurmuş və ağlayaraq oxumaq istədiyini, ərə getmək fikri olmadığını demişdir. Yolda olan zaman Elxan Murtuza zəng edərək yolda olduqlarını demiş, Elxan Murtuzla danışdıqdan sonra onların Murtuzun bacısının evinə gedəcəklərini bildirmişdir. Yolda olan zaman onlar məsələnin böyüdüyünü və Sofiyanın anasının polisə şikayət etdiyini öyrəndiklərindən telefonlarını söndürmüşlər. Onlar yolun kənarında Murtuzun və Murtuzun bacısının əri Ramazanın dayandığını görmüşlər. Hər ikisi darvazanı açıb gözləmişlər. Onlar maşınla həyətin içərisinə daxil olmuş, Cümşüdlə o, maşından düşmüş, lakin Elxan ilə Sofiya maşında təxminən 5 dəqiqə qalmışlar və söhbət etmişər. Sonra hər ikisi düşmüş və Murtuzun bacısının evinə daxil olmuşlar. Daha sonra Elxan evdən çıxmış və o, Sofiya ilə söhbət etmək üçün evə daxil olmuşdur. O, Sofiya onun yoldaşının xalası qızı olduğundan sonuncuya qorxmaq üçün heç bir əsas olmadığını və Elxanın ailə qurmaq fikri olduğunu bildirsə Sofiyanın başa düşəcəyini fikirləşmişdir. O, Sofiyaya bu barədə fikirlərini dedikdən sonra Sofiya ona ərə getmək fikri olmadığını, yalnız oxumaq istədiyini bildirmişdir. Sonra o, evdən çıxmış, evdə Sofiya ilə Murtuzun bacısı qalmışlar. Bir az sonra anası X10 və dayısının yoldaşı X26 gəlmişlər. Anası ilə dayısının yoldaşı evə daxil olmuşlar və Sofiya ilə təxminən 40-50 dəqiqə söhbət etmişlər. Həmin şəxslər evdə olan zaman Elxan evə girib-çıxmışdır. Anası və dayısının yoldaşı daha sonra evdən çıxıb Elxana Sofiyanın razı olduğunu bildirmişlər. Elxan evə daxil olub Sofiyanı götürüb 2-ci mərtəbəyə çıxmışdır. Təxminən 30 dəqiqə sonra Elxan evdən çıxıb cinsi əlaqədə olduğunu bildirmişdir. Elxan bunu bildirən zaman o və Cümşüd həyətdə olmuşdur. Daha sonra Sofiya aşağı anasıgilin yanına düşmüş və öz xalası ilə danışmışdır. Sofiya xalasına Elxan ilə qalmaq istədiyini bildirmişdir. Sonra anası və dayısının yoldaşı çıxıb getmişlər. Bundan sonra o və Elxan evə daxil olmuşdur. Onlar sonra gecə yarısı taksi ilə Zaqatalaya bir evə getmişdir. Lakin həmin evi kimin tutmasından xəbərdar olmamışdır. O, Cümşüd, Elxan və Sofiya bir taksidə oturmuşlar. O, ilkin ifadəsində Murtuzun da arxalarıyca həmin evin önünə gəldiyini, lakin evə daxil olmadığını bildirsə də, həqiqətən sonuncunun arxalarıyca gəlib-gəlmədiyini bilməmişdir. Onlar evə daxil olan zaman qapını qoca kişi açmış və onlar gecəni orada qalmışlar. Onlar həmin evdə yemək yemiş, çay içmiş, biraz söhbət etdikdən sonra yatmışlar. ##.##.2023-cü il tarixdə olduqları evin yiyəsi onlara polis əməkdaşının gələcəyini, Sofiyanın öz razılığı ilə gəlməsi barədə ərizə verdikdən sonra məsələnin həll olacağını bildirmişdir. Lakin Elxanın qohumları ilə gələn polis əməkdaşı hamını izahat vermək üçün oradan aparmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, X18çırtmasından xəbəri olmamışdır. X3 “neynirsən maşını” deyən zaman Elxan işi olduğunu, buna görə maşın istədiyini bildirmişdir. Murtuzəlinin Elxanın qız qaçıracağından əvvəlcədən xəbəri olmamışdır. Elxan sonuncuya qonaq gələcəklərini bildirmişdir. Ibrahim adlı şəxsin evində olarkən onlardan hər hansı biri Cahid adlı polis əməkdaşı ilə danışmamışdır. təqsirləndirilən şəxs3 ifadəsində, Cahid adlı şəxslə danışmasını bildirməsi yalandır. Onların heç biri Cahid adlı polis əməkdaşını tanımamışdır. Sonuncunun əlaqə nömrəsi heç birində olmamışdır. Ona görə də həmin şəxslə danışmamışlar. Çox güman ki, Elxan həyəcanlı olduğundan ifadəsində yanlış göstərmişdir. Onlar Ibrahimgilin evində olarkən Ibrahim onlara Zahirinin, Gülüzarın və 1 nəfər polis əməkdaşının gəlib Sofiyadan ərizə alıb gedəcəyini bildirmişdir. Həmin şəxslər gələndən sonra onlar polis əməkdaşının adının Cahid olduğunu öyrənmişdir. Bəlkə də, Elxan buna görə çaşdıraraq Cahidlə danışdığını bildirmişdir. Hətta ##.##.2023-cü il tarixdə onların telefonlarının zaryatkası qurtarmışdır. Belə ki, Ibrahimgilin evində olarkən belə Elxanın telefonun zaryatkası olmadığından əmisi oğlu Şahinlə Ibrahimin telefonu ilə danışmışdır. təqsirləndirilən şəxs2 əlavə ifadəsində göstərmişdir ki, onlar Balakən rayonu Katex kəndindəki evə çatdıqdan sonra Elxan Sofiyaya qarşı zor tətbiq etməmiş, sonuncunu zor tətbiq edəcəyi ilə bağlı hədələməmişdir. Sofiyanın Elxan barədə dedikləri yalandır. Hər ikisi yuxarı qalxarkən artıq onlar hansı məqsədlə sonuncuların yuxarı qalxdıqlarını bilmişdir. Həmin vaxt Elxan və Sofiya söhbət edə-edə yuxarı qalxmışlar. Sofiyanın əhval-ruhiyyəsində hər hansı bir dəyişiklik olmamışdır. Sofiya və Elxanın evin 2-ci mərtəbəsində olduqları müddət ərzində nə qışqırtı nə ağlamaq nə də, kömək qışqırıqları gəlməmişdir. 2-ci mərtəbədən də aşağı düşdükdə sonuncular normal şəkildə söhbət etmişlər. Onlar evdə gedən söhbətlərdən belə Sofiyanın evlənməyə razılıq verdiyini başa düşmüşdür. X6 cinsi əlaqədə olduqdan sonra saatlarla onların yanında olmuş, evlənməyə razı olduğunu bildirmişdir. Odur ki, Sofiyanın Elxan tərəfindən zorlanmağı yalandır. Bundan başqa Elxan Sofiya ilə zorla cinsi əlaqədə olmaq istəsə idi, onun anasını, əmisi arvadını oraya Sofiyanı razı salmağa çalışmazdı. Elxan Sofiya razılıq verdikdən sonra sonuncu ilə cinsi əlaqədə olmuşdur. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək göstərdi ki, o, hadisə baş verən gün evdə olmuş, həmin zaman Elxan ona zəng edərək evlənmək üçün kömək lazım olduğunu bildirmişdir. Daha sonra Elxan gələrək onu avtomobillə götürmüş və onlar kəndin mərkəzinə getmişlər. Orada Nicatın idarə etdiyi avtomobillə məktəbin yanına gedərək Sofiyagili gözləmişlər. Sofiya və bacısı marketə daxil olmuşlar və onlar Sofiyagilin yaşadıqları evə tərəf getmişlər. Sofiya və bacısı avtomobilə yaxınlaşan kimi o və Elxan avtomobildən düşmüşlər. O, Sofiyanın bacısını tutub saxlamış, Elxan isə Sofiyanı avtomobilə mindirmişdir. Daha sonra o, Sofiyanın bacısını buraxıb avtomobilə əyləşmiş və onlar Katex kəndinə getmişlər. Katex kəndində evə çatdıqdan sonra o və Nicat avtomobildən düşmüşlər, bir az keçdikdən sonra isə Elxanla Sofiya avtomobilidən düşüb evə daxil olmuşlar. Daha sonra Nicatın anası və dayısının yoldaşı gəldərək Sofiya ilə söhbət etmişlər. Sofiya Elxanın atası ilə telefon vasitəsi ilə danışmış və razılaşmışdır. Daha sonra Gülüzar və Südabə xanım evə getmişlər. Onlar getdikdən sonra Sofiya və Elxan birlikdə evin yuxarı mərtəbəsinə qalxmışlar və bir qədər sonra aşağı düşmüşlər. Katexdəki ev dar olduğu üçün onlar Zaqatala rayonuna getmişlər. Yolda olan zaman Sofiya onlardan toyuq dönəri istəmiş, amma dönərxanada toyuq dönəri olmamışdır. X19 qohumunun evinə getmişlər. Orada ev yiyəsi onları qarşılamış və onlar birlikdə yemək yemişlər. Zaqataladakı evdə axşam Elxan və Sofiya bir otaqda, o və Nicat isə başqa otaqda yatmışlar. Səhər açıldıqdan sonra Elxan əmisi oğlu zəng edərək Cahid adlı polis əməkdaşının gəlib Sofiyadan razılığının olub-olmaması ilə bağlı ifadə alacağını bildirmişdir. Polis əməkdaşı otağa daxil olmuş və Sofiyaya razılıq ərizəsi yazdırmışdır. Yəni onlara belə deyilmişdir. Daha sonra Elxan, Sofiya, Elxanın əmisi və əmisinin arvadı avtomobilə əyləşib getmişlər. Həmin vaxt onları aparmamışlar. Onlar getdikdən bir saat sonra evin yiyəsinə zəng olunaraq təqsirləndirilən şəxs2 polis şöbəsinə çağırıldığı bildirilmişdir. O və Nicat birlikdə taksi ilə Balakən şəhərinə getmişlər. Həmin vaxt onu polis şöbəsinə çağırmamışlar. Təxminən 30 dəqiqə keçdikdən sonra ona da polis şöbəsinə getməsi ilə bağlı zəng gəlmiş, o da polis şöbəsinə getmişdir. Sofiya və Elxan arasında cinsi əlaqə olacağı barədə onun öncədən məlumatı olmamışdır. Gülüzar və Südabəni ora kimin çağırması barədə məlumatı yoxdur. Sofiya evin içərisində olduğu üçün onun nəyəsə etiraz edib-etmədiyini görməmişdir. Belə ki, o, yalnız bir dəfə evə daxil olub çay içmiş və yenidən evdən çıxaraq çöldə dayanmışdır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ititala kənd sakinləri təqsirləndirilən şəxs3 və təqsirləndirilən şəxs2 onun həmkəndliləri və tanışları olmuşdur. ##.##.2023-cü il tarixdə Elxan saat təxminən 11-12 radələrində onun mobil telefonuna zəng edərək qız qaçırmaq istədiyini bildirmişdir. O, Elxandan kimin qızı olması və qızın razılığının olub-olmaması barədə soruşmuşdur. Bu zaman Elxan ona Sofiya adlı Ititalada yaşayan qız olmasını, həmin qızla whatsapp vasitəsilə danışdığını, yazışdığını bildirib hazırda da qaçırmaq istədiyini bildirmişdir. Bundan sonra təxminən 13 radələrində Elxan Nicat məxsus “Chevrolet Cruze” markalı avtomaşınla gəlib onu götürmüşdür. Daha sonra onlar kəndin mərkəzinə gedərək Nicatı da götürmüşdür. Bundan sonra o, Nicatın da onlarla gedəcəyini bilmişdir. Nicat özü maşını sürməyə başlamış, Elxan ön sağ sərnişin oturacağında, o isə arxa sərnişin oturacağında əyləşmişdir. Bundan sonra Sofiyanın qaçırılması ilə bağlı plan qurmuşlar. Belə ki, X15 şəhərindən marşrutla yaşadıqları kəndə gələcəyini bildirmişdir. Həmçinin Elxan ilk öncə Sofiyanı qaçırıb rayonun Katex kəndi ərazisində yaşayan dostu Murtuzun evinə aparacaqlarını bildirmişdir. Lakin sonradan Elxana zəng gəlmiş, Elxan telefonda danışdıqdan sonra Sofiyanı qaçırıb Katex kəndində yaşayan Murtuzun kürəkəni Ramazanın yaşadığı evə aparacaqlarını bildirmiş və yolların pis olmasından hündür maşın lazım olmuşdur. Elə bu zaman kənd marşurutu gəlib kənd mərkəzinə çatmağa təxminən 100 metr məsafə qalmış dayanmış və Sofiya ilə bacısı olaraq tanıdığı lakin adını bilmədiyi bir qız marşrutdan birlikdə düşmüşlər. Daha sonra Sofiya ilə bacısı yaxınlıqda olan ərzaq mağazasına daxil olub təxminən 5 dəqiqə sonra çölə çıxaraq yaşadıqları ev istiqamətində piyada getməyə başlamışlar. Onlar tez Elxanın əmisi Zahirin yaşadığı evə gedərək “Chevrolet Cruze” markalı avtomaşını orada saxlamışlar. Elxan əmisi Zahirdən Honda markalı avtomaşını istəyib götürmüş, həmin vaxt artıq Sofiya və bacısı piyada gələrək onlara çatmağa az qalmış, kənd mərkəzində camaat olduğundan onlar Nicatın idarə etdiyi həmin Honda markalı avtomaşınla Sofiyanın yaşadığı evə tərəf yəni, Ititala kənd mərkəzindən “Danaçı yolu” kimi adlandırdıqları tərəfə getmişlər. Bir az getdikdən sonra Nicat idarə etdiyi avtomaşını geriyə, yəni üzü Sofiya və sonuncunun bacısının qarşısına doğru asta sürətlə sürməyə başlamış və saxlamışdır. Həmin vaxt Sofiya və bacısı yolun sol ehtiyat hissəsi ilə üzü onların dayandığı tərəfə gəlmişlər. Elə Nicat maşını saxlayar saxlamaz o, maşından aşağı düşmüş, ilk öncə Sofiyaya tərəf getsə də, Sofiyanı tutmamış, Elxan da arxa sağ sərnişin oturacağından düşüb onun yanına gəlmiş və Sofiyanın qollarından tutaraq sonuncunu maşına tərəf aparmışdır. Bu zaman Sofiyanın bacısı qışqırmağa başlamış, o da Sofiyanın bacısının qollarından tutaraq saxlamış ki, Elxanın Sofiyanı maşına aparıb mindirməsinə mane olmasın. Elxan Sofiyanı maşının arxa sol sərnişin oturacağından oturtmuş, Elxan özü də həmin tərəfdən maşına əyləşmişdir. Sonuncular maşına mindikdən sonra o, Sofiyanın bacısını buraxmış və maşının ön sərnişin oturacağında əyləşmişdir. Bu zaman Sofiyanın bacısı qışqıraraq kömək üçün kimisə çağırmış, lakin onlar artıq oradan uzaqlaşmışlar. Həmçinin Sofiya maşının arxa sağ qapısını açmaq istəsə də qapılar bağlı olduğu üçün qapını aça bilməmişdir. Lakin qapının necə bağlı olmasını və hansı səbəbə açılmamasını bilməmişdir. Həmçinin onlar maşınla hərəkətdə olarkən Sofiya Elxana əl qol ataraq buraxmasını xahiş etmiş, lakin Elxan Sofiyaya sonuncu ilə evlənmək istədiyini bunun üçün buraxmnayacağını bildirmişdir. Biraz keçmiş Sofiya oturduğu tərəfdən maşının aynasının biraz aşağı salınmasını xahiş etmiş, ayna biraz aşağı salınmış və Sofiya artıq sakitcə oturmuşdur. O, ön sərnişin oturacağında oturduğu üçün Sofiya və Elxanın konkret olaraq hansı hərəkətlər etməsini görməmişdir. Təxminən 30 dəqiqə yol getdikdən sonra Katex kəndi ərazisində yol qapısı açıq olan sonradan Ramazana məxsus olduğunu bildiyi həyətə daxil olmuşlar. Həmin zaman Murtuz adlı şəxslə Ramazan adlı şəxs onları yol qapısının yaxınlığında gözləmişlər. Onlar həyətə daxil olub maşını saxladıqdan sonra Murtuz və ya Ramazan yol qapısını bağlamışdır. O, Nicatla birlikdə maşından aşağı düşmüş, Murtuz və Ramazanla görüşüb hal əhval tutduqdan sonra Murtuz və Ramazan öz işləri ilə məşğul olmağa başlamışlar. Həmçinin maşınla həyətə daxil olduqları zaman yaşayış evinin içərisindən Ramazanın arvadı həyətə çıxmış, arvadın yanında da azyaşlı oğlan uşağı olmuşdur. Sofiya və Elxan təxminən 5 dəqiqə maşında oturduqdan sonra aşağı düşərək həyətdə olan ikimərtəbəli fərdi yaşayış evinin giriş qapısına gedərək evə daxil olmuşlar. O, evin içərisində nə olmasını bilməmiş, Nicatla evin həyətində gözləməyə başlamışdır. Həmin müddət ərzində Nicatla o, bir dəfə evin içərisinə girib çay içdikdən sonra yenidən həyətə çıxmış, həmin vaxt Sofiyanı görməmişlər. Elxan bir neçə dəfə həyətə çıxıb siqaret çəkərək yenidən evə getmiş, lakin evin içərisində nə baş verməsini bilməmişdir. Elxanın əvvəlcədən planı Sofiya ilə cinsi əlaqədə olaraq onu arvadı etmək olmuşdur. Saat təxminən 20 radələrində Elxanın əmisi arvadı Gülüzar və bibisi Südabə Zaur adlı şəxsin idarə etdiyi avtomaşınla onların olduqları həyətə gəlmişlər. Elxanın əmisi arvadı Gülüzar və bibisi Südabə evin içərisinə daxil olub təxminən 1 saat sonra Elxan və Sofiyanın evin ikinci mərtəbəsindəki otağa getdikdlərini görmüşdür. Həmin otağa daxil olmuşlar və təxminən 30- 40 dəqiqə otağın işıqları sönülü qalmışdır. Bu zaman o, Elxan və Sofiyanın cinsi əlaqədə olacaqlarını anlamışdır. Təxminən 40 dəqiqə sonra otağın işıqları geri yanmış və hər ikisi evin birinci mərtəbəsinə düşmüşər. Daha sonra Elxanın əmisi arvadı Gülüzar və bibisi Südabə ilə birlikdə nə isə söhbət etmişlər. Təxminən 1 saat sonra Elxanın əmisi arvadı Gülüzar və bibisi Südabə gəldikləri Zaur adlı şəxsin idarə etdiyi avtomaşınla oradan çıxıb getmişlər. Nicatla o, təxminən gecə saat 12 radələrinə kimi həyətdə gözlədikdən sonra Elxan həyətə çıxıb başqa yerə getməli olduqlarını, yəni yer dəyişməli olduqlarını və maşın gələcəyini bildirmişdir. Onların əvvəlcədən planı gecəni həmin getdikləri Katex kəndi ərazisində yerləşən Ramazanın evində qalmaq olmuşdur. Lakin Elxan hansı səbəbə oradan getməli olduqlarını onlara bildirməmişdir. Təxminən 10 dəqiqə sonra yol qapısında VAZ 21099 markalı maşın gəlmiş, lakin həmin maşını da oraya kimin çağırdığını bilməmişdir. Bundan sonra Elxan, Nicat və Sofiya həmin maşının arxa sərnişin oturacağında o isə ön sərnişin oturacağında əyləşmişdir. Elxanın göstərməsi ilə şofer maşını Zaqatala rayonu ərazisinə sürmüşdür. Zaqatala ərazisinə çatmamış onlar mağazaya düşmüş, hətta həmin vaxt Sofiya ondan toyuq dönəri alıb-ala bilməyəcəyini soruşmuşdur. O isə Sofiyaya alacağını bildirsə də, toyuq dönəri tapa bilməmişdir. Zaqatala rayonu ərazisində Elxanın göstərməsi ilə Elxanın atasının dostu olaraq bildiyi şəxsin evinə getmişlər. Həmin şəxs onları qarşılayaraq evin içərisinə aparmışdır. Daha sonra o, ərzaq mağazasından aldığı kolbasanı tamatla bişirmiş, birlikdə həmin yeməyi yemişlər. Daha sonra Sofiya ilə Elxan bir otaqda, Nicatla o isə həmin yemək yedikləri otaqda yatmışlar. ##.##.2023-cü il tarixdə isə səhər saatlarında həmin evə Balakən RPŞ-nin əməkdaşları ilə birlikdə gəlmiş Elxanın qohumları Zahir, sonuncunun arvadı Gülüzar, Sofiya ilə nə isə söhbət etdikdən sonra Elxan, Sofiya, Zahir və sonuncunun arvadı Gülüzar Balakən RPŞ-nin əməkdaşları ilə birlikdə oradan çıxıb onun bildiyi qədəri ilə Balakən rayon polis şöbəsinə getmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, Sofiyanı qaçırmazdan əvvəl təqsirləndirilən şəxs3 Sofiyanın razlığının olub-olmaması barədə soruşmuş, Elxan ona Sofiya ilə ara-bir yazışdığını bildirsə də qaçırılmasına razı olması ilə bağlı heç nə deməmişdir. O da, həmin vaxt, yəni əvvəlcədən Elxanın Sofiyanı sonuncunun razılığı olmadan qaçırdığını başa düşmüşdür. Bu söhbət onların arasında maşında olan zaman, yəni Sofiyanı qaçırmazdan əvvəl olmuşdur. Onlar Balakən RPŞ-nin əməkdaşlarının oraya gələcəyini bilmişdir. Belə ki, Zaqataladakı ev yiyəsi onlara polis əməkdaşının gələcəyini, Sofiyanın öz razılığı ilə gəlməsi barədə ərizə verdikdən sonra məsələnin həll olacağını bildirmişdir. Lakin Elxanın qohumları ilə gələn polis əməkdaşı hamını izahat vermək üçün oradan aparmışdır. Ibrahim adlı şəxsin evində olarkən onlardan hər hansı biri Cahid adlı polis əməkdaşı ilə danışmamışdır. təqsirləndirilən şəxs3 ifadəsində, Cahid adlı şəxslə danışmasını bildirməsi yalandır. Onların heç biri Cahid adlı polis əməkdaşını tanımamışdır. Sonuncunun əlaqə nömrəsi heç birində olmamışdır. Ona görə də həmin şəxslə danışmamışlar. Çox güman ki, Elxan həyəcanlı olduğundan ifadəsində yanlış göstərmişdir. Onlar Ibrahimgilin evində olarkən Ibrahim onlara Zahirinin, Gülüzarın və 1 nəfər polis əməkdaşının gəlib Sofiyadan ərizə alıb gedəcəyini bildirmişdir. Həmin şəxslər gələndən sonra onlar polis əməkdaşının adının Cahid olduğunu öyrənmişdir. Bəlkə də, Elxan buna görə çaşdıraraq Cahidlə danışdığını bildirmişdir. Hətta ##.##.2023-cü il tarixdə onların telefonlarının zaryatkası qurtarmışdır. Belə ki, Ibrahimgilin evində olarkən belə Elxanın telefonun zaryatkası olmadığından əmisi oğlu Şahinlə Ibrahimin telefonu ilə danışmışdır. Elxan onun yaxın dostu olduğundan həmişə sonuncunun ailə həyatı qurmasını istəmişdir. Ona görə də, Elxanın bu istəyində onlar da, əllərindən gələn köməkliyi etməyə çalışmışdır. Yəni, məqsədləri dostunun ailə qurmasına köməklik etmək olmuşdur. Zərərçəkmiş şəxs qaçırılması zamanı sonuncuya hər hansı bir fiziki güc və ya psixi təsir göstərməmişdir. Onlar Balakən rayonu Katex kəndindəki evə çatdıqdan sonra Elxan Sofiyaya qarşı zor tətbiq etməmiş, sonuncunu zor tətbiq edəcəyi ilə bağlı hədələməmişdir. Sofiyanın Elxan barədə dedikləri yalandır. Hər ikisi yuxarı qalxarkən artıq onlar sonuncuların hansı məqsədlə yuxarı qalxdıqlarını bilmişdir. Həmin vaxt onlar söhbət edə-edə yuxarı qalxmışdır. Sofiyanın əhvalruhiyyəsində hər hansı bir dəyişiklik olmamışdır. Sofiya və Elxanın evin 2-ci mərtəbəsində olduqları müddət ərzində nə qışqırtı nə ağlamaq nə də, kömək qışqırıqları gəlməmişdir. 2-ci mərtəbədən də, aşağı düşdükdə sonuncular normal şəkildə söhbət etmişlər. Onlar evdə gedən söhbətlərdən belə başa düşmüş ki, Sofiya evlənməyə razılıq vermişdir. X6 cinsi əlaqədə olduqdan sonra saatlarla onların yanında olmuş, Sofiyanın əhvalruhiyyəsində heç bir pisləşmə olmamış, onlarla birlikdə yemək yemiş, söhbət etmiş, hətta onunla zarafatlar belə etmişdir. Odur ki, sonuncunun Elxan tərəfindən zorlanmağı yalandır. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, hadisə baş verən gün atası onlara pul göndərmiş, o da bacısı ilə birlikdə pulu nağdlaşdırmaq üçün şəhərə getmişdir. Pulu terminaldan nağd formada çıxardıqdan sonra bazara gedərək özlərinə lazım olan şeyləri almışlar. Daha sonra evə getmək üçün avtobusa minmişlər və marketin yanında avtobusdan düşərək marketə daxil olub yenə özlərinə lazım bəzi şeylər almışlar. Onlar mağazadan çıxdıqdan sonra Nicatın avtomobilini görmüşlər və həmin avtomobillə gəlib onları keçmişlər. O bacısı ilə birlikdə evlərinə çatan zaman avtomobil gəlib onların yanında dayanmışdır. Avtomobil dayandıqdan sonra ilk olaraq Cümşüd avtomobildən düşmüş və onu tutaraq saxlamışdır. Daha sonra isə Elxan gəlmiş və onu tutaraq avtomobilə əyləşmişdir. Həmin zaman Cümşüd onun bacısını tutaraq saxlamışdır. O, həmin şəxslərə onlarla birlikdə getmək istəmədiyini deyərək avtomobilin qapısını açıb düşmək istəmiş, amma avtomobilin qapısı bağlı olduğundan açılmamışdır. Daha sonra Cümşüd avtomobilin ön oturacağında əyləşmiş və avtomobil hərəkətə başlamışdır. O, həmin vaxt bacısının arxadan qışqırıq səslərini eşitmişdir. Avtomobil kəndin mərkəzindən keçən zaman orada çoxlu adam olduğunu görərək avtomobilin pəncərəsini vuraraq kömək istəmiş, amma Elxan onun əlindən tutaraq etiraz etməyinin qarşısını almışdır. Avtomobildə ona ən yaxın şəxs Nicat olmuşdur. Belə ki, Nicat onun xala qızının yoldaşıdır. Buna görə o, Nicatdan onu buraxmalarını xahiş etmişdir. Onlar avtomobillə Katex kəndinə getmişlər, amma o, orada avtomobildən düşməmişdir. Buna görə Elxan gəlib avtomobildə onun yanında əyləşərək avtomobildən düşməsini istəmiş, o isə avtombobildən düşmək istəmədiyini, evə getmək istədiyini bildirmişdir. Elxan isə ona avtomobildən düşməyənə qədər özünün də avtomobildə qalacağını bildirmişdir. O, Elxanı sevmədiyindən onunla bir yerdə qalmamaq üçün məcbur olub avtomobildən düşmüş və evə daxil olmuşdur. Daha sonra evin yiyəsi olan xanım gəlmiş və ona hər şeyin yaxşı olacağını bildirmişdir. O, həmin xanıma zorla qaçırldığını, öz istəyi ilə burada olmadığını bildirmişdir. Evin yiyəsi olan xanım Elxangilin ona guya onun öz istəyi ilə gəlməsi barədə məlumat verdiklərini, əgər o, istəmirsə zorla evlilik olmayacağını bildirmişdir. Daha sonra onun evin ikinci mərtəbəsinə, daha sonra isə aşağı mərtəbəyə aparmışlar. Aşağı mərtəbədə olan zaman Nicat onun yanına gələrək ondan öz razılığı ilə bura gəlməsi barədə ərizə yazmağını istəmiş, amma o, buna etiraz etmişdir. Nicat da ona artıq bundan sonra geri qayıtmağın bir mənasının olmayacağını söyləmiş, amma Nicata da razılıqla bağlı ərizə yazmayacağını bildirmişdir. Nicat getdikdən sonra Elxan onun yanına gəlmiş və o da eyni Nicat kimi ondan razılıqla bağlı ərizə yazmağını istəmişdir. Amma o, ərizə yazmağa razı olmamış, onu sevmədiyini deyərək geri evinə aparmasını bildirmişdir. Hətta Elxana “bacının başına belə bir hadisə gəlsə nə edərsən” deyə sual da vermişdir. Daha sonra Gülüzar və Südabə gəlmişlər. Südabə onu qucaqlayaraq Elxangilin etdikləri hərəkətin səhv olduğunu, hər şeyin yaxşı olacağını bildirmişdir. Orada bəzi məqamlar var ki, həmin hissələri xatırlamır. Həmin vaxt Gülüzar ona nəsə yazdırmışdır. Belə ki, Gülüzar demiş, o isə yazmışdır. Amma Gülüzarın ona nə yazdırdığını xatırlamır. O, həmin yazını yazdıqdan sonra Südabə gələrək ona və Elxana yuxarı çıxmaqlarını demiş, amma o, etiraz edərək yuxarı mərtəbəyə çıxmaq istəmədiyini bildirmişdir. Amma Südabə yuxarı mətəbəyə çıxıb Elxanla yalnız söhbət etməyi təklif etmişdir. Beləliklə, o, Elxan birlikdə yuxarı mərtəbəyə qalxmış və Elxan ona yaxınlaşmış, o isə Elxana onunla birlikdə olmaq istəmədiyini bildirmişdir. Bu zaman Elxan ona əgər öz xoşu ilə onunla birlikdə olmaycağı təqdirdiə zorla onunla birlikdə olacağını bildirmişdir. O, Elxanın bu sözündən qorxmuş və məcbur qalıb onunla birlikdə olmuşdur. Daha sonra onlar aşağı mərtəbəyə düşmüşlər və Südabə ona xalasına zəng edərək razı olmağı ilə bağlı telefonda danışmağını istəmişdir. O, razılaşmış və onların verdikləri telefonla xalası ilə danışaraq orada öz istəyi ilə qaldığını və hər şeyə razı olduğunu bildirmişdir. Xalası telefonda ona “bu sözləri sənə orada zorla dedizdirirlər, sənin oğlanı istəmədiyini bilirəm” deyən zaman telefonu söndürmüşlər. Bir az keçdikdən sonra Gülüzar və Südabə onun yanına gələrək polisə gedəcəklərini demişlər, amma az sonra polis şöbəsinə səhər gedəcəklərini bildirmişlər. Onlar Katexdə olan zaman polis tərəfindən axtarışda olduqları ilə bağlı xəbər gəlmiş və polis əməkdaşları yerlərini tapmasınlar deyə onu Zaqatalaya aparmışlar. Yolda olan zaman avtomobil dönərxananın qarşısında saxlanılaraq ondan dönər istəyib-istəmədiyi soruşulmuş, amma o, dönər istəmədiyini bildirmişdir. Ondan yenə də dönər istəyib-istəmədiyi soruşulduqda o, toyuq ətindən olan dönər istəmiş, amma həmin dönər orada olmamışdır. Onlar Zaqatalaya çatdıqdan sonra orada onları bir kişi qarşılamış və onlar həmin kişinin evində qalmışlar. Zaqatalada evdə Elxangil yemək bişirib yemişlər, amma o, həmin yeməkdən yeməmişdir. Zaqataladakı evin yiyəsi ondan öz razılığı ilə qaçıbqaçmadığını soruşmuş, o isə həmin şəxsi tanımadığı üçün öz razılığı ilə qaçdığını bildirmişdir. Daha sonra yatmaq zamanı gəldikdə o, otağa keçmiş və orada çarpayıda yatmışdır. Gecə oyananda Elxanın da onun yanında yatdığını görmüşdür. Səhər olduqdan sonra evin yiyəsi onu çağırmış və həqiqətən də öz razılığı ilə burda qaldığını bildirmək üçün polisə zəng edəcəyini, polisin onu aparıb izahatını alacağını bildirmişdir. Daha sonra polis əməkdaşı gəlmiş və əlində olan kağızdakı yazılarda razılığının olması ilə bağlı vərəqdə ona qol çəkdirmiş, amma həmin vərəqdəki yazını sonadək oxumamışdır. Həmin polis əməkdaşı ona birlikdə polis şöbəsinə gedəcəklərini bildirmişdir. Polis şöbəsində ondan izahat alınan zaman ilk öncə öz razılığı ilə Elxanla birlikdə getdiyini demişdir. Belə ki, həmin zaman şokda olmuş və nə dediyini dərk edə bilməmişdir. Daha sonra o, ağlamağa başlamış və öz istəyi ilə qaçmadığını, zorla qaçırıldığını bildirmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində ona verilən suallara cavab olaraq göstərdi ki, avtomobilə əyləşdirilən zaman onun telefonu üzərində olmuş, amma o, ailəsinə telefonla məlumat vermək istəyən zaman Elxan telefonu əlindən almışdır. Zaqatalaya gedəndə Elxan onun telefonunu qaytarmış, amma həmin vaxt da mobil nömrəni telefondan çıxartmışdır. Elxan ona “əgər öz istəyinlə mənimlə birlikdə olmasan zorla səninlə birlikdə olacam” dediyi üçün qorxmuş və məcbur qalaraq onunla birlikdə olmuşdur. Polis onları axtardığı üçün Zaqatalaya getmişlər. Katexdəki evin yiyəsi Zibeydəyə zorla qaçırıldığını bildirmişdir. O, Elxanın atası Mursəllə telefonla danışmış, amma nə danışdığını hazırda xatırlamır. Mursəllə gürcü dilində danışmışdır. O, qaçırılan zaman atası Gürcüstanda olmuşdur. Gülüzar onu aldadaraq atasının bu işə razı olduğunu bildirmiş, amma anası ilə bağlı heç nə deməmiş, mövzunu dəyişmişdir. O, xalası ilə danışarkən razı olduğunu, heç bir problem olmadığını bildirmişdir. Belə ki, əgər o, xalasına razı olmadığını bildirmiş olsaydı, bəlkə də onu başqa yerə aparacaqdılar. O, Zübeydəyə telefonunu istədiyini demiş, sonuncu da gedib alacağını bildirmişdir. Bir az sonra təqsirləndirilən şəxs3 gələrək telefonu nə üçün istədiyini soruşmuş, o da Gürcüstandakı müdirinə zəng edərək işə gələ bilməyəcəyini bildirmək üçün telefon istədiyini demişdir. Həmin vaxt Elxan onun telefonunu, amma o, telefonla danışıb bitirdikdən sonra geri almışdır. Telefon onda olduğu 5 dəqiqəlik müddət ərzində o, ailə üzvlərinə məlumat verə bilməzdi. Çünki həmin vaxt təqsirləndirilən şəxs3 onun yanında olmuş və o, sonuncudan qorxmuşdur. O, Elxanla birlikdə ikinci mərtəbəyə qalxanda ev yiyəsi birinci mərtəbədə olmuşdur. O, evin ikinci mərtəbəsinə qalxanda Zibeydə ona çarpayı örtüyü verməmişdir. Ikinci mərtəbəki otaqda o, Elxanı əli ilə geri itələyərək yaxınına gəlməməsini bildirmişdir. Həm də o, həmin gün menstruasiya olduğu üçün Elxanla birlikdə olmaq istəməmiş və bu barədə Südabəyə də məlumat vermişdir. O, Südabənin onun menstruasiya olduğu barədə Elxana məlumat verdiyini düşündüyü üçün özü bu barədə Elxana heç nə deməmişdir. Zubeydəyə “möhkəm olacayıq” sözünü deyib-demədiyini xatırlamır. Zaqatalada olduqları yeri polis əməkdaşına evin yiyəsi bildirmişdir. O, Zaqatalada polisin verdiyi kağıza heç bir yazı yazmamışdır. Həmin vaxt o, polis əməkdaşına öz xoş ilə gəldiyini bildirmişdir. Həmin vaxt polis əməkdaşı tərəfindən ona qarşı heç bir təyziq olmamış, o, sadəcə olaraq həmin polis əməkdaşının Elxangilin tərəfini saxlayıb-saxlamadığını bilmədiyi üçün ona öz razılığı ilə gəldiyini bildirmişdir. Polis şöbəsində anası onun yanında olmuşdur. Ibtidai istintaq zamanı verdiyi ifadəsində Elxanın onunla birlikdə olmasını düzgün təsvir etmişdir. O, polis şöbəsində stres altında olduğu üçün anası gələnə qədər öz razılığı ilə qaçdığını demişdir. Zubeydənin əri Ramazan da evdə olmuşdur. Zubeydə onun Südabəyə ikinci mərtəbəyə çıxmaq istəmədiyini dediyini eşitmişdir. Elxanla birlikdə olan zaman orada ağ rəngli çarpayı örtüyünün olub-olmadığını xatırlamır. O, anasını görəndən sonra ifadəsini dəyişmiş, sadəcə olaraq anasını görəndə ağlayaraq özünə gəmiş və bundan sonra ifadəsini dəyişmişdir. O, qaçırılan zaman Elxana oxumaq istəməyi ilə bağlı heç nə deməmiş, sadəcə onu istəmədiyini və ona nifrət etdiyini bildirmişdir. Hadisə baş verənədək o, təqsirləndirilən şəxs3 tanımışdır. Belə ki, Elxan ona telefonla mesaj yazaraq onu istədiyini bildirmiş, amma o, Elxana onu istəmədiyini deyərək onun telefon nömrəsini bloklamışdır. Nicatın qaynanası olan Almaz onun xalasıdır. Südabə telefonla xalası Almaza zəng edərək ondan xalasına hər şeyin yaxşı olduğunu və öz razılığı ilə qaldığını deməsini istəmiş, o da razılaşmışdır. O, telefonda qışqırıb xalasından kömək istəsəydi, onu başqa yerə aparacaqlarından qorxmuşdur. Ona olan təyziq bundan ibarət olmuşdur ki, Gülüzar ona kəndlərində belə bir hadisənin baş verdiyini və qızın şikayət etdiyini, daha sonra isə evdə qaldığını bildirmişdir. O, polis şöbəsində anasının səsini eşidib ağlamağa başlamış və öz razılığı ilə qaçmadığını bildirmişdir. Elxanla otaqda hər hansı söhbət etdiklərini xatırlamır. Ona yalnız psixoloji təzyiq göstərilmiş, heç bir fiziki təzyiq göstərilməmişdir. Avtomobilin sürücü oturacağında Nicat, qabaq sərnişin oturacağında Cümşüd, arxa oturacaqda onun yanında isə təqsirləndirilən şəxs3 əyləşmişdir. Həmçinin həmin şəxs xarici görünüşdən polis əməkdaşına oxşamırdı. O, inanır ki, Elxanın onunla birlikdə olmasını qarşı çıxsa idi, sonuncu zorla onunla birlikdə olacaqdı. O, Elxana etiraz edərək həmin otaqdan qaçsa idi, evdə olan digər şəxslər Elxanın tərəfini tutacaqdılar. Evin yiyəsi olan Zübeydə onlara qarşı çıxa bilmirdi. Elxanla birlikə olduqdan sonra aşağı mərtəbəyə düşdükdə Gülüzargilə Elxanla birlikdə olduğu barədə heç nə deməmişdir. Həmin qadınları ora kimin çağırdığını bilmir, onun fikrincə həmin qadınların ora gəlməkdə məqsədləri onu razı salmaq olmuşdur. Valideynləri onun Elxanla evliliyinə razı olsaydı belə, o, yenə də razı olmayacaqdı. Ibtidai istintaq zamanı düzgün ifadə vermişdir, həmin ifadəni təsdiq edir. Çarpayı örtüyünün qatlanmış vəziyətdə yoxsa çarpayıya sərilmiş vəziyyətdə olduğunu xaırlamır. Hal-hazırda ailəsi ilə birlikdə Gürcüstan Respublikasında yaşayır. Təqsirləndirilən şəxslərlə barışımışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı oxşar məzmunlu, amma daha ətraflı ifadə verərək göstərmişdir ki, o, təhsil almaq üçün Gürcüstan Respublikasının Tbilisi şəhərinə getdikdən sonra ##.##.2023-cü il tarixdə ilk dəfə Azərbaycan Respublikasına gəlmişdir. Onun buraya gəlməkdə məqsədi ##.##.2023-cü il tarixdə dayısı qızı X7 nişanında iştirak etmək olmuşdur. təqsirləndirilən şəxs3 onların kəndçisi olmuşdur. Lakin Elxanla heç vaxt münasibəti, hətta salam-sağolu belə olmamışdır. Belə ki, sonuncu ilk dəfə təxminən 5 ay öncə “Whatsapp” tətbiqi vasitəsi ilə tanışlıq məqsədi ilə ona yazmış, o isə Elxana istəmədiyini bildirərək onun nömrəsini bloklamışdır. Elxan “Whatsapp” tətbiqi vasitəsi ilə ara sıra ona hər dəfə fərqli nömrələrdən yazsa da, o, hər dəfəsində Elxana istəmədiyini bildirərək onu bloklamışdır. Hətta mesajların birində Elxan ona onu qaçıracağını bildirmiş, amma o, Elxanın ciddi olduğuna inanmamışdır. ##.##.2023-cü il tarixdə Xanımın nişanında Elxan da iştirak etmiş, amma orada onunla hər hansı bir söhbət etməmişdir. Bundan iki-üç gün sonra Elxan yenidən “WhatsApp” tətbiqi vasitəsi ilə ona tanış olmaq istədiyini bildirmiş, o isə yenidən Elxanı nömrəsini bloklamışdır. Elxan hər dəfə ona yazanda o, anasına və bacısına bu barədə məlumat vermiş və ailə üzvlərinə də Elxanın onu narahat etdiyini bildirmişdir. ##.##.2023-cü il tarixdə atası Niyazi Gürcüstan Respublikasından onlara pul göndərdiyindən o, bacısı Meri ilə təxminən səhər saat 09 radələrində evdən çıxmış və taksilərin biri ilə X13 filialına getmişdir. Oradan atasının göndərdiyi 167 manatı götürərək Gürcüstan Respublikasında yaşayan rəfiqələrinə hədiyyə almaq üçün piyada Balakən bazarına düşmüşlər. Bazardan 2 ədəd portmanat aldıqdan sonra oradan Ititala kəndinə gedən, markasını və qeydiyyat nömrəsini xatırlamadığı avtobuslardan birinə minmişlər. Balakən rayonu Ititala kəndinin mərkəzinə çatmamış konfet almaq üçün ərzaq mağazalarının birinin yanında avtobusdan düşmüşlər. Mağazadan çıxdıqdan sonra evə gedərkən onlar xalası qızı X20 yoldaşı təqsirləndirilən şəxs2 görmüşlər. Həmin an sonuncu yolun o biri tayında olduğundan onlar Nicata başları ilə salam vermiş və sonuncu da, eyni qaydada onlara salam vermişdir. Həmin an Nicatın yanında kiminsə olub-olmadığını görməmişdir. Həmin mağazadan onların evinədək təxminən 25-30 dəqiqəlik yol olmuşdur. Onlar evə tərəf yola düşdükdən sonra Nicat qırmızı rəngli markasına və qeydiyyat nömrəsini xatırlamadığı maşını ilə onların yanından keçərək onların getdiyi istiqamətdə getmişdir. Balakən rayonu Ititala kəndinin mərkəzini keçdikdən sonra Elxanın əmisi X4 evinin yanında olarkən Nicatı yenidən görmüşlər. Həmin vaxt sonuncunun yanında 3 nəfər olmuş, lakin gözü uzağı yaxşı görmədiyindən Nicatın yanında olan 3 nəfərin kim olduğunu görə bilməmişdir. Nicat yanındakı 2 nəfər ilə maşına minərək onların evi istiqamətində getmişlər. Bu səfər sonuncu özünə məxsus qırmızı rəngli maşınla deyil, metalik rəngli maşınla onların evi istiqamətdə hərəkətə keçmişdir. Nicatı sonuncu dəfə gördüyü yerdən onların evinə kimi təxminən 5-6 dəqiqəlik yol olmuşdur. Evlərinə çatmağa təxminən 1- 2 dəqiqəlik məsafə qalan zaman həmin metalik rəngli maşının onların evi tərəfdən onlar istiqamətində gəldiyini, sükanda yenidən Nicatın olduğunu, sonuncunun arxasında yerləşən oturacaqdan təqsirləndirilən şəxs1, digər tərəfdən arxada yerləşən oturacaqdan isə Elxanın düşdüyünü görmüşdür. Cümşüd ilk öncə onun üzərinə cumaraq onu qucaqlayaraq saxlamış, daha sonra Elxan onun yanına çatan kimi onu buraxaraq bacısı Merini uzaqlaşdırmağa başlamışdır. Həmin an onların ikisi də qışqıraraq həmin şəxslərə müqavimət göstərməyə, Elxan isə onu maşına əyləşdirməyə çalışmışdır. Həmin an bacısı Meri Elxanın əynindəki qara rəngli gödəkcəsinə əl ataraq sonuncunun gödəkçəsini cırmışdır. Elxan onu zorla maşına mindirdikdən sonra Cümşüd qabaq sərnişin oturacağına əyləşmiş və onlar onun evinin əksi istiqamətində hərəkət etməyə başlamışlar. Maşında o, dəfələrlə qışqırsa da, onun köməyinə çatan olmamışdır. Onun qaçırıldığı zaman saat təxminən 13-14 radələri olmuşdur. O, maşında olarkən dəfələrlə Elxana şillə-təpik vursa da, onun zərbələri sonuncuya təsir etməmişdir. Təxminən 40-50 dəqiqə yol getdikdən sonra onu tanımadığı bir yerə gətirmişlər. Onlar maşında olarkən Cümşüd telefonda kiminləsə danışaraq yolda olduqlarını və ora gəldiklərini bildirmiş, həmin şəxsin kim olması barədə heç bir məlumatı olmamışdır. Oraya çatandan sonra tanımadığı bir nəfər həyətin darvazasını açmışdır. Darvazadan keçərək bir qədər irəllədikdən sonra maşını saxlayaraq ona maşından düşməyini desələr də, o, qorxduğundan, halsız olduğundan və evə qayıtmaq istədiyindən maşından düşməyəcəyini bildirmişdir. Elxan onun maşından düşmədiyini görərək yenidən maşına minmiş, onun yanında oturaraq maşından düşməyəcəyi təqdirdə özünün də onun yanında oturacağını bildirmişdir. O, sonuncunu görmək istəmədiyindən maşından düşmüş və Elxanın göstərdiyi ev tərəfə hərəkət etməyə başlamışdır. Həmin an yenidən qapıda başqa bir adam olduğunu görmüşdür. Həmin şəxslə onlara darvazanı açan şəxs bir olmamışdır. Onlar evə tərəf gedərkən tanımadığı bir qadın onları qarşılamış, xoş gəldin etdikdən sonra onu evin ikinci mərtəbəsinə qaldırmışdır. O, ikinci mərtəbədə tək oturan zaman ev yiyəsi xanım ona yaxınlaşaraq hər şeyin yaxşı olacağını, narahat olmamağını bildirmişdir. Bundan sonra o, həmin xanıma hər şeyi danışmağa başlamış, qaçırıldığını, öz xoşu ilə buraya gəlmədiyini bildirmişdir. Bundan sonra həmin qadın ona belə şeyin düzgün olmadığını, aşağı düşərək Elxan ilə danışacağını, öz qardaşına və ərinə bu barədə məlumat verəcəyini bildirmişdir. Təxminən saat 16-17 radələrində yuxarıda ona soyuq olduğundan aşağı mərtəbəyə düşmüşdür. Bu zaman Nicat ona hər şeyin yaxşı olacağını, gözəl ailəsi olacağını, sadəcə öz razılığı ilə gəlməyi barədə ərizə yazmalı olduğunu demişdir. O isə Nicata öz razılığı ilə gəlmədiyini, ona görə də bu məzmunda heç bir şey yazmayacağını bildirmişdir. Nicat yenə də, onunla eyni məzmunda söhbət aparmağa davam etmiş, lakin o, Nicata fikrinin dəyişməyəcəyini bildirmişdir. Daha sonra Elxan yanına gəlmiş və ondan nəyə görə həmin məzmunda ərizə yazmadığını soruşmuşdur. O, Elxana da eyni cavabı verdikdən sonra sonuncu ona onsuzda onu geri qaytarmayacağını, artıq hər şeyin olub-bitdiyini demişdir. Bundan təxminən bir saat sonra Nicatın anası, eləcə də Elxanın bibisi olan Südabə və sonuncunun qardaşı arvadı Gülüzar gəlmişlər. Hər ikisi onun qohumu olmuşdur. O, maşında və evdə olarkən dəfələrlə Elxana evlənmək istəmədiyini, oxumaq istədiyini bildirdiyindən çox güman ki, sonuncu Südabə gələr-gəlməz bu barədə sonuncuya məlumat vermişdir. Südabə bir qədər söhbət etdikdən sonra Elxanın atası, özünün qardaşı olan X5 zəng edərək onun oxumaq istədiyini sonuncuya bildirmiş və telefonu ona verməzdən əvvəl Mursələ onu oxudacağı barədə dediklərini ona deməyini bildirmişdir. Bundan sonra sonuncu telefonda onu oxudacağını və təhsilini bitirməyə imkan verəcəklərini demişdir. Telefon danışığı bitdikdən sonra Südabə və Gülüzar onunla söhbət etməyə başlamışlar. Südabənin məqsədi onun Elxan ilə cinsi əlaqəyə girməyi, Gülüzarın məqsədi isə onun öz razılığı ilə gəlməyi barədə ərizə yazmağından ibarət olmuşdur. Yekunda isə hər ikisi onu Elxanla cinsi əlaqəyə girməyə razı salmağa çalışmışlar. Hər iki şəxs ona təzyiq göstərək onun adının çıxdığını, artıq cinsi əlaqədə olmasa belə heç kimin onun üzünə baxmayacağını, ən yaxşı çıxış yolunun Elxanla cinsi əlaqəyə girərək ailə qurmaq olduğunu bildirmişlər. Təxminən bir saat ona təzyiq göstərdikdən sonra zorla ona ərizə yazdırmışlar. Hər iki şəxs ərizə yazmayacağı təqdirdə onun biabr olacağını, ailəsinin belə onu qəbul etməyəcəyini bildirmişlər. Hətta Gürcüstan Respublikasında olan atası ilə danışdıqlarını, atasının belə razılığının olduğunu demişlər. Bundan sonra o, atasının razı olduğunu fikirləşdiyindən, ailə üzvlərinə zidd getmək istəmədiyindən və artıq qadınların təzyiqinə dözə bilmədiyindən sonunu fikirləşmədən öz razılığı ilə gəlməyi barədə ərizə yazmışdır. Artıq həmin anlarda hər şeydən bezmiş, həm qorxu hissi, həm də ailəsinin yanında olmaması onu pis vəziyyətə salmışdır. Bundan sonra Südabə onu və Elxanı yuxarı göndərərək cinsi əlaqədə olmalı olduqlarını bildirmişdir. O, artıq qorxudan özünü itirmiş, hər iki qadın nə deyirdisə hər şeyin bitməsi üçün razılıq vermişdir. Bundan sonra Elxanla birlikdə yuxarı qalxmış, sonuncu ona yaxınlaşmaq istəyən zaman o, Elxandan uzaqlaşmışdır. Hətta dəfələrlə Elxana yalvararaq istəmədiyini, onun evlənmək kimi bir niyyətinin olmadığını bildirmişdir. Elxanı uzaqlaşdırdıqca sonuncu yenə də, ona yaxınlaşmış, qorxusundan nə edəcəyini bilməmişdir. Elxan hər dəfəsində ona öz xoşluğu ilə razı olmağını, əks təqdirdə ona qarşı zor tətbiq edəcəyini, zor tətbiq edəcəyi halda isə onun sonuncuya güc gələ bilməyəcəyini bildirmişdir. O, artıq ağlamaqdan və təzyiqlərdən çox halsız düşmüş, hər şeyin tez bir zamanda qurtarmasını istəmişdir. Bundan başqa Elxana müqavimət göstərəcəyi təqdirdə ona xəsarət yetirəcəyindən qorxduğundan sonuncunun dediyi ilə razılaşmış və əynindəki qara rəngli koja şalvarı ilə, boz rəngli tumanını çıxararaq kürəyi üstə yatağa uzanmışdır. O, əynini çıxaran zaman Elxan da öz əynindəki paltarları çıxarmış, sonuncu ondan fəqli olaraq tam şəkildə soyunmuşdur. Soyunmazdan əvvəl Elxanın əynində qara rəngli gödəkcəsi, üstü zolaqlı açıq qəhvəyi köynəyi, göy şalvarı, qara maykası olmuşdur. Elxanın tumanının nə rəngdə olmasını görməmişdir. Bundan sonra Elxan onun üzərinə uzanmış və onu öpməyə başlamış, o isə öz növbəsində Elxandan uzaqlaşmağa çalışmışdır. Təxminən 10-15 dəqiqə onun üzərində uzandıqdan sonra cinsi orqanını onun cinsi orqanına salmağa başlamış, 4-5 dəfə cinsi orqanına saldıqdan sonra çox ağrıdığından artıq ondan əl çəkməsini bildirmişdir. Həmin vaxt Elxanın onun içinə boşalıb-boşalmamasını dəqiq bilməmişdir. Elxan ilə cinsi əlaqədə olarkən aybaşı olmuşdur. Hətta aybaşı olmağını hamısı bilmişdir. Lakin Südabə ona heç bir problem olmayacağını, cinsi əlaqədə olmalı olduğunu bildirmişdir. Buna görə də, yuxarı qalxarkən ev yiyəsi olan xanım onlara yarı kəsili vəziyyətdə olan döşək üzlüyü vermiş və cinsi əlaqədə olarkən əsas döşək üzlüyü batmasın deyə altlarına sərmələrini tapşırmışdır. Cinsi əlaqədə olduqdan sonra həmin o kəsilmiş döşək üzlüyünün üzərində qan olmuşdur. Həmin qanın aybaşı olmağı nəticəsində mövcud olan qan olması və ya bakirəliyinin pozulması nəticəsində mövcud olması barədə heç bir məlumatı yoxdur. Həmin gün onlar sadəcə bir dəfə təbii yolla cinsi əlaqədə olmuş, qeyri-təbii yolla cinsi əlaqədə olmamışlar. Onlar cinsi əlaqədə olduqdan sonra aşağı düşmüşlər. Aşağı düşməklərindən təxminən yarım saat sonra Südabə və Gülüzər getmişlər. Elxan polislərin buraya gəlmə ehtimalının olduğunu və buradan getməli olduqlarını bildirmişdir. Elxanın nəyə görə bu qənaətə gəlməsi barədə heç bir məlumatı yoxdur. Bundan sonra təxminən saat 18-19 radələrində onlar evi tərk etmiş, ev yiyəsinin qardaşı oraya taksi çağırmışdır. Onlar taksiyə mindikdə haraya getdiklərini bilməmişdir. Lakin bir qədər getdikdən sonra Zaqatala rayonununda olduqlarını bilmişdir. Orada Elxanın uzun müddətdir ki, tanıdığını bildirdiyi bir kişinin evinə getmişlər. Həmin kişinin adının nə olduğunu bilməmişdir. Evdə həmin kişidən başqa heç kim olmamışdır. Bütün bu hadisələr baş verərkən Cümşüd və Nicat onların yanlarında olmuşlar. Zaqatalaya gedərkən belə hər ikisi onlarla birlikdə gəlmişlər. Zaqatalada evinə getdikləri kişi belə onun qaçırıldığını bilmiş, lakin həmin kişi də, ona köməklik göstərməmişdir. Onlar orada yemək flan yedikdən sonra təxminən 01 radələrində o, yatmaq üçün otağa keçmişdir. O, yataq otağına gedən zaman Elxana onun yanında yatmamasını bildirmiş, Elxan onunla bir otaqda yatsa da yanında yatmamışdır. Sonuncu otaqda yerləşən divanın üzərində yatmışdır. Səhər saat 09 radələrində durduqdan sonra hamının yuxudan ayıldığını görmüşdür. Təxminən saat 13-14 radələrində Elxan onu otağa çəkərək Gülüzarın, sonuncunun əri Zahirin və bir polis əməkdaşının gələcəyini bildirmiş və ondan təkidlə öz xoşluğu ilə gəldiyini qeyd etməyini tələb etmişdir. O da qorxduğundan Elxanla razılaşmışdır. Bir qədər sonra həmin 3 nəfər gəlmişlər. O, polis əməkdaşına öz xoşluğu ilə gəldiyini bildirsə də polis onları Balakən Rayon Polis Şöbəsinə gətirmişdir. O, öz xoşluğu ilə getməmiş, onu zorla qaçırmışlar. Ona psixi təzyiqlər edərək, ailəsinin, valideynlərinin bu işdə razı olduqlarını bildirərək Elxanla cinsi əlaqədə olmağa məcbur etmişlər. O, sonuncunun hədələrindən qorxduğundan cinsi əlaqədə olmaq məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş şahid13 zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş şahid12 Ziyad oğlu göstərdi ki, ## ###### 2023-cü il tarixdə Daxili Işlər Nazirliyinin “102” qaynar xətti vasitəsilə Əfsaənə adlı xanımın müraciəti Balakən Rayon Polis Şöbəsinə daxil olmuşdur. Əfsanə xanım müraciətində qızı Sofiyanın qaçırıldığını bildirmişdir. Onlar həmin xanımla əlaqə saxlayaraq onun yanına getmişlər və sonuncu hadisəni ətraflı şəkildə onalara danışaraq qızının təqsirləndirilən şəxs3 tərəfindən qaçırıldığını bildirmişdir. Onlar həmin şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər. Ilk öncə onların yerini öyrənmək üçün təqsirləndirilən şəxs3 yaxın qohumları olan Südabə və Gülzar adlı xanımlarla görüşüb profilaktik söhbət apararaq Sofiyanın anasının bu işə narazı olduğunu bildirmişlər. Onlar buna təəcüblənərək Sofiyanın, Elxanın və iki nəfər digər şəxsin Katexdə bir tanışlarının evində olduqlarını bildirmişlər. Onlar həmin ünvana getsələr də adları qeyd olunmuş şəxslər orda olmamışlar. Onlar ev sahibindən həmin şəxslərin harada olduqlarını soruşduqda ev sahibi həmin şəxslərin bir neçə dəqiqə öncə çıxıb getdiklərini bildirmişdir. Onlar ev sahibindən həmin şəxslərin niyə getdiklərini soruşduqda ev sahibi polisin gələcəyini bildikləri üçün getdiklərini demişdir. Ev sahibi onlara həmin şəxslərin üç nəfər kişi və bir nəfər qadın olduqlarını, onlarda heç bir zorakılıq əlamətlərinin olmadığını, qızın zorla gətirilmədiyini bildirmişdir. ## ###### 2023-cü il tarixdə Elxanın, Sofiyanın və digər iki nəfər şəxsin yerinin müəyyənləşdirilməsi üçün Elxanın atası Mursəl Umuxanovu polis şöbəsinə dəvət edərək profilaktik söhbət aparmışlar. Mursəl Umuxanov onun xidməti otağında olan zaman sonuncunun qardaşı oğlu X11 Umuxanova zəng etmişdir. O, həmin zaman Mursəl Umuxanova işarə etmişdir ki, Elxangilin harda olduğunu soruşsun. Şahin Umuxan da əmisi X27 harda olduğunu bildiyini demişdir. O, həmin an telefonu Mursəl Umuxanovun əlindən alaraq Şahin Umuxanovla danışmış və ona heç bir narahtçılıq olmadığını, Elxangilin polis şöbəsinə gəlmələrini, əgər qarşı tərəf razıdırsa heç bir problemin olmayacağını bildirmişdir. X8 belə deməkdə məqsədi Elxangilin yerini müəyyən etmək olmuşdur. Belə ki, o, Şahinlə danışaraq onu arxayın salıb həmin şəxslərin Zaqatalada olduqlarını öyrənmişdir. Şahin Umuxanov həmin şəxslərin harada olduqlarını ona dərhal deməmişdir. O, Şahinə qızla həmkəndli olduqlarını, gedib qız evini razı salacaqları təqdirdə heç bir problem olmayacağını deyərək onu Elxangilin olduqları yeri deməyə razı salmışdır. O, Şahinlə danışarkən sonuncudan Elxanın yerini öyrənən zaman Şahinin sonradan Elxana onunla telefon danışığı barədə məlumat verəcəyi ehtimalını nəzərə alıb Şahinə heç bir problem olmadığını, Cahid adlı polis əməkdaşını onların yanına qızın adından ərizə almaq üçün göndərəcəyini və bununla da məsələnin həll olacağını bildirmişdir. Bundan sonra o, ikin olaraq həmin yerə kəndin sahə rəisi üzrə köməkçisi şahid11 adlı polis əməkdaşını göndərmişdir. O, şahid11 həmin şəxslərin yaxın qohumları ilə birlikdə onların olduqları yerə getməsi və həmin şəxsləri polis şöbəsinə gətirməsi ilə bağlı tapşırıq vermişdir. Təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsin könüllü azad edilməsi ilə bağlı polisə əvvəlcədən heç bir məlumat verilməmişdir. Təqsirləndirilən şəxslərin polis əməkdaşının Zaqatala rayonuna onların olduqları evə getməsi barədə öncədən məlumatlarının olub-olmadığını bilmir. Cahid adlı polis əməkdaşı Elxanı və Sofiyanı polis şöbəsinə dəvət edib gətirmək üçün Zaqatala rayonuna getmişdir. Cahid adlı polis əməkdaşının zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə alıbalmadığı barədə məlumatı yoxdur. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs polis şöbəsinə daxil olduqdan sonra anasını görən kimi ağlamağa başlamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş şahid11 göstərdi ki, hadisə günü polis əməkdaşı şahid12 ona zəng edərək qız qaçırtma məsələsi ilə bağlı məlumat vermiş və təqsirləndirilən şəxs3 əmisi və bibisi ilə birlikdə Zaqatala rayonuna gedib onları polis şöbəsinə gətirməsini tapşırmışdır. O da tapşırığı icra edərək Elxangili Zaqatala rayonunun Çökək kəndindən götürərək polis şöbəsinə gətirmişdir. O, Elxanın əmisi ilə əlaqə saxladıqda sonuncu bu işlə bağlı postlar qurulduğundan gələ bilməyəcəklərini dediyi üçün o, özü onların olduqları yerə yaxınlaşaraq onları Balakən rayonunun Ititala kəndindən götürmüş və onlarla birlikdə şəxsi avtomobili ilə Zaqatala rayonuna getmişdir. Elxanın əmisi də Elxangilin yerini dəqiq bilməyərək ev sahibi Ibrahimə zəng etmiş, sonuncu da onları qarşılamışdır. Zaqataladakı evdə Zərərçəkmiş şəxs vəziyyəti yaxşı olmuş və sonuncu sərbəst olmuşdur. O, Elxangili Zaqatala rayonundan götürüb polis şöbəsinə aparanda avtomobildə Elxan, Sofiya, Elxanın əmisi və bibisi olmuşdur. Onun fikrincə Elxanın əmisi Elxana onunla, yəni polis əməkdaşı ilə birlikdə gəlməsi barədə məlumat vermişdir. O, Zaqatalada zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə təklikdə görüşməmiş, ondan könüllü gəlib-gəlməməsi barədə heç nə soruşmamış və bu barədə ondan ərizə almamışdır. O, Zərərçəkmiş şəxs polis şöbəsinə gedərək orada ərizə yazmalı olduğunu bildirmişdir. Zaqatalada Elxangili ona görə təbrik etmişdir ki, həmin vaxt polis əməkdaşı olaraq Zaqatalaya tək getmiş və Elxangili polis şöbəsinə aparmalı olmuşdur. Avtomobildə zərərçəkmiş şəxsin anası ilə görüşmək istəməməsinə dair nəsə dediyini xatırlamır. Əksinə Zərərçəkmiş şəxs polis şöbəsinə daxil olan kimi anasını istəmişdir. O, Zaqatalada zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nəsə çətinliyinin olub-olmadığını soruşaraq çətinliyi varsa ona deyə biləcəyini bildirmiş, sonuncu isə heç bir çətinliyinin olmadığını demişdir. O, daha öncə Elxangilin axtarışı ilə bağlı Katex kəndindəki evə də getmiş, amma Elxangil orada olmamışdır. Onlar ev sahibindən qızın məcburi aparılıb-aparılmadığını soruşduqda ev sahibi qızın sərbəst şəkildə 3 nəfər oğlanla getdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərdi ki, hadisə günü səhər saatlarında o, özünü narahat hiss eydiyi üçün oğlu təqsirləndirilən şəxs3 qoyunlara baxmağa getməsini xahiş etmiş, sonuncu da razılaşmışdır. Bundan sonra onlar yemək masasında olarkən yoldaşının əmisinin rəhmətə getməsi ilə bağlı xəbər almışlar. O, yas mərasimində ayaq üstə dura bilməyəcəyi üçün oğlunu yas mərasiminə göndərmiş, özüm isə qoyunlara baxmağa getmişdir. Saat 11 radələrində oğluna zəng edərək harada olduğunu soruşmuş, oğlu da yas mərasimində olduğunu bildirmişdir. O, Elxandan evdə kiçik bir iş olduğunu deyərək evə gəldikdə onu həll etməsini xahiş etmiş, sonuncu da qəbul etmişdir. Saat 13 radələrində ona tanımadığı nömrədən zəng edilərək oğlunun qız qaçırtması barədə məlumat verilmiş, amma o, inanmamışdır. O, sonradan öyrənmişdir ki, ona zəng edən Sofiyanın atasının əmisi imiş. Həmin şəxs ondan qızı axşam saat 8-ə kimi təhvil verməklərini tələb edərək qızı el adəti ilə verəcəklərini bildirmişdir. O, bu xəbəri eşidərək evə gəlmişdir. Yolda yeznəmi görmüş və sonuncu onu evə düşürtmüşdür. Yenicə evə gəlmişdir ki, polis əməkdaşları onu polis şöbəsinə çağırmışlar. Polis əməkdaşları ondan oğlunun harada olduğunu soruşmuşlar, o da bilmədiyimi demişdir. Polis əməkdaçları da bu məsələni aydınlaşdırmaq üçün onu polis şöbəsinə aparmışlar. Onların adətinə görə qız qaçırıldıqda onun atasına və anasına yox, qohumlarından kiməsə hər hansı yerdə görüşüb müzakirə edilməsi üçün xəbər verilir. O, gəlinə “nəsə xəbər olsa gedin danışın, əgər narazılıq olsa qızı gətirin ailəsinə təhvil verin” deyə bildirmişdir. Onu polis şöbəsinə apararaq oğlunu tapmağını istəmişlər. Təxminən saat 17 radələrində onu polis şöbəsindən buraxmışlar. Daha sonra bacısı ona zəng edərək Elxanla Sofiyanın yanında olduğunu, Sofiyanın bir problem haqqında onunla danışmaq istədiyini bildirmişdir. Sonra bacısı telefonu Sofiyaya vermiş və sonuncu ona “mən Tiflisdə oxuyuram, təhsilim yarımçıq qaldı. Ancaq Elxanla təhsilimi davam etdirəcəyimə dair razılaşmışıq və sizdən təhsilimi davat etdirməyimə şərait yaratmağınızı istəyirəm” deyə bildirmişdir. O da Sofiya ilə razılaşaraq “oxu, harada istəyirsənsə orada yaşa, mənim üçün fərq etməz” deyərək onunla sağollaşmışdır. Bundan sonra telefon söndüyü üçün onların harada olduqlarını soruşa bilməmişdir. Yenidən əlaqə saxlamaq istədikdə isə ona zəng çatmamış, o da artıq telefonun batareyasının bitdiyini anlamışdır. Daha sonra axşamüstü polislər yenidən onu şöbəyə çağıraraq oğlunun harada olduğunu soruşmuşlar, o da bilmədiyini söyləmişdir. O, polis şöbəsində olarkən onun bacısına zəng etmişlər, bacısı həmin vaxt Elxangilin yanında olmuşdur. Daha sonra Zübeydə xanımın evi soyuq olduğu üçün onlar Zaqatalada olan Ibrahim adlı tanışın evinə getmişlər. O, Ibrahim adlı tanışını 1989-cu ildən bəri tanımışdır. Ibrahim ona “əgər narazılıq varsa, evimə gəlməyə icazə vermirəm” deyə bildirmişdir. Sonra narazılıq olmadığı üçün yeyib-içmişlər, gecəni də isə həmin evdə qalmışlar. Elxan olduğu yer barədə Şahinə məlumat vermiş, Şahin bu barədə öz atası Zahirə demiş, Zahir də Elxangilin yanınagetmişdir ki, onları polis şöbəsinə gətirib izahat yazdırsın. Həmin vaxt polis əməkdaşı Cahid də onlarla birlikdə getmişdir. Elxan polis əməkdaşları onu gəlib şöbəyə aparsın deyə öz yerini Şahinə demişdir. Sofiya polis şöbəsində izahat verərkən heç bir problemin olmadığını, razı olduğunu bildirmiş, amma prokurorluğa getdikdə anası icazə verməmişdir. Hadisə günü onu və qardaşı Zahiri polis şöbəsinə aparmışlar. Onun polis şöbəsinə iki dəfə aparmışlar. Belə ki, həmin gün təxminən saat 17 radələrində onu polis şöbəsindən buraxmışlar, saat 19 radələrində isə yenidən çağırmışlar. O, polis şöbəsində olarkən Şahin ona zən etməmişdir. mənə zəng etməyib. Hadisənin səhərisi günü o, polis şöbəsində olarkən qardaşı oğlu Şahin ona zəng edərək Elxanın və Sofiyanın polis şöbəsinə gələcəklərini bildirmişdir. O, həmin vaxt mobil telefonu Elxan adlı polis əməkdaşına vermiş və sonuncu Şahinlə danışmağa başlamışdır. Elxangil Cahid adlı polis əməkdaşı ilə birlikdə evdən çıxdıqdan sonra Şahin ona zəng etmişdir. Zahir və Gülüzar Elxangilin yanına getmək istədikdə onun əmisi oğlu Bayram Cahidə “onların yerləri artıq məlumdur, get izahat al” deyə bildirmişdir. Sofiya telefonda onunla danışarkən heç bir narazılıq bildirməmiş, sadəcə oxumaq məsələsini söyləmiş və onun razılığını aldıqdan sonra sağollaşmışlar. O, bacısı Südabəyə “əgər narazılıq varsa qızı ailəsinə təhvil verin” deyə bildirmiş, amma qız geri gəlməmişdir. Hətta Sofiya öz xalası ilə danışarkən da heç bir problem olmadığını, geri getmək istəmədiyini bildirmişdir. O, polis şöbəsində Sofiyanın anasına bu qohumluğu davam etdirməsi üçün yalvarmış, amma sonuncu razılaşmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş şahid9 göstərdi ki, təqsirləndirilən şəxs3 uzun illərdir ki, atası Mursəl Umuxanov və əmisi Zahir Umuxanovun vasitəsi ilə tanıyır. ##.##.2023-cü il tarixdə Bakı şəhərindən yaşadığı Zaqatala rayonu Çökək kəndinə gəlmiş, dostları ilə Zaqatala rayonunda yerləşən kafelərdən birində yeyib-içdikdən sonra evinə getmişdir. Həmin vaxt içkili olduğundan saatın neçə olmasını xatırlamasa da, evə çatdıqdan təxminən 1 saat sonra Zahirin oğlu Şahin ona zəng edərək əmisi oğlu Elxanın qız qaçırtdığını, qızın öz xoşluğu ilə qaçdığını bildirərək 3-4 saatlıq onlara gəlib-gələ bilməyəcəyini soruşmuş, o da, Şahinə etiraz etməmişdir. Təxminən yarım saat sonra telefonunda qeydiyyatı olmayan bir nömrədən ona zəng gəlmiş, telefonu götürdükdən sonra telefondakı şəxsin Elxan olduğunu və həyətin qabağında olduğunu öyrənən zaman sonuncuya həyətə girmələrini demişdir. Bundan sonra həyətə düşərək qızın könüllü gəlməsindən arxayın olmaq üçün qızla ilkin olaraq özü söhbət etmək istəmişdir. Həyətə düşdükdə 3 oğlan və 1 qızın olduğunu görmüş, sadəcə Elxanı tanımışdır. Sonradan, yəni istintaq zamanı isə digər 2 şəxsin adının Cümşüd və Nicat olduğunu, qızın adının isə Sofiya olduğunu bilmişdir. Həyətə düşdükdən sonra 5 dəfə Sofiyadan öz xoşluğu ilə gəlibgəlmədiyini soruşmuş, hər dəfəsində həmin qız ona öz istəyi ilə gəldiyini bildirdikdən sonra həmin şəxsləri öz evinə qəbul etmişdir. Onlar evdə 20-25 dəqiqə oturduqdan sonra Cümşüd və Nicat marketə gedəcəklərini bildirərək evdən çıxmış, həmin vaxt isə onlar evdə söhbət etməyə başlamışlar. 15 dəqiqə sonra Cümşüd və Nicat evə geri qayıtmışlar. Sonuncular marketdən pendir, sosiska, araq və sair şeylər almışlar. Onlar birlikdə süfrə açdıqdan sonra yemək yeməyə başlamış, həmin vaxt Sofiyada hər hansı bir narahatçılığın olmasının şahidi olmamışdır. Onlar araq içdikdən sonra köməkləşərək birlikdə süfrəni yığışdırmışlar. O, bu zaman Sofiyaya evdə 4 otaq olduğunu, istədiyi otaqda tək qala biləcəyini bildirmişdir. Bundan sonra isə Elxanı qırağa çəkərək evində qətiyyən cinsi əlaqədə olmalarını istəmədiyini bildirmişdir. Sonuncu isə onun bu dediyinə etiraz etməmişdir. Həmin gün səhərə qədər yuxusu gəlmədiyindən yatmamış, Sofiyanın otaqlardan birinə keçərək istirahət etməsinin şahidi olmuşdur. Lakin digər oğlanların yatıb-yatmadıqlarını xatırlamır. Elxanın Sofiya ilə bir otaqda yatıb-yatmaması barədə heç bir məlumatı yoxdur. Lakin bildiyi qədəri ilə Elxan və Sofiya onun evində cinsi əlaqədə olmamışlar. Səhər saat 7-8 radələrində o, Elxanı yanına çağıraraq artıq yaxınlarına zəng etməli, həmin şəxslərdən oraya gəlib özlərini aparmalarını istəməsini bildirmişdir. Onun kimə zəng etməsini bilməsə də, zəng etdiyini görmüşdür. Gürcü dilində danışdığından nə danışdıqlarını başa düşməmişdir. Elxanın yaxınlarına zəng etməsindən bir müddət keçmiş sonuncunun əmisi Zahir və Gülüzar, eləcə də Balakən RPŞnin əməkdaşı Cahidin gəldiyini görmüşdür. Ümumiyyətlə kimin gələcəyindən məlumatı olmadığı kimi polis əməkdaşının da gələcəyindən məlumatı olmamışdır. Onlar evə gəldikdən təxminən 5-10 dəqiqə sonra Cahid, Gülüzar, Zahir, Elxan və Sofiya evi tərk edərək Balakən şəhərinə getmişlər. Həmin şəxslərin evdən getməsində çox qısa bir zaman sonra 2 nəfər adını bilmədiyi polis əməkdaşları gələrək X16 RPŞ-ə dəvət etmiş, sonuncular da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə getmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş şahid8 göstərdi ki, Hadisə günü günorta saatlarında Zərərçəkmiş şəxs əmisi onların evinə gələrək qaynı oğlu təqsirləndirilən şəxs3 qız qaçırdığını deyərək qızın təhvil verilməsini və toy edilməli olduğunu bildirmişdir. Bundan sonra o, qaynı Mursəlgilin evinə doğru yollanmış, ancaq evdə heç kim olmamışdır. Həmin an oğlu Şahin ona zəng edərək Elxanın qız qaçırtdığını və Katex kəndində olduğunu bildirmişdir. O, bunu eşitdikdən sonra baldızı Südabə ilə birlikdə taksi tutub həmin kəndə Elxangilin yanına getmişdir. Evə çatdıqda Zərərçəkmiş şəxs pəncərənin qarşısında oturub ev sahibəsinin balaca qızı ilə oynadığını görmüşdür. Daha sonra Zərərçəkmiş şəxs onları görərək yaxınlaşmış və onlarla qucaqlaşıb görüşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs zorla qaçırılmasına dair hallar olmamış, sonuncu təhsilini davam etdirməsinə şərait yaradılması şərti ilə bu işə razılaşacağını bildirmişdir. Onlar da təhsillə bağlı kiminsə yerinə söz verə bilməyəcəklərini demişlər və həmin vaxt baldızı Südabə qaynı Mursələ zəng edərək Sofiyanın tələblərini ona söyləmişdir. Hətta Mursəl də “əgər qız istəmirsə qızı gətirin” deyə bildirmişdir. Daha sonra Mursəl Sofiya ilə danışaraq ona təhsilini davam etdirməsinə icazə verəcəyini, onlara ev alacağını bildirmişdir. Onların danışıqları bitdikdən sonra o, Sofiyadan qaçırılacağını öncədən bilib-bilmədiyini soruşmuş, sonuncu bildiyini, ancaq razılıq vermədiyini demişdir. O, artıq anlamışdır ki, Sofiya öz istəyi ilə gəlmişdir. Sofiya ona danışmışdır ki, o, bacısı ilə birlikdə rayonda olmuşlar, kəndə gəldikdə oradakı mağazanın yanında düşmüşlər, həmin vaxt qohumu Nicatı görüb salamlaşmış və onu qaçıracaqlarını hiss etmiş, amma bir qədər getdikdən sonra artıq onu qaçırtmayacaqlarını düşünmüşdür. O, Sofiyadan Elxanı istəyib-istəmədiyini soruşmuş, Sofiya əvvəl istəmədiyini, ancaq Elxan ona qaçıracağını dedikdən sonra meyli yarandığını bildirmişdir. O, həmin gün Sofiyaya Elxanla yaxınlıq etməli olduğuna dair heç nə deməmiş, əksinə əvvəllər qardaşının da qız qaçırtdığını, sonra qızın xəstəxanalıq olduğunu deyərək yaxınlaşmaq kimi bir halın olmamasını tapşırmışdır. Həmin gün Elxanla Sofiyanın cinsi əlaqədə olduqlarını bilməmiş, bu barədə sonradan məlumatı olmuşdur. Sofiya tez-tez ev sahibəsi ilə birlikdə çölə çıxmışdır. O, ev sahibəsindən bunun səbəbini soruşduqda sonuncu Sofiyanın xəstə olduğunu və halsız olduğunu bildirmişdir. Həmin gün o və baldızı Südabə oruc tutduqları üçün Katexdəki evdə su ilə oruclarını açmışlar. O, namaz qılıb aşağı düşdükdən sonra ev sahibəsindən evdə yemək olub-olmadığını soruşmuş, ev sahibəsi də olduğunu bildirmişdir. Bundan sonra hamısı birlikdə yemək yeyib söhbətləşmişlər. Həmin vaxt onlar Sofiyaya öz razılığı ilə gəlməsinə dair ərizə yazdırmışlar. Sofiyanın Azərbaycan dilində tələffüzü yaxşı olmadığı üçün o, diktə etmiş, Sofiya isə yazmışdır. Onlar evə yollandıqda o, Sofiyaya “artıq sən bu oğlanla qalacaqsan, sonra bizi biabır etmə” demiş, Sofiya da razı olduğunu, Elxanla qalacağını bildirmişdir. Onlar artıq evə gəldikdən sonra Sofiyanın atası ona zəng edərək “anasından başqa kimi istəyirsənsə polis şöbəsinə apar, qızla görüşün” demişdir. Həmin vaxt çox gec olduğundan o, Elxanı və Sofiyanı səhər polis şöbəsinə aparmağı məsləhət bilmişdir. Səhər olduqda Elxangil zəng edərək olduqları yeri bildirmişlər. Bundan sonra o, həyat yoldaşı Zahir və bir polis əməkdaşı Zaqatala rayonuna yollanmışlar. Orada Sofiyaya bir sənəd göstərilərək razı olubolmadığı soruşulmuş, sonuncu da razı olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı onların hamısını polis şöbəsinə aparmışdır. O, Sofiyanı polis şöbəsinin qapısını önünə qədər ötürmüşdür. Həmin vaxt Sofiya ona “müəllimə, narahat olmayın, kim gəlsə də çıxası deyiləm. Məni bura niyə gətiribsiz?” deyə soruşmuş, o da axtarışda olduğu üçün polis şöbəsinə gəldiklərini bildirmişdir. Sofiya polis şöbəsində razı olduğunu bildirmişdir. Həmin vaxt Sofiyanın anası da polis şöbəsində darvazanın önündə olmuş, daha sonra isə prokurorun yanına getmişdir. Prokuror da polis rəisindən onu Sofiyagillə görüntülü danışdırmasını istəmişdir. Bundan sonra Sofiyanın anası qızı ilə bir otaqda olarkən qızına “gözünün yaşını töksən belə səni o oğlanın yanında qoymayacam” demişdir. Beləliklə, Sofiyanı anasına vermişlər. Bundan sonra prokuror onları yanına dəvət etmiş və qızın zorla qaçırıldığını, qızın istəmədiyini bildirmişdir. O, prokurordan Sofiyanın onların yanına gətirilməsini xahiş etmiş, prokuror da Sofiyanı, eləcə də sonuncunun anasını və bacısını çağırdı. Prokuror Sofiyaya “sən bu müəllimədən səni aparmasını istədin?” deyə sual verdikdə Sofiya “yox” deyə cavb vermişdir. Bir müddət sonra kəndin ağsaqqallarını Sofiyanın ailəsinin evinə göndərmişlər, ancaq ailəsi Sofiyanı otağa bağlayaraq yanına heç kimi buraxmamışdır. Hətta Sofiyanın nənəsi ağlayaraq “mən qızımın öhdəsindən gələ bilmirəm, qızı mənə də göstərmirlər” deyə bildirmişdir. Bu hadisədən bir il sonra qaynı ilə birlikdə Tibilisi şəhərinə gedərək Sofiyanın ailəsini dəvət etmişlər. O, Sofiyanın ailəsinə hadisəni başa salaraq Elxanın ailəsinin yaxşı ailə olduğunu, hətta hamısısını bir-biri ilə qohum olduqlarını deyərək qızı Elxana vermələrini, necə lazımdırsa toy etməyi təklif etmiş, amma Sofiyanın anası “qız mənimdir, kimə vermək lazımdır özüm bilərəm” deyərək etiraz etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş şahid5 göstərdi ki, hadisə günü onlar yas mərasimində olan zaman qardaşı Murtuzəliyə zəng gəlmiş və qardaşı onların evinə qonaq gələcəyini bildirmişdir. O, qardaşına anası xəstə olduğu üçün onun qonaqlarını öz evində qonaq edə biləcəyini demiş, qardaşı da razılaşmışdır. O, təxminən saat 15:00 radələrində yas mərasimindən çıxaraq evinə getmişdir. Bütün hazırlıqları görüb bitirdikdən sonra Elxangil və Sofiya adlı qız onlara qonaq gəlmişlər. O, həmin şəxsləri çox mehriban şəkildə qarşılamışdır. Onların evi iki mərtəbəli olmasına baxmayaraq birinci mərtəbə dar olduğundan Elxanı və Sofiyanı ikinci mərətəbəyə qaldırmış və nə lazım olsa ona səslənmələrini demişdir. Daha sonra Elxan və Sofiya yuxarı mərtəbə soyuq olduğu üçün aşağıya düşmüşlər və Sofiya gəlib sobanın yanında əyləşmişdir. Amma onlar gürcü dilində danışdıqları üçün onların nə barədə söhbət etdiklərini bilməmişdir. Daha sonra o, Sofiya ilə danışmağa başlamış və onlar bir-birilıəri ilə tanış olmuşmuçlar. Həmin zaman qız həyəcanlanmışdır. O, Sofiyadan nə olduğunu soruşduqda Sofiya qaçırıldığını bildirmişdir. O, dərhal çölə çıxıb həyat yoldaşına zəng etmiş və belə bir məsələ olduğunu demişdir. Həyat yoldaşı evə gəldikdən sonra Elxan, Nicat və Cümşüdlə söhbət etmişdir. O, yenə də onların nə barədə söhbət etdiklərini bilməmişdir. Daha sonra o, qızını bağçadan götürmək üçün getmiş və evə gələndə Sofiyanın sobanın yanında oturduğunu görmüşdür. Sofiya ona telefonunun olmadığını deyərək telefon istəmişdir. o, Sofiyadan öz telefonunun harada olduğunu soruşduqda Sofiya telefonunun Elxanda olduğunu bildirmişdir. O, Elxana yaxınlaşaraq Sofiyanın telefonunu geri istəmiş və ondan nə gizlətdiklərini soruşmuşdur. Elxan və yanındakı şəxslər ona hər şeyin yaxşı olacağını bildirmişlər. O, Elxangilə bu məsələ barədə polisə məlumat vermələrini təkif etmişdir. O, Elxandan Sofiyanın telefonunu götürüb Sofiyaya vermişdirş Həmin vaxt Sofiya kiməsə zəng etmək istədikdə telefondan mobil nömrənin çıxarıldığını bilmişlər. O, Elxanı çağıraraq nə üçün mobil nömrəni telefondan çıxardığını soruşmuş, Elxan da mobil nömrəni telefona taxmışdır. Sofiya kiməsə zəng etmək istəmiş, həmin vaxt Elxan telefonu onun əlindən alaraq çölə çıxmışdır. Bundan sonra o, nə baş verdiyini bilməmişdir. Belə ki, o, heyvanlarını bir araya yığmaq üçün tövləyə getmiş və təxminən bir saat sonra geri qayıtdıqda Südabə və Gülüzar adlı xanımlar gəlmişlər. O, həmin qadınlarla söhbət edib bu məsələ haqqında məlumat vermişdir. Həmin qadınlar ondan Sofiyanın nə dediyini soruşmuşlar, o da Sofiyanın Elxangil tərəfindən qaçırıldığını dediyini bildirmişdir. Sofiya həmin qadınlarla çox yaxşı görüşmüş və onlar birlikdə söhbət etməyə başlamışlar. Amma onlar gürcü dilində danışdıqları üçün onlar nə barədə danışdıqlarını bilməmişdir. Həmin vaxt Sofiya Südabə xanımın telefonu vasitəsi ilə Elxanın atası ilə də danışmışdır Şahid şahid5 birinci instansiya məhkəməsində ona verilən suallara cavab olaraq göstərdi ki, Elxanın və Sofiyanın cinsi əlaqədə olması barədə onun heç bir məlumatı olmamışdır. Sofiya Elxanla cinsi əlaqədə olması barədə ona heç nə deməmişdir. O, Sofiyadan nəyə görə üç nəfər oğlanla birlikdə onun evinə gəldiyini soruşmamış, Sofiyanın Elxanın həyat yoldaşı olduğunu düşünmüşdür. Həmin vaxt Sofiya gərgin vəziyyətdə olmamışdır. Sofiya onların evinə gəldikdən təxminən bir saat sonra onun qaçırıldığını bilmişdir. Sofiya ona təhsil aldığını, Elxanı istəmədiyini bildirmişdir. Gülüzar xanım Sofiyaya nəsə yazdırmışdır. Amma onlar gürcü dilində danışdıqları üçün nə yazdırdığını bilməmişdir. Elxan və Sofiya onların evindən çıxıb gedən zaman Sofiya ona hər şeyin yaxşı olacağını bildirmişdir. Sofiya onların evində ağlamamış, heç bir narazıçılığı olmamışdır. Elxan Sofiyaya heç bir fiziki və ya psixi təyziq göstərməmişdir. Elxan həmişə onların evinə qonaq gələn birisi olmuşdur. O, hadisə günü yalnız Elxanın və Elmirin onlara qonaq gələcəyini bilmişdir. Elxan qız qaçırdığı üçün o, bundan qorxmuş və Elxana polisə məlumat verməsini təklif etmişdir. Sofiya avtomobildən düşəndə Elxanla əl-ələ tutmuşdu. O, Sofiya və Elxanı yuxarı mərtəbəyə qaldıranda Sofiyanın qaçırılması barədə məlumatı olmamışdır. Sofiya qaçırılması barədə ona aşağı mərtəbəyə düşdükdən sonra, o, yemək hazırlayarkən məlumat vermişdir. Sofiya qaçırılması ilə bağlı ondan kömək istəməmişdir. Elxanın evli yaxud subay olması barədə onun məlumatı olmamışdır. Südabə və Gülüzar adlı xanımlar Sofiya ilə danışmaq üçün gəlmişlər. Südabə xanım Elxana və Sofiyaya ayrılıqda söhbət etmələrini demişdir. Həmin vaxt Sofiya qadın xəstəliyi olduğunu deyərək ondan döşək üzü istəmişdir. həmin vaxt Elxan pilləkandə oturmuş, otağa daxil olmamışdır. O, gedib Sofiya üçün bez alıb gəldikdən sonra Elxanın və Sofiyanın oturub söhbət etdiklərini görmüşdür. O, aldığı bezi Sofiyaya verib aşağı düşmüşdür. O, Sofiya və Elxanın onun evində cinsi əlaqədə olduqlarını bilməmiş, bu barədə ibtidai istintaq zamanı prokurorluqda bilmişdir. Sofiya olduğu yeri bildirmək üçün konum atmaq istəmiş, amma həmin konumu kimə göndərəcəyi barədə onun məlumatı olmamışdır. Elxan onun da telefonunu əlindən almışdır ki, polisə zəng etməsin. Polisə zəng etmək istəməyinin səbəbi narahat olmağı idi. Südabə və Gülüzar adlı xanımlar Sofiyaya artıq olan olub, barışmaq lazım olduğunu bildirmişlər. Sofiya Elxanın atası ilə gürcü dilində danışdığı üçün onların nə danışdıqlaeını başa düşməmişdir. Sofiya özü sonrdan ona Elxanın atasının onun təhsil almasına razı olduğunu bildirmişdir. Elxan Sofiya ilə cinsi əlaqədə olmaq üçün yuxarı mərtəbəyə qalxamağa görə onun həyat yoldaşı Ramazandan icazə almış və Sofiyanın da bu işə razı olduğunu bildirmişdir. Həyat yoldaşı isə bunun üçün imam nikahının olmasını tələb edərək icazə verməmişdir. O, döşək üzünü Sofiya yatağa sərməsi üçün verməmişdir. Sofiya ona Elxanla cinsi əlaqədə olması barədə heç nə deməmişdir. Elxangil getikdən sonra onun oğlunun burnundan qan açılmış və o, paltar şkrafından parça götürərək uşağın burnunun silmiş və həmin parça otaqda qalmışdır. Polis əməkdaşları həmin qanlı əski barədə sual vermişlər, o da həmin əskidəki qanın uşağının burnunun qanı olduğunu bildirmişdir. hadisə yerinə baxış zamanı şəkilmiş fotoşəkildəki döşək üzündəki qan Sofiyaya məxsus ola bilər. Polis əməkdaşlarının Elxangili axtarması barədə onun məlumatı olmuşdur. Elxangil onların evinə təxminən günorta saat 16:00 radələrində gəlmiş və 00:00 radərində getmişlər. O, Elxangilə gecə onların evində qalmalarını təklif etməmişdir. Polis əməkdaşları saat 00:10-da evə daxil olmuşlar. Polis əməkdaşları Südabə xanımla birlikdə gəlmişlər. O, Ramazan və Elxan arasında olan danışığı bilavaitə eşitməmiş, daha sonra Ramazan bu barədə ona danışmışdır. Sofiya ona verdiyi döşək üzünü cırmışdır. Həmin döşək üzünün bir hissəsi çarpayının yanında kiçik dolabın üzərində, digər hissəsi isə otaqda küncdə olmuşdur. Sofiyanın istifadə etdiyi döşək üzündə qan olmuşdur. Sofiya döşək üzünü yuxarı mərtəbədə istifadə etmişdi. Elxan və Sofiya ikinci mərtəbəyə Südabə və Gülüzar xanım gəldikdən sonra qalxmışlar. Elxan və Sofiya söhbət edə-edə yuxarı qalxmışlar, öndə Sofiya, arxada isə Elxan qalxmışdır. Südabə xanım Elxana və Sofiyaya ikinci mərtəbəyə qalxıb söhbət etmələrini demişdir. Belə ki, Südabə xanım Sofiya ilə söhbət etdikdən sonra Elxanı çağırmış və ona Sofiya ilə birlikdə oturub söhbət etməsini tapşırmışdır. Hətta Südabə xanım istəsələr aşağıda qaz sobasının yanında və ya çöldə söhbət etmələrini təklif etmişdir. Elxan və Sofiya isə ikinci mərtəbəyə qalxmışlar və təxminən 10-15 dəqiqə sonra aşağı düşmüşlər. Südabə xanım onlardan bir məxrəcə gəlib-gəlmədiklərini soruşmuş, Sofiya da hər şeyin yaxşı olduğunu bildirmişdir. Şahid şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ##.##.2023-cü il tarixdə saat 14 radələrində yaşadıqları kənddə qohumu rəhmətə getdiyi üçün həmin qohumlarıgilə yas mərasiminə getmişdir. Onunla qardaşı Murtuz Tinətiyev də yas yerində olmuşdur. O, yas evində olduğu zaman qardaşı həyətdən ona zəng vuraraq qonaqları gələcəyini dediyində o, qardaşı Murtuz Tinətiyevə anası xəstə olduğu üçün qonaqları evə aparmamağını, həmin qonaqları öz evlərinə göndərməyini demişdir. O, Murtuz Tinətiyevin qonaqlarının kimlər olduqlarını bilməmişdir. O, yas yerindən saat 15 radələrində evə getdiyi zaman ondan bir müddət sonra əvvəllər tanıdığı təqsirləndirilən şəxs3 yanında 1 nəfərlə adını sonradan bildiyi Sofiya ilə onlara gəlmişdir. Elxan və Sofiya gəldikdə sonuncu titrək vəziyyətdə olmuşdur. O, Sofiyanın üşüdüyünü düşünüb sonuncunu evin içərisinə aparmış, lakin Elxan həyətdə qalmışdır. Onlar evə daxil olduqda Sofiya ondan su istəmiş, o da Sofiyaya bir stəkan su vermişdir. Sonra Sofiya ondan qadın xəstəliyi ilə bağlı qanaxması olduğu üçün qadın bezi istəmiş və o da Sofiyaya bir ədəd bez vermişdir. O, Elxanın əvvəllər subay olduğunu bildiyi üçün evləndiyini düşünmüş və Sofiyaya xoşbəxt olmaları barədə xeyir dua vermişdir. Həmin zaman Sofiyaya ona evli olmadığını, Elxan tərəfindən qaçırıldığını demişdir. Sofiya ona Elxanı istəmədiyini, Gürcüstanda təhsil aldığından xəyalları olduğunu demişdir. Sonra o, Elxandan Sofiyanın telefonunu götürərək yanına qayıtmışdır. Sofiya telefonuna baxdığında içərisində nömrə olmadığını görmüşdür. O, Elxanı evə çağırdığında Sofiyanın nömrəsini Elxandan istəmiş və sonuncu nömrəni Sofiyaya vermişdir. Sofiya nömrəni telefona qoşduqda ondan evlərindədə “wifi” olubolmadığını soruşmuş, o isə “wifi” olduğunu demişdir. Sonra Sofiya nömrəni telefondan çıxarıb geri Elxana vermişdir. O sonra Sofiyanın telefonunu götürərək internetə qoşmuşdur. Sofiya “WhatsApp” proqramına girdiyində Elxan Sofiyadan kimə yazdığını soruşmuş və Sofiya cavabında iş yoldaşına sonrakı gün işə gələ bilməyəcəyini bildirdiyini demişdir. X12 telefonunu götürdüyündə o, Elxandan telefonu niyə götürdüyünü soruşmuş, Elxan ona Sofiyanın olduğu yeri bildirməməsi üçün götürdüyünü demişdir. O, Elxana polisə zəng vuracağını dediyində sonuncu onun telefonunu əlindən almış, lakin zor tətbiq etməmişdir. Elxan onun telefonuna harasa zəng vurub-vurmadığına baxıb telefonu geri vermişdir. O, telefonunda vəsait olmadığı üçün heç bir yerə zəng vura bilməmişdir. X12 telefonunu götürüb çölə çıxmışdır. Onların həyətlərinə başqa tanımadıqları iki nəfər oğlan gəlmiş və hər ikisi çöldə Elxan ilə söhbət etməyə başlamışlar. Həmin şəxslərin adı Cümşüd və Nicat olmuşdur. O, Elxana bu işdən narahat olduğunu deyərək polisə məlumat verəcəyini dediyində, Elxan ona narahat olmamağını və hər şeyin yaxşı olacağını deyərək qohumlarının gələcəyini demişdir. Həmin ərəfələrdə Ramazan evdə olmamışdır. Ramazan qonaqları qarşıladıqdan sonra işlərini görməyə getmişdir. Bir müddət sonra Ramazan, onun arxasıyca Südabə və Gülüzar gəlmişdir. Həmin ərəfələrdə o, evə gələn şəxsləri qarşılamaqla məşğul olduğundan Ramazanla söhbət edə bilməmişdir. O, həmin qadınlara xoş gəldiklərini bildirərək evə dəvət etmişdir. Südabə və Gülüzar evə keçməzdən əvvəl qadınlardan biri ondan qızın nə dediyini soruşduğunda, o, sonunculara qızın razılığı olmadığını demişdir. Sonra qadınlar evdə Sofiya ilə söhbət etdiklərində hər üçü gürcü dilində danışdıqları üçün o, nə söhbət etdiklərini başa düşməmişdir. O, qadınların yanında Sofiyadan nə dediklərini soruşduğunda, Sofiya ona qadınların “artıq olan olub, barışmaq lazımdı” dediklərini bildirmişdir. Həmçinin həmin iki nəfər qadın Sofiyanı Elxanın atası ilə telefonla danışdırmışlar, lakin o, yenə də dili bilmədiyi üçün nə danışdıqlarını bilməmişdir. Sonra qadınlar ondan kağız-qələm istəmişdir. O, kağız-qələm verdiyində Sofiya özü qadınların diktə etdiklərini, yəni öz xoşluğu ilə getməsi barədə ərizə yazmışdır. O, çölə çıxaraq evə qayıtdığında Sofiyadan təkrar nə danışdıqlarını soruşduğunda, həm Sofiya, həm də qadınlar razılığa gəldiklərini bildirmişlər. Sonra qadınlardan birinə Almaz adlı qadından zəng gəldiyində Sofiya həmin qadınla telefonla danışmış, lakin yenə də o, heç nə başa düşməmişdir. O, Sofiyadan zəng vuranın kim olduğunu soruşduğunda sonuncu xalası olduğunu demişdir. O, Südabə, Gülüzar və Sofiyanı baş-başa qoyub həyətə öz işlərini görmək üçün getmişdir. Bu zaman o, Ramazana qızın zorla qaçırıldığını, lakin hazırda aralarında razılıq olduğunu bildirmişdir. Ramazan da ondan qızın dəqiq razı olduğunu soruşduqda, o, içəridə olanları danışmış və qərara gəlmişlər ki, hər iki tərəf razıdırsa özlərinin edəcək bir şeyi yoxdur. Bir qədər sonra Elxan çölə çıxaraq Ramazandan evin 2-ci mərtəbəsinə qalxıb-qalxa bilməyəcəyini soruşmuşdur. Ramazan isə nəyə görə qalxmaq istədiklərini soruşduqda Elxan ona Sofiyanın da razı olduğunu və cinsi əlaqəyə girmək istədiklərini bildirmişdir. Ramazan Elxandan imam nikahı edibetməyəcəklərini soruşmuş və bunu etdikdən sonra cinsi əlaqədə olmalarının daha məsləhətə uyğun olacağını bildirmişdir. Elxan isə Ramazana belə bir adətlərinin olmadığını bildirmişdir. Bundan sonra O, Elxan və Sofiyaya altlarına sərmələri üçün ağ parça vermişdir. Elxan və Sofiya onların yanından keçərək normal şəkildə yuxarı qalxmışlar. Həmin vaxt Elxan Sofiyaya hər hansı bir zorakılıq etməmişdir. Sofiyanın hər hansı bir narazılığının olması görsənməmişdir. Təxminən 15-20 dəqiqə sonra Elxan və Sofiya aşağı düşmüşlər. Yenə də, Sofiyanın nədənsə narahat olmağı hiss olunmamışdır. Elxan və Sofiyanın yuxarıda olduqları müddət ərzində nə qışqırıq, nə ağlamaq nə də başqa bir şey eşidilib görülməmişdir. Onlar da, normal olaraq qızın razılığı olduğunu düşünmüşlər. Bundan sonra o, həyətlərində öz işlərini görməyə davam etmişdir. Həmin gün axşam saatlarında Sofiya, Elxan və digər iki nəfər oğlan onların evindən çıxıb getmişlər. Sonuncular getdiklərində Sofiya onunla opüşüb görüşmüş və sağollaşmışdır. O, Sofiya getdiyi zaman sonuncudan razılığı olub-olmadığını soruşduğunda, sonuncu ona razı olduğunu bildirərək “möhkəm olacayıq” sözünü demişdir. O, Sofiyanın bacısı ilə yolu getdiklərində Elxanın və yanında olan şəxslərin Sofiyanı zorla avtomobilə əyləşdirdiklərini bildirmişdir. O, dövlət orqanlarına ilk öncə məlumat vermək istəsə də telefonunda konturu olmamış, həm də daha sonra əri Ramazanın gəlməsini gözləmişdir. Ramazan gəldikdən sonra artıq hər iki tərəf razılaşdığından məlumat verməyə ehtiyac duymamışlar. O, evinə kiminsə zorla qaçırılıb gətiriləcəyini bilməmişdir. təqsirləndirilən şəxs3 həmin gün Sofiyanı hədələməsini, zorla cinsi əlaqəyə razı salmağa çalışmasını, döyməsini, vurmasını, təhqir etməsini görməmişdsir. Sofiya onlara və ya hər hansı başqa birilərinə cinsi əlaqəyə girmək istəməməsi barədə heç nə deməmişdir. Elxan Sofiya ilə birlikdə evin ikinci mərtəbəsinə qalxan zaman hər hansı bir zorakılıq etməmiş, Sofiya cinsi əlaqədə olmaq üçün yuxarı qalxan zaman ağlamamış, normal yuxarı qalxmışdır. Sofiya qaçırılarkən bacısı yanında olduğundan, eləcə də, onların evində olarkən sonuncunun xalası ilə danışdığından o, problem olacağı təqdirdə Sofiyanın ailəsinin müvafiq dövlət qurumlarına məlumat verəcəyini fikirləşmişdir. Bu səbəbdən də onlar müvafiq dövlət qurumlarını narahat etmək istəməmişlər (cild 2, iş vərəqə 159-164). Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərdi ki, hadisə baş verən gün evinin həyətyanı sahəsində iş görmüşdür. Həmin vaxt qardaşı oğlu təqsirləndirilən şəxs3 ona zəng edərək fermaya getmək üçün avtomobilini istəmişdir. O da Elxana fermaya getdiyi üçün ordan bir qoyun da gətirməsini istəmiş və sellofan örtüyü avtomobilin yük hissəsinə sərmişdir ki, qoyunu gətirə bilsin. Elxan gələrək avtomobili götürmüş və çıxıb getmişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs əmisi Rövşən Musayev onların evinə gələrək səs-küy salmış və ondan avtomobilinin harada olduğunu soruşmuş, o da avtomobilinin fermada olduğunu bildirmişdir. Bundan sonra Rövşən Musayev ondan uşaqlarının harada olduğunu, onun avtomobilinin hazırda kimdə olduğunu soruşmuşdur. O da Rövşən Musayevə uşaqların işdə olduğunu, qardaşı oğlu Elxanın isə onun avtomobili ilə fermaya getdiyini bildirmişdir. Həmin vaxt Rövşən Musayev qardaşı qızı Sofiyanın Elxan tərəfindən qaçırıldığını bildirmişdir. O, dərhal Elxana zəng etmiş, amma onun telefonuna zəng çatmamışdır. Həmin gün axşam o, Elxanın həqiqətən də qız qaçırdığını bilmişdir. Onun arvadı və bacısı Sofiyanın öz xoşu ilə getdiyini yoxsa qaçırıldığını aydınlaşdırmaq və əgər qız könüllü getməyibsə onu geri gətirmək üçün Elxangilin olduqları yerə getmişlər. Südabə və Gülüzar gecə yarısı evə gələrək Sofiyanın öz xoşu ilə getdiyini və buna dair ərizə yazdığını bildirmişlər. Növbəti gün səhır saatlarında oğlu Şahin ona zəng edərək Elxanın və Sofiyanın Zaqatalada olduğunu deyərək onları Zaqataladan götürüb polis şöbəsinə təhvil verməsini istəmiş, o da razılaşmışdır. O, Elxangilin harada olması barədə qardaşı Mursələ zəng edib məlumat vermək istəmiş, amma Mursəl polis şöbəsində olduğu üçün ona zəng çatmamışdır. Şahinin qardaşı Mursələ zəng edib-etməməsi barədə məlumatı yoxdur. Bundan 20 dəqiqə sonra Sofiyanın atası ona zəng edərək hadisə barədə soruşmuş, o da ona hadisə barədə məlumat vermişdir. Sofiyanın atası ona qızın anasını ora aparmamasını, bacılarından kim olursa olsun onu aparmasını istəmişdir. O, Elxanı və Sofiyanı götürmək üçün yola çıxmışdır. Həmin vaxt ona Cahid adlı polis əməkdaşının gəlib onu götürəcəyini və Elxangilin olduqları yerə birlikdə gedəcəklərini bildirmişlər. Təxminən 20 dəqiqə keçdikdən sonra Cahid adlə polis əməkdaşı gəlmiş və ona “bəy və gəlini götürməyə gedək” deyə bildirmişdir. O və arvadı Cahidin avtomobilinə əyləşmişlər və onlar birlikdə Elxangilin olduqları yerə getmişlər. Onlar Katex kəndindən çıxanda Cahid telefonla oynamağa başlamış və elefonda uşağına “mən evdə olmayacam, anaya de çörək alsın” demişdir. O, Cahiddən bunun nəyin parolu olduğunu soruşmuş, Cahid isə heç bir parol olmadığını, sadəcə olaraq uşağı ilə danışdığını bildirmişdir. Yolda gedən zaman Cahidin avtomobilinə 10 manatlıq yanacaq da almışdır. O, Elxangilin yerini dəqiqləşdirmək üçün şahid9 zəng etmiş və Ibrahim yolun kənarına çıxaraq onları evinə aparmışdır. Onlar evı çatdıqda Sofiya onlara çay vermiş, hətta Cahid də onlarla birlikdə çay içmişdir. Onlar çay içib evdən çıxdıqları zaman o, həyətdə polis şöbəsinə məxsus avtomobilin dayandığını görmüşdür. Həmin zaman özündən asılı olmayaraq Cahidə “sənin çörək məsələn bu idi?” deyə sual vermişdir. Onlar Cahidin avtomobilinə əyləşərək polis şöbəsinə getmişlər. Polis şöbəsinə çatdıqdan sonra Sofiya hər şeyin yaxşı olduğunu və öz xoşu ilə gəldiyini deyərək onlara narahat olmamalarını bildirmişdir. Sofiya polis şöbəsinin rəisinin müavinin otağına girib çıxdıqdan sonra müavin otaqdan çıxaraq toya hazırlaşmalarını bildirmişdir. Amma Sofiyanın anası gəldikdən sonra bu hadisələr baş vermişdir. Onlar Elxangilin olduğu yerə birbaşa onların məlumatı olmadan getmişlər və onlara polis şöbəsinə getməli olduqlarını bildirmişlər. Elxangil də buna heç bir etiraz etməmişlər. Onun fikrincə o, Cahid polis əməkdaşı ilə getməsəydi belə Elxan və Sofiya onunla polis şöbəsinə gedərdilər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş şahid3 göstərdi ki, ## ###### 2023-cü il tarixdə saat təxminən 16-17 radələrində anası şahid8 ilə danışan zaman anası ona polislərin gəldiyini, bir azdan ona zəng edəcəyini bildirmişdir. O anasından polislərin nəyə görə gəldiyini soruşduqda anası ona əmisi oğlu təqsirləndirilən şəxs3 qız qaçırtdığını bildirmişdir. Bundan sonra o, atası şahid4 zəng etmiş, amma atasına zəng çatmamışdır. Buna görə əmisi Mursələ Umuxanova zəng etmiş, amma sonuncu da onun zənginə cavab verməmişdir. O, daha sonra əmisi oğlu təqsirləndirilən şəxs3 zəng etmiş, amma onun da nömrəsinə zəng çatmadığından onunla danışa bilməmişdir. Bir qədər sonra əmisi Mursəl ona zəng edərək oğlu Elxanın dostları Nicat və Cümşüdlə birlikdə qız qaçırtdığını bildirmişdir. O, bibisi oğlu Nicatın da Elxanla birlikdə olduğunu öyrəndikdən sonra iki-üç dəfə Nicata zəng etmiş, amma sonuncuya da zəng çatmamışdır. Həmin gün təxminən saat 18-19 radələrində tanımadığı bir nömrədən ona zəng gəlmiş və o, telefon zənginə cavab verdikdə danışanın Elxan olduğunu bilmişdir. O, etdiyi hərəkətə görə Elxana irad tutmuş, onun etdiyi hərəkətə görə atasını və əmisini polis şöbəsinə apardıqlarını bildirmişdir. Bundan sonra şəbəkə itdiyindən Elxanla danışa bilməmişdir. Təxminən saat 22-23 radələrində Elxan tanımadığı mobil nömrədən ona zəng etmişdir. O, yenidən Elxanı tənqid edərək qız öz xoşu ilə gəlibsə nəyə görə üzə çıxmadığını və polis şöbəsinə getmədiyini soruşmuşdur. Elxan ona “gedirik” dedikdən sonra telefonu məşğula almış, o, yenidən Elxanı yığaraq cümləsini tamamlamağa çalışsa da həmin nömrəyə zəng çatmamışdır. Həmin vaxt Elxan ona Balakən rayonu Katex kəndi ərazisində kombinatda olduğunu bildirdiyi üçün o, əmisi Mursələ zəng edərək bu barədə məlumat vermişdir. Əmisi Mursəl isə polislərin artıq bunu bildiklərini, oraya baxdıqlarını, amma Elxangilin artıq oradan çıxdıqlarını bildirmişdir. ## ###### 2023-cü il tarixdə səhər saatlarında ona tanımadığı nömrədən zəng gəlmiş və o, həmin zəngi açdıqda danışanın atasının tanışı Ibrahim olduğunu bilmişdir. Ibrahim ona Elxangilin onlarda olduğunu bildirmişdir. O, Ibrahimdən Elxangili evdən çıxmağa qoymamağını xahiş etmişdir. Bunu xahiş etməkdə məqsədi Elxangilin olduğu yeri polisə bildirmək olmuşdur. Bundan sonra o, Ibrahimə telefonu Elxana verməsini bildirmişdir. Elxan telefonu götürdükdən sonra o, yenidən Elxana irad tutaraq qaçmaqdan xeyir tapmayacağını bildirmişdir. Elxan ona qızın razı olduğunu dedikdə o, Elxana bunun daha da yaxşı olduğunu, polis şöbəsinə gedib izahat verərək çıxıb getmələrini bildirmişdir. Həmin vaxt o, anası Gülüzara zəng edərək atasını və polis əməkdaşını götürüb Elxangilin Zaqatala rayonunda olduqları yerə getmələrini bildirmişdir. Bir qədər sonra isə əmisi Mursəllə danışaraq atası ilə anasını polis əməkdaşları ilə birlikdə Elxangilin yanına göndərdiyini demişdir. O, əmisi Mursəldən harada olduğunu soruşduqda sonuncu Balakən Rayon Polis Şöbəsində Bəxtiyar adlı polis əməkdaşının yanında olduğunu bildirmişdir. Bundan sonra Bəxtiyar adlə polis əməkdaşı telefonu əmisi Mursəldən götürərək onunla danışmağa başlamış, o da eyni şeyləri Bəxtiyara da bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 göstərdi ki, Hadisə baş verən gün o işdə olmuş, günorta vaxtı işdən çıxıb evə doğru getmişdir. Evə çatmağa az qalmış gəlini ona zəng edərək Nicatgilin Əfsanə xalasının qızını qaçırdıqlarını bildirmişdir. O, həmin an nə edəcəyini bilməmiş və qardaşı Mursələ zəng edərək bu barədə məlumat vermişdir. O, evə çatıqdan sonra çöldən səslər gəldiyini eşidib çölə çıxdıqdan gələn şəxslərin Əfsanə, sonuncunun qızı və baldızı olduğunu görmüşdür. Əfsanə belə bir hadisə baş verdiyinə görə səs-küy salaraq qızını geri gətirmələrini tələb etmişdir. O, Əfsanəyə həmin hadisə barədə yeni məlumatının olduğunu deyərək onu bir az sakitləşdirmiş və onlar çıxıb getmişlər. O, daha sonra yenidən işə getmiş və həmin an heç nədən xəbəri olmamışdır. Axşam qardaşı Mursəl ona zəng etdikdə sonuncuya Əfsanənin onlara gəldiyini və çox əsəbi olduğunu demişdir. Bundan sonra şahid8 ona zəng edərək Sofiyanın əmisinin onlara gəldiyini, qızı geri gətirmələrini istəyərək onu razılıqla verəcəklərini dediyini bildirmişdir. Işdən sonra Gülüzar ilə birlikdə Sofiyanın aparıldığı yerə getmişlər. Həmin yer böyük bir həyətyanı sahədən və içərisində köhnə bir evdən ibarət olmuşdur. Həmin vaxt ev sahibəsi evdən çıxaraq onları qarşılamış və onlar birlikdə evə daxil olmuşlar. O, evə daxil olanda Sofiyanın kiçik uşaqla oynadığını görmüşdür. Sofiya onu görüb ayağa qalxmış və gəlib onu qucaqlayaraq heç bir problem olmadığını, Elxanla danışdığını, təhsil almağına maneçilik törədilmədiyi halda onunla razılaşdığını bildirmişdir. O, Sofiya ilə söhbət edərək köçəcəyi evdə oxumaqla bağlı ona heç bir maneçilik törədilməcəyini demiş və ona telefonda qardaşı Mürsəllə danışmasını təklif etmışdır. Sofiya razılaşaraq Mursəllə danışmışdır. Bir az keçdikdən sonra Sofiya çölə çıxmışdır. O, ev yiyəsindən Sofiyanın hara getdiyini soruşduqda ayaqyoluna getdiyini demişdir. Sofiya əgər istəsə idi həmin böyük həyətdən qaçıb gedə bilərdi. Elxan içəri gəldikdən sonra hamısı birlikdə yemək yemişlər. O, Elxana və Sofiyaya birlikdə oturub söhbət etmələrini təklif etmişdir. Sonradan bilmişdir ki, Elxanla Sofiya günorta birlikdə olmuşlar. O, yenidən Sofiyadan razı olub-olmadığını soruşduqda sonuncu razı olduğunu, heç bir problem olmadığını bildirmişdir. Həmin vaxt Gülüzar Sofiyadan bununla bağlı ərizə yazmasını istəmişdir. Gülüzar evin sahibəsindən qələm və vərəq istədikdə Sofiya özündə qələm və vərəq olduğunu deyərək gedib çantasından gətirmiş və ərizə yazmağa başlamışdır. Həmin ərizə onda qalmışdır, ərizəni məhkəməyə təqdim edə bilər. O, Sofiyadan telefonla kiminləsə danışmaq istəyib-istəmədiyini soruşduqda, o xalası ilə danışmaq istədiyini bildirmişdir. Buna görə onlar Sofiyanın xalasına zəng etmiş və onlar danışmışlar. Sofiya xalasına narahat olmamasını və her şeyin qaydasında olduğunu bildirmişdir. Sofiyaya heç bir təyziq və təsir göstərilməmişdir. Bundan sonra o, qardaşı Mursələ zəng etmək istəyəndə telefonun enerjisi bitmiş və onlar çıxıb öz evlərinə getmişlər. O, evə gələn kimi telefonu enerjiyə qoşaraq Mursələ zəng etmiş, ona qızın yaxşı olduğunu və heç bir problem olmadığını bildirmişdir. Həmin vaxt Mursəl polis şöbəsində Bəxtiyar adlı polis əməkdaşının yanında olmuşdur. O, hər şeyin yaxşı olduğunu və onlara Sofiyanın olduğu yeri göstərə biləcəyini bildirmişdir. Beləliklə, onları Sofiyagilin olduqları yerə aparmış, amma həmin vaxt onlar orada olmamışlar. O, ev sahibəsindən onların nə üçün getdiklərini soruşduqda, ev sahibəsi ev dar olduğu üçün getdiklərini bildirmişdir. Bundan sonra o, polis şöbəsinə gedərək ifadə vermişdir. Həmin vaxt Sofiyanın anası gələrək səs-küy salmağa başlamışdır. O, Sofiyanın anasına qızının heç bir narazılığının olmadığını, əgər qızı istəsəydi onu özləri ilə birlikdə gətirəcəklərini bildirmişdir. Onlar polis şöbəsində izahat verdikdən sonra evə getmişlər. Növbəti gün onları yenə polis şöbəsinə çağırmışlar. Həmin gün Nicatı, Cümşüdü, Elxanı və Sofiyanı da polis şöbəsinə gətirmişlər. Hətta polis şöbəsində polis əməkdaşları onları təbrik edərək burada heç bir zorlama olmadığını, gedib rahat toylarını edə biləcəklərini bildirmişlər. Amma Sofiyanın anası razılaşmamış və qızının fikrini dəyişdirmişdir. O, Katexdəki evdə Sofiyaya “onsuzda adın çıxıb, yuxarı çıx Elxanla birlikdə ol” kimi sözlər deməmiş, onların yuxarı mərtəbəyə çıxdıqlarını görməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısı Əfsanənin qızı, təqsirləndirilən şəxs3 isə həmkəndlisi olmaqla yanaşı uzaqdan qohumu olmuşdur. ##.##.2023-cü il tarixdə Sofiya Elxan tərəfindən oğurlandıqdan sonra onların hamısı Əfsanənin evində olmuşdur. Təxminən saat 20 radələrində Elxanın bibisi Südabənin ona zəng etdiyini görmüş, telefon zənginə cavab verdikdən sonra Südabə ona Sofiyanın onunla danışmaq istədiyini bildirmişdir. Həmin vaxt Südabənin Sofiyanın yanında olduğunu, sonuncunu onunla danışdıracağını bilməmişdir. Sofiya ilə danışmağa başlayan zaman sonuncu ona hər şeyin yaxşı olduğunu, burada qalacağını bildirmiş, o, Sofiyadan “səni zorlamı saxlıyırlar” deyə soruşduqda Sofiya ona öz xoşluğu ilə qaldığını bildirmişdir. Bundan sonra o, Sofiyadan harada olması barədə soruşmuş, lakin Sofiya harada olduğunu bilmədiyini demişdir. Əfsanə qıraqdan ona 10 gün olsa da, 1 ay olsa da Sofiyanı oradan çıxardacağını bildirdiyindən o da həmin sözləri Əfsanənin adından Sofiyaya demişdir. Sofiya ona heç bir cavab vermədən telefonu söndürmüş, daha sonra isə sonuncu ilə heç bir əlaqəsi olmamışdır. Sofiya onunla danışan zaman səsində boğunuqluq, narahatçılıq və ya ağlamaq hiss edilməmişdir. Sofiyanın anası ilə deyil də onunla danışmasının səbəbini həmin vaxt bilməsə də, sonradan Südabə ona orada olarkən Sofiyadan kiminlə danışmaq istəyərsən deyə soruşduğunu, sonuncu isə onunla danışmaq istədiyini bildirdiyindən ona zəng etdiyini demişdir. Sofiya Elxanla cinsi əlaqədə olubolmaması barədə ona heç bir şey deməmişdir. Ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş şahid7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs3 5-6 ilə yaxın müddətdir ki, tanıyır. Sonuncu ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. ##.##.2023-cü il tarixdə uzaq qohumu Səlahəddinin yas mərasimi olduğundan iştirak etmək üçün oraya getmişdir. Təxminən saat 13-14 radələrində təqsirləndirilən şəxs3 onun istifadəsində olan 050-427-20-26 nömrəsinə zəng edərək onlara qonaq gəlmək istədiyini bildirmişdir. Həmin vaxt sonuncu yanında başqa adamların olubolmaması barədə ona heç bir məlumat verməmişdir. Bundan sonra o da Elxana razılıq verərək heç bir problem olmadığını bildirmişdir. O, anası X33, arvadı X21 və oğlu X37 ilə birlikdə yaşayır. Anası xəstə, arvadı isə 2-ci uşağa hamilə olduğundan o, kömək məqsədi ilə eyni kənddə yaşadığı bacısı X34 zəng edərək onlara qonaq gələcəyini və onlara gedib yoldaşına kömək etməsini xahiş etmişdir. Həmin vaxt bacısı Zübeydə analarının təzə əməliyyat olunduğunu, analarına səs-küyün yaramadığını həmin qonaqların öz evlərinə gəlməsini bildirmişdir. Bundan sonra o, bacısının dedikləri ilə razılaşaraq yenidən Elxanın ona zəng etdiyi nömrəsinə geri zəng edərək vəziyyəti sonuncuya başa salaraq onların evinə yox, bacısıgilin evinə getməsini tapşırmışdır. Elxan da heç bir problemin olmadığını bildirərək onunla razılaşmışdır. Yas mərasimində olarkən təxminən saat 15-16 radələrində Elxan yenidən onu yığaraq 15-20 dəqiqəyə çatacaqlarını bildirmişdir. Buna görə də, o, yas mərasimindən çıxaraq Elxangili qarşılamaq üçün bacısıgilin evinə getmişdir. Elxan ilə bacısıgilin də ailəsi ailəvi dost olduğundan sonuncu bacısıgilin evinin adresini bilmişdir. Onun bacısıgilin evinə çatmağının üstündən təxminən 5 dəqiqə keçmişdi ki, Elxangil bacısıgilin həyətinin qarşısında saxlamışdır. Həmin maşın siqnal verəverə gəldiyindən maşının Elxangilin maşını olduğunu bilmiş və dərhal həyətin darvazasını açaraq maşının içəri keçməsinə şərait yaratmışdır. Həmin vaxt onun yanında yeznəsi Ramazan da olmuşdur. Bundan sonra təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 maşından düşmüşdür. Sonuncuların da hər ikisini tanımışdır. Hər ikisi ilə uzaqdan salamlaşdıqdan sonra darvazanı bağlayaraq çaylaqdan daş yığmağa getmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs və Elxanı görməmişdir. Axşam saatlarında bacısı X34 ona Ramazanın telefonu ilə zəng edərək Elxanın qız qaçırtdığını bildirmiş və ondan nə etməli olduqlarını soruşmuşdur. O isə Zübeydəyə gözləməsini, işdən çıxıb oraya gələcəyini bildirmişdir. Çaylaqda daş yığmağı bitirdikdən sonra o, yenidən bacısıgilin evinə yola düşmüşdür. Həmin vaxt saatın neçə olmasını xatırlamamışdır. Lakin o, oraya gedərkən hava artıq qaralmışdır. Oraya çatdıqdan sonra ilk öncə Zübeydə ilə danışmışdır. Sonuncu ona qızın artıq razı olduğunu, hər şeyin qaydasında olduğunu bildirmişdir. Daha sonra həmin 3 nəfər şəxsi yanına çağıraraq məsələnin nə olduğunu soruşmuşdur. Həmin 3 nəfər şəxs isə ona birlikdə qız qaçırtdıqlarını, həmin qızın Elxanın istədiyi qız olduğunu bildirmişdirlər. O isə həmin 3 nəfər şəxsə bunun səhv hərəkət olduğunu, bu evdə qalmalarının düzgün olmadığını bildirərək evi tərk etmələrinin tələb etmişdir. Bundan sonra siqaret çəkmək üçün bağ tərəfə getmişdir. Onun oraya gedib və geri qayıtmağı təxminən 15-20 dəqiqə çəkmişdir. O, geri qayıdarkən artıq Elxan, Cümşüd, Nicat və Sofiya getmişdir. Ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş şahid6 ifadəsində göstərmişdir ki, ##.##.2023- cü il tarixdə saat 14 radələrində evdə olduğu zaman qaynı X38 ona zəng vuraraq, özlərinə qonaqlar gələcəyini, lakin özlərində adamlar çox olduğundan həmin qonaqları onlarda qarşılamağını istəmişdir. O, Murtuzəlidən qonaqların kimlər olduqlarını soruşduqda, sonuncu ona tanışları olduğunu demişdir. Həmin vaxt Murtuzəli ona gələn şəxslərin kim olacağını bildirməmişdir. O da qonaqpərvərlik edərək qonaqların gəlməsinə razılıq vermişdir. Bundan sonra saat təxminən 15-16 radələrində Murtuzəli ona zəng edərək yola çıxmağını və qonaqların gəlib çatdıqlarını bildirmişdir. O isə Murtuzəliyə həmin şəxsləri tanımadığını və sonuncunun qarşılamasının daha məqsədə uyğun olacağını bildirmişdir. Bundan sonra Murtuzəli onun həyətinin darvazasının qarşısında qonaqları gözləmişdir. Qonaqlar gəldikdən sonra Murtuzəli darvazanı açmış və Honda markalı maşın həyətə girmişdir. Ilk öncə maşından 3 nəfər oğlan düşmüşdür. O, qonaqlara xoşgəldin etdikdən sonra evə dəvət etmişdir. Qonaqlar sonuncuya adlarını bildirmişdir. Birinin adı Nicat, digərinin Cümşüd, o birinin adı isə Elxan olmuşdur. O, həmin vaxt həmin şəxslərin yanında qız olub-olmamasını görməmişdir. Çünki maşından qız düşməmişdir. Təxminən 10 dəqiqə sonra Elxan maşına oturmuş və 2 dəqiqə sonra maşından qızla birlikdə düşmüşlər. Elxan maşından düşən zaman həmin qıza qarşı hər hansı bir zorakılıq etməmişdir. Elxan və qız normal söhbət edə-edə evə gəlmişlər. Bundan sonra o, qonşunun bağını təmizləmək üçün iş yerinə getmişdir. O, həmin gün saat 17 radələrində evə gəldiyi zaman həmin o 3 nəfərin həyətlərində olduğunu görmüşdür. O, bir qədər sonra isə Südabə və Gülüzar adlı xanımların gəldiyini görmüşdür. Qadınlar onlara gəldiklərində həmin oğlanlarla görüşüb evə keçmişlər. O, evin içərisində nə söhbət getdiyini bilməmişdir. Elxan da həmin vaxt qadınlarla evin içərisində söhbət etmişdir. Həmin şəxslər əsasən gürcü dilində danışdığından o və arvadı heç nə başa düşməmişlər. Onun arvadı qonaqları qarşılayıb 15- 20 dəqiqə sonra evdən çıxaraq onun yanına gəlmişdir. Zübeydə ona yaxınlaşaraq evdə qız olduğunu demişdir. O da Zübeydəyə bildiyini, qızı maşından düşən zaman gördüyünü demişdir. Zübeydə ona qızın zorla qaçırıldığını, lakin hər şeyin hazırda qaydasında olduğunu dediyini bildirmişdir. O da arvadına hər şeyin qaydasında olduğu təqdirdə nə edə biləcəklərini demiş və arvadından bir daha qızın hazırda razılığı olubolmadığını soruşmuşdur. Zübeydə isə ona qızın razı olduğunu dediyini, bundan başqa əhval ruhiyyəsinin kifayət qədər yaxşı olduğunu bildirmişdir. O, arvadından bu barədə nəyə görə dərhal ona məlumat vermədiyini soruşduq da Zübeydə ona konturunun olmadığını bildirmişdir. Bir qədər sonra Elxan çölə çıxaraq onların evinin 2-ci mərtəbəsinə qalxıb-qalxa bilməyəcəyini soruşmuşdur. O isə nəyə görə qalxmaq istədiklərini soruşduqda sonuncu ona Sofiyanın da razı olduğunu və cinsi əlaqəyə girmək istədiklərini bildirmişdir. O, Elxandan imam nikahı edib-etməyəcəklərini soruşmuş və bunu etdikdən sonra cinsi əlaqədə olmalarının daha məsləhətə uyğun olacağını bildirmişdir. Elxan isə ona adətlərində belə bir şey olmadığını qeyd etmişdir. Bundan sonra onun arvadı Zübeydə Elxangilə altlarına sərmələri üçün ağ parça vermişdir. Elxan və Sofiya onların yanından keçərək normal şəkildə yuxarı qalxmışlar. Həmin vaxt Elxan Sofiyaya hər hansı bir zorakılıq etməmiş, Sofiyanın hər hansı bir narazılığının olması görsənməmişdir. Elxan və Sofiya təxminən 15-20 dəqiqə sonra aşağı düşmüşlər. Yenə də, Sofiyanın nədənsə narahat olmağı hiss olunmamışdır. Elxan və Sofiya yuxarıda olduqları müddət ərzində nə qışqırıq, nə ağlamaq nə də başqa bir şey eşidilib görülməmişdir. Onlar da normal olaraq qızın razılığı olduğunu düşünmüşlər. Bundan sonra o, həyətlərində öz işlərini görməyə davam etmişdir. O, işlərini görüb evə daxil olduqda Südabə və Gülüzar evdən çölə çıxmışlar və öz aralarında nəsə danışaraq çıxıb getmişlər. Lakin Elxan, Cümşüd və Nicat onun evində qalmışlar. O, duş qəbul etmək üçün evə keçən zaman Elxan artıq burada qalmayacaqlarını və gedəcəklərini bildirmişdir. O isə Elxangilə necə istəyirlərsə elə etmələrini bildirmişdir. Duş qəbul etdikdən sonra isə Elxangil qızla birlikdə çıxıb getmişlər. Həmin vaxt da, heç bir zorakılıq, hər hansı bir səs-küy görüb eşitməmişdir. O, Elxanın evlənmək məqsədi ilə qız qaçırıb onların evinə gətirəcəyini, ümumiyyətlə qızı gördükdən sonra belə həmin qızın qaçırıldığını bilməmişdir. Bundan başqa evdə olduğu müddət ərzində qızda hər hansı bir narazılıq və ya başqa bir şey hiss etməmiş, həmin şəxslər evdə qonaq olduğundan, üstəlik qızın özünün arvadına hər şeyin qaydasında olduğunu dediyindən və heç kimin hər hansı bir narazılığı olmadığından hər hansı bir dövlət qurumuna mənasız yerə məlumat verməyə gərək duymamışdıt. Hər iki şəxs hər şeydən razı olduğunu bildirdiyindən, heç bir şikayətləri olmadığı təqdirdə hər hansı bir dövlət qurumuna müraciət edərək həmin şəxslər qarşısında pis vəziyyətdə qalmaq, eləcə də, dövlət qurumlarını boş yerə məşğul etmək istəməmişdir. O, polisi çağırdıqdan sonra hər iki şəxsin öz razılığı ilə gəldiklərini dedikləri halda özünün günahkar olacağını fikirləşmişdir. Ona görə də, o, Elxan və Sofiyanın hərəkətlərindən sonra hər ikisinin razı olduğunu müşaiyət etmiş və hər hansı bir dövlət qurumunu boş yerə məşğul etməmək qərarına gəlmişdir. O, Elxanın həmin gün Sofiyanı hədələməsini, zorla cinsi əlaqəyə razı salmağa çalışmasını, döyməsini, vurmasını, təhqir etməsini görməmiş, Sofiyanın onlara və ya hər hansı başqa birilərinə cinsi əlaqəyə girmək istəməməsi barədə heç nə deməmiş, Elxan Sofiya ilə birlikdə evin 2-ci mərtəbəsinə qalxan zaman hər hansı bir zorakılıq etməmiş, Sofiyanın cinsi əlaqədə olmaq üçün yuxarı qalxan zaman ağlamamış, normal vəziyyətdə yuxarı qalxmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 və onun müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin hökmünün təqsirləndirilən şəxs3 təqsirli bilinməsinə dair hissədə ləğv edilməsinə əsas vermir. Müdafiə tərəfi əsasən ibtidai istintaq və məhkəmə baxışı zamanı verilmiş ifadələr arasında ziddiyyətlərin olmasına, ayrı-ayrı şahidlərin məhkəmədə təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsinə, zərərçəkmiş şəxsin hadisədən sonra onunla könüllü getməsi və sonradan təqsirləndirilən şəxslərlə barışmasına, habelə ekspertiza rəylərində zərərçəkmiş şəxsin bədənində fiziki zorakılıq əlamətlərinin aşkar edilməməsinə istinad etmişdir. Müdafiə tərəfinin əsas tələbi isə hökmün ləğv edilərək təqsirləndirilən şəxs3 bəraət verilməsindən ibarətdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, sübutların ayrı-ayrılıqda deyil, onların qarşılıqlı əlaqədə məcmu halında qiymətləndirilməsi iş üzrə fərqli nəticəyə gəlməyə əsas verir. Belə ki, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs Ititala kəndində zorla avtomobilə mindirilməsi ilə bağlı hadisə yerinə baxış zamanı təqsirləndirilən şəxs3 gödəkçəsinin cırılmış hissəsi aşkar edilərək götürülmüş, sonradan keçirilmiş ekspertiza ilə həmin gödəkçədəki zədənin fiziki qüvvənin təsirindən yaranan cırılma olduğu müəyyən edilmişdir. Bu hal zərərçəkmiş şəxsin bacısı şahid13 hadisə zamanı müqavimət göstərməsi və təqsirləndirilən şəxs3 gödəkçəsinin cırılması barədə ifadəsi ilə də uzlaşır. Eyni zamanda təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ifadələrində Sofiyanın avtomobilə könüllü minmədiyi, təqsirləndirilən şəxs3 onu avtomobilə mindirdiyi, digər şəxslərin isə bu hərəkətin həyata keçirilməsinə kömək etdikləri göstərilmişdir. Xüsusilə qeyd edilməlidir ki, təqsirləndirilən şəxslərdən təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs3 əvvəlcədən Sofiyanı qaçırmaq niyyətində olduğunu bildirməsi, sonradan təqsirləndirilən şəxs2lə birlikdə onun qaçırılması planının müzakirə edilməsi və hadisə yerinə birlikdə gedilməsi barədə məlumatlar vardır.təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsində də Sofiyanın avtomobilə könüllü əyləşmədiyi və onun Elxan tərəfindən avtomobilə mindirildiyi təsdiq edilmişdir. Beləliklə, təqsirləndirilən şəxslərin hadisə yerindəki hərəkətlərinin təsadüfi xarakter daşımadığı, qabaqcadan razılaşma əsasında həyata keçirildiyi və hər bir şəxsin ümumi cinayət niyyətinin icrasında konkret hərəkətlər etdiyi müəyyən olunur. Bu hallar CM-in 144.2.3cü maddəsində nəzərdə tutulmuş “qabaqcadan əlbir olan bir qrup şəxs” tövsifedici əlamətinin mövcudluğunu təsdiq edir. Zərərçəkmiş şəxsin hadisədən sonra müəyyən müddət ərzində təqsirləndirilən şəxslərlə birlikdə olması və sonradan “könüllü” getməsi barədə ifadələrə gəldikdə isə, bu hallar cinayətin artıq başa çatmış olması faktını aradan qaldırmır. Adam oğurluğunun obyektiv tərəfi şəxsin iradəsinə zidd olaraq tutulması və başqa yerə aparılması ilə həyata keçirilmişdir. Bu iş üzrə həmin hərəkətlərin baş verdiyini təsdiq edən zərərçəkmiş şəxsin ifadəsi digər sübutlarla, o cümlədən şahid13 ifadəsi, hadisə yerinə baxış protokolu, təqsirləndirilən şəxs3 gödəkçəsindəki cırılma və digər sübutlarla uzlaşır. Hadisədən sonrakı davranışın ilkin qanunsuz tutulma və aparılma faktını aradan qaldırması barədə nəticəyə gəlmək üçün isə qanuni əsas yoxdur. CM-in 149.1-ci maddəsi üzrə ittihama münasibətdə müdafiə tərəfinin əsas arqumenti zərərçəkmiş şəxsin bədənində fiziki zorakılıq əlamətlərinin aşkar edilməməsidir. Lakin həmin maddənin dispozisiyasından göründüyü kimi zorlama yalnız fiziki zor tətbiq edilməklə deyil, həmçinin zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edilməklə cinsi əlaqəyə girməni də əhatə edir. Bu baxımdan məhkəmə-tibb ekspertizasının rəyində zərərçəkmiş şəxsin bədənində fiziki xəsarətlərin aşkar edilməməsi onunla cinsi əlaqənin könüllü olması barədə nəticə çıxarmaq üçün kifayət etmir. Əksinə, iş materiallarında zərərçəkmiş şəxsin ardıcıl olaraq təqsirləndirilən şəxs3 onunla könüllü cinsi əlaqəyə girmədiyi halda zor tətbiq edəcəyi barədə hədəsindən qorxduğunu və bu səbəbdən müqavimət göstərmədiyini bildirməsi vardır. Zərərçəkmiş şəxsin məhkəmədə verdiyi ifadəsində də bu xüsusat əks olunmuş, onun avtomobilə zorla mindirilməsindən sonra Katex kəndində də öz iradəsinə uyğun olmayan vəziyyətdə saxlanılması, daha sonra isə təqsirləndirilən şəxs3 “öz xoşu ilə” cinsi əlaqəyə razı olmadığı halda zor tətbiq edəcəyi barədə hədəsi ilə əlaqədar cinsi əlaqəyə məcbur olduğu göstərilmişdir. Zərərçəkmiş şəxsin bu ifadələri kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının nəticələri ilə də ziddiyyət təşkil etmir. Həmin ekspertizanın nəticələrinə əsasən Zərərçəkmiş şəxs hadisə zamanı törədilən hərəkətlərin xarakterini dərk etmək qabiliyyətində olmuş, adam oğurluğu zamanı qorxu və həyəcan vəziyyətində olmuş, zorlama zamanı da qorxu və həyəcan keçirmişdir. Müdafiə tərəfinin istinad etdiyi ## ###### 2023-cü il tarixli ərizəyə və zərərçəkmiş şəxsin sonradan təqsirləndirilən şəxslərlə barışmasına da eyni qaydada qiymət verilməlidir. Həmin sənədlərin mövcudluğu digər sübutların hüquqi qüvvəsini aradan qaldırmır. Əksinə, məhkəmə həmin ərizənin hansı şəraitdə yazıldığını, ondan əvvəl və sonra baş vermiş hadisələri, zərərçəkmiş şəxsin ifadələrini və digər sübutları məcmu halında qiymətləndirməlidir. Iş materiallarında zərərçəkmiş şəxsin sonradan həmin ərizəni yazarkən ona təsir göstərildiyini, polisə və ətraf şəxslərə həqiqi iradəsini açıqlamaqdan qorxduğunu izah edən ifadələri də mövcuddur. Bu baxımdan ilkin ərizənin sonrakı ifadələrə münasibətdə üstün sübut kimi qəbul edilməsi üçün onun məhz sərbəst iradə ilə, hadisənin bütün şəraiti nəzərə alınmaqla verildiyini təsdiq edən əlavə obyektiv məlumatların olması zəruridir. Hazırkı işdə isə həmin ərizə təkbaşına zərərçəkmiş şəxsin sonrakı ifadələrinin digər sübutlarla birlikdə qiymətləndirilməsini istisna etmir. Müdafiə tərəfinin polis əməkdaşlarının ifadələrinin mötəbər olmaması barədə dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, həmin şəxslərin ifadələrinin sübut kimi qiymətləndirilməsi onların polis əməkdaşı olmaları ilə deyil, ifadələrinin işin digər halları ilə uyğunluğu ilə müəyyən edilməlidir. Eyni zamanda, konkret sübutun mümkün hesab edilməməsi üçün CPM-in 125-ci maddəsində nəzərdə tutulmuş hallardan birinin mövcudluğu müəyyən edilməlidir. CPM-in 125.1-ci maddəsinə görə sübutun mümkünlüyünün qiymətləndirilməsi zamanı məlumatın həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına dair şübhələrin olub-olmaması nəzərə alınır. Hazırkı işdə isə müdafiə tərəfi polis əməkdaşlarının hərəkətlərində qanunsuzluqların olduğunu bildirsə də, həmin halların məhz hansı konkret sübutun qanunla müəyyən edilmiş qaydada əldə edilməsinə təsir etdiyini və həmin sübutun CPM-in 125.2-ci maddəsində göstərilən əsaslardan hər hansı biri üzrə yolverilməz olduğunu əsaslandırmamışdır. Üstəlik, təqsirləndirilən şəxsin təqsirliliyi yalnız həmin polis əməkdaşlarının ifadələri ilə deyil, zərərçəkmiş şəxsin, şahid13, digər şəxslərin ifadələri, hadisə yerinə baxış protokolları, maddi sübutlar və ekspertiza rəyləri də daxil olmaqla sübutların məcmusu ilə müəyyən edilir. Bu səbəbdən ayrı-ayrı şahidlərin hadisədən sonra zərərçəkmiş şəxsin sakit vəziyyətdə olmasını müşahidə etmələri də CM-in 149.1-ci maddəsi ilə ittihamın əsassız olduğunu göstərmir. Çünki həmin şəxslərin əksəriyyəti cinsi əlaqənin baş verdiyi otaqda olmamış, hadisənin bilavasitə həmin mərhələsini müşahidə etməmişlər. Onların sonrakı müşahidələri əvvəlki mərhələdə zərərçəkmiş şəxsə qarşı hədə-qorxu tətbiq edilməməsi barədə birbaşa sübut hesab edilə bilməz. Eyni zamanda, zərərçəkmiş şəxsin məhkəmədə verdiyi ifadəsinin müəyyən hissələrinin ibtidai istintaq ifadəsi ilə fərqlənməsi onun bütün ifadəsinin mötəbərsiz hesab edilməsinə əsas vermir. CPM-in sübutetmə qaydalarına görə məhkəmə hər bir sübutu digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirməli, ziddiyyətlərin mahiyyətini və həmin ziddiyyətlərin işin nəticəsinə təsir edib-etmədiyini müəyyən etməlidir. Hazırkı işdə isə zərərçəkmiş şəxsin əsaslı və mühüm xüsusatlar üzrə ifadələri – onun iradəsinə zidd aparılması, avtomobilə zorla mindirilməsi, hadisə zamanı müqavimət göstərməsi, təqsirləndirilən şəxs3 tərəfindən onun buraxılmaması və cinsi əlaqəyə hədə ilə məcbur edilməsi – digər sübutlarla təsdiqlənir. Beləliklə, iş üzrə sübutların məcmusundan müəyyən edilir ki, təqsirləndirilən şəxs3 əvvəlcədən razılaşdığı şəxslərlə birlikdə Zərərçəkmiş şəxs onun iradəsinə zidd olaraq tutub avtomobilə mindirmiş, başqa yerə aparmış və saxlamış, daha sonra isə onunla cinsi əlaqəyə girmək məqsədilə zor tətbiq etmə hədəsi ilə iradəsini qırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu nəticə ehtimala deyil, məhkəmə baxışında tədqiq edilmiş və bir-birini tamamlayan sübutların məcmusuna əsaslanır. Müdafiə tərəfinin ayrı-ayrı sübutların məzmununa verdiyi fərqli qiymət həmin sübutların bütövlükdə təqsirləndirilən şəxsin təqsirini təsdiq edən qarşılıqlı əlaqəsini aradan qaldırmır. CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin faktiki halları düzgün müəyyən edib-etmədiyini, cinayət və cinayət-prosessual qanunvericiliyinin düzgün tətbiq olunub-olunmadığını yoxlamışdır. Iş materiallarının araşdırılması göstərir ki, birinci instansiya məhkəməsi sübutları qanunla müəyyən edilmiş qaydada tədqiq etmiş, ittihamı təsdiq edən sübutları digər sübutlarla birlikdə qiymətləndirmiş və təqsirləndirilən şəxsin təqsirliliyinə dair nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin ## ###### 2023-cü il tarixdən hesablanmalı olması barədə apellyasiya dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” ## ###### 2023-cü il tarixli protokoldan təqsirləndirilən şəxs3 ## ###### 2023-cü il tarixdə saat 16:50-də şübhəli şəxs qismində tutulduğu müəyyən edilir. Iş materiallarında onun ## ###### 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmasını təsdiq edən digər prosessual sənəd mövcud deyildir. Bu səbəbdən cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2023-cü il tarixdən hesablanması iş materiallarına uyğundur. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2023-cü il tarixdən müəyyən edilməsi düzgün olmuş, apellyasiya şikayətinin həmin hissədəki dəlili əsassızdır. Nəticə etibarilə, müdafiə tərəfinin digər dəlilləri də iş materialları ilə birlikdə qiymətləndirildikdə, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs3 CM-in 144.2.3 və 149.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması barədə gəldiyi nəticənin əsassız və ya ehtimallara əsaslanan nəticə olması müəyyən edilmir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 və onun müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)- **/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi3 tapşırılmışdır. Müdafiəçi müdafiəçi3 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırkı işin baxılması ilə bağlı müdafiəçi cəmi 6 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli, ** nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46950" \o "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi"Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası HYPERLINK "https://eqanun.az/framework/46945" \o "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi"Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilsin. Odur ki, təqsirləndirilən şəxs3 məhkəmə kollegiyası iclasında göstərilən hüquqi yardıma görə 66 manat məbləğində pul müdafiəçi3 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 və onun müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. təqsirləndirilən şəxs3 məhkəmə kollegiyası iclasında göstərilən hüquqi yardıma görə 66 manat məbləğində pul müdafiəçi3 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-186/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-186/2026
23.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver