Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-187/2026 10.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərov Anar Əlifağa oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov Imanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Fərhadov Adil Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərar və ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə (sədrlik edən hakim K.Musayev), ## ####### 1992-ci ildə Balakən rayonu, Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himаyəsində iki аzyаşlı uşаğı оlаn, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul оlаn, Balakən rayonu, Hənifə kəndində qеydiyyаtdа оlmаqlа həmin kənddə yaşayаn Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsinə əsasən ittiham olunması ilə bağlı əməli həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsi, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 4 və 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə (sədrlik edən hakim K.Musayev) Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi, iş üzrə ekspertiza xərcinin, maddi sübutun, mülki iddianın və üzərinə həbs qoyulmalı əmlakın olmaması nəzərə alınması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən хuliqаnlıq və xuliqanlıq niyyəti ilə qəsdən sаğlаmlığа az аğır zərər vurmа cinayətlərini törətmişdir. Bеlə ki, о, qəsdən 26 аvqust 2024-cü il tаriхdə, sааt 20 rаdələrində “Yevlax-Zаqаtаlа- Gürcüstan” sərhəddi аvtоmоbil yоlunun Şəki rаyоnu, Kiçik Dəhnə kəndi ərаzisindən kеçən hissəsində yеrləşən “Kəndimiz” kаfеsinin yахınlığındа həmin mаgistrаl yоllа idаrə еtdiyi “Меrsеdеs Vitо” mаrkаlı, **-BK-*** dövlət nömrə nişаnlı аvtоmоbillə hərəkətdə оlаn zаmаn şahid1 idаrə еtdiyi “Volksvagen” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı аvtоmоbilin оnun hərəkət hissəsinə dоğru çıхmаsı səbəbindən həmin аvtоmоbilin sürücüsü şahid1 ilə sözlə mübаhisə еtmiş, həmin vахt sоnuncunun idаrə еtdiyi аvtоmоbildən düşən və оnlаrı sаkitləşdirməyə çаlışаn Мəmmədоv Əli Mahir оğlunun оnlаrı sаkitləşdirməyə çаlışmаsını və hər hаnsı hаdisə bаş vеrmədiyini bildirməsini əsаs gətirməklə əsаslı səbəb оlmаdаn ünvаnınа təhqirаmiz ifаdələr işlətməklə və оnun ünvаnınа nalayiq söyüşlər söyməklə özünü bаşqаlаrının şəхsiyyətinin fövqündə qоymаqlа qəsdən хuliqаnlıq niyyəti ilə hеç bir əsаslı səbəb оlmаdаn fiziki zor tətbiq etməklə bаş və əl zərbələri ilə Мəmmədоv Əli Маhir оğlunun alın və sifət nahiyəsinə çохsаylı zərbələr vurаrаq ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevirərək ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai yer hesab olunan “Yevlax-Zаqаtаlа-Gürcüstan” sərhəddi аvtоmоbil yоlunun Şəki rаyоnu, Kiçik Dəhnə kəndi ərаzisindən kеçən hissəsində yеrləşən “Kəndimiz” kаfеsinin yахınlığındа həmin mаgistrаl yolda, idarə etdiyi “Mercedes Vito” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilində sərnişin qismində əyləşmiş, orada və yaxınlıqdakı ictimai iaşə obyektlərində, habelə yоldа hərəkətdə оlаn digər şəxslərin olmasına əhəmiyyət verməyərək həmin obyektlərin normal fəaliyyətinin və ictimai asayişin pozulmasına, ətrafda olan şəxslərin nаrаhаtçılığınа, оnlаrın hüquq və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərə yol verərək sonuncuya burun sümüklərinin, sağ əng sümüyün orbita ətrafı xətti sınıqları, alın nahiyəsinin hematoması, hər iki göz ətrafı nahiyənin qançırları, sol gözün аğlı qişasına və göz bəbəyinə qansızma, sol almacıq nahiyəsinin travmatik şişkinliyi, şişkinlik hesabına asimmetriyası, üst dodağın sol tərəfinin yarası kimi zərərçəkmiş şəхsin həyаtı üçün təhlükəli оlmаyаn, Аzərbаycаn Rеspublikаsı CМ-in 126-cı mаddəsində göstərilən nəticələrə səbəb оlmаyаn, dərəcəsinə görə sаğlаmlığının uzun müddətə müvəqqəti pоzulmаsınа səbəb оlаn хuliqаnlıq niyyəti ilə qəsdən sаğlаmlığа аz аğır zərər vurmаyа аid хəsаrətlər yеtirmiş, yüksək səslə nalayiq ifadələr işlətməklə hərəkətlərini dаvаm еtdirmiş, bununlа dа о, xuliqanlıq niyyəti ilə Мəmmədоv Əli Маhir oğlunun qəsdən sаğlаmlığınа az аğır zərər vurmа və qəsdən хuliqаnlıq cinаyət əməllərini törətmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərar və ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.1-ci maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, "Yevlax-Zaqatala- Gürcüstan" sərhəddi avtomobil yolunun Şəki rayonu, Kiçik Dəhnə kəndi ərazisindən keçən hissəsində yerləşən "Kəndimiz" kafesinin yaxınlığında həmin magistral yolla idarə etdiyi "Mersedes Vito" markalı avtomobillə hərəkətdə olan zaman şahid1 idarə etdiyi "Volksvagen" markalı avtomobilin onun hərəkət hissəsinə doğru çıxması səbəbindən həmin avtomobilin sürücüsü şahid1 ilə sözlə mübahisə etdiyi zaman sonuncunun idarə etdiyi avtomobildən düşən və onları sakitləşdirməyə çalışan Zərərçəkmiş şəxs onları sakitləşdirməyə çalışmasını və hər hansı hadisə baş vermədiyini bildirməsini cüzi səbəb kimi bəhanə edərək qəsdən ## ###### 2024-cü il tarixdə, saat 20 radələrində "Yevlax- Zaqatala-Gürcüstan" sərhəddi avtomobil yolunun Şəki rayonu, Kiçik Dəhnə kəndi ərazisindən keçən hissəsində yerləşən "Kəndimiz" kafesinin yaxınlığında yerləşən ictimai yer hesab edilən magistral yolun kənarında qərəzli xuliqanlıq hərəkətləri edərək, Zərərçəkmiş şəxs fiziki zor tətbiq etməklə xuliqanlıq niyyəti ilə onun sağlamlığına az ağır zərər vurmuşdur. Işin həmin faktiki halı zərər çəkmiş şəxsin və şahidlərin ibtidai istintaqda və məhkəmə baxışında verdiyi ifadələr, üzləşdirmə istintaq hərəkəti və keçirilmiş məhkəmə-tibbi ekspertizanın rəyi ilə təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "....o, ##.##.2024-cü il taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi şahid1 görmüş və ona idarə etdiyi boz rəngli, "Volksvagen Passat" markalı, **- CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu evlərinə aparıb, gətirməsini xahiş etmişdir. şahid1 razılaşmış və o, avtomobildə arxa sol oturacağa əyləşmişdir. şahid1 kafenin qarşısından avtomobili hərəkət etdirərək birbaşa dayanmadan "Yevlax-Balakən" yoluna çıxmış, bu vaxt Balakən rayonu istiqamətinə hərəkət edən ağ rəngli, "Mercedes Vito" markalı, **-BK-*** dövlət qeydiyyat nişalı avtomobilin sürücüsünün onun sərnişin olduğu avtomobilə "uzaqvuran" işıqla işarə etmiş, şahid1 avtomobili sağa çəkib yolun kənarında saxlamışdır. Uzaqvuran işıqla "Saxla" işarəsi verən ağ rəngli, "Mercedes Vito" markalı, **- BK-*** dövlət qeydiyyat nişalı və başqa ağ rəgli, "Mercedes Vito" markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillər onun olduğu avtomobilin qarşısında saxlamışdırlar. şahid1 idarə etdiyi "Volksvagen Passat" markalı avtomobildən düşüb, ağ rəngli, "Mercedes Vito" markalı, **-BK-*** dövlət qeydiyyat nişalı avtomobilin sürücüsünə, yəni şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs ilə onun sərnişini olduğu avtomobilin qarşısında söhbət etmişdirlər. O da söhbətin uzun çəkdiyini gördüyü və tələsdiyi üçün avtomobildən yerə düşərək onlara yaxınlaşmış, Təqsirləndirilən şəxs salam verib, tələsərək yola çıxdıqlarını, ölüm olmadığını, qəza baş vermədiyini, xəsarət alan olmadığını deyib, müraciət etdikdə Təqsirləndirilən şəxs qəfil baş zərbəsi ilə onun sifət nahiyəsinə zərbə vurmuşdur. Bu vaxt əlini üzünə tutmaq istədikdə sağ əlində tutduğu qara rəgli, "Redmi 11 pro plus" markalı mobil telefonu yerə düşmüş, o Təqsirləndirilən şəxs ona qarşı gözlənilməz zərbə vurmasına görə Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlədib, əməliyyat olunduğunu, onu hansı səbəbə vurduğunu demiş, lakin Təqsirləndirilən şəxs bundan sonra öz hərəkətlərini davam etdirərək onun sifət nahiyəsinə ard-arda yumruq zərbələri endirmişdir. O həmin zərbələrdən huşunu itirmiş və hadisənin sonrakı gedişatını görməmişdir...". Zərərçəkmiş şəxs istintaq zamanı da eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş şahid5 ifadəsində göstərmişdir ki, "...## ###### 2024-cü il tarixdə Bakı şəhərindən sərnişinləri ilə birlikdə Balakən rayonuna getdiyini, həmin tarixdə saat 20 radələrində "Yevlax-Zaqatala-Gücüstan" yolunun Şəki rayonunun Kiçik Dəhnə kəndindən keçən ərazisindən keçən vaxt Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli, "Mercedes Vito" markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili və boz rəngli, "Volksvagen" markalı, dövlət qeydiyyat nişanını tam xatırlamadığı avtomobilin Şəki rayonu Kiçik Dəhnə kəndi ərazisində, Balakən rayonuna gedən istiqamətdə yolun sağında, kənarda saxladığını, 5-6 nəfər şəxsin iki avtomobilin arasına yığıldığını görmüşdür. O, Təqsirləndirilən şəxs "Mercedes Vito" markalı avtomobilinin nasaz olduğu üçün dayandığını zənn etmiş və Təqsirləndirilən şəxs kömək etmək məqsədi ilə idarə etdiyi "Mercedes Vito" markalı avtomobili Balakən rayonuna gedən istiqamətdə yolun sağında kənara çəkib, Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes Vito" markalı avtomobilin arxasında saxlamış və avtomobilindən düşmüşdür. Bu vaxt Təqsirləndirilən şəxs və sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs hər ikisinin birbirinin ünvanına uca səslə nalayiq ifadələr işlədərək mübahisə etdiklərini, Zərərçəkmiş şəxs sifət nahiyəsinin tamamilə qan içində olduğunu, ayaq üstə tam dura bilmədiyini, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında olan bir nəfər onları aralayan tanımadığı şəxsi və onların hər ikisinin davadalaşının ətrafına yığılan 5-6 nəfəri görmüşdür. O dərhal Təqsirləndirilən şəxs yaxınlaşıb, nə üçün dalaşdığını soruşmuş, Təqsirləndirilən şəxs həmin vaxt uca səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətdiyi üçün onun sualına məhəl qoymamışdır. O da vəziyyətin gərgin olduğunu, dava-dalaşa tamaşa edən sərnişinlərin narahat olduğunu görüb, Təqsirləndirilən şəxs köməklik etmək və davanı sakitləşdirmək üçün Təqsirləndirilən şəxs qolundan çəkib, idarə etdiyi "Mercedes Vito" markalı avtomobilinə əyləşdirmişdir. Təqsirləndirilən şəxs məsələnin sonunun yaxşı yerə getmədiyini, dalaşmağa davam edərsə vəziyyətin daha da pisləşəcəyini, sərnişinlərinin də etdiyi dava-dalaşdan narahat olduğunu, sürüb buradan, yəni hadisə baş verən yerdən uzaqlaşmasını demişdir...". Məhkəmə istintaqında şahid qismində dindirilmiş şahid2 şahid5 ifadəsinə uyğun ifadə vermişdir. Həmçinin ibtidai istintaq zamanı izahatı alınsa da, sonradan ölkə hüdudlarını tərk etdiyi üçün ifadəsi alına bilməmiş, məhkəmə baxışı zamanı isə müdafiə tərəfinin təşəbbüsü ilə dindirilmiş şahid1 məhkəmə baxışı zamanı verdiyi sərbəst ifadəsində hadisə baş verdiyi tarixdə həqiqətən avtomobili ilə Təqsirləndirilən şəxs qarşısına qəfil çıxdığını buna görə sonuncunun uzaqvuran işıqları ilə ona işarə verərək onu saxlatdırdığını, xatırladığı qədərilə Zərərçəkmiş şəxs ilk öncə Təqsirləndirilən şəxs qarşı əxlaqsız ifadə işlətdiyinə görə sonuncu V.Məmmədova xəsarət yetirdiyini göstərsə də, ona verilən suallardan və ibtidai araşdırma zamanı alınmış izahatı elan edildikdən sonra hadisənin izahatında qeyd olunan formada baş verdiyini, hadisənin üzərindən uzun müddət keçdiyinə görə ilk öncə zərər çəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı söyüş söydüyü üçün sonuncunun Zərərçəkmiş şəxs vurduğunu, lakin dəqiq olaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilk olaraq söyüş söyüb-söymədiyini dəqiq xatırlamadığını, lakin Zərərçəkmiş şəxs vurulduqdan sonra hər ikisinin qarşılıqlı söyüş söydüyünü bildirmişdir. Buna baxmayaraq məhkəmə hökmündəki şahid1 ifadəsində sonuncunun ifadəsi təhrif edilərək - Təqsirləndirilən şəxslə normal şəkildə söhbət etdiyi zaman, Zərərçəkmiş şəxs avtomobildən düşərək, qarşı tərəfə söyüş söydüyünü, bundan sonra Təqsirləndirilən şəxs onu vurduğu göstərilmişdir. Bundan başqa, şahid1 və zərər çəkmiş şəxsin ifadələrindən aydın olur ki, Təqsirləndirilən şəxs onların olduğu avtomobili saxlatdırmışdır. Bundan başqa, şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən aydın olur ki, Təqsirləndirilən şəxs şahid1 idarə etdiyi avtomobili saxlatmış, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs köynəklərinin yaxasından dartaraq uca səslə nalayiq ifadələr işlətdiklərini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu, ətrafda 3-4 nəfər olduğunu göstərmişdir. Şərh olunanlardan da aydın olur ki, işin mübahisəsiz halı hadisənin ictimai yerdə baş verməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub xəsarət yetirməsi, hadisə vaxtı ətrafda kənar şəxslərin olması və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı nalayiq ifadələr işlətməsi olmuşdur. Həmçinin qeyd olunan sübutlarla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz onları sakitləşdirməyə çalışmasını və hər hansı hadisə baş vermədiyini bildirməsini əsas gətirməklə vurub xəsarət yetirməsi və ictimai yerdə kənar şəxslərin yanında başqa şəxsə zor tətbiq etməklə və onu nalayiq ifadələrlə təhqir etməklə xuliqanlıq etməsi təsdiq olunur. Lakin məhkəmə hökmdə təqsirləndirilən şəxsin ifadəsinə əsaslanaraq (yuxarıda qeyd edilən ifadələri isə təhrif etməklə) Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət vermiş, digər əməlini isə CM-in 127.2.3-сü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilmişdir. Halbuki, işin yuxarıda şərh edilən faktiki halları ilə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına təhqiramiz ifadələr işlətməklə və onun ünvanına nalayiq söyüşlər söyməklə qəsdən xuliqanlıq niyyəti ilə heç bir əsaslı səbəb olmadan fiziki zor tətbiq etməklə baş və əl zərbələri ilə Zərərçəkmiş şəxs alın və sifət nahiyəsinə çoxsaylı zərbələr vuraraq dərəcəsinə görə sağlamlığının uzun müddətə müvəqqəti pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, yüksək səslə nalayiq ifadələr işlətməklə hərəkətlərini davam etdirmiş, bununla da o, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurma və qəsdən xuliqanlıq cinayət əməllərini törətmişdir. Göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə bəraət verərkən və onun əməlini CM-in 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edərkən əsaslandığı sübutların və CM-in 127.2.3 və 221.1-ci maddələri ilə ittiham hökmünün çıxarılması üçün kifayət edən digər sübutların motivləri məhkəmə hökmündə göstərilməmişdir. Məhkəmə zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə müdafiə tərəfinin ifadələrinə münasibətdə əhəmiyyət verməmiş, müdafiə tərəfinin xeyrinə sübutlara qərəzli yanaşmışdır. Məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərar və həmin tarixli hökmünün birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinərək təklif olunan həddlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X1 apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi X5 qeyd edir ki, ittihamda təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında əvvəldən şəxsi münasibət olmayıb, amma şəxslər arasında istənilən an şəxsi münasibət yarana bilər. Ittiham tərəfinin kifayət qədər əsaslarının olmamasını nəzərə alaraq apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəni müdafiə edərək apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs, оnа CМ-in 127.2.3 və 221.1-ci maddələri ilə еlаn оlunmuş ittihаmdа özünü təqsirli bilməyərək ifаdəsində göstərmişdir ki, о, etibarnamə əsasında idarə etdiyi ağ rəngli, “Mercedes Vito” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri və Balakən rayonu arasında taksi fəliyyətilə məşğul olur. ##.##.2024-cü il tаriхdə sааt təхminən 20 rаdələri оlаrdı Bakı şəhərindən Balakən rayonuna gələn, sərişinlər olan “Mercedes Vito” markalı avtomobili ilə gəlirmiş, “Yеvlах-Bаlаkən yolunun Şəki rayonu, Kiçik Dəhnə kəndində keçən hissəsində hərəkətdə olan zaman həmin kənddə yerləşən kafedən boz rəngli, “Volksvagen” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yola çıxmaq istədiyini görmüş, həmin avtomobil yola çıxmamışdan qabaq uzaqvuran işıqlaişarə edərək yola çıxmamasını bildirmişdir. Lakin “Volksvagen” markalı avtomobilin sürücüsü şəxsiyyəti sonradan ona məlum olan şahid1 qəfil yola çıxmış, həmin avtomobilin yanından keçən vaxt “Volksvagen” markalı avtomobilin sürücüsü şahid1 siqnal vermiş, arxada əyləşən Zərərçəkmiş şəxs əlini avtomobilin pəncərəsindən çölə çıxarıb, əli ilə ona avtomobilini kənarda saxlamağı üçün işarə vermişdir. O idarə etdiyi avtomobili yolun sağ hissəsinə çəkib saxlamış, sonra “Volksvagen” markalı avtomobilin sürücüsü avtomobilini onun avtomobilinin arxasında saxlamış, o avtomobilindən düşüb, şahid1 yaxınlaşmış, niyə yola gözləmədən çıxdığını soruşmuşdur. şahid1 ona “Saatla oturub səni gözləyəcəyəm ki, sən keçəndən sonra mən keçim?” demişdir. O, şahid1 etdiyini səhv olmasını, avtomobilində azyaşlı uşağların, qadınların olduğunu, hərəkət zamanı yüngül bir toxunuşun həyacana səbəb olduğunu demiş, şahid1 etdiyinin səhv olduğunu anlamışdır. O, şahid1la söhbət edən vaxt şahid1 avtomobilində əyləşmiş Zərərçəkmiş şəxs avtomobildən düşmüş, əl-qol hərəkətləri edərək üzərinə yeriyib, “Sürmüşük, yaxşı etmişik” demişdir. O, Zərərçəkmiş şəxs sürücü olmadığını, buna görə də avtomobilə əyləşməsini demiş, lakin Zərərçəkmiş şəxs onun şəxsi münaqişə zəmnində ünvanına nalayiq ifadələr işlədərək sürücü olmadığını demişdir. O, Zərərçəkmiş şəxs üzərinə yeridiyi üçün itəliyib, avtomobilində olan sərnişinlərdən qadınların da olduğunu, söyüş söyməməsini demiş, lakin Zərərçəkmiş şəxs məhəl qoymayıb yenə üzərinə yerimiş, o yenə onu itələmiş, yenidən üzərinə yerimişdir. Bu dəfə artıq kofdasının yaxa hissəsini əlləri ilə tutmuşdur. O, yenə onun əllərindən tutub itələyərək belə hərəkətləri xoşlamadığını demişdir. Həmin vaxt onun avtomobilində olan bir neçə sərnişinin onların mübahisəsini izlədiyini, əvvəldən taksi şoferi kimi münasibəti olan, Balakən rayonunda yaşayan kimi tanıdığı Elvin adlı şəxsin öz ağ rəngli, “Mercedes Vito” markalı avtomobili ilə onun avtomobilinin yanından keçib saxladığını görmüşdür. Sonra Zərərçəkmiş şəxs təkrar onun üvanına nalayiq ifadələr işlədib, əli yanında üzərinə nifrətlə gələn vaxt onun əlində nəyinsə tutduğunu hiss etmiş, sonra Zərərçəkmiş şəxs baş nahiyəsini onun ağız nahiyəsinə yaxınlaşdırmış, o əsəblərinə hakim ola bilməyib Zərərçəkmiş şəxs üz nahiyəsinə baş nahiyəsilə zərbə endirmişdir. Bu vaxt Elvinin onu arxadan qucaqlıyıb tutduğunu görmüş, Zərərçəkmiş şəxs ayağa durmuş, yenidən müvazinətini itirib yıxılmışdır. Yenidən ayağa duran vaxt artıq onu avtomobilinə mindirmişdirlər. Sonra o avtomobilini sürüb oradan uzaqlaşmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəхs qismində dindirilmiş Мəmmədоv Əli Mahir оğlu ifаdəsində göstərmişdir ki, о, ##.##.2024-cü il tаriхdə sааt təхminən 20 rаdələrində yаşаdığı Kiçik Dəhnə kəndinin kənаrındа və “Yеvlах-Bаlаkən” аvtоmоbil yоlunun kənаrındа yerləşən “Kəndimiz” kafesində tək əyləşmişdir. Həmin vахt аnası X3 ona zəng edib, evlərinin həyətində olan hovuza su şlankı qoyduğunu, hovuzun daşmaması üçün suyun istiqamətini dəyişməsini demişdir. O da 15-20 dəqiqəyə gələcəyini demiş, kafenin qarşısına çıxmış, оrаdа taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi şahid1 görmüş və оnа idarə etdiyi boz rəngli, “Volksvagen Passat” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu evlərinə aparıb, gətirməsini хаhiş еtmişdir. şahid1 razılaşmış və o, avtomobildə arxa sol oturacağa əyləşmişdir. şahid1 kafenin qаrşısındаn аvtоmоbili hərəkət еtdirərək birbаşа dаyаnmаdаn “Yevlax-Balakən” yolunа çıхmış, bu vaxt Balakən rayonu istiqamətinə hərəkət edən ağ rəngli, “Mercedes Vito” markalı, **-BK-*** dövlət qeydiyyat nişalı аvtоmоbilin sürücüsünün onun sərnişin olduğu avtomоbilə “uzaqvuran” işıqla işarə etmiş, şahid1 avtomobili sağa çəkib yolun kənarında saxlamışdır. Uzaqvuran işıqla “Saxla” işarəsi verən ağ rəngli, “Mercedes Vito” markalı, **-BK-*** dövlət qeydiyyat nişalıvə başqa ağ rəgli, “Mercedes Vito” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillər onun olduğu avtomobilin qarşısında saxlamışdırlar. şahid1 idarə etdiyi “Volksvagen Passat” markalı avtomobildən düşüb, ağ rəngli, “Mercedes Vito” markalı, **-BK-*** dövlət qeydiyyat nişalı avtomobilin sürücüsünə, yəni şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs ilə onun sərnişini olduğu avtomobilin qarşısında söhbət etmişdirlər. O da söhbətin uzun çəkdiyini gördüyü və tələsdiyi üçün avtomobildən yеrə düşərək оnlara yaxınlaşmış, Təqsirləndirilən şəxs salam verib, tələsərək yola çıxdıqlarını, ölüm olmadığını, qəza baş vermədiyini, xəsarət alan olmadığını deyib, mürаciət еtdikdə Təqsirləndirilən şəxs qəfil baş zərbəsi ilə onun sifət nahiyəsinə zərbə vurmuşdur. Bu vaxt əlini üzünə tutmаq istədikdə sаğ əlində tutduğu qara rəgli, “Redmi 11 pro plus” markalı mobil telefonu yerə düşmüş, o Təqsirləndirilən şəxs ona qаrşı gözlənilməz zərbə vurmаsınа görə Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlədib, əməliyyat olunduğunu, onu hansı səbəbə vurduğunu demiş, lakin Təqsirləndirilən şəxs bundаn sоnrа öz hərəkətlərini dаvаm еtdirərək onun sifət nahiyəsinə аrd-аrdа yumruq zərbələri endirmişdir. O həmin zərbələrdən huşunu itirmiş və hаdisənin sоnrаkı gеdişаtını görməmişdir. Özünə gələn vaxt isə havanın qaranlıq olduğunu, başının üzərində həmkəndlisi Ramil Мəmmədоvu və Şahini görmüş, o şahid1 tanımadığı şəxsin onu vurub qaçdığını, atası X4 xəbər vermək üçün telefon tapmasını demiş, onlar telefonunu axtarıb yolun kənarından tapmış, lakin telefonu sınmış və işləməmişdir. Həmçinin bir ədəd gümüş qоlbаğı və bir ədəd gümüş bоyunbаğısının üzərində оlmаdığını görmüş, ахtаrsа dа qаrаnlıq оlduğu üçün tаpа bilməmişdir. O, hеsаb еtmişdir ki, həmin əşyаlаrı оrаdа itmişdir. Çünki оrаdа оlаn həmkəndlisi Rаmil Məmmədov ona həmin əşyаlаrının Vüsаl Əliyev və yа bаşqа şəхs tərəfindən оğurlаnmаsı bаrədə məlumаt vеrməmişdir. Əgər bеlə bir hаl bаş vеrsəydi ona bu barədə dеyəcəyini bildirmişdir. Ramilin telefonu ilə atasına zəng vurub baş verən hadisəni danışmış, atası ilə görüşmüş və atası DIN-in 102 xidmətinə məlumat vermiş, onu Şəki rayon xəstəxanasına aparmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında şаhid qismində dindirilmiş şahid5 оğlu ifаdəsində göstərmişdir ki, о, özünə məxsus olan idarə etdiyi ağ rəngli, “Mercedes Vito” markalı, 99- UC-062 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri və Balakən rayonu arasında taksi fəaliyyətilə məşğul olduğunu, barəsində şikayət olunan Təqsirləndirilən şəxs da Bakı şəhəri və Balakən rayonu arasında taksi fəaliyyətilə məşğul olduğunu, Təqsirləndirilən şəxs bir ildir taksi fəaliyyəti ilə məşğul olduğu üçün tanıdığını, Təqsirləndirilən şəxs ilə münasibətlərinin normal olduğunu, iş yoldaşı kimi salam-sağolları olduğunu bildirmişdir. ## ###### 2024-cü il tarixdə Bakı şəhərindən sərnişinləri ilə birlikdə Balakən rayonuna getdiyini, həmin tarixdə saat 20 radələrində “Yevlax-Zaqatala-Gücüstan” yolunun Şəki rayonun Kiçik Dəhnə kəndindən keçən ərazisindən keçən vaxt Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli, “Mercedes Vito” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili və boz rəngli, “Volksvagen” markalı, dövlət qeydiyyat nişanını tam xatırlamadığı avtomobilin Şəki rayonu Kiçik Dəhnə kəndi ərazisində, Balakən rayonuna gedən istiqamətdə yolun sağında, kənarda saxladığını, 5-6 nəfər şəxsin iki avtomobilin arasına yığıldığını görmüşdür. O, Təqsirləndirilən şəxs “Mercedes Vito” markalı avtomobilinin nasaz olduğu üçün dayandığını zənn etmiş və Təqsirləndirilən şəxs ktmək etmək məqsədi ilə idarə etdiyi “Mercedes Vito” markalı avtomobili Balakən rayonuna gedən istiqamətdə yolun sağında kənara çəkib, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Vito” markalı avtomobilin arxasında saxlamış və avtomobilindən düşmüşdür. Bu vaxt Təqsirləndirilən şəxs və sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs hər ikisinin birbirinin ünvanına uca səslə nalayiq ifadələr işlədərək mübahisə etdiklərini, Zərərçəkmiş şəxs sifət nahiyəsinin tamamilə qan içində olduğunu, ayaq üstə tam dura bilmədiyini, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında olan bir nəfər onları aralayan tanımadığı şəxsi və onların hər iksinin davadalaşının ətrafına yığılan 5-6 nəfəri görmüşdür. O dərhal Təqsirləndirilən şəxs yaxınlaşıb, nə üçün dalaşdığını soruşmuş, Təqsirləndirilən şəxs həmin vaxt uca səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətdiyi üçün onun sualına məhəl qoymamışdır. O da vəziyyətin gərgin olduğunu, dava-dalaşa tamaşa edən sərnişinlərin narahat olduğunu görüb, Təqsirləndirilən şəxs ktməklik etmək və davanı sakitləşdirmək üçün Təqsirləndirilən şəxs qolundan çəkib, idarə etdiyi “Mercedes Vito” markalı avtomobilinə əyləşdirmişdir. Təqsirləndirilən şəxs məsələnin sonunun yaxşı yerə getmədiyini, dalaşmağa davam edərsə vəziyyətin daha da pisləşəcəyini, sərnişinlərinin də etdiyi dava-dalaşdan narahat olduğunu, sürüb buradan, yəni hadisə baş verən yerdən uzaqlaşmasını demişdir. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Vito” markalı avtomobilinə davaya tamaşa edən sərnişinlərinidə mindirmiş və Təqsirləndirilən şəxs yola salmışdır. Sonra tez avtomobilinə minmək üçün gəlirmiş, bu vaxt Zərərçəkmiş şəxs sifət nahiyəsi tamailə qan içində, ayaq üstə güclə dayanaraq avtomobilinin sağ tərəfindən ümumi sərnişinlər olan qapısını açmaq istədiyini görmüş, Zərərçəkmiş şəxs yaxınlaşıb bu avtomobilin Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Vito” markalı avtomobil olmadığını, həmin avtomobilin buradan uzaqlaşdığını demiş və Zərərçəkmiş şəxs oradan kənarlaşdırıb, avtomobilinə əyləşib Balakən rayonuna gəlmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında şаhid qismində dindirilmiş şahid4 оğlu ifаdəsində göstərmişdir ki, о, barəsində şikayət olunan Təqsirləndirilən şəxs ilə eyni məktəbdə Balakən rayonu Qazma kənd * nömrəli tam orta məktəbində oxumuşdur. Təqsirləndirilən şəxs məktəb vaxtlarından tanıdığını, münasibətlərinin normal olduğunu, üsiyyətilərinin çox olmasa da, kənd sakini kimi salam-sağollarının olduğunu bildirmişdir. ## ###### 2024- cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli, “Mercedes Vito” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sərnişin qismində Bakı şəhərindən yaşadığı Balakən rayonunun Qazma kəndinə gəlirmiş, o, avtomobildə qabaqda, yəni sürücünün yanında əyləşmişdir. ## ###### 2024-cü il tarixdə saat 20 radələrində əyləşdiyi avtomobildə yuxulamışdır. O qəfil əyləc səsinə yuxudan oyanmış, oyanan vaxt rəngini, markasını və dövlət qeydiyyat nişanını tam xatırlamadığı, yollarına qəfil çıxan avtomobili, Təqsirləndirilən şəxs “uzaqvuran işıqla” qarşılarında olan həmin avtomobilə işarə etdiyini görmüş, həmin avtomobili keçdikləri vaxt həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Vito” markalı avtomobilə arxdan “uzaqvuran” işıqla işarə etdiyini görmüşdür. Bu vaxt Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Vito” markalı avtomobilini yolun sağına kənara çəkib saxlamış, Təqsirləndirilən şəxs avtomobildən düşüb, “uzaqvuran” işıqla onu saxladan avtomobilin sürücüsünün yanına getmişdir. O, Təqsirləndirilən şəxs gedəndən sonra yaranmış fasilədən istifadə edib siqaret çəkmək üçün avtomobildən düşmüş, Təqsirləndirilən şəxs ilə həmin avtomobilin sürücüsünün söhbət etdiyini, həmin avtomobildən arıq adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs düşüb onlara yaxınlaşdığını görmüşdür. Uca səslə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və avtomobilin sürücüsünün mübahisə etdiklərini görmüş, o ucadan nalayiq ifadə işlədildiyini eşitmiş, həmin nalayiq ifadə işlədiləndən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyyəsinə baş zərbəsi vurduğunu görmüşdür. Zərbədən sonra Zərərçəkmiş şəxs sifət nahiyəsi tamamilə qan içində olduğunu bildirmişdir. Bu vaxt ora həmin kəndin sakinləri olduğu zənn etdiyi 3-4 nəfər gəlmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs köynəkərinin yaxasından dartaraq uca səslə nalayiq ifadələr işlədib, birbirilərini itələdiklərini, həmin avtomobilin sürücüsü qulağına mobil telefonu tutaraq kiməsə zəng etdiyini bildirmişdir. Bu vaxt ağ rəngli, “Mercedes Vito” markalı, dövlət qeydiyyat nişanını tam xatırlamadığı avtomobil gəlib, Təqsirləndirilən şəxs idarə etdiyi, “Mercedes Vito” markalı avtomobilin qarşısında saxlamış, bu vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə sərnişin olan qardaşı şahid2 yaranmış ucadan səs-küy və nalayiq ifadələr işlədildiyini görüb avtomobildən düşüb onun yanına gəlmişdir. Sonra əvvəldən tanımadığı adı sonradan ona məlum olan şahid5 idarə etdiyi “Mercedes Vito” markalı avtomobildən düşüb sürətlə Vüsal Əlievə yaxınlaşmış, uca səslə bir-birinə nalayiq ifadələr işlədən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aralayaraq Təqsirləndirilən şəxs qolundan tutub, onu idarə etdiyi “Mercedes Vito” markalı avtomobilinə əyləşdirmişdir. O və qardaşı şahid2 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşdiyini görüb, sərnişini olduqları Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşmiş və oradan uzaqlaşmışdırlar. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında şаhid qismində dindirilmiş şahid2 оğlu ifadəsində göstərmişdir ki, “xxxx” şirkətində texniki direktor vəzifəsində çalışır. Barəsində şikayət olunan Təqsirləndirilən şəxs ilə eyni məktəbdə Balakən rayonu Qazma kənd 1 ntmrəli tam orta məktəbində oxuduqlarını, Təqsirləndirilən şəxs məktəb vaxtlarından tanıdığını, münasibətlərinin normal olduğunu, ünsiyyətlərinin çox olmasa da, kənd sakini kimi salam-sağolları olduqlarını bildirmişdir. ## ###### 2024-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli, “Mercedes Vito” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sərnişin qismində Bakı şəhərindən yaşadığı Balakən rayonunun Qazma kəndinə gəlirmiş, o avtomobildə arxada əyləşmişdir. Həmin tarixdə saat 20 radələrində əyləşdiyi avtomobildə yuxulamışdır. O, qəfil əyləc səsinə yuxudan oyanmış, lakin sonra yenidən yuxulamış, biraz yuxuladıqdan sonra çöldən ucadan nalayiq ifadələr səsləndiyini və avtomobildə sərnişin qismində əyləşmiş qadınların da səs küyə narahat olduğu üçün nə baş verdiyini öyrənmək məqsədilə avtomobildən düşmüşdür. Bu vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə sərnişin olan qardaşı şahid4 yanına getmiş, bu vaxt Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs biri birilərinin yaxalarından tutaraq dartıdığının biri birilərinin ünvanına uca səslə nalayiq ifadələr işlətdiklərini görmüşdür. Bu vaxt kənardan onların davasını 3-4 tanımadığı ətrafda yaranmış səs-küyü, davanı izləməyə gələn şəxslərin olduğunu bildirmiş, sonra əvvəldən tanımadığı adı sonradan ona məlum olan şahid5 idarə etdiyi “Mercedes Vito” markalı avtomobildən düşüb sürətlə Vüsal Əlievə yaxınlaşmışdır. Uca səslə bir-birinə nalayiq ifadələr işlədən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aralayaraq Təqsirləndirilən şəxs qolundan tutub, onu idarə etdiyi “Mercedes Vito” markalı avtomobilinə əyləşdirmişdir. O və qardaşı şahid4 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşdiyini görüb, sərnişini olduqları Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşmiş və oradan uzaqlaşmışlar. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında şаhid qismində dindirilmiş şahid3 оğlu ifadəsində göstərmişdir ki, o, Şəki rayonunun Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla həmin ünvanda tək yaşayır. Həmkəndlisi Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs çoxdan tanıyır. Kənd sakini kimi salam-sağolları var. ##.##.2024-cü il tarixdə saat təxminən 20 radələri olardı o, yaşadığı evdən kəndlərində yerləşən “Dəhnə Stor” mağazasına gedirmiş, o, Yevlax-Zaqatala-Balakən yolunun sağ hissəsi ilə üzü Yevlax istiqamətində etibarnamə əsasında idarə etdiyi göy rəngli, “Mercedes 209” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə imiş, bu vaxt həmin yolun Balakən rayonu istiqamətində yolun sağında həmkəndlisi şahid1 idarə etdiyi boz rəngli, “Volsvagen” markalı avtomobilini və avtomobilin ətafında olan Zərərçəkmiş şəxs, şahid1 və 2-3 nəfər tanımadığı şəxsləri görmüşdür. O, şahid1 idarə etdiyi avtomobilinin nasaz olduğunu, kömək lazım olduğunu düşünüb idarə etdiyi avtomobili Yevlax rayonuna gedən istiqamətdə yolun sağında kəndlərində yerləşən qəssabxananı keçib saxlamış və oraya toplaşan həmkəndlilərinə yaxınlaşmışdır. O, yaxınlaşanda Zərərçəkmiş şəxs sifət nahiyəsinin əzildiyini, rənginin göy rəngə dönüşdüyünü, Zərərçəkmiş şəxs və digərilərinin həyacanlı və narahat görsəndiklərini görüb nə baş verdiyini Zərərçəkmiş şəxs soruşmuşdur. Zərərçəkmiş şəxs 2-3 dəqiqə öncə dava etdiyini demiş, o da kiminlə dava etdiyini soruşanda Zərərçəkmiş şəxs tanımadığı şəxlə dava etdiyini demişdir. O, dərhal Zərərçəkmiş şəxs və şahid1 Ramilin idarə etdiyi avtomobilə əyləşdirmiş, onlara evə getmələrini, burda qalmağın heç bir mənası olmadığını demiş, onlar hər ikisi oradan uzaqlaşdırmışdır. O da öz idarə etdiyi avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, o, Kiçik Dəhnə kəndində yerləşən kafedən magistral yola çıxmış, maşında Əli ilə birlikdə Böyük Dəhnəyə gedərkən, “vita” marqat etmişdir. “Vita”- nın marqat etmə səbəbi özünün “vita”-nın yoluna çıxması olmuşdur. Bu zaman o, maşını saxlamış və maşından düşmüşdür. O, qarşı tərəflə normal şəkildə söhbət etdiyi zaman, Əli maşından düşərək, qarşı tərəfə söyüş söymüşdür. Bundan sonra Vüsal Əliyə vurmuşdur. Bundan sonra tərəflər arasında mübahisə düşmüşdür. Maşından düşməzdən öncə Əli ilə arasında heç bir mübahisə olmamış, Əlidən bu davranışı gözləməmişdir. Tərəflər arasında mübahisə başlayanda ilk öncə kimin vurduğunu xatırlamır. Əli ilə arasında yaxın dostluq yaxud düşmənçilik münasibətləri yoxdur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı və ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanunsuz və əsassız olması barədə qənaətə gəlmək üçün kifayət etmir. Apellyasiya protestinin əsas mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs fiziki zor tətbiq etməsi, ona sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməsi, hadisə zamanı nalayiq ifadələr işlətməsi və hadisənin ictimai yerdə, kənar şəxslərin iştirakı ilə baş verməsi onun əməlində CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulmuş xuliqanlıq niyyətinin və CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin mövcudluğunu təsdiq edən hallar kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar ayrı-ayrılıqda və onların məcmusu halında qiymətləndirildikdə belə, Təqsirləndirilən şəxs hərəkətlərinin məhz xuliqanlıq motivi ilə törədilməsini və onun əsas məqsədinin ictimai qaydanı kobud surətdə pozmaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək olduğunu qəti şəkildə təsdiq etmir. CM-in 221.1-ci maddəsinin dispozisiyasına görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Deməli, şəxsin ictimai yerdə başqa şəxsə xəsarət yetirməsi və ya nalayiq ifadələr işlətməsi faktının müəyyən edilməsi həmin şəxsin əməlində avtomatik olaraq CM-in 221.1ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin mövcudluğunu şərtləndirmir. Bunun üçün həm də həmin hərəkətlərin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik etmək məqsədi ilə, yəni xuliqanlıq motivi ilə törədilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2004-cü il tarixli, * nömrəli qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. Izah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göründüyü kimi, xuliqanlığın digər oxşar cinayətlərdən fərqləndirilməsi zamanı cinayətin motivi və konkret hadisənin yaranma səbəbləri müəyyən edilməlidir. Şəxsi münasibətlər zəminində, yaxud zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində törədilən döymə və sağlamlığa zərər vurma hərəkətləri, ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizlik halları müəyyən edilmədikdə, xuliqanlıq kimi qiymətləndirilmir. Şəxsin ictimai yerdə digər şəxsə fiziki zor tətbiq etməsi və nalayiq ifadələr işlətməsi özlüyündə həmin şəxsin əməlində xuliqanlıq niyyətinin mövcudluğunu təsdiq etmir. Əməlin xuliqanlıq kimi tövsif edilməsi üçün təqsirkarın hərəkətlərinin əsas hərəkətverici motivinin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik göstərməkdən ibarət olması müəyyən edilməlidir. Hazırkı iş üzrə isə hadisənin yaranmasına konkret səbəb və tərəflər arasında baş vermiş mübahisə mövcuddur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə hərəkətdə olarkən şahid1 idarə etdiyi avtomobilin onun hərəkət hissəsinə qəfil çıxmasını görmüş, bundan sonra avtomobillər saxlanılmış və tərəflər arasında həmin hadisə ilə əlaqədar mübahisə yaranmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o, şahid1 idarə etdiyi avtomobildə sərnişin qismində olmuş, Təqsirləndirilən şəxs ilə şahid1 arasında söhbət getdiyini gördükdən sonra avtomobildən düşərək onların yanına yaxınlaşmışdır. Digər tərəfdən, şahid1 məhkəmə baxışında verdiyi ifadədən müəyyən olunur ki, avtomobilin yola çıxması ilə bağlı Təqsirləndirilən şəxs ilə arasında söhbət olmuş, Zərərçəkmiş şəxs avtomobildən düşərək qarşı tərəfə söyüş söymüş və bundan sonra Təqsirləndirilən şəxs tərəfindən ona zərbə endirilmişdir. şahid1 həmçinin tərəflər arasında sonradan qarşılıqlı mübahisə yarandığını bildirmişdir. Şahid şahid4 ifadəsində də Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs hadisə zamanı qarşılıqlı şəkildə nalayiq ifadələr işlətdikləri, bir-birlərinin yaxasından tutaraq dartdıqları və bir-birlərini itələdikləri göstərilmişdir. Şahid şahid2 da tərəflərin bir-birlərinin yaxasından tutaraq dartdıqlarını və qarşılıqlı nalayiq ifadələr işlətdiklərini təsdiq etmişdir. Şahid şahid5 ifadəsində də Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qarşılıqlı mübahisə etdikləri, hər ikisinin uca səslə nalayiq ifadələr işlətdiyi və onun müdaxiləsindən sonra tərəflərin ayrıldığı göstərilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusundan görünür ki, hadisə birdən-birə, hər hansı səbəb olmadan ictimai qaydanı pozmaq məqsədi ilə törədilmiş hərəkətdən ibarət olmamış, konkret yol hərəkəti hadisəsi və bununla əlaqədar yaranmış mübahisədən sonra tərəflər arasında qarşıdurma baş vermişdir. Bu hal Təqsirləndirilən şəxs hərəkətlərinin hüquqi qiymətləndirilməsi zamanı mühüm əhəmiyyət daşıyır. Apellyasiya protestində göstərilir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmış, hər hansı hadisə baş vermədiyini bildirmiş və Təqsirləndirilən şəxs bundan sonra heç bir əsaslı səbəb olmadan ona fiziki zor tətbiq etmişdir. Lakin bu nəticə iş üzrə bütün sübutların məcmusu ilə birmənalı şəkildə təsdiq olunmur. Əksinə, şahid1, şahid4, şahid2 və şahid5 ifadələrində tərəflər arasında qarşılıqlı mübahisənin, nalayiq ifadələrin və fiziki qarşıdurmanın baş verdiyi göstərilir. Bu ifadələr hadisənin yalnız Təqsirləndirilən şəxs birtərəfli, heç bir səbəb olmadan törətdiyi zorakılıqdan ibarət olması barədə protestdə irəli sürülən mövqeyi şübhə altına alır. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin ifadəsinin digər sübutlardan fərqli olaraq avtomatik şəkildə üstün sübut kimi qəbul edilməsi mümkün deyildir. CPM-in sübutların qiymətləndirilməsinə dair tələblərinə əsasən hər bir sübut digər sübutlarla müqayisədə yoxlanılmalı, onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi müəyyən edilməli, sübutların məcmusu isə şəxsin təqsiri barədə nəticə çıxarmağa kifayət edibetməməsi baxımından qiymətləndirilməlidir. Hazırkı iş üzrə zərərçəkmiş şəxsin ifadəsində Təqsirləndirilən şəxs ilk olaraq ona zərbə vurduğu göstərilsə də, digər şahidlərin ifadələrində tərəflər arasında qarşılıqlı mübahisənin və qarşılıqlı nalayiq ifadələrin mövcudluğu təsdiq olunur. Buna görə də zərərçəkmiş şəxsin hadisənin başlanmasına dair izahı digər sübutlardan təcrid olunmuş şəkildə təqsirləndirilən şəxsin əməlində xuliqanlıq motivinin mövcudluğunu müəyyən etmək üçün kifayət hesab edilə bilməz. Apellyasiya protestində şahid1 ifadəsinin birinci instansiya məhkəməsi tərəfindən təhrif edildiyi də iddia olunur. Məhkəmə kollegiyası həmin dəlili də əsaslı hesab etmir. Onun ifadəsi digər şahidlərin hadisənin qarşılıqlı mübahisə və dava-dalaş şəklində baş verməsinə dair ifadələri ilə ziddiyyət təşkil etmir. Apellyasiya protestində hadisənin ictimai yerdə, kənar şəxslərin yanında baş verməsi və Təqsirləndirilən şəxs yüksək səslə nalayiq ifadələr işlətməsi xuliqanlığın sübutu kimi göstərilir. Məhkəmə kollegiyası hesab edir ki, həmin hallar xuliqanlıq əməlinin obyektiv cəhətinin müəyyən əlamətlərini xarakterizə edə bilsə də, özlüyündə xuliqanlıq motivinin mövcudluğunu sübut etmir. Xuliqanlıq cinayətinin əsas fərqləndirici xüsusiyyəti təqsirkarın hərəkətlərinin motivində, yəni özünü cəmiyyətə qarşı qoymaq, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş davranış normalarına açıq etinasızlıq göstərmək niyyətində ifadə olunur. Hadisənin ictimai yerdə törədilməsi isə yalnız məkan amilidir və motivin mövcudluğunu əvəz etmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi ictimai qaydanı pozmaq məqsədi ilə deyil, konkret olaraq hadisə zamanı yaranmış mübahisə və qarşıdurmanın gedişində baş vermişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma əməlinin CM-in 127.2.3-cü maddəsi ilə tövsif edilməsi üçün sağlamlığa zərər vurma faktının özü ilə yanaşı, həmin zərərin məhz xuliqanlıq niyyəti ilə vurulması müəyyən edilməlidir. Hazırkı iş üzrə isə xəsarət yetirmə faktı mübahisələndirilmir və məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiq olunur. Lakin xəsarətin ağırlıq dərəcəsinin müəyyən edilməsi şəxsin hansı motivlə hərəkət etdiyini müəyyən etmir. Xəsarətin xarakteri və sayı yalnız təqsirin və qəsdin müəyyən edilməsi zamanı digər hallarla birlikdə qiymətləndirilməlidir. Iş üzrə sübutların məcmusu isə xəsarətin məhz xuliqanlıq niyyəti ilə yetirildiyini şübhəsiz müəyyən etməyə imkan vermir. Əksinə, hadisənin konkret mübahisədən sonra yaranması və qarşılıqlı qarşıdurma şəraitində baş verməsi həmin nəticənin əksini göstərən mühüm hallardır. Bu baxımdan birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlini CM-in 127.2.3-cü maddəsindən CM-in 127.1-ci maddəsinə tövsif etməsi barədə gəldiyi nəticə qanuna və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğundur. Eyni əsaslarla Təqsirləndirilən şəxs əməlində CM-in 221.1-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibinin olmaması barədə birinci instansiya məhkəməsinin nəticəsi də əsaslıdır. Çünki CM-in 221.1-ci maddəsi üzrə məsuliyyət üçün yalnız ictimai yerdə fiziki zor tətbiq edilməsi və ya nalayiq ifadələrin işlədilməsi deyil, həmin hərəkətlərin ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq motivi ilə törədilməsi tələb olunur. Hazırkı iş üzrə isə belə motivin mövcudluğu barədə nəticə çıxarmağa imkan verən sübutlar kifayət qədər mötəbər və yekdil deyildir. Apellyasiya protestində birinci instansiya məhkəməsinin zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə müdafiə tərəfinin ifadələri ilə müqayisədə qərəzli yanaşdığı da iddia edilmişdir. Məhkəmə kollegiyası bu dəlillə də razılaşmır. Birinci instansiya məhkəməsi sübutları təqsirləndirilən şəxsin və ya zərərçəkmiş şəxsin mənafeyindən çıxış etməklə deyil, onların hər birinin işin digər halları ilə uyğunluğu baxımından qiymətləndirməlidir. Hazırkı işdə məhkəmənin nəticəsi yalnız Təqsirləndirilən şəxs ifadəsinə deyil, həmçinin şahid1, şahid5, şahid4 və şahid2 ifadələrinə, habelə digər iş materiallarına əsaslanır. Əksinə, apellyasiya protestində müdafiə tərəfinin xeyrinə olan hansı konkret sübutun qanunsuz və ya əsassız olaraq qəbul edildiyi, yaxud hansı ittihamedici sübutun əsassız olaraq rədd edildiyi konkret və inandırıcı şəkildə göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sübutların qiymətləndirilməsi zamanı onların yalnız ittihamı təsdiq edən hissələrinin deyil, həm də təqsirləndirilən şəxsin təqsirinin və cinayətin motivinin müəyyən edilməsinə təsir edən bütün halların nəzərə alınması zəruridir. CPM-in təqsirsizlik prezumpsiyasını və sübutetmənin əsas prinsiplərini müəyyən edən normalarının tələblərinə görə aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Hazırkı işdə isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi sübuta yetirilsə də, bu hərəkətin məhz xuliqanlıq motivi ilə törədilməsi barədə nəticə aradan qaldırılmamış şübhələrdən kənar, inandırıcı və kifayət qədər sübutlarla təsdiq edilmir. Belə olan halda təqsirləndirilən şəxsin əməlində CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin və CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan tövsifedici əlamətin mövcudluğu barədə nəticəyə gəlmək mümkün deyildir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı və ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili X5 tapşırılmışdır. X6 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırkı işin baxılması ilə bağlı müdafiəçi cəmi 6 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli, ** nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46950" \t "_blank" \o "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi" Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası HYPERLINK "https://e-qanun.az/framework/46945" \t "_blank" \o "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi" Mülki Prosessual Məcəlləsinin 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilsin. Odur ki, Təqsirləndirilən şəxs oğluna məhkəmə kollegiyası iclasında göstərilən hüquqi yardıma görə 66 manat məbləğində pul X6na ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı və ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğluna məhkəmə kollegiyası iclasında göstərilən hüquqi yardıma görə 66 manat məbləğində pul X6na ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-187/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-187/2026
10.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver