Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-189/2026 23.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərov Anar Əlifağa oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov Imanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü ilə (sədrlik edən B.Qasımov), ##.##.1990-cı il tarixdə Ağsu rayonu, Ülgüc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağsu rayonu, Ülgüc kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X9 saxlanılan Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının həbsə alındığı gündən, yəni ## ###### 2026-cı il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunması və onun ərazi narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilən maddi sübut – Təqsirləndirilən şəxs idarə etdiyi Kia Cadenza markalı avtomobilin yük yerindən 01 ədəd sellofan torbanın içərisində 05 ədəd ayrı-ayrı kağız bükümlərdə, 03 ədəd kibrit qutularında ayrı-ayrılıqda 06 ədəd, 04 ədəd və 01 ədəd olmaqla ümumilikdə 11 ədəd kağız bükümlərdə, həmçinin 01 ədəd kibrit qutusunda tədqiqatdan sonrakı qalıq çəkisi 10,26 qram olan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tövlədən aşkar olunaraq götürülmüş zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada tədqiqatdan sonrakı qalıq çəkisi 77,39 qram olan qurudulmuş marixuananın, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tövlədən aşkar olunaraq götürülmüş zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada tədqiqatdan sonrakı qalıq çəkisi 155,25 qram olan qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd Azərbaycan Beynəlxalq Bankına məxsus plastik kartın, bir ədəd Samsung və bir ədəd Honor markalı mobil telefonun hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılması, iş üzrə cinayət işində saxlanılan 10 ədəd “CD” diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılması, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 71,86 manatın alınıb Respublika büdcəsinin hesabına keçirilməsi hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşımaqla saxlamış və həmin narkotik vasitənin bir hissəsini satmışdır. Belə ki, o, satış məqsədilə 2026-cı ilin yanvar ayının əvvəlində istintaqa dəqiq məlum olmayan gündə Göyçay rayonu Qarayazı kəndi ərazisində şahid1 700 manat pul müqabilində qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 244,13 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı daşıyıb yaşadığı Ağsu rayonu inzibati ərazisinə gətirib həmin narkotik vasitənin xeyli miqdar təşkil edən 77,49 qramını bir ədəd şəffaf sellofan torbada, 155,35 qramını isə digər bir ədəd şəffaf sellofan torbada qablaşdırıb gələcəkdə satmaq məqsədilə qanunsuz olaraq Ağsu rayonu Ülgüc kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədə gizlədib qanunsuz olaraq satış məqsədi ilə saxlamış, 10,94 qramını isə 0,41 qram, 0,44 qram, 0,41 qram, 0,45 qram, 0,42 qram olmaqla 05 ədəd ayrı-ayrı kağız bükümlərdə, 0,40 qram, 0,41 qram, 0,55 qram, 0,53 qram, 0,35 qram, 0,46 qram olmaqla ayrı-ayrı kağız bükümlərdə bir ədəd kibrit qutusunun içərisində, 0,42 qram, 0,43 qram, 0,40 qram, 0,44 qram olmaqla ayrıayrı kağız bükümlərdə bir ədəd kibrit qutusunun içərisində, 0,41 qram olmaqla bir ədəd kağız bükümdə bir ədəd kibrit qutusunun içərisində və 4,01 qram olmaqla bir ədəd kibrit qutusunda qablaşdırıb gələcəkdə satmaq məqsədilə qanunsuz olaraq özünə məxsus Kia Cadenza minik markalı ** QF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində gizlədib qanunsuz olaraq satış məqsədi ilə saxlamış, 0,35 qramını isə bir ədəd kağız bükümdə qablaşdırıb ## ###### 2026-cı il tarixdə Ağsu şəhəri Natəvan küçəsində 10 manat pul müqabilində şahid5 qanunsuz olaraq satmış, həmin tarixdə Ağsu RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 19:48-də Ağsu rayonu Qaraqaşlı kəndi ərazisində saxlanıb üzəri və idarə etdiyi Kia Cadenza minik markalı ** QF *** dövlət qeydiyyat nişanlı avtomobili yoxlanılarkən həmin avtomobilin arxa yük yerində satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 05 ədəd ayrıayrı kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,41 qram, 0,44 qram, 0,41 qram, 0,45 qram, 0,42 qram, 03 ədəd kibrit qutularında ayrı-ayrılıqda 06 ədəd, 04 ədəd və 01 ədəd olmaqla ümumilikdə 11 ədəd kağız bükümlərdə uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,40 qram, 0,41 qram, 0,55 qram, 0,53 qram, 0,35 qram, 0,46 qram, 0,42 qram, 0,43 qram, 0,40 qram, 0,44 qram, 0,41 qram, həmçinin 01 ədəd kibrit qutusunda təmiz çəkisi 4,01 qram, ümumi təmiz çəkisi 10,94 qram olan xeyli miqdarda bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, istintaq-əməliyyat tədbirlərinin davamı olaraq ## ###### 2026-cı il tarixdə saat 19:13-də Ağsu rayonu Ülgüc kəndində yerləşən fərdi yaşayış evinə Ağsu RPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilərkən həyətyanı sahədə yerləşən tövlədə qanunsuz olaraq satış məqsədilə saxladığı iki ədəd şəffaf sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri xeyli miqdar 77,49 qram və xeyli miqdar 155,35 qram təşkil edən bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona verilmiş cəza müddəti ilə razılaşmır. O, ittiham olunduğu CM-in 234.2-ci maddəsi ilə özünü təqsirli bilmir. Hesab edir ki, Ağsu rayon Polis şöbəsində onun barəsində aparılan istintaq hərəkətləri düzgün aparılmayıb. Onun narkotik vasitə ilə bağlı heç bir satış məqsədi olmayıb. Satış məqsədinin olması yalanını polis əməkdaşlarının özləri uydurub. Ağsu Rayon Məhkəməsi isə bu nüansı nəzərə almadan ona cəza kəsib. Ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyi isə ümumiyyətlə nəzərə alınmayıb. Buna görə də, 3 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası çoxdur. Ağsu rayon Polis şöbəsinin əməkdaşları ona qarşı qərəzli və ədalətsiz mövqe nümayiş etdirərək başqa bir insanın əli ilə onu tələyə salıblar. O, hərdən narkotik vasitələrdən istifadə edir, amma heç vaxt satış məqsədi haqqında düşünməyib. Anası dünyasını dəyişib, evdə qoca, kəskin pnevmaniya xəstəsi olan atası var və o, atasına tək baxır. Özü də fəhlə işləyirdi. Öz səhhətində ciddi problemlər var. Böyrəkləri və ciyərindəki problemlərdən dolayı qapalı şəraitdə, təcridxanada qala bilmir. Odur ki, Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmünün ləğv edilib barəsində daha ədalətli və hümanist qərar qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X1 çıxış edərək, iş materiallarında şəxsin təqsirliliyini təsdiq edəcək kifayət qədər sübutlar olduğunu amma apellyasiya şikayətində kifayət qədər əsaslarının olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan: - Cinayət işi başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında ## ###### 2026-cı il tarixli qərardan görünür ki, fakta görə CM-in 234.1 və 234.2-ci maddələri ilə cinayət işi başlanmış və istintaq aidiyyəti üzrə Ağsu RPŞ-nin IB-nə göndərilmişdir. - “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üzərinin yoxlanılması və əşyaların götürülməsi haqqında” ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 17:51-də şahid5 üzərinə Ağsu RPŞ-nin CAB-nin əməliyyat müvəkkili şahid4 tərəfindən baxış keçirilmiş, baxış zamanı şahid5 üzərindən bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,17 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd “Vinston” markalı siqaret qutusunda təmiz çəkisi 9,24 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd qəbz (Hekayət adlı şəxsin ABB kartına 10 manat atdığına dair) və Samsung markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Video çəkilişin aparıldığına dair CD disk protokola əlavə edilmişdir. - “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üzərinin yoxlanılması və əşyaların götürülməsi haqqında” ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19:48-də Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi Kia Cadenza markalı avtomobilə Ağsu RPŞ-nin CAB-nin əməliyyat müvəkkili şahid4 tərəfindən baxış keçirilmiş və Təqsirləndirilən şəxs idarə etdiyi Kia Cadenza markalı avtomobilin yük yerinə baxış zamanı avtomobilin yük yerindən 01 ədəd sellofan torbanın içərisində 05 ədəd ayrı-ayrı kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,41 qram, 0,44 qram, 0,41 qram, 0,45 qram, 0,42 qram, 03 ədəd kibrit qutularında ayrı-ayrılıqda 06 ədəd, 04 ədəd və 01 ədəd olmaqla ümumilikdə 11 ədəd kağız bükümlərdə uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,40 qram, 0,41 qram, 0,55 qram, 0,53 qram, 0,35 qram, 0,46 qram, 0,42 qram, 0,43 qram, 0,40 qram, 0,44 qram, 0,41 qram, həmçinin 01 ədəd kibrit qutusunda təmiz çəkisi 4,01 qram, ümumi təmiz çəkisi 10,94 qram olan xeyli miqdarda bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, eləcə də avtomobilin salonundan bir ədəd Azərbaycan Beynəlxalq Banıkına məxsus **************** nömrəli plastik kart, bir ədəd Samsung markalı və bir ədəd Honor markalı mobil telefonlar aşkar olunaraq götürülmüşdür. Video çəkilişin aparıldığına dair CD disk protokola əlavə edilmişdir. - “Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında” ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, şahid5 üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd Samsung markalı mobil telefona, bir ədəd qəbzə və videoçəkilişin olduğu CD-diskə Ağsu RPŞ-nin TB-nin baş təhqiqatçısı, R Elnur Əzizov tərəfindən baxış keçirilmişdir. Video çəkilişin aparıldığına dair CD disk protokola əlavə edilmişdir. - “Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında” ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Kia Cadenza markalı avtomobilin yük yerindən aşkar edilmiş qurudulmuş marixuanalara, bir ədəd plastik karta, mobil telefonlara və videoçəkilişin olduğu CD-diskə Ağsu RPŞ-nin TBnin baş təhqiqatçısı, R Elnur Əzizov tərəfindən baxış keçirilmişdir. Video çəkilişin aparıldığına dair CD disk protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin ## ###### 2026-cı il tarixli **/** saylı ekspert rəyinin “tədqiqatın nəticəsi” hissəsində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “şahid5 üzərindən götürülmüş kütlələr” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 0,35 qram, digər 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd siqaret qutusunda təmiz çəkisi – 9,24 qram ümumi təmiz çəkiləri – 9,59 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş kütlələr” sözləri, adlar və imzalar yazılmış digər 01 (bir) ədəd zərfi açdıqda içərisindəki 05 (beş) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,41 qram, 0,44 qram, 0,41 qram, 0,45 qram, 0,42 qram 03 (üç) ədəd kibrit qutularında ayrıayrılıqda 06 (altı) ədəd, 04 (dörd) ədəd və 01 (bir) ədəd olmaqla ümumilikdə 11 (on bir) ədəd kağız bükümlərdə uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,40 qram, 0,41 qram, 0,55 qram, 0,53 qram, 0,35 qram, 0,46 qram, 0,42 qram, 0,43 qram, 0,40 qram, 0,44 qram, 0,41 qram, həmçinin 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 4,01 qram, ümumi təmiz çəkisi - 10,94 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd zərfin içərisindəki 05 (beş) ədəd kağız bükümlərdə, 01 (bir) ədəd kibrit qutusunda, 03 (üç) ədəd kibrit qutusunun içərisindəki 11 (on bir) ədəd kağız bükümlərdə 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər, 01 (bir) ədəd siqaret qutusunda olan qurudulmuş marixuana isə tərkibinə görə tərkibinə görə təqdim edilmiş digər qurudulmuş marixuanalardan fərqlidir. Qeyd: a) Marixuananın ümumi təmiz çəkisi – 9,59 qr., tədqiqata sərf edildi – 0,04 qr. (hər ob.-0,02qr.), qalıq – 9,55 qr. b) Marixuananın ümumi təmiz çəkisi – 10,94 qr., tədqiqata sərf edildi – 0,34 qr., (hər ob.-0,02qr.) qalıq – 10,60 qr. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza xərci 87,14 manatdır. - Üzləşdirmə aparılması haqqında ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, şahid5 ilə Təqsirləndirilən şəxs arasında videoçəkiliş aparılmaqla üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı şahid5 ## ###### 2026-cı il tarixdə istifadəsində ***- ***-**-** saylı mobil nömrənin Whatsapp tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan saylı mobil nömrəyə mesaj yazaraq narkotik vasitə satmağını xahiş etmdiyini, Təqsirləndirilən şəxsdə ona kart nömrəsi göndərdiyini, saat təxminən 16 radələrində ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs göndərdiyi kart hesabına 10 manat pul atdığını, bir az sonra Təqsirləndirilən şəxs ona mesaj yazaraq narkotik vasitəni Ağsu şəhəri Natəvan küçəsində daşın altına qoyduğunu deyib oradan götürməyi bildirdiyini, onun da Təqsirləndirilən şəxs bildirdiyi yerə gedib daşın altında olan bir büküm narkotik vasitə olan qurudulmuş marixananı götürüb əynində olan şalvarının sağ yan cibinə qoyduğunu, həmçinin Hikayətdən əvvəllər də bir neçə dəfə pul müqabilində narkotik vasitə olan qurudulmuş marixuana aldığını Təqsirləndirilən şəxs üzünə qarşı deməklə, sonuncunu bir daha ifşa etmişdir. Həmçinin üzləşmə zamanı Təqsirləndirilən şəxs şahid5 dediklərini təsdiq etmişdir. Video çəkilişin aparıldığına dair CD disk protokola əlavə edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında ## ###### 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - “Baxış keçirilməsi və götürülmə aparılması haqqında” ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu Ülgüc kəndində yerləşən fərdi yaşayış evinə onun öz razılığı ilə baxış keçirilmiş və baxış zamanı həyətyanı sahədə yerləşən tövlədə qanunsuz olaraq satış məqsədilə saxladığı iki ədəd şəffaf sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri xeyli miqdar 77,49 qram və xeyli miqdar 155,35 qram təşkil edən bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Video çəkilişin aparıldığına dair CD disk protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin ## ###### 2026-cı il tarixli **/** saylı ekspert rəyinin “tədqiqatın nəticəsi” hissəsində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tövlədən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi – 77,49 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tövlədən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi – 155,35 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar ilə 05 (beş) ədəd kağız bükümlərdə, 01 (bir) ədəd kibrit qutusunda və 03 (üç) ədəd kibrit qutusunun içərisindəki 11 (on bir) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: a) Marixuananın (1№-li ob.) təmiz çəkisi – 77,49 qr., tədqiqata sərf edildi – 0,10 qr., qalıq – 77,39 qr. b) Marixuananın (2№-li ob.) təmiz çəkisi – 155,35 qr., tədqiqata sərf edildi – 0,10 qr., qalıq – 155,25 qr. c) Marixuananın (3№-li ob.) təmiz çəkisi – 10,60 qr., tədqiqata sərf edildi – 0,34 qr. (hər ob.-0,02qr.), qalıq – 10,26 qr. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza xərci 71,86 manatdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional Bölməsinin ## ###### 2026-cı il tarixli **/** saylı ekspert rəyinin “tədqiqatın nəticəsi” hissəsində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “şahid1 oğlunun işlətdiyi təmir sexindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə.” Yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi-0,78 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Həmin kağız bükümdə, təmiz çəkisi- 0,45 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim edilmiş şahid1 götürülmüş 01 (bir) ədəd kağız bükümdə olan qurudulmuş marixuana ilə Təqsirləndirilən şəxs götürülmüş 02 (iki) ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. - Üzləşdirmə aparılması haqqında ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə şahid1 arasında videoçəkiliş aparılmaqla üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı şahid1 Təqsirləndirilən şəxs təxminən il yarımdır ki, tanıdığını, Hikayətin onun işlədiyi sexə gəlib gedərkən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini bilib ondan istifadə etmək üçün narkotik vasitə istədiyini, onun da Hikayətə istifadə etmək üçün bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuana verdiyini, 2026-cı ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs onun işlətdiyi sexə gəldiyini və ondan narkotik vasitə istədiyini, onun da Təqsirləndirilən şəxs 2 ədəd ayrı-ayrı şəffaf sellofan paketlərdə olan qurudulmuş marixuana sata biləcəyini, lakin bunun müqabilində 700 manat pul alacağımı dediyini, Təqsirləndirilən şəxsdə həmin vaxt pulu olmadığını, həmin narkotik vasitənin pulunu sonra verəcəyini bildirdiyini, onun da Təqsirləndirilən şəxslə razılaşdığını, bundan sonra həmin ayrı-ayrı şəffaf sellofan paketlərdə olan narkotik vasitə qurudulmuş marixuanaları qara rəngli sellofan paketin içərisinə yerləşdirib Hikayətin avtomobilinin yük yerinə qoyduğunu və bundan sonra Hikayətin avtomobili idarə edib çıxıb getdyini bildirmişdir. Həmçinin üzləşmə zamanı Təqsirləndirilən şəxs, şahid1 dediklərini təsdiq etmişdir. Video çəkilişin aparıldığına dair CD disk protokola əlavə edilmişdir. - “Mobil telefona baxış keçirilməsi barədə” ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan və iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyi üçün götürülmüş “Honor” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonun Whatsapp bölməsində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə şahid5 istifadəsində olunmuş ***-***-**-** saylı mobil nömrə arasında ## ###### 2026-cı il tarixdə narkotik vasitələrin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə bağlı yazışmaların aparılması müəyyən olunmuşdur. Həmin tarixdə saat 10:46-dan başlayaraq şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Salam qaqa rayondasan 10 manat atım” məzmununda sms göndərilmiş, Təqsirləndirilən şəxs də “Salam yox işim var başqa yerdəyəm, 1-2 saata gələcəm” məzmunda sms göndərmiş, daha sonra şahid5 “Qonağım var, imkan varsa hara desən gəlim, maşınlayam, hara desən qoy götürüm, qaqa gör alınırsa hara desən gəlim vallah birazdan pulda olmayacaq, bir yerə qoy atım 10 manat” məzmununda sms göndərmiş, Təqsirləndirilən şəxs “Vallah mazqi edirsəne, deyirəm başqa yerdəyəm də alınanda deyirəm də” məzmununda sms göndərmiş, daha sonra şahid5 “ok, nə vaxta gələrsən, saat 2-yə gələrsən qaqa” məzmununda sms göndərmiş, Təqsirləndirilən şəxs “Uzağı 3-ə kimi” daha sonra şahid5 “Qaqa gəlmisən, bir cavab verdə, dedin 3-ə qədər, sən deyən vaxtdır” məzmununda sms göndərmiş, Təqsirləndirilən şəxs “Çıx tez 10 at karta” məzmununda sms şahid5 “Qaqa gəlmisən, bir cavab verdə, dedin 3-ə qədər, sən deyən vaxtdır” məzmununda sms göndərmiş, Təqsirləndirilən şəxs “Çıx tez 10 at karta” məzmununda sms göndərmiş, sonra şahid5 “Hardasan atıram” məzmununda sms göndərmiş, Təqsirləndirilən şəxs “5522 0993 6273 8833” məzmununda sms göndərmiş, şahid5 “Atdım 10 manat” məzmununda sms göndərmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni qoyduğu yerin fotoşəklini şahid5 göndərmişdir. Bundan başqa mobil telefonun Whatsapp bölməsində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə “Taleh Qarayazı” adı ilə qeyd olunmuş şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında ## ###### 2026-cı il tarixdə narkotik vasitələrin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə bağlı yazışmaların aparılması müəyyən olunmuşdur. Həmin tarixdə saat 14:13dən başlayaraq şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Salam abi nə var nə yox, yaxşılıx” məzmununda sms göndərilmiş, Təqsirləndirilən şəxs “Salam abi, sağlıq səndə necədi, balaca verdiyin vare qram onu heç bəyənmədilər, çox zəyif, bu biridəki bu dəfə verdiyindən zəifdi, yaxşı tema olsaydı qarışdırardıq” məzmunda sms göndərmiş, daha sonra narkotik vasitələrin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə bağlı səs yazıları müəyyən olunmuşdur. Foto şəkillər protokola əlavə edilmişdir. - “Bank kartına baxış keçirilməsi barədə” ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş ABB-yə məxsus bank kartına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kart Azərbaycan Beynəlxalq Bankına məxsus olmaqla anası X4 aid olmuşdur. Lakin həmin bank kartının uzun müddətdir ki, o istifadə edir. ## ###### 2026-cı il tarixdə şahid5la Whatsapp tətbiqi vasitəsilə əlaqə saxlayan zaman şahid5 bir büküm narkotik vasitə satacağı təqdirdə həmin kart hesabına 10 manat pul göndərməsini bildirmişdir. şahid5 onunla razılaşmışdır. Bundan sonra ## ###### 2026-cı il tarixdə da saat təxminən 16 radələrində şahid5 həmin kart hesabına 10 manat pul göndərmişdir. O da şahid5 satdığı bir büküm narkotik vasitəni Ağsu şəhəri Natavan küçəsində daşın altına qoymuşdur. Foto şəkillər protokola əlavə edilmişdir. - “Mobil telefona baxış keçirilməsi barədə” ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, şahid5 istifadəsində olan və maddi sübut kimi götürülmüş Samsung markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonun Whatsapp bölməsində şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Heki” adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə arasında ## ###### 2026-cı il tarixdə narkotik vasitələrin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə bağlı yazışmaların aparılması müəyyən olunmuşdur. Həmin tarixdə saat 10:46-dan başlayaraq şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Heki” adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrəyə “Salam qaqa rayondasan 10 manat atım” məzmununda sms göndərilmiş, Təqsirləndirilən şəxs də “Salam yox işim var başqa yerdəyəm, 1-2 saata gələcəm” məzmunda sms göndərmiş, daha sonra şahid5 “Qonağım var, imkan varsa hara desən gəlim, maşınlayam, hara desən qoy götürüm, qaqa gör alınırsa hara desən gəlim vallah birazdan pulda olmayacaq, bir yerə qoy atım 10 manat” məzmununda sms göndərmiş, Təqsirləndirilən şəxs “ Vallah mazqi edirsəne, deyirəm başqa yerdəyəm də alınanda deyirəm də” məzmununda sms göndərmiş, daha sonra şahid5 “ok, nə vaxta gələrsən, saat 2-yə gələrsən qaqa” məzmununda sms göndərmiş, Təqsirləndirilən şəxs “Uzağı 3-ə kimi” daha sonra şahid5 “Qaqa gəlmisən, bir cavab verdə, dedin 3-ə qədər, sən deyən vaxtdır” məzmununda sms göndərmiş, Təqsirləndirilən şəxs “Çıx tez 10 at karta” məzmununda sms şahid5 “Qaqa gəlmisən, bir cavab verdə, dedin 3-ə qədər, sən deyən vaxtdır” məzmununda sms göndərmiş, Təqsirləndirilən şəxs “Çıx tez 10 at karta” məzmununda sms göndərmiş, sonra şahid5 “Hardasan atıram” məzmununda sms göndərmiş, Təqsirləndirilən şəxs “5522 0993 6273 8833” məzmununda sms göndərmiş, şahid5 “Atdım 10 manat” məzmununda sms göndərmiş, Təqsirləndirilən şəxs narkotik vasitənin qoyduğu yerin fotoşəklini şahid5 göndərmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan və iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyi üçün götürülmüş “Honor” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonun Whatsapp bölməsində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə şahid5 istifadəsində olunmuş ***-***-**-** saylı mobil nömrə arasında ## ###### 2026-cı il tarixdə narkotik vasitələrin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə bağlı yazışmaların aparılması müəyyən olunmuşdur. Həmin tarixdə saat 10:46-dan başlayaraq şahid5 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Salam qaqa rayondasan 10 manat atım” məzmununda sms göndərilmiş, Təqsirləndirilən şəxs də “Salam yox işim var başqa yerdəyəm, 1-2 saata gələcəm” məzmunda sms göndərmiş, daha sonra şahid5 “Qonağım var, imkan varsa hara desən gəlim, maşınlayam, hara desən qoy götürüm, qaqa gör alınırsa hara desən gəlim vallah birazdan pulda olmayacaq, bir yerə qoy atım 10 manat” məzmununda sms göndərmiş, Təqsirləndirilən şəxs “Vallah mazqi edirsəne, deyirəm başqa yerdəyəm də alınanda deyirəm də” məzmununda sms göndərmiş, daha sonra şahid5 “ok, nə vaxta gələrsən, saat 2-yə gələrsən qaqa” məzmununda sms göndərmiş, Təqsirləndirilən şəxs “Uzağı 3-ə kimi” daha sonra şahid5 “Qaqa gəlmisən, bir cavab verdə, dedin 3-ə qədər, sən deyən vaxtdır” məzmununda sms göndərmiş, Təqsirləndirilən şəxs “Çıx tez 10 at karta” məzmununda sms şahid5 “Qaqa gəlmisən, bir cavab verdə, dedin 3-ə qədər, sən deyən vaxtdır” məzmununda sms göndərmiş, Təqsirləndirilən şəxs “Çıx tez 10 at karta” məzmununda sms göndərmiş, sonra şahid5 “Hardasan atıram” məzmununda sms göndərmiş, Təqsirləndirilən şəxs “5522 0993 6273 8833” məzmununda sms göndərmiş, şahid5 “Atdım 10 manat” məzmununda sms göndərmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni qoyduğu yerin fotoşəklini şahid5 göndərmişdir. - “Qəbzə baxış keçirilməsi barədə” ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, istintaq zamanı şahid5 üzərindən aşkar edilmiş qəbzə baxış keçirilmişdir. Baxış zamanı şahid5 bildirmişdir ki, ## ###### 2026-cı il tarixdə istifadəsində 050- ***-**-** saylı mobil nömrənin Whatsapp tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan saylı mobil nömrəyə mesaj yazaraq narkotik vasitə olub-olmamasını, olduğu təqdirdə ona bir büküm narkotik vasitə satmağını xahiş etdikdən sonra Hikayətdən kart nömrəsi istəyib pulu kart hesabına atacağını bildirmişdir. Hikayət də ona kart nömrəsi göndərmişdir. O da saat təxminən 16 radələrində Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Nicat marketə gedib marketdə olan “MILLI ÖN” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına 10 manat pul atmışdır. Həmçinin şahid5 əvvəlki ifadələrində marketin adını və yerini dəqiq xatırlamadığı üçün başqa formada bildirdiyini, lakin hazırda qəbzə baxış keçirilən zaman dəqiq xatırladığını qeyd etmişdir. Qəbzin foto şəkli protokola əlavə edilmişdir. - “Mobil telefona baxış keçirilməsi barədə” ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, mobil telefonun Whatsapp bölməsində şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə “Hikmət” adı ilə qeyd olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2026-cı il tarixlərdə danışıqlar aparılmış, lakin sonradan silinmiş, ## ###### 2026-cı il tarixdə narkotik vasitələrin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə bağlı yazışmaların aparılması müəyyən olunmuşdur. Həmin tarixdə saat 14:11-dən başlayaraq şahid1 istifadəsində olmuş 051- ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Salam abi nə var nə yox, yaxşılıx” məzmununda sms göndərilmiş, Təqsirləndirilən şəxs “Salam abi, sağlıq səndə necədi, balaca verdiyin vare qram onu heç bəyənmədilər, çox zəyif, bu biridəki bu dəfə verdiyindən zəifdi, yaxşı tema olsaydı qarışdırardıq” məzmunda sms göndərmiş, daha sonra narkotik vasitələrin alqısatqısı və qanunsuz dövriyyəsi ilə bağlı səs yazıları müəyyən olunmuşdur. Foto şəkillər protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının ## ###### 2026-cı il tarixli, *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - “xxxx” X2 ## #### 2026-cı il tarixli **-*-**/*-***/** nömrəli məktubdan görünür ki, Ağsu rayonunun Ülgüc kənd sakini, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəlikləri ilə əlaqədar “Ağsu RMX” PHŞ-nin psixiatrik kabinetinə müraciət etməmiş, dispanser qeydiyyata götürülməmişdir. - Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın məzmununa dəyişiklik edilməklə ona yenidən ittiham elan edilməsi haqqında ## #### 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında ## #### 2026-cı il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## #### 2026- cı il tarixli qərarla CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində CM-nin 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində CMin 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, cinayət işi üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının ##.##.2026-cı il tarixli **/** saylı, ##.##.2026-cı il tarixli 17/48 rəyi, ##.##.2026-cı il tarixli **/** saylı rəyləri məhkəmə-narkoloji ekspertizasının ##.##.2026-cı il tarixli *** saylı rəyi, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, əməliyyataxtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üzərinin yoxlanılması və əşyaların götürülməsi haqqında protokollar, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokollar, üzləşdirmə protokolları, həmçinin cinayət işi materiallarına əlavə olunmuş CD disklər sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük yerindən və yaşadığı evin həyətində yerləşən tövlədən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalıqları, bir ədəd Azərbaycan Beynəlxalq Bankına məxsus plastik kart, bir ədəd Honor markalı mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınsın və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Ağsu RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi ifadəsində ona CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş və göstərmişdir ki, təxminən 5-6 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Göyçay rayon Qarayazı kənd sakini Taleh adlı şəxslə təxminən bir əvvəl Göyçay rayonunda avtomobilini təmir elətdirən zaman tanış olmuşdur. Talehlə tanış olarkən Taleh narkotik vasitə istifadə etdiyini bildirmişdir. Taleh də narkotik vasitə istifadə etdiyini demişdir. O da istifadə etmək üçün Talehdən narkotik vasitə olan qurudulmuş marixuana istəmişdir. Həmin vaxt bir yerdə narkotik vasitə olan qurudulmuş marixuana çəkmişlər. Bundan sonra aralarında münasibət yaranmışdır. 2026-cı ilin yanvar ayının əvvəllərində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədə olan Whatsapp tətbiqi vasitəsilə Talehin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb Talehdən narkotik vasitə olan qurudulmuş marixuana istəmişdir. Taleh də ona narkotik vasitə verə biləcəyini demişdir. Bundan sonra o, Göyçay rayon Qarayazı kəndinə Talehin işlətdiyi avtomobil təmiri sexinə getmişdir. Talehlə görüşdükdən sonra Taleh ona 2 ədəd ayrı-ayrı sellofan paketlərdə narkotik vasitə olan qurudulmuş marixuana sata biləcəyini və həmin narkotik vasitənin müqabilində ondan 700 manat pul alacağını bildirmişdir. O da Talehlə razılaşmış və Talehə pulu sonra verəcəyini bildirmişdir. Taleh də narazılığı olmadığını demişdir. Bundan sonra Taleh 2 ədəd şəffaf rəngli sellofan paketlərdə olan narkotik vasitə qurudulmuş marixuananı gətirib onun idarə etdiyi avtomobilin yük yerinə yerləşdirmişdir. Həmin vaxt Taleh 2 ədəd şəffaf rəngli sellofan paketlərdə olan narkotik vasitəni bir ədəd qara rəngli sellofan paketin içərisinə yerləşdirib avtomobilin yük yerinə qoymuşdur. O da çıxıb Ağsu rayon Ülgüc kəndinə gəlmiş və həmin narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı evin həyətində yerləşən tövlənin içərisində olan axurun içinə qoymuş və üstünü örtmüşdür. Bundan bir neçə gün sonra həmin narkotik vasitədən ayırıb müxtəlif bükümlərə yerləşdirib avtomobilin yük yerinə qoymuşdur. ## ###### 2026-cı il tarixdə Ağsu şəhər sakini şahid5 onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə Whatsapp tətbiqi vasitəsilə mesaj yazaraq ondan narkotik vasitə olan qurudulmuş marixuana istəmiş və kartına 10 manat pul göndərəcəyini bildirmişdir. O da Babəkə kart nömrəsi göndərmişdir. Həmin bank kartı mərhum anası X4 aid olmaqla ABB-yə məxsus bank kartı olmuşdur. şahid5 kart hesabına 10 manat pul göndərdikdən sonra o, bir büküm narkotik vasitə olan qurudulmuş marixuananı Ağsu şəhəri Natəvan küçəsində daşın altına qoymuşdur. Sonra isə çıxıb getmişdir. Bundan bir az sonra saat 19:48 dəqiqədə Ağsu rayonu Qaraqaşlı kənd ərazisində Kia Cadenza markalı **-QF- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən, polis əməkdaşları onu saxlatdırıb yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində və ya avtomobilində narkotik vasitə olub-olmadığını, varsa təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra o, üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmişdir. Sonra isə avtomobilinin yük yerində saxladığı, sellofan torbanın içərisində, 5 ədəd kağız bükümlərdə, 1 ədəd kibrit qutusunda, 3 ədəd kibrit qutularının içərisində 11 ədəd kağız bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuanaları təqdim etmişdir. Sonra narkotik vasitə olan qurudulmuş marixuanalar elektron tərəzidə çəkilmiş və 5 ədəd kağız bükümlərdə olan kütlələr, qablaşdırma ilə birlikdə 3,36 qram, kibrit qutularında olan kütlələrin müvafiq olaraq çəkiləri 6,98 qram, 3,58 qram, 5,47 qram, 7,19 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, o və polis əməkdaşları tərəfindən imzalanmış və götürülmüşdür. Sonra avtomobilində olan bir ədəd Samsung və bir ədəd Honor markalı mobil telefon və bank kartı götürülmüşdür. Daha sonra onu polis əməkdaşları Ağsu rayon polis şöbəsinə aparmışlar. Burada ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra o, şübhəli şəxs qismində tutulmuş və barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. ## ###### 2026-cı il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunmuş və barəsində Ağsu rayon Məhkəməsinin həmin tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Həmin gün məhkəmədən qayıtdıqdan sonra Ağsu RPŞ-nin əməkdaşları ona yaşadığı evdə narkotik vasitə saxlamağından şübhələnildiyini bildirib yaşadığı ünvana baxış keçirəcəklərini demişlər. O da heç bir narazılığı olmadığını bildirmişdir. Baxış keçirilməsindən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və yaşadığı ünvanda olan narkotik vasitəni təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, narkotik vasitəni yaşadığı evin həyətində yerləşən tövlədə saxladığını bildirdiyi üçün həmin tövləyə baxış keçirilməsinə etirazı olmadığını qeyd etmiş və həmin tövləyə baxış keçirilməsinə başlanılmışdır. Həmin tövləyə baxdıqda tövlənin içərisində heyvanların yemlənməsi üçün nəzərdə tutulmuş, “axur” deyilən yerdə bir ədəd qara rəngli sellofan torbanın içərisində şəffaf rəngli sellofan torbada narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Həmçinin həmin şəffaf rəngli sellofan torbanın içərisində də ayrı bir ədəd şəffaf rəngli sellofan torba aşkar olunmuş və onun da içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Aşkar olunmuş 2 ədəd şəffaf rəngli sellofan torbaların içərisinə ayrı-ayrılıqda baxdıqda hər birinin içərisində kəskin iyə malik yaşıl rəngli qurudulmuş halda narkotik vasitə marixuana olması müəyyən olunmuşdur. Aşkar olunmuş şəffaf rəngli sellofan torbalardakı kəskin iyə malik yaşıl rəngli qurudulmuş halda narkotik vasitə marixuana ayrıayrılıqda elektron tərəzidə çəkilmişdir. Birinci şəffaf rəngli sellofan torbadakı narkotik vasitə marixuana çəkilən zaman çəkisinin şəffaf torba ilə birlikdə 155 qram olması müəyyən olunmuşdur. Digər şəffaf rəngli sellofan torbadakı narkotik vasitə marixuana çəkilən zaman çəkisinin şəffaf torba ilə birlikdə 80 qram olması müəyyən olunmuşdur. Hər iki şəffaf rəngli sellofan torbadakı narkotik vasitə marixuana ayrı-ayrılıqda iki ədəd ağ rəngli zərfdə qablaşdırılaraq üzərləri möhürlənmişdir. Əlavə olaraq bildirmişdir ki, avtomobilinin yük yerindən və yaşadığı evin həyətində yerləşən tövlədən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı 2026-cı ilin yanvar ayının əvvəllərində Göyçay rayon Qarayazı kənd sakini Taleh adlı şəxsdən 700 manat pul müqabilində almışdır. Narkotik vasitələri şəxsi istifadəsi ilə bağlı avtomobilində saxlamış və həmin narkotik vasitədən istifadə etməyini xatırlamır. Həmin narkotik vasitədən yalnız tanıdığı Ağsu rayon sakini şahid5 satmışdır. şahid5 narkotik vasitə olan qurudulmuş marixunanı ## ###### 2026-cı il tarixdə satmışdır. Belə ki, şahid5 ona mesaj yazaraq narkotik vasitə istəmiş, o da kart hesabına 10 manat pul göndərməsini bildirmişdir. Babək onun kart hesabına 10 manat pul göndərdikdən sonra o, bir büküm narkotik vasitəni Ülgüc kənd yolunun kənarında, Ağsu şəhəri Natəvan küçəsində daşın altına qoyub, həmin yerin foto şəkilini çəkərək, şahid5 göndərmişdir. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur. Əvvəlki ifadəsində şahid1 narkotik vasitə aldığını bildirməmək üçün avtomobilin yük yerindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı təxminən tutulmamışdan 1 həftə əvvəl, Bakı şəhərində olarkən, tanımadığı şəxsin bank hesabına 250 manat pul göndərərək aldığını qeyd etmişdir. Lakin bildirir ki, həmin narkotik vasitəni şahid1 almışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Həmçinin narkotik vasitəni şahid1 əldə edərkən narkotik vasitənin satışından əldə olunan pulu birlikdə bölmək barədə razılığı olmamışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq çəkdiyini, törətdiyi əməli səmimi etiraf etməsini, əvvəllər məhkum edilməməsini nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasına şahid kimi dəvət olunmuş şahid4 məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini qeyd etmişdir. Bundan sonra məhkəmə iclasında şahid şahid4 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Ağsu RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. ## ###### 2026-cı il tarixdə Ağsu şəhər sakini şahid5 narkotik vasitələri qanunsuz əldə etməsi, daşıması və saxlaması barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. Bundan sonra şahid5 qanunsuz əməlinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumat tərəfindən dərhal Ağsu RPŞ-nin rəhbərliyinə məruzə edilmişdir. Təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri isə Ağsu RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili şahid3, Ağsu RPŞ-nin CAB-nin əməliyyat müvəkkili şahid8, Ağsu RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, R X3 və ondan ibarət olmuşdur. Bundan sonra isə şahid5 qanunsuz əməlinin ifşa edilməsi məqsədi ilə ## ###### 2026-cı il tarixdə saat 17:51-də şahid5 Ağsu rayon Qaraqaşlı kəndi ərazisində saxlanılmışdır. Həmin vaxt şahid5 hüquq və vəzifələri izah olunmuşdur. Üzərində yoxlama və götürmə aparılmasından əvvəl şahid5 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra şahid5 üzərində narkotik vasitəyə bənzər kütlə olmasını deyib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş bükülünü və bir ədəd “Vinston” markalı siqareti təqdim etmişdir. Təqdim edilən bir ədəd ağ rəngli kağıza bükülmüş bükülünün içərisinə baxış zamanı yaşıl rəngli, kəskin iyə malik qurudulmuş narkotik vasitə marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Bundan sonra bir ədəd “Vinston” markalı siqaret qutusunun içərisinə baxış zamanı yaşıl rəngli, kəskin iyə malik qurudulmuş narkotik vasitə marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Ağ rəngli bükümdə olan kütləni şahid5 Hikayət adlı şəxsdən 10 manata aldığını, “Vinston” markalı siqaret qutusunu isə yerdən tapdığını bildirmişdir. Bundan sonra şahid5 əynində olan cins şalvarın arxa sol cibindən qəbz kağızını çıxardaraq təqdim edərək Hikayət adlı şəxsin ABB kartına 10 manat pul köçürdüyünü göstərmiş, həmçinin üzərində olan Samsung markalı mobil telefonu təqdim edərək Vatsapp ani mesajlaşma vasitəsi ilə Hikayətlə yazışmasını təqdim etmişdir. Bundan əlavə “LD” markalı siqareti, əl dəsmalını, 14 manat pulunu təqdim etmişdir. Aşkar olunmuş bir ədəd ağ rəngli kağız bükülü və bir ədəd “Vinston” markalı siqaret qutusu, bir ədəd qəbz, həmçinin Samsung markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfindən götürülmüş, bir ədəd “LD” markalı siqaret, bir ədəd əl dəsmalı, 14 manat pul iş üçün əhəmiyyət kəsb etmədiyindən şahid5 özünə qaytarılmışdır. Sonra şahid5 Ağsu rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi ilə bağlı təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri isə Ağsu RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili şahid3, Ağsu RPŞ-nin CAB-nin əməliyyat müvəkkili şahid8, Ağsu RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, R X3, Ağsu RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, R şahid6 və ondan ibarət olmuşdur. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə saat 19:48-də Ağsu rayonu Qaraqaşlı kəndi ərazisində Kia Cadenza markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu şəhəri istiqamətində hərəkətdə olarkən Ağsu RPŞ-nin DYPB-nin YPX-nin inspektoru R şahid6 tərəfindən saxlanılmışdır. Həmin vaxt sürücünün avtomobildən yerə düşməsi təklif edildiyi üçün Təqsirləndirilən şəxs avtomobildən çıxdıqdan sonra narkotik vasitələrin satışında və daşınmasında şübhəli olduğu üçün saxlanılması bildirilmişdir. Həmçinin ##.##.2026-cı il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılan şahid5 üzərinə baxış zamanı aşkar olunmuş narkotik vasitəyə bənzər kütləni 10 manat məbləğində ondan “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə danışıb əldə etməsini, belə ki, Babək Quliyevin ona aid 5522 0993 6273 **** nömrəli Azərbaycan Beynəlxalq bankına məxsus kartına pul əskinazı atmasını və Ağsu rayonu Qaraqaşlı kənd ərazisindən narkotik vasitəni əldə etməsini dediyi Təqsirləndirilən şəxs izah edilmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Üzərində yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında, avtomobildə və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa yük yerində narkotik vasitənin olduğunu, lakin üzərində özünə aid müxtəlif vizitkartlar, bank kartı, bir ədəd açar və pul əskinazları olmasını deyib, həmin əşyaları təqdim etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən pul əskinazları və şalvarın arxa sağ cibindən qəpiklər aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən müxtəlif vizitkartlar, mağaza qəbzləri və bank kartı, gödəkçənin sol yan cibindən isə bir ədəd açar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinin yoxlanılmasının davamında onun üzərindən narkotik vasitə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansısa əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi Kia Cadenza markalı, ** QF *** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamında avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs Kia Cadenza markalı ** QF *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirdiyi üçün həmin avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs Kia Cadenza markalı avtomobilin arxa yük hissəsini açdıqdan sonra avtomobilin yük yerində təkər yerləşdirilmiş hissədə olan təkərin üzərində 1 ədəd sellofan torbada içərisində 4 ədəd kibrit qutusu, 5 ədəd ağ rəngli kağız büküm aşkar olunmuşdur. Aşkar olunmuş beş ədəd ağ rəngli kağız bükümlərin içərisinə ayrı-ayrılıqda baxdıqda hər birinin içərisində kəskin iyə malik yaşıl rəngli qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə olması, bundan sonra aşkar edilmiş kibrit qutularının içərisinə ardıcıl olaraq baxdıqda birinci kibrit qutusunun içərisində bir ədəd ağ rəngli kağız büküm aşkar olunmuş, həmin kağız bükümün içərisinə baxdıqda kəskin iyə malik yaşıl rəngli qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə olması, növbəti kibrit qutusuna baxdıqda içərisində kəskin iyə malik yaşıl rəngli qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə olması, növbəti kibrit qutusuna baxdıqda içərisində 2 ədəd gümüşü rəngli və iki ədəd ağ rəngli kağız bükümlər olması, həmin bükümlərin hər birinə ayrı-ayrılıqda baxdıqda isə içərilərində kəskin iyə malik yaşıl rəngli qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə olması, sonuncu kibrit qutusuna baxdıqda isə içərisində 6 ədəd ağ rəngli kağız büküm olması, həmin kağız bükümlərin hər birinə ayrı-ayrılıqda baxdıqda isə içərilərində kəskin iyə malik yaşıl rəngli qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Aşkar olunmuş ümumi sayı beş ədəd təşkil edən ağ rəngli kağız bükümlər içərisindəki kəskin iyə malik yaşıl rəngli qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə ilə birlikdə elektron tərəzidə çəkilən zaman 3,36 qram olması, bir ədəd kibrit qutusu içərisində kəskin iyə malik yaşıl rəngli qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə ilə birlikdə elektron tərəzidə çəkilən zaman 6,98 qram olması, bir ədəd kibrit qutusu içərisində kəskin iyə malik yaşıl rəngli qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə ilə birlikdə 3,35 qram olması, bir ədəd kibrit qutusu içərisində kəskin iyə malik yaşıl rəngli qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə ilə birlikdə 5,47 qram olması, bir ədəd kibrit qutusu içərisində kəskin iyə malik yaşıl rəngli qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə ilə birlikdə 7,19 qram olması müəyyən olunaraq bir ədəd ağ rəngli zərfdə qablaşdırılaraq üzəri möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni Bakı şəhərində tanımadığı şəxsdən 250 manat pul müqabilində aldığını bildirmişdir. Daha sonra avtomobilin salonunun ön hissəsinə baxış zamanı sürətlər qutusunun yanında bir ədəd “Samsung”, digəri isə “Honor” markalı smartfon tipli iki ədəd telefon, bir ədəd Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd Azərbaycan Beynəlxalq bankına məxsus 5522 0993 6273 **** nömrəli plastik kart aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin plastik kartın anasının adına olmasını, lakin özü istifadə etdiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs Bakı şəhərində “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə tanımadığı şəxsin kartına 250 manat pul göndərdiyini, bunun qarşılığında narkotik vasitəni əldə etdiyini və hal hazırda mesajların silindiyini bildirmişdir. Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə şahid5 ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə danışmasını, 10 manat məbləğində ona narkotik vasitəni təklif etdiyini və özünə məxsus 5522 0993 6273 **** nömrəli kartına pul gəldiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə, 2 ədəd telefon, və 1 ədəd ABB-yə məxsus bank kartı iş üzrə maddi sübut əhəmiyyətinə malik olduğu üçün 2 ədəd zərfdə qablaşdırılaraq üzərinə ** nömrəli möhür vurulmuşdur. Bundan sonra davam etdirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ##.##.2026-cı il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri saxlaması müəyyən edilmiş və Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş, baxış zamanı yaşadığı evin həyətində yerləşən tövlədən iki ədəd şəffaf sellofan torbalarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan sonra davam etdirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən tövlədən aşkar olunmuş iki ədəd şəffaf sellofan torbalarda narkotik vasitə olan qurudulmuş marixuananı Göyçay rayon sakini şahid1 əldə etməsi müəyyən olunmuşdur. Bundan sonra ##.##.2026-cı il tarixdə şahid1 şəxsiyyəti müəyyən olunaraq istintaqa təqdim olunmuş və sonuncunun üzərində şəxsi axtarış istintaq hərəkəti aparılmışdır. şahid1 üzərindən heç bir narkotik vasitə və ya psixotrop maddə, həmçinin silah və döyüş sursatı aşkar olunmamışdır. Sonra şahid1 Göyçay rayon Qarayazı kəndində işlətdiyi avtomobil təmiri sexində qanunsuz olaraq narkotik vasitə saxlamasını bildirmiş və işlətdiyi avtomobil təmiri sexinə baxış keçirilməsinə dair heç bir narazılığının və şikayətinin olmadığını qeyd etmişdir. Bundan sonra şahid1 işlətdiyi avtomobil təmiri sexinə baxış keçirilmişdir. Həmin vaxt sexdə yerləşən ləvazimatlar yığılan rəfin içərisindən bir ədəd kağız bükümün içərisində narkotik vasitə olan qurudulmuş maruixuana aşkar olunmuşdur. Bundan sonra həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisi kağız bükümlə birlikdə 4,87 qram olması müəyyən olunmuşdur. Həmin narkotik vasitə bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmişdir. Şifahi sorğu zamanı şahid1 Göyçay rayon Qarayazı kəndi ərazisində bir ədəd çətənə kolu əkdiyini və həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni istifadə etmək məqsədilə çətənə kolundan yığıb qurudaraq əldə etdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitə maddi sübut əhəmiyyətinə malik olduğu üçün bir ədəd zərfdə qablaşdırılaraq üzərinə ** nömrəli möhür vurulmuşdur. Əlavə olaraq bildirmişdir ki, şahid5 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı yoxdur. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük yerindən və yaşadığı evin həyətində yerləşən tövlədən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı əldə edilmiş əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs Göyçay rayon sakini şahid1 əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olur. şahid1 Təqsirləndirilən şəxs satdığı narkotik vasitə qurudulmuş marixuananı kimdən, nə vaxt və haradan əldə etməsi barədə hər hansı əməliyyat məlumatı yoxdur. Əldə edilən əməliyyat məlumatlarına əsasən şahid1 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş şahid3, şahid8, və şahid6 şahid şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Iş üzrə şahid qismində dindirilmiş şahid7 Xırıdnəbi oğlu birinci instansiya məhkəməsinin məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, ## ###### 2026-cı il tarixdə şahid5 narkotik vasitə istifadəsində daha sonra isə Təqsirləndirilən şəxs narkotik vasitə satışında şübhəli olduğu üçün saxlanılmış və şahid5 üzərindən, Təqsirləndirilən şəxs isə idarə etdiyi avtomobilinin yük yerindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Bundan sonra ## ###### 2026-cı il tarixdə Ağsu RPŞnin CAB-nin əməkdaşları tərəfindən davam etdirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri saxlaması müəyyən edilərək bunla bağlı raportla Ağsu RPŞ-nin rəhbərliyinə müraciət edilmiş və Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə dair heç bir narazılığının və şikayətinin olmadığını bildirmişdir. Baxış keçirilməsindən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və yaşadığı ünvanda olan narkotik vasitəni təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs narkotik vasitəni yaşadığı evin həyətində yerləşən tövlədə saxladığını bildirdiyi üçün həmin tövləyə baxış keçirilməsinə etirazı olmadığını qeyd etmiş və həmin tövləyə baxış keçirilməsinə başlanılmışdır. Həmin tövləyə baxdıqda tövlənin içərisində heyvanların yemlənməsi üçün nəzərdə tutulmuş, “axur” deyilən yerdə bir ədəd qara rəngli sellofan torbanın içərisində şəffaf rəngli sellofan torbada narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Həmçinin həmin şəffaf rəngli sellofan torbanın içərisində də ayrı bir ədəd şəffaf rəngli sellofan torba aşkar olunmuş və onun da içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Aşkar olunmuş 2 ədəd şəffaf rəngli sellofan torbaların içərisinə ayrıayrılıqda baxdıqda hər birinin içərisində kəskin iyə malik yaşıl rəngli qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Aşkar olunmuş şəffaf rəngli sellofan torbalardakı kəskin iyə malik yaşıl rəngli qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Birinci şəffaf rəngli sellofan torbadakı narkotik vasitə marixuanaya bənzər kütlə çəkilən zaman çəkisinin şəffaf torba ilə birlikdə 155 qram olması müəyyən olunmuşdur. Digər şəffaf rəngli sellofan torbadakı narkotik vasitə marixuanaya bənzər kütlə çəkilən zaman çəkisinin şəffaf torba ilə birlikdə 80 qram olması müəyyən olunmuşdur. Hər iki şəffaf rəngli sellofan torbadakı narkotik vasitə marixuanaya bənzər kütlələlər ayrı-ayrılıqda iki ədəd ağ rəngli zərfdə qablaşdırılaraq üzərləri möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təxminən bir həftə əvvəl adını bilmədiyi Göyçay rayon sakinindən aldığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, şahid5 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı yoxdur. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük yerindən və yaşadığı evin həyətində yerləşən tövlədən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı əldə edilmiş əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs Göyçay rayon sakini şahid1 əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 şahid şahid7 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Iş üzrə şahid qismində dindirilmiş şahid5 birinci instansiya məhkəməsinin məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, təxminən bir ildir ki, narkotik vasitə olan marixuanadan arabir istifadə edir. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Təxminən tutulmamışdan bir həftə əvvəl Təqsirləndirilən şəxslə Ağsu şəhəri Natəvan küçəsində rastlaşan zaman Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etmək istədiyini bildirib Hikayətdən narkotik vasitə istəmişdir. Hikayət də həmin vaxt narkotik vasitə olmadığını, lakin maraqlanacağını, əgər olarsa ona xəbər edəcəyini bildirmişdir. ## ###### 2026-cı il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin Whatsapp tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan saylı mobil nömrəyə mesaj yazaraq narkotik vasitə olub-olmamasını, olduğu təqdirdə ona bir büküm narkotik vasitə satmağı xahiş etmişdir. Hikayət də hələ bir şey olmadığını günortadan sonra xəbər edəcəyini bildirmişdir. O da Hikayətdən kart nömrəsi istəyib pulu karta göndərəcəyini bildirmişdir. Hikayət də ona kart nömrəsi göndərmişdir. O da saat təxminən 16 radələrində Ağsu şəhəri Natəvan küçəsində yerləşən Oba marketə gedib marketdə olan ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına 10 manat pul atmışdır. Bundan bir az sonra Təqsirləndirilən şəxs ona mesaj yazaraq narkotik vasitəni Ağsu şəhəri Natəvan küçəsində daşın altına qoyduğunu deyib oradan götürməyi bildirmişdir. O da Təqsirləndirilən şəxs ona bildirdiyi yerə gedib daşın aldınta olan bir büküm narkotik vasitə olan qurudulmuş marixananı götürüb əynində olan şalvarının sağ cibinə qoymuşdur. Bundan sonra yaşadığı ünvana getməyə başlamışdır. O, Ağsu rayon Qaraqaşlı kəndi ilə yaşadığı ünvana gedərkən yolun kənarında Winston markalı siqaret qutusunun olduğunu görmüşdür. Siqaret qutusu onun diqqətini cəlb etdiyi üçün yaxınlaşıb qutunu yerdən götürmüşdür. Bu zaman qutunun içərisində qurudulmuş marixuanaya bənzə kütlə olduğunu görmüşdür. O, həmin narkotik vasitəni də istifadə etmək məqsədilə götürüb əynində olan cins şalvarının sağ cibinə qoymuşdur. Bundan sonra evə getməyə başlamışdır. Ağsu rayon Qaraqaşlı kəndi ərazisində piyada hərəkətdə olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, ona üzərində narkotik vasitə olub-olmadığını, varsa təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins materiallı şalvarının sağ cibindən 1(bir) ədəd kağız bükümdə və 1(bir) ədəd Winston markalı siqaret qutusunun içərisində olan, narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Sonra narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 1 ədəd kağız bükümdə olan narkotik vasitənin çəkisi 0,61 qram (sıfır tam altmış bir), siqaret qutusunun içərisində olan narkotik vasitənin çəkisi 14,39 qram (on dörd tam otuz doqquz) olmuşdur. Həmin vaxt ondan narkotik vasitəni haradan və necə əldə etdiyi soruşulmuş, o, kağız bükümdə olan narkotik vasitəni Hikayət adlı şəxsdən, Hikayətin dediyi kart hesabına 10 (on) manat pul göndərərək aldığını, siqaret qutusunda olan narkotik vasitəni isə Ağsu rayonu Qaraqaşlı kəndi ərazisində yerdən tapdığını bildirmişdir. Sonra həmin kütlə qablaşdırılmış, o və polis əməkdaşları tərəfindən imzalanmış və götürülmüşdür. Sonra üzərində olan bir ədəd Samsung markalı mobil telefon və Hikayət adlı şəxsə pul göndərməyinə dair qəbz qablaşdırılaraq götürülmüşdür. Daha sonra onu polis əməkdaşları Ağsu rayon polis şöbəsinə aparmışlar. Burada ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar olunaraq, götürülmüş kağız bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuananı ## ###### 2026-cı il tarixdə Ağsu rayonu Ülgüc kənd sakini Hikayət adlı şəxsin bank hesabına 10 manat pul göndərərək, almışdır, siqaret qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı da həmin gün Ağsu rayonu Qaraqaşlı kəndi ərazisindən yerdən tapmışdır. Narkotik vasitələri şəxsi istifadəsi ilə bağlı əynində olan cins materialdan olan, göy rəngli şalvarının sağ cibinə qoyaraq, saxlamışdır. Həmin narkotik vasitə olan qurudulmuş marixuananı satmaq niyyəti olmamışdır. O, bundan əvvəl bir neçə dəfə də Təqsirləndirilən şəxs pul müqabilində narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək istifadə etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur və Təqsirləndirilən şəxs narkotik vasitəni istifadə etmək məqsədilə əldə etmişdir. Bundan başqa əvvəlki ifadələrində Təqsirləndirilən şəxs kart hesabına 10 manat pul göndərdiyi küçənin və marketin adını texniki səhv nəticəsində başqa formada bildirmişdir, lakin qəbzə baxış keçirilən zaman dəqiq xatırlamamışdır. Belə ki, Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə Ağsu şəhəri Natəvan küçəsi bitişik olduğu üçün o, küçələrin adını qarışdırmışdır. Eləcə də marketin adını səhv bildirmişdir. Lakin qəbzə baxış keçirilən zaman yadına düşmüşdür ki, Təqsirləndirilən şəxs kart hesabına 10 manat pulu Ağsu şəhəri Nicat Marketdə yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsilə göndərmişdir. Iş üzrə şahid qismində dindirilmiş şahid1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən il yarımdır ki, tanıyır. Onun Göyçay rayon Qarayazı kəndində avtomobil təmiri sexi vardır. Təqsirləndirilən şəxslə həmin sexə gəlib-gedərkən tanış olmuşdur. O, özü təxminən 2 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs onun işlədiyi sexə gəlib gedərkən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini bilib ondan istifadə etmək üçün narkotik vasitə istəmişdir. O da Hikayətə istifadə etmək üçün bir neçə dəfə pul müqabilində narkotik vasitə olan qurudulmuş marixuana vermişdir. Tutulmamışdan təxminən 10 gün bundan qabaq Hikayət onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə Whatsapp tətbiqi vasitəsilə mesaj yazaraq ondan yenə də narkotik vasitə olan qurudulmuş marixuana istəmişdir. O da Hikayətə narkotik vasitə sata biləcəyini demişdir. Təqsirləndirilən şəxs də Göyçay rayonunda olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun işlətdiyi sexə gəlmiş və ondan narkotik vasitə istəmişdir. O da Təqsirləndirilən şəxs 2 ədəd ayrı-ayrı şəffaf sellofan paketlərdə olan qurudulmuş marixuana sata biləcəyini, lakin bunun müqabilində Hikayətdən 700 manat pul alacağımı bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt pulu olmadığını, həmin narkotik vasitənin pulunu sonra verəcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxslə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin ayrı-ayrı şəffaf sellofan paketlərdə olan narkotik vasitə qurudulmuş marixuanaları avtomobilinin yük yerinə yerləşdirən zaman avtomobilin yük yerindən bir ədəd qara rəngli sellofan paket çıxarıb həmin 2 ədəd şəffaf rəngli sellofan paketləri qara rəngli sellofan paketin içərisinə yerləşdirdikdən sonra avtomobilin yük yerinə qoymuş və bundan sonra avtomobili idarə edib çıxıb getmişdir. Həmin vaxtdan sonra o, Təqsirləndirilən şəxslə görüşməmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs satdığı narkotik vasitə olan qurudulmuş marixuananı heç kimdən almamışdır. Həmin narkotik vasitəni Göyçay rayon Qarayazı kəndinin kənarında olan dərədə əkdiyi bir ədəd çətənə kolunun yarpaqlarından yığmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Sadəcə Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə istifadə etmək üçün narkotik vasitə olan qurudulmuş marixuana satmışdır. Sonuncu dəfə isə tutulmamışdan təxminən 10 gün əvvəl Təqsirləndirilən şəxs 2 ədəd sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuana satmışdır. Başqa heç kəsə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs 2 ədəd ayrı-ayrı şəffaf sellofan paketlərdə narkotik vasitə olan qurudulmuş marixuana satmışdır. Hikayət də həmin narkotik vasitələri qara rəngli sellofan paketin içərisinə yerləşdirmişdir. Lakin o, narkotik vasitəni Hikayətə istifadə etmək məqsədilə satmışdır. Işlətdiyi avtomobil təmiri sexindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana Təqsirləndirilən şəxs satdığı narkotik vasitə olan marixuananın bir hissəsidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini və həmin dəlillərə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticələri araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə nəticəyə gələn məhkəmə kollegiyası ilk növbədə apellyasiya şikayətində Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamı qəbul etməməsi barədə dəlilə münasibət bildirməyi zəruri hesab edir. Iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs satış məqsədinin mövcudluğu yalnız əməliyyat-axtarış tədbirinin nəticələri və ya polis əməkdaşlarının ifadələri ilə deyil, bir-birini tamamlayan və müxtəlif mənbələrdən əldə edilmiş sübutların məcmusu ilə təsdiq olunur. Belə ki, iş üzrə şahid şahid5 ifadəsinə əsasən, o, ## ###### 2026-cı il tarixdə “Whatsapp” tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq ondan narkotik vasitə istəmiş, sonuncu tərəfindən ona bank kartının nömrəsi göndərilmiş, şahid5 həmin karta 10 manat pul köçürdükdən sonra Təqsirləndirilən şəxs ona narkotik vasitəni Ağsu şəhəri Natəvan küçəsində daşın altına qoyduğunu bildirmiş, o da həmin yerdən narkotik vasitəni götürmüşdür. Həmin narkotik vasitə sonradan şahid5 üzərindən aşkar edilərək götürülmüşdür. Bu xüsusat təkcə şahidin ifadəsi ilə məhdudlaşmır. Iş materiallarında olan ## ###### 2026-cı il tarixli baxış və götürmə protokolundan şahid5 üzərindən narkotik vasitə olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs 10 manat pul köçürülməsini təsdiq edən qəbz və mobil telefonun götürüldüyü görünür. Həmin mobil telefona baxış zamanı Təqsirləndirilən şəxslə şahid5 arasında narkotik vasitənin alqı-satqısına dair yazışmalar müəyyən edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs istifadəsində olan “Honor” markalı mobil telefona baxış zamanı da ## ###### 2026-cı il tarixdə şahid5la narkotik vasitənin əldə edilməsi və pulun karta köçürülməsi ilə bağlı yazışmaların aparıldığı müəyyən edilmişdir. Yazışmaların məzmununda şahid5 narkotik vasitə müqabilində 10 manat göndərməsi, Təqsirləndirilən şəxs tərəfindən isə bank kartının nömrəsinin təqdim edilməsi və daha sonra narkotik vasitənin götürüləcəyi yer barədə məlumat verilməsi əks olunmuşdur. Beləliklə, elektron məlumatların məzmunu şahid şahid5 ifadəsini və onun üzərindən aşkar edilmiş narkotik vasitə ilə bağlı digər sübutları obyektiv şəkildə tamamlayır. Bundan başqa, Təqsirləndirilən şəxs özü də birinci instansiya məhkəməsində verdiyi ifadəsində şahid5 10 manat pul aldıqdan sonra ona bir büküm narkotik vasitə satdığını, həmin narkotik vasitəni Ağsu şəhəri Natəvan küçəsində daşın altına qoyduğunu və yerin fotoşəklini şahid5 göndərdiyini bildirmişdir. Həmçinin ## ###### 2026-cı il tarixli üzləşdirmə zamanı şahid5 göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs təsdiq etmişdir. Bu baxımdan, apellyasiya şikayətində satış məqsədinin polis əməkdaşları tərəfindən sonradan uydurulduğu barədə irəli sürülən dəlil iş materialları ilə təsdiq olunmur. Əksinə, satış faktı təqsirləndirilən şəxsin öz ifadəsi, alıcının ifadəsi, bank əməliyyatını təsdiq edən qəbz, hər iki mobil telefona baxış protokolları, yazışmalar, narkotik vasitənin alıcıdan götürülməsi və tərəflər arasında keçirilmiş üzləşdirmənin nəticələri ilə qarşılıqlı şəkildə təsdiq olunur. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin əldə edilməsi və sonradan saxlanılması ilə bağlı verdiyi ifadələr iş üzrə digər sübutlarla da uzlaşır. Belə ki, o, narkotik vasitəni Göyçay rayonunun Qarayazı kəndində şahid1 əldə etdiyini, sonuncunun ona iki ayrı sellofan torbada marixuana verdiyini və həmin narkotik vasitələri avtomobilinin yük yerinə yerləşdirdiyini, daha sonra isə bir hissəsini yaşadığı evin həyətində yerləşən tövlədə saxladığını bildirmişdir. şahid1 ifadəsi də bu xüsusatları təsdiq edir. Sonuncu Təqsirləndirilən şəxs iki ayrı sellofan torbada qurudulmuş marixuana verdiyini, həmin narkotik vasitələrin Təqsirləndirilən şəxs tərəfindən avtomobilin yük yerinə yerləşdirildiyini göstərmişdir. ## ###### 2026-cı il tarixli üzləşdirmə zamanı da şahid1 əvvəlki ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, Təqsirləndirilən şəxs isə onun ifadəsinə etiraz etməmiş, əksinə, həmin məlumatları təsdiqləmişdir. Iş materiallarında olan ## ###### 2026-cı il tarixli **/** saylı ekspert rəyi ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tövlədən götürülmüş 77,49 qram və 155,35 qram çəkidəki bitki mənşəli kütlələrin qurudulmuş marixuana olması, həmin kütlələrin avtomobildən götürülmüş marixuana ilə tərkibinə görə eyniliyi müəyyən edilmişdir. Eyni zamanda, ## ###### 2026-cı il tarixli **/** saylı ekspert rəyi ilə şahid1 götürülmüş marixuana ilə Təqsirləndirilən şəxs götürülmüş marixuananın tərkibinə görə eyni olduğu müəyyən edilmişdir. Beləliklə, iş üzrə sübutların məcmusundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə edib saxlamamış, onu əvvəlcə digər şəxsdən əldə etmiş, narkotik vasitənin bir hissəsini müxtəlif kiçik bükümlərə və kibrit qutularına yerləşdirərək avtomobilinin yük yerində saxlamış, daha sonra isə həmin narkotik vasitənin bir hissəsini 10 manat müqabilində şahid5 satmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitənin satış məqsədinin müəyyən edilməsi üçün onun faktiki olaraq çoxsaylı şəxslərə satılmasının və ya təqsirləndirilən şəxsin mütəmadi olaraq narkotik vasitə satışı ilə məşğul olmasının sübut edilməsi zəruri deyil. Konkret narkotik vasitənin əldə edilməsi, saxlanılması və onun bir hissəsinin digər şəxsə pul müqabilində verilməsi satış məqsədinin həmin narkotik vasitə ilə bağlı mövcud olduğunu müəyyən etmək üçün işin digər halları ilə birlikdə hüquqi əhəmiyyət daşıyır. Bu baxımdan, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və narkomaniya xəstəliyindən əziyyət çəkməsi onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və saxlaması faktını aradan qaldırmır. Əksinə, iş materiallarında müəyyən edilmiş satış faktı ayrıca və konkret sübutlarla təsdiq olunur. Apellyasiya şikayətində polis əməkdaşlarının onun barəsində qərəzli və ədalətsiz mövqe nümayiş etdirməsi, başqa şəxsin vasitəsilə onun “tələyə salınması” barədə dəlilə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu dəlil də iş materialları ilə təsdiq olunmur. Əksinə, iş materiallarından görünür ki, şahid5 narkotik vasitə əldə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olduqdan sonra onun üzərində müvafiq əməliyyat-axtarış tədbiri keçirilmiş, üzərindən narkotik vasitə, Təqsirləndirilən şəxs pul köçürülməsini təsdiq edən qəbz və mobil telefon götürülmüş, həmin şəxslərin mobil telefonlarında olan yazışmalar araşdırılmış və bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində iştirakına dair məlumatlar əldə edilmişdir. Bu məlumatların sonrakı prosessual hərəkətlərlə təsdiq olunması iş materiallarından aydın görünür. Təqsirləndirilən şəxs avtomobilinin yük yerindən narkotik vasitələrin aşkar edilməsi də yalnız polis əməkdaşlarının məlumatına əsaslanmır. Həmin hal ## ###### 2026-cı il tarixli əməliyyat-axtarış tədbirinin protokolu, videoçəkiliş, götürülmüş narkotik vasitələr, ekspertiza rəyi və təqsirləndirilən şəxsin həmin narkotik vasitələrin avtomobilində olduğunu təsdiq edən ifadəsi ilə sübuta yetirilir. Eyni qaydada, ## ###### 2026-cı il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tövləyə onun razılığı ilə baxış keçirilmiş və oradan 77,49 qram və 155,35 qram təmiz çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hal da müvafiq baxış protokolu, videoçəkiliş, ekspertiza rəyi və Təqsirləndirilən şəxs həmin narkotik vasitələri tövlədə saxlamasını etiraf etməsi ilə təsdiq olunur. Odur ki, apellyasiya şikayətində istintaq hərəkətlərinin düzgün aparılmaması barədə ümumi xarakterli mülahizələr iş materiallarında mövcud olan konkret sübutların mötəbərliyini aradan qaldırmır. Apellyasiya instansiyası məhkəməsi də həmin sübutların qanunsuz yolla əldə edilməsini və ya onların sübut əhəmiyyətini istisna edən hər hansı hal müəyyən etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplamış və qiymətləndirmiş, hər bir sübutu ayrı-ayrılıqda və digər sübutlarla məcmu halında araşdıraraq Təqsirləndirilən şəxs təqsirliliyi barədə əsaslı nəticəyə gəlmişdir. Iş üzrə sübutlar bir-biri ilə ziddiyyət təşkil etmir, əksinə, bir-birini tamamlayır və ittihamın əsasını təşkil edən faktiki halları təsdiq edir. Bu səbəbdən, Təqsirləndirilən şəxs əməlində CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmadığı barədə apellyasiya şikayətinin dəlili əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətində cəzanın ağırlığı barədə göstərilən dəlillərə münasibətdə də qeyd edir ki, cəza təyin edilərkən CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, əməlinə görə peşmanlıq bildirməsi və narkomaniya xəstəliyindən əziyyət çəkməsi iş materiallarından görünən hallardır. Lakin həmin hallar təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini aradan qaldırmır və onu cinayət məsuliyyətindən azad etmək üçün əsas yaratmır. Bu hallar cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alınmalı hallardır. Eyni zamanda, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi, narkotik vasitəni əhəmiyyətli miqdarda əldə edib saxlaması, onun bir hissəsini faktiki olaraq digər şəxsə satması, narkotik vasitənin bir hissəsinin avtomobilində müxtəlif bükümlərdə və kibrit qutularında, digər hissəsinin isə yaşadığı evin həyətindəki tövlədə saxlanılması törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hallardır. Apellyasiya şikayətində göstərilən atasının xəstə olması, ona qulluq edən yeganə şəxs olması, əvvəllər fəhlə işləməsi və səhhətində problemlərin olması barədə dəlillərə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hallar cəza təyin edilərkən qiymətləndirilə bilsə də, özlüyündə təyin edilmiş cəzanın açıq-aşkar ədalətsiz və ya həddindən artıq ağır olduğunu göstərmir. Iş materiallarında Təqsirləndirilən şəxs həmin hallarla əlaqədar cəzanın daha yüngül növünün tətbiq edilməsini zəruri edən müstəsna xarakterli hallar müəyyən olunmur. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, Ağsu Rayon Məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum edilməməsini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə iş üzrə müəyyən edilmiş digər halları nəzərə almışdır. Təyin edilmiş 3 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasının CM-in 234.2-ci maddəsinin sanksiyası çərçivəsində olduğu nəzərə alınmaqla, həmin cəzanın təqsirləndirilən şəxsə həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz olması barədə nəticəyə gəlmək üçün əsas yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli, ** nömrəli Qərarının 45-ci bəndində də məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməmək, cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaq izah edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə birinci instansiya məhkəməsinin təyin etdiyi cəza qeyd olunan meyarlara cavab verir və apellyasiya şikayətində göstərilən hallar həmin cəzanın dəyişdirilməsinə hüquqi əsas yaratmır. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər iş materiallarında olan sübutlarla təkzib edilir və birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini, əsaslılığını və ədalətliliyini şübhə altına almaq üçün kifayət etmir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 tapşırılmışdır. Müdafiəçi müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırkı işin baxılması ilə bağlı müdafiəçi cəmi 6 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli, ** nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46950" \t "_blank" \o "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi" Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası HYPERLINK "https://e-qanun.az/framework/46945" \t "_blank" \o "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi" Mülki Prosessual Məcəlləsinin 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilsin. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında göstərilən hüquqi yardıma görə 66 manat məbləğində pul müdafiəçi müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesaba köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə kollegiyası iclasında göstərilən hüquqi yardıma görə 66 manat məbləğində pul müdafiəçi müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesaba köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-10)-189/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-189/2026
23.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver