Məhkəmə qərarları › İş №1(3-10)-192/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-192/2026

30.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-192/2026 30.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi, hakimlər Şükürov Imanverdi Həşimxan oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R X1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X2 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə) ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə, ## ### 1991-ci ildə Göyçay rayonunun Inçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Göyçay rayonunun Inçə kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X10 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu ## #### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması, cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 10,148 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, əməliyyat-axtarış tədbirinin keçirilməsini, şübhəli şəxsin üstünün yoxlanılmasını və götürmə aparılmasını əks etdirən 01 ədəd və baxış keçirilməsini və götürmə aparılmasını əks etdirən 01 ədəd olmaqla, ümumilikdə 02 ədəd diskin isə cinayət işinin materiallarında saxlanılması, cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməsi müəyyən edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv edilərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən apellyasiya protesti və verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinə baxılmadan ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi ərizəni müdafiə edərək verilmiş apellyasiya şikayətindən imtinanın qəbul edilməsini və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R X1 apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etdi. Cinаyət-Prosessuаl Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Cinаyət-Prosessuаl Məcəlləsinin 91.5.33-cü maddəsində göstərilir ki, təqsirləndirilən şəxs özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina edə bilər. Həmin Məcəllənin 396-cı maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Cinаyət-Prosessuаl Məcəlləsinin 391.3-cü maddəsində göstərilir ki, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq aşağıdakı qərarlardan birini qəbul edir: 391.3.10. apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında. Beləliklə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən vermiş olduğu apellyasiya şikayətindən imtina edərək onu geri götürdüyünü və apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, həmin apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Qeyd edilənlərə əsаsən və Cinayət Prosesual Məcəlləsinin 390, 391.3.10, 396 və 410-cu mаddələrini rəhbər tutаrаq məhkəmə kollegiyаsı, qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən vermiş olduğu apellyasiya şikayətindən imtinası qəbul edilsin və həmin apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosesual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar