Məhkəmə qərarları › İş №1(3-10)-194/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-194/2026

05.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-194/2026 05.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1 iştirakı ilə, Məhkum təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, təqsirləndirilən şəxs2 apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunmasına dair Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qərarından məhkum təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin açıq məhkəmə iclаsındа bаxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin Məhkəməsinin (sədrlik edən hakim: Ibrahim Fəttahov) ## #### 2025-ci il tarixli, *(***)-**/**** saylı hökmü ilə, ##.##.1980-cı ildə Tərtər rayon Hüsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Tərtər rayon Hüsənli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılması, cəzasının əvvəlinin həbsə alındığı vaxtdan, yəni ##.##.2025-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkum təqsirləndirilən şəxs2 həmin hökmdən apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə vəsatət ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qərarı ilə məhkum təqsirləndirilən şəxs2 həmin məhkəmənin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair verilmiş vəsatətin rədd edilməsi müəyyən edilmişdir. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qərarından məhkum təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında hökmün alınmasını təsdiq edən qəbz reallığı əks etdirmir, o qəbzə heç vaxt imza atmamışdır. Bu səbəbdən qərarı əsassız hesab edir. Məhkəmə kollegiyasının iclasında məhkum təqsirləndirilən şəxs2 və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qərarının ləğv edilməsini və həmin Məhkəmənin ## #### 2025-ci il tarixli hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etdilər. Məhkum təqsirləndirilən şəxs2 ona verilmiş suallara cavab olaraq Göyçay Rayon Məhkəməsinin Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** saylı hökmünün alınması ilə bağlı cinayət işinin 3-cü cildinin 109-cu səhifəsində olan qəbzdəki imzanın ona aid olduğu bildirdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, məhkum və onun müdafiəçisinin apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, məhkum təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Ümumilikdə «hüquqi müəyyənlik» prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, CPM-in məhkəmə aktlarının şikayət verilmədiyi halda, elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan) 20 gün müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzib edilməzliyini, məhkəmə aktının müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən CPM-in 506-507 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında formalaşmış cinayət hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız məhkəmə aktının bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki, ümumilikdə cinayət mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, icra olunmuş məhkəmə aktına aylarla, illərlə hesablanan müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid Ismayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi ## ####### 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir:«qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyriməhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judikata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır». Eyni hüquqi mövqeyi paylaşan Könül Nаmidаr qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbaycan Respublikası Konstitusiyа Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, “qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə, mаneə törətsin və yа mədudiyyət yаrаtsın”. Odur ki, yalnız müstəsna hallarda, şikayətlə mübahisələndirilən məhkəmə aktında buraxılan səhvin xarakterindən və əhəmiyyətindən asılı olaraq, müddətin buraxılmasından şikayət verən şəxsin özünün səhlənkarlığı müəyyən olunmadığı hallarda müddətin bərpasına yol vermək, yəni qanuni qüvvəyə minmiş məhkəmə aktına yenidən baxmaq olar. Digər hallarda, belə müdaxilə ilə cinayət mühakimə icraatında ictimai maraqlarla fərdi maraqların müdafiəsi arasında tarazlıq pozulur və buna haqq qazandırmaq mümkün deyil. Məhkəmə kollegiyasının bu mülahizələri, Insan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mübahisələndirilməsi ilə bağlı bir sıra işlərə baxan zaman nümayiş etdirdiyi və ardıcıl olaraq müdafiə elədiyi hüquqi mövqelərdən də qaynaqlanır. Məsələn: «V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə» ## ####### 2006-cı il tarixli qərardadında Avropa Məhkəməsi bildirdi ki, insan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir (qərardadın 22-ci bəndi). Beynəlxalq Məhkəmənin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnız fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü bənd). Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əlaqələndirərək, qeyd etdi ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd). Avropa Məhkəməsi eyni yanaşmanı Brumareskunun Rumıniyaya qarşı ## ####### 1999-cu il tarixli, X2rşı ## #### 2002-ci il tarixli, Ryabıxın Rusiyaya qarşı ## #### 2003-cü il tarixli, X1rşı ## ####### 2004-cü il tarixli qərardadlarda və bir sıra başqa qərarlarında da nümayiş etdirmişdir. Odur ki, istinad edilən presedentlərə söykənərək, məhkəmə kollegiyası, CPM-in 386-cı maddəsini, buraxılmış müddətin davamiyyətindən asılı olmayaraq, həmin müddətin bərpa edilməsinə və bu yolla məhkuma məhkəmə aktına onun qanuni qüvvəyə minməsindən aylarla ölçülən vaxt ötdükdən sonra da təkrar baxmaq imkanı qazandıran norma kimi təfsir etməkdən imtina edir. Beləliklə, məhkəmə aktını vaxtında almış şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayətinin verilməməsi, bunun isə qanunvericilikdə heç də məqbul hesab edilməyən səbəblərlə (hüquqi savadının olmaması ilə) əlaqələndirməsi, illərlə ölçülən müddət keçdikdən sonra apellyasiya şikayətini verməsi halları yalnız həmin şəxsin iradəsindən asılı olan məsələ kimi təzahür edir. Istisna etmək olmaz ki, həmin şəxs sui-istifadəyə yol verib uzun müddət səhlənkarlığı nəticəsində məhkəmə aktından şikayət verməmişdir. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət sürən belə qeyri-müəyyənlik vəziyyəti, yuxarıda göstərilən presedentlər və həmin qərarlarda şərh edilən hüquqi müəyyənlik prinsipi nöqteyi-nəzərindən məqbul sayıla bilməz. Odur ki, məhkəmə kollegiyası Insan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda istinad edilən qərarlarında bəyan etdiyi hüquqi mövqelərə əsaslanaraq, CPM-in 386-cı maddəsini şəxsə məhkəmə aktının çıxarılmasından qeyri-müəyyən vaxt keçdikdən sonra belə onu mübahisələndirməyə və məhkəmə aktına təkrar baxılmasını tələb etməyə imkan verən norma kimi təfsir etməkdən imtina edir. Beləliklə, məhkəmə kollegiyası, CPM-in 384-cü və 386-CI maddələrini, hazırkı işdə iştirak edən məhkuma münasibətdə məhkəmə aktının yenidən baxılmasını şərtsiz labüd edən norma kimi qəbul etmədiyindən ümumiyyətlə qüvvəyə minmiş məhkəmə aktına apellyasiya qaydasında təkrar baxılmasından ötrü cinayət prosessi iştirakçılarına prosessual imkanların yaradılmaması məsələsinə Avropa Məhkəməsinin presedentlərindən hasil etdiyi, yuxarıda təsvir edilən şərtlər əsasında yanaşılmasını zəruri sayır. Bu şərtlərdən əsası, ərizəçinin məhkəmə aktının qanuni qüvvəyə minməsinədək dövr ərzində məhkəmə aktını mübahisələndirməməsinin, onun öz səhlənkarlığından irəli gəlib, gəlməməsidir. Iş materiallarından görünür ki, Göyçay Rayon Məhkəməsinin hökmü ## ###### 2026cı il tarixdə elan olunmuş, hökmün surətləri təqsirləndirilən şəxs2 şəxsi işinə əlavə edilməsi və özünə təqdim edilməsi üçün həbsdə saxlandığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsinə göndərilmişdir. Həmçinin, məhkəmənin qeyd edilən hökmündə həbsdə saxlanılan şəxs təqsirləndirilən şəxs2 hökmün sürətini aldığı gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilmə hüququ izah edilmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş hökmün alınmasına dair qəbzdən görünür ki, məhkum təqsirləndirilən şəxs2 barəsində olan hökmün surətini ## ###### 2025-ci il tarixdə almış, lakin hökmün surətini aldığı gündən 20 gün müddətində apellyasiya şikayəti verməmiş və onun apellyasiya şikayəti vermə müddəti qeyd edilən qəbzə əsasən ##.##.2025-ci il tarixdə bitmişdir (cild 03 iş vər. 109). Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi vəsatəti təmin etməməkdə haqlı olmuşdur. Həqiqətən də, cinayət işinin materiallarına əlavə edilmiş qəbzdən görünür ki, təqsirləndirilən şəxs2 məhkəmənin qeyd olunan hökmünün surətini ## ###### 2025-ci il tarixdə verilmişdir. Məhkum təqsirləndirilən şəxs2 tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddət keçdikdən təxminən 2 ay 8 gün sonra-## ####### 2025-ci il tarixdə verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində haqqındakı cinayət işinə baxılarkən təqsirləndirilən şəxs2 müdafiəçi ilə təmin edilmiş və ona hüquqları, o cümlədən barəsində çıxarılan hökmdən narazı qaldığı halda ondan apellyasiya şikayəti vermək qaydası və müddəti izah edilmişdir. Eləcə də, məhkuma təqdim olunmuş barəsindəki hökmün surətində həmin hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddəti bilavasitə göstərilmişdir. Məhkum təqsirləndirilən şəxs2 apellyasiya şikayəti tərtib edə bilmədiyi halda onun hüquqlarını müdafiə edən müdafiəçinin hüquqi yardımından istifadə edə bilərdi. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət məhkum təqsirləndirilən şəxs2 tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Onun apellyasiya şikayətində göstərdiyi dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs2 məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 tapşırılmışdır. Müdafiəçi müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 6 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67- 1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə müdafiəçi müdafiəçi1 66 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386, 387, 391 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Məhkum təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Müdafiəçi müdafiəçi1 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 66 manat vəsait müdafiəçi1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar