Məhkəmə qərarları › İş №1(3-10)-196/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-196/2026

16.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-196/2026 16.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi, hakimlər Şükürov Imanverdi Həşimxan oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R X1, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs, ölmüş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2ci maddələrində nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 43.3-1-ci maddələrinə əsasən cinayət təqibinə xitam verilməsinə dair Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ***/**** saylı qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin (hakim Rəşad Əliyev) ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ilə, ##.##.1977-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olmaqla, Oğuz şəhəri, H.Əliyev prospekti, 33B ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X11 saxlanılmış və ##.##.2026-cı il tarixdə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Penitensiar müəsissəsində vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5 və 43.3-1-ci maddələrinə əsasən cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi, cinayət işi üzrə ekspertiza xərclərinin dövlət büdcəsindən tutularaq 160 (yüz altmış) manat pulun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ**CTRE******************** saylı (VÖEN **********) hesabına və 500 (beş yüz) manat pulun “Açar” Qiymətləndirmə Mərkəzinin AZ**AIIB******G************* saylı hesabına (VÖEN **********) köçürülməsi, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması və mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının ona izah olunması, iş üzrə maddi sübut və ya xüsusi müsadirə edilməsi təklif olunan əmlak olmaması müəyyən edilmişdir. işin halları: Ibtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs yandırmaqla özgənin əmlakını qəsdən məhv edib və zədələyib zərərçəkmiş şəxsə kül miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, tanışı Oğuz rayonu, Xaçmaz kənd sakin Zərərçəkmiş şəxs ilə birlikdə Oğuz şəhəri ərazisində əczaxana işlədərək sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları dövrdə aralarında yaranmış mülki mübahisə zamanı Zərərçəkmiş şəxs tərəfindən ona qarşı haqsızlıq olunduğunu əsas gətirib 2022-ci ilin oktyabr ayında sonuncunun əmlakına ziyan vurmaq barədə qərara gələrək, bu məqsədlə ## ####### 2022-ci il tarixdə saat 03 radələrində özünə məxsus idarə etdiyi “VAZ 21012" markalı, K-***-OT-05 Rusiya Federasiya dövlət qeydiyyat nömrəli avtomobillə Oğuz şəhərindən Oğuz rayonu, Ərmənət kəndinə gedib, orada avtomobilini saxladıqdan sonra avtomobilinin yanacaq çənindən çəkmək üsulu ilə benzin əldə edərək, əvvəlcədən özü ilə götürdüyü butulkaya doldurduqdan sonra meşəlik ərazidən arakəsmə yol ilə Oğuz rayonu, Xaçmaz kəndinə piyada hərəkət edib, həmin tarixdə saat 04 radələrində "xxxx" MMC-nin tərkibində fəaliyyət göstərən Oğuz rayonu, Xaçmaz kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus * nömrəli əczaxananın yanına gedərək, əczaxananın arxa pəncərəsini sındırıb, özü ilə gətirdiyi içərisində benzin olan butulkanı əczaxananın içərisinə ataraq, üzərində gəzdirdiyi kibritlə əczaxananı qəsdən yandırmış, nəticədə Zərərçəkmiş şəxs məxsus əczaxana kimi fəaliyyət göstərən Oğuz rayon Xaçmaz kəndində yerləşən 42 kv.metr sahəsi olan binaya 20500 (iyirmi min beş yüz) manat məbləğində ziyan dəyərək zədələnməsinə, həmin əczaxanada olan 76828,43 (yetmiş altı min səkkiz yüz iyirmi səkkiz manat qırx üç qəpik) manat məbləğində 3353 müxtəlif adda, təxminən 32000 ədədə yaxın dərman preparatları, uşaq qidaları, tibbi ləvazimatlar, qeyri-dərman vasitələri və qida əlavələrinin, 600 (altı yüz) manat dəyərində 1 ədəd 80 kv. metr ərazini isitmək-soyutmaq gücündə olan "Aux" markalı kondisionerin, 800 (səkkiz yüz) manat dəyərində 1 ədəd "HP" markalı HP 15-DW1052UR modelli, prsosessorun tak tezliyi 2.4 GHZ, operativ yaddaşı 4GB, SSD yaddaşı 128 GB olan notbukun, 600 (altı yüz) manat dəyərində 1 ədəd "Çinar" markalı tibbi soyuducunun, 140 (bir yüz qırx) manat dəyərində 1 ədəd dəmir materialından elektriklə işləyən 8 seksiyalı "Kumtel Kum 1230/11" markalı radiatorun, 450 (dörd yüz əlli) manat dəyərində 5 ədəd "HK vision" markalı kameralar və kameranın 8 çıxışlı "DVR"-nın isə məhv olmasına və zərərçəkmiş şəxsə ümumilikdə 99.913,43 (doxsan doqquz min doqquz yüz on üç manat qırx üç qəpik ziyan vurulmasına səbəb üç manat qırx üç qəpik) manat məbləğində külli miqdarda maddi ziyan vurulmasına səbəb olmuşdur. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətində Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən, digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətini aşağıda qeyd olunmuş dəlillərlə əsaslandırmışdır,

1. Apteki Təqsirləndirilən şəxs yandırmamışdır və aptekinin yandırılmasında təqsirləndirilən şəxsin oğlu Hüquqi varis və ya iş üzrə şahid qismində keçən şahid4 şübhələnir. Belə ki, yanğın hadisəsi baş verdikdən sonra hadisə yerinin baxışı vaxtı Təqsirləndirilən şəxs aptekin arxa tərəfində olan pəncərəsinin hansı istiqamətdə olması ilə bağlı suallara düzgün cavab verə bilməmişdir. Hazırkı cinayət işinə birinci instansiya məhkəməsi tərəfindən baxılan zaman qeyd edilə xüsusatları qeyd etsə də, birinci instansiya məhkəməsi tərəfindən həmin xüsusatlar araşdırılmamış və həmin xüsusatların araşdırılması üçün cinayət işi ibtidai istintaqa geri qaytarılmamışdır. Bunun əksinə şübhələndiyi şəxs Hüquqi varis təqsirləndirilən şəxsin hüquqi varisi kimi işə cəlb edilərək ondan işə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Belə ki, işə bəraətverici əsaslar olmadan xitam verilməsi həmin şəxsin cinayətinin ört basdır edilməsinə xidmət etdiyindən cinayət işinə xitam verilməsi Hüquqi varis sərf edirdi.

2. Işə baxan birinci instansiya məhkəməsi mülki iddia ilə bağlı öz qanunsuz və əsassız qərarında qeyd etmişdir ki, “Mülki iddianı araşdıraraq məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalı və mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxsə izah edilməlidir. Belə ki, mülki iddiaçı ibtidai istintaq zamanı maddi ziyanın ona tam şəkildə ödənilməsi ilə bağlı yazılı ərizə təqdim etmiş, amma məhkəmə baxışı zamanı isə maddi ziyanın ödənilmədiyini bildirmiş, lakin vurulmuş maddi ziyanın ona ödənilməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir”. Halbuki, ona təqsirləndirilən şəxs tərəfindən maddi ziyan ödənilməmişdir. Ibtidai istintaq aparılarkən polis əməkdaşları ona bildirmişdilər ki, təqsirləndirilən şəxsin bir sıra qapalı cinayətləri var və onları da aça bilmək və onun etiraf etməsini təmin edə bilmək üçün belə bir ərizə yazmalıyıq ki, təqsirləndirilən şəxs yüngül cəza alacağını zənn edib cinayətlərini etiraf etsin. Buna görə də polis əməkdaşlarının xahişi ilə təqsirləndirilən şəxsin törətdiyi bu və digər cinayətləri boynuna alması üçün belə bir ərizə vermişdir. Həmin ərizəni də oğlu yazmış və bundan sonra o, imza etmişdir. Buna görə də mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iddia ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan 99.913,43 manat təşkil edir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq zamanı həmin məbləğin ona verilməsi mümkün deyil. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs heç bir yerdə işləmirdi və narkotik vasitələrin aludəçisi olub və buna görə də həmin məbləğin onda olması və ona ödəməsi mümkün deyildi. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən ölmüş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı, R X1 zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

hüquqi məsələlər:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin müdafiəçisi, zərərçəkmiş şəxs, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Oğuz rayonu, Xaçmaz kəndi ərazisində apteki vardır və ##.##.2022-ci il tarixdə saat 21 radələrində apteki bağlayb evə getmişdir. ##.##.2022-ci il tarixdə gecə saat 04 radələrində onun mobil telefonuna həmkəndlisi Yamən adlı şəxs zəng edərək, ona məxsus qeyd edilən aptekdə yanğın hadisəsi baş verməsi barədə ona məlumat vermişdir. Bundan sonra dərhal aptekə getmişdir və görmüşdür ki, yanğınsöndürənlər aptekdə baş vermiş yanğını söndürürlər. Həmin yerə çatan zaman aptekin tam yanıb qurtarmasını gördüyünü demişdir. Hadisə baş verdikdən sonra həmin əraziyə polis əməkdaşlarının gəlmədiyini, hadisənin necə baş verməsini araşdırmadıqlarını, yalnız onun şikayətindən sonra polis şöbəsində rəis müavini olan Ramin adlı şəxsin onu qəbul etməsini, lakin bundan sonra da heç bir araşdırma aparmadıqlarını demişdir. Belə ki, ona məlum olmuşdur ki, həmin Ramin adlı şəxs təqsirləndirilən şəxsə himayədarlıq etdiyi üçün heç bir araşdırma aparılmamışdır. Polis şöbəsinin rəisi dəyişdirildikdən sonra yenidən müraciət etməsindən sonra baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırma başlandığını bildirmişdir. Polis şöbəsində aralarında üzləşmə keçirilən vaxt mərhum Təqsirləndirilən şəxs ona demişdir ki, apteki o, yandırmamışdır və aptekin kimin tərəfindən yandırılması ilə bağlı ona məlumat verəcəkdir. Aptekin yandırılması ilə bağlı ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini, iş materiallarında olan və ziyanın tam şəkildə ödənilməsi ilə bağlı ərizəni oğlunun yazmasını və bundan sonra imza etməsini demişdir. Hesab edir ki, apteki Təqsirləndirilən şəxs yandırmamışdır və o, aptekinin yandırılmasında təqsirləndirilən şəxsin oğlu Hüquqi varis və ya iş üzrə şahid qismində keçən şahid4 şübhələnir. Belə ki, yanğın hadisəsi baş verdikdən sonra hadisə yerinin baxışı vaxtı Təqsirləndirilən şəxs aptekin arxa tərəfində olan pəncərəsinin hansı istiqamətdə olması ilə bağlı suallara düzgün cavab verə bilməmişdir. Aptekinin yandırılması nəticəsində ona dəymiş ziyanın tam şəkildə ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, ##.##.2022-ci il tarixdə gecə saatlarında ona zəng gəlmişdir ki, Oğuz rayonu, Xaçmaz kəndi ərazisində yanğın vardır, lakin o, nəyin yanması barədə məlumatlı olmamışdır və yanğının necə baş verməsini görməmişdir. Belə ki, həmin zaman evindən çölə çıxmamışdır. Apteki kimin yandırdığını bilməmişdir və ya Təqsirləndirilən şəxs yandırması barədə heç nə bilməmişdir, həmin gün Məmmədsaat ona zəng edərək, aptekin yanıbyanmamasını ondan soruşmuş, o da Məmmədsaata bu barədə məlumat vermişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun uzaq qohumudur. Aptekin yanması ilə bağlı ona səhər məlumat verilməsini və yanğın baş verən zaman orada olmadığını və yanğını görmədiyini demişdir. Onun evi aptek ilə 200 metr məsafədə yerləşmişdir, lakin aptekin yanmasını görməmişdir. Aptekin yandırılması ilə bağlı polis şöbəsində izahat verməsini və heç bir şeydən xəbəri olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, ##.##.2022-ci il tarixdə gecə saat 4 və ya 5 radələrində Bakı şəhərindən taksi ilə Oğuz rayonuna qayıdan zaman Xaçmaz kəndindən keçən zaman aptekin yanmasını görmüşdür və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs zəng edərək sayğacda yaranmış problemlə bağlı aptekdə yanğın olmasını ona bildirmişdir. Bundan sonra isə həmin əraziyə yanğınsöndürənlərin gəlməsini demişdir. Aptek yanan zaman orada başqa şəxsin olmadığını, Bakı şəhərindən qayıtdığı taksi avtomobilində ondan və sürücüdən başqa heç kəsin olmadığını bildirmişdir. Apteki kimin yandırması ilə bağlı məlumatının olmadığını demişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş şahid5 ifadəsində göstərmişdir ki, ##.##.2022-ci il tarixdə təxminən gecə saat 4 radələrində yaşadığı evdə qapının döyülməsini və qapını açan vaxt qapını döyən şəxsin Təqsirləndirilən şəxs olmasını gördüyünü demişdir. Təqsirləndirilən şəxs ona aralarında olan mülki mübahisə ilə bağlı qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs məxsus apteki yandırmasını bildirmişdir və ondan Ərmənət kəndinə gedən yolda çayı keçməsi üçün kömək etməsini istəmişdir. Bundan sonra o, oğlu Orxanı yuxudan qaldırmış və Təqsirləndirilən şəxs çaydan keçirməsi üçün ona kömək etməsini demişdir. Təqsirləndirilən şəxs çoxdan tanımasını və onun tez-tez nəşə çəkməsi üçün onlara gəlib-getməsini bildirmişdir. Təqsirləndirilən şəxs həmin gün özü ona etiraf edərək demişdir ki, Zərərçəkmiş şəxs məxsus apteki qisas almaq üçün yandırmışdır və oradan da onun evinə gəlmişdir. Aptekin yandırılmasında Hüquqi varis və ya onun oğlu şahid4 heç bir təqsirinin olmamasını və onların bu məsələdən xəbərdar olmadıqlarını demişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş şahid5 ifadəsində göstərmişdir ki, ##.##.2022-ci il tarixdə gecə saat 4 radələrində atası onu çağıraraq yuxudan qaldırmış və çaydan keçib getə bilməsi üçün Təqsirləndirilən şəxs köməklik etməsini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə piyada gedərək Xaçmaz kəndindən Ərmənət kəndinə keçirməsini, yolda gedən zaman aptekin yandırılması ilə bağlı heç bir söhbətin aparılmadığını demişdir. Aptekin yanmasından səhər xəbər tutmasını və bununla bağlı heç bir məlumatının olmamasını demişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan ##.##.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilməsi barədə protokoldan görünür ki, ona məxsus aptekin Təqsirləndirilən şəxs tərəfindən yandırılmasında şübhələnməsinə səbəb birgə aptek işlətməklə bağlı pul məsələsi ilə əlaqədar kommersiya məhkəməsində Təqsirləndirilən şəxs onun hədələyərək "bu məsələ belə qalası deyil, sənə ziyanlıq vuracam" deyərək hədələməsi olmuş, az vaxdan sonra da aptekin yandırılması olmuşdur. Təqsirləndirilən şəxs isə birlikdə şərikli aptek açdıqlarını, sonra o tutulub türməyə getdikdən sonra sözsöhbət başladığını, Zərərçəkmiş şəxs onu aptekdən uzaqlaşdırdığını, belə olub aralarında pul mübahisəsi yarandığını deyərək aptekin özü tərəfindən yandırıldığını bir daha təsdiq etmişdir. Üzləşmə ilə əlaqdar protokol tərtib olunmuş və aparılmış video çəkilişin görüntüləri həmin protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası FHN X4 Xidməti Şimal-qərb regional DYNI-nin DYNŞ-nin böyük inspektoru X5 tərəfindən hadisə yerinə baxış protokolundan görünür ki. ##.##.2022-ci il tarixdə yanğın hadisəsi baş verdikdən sonra hadisə yerinə baxış keçirilərək protokol tərtib olunmuş və hadisə yerinin fotoşəkilləri çəkilərək tərtib edilmiş protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd diskdə olan məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, diskin içərisində “Qalıq ##.##.2022" adlı "Excell" proqramında fayl vardır. Həmin faylı daxil olduqda içərisində müxtəlif adda dərman preparatları, uşaq qidaları, tibbi ləvazimatlar, qeyri-dərman vasitələri və qida əlavələrinin qalığı və qiymətinin qeyd edildiyi aşkar edilmişdir. Məlumatlarda 3353 adda məhsullar qeyd edilmiş və məbləğ 76828,427 manat göstərilmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin məhsullar aptek yanan vaxt orada olan qalıq məhsullar olmuş, yanğın hadisəsindən sonra kompüterin yaddaşından həmin məlumatları əldə edərək diskə köçürməklə özündə saxlamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzininin məhkəmə yanğın-texniki ekspertizasının ##.##.2025-ci il tarixli **/**** nömrəli rəyinə əsasən yanğın hadisəsinin baş vermə şəraitini, cinayət işi materiallarında olan məlumatları nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni kənardan düşmüş od mənbəyinin təsirindən baş vermişdir. Cinayət işinin materiallarında olan "Açar" Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli AQM/D-**-****/**** nömrəli mütəxəssis rəyinə əsasən Zərərçəkmiş şəxs məxsus Xaçmaz kəndində yerləşən 42 kv. metr sahəsi olan əczaxananın yanması nəticəsində binanın təmirinə dəymiş ziyanın 20.500 (iyirmi min beş yüz) manat, həmin əczaxanın içərisində yanaraq məhv olmuş 1 ədəd 80 kv. metr ərazini isitmək-soyutmaq gücündə olan "Aux" markalı kondisionerin qiymətinin 600 (altı yüz) manat, 1 ədəd "HP" markalı HP 15-DW1052UR modelli, prsosessorun tak tezliyi 2.4 GHZ, operativ yaddaşı 4GB SSD yaddaşı 128 GB olan notbukun qiymətinin 800 (səkkiz yüz) manat, 1 ədəd "Çinar markalı tibbi soyuducunun qiymətinin 600 (altı yüz) manat, 1 ədəd dəmir materialından elektriklə işləyən 8 seksiyalı "Kumtel Kum 1230/11" markalı radiatorun qiymətinin 140 (biryüz qırx) manat, 5 ədəd "HK vision" markalı kameralar və kameranın 8 çıxışlı "DVR"-nın qiymətinin 450 (dörd yüz əlli) manat, 3353 müxtəlif adda, təxminən 32000 ədədə yaxın dərman preparatları, uşaq qidaları, tibbi ləvazimatlar, qeyridərman vasitələri və qida 11 əlavələrinin qiymətinin 76.828,43 (yetmiş altı min səkkiz yüz iyirmi səkkiz manat qırx üọ qəpik) manat təşkil etdiyi qeyd edilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ##.##.2025-ci il tarixdə Oğuz RPŞ-yə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona məxsus apteki yandırması ilə əlaqdar şikayət və tələbinin olmadığını, sonuncunun ona dəymiş ziyanı tam həcmdə ödədiyini göstərmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Şəki Penitensiar müəssisəsinin ##.##.2026-cı il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin müəssisədə vəfat etmişdir. Cinayət işinin materiallarında olan Oğuz rayonu Qeydiyyat şöbəsinin verdiyi ##.##.2026-cı il tarixli AZ-II № ****** nömrəli ölüm haqqında şəhadətnamədən də Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə vəfat etdiyi müəyyən edilir. Birinci instansiya məhkəməsi tərəfindən Hüquqi varis ölmüş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmışdır. Birinci instansiya məhkəməsi baxışında təqsirləndirilən şəxsin hüquqi varisi X2 atası Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki şəhərində yerləşən istintaq təcridxanasında “infarkt” xəstəliyindən öldüyünü bildirərək, atası barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmiş və bu barədə yazdığı vəsatəti məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli Qərarının 44-cü bəndində göstərilmişdir ki, CPM-in 391.3, 39.1.5 və 39.1.12-ci maddələrində qeyd edilən hallarda müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığı olduqda, məhkəmə CPM-in 43.3-cü və ya 43.3-1-ci maddələrinə müvafiq olaraq cinayətprosessual qanunun müvafiq olaraq 39.1.3 və 39.1.12-ci maddələrində və ya 39.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə icraatı materialları məhkəmənin müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığının olub-olmaması məsələsini araşdırdığını əks etdirməli, o cümlədən razılığın verilməsi haqqında ərizə cinayət işinə əlavə edilməli, məhkəmə iclas protokolunda isə müvafiq qeyd aparılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli törətdikdən sonra ölməsi səbəbindən, həmçinin təqsirləndirilən şəxsin hüquqi varisinin və müdafiəçisinin işə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazlarının olmaması səbəbindən birinci instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı olaraq cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ilk dəlilinə münasibətdə diqqətə çatdırmağı zəruri hesab edir ki, CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığı üçün məhkəmə təqsirləndirilən şəxsin əməlində ittihamda göstərilən cinayətin deyil, digər-daha ağır cinayətin əlamətlərinin olması kimi dəlildən çıxış etməklə irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsə bəraət verməyə və cinayət işini, sadələşdirilmiş icraat materialını CPM-in 350.4-cü maddəsinə müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmağa haqlı deyil. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ilk dəlilində qeyd edilmiş cinayət əməlinin təqsirləndirilən şəxsin oğlu Hüquqi varis və ya iş üzrə şahid qismində keçən şahid4 tərəfindən törədilməsi ilə bağlı dəlillərə münasibətdə qeyd edir ki, həmin xüsusatlar hazırki cinayət işinin araşdırma predmenti deyildir. Eyni zamanda cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında ## ###### 2025-ci il tarixli qərardan görünür ki, X6 və qeyriləri barəsində Cinayət Məcəlləsinin 186.2.1 və.s maddələri ilə cinayət təqibi başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ikinci dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi mülki iddianı baxılmamış saxlamaqla da düzgün nəticəyə gəlmişdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarının mülki iddianın verilməsi ilə bağlı hökmün xüsusiyyətləri bölməsinin 65-ci bəbdində qeyd olunmuşdur ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. Həmin qərarın 74-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq-cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq-onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2ci maddələrində nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 43.3-1-ci maddələrinə əsasən cinayət təqibinə xitam verilməsinə dair Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ***/**** saylı qərarının baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ölmüş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 tapşırılmışdır. Müdafiəçi müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 6 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, ölmüş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə müdafiəçi müdafiəçi1 66 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2ci maddələrində nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 43.3-1-ci maddələrinə əsasən cinayət təqibinə xitam verilməsinə dair Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ***/**** saylı qərarı baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Müdafiəçi müdafiəçi1 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 66 manat vəsait müdafiəçi1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ013501*****000015944. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar