Məhkəmə qərarları › İş №1(3-10)-200/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-200/2026

02.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-200/2026 02.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov Imanverdi Həşimxan oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli (hakim: Tural Hüseynli) hökmü ilə, ##.##.1986-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirli bilinərək 1 il 2 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli amnistiya qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu olan, Mingəçevir şəhəri H.Əliyev küçəsi **/* №-li evin 17№-li mənzilində qeydiyyatda olmaqla yaşayan, ##.##.2026-cı il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdən ##.##.2026-cı tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddətin CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclası zalından dərhal həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması, cəzaçəkmə müddətinin başlanğıcının həbs edildiyi gündən, yəni ## #### 2026-cı il tarixdən hesablanması, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınması, iş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan təmiz qalıq çəkisi 0,199 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə 87,14 manat məbləğdə ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməsi, iş üzrə mülki iddianın olmamasının nəzərə alınması hökm edilmişdir. işin halları: Istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs ## #### 2005-ci il tarixli “Şəxsi cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahının 118-ci bəndinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən psixotrop maddə metamfetaminin aşağı həddi üçün 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 1 (bir) ədəd qırmızı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,249 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini satış məqsədi olmadan əynindəki qara rəngli idman gödəkcəsinin sağ yan cibində saxlayaraq daşımış və ## ###### 2026-cı il tarixdə Mingəçevir şəhər X1 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Şəfa bağ massivi R.Məmmədov küçəsində saxlanılaraq həmin yerdə saat 17:04-dən 17:09-dək olan müddət ərzində Mingəçevir şəhər X1 Mübarizə Qrupunun əməkdaşları tərəfindən üzəri yoxlanılarkən həmin çəkidə psixotrop maddə metamfetamin onun əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindəki qırmızı-ağ rəngli kağız bükümdən aşkar edilib götürülmüşdür. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində ona verilən cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmündən apellyasiya protesti və verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs izahatında bildirdi ki, apellyasiya şikayətinin dəlillərini müdafiə edir. Odur ki, məhkəmə kollegiyasında ona köməklik göstərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 bildirdi ki, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin hökmünün cəzaya aid hissədə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 bildirdi ki, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza residivə uyğun olaraq təyin edilmişdir. Bu həddən aşağı cəzanın təyin edilməsi üçün heç bir əsas görmür. Odur ki, təqsirləndirilən şəxsin apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməsini və hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. hüquq məsələləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ##.##.2026-cı il tarixdə günorta saatlarında Mingəçevir şəhəri Şəfa bağ massivində “Məişət Tullantıları”-nın atıldığı ərazinin yaxınlığı ilə piyada hərəkət edərkən yerdə 1 ədəd siqaretin qırmızı-ağ rəngli kağız bükümünü görüb yerdən götürmüşdür. Açıb baxdıqda həmin siqaretin qırmızı-ağ rəngli kağız bükümünün içərisindəkinin psixotrop maddə metamfetamin olduğunu bilmişdir. Tapdığı siqaretin qırmızı-ağ rəngli kağız bükümündə olan psixotrop maddə metamfetamini əynindəki qara rəngli idman gödəkcəsinin sağ yan cibinə qoyaraq gizlətmişdir. ##.##.2026-cı il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri Şəfa bağ massivində R.Məmmədov küçəsi ilə piyada hərəkət edərkən tapdığı psixotrop maddə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onun üzərinə yoxlanış keçirəcəklərini bildirmişlər. O da üzərinə yoxlanış keçirilməsinə etiraz etməmişdir. Üzərinə yoxlanış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da əynində olan qara rəngli idman gödəkcəsinin sol yan cibindən 1 ədəd mobil telefon, əynindəki qara idman gödəkcəsinin sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd siqaretin qırmızı-ağ rəngli kağız bükümünü çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə yoxlanış keçirilmişdir. Yoxlanış keçirilərkən onun üzərindən təqdim etdiyi əşyalardan başqa heçnə aşkar edilməmişdir. Aşkar olunmuş 1 ədəd siqaretin qırmızı-ağ rəngli kağız bükümü digər iştirakçıların yanında açılarkən içərisində şəffaf rəngli, kəskin iyli, kristallilc kütlə yəni, psixotrop maddə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və siqaretin qırmızı-ağ rəngli kağız bükümü ilə birlikdə ümumi çəkisi 0,38 qram olmuşdur. Əməlindən peşmandır, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili şahid3 bildirmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bildirmişdir ki, ##.##.2026-cı il tarixdə saat 18 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşları şahid2, şahid1 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Şəfa bağ massivi R.Məmmədov küçəsi ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onun üzərinə öz razılığı ilə yoxlanış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə yoxlanış keçirilməsinə etiraz etməmişdir. Yoxlanış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs qızma təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynində olan qara rəngli idman gödəkcəsinin sol yan cibindən 1 ədəd mobil telefon, əynindəki qara rəngli idman gödəkcəsinin sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd siqaretin qırmızı-ağ rəngli kağız bükümünü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilmişdir. Yoxlanış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman gödəkcəsinin sağ yan cibindən aşkar olunmuş 1 ədəd siqaretin qırmızı-ağ rəngli kağız bükümü digər iştirakçıların yanında açılarkən içərisində şəffaf rəngli, kəskin iyli, kristal kütlə, yəni psixotrop maddə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1 (bir) ədəd siqaretin qırmızı-ağ rəngli, kağız bükümündə olan psoxotrop maddəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, siqaretin qırmızı-ağ rəngli kağız bükümü birlikdə ümumi çəkisi 0,38 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə olduğunu, həmin psixotrop maddəni ##.##.2026-cı il tarixdə axşam saatlarında Mingəçevir şəhəri Şəfa bağ massivində “Məişət Tullantıları”nın atıldığı ərazinin yaxınlığı ilə piyada hərəkət edərkən yerdən tapdığını və psixotrop maddənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DIN-nin 76 N°-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Mingçevir ŞPŞ-nin əməkdaşları şahid2 və şahid1 da şahid şahid3 ifadəsində göstərdiyi xüsusatları öz ifadələrində təsdiq etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işi materiallarında olan şübhəli şəxsin üstünün yoxlanılmasına dair tərtib edilmiş ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilərkən onun əynindəki qara rəngli idman gödəkcəsinin sağ yan cibində gizlədərək saxladığı 1 ədəd siqaretin qırmızı-ağ rəngli kağız bükümündə ümumi çəkisi 0,38 qram olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında ## ###### 2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:03-də CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılmışdır. Cinayət işi materiallarında olan ##.##.2026-cı il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilmiş və MSYdən azad olunmuşdur. Cinayət işi materiallarında olan ##.##.2026-cı il tarixdə Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən çəkilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosessini özündə əks etdirən DVD diskə baxış keçirilmişdir. DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman gödəkcəsinin (sağ yan cibində gizlədərək saxladığı 1 ədəd siqaretin qırmızı-ağ rəngli kağız bükümünün içərisində olan psixotrop maddə metamfetamin aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan məhkəmə kimyəvi ekspertizasının ## ###### 2026cı il tarixli, **/*** saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri, imzalar və adlar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd qırmızı-ağ rəngli kağız bükümdə təmiz çəkisi0,249 qram olan maddə kustar üsulla hazırlanmış psixortop maddə - metamfetamindir. Məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,050 qram narkotik vasitə kütlələsindən sonra yerdə qalan ümumi qalıq çəkisləri 0,199 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının ##.##.2026-cı il tarixli, *** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Ruhi xəstə olduğu üçün məcburi müalicə tətbiq oluna bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan məhkəmə psixiatrik ekspertizasının ##.##.2026-cı il tarixli *** saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs “emosional-davamsız tip şəxsiyyət pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmamışdır ki, o, cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işi materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Mingəçevir şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 11 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işi materiallarında olan Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroloji Dispanserin ##.##.2026-cı il tarixli *** nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroloji Dispanserində ##.##.2012-ci ildən davamsız şəxsiyyət pozğunluğu özünü kəsmələrlə “Davamsız kompensasiya mərhələsi” diaqnozu ilə psixatrik müşahidəyə götürülüb. Cinayət işi materiallarında Yataqxana tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri H. Əliyev küçəsi ev 82/1, mənzil 17 ünvanında yaşamışdır və barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DIN-in BƏSII-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Mingəçevir şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 11 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli amnistiya qərarının 2.3cü bəndinə əsasən cəzadan azad edilmiş, hazırda isə məhkumluğu ödənilməmiş şəxsdir. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl həyata keçirilən əməliyyat axtarış tədbirləri zamanı, o cümlədən narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Məhkəmə kolegiyası ona görə belə qənaətə gəlir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ## #### 2005-ci il tarixli “Şəxsi cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahının 118-ci bəndinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən psixotrop maddə metamfetaminin aşağı həddi üçün 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 1 (bir) ədəd qırmızı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,249 qram olan küstar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini satış məqsədi olmadan əynindəki qara rəngli idman gödəkcəsinin sağ yan cibində saxlayaraq daşımış və ## ###### 2026-cı il tarixdə Mingəçevir şəhər X1 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Şəfa bağ massivi R.Məmmədov küçəsində saxlanılaraq həmin yerdə saat 17:04-dən 17:09-dək olan müddət ərzində Mingəçevir şəhər X1 Mübarizə Qrupunun əməkdaşları tərəfindən üzəri yoxlanılarkən həmin çəkidə psixotrop maddə metamfetamin onun əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindəki qırmızı-ağ rəngli kağız bükümdən aşkar edilib götürülmüşdür. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl ## ###### 2026-cı il tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən narkotik vasitənin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən birinci instansiya məhkəməsinin təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə, yəni 0,249 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib saxlamışdır. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri məcmu halda nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini də əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” ## #### 2004-cü il tarixli ***-IIQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının qənaətincə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olubolmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs həm ibtidai istintaqın gedişatında, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını yüngülləşdirən hal, həmçinin CM-nin 61-ci maddəsinə təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirmişdir. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 61.1.1-ci maddəsinə əsasən isə, cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Residivə görə cəzanın təyin edilməsindən bəhs edən CM-in 65.1-ci maddəsinin göstərişinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göründüyü kimi təqsirləndirilən şəxs əvvəllər də məhkum edilməsinə baxmayaraq, islah olunmamış, məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətmiş və onun əməlində cinayətlərin residivi mövcud olmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu cinayətlərin residivinin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal olduğunu qeyd etməklə bir sıra qərarlarında vurğulamışdır ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, xüsusilə onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır cəza tədbirlərinin tətbiqini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il ## ### tarixli Qərar). Belə olan halda, məhkəmə kollegiyası Mingəçevir Şəhər Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 tapşırılmışdır. Müdafiəçi müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 5 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67- 1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə müdafiəçi müdafiəçi1 55 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Müdafiəçi müdafiəçi1 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 55 manat vəsait müdafiəçi1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar