Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-205/2026 02.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov Imanverdi Həşimxan oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmündən dövlət ittihamçısı, R dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli (hakim: Hümbət Səlimov) hökmü ilə, ## ###### 1973-cü il tarixdə Balakən rayon Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FIN-*******, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Balakən rayon Talalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun ## ##### 2026-cı il saat 13:00-dan ## ##### 2026-cı il saat 11:45-dək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla, cəmi 04 (dörd) gün müddətin həmin cəzadan çıxılması və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanması, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanındakı yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməsi, onun cəza çəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təqsirləndirilən şəxsTəqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması, onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surətinin yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X9 Şəxsinə göndərilməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanması, 240 manat (iki yüz qırx manat) ekspertiza xərcinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzi; VÖEN **********; AZ34CTRE00000000000002088501,X12, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ 01360100000003003944 SWIFT BIK CTREAZ22 hesaba köçürülməsi, iş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 18,73 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 18,68 qram olan narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməsi, iş üzrə maddi sübut olan iki ədəd diskin cinayət işinin materiallarında saxlanması, hökmün icrasının təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. işin halları: Istintaq orqanının mövqeyinə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda-18,73 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## ##### 2026-cı il tarixdə saat 13:00-da ünvan 1 ərazisində yol kənarında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üstü yoxlanılan zaman həmin narkotik vasitə-qurudulmuş marixuana 01 ədəd şəffaf sellofan bükümdə olmaqla əynindəki gödəkcənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı, R dövlət ittihamçısı3 tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, R dövlət ittihamçısı3 verdiyi apellyasiya protestində Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün ona təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmündən apellyasiya şikayəti və verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Dövlət ittihamçısı, 2-ci dərəcəli hüquqşunas dövlət ittihamçısı3 verdiyi apellyasiya protestini aşağıda qeyd olunmuş dəlillərlə əsaslandırmışdır:
1. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan yüngül növdə cəza təyin edərkən cinayət qanununun qeyd olunan normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun tələblərinə, Ali Məhkəmənin Plenumunun müvafiq izahlarına əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əməlini etiraf etməklə səmimi peşman olmasını qanunun tələblərinə əməl etmədən cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. CM-in 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almamış, onun cinayət əməli polis əməkdaşları tərəfindən ifşa olunmuşdur. Təqsirləndirilən şəxs ifşa edildikdən və narkotik vasitələr aşkar edildikdən sonra təqsirini etiraf edərək ifadə verməsi onun əməlindən səmimi peşmançılıq keçirməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə hökmündə Təqsirləndirilən şəxs əməlini etiraf etməklə səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alarkən bu hərəkətlərin təqsirləndirilən şəxsin ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət etdiyini və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq etməsini göstərmişdir. Lakin bu davranışlar şəxsin cinayət törətdikdən dərhal sonra keçirdiyi peşmançlıq və ya mənəvi təmizlənmə ehtiyacından deyil, yalnız polis əməkdaşları tərəfindən saxlandıqdan və təkzibedilməz sübutlar qarşısında qaldıqdan sonra ortaya çıxan bir müdafiə taktikasıdır. Belə olan halda, peşmançılıq hissi şəxsin hüquqazidd davranışından doğan daxili məzəmmətini deyil, qaçılmaz cəzadan yayınmaq və ya onu minimuma endirmək məqsədi ilə nümayiş etdirilən şəraitə uyğunlaşma cəhdini ifadə edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * saylı qərarının 4-cü hissəsində göstərilmişdir ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Lakin, qeyd edildiyi kimi məhkəmə narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlayan təqsirləndirilən şəxslərə cəza təyin edərkən nəzərə aldığı halı əsaslandırmamış, belə bir nəticəyə gəlməsinin motivlərini hökmdə göstərməmişdir.
2. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli hökmü ilə CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2013-cü il tarixdə ##.##.2013-cü il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən azad olunmuşdur, Balakən Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Suraxanı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixdə qərarı ilə 01 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuş, ##.##.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən eyni xarakterli cinayət əməlləri törətdiyinə görə 2 dəfə məhkum edilməsinə, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə, ona qarşı humanist addımlar atılaraq bir dəfə cəzadan azad olunmasına və vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq islah olunmamış və onda kriminal qətiyyət formalaşmışdır, o, islah olunmaq niyyətində deyildir. Məhkəmə isə cəza təyini zaman təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni onun sabit kriminal meylliliyini nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı, R dövlət ittihamçısı1 apellyasiya protestinin dəlillərini müdafiə edərək və apellyasiya protestinə oxşar məzmunda çıxış edərək apellyasiya protestinin təmin edilməsini, birinci instansiya məhkəməsi hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ailə vəziyyətinin nəzərə alınaraq apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 izahatında bildirdi ki, şəxsə verilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası da kifayət qədər ağır cəzadır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsi sağlamlıq və ailə vəziyyətini də nəzərə alaraq qanuni və əsaslı olaraq şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza seçmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.
hüquqi məsələlər:
Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı, 2-ci dərəcəli hüquqşunas dövlət ittihamçısı3 tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Belə ki, birinci instansiya məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, tutulmazdan təxminən 10 gün əvvəl Balakən rayon Talalar kəndi ərazisində zibil atmağa gedərkən yerdə 01 ədəd şəffaf sellofan büküm olduğunu görmüşdür. Həmin sellofanı açıb içərisinə baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Əvvəllər narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyi üçün sellofan bükümdə olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bilmiş və bu səbəbdən istifadə etmək üçün bükümü götürüb əynindəki gödəkçənin sol yan cibinə qoyub saxlamışdır. O, həmin narkotik vasitədən tapdıqdan sonra 1-2 dəfə istifadə etmişdir. Həmin içərisində narakotik vasitə olan sellofan bükümü tapdıqdan sonra üzərində saxlamışdır. ## ##### 2026-cı il tarixdə, saat 13:00-da ünvan 1 ərazisində yol kənarı ilə piyada getdiyi zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələri saxlamasında şübhəli olduğunu bildirərək, üzərində narkotik vasitə olubolmadığını, varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan gödəkçənin sol yan cibində saxladığı 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Sonra üstü yoxlanılmışdır. Yoxlama zamanı əynindəki gödəkçənin sol döş cibindən aşkar edilmiş 1 ədəd siqaret və əynindəki şalvarın sağ yan cibindən aşkar edilmiş 2 manat kağız pul iş üçün əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmışdır. Yoxlama zamanı onun üzərindən əlavə hər hansı bir qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Sonra təqdim etdiyi 1 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və üzərindəki sellofan büküm ilə birlikdə ümumi çəkisi 20,94 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, o və polis əməkdaşları tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra polis əməkdaşları onu Balakən rayon polis şöbəsinə aparmışlar. Burada ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Ekspert rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 18,73 qramdır. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir.Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində çalışır. ## ##### 2026-cı il tarixdə Balakən rayon Talalar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması barədə məlumat daxil olmuşdur. Daha sonra həmin məlumat onun tərəfindən raportla Balakən RPŞ-nin rəhbərliyinə məruzə olunmuşdur. Həmin tarixdə Balakən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkilli şahid1 və Balakən RPŞ-nin Qabaqçöl PB-nin polis nəfəri X4 ilə birlikdə keçirdikləri tədbir zamanı Təqsirləndirilən şəxs Balakən rayon Talalar kənd ərazisində yol kənarında saxlanılmış, sonuncuya hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra o, Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlamışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya varsa verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən 1 ədəd sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman əynindəki gödəkçənin sol döş cibindən 1 ədəd siqaret, əynindəki şalvarın sağ yan cibindən 2 manat kağız pul aşkar olunmuş, aşkar olunmuş həmin 1 ədəd siqaret və 2 manat pul iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm elektron tərəzidə çəkilmiş və büküm ilə birlikdə ümumi çəkisinin 20,94 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin büküm içərisindəki kütlə ilə birlikdə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik tərkibli bitki kütləsini 10 gün bundan əvvəl zibil atmağa getdiyi zaman yerdən tapdığını, əvvəllərdə narkotik vasitədən istifadə etdiyindən tapdığı kütlənin narkotik vasitə olmasını bildiyini, həmin kütləni şəxsi istifadəsi üçün üzərində saxladığını, tapdığı həmin kütlədən biraz istifadə etdiyini, narkotik vasitəni heç kimə satmadığını, vermədiyini, onda narkotik vasitənin olmasından heç kimin xəbərinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı “Honor 400 lite” markalı mobil telefon vasitəsilə Balakən RPŞ- nin Qabaqçöl PB-nin polis nəfəri, R X4 tərəfindən videoçəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmadığından Balakən RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmiş və protokola Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının video görüntüsünün əks olunduğu 01 ədəd DVD disk əlavə olunmuşdur. Daha sonra həmin material və maddi sübut baş təhqiqatçıya təhvil verilmiş və baş təhqiqatçı Natiq Muradov tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanmasının əks olunduğu diskə baxış keçirilmişdir. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CABın baş əməliyyat müvəkkili şahid1 şahid şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan ## ##### 2026-cı il tarixdə Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, R şahid2 tərəfindən tərtib olunmuş “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, ## ##### 2026-cı il tarixdə saat 13:00-da Balakən rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs Balakən rayon Talalar kəndi ərazisində yol kənarında saxlanılmış, sonuncuya hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Balakən rayon Talalar kəndi ərazisində yol kənarında üstü yoxlanmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən 1 ədəd sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman onun əynindəki gödəkçənin sol döş cibindən 1 ədəd siqaret, əynindəki şalvarın sağ yan cibindən 2 manat kağız pul aşkar olunmuş, həmin 1 ədəd siqaret və 2 manat pul iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman əlavə olaraq hər hansı bir qanunsuz kütlə və vasitə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, sellofan büküm ilə birlikdə ümumi çəkisi 20,94 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar edilmiş narkotik tərkibli bitki kütləsini 10 gün bundan əvvəl zibil atmağa getdiyi zaman yerdən tapdığını, əvvəllərdə narkotik vasitədən istifadə etdiyindən tapdığı kütlənin narkotik vasitə olmasını bildiyini, həmin kütləni şəxsi istifadəsi üçün üzərində saxladığını, tapdığı həmin kütlədən biraz istifadə etdiyini, narkotik vasitəni heç kimə satmadığını, vermədiyini, onda narkotik vasitənin olmasından heç kimin xəbərinin olmadığını bildirmişdir. Üstünü yoxlama ünvan 1 ərazisində yol kənarında keçirilmişdir. Üstünü yoxlama zamanı “Honor 400 lite” markalı mobil telefonla Balakən RPŞ-nin Qabaqçöl PB-nin polis nəfəri, R X4 tərəfindən videoçəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Balakən RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. Iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD disk əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üstünün yoxlanması zamanı videogörüntünün qeydə alındığı diskə məhkəmə iclas zalında baxış keçirilmiş və protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan ## ##### 2026-cı il tarixdə Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı, R X1 tərəfindən tərtib olunmuş “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Balakən rayon Talalar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib üzərində saxlamaqda şübhəli bilindiyi üçün, ## ##### 2026-cı il tarixdə saat 13:00-da Balakən rayon Talalar kəndi ərazisində yol kənarında saxlanılaraq üstü yoxlanılmış, bu zaman onun əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd sellofan bükümdə ümumi çəkisi 20,94 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Təqdim olunan üzərində “Balakən rayon sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” yazılı 1 (bir) ədəd ağ rəngli zərfə açılmadan vizual baxış keçirilmiş, həmçinin 1 (bir) ədəd DVD diskə HP markalı kompüterdə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən sadalananlar götürülmüşdür. DVD diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi öz əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmiş, baxış və götürmə zamanı «Redmi Note 9 Pro» markalı mobil telefon vasitəsi ilə Balakən RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, R X2 tərəfindən videoçəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. Iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD disk əlavə olunmuşdur. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi zamanı videogörüntünün qeydə alındığı diskə məhkəmə iclas zalında baxış keçirilmiş və protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının ## ##### 2026-cı il tarixli **/*** nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Balakən rayon sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 18,73 qram olan bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının ## ### 2026-cı il tarixli *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işi materiallarında olan ## ##### 2026-cı il tarixli “şübhəli şəxsi tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## ##### 2026-cı ildə saat 15:10-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. O,azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan-## ##### 2026-cı ildə saat 13:00-dan tutulmuş hesab edilmişdir. Cinayət işi materiallarında olan 17 aprel 2026-cı il tarixli təqsirləndirilən şəxsin MSYdən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan və aktdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 aprel 2026-cı il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və 17 aprel 2026-cı il tarixdə saat 11:45-də Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi BƏSII tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Balakən Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2023-cü il il tarixli qərarı ilə 1 ay 1 gün vaxtından əvvəl şərti azad olunmuşdur; ##.##.2023-cü ildə cəza müddəti başa çatmışdır. Məhkumluğu olmayan şəxsdir. Cinayət işi materiallarında olan Balakən rayon IHB Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1ndə yaşayır. Cinayət işi materiallarında olan Balakən rayon IHB Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvüləri- arvadı, 2005-ci il təvəllüdlü oğlu Üzeyir və ##.##.2010-cu il təvəllüdlü qızı-X3r. Cinayət işi materiallarında olan Balakən rayon IH Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur, barəsində nümayəndəliyə ərizə və şikayət daxil olmadığı göstərilmişdir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il ## #### tarixli ***-IIQ nömrəli Qanunu (bundan sonra-***-IIQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin qərarda həmçinin o da göstərilmişdir ki, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** saylı hökmünün təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təklif etdiyi həddə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir və apellyasiya protestini yuxarıda qeyd olunmuş dəlillərlə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini nəzərdən keçirərək, apellyasiya protestinin ilk dəlilinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm birinci instansiya məhkəməsində əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını göstərmişdir. Onun əməlindən səmimi peşman olması özünü həm də təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılan zaman təqsirləndirilən şəxs tərəfindən üzərində olan narkotik vasitəni könüllü təhvil verməsində və elan olunmuş ittihamda özünü təqsirli bilərək etirafedici ifadə verməsində öz əksini tapır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya protestində səmimi peşmançılıq halı Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsi əsasında qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, səmimi peşmançılıq halının anlayışı və hansı halların səmimi peşmançılıq yaratması Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsində göstərilsə də, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs səmimi peşman olmasını qiymətləndirərkən Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə istinad etmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya protestinin birinci dəlili ilə də razılaşmır və hesab edir ki, apellyasiya protestinin birinci dəlili birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökmünü dəyişdirilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası apellyasiya protestinin ikinci dəlilinə münasibətdə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, şəxsin əvvəlki məhkumluqlarının cəza təyini zamanı nəzərə alınması yalnız məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda nəzərə alınır. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24” dekabr 2021-ci il tarixli ** nömrəli qərarının 50-ci maddəsində məhkəmələrə izah olunmuşdur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə,o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Göründüyü kimi şəxsin əvvəllər məhkumluğu olduğu və ödənildiyi halda belə qeyd olunan halın təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alına bilməyəcəyi ilə bağlı vahid hüquqi mövqe olmasına baxmayaraq apellyasiya protestində dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində məhkumluğu ödənilmiş cinayətləri təqsirləndirilən şəxsin şəxsiyyətini xarakteriza edən hal kimi qiymətləndirmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya protestinin ikinci dəlilini də əsassız hesab edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya protestinin dəlilləri birinci intansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsas deyil. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, apellyasiya araşdırması zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran əlavə hallar müəyyən edilməmişdir. Lakin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan ##.##.2026-cı il təvəllüdlü X3 vardır. Məhkəmə kollegiyası qeyd olunan halı da Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli ** saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hallar təqsirləndirilən şəxsə cəzanın məqsədlərinin təmin olunması baxımından daha yüngül cəza, yəni, qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs nisbətən yüngül cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmündən dövlət ittihamçısı, 2-ci dərəcəli hüquqşunas dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini qəbuledilməz sayır, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılmasına əsas görməyərək həmin protestin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmünün baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Cinayət Prosessual Məcəllənin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 tapşırılmışdır. Müdafiəçi müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 6 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, müdafiəçi1 göstərilən hüquqi yardıma görə müdafiəçi müdafiəçi1 66 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
qərara aldı:
Dövlət ittihamçısı, 2-ci dərəcəli hüquqşunas dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Müdafiəçi müdafiəçi1 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 66 manat vəsait müdafiəçi1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.