Məhkəmə qərarları › İş №1(3-10)-207/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-207/2026

02.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-207/2026 02.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov Imanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, dövlət ittihamçısı3, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3cü maddələri ilə məhkum edilməsinə dair Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini, 2-ci dərəcəli dövlət R Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ismayıllı Rayon Məhkəməsinin (hakim Ilqar Hüseynov) ## #### 2026-cı il tarixli, *(*-***)- */**** saylı hökmü ilə, ## ##### 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olan, Bakı şəhəri, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum edilməsi, Neftçala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq ona qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yerinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X4 müəyyən edilməsi və hökmün surətinin həmin Müəssisəyə göndərilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs4 mülki iddia tələbinin təmin edilməsi, 2000 (iki min) manat maddi ziyan məbləği və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 40 (qırx) manat, cəmi 2040 (iki min qırx) manatın hökm qanuni qüvvəyə mindikdən sonra mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı zərərçəkmiş şəxs4 ödənilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs3 mülki iddia tələbinin təmin edilməsi, 2000 (iki min) manat maddi ziyan məbləği və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 40 (qırx) manat, cəmi 2040 (iki min qırx) manatın hökm qanuni qüvvəyə mindikdən sonra mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı zərərçəkmiş şəxs3 ödənilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs2 mülki iddia tələbinin təmin edilməsi, 2000 (iki min) manat maddi ziyan məbləği və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 40 (qırx) manat, cəmi 2040 (iki min qırx) manatın hökm qanuni qüvvəyə mindikdən sonra mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı zərərçəkmiş şəxs2 ödənilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs1 Fəzayil oğlunun mülki iddia tələbinin təmin edilməsi, 2000 (iki min) manat maddi ziyan məbləği və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 40 (qırx) manat, cəmi 2040 (iki min qırx) manatın hökm qanuni qüvvəyə mindikdən sonra mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı zərərçəkmiş şəxs1 Fəzayil oğluna ödənilməsi, iş üzrə ekspertiza xərci və maddi sübutun olmamasının nəzərə alınması müəyyən edilmişdir. işin halları: Istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci ilin mart ayında, dəqiq tarixi məlum olmayan vaxtda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azəriqaz Istehsalat Birliyində qəza-çağrı xidmətində dispetçer vəzifəsində işləyən zaman öz qulluq mövqeyindən istifadə edib iş yoldaşı X1 yaxın qohumunun Səhiyyə Nazirliyinin Tibbi Ərazi Bölmələrinin Idarəetmə Birliyində (TƏBIB-də) yüksək vəzifəyə təyinat aldığını, bununla əlaqədar Ismayıllı rayonunda faəliyyət göstərəcək vərəm əleyhinə dispanserə 4 ədəd təcili tibbi yardım avtomobili veriləcəyini və 16 nəfər sürücüyə ehtiyac olduğunu deyib Şahid ona olan etibarından sui-istifadə edərək sonuncuya tanışlarından istəyən olarsa 2000 manat pul müqabilində işə düzəltmələrinə köməklik edə biləcəyini yalandan deyib Müşfiq Səmədlini inandırmış, sonuncu ona tanışı zərərçəkmiş şəxs1 işə düzəlmək istəməsini dedikdən sonra o, zərərçəkmiş şəxs1 işə düzəldəcəyini yalandan deyib aldadaraq sonuncunun Ismayıllı rayonunun Təzəkənd kəndi ərazisində yerləşən fərdi yaşayış evindən birbank mobil tətbiqi vasitəsi ilə ##.##.2025-ci il tarixdə, saat 14:23-də onun istifadəsində olan “xxxx” ASC-yə aid ****-****-****-**** nömrəli kart hesabına göndərdiyi 2000 manat məbləğində pulu qəsdən ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs1 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci ilin mart ayında, dəqiq tarixi məlum olmayan vaxtda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azəriqaz Istehsalat Birliyində qəzaçağrı xidmətində dispetçer vəzifəsində işləyən zaman öz qulluq mövqeyindən istifadə edib iş yoldaşı X1 yaxın qohumunun Səhiyyə Nazirliyinin Tibbi Ərazi Bölmələrinin Idarəetmə Birliyində (TƏBIB-də) yüksək vəzifəyə təyinat aldığını, bununla əlaqədar Ismayıllı rayonunda faəliyyət göstərəcək vərəm əleyhinə dispanserə 4 ədəd təcili tibbi yardım avtomobili veriləcəyini və 16 nəfər sürücüyə ehtiyac olduğunu deyib Şahid ona olan etibarından sui-istifadə edərək sonuncuya tanışlarından istəyən olarsa 2000 manat pul müqabilində işə düzəltmələrinə köməklik edə biləcəyini yalandan deyib Müşfiq Səmədlini inandırmış, sonuncu ona tanışı zərərçəkmiş şəxs4 işə düzəlmək istəməsini dedikdən sonra o, zərərçəkmiş şəxs4 işə düzəldəcəyini yalandan deyib aldadaraq sonuncunun Ismayıllı şəhərinin H.Əliyev prospektində yerləşən “DOST mart” marketində quraşdırılmış “milliön” ödəmə terminalı vasitəsi ilə ##.##.2025-ci il tarixdə, saat 15:53-də onun istifadəsində olan “xxxx” ASC-yə aid ****-****-****-**** nömrəli kart hesabına göndərdiyi 2000 manat məbləğində pulu qəsdən ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs4 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci ilin mart ayında, dəqiq tarixi məlum olmayan vaxtda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azəriqaz Istehsalat Birliyində qəzaçağrı xidmətində dispetçer vəzifəsində işləyən zaman öz qulluq mövqeyindən istifadə edib iş yoldaşı X1 yaxın qohumunun Səhiyyə Nazirliyinin Tibbi Ərazi Bölmələrinin Idarəetmə Birliyində (TƏBIB-də) yüksək vəzifəyə təyinat aldığını, bununla əlaqədar Ismayıllı rayonunda faəliyyət göstərəcək vərəm əleyhinə dispanserə 4 ədəd təcili tibbi yardım avtomobili veriləcəyini və 16 nəfər sürücüyə ehtiyac olduğunu deyib Şahid ona olan etibarından sui-istifadə edərək sonuncuya tanışlarından istəyən olarsa 2000 manat pul müqabilində işə düzəltmələrinə köməklik edə biləcəyini yalandan deyib Müşfiq Səmədlini inandırmış, sonuncu ona tanışı zərərçəkmiş şəxs2 işə düzəlmək istəməsini dedikdən sonra zərərçəkmiş şəxs2 işə düzəldəcəyini yalandan vəd verib aldadaraq sonuncunun Ismayıllı şəhərinin N.Nərimanov küçəsində yerləşən “Bolluq stor” marketində quraşdırılmış “milliön” ödəmə terminalı vasitəsi ilə ##.##.2025-ci il tarixdə, saat 16:34-də onun istifadəsində olan “xxxx” ASC-yə aid ****-****- ****-**** nömrəli kart hesabına göndərdiyi 2000 manat məbləğində pulu qəsdən ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs2 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci ilin mart ayında, dəqiq tarixi məlum olmayan vaxtda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azəriqaz Istehsalat Birliyində qəzaçağrı xidmətində dispetçer vəzifəsində işləyən zaman öz qulluq mövqeyindən istifadə edib iş yoldaşı X1 yaxın qohumunun Səhiyyə Nazirliyinin Tibbi Ərazi Bölmələrinin Idarəetmə Birliyində (TƏBIB-də) yüksək vəzifəyə təyinat aldığını, bununla əlaqədar Ismayıllı rayonunda faəliyyət göstərəcək vərəm əleyhinə dispanserə 4 ədəd təcili tibbi yardım avtomobili veriləcəyini və 16 nəfər sürücüyə ehtiyac olduğunu deyib Şahid ona olan etibarından sui-istifadə edərək sonuncuya tanışlarından istəyən olarsa 2000 manat pul müqabilində işə düzəltmələrinə köməklik edə biləcəyini yalandan deyib Müşfiq Səmədlini inandırmış, sonuncu ona tanışı zərərçəkmiş şəxs3 işə düzəlmək istəməsini dedikdən sonra zərərçəkmiş şəxs3 işə düzəldəcəyini yalandan vəd verib aldadaraq sonuncunun Ismayıllı rayonunun Təzəkənd kəndi ərazisində yerləşən fərdi yaşayış evindən birbank mobil tətbiqi vasitəsi ilə ##.##.2025-ci il tarixdə, saat 17:29-da onun istifadəsində olan “xxxx” ASC-yə aid ****-****-****-**** nömrəli kart hesabına göndərdiyi 2000 manat məbləğində pulu qəsdən ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs3 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə ittiham verilmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini, 2-ci dərəcəli dövlət R Heydər Məmmədov tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Baş Prokurorunun müavini, 2-ci dərəcəli dövlət R Heydər Məmmədov verdiyi apellyasiya protestində Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə dəyişdirilməsini xahiş etmişdir. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmündən apellyasiya şikayəti və verilmiş apellyasiya protestinə münasibətdə yazılı etiraz verilməmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, iş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs Neftçala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə hazırkı hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və həmin cəzanı Neftçala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 04 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Halbuki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli qərarından görünür ki, Neftçala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, üzərində 03 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1 və 5.2.3-cü bəndlərinə əsasən, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılaraq üzərində qəti olaraq 03 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 353.4 və 353.4.3-cü maddələrinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində çəkilməli olan yekun cəza tədbiri göstərilməlidir. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihаmçısı dövlət ittihamçısı3 apellyasiya protestinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya protestinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya protestinin təmin edilməsinə münasibətdə etirazlarının olmadığını, lakin yeni təyin olunacaq cəzanın birinci instansiya məhkəməsi tərəfindən təyin olunacaq cəzadan artıq olmamasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə yazılı məlumat verməmişdir. Odur ki, məhkəmə hazırki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs, onun müdafiəçisi, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü qismən dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Belə ki, apellyasiya protestində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini, 2-ci dərəcəli dövlət R Heydər Məmmədov birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun normasının düzgün tətbiq edilmədiyini hesab edərək, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmünün cinayət qanunun normaları düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə münasibətdə ilkin olaraq qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası DIN-in BƏSII-dən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən və Neftçala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri olan ********* nömrəli cinayət işi məhkəməyə göndərilmiş, Neftçala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Iş materiallarına əlavə olunmuş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli qərarından görünür ki, Neftçala Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, üzərində 03 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1 və 5.2.3-cü bəndlərinə əsasən, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılaraq üzərində qəti olaraq 03 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 353.4.8-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinin normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun ## #### 2022-ci il tarixli qərarında göstərilmişdir ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünü istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarının 21-ci bəndinə görə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxs tərəfindən yeni cinayət törədildikdə cəzanın çəkilməmiş hissəsi törədilmiş yeni cinayətə görə həbs qismində qətimkan tədbirinin seçilməsindən sonra qalmış müddət hesab olunur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşır və hesab edir ki, həqiqətən də birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qəti cəza təyin olunarkən cəzalar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli qərarı əsasında təyin olunmuş cəza əvəzinə səhvən Neftçala Rayon Məhkəməsinin qanuni qüvvəyə minməmiş ## ###### 2025-ci il tarixli hökmü ilə toplanmış, bununla da cinayət qanunvericiliyinin tələblərinin pozulmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya protestinin dəlillərində şəxsə yeni təyin ediləcək cəzanın artırılması ilə bağlı hər hansı tələb qeyd olunmadığından, məhkəmə kollegiyası yeni təyin olunan cəza həddinin birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş qəti cəzadan artıq müəyyən edilməsinə lüzum görmür. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməli və Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü qismən dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tapşırılmışdır. Müdafiəçi Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 5 saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67- 1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə müdafiəçi Müdafiəçi 55 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorunun müavini, 2-ci dərəcəli dövlət R Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü apellyasiya protestinə münasibətdə, qismən dəyişdirilsin. Təqsirləndirilən şəxs Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- */**** saylı hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan mərhumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı qərarı ilə təyin edilmiş 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü qalan hissələrdə dəyişdirilmədən saxlansın. Müdafiəçi Müdafiəçi əmək haqqı ödənilməsi üçün dövlət hesabına 55 manat vəsait Müdafiəçi “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu vaxtdan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar